“Abşeron memarlığı” kitabında Abşeron yarımadasında yerləşən Bakıətrafı qəsəbə və kəndlərin memarlıq abidələri, tarixi tikililəri, mülk və yaşayış evlərindən danışılır. Kitabda müxtəlif əsrlərdə tikilmiş məscid, hamam, ovdan, məqbərə, qəbirüstü abidələr haqqında məlumat öz əksini tapmış, keçən əsrin əvvəllərində Bakı milyonçularına aid mülklərin memarlıq üslubu təhlil olunmuşdur.
Kitab memarlar, memarlıq fakültələrinin tələbələri və sənətşünaslar üçün nəzərdə tutulmuşdur.