Promotional brochure that we designed and printed for the Alabay company

Page 1

Qütbləri birləşdiririk

İPƏK YOLU

Yüzilliklər boyunca bəşər sivilizasiyasının malik olduğu fərqli mədəniyyətlərin izlərini daşıyan İpək Yolu! Böyük İpək Yolu bizim eradan əvvəl 2-ci əsrin sonlarında yaranıb. Bu qədim karvan yolu Çindən Orta Asiya və Cənubi Qafqaz üzərindən Qara və Aralıq dənizlərinə, Cənubi Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrinə qədər uzanıb. Azərbaycan tarixi əhəmiyyətli İpək Yolunda mühüm nəqliyyat və ticarət qovşağı olmuşdur. İpək Yolu geosiyasi vəziyyətdən asılı olaraq zaman-zaman çox əhəmiyyətli olmuş, bəzi dövrlərdə, xüsusilə də Hindistana dəniz yolu tapıldıqdan sonra isə tənəzzülə uğramışdır.

Bu yolun əhəmiyyəti bəzi dövrlərdə unudulsa da, Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASİS proqramı çərçivəsində TRASEKA layihəsi sayəsində yenidən gündəmə gəlmişdir. Müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir İpək Yolu strategiyasının inkişafına təkan verilmiş və məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

Qütbləri birləşdiririk

ORTA DƏHLİZ

Bu gün cənab Prezident İlham Əliyevin müasir İpək Yolunun bərpası və inkişafını təmin edən təşəbbüsləri və bununla əlaqədar ölkəmizdə aparılan əməli işlər bu yolun əhəmiyyətini və səmərəliliyini gündən-günə artırır.

Bundan başqa Azərbaycanın əlverişli coğrafi mövqeyi, ölkədə və cəmiyyətdə siyasi və sosial stabilliyin təmin edilməsi, müasir nəqliyyat-logistika, enerji infrastrukturunun mövcud olması sayəsində Orta Dəhliz layihəsinin də önəmli iştirakçısı olmasını təmin edib. Şimal dəhlizi ilə bağlı yaranan çətinliklər Orta Dəhlizin Çin ilə Avropa İttifaqı ölkələri arasındakı daşımalar

üçün ən real alternativ olduğunu göstərdi. Orta Dəhliz layihəsinin inkişafı üçün hazırda tərəfdaş ölkələr tərəfindən tədbirlər həyata keçirilməkdədir.

Müasir dövrdə iqtisadiyyatımızın inkişafına təkan verən ən böyük layihələrdən biri də Ələt

Azad İqtisadi Zonasıdır. Zonanın yaradılmasında əsas məqsəd xarici və yerli investorları cəlb edərək qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavədəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. Bunun üçün Zonada müasir infrastruktur və qanunvericilik bazası yaradılmışdır.

Qütbləri birləşdiririk

BİZ KİMİK?

AlatBay Ələt Azad İqtisadi Zonasında yaradılmış ilk rezidentlərdən biridir və müasir logistika mərkəzi olmaqla, ixracatçılara və tranzit yükgöndərənlərə saxlama (quru, soyuq, dondurulmuş anbar və açıq sahə), yükləmə, çeşidləmə, etiketləmə və qablaşdırma daxil olmaqla, tam çeşiddə yüklərin idarə edilməsi xidmətlərini göstərir.

AlatBay regionda ilk EDGE Green sertifikatlı anbar inşa edərək müştərilərinə dəstək olmaq üçün sənaye innovasiyaları və qabaqcıl texnologiyaları tətbiq edir.

ANBARLAMA

Quru, soyuducu, dondurucu və açıq sahə anbarlaması

Qütbləri birləşdiririk

XİDMƏTLƏR

AlatBay İndustrial Development olaraq göstəriləcək xidmətlər 4 əsas

qrupa bölünür

YÜKLƏRİN İDARƏ

OLUNMASI

Yükləmə, boşaltma, sortlaşdırma, qruplaşdırma, etiketləmə, paketləmə, palletləmə

və s. yük xidmətləri

SƏNƏDLƏŞDİRMƏ

Gömrük rəsmiləşdirilməsi

ilə bağlı sənədləşmə

işinin icrası, yükləmə və

göndərilmə ilə bağlı

sənədləşdirmələrin

aparılması

DİGƏR KÖMƏKÇİ XİDMƏTLƏR

Tərəzi xidmətləri, konteyner və avtomaşınlar üçün elektrik təminatı, parklanma

və s. xidmətlər

Qütbləri birləşdiririk
MƏRKƏZİ MƏRKƏZİN ƏRAZİSİ 5 hektar 01 QAPALI SAHƏ 5,100 m2 02 AÇIQ SAHƏ 10,000 m2 05 İŞÇİ SAYI 80 nəfər 06 QAPALI QURU ANBAR 5,000 palet 03 QAPALI SOYUDUCU ANBAR 4,500 palet 04
LOGİSTİKA

Qütbləri birləşdiririk

STRATEJİ MƏQSƏD

Müasir logistika mərkəzinin yaradılması ilə ixracatçılara və tranzit yükgöndərənlərə qablaşdırma, etiketləmə, saxlama, yükləmə, daxil olmaqla, tam çeşiddə anbar xidmətləri göstərməklə strateji mövqenin əldə edilməsi, sənaye innovasiyaları və qabaqcıl texnologiyaların tətbiq edilməsi

Transqafqaz və Transxəzər marşrutları çərçivəsində həm Qərb-Şərq, həm də Cənub-Şimal istiqamətlərində, multimodal optimallaşdırma matrisinin ən effektiv şəkildə idarə oluna biləcək qovşaq - AlatBay Logistika Mərkəzi vasitəsilə regional təchizat zəncirlərinə qoşulmaqla. dəmir yolu, su və avtomobil nəqliyyatı arasında yük axınlarının ötürülməsi

Azərbaycanın regional logistika mərkəzi kimi bazar mövqeyini inkişaf etdirmək və təkmilləşdirmək, milli iqtisadiyyatın inkişafına töhfə vermək, ixracyönümlü fəaliyyət göstərən şirkətlərə dəstək göstərilməsi

Qütbləri birləşdiririk

MİSSİYA

Ələt Azad İqtisadi Zonasında ilklərdən biri olaraq, missiyamız ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə və müasir trendlərə uyğunlaşmaqla ixracatçılara, beynəlxalq ticarət və nəqliyyat şirkətlərinə əlavə dəyərli logistik həllər təqdim etməkdir.

VİZYON

Məramımız Azərbaycanın Orta Dəhlizdə əsas mərkəzə çevrilməsi yolunda öz töhfəmizi verməklə, müştərilərimiz üçün mühüm bağlantı məkanı olmaqdır.

Qütbləri birləşdiririk

YAŞIL İNVESTİSİYA

AlatBay Logistika Mərkəzi ətraf mühitə təsiri minimuma endirən yüksək texnologiya standartlarına uyğun olaraq inşa edilmişdir.

Ümumilikdə layihə ətraf mühitə təsir baxımından iki əsas komponentdən ibarətdir:

• Yaşıl anbara keçid

• Yük axınları marşrutlarının optimizasiyası.

Yaşıl anbara keçidin əsas parametri Qafqazda ilk ammonia sistemli soyuducunun inşasıdır. Ammonia sisteminin quraşdırılmasında əsas məqsəd Freon sistemi ilə müqayisədə çoxlu üstünlükləri, o cümlədən ətraf mühitə daha az mənfi təsir göstərməsidir.

Qütbləri birləşdiririk

YAŞIL İNVESTİSİYA

ÜSTÜNLÜKLƏRİ

Davamlılıq: Ammonia Ozon Təmizləmə Potensialı (ODP) 0 və Qlobal İstiləşmə Potensialı (GWP) reytinqi 0 olan yaşıl həlldir.

Suyun çirklənməsinə dözümlüdür: Su ilə orta dərəcədə çirklənmə adətən ammonia sisteminin işinə mane olmur. Ammonia ilə su məhlulda qalır, donmur və boruların tutulması baş vermir.

Aşağı OPEX: Daha yüksək effektivliyə görə 40%-ə qədər aşağı elektrik istehlakı. Ammonia termodinamik xüsusiyyətlərinə görə soyuducu effekt yaratmaq üçün daha az ilkin enerji tələb edir. İstiliyin qorunması sistemi və yüksək standartlı izolyasiya, həmçinin ammiak vintli kompressorun axıdılması xəttində Shell & Plate Heat Exchanger-in quraşdırılması ilə anbarın ətraf mühitə təsirini minimuma endirməyə nail olduq.

Qütbləri birləşdiririk

YAŞIL İNVESTİSİYA

ÜSTÜNLÜKLƏRİ

Sistemin səmərəsizliyini real vaxt rejimində aşkar etməyə və soyuq zəncir kameralarına nəzarət etməyə imkan verən uzaqdan temperatur monitorinqi alətləri təchiz edilmişdir.

Anbarın bütün qeyd olunan xüsusiyyətləri ilə ümumi elektrik istehlakı 40% ilə 50% arasında azalmaqdadır.

Binanın bütün texniki layihələndirilməsi EDGE Yaşıl Metodologiyası əsasında aparılmışdır.

mərkəzi Ələt Azad İqtisadi Zona, Bakı, Azərbaycan Z. Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi, B5, 429, Bakı, Azərbaycan info@alatbay.com (+994 10) 370 01 01

Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.