BAXMADIQ HEÇ NƏYƏ, BİZ YENƏ QAYITDIQ.
PRESS
0 % PİVƏ OLA BİLƏRMİ?
ÇİN AVTOMOBİLİ
Hansı hallarda sərxoş hesab ediləcəksiniz?
BÖYÜK SƏDDİN, BÖYÜK AMBİSİYALARI SƏH 25
Görünməyən xəttlər
EKSKLÜZİV
SSRİ-də icazə verilən xarici avtomobillər Qış təkərləri
35
Yeni Hyundai Accent SƏH15
FEVRAL 2018 | PULSUZ
WWW.AVTOSTOP.TV
| 31 |SÜRÜCÜLÜK HÜQUQU MƏHDUDLAŞDIRILIR FEVRAL | 2017
AVTOSTOP
AVTOFAYDA
07
10
13 İkinci əl SUV-dən hansını satmaqda çətinlik çəkəcəksiniz ?
RUNNING TIPS FROM DYLAN HALL
15
4 40
25
35
31 The most awaited event of the year for the runners. Find out the big challenge this time and you might just win a big prize.
Avtomobil aləmində Çinin öz yeri var. Maşınqayırmadakı işlərə rəqiblərindən xeyli geç başlasa da indi o, daha böyük iddialar yolundadır.
Hyundai-nin yeni Accent-i xalq arasında "daş döyən" adlanır. Görəsən bu "daş döyən"-də nələr dəyişib ?
AVTOSTOP@AVTOSTOP.YB
WWW.AVTOSTOP.TV
FEVRAL 2018 | SAY 01 (20)
02
AVTOSTOP
Babək Yusif oğlu
FEVRAL 2018 | SAY 01 (20)
03
Tural Yusifov
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
05
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
06
AVTOSTOP
Bü gün bir çox sürücülər mənə nişanlanma xəttlərinin olmamasında dolayı qayda pozuntusu adı ilə cərimə yazılması ilə bağlı suallar verirlər. Məsılə konkret olaraq belədir. Hər gen getdiyim yoldur. Əvvəl qoşa xətt var idi, daha sonra xətlənmə pozulub, oradan dönəndə cərimə yazıblar.
İlk olaraq qanuna baxaq.
Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; Beləliklə qanun deyir ki, biz nişanlamaya tabe olmalıyıq. Daha sonra qanunda deyilir.
Maddə 69. Yolun nişanlanması I. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
AVTOSTOP
ə ə ə ə ə ə ə
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
ə ə
11
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
12
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
13
AVTOSTOP
NƏ DEMƏKDİR?
NƏ DEMƏKDİR?
29 m 61 m Qış təkərləri Yay Təkərləri
FEVRAL 2018 | SAY 01 (20)
14
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
15
TURAL YUSÄ°FOV AVTOSTOP@AVTOSTOP.TV
7
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
18
AVTOSTOP
AVTOSTOP
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə
ə ə ə ə
ə
ə ə ə ə ə ə ə ə Ə
ə
ə
ə ə
ə ə
ə
ə ə ə
ə ə
ə
ə ə
ə
ə ə əə
21
GIORGIETTO GIUGIARO
AVTOSTOP
Bruno Sacco
23
IAN CALLUM
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
24
Deyirlər əzmkarlıq və zəhmət hər bir insanı arzularına çatdıra bilər. Əlbəttə, bu iddianın müzakirəyə ehtiyacı yoxdur. Buunla bağlı göstərilə biləcək saysızhesabsız nümunələrdən biri də şotlandiyalı dizayner Yan Kallumdur.
şirkətində 11 il müddətində fəaliyyət göstərən Yan Kallumun gözoxşayan dizaynları çox olub. Ford Puma məhz belə işlərindəndir. Eləcə də Ford Escort RS Cosworth da Kallumun “övladı” sayılır. Bütün uğurlarına rəğmən onun əsas məqsədi yenə Jaguar Yeniyetməlikdən maşınlara olaraq xüsusi həvəsi olan Yan artıq qalırdı. Və göstərdiyi çabalar 13 yaşında sayəsində nəhayət ki, 44 öz çəkdiyi eskizləri Jaguar yaşında şirkətinə göndərir. Əlbəttə, ilk Jaguarda baş dizayner cəhddə vəzifəsində işə başlayır. arzulara qovuşmaq yalnız Yeniyetməlik nağıllarda olur. Belə ki, onun çağlarından vurğunu olduğu da göndərdiyi XJ modelinin görnüşündə eskizləri cavabsız qalır. Amma inqilab etmək Kallum bundan heç də ruhdan qərarına gəlir. İlk dövrlərdə düşmədi. çoxları onun həmin ideyalarını Qlazqoda incəsənət səhv məktəbində, sonra isə adlandırsalar da Kallum Londondakı İncəsənət Kral iddiasından geri çəkilmir. Və Kollecində təhsil alan Yan həqiqətən də Kallum diplom qazandıqdan dizaynerin Jaguara verdiyi sonra bir sıra yeni sima bu modelə dünya şirkətə təkliflər irəli sürür. şöhrəti gətirdi Nəhayət istədiyi nəticəni alır və bununla o, sübut etdi ki, və çalışmağa ideyalarında haqlı imiş. başlayır. Seçdiyi Ford
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
26
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
27
AVTOSTOP
Əlahəzrət
PORSCHE
FEVRAL 2018 | SAY 01 (20)
28
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
29
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
30
31 FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
Mini Yours Customized adlanan proqram
KODİAQ
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
32
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
33
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
34
FEVRAL 2018 | SAY 01 (20)
AVTOSTOP
35
36
İşə düşmədik? TƏKRAR İŞƏSALMA NƏYƏ SƏBƏB OLUR?
Bir çoxları avtomobilin idarəedilməsinə çox sadə, sıradan adi bir iş kimi baxır. Hətta günümüzdə elə sürücülər də var ki, sükan arxasında olduqları zaman maşının idarəedilməsindən savayı hər şey haqqında düşünürlər. Və nəticədə də ən çox onlar üzülürlər. Amma unutmaq olmaz ki, avtomobil bütövlükdə böyük bir mexanizmdir və çox diqqət, bilgi tələb edir. Çünki adi bir nüans bəzən hər kəsi çaş-baş salır.
37
Məsələn, işləməkdə olan mühərrikin təkrar işə salınmasının nələr törədəcəyindən xəbərsiz maşın sahibləri heç də az deyil. Əsasən təcrübəsiz sürücülər belə sual qarşısında nə cavab verəcəklərini bilmirlər. Təcrübəsizlikdən başqa, yorğun və ya diqqətsiz avtomobil sahibləri də belə səhvə yol verir. Əlbəttə, başqa bir ciddi səbəbi də burada gözardı etmək doğru deyil. Araşdırmalardan bəlli olur ki, bu cür hərəkətlərə yol verənlərin böyük əksəriyyəti mexaniki ötürücü qutuya malik maşınlara vərdiş edənlərdir. Çox fərqli nəticələr üzə çıxmır. Fəaliyyətdə olan mator təkrar işə salınan zaman mühərrikdə boğulma baş verir. Və bunun ardınca da sürücülərdə təbii olaraq belə bir narahatlıq yaranır ki, bundan sonra avtomobildə hansı nasazlıqlar törənəcək? Əlbəttə, buna birmənalı cavab vermək çətindi. Çünki burada avtomobilin yaşının və markasının önəmi vardır. Məsələn, müəyyən “stajlı” Jiqulilərdə təkrar işəsalma baş verirsə o dəqiqə sürət qutusunda nazim çarx üzərində hərəkət edən starterin dişli çarxından qorxunc qıcırdıcı səs yüksələcək. Və törənmiş bu ani yanlış prosesdə dişlər azcıq sürtülə bilər. Əlbəttə, burada çox ciddi mənfi nəticələr özünü göstərmir (bu davamlı olmursa), amma bir sıra hallarda mühərrikdəki yağın təzyiqini bildirən işıq sıradan çıxır. VAZ-2108-lərin gəlişi ilə bu vəziyyət dəyişdi. Belə ki, burada işəsalma mexanizmində mexaniki bloklama yerləşdirildiyi üçün açarın sonadək fırladılmasının (“dayandırma” vəziyyəti istisna olmaqla) qarşısı alındı. Amma texnikanın inkişafı davam edir... Mühərriki işəsalma açarları yerini “START” düymələrinə verdikdən sonra avtomobillərdə mövcud problemlər tamamilə aradan qalxıb. Belə ki, müasir maşınlarda motor işlək vəziyyətdə olsa belə basılan “Pusk” düyməsi ilk növbədə mühərriki dayandırır. Və sonra sürücü maşını yenidən o düyməylə rahatca işə sala bilir.
38
39
40
VİDEOQEYDİYYATÇI, RADARDETEKTOR Ritmix AVR-994 Radar Combo
Kimsə buna barmaqarası baxmasın, hazırda videoqeydiyyatçı qurğular avtomobillər, daha doğrusu maşın sahibləri üçün həqiqətən çox vacib bir element sayılır. Çünki, sürücü qaydalar çərçivəsindən çıxmadan avtomobilini idarə etdiyi zaman bəzən haqsız yerə günahlandırıla bilir. Arzu olunmayan müxtəlif cür situasiyalarla üzləşir. Belə hallarda məhz həmin qurğu maşınınızda quraşdırılbsa o, sizə ən gerçək şahidiniz kimi qahmar çıxacaq. Əlbəttə, indi həmin cihazların ən müxtəlif növləri satışda var və son dövrlər sürücülər onlara daha çox maraq göstərməyə başlayıb. İlk növbədə keyfiyyətədə özünü təsdiqləyənlərə. Bu sırada Radar-detektor və videoqeydiyyatçı Ritmix AVR-994 Radar Combo üzərinə düşən funksiyanı layiqincə yerinə yetirməyə qadirdir. O, 4-meqapiksel CMOS-matrisiya ilə güclü videoçip Ambarella A7 LA50-nin güclü bazasında hazırlanır. Üst səviyyəli texniki göstəriciləri (2K və Full HD +HDR) sayəsində qurğu hətta pis işqlanmış məkanlarda belə qeydiyyatdan keçirdiyi təsvirləri yaxşılaşdırır. Ritmix AVR-994 qeydə aldığı görüntülərdə sonradan düzəliş ehtimalına qarşı funksiyaya da malikdir. Bu üzdən cihaz maşın sahibi üçün həyati-vacib bütün təsvirləri olduğu kimi qoruyub saxlayacaqdır. Hətta o zərbə sensoruna da sahibdir. Geniş əhatəyə malik kamerasından savayı Ritmix AVR-994 Radar Combonun müxtəlif tipli izləyici foto və videokameraları aşkarlaya bilən radar-detektoru da vardır. Cənubi Koreyada istehsal edilən radar-detektorun modulu öz dəqiq iş qabiliyyəti və etibarlılığıyla seçilir. Müəlliflər isitfadəçilər üçün onu da tənzimləyiblər ki, cihazın aldığı hər siqnal növü öz bildirişiylə qeyd olunur. Həm də GPS-in məlumat bazası kameranın kordinatları ilə yenilənə bilir. Haqqında söz açdığımız Ritmix AVR-994 Radar Combo hazırda satışdakı kombinə edilmiş ən kompakt cihazdır. Ekranının kiçik olmasına baxmayaraq təsvirlər çox aydın görünür və parlaqlığı, yüksək keyfiyyəti imkan verir ki, ondan açıq günəşli məkanlarda da istifadə edilsin. Bu modelin üstün keyfiyyətlərindən biri də budur ki, əsas düymələrin əksəriyyəti ekranın böyründə yerləşdirilib. Özü də onları çox rahat şəkildə işlətmək olur. Yəni, bu baxımlı və müasir cihazı əldə emişsinizsə o sizə yüksək səviyyədə xidmət göstərəcək. PS: Xatırladaq ki, radar-detektor qanunla qadağan deyil.
41
42
İctimai nəqliyyatdan istifadə edənlərin demək olar ki, hər biri şəxsi maşınların, “taksavatlıq”la məşğul olan avtomobillərin dayanacaqlarda meydan suladığını, digərlərinin “lövbər salıb” müştəri gözlədiyini dəfələrlə görüb. Hətta yol polislərinin belələrinə müdaxilədə bulunmasının da şahidləri az deyil. Görürsən ki, qızğınlıqla nəyisə anlatmağa çalışırlar...
43
Avtobus dayanacağında
M raqlıdır, belə hallarda sürücülərin a
yol polisi ilə apardıqları söhbətin nədən getdiyini bilmək istəsəniz yalnız birnə qulaq verməniz hər şeyi anlamanıza kifayət edəcək. Çünki maşın sahiblərinin bəhanələri o qədər biri-birinə bənzəyir ki, hətta sizə elə gələcək onlar inspektorlara nə deyəcəyini qabaqcadan sözləşib: “vallah, bir-iki dəqiqəliyinə saxladım ki, dostumu (yoldaşımı, qonşumu... və s. ola bilər) burada düşürəm” və ya “bir dəqiqəlik dayandım, rəis, bir yaxın yoldaşı buradan götürəcəkdim...”. Əslində qaydaların bu hissəsini bilməyən sürücü yoxdur. Amma nə faydası. Yenə eyni səhnələr dəfələrlə təkrarlanır. Müəyyən olunmuş qaydalarda — Yol Hərəkəti Haqqında Qanunun 52ci maddəsinə əsasən göstərilir ki, piyadaların daşınması üçün nəzərdə tutulmuş avtobusdayanacaqlarında digər nəqliyyat vasitələrinin saxlanmasına yol verilmir. Hətta fərdi maşınların, taksilərin avtobus dayanacaqlarına 15 metrdən az məsafədə saxlanmasına icazə yoxdur.
44
Amma boş verin bu 15 metrlik məsafəni. Heç avtobus sürücülərini demirik, sərnişinlər belə bu durumdan çox narazıdırlar. Çünki müştəri “tutmaq” həvəsiylə şəxsi minik maşınları dayanacaqları elə zəbt edir ki, insanlar gözlədikləri marşrutların qapısına belə yaxınlaşmaqda çətinlik çəkirlər. Əgər biz ictimai nəqliyyatdan istifadə edən əhalinin arasında məktəblilərin, yaşlıların, əlillərin, xəstələrin də olduğunu nəzərə alsaq situasiyanın daha acınacaqlı üzünə şahidlik edərik. Əlbəttə, bu mənzərə şəhərin mərkəzi hissələrində o qədər də çox gözə çarpmır, amma bir qədər kənar hissələrdə hər şey söylədiyimiz şəklə uyğundur. Belə situasiyaların yaşanmaması üçün qanun var, nəzarət edənlər var, cərimələr var, insanların narazılığı var. Kənarda belə nəqliyyat vasitlərinin dayanması üçün yerlər də nəzərdə tutulub: sayı kifayət qədər olmasa da, var. Nəticə isə... Məncə biz də xoşumuza gəldi-gəlmədi mövcud qanunlara, qaydalara riayət etməyi, görən oldu-olmadı onları pozmamağı öyrənməliyik. Birimiz digərimizin hüquqlarını tapdamamağı bacarmalıyıq. Vallah, onda kitab-kitab maddələrə də ehtiyac qalmayacaq...
45
46
Avtomobil aləmində Çinin öz yeri var. Maşınqayırmadakı işlərə rəqiblərindən xeyli geç başlasa da indi o, daha böyük iddialar yolundadır.
Çində ilk abtomobil zavodlarının qurulması ötən əsrin
1950-ci illərinə təsadüf edir. Onlar uzun zamandır bu sahədə inadla çaba göstərirlər. Bu başlanğıcı birinci mərhələ kimi dəyərləndirsək ölkədə avtomobil sənayesinin ikinci mərhələsinin 1980-ci illərə aid olduğunu söyləyə bilərik. Məhz həmin dövrlərdə Çin Xalq Respublikasının (ÇXR) ərazisində ilk beynəlxalq maşın konsernləri peyda olmağa başladı. Və bu konsernlər də getdikcə minik maşınları səhəsində ixtisaslşma dönəminə girdilər.
Ümumiyyətlə, XX əsrin sonları XXI əsrin əvvəllərində Çin iqtisadi sahədə böyük irəliləyişlərə qədəm qoymaqla yanaşı maşın istehsalında da ciddi addımlar ata bildi. Və buradakı avtomobil sənayesini heç də monoton adlandırmaq olmaz. Belə ki, onlar bu sahədə də özlərini çox rəngarəng bir tablo içərisinə qoymağı bacardılar. Məlumat üçün bildirək ki, ölkədə hazırda təxminən 130 avto-istehsal müəssisəsi fəaliyyət göstərir ki, həmin şirkətlər tərəfindən də 90 markada və 260 modeldə maşınlar istehsal edilir. Belə şirkətlərdən biri də ünlü alman markası Volkswagendir. O, 1980-ci ildə FAWla birlikdə öz müəssisəsini yaratdı, ardınca da elə burada avtomobil istehsalını gerçəkləşdirdi. Yeri gəlmişkən qeyd edək ki, FAW Çinin ilk avtomobil buraxan şirkətidir. Məhz onun fəaliyyətə başladığı tarix – 1953-cü il, 15 iyun ÇXR-da avtomobil sənayəsinin yarandığı gün hesab olunur.
47
Bu sahəyə yönələn diqqət öz təsirini göstərməyə bilməzdi. Və illər ötdükcə yerli brendlərin sayı çoxalır, müxtəlif idayalar doğulurdu. Çin avtomobil konstruktorları yalnız texnoloji sahəni deyil, həm də məşhur markaların surətini hazırlamağı belə öyrəndilər. Ən yaxşı oxşarını düzəltdikləri maşınsa Yaponiyanın məşhur krossoveri Honda CR-V-dir. Ümumiyyətlə, statistikaya əsasən son illərdə 12 Çin müəssisəsi məhz həmin modelin istehsalına girişib. Ümumilikdə isə ölkədə 20-dən artıq nüfuzlu şirkət vardır ki, 70 avtomobil brendi istehsal edir. Bunların sırasında ən məşhurları – Xiali, Chery, Geely, BYD, Hafei, Brilliance, JAC, Great Wall, FAW, Landwind, Lifan, Tianma, Zotie və digərləri sayılır. Əslində Çin istehsalı olan maşınların çox böyük əksəriyyəti yalnız daxili bazar üçün nəzərdə tutulur. Təsəvvür edin ki, 2009-ci ildə buraxılan 13 milyon avtomobildən yalnız 369 mini ixrac olunub. Hətta 2020-ci ilədək Çində 200.000.000 avtomobilin istehsalı plananlaşdırılır.
*Mərhələlər İndiyədək Çində bu sahənin sadəcə cxematik irəliləmə xronikasını belə görmək olar: > 1990-cı il – maşın sənayesinin inkişafına start verilir > 1992-ci il – istehsal olunan avtomobillərin sayı 1 milyonu keçir
> 2003-cü il – maşın sənayesində əsl keçid dövrü yaşanır.(Daxili və xarici bazarda BYD şirkəti - “Build Your Dreams” - “Sizin arzunuzu biz yaradırıq” markası fəaliyyətə başlayır). > 2004-cü il – buraxılan avtomobillərin sayı 5 milyona çatır > 2009-cu il – ÇXR dünyanın ən çox avtomobil istehsal edən ölkəsinə çevrilir, say 13.760.000 olur >2016-cı il – Çində minik maşınlarının satışı 15% artır, say 24.000.000 olur Belə bir rəqəmin həcmini real şəkildə təsəvvür etmək üçün bir statistik müqayisəyə nəzər salsaq tablonu göz önünə gətirmək mümkündür. 2013-cü ildə dünyada təxminən 87 milyon avtomobil buraxılmışdır ki, onun təqribən ¼ hissəsi təkcə Çinin payına düşür. Eyni ildə Çinin illik avtomobil istehsalı Almaniya Yaponiya və ABŞ-ın birgə istehsalını üstələyib. Və ölkədə maşın sənayesinin ümumi gəliri 834 milyard ABŞ dollarına çatıb. Bununla bərabər, əgər adambaşına düşən avtomobil sayına nəzər salsaq Çində avtomobil bazarının böyük potensiala malik olduğunu aydın görmək mümkündür. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, 2013-cü ildə ölkədə maşınların topdan satışı 14% artıb. Nəticə etibarı ilə Çin avtomobil bazarı tutumuna görə dünyada lider mövqeyə malikdir. Əlbəttə, inkişafdan, yüksəlişdən söz açdığımız kimi bunun özüylə gətirdiyi neqativ nəticələrdən danışmamaq mümkün deyil.
Maşınqayırma sənayesinin belə sürətli böyüməsi əsasən ətraf mühitə, ekologiyaya çox ciddi ziyanlar vurmaqdadır. Belə ki, Çin karbon tullantıların həcminə görə dünya ölkələri sırasında “haklı” olaraq 1-ci yeri tutur. Hazırda ölkədəki iri şəhərlərin əksəriyyəti dünyanın “ən çirkli” şəhərləri hesab edilir. Bununla yanaşı, yollardakı tıxaclar da demək olar ki, günün çox aktual probleminə şevrilib. Ekspertlərin çaldığı həyəcan təbili, göz önündə olan faktlar müəyyən addımların atılmasına təsir göstərdi. Belə ki, hazırda Çin avtokonsernləri diqqətlərini daha çox elektrokarların istehsalına yönəldiblər. Və analitiklər belə hesab edirlər ki, Çin bu sahədə də öz sözünü deyəcək. Hətta bu ölkə gələcəkdə alternativ enerji ilə işləyən maşınlar üçün də ən böyük bazara çevriləcək. Hazırda respublika rəhbərliyi də elektriklə işləyən nəqliyyat vasitələrinin inkişafının sürətləndirilməsi və təşviqi üçün bir siyasət həyata keçirir. Elə FAW ölkənin ilk və ən böyük avtoşirkətlərindən biri kimi 1990-cı ildən başlayaraq elektrik mühərrikli avtomobillərin istehsalına üstünlük verməkdədir. Hətta hökumət də bu məsələnin genişlənməsi üçün 37 milyard yuan vəsait qoymuşdir.
49
2017
1.359.919 50
Ə
Ə
Ə
Məlumatı
olanlar bilir, 1830-1840-cı illərdə cəmi 3 elektromobil vardı. Və həmin maşınların yaradıcıları Robert Anderson, bir də amerikalı Tomas Anderson idi. Amma elə düşünülməsin ki, o dövrün bu matah texnikası bu günki maşınlarımız kimi olub. Xeyr. Fərqləri inanılmazdı. Həmin elekromobillərin heç həcmiylə sürəti də biri-birinə uyğun gəlmirdi. Yəni, çox böyük olan bu maşınların sürəti hədsiz dərəcədə az – saatda 4 km idi. Bəli, indiki sürətli, yaraşıqlı, gözoxşayan avtomobillərin ulu babaları məhz bu cür olub...
"Amma bəşəriyyət inkişafdaydı". XIX əsrin sonu, XX əsrin əvvəllərini elektromobillərin həyatında “qızıl dövr” adlandırmaq mümkündür. Çünki məhz bu dövrlərdə göstərilən çabalar sayəsində böyük irəliləyişlər əldə edildi və elektromobillərin inkişafında dəyişikliklər baş verdi. Belə ki, həmin maşınlardakı “qarışqa yerişi” aradan qaldırıldı. Artıq yeni sayılan avtomobillərin sürəti saatda 30 km-ə çatmışdı. Amma yeni imkanlar təkcə sürətlə bağlı deyildi. Alternativ enerjiylə çalışan bu nəqliyyat vasitəsini istənilən fəsildə rahat işə salmaq və bircə dəfə enerji yığmasıyla gün ərzində sürmək mümkün idi. Özü də belə elektromobillər rahatlıqla idarə olunduğu üçün onlardan xanımlar da, yaşlı şəxslər də asanlıqla istifadə edə bilirdilər.
İlklər unudulmur 1895-ci ildə elektromobil tarixinə əlamətdar bir hadisə də qeyd olundu. Belə ki, həmin il fransız mühəndis Şarl Janto öz elektrik avtomobili ilə ilk rəsmi yürüş keçirdi. Onun elektromobili saatda 63 km irəliləməklə yeni bir rekorda imza atmışdı. Əlbəttə bu kiçik uğur sayılmırdı. 4 il sonra – 1899-cu ildə Belçikada istehsal edilən və mənası “narazı” anlamı daşıyan “La Jemais Contente” adlı maşın həmin rekordu təzələdi. Müəllifi belçikalı Kamil Yenatsi sayılan bu “elektrikli” avtomobil saatda 100 km süətlə hərəkət edə bilən ilk avtomobil oldu. Bu hadisə əslində təkcə sürət göstəricinə görə yox, həm də konctruksiyası və aerodinamik formasıyla diqqətləri çəkirdi. Onda 65 at gücünə bərabər elektromühərrik yerləşdirilmişdi. Elektrokarın böyük bir hissəsini demək olar ki, akkumulyator təşkil edirdi. Yeri gəlmişkən onu da söyləmək lazımdı ki, Kamil Jenatsinin rekordu uzun illər özünü qruya bilmədi Çünki 1908-ci ildə alman mühəndisləri artıq saatda 228 km sürətə sahib Blitsen Bents maşınını hazırlaya bilmişdilər.
52
Məğlubiyyət
gün yenidən elektrik enerjisiylə çalışan avtomobillərin istehsalı başlayıb və Belə yeniliklərə, uğurlara baxmayaraq perspektivdəki inkişaf yalnız bu istiqaməti elektromobillərin “hakimiyyəti” uzun sürmədi. göstərir. Çünki yeni texnologiylar yaranmaqdaydı. Dünyada artıq neft yataqlarının geniş istismarı Ah, General Motors... başlamışdı. İstehsalçılar isə maye yanacağın imkanlarına üstünlük verməklə alıcıların Bu gözlənilən idi. Yəni, bir çox yeniliklərə zövqünə daha çox oxşamağa çalışırdılar. imza atmağı bacaran General Motors Əlbəttə, o dövrlər üçün bu ideyalar çox elektromobillər məsələsində də öz sözünü cəzbedici idi. Elektromobillərsə bu amansız deməli idi. Belə ki, şirkət 1996-cı ildə ilk rəqabətə tab gətirə bilmirdi. Və beləliklə onun elektrik enerjisiylə hərəkələnən avtomobilini istehsalı kəskin şəkildə aşağıya düşdü, iflas dünyaya gətirdi. Bu EV1 elektromobili idi. başladı. Artıq elektromobillər 1920-ci illərdə Amma bu maşın 1996-cı ildən yalnız 2003-cü dünyada istifadə olunan avtomobillərin cəmi ildədək buraxıldı (cəmi 1117 ədəd). 2 nəfərlik 1% təşkil edirdi. Mühərriklər passiv şəkildə olan bu kupe bir dəfə enerji depolamaqla 225 özünü qoruya bilsə də bu, 50 ili aşmadı. km məsafə qət edirdi. Maksimum sürəti isə Əlbəttə, sonrakı dövrdə yanacaqla saatda 130 km-ə çatırdı. General Motorsdan işləyən avtomobillər hegomoniyanı ələ sonra “elektromobil virusu”na Ford, Honda, alaraq ən yüksək səviyyədə texniki inkişafa Toyota avtokonsernləri də “yoluxdular”. sahibləndilər. İstehsalçılar bu sahəni inhisara alaraq fəaliyyətlərini hədsiz “Avropalı” elektromobillər genişləndirdilər. Və beləliklə keçən dövr ərzində dünyanı müxtəlif markalı, müxtəlif Qeyd edək ki, elektromobillərin ən çox funksiyalı maşınlarla doldurdular. Onların yayıldığı ölkə ABŞ-dır. Və Avropa onlarla sayı elə bir həddə qədər yüksəldi ki, artıq eyni zamanda bu maşın növünün istehsalına atmosferin sürətlə çirklənməsi məsələsi başlasa da demək olar ki, bu məsələdə qlobal bir problem kimi önə çıxdı. amerikanlar qədər başarılı ola bilmədilər. Çox maraqlıdır, “tarix təkrarlanır” Volkswagenin bu sahədə gördüyü işləri iddiası sanki özünü təsdiqləməkdədir. Bu isə danmaq mümkün deyil. O, ilkin olaraq
az tirajla elektrik enerjisiylə işləyən Jetta və Golf modellərini alıcılara təqdim etdi. 1995-ci ildən 1998-ci ilədək isə City Stromer adlanan 200 elektromobil hazırladı. Maşınlar bir dəfə enerji toplamaqla cəmi 50-80 km məsafə qət edə bilirdi. Fransanın Peugeot markası isə elektromobil bazarına Electriqueni çıxardı. Özü də bu marka Avropanın ekoloji cəhətdən ən təmiz maşını sayılır.
Asiya elektromobilləri Çində avtomobil istehsalçılarının fəallığı isə havanın daha çox çirklənməsi mövzusunu aktuallaşdırdı. Və bu da öz növbəsində maşınlarda alternativ enerji istiqamətində fəaliyətin artmasına səbəb oldu. Hətta hökumət də ölkədəki avto-istehsalçıların diqqətini elektriklə işləyən maşınlara yönəltmək üçün əlindən gələn imkanları ortaya qoydu. Məlum problem Hindistanda da xeyli qabarmışdı. Əslində onların da bu məsələdə gördüyü işlər diqqət çəkir. Onu deyək ki, ölkənin Reva Electrik Car şirkəti General Motorsdan da əvvəl elektromobillər istehsal etməyə başlayıb. Vaxtıyla Sovet İttifaqında da oxşar proseslər özünü göstərirdi.
54
Vaxtıyla Sovet İttifaqında da oxşar proseslər özünü göstərirdi. Belə ki, VAZ əsasında hazırlanan ilk elektromobil 1970-ci illərdə peyda oldu. Amma buranın iqlim şəraiti proses üçün bir qədər əngəl törədirdi. Qış dövrlərində enerjinin çoxu elə avtomobildə salonunun qızıdırılmasına sərf olunurdu.
Son dövrlər Dünyada alternativ enerji ilə sürülən avtomobillərin sayı getdikcə artır. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə dünya üzrə əgər 50.000 elektromobil satılmışdısa 2014-cü ildə bu rəqəm 300.000-ə yüksəlib. Təkcə ABŞ-da ötən il müştərilərin 100.000-i elektromobil almışdır. Yəni, hazırda elektrik enerjisi ilə işləyən maşınlar populyar avtomobillər qədər məşhurlaşıb. Alıcılar arasında elektromobillərin təbliğatınıda Norveç və Niderland ciddi işlər görməkdədir. Belə ki, orada 2014-cü ildə müştəriyə bəzi üstünlüklər qazandıran 45.000 elektromobil satılıb. Yəni, alternativ enerjiylə çalışan maşın əldə edənlər üçün vergilər və ya avtodayanacaqlardakı ödənişlər ləğv edilib. Yaponiyanın Nissan şirkəti elektrotaksi xidmətlərini xeyli artırmışıdr. Yəni, 2015-ci ildən başlayaraq taksamotor şirkətləri Nissanla bağladıqları müqavilələrində elekromobillərə üstünlük verirlər. Kommersiya planında da dəyişiklik hiss olunur. Hazırda elektromobil bazarında İlon Maskın “övladı” sayılan Tesla Motors böyük inamla öz sözünü deməkdədir. Superkarın Avropada zavodu da açılıb və burada ildə 23.000 elektromobil istehsal edilir. Və onların başlıca məqsədi 2020-ci ilədək belə maşınların sayını 500.000-ə çatdırmaqdır. Ümumiyyətlə, avtomobil dünyasında araşdırmalar aparan mütəxəssislər bildirirlər ki, 2025-ci ilə qədər bazarda elektromobillərin sayı 37 milyona catacaq.
55
" . 8 1 0 2 0
R E P
U S
R A L
R A K
"
56
Aynur Hüseynzadə
EV0LUSİYA Superkarlar haqqında söz açılacaqsa ilk növbədə bu
modelin adının nə anlama gəldiyini bilmək pis olmazdı. Amma bunun üçün, necə deyərlər, “Tarixi Nadiri oxumağa” lüzum yoxdur. Yəni, məsələ çox sadədir. “Superkar” tərcüməyə, geniş izaha ehtiyacı olmayan bir sözdür. Və ilk dəfə bu termin XX əsrin 20-ci illərində danışıqda peyda olmağa başlayıb. 1980-1990-cı illərdə idman avtomobilləri sırasında ən məşhurları Porsche, Jaguar, Ferrari və Lamborghini markaları sayılırdı. Sürətlərinə də söz ola bilməzdi. Yəni, bu maşınlar saatda 320-330 km sürətlə hərəkət qabiliyyətinə malik idilər. Və həmin vaxtlarda superkar deyildikdə məhz yürüş avtomobili nəzərdə tutulurdu. Sonradan belə hərəkət sistemi sürəti sevən avtobazlar üçün də hazırlanmağa başladı. Və getdikcə bu proses daha da inkişaf etdi. Artıq 2000-ci illərdə onlara tələbat ciddi şəkildə artdı. Ardınca da superkarların texniki göstəriciləri dəyişdi. Lakin bütün bunlara rəğmən superkarlar yol idman avtomobilləri kateqoriyasına aiddir. Əslində belə maşınlar məhdud sayda istehsal edilsə də həmişə diqqətləri özünə çəkməyi bacarır. Əlbəttə, cazibələrində haqsız da deyillər...
Blitzen Benz
Alman maşınıdır. Adının alman dilindən tərcüməsi “şimşək” mənasını daşıyır. Superkar 1909-cu ildə Karl Bents tərəfindən hazırlanıb. Həmin vaxt müəllifin məqsədi sürəti maksimum həddə çatdırmaq olub. Və avtomobil doğrudan da 1919-cu ildədək ən sürətli maşın hesab edilirdi. Sürəti saatda 229 km idi.
Mercer Raceabout
Əsası Amerikada qoyulan şirkətin bu maşını 1910-cu ildə düzəldilib. O, yürüşlər üçün hazırlanmış superkarlardan sayılır. Maraqlıdır, hazırlanmış maşının nə qapıları, nə təhlükəsizlik kəməri, nə də yan hissələri olub. Lakin bununla belə avtomobilin maksimum sürəti saatda 112 km idi.
Bugatti 57SC
Bugatti modelləri rəqiblərini həmişə öz sürəti ilə qorxudub. Elə II Dünya Müharibəsindən əvvəlki dövrlərdə tanınmış şirkət həqiqətən də dünyanın ən sürətli maşınlarını istehsal etməyi bacardı. 1938-ci ilə aid olan Bugatti 57SC markası imkanlarına görə həyəcan yaradan superkarlardan sayılırdı. Və 200 at gücü olan bu avtomobil geniş şöhrət qazanan maşınlar sırasındaydı.
Fiat Mephistopheles
1923-cü ildə buraxılan bu maşını çoxları haqlı olaraq əfsanəvi Mefistofel avtomobili hesab edirdi. Britaniyalı konstruktor tərəfindən yürüş üçün hazırlanmış bu superkar öz dövründə inanılmaz göstəricilərə sahib olmaqla yanaşı 320 at gücünə malik idi. Onun sürəti saatda 235 km-ə çatırdı.
Mercedes-Benz SSK
1928-1932 ci illərin seçilən markası idi. Onunla yanaşı Auburn Boattalail Speedster (1935-1937), Duesenberg SSJ (1936), Mercedes-Benz 300 SL də (1954) tarixə qovuşan superkarlardan hesab edilir.
Vector W8 Twin Turbo
Bu marka Amerikanın ilk superkarı hesab edilir. İstehsalçı şirkət 1971-ci ildə Cerri Vegert tərəfindən yaradıldı. Lakin belə demək mümkünsə, 1989cu ilədək ciddi səsi-sorağı eşidilmədi. Amma Vector W8 superkarın istehsalı ilə vəziyyət dəyişdi. Hazırlanan maşın sanki elmi-fantastik film qəhrəmanına bənzədilmişdi. 625 at gücündə olan superkarın sürəti saatda 354 km idi. Bu maşının qiyməti hazırda 825.000 dollardır. Yəni, həmin pula iki Lamborghini Aventador almaq mümkündür.
Lamborghini Miura
Bu, avtomobillər tarixində öz yeri olan markalardan biridir. Belə ki, Lamborghini Miura ilk seriyalaşdırılmış italiyan superkarı hesab olunur. 1966-cı ildən 1973-cü ilədək istehsalı dayanmayan model döyüşkən ispan öküz cinsi Miuranın adıyla adlandırılıb. Yeri gəlmişkən, həmin öküzlər 1849-cu ildə Don Eduardo Miura Fernandesin fermasında saxlanılırdı. 3.9 l həcmli 350 at gücündə olan Lamborghini Miuranın sürəti saatda 276 km-ə çatırdı. Bir müddət əvvəl İtaliyada Lamborghini Miuranın 400 S modeli satışa çıxarılmışdı. 1969-cu il istehsalı olan həmin avtomobil bu gün də əla vəziyyətdə idi. Və maraqlıdır, superkarın qiyməti 3 milyon avro təşkil edirdi. Özü də maşın hərracda deyil internet saytlarının birində satışa çıxarılmışdı. İstehsalı məhdud olan bu avtomobildən cəmi 338 ədəd buraxılıb.
Toyota 2000GT
Bu sahədə yaponlar xeyli fərqli davarnıblar. Belə ki, onlar heç də avropalılar kimi idman üslublu avtomobillərə dərin maraq göstərməyiblər. Bu tendensiya ötən əsrin 1960-cı illərinədək davam edib. Və hər şey 1967-ci ildə Toyota 200GT avtomobilinin istehsalı ilə dəyişdi. Sözükedən maşın yaponların məhz ilk superkarı sayılır. Maksimum sürəti saatda 217 km olan bu avtomobildən cəmi 351 ədəd istehsal edilib.
Marussia B1
Bu, Rusiya superkarıdır və daha yaxın dövrlərə aiddir. Belə ki, 2007-ci ildə yaradılan avtomobil şirkəti Marussia Motors sürətli maşınlar istehsalı üçün ixtisaslaşdırılmışdır. Üç ildən sonra buraxılan Marussia B1 superkarın sürəti saatda 320 km-ə bərabərdi. Bir çox Avropa markaları kimi bu rus avtomobilinin də salonu bahalı materiallardan hazırlanıb.
Ən sürətli superkar
Amma hazırda dünyanın ən sürətli superkarı amerikalıların istehsal etdiyi Hennessey şirkətinə məxsus Venom GT hesab olunur. İndiyədək seriyalaşdırılmış heç bir superkar Venom GT-in sürətinə çatmayıb. Avtomobil saatda 435 km sürətlə hərəkət edə bilir. Bu model də çox məhdud sayda hazırlanıb. Bəzi fərqliliklərə görə qiyməti 600.000-dən 1.000.000 dollar arasında dəyişir.
Bu gün bir çoxları real həyatdan uzaqlaşaraq sosial
şəbəkələrə üz tuturlar. Bununla sanki özlərini nədəsə sübut edir və ya gündəlik həyat tərzlərini bölüşürlər. Daha çox fotopaylaşım kimi ixtisaslaşmış instagram sosial şəbəkəsində yol hərəkəti qaydasını pozan və bundan utanmayan insanlara rast gələ bilərik. Bunların arasında adi və "ulduz: deyilən zümrə də var. Adi insanlar "ulduz" sayılanlardan ibrət götürür və onların etdiklərini təkrarlayırlar. "Ona olarsa, mənə də olar" yanaşması hər il minlərlə insanın həyatını itirməsinə gətirib çıxardır. Yüzminlərlə izləyiciləri var, lakin izləyicilərinə yaxşı örnək ola bilmirlər. Deyəsən axı bacarmırlar. Gəlin, instagramda paylaşılan fotolara diqqət edək. Öncədən onu bildirim ki, sosial şəbəkədə paylaşılan bu şəkillər real səhifələrdən götürülüb və şəxsi həyatı əks etdirmir. Çünki inzibati pozuntu varsa, bu artıq şəxsi həyat deyil.
İlk "qəhrəmanımız" Pərvin Abıyevadır. 575 min abunəçisi olan aktrisa gündəlik olaraq müxtəlif tədbirlərdən, idmandan və geyimlərindən paylaşımlar edir. 2958 paylaşımın arasında yol hərəkəti qayda pozması da özüne yer alıb. Pərvin xanım təhlükəsizlik kəməri taxmır. Ondan bu barədə soruşanda : "Ürəyim sıxılır" deyə cavab vermişdi. Yəqin Pərvin xanımın çox böyük ürəyi var. Lakin qəza baş verəndə, Pərvin xanımın ö gözəl siması tanınmaz hala düşəndə, məncə "ürəyim sıxılsaydı" yaxşı olardı peşmançılığı fayda vernəyəcək.
Görəsən, bu an qəza baş versə, Pərvin xanım ö gözəl burun və dodaqlarını necə mühafizə edəcək? Sümüyünün xırçıtısı onun xoşuna gələcəkmi?
1 mln 400 min abunəçi.... Azərbaycanda 2 mln-a yaxın instagram istifadəçisi var. 1 mln 400 min istifadəçilərin 60%-dən çoxu deməkdir. Bu məsələnin rəqəm tərəfidir. Nə qədər realdır, özləri bilərlər. Amma gündəlik tv ekranlarını bəzəyən, instagramdan çıxmayan, insanların arasında tanınan şəxslər ictimai davranış qaydalarına fikir verməlidirlər. Bəli, YHQ ictimai davranış qaydalarının bir növüdür. Çünki, siz əgər yol gedirsinizsə, mütləq onu düzgün getməlisiniz. İnsanlar sizin yolu düzgün getməyinizdən ləzzət almalıdırlar. Amma bu qədər məşhurluq var, amma qanuna hörmət yoxdur.
Arxadan kəmərin taxılmasına baxın. Dahi alman mühəndislərinin kəşfi olan avtomobili azərbaycanlı müğənnilər aldatmağa çalışır. Kəməri arxadan keçirib, sadəcə səsini kəsirlər. Bununla da guya öz aləmlərində çox yaradıcı bir yanaşma etdiklərini düşünürlər. Və bu xanimlarda bir adət halını alıb. Qayda pozmaq bu sadəcə adətdir, ənənədir, öyrəşməkdir. Və ən əsas məsələ cəzasızlıqdır. Bu adamlar buna görə cəza almırlar. Ya görməzdən gəlirlər, ya da telefon zəngi ilə, "tanışdır" deyib göz yumurlar.
328 min abunəçi. . . Əsasən gənclər. Adətən instagramda 17-34 yaş arası insanlar aktiv olurlar. Məşhurların səhifəsini isə daha çox 30 yaşa qədər şəxslər izləyirlər. Çünki 30-dan yaşdan yuxarı insan daha olqun olur və Pərviz Bülbülədən öyrəndiyi bir şey olmur. Artıq bütün qaydapozmaları öyrəndi, həyatına sirayət etdi və bundan sonra rahat gedib divara dəyib ölə bilər. Axı onun fanatı olduğu Pərviz təhlükəsizlik kəməri bağlamır. Sözün düzülüş, əruzun qaydalarından çıxmayan Pərviz, qanundan kənara çıxır. Sözü səhv desə, rədifi pozsa, qafiyəyə düzgün söz uyğunlaşdırmasa utanacaq olan şəxs, qanun pozmaqdan çəkinmir.
Qayda pozmaq Pərvizin həyat tərzinə çevrilib. Yaxşı, intagram hesabını qoydum kənara. Heç olmasa Tv-ə çıxanda kəməri bağlamaq lazımdır. Heç olmasa orada çıxanda görüntü olaraq qaydalara əməl etdiyini göstər. Bu verilişin müxbiri, operatoru, rejissoru, montajçısı, redaktoru isə hər şeyə diqqət ediblər. Bircə kəmərdən başqa. Çünki bu onlar üçün maraqlı deyil. Çünki hesab edirlər ki, qəza hamının başına gələcək, onları qoruyan tapılacaq. Kiminsə şəkli, kiminsə duası, kiminsə kağıza yazıb parçaya bükdüyü əşya qoruyacaq. Təhlükəsizlik kəməri İsveçdə kəşf edilib, Azərbaycanda ölüb. Dünyanın ən xoşbəxt xalqlarından biri olan isveçlilər özünü kəmərlə qoruyur, insanların özünü xoşbəxt hiss etməsi indeksinə görə ilk 50-likdə olmayan xalqımızın nümayəndələri isə ürəyi, böyrəyi, öd kisəsini bəhanə gətirərək kəmər taxmırlar. Çiyinlərində elmi kəşfi, insanların həyatını yüngülləşdirəcək bir işi olmayan şəxslər kəməri pul tələsi hesab edirlər. DYP isə belə şəxslərlə məşğul olmaq istəmir.
851 min abunəçi. . . Anidən parlayan və tv-in ekrandan düşməyən müğənni. Zövqlər müxtəlifdir və mən insanların mahnı , müğənni seçiminə qarışa bilmərəm. Amma çox təəsüf ki, gündəlik həyat tərzi qayda pozmaq olan şəxslər tv-də, saytlarda insanlara qaydalar biçir, müəyyən məsələlər mövzusunda resept paylayırlar. Lakin insgram yaxşı şeydir. Bu adamların qaydalara hörmətsizliyi dərhal ortaya çıxır. Axı daim rola girə bilməzsən. Mənim üçün mədəniyyət bir anlayışdır. Sürücü mədəniyyəti, küçə mədəniyəti yoxdur. Var yalnız mədəniyət. İnsan avtomobildə mədəniyətsiz, evdə isə mədəni ola bilməz. Yarımçıq hamiləlik olmur. İnsan bunu edirsə, deməli o, sadəcə rola girib.
İndi bir çoxları məni qınayır. Müğənninin fanat ordusu, tərəfdaşları və ya sadəcə onun xoşuna gəlsin deyə mənə yüngül desək irad bildirirlər. Hamı bir ağızdan : "Başqa problem yoxdur ?" deyir. Dostlar, əgər başqa problem varsa, onu da siz həll edin. Şəbnəm xanıma fanatlıq edən övladınız, sabah kəmər bağlamdığına görə əlil qalsa, belə düşünəcəksinizmi ? Günahı hər kəsdə axtaracaqsınız, özünüzdən başqa. Lakin insan özünün ən böyük düşmənidir. Allah boybuxun, yaraşıq verir, lakin sanki son anda ehtiyat barədə düşünmək məsələsində insan piyada qalır.
Hər iki şəxs məndən daha məşhurdurlar. Televiziyada olmaları , məşhur insanlarla ailə həyatı, tanışlarının siyahısı məndən daha məşhur olmalarına gətirib çıxardır. Heç də hamının bu qədər sosial məşhurluq həyatı olmur. Bir dəfə mən qayda pozan məşhurlar haqqında DYPİ-nə məktub yazışdım və yol polisi onlar haqqında tədbir görmüşdü. Bu məşhurların arasında yalnız həmkarım Firuzə Cəlilova bunu normal qarşılayıb və instagram hesabında bir daha belə paylaşım etməyib. Yerdə qalan bütün məşhurlar məndən incimişdilər. Bəli, hətta həmkarım Azər Zahid belə. Göndərdiyim məktubda Xəzər Tv-nin əməkdaşlarından savayı, çalışdığım ATV kanalının da əməkdaşlarlı vardı. O zaman kolleqam ATV-də çalışırdır. Və məndən incimişdi. Amma yəqin qəlbinin dərinliklərində əslində doğru etdiyimi bilirdi. Kamil isə şəbəkədə hərdən kobud, qaba, acıdil və söyüşkən kimi görünür. Paylaşdığı şəkillər və videodan qızını çox sevdiyi bilinir. Amma və lakin.....
İnsanlarda qoruma instikti çox zəifdir. Hər iki şəkilə diqqətlə baxın. Kamil təhlükəsizlik kəməri taxmayıb. Övladı arxada oturmayıb və avtomobil içərsində ayaq üstə qalıb. Bu gözəl bala bunu anlamır. Axı o, uşaqdır. Ona bunu izah etməyiblər. Digər şəkildə də eyni şeydir. Uşaq sükan arxasında. Yanında kimsə əyləşib. Ya atasıdır, ya qardaşı , ya da əmisi. Hər kimdir. Hər iki şəkildə uşaqların həyatı ilə oynayırlar. "Mən qəzaya düşməmişəm" "Allah qoruyur", "Ağzını bədliyə açma", "Sənə qalmayıb, öz uşağımdır özüm bilərəm" demək ən asandıdır. Amma bir şeyi xatırladım bziim böyük kimi uşaqların doğru, düzgün və sağlam böyüməsi üçün məsuliyətimiz var. Gəlin, ilk olaraq Kamilin avtomobilindən başalayaq. Kamil saatda 40 km sürətlə hərəkət edir. Kamilin çəkisi hardasa 110 kq-dır. Övladı isə 20-22 kq olar. Saatda 40km sürətlə oynaya-oynaya, sevgi izhar edərək hərəkət edirlər. Bu zaman arxadan saatda 60 km sürətlə gələn sürücü onlara çırpılır. Kamil 220 kq zərbə gücü ilə alın şüşəsinə çırpılır. onun gül balası isə daha yüngül olduğuna görə 44 kq-ıq çəki ilə öncə alın şüşəsinə dəyir, daha sonra şüşədən çıxaraq kapotun üzərinə düşür. Allah uzaq eləsin çox dəhşətli mənzərə olar. Kamil nə qədər idmançı olsa da, dəydiyi zərbə ona qalxıb balasına kömək etməyə imkan verməyəcək. Və bu hadisədən sonra Kamil instagrama nədir, avtomobilə tövbə edər. Azərin paylaşdığı şəkildə isə 18 yaşı olmayan uşağı kəmərsiz sükan arxasında görürük. Ərazi otluq və nahamardır. Adi bir vəziyyətdir. Və təhlükə olduğu sezilmir. Lakin sükan arxasında uşaqdır. Uşaq olduğuna görə qazla əyləci səhv sala bilər. Bunu hətta böyük şəxslər də edir. Yol nahamardır və ərazidə mütxəlif şəxslər var. Hamı uşağın videosunu çəkədiyinə görə ona fikir vermir. Uşaq əyləc əvəzinə qazı basır . . . Əvvəlcə bir neçə nəfərin üstündən keçir və daha sonra sükanı kontrolda saxlaya bilmədiyinə görə avtomobil çuxura düşərək aşır. Pəncərə açıq olduğundan kəmər bağlamayan bu gül balanın başı pəncərədən çıxır və boynu sınır. Dəhşətlidirmi ? Ən adi vəziyətlərdə belə dəhşətli hadisələr ola bilər. Bu qədər biganəlik olmaz. Nəinki özünə qarşı, öz övladına qarşı biganə olmaq olmaz. DYP isə heç bir sosial aktivlik göstərmir. İşlək facebook səhifələri yoxdur. İnstagramda paylaşımları izləmirlər. Sanki hamını yolda gözləyirlər. Bu cür qayda pozuntuları isə məndən başqa heç kimi maraqlandırmır. Çünki hamı hesab edir ki, bu onun işi deyil. Bunun üçün xüsusi adamlar var. Sizə növbəti səhifəyə keçməyi təklif edirəm. Növbəti səhifədə kəmər bağlamadıqda başınıza gələcək ən pis məqamlar əks olunub.
67
İkuo Maeda
Maşınım Mazda
Dünyada Mazda adını yəqin ki, eşitməyən çox az sayda adam ola bilər. Ona görə yox ki, bu özlüyündə çox məşhur söz, yaxud hansısa dahinin və ya qeyri-adi bir məkanın adıdır. Xeyr. Yapon bacarığı onu beləcə məşhurlaşdırıb. Söhbətin nədən getdiyini yəqin ki, anlamışsınız. Mazda avtomobilləri... Müasir dövrün avtomobil ailəsinin önəmli, “hörmətli” üzvlərindən biri hesab edilən Mazda öz ideyasını KODO fəlsəfəsində tapır. Yəni, hərəkətsiz əşyalar belə hərəkətli görünməlidir. Və maşındakı həmin fəlsəfənin də müəllifi İkuo Maedadır. Maraqlıdır, onun soyadındakı bir hərfi dəyişmək bəs edir ki, 30 il çalışıdğı şirkətin adı onunla eyni səslənsin. İkuo Maeda kimdir? Qısa olaraq dizayner haqqında bunları söyləmək olar. Maeda 1959-cu ildə Yaponiyada anadan olub. İlk təhsilindən sonra Kioto şəhərində Texnika və Tekstil Universitetinin Texnoloji fakültəsini bitirərək Sənaye dizayneri ixtisasına yiyələnmişdir. 2009-cu ildən Mazda Motors Corporasiyasında baş dizayner vəzifəsində çalışır. Özünün maraqlı hobbisi və məşğuliyyətləri vardır: avtoidmanla, veloyürüşlə və alpinizmlə yaxından maraqlanır. Çalışdığı vəzifəylə əlaqədar dəyişməz prinsipi vardır:
“Mən Mazdanın baş dizayneriyəm və bu çox çətin bir işdir. Burada mütləq məqsədyönlü olub zirvəyə ucalmağı və bütünlüklə avtomobilə cavabdeh olmağı bacarmalısan”. Maeda şirkətə baş dizayner təyin olunnmadan öncə qısa bir təqdimat keçirilir və o, gələcək iş yoldaşlarına əsas məqsədini və fikirlərini təqdim edir. Söylənəcək sözlər önəmli idi. Lakin heç bir neqativ şərhlə qarşılaşmayan İkuo beləcə Mazdada baş dizayner təyin olunur.
68
Maraqlı ideyalarla yaşayan İkuo Maedanın bir müddət əvvəl mətbuat nümayəndələri ilə görüşdə verdiyi müsahibə əslində onun xarakteri, iş prinsipi, ideyaları, fəaliyyət perspektivləri haqqında konkret təsəvvürlər yaradır. Söhbətsə belə alınmışdı... – Ümumiyyətlə Mazda şirkətində dizyner ideyalarını kim tərtib edir? – Əsas ideyadır. Mən ayrı-ayrılıqda dizaynerlərimə yaxınlaşıb tapşırıqlar verə bilmərəm. Bu qeyri-peşəkarlıqdır. Mən əsas ideyanı yaradıram. Burada sözlərə ehtiyac yoxdur, önəmli olan görüntüdür, yəni şəkildir. İş prosesi təqribən belə formalaşır: dizayner şəkil çəkir, daha sonra isə həmin şəkil maket formasını alır. Növbəti mərhələdə isə maket mühəndislərə təqim olunur, ardınca biznes keys hazırlanır. – İkuo Maeda ənənəyə sadiq qalmağı seçir, yoxsa inkişaf etməyi? – Ənənə inkişafın başlıca mühərriki olmalıdır. Əlbəttə, adətlərə riayət edərək dəbdən geri qalsaq, onda biz gənc nəslə qarşı haqsızlıq edərik. Elə bu səbəbdən də ənənəni qorumaqla inkişaf etmək vacibdir. Bir sözlə, qırmızı xətti keçmək olmaz. Lakin inkişaf, heç də tək dizayndan asılı deyil. Düşünün, stulun 4 ayağı vardır, amma tək və ya cüt ayaqla o tam sayıl bilməz. Belə yanaşma eyni ilə avtomobil istesalında da keçərlidir. – KODO Mazda dizaynının yeni istiqamətidir? – KODO əslində hərəkətdə atletizm elementidir. Yəni, müxtəlifcür atletlər olur: əzələli kultiristlər, hormonlarla şişirdilmiş bədənə sahib atletlər. Söyləyə bilərm ki, Mazda sağlam, sürətli və qamətli
atletlərlə çalışır. – Baş dizayner işinin sirri nədədir? – Məncə baş dizayner olmaq üçün ilk növbədə heç nədən şübhə etməmək lazımdır. Yəni, hətta avtomobili tək yaradacağına əmin olmalısan. Əlbəttə, baş dizayner dizaynerlərdən ibarət bir komanda toplayır. Və bu komanda da ulduz dizaynerlərin iştirakına ehtiyac yoxdur. Burada əsas məqsəd müxtəlif millətlərə mənsub peşəkar dizaynerləri bir komandaya toplamaqdır. Sonra da Çindən, Almaniyadan, İngiltərədən və sairə olkələrdən çağırdığın dizaynerləri bir arada saxlayıb vahid bir müxanizmlə çalışdırmaqdır. Dizaynerlər uşaqları xatırladır. Hər biri öz ideyasını bəyəndirməyə çalşır. İdeyaları bəyənilmədikdə isə onlar sanki inciyirlər. Nəticədə isə son sözü bazar deyir və seçilən ideyanın uğurlu olub-olmadığı avtomobillərin satış rəqəmi ilə bilinir. Məlum məsələdir ki, ideal dizayn yoxdur, amma ideala yaxını mövcuddur. Onu da deyim ki, menecmentlikdə zəifəm. Mən daha çox yaradıcı insanam. – Söylənir ki, Mazda beynəlxalq dizayn yaradır... – Bəli, Mazda beynəlxalq dizayn yaratmağa çalışır. Lakin bu prosesdə bir məxfi açar gizlənməlidir. Məhz bu açar yapon mentalitetini qorumalıdır. Yəni, avtomobilə baxdıqda onun yapon markası olduğu və üzərindəki yapon mədəniyyəti aydınca gözə çarpmalıdır. Həm də yapon avtomobili sadə və gözəl olmalıdır. – İkuo Maeda üçün ideal dizayna sahib avtomobil hansıdır? – Son dövrlərdə gördüyüm avtomobillərdən təqlid edilə biləcək Range Rover Evoque və BMW 6-ı göstərərəm. Onların dizaynındakı nisbət möhtəşəmdir.
Ä°KUO MAEDA
B
bunlar sürücülərin, eləcə də marketoloqların da yeni fişkalara u gün sosial şəbəkələrin mövcudluğu imkan verir malik videoqeydiyyatçılara marağını artırır. ki, insanlar onları maraqlandıran hər hansı bir məsələni ictimailəşdirsin. İstədiyi məlumatı ötürsün. Hər kəs bilir ki, indi müzakirə üçün heç bir məhdudiyyət də yoxdur. Bununla BİR ƏLAQƏ VAR... Belə variantlardan biri də müxtəlif messenger-lərdən yanaşı informasiya axını o qədər güclü və intensivdir ki, yeni bir məlumatı oxumaq üçün bir də cibindəki telefonu çıxarmaq gələn məlumatların (mətnlərin) smartfona quruşdırılmış istəmirsən. Sükan arxasında bu məsələ bir az da çətinləşir. videoqeydiyyaçının ekranında gürünməsidir. Belə funksiyası Amma nə edəsən, tənbəllik göstərdiyin məlumat ciddi də olan videoqeydiyyatçı Mio MiVue 788 yeni olduğu üçün testdən ola bilər. Xəbərsiz qalamayasınız deyə bu informasiyaların keçirildi. Beləliklə önünüzdə üst səviyyəli firmanın gadgeti vardır. Yəni, videoqeydiyyatçı ilə translyasiya edilməsində nə ziyanı var? Məlumdur ki, müasir videoqeydiyyatçıların son zamanlar keyfiyyətli optika və yaxşı GPS modul ilə, həm də dislokasiya müxtəlif funksiyalara malik növləri yaradılıb. Və belə cihazların kartlı stasionar DYP kamerası olan bir cihaz. Onun həssas bir çoxu həqiqətən də sürücülərin işini xeyli rahatladıb. Bir ekranlı və yetərincə iri olması istənilən zaman kiçik detalları sıra cihazın yaddaşının foto və videosabitləşdirmə stasionar belə müşahidə etməyə imkan verir. Üfiqi şəkildə istiqamətlənir. Gövdə hissəsində işəsalma düyməsi, MicroSD yaddaş kartı komplekslərinin bazasına bağlanması da faydalıdır. Belə videoqeydiyyatçılar stasionar kameranın və ya radarın üçün slot, mini USB-nin yuvacığı və video-audio üçün çıxış yaxınlaşması barədə sürücünü məlumatlandırır. Bu da imkan mövcuddur. Hətta ikinci bir kameranın birləşdirilməsi üçün verir ki, yolun qəza təhlükəsi yarada biləcək hissəsində sürücü imkanı da var. Qurğu sorucu kranşteyn vasitəsiylə bərkidilir və maşını daha diqqətli sürsün. Yeri gəlmişkən, xatırladaq ki, indi bu sürüşdürmə şəkilində olduğu üçün onu istənilən vaxt asanca məhz belə yerlərdə uyğun komplekslər quraşdırılır. Və bütün dirsəkdən ayırmaq mümkündür
Mio MiVue 788 Wi-Fi yaxud, Bluetooth vasitəsiylə smartfona da qoşula bilir. Bu zaman telefona (girişi açıq Google Play və Apple App Store) MiVue Pro əlavəsi quraşdırılmalıdır. Növbəti sxemi də seçmək mümkündür: Bluetooth vasitəsiylə smartfonu avtomobilin ştatlı multimedia sisteminə qoşaraq xüsusi tutqacla ön panelə bərkitmək olur. Daha sonra videoqeydiyyatçı smartfona qoşulur. Bu proses bir-iki dəqiqə çəkir. Amma təkrar qoşulmalar zamanı daha az vaxt sərf edilir.
Bİrbaşa efİr
Smartfonda bir düyməni sıxmaq yetərlidir ki, videoqeydiyyatçıdakı görüntü “canlı yayım” şəklində facebook profilinizdən ötürülsün. Əlbəttə, bu funksiyadan ən çox videobloqerlər yararlana bilər. Belə ki, onlar öz reportajlarını sükan arxasından da ötürmək imkanı qazanırlar. Bunun üçün kameranı sadəcə özünə yönəltmək lazımdır.
Göndərmək
İstənilən görüntünü də bir toxunuşla göndərmək mümkündür. Qurğu həm də yoldakı hadisələrin, baş vermiş qəzaların fraqmentlərini lazımlı ünvanlara ötürməyi də bacarır. Zərərçəkənlərə yardımların göstərilməsində, həqiqətin üzə çıxmasında əlbəttə, o əvəzsiz rol oynaya bilər.
75
Çatdırıldı, ancaq oxunmadı Demək olar ki, videoqeydiyyatçı bütün populyar messenger-lərlə yaxından “dostluq” edir: WhatsApp-dan başlamış Facebookadək. Cihaz siqnalı alarkən sürücünün diqqətini yoldan yayındırmasına heç gərək yoxdur. Çünki mətn videoqeydiyyatçının ekranında görüntülənəcək. Əlbəttə, bütövlükdə yox. Əsas məsələ məlumatın ötürülməsidir. Və ekrandan cavab vermək olmaz. Hər halda təhlükəsizlik hər şeydən üstündür. Bir də, qadcet çox populyar kommunikasiya vasitəsi olan Viber-i “tutmur”. Amma bu düzələn işdir, bundan ötrü proqram təminatını yeniləmək yetərlidir. Mağazadan aldıqdan sonra istifadəçi bunu özü də edə bilər. Əsas odur ki, cihazın müəllifləri buna diqqət ayıraraq funksiyaları daha da genişlətmişdir. Smartfondan videoqeydiyyatçıya qoşulma eyni adlı cəhdlə həyata keçir. Həm də dəstəkçi olan istənilən messenger-i söndürmək olur ki, onun vasitəsi ilə gələn məlumatlar qeydiyyatçının ekranında görünməsin. Eyni zamanda messenger-lərdə belə bir statusa da vardır: məlumat gəlir, lakin oxunmur. Əlbəttə, bu o şəxslərin işinə yarayır ki, cavabı üz-üzə görüşərkən vermək istəyir. Nə vaxtsa ona ünvanlanan “niyə cavab verməmisən” qınağına da inandırıcı cavab hazırdı: “məlumatı görməmişəm”. Çünki videoqeydiyyatçının ekranında gürünən həmin məlumat “oxunmamışdır” statusunu saxlayır. *** Yekun nəticə olaraq testdən keçirilən videoqeydiyyatçının əsas üstünlükləri videofraqmentlərin işlək vəziyyətdə smartfonun yaddaşına köçürülə bilmə imkanlarıdır. Bu proses üçün sürücüyə minimum həddə vaxt lazım olur. Mio-nu əldə edənlər sərnişinlər qarşısında bu cür videoqeydiyyatçı ilə fəxr edə bilər. Yəqin ki, avtoqagcetlərin digər istehsalçıları da tezliklə öz məhsullarının yeni modellərinə anoloji funksiyaları əlavə edəcəklər.
Koreya aksenti
76
Bu il Hyundai sevərlər üçün əla bir il
olacaq. Mart ayında Cenevrə avtosərgisində yeni Hyundai SantaFe təqdim ediləcək. Və keçən ilin fevralında Torontoda təqdim edilən yeni Hyundai Accent artıq Bakıdadır. Yeri gəlmişkən Şimali Amerikada Hyundai 5 növ Accent təqdim edir. Bu yeni ekonom sinfinə aid olan avtomobil daha təqdimatlı "obraza girib". Sanki avtomobil bir qədər böyüyüb və heç də özünü ekonom sinfinin nümayəndəsinə bənzətmək istəmir. Amma qənaət baxımdan daha da qənaətcil olub. İlk olaraq ondan başlayaq ki, bizim bazara gələn Accentlə , Amerika bazarına gələn Accent arasında fərq çox minimaldır. Bu avtomobil 2016-cı ildən Çin bazarında satışda olan Hyundai Verna-nın tam oxşarıdır. Və bu avtomobillər identikdilər.
Ekstryer Hyundai Accent 2018
yaraşıqlı etməmişdilər. Bu arada, Amerikanlara və bizə gələn avtomobillərin arxa stoplarında fərqlər var.
Artıq bütün dünya brenbdləri sinfindən asılı olmayaraq bütün modellərini eyni dizayn üslubunda hazırlayırlar.
xarici ölçüləri
Ön hissədə - kəskin baxışlı işıq optikası ilə təchiz edilib. Polad radioator barmaqlıqları, hamar dizaynlı bamper, duman əleyhinə işıq üçün geniş seksiya, havaqovucunun kəskin bucaqlı forması.
Uzunluq – 4,405 m Eni – 1,729 m Hündülük – 1,47 m.
Yandan - daha şığıyıcı forma alıb. Bu qapıda olan çıxıntıların hesabına alınıb. Daha parlaq formalı təkər arkasının xətti çox ehmalca arxa hissəyə doğru uzanır. Arxa hissədə isə möhtəşəm arxa işıqlar yerləşir. İndiyənə qədər Accenti arxadan bu qədər
Təkər bazası 2.6 m. Yerdən hündürlüyü (klirens 16 sm). Səki və dəmiryollarını rahat keçmək imkanı verir. Kuza 7 rəngdə təklif edilir. Bizə isə çox güman daha az rəng komplektasiyası gəlir. Biz daha çox ağ, qara, boz rəngləri sevirik ona görə.
İnteryer Hyundai Accent 2018 Yaxşı xəbər budur ki, yeni Accent yeni ön alətlər paneli əldə edib. Sürücüyə ələyatımlı,komfortlu üçoxlu sükan təklif edilir. Lakonik amma informativ alətlər kombinasiyası, analoq siferblat və onların arasında maye kristal monitorlu bort kompüter yerləşir. Mərkəzi torpedo 6 dərəcə sürücüyə doğru yönəldilib. Bu salonu daha erqonomik edib və multimedianı daha rahat idarə etmək imkanı yaradır. Multimediya displeyi baza modelində 5 duymluqdur. Salondan asılı olaraq 7 duymla əvəz edilir. Burada klimat kontrol,bir neçə köməkçi funksiya və düymə var. Avtomobil salonu ucuz amma keyfiyyətli materialdan hazırlanıb. Önoturacaq kamfortludur və alıcının rahat əyləşməsi üçün üçün bir neçə ayarlamaya malikdir. Amma oturacağın səni "qucaqlaması" bir qədər zəifdir. Arxa kreslo əlavə heç nə ilə təchiz edilməyib. 3 sərnişin rahatca yerləşir. Hündürboytlu 1.85-dən yuxarı şəxslər üçün dam örtüyü maneə yarada bilər. Amma biz Azərbaycanlılar hündür boyumuz ilə seçilmirik. Baqaj həcmi 480 litrdir. Arxa oturacaqları endirdikdə isə bu həcm 2.5 dəfə böyüyəcək. Təchizatdan asılı olmayaraq tam ehtiyat təkərlə təchiz edilir.
Texniki xarakteristika Hyundai Accent 2018
Yeni Hyundai Accent sələfindən daha moderndir. 6 -cı nəsil Elantra və Creta krossoveri kimi müstəqil arxitekturaya və Makferson asqısına sahibdir. Mühərrik olaraq 4 silindirli benzin, 6 pilləli mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edilib.16 klapanlı Karra ailəsinə mənsub 1.4 litrlik mühərrik 100 at gücünə sahibdir. Maksimal sürət 185 km saat, fırlanma anı 132 Nm, 0-100 km-i 12.2 saniyəyə yığır. 100 km-ə yanacaq sərfiyatı 5.7 litrlə - 6.3 litr arasında dəyişir. 1.6 litrlik 4 silindrli Gamma ailəsinə məxsus mühərrik isə 123 at gücünə sahibdir. Saatda 193 km sürətio 151 Nm fırlanma anı ilı alır. 100 km ürəti 10.3 saniyəyə yığır. Yanacaq sərfiyatı 6.6 litrdir. Avtomobil daha möhkəm polad gövdəyə malikdir. Və gövdə 52% yüksəkbərkliyi ilə seçilən poladdan ibarətdir.
Təhlükəsizlik Hyundai Accent 2018 Budcə sinifi olsa da Accent bir çox elektron təhlükəsizlik sistemi ilə təchiz edilibş - Önoturacaqlarda təhlükısizlik yastığı. - Əyləcləmədə antibloklama sistemi - Yoxuşda hərəkət stabilliyi - ESP - Uşaq oturacağı bərkidicisi - Ayarlanan baş dayaqlıqları. - Arxa parktronik. - Dinamik xəttləmə ilə arxa nəzarət - Mərkəzi kilidləmə - Təkər təzyiqinin yoxlanılması - Əyləc gücünün elektron paylaşdırılması - İmmobilayzer - GPS Maraqlısı budur ki, bu sistemlər standard və orta komplektasiyada təklif edilir. Baza kompektasiyasında kruiz kontrol olmayacaq. Azərbaycanda 23600 manatdan başlayan qiymətlə satılır ki, bu keçən ilki qiymətlərlə eynidir. Şimali Amerikada hetçbek kuzasına malik olacaq ki, biz onu öz yollarımızda heç vaxt görməyəcəyik.
81
Sovet ittifaqında hansı xarici avtomobillərə icazə var idi. ?
şəkilli tarix
TURAL YUSIFOV
82
Hamıya məlumdur ki, sovetlər ittifaqında xarici
markalı avtomobillər qadağan idi. Təbii ki, xüsusi vətəndaşları çıxsaq, heç də hamı nəinki xarici heç yerli avtomobil ala bilmirdi. Avtomobil almaq üçün növbəyə durmaq lazım idi. Amma xalq təssərüfatında xarici avtomobillər çox idi. Burada nəinki, sovet dövlətləri, həmçinin burjuaziyanın da avtomobilləri var idi. Bizə müxtəlif avtobuslar, yük avtomobilləri, furqonlar, traleybuslar gətirilirdi. Hətta aralarında kiçik minik avtomobillərinə də rast gəlmək olardı.
1950-ci illərdə SSRi-də sanitar maşınlar və kiçik furqonlar kəskin surətdə çatışmırdı. Ona görə 1957-ci ildə çexiyadan Skoda avtomobilləri gətirməyə başladılar. Skoda 1201 sedan bazasında hazırlanıb və 1200 kub sm-ik mühərriklə təhciz edilirdi. 1.2 litrlik mühırrikdə 47 at gücü toplanmışdı. Daha sonra isə ittifaqa Skoda 1202-nin modernləşmiş versiyası daxil oldu. İldə 3000 avtomobil ssri-yə İlk Çex özügedən avtomobillər Tatra 111 1948-ci göndərilirdiş 1957-ci ildən 1968-ci ilə qədər 15806 sanitar məqsədli furqonlar və illərdə peyda olmağa başladı. 50-ci illərin sonunda az sayda sedanlar gətirilmişdi. Tatra 138 modeli, 62-ci ildə isə modernləşdirilmiş Tatra 148 gətirildi. 15 min kq yükgötürmə qabiliyəti olan bu avtomobil mühərrik həcmi 12 lt idi və 212 at gücü var idi. Və arxa təkərlər daim əyilmiş vəziyyətdı olurdu. Tetra SSRİ-də ən geniş yayılmış özügedən idi.
Polşadan isə mikraavtobuslar gəlirdi. Bunlardan biri Nysa idi. Bu avtomobili GAZ M20 Popedanın surəti olan Varşava modelinin əsasında hazırlanmışdı. 70 at gücü və 2 litrlik mühərrik sahibi idi. İndiyənə qədər Ziya Bünyadov prospektində şəkildə gördüyünüz Lyublinadan olan Zuk A06 yükavtomobili çalışır. Avtomobil 1967-ci ilin istehsalıdır. 950 kq yük götürə bilir.
Skoda 706-cı seriya isə ittifaqa çox doğma avtomobil idi. 14200 kq yük götürə bilən yarımqoşqulu refrijeratorlar,dartqılar gətirilirdi. 6 silindrli dizel 11.9 litr mühərrikə, 180 at gücünə malik idi. 1970-ci illərdə isə LİAZ 100 müasir kabinəli avtomobilər peyda oldu. Uzaq məsafələrə gedən sover sürücüləri çex yük avtomobillərini çox sevirdilər.
80-ci ilin Moskva olimpiyadasına isə gülməli şərqi alman avtomobilləri gətirildi. Multicar 25. 2 litrlik dizzel mühərrik 4 silindrli idi və 45 at gücü var idi. Bu cüt avtomobillər daha çox kommmunal xidmətlərdə işlədilirdi. Arasında bortlu yük və furqonlara rast gəlmək olardı.
Ümumilikdə SSRi- yə 150 min İkarus markalı avtobus gətirilmişdi. Ona görə bu marka doğma hesab edilirdi. Modelləri çox idi. Ən məşhurları şəhərlər arası İkarus 55 (İkarus Lux) idi. 32 rahat oturacaqlı bu avtobus, 8.28 litr mühərrikə sahib idi. 145 at gücü olan bu avtobus 2000-ci illərə qədər gətirilirdi. Halhazırda Azərbaycanda hələ də İkarusdan istifadə edilir. İkarusun şəhər daxili marşurutda istifadə edilən modelləri arasında "qarmoşkalı" deyilən versiyası da var idi.
50-ci illərin sonundaAlmaniya Demokratik respublikasının istehsalı olan iki mərtəbəli avtobuslara rast gəlmək olardı. Bu DO56 Lova avtobusları idi. 4 metr hündürlüyündə olan bu avtobuslar, güclü 9 litrlik mühərriklə təchiz edilmişdi. 120 at gücü, 52 oturacaq və 20 ayaq üstü yeri var idi. Moskvada iki mərtəbəli avtobuslar yaşaya bilmədi.
Azsaylı minik avtomobillərinin arasında isə Mercedes və BMV seçilirdi. Milisdə həmçinin Tatralardan istifadə edilirdi. Əvvəl Tatra 87, daha sonra Tatra 603 , 70-ci illərin sonunda isə Tatra 613 gətirildi. Qəribə dizaynlı bu sedan V8 mühərrikli və iki karbüratorla təchiz edilmişdi. 3.5 litr mühərrik həcmi və 165 at gücünü sıxa bilirdi. Avtomobilin maksimal sürəti saatda 190 km idi. Bu avtomobillər adətən güc strukturunda olurdu. daha sonra şəxsi istifadə də peyda oldu.
Dərmana görə Başın ağrıyır, özünü pis hiss edirən və vacib sükan arxasında olmalısan. Elə hallar var ki, sürücü evdə qalıb müalicə oluna bilmir.
85
Bir çox sürücülər elə hesab edir ki, sürücülük hüququ
yalnız narkotik və psixotrop maddələrin və ya spirtli içkilərin istifadəsi zamanı yaranır. Bəs qanun dərmanlar haqqında nə deyir? Dərmana görə sürücülük hüququ məhdudlaşdırıla bilərmi? Əgər bilərsə, hansı dərmana görə ola bilər? İnzibati xətalar məcəlləsi deyir - Maddə 333. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
İnzibati məsuliyyət nəfəsdə 0,16 spirt olduqda yaranır.
Əgər sürücü spirt tərkibli dərman içibsə və bu zaman nitqi pozulub, düzgün yeriyə bilmir və dərisi qızarıbsa, deməli sürücü sərxoş olmaq səviyyəsində dərman qəbul edib. Bu zaman polis əməkdaşı əvvəl alkotesterlə sərxoşluğu müəyyən edir, alkotesterin nəticələri qənaətbəxş deyilsə, sürücü tibbi yoxlanışdan keçirilməlidir. Qanuna əsasən sürücünün dili dolaşırsa, ayaq üstə güclə dayanarsa demək o, qəzaya düşə bilər. Dərmanın tərkibi diqqətlə yoxlanılmalı və tərkibindəki spirtə diqqət edilməlidir. Əgər alkotester bu spirtə reaksiya verirsə, cəza qaçılmazdır. Dərmanın tərkibində bir və ya pbir neçə psixotrop maddələr varsa bu zaman da cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılması baş verə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları” qaydaları var.
Əgər sürücü spirt tərkibli pereparat qəbul edibsə, o, idarəetmədən uzaqlaşdırıla bilər. Konkret desək 4 əlamətdən vətəndaşın sərxoş olması müəyyən edilə bilər. >Nəfəsdən alkoqol iyi gəlməsi >Şax durmama və yeriyərkən ləngər vurmaq >Danışığın pozulması Sual verə bilərsi iz ki, miqrendən dərman içməyim ? >Dərinin rənginin qəfil dəyişməsi (qızartı) Cavab sadədir.
86
Əgər tərkibində bu qaydalarla nəzarət edilən narkotik maddə varsa, onu içmək olmaz. Eyni şey psixotrop maddələrlə bağlıdır. Onların da Azərbaycan ərazisində dövriyəsi qadağandır. Ona görə dərman içməzdən öncə onun tərkibini oxumaq mütləqdir. Təbii ki, Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarına uyğun hədlərdən artıq deyilsə, siz dərman içə bilərsiniz. Bu üç şeyə diqqət edin ►Tərkibində olan spirt icazə verilən həddən artıq olmasın ►Tərkibində olan psixotrop və ya narkotik maddələr qadağan edilən və ya nəzarətdə olan olmasın. ►Qəzaya səbəb olacaq, rekaisyanı zəiflədəck dərman olmasın. Həmçinin, qanuna əsasən sizin diqqətini yayındıracaq, reaksiyanızı azaldacaq dərman sizin sərxoş kimi rəsmiləşdirilməsinə gətirib çıxarda bilər. Və ona görə sizə bir neçə dərman təqdim edirik ki, tərkibindən xəbərdar olub, onu içərək sükan arxasına keçməyəsiniz.
Çox istifadə edilən dərmanlar Ad
Göstərici
Tərkibində spirt
Qadağanedilmiş maddə
Andipal
ağrıkəsici.
—
Fenorbarbital
Valokardin
Ağrıkəsici
Etanol
Fenorbarbital
Valoserdin
Ürək dərmanı
Etanol
Fenorbarbital
Kaffetin
Analgetik-antopiretik
—
Kodeina fosfat
Miqren, baş ağrısı, diş ağrısı əleyhinə
Klaritin
Alergiya əleyhinə
—
—
Kodelak
Öskürək əleyhinə
—
Kodein
Korvalol
Ürək dərmanı
Etanol
Fenobarbital
Nurofen +
Ağrıkəsici, qızdırma əleyhinə
—
Kodeina fosfat
Solpadein
Ağrıkəsici
Etanol 95% ağ
Kodeina fosfat
tabletlərdə
Suprastin
Alergiya əleyhinə
—
—
Tavegil
Alergiya əleyhinə
—
—
Telfast
Alergiya əleyhinə
—
—
88
ikinci əl avtomobil bazarında elə avtomobillər
1
var ki, onlar daim tələbatdadırlar. Bu adətən Mercedes, BMW, Honda və Toyotadır.. Amma bu markaların da satılması çətin olan modelləri olur. İkinci əl avtobazarın əsas üstünlüyü odur ki, orada uyğun qiymətə yaxşı komplektasiyalı avtomobil tapmaq olar. Biz sizə aldıqdan sonra çətinliklə sata biləcəyiniz avtomobillərin siyahısını veririk. Axı bizdə avtomobili alan kimi dərhal neçə ildən sonrasa satmağı düşünürlər. Mercedes bizdə çox məşhurdur. Amma B klass sevilmir. Əgər ucuz qiymətiə birini tapsanız tələbat az olduğuna görə satmaqda çətinlik çəkəcəksiniz. Ancaq bir çox satıcılar düşünür ki, bu avtomobil bizim bazarda real diqqəti qazanmayıb.
Fordun nəinki köhnəsi, heç təzəsi bizdə satılmır. Bu təbii ki, dillerin günahıdır. Amerikanın ilk avtomobil markası dünyada marka dəyərini qoruyan nadir avtomobildir. Pis satılmasına əslində güclü səbəb yoxdur. Sadəcə bizimkilər bu avtomobili tanımırlar.
2
3
İnternet reklamlarına baxıb aldanmayın. Skoda Yeti bizim bazarda "ağ qarğa" olacaq. 1.2 TSİ benzin mühərrik qənaətcil olsa da, bizim alıcılar bu cür avtomobillərə bir təhər baxırlar.
4 Opel problemi çox, servisi zəif avtomobil kimi tanınır. Bu alman avtomobili almaq istəyən, amma pulu çatmayan şəxslərin avtomobili kimi tanınır. Opel Astra J heçtbek kuzalı əgər mexaniki sürətlər qutusu ilə təchiz edilibsə sata bilməyəcəksiniz. Amma bu modifikasiyalı sedan və ya universal tələbatlıdır.
5
Daha bir real qiymətindən ucuz satılan avtomobil. Hyundai Tucson. Bu avtomobildən narazı olan yoxdur , amma ikinci əl bazrada qiyməti sürətlə aşağı salırlar. Bilmirəm niyə amma Koreyada tələbatlı olan bu avtomobil, bizdə alınandan sonra çox ucuz satılır.
6
Suzuki Vitara. Daha bir yapon brendi. Bu avtomobilin mexaniki nədir, avtomat qutulu olanını satmaq üçün gərək qiyməti ucuz qoyasan. Bizdə çox da sevilməyən avtomobildir.
7 8
Suzuki SX4 bahalı hesab edilən və diqqət görməyən avtomobildir. Nissan markası bizdə sevilir. Konkret olaraq bir neçə model "Bu qiymətə gedib Mercedes alaram" deyənlər sizinlə qiymət (Sunny, Maxima,Patfinder,Qasqai,Murano) . Alt modellər o qədər "öldürəcəklər". Və ya "bu qiymətə gedib RAV4 alaram" deyəcəklər. də populyar deyillər. Nissan Terrano-nu satmaq üçün gərək km az olsun. Çox məsafə qət etmiş olsa satılması çətin olacaq.
9
Gözlənilmədən bu siyahıda Mitsubishi L200 peyda oldu. Bu pikap çox tələbatlı avtomobildir. Üstəgəl çox möhkəm və etibarlıdır. 2015dən bu yana olanlar isə çox qiymətləndirilmiş hesab edilir. Qiyməti aşağı salmasanız Volkswagen Amarok almağa gedəcəklər.
10
Chevrolet Cruze - benzin turbo motorlu avtomobil alınanda sevgi ilə, satılanda isə nifrətlə satılır. Psevdo amerikan hesab edilir və daim alanlar qiyməti aşağı salmağa çalışırlar. Məsələn Opel daha statuslu hesab edilir nəinki Chevrolet. Bizim bazarda avtomobil tanımaq deyil, psixoloji məqamlar daha çox rol oynayır.
92
Hərəkət iştirakçıları hansı ardıcıllıqla yolu keçməlidirlər ?
> Yük avtomobili, minik avtomobili, avtobus, velosiped > Yük avtomobili, velosiped, minik avtomobili, avtobus > Velosiped, yük avtomobili, avtobus, minik avtomobili > Velosiepd , yük avtomobili, minik avtomobili, avtobus
93
94
IGOR KONDENKO
Yolda zolaqda səhv yerləşən, səhvini görməyib hamıya qışqıran sürücü tipi. . .