Fakhriyya Mammadova / Temporary... / Solo exhibition catalogue / 2010 / Kichik Galart Gallery / Baku

Page 1

Fəxriyyə Məmmədova foto

[müvəqqəti...]

Temporary... photography by Fakhriyya

Mammadova


Fakhriyya

Rafael

Mammadova

www.feelingsarts.com

fa-art* fa-design* fa-photos*



2

[müvəqqəti...]

“Müvəqqəti” – səbir, müdriklik və həqiqət rəmzidir. Bu, Fəxriyyənin yaradıcılıq yolunda və fotoqrafiyada tutduğu mövqeyi əks etdirə biləcək ən üğürlü anlamdır. Keçdiyimiz bütün sınaqlara və arzularımıza rəğmən bizi əhatə edənlər arasında əbədi sayıla biləcəklər olduqca azdır. Nəfs duyğular, narazılıqlar və təhriklərlə üz-üzə qalan anlarda çöhrəsinə təbəssüm pərdəsi örtən Fəxriyyə gözlərini geniş açaraq, onu əhatələyən gündəlik hadisələrə münasibətdə diqqətli müşahidəçi rolunu ustalıqla ifa edə bilir. Sadə şeylər, sadə adamlar, sadə həyat. Onun müraciət etdiyi texnika və mövzular xüsusi olaraq güclü fikir cəmi tələb etmir. İşıltılı effekt, təmtəraq və nəzəriyyədən tamamılə uzaq fotolar. Sadəcə onun ətrafında, yəni Azərbaycanda və paytaxtı Bakıda sürülən adidən adi həyat. Bir-birini əvəzləyən ilin fəsilləri, qış mənzərələri, yayın cırhacırında Abşeron çimərlikləri... Çətirin kölgəsində qızmar günəşdən qorunan ahıllar, toy həyəcanını yaşayan cavanlar. Bu da öz gözəlliyilə insanı heyran qoyan və ilk baxışda nəzərdən qaçan sadə şeylərdə əks olunan günün sonu. Və bu mürəkkəbliyi qədər sadədən sadə həyatı bizə xatırladan Fəxriyyənin ali istedadı. Fəxriyyə Məmmədovanı böyük məmnuniyyətlə Kiçik Qalartda salamlayırıq və bir çox incəsənət qiymətləndiricisinin ilk fotosərgimizdən razı qalacağına ümid edirik. Biz Leyla Axundzadənin xatirəsini də unutmuruq, Fəxriyyə həmişə Onunla yaxın olub və sərginin bu gözəl insanın ruhunu şad edəcəyinə inanırıq. Olivier Mestelan 10.07.2010


3

[temporary...]

ÂŤTemporary...Âť, it is about modesty, it is very wise, and very true. It is Fakhriya Mammedova, her way to be, and her way to shoot. Despite all our trials and wishes, very few things are for ever ... When the temptation often rimes with sensation, pretention or provocation, Fakhriya keeps her little smile and opens her big eyes on what surrounds her everyday everywhere. Simple things, simple people, simple life. The techniques she uses and the subjects she shows do not call for any special attention. No special effects, no glamour, no theories. Just the ordinary life as it goes on around her in Baku, Azerbaijan. The seasons replacing each other, the snow fall in wintertime, the Apsheron beaches in the summer. The old generation under the umbrella, the young one prepares for the wedding. At the end of the day, this is where the beauty of life lies, in the small, almost unnoticable things and events. And it is the talent of Fakhriya, not the smallest one, to show it and remind it to us. We are very pleased to welcome Fakhriya Mammedova at Kicik Qalart and we hope that many of Baku art lovers will enjoy our first photo exhibition. We also keep Leyla Akhunzada in our best thoughts. Fakhriya has always been very close to Her and we hope this exhibition will please Her as well. Olivier Mestelan 10.07.2010


4

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Avtoportret. 2005. Tiflis. Gürcüstan | Self-portrait. 2005. Tbilisi. Georgia


Fakhriyya Mammadova

Səmimiyyət magiyası

Fəxriyyə Məmmədovanın adı Azərbaycan sənət dünyası ilə yanaşı, xaricdə də yetərincə məşhurdur. O, Rəssamlar İttifaqı, Azərbaycan Fotoqraflar İttifaqı (AFB) və Azərbaycanın müasir sənət xadimlərini özündə birləşdirən “Zamanın qanadları” yaradıcılıq assosiasiyasının üzvüdür. Fəxriyyənin işlərinə vernisajlardan savayı müxtəlif kütləvi informasiya vasitələrinin səhifələrində də rast gəlmək mümkündür (“Bakı”, “Azərbaycan qadını”, “Şəhər”, “Furor” jurnalları və s.). Fəxriyyə Məmmədovanın yaradıcılıq axtarışları 1989-cu ildən başlayıb. Məhz həmin il o, “Bədii keramika” ixtisaslaşdırılmış sənət peşə məktəbinə daxil olub. Sonra təhsilini Azərbaycan Rəssamlar Akademiyasının dizayn fakültəsində davam etdirib. Fəxriyyənin ilk yaradıcılıq illəri də əvvəl seçdiyi sənətlə üst-üstə düşüb. Belə ki, həmin illərdə o, Muzey dəyərlərinin elmi bərpa mərkəzinin keramika şöbəsində çalışıb və bu sahədə yetərincə müvəffəqiyyət qazanıb. Sonra rəssamı yaradıcılığın tam əks qütbü - dizayn peşəsi maraqlandırmağa başlayır. Belə ki, köhnə əsərlərin “reinkarnasiyası”na olan maraq “həddən artıq yeni” şeylərin yaradılması arzusu ilə əvəzlənir. O, maraqlı olduğu qədər də çətin bir yolayrıcının başlanğıcındaydı. Modern əsrlərin kəsişdiyi bir dövrdə vizual sənətdə özünə layiqli yer tutmaq üçün Fərhadtək dağ yarmalı olurdu. Azərbaycanın məşhur sənətşünası Leyla Axundzadənin yaratdığı “Zamanın qanadları” assosiasiyasının bu prosesdə özünəməxsus rolunu qeyd etməmək mümkün deyil. Məhz bu unikal birlik bir çox gənc rəssamın həmin illər

[temporary...]

üçün qeyri-standart sayılan axtarışlarında düzgün seçim etməyə imkan yaratdı. “Zamanın qanadları”nın axarına uğurla düşə bilənlərin arasında Fəxriyyə Məmmədova da vardı. Yeni ideyalar texniki axtarışlarla müşayiət olunurdu. Bir çox material və texnika ilə eksperiment keçirməyi xoşlayan gənc dizayner sonunda əsl marağı ilə üz-üzə qaldı - fotoqrafiya. Mükəmməl bərpaçılıq bacarığı, hər şeyi xırdalığınadək görmək və gözəlliyi qiymətləndirə bilmək qabiliyyəti fotokameranın sərhədsiz imkanları ilə düz mütənasiblik təşkil edərək, Fəxriyyənin yaradıcılığında geniş imkanlar açdı. 2000-ci illərin əvvəllərindən başlayaraq Fəxriyyə Məmmədovanın işləri Azərbaycanın bir çox vernisajlarında öz layiqli yerini tutur. Gürcüstan, Fransa, ABŞ, Özbəkistan, Yunanıstan, Ukrayna, İran, Rusiya, Almaniya və sözsüz, doğma Azərbaycanın tamaşaçıları ayrı-ayrı zaman kəsiyində bu gənc fotoqrafın işləri ilə tanış olub sevməyə imkan tapır. Məhz sevmək - çünki şəxsi vəhy yükü daşıyan bu olduqca səmimi şəkillərə başqa hisslə yanaşma qeyri-mümkündür. Tamaşaçı ilə mərhəm söhbət, təmtəraqdan uzaq fəlsəfi ümumiləşdirmə, gəldiyi nəticələri qarşısındakına sırımamaq - Fəxriyyə Məmmədova yaradıcılığının əsasını bunlar təşkil edir. Rəssam istənilən vernisajda təqdim olunan hər bir işində məhz bu prinsiplərə əməl edir. Beləcə, “USSR remix” art-layihəsinin yekun sərgisində Fəxriyyə Məmmədova “Artefaktlar” installyasiyası ilə çıxış edərək, sovet istehsalı olan qab-qacaq və məişət əşyalarını təqdim etmişdi. Uşaqlığı və ya gəncliyi həmin dövrə təsadüf etmiş hər bir tamaşaçı bu işləri seyr edərkən xatirələrə dalmaqla bahəm həmçinin öz-özü ilə dərin fəlsəfi söhbətə sövq olunmuşdu. Fəxriyyə Məmmədovanın bir çox foto işləri də “dərin şəxsi” prinsiplərinə uyarlıdır. Yaxınlarda tamaşaçı ixtiyarına buraxılacaq “Temporary…” (“Müvəqqəti...”) sərgisi buna bariz nümunədir. Müəllifin ilkin ideyasının əsasını dörd mövsüm ərzində adi insanların adi həyatını çatdırmaq təşkil etsə də, sonradan gənc fotoqraf çərçivəni yırtmaq məcburiyyətində qalıb. Buna materialın çoxluğu və yönünün çoxşaxəliliyi

5


6

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

də əməlli təkan verib. Belə ki, əvvəl nəzərdə tutulmuş təbii, tətbiqi “fenoloji” nizam daha geniş anlama malik ideya ilə - həyatın özünün mövsümiliyi, insan varlığı miqyasında zamanın dövriyyəsi fikrilə əvəzlənib. Önəmlisisə odur ki, fotolar səmimiliyini və açıqlığını itirməyib. Bu isə, sözsüz, müəllifin şəxsi magik baxışlarından irəli gəlir! “Temporary…” sərgisinin ekspozisiyasına daxil olan fotoseriyalar, ayrı-ayrı kadr və diptixlər, hər şeydən əvvəl, sənədlilik prinsipilə birləşib. Bəzən onlar hətta bioqrafik olur, məsələn, “Ana ilə söhbət” diptixi. Həmin bioqrafilik, “dayri-stilin” təbii basqısı müəllifin Azərbaycanın turizmilə fərqlənən müxtəlif regionlarına, məsələn, Xızı, Beşbarmaq və Basqala səyahətləri zamanı çəkdiyi fotolarda da öz əksini tapıb. Rəssam üçün bu yerlərə hətta istirahət məqsədilə edilmiş səfər istər-istəməz sonunda yaradıcılıq ezamiyyətilə nəticələnir. Məsələn, yaradıcı adam Basqalda məşhur ipək məmulatlarının ərsəyə gətirildiyi yerlərdən laqeyd ötüb keçə bilməz. Yeri gəlmişkən, Fəxriyyənin dekorativtətbiqi iş təcrübəsi də var. Beləcə, Basqal onun üçün yalnız respublikamızın növbəti “yaşıl guşəsi” deyil. Sıradan tamaşaçı bəlkə də bu fotolarda adi turistin heyranlığını görəcək və yalnız əsl sənət qiymətləndiricisi bu şəkillərdə peşəkar fotoqraf və həssas rəssam duyğuları ilə rastlaşacaq. Götürək elə “Yanardağda çay mərasimi”ni: yerli çayxananın boş stol və stulları qaranlıqda rəqs edən alovun fonunda fantastik görünür. Güclü “Yanardağ effekti” - torpağın altından püskürən od iddiasız bağ mebelilə birgə xüsusi kəskinlik əldə edir. İnsanı öz məbədindən qovan təbiətin gücü... “Bir toyun tarixçəsi” fotoseriyası həmçinin “kənardan adi baxış” şərti adı altında “maskalanmış tora” bürünüb. Bu fotolar ilk baxışda adi kənd toyundan başqa bir şey deyil. Amma şəkillərə diqqətlə baxarkən başa düşürsən ki, bu, müəllifin bizlərə təqdim etdiyi rebusdur. Və əgər dərinə getsək, burda sənədlilik başdan-ayağa fiksiyadır (özü də şəkillər həqiqətən “naturadan” çəkilib, yəni bu, heç bir vəchlə kopiya deyil). Təmtəraqlı geyimli, hind filmlərinin qəhrəmanını xatırladan gəlin orta əsr tablolarının naturaçıları sayağı qürurla divanda əyləşib. Başqa bir şəkildə

yeni evlənənləri gözləyən nikah taxtının kənarlarına qoyulmuş iri oyuncaq marallar gəlindən az olmayan qürurla gözlərini bərəldiblər. Beləcə, müasir məişətdə vaxtilə Azərbaycan folklorunda gözəl qızlarla müqayisə edilən zərif maral obrazı şıltaqcasına əks etdirilib. “Temporary...”yə daxil olan işlər etibarlılıq və sənədlilikdən savayı, bir peşəkar kimi Fəxriyyə Məmmədova üçün əhəmiyyətli sayılan daha bir neçə prinsipə malikdir. Bunlardan biri elə Fəxriyyə Məmmədova yaradıcılığına dəxli olan zaman kəsiyidir. O, ilk personal sərgisi üçün müxtəlif vaxtlarda çəkdiyi işlərini yığıb. Bu fotolar plyonkadan savayı, “rəqəmlərə” çəkilib. Müəllif “fotoşop”dan istifadə etsə də, onun imkanlarını dizaynerin adi, gündəlik işi üçün köməkçi vasitə kimi qiymətləndirir, yaradıcılıq üçünsə yalnız bütün təsadüfi effektləri qoruya bilən fotoplyonkalardan istifadə edir. “Elə plyonkanın bütün incəliyi də bundadır, - Fəxriyyə Məmmədova söyləyir, onunla heç vaxt nəticəyə dəqiqliklə varmırsan və sonunda istənilən sürprizlə rastlaşa bilərsən”. Bu, həqiqətən, belədir: məsələn, fotodakı “bulanıqlıq” gəlinin portretini illüziya-şəklə, şəhər küçəsinin qış rəsmini yapon miniatürünə çevirə bilər. Bunların hamısına biz həmçinin ekspozsiyada rast gəlirik. Amma “Temporary...” (“Müvəqqəti...”)nin tamaşaçıya təqdim etdiyi əsas sürpriz əbədiyyətdir. Hisslərin əbədiyyəti, zamanın əbədiyyəti, təbiətin əbədiyyəti, və həm də yalnız insan varlığına aid olan qeyriəbədinin əbədiyyəti... İnsanlar bir-birini əvəzləyir, amma hər bir nəsildə, yüzillikdə və minillikdə çətinlik və sevinc eyni qalır. Çünki həyat əbədidir...

Nailə Bənnayeva, sənətşünas


Fakhriyya Mammadova

[temporary...]

Zaman qalıqları. 2008. Bakı. Azərbaycan | Time remains. 2008. Baku. Azerbaijan

7


8

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Bilgəh sahilində. 2007. Bakı. Azərbaycan | On Bilgah Beach. 2007. Baku. Azerbaijan


Fakhriyya Mammadova

The magic of sincerity

Fakhriyya Mammadova's name is well-know both in the art circles of Azerbaijan and abroad. Being among the best Azeri photo artists, she is a member of the Union of Artists, Photography Association of Azerbaijan (AFB) and a creative association “The Wings of Time” uniting workers of modern art in Azerbaijan. Her works have been displayed at exhibitions and can be often seen in different magazines (“Baku”, “Аzərbaycan qadını”, “City”, “Furor” and other). Fakhriyya started her career in 1989 when she entered the faculty of Artistic ceramics in a specialized art school. After finishing it she continued to the Faculty of Design at Azerbaijan Academy of Art. Even before graduating the Academy the young artist started working in the Department of Ceramics in Scientific Restoration Centre for Museum Wealth and Memorials diligently developing her talents. So, Fakhriyya Mammadova fully paid her dues to the art of ceramics as well as to the art of restoration. Having finished this period the artist was attracted to an antipole – she turned to a different specialization – design. The wish to create a new, very modern art works prevailed over the interest in “reincarnation” of memorials. That was arduous as modernist style had difficulties to pave its way and win a due place in the visual arts at the turn of 21st century. The significance of the association “The Wings of Time” created by a well-known arts critic Leyla Akhundzada cannot be overestimated. This unique union gave “start in life” and, what's more important,

[temporary...]

certainty in their chosen path to many young artists of Azerbaijan most of whom were in quest for inspiration not standard for the time. Fakhriyya Mammadova was among those who joined the general mainstream of the world art soaring on “The Wings of Time”. Forming of ideas was accompanied by the search of technique. Being a designer she experimented with many materials and techniques and as time went by her main interest – photography – arose. Wide possibilities of a `camera in the hands of a creative designer who enjoys thoroughness of a restorer and his ability to perceive the beauty and significance of a detail promised practically endless perspectives of creative development. During the first decade of the 21st century the works of Fakhriyya Mammadova held a firm place on all the exhibitions of modern art in Azerbaijan. Georgia, Turkey, France, the USA, Uzbekistan, Ukraine, Greece, Iran, Russia, Germany, and of course Azerbaijan are among the countries whose audiences have had an opportunity to become acquainted with her works and fall in love with them. Fall in love indeed! Since this is the feeling evoked by sincere and revealing something deeply personal pictures, series of works and installations. A personal talk with the viewer (with an emphasized individuality of opinion in any genre and type of art) without grandiloquent pretensions to faceless philosophical generalization, a delicate skill to avoid thrusting personal opinion on the viewer but allow him to draw conclusions independently – these are the main principles of Fakhriyya Mammadova's artistic credo. The artist follows them in every work on each exhibition. So, on the recent final exhibition of “USSR remix” art project she presented the installation “Artifacts” in which samples of crockery and household devices produced in the USSR were used – objects known to anybody who caught the Soviet era. Depending on the generation, it made every viewer feel certain common mood but, on the other hand, it also initiated a serious talk on personal topics with oneself and with the people around. The “deeply personal” principle conforms with the majority of Fakhriyya Mammadova's photographic works. A good example is the

9


10

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

present exhibition “Temporary…”. At the beginning the idea was quite modest – just to show ordinary life of ordinary people year round in all the four seasons. But then the idea broke out of the offered regulated frames, both abundance of initial material and its orientation contributed to it. Originally intended natural, utilitarian “phenological” order gave place to a wider idea of seasonality of life itself, the change of times on the scale of human existence. But for all that, it has lost nothing of its sincerity and heartfulness, all due to the magic of personal vision of the author. Series of photographs, separate pictures and diptychs assembled in “Temporary” are united by the principle of documentarity. Sometimes they appear to be biographical as the diptych “Talk with mom”. You can perceive the same biographicality, the same naturalness of diary style in the pictures taken during her travels to various regions of the country, to famous tourist places, like Khizi, Five Finger Mountain and Basqal. Such outings close to nature always turn for an artist into trips to gather material for creative work, for example in Basqal a creative person cannot pass by blindly the manufacture of famous local silk. Ms Mammadova, by the way, has an experience in arts and crafts so for her Basqal is not just another green oasis, the viewer of “Temporary…” will feel the delight of an average tourist. But the mastership of composition and some other low-key but certain features will suggest to meditative connoisseurs of art that these are works of the professional. “Teadrinking at a Yanardag (type of a small volcano)” is a good example: empty table and chairs in a local chaikhana (tea house) look absolutely fabulous with the tongues of flame dancing against a dark background of the night sky. A strong “yanardag effect” – fire spurting from under the ground – takes on special acuity combined with unpretentious furniture. The powers of nature banished man from their temple… A disguising veil of “an ordinary look from the outside” covers the series “The history of one wedding”. It is a wide selection of pictures taken at a most ordinary activity of that kind. But once we look closely at every picture we realize that each of them is a puzzle offered by the author. If you think about it, documentary becomes fiction although the

shots were takes from life and are displayed without any changes being introduced. Wearing a movingly sumptuous dress the bride elusively resembles both the heroines of good old Indian movies and dames from medieval paintings when she is proudly sitting on the wedding carpet. On another picture the viewer is starred at by two huge plush deers erected on both sides of the nuptial bed waiting for the newlyweds. Is it not an occasion to discuss intricate reflections of the graceful deer which beauties of Azeri folklore are usually compared to for their elegance and bashful timidity? Lyrics transformed into a kitsch, does it not make a good topic? Besides documentarity and cordiality there are several other principles important for Ms Mamedova as a professional which unite the works constituting “Temporary…” One of them is the mix of times, not just in different topics but also in the work of Fakhriyya Mammadova. She has gathered works of different periods for her first individual exhibition. All the pictures are taken both on a film and in digital form. Fakhriyya Mammadova perfectly knows Photoshop program but treats it rather as a subsidiary means for everyday work of a designer. For her creative works she uses exclusively the pictures developed from a film concealing all the accidental effects. “That is the magic of a film, says Fakhriyya Mammadova, you never know what will come out, which means you can always hope for a pleasant surprise”. And she is right. For example, an accidental blurring can turn a portrait of the bride into an illusion picture and a winter sketch of town streets – into a Japanese miniature. Viewers will see it all at the exhibition. But the main surprise offered by Fakhriyya Mammadova's “Temporary…” is eternity. The eternity of feelings, the eternity of time, the eternity of nature, and the eternity of the most temporary in it – man. Generations change but the problems and joys of each generation, each century and millennium stay the same. Because life is eternal. Naila Bannayeva, arts critic


Fakhriyya Mammadova

[temporary...]

Səma forever silsiləsindən. 2008. Bakı. Azərbaycan | From the series of Səma forever. 2008. Baku. Azerbaijan

11


12

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Səma forever silsiləsindən. 2008. Bakı. Azərbaycan | From the series of Səma forever. 2008. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Anya ilə bir neçə gün. 2009. Bakı. Azərbaycan | Few days with Anya. 2009. Baku. Azerbaijan

13


14

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Geriyə baxanlar. 2008. Bakı. Azərbaycan | Turning their backs. 2008. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Deja vü. 2008. Bakı. Azərbaycan | Deja Vu. 2008. Baku. Azerbaijan

15


16

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Səma forever silsiləsindən. 2008. Bakı. Azərbaycan | From the series of Səma forever. 2008. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Səma forever silsiləsindən. 2008. Bakı. Azərbaycan | From the series of Səma forever. 2008. Baku. Azerbaijan

17


18

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Səma forever silsiləsindən. 2008. Bakı. Azərbaycan | From the series of Səma forever. 2008. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Səma forever silsiləsindən. 2008. Bakı. Azərbaycan | From the series of Səma forever. 2008. Baku. Azerbaijan

19


20

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Gəlin ətrafında. 2008. Bakı. Azərbaycan | All around the bride. 2008. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Gəlin ətrafında. 2008. Bakı. Azərbaycan | All around the bride. 2008. Baku. Azerbaijan

21


22

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Yol kəsişməsi. Və ya piyadalara həsr. 2007. Bakı. Azərbaycan | Crossroads or dedicated to pedestrians. 2007. Baku. Azerbaijan.


Fakhriyya Mammadova

[temporary...]

Anam ilə söhbətdən. 2008. Bakı. Azərbaycan | Chatting with My Mother. 2008. Baku. Azerbaijan

23


24

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Qış. 2008. Bakı. Azərbaycan | Winter. 2008. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Otaq. 2007. Bakı. Azərbaycan | The Room. 2007. Baku. Azerbaijan

25


26

[müvəqqəti...]

Fəxriyyə Məmmədova


Fakhriyya Mammadova

[temporary...]

Bir kənd toyu əhvalatı. Hazırlıq. 2008. Masallı. Azərbaycan | The story of one village wedding. Preparation. 2008. Masalli. Azerbaijan

27


28

[müvəqqəti...]

Fəxriyyə Məmmədova


Fakhriyya Mammadova

[temporary...]

Bir kənd toyu əhvalatı. Bəy və gəlin. 2008. Masallı. Azərbaycan | The story of one village wedding. The bride and groom. 2008. Masalli. Azerbaijan

29


30

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Nərgiz. 2009. Tiflis. Gürcüstan | Nargiz. 2009. Tbilisi. Georgia


Fakhriyya Mammadova

[temporary...]

Səhər yeməyi. 2006. Bakı. Azərbaycan | Breakfast. 2006. Baku. Azerbaijan

31


32

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Adsız. 2004. Bakı. Azərbaycan | Untitled. 2004. Baku. Azerbaijan


Fakhriyya Mammadova

[temporary...]

Çay dəstgahından sonra... 2006. Bakı Azərbaycan | After the tea party... 2006. Baku. Azerbaijan

33


34

[müvəqqəti...]

Fəxriyyə Məmmədova

Mən. 2010. Bakı. Azərbaycan | Me. 2010. Baku. Azerbaijan


2000 2000 2000 2000 1999 1998 1996

2002 2002 2002 2002 2001

2003 2002

2007 2007 2007 2006 2006 2006 2006 2006 2005 2005 2005 2005 2005 2005 2005 2004 2004 2004 2003 2003 2003 2003 2003

2010 2010 2010 2009 2009 2009 2009 2009 2009 2009 2009 2008 2008

photo by Ramin Hasanov

member of association for creative initiatives “Wings of time” member of Azerbaijan Artist's Union member of Azerbaijan Photographers Union

USSR-remix project exhibition. Baku, Azerbaijan Photofest 2010. Tbilisi. Georgia. Exhibition of Azerbaijan woman photographers. Baku, Azerbaijan Photography exhibition “7”. Baku, Azerbaijan Aluminium4. Transformation. Festival of contemporary art. Baku, Azerbaijan BakUnlimited. Exhibition of contemporary art of Azerbaijan. Basel. Switserland. Artisterium. Festival of contemporary Art. Tbilisi. Georgia. Transkaukazja festival. Warsaw. Poland Azerbaijan Culture Days in Georgia, Tbilisi Maiden Tower. International Forum of Contemporary Art,Baku M'ARTIAN FIELDS – COLLABORATION. Exhibition ot young artists, Moscow, Russia Urban Jealousy. The 1st International Roaming Biennial of Tehran Steps of time. Exhibition of contemporary arts in the frame Azerbaijan Culture Days in Germany, Dresden Aluminium3. . festival of contemporary art Exhibition honored GUAM, Kiyev, Ukraina Exhibition in the Centre of Contemporary Arts MOMA, Moscow Colors of autumn, exhibition of arts. Museum Center. Baku. “Caucasus”, contemporary exhibition, Moscow “East or West”, festival of arts, Die, France Women exhibition in “Gazelli Evi” Gallery, Baku, Azerbaijan 8-22 January, photo exhibition “Deciding instant”. Sankt-Petersburg. Russia Aluminium2. Transformation. International Contemporary Art Festival, Baku. Art bazaar. Tbilisi. Art Caucasus 2005 International actual art convention beyond stereotypes, Tbilisi lll Tashkent International Biennale, Uzbekistan Man & Women exhibitions projects, with France Embassy in Azerbaijan 2nd exhibition art photography of art-group Daire British Council, Road photo-competition, exhibition symposium Turksoy with photographers in Cappadocia, Turkey Woman, War, Peace photo – exhibition, Unesco, Baku The Sphinx will devour you, Istanbul 1st exhibition of art photography of art-group Daire, Baku International Photo Contest Water is life, Tashkent, Uzbekistan Reports from South Caucasus, in Goethe Institute in Tbilisi 7x7 more transparency. Azerbaijan – Georgian exhibition, Baku international Exhibition Art mobility contemporary Utopia with Apollonia in Thessalonica, Greece International Exhibition Aluminum, Baku, Azerbaijan International exhibition Art mobility contemporary Utopia with Apollonia, Strasbourg, France Land art, ecological open air exhibition, Baku Orientalism: Inside & Outside. International exhibition, Baku International exhibition Caucasian Aleatory, Batumi, Georgia Women's Day. Exhibition of women artists, Baku Cosmopolitica. The performance action in frames of International Music Festival "New music from the Last Century", Baku Wings of time. Exhibition of youth art, Baku RAF-LINE, Art Bazaar, Baku International Student Triennial, Istanbul Exhibition of Progress Society, New York Eshibition of Women Society at Soros Foundation Aid to Artisans Society, seminars, exhibition, Baku Exhibition of young artists, Baku, Azerbaijan

Group exhibitions:

2000 2002 2004

1989 - 1992 college, the ceramic faculty 1998 - 2005 Azerbaijan State Academy of Fine Arts, artist – designer

Born in Baku, Azerbaijan Live and work in Azerbaijan!

Fəxriyyə Məmmədova | Fakhriyya Mammadova

[temporary...] 35


Thanks to intiator of exhibition Olivier Mestelan

Kiçik QalArt Art Center Email: info@kicikqalart.az Internet site: www.kicikqalart.az Ali SHAMSIEV (manager) Amrah MIRZAKHANOV (assistant manager)

© Fakhriyya Mammadova Temporary... Exhibition catalog 21.07.10-21.09.10 fa-design*10 Translates: Kifayat Khagverdiyeva, Tatyana Zhilina Printed by Oscar Print House Bakı - 2010


Fakhriyya

Rafael

Mammadova

www.feelingsarts.com

fa-art* fa-design* fa-photos*


Baku[2010]


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.