![](https://assets.isu.pub/document-structure/221228101229-ba8e55c170eaefef874bc16ca13ace75/v1/bbfe74abd123d1477f55ff456c0f7945.jpeg?width=720&quality=85%2C50)
1 minute read
İSTANBUL KONVENSİYASININ 10 İLİ
Rəsmən Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası adı ilə tanınan İstanbul Konvensiyası 11 may 2011-ci ildə imzalanmaq üçün açıq elan olunmasının 10 illiyini qeyd etdi. Konvensiya qadınları zorakılığın bütün formalarından qorumaq məqsədi daşıyan və qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə üzrə dövlətlərin üzərinə öhdəliklər qoyan ən əhatəli beynəlxalq-hüquqi sənəddir. Ötən 10 il ərzində Konvensiya qadınlara qarşı zorakılığın qarşısını almaq və onunla səmərəli mübarizə aparmaq üçün bir çox dövlətlərə qanunvericilik və siyasətlərini təkmilləşdirməkdə kömək etmişdir. 2021-ci ildə qeyd edilən 10 illik yubiley bu əlamətdar sənədin məqsəd və dəyərlərinin təbliğindən ötrü müxtəlif sektorların qüvvələrini birləşdirmək üçün fürsət yaratdı Bu həm də son onillikdə əldə edilmiş nailiyyətləri təhlil etmək və müəyyənləşdirmək, qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı cavab tədbirlərinin görülməsi üçün hələ də həyata keçirilməli olan əlavə tədbirləri təşviq etmək imkanı yaratdı.
Advertisement