MÜNDƏRİCAT Fəsil 1 Forex bazarı haqqında ümumi anlayış.....................................................3 Beynəlxalq valyuta bazarı........................................................................3 Birja növləri.............................................................................................4 Forex bazarının inkişaf tarixi...................................................................5 Forex əməliyyatları..................................................................................6 Marjinal ticarət.........................................................................................8 Kredit dayağı............................................................................................8 Birjada ticarət olunan valyutalar..............................................................10 Spred (spread)..........................................................................................19 Forex bazarının strukturu.........................................................................21
Fəsil 2 Mərkəzi banklar və onların funksiyaları..................................................22 Fundamental analiz və makroiqtisadi göstəricilər...................................25 Ticarət balansı..........................................................................................30 İstehlakçı qiymət indeksi.........................................................................31 İstehsalçı qiymət indeksi.........................................................................31 Ümumi daxili məhsul..............................................................................32 Məşğulluq məlumatı................................................................................33 Valyuta qiymətlərinə təsir edən amillər..................................................35 İnfilyasiya gözləntiləri............................................................................36 Beynəlxalq investisiyalar.........................................................................37 Fond indeksləri........................................................................................38
Fəsil 3 Texniki analiz...........................................................................................41 Dou nəzəriyyəsi........................................................................................41 Texniki analiz...........................................................................................44 Texniki analizin elastikliyi və tətbiq sahəsi..............................................45
1
Ön söz Bu kitab FOREX bazarlarında fəaliyyət göstərmək istəyində olan treyderlər və investorlar üçün nəzərdə tutulub və Azərbaycanda ilk ana dilində yazılan kitablar sırasına daxildir. Professional istifadəçilər üçün isə stol üstü nəzərdə tutulan bir kitabdır. Yeni başlayan treyderlər və investorlar bu kitab sayəsində FOREX bazarlarının iş prinsipi və bu bazarlarda necə əməliyyat ediləcəyi barədə fundamental məlumata sahib olacaqlar. Valyuta bazarlarının impulsu və dəyişkənliyi, valyuta məzənnələrinə təsir edən faktorların geniş diapazonu və onların iqtisadiyyata təsiri bütövlükdə bu bazarları xüsusi diqqət obyektinə çevirir. Valyuta bazarlarının analizinin aparıcı iqtisadi intizamlardan biri kimi qiymətləndirilməsi ciddi əsasdır. Bu nəşr beynəlxalq valyuta bazarlarının müxtəlif aspektlərini göstərir. Bu kitab valyuta bazarının və valyuta məzənnələrini müəyyən edən əsas faktorların qısa xülasəsi ilə başlayır. Kitabın yazılmasında əsas məqsəd valyuta bazarlarının iş mexanizminin və nəzəriyyəsinin balanslaşdırılmış formada izah olunmasını təmin etməkdir.
2
1
Fəsil
FOREX BAZARI HAQQINDA ÜMUMİ ANLAYIŞ
Beynəlxalq Valyuta Bazarı-FOREX Beynəlxalq valyuta mübadilə bazarı olan Forex (Foreign Exchange) və ya qısa şəkildə FX dünyanın ən böyük maliyyə bazarıdır. Bu bazarda gündəlik orta hesabla dövriyyə həcmi təxmini 4 trilyon dollardan artıqdır ki, bu da müqayisəli şəkildə analiz edildikdə ABŞ-ın bütün fond bazarlarının gündəlik dövriyyə həcmindən dəfələrlə çoxdur.
Foreign Exchange Market-Beynəlxaq valyuta mübadilə bazarı
Forex bazarında valyutaların alqı-satqısı telefon və ya elektron şəbəkə vasitəsilə icra edildiyindən Forex bazarı birjadan kənar valyuta bazarı (Over-The-Counter) və ya “banklararası” valyuta bazarı hesab edilir. Forex bazarında ticarət əməliyyatları mərkəzləşdirilməmişdir, fond və ya fyuçers bazarlarında olduğu kimi birja məkanı ilə təmin olunmur. Forex bazarları təməl olaraq valyuta vahidləri arasında bir dəyişmə platforması olaraq istifadə edilsə də, bu bazarda neft, qızıl, gümüş kimi qiymətli metallar, səhm indeksləri də icra olunur. Keçən əsrin sonlarında iyirmi dörd saatlıq bazar konsepsiyası reallıq olmuşdur. Demək olar ki, yaşadığımız planetdə maliyyə mərkəzləri, banklar və digər maliyyə institutları həftə sonlarından başqa 24 saat gecə və gündüz hər saat valyuta ticarəti edirlər. Dünya ətrafında maliyyə mərkəzlərində demək olar ki, iş saatları uyğun gəlir; bəzi mərkəzlər bağlandığı kimi digəriləri açılır və ticarətə başlayır. Beynəlxalq valyuta mübadilə bazarı yer kürəsinin ətrafında günəşi izləyir. Bu bazarı həmçinin üzərində günəş batmayan bazar da adlandırırlar. Forex bazarında əmrlərin işlədiyi ümumi bir mərkəz yoxdur. Lakin, dünyanın fərqli yerlərində coğrafi ticari mərkəzlər vardır. Bu mərkəzlər daşıdığı əhəmiyyətə görə London, New York, Tokio, Sinqapur, Frankfurt, Ceneva və Zürih, Paris və Hong Konqdur. Əməliyyatlar banklar, təşkilatlar və fərdi investorlar arasındakı elektron şəbəkə üzərindən edildiyindən 24 saat boyunca əməliyyat edilə bilir. Forex indiki vaxtda hər bir investorun yalnız bir internet əlaqəsi ilə günün hər saatında qoşula bildiyi çox aktiv bir bazardır.
3
Məsələn, siz digər bir ölkəyə təyyarə ilə səfər etdikdə təyyarədən enərkən ilk görəcəyiniz iş öz milli valyutanızı səfər etdiyiniz ölkənin milli valyutasına dəyişmək üçün valyuta dəyişmə məntəqəsini axtarmaqdır. Bunu nə üçün edirsiniz? Çünki siz bilirsiniz ki, taksi sürücüsü və mehmanxana məmurları sizdən tələb edir ki, onlara yerli valyuta ilə ödəniş edəsiniz. Siz indicə bir valyutanı digərinə dəyişdiniz. Siz bankda və ya valyuta birjasında ABŞ dollarını avroya və ya Yapon “yenəsinə” çevirərkən, ola bilsin ki, sizin valyutanızın alıcılıq qabiliyəti nə vax və harda bunu etməyinizdən aslı olaraq böyük fərqlə nəzərinizə çarpsın. Baxmayaraq ki, sizin cibinizə zərbə vurmağını qeydə alırsınız, ancaq başa düşə bilmirsizki, siz eyni zamanda dünyada ən geniş bazarın aktiv iştirakçısına çevrilirsiniz.
Forex bazaarının adı aşağıdakı adlarla insanlarda çaşqınlıq yarada bilər: retail forex, FX, OTC forex currency trading və ya spot forex. Lakin narahat olmayın- bunların hamısı eyni adlardır. BİRJA NÖVLƏRİ
Əmtəə birjaları- Qızıl, Gümüş, Neft.., Fond birjası – Səhmlər, İstiqrazlar.., Forex (Valyuta) –Avro, Dollar, Funt Sterlinq və.s
4
FOREX BAZARLARININ İNKİŞAFI VƏ TARİXÇƏSİ İkinci dünya müharibəsindən əvvəl dünyada ən güclü pul vahidi İngilis Funt Sterlinqi idi. Lakin, ikinci dünya müharibəsi dövründə İngilislərin Almaniya ilə olan mübarizəsi nəticəsində funt sterlinq gücünü itirdi. 1929ci ildə olan krizisi ilə dəyərdən düşən ABŞ dolları, ikinci dünya müharibəsi dövründə Amerika iqtisadiyyatının güc qazanması ilə günümüzə qədər ən şok istifadə edilən pul vahidi olmuşdur və ABŞ dünyanın ən güclü iqtisadiyyatına sahib olmuşdur. Bretton Woods Razılaşması: Bretton Woods kiçik bir ABŞ əyaləti olan New Hampshire-dəki Carroll qəsəbəsinin bir bölgəsidir. 1944-cı ildə burada təşkil edilən Birləşmiş Ştatlar Valyuta və Maliyyə Konfransı ardından bir razılaşma imzalandı və bu konfrans ilə ortaya çıxan sistem "Bretton Woods Sistemi" olaraq adlandırıldı. Bretton Woods-da Mount Vaşinqton Otelində təşkil edilən konfransa 45 ölkədən 730 təmsilçı iştirak etdi. Bretton Woods razılaşmasıBretton Woods, New Hampshire, Mount oteli. Birləşmiş Ştatlar Monetar və Maliyyə konfransı
Bu konfrans sonunda imzalanan razılaşma ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF, Intrenational Monetary Fond) yaradılmasına qərar verildi. Razılaşma ilə qurulan sistemə "Qızıl Birjası Standartı" da deyilməkdədir. Nizamlana bilən bir sabit qiymət sistemi olan "Bretton Woods Sistemi" eyni zamanda bir qızıl kurs standartını meydana gətirmişdir. Çünki bu razılaşma ilə ABŞ dolları qızıla, digər pullar da ABŞ Dollarına bağlanmışdı. Bu razılaşma ilə 35 $ 1 unsiya qızıl sabit dəyərinə bərabərləndi. Əllərində ABŞ dolları olan ölkələr mərkəzi banklar kanalıyla bu dollarları ABŞ-da qızıla çevirə bilirdilər. ABŞ dolları olan xüsusi şəxslər isə bunları ancaq sərbəst bazarda qızıla çevirə bilirdilər. Bretton Woods razılaşmasının məqsədi qısa dövrlü dalğalanmalar qarşısında valyuta qiymətlərinə sabitlik təmin edəcək bir nizam gətirmək və valyuta qiyməti dəyişmələrində devalivasiyanın yaranmasına mane olmaq idi. Bretton Woods sistemi nəticədə Avropa və Yaponiyaya iqtisadi stabillik təmin etmək fuksiyasını itirdi. Bütün pul vahidlərinin dollara yönümlü olması birjalarda gərginlik yaratmışdır və 1971-ci ildə ABŞ dollarının qızıla bağlılığına xitam verilmişdir bu səblə də sistem tamamıilə dayandırılmışdır.
5
FOREX ƏMƏLİYYATLARI Forex birjasında iştirak edən şəxslərin (treyder) əsas hədəfi xarici valyutaların dalğalanmalarından qazanc əldə etməkdir. Bu anda Forex bazarında əməliyyat edən treyderlərin 95 %-i spekulyasiya məqsədli əməliyyat edən şəxslərdir və digər 5% isə fərqli yönlü dəyişdirilən valyutalardır. Forex əməliyyatları on-layn edildiyi üçün fiziki bir pul dəyişməsi söz mövzusu deyil. Online ticarət platforma vasitəsi ilə edilən əməliyyatlardır, lakin müştəri ilə vasitəçi şirkət (broker) arasında bir müqavilə bağlanır. Tərəflərdən biri alış üçün, digəri satış üçün razılaşmış olur.
Forex Əməliyyatlarının Məzmunu:
Forex əməliyyatları treyder və şirkət arasında bir müqavilə razılaşması ilə icra olunur. Bu razılaşmanın məzmununda:
İki xarici pul vahidinin birbirinin nisbətinə valyuta cütlüyü deyilir.
• Hansı pul vahidinin alınıb, hansı pul vahidinin satılacağı, • Mövqe açmaq üçün istifadə ediləcək miqdar, • İki pul vahidi arasındakı dəyişmə nisbəti (spread). Bu razılaşmaya əsaslanaraq alqı-satqı əməliyyatının təyin olunan miqdarla, təyin olunan nisbətlə və təyin olunan pul vahidləri arasında edilməsi bir öhdəçilik halına gəlmiş olur. Əməliyyatlar iki xarici pul vahidləri arasında icra edilir. İki xarici pul vahidinin bir-birinin nisbətinə valyuta cütlüyü deyilir. Əgər izahatını verərsək belə olacaq: EUR/USD valyuta cütlüyü Avronun ABŞ dolları qarşısında olan dəyərini göstərir. Əgər valyuta dəyəri 1.2850-dirsə və biz bir Avro almaq istəyiriksə deməli 1.2850 ABŞ dolları vermək lazımdır. Forex birjasına icra edilən əməliyyatlardan bir nümunə araşdıraq. EUR/USD (Avro-ABŞ Dolları) valyutası forex birjasında 1.2800 olaraq görünür və treyder bu qiymətdən 10.000 Avro alış edir. Yəni 12,800 dollar verərək 10.000 Avro alır. Bir gündən sonra EUR/USD valyutası 1.2960 dəyərinə yüksəlir. Bu o deməkdir ki, Avro bu bir gün içində dollar qarşısında dəyər qazanıb. Əgər treyder 10.000 Avronu satmaq istəsə 12.960 dollar əldə edir. Misal: 12.960 -12.800 =160 dollar qazanc əldə edilmiş olur.
6
Əgər FOREX bazarı eniş trendi istiqamətindədirsə, nə etməliyik? Elə Forex bazarlarının üstünlük istiqamətlərindən biri də budur! Ümumiyyətlə digər bazarlarda treyderlər yalnız qiymətlər yüksələrkən qazanc əldə etmək şansına sahibdirlərsə, qiymətlər düşərkən gözləmək məcburiyyətində qalırlar. Lakin Forex bazarlarına investisiya qoyan investorlar qiymətlərin aşağı doğru hərəkət etdiyində də qazanc əldə edirlər. Forex bazarlarının ən böyük üstünlüklərindən biridə burada ortaya çıxır. Açığa Satış Əməliyyatları. Əgər bir valyutanın dəyərində eniş gözləyirsinizsə açığa satacaqsınız. Açığa satış heç əlinizdə olmayan bir dəyəri gələcəkdə geri almaq şərtiylə satış mənasını verir. Əvvəlcə satış qiymətini ifadə edib, gələcəkdə geri almaq üçün qiymət izləyirik. Açığa satdığınız valyutanı gələcəkdə almaq məcburiyyətindəsiniz. Qiymətlər düşərsə alışa keçib mövqenizi bağlayıb qazanc əldə edə bilirsiniz. Bu əməliyyatı bir nümunə ilə açıqlasaq daha yaxşı aydın olacağını düşünürük;
Treyder kimdir?-köhnəsi ilə yenisinin qiymət fərqini dəyişdirən, bahalı satıb ucuza alamğa çalışan adamdır.
ABŞ dollarının gələcəkdəki günlərdə Avro qarşısında dəyər qazanacağını yəni, EUR/USD valyut cütlüyünün dəyər itirəcəyini nəzərdə tutduğumuz anda, valyuta dəyəri 1.2850-dir. Bu qiymətdən açığa satış əməliyyatı reallaşdırdığımızı fərz edək. Yəni əlimizdə olmayan bir pul vahidini, gələcəkdə geri almaq şərtiylə satırıq. Əgər ki, bazar nəzərdə tutduğumuz üzrə eniş istiqamətində hərəkət edərsə və 1.1850 səviyyəsinə gələrsə, biz alış edirik və nəticəyə baxdığımızda; Alış qiymətimiz: 1.1850 Satış qiymətimiz: 1.2850 Göründüyü kimi aradakı Avro cinsindən 0.100 vahidlik fərq, treyderə qazanc olaraq əlavə olunur. Amma daha əvvəl də bəhs etdiyimiz kimi sistemdə ibarət olan bütün fəaliyyətlər ABŞ dolları olaraq işləndiyi üçün bu qazanc dollara çevrilib hesaba köçürülür. Qiymətlərin bizim düşüncəyimiz istiqamətində inkişafı vəziyyətində aradakı məbləğ qədər qazanc əldə edə bilərik. Beləcə bazardakı istiqaməti əvvəlcədən təxmin edə bildiyimiz zamanlarda forex sizə qazanc əldə etmək fürsətini hər vaxt verəcəkdir.
7
Marjinal Ticarət
Broker treyderlərdən edəcəkləri əməliyyat qarşılığında bir təminat istəyir-bu təminata marjin deyilir.
Forex bazarlarında əməliyyat edən səlahiyyətli vasitəçi təşkilatlar və ya brokerlər investordan edəcəkləri əməliyyat qarşılığında bir təminat istəyirlər, bu təminata marjin deyilir. İnvestor mövqe açarkən, açdığı mövqenin bir hissəsini marjin adı altında ortaya qoyur. Geri qalan qisimi isə leverage (kredit dayağı) sistemi vasitəsi ilə tamamlanır. Praktik olaraq, bu bir depozit şəklində düşünülə bilər. Marjinal fərdi investorlara da kiçik bir depozitlə çox yüksək miqdarda mövqe açmaq imkanı yaradır. Bazarda olan investisiya vasitələri ilə müqayisə edildiyində, yalnız Forex bazarında belə bir yüksək nisbətlərdə bir imkan vardır. Sərmayəniz, mövqe üçün lazımlı marjin məbləğinin altına düşdüyü anda hesabınız borclanmamağnız üçün bağlanacaq. Bu bəhs etdiyimiz yüksək miqdarlarda mövqe açmaq eyni zamanda müştərinin qazancını da yüksək ölçülərdə artıran bir vasitədir. Girdiyiniz mövqeyə tərs inkişaf edən bir mövqe olsa, itkiniz yalnız girilən mövqenin təminatı ilə məhdud qalır.
Kredit dayağı Leverage treyderə onun ticarət etdiyi həcmdən daha böyük lotla işləməyə icazə verir. Bu insanların ticarət etməsi üçün şərait yaradır kimlərin ki, ixtiyarında az pul həcmi mövcuddur. Leverage broker tərəfindən təklif olunmuş treyderin təminatı ilə ticarət oluna bilən lotun maksimum həcmidir. Əgər treyder hesabında $1000 ABŞ dolları varsada və onun brokeri ona 1: 100 kredit çiyinləri təklif edib deməli treyder maksimum lota malikdir ki, treyder bu ölçüdə 1000 x 100 = 1000000 mövqe aça bilər. Beləliklə əgər treider JPY-ə qarşı 40000 ABŞ dolları almaq istəyirsə belə olan halda 1:40 leverage-dən yani kredi çiyinlərindən istifadə edəcəkdir. Bu o mənanı verir ki, broker treyderin hesabında olan pulu təminat (margin) kimi istifadə edəcək və treyderi ticarət etmək üçün pulla təmin edəcək. Margin treyderin zəmanətidir ki, mövqe açmaq üçün broker tərəfindən qoyulan pul toxunulmamış qalacaq. Mövqe ilə edilmiş bütün itgilər yalnız təminatı (margin) təhlükədə qoyur. Əgər mövqe treyderin hesabında dahada pulun itgisinə yol verirsədə həmin vaxt brokerin pulunu qorumaq üçün mövqe avtomatik olaraq bağlanılır. Bütün itgilər təminat ilə əhatə olunacaqdır və əgər treyder ticarəti davam etmək istəyirsədə o ticarət hesabına pul qoymalıdır.
8
Müvəffəqiyyətli ticarət brokerin prioritetidir. Əldə olunan hər bir gəlir treyderin hesabına köçürülür və treyder öz hesabından bu pulu çəkə bilər və ya sonrakı ticarət üçün saxlaya bilər. Treyder öz hesabında daha çox pula sahib olarkən o ikisindən birini edə bilər:
Leverage treyderə onun ticarət etdiyi həcmdən daha böyük lotla işləməyə icazə verir.
•
Ticarətin potensial mənfətini artırmaq üçün daha geniş lotlarla mövqe aça bilər,
•
Tcarətdə riskin səviyyəsini azaltmaq üçün daha az kredit çiyinlərindən istifadə edə bilər.
Leverage-sız adi internet treyderi üçün həyat nəyə bənzəmiş olardı? Gəlin təsəvvür edək ki, sizin hesabınızda siz 1500 ABŞ dolları var. Cari bazarı öyrənərkən siz gərara gəldiniz ki, EUR qalxmaq niyyətindədir və siz 1.26 qiymətində 1000 EUR lotunda alış mövqeyi açırsınız. Bir gündən və ya iki gündən sonra EUR 1.27- yə yüksəlir və hər əlaməti ilə tezliklə düşməyə hazır olur. Siz aldığınız EUR-nu satmaqla bağlamağa gərara gəlirsiniz. Nəticədə siz 10$ qazanmısınız (1000 x 1.27- 1000 x 1.26 = 1000 x 0.01 = $10). Əlbətdə ki, pul – puldur amma sizin vaxtınızı və səynizi doğrudanda haqlı çıxartmır. Lakin əgər siz 1: 100 kredit çiyinlərindən istifadə etmiş olsaydınız siz 1000 ABŞ dolları qazanmış olardınız və hətta daha aşağı 1: 10 kredit çiyinləri ilə 100 dollar gəlir əldə etmək olardı. Avro olduqca tez-tez bu kimi bir neçə günə 100 point hərəkət edir. Belə ki, düşüncəli risk menecmenti ilə birləşmiş yaxşı ticarət sistemi yaxışı gəlirə aparıb çıxara bilir hətta aşağı kredit çiyinləri ilə belə. Əgər siz broker şirkəti tərəfindən 1: 400 və ya daha çox kredit çiyinləri ilə cəlb olunursunuzsa, mütləq yadınızda saxlayın ki, yüksək həcmli kredit çiyinləri həmişə yaxşı deyil. Xatırlayın ki, qiymət sizin əleyhinizə hərəkət edərkən o sizin ticarət hesabnızda potensial təsirə malikdir. Əgər sizin ticarət hesabınız 1: 100 kredit çiyinləri ilə təmin olunursa deməli sizin mövqenizin bağlanmasından əvvəl qiymət sizin əleyhinizə 100 point hərəkət etməlidir və sizin ticarət hesabnıza əlavə deposit vacibliyi duyulur. Əgər siz 1: 400 kredit çiyinləri ilə ticarət edirsinizsə deməli qiymətin sizin əleyhinizə 25 point hərəkət etməsi hesabnızın sonuna çıxması deməkdir. 1: 100 maksimum kredit çiyinləri ehtimal ki, potensial mənfəət və internet risk arasındakı ən yaxşı balansı təmsil edir. Sonralardakı səhifələrmizdə stop-loss əmirlərini sizin risk effektivliyinizi tam nəzarətlə necə idarə etməsi haqqında danışacayıq. 9
Forex bazarında ticarət olunan valyutalar ISO 4217 Beynəlxalq Pul Kodları ISO 4217, pul vahidi kodu olaraq da bilinən, pul vahidlərinə verilən 3 xanalı qısaltmaları təşkil edən ISO standartıdır. ISO 4217 kod siyahısı bankçılıqda və iş dünyasında sıx olaraq istifadə edilməkdədir. Bəzi ölkələrdə kurs büroları yalnız bu kodları istifadə edərək əməliyyat edirlər. Bu kodlar sayəsində bir-birindən fərqli dəyərləri olan fərqli dollar, frank və funt sterlinq kimi vahidlər bir-birinə qarışmaz. Kodun ilk iki hərfi ISO 3166-1, alpha-2 ölkə kodudur. Məsələn Yaponiyanın ölkə kodu "jp", pul vahidi "yen"dir. Pul vahidi kodu da JPY olaraq təyin edilmişdir. Əgər bir pul vahidinin dəyəri yüksəldilsə, kodun son hərfi də dəyişər beləcə iki fərqli dəyər bir-birinə qarışmaz. Ümumiyyətlə kodun sonuna "yeni" mənasında bir hərf əlavə olunar. Məsələn Türk lirəsinin kodu köhnədən "TRL" ikən bu anda "TRY" olmuşdur. ISO 4217 standartı yalnız pul vahidləri üçün deyil, qiymətli mədənlər üçün də istifadə edilir. Məsələn qızıl, gümüş, platin kimi qiymətli metalların da kodları vardır.
USD ÖLKƏ KODU
VALYUTA KODLARI həmişə üç hərflə qeyd edilir: birinci iki hərf ölkə adıdır və sonuncu hərf isə valyuta adıdır. Avro bu qaydalarda istisna olmaqla, Avropa ittifaqının bir neçə ölkələri tərəfindən istifadə olunan vahid valyutadır.
VALYUTA ADI
10
Forex bazarında ticarət olunan valyutalar Forex bazarında ən çox ticarət edilən valyuta ABŞ dollarıdır. Ticarət həcminə görə ABŞ dollarından sonar gələn ilk dörd valyuta vahidi aşağda sırayla göstərilmişdir.
EUR -Avro- Avropa dövlətlərinin birgə istifadə etdiyi valyuta JPY - Yapon yeni GBP- Böyük Britaniya funt sterlinqi CHF –İsveçrə frankı
Bu adları çəkilən pul vahidləri əməliyyat həcmlərinin yüksək olması səbəbi ilə forex bazarının əsas (majors) valyutaları olaraq bilinir. Bildiyimiz kimi valyutalar həmişə cütlükdə ticarət olunurlar və valyuta cütlüyündə ilk qeyd edilən valyuta əsas (base) valyuta sayılır. İkinci qeyd edilən valyuta isə əks valyuta sayılır. Məsələ: EUR/USD valyuta cütlüyündə EUR əsas (base) valyutadır. Bir əsas valyuta almaq üçün nə qədər əks valyuta istifadə ediləcəyini ifadə edir. Həmçinin bir əks valyuta satdığımızda əlimizə nə qədər əsas valyuta keçəcəyini də göstərir. Bu mövzunu misal olaraq göstərsək belə olacaqdır: EUR/USD valyutası 1.3085 dəyərindəykən bir avro almaq üçün 1.3085 ABŞ dolları ödəməyimiz lazımdır. Həmçinin bir avro satdığımızda əlimizə 1.3085 ABŞ dolları keçəcəkdir.
VALYUTA CÜTLÜYÜ AŞAĞIDAKI KİMİDİR
BU CÜTLÜK ÜÇÜN MƏZƏNNƏ BELƏDİR:
EUR/USD 1.3085 Birici siyahıda yer alan valyuta əsas (base) valyuta adlanır.
İkinci sırada yer alan valyuta birinci (base) valyutanın dəyərini göstərir
Göstərilən qiymət həmişə birinci valyutanın dəyərini göstərir. Biz alanda və satanda birinci valyutanın alqı-satqı əməliyyatını edirik
11
Əsas valyutalar ( Majors)
AUD/USD
USD/CAD
GBP/USD
USD/CHF
EUR/USD
USD/JPY
Avstraliya dolları-ABŞ dolları
Funt sterlinq-ABŞ dolları
Avro-ABŞ dolları
ABŞ dolları- Kanada dolları
ABŞ dolları- İsveçrə frankı
ABŞ dolları- Yapon yeni
Şəkil 4 Əsas valyuta cütlükləri
Şəkil 5. Valyuta cütlüklərinin dövriyyə həcmi
12
Kod AED AFN ALL AMD
Pul Vahidi Drahmi Əfqan Lek Dram Antiller ANG Guldeni AOA Kwanza Arqentina ARS Pesosu Avstralya AUD Doları AWG Aruba Florini Azərbaycan AZN Manatı Konvertible BAM Mark Barbados BBD Doları BDT Taka Bulgaristan BGN Levi BHD Bahreyn Dinarı BIF Burundi Frankı Bermud Dolları (Bermuda Dolar BMD olarak da bilinir.) BND Brunei Dolları Bolivya BOB Bolivianosu Bolivya BOV Mvdolu (Funds code) BRL Brazilya Reali BSD Bahama Dolları BTN Ngultrum BWP Botsvana Pulası BYR Belarus Rublu BZD Belize Doları CAD Kanada Doları CDF Kongo Frankı
İstifadə edildiyi ölkələr Birləşmiş Ərəb Əmirlikləri Əfqanıstan Albaniya Ermənistan Hollanda Antilleri Angola Aqentina Avstralya, Avstralya Antarktik Bölgəsi, Christmas Adası, Cocos (Keeling) Adaları, Heard ve McDonald Adaları, Kiribati, Nauru, Norfolk Adası, Tuvalu Aruba Azərbaycan Bosniya-Hersek Barbados Bangladeş Bulgaristan Bahreyn Burundi Bermud Brunei Bolivya Bolivya Brazilya Bahamalar Bhutan Botsvana Rspublikası Belarus Belize Kanada Demokratik Kongo Cumhuriyeti 13
WIR Euro CHE (complementary currency) CHF İsviçre Frankı WIR Franc CHW (complementary currency) Unidades de CLF formento (Funds code) CLP Şili Peso'su Yuan CNY Renminbi'si Kolombiya COP Peso'su Unidad de COU Valor Real Kosta Rika CRC Colon'u CUP Küba Peso'su Cape Verde CVE Escudo'su CYP Kıbrıs Pound'u CZK Çek Koruna'sı DJF Cibuti Frank'ı Danimarka DKK Kron'u Dominik DOP Peso'su DZD Cezayir Dinar'ı EEK Estonya Kron'u EGP Mısır Pound'u ERN Nakfa ETB Etiyopya Birr'i EUR Avro FJD Fiji Doları Falkland FKP Adaları Pound'u GBP İngiliz Sterlini Gürcistan GEL Lari'si GHC Cedi Cebelitarık GIP pound'u
İsviçre İsviçre İsviçre Şili Şili Çin Kolombiya Kolombiya Kosta Rika Küba Cape Verde Güney Kıbrıs Çek Cumhuriyeti Cibuti Danimarka, Faroe Adaları, Grönland Dominik Cumhuriyeti Cezayir Estonya Mısır Eritre Etiyopya Avrupa Birliği, bkz. Avro Alanı Fiji Falkland Adaları Birleşik Krallık Gürcistan Gana Cebelitarık 14
GMD Dalasi GNF Gine Frank'ı Guatemala GTQ Quetzal'ı GYD Guyana Doları Hong Kong HKD Doları Honduras HNL Lempira'sı Hırvatistan HRK Kuna'sı HTG Haiti Gourde HUF Macar Forint'i IDR Rupiah İsrail Yeni ILS Şekel'i Hindistan INR Rupi'si IQD Irak Dinarı IRR İran Riyal'i ISK İzlanda Krona'sı JMD Jamaika Doları JOD Ürdün Dinar'ı JPY Japon Yen'i KES Kenya Şilin'i Kırgızistan KGS Som'u KHR Riel KMF Komoro Frank'ı Kuzey Kore KPW Won'u Güney Kore KRW Won'u KWD Kuveyt Dinar'ı Cayman KYD Adaları Dolar'ı KZT Kazah Tenge'si LAK Kip LBP Lübnan Pound'u Sri Lanka LKR Rupi'si LRD Liberya Doları LSL Loti
Gambia Gine Guatemala Guyana Hong Kong Özel İdare Bölgesi Honduras Hırvatistan Haiti Macaristan Endonezya İsrail Bhutan, Hindistan Irak İran İzlanda Jamaika Ürdün Japonya Kenya Kırgızistan Kamboçya Komorlar Kuzey Kore Güney Kore Kuveyt Cayman Adaları Kazakistan Laos Lübnan Sri Lanka Liberya Lesoto 15
LTL LVL LYD MAD MDL MGA MKD MMK MNT MOP MRO MTL MUR MVR MWK MXN
MXV
MYR MZN NAD NGN NIO NOK NPR NZD OMR PAB PEN PGK PHP
Litvanya Litas'ı Letonya Lats'ı Libya Dinar'ı Fas Dirhem'ı Moldovya Leu'su Madagaskar Ariarisi Makedon Dinar'ı Kyat Tugrik Macau Pataka'sı Ouguiya Malta Lira'sı Mauritius Rupi'si Maldiv Rufiyaa'sı Kwacha Meksika Peso'su Mexican Unidad de Inversion (UDI) (Funds code) Malezya Ringgit'i Mozambik Metikal'i Namibya Doları Naira Kordoba Oro'su Norveç Kron'u Nepal Rupi'si Yeni Zelanda Doları Umman Riyal'i Balboa Nuevo Sol Kina Filipinler Peso'su
Litvanya Letonya Libya Fas, Batı Sahra Moldova Madagaskar Makedonya Burma Moğolistan Macau Özel İdare Bölgesi Moritanya Malta Mauritius Maldivler Malavi Meksika
Meksika
Malezya Mozambik Namibya Nijerya Nikaragua Norveç Nepal Cook Adaları, Yeni Zelanda, Niue, Pitcairn, Tokelau Umman Panama Peru Papua Yeni Gine Filipinler
16
PKR PLN PYG QAR ROL RON RSD RUB RWF SAR SBD SCR SDD SEK SGD SHP SIT SKK SLL SOS SRD STD SYP SZL THB TJS TMM TND TOP TRY TTD TWD TZS
Pakistan Rupi'si Polonya Zloti'si Guarani Katar Riyal'i Eski Romanya Leyi Yeni Ley Sırbistan Dinar'ı Rus Ruble'si Rıanda Frank'ı Suudi Riyal'i Solomon Adaları Doları Seyşeller Rupi'si Sudan Dinar'ı İsveç Kron'u Singapur Doları Saint Helena Pound'u Tolar Slovak Koruna'sı Leone Somali Şilin'i Surinam Doları Dobra Suriye Pound'u Lilangeni Baht Somoni Turkmenistan Manat'ı Tunus Dinar'ı Pa'anga Yeni Türk Lirası Trinidad ve Tobago Dollar'ı Yeni Tayvan Dolları Tanzanya Şilin'i
Pakistan Polonya Paraguay Katar Romanya Romanya Sırbistan Rusya, Abhazya, Kuzey Osetya Ruanda Suudi Arabistan Solomon Adaları Seyşeller Sudan İsveç Singapur Saint Helena Slovenya Slovakya Sierra Leone Somali Surinam Sao Tome ve Principe Suriye Svaziland Tayland Tacikistan Türkmənistan Tunus Tonga Türkiyə Trinidad Tobago Tayvan və Çin Xalq Respubliksası idarəsi altındakı digər adalar Tanzanya 17
Ukrayna Qrinası UGX Uganda Şilin'i UAH
USD
Amerikan Dolları
USN USS UYU UZS VEB VND VUV WST XAF
XAU
XAU
XBA
XBB
XBC
XBD
Uruguay Peso'su Özbekistan Som'u Venezuela Bolivar'ı Dong Vatu Samoa Tala'sı CFA Franc BEAC Gümüş (1 Troy ons) (=31.1034768 gram) Altın (1 Troy ons) (=31.1034768 gram) Avrupa Para Birimi (EURCO) (Bond Piyasası Birimi) Avrupa Para Birimi (E.M.U.6) (Bond Piyasası Birimi) Avrupa Hesap Birimi 9 (E.U.A.-9) (Bond Piyasası Birimi) Avrupa Hesap Birimi 17 (E.U.A.-17) (Bond Piyasası Birimi)
Ukrayna Uganda Amerikan Samoa, İngiliz Hint Okyanus Bölgesi, Ekvador, El Salvador, Guam, Haiti, Marshall Adaları, Mikronezya, Kuzey Mariana Adaları, Palau, Panama, Doğu Timor, Turks ve Caicos Adaları, Birleşik Devletler, Virgin Adaları ABD ABD Uruguay Özbekistan Venezuela Vietnam Vanuatu Samoa Kamerun, Orta Afrika Cumhuriyeti, Kongo, Çad, Ekvator Ginesi, Gabon
18
XCD XDR XFO
XFU XOF XPD XPF XPT
XTS XXX YER ZAR ZMK ZWD
Doğu Karayip Dolar'ı Özel Çekme Hakları Altın Frank (özel ödeme para birimi) UIC Frank (özle ödeme para birimi) CFA Franc BCEAO Palladium (1 Troy ounce) CFP franc Platin (1 Troy ons)(= 31.1034768 gram) test edilen para birimleri için kullanılır Böyle Bir Para Birimi Yok Yemen Riyal'i Güney Afrika Rand'ı Kwacha Zimbabve Doları
Anguilla, Antigua ve Barbuda, Dominika, Grenada, Montserrat, Saint Kitts ve Nevis, Saint Lucia, Saint Vincent ve Grenadinler Uluslararası Para Fonu Uluslararası Ödemeler Bankası Uluslararası Demiryolları Birliği Benin, Burkina Faso, Fildişi Sahili, Gine-Bissau, Mali, Nijer, Senegal, Togo
Fransız Polinezyası, Yeni Kaledonya, Wallis ve Futuna
Yemen Güney Afrika Zambiya Zimbabve
19
Spred (spread), Punkt (Point, Pip) Spread
Spread dediyimiz anlayış valyutaların alış və satış qiymətləri arasındakı fərq olaraq təyin olunur. Digər bir deyişlə, vasitəçi təşkilat və ya brokerin müştəriləri olan treyderlərə satdığı qiymət ilə onlardan aldığı qiymət arasındakı fərqdir.
Spred alqı-satqı arasındakı qiymət fərqidir
Bu fərq səbəbiylə treyder əgər ki aldığı anda satış reallaşdırsa (qiymətdə heç bir hərəkət söz mövzusu olmadığını fərz etsək) zərər etmiş olar. Bunun səbəbi spread fərqidir və bu fərq investorun hesabına zərər olaraq yazılır, çünki hər vaxt anlıq məlumatlarda investorun satdığı qiymət, alış etdiyi qiymətdən daha aşağıdır. Qazanc əldə etmək üçün qiymətin bir az daha yüksəlməsini gözləməlidir. Satış qiyməti və alış qiyməti aralarındakı qiymət fərqi qorunaraq birlikdə yüksəlir. Alış qiymətinin yüksəldiyi periotda, satış qiyməti də yüksəlmiş olur.
Punkt, Pip, Point
Qiymətlərdə ən kiçik dəyişişliyə pip deyilir (Percentage in Points)
Bir valyuta cütün ilə əlaqədar olaraq təyin olunan qiymətlərdə mümkün olan ən kiçik dəyişkiliyə "pip" deyilir. Pip, "Percentage in Points" sözlərinin baş hərflərindən qısaldılmışdır. Valyutaların bir çoxunda 1 (bir) pip təyin olunan qiymətin on mində biridir. Yəni qiymətlər vergüldən sonra 4 xana olaraq verilir. Məsələn, Avro/Dollar cütlüyündə satış qiymətimizin bu anda 1,3820 olduğunu düşünək. Qiymət müəyyən bir müddət sonra 1,3821-ə çıxmış olsun. Qiymət 1 pip artmış deməkdir. Edilən əməliyyatlarda qazanc və ya zərər ümumiyyətlə pip ilə ölçülür: 1 Avronu 1,3820 Dollar qarşılığı satın almış və sonra 1,3835 Dollar qarşılığı satmış olaq. Burada qazancımız 1,3835 - 1,3820 = 0,0015 belə ki, 15 pipdir. Dollar/Yapon Yeni cütlüyündə 1 pip təyin olunan qiymətin yüzdə biridir. Yəni qiymətlər vergüldən sonra 2 xana olaraq verilir. Məsələn USD/JPY valyuta cütlüyündə alış qiymətimiz 115,60 olsun. Daha sonra qiymətin 115,40-a düşdüyünü və mövqemizi bağladığımızı fərz edək. Bu əməliyyatda zərərimiz 115,60 - 115,40 = 0,20 yəni 20 pipdir.
20
ƏMİRLƏR (ORDERS) Əmirlər əsasən sizin bazarı 24 saat boyunca kompyuter qabağında oturub izləməyinizə ehtiyac olmadığı üçün istifadə olunur. Siz bazarı analiz edib, əmirləri yerləşdirə bilərsiniz və sonra çıxıb rahatlıqla istirahət edə bilərsiniz. Qiymət müəyyən səviyyəyə toxunarkən əmr (order) - alış və ya satış əməliyyatı etmək üçün brokerə verilən təlimatdır. Fərz edin ki, siz bu qiymətdə 1.8800 GBP 0.01 lot (10000) almısınız və $100-dan artıq risk etməməyə qərara gəlmisiniz. Biz ABŞ dollarında mənfəət və itgi barəsində düşünməyə meyl edirik, çünki bizim ticarət hesabımız ABŞ dollarındadır və ticarət praktik nəticəyə necə təsir göstərəcəyini biləcəyik. Siz bir lot 10,000 GBP alarkən və ya satarkən, hər bir punkt dollarla ölçülür. Əgər qiymət 1.87yə düşürsə, beləliklə sizin mövqeniz risk etməyə hazır olduğunuz 100 dolları və ya 100 punktu itirəcək. Beləliklə sizin risk menecment strateqiyanız göstərir ki, əgər qiymət 1.87-yə düşərsə mövqeyi bağlamaq ehtiyacı duyursunuz. Siz 1.87-də mövqenizi bağlamaq üçün brokeriniz ilə birgə əmr (order) yerləşdirirsiniz. Bu szi sığorta edir və baxmayaraq ki, ən azı itgi itirmək heç vaxt yaxşı deyildir, siz fikirləşərkən etibar edə bilərsiniz ki, funtun nə qədər çox düşməyindən aslı olmayaraq, bu ticarətdə 100$-dan artıq itirməyəcəksiniz. Əmrləri yerləşdirmək treyderin disiplinini inkişaf etdirir. Treyder hər mövqedə nə qədər qazanacağı və ya itirəcəyi barədə qərar almalıdır. Treyder mövqenin hədəfi və riskin nə qədər olması barəsində gərar almalıdır. Əgər treyder bu üsulla fikirləşməyə başlamırsa, əvvəl-axır diqqətsiz mövqey ticarət hesabını siləcək. Əmrlərin əsas iki növü stop-loss orderi və take-profit orderidir. Stop-loss əmrləri, qiymət sizin əleyhinizə müəyyən səviyyəyə hərəkət edibsə avtomatik mövqenizi bağlayır (növbəti səhifədə izah olunur) və take-profit əmrləri lehinizə müəyyən mənfəət əldə olunubsa avtomatik mövqeyi bağlayır. Treyder harada əmrləri yerləşdirmək üçün risk menecmenti, ticarət psixoloqiyası və qrafik analizi daxil olmaqla müxtəlif texnikaların bütün əlaqələrindən istifadə edir
21
Stop-loss əmri Forex bazarlarında əməliyyat edərkən zərərimizi kəsəcək ən əhəmiyyətli anlayışdır -stop-loss. Stoploss İngiliscə itkiyi dayandır mənasını verməkdədir. Hər mövqedə mütləq bir stop-loss səviyyəniz olmazsa olmazların içindədir. Çünki açdığınız mövqedən zərər etməyə başladınızsa və bu zərər get-gedə artırsa səhv istiqamətdə qərar vermisiniz deməkdir və stoploss səviyyəsini bazarın tamamilə döndüyü nöqtəyə qoymağınız lazımdır. Bu sizin zərərinizi dayandıracaq və başqa bir mövqe aça bilməyiniz üçün pulunuzun qalmasını təmin edəcək. Hər vaxt doğru qərar verməyiniz qeyri-mümkündür və bütün mövqelərindən qazanclı çıxan hər hansı bir investor da daha dünyaya gəlməmişdir. O zaman niyə açdığımız səhvli mövqedə qalmaq inadımız var? zərər edirsək hər investor zərər edər, bunu bir səviyyədə kəsməliyik. İndi qiymətlər dönəcək deyərək həm vaxt həm də pul itirmədinizmi bu zamana qədər? Sizə burada stoploss növlərini və stoploss necə qoyulur deyə aşağıda izah olunur. Stoploss ilə əlaqədar internetdə yüzlərlə məqalə var lakin stoploss sizin can qurtaranınızdır bunu əsla unutmayın. Özünə güvənmək gözəldir lakin çoxu zərər verər. Məsələn, EUR/USD valyuta cütlüyündə uzun mövqeyimiz olsun. Qiymət səviyyəsinin 1.2727 olduğunu və stop-loss əmrinin 1.2700 səviyyəsinə qoyulduğunu düşünək. Qiymət 1.2700-yə düşdüyündə stop-loss əmri avtomatik olaraq mövqenizi bağlayır.
22
Buy Stop Bazarın bu an mövcud olduğu qiymətin daha da üstündə bir qiymətlə alış əməliyyatı icra etmək üçün istifadə olunur. Məntiq olaraq, daha aşağı qiymətdən alqı etmək daha qazanclı ikən, Buy Stopla nə üçün daha yüksək qiymətlə əməliyyat edirik? Bir müqavimət nöqtəsi təyin etdiniz və müqavimətin sınması nəticəsində bazarın daha da yüksələcəyinə inanırsınız. Ancaq müqavimət xəttinin sınmaması ehtimalı da mövcut olduğundan alqı əməliyyatı etmək istəmirsiniz. Belə hallarda Buy Stop əmri verərək yuxarıda təyin etdiyiniz qiymət səviyyəsinə çatdığında avtomatik olaraq alışa keçmiş olursunuz.
23
Sell Stop Bazarın bu an mövcud olduğu qiymətin daha da aşağısında bir qiymətlə satış əməliyyatı icra etmək üçün istifadə olunur. Məntiq olaraq, daha yüksək qiymətdən satmaq daha qazanclı ikən, Sell Stopla nə üçün daha aşağı qiymətlə satış edirik? Bir dəstək nöqtəsi təyin etdiniz və dəstək xəttinin sınması nəticəsində bazarın daha da düşəcəyinə inanırsınız. Ancaq dəstək xəttinin sınmama ehtimalı da mövcut olduğundan satış əməliyyatı etmək istəmirsiniz. Belə hallarda Sell Stop əmri verərək aşağıda təyin etdiyiniz qiymət səviyyəsinə çatdığında avtomatik olaraq satışa keçmiş olursunuz.
24
Buy Limit Bazarın bu an mövcud olduğu qiymətin daha da aşağısında alqı əməliyyatı icra etmək üçün istifadə olunur. Alış əməliyyatı etmək istəyirsiniz, lakin qiymət sizin üçün uyğun səviyyələrdə deyil. Bazarın daha aşağı səviyyələri gördükdən sonra yüksələcəyinə inanırsınız. Qiymətin gözlədiyiniz səviyyələrə nə vaxt çatacağını bilə bilmirsiniz. Bu vəziyyətdə bazarı davamlı izləmək yerinə, Buy Limit əmri verər və bazar gözlədiyimiz qiymətə gəldiyində avtomatik olaraq alış etməsini təmin edərik.
Sell Limit Bazarın bu an mövcud olduğu qiymətin daha da üstündə bir qiymətlə satış əməliyyatına girmək üçün istifadə edilir. Satış etmək istəyirsiniz, lakin qiymət sizin üçün uyğun səviyyələrdə deyil. Bazarın daha yüksək səviyyələri gördükdən sonra yenidən düşəcəyinə inanırsınız. Qiymətin gözlədiyiniz səviyyələrə nə vaxt çatacağını bilə bilmirsiniz. Bu vəziyyətdə bazarı davamlı izləmək yerinə, Sell Limit əmri verər və bazar gözlədiyimiz qiymətə gəldiyində avtomatik olaraq satmasını təmin edərik.
25
26
Forex bazarının strukturu
Beynəlxalq valyuta bazarı sözsüz ki, dünyada ən böyük və likvid olunan maliyyə bazarıdır. Tele kommunikasiya texnoloqiyalarının inkişafı ilə əlaqədar informasiaların bir göz qırpımında yayılması dünya maliyyə bazarının inkişafına təkan vermişdir. Forex bazarı iştirakçiları real rejimdə canlı olaraq kompüter qarşısında əyləşərək qiymətlərin dalğalanmasını izləmək imkanına sahibdirlər. Forex iştirakçıları sürətlə artır. Şəkil 1. Beynəlxalq valyuta bazarının qurluşu.
Şəkil 1. Diaqram əlbəttdə ki, real bazarın bütün qarşılıqlı əlaqəsini əks etdirmir. Təcrübədə FOREX bazarında müştərilər son dərəcə müxtəlif və çox saylıdır. Bu diaqramda göstərilən banklar - bu banklar market meykerlər adlandırılır. Onlar bir-biriləri ilə banklar arası şəbəkə vasitəsi ilə əlaqə saxlayırlar və öz hesablarına və ya müştərinin tapşırığı hesabına sövdələşmələri icra edirlər.
MARKET MAKER Forex bazarlarında əməliyyat edənlər əməliyyatları market maker-lər ilə birlikdə edərlər. Buna görədə market maker-lərin rolunu öyrənmək lazımlıdır. MARKET MAKER KİMLƏRDİR? Market maker-lər bu iş üstündə ekspertləşmiş banklar və brokerlərdir. Bazarı istiqamətlənməsində köməkçi olurlar, bəziləri qiymət təyin olunmasında təsir edici rol icra edirlər. Müştərilər ilə fərdi bir əlaqə qurmazlar, bütün mövqeləri bir bütün olaraq görürlər. Qətiliklə bir portfel rəhbərliyi və ya vasitəçilik etməzlər. Müştərilərin buy-sell əməliyyatlarını reallaşdırmaqla məsuliyyət daşıyırlar. MARKET MAKER-LƏRİN VƏZİFƏLƏRİ NƏDİR? Müştərilərə iki tərəfli seçim təqdim edirlər al və sat (buy and sell) şəkilində olan seçimlərin tələb olunanı edirlər. Qısaca olaraq, market maker-lər bu variantlardan yaranan tələb və təklif tarazlığını təmin etməyə çalışırlar.
27
Fəsil
MƏRKƏZİ BANKLAR VƏ ONLARIN FUNKSİYALARI
2
Mərkəzi banklar Mərkəzi banklar forex bazarında əsas rol oynayır və öz ölkələrinin maliyyə maraqlarına xidmət etmək üçün iştirak edirlər. Mərkəzi banklar öz milli valyutasını və ya xarici valyutaları alar və satarkən məqsədi öz valyutasının dəyərini möhkəmləndirməkdir. Mərkəzi bankın ən mühüm öhdəlikləri sırasında valyutanın zəifləməsinə səbəb olan infilyasiya təsirinə nəzarət və valyuta məzənnsəinin həddindən artıq dalğalanmasının vaxtında intizamla qarşısını almaqdır. Mərkəzi bankın monetar siyasəti, faiz dərəcəsinə dəyişiklik və forex bazarına müdaxilə etməsi hər bir forex treyderini yaxından maraqlandırır və buna görə də mərkəzi bankın aldığı qərarları treyderlər daha yaxından izləməkdədirlər. Mərkəzi banklar həmçinin tələb və təklifə bir-başa təsir edərək milli valyutanın pul kütləsinə nəzarət etmək öhdəliyinə sahibdir. Az təklif və yüksək tələb milli valyutanın dəyərinin yüksəlməsinə səbəb olur. Yüksək təklif az tələb isə milli valyutanın dəyərdən düşməsinə səbəb olacaqdır. İnfilyasiya təhlükəsinin qarşısını almaq mərkəzi bank siyasətinin tipik məqsədidir. Cədvəl 1.1 bax. mərkəzi bankların siyahası və onların internet ünvanları.
Valyutalar ABŞ dolları Britaniya Funt sterlinq Avro Kanada dolları Avstralia dolları Yapon yeni
Mərkəzi Banklar Federal Reserv Sistem Bank of England Avropa Mərkəzi Bankı Bank of Kanada Avstralia Reserv Bankı Bank of Japan
Veb sayt www.federalreserve.gov www.bankofengland.co.uk www.ecb.int www.bankofcanada.ca www.rba.gov.au www.boj.or.jp
28
FEDERAL EHTİYARLAR SİSTEMİ ABŞ iqtisadiyyatı kimi, iqtisadiyyatın kağız pul sisteminə əsaslandığı hallarda, sistemin tənzimlənməsinə məsuliyyət daşıyan bir qurumun olması vacib şərtdir. Birləşmiş Ştatlarda bu qurum Federal Ehtiyatlar Sistemidir. Bu qurum adətən qısa olaraq Fed adlandırılır. Əgər siz dollar banknotunun yuxarı hissəsinə baxsanız onun “Federal Ehtiyat Banknotu” adlandığını görəcəksiniz. Fed mərkəzi bankın bank sisteminə nəzarət edən və iqtisadiyyatda pulun miqdarını tənzimləyən bir təsisatın nümunəsidir. Dünyada digər mərkəzi banklara İngiltərə Bankı, Yaponiya Bankı və Avropa Mərkəzi Bankı daxildir.
29
Federal Ehtiyatlar Sisteminin quruluşu Federal Ehtiyatlar Sistemi 1907-ci ildə baş verən ardıcıl bank iflaslarından sonra 1914-cü ildə yaradılmışdır. Həmin iflaslar Konqress dövlətin bank sisteminin həyat qabiliyyətinin qorunub saxlanılması üçün Birləşmiş Ştatlara mərkəzi banka ehtiyac olduğuna inandırdı. Bu gün Fed prezident tərəfindən təyin olunan və Senatda təsdiqlənən yeddi üzvü olan İdarə Heyyəti tərəfindən idarə olunur. Üzvlər 14 il müddətinə siçilirlər. Federal hakimlər, onları siyasətdən təcrid etmək məqsədi ilə, vəzifəyə ömürlük təyin olunduqları kimi, Fedin idarə heyyətinin üzvlərinə də pul siyasətini formalaşdıran zaman qısamüddətli siyasi təzyiqlərdən azad olmaq üçün uzun müddət verilmişdir. İdarə heyyətinin yeddi üzvü arasında ən mühümü sədirdir. Sədr Fed işçilərinə nəzarət edir, Heyyətin iclaslarına sədrlik edir və mütəmadi olaraq, Konqresin komitələri qarşısında Fedin siyasəti barəsində çıxışlar edir. Sədr prezident tərəfindən dörd il müddətinə təyin olunur. Bu kitab çapa gedən zaman Fedin sədri Alan Qrinspəri idi. O, ilk dəfə 1987-ci ildə prezident Reyqan tərəfindən təyin olunmuş və prezidentlər Buş və Klinton tərəfindən təkrar təyin olunmuşdur. Federal Ehtiyatlar Sistemi Vaşinqtonda yerləşən Federal Ehtiyat Sisteminin İdarə heyyəti və ölkənin əsas şəhərlərində yerləşən 12 regional Federal Ehtiyat Banklarından təşkil olunmuşdur. Regional bankların prezidentləri hər bir bankın Direktorlar şurası tərəfindən seçilir. Hər bir bankın Direktorlar şurasının üzvləri əsasən həmin regionun bank və biznes icmasının içərisindən seçilir. Fedin iki əlaqəli vəzifəsi var. Birincisi bankların tənzimlənməsi və bank sisteminin həyat qabiliyyətinin təmin olunmasıdır. Bu, daha çox regional Federal Ehtiyat Banklarının vəzifəsidir. Ayrılıqda Fed hər bir bankın maliyyə vəziyyətinə nəzarət edir və çeklərin klirinqini aparmaqla bank əməliyyatlarına yardım edir. O, həmçinin, “banklarının bankı” kimi fəaliyyət göstərir. Belə ki, Fed bankların özləri borc almaq istədikdə onlara borc verir. Çətinliyə düşən banklar nəğd pul ehtiyacı hiss etdikdə Fed ümumi bank sisteminin stabilliyini qorumaq üçün “ son ümüd” – başqa heç yerdə borc tapa bilməyənlərə borc verən- kimi çıxış edir. Fedin ikinci və daha əhəmiyyətli vəzifəsi iqtisadiyyatda olan pulun miqdarına nəzarət etməkdir; bu dövriyyədə olan pul təklifi adlandırılır. Pulun miqdarı ilə əlaqədar siyasəti müəyyən edənlərin qərarları monetar siyasəti formalaşdırır. Federal Ehtiyatlar Sitemində monetar siyasət Federal Açıq Bazar Komitəsi ( Federal Open Market Commite ( FOMC)) tərəfindən müəyyən olunur. FOMC təxminən hər altı həftədən bir Vaşinqtonda toplaşır, iqtisadiyyatın vəziyyətini müzakirə edir və monetar siyasətdə dəyişiklikləri nəzərdən keçirir.
30
Dikont Faizi (Dscount Rate)
Diskont faizi Mərkəzi bankın kommersiya banklarına verdiyi borcların faiz dərəcəsidir.
Fedin monetar siyasət alətləri arasında üçüncüsü diskont faizi, Fedin banklara verdiyi borcların faiz dəəcəsidir. Bank ehtiyyatlar üzrə tələbləri qarşılamaq üçün çox az ehtiyatları olduğu zaman Feddən borc götürür. Bu iki halda baş verə bilər: ya bank həddindən artıq borc vermişdir və ya yaxın vaxtlarda banklardan həddindən artıq pul çıxarılmışdır. Fed banka belə borc verən zaman bank sisteminin ehtiyyatlarında adətən olduğundan daha çox ehtiyatlar olur və bu əlavə ehtiyatlar bank sisteminə daha çox pul yaratmaq imkanı yaradır. Fed diskont faizini dəyişməklə pul təklifini dəyişə bilər. Yüksək diskont faizi bankları Feddən ehtiyarları borc almaqdan çəkindirir.
Avropa Mərkəzi Bankı (ECB) Avropa Mərkəzi Bankı (ECB) Avropa Pul Birliyinin yaranmasından etibarən 1 Oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 Yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 Yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır. Mərkəzi Frankfurtda yerləşən Avropa Pul İnstitutu 1994-cü ildən bəri bunun zəminini hazırlamışdır. Euro-nu qəbul edən Ölkələr “Euro sistemi” və ya “Euro sahəsini” yaradırlar. Bütün AB üzvləri isə 'Avropa Mərkəzi Bankları Sistemini' təşkil edirlər. Avropa Mərkəzi Bankı Avropa Birliyinin pul siyasətlərini təşkil edir və yeridir. Mərkəzi Frankfurtda olan Bank bundan başqa üzv ölkələrdən 12-sinin qəbul etdiyi pul vahidi Euro-nu ixrac edir və qoruyur. Bankın vəzifələri arasında bundan başqa üzv ölkələrdə qiymət istiqrarını təmin etmək və faizləri müəyyən etmək də yer alır. Tam azad işləyən Avropa Mərkəzi Bankına üzv ölkələrin hökumətləri heç bir formada müdaxilə edə bilməz və təsir göstərə bilməz. Buna baxmayaraq, bank AB üzv ölkələrinin hökumətləri və mərkəzi bankları ilə yaxın bir əməkdaşlıq çərçivəsində işləyir. Avropa Mərkəzi Bankının üç qərarvermə qurumu mövcuddur: İdarəetmə Heyəti, İcra Heyəti və Əsas Şura.
31
FUNDAMENTAL ANALİZ VƏ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
Fundamental analizə giriş Fundamental analizlər, gələcəkdə meydana gələ biləcək tendensiyaların təxminlənməsi məqsədi ilə makro və mikro iqtisadi qaydaların bazarlar üzərində istifadə edilməsidir. Forex bazarında fundamental yanaşma valyuta cütlüyünün dəyərini qiymətləndirmək üçün iqtisadi faktorlar əsasında baxılır. O, iqtisadi indikatorları, hökümət siyasətlərini, geosiyasi və valyutaların ictimai təzyiqinə təsir edən hər şeyi təqib edir. Fundamental analiz hesab edir ki, bütün bu şeylər valyuta məzənnələrinə təsir göstərə bilər. Federal Ehtiyatlar Sistemi ABŞ mərkəzi bankıdır.
Bu günlərdə barmağınızı global iqtisadi nəbzdə tutmaq çox asandır.Ona görə ki mediyanın geniş diapazonu sizi əmin etməyə hazırdır ki, siz tamamilə məlumatlandırılırsınız. Wall Street Journal, The Financial Times və The Economist küçənin küncü qəzet köşkündə asanlıqla əldə olunandır. Maliyyə xəbərlərinə həsr olunmuş televiziya kanalları CNBC və Bloomberg kimi kanallar yüksək keyfiyyətli beynəlxalq xidmətlər təklif edir. Doğrudan da, daha çox məlumatlar əldə olunur ki, siz bəzi vaxtlar içində boğulduğunuzu hiss edirsiniz. Hansı münasib olub olmamasını siz bilməlisiniz. Əsas olaraq, xəbərlər hansı ki, valyuta qiymətlərinə təsir göstərərək iki hissəyə bölünə bilər: gözlənilməz xəbərlər və gözlənilən xəbərlər. Gözlənilməz xəbərlər siyasi dəyişikliklər, terorizm, fors major və təbii fəlakətlər kimi sahələri əhatə edir, bu kimi hər hansı bir fakt baş verərkən təcrübəsiz treyder bütün bunlar keçənə qədər bazardan kənar olmalıdır. Əgər sizin hər hansı açıq pozisyalarınız varsada gözlənilməz nəsə bir şey baş verərkən qiymətlərə hansı ki, məzənnələrə təsir edə biləcyini sizin stop-lossunuz dəyən zərərin məhdudlaşdırılmasına yönəldılmış sizin arxanızı əhatə etməlidir. Gözlənilən xəbərlər - iqtisadi hesabatlar, mərkəzi bank qərarları və iqtisadi indikatorların azad əhatəsi və makroekonomik xəbərlərdir.
32
Fundamental analizdə ümumi iqtisadi göstəricilər yanında xüsusilə sənaye sektoru göstəriciləri də böyük əhəmiyyət daşıyır. Makroiqtisadi göstəricilər arasında ÜDM, ÜMM, istehlak xərcləmələri, investisiya xərcləmələri, cəmiyyət xərcləmələri vs s. kimi göstəricilər sayıla bilər. Sənaye sektoru göstəriciləri olaraq da sənaye istehsal indeksi, tutum istifadə nisbəti, fabrik sifarişləri, dayanıqlı istehlak malı sifarişləri və işlətmə anbarları və s. Fundamental iqtisadi məlumatları şərh edərək, pul vahidlərinin və ya FOREX bazarının gələcəkdəki hərəkətlərini əvvəlcədən təxmin edə bilmək vasitəsidir . İnvestorlar Forex bazarında fundamental analiz üçün media vasitələrində nəşr olunan, ekspertlərin analiz tənqidlərinə aid məlumatlardan faydalanırlar. Xüsusilə sənayeləşmiş ölkələrdə iqtisadi faktorlara aid məlumatların yəni iqtisadi göstəricilərin nəşr olunacağı zaman və tarixlər əvvəlcədən qəti olaraq bilinməkdədir. Bütün fundamental göstəricilərə aid məlumatlar, 3 ayda bir nəşr olunan ÜDM və Məşğulluq Xərc İndeksi xaric, ümumiyyətlə aylıq olaraq çatdırırlar. İqtisadi göstəricilərə aid məlumatlar, bir əvvəlki dövrə görə meydana gəlmiş yüzdə dəyişmə də ifadə olunacaq şəkildə çatdırırlar. Fundamental analiz ilə bir valyuta cütü üçün uzun vədəli trendlər davam edə bilər. Ölkələrə təsir edən uzun vədəli iqtisadi faktorları göz qarşısında saxlayaraq uzun vədəli bir trend əvvəldən təxmin edilə bilər. Məsələn, Xam Neft qiymətlərinin artımı 2003-cü ildən 2005-ci ilin son dörddəbirinə qədər USD/CAD cütünün düşməsinə səbəb olmuşdur. Yaxşı bir fundamental analitik ola bilmək üçün müəyyən bir bazarı dərinnən tanımaq lazımdır. Məsələn bir analitik yalnız valyuta bazarına sıxlaşaraq, iqtisadi fəaliyyətlərinə bağlı məlumatların keçmişdə kurs birjasında EUR/USD cütlüyünü nə istiqamətdə təsir etdiyini görərək gələcək üçün daha doğru təxminlərdə ola bilir. Əgər treyder bilmirsədə nəsə baş verəcək, hazırlaşmaq təbii olaraq kifayət qədər çətindir. Forex treyderi 11 Sentiyabr, 2001 –ci il terorist hücumlarına və ya böyük tsunami, qasırğa, və ya digər təbii fəlakətlərə necə hazır ola bilərdi? Baxmayaraq ki, belə şoklar real dünyada ticarətin hissəsidir, xoşbəxtlikdən hələ də nadir hallarda rast gəlinir. Hətta əgər treyderlər belə hadisələri qabaqcadan görürlərsədə, onlar ehtimal qədər bazar hansı və necə reaksiya verə biləcəyini əvvəlcədən müəyyən edə bilməzlər. Bazarın kütləvi psixoloqiyası bəzən gözlənilməz hərəkətləri edir. Yersiz şoklar və naməlum ticarət etmək çətindir. 33
Fundamental analizdə ümumi iqtisadi göstəricilər yanında xüsusilə sənaye sektoru göstəriciləri də böyük əhəmiyyət daşıyır. İqtisadi göstəricilər arasında GSMH, GSYİH, istehlak xərcləmələri, investisiya xərcləmələri, cəmiyyət xərcləmələri vs s. kimi göstəricilər sayıla bilər. Sənaye sektoru göstəriciləri olaraq da sənaye istehsal indeksi, tutum istifadə nisbəti, fabrik sifarişləri, dayanıqlı istehlak malı sifarişləri və işlətmə anbarları və s. Fundamental iqtisadi məlumatları şərh edərək, pul vahidlərinin və ya FOREX bazarının gələcəkdəki hərəkətlərini əvvəlcədən təxmin edə bilmək vasitəsidir . İnvestorlar Forex bazarında fundamental analiz üçün media vasitələrində nəşr olunan, ekspertlərin analiz tənqidlərinə aid məlumatlardan faydalanırlar. Xüsusilə sənayeləşmiş ölkələrdə iqtisadi faktorlara aid məlumatların yəni iqtisadi göstəricilərin nəşr olunacağı zaman və tarixlər əvvəlcədən qəti olaraq bilinməkdədir. Bütün fundamental göstəricilərə aid məlumatlar, 3 ayda bir nəşr olunan GSYİH və Məşğulluq Xərc İndeksi xaric, ümumiyyətlə aylıq olaraq çatdırırlar. İqtisadi göstəricilərə aid məlumatlar, bir əvvəlki dövrə görə meydana gəlmiş yüzdə dəyişmə də ifadə olunacaq şəkildə çatdırırlar. Fundamental analiz ilə bir valyuta cütü üçün uzun vədəli trendlər davam edə bilər. Ölkələrə təsir edən uzun vədəli iqtisadi faktorları göz qarşısında saxlayaraq uzun vədəli bir trend əvvəldən təxmin edilə bilər. Məsələn, Xam Neft qiymətlərinin artımı 2003-cü ildən 2005-ci ilin son dörddəbirinə qədər USD/CAD cütünün düşməsinə səbəb olmuşdur. Yaxşı bir fundamental analist ola bilmək üçün müəyyən bir bazarı dərinnən tanıyır olmaq lazımdır. Məsələn bir analist yalnız valyuta bazarına sıxlaşaraq, iqtisadi fəaliyyətlərinə bağlı məlumatların keçmişdə kurs birjasında EUR/USD cütlüyünü nə istiqamətdə təsir etdiyini görərək gələcək üçün daha doğru təxminlərdə ola bilir. Əgər treider bilmirsədə nəsə baş verəcək, hazırlaşmaq təbii olaraq kifayət qədər çətindir. Forex treideri 11 Sentiyabr, 2001 –ci il terorist hücumlarına və ya böyük tsunami, qasırğa, və ya digər təbii fəlakətlərə necə hazır olabilərdi? Baxmayaraq ki, belə şoklar real dünyada ticarətin hissəsidir, xoşbəxtlikdən hələ də nadir hallarda rast gəlinir. Hətta əgər treiderlər belə hadisələri qabaqcadan görürlərsədə, onlar ehtimal qədər bazar hansı və necə reaksiya verə biləcəyini əvvəlcədən müəyyən edə bilməzlər. Bazarın kütləvi psixoloqiyası bəzən gözlənilməz şeyləri edir. Yersiz şoklar və naməlum ticarət etmək çətindir.
34
Fundamental iqtisadi göstəricilərin hamısını izləmək vacib deyil
Kürəsəlləşən dünya bizim hamımızı bir-birimizə daha yaxın edib və gündəlik əsasda bizim barmağımızın ucuna milyonlarca məlumat gətirir. Uğurlu Forex treyderi olmağın böyük səbəbi hər gün informasiya və xəbərlər atəşinə tutulmaqdan qaçmaq və yalnız bizə lazım olan informasiyalarda sıxlaşmaq lazımdır. İqtisadi indikatorların hamısı mühüm deyil. Siz bir çox fundamental iqtisadi məlumatlar eşidəcəksiniz hansı ki, bunlara çox diqqət yetirməyə ehtiyac duymamalısınız. Məsələn, İrlandiyada işsizlik səviyyəsi (Unemploymet rate) Birləşmiş Ştatlardakı kimi vacib deyildir. İrland işsizliyi əlbəttə İrlandiyada vacib olarkən, ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatında daha da böyük təsirə malikdir, beləliklə investorlar ABŞ iqtisadi elanlarını daha yaxından müşahidə edirlər. Yadda saxlayın ki, FOREX bazarını hərəkət etdirən institusiya investorları müşahidə etdikləri şeyləri onlarla birlikdə siz də müşahidə etməlisiniz. Belə etmək bazar hərəkətlərinin hansı istiqamətə gedəcəyindən sizin də xəbəriniz olacaq və nəticədə daha çox mənfəət əldə edəcəksiniz.
35
Makroiqtisadi göstəricilər Ticarət balansı Balance of Trade, merchandise Trade Balance
İstehlakçı qiymət indeksi Consumer price index, CPİ
Ümumi daxili məhsul Gross Domestic Products, GDP
Məşğulluq məlumatı Gross Domestic Products, GDP
36
Makroiqtisadi göstəricilər
Ticarət balansı MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR VALYUTA KURSLARINA BİR BAŞA TƏSİR EDƏN FAKTORLAR
Balance of Trade, Merchandise Trade Balance Ticarət balansı bir ölkənin etmiş olduğu idxal və ixrac arasındakı fərqdir. Müsbət bir ticarət tarazlığı ixracatın idxalatdan çox olması vəziyyətində görünür. Mənfi bir ticarət tarazlığı isə idxal edilən malların ixrac edilənlərdən çox olmasıdır. Ticarət tarazlığı ixracat və idxalatdakı dəyişmələr FOREX bazarlarındakı trendlər üçün çox əhəmiyyətli göstəricilər olduqları üçün, FOREX treyderləri tərəfindən yaxından izlənilməkdədir. İdxalat və ixracat haqqındakı məlumatlar ümumi iqtisadi fəaliyyətlər baxımından əhəmiyyətli göstəricilərdir. İxracatdakı meyllər yalnız ölkənin rəqabət gücünü göstərməklə qalmaz eyni zamanda xaricdəki iqtisadi fəaliyyətlərin gücü haqqında da əhəmiyyətli məlumatlar verir. İdxalat ilə əlaqədar məlumatlar isə ölkə daxili iqtisadi fəaliyyətlərin gücünün bir göstəricisidir. Diqqətə çarpan bir ticarət açığına sahib olan bir ölkə, ümumiyyətlə qazanc məqsədli satışlardan ötəri zəif bir pul vahidinə sahib olacaq. Ancaq bu, güclü və uzun vədəli maliyyə investisiya axınları tərəfindən tarazlıqlana bilər.
…müsbət “ticarət balansı” həmin ölkənin güclü valyutasının olmasına göstəricidir.
37
İSTEHLAKÇI QİYMƏT İNDEKSİ (CONSUMER PRICE INDEX, CPI) İstehlakçı Qiymət İndeksi istehlakçılar tərəfindən satın alınan əvvəlcədən təyin olunmuş bir səbət içərisindəki mal və xidmətlərin ortalama qiymətidir. Aylıq olaraq hesablanan İstehlakçı Qiymət İndeksi inflyasiya haqqında çox əhəmiyyətli bir göstərici olduğu üçün yaxından izlənilir. İstehlakçı Qiymət İndeksi ən əhəmiyyətli inflyasiya göstəricisidir çünki istehlakçı xərcləmələri iqtisadi fəaliyyətlərin üçdə ikilik bir qisimini meydana gətirməkdədir. Yüksək İstehlakçı Qiymət İndeksi məlumatları ümumiyyətlə qısa müddətdə faiz artımlarına və bu səbəbdən də qısa müddətdə o pul vahidinin güclənməsinə səbəb olur. Ancaq uzun davamlı inflyasiya məlumatları o pul vahidinə etibarı azaldır və dəyər itirməsinə səbəb olur. ABŞ Əmək nazirliyinin bir hissəsi olan Əmək Statistika Bürosu (ƏSB) hər ay istehlakçının qiymət indeksini hesablayaraq bu haqda məlumat verir.
İSTEHSALÇI QİYMƏT İNDEKSİ (PRODUCER PRICE INDEX, PPI) İstehsalçı qiymət indeksi aylıq əsasda topdan qiymətlərdəki dəyişmənin ölçüsüdür və xammal, sənaye və istehsal mərhələsi olaraq üçə ayrılır. İstehsalçı Qiymət İndeksi məlumatı istehsalçı qiymətlərindəki dəyişmənin bir ölçüsü olduğu üçün inflyasiya haqqında çox əhəmiyyətli bir göstəricidir və istehsalçı mərhələsindəki inflyasiya əksəriyyətlə istehlakçı qiymət indeksini də təsir etməkdədir. Yüksək dəyərlərdəki İstehsalçı Qiymət İndeksi buna görə normal olaraq daha yüksək bir istehlakçı qiymət inflyasiyasına səbəb olacaq və bu da qısa vədəli faiz nisbətlərindəki bir artıma səbəbiyyət verə bilər. Diqqətə çarpan bir inflyasiya təzyiqi o pul vahidinə olan güvən üzərində mənfi bir təsirə sahib olsa da, yüksək faiz nisbətləri ümumiyyətlə qısa müddətdə o pul vahidi üçün dəstəkləyici təsir etməkdədir.
38
ÜMUMİ DAXILI MƏHSUL, ÜDM (GROSS DOMESTIC PRODUCTS, GDP)
Ümumi daxili məhsul Gross Domestic Products, GDP Ümumi Daxili Məhsulun artımı milli valyutanın güclənməsi deməkdir
Ümumi Daxili Məhsul, mövcud olan cəmi iqtisadi fəaliyyətlər haqqındakı ən əhatəli məlumatdır. Bir ölkədə çıxarılan bütün mal və xidmətlərin bazar dəyərinin bir göstəricisidir. Ümumi daxili məhsul məlumatı hər üç ayda bir açıqlanır və iqtisadi fəaliyyətlərin gücü baxımından ən əhəmiyyətli göstərici olduğu üçün yaxından izlənilir. Ümumi daxili məhsul üç mərhələli olaraq açıqlanır: 1) təxmini məlumat (birinci); 2) ön məlumat (İlk düzəltmə); 3) Son məlumat (ikinci və son düzəltmə). Bu düzəltmələr ümumiyyətlə bazarlar üzərində böyük təsir yaradır. Yüksək səviyyəli bir ümumi daxili məlumatı ümumiyətlə faiz nisbətlərində bir artım gözləməsi gətirir, bu bərabər zamanlı olaraq inflyasiya artımı təxminlərinin o pul vahidinə olan etibarı azaltmaması şərti ilə, heç olmasa yaxın gələcək üçün o pul vahidi üçün müsbət bir təsir yaradır. ÜDM məlumatlarından xaricən, cəmi ÜDM içindəki hər bir komponent baxımından yaranan qiymət dəyişmələrinin ölçümündə istifadə edilən ÜDM qiymət indeksi məlumatları da açıqlanmaqdadır. ÜDM qiymət indeksi, İstehlakçı Qiymət İndeksi məlumatı ilə birlikdə inflyasiya ölçümündə istifadə edilən bir başqa qıfıl məlumatdır.
39
Məşğulluq məlumatı Employment, Nan-Farm Payroll İşsizlik səviyyəsinin yüksə olması milli valyutanın zəifləməsi deməkdir
Məşğulluq məlumatı digər iqtisadi göstəricilər içərisində ən əhəmiyyətlisi olaraq təbir edilməkdədir. Ümumiyyətlə hər ayın ilk cümə günü açıqlanır. İqtisadiyyatdakı bütün sektorları əhatə etdiyindən, iqtisadiyyata geniş əhatəli bir baxış təmin etməkdədir. Dəyişik sənaye kateqoriyalarındakı iş yaradan trendlərini ayrı-ayrı izləmək daha faydalı olacaq. Çünki toplu halda ələ alınan məlumatlar sənaye trendlərinin təməlində yatan diqqətə çarpan sapmaları saxlaya bilməkdədir. Məşğulluq məlumatı, əkinçilik və ictimai işlətmələr xaric tutularaq ödənişli neçə adamın olduğunun ölçüsüdür. Bu ödənişli sayısındakı dəyişmələr aylıq əsasda neçə dənə iş yaradıldığının ya da itirildiyinin bir göstəricisidir və iqtisadi fəaliyyətlər baxımından çox əhəmiyyətli bir göstərici olduğundan çox yaxından izlənilməkdədir. Məşğulluq məlumatlarındakı böyük artımlar güclü bir iqtisadi fəaliyyətə sahib olunduğunun bir göstəricisi olaraq şərh olunar və nəticədə heç olmasa qısa vədədə o pul vahidi üçün dəstəkləyici bir təsir göstərəcək olan faiz artırımlarına yol aça bilər.
40
İndicator
Göstərici
GDP, Gross Domestic Product Unemployment rate Non-Farm Payrolls
ÜDM, Ümumi Daxili Məhsul
Əhəmiyyətlilik dərəcəsi Əhəmiyətlidir
İşsizlik dərəcəsi
Əhəmiyyətlidir
İşə düzələnlərin sayı (kənt təsərufatından
Əhəmiyyətlidir
başqa)
Trade Balance
Milli valyutaya təsiri
Ticarət Balansı
Money Supply Dövriyyədə olan pul vəsaitinin məbləği Retail Sales Pərakəndə satışlar
Əhəmiyyətlidir Əhəmiyyətlidir Əhəmiyyətlidir
41
Valyuta qiymətlərinə təsir edən amillər İqtisadiyyat və iş dünyası Pul vahidləri də alışı ya da satışı edilən bütün varlıqlar kimi iqtisadiyyatın və iş dünyasının təməl qaydalarından təsirlənir. Ümumi təklif və tələb qanunları pul vahidləri üzərində də etibarlıdır. Bir pul vahidinin təklifi yüksəksə, əlində bu pul vahidini saxlayanlar əllərindəki puldan xilas olmaq istəyəcəklərindən bu pul vahidinin dəyəri düşər. Məsələn, əgər insanların çoxu artıq Dollar tutmamağa qərar verib əlindəki dollarları satmaq istəsə, bir alıcı tapa bilmək üçün satmağa razı olduğu qiyməti salmaları lazımdır. Belə ki, bu vəziyyətdə təklif tələbdən daha çox olacaq. Bu vəziyyəti məhəllənizdəki əmlak satışlarıyla müqayisə edə bilərsiniz. Bazarda satılıq ev sayısı çox artıqsa , bu evlərin satılması çox uzun bir müddət çəkə bilər. İşini dəyişməsi və ya başqa bir səbəblə məhəllədə yaşayan birinin daşındığını və bu adamın evini satmasını lazım olduğunu düşünək. Bu adamın evini sürətli bir şəkildə sata bilməsi üçün ola biləcək alıcılara daha aşağı bir qiymət mülahizəsi lazım olacaq. Bunun tərsi vəziyyətdə, yəni pul vahidinin təklifi aşağısa, pul vahidinin var olan miqdarından daha çox miqdarda alış etməyə niyyətli alıcı varsa bu vəziyyətdə pul vahidinin qiyməti yüksələr və alıcıların, satın almağı reallaşdıra bilmələri üçün bir-birləriylə rəqabət etmələri lazımdır. Belə ki, bu vəziyyətdə tələb təklifdən daha çoxdur. Eyni müqayisə etməyi istifadə etsək, əgər məhəlləmizdəki satılıq ev sayı çox az isə, alıcılar ev satın ala bilmək üçün daha yüksək qiymət təklif edəcəklər.
Siyasi İnkişaflar Siyasi inkişaflar pul vahidlərinin üzərində çox təsirli ola bilər. Bir əsgəri zərbə nümunəsində olduğu kimi bu təsir çox sürətli bir şəkildə özünü göstərə bilər. Əməliyyat edəcəyiniz pul vahidini seçərkən, bu pul vahidlərinin sahibi olan ölkələrdəki siyasi quruluşu yaxşı bir şəkildə izləyir vəziyyətdə olmalısınız. İnkişaf etməkdə olan bir ölkənin pulunun çox yaxşı fürsətlər təqdim etdiyini eşidə bilərsiniz. Bu cür söz-söhbətlər mövzusunda çox diqqətli olmalısınız. Ölkənin siyasi vəziyyətinin qərarsızlığı ölçüsündə pul itirmə riskiniz artacaq. İnkişaf etməkdə olan ölkələrə istiqamətli söz-söhbətlərlə əməliyyat etmə mövzusunda çox diqqətli olmalısınız. Çox qərarlı siyasi quruluşa sahib olan ölkələrdə belə seçkilər nəticəsində iqtidarın dəyişməsi pul vahidinin dəyəri üzərində təsirli ola bilməkdədir.
42
İnflyasiya Gözləntiləri İnflyasiya və iqtisadiyyatdakı təsiri valyuta dəyərini də diqqətə çarpan ölçüdə təsir edə bilər. Buna görə, izlədiyiniz ölkələrdəki inflyasiya gözləntilərinə ain xəbərləri dörd gözlə izləməyə ehtiyacınız vardır. Mərkəzi bankların və ya hökumətin inflyasiyanın artacağı istiqamətindəki inanışları istiqamətində, faiz nisbətləri ilk dəyişiklik yaşayacaq şeylərin başında gəlməkdədir. Faiz nisbətlərindəki dalğalanmaların valyuta təklif və tələbi ilə valyuta qiyməti üzərində böyük bir təsiri olduğunu xatırlayın. İnflyasiya olan bir müddət boyunca faiz nisbətlərini yüksəltməyən ölkələrin valyuta qiymətləri ehtimalla düşəcəyi ölçüdə faiz nisbətlərini yüksəldənlərin valyuta qiymətləri də ehtimalla yüksələcək. İnflyasiya, idxala və ixraca istiqamətli alış-verişləri də qiymətləri təsir etdiyi ölçüdə təsir etməkdədir. Bu da bir ölkənin ödəmələr tarazlığında dəyişikliyə səbəb olaraq geci-tezi o ölkənin pul vahidinin dəyərini də təsir edəcək. Əgər bir ölkə əldə etdiyindən daha çox miqdarda borclanırsa, o ölkənin pul vahidi dəyər itirə bilər. Xarici ticarət balanssızlığı, 1989 ilə 2003 arasında 1,5 milyon ABŞ mənşəli şirkətin Çinə daşınmasında olduğu kimi, bir ölkədə iş itkinlərinə yol aça bilər. Digər ölkələrə olduqca borclanan bir ölkənin faiz nisbətləri artımı sayəsində öz təhvillərinə olan maraq da artar. ABŞ böyük ticarət açıqları meydana gəlməsinə imkan təmin edəcək şəkildə böyük bir üstünlüyə malikdir: ABŞ dolları OPEC ilə olan bütün neft ticarətlərində əsas valyuta olaraq əməliyyat görməktədir. OPEC-dən neft satın almaq istəyən hər ölkə bu əməliyyat üçün ABŞ dolları istifadə etmək məcburiyyətindədir. Bəziləri buna görə bu dollarlar üçün petrodollar deməkdədir. Bu da dolların dəyərini vurğulamağa köməkçi olmaqdadır. Bazarda çox miqdarda pul olduğunda inflyasiya meydana gəlir. Pul dəyər itirir və ölkədə qiymətlər yükləlişə keçərkən ixrac daha da bahalılaşar. Bazarda çox az miqdarda pul gəzdiyində isə də iqtisadiyyat cansızlaşar və işsizlik artar.
43
Beynəlxalq İnvestisyalar İnvestorlar az riskli və yüksək geri dönüşü olan səhm və istiqraz bazarı olan ölkəyə axın etməkdədirlər. Alıcılar baxımından, əgər bu səhm və istiqrazlardan almaq istəyirlərsə əvvəlcə əlaqədar valyuta vahidindən satın almaqları lazımdır. Bu pula olan tələbi artıraraq əlaqədar valyutanın dəyərini yüksəltməkdədir. Əgər valyuta investorusunuzsa, maraqlandığınız valyutanın yalnız qrafiklərinə baxmağınız yetməz. Digər maliyyə bazarlarındakı digər investorlar nə istiqamətdə davrandıqlarıyla əlaqədar xəbərləri də izləməyiniz daha faydalı olacaq. Beynəlxalq investisiya axınlarını gözləyərək bir çox ipucu əldə edə bilərsiniz. Bir sonrakı investisya fürsətinizi analiz edəbiləcək investisya dalğaları haqqında məlumat əldə edə bilmək üçün The Wall Street Journal http://www.wsj.com, Bloomberg http://www.bloomberg.com, Business Week http://www.businessweek.com, və CNN Money http://www.money.cnn.com kimi əsas maliyyə xəbər saytlarını oxuyun.
44
Fond indeksləri Dow-Jones Indeksi Standard and Poor’s NYSE Index AMEX NASDAQ
45
Dow Jones Index Dou Cons İndeksi Dou Cons İndeksi – ABŞ-da iri şirkətlərin aksiya qrupları kursunun orta göstəricisidir. Birjanın bağlandığı müddətdə şirkətin müəyyən qruplarının gündəlik orta arifmetik qiymət qoymasını göstərir. Dou Cons indeksinin hesablama üsulu dəfələrlə dəyişdirilmişdir. Müasir şəraitdə bir neçə indeks nəşr edilir. 30 şirkətin səhimləri əsasında sənaye şirkəti üçün. Dəmir yol şirkətləri üçün 20iri şirkət, komunal şirkəti 15 şirkət. Bu indekslər əsasında ümumi Dou Cons indeksi hesablanı. Bu isə ABŞda cari təsarrüfat konyukturasının göstəricisi rolunu oynayır.
NASDAQ Qiymətli kağızlar üzrə Dilerlərin Milli Assosiasiyasının Avtomatlaşdırılmış Kotirovkası (ational Association of Securities Dealers Automated Quotations) NASDAQ Dou Cons indeksinden sonra Amerikada və dünyada ən çox izlənilən indeksdir. Qiymətli kağızlar üzrə dilerlərin Milli Assosiasiyasında listinqdə olan bütün şirkətlərin səhmlərinin məzənnələri haqqında məlumatlar əsasında hesablanan kapitallaşma üzrə çəkili indeksdir.
46
Almaniya Birja İndeksi (DAX) German Stock Exchange Frankfurt fond birjası (Deutsche Boerse) tərəfindən hesablanan indeks. XETRA elektron ticarət sistemində səhmləri ticarətdə olan şirkətləri əhatə edir.
Nikei 225 fond indeksi Nikkei 225 Yaponiyanın 225 ən iri şirkətlərinin Tokio Fond Birjasındakı səhmlərinin indeksi.
47
Texniki Analiz Fəsil
3
Texniki analizlərin əvvəlcədən təyin olunması və əsas prinsipləri
Txniki analizlər keçmişə görə əldə olunan məlumatlardan, və gələcək bazar hərəkətlərinin əvvəlcədən müəyyən olunması üçün istifadə olunur. Texniki analizin əsas alətləri müxtəlif qrafik növləridir, hansı ki, bunlar “texniki indikatorlardır” ki, müəyyən vaxt müddətində birjada valyuta qiymətlərinin dəyişməsini göstərir. Texniki analizlərin əsas prinsipləri Dow Nəzəriyyəsində əsasını tapır- aşağıdakı əsas müddəalarla:
Dow Nəzəriyyəsi (Dow Theory) Dow Nəzəriyyəsi 6 fundamental qanun üzərində yaradılmışdır. 2. Ortalamalar (indekslər) hər şeyi izah edir .Bir səhmin qiyməti, o səhm haqqındakı anlıq ya da potensial bütün duyğu, mühakimə və xəbərləri əks etdirir. Qiymət bütün bazar güclərinin əhatəli bir əks olunmasıdır. İnvestorlar eşitdikləri xəbərləri dərhal başqalarına çatdırırlar. Xəbərin müsbət və ya mənfi olması təklif və tələbi, qısacası səhmin qiymətinə təsir edir. Hər hansı bir zamanda bütün bazar məlumatı və gücü qiymətlərə əks olunur. "Bazar hər şeyi bilir". Bu səbəblə bazar iştirakçılarının məlumatı daxilində olan hər şey qiymətə təsir edəcək, qiymət məlumatları ilə hesablanan indekslər da hər şeyi əks etdirəcək. 3. Bazar 3 fərqli trendə malikdir. Hər hansı bir zamanda səhm bazarını təsir edən və bir-biri içində reallaşan üç trend (trend / axın) vardır.
Ana ya da ilk (Primary) trend Ana trend, yüksələn (bullish) ya da düşən (bearish) bazar trendini göstərir. Bir ildən bir neçə ilə qədər sürən bir dövr içində müşahidə edilə bilər. Yeni yaranan qiymət köhnə qiymətə görə daha yüksəksə (higher-highs, higher-lows) ana trend yüksəliş istiqamətindədir. Əgər yeni qiymətlər köhnə qiymətlərə görə daha aşağısa, (lower-highs, lower-lows) ana trend eniş istiqamətindədir.
48
İkincil (Secondary) Trend İkincil trendler təməl trendlerin inkişafını maneə törədən və təməl trendlerin qarşı istiqamətində inkişaf edən əhəmiyyətli reaksiyalardır. İkincil trendler ilk trendlerin düzəltmələridir. Yüksələn bir bazardakı əhəmiyyətli enişlər və ya düşən bir bazardakı əhəmiyyətli yüksəlişlər olaraq reallaşan ikincil trendlər bir aydan bir neçə aya qədər davam edə bilir. İkincil trend ümumiyyətlə bir əvvəlki ikincil hərəkətin 1/3ü ilə 2/3ü arasında hərəkət edər. Kiçik (Minor) Trend Kiçik trendler altı gündən az olan və nadir olaraq üç həftə qədər sürən orta trendleri meydana gətirən dalğalanmalardır. Bu gündəlik dalğalanmalardan çıxarılan nəticələr hiyləçidir. Bir gündən üç həftəyə qədər sürən kiçik trendler, qısa vədəli olduğundan və manüpülasyonlara məruz qala biləcəyindən uzun vədəli investorları səhv istiqamətləndirə bilər. İkincil trend bir neçə kiçik trendden meydana gələr. Ana və ikincil trendlər uzun davamlı olduqlarından manipülatif hərəkətlərdən təsirlənməz. Çünki manipülasyonların bu qədər uzun sürməsi mümkün deyil. 4. Ana trendlər üç mərhələdən (phase) meydana gələr. Ən əhəmiyyətli bazar hərəkəti olaraq xarakterizə edilən və həm eniş həm də yükləliş istiqamətində reallaşa bilən ana trend, bir ildən bir neçə ilə qədər davam edə bilər. Ana trendin inkişafı və nəticələnməsi üç mərhələdən meydana gələr. Artım istiqamətindəki (bullish) trendin mərhələləri Birinci mərhələ yığışma dövrüdür. Qiymətlərin göründüyü kimi aşağı olduğu bu mərhələ şüurlu investorların iqtisadi yaxşılaşma və uzun vədəli böyümə gözləmələrindən qaynaqlanan sıx alışları ilə başlar. Ümumi bazar şərtləri çətinlikli və pessimistdir. Şüurlu investorlar bu çətinlikdən faydalanaraq satılan səhmləri satın alarlar. İkinci mərhələdə ümumi iqtisadi şərtlərdə düzəlmə və şirkət qazanclarında artımlar görüldükcə bazardakı digər investorlar da alışa keçər. Üçüncü və son mərhələdə iqtisadi şərtlər olduqca yaxşı görünər, şirkət qazanclılıqları rekord səviyyələrdə reallaşar. Bu müsbət bazar şərtlərində, pessimist investorlar da daxil olmaq üzrə hər kəs qiymətlərin daha da yüksələcəyi gözləməsi ilə daha çox səhm almağa başlar. Bu mərhələdə şüurlu investorlar dövrəyə girərək eniş gözləməsində olduqlarından ilk mərhələdə satın almış olduqları səhmləri satmağa başlarlar, yəni qazanclarını realizə edərək ola biləcək enişlərə qarşılıq tədbir almağa başlarlar.
49
Eniş istiqamətindəki (bearish) trendin mərhələləri Bir eniş trendi, şüurlu investorların eniş trendi gözləmələri və qazanclarını reallaşdırmaq məqsədiylə əllərindəki səhmləri satmaları ilə başlar. Yüklsəliş trendinin sonunda qiymətlər yüksəlmiş və bazar həddindən artıq doyum nöqtəsinə çatmışdır. Artıq qiymətlərin daha çox yüksəlməyəcəyini düşünən və qazanclarını reallaşdırmaq istəyən investorlar, əllərindəki səhmləri satmağa başlarlar və qiymətlər bu mərhələdə düşməyə başlar. İkinci mərhələdə iqtisadi şərtlər pisə getməyə başlar və şirkət qazanclılıqlarında əhəmiyyətli enişlər görülər. Buna həddindən artıq ərz səbəbiylə səhm qiymətlərindəki eniş də əlavə olununca daha çox sayda investor satışa başlar. Son mərhələdə də pis bazar xəbərləri yayılmağa başlar. İnvestorlar səhmlərin gerçək dəyərini nəzərə almadan çaxnaşma halında bir şəkildə satmağa davam edərlər. Eniş trendi sona çatdıqdan sonra yaranan durğunluqdakı yaxşılaşma gözləmələri ilə birlikdə şüurlu investorlar yenidən sıx səhm alışlarına başlarlar. Beləcə də yeni bir yükləliş trendinə girilər. 1. İndekslər bir-birlərini təsdiqləməlidir. Ortalamalar ya da bazar göstəriciləri bir-birini təsdiqləməlidir. Başqa bir deyişlə, indeks və ya ortalamalar bir-birləriylə eyni xəbərdarlıq və siqnalları verməlidir. Industrial Average (DJIA - Dow Jones Industrial Average) və Rail Average (DJTA Dow Jones Transportation Average) indekslərinin trenddeki bir dəyişməni göstərə bilmələri üçün eyni istiqamətdə hərəkət etmələri lazımdır. Hər iki trend də bir əvvəlki təpə dəyərindən daha çox yüksələrək eniş trendinin bitdiyini ya da bir əvvəlki ən aşağı səviyyədən daha aşağı düşərək yüksəliş trendinin sona çatdığını təsdiqləməlidir. 5.
Əməliyyat Həcmi (volume) trendi təsdiqləməlidir. Həcm, müəyyən bir zaman periodunda (məsələn 1 gün) edilən əməliyyatların miqdarıdır. Böyük əməliyyat həcmləri bazarın likit olduğunu və marağın artığını göstərərkən aşağı əməliyyat həcmi oyunçunun mövqesini bağlaması üçün bir xəbərdarlıqdır. Əməliyyat həcmi qrafiki ana trend istiqamətində hərəkət etməlidir. İstər eniş, istər artım olsun hər ana trend əməliyyat miqdarının artmasıyla dəstəklənər və təsdiqlənər. Qiymət artarkən əməliyyat həcmi zəif qalırsa ya da qiymət düşərkən əməliyyat həcmi artırsa davam edən trendde bir dəyişmə olacağı deyilə bilər.
6. Qəti bir çevril siqnalına qədər trend eyni qalar. Yüksəliş trendini yeni qiymətlərin köhnələrinə nisbətlə yüksək olması (higher-highs, higher-lows) şəklində təyin etmişdik. Bir yüksəliş trendinin sona çatması üçün heç olmasa bir dəfə yeni qiymətin köhnəsindən aşağı olduğunu görməmiz lazımdır. (eniş trendi üçün də tərsi vəziyyət keçərlidir). Ayrıca iki indeksdən yalnız bir dənəsindəki qəti çevril tək başına kafi deyil, digər indeks tərəfindən də bu çevrilin təsdiqlənməsi lazım olduğu unudulmamalıdır. Bir ana trend üçün həm DJIA (Dow Jones Industrial Average) həm də DJTA (Dow Jones Transportation Average) DJIA həm də DJTA tərəfindən eniş siqnalı verilsə yeni trenddeki nizamsızlıqlar daha böyük nisbətlərdə reallaşar. Bununla birlikdə bir trend nə qədər uzun sürsə o trenddeki nizamsızlıqlar getdikcə azalış göstərər.
50
Texniki Analiz Technical Analysis Bazar hər şeyi qiymətləndirir
"Bazar hər şeyi hesaba qatır" fərziyyə texniki analizin təməlini meydana gətirir. Texniki analiz, təməl məlumatlar, siyasi təsirlər, psixoloji vəziyyət kimi, varlığın qiymətinə təsir edə biləcək hər şeyin, mali varlığın qiymətinə əks olunduğunu fərz edər. Buna görə, araşdırılması lazımlı olan tək şey qiymət hərəkətləridir. Təklif və tələbdəki dəyişikliklər mütləq qiymət hərəkətlərinə əks olunacaq. Tələb təklifdən çox olsa qiymətlər yüksələcək; təklif tələbdən çox olsa qiymətlər düşəcək. Texniki analiz bundan yola çıxaraq, "Qiymətlər yüksəlirsə səbəbi nə olursa olsun tələb mütləq təklifin üzərinə çıxmışdır. Elə isə təməl iqtisadi məlumatlar müsbət olmalıdır. Qiymətlər düşürsə, səbəbi nə olursa olsun, təklif mütləq tələbin üzərinə çıxmışdır. Bu vəziyyətdə təməl iqtisadi məlumatlar mənfi olmalıdır." nəticəsini çıxardar. Beləcə texniki analiz bilvasitə olaraq təməl məlumatları da araşdırmış olar.
Qiymətlər trendlərlə hərəkət edir
Texniki analiz yanaşmasında, trend anlayışı çox əhəmiyyətli bir yer tutar. Yaranan qiymət hərəkətlərini qrafik olaraq ifadə etmənin əsas məqsədi, trendi erkən dövrlərində tuta bilmək beləcə trend istiqamətində əməliyyat edə bilməkdir. Texniki analistlərin yanaşması "trend izləyən" (trend following) bir quruluşdadır. Mövcud olan bir trend istiqamətini davam etdirmə meylindədir. Texniki analistin məqsədi mövcud olan trendi təyin etmək və bu terndi izləməkdir. Trend izləyən bir sistem, trendin çevril siqnalları alınana qədər mövcud olan trend istiqamətində hərəkət edər.
Keçmiş Özünü Təkrarlayır
Bazarda yaranan hərəkətlərin və texniki analizin insan psixologiyasıyla yaxın əlaqəsi vardır. Haradasa bir əsrdən bu yana araşdırılan qiymət qrafikləri, qrafiklər üzərində müəyyən formalaşmaların ortaya çıxdığını göstərməkdədir. Yaranan bu formalaşmalar, bazarın "ayı" ya da "öküz" psixologiyasını ortaya qoyar. Keçmişdə yaxşı nəticələr verən bu formalaşmaların gələcəkdə də yaxşı nəticələr verəcəkləri qəbul edilir. Çünki bu formalaşmalar əslində, heç dəyişməmə meylində olan insan psixologiyasından qaynaqlanar. Gələcəyin başa düşülməsinin açarı keçmişi araşdırmaqdan keçər. Gələcək keçmişin təkrarlanılmasıdır.
51
Texniki Analizin Elastikliyi və Tətbiq Sahəsi Texniki analiz, istənilən bir bazarda, istəmilən bir şərtdə və istənilən bir zaman aralığında tətbiq oluna bilər. Texniki analiz qanunlarının tətbiq oluna bilmədiyi bir bazar yoxdur. Texniki analitik misal üçün, əmtəə bazarlarında (commodities), istədiyi ölçüdə bazarı asanlıqla izləyə bilər. Funadamental analitik üçün bu vəziyyət ümumiyyətlə etibarlı deyil. Fundamental analitik çox böyük miqdarda məlumat ilə qarşı-qarşıya olduqlarından ancaq müəyyən bir əmtəə ya da bir əmtəə qrupu üzərində sıxlaşar və ekspertləşərlər. Bazarlar hərəkətsiz yəni trendsiz dövrlər də keçirir. Texniki analitik ümumiyyətlə məlumatını və diqqətini trend qazanmaq meylində olan bazarlar üzərində cəmləşdirir. Bunun nəticəsində texniki analitik bazarların dəyişən və dönəmsəl quruluşundan fayda təmin edə bilmək məqsədiylə sərmayəsini və diqqətini fərqli bazarlar arasında dolaşdıra bilər. Müəyyən zamanlarda müəyyən bazarlar hərəkətlənərək əhəmiyyətli bir trend qazana bilər. Ümumiyyətlə bu cür güclü bir trend içindəki dövrlərin ardından hərəkətsiz və nisbilik olaraq trendsiz günlər gəlirkən, bir başqa bazar ya da bazar qrupu hərəkətlənməyə başlaya bilər. Texniki analitik hansı bazarı seçəcəyi və hansı bazara girəcəyi mövzusunda azaddır. Halbuki, bir qrup bazar üzərində cəmləşəmyə meylli olan fundamental analitik isə texniki analitikin sahib olduğu belə bir elastiklik yoxdur. Hər iki analitik də araşdırdıqları bazar qruplarını müəyyən bir müddət üçün dəyişdirəcək olsalar yeni bazarı araşdıra bilmək üçün fundamental analiz üçün lazımlı olan zaman texniki analitikə görə çox daha uzun olar. Texniki analitikin bir başqa üstünlüyü də çox geniş bir görüş bucağına sahib olmasıdır. Texniki analitik bütün bazarları izləməsiylə hansı bazarın ümumiyyətlə nə vəziyyətdə olduğunu bilir. Beləcə yalnız bir qrup bazarı izləmənin gətirəcəyi dar bir görüş baxımından qorunmuş olar.
Diqqət yetirilməsi lazım olan analiz mövzuları nələrdir? Forex bazarlarında digər pul və sərmayə bazarlarında olduğu kimi texniki və fundamnetal analiz üsulları, qazanc əldə etmək məqsədindəki fərdlər tərəfindən ən sıx istifadə edilən üsullardır. İnvestorlar; fundamnetal inkişafları, uzun - orta və qısa vədəli texniki analizlər ilə birləşdirərək Forex bazarındakı hərəkətlərdən qazanc əldə etməyə çalışarlar. Texniki analiz üsulları demək olar ki, bütün bazarda eynidir. Lakin, Forex kimi çox sürətli hərəkət edən bazarlarda, bu üsullar dəyişkənlik göstərir. Hər bir şəxs, öz üsulunu zaman içərisində özü tapır. Bunu edərkən də hər vaxt söylədiyimiz şey, bazardan qazanc əldə edilmək istənirsə ekran qarşısında keçirilən zamanın -screen time- mümkün olduğunca artırılması lazımdır. Bu, öyrənmə mərhələsindəykən 100% etibarlı və müzakirə aparmaz bir mövzudur. Lakin bazar hərəkətləri başa düşüldükdən sonra, bu screen time investorun əməliyyat tərzinə görə azaldıla bilər. Aktiv olaraq əməliyyat edən investor, bütün gününü öyrənmə dövründəki kimi ekran qarşısında keçirsə, zaman içərisində bunun tərs təsirləriylə qarşılaşa bilər. Başqa sözlə bu tarazlığı qurmaq, texniki və təməl analizlərin hər vaxt qabağına keçəcək. Bu analizləri etmədən əvvəl psixoloji mənada hazır olmaqda fayda var. 52
Qiymət hərəkətlərini tələb və təklifin meydana gətirdiyi bir tarazlıqda bu tarazlığa təsir edən iqtisadi, siyasi və psixoloji amillər qiymətlərin müəyyən bir trend içində hərəkət etməsini təmin edir. Texniki analizin insan pisixaloqiyasına yaxın bir əlaqəsi var və keçmişdən günümüzə qədər gələn araşdırmalarda invetstorların müəyyən nöqtələrdə eyni psixaloqiya içinə girdiyi və eyni nöqtələrdə eyni hərəkətləri etdiyi müşahidə edilmişdir, bu da göstərir ki, insan psixaloqiyası dəyişməz, belə ki, bütün birjada fəaliyyət göstərən insanlar eyni vaxtda və eyni xəbərləri gözləyirlər və bu xəbərlərə görə müəyyən bir strategiya izləyirlər. Bu səbəblə də gələcəyi bilmək üçün əslində keçmiş ən böyük köməkçidir.
53
54
TREND NÖVLƏRİ Bazarda üç növ trend mövcuddur: 1. Buğa trendi (Bulls) - qiymələrin yüksəlməsi 2. Ayı trendi (Bears) - qiymələrin düşməsi 3. Üfiqi (Range, Flat market, Trendless) - qiymətlərin üfiqi tendensiyasıdır.
Yüksələn (Buğa) tendensiyas zamanı hər bir növbəti yüksəliş və eniş nöqtəsi özündən əvvəlki səviyyə ilə müqaisədə daha yüksəkdə yerləşir.
Ayı tendesiyası zamanı hər bir növbəti yüksəliş və eniş nöqtəsi özündən əvvəlki səviyyə ilə müqaisədə daha aşağıda yerləşir.
55
Trendin izinə düşmək Digər bazarlarda olduğu kimi, forex bazarlarında da trend izləmək ən vacib olaraq qarşımıza çıxır. Əməliyyata başlamazdan əvvəl qısa-orta və uzun müddətli trndləri müəyyən edib ticarət edərkən bu trendlərlə eyni istiqamətdə mövqe tutmaq gərəklidir. Hər vaxt trendlə dost olmaq, investora faydalı olur. Trendi dəyişdirmək çox böyük portfellərin işidir. Qısacasıyla digər investorlar müəyyən olunmuş trendə paralel hərəkət etmək məcburiyyətindədir. Belə bir strategiyayla mümkündür: Orta və ya uzun müddətli trend müəyyən olunur. Yuxarı istiqamətdə bir tend yaşayırıqsa, bazarın dəstək xəttindən yuxarı dönüşündə alış istiqamətli mövqe tutmaq vacibdir. Kimi investorlar, belə trendlərdə müqavimətdən satış istiqamətində mövqe alıb, trend dönüşünü tutmq istərlər. Ancaq bu alınmış olan çox böyük və bəlkə də lazımsız bir riskdən o yana bir şey deyil. Trend hərəkəti yaradan bazarda, səbirli olub trend lehinə mövqe tutmaq investorun qazanması üçün ən vacib qərarlardan biridir.
Kanal (Channnel) Qiymətin iki paralel trend xətti arasında meyillənməsi “kanal” adlanır. Qiymət trend xəttinin aşağısına toxunarsa bu al siqnalı kimi istifadə oluna bilər və qiymət trend xəttinin yuxarısına toxunursa bu sat siqnalı kimi istifadə oluna bilər.
56
Dəstək və Müqavimət səviyyələri Dəsdək və müqavimət xətləri. Ticarət kanallarının yuxarı və dib sərhədləri dəsdək və müqavimət xətləri adlanır. Texniki analistin diqqətə aldığı bir digər nöqtə isə dəsdək və müqavimət səviyyələridir. Bunun altında yatan düşüncə isə bazarın dəstək səviyyəsinin üzərində və müqavimət səviyyəsinin altında ticarət etməkdir. Əgər qiymət müəyyən bir səviyyəyi birdən çox cəht edərək aşağı enməmişsə, həmin o səviyyəyə bir düz xətt yerləşdirilərək dəstək səviyyəsi müəyyən olunur. Əgər qiymət müəyyən bir səviyyəyi bir neçə dəfə cəht edərək yuxarı çıxış göstərməmişsə, həmin o, səviyyəyə bir düz xətt yerləşdirilərək müqavimət səviyyəsi müəyyən olunur. Əgər müqavimət və ya dəstək səviyyələri sınırsa qiymətlərin həmin istiqamətə izlənəcəyi gözlənilir. Ümumiyyətlə dəstək və müqavimət səviyyələrində əməliyyat həcminin yüksək olduğu müşahidə edilir. Bazarda əməliyyat etməzdən əvvəl, dəstək və müqavimət səviyyələri dəqiq bir şəkildə təyin olunmalı və əlaqədar səviyyələrə yaxınlaşıldığında buna görə hərəkət edilməlidir. Bu, yuxarıda sözünü etdiyimiz trend təqibi mövzusuyla da uyğun gəlməkdədir. İnvestor, ümumi trendi bilərkən, dəstək və müqavimət nöqtələrinə də hakimsə, trendi effektiv istifadə edə bilər. Ancaq bu nöqtələr səhv təyin olunsa, səhvli nöqtələrdən mövqe girib çıxacağında, trend fayda verməz.
Yuxarı trendlərdə, dəstək xəttinə yaxınlaşıldığında alış əməliyyatı etmək və bu dəstək xəttinin bir neçə punkt altına stop yerləşdirib, müqavimət səviyyələrindəki hərəkətə görə də mövqe bağlamaq faydalı olacaqdır. Ancaq, "burada dəstək var, bazar necə olsa yuxarı dönər" deyib alış etmək, böyük bir səhvdir. Bazarın gördüyünüz bu dəstəyə yaxınlaşmasına, burada satışların qarşılanmasına və bazarın yenidən yuxarı dönməsinə icazə verin. Bu yuxarı dönüşlə birliyə də alış edilməsi halında, bəlkə bir neçə tick qazanc qaçırıla bilər, ancaq risk ciddi nisbətdə azaldılmış olar. Bu strategiyanın tam tərsini azalan trendlərdə də istifadə edə bilərsiniz.
57
Qrafik növləri Ən çox istifadə olunan üç qrafik növü mövcuddur: xətt qrafiki( line chart), bar qrafiki(bar chart) və şam qrafiki(candlestick chart). Treyder üçün hansını istifadə edib-etməyəcəyi könüllüdür. Xətt qrafiki (Line chart) müəyyən edilmiş vaxt müddətində qiymətin bağlanmasından ibarətdir. Sonra isə qiymətlər digər xətlə əlaqələnir, hansı ki, valyuta məzənnələrinin dəyişməsinin qrafik şəklini yaradır. Bu qrafik növü yalnız bağlanış qiymətlərini əsas götürərək çəkilən bir qrafikdir. Bağlanış qiymətləri nöqtə olaraq işarələnir və sonra bu nöqtələr birləşdirilir. Buradakı məqsəd yalnız bağlanış qiymətlərini izləməkdir. Çubuq qrafiklərə görə daha az detal ehtiva edir. Bağlanış və açılış qiymətləri haqqında məlumat verməz. Eyni nümunəni xətt qrafik köməyi ilə göstərirsək, Xətt qrafik nümunəsi:
58
Bar qrafiki (Bar Chart) texniki analitiklər üçün ən populyar qrafik növlərindən biridir. Bar qrafiki forex bazarında qiymət hərəkətlərini təhlil etmək üçün geniş şəkildə istifadə olunur, çünki bu qrafik növü qiymət qurluşunun formalaşmasını çox asan şəkildə göstərir. Həmçinin bar qrafikləri qısaldılmış formada OHLC qrafikləri adlanır ona görə ki, onlar valyuta cütlüyü üçün Açıq, Yüksək, Alçaq və Bağlı olduğunu göstərir. Bar qrafikləri son bir dəqiqə və ya son bir il kimi hər hansı istənilən bir vaxt müddətində istifadə olunur. Bar qrafiklərilə qiymət daha rahat izlənir. Barın ən üst nöqtəsi müəyyən vax müddətində nail olduğu ən yüksək qiymətdir və ən aşağı nöqtəsi isə müəyyən olunan vaxt müddətində ən aşağı qiyməti göstərir. Qapanış qiyməti bar üzərində sağ tərəfədir, açılış qiyməti isə sol tərəfədir.
59
Şam qrafiki (Candlestick chart). Şam qrafiki bar qrafkinə yaxın əlaqləlidir. Şam qrafiki bar qrafikinin təkminləşdirilmiş versiyasıdır. Bu FOREX bazarının ən populyar və geniş istifadə olunan qrafik növüdür. Həmçinin dörd əsas qiymətdən ibarət olur: high, low, open və close. Gəlin şam qrafikin özünə baxış keçirək:
Şam qrafikləri digər qrafiklərdə görünməyən üstünlükləri aşkar edir. Bazarda qiymət haqqında hər tərəfli məlumat verir və gələcək qiymət hərəkrtlərini müəyyən etməyə və daha yaxşı başa düşməyə kömək edir. Biz “xüsusi vaxt” deyərkən treyderin seçdiyi vaxt ölçüsünü nəzərdə tuturuq. Misal olaraq: treyder saatlıq, günlük, həftəlik və aylıq qrafiklərdən itifadə edərək ticarət edə bilər. Saatlıq qrafiklə ticarət edərkən hər bir şam qrafiki bir saatı ifadə edir, həmin şam qrafiki bir saat müddətinə əsaslanaraq tamamlanacaqdır. Aşağıdakı şəkildə müxtəlif eyni məlumatı aydınlaşdıran vaxt strukturlarının nümunələri göstərilir:
60
Şamın əsas hissəsi onun bədənidir hansı ki, açılış və bağlanış qiymətləri arasında olan fərqi göstərir. Açılış qiymətinə görə bağlanış aşağıda olarsada, şamın gövdəsi dolu olur. Açılış(open) qiymətinə görə bağlanış(close) yuxarda olarsa şamın gövdəsi boş olur.
Şamın gövdələri treyderin seçiminə görə rənglənə bilər. Qrafiklər üçün ümumi istifadə olunan “yaşıl və qırmızı” rənglərdir. Beləliklə qırmızı rəng qiymətin düşdüyünü göstərəcək və yaşıl isə qiymətin qalıxdığını. Həmçinin, biz qiymət kölgələrini də görürük – şam gövdəsinin aşağısında və yuxarısındakı yaranan əlavələrdir. Şamın ən üst zirvəsi yüksək adlanır(high) və şamın ən aşağı dibi aşağı(low) adlanır.
Bulish və ya bearish şamı.., bu nə məna verir?
Bu terminlər bazarda iki əks gücü qarşı-qarşıya təsvir edir: bulls (öküzlər) qiyməti yuxarı istiqamətə çəkən treyderlərdir, bears(ayılar) - qiyməti aşağı dartanlardır. Beləliklə, qiymət əminliklə yuxarı yüksələrkən - bulls(öküzlər) qalib gəlir və bazar ona görə də, “bulish bazarı” adlanır, qiymət düşərkən bearish bazarı adlanır.
61
Şamın ölçüsü bazarda alqı-satqı gücünü göstərir. Böyük şam simvolu güclü bazarı təsvır edir, lakin şamın kiçik həcmdə olması bazarın zəifliyini göstərir.
Şamın kölgələri alıcı və satıcıların aktivliyini aşkar edir. Yuxarıdakı kölgələr alıcıların qiyməti yuxarı istiqamətə doğru çəkdikləri aktivliyini göstərir. Aşağı kölgələr satıcıların qiyməti aşağ istiqamətə darttıqları aktivliyini ifadə edir. Uzun kölgələr hər iki tərəfdən gələn yüksək aktivlik ərzində baş verir alıcılar və satıcılar necəki onlar qiymətləri öz istiqamətlərinə çevirməy cəht edirlər.
Yuxarı kiçik kölgə üstə gəl aşağı böyük kölgə treyderə satıcıların qiyməti aşağıya doğrü dartıqlarını və üstünlük təşkil etdiyini bildirir və nəticədə alıcıların təzyiqi altına düşr. Aşağı kiçik kölgə üstə gəl yuxarı böyük kölgə treyderlərə alıcıların qiyməti yuxarı istiqamətə çəkdiklərini deyir və nəticədə satıcıların təzyiqi aləna düşür.
Kölgəsi olmayan şamlar göstərir ki, alıcılar (yaşıl şam) və ya satıcılar (qırmızı şam) bütün ticarət ərzində üstünlük təşkil edir. 62
Şamın kiçik və ya gövdəsi olmayan və eyni vaxtda kiçik kölgəyə malik olması alıcılar və satıcıların arasındakı qeyri müəyyənliyini və ticarətin çox zəif olduğunu göstərir.
63
TREND FİQURLARI Bazarın trendlər halında hərəkət etdiyini bilirik. İstər yuxarı, istər üfüqi, istərsə də aşağı hərəkət etsin bunların hamısı trenddir. Bazarın istiqamətidir. Bir gün hər hansı bir səbəblə bu bazar istiqamət dəyişdirir. İstiqamət dəyişdirmə periodunda valyutaların qiymət və həcm hərəkətlərində bəzi dəyişikliklər görülür. Texniki analitiklər keçmiş məlumatlardan əldə etdikləri istiqamət dəyişdirmələrə, qrafiklərdən nümunələr tapmışlar və zaman içərisində bunların doğruluğunu qəbul etmişlər. Elə bu hadisələrə firqurlar deyirik. Bu fiqurların bəziləri trend dönüşünü hazırlayarkən, bəziləri də trendin davamının olduğunu ifadə edər. Ancaq heç bir fiqur yüzdə-yüz etibarlı olmadığı unudulmamalıdır.
Fiqurlar iki yerə ayrılır; 1. Davamedici fiqurlar (trend davamını təmin edir). Continuation 2. Əks ffiqurlar ( trend əksini təmin edir). Reversal Patterns
ƏSAS TREND FİQURLARI Əsas trend fiqurları yüksələn və düşən trendlərin sonlarında meydana gəlirlər. Qrafiklər aralarında detallar olmaqla birlikdə bir-birinin tərsi kimi görünürlər. Əks fiqurlardan ən çox görülənləri aşağıdakılardır: 1. 2. 3. 4.
Baş-və-çiyinlər (Head and Shoulders) Əks Baş-və-çiyinlər Qoşa zirvə Qoşa dib
Baş-Və-Çiyinlər. (Head-And-Shoulders) Baş-və-çiyinlər qurluşu ən cox etibarlı və məşhur qrafik formalarından biridir. Bu fiqur üç ardıcıl yüksəlişdən ibarətdir. Birinci və üçüncü yüksəklik “çiyinlərdir” və təxmini eyni hündürlüyə malikdir, ortadakı isə ən hündür olanı “başdır”. Bütün üç birləşmə “boğaz” xətti kimi məlum olan eyni dəsdək xəttində və ya “baş-və-çiyin” formasının əks vəziyyətində əsaslanır. Baş-və-çiyinin nümunəsi aşağıdakı qrafiqdə göstərilir.
64
Boğaz xətti əvvəlcə A nöqtəsinə qədər müqavimət xətti idi. Müqavimət xətti sınan vaxtı zəruri dəstək xəttinə çevrilir. Qiymət B və C nöqtəsinə hərəkət edir. Mümkün qədər boğaz xətti D nöqtəsində sınır. Nə qədər ki, dəstək xətti sınır, qiymət xəttinin yenidən boğaz xəttini kəsməsi gözlənə bilər. Əgər müqavimət xətti saxlayırsa, qiymət F səviyyəsinə qədər düşür, hansı ki, head-and-shoulders fiqurunun qiymət hədəfidir. Hədəf təxmini baş və boğaz xətti arasındakı bütöv məsafəyə bərabərdir. Qiymət hədəfi D nöqtəsindən ölçülür, harda boğaz xətti sınır. Əks Baş-və-çiyinlər (İnverted Head-And-Shoulders). Əks baş-və-çiyinlərin yaranması əvvəlki qrafikin əks təsviridir. Ona görə də siz eyni xüsusiyyətlə müraciət edə bilərsiniz. Üç ardıcıl yüksəliş arasında çıyinlər təxmini eyni hündürlüyə malikdir və baş daha aşağıdır. Əvvəl A nöqtəsi, boğaz xətti dəstək xətti idi. Bu xətt sınanda həmin an zəruri müqavimət xəttinə çevrilir. Qiymət B və C nöqtəsinə sıçrayır. Boğaz xətti mümkün olan qədər D nöqtəsində sınır. Qiymətin hədəfi təxmini başın zirvəsi və boğaz xətti arasındakı bütöv məsafəyə bərabərdir və D nöqtəsi sınandan ölçülür.
65
Qoşa Zirvə (Double Top). Adından aydın olunduğu kimi qısaca təsvir edir, bu qrafik növü təxmini eyni hündürlüyə malik olan iki zivədən ibarətdir. Aşağıdakı şəkildə göründüyü kimi, paralel xət müqavimət xəttinin əksinə çəkilir ki, bu da iki zirvəni birləşdirir. Bu xətti biz head-and shoulders-sin boğaz xətti kimi düşünürük. Müqavimət xətti kimi, bu A nöqtəsində sınır, və bu C qiymət səviyyəsində güclü dəstək xəttinə çevrilir, mümkün olan qədər E nöqtəsidə zəifləyir. Qiymətin hədəfi G nöqtə səviyyəsdir. Qoşa zirvənin ortası olan E nöqtəsidən ölçülür. Siqnal qoşa zirvə formalaşmasından yaranır. Double top aşaıdakı məlumatlərı təmin edir: 1. Dəstək xətti, A və E nöqtələri arasında yerləsşdirilir. 2. Müqavimət xətti, B və D nöqtələri arasında yerləşdirilir
66
Qoşa dib (Double bottom). Qoşa dib fiquru qoşa zirvənin əks təsviridir ( Aşağdakı şəkilə baxın). Ona görə də eyni xüsusiyyətlər tətbiq olunur. Aşağıdakı şəkildə göründüyü kimi paralel xətti A və B qoşa dibi əlaqələndirmək üçün əksinə çəkilir. Dəsdək xətti kimi, A nöqtəsində sınır və C nöqtəsində güclü müqavimət xəttinə çevrilir, ancaq mümkün qədər E nöqtəsində sınır. Müqavimət xətti güclü dəsdək xəttinə çevrilir, hansı ki bazarı F nöqtəsində əks reaksiyada saxlayır. Qymətin hədəfi G səviyyəsidir, hansı ki, diblərin orta hündürlüyü olan E nöqtəsindən ülçülür.
67
Davamedici Trend Nümunələri (Continuation) Texniki analiz mövcud trendləri gücləndirmək üçün diaqramlar təmin edir. Bu diaqram formalaşmaları davam edən trend nümunələri kimi məlumdur. Onlar olduqca qısa birləşmə periodlarından ibarətdirlər. Trendin qopmaları əsas trend kimi eyni istiqamətdə baş verir. Ən çox mühüm davam edici nümunələr aşağıdakılardır: 1. Bayraq (Flags) 2. Üçbucaq (Triangle) Bayraq qrafikləri Bu qrafik növü bayraq çübüğu ilə kiçik bayraq kimi görünür. Qiymət həmişə bayrağın sındırılmasından sonra özünün əvvəlcədən istiqamətini müəyyən edir. Bayraq yuxarıdan aşağı istiqamətə doğru olarkən( bayraq çubuğu bayrqdan yuxarıdır) qiymət aşağı istiqamətə doğru hərəkət edəcəkdir. Bayraq dik vəzyətdədirsə qiymət yuxrı istiqamətə doğru hərəkət edəcəkdir.
68
Mütənasib üçbucaq (Symmetrical triangle) İstər düşüş, istər yüksəliş trendlərinin sonunda qiymətlər bir nöqtədə durur və tərs istiqamətdə hərəkət edir. Bu nöqtələr üçbucağın ilk başladığı yerdir. Daha sonra qiymətlər, bir-birini izləyən dalğalanma silsiləsi yaradır. Bu dalğalanmalardakı hər qiymət dalğası bir əvvəlki dalğadan daha qısa olur. Ardıcıl olaraq aşağı yuxarı və yuxarı aşağı trendi nəticədə qiyməti üç bucağın küncünə gətirir. Trend üç bucağın zirvəsinə sıxıldıqdan sonra, qiymət çox vaxtlar üç bucaqdan sınandan sonra ən çox üstünlük təşkil edən trend istiqamətində hərəkət edir. Üst tərəfdən aşağı meyilli sərhəd xətti çəkilir. Bu xətt simmetrik(mütənasib) üçbucağın üst sərhədini yaradır. Alt tərəfdən yuxarı meyilli sərhəd xətti çəkilir. Bu xətt də simmetrik üçbucağın alt sərhədini yaradır. Üst və alt xətt arasında qalan sahə “Simmetrik Üçbucaq” adlanır. Bütün bayraqlar və üç bucaqlar üçün ticarət strategiyası: bayrağı və ya üç bucağı qiymət sındırana qədər gözlə. İlk bar, qrafikin kənarında bağlanandan sonra sifarişi yerləşdir. Bir çox aqresiv treyderlərə görə: sifarış bayraq və ya üçbucaq qrafikindən çıxmamışdan əvvəl və çıxarkən qabaqcadan yerləşdirilə bilər.
69
TEXNİKİ İNDİKATORLAR Ortalama hərəkət Moving Average
Bolinger bands Bolinger zolaqları
MACD Moving Average Convergence Divergence
Parabolic time price Stop and reverse
Nisbi güc indeksi
Relative strengthen index (RSİ)
Stochastic Stoxastik
70
71