Marneuli Gənclər mərkəzinin idarə heyətinin üzvü Emin Əhmədovla müsahibə Mərkəz, Gürcüstanda yaşayan gənclərimizlə bağlı hansı layihələri həyata keçirir? İlk öncə bizə ayirdiginiz vaxt üçün təşəkkürümü bildirirəm və təşkilatla bağlı qısa məlumat vermək istərdim. Marneuli Gənclər Mərkəzi (MGM) 2003-cü ildən fəaliyyət göstərir. MGM-nin missiyası, Gürcüstan gənclərinin savadlı, məsuliyyətli, fəal, inteqrasiya olunmuş vətəndaş olmaları, bölgənin və digər bölgələrin ictimai həyatında iştirak etmələri üçün onların təhsil, idman və mədəniyyət sahəsində inkişafına dəstək olmaq, həmçinin gənclərin gürcü cəmiyyətinə inteqrasiyasına dəstək olmaqdır. Təşkilatın əsas məqsədi gənclərin inkişafı, işlə təmin olunması, inteqrasiyası, ölkənin ictimai həyatında və qərarların qəbul olunmasında iştirak etməsidir. Təşkilatımız bir çox layihələr həyata keçirmişdir və hal hazırda da layihələrimiz davam edir. Marneuli Gənclər Mərkəzi əsasən gənclərin təhsili, fiziki sağlamlığı, cəmiyyətə inteqrasiyası, ümumiyyətlə gənclərin inkişafına yönəlik layihələr həyata keçirir. 2011-ci ildə həyata keçirilən layihələrə gəldikdə isə bunları qeyd edərdim: “Yerli QHT-lərin inkişafı və əməkdaşlığı forumu” layihə- “Cəmiyyətin İnkişafı Fondu” (CİDA) tərəfindən maliyyələşdirilir. Məqsəd yerli QHT-ləri inkişaf etdirmək, onların rəqabətə davamlılığını gücləndirməkdir. “Məcburi köşkünlərin işlə təmin olunması”- layihə Avrasiya Əməkdaşlıq Fondunu dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi 2008-ci ildə baş verən Gürcüstan – Rusiya müharibəsi nəticəsində məcburi məskunlaşdırılmış qaçqın gənclərin və yerli azərbaycanlı gənclərin işlə təmin olunması və onların inteqraiyasıdır. Digər bir layihə kimi gənclərin və tələbələrin inkişafını nəzərdə tutan “Gənclərin İnkişafı Akademiyasını” göstərmək istərdim. “Gənclərin İnkişafı Akademiyasının” yaranmasında əsas məqsəd gənclərin bilik və səviyyəsini daha da yüksəltmək və inkişaf etdirməkdir. Bu proqram çərçivəsində tələbələrə və digər gənclərə müxtəlif mövzularda mühazirələr, treininqlər və görüşlər keçirilir. Daha bir layihəmiz “Marneuli rayonunda idmanın inkişafı və sağlam həyat tərzi” layihəsidir. Layihə World Vision Germany-nin dəstəyi ilə keçirirlir. Layihə çərçivəsində MGM- də gencler ucun body-building zalı, gizlar üçün isə fitnes zalı yaradılmışdır. Marneuli Gənclər Mərkəzində (MGM) gənclər üçün müxtəlif kurslar fəaliyyət göstərir, bunlar ingilis dili, gürcü dili, kompüter və jurnalistika kurslarıdır. Kurslar 3 ay ərzində davam edir və hər üç ayda bu kurslardan 250 gənc və yeniyetmə bəhrələnir. Bu günə kimi kurslardan minlərlə gənc bəhrələnmişdir. Onların əksəriyyəti bu gün müxtəlif yerlərdə işlə təmin olunublar və ictimai həyatda fəal iştirak edirlər. Bundan elave idman bölməmizdə boks, kik boks, akrobatika, kapoeyra, bodibilding, fəaliyyet gosterir. Layihələr və kurslarla paralel olaraq müxtəlif tədbirlərimiz, aksiyalarımız və görüşlərimiz də olur. Əlbəttə, bütün bu fəaliyyətlər gənclərin inkişafına xidmət edir və müsbət nəticəsini göstərməkdədir.
Ümumi olaraq idman bölməmizdə 147, təhsil kurslarında isə 225 nəfər var. 7 illik fəaliyyət dönəmində bizim mərkəzdən 5000-dən artıq gənc bəhrələnib. Amma bununla kifayətlənmirik, beynəlxalq donorlarla çalışmağa və onlarla əməkdaşlıq etməyə üstünlük veririk. Beynəlxalq donorlarla yanaşı biznes strukturlarla da əməkdaşlıq edirik. Məqsədimiz yalnız Kvemo Kartlini deyil, eyni zamanda bütün Gürcüstanı əhatə etməkdir.
Bu gün gənclərimizin əsasən hansı problemlərlə üzləşirlər? Təhsil problemi bölgə üçün ən aktual problemdir. Məktəblərdə kadr çatışmamazlığı və şəraitin olmaması bu problemi daha da kəskinləşdirir. Bəzi dövlət və qeyri-dövlət proqramları və layihələri keçirilməsinə baxmayaraq görülən işlər bu problemin aradan qalxmasına kifayət etmir. İşsizlik problemi də öz aktuallığı ilə geridə qalmır. Təhsili olmayan gənclər əsasən xarici dövlətlərdə müvəqqəti iş yerləri tapırlar. Xaricə iş tapmaq üçün üz tutan gənclərimizin qeydiyyat olunmalarında və iş tapmalarında da çətinliklər var.
Mərkəzin fəaliyyəti üçün Azərbaycan və Gürcüstan hakimiyyətindən hansısa yardımlar göstərilirmi? QHT olaraq fəaliyyətimizi əsasən donor təşkilatlarla, layihələr vasitəsiylə qururuq. Ancaq dövlət strukturları və yerli hakimiyyətlə də əməkdaşlığımız olur. Misal olaraq yerli hakimiyyətin dəstəyi ilə sentyabr ayında başlayacaq “Gənclər – daha yaxşı gələcək üşün” layihəsini göstərmək olar. Azərbaycan dövlətinin yardımı kimi ARDNŞin dəstəyini yüksək qiymətləndiririk. Yerləşdiyimiz 1200 kv metrlik, tərkibində 3 idman zalları, auditoriyaları, xalçaçılıq sexi və s. olan ikimərtəbəli binanın ARDNŞin yardımıyla bizə təmənnasız istifadəyə verilməsi, texniki bazanın təminatı, binanın təmiri, kommunal xidm ətl ərin ödənişi və s. göstərmək olar. Bundan əlavə SOCARGeorgiyaya layihə ilə də müraciət etmişik. Bu bütün Gürcüstanı əhatə edəcək, gənclərin inkişafına yönəlik bir layihədir. Ümidvarıq ki, həmin layihənin də Gürcüstan gənclərinin inkişafına böyük dəstəyi olacaqdır.
Soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiya hansı səviyyədədir? Son illərdə Gürcüstan dövləti milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirməkdədir ki, bunun da əsasını dövlət dilinin yüksək səviyyədə öyrədilməsi təşkil edir. Milli azlıqların abituriyentləri üçün nəzərdə tutulan 4+1 proqramını da xatırlatmaq yerinə düşərdi ki, bu da dövlət dilini bilməyən gənclərin ana dilində imtahan verərək ali məktəblərə qəbul olunmasını n əz ərd ə tutur. Bu proqram çərçivəsində gənclər bir il ərzində gürcü dilini öyrənir, ilin sonunda isə gürcü dilindən imtahan verərək birinci kursa daxil olur. Qeyd olunanlarla yanaşı bildirmək istəyirəm ki, inteqrasiya prosesi kəndlərdə çox zəif inkişaf etmişdir. Kəndlərdəki əsas problemlər kimi aşağıdakıları qeyd etmək yerinə düşərdi: təhsilin aşağı səviyyədə olması, işsizlik, məlumat çatışmamazlığıdır və s. Bu problemlər isə nəticədə inteqrasiya prosesinin zəifl əməsin ə g ətirib çıxarır.
Erməni təşkilatlarının fəaliyyəti əsasən hansı istiqamətdədir. Bölüçülük xəttini davam etdirirlərmi?
Kvemo Kartli (Borçalı) bölgəsində əsasən azərbaycanlıların yaşadıqlarını nəzərə alaraq deyə bilərəm ki, bu bölgədə erməni təşkilatları fəal deyillər, hətta yox dərəcəsindədirlər.
Soydaşlarımızın çoxluq təşkil etdiyi Borçalı bölgəsində iqtisadı yatırımlar qoyulurmu? Problemlərin olması ilə yanaşı işlər də görülməkdədir. Bir neçə dövlət proqramı həyata keçirilir. Bölgədə əsasən Azərbaycan şirkətləri fəal işləyir. SOCAR Georgia şirkətinin yatırımları regionda əsas yer tutur. Bu yatırımlar yalnız neft deyil, eyni zamanda qeyri neft sektorunu da əhatə edir. Görülən işlərə baxmayaraq regionun iqtisadi yatırımlara çox ehtiyacı var. Borçalının kənd təsərrüfatı bölgəsi olduğunu nəzərə alsaq, bu sahənin inkişaf etməsi üçün sərmayə qoyulmasına böyük ehtiyacı var.
Qarşıda hansı layihələri həyata keçirməyi düşünürsünüz? Qarşıda bir çox ideya və layihələrimiz var. İlk növbədə regionda xalçaçılığın tarixi olduğunu və bu günkü tələbatı nəzərə alaraq bu sahəni inkişaf etdirmək istəyirik. Buna texniki bazamız da bu yönlü layihələr həyata keçirdiyimiz üçün təcrübəmiz də imkan verir. Və artıq dəstək almışıq. “Borçalı xalçaçılığının inkişafı” layihəsi “Peas Corps” – un dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində MGM-də xalçaçılıq kursunun və kitabxananın yaradılması nəzərdə tutulur. Söhbət zamanı qeyd etdiyim və 2011-ci ildə başlayan “Gənclərin İnkişafı Akademiyası” proqramı da bu il davam edəcək. Məqsədimiz bu Akademiyanın daimi fəaliyyətini təmin etməkdir. Bu gün təhsildə olan problemləri nəzərə alaraq layihələrimiz əsasən gənclərin təhsili, cəmiyyətə inteqrasiyası, müxtəlif yönlü inkişafı vəs. priorotetlər üzrə olacaq. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmirik, çünki qarşıda görüləsi çox işlər var. Son olaraq onu deyə bilərəm ki, bu gün Marneuli Gənclər Mərkəzi artıq regionun ən güclü təşkilatına çevrilməkdədir və bizim fəaliyyətimiz də bu yöndə davam edir. Məqsədimiz müasir düşüncəli, inkişaf etmiş və milli ruhlu layiqli vətəndaşlar yetişdirməkdir. Bizimlə əlaqə: www.myc.ge. e-mail: marneuliyouthcentre@gmail.com Ünvan: Gürcüstan, Marneuli, II Erekle küçəsi #1
Elnur Eltürk