Fors Magazine N1

Page 1

May 2018


fashion

МОДА в СССР

TURAN KƏRİMBƏYLİ

səh.

8

EVERYTHING OLD IS NEW AGAIN səh.

səh.

80’s FASHION

14

səh.

104

project

16 səh.

66

MENSTRUASİYA HAQQINDA KİŞİLƏR NƏYİ BİLMƏLİDİRLƏR

70

səh.

səh.

36

LEYLİ VƏ MƏCNUN

2018 YAZ-YAY KOLLEKSİYASI

health

20

UROLOQ İLƏ MÜSAHİBƏ

PSİXOTERAPEVT İLƏ MÜSAHİBƏ

74

səh.

səh.

ilə müsahibə


58

132

səh.

144

səh.

ilə müsahibə

səh.

səh.

səh. səh.

ilə müsahibə

səh.

səh.

səh.

səh.

səh.

stories culture

BİZİ 60 SƏHRA ÇİÇƏYİ 86 KÜLƏK APARACAQ SƏN, EY FRANSIZ YENİ 78 UŞAQLIQ… DALĞASININ 120 REZA HAZARE 82 NƏNƏSİ BAKI MEMARLIĞININ DƏDƏBABA 116 GÖRÜNMƏYƏN QADIN 98 SİMASI 92 MUZALAR

səh.

90-LARIN TERE, TERE UŞAQLARI TULEMAST! GAMARJOBA

126

KAMILƏ VƏLIYEVA ilə müsahibə


Editor-in-chief HUSNIYYA NEMET HASHIMOVA Project Manager ILKIN YUSIF Art Director TURAL ALISOY Editor MADINA JABARLI Photo Editor MAMMAD ALIYEV www.fors.media


REDAKTORDAN

5


Ağac və pambıq parçadan hazırlanan əl işi abajurlar təhlükəsiz və ekoloji təmiz məhsuldur. (+994) 55 504 05 45



FORS MAGAZINE | fashion

8

N A R TU MBƏYLİ İ R Ə K sahibə ü

ilə m


9

ÖZ TƏRZİNİZİ BİR NEÇƏ SÖZLƏ NECƏ İFADƏ EDƏRDİNİZ? Təbiətcə sürrealistəm. Ona görə də müəllifi olduğum kolleksiyada sürrealizm geniş yer alır. Müştərilərimə gəldikdə isə “Turanfashion – Made in Azerbaijan” etiketi olan geyim hər şeydən əvvəl peşəkar kəsim və tikişə malikdir.

QARDEROBUNUZUN “OLMAZSA OLMAZI” NƏDIR? Şəxsi qarderobumda daha çox aksessuarlara – yaxa və saç sancağı, üzük və bantlara üstünlük verirəm. Müxtəlif cür aksessuarlardan istifadə etməklə asanlıqla bir geyimin xarakterini dəyişmək mümkündür.

MÜƏLLIFI OLDUĞUNUZ BƏZI GEYIMLƏRDƏ RƏSM ƏSƏRLƏRINDƏN ELEMENTLƏR DƏ ÖZ ƏKSINI TAPIB. MƏSƏLƏN, MƏŞHUR ITALYAN RƏSSAM MODILYANININ “DEDIE HAYDENIN PORTRETI”. İLHAM ALDIĞINIZ RƏSSAMLAR KIMLƏRDIR? Özüm də rəssamam. İncəsənətə aid hər şeyin vurğunuyam. Bəzi rəssamlar var, mənə xüsusilə ilham verir, məndə daima yeni ideyalar yaradır. Modilyani, Frida, Pikasso… Bu siyahı sonsuzdur. Elə dizaynerlər də var, onları təkrarlamağa belə cəsarətim olur, məsələn, Skiaparelli. Mənə görə, o, bir məktəb, tükənməz zövq, zəriflik və dəbdəbə axınıdır.


10

MODA SAHƏSINDƏ KARYERA QURMAĞA NƏ VAXT VƏ NECƏ QƏRAR VERDINIZ?

FORS MAGAZINE | fashion

Rəssamlıq Akademiyasının “Kitab Qrafikası” fakültəsinin məzunuyam. Buna görə də özümü həmişə rəssam kimi təqdim edirəm. Kitab, həmçinin uşaq jurnalları üçün illustrasiyaların hazırlanmasında böyük əməyim olub. Heykəltəraşlığı, daha dəqiq desəm, modelləşdirməyi sevirəm. Əl işi olan bir neçə kuklanın müəllifiyəm. Moda mənə çox yaxındır, çünki daima nəisə yaratmaqla məşğulsan. Hazırladığım hər geyim mənim bir parçamdır. “Turanfashion” markası 1996-cı ildə Azərbaycanda keçirilən ilk moda festivalı zamanı yaranıb, daha sonra müxtəlif müsabiqələrin iştirakçısı olub. 2006-cı ildə şəhərimizdə xüsusi geyimlər hazırlayan atelye yaradıldı və mən bu atelyenin yaradıcı direktoru idim.


11

“TURANFASHION” MARKASININ ETIKETINDƏ ÇƏHRAYI RƏNGLI TƏKBUYNUZLU AT VƏ ƏLCƏKLƏR TƏSVIR OLUNUB. BU LOQO HƏR HANSISA XÜSUSI BIR MƏNA IFADƏ EDIRMI? Hər bir kolleksiya üçün yeni nişan və obrazlar fikirləşirəm. Son kolleksiyamı cins parçadan hazırlanmış geyimlərə aksessuar və foto çap əlavə etməklə hazırladım. Etiketlərə gəldikdə isə onu Skiaparelliyə ithafən hazırlamışam. Əhval-ruhiyyəmi əks etdirdiyi üçün son kolleksiyamda bu simvoldan istifadə etdim.

“TURANFASHION” ADI ALTINDA HAZIRLADIĞINIZ GEYIMLƏRDƏ QADINLARIN ÖZLƏRINI NECƏ HISS ETMƏSINI ISTƏRDINIZ? Əvvəl də qeyd etdiyim kimi “Turanfashion” keyfiyyət, intellekt, ideoloji və peşəkar dərzilik deməkdir. Bundan başqa, o rəssam dəsti-xətti, sürrealizm, cəsarət, zəriflik, dəbdəbə və əlbəttə ki, sevgidir. Öz işlərimi çox sevirəm və bu sevgi əbədi olaraq mənimlədir.



ď…­ sisi.lingerie


14

80’s

fashion FORS MAGAZINE | fashion

Müəllif: Aygül Səfərli

Dəbin ən aktual, ən zəngin illəri kimi qeyd olunur 80-ci illər. Moda tarixində 80-ci ilin digər xüsusi tərəfi forma, biçim və rənglərin bu dövrümüzə qədər aktual qalmağıdır. Məsələn, 40-cı illərdə geyimlərin sadə olmağı birbaşa müharibələrlə əlaqələndirilirdi. 50-ci illərdə qadınların hələ də korsetlərdən istifadə etməsinin səbəbi bir növ “özlərini bəyəndirmə” düşüncəsi idi. 60-cı illər artıq yavaş-yavaş azadlıq illəri adlandırılmağa başlandı. Alt geyimlərini yandırma aksiyalarından sonra rahatlıq tərzi dəbə gəldi. 70-ci illər eyni bu tərzdə davam etsə də 80-ci illər modanın alt-üst olduğu bir il kimi öz damğasını vurdu. Hətta bu illərin ikici adı dekadans (çöküş) adlandırılırdı. Bu illər ərzində xüsusilə Avropada pank üslubu geniş yayılmağa başlayır. Rəngli saçlar, dəri şalvarlar və qotik makiyajlarla gənclər dünyaya meydan oxuyurdular.


15


16

201 8 yaz-yay TRENDLƏRI

FORS MAGAZINE | fashion

Müəllif: Amina Zaada Yaz-yay fəsli dedikdə ağla təravətli, canlı və bir o qədər də gözalıcı rənglər gəlir. 2018-ci il bu baxımdan əvvəlki illəri təkrarlayacaq. Lakin təbii ki, hər il özünəməxsusluqları ilə də seçilir. Bu ilin diqqət çəkən özəlliklərindən biri geyimlərdə daha çox pastel tonlarının ağırlıq təşkil etməsidir. Yəni hər nə qədər gözalıcı rənglər desək də rənglərin sakit tonlarına üstünlük verilir. Bunlara daha çox əsmər xanımlara yaraşdığını düşündüyüm lavanda və bənövşəyi rəngin fərqli tonlarını aid etmək olar.

Özünə inanan, işıltı və əyləncəni sevən xanımlar isə sarı rəngin tonlarına və narıncı rəngli geyimlərə üstünlük verə bilər. Diqqət çəkməyi sevən xanımlar hər zaman dəbdə olan qırmızı dodaq boyasını çantalarından əksik etmədiyi kimi alovu və enerjini özündə əks etdirən “cherry tomato” rəngli libaslara da bu yay qarderoblarında yer verməlidirlər.

2018 yaz-yay geyim trendlərini digərlərindən fəqləndirən özəlliklərindən biri də şəffaf və PVC materiallardan hazırlanan geyimlərə yer verilməsidir. Xüsusilə, narın yağışlı yaz aylarında stilinizi tamamlayacaq PVC materialda olan üst geyimlərə üstünlük vermənizi məsləhət görərdim.


17

PVC materialdan hazırlanmış ayaqqabılar da son zamanlar çox rastlaşdığımız və mənə görə tək rəng istənilən libas altına olduqca yaraşacaq seçimdir.

Bu dəbi sevməyimin əsas səbəbi şəffaf rəngin gizlilik və açıqlığı eyni zamanda özündə ifadə etməsidir.

Romantik ruh qadın təbiətinə xas xarakter olduğu üçün vintage geyimlər hər zaman dəbdədir. Məhz bu səbəbdən bu il də özünün qatdığı əlavə fərqliliklərlə birlikdə daha çox floral dizaynlı organza, tül və ya şifon, üzəri naxışlı donlarla çox rastalaşacağıq.

Klassik və maskulin görünmək istəyən xanımlar üçün “mom jeans” kimi tanıdığımız yüksək belli dar və ya trapez şalvarlar bu ilin olmazsa olmazlarındandır. Bu tipdə klassik şalvar və ətəkli kostyumlar qarderobumuzun bizə stil qazandıracaq parçalarıdır.


FORS MAGAZINE | fashion

18

Gecə geyimlərini də unutmadan deyim ki, bu il sadə şıklığa önəm verən xanımlara atlas və məxmər gecə geyimləri tövsiyə olunsa da diqqət çəkməyi sevən xanımlar üçün parıltılı gecə geyimlərinin də dəbdə olacağı müjdəsini vermək istərdim.

Aksessuarlara gəldikdə, ən sadə geyimə belə çox fərqli hava qazandıra biləcək düzgün aksessuar seçimi getdikcə sadəliyin dəb olaraq seçildiyi moda aləmində hələ də özünəməxsus yer tutur. Tək rəngli donlar, kostyumlar, ətək və köynək kombinləri onlara yaraşacaq iri və rəngli çərçivəli, şəffaf və ya “cat eyes” eynəklər, mini çantalar və yaylıqlar ilə müşayiət olunur. Bununla yanaşı, iri halqa sırğalardan da istifadə oluna bilər. Lakin əvvəldə də qeyd etdiyim kimi çox taxıb taxışdırmaq sadəcə gözyorucu görünüş yaradır. Odur ki, bir rəng üzərində kombin edib, ona uyğun sadə aksessuarlardan istifadə etmək daha məqsədə uyğundur.


19

PANTONE

Bundan başqa “baby blue” olaraq bilinən yumşaq mavi, Arkadiya yaşılı və “blooming Dahlia” olaraq bilinən pudra rəngi daha çox sakit tonlara üstünlük verən xanımlar üçün 2018-ci il yay qarderoblarını hazırlayarkən istifadə edə biləcəkləri rənglərdir.

15-1520

Blooming Dahila

Sonda qeyd etmək istərdim ki, mənim üçün dəb hər bir kəsin özünü və vücudunu tanıyıb ona uyğun olanı və yaraşanı geyinməsidir. Trendlər sadəcə yönləndirir, bizə qalan isə seçib özümüzə yaraşanı geyinməkdir.

2018-ci ilin yaz-yay trendləri mənim gözümlə


FORS MAGAZINE | project

20

в А Д МО

СССР


21


FORS MAGAZINE | project

22


23

МОДА в СССР


FORS MAGAZINE | project

24


25

МОДА в СССР


FORS MAGAZINE | project

26


27

МОДА в СССР


FORS MAGAZINE | project

28


МОДА в СССР

29


FORS MAGAZINE | project

30


31

МОДА в СССР


FORS MAGAZINE | project

32


33

МОДА в СССР


FORS MAGAZINE | project

34


35

МОДА в СССР


36

FORS MAGAZINE | project

EVERYTHING OLD IS NEW AGAIN Fotoqraf: Zeynal Məmmədli Vizajist: Afa Eyyubova Çəkilişdə göstərdiyi dəstəyə görə Bumeranq Yaradıcılıq Mətbəxi, Buket.al, geyim və aksessuarlara görə valideynlərimizə təşəkkür edirik.


37



Shine bright like neon!


When in doubt, wear red.



FORS MAGAZINE | project

42


43


FORS MAGAZINE | project

44



FORS MAGAZINE | project

46


A LITTLE GLITTER NEVER HURT ANYBODY


FORS MAGAZINE | project

48




Pearls are a girl’s best friend


FORS MAGAZINE | project

52


53


FORS MAGAZINE | project

54


55

Grunge is NOT dead


FORS MAGAZINE | project

56


57


FORS MAGAZINE | stories

58

90-ların uşaqları Müəllif: Vəfa Əli


90

-ların uşaqlarının əksəriyyətinin belə bir xatirəsi var - əlində parlaq lak çanta, saçları havalı, enli midi ətəyində qaçaraq bağçaya özünü çatdıran ana obrazı. Hər zaman saç düzümü yerində, səliqəli və gözəl, hər işini tamamlayan, özünə baxmağı heç vaxt unutmayan gənc ana obrazı o dönəmlərdən ən xoş xatirədir. Post-sovet dönəmində isə belə görüntülər çox az oldu. İş bazarında yaranan sıxıntılarla əksər körpəli analar işdən ayrıldı, işləyənlər isə körpəni bağçaya deyil, dayəyə etibar etməyi üstün tutdu və beləliklə də bağça və iş arasında balansı qorumaq bacarıqlı analar getdikcə azaldı. Son on illikdə isə yenidən özəl və keyfiyyətli bağçaların artması, gənc anaların iş mühitində daha aktivliyi nəticəsində iş-bağça balansını qoruyan anaların sayı yenidən artıb. Amma mən sizə ondan danışmayacam. Danışmaq istədiyim mövzu daha fərqlidir. Məni tanımayanlar üçün qısaca özümü təqdim edim. Adım Vəfadır və daim aktiv və hərəkətli biri olaraq tanınmışam. Aktiv sosial həyatın ən sıx dönəmində bir də ana olmaq macərası gəldi başıma. Sonra da qərar verməli oldum - həyat tərzim dəyişəcək ya da hər şey olduğu kimi amma yanımda bir körpə ilə davam edəcək? Hər zaman qərar vermək üçün bir metoddan istifadə edirəm - müqayisə. Bu dəfə mənim obrazım məhz həmin 90-ların anası oldu, düşündüm ki, onlar hər işi çatdıra biliblərsə, mən niyə çatdırmayım? Gündəlik həyatda istifadə etdiyim xeyli faydalı, işimi tezləşdirən, rahatlaşdıran o qədər əvəzolunmaz vasitələr var ki, onların heç biri 90-larda yox idi. Demək ki, indi baxımlı, işgüzar və qayğıkeş ana olmaq daha asandır. İndi baxımlı qadın olmaq üçün daha az vaxt sərf etməklə daha uzunmüddətli və effektiv nəticə əldə etmək olar. Körpəyə qulluq, baxım və qayğı isə indi əvvəlkindən xeyli rahatdır. Körpələrin paltarlarını yumaq üçün o barabanlı paltaryuyan maşına möhtac olmaq və proses boyu yanında dayanmaq kimi bir dərd yoxdur. Bağçadan yaxasında ləkə ilə qayıdan uşağa görə narahat olmağa heç bir lüzum yoxdur, ən pis ehtimalda paltara nəsə olacaq, yenisini almaq olar. İndi körpəyə paltar tapmaq üçün qeyri-qanuni fəalliyyət göstərən alverçi xalanın növbəsinə də yazılmaq lazım deyil, hər cür paltarlar satılır. Düzdür, onda analarımız orqanik məhsul axtarışına düşmürdülər, kənddən gətirib satan camaat o qədər olurdu ki, amma o da yalnız xüsusi müştərilərinə. İndi isə xüsusi müştəri olmağa gərək yoxdur, sifariş edirsən, gəlib qapına qədər çatdırırlar. Hələ bunun kommunal xərclərini ödəmək üçün poçt növbəsi var idi, indi onu da bizə onlayn şəkildə təklif edən portallar var. Gecikəndə taksi tutmaq kimi bir çətinliyimiz də yoxdur artıq, əvvəlcədən taksi sifariş edə bilirik. Yəqin ki, saydıqca bitməz. Ana olmaq və işləmək bugünki qədər asan olmamışdı. Əlbəttə mövcud dövrdə ana olmağın çətin tərəfləri də var, amma bu artıq başqa mövzudur. Həyatımızı bu qədər rahatlaşdıran, bizi daha yaxşı ana, daha gözəl qadın və həm də yaxşı işçi olmağa kömək edən texnologiyalar varsa, bizə də hər 3 obrazı reallaşdırmaq düşür.

59


FORS MAGAZINE | culture

60

İllustrasiya: Nigar Rüstəmoviç (By VanQuqu)


61

SƏHRA ÇİÇƏYİ 6 FEVRAL BÜTÜN DÜNYADA “QADIN SÜNNƏTINƏ YOX” GÜNÜ KIMI QEYD OLUNUR. QADIN SÜNNƏTI KLITORISIN KƏSILMƏSI ILƏ ICRA OLUNUR. MƏQSƏD QADINDA CINSI ZÖVQ ORQANI OLAN KLITORISI KORLAYARAQ BƏKARƏTI QORUMAQ, QADININ CINSI DUYĞULARINA MANEƏ TÖRƏTMƏKDIR. BIRLƏŞMIŞ MILLƏTLƏR TƏŞKILATININ (BMT) AÇIQLAMASINA GÖRƏ HƏR IL ƏKSƏRIYYƏTI AFRIKA VƏ ORTA ŞƏRQ ÖLKƏLƏRINDƏN OLMAQLA, DÜNYADA 3 MILYON QADIN SÜNNƏT EDILIR. QADIN SÜNNƏTININ BIR SIRA TIBBI RISK FAKTORLARI VAR: • • • • • • • •

Qanaxma Cərrahi zədə Ağrı və ya qanaxma ilə əlaqəli şok İnfeksiya İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və digər viruslara yoluxma Sonsuzluq Doğuş zamanı uşaq ölümü Ölüm


62

QADIN SÜNNƏTİ AĞRILI VƏ TƏHLÜKƏLİ PROSES OLMAQLA YANAŞI, İNSAN HÜQUQLARININ POZULMASI AKTIDIR!

FORS MAGAZINE | culture

“… Hər iki həyatı – sadə və sürətli həyatı yaşadığım üçün məmnunam. Lakin Afrikada boya-başa çatmasaydım, bilmirəm, sadə həyat tərzindən bu qədər həzz ala biləcəkdim, ya yox. Somalidəki uşaqlığım mənim şəxsiyyətimi ömürlük formalaşdırıb, bir çox insanın gözlərini kor edən şöhrət və müvəffəqiyyət kimi əhəmiyyətsiz şeylər məni qəti maraqlandırmır. Məndən teztez soruşurlar ki, məşhur olmaq necə hissdir? Mənsə, sadəcə, gülürəm. Məşhur nə deməkdir? Bunun nə demək olduğunu belə bilmirəm. Bildiyim tək şey afrikalı kimi düşünməyimdir və bu, heç zaman dəyişməyəcək. Qərbdə yaşamağın ən böyük üstünlüyü burada sülhün bərqərar olmasıdır və əminəm ki, insanların çoxu bunun necə böyük səadət olduğunu anlamır. Doğrudur, cinayətlər baş verir, lakin bu, müharibə ilə eyni tutula bilməz. Burada sığınacaq tapıb övladımı təhlükəsizlikdə böyüdə bildiyim üçün şükür edirəm, çünki 1991-ci ildə hərbi diktator Siad Barreni hakimiyyətdən salmaq üçün qiyamlar başladıqdan sonra Somali davamlı

döyüş meydanına çevrilmişdi. Rəqib tayfalar hakimiyyət uğrunda vuruşmağa başladıqdan bəri neçə insanın öz həyatını itirdiyini heç kim bilmir. Ailəmin bu müharibədən sağ-salamat qurtula bilməməsi məni çox məyus edir. Anamı Efiopiyada görəndə mənə demişdi ki, döyüş meydanında aralıqda qaldığından yaralanıb, sinəsində hələ də bir güllə daşıyır. Bacım onu Səudiyyə Ərəbistanındakı bir xəstəxanaya aparıb, lakin əməliyyat təhlükəli, anam isə çox yaşlı olduğu üçün əməliyyatdan sağ çıxma ehtimalının aşağı olduğunu bildiriblər. Bununla belə, anamla görüşəndə o, dəvə kimi güclü görünürdü. O, həmişə olduğu kimi dəmir iradəli Mama idi və güllələnməyi haqqında gülməli zarafatlar edirdi. Ondan soruşanda ki, güllə hələ də sinəndədir, deyirdi, hə, hə, buradadır. Amma onu heç hiss etmirəm, yəqin çoxdan əritmişəm. Bu tayfa müharibələri sünnət ənənəsi kimi kişilərin xudbinliyindən, qəzəbindən və mənəm-mənəmliyindən qaynaqlanır. Bu cür danışmağa nifrət edirəm, lakin bu, acı həqiqətdir. Hər iki əməlin kökündə onların əraziyə sahiblik, qadına sahiblik iddiaları durur. Bəlkə də onların xayalarını kəssək, Somali cənnətə bənzər bir məkan olar! Kişilər sakitləşər və bəşəriyyətə qarşı daha həssas yanaşarlar. Testesteronun belə davamlı coşqunluğu olmasa, heç bir müharibə, heç bir qətl, heç bir zorlama və oğurluq da olmaz. Əgər onların o gizli yerlərini kəsib təkbaşına buraxsaq, onlar ya qanaxmadan ölər, ya da sağ qalarlar və bəlkə o zaman, nəhayət ki, qadınlara nə etdiklərini anlayarlar.


63

Mənim əsas məramım Afrikadakı qadınlara kömək etməkdir. Onları zəif yox, güclü görmək istəyirəm, çünki qadın sünnəti onları fiziki və mənəvi cəhətdən çox zəiflədir. Qadınlar Afrikanın bel sütunu olduqlarından ailənin əsas yükü onların üzərinə düşür. Uşaq vaxtı onları amansızca kəsərək ömürlük şikəst etməsələr, necə bacarıqlı ola biləcəklərini təsəvvür etməyə çalışıram. Mənə edilənlərə görə hələ də acıqlı olsam da valideynlərimi günahlandırmıram. Anamı və atamı çox sevirəm. Anamın sünnət olunmağıma etiraz etməyə hüququ yox idi, çünki qadın olaraq ona qərar qəbul etmək haqqı verilmir. O, sadəcə ona edilən şeyi mənə də edirdi, eynilə onun anasına və anasının anasına edildiyi kimi. Atam isə çəkdiyim əziyyətlərə tamamilə etinasız yanaşırdı, çünki bilirdi ki, Somali cəmiyyətində bir ata öz qızını ərə vermək istəyirsə, həmin qız mütləq sünnət olunmalıdır, yoxsa heç bir kişi onunla evlənməz. Valideynlərimin hər ikisi, sadəcə min illərdir daşlaşmış adət-ənənələrin hökm sürdüyü bir yerdə boya-başa çatmaqla onun qurbanı olub. Bildiyimiz kimi, bu gün xəstəliklərdən və ölümdən peyvənd olunmaqla qoruna bilirik. Qadınlar qızmar günün altında dayanan heyvan deyillər və onların sədaqəti inam və sevgi ilə qazanılmalıdır, vəhşi ənənələrlə yox. Artıq bu əzablı qədim ənənədən qurtulmağın vaxtı çoxdan çatıb. Mənə elə gəlir ki, Allah insanı mükəmməl bədən quruluşu ilə yaradıb. Onun bəndəsi isə bütün gücümü əlimdən alaraq məni şikəst etdi. Qadınlığım əlimdən alındı. Bunları artıq hesab etsəydi, Allah niyə yaradırdı ki? Daim dua edirəm ki, gün gəlsin, heç bir qadın belə ağrı çəkməsin və bu çox keçmişdə qalmış bir ənənə olsun. Desinlər ki, “eşitmisiniz, qadın sünnəti Somalidə qanunla qadağan edilib?” Bütün dünyadakı qadınlar özlərini təhlükəsiz hiss edənədək tək Somalidə yox, elə başqa ölkələrdə də... O gün necə xoş bir gün olar! Və mən var gücümlə buna nail olmağa çalışıram. İnşallah, Allahın köməyi ilə o gün tez çatar”.

Varis Dirie-nin “Səhra Çiçəyi” romanından bir hissə


rsmazerbaycan.az (+994) 51 970 40 50 AtatĂźrk pr. 65A



FORS MAGAZINE | health

66


67

Dr. Fatma İbrahimli Ginekoloq, Tibb Üzrə Fəlsəfə Doktoru

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil almışdır. 2005-2007-ci illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında “Mamalıq və ginekologiya” ixtisası üzrə klinik ordinatura keçmişdir. 2009-2012-ci illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aspirantura keçərək, elmi işçi vəzifəsində çalışmışdır. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinin alınması üçün “Ekstrakorporal mayalanmanın uğursuzluğu olan qadınlarda trombofiliyanın aşkar olunasının klinik əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2007-ci ildə Rusiya Diplomsonrası Təhsil üzrə Tibb Akademiyasında “Mamalıq və ginekologiyada ultrasəs müayinəsi” adlı ixtisasartırma kursu, 2011-ci ildə isə Almaniyanın Yena Universitet Klinikasının “Mamalıq və ginekologiya” departamentində 3 aylıq iş təcrübəsi keçmişdir. 9 elmi məqalənin müəllifi, 5 klinik protokolun işçi qrupunun üzvüdür. 2016-ci ildən Reproduktiv Sağlamlıq Mərkəzində ginekoloq kimi fəaliyyət göstərir.


68

FORS MAGAZINE | health

MENSTRUASIYA HAQQINDA KIŞILƏR NƏYI BILMƏLIDIRLƏR? Aybaşı və ya menstruasiya – uşaqlığın daxili qatı olan endometriumun xaric olmasıdır. Bu proses uşaqlıq boşluğundan əksər hissəsi qan olan menstrual mayenin axması ilə müşayiət olunur. Qadınların müəyyən qismi aybaşı zamanı qarının aşağısında ağrı, süd vəzilərinin ağrılı və həssas olması, ümumi halsızlıq kimi bir sıra xoşagəlməz hissiyyatlar yaşaya bilərlər. Bu simptomlar əsasən orqanizmdə olan hormonal dəyişikliklərə bağlı olub normal fizioloji hal sayıla bilər. Qızlarda aybaşı 11-14 yaş arasında, bəzilərində isə bir qədər ləngiyərək 15-16 yaşlarında başlayır. Menstruasiya təxmini olaraq 2-7 gün davam edərək, 30 (±7) gündən bir, yəni ayda bir dəfə təkrarlanır. Aybaşı müddətində cinsi əlaqə tövsiyə edilmir. Reproduktiv yaşda olan qadında menstruasiyanın olmaması ilk növbədə hamiləlik göstəricisi ola bilər. Belə ki, hamiləlik zamanı qadının orqanizmində döl inkişaf edir və artıq bu müddətdə yeni yumurtahüceyrə inkişaf etmir. Daha sonra isə südvermə dövründə müəyyən müddət qadınlarda aybaşı olmaya bilər. Hər iki dövrdə menstruasiyanın olmaması təkrar hamiləliyin baş verməməsi üçün orqanizmin verdiyi cavab reaksiyasıdır. Eyni zamanda bir sıra xəstəliklər (uşaqlıq, yumurtalıqlar, qalxanabənzər vəzi xəstəlikləri və s.), problemlər (ciddi stress, çəkinin kəskin azalması) zamanı aybaşı dayana və ya qeyri-müntəzəm ola bilər. Qadınlarda təxminən 45-55 yaşlarında menopauza başlayır. Bu dövr menstruasiyanın tədricən dayanması ilə müşayiət olunaraq, qadın reproduktiv sisteminin tədrici zəifləməsi, hormonal dəyişikliklər, yumurtalıqlarda yumurtahüceyrələrin yetişməməsi ilə xarakterizə olunur.

PREDMENSTRUAL SINDROM NƏDIR?

Qadınların bir çoxunda ayda bir dəfə əsəbilik, əhvalın dəyişkən olması, həssaslığın yüksəlməsi kimi əlamətlər olur. Bu, bəzi kişilərin düşündüyü kimi xarakterin xüsusiyyətləri deyil, sadəcə olaraq aybaşıdan öncəki vəziyyətdir. Aybaşı öncəsi və ya predmenstrual sindrom (PMS) adlanan, aybaşıdan bir neçə gün öncə başlayaraq aybaşının başlaması ilə bitən bu sindrom qadınların 25-75%-də rast gəlinir. PMS-in yaranma səbəbi dəqiq məlum deyil. Keçirilmiş stressin, neyroinfeksiyaların, abortların, travma və əməliyyatların, ginekoloji və somatik xəstəliklərin predmenstrual sindromun yaranmasında və daha ağır gedişində rolunun olması güman edilir. Eyni zamanda aybaşı tsikli müddətində qadın orqanizmində olan hormonal dəyişikliklərin, yəni ikinci fazada estrogen və progesteron nisbətinin dəyişməsinin, həmçinin prostaqlandinlərin yüksək səviyyəsinin də PMS əlamətlərinin inkişafında müəyyən əhəmiyyəti var. Digər tədqiqatlar PMS-in yaranmasında su-duz mübadiləsinin pozulmasının, vitamin (A, B6) və mikroelementlərin (kalsium, maqnezium, sink) çatışmazlığının, genetik faktorların rolunun olmasını göstərir. PMS-in əlamətləri – yuxusuzluq, ümumi halsızlıq, əhvalın dəyişkən olması, emosional gərginlik, başgicəllənmə, qoxu hissiyatının pozulması, meteorizm, ishal, süd vəzilərinin ağrılı olması, baş ağrısı, ödemin olması, ürəkdöyünmə və s. ola bilər. PMS daha çox əqli işlə məşğul olan, böyük şəhərlərdə yaşayan qadınlarda müşahidə edilir. Adətən yüngül formada keçərək (aybaşıdan 2-10 gün əvvəl başlayan 1-2 və ya 3-4 simptom) hər hansı tibbi müalicəyə ehtiyac olmur. Lakin bəzi qadınlarda əlamətlər daha şiddətli (aybaşıdan 3-14 gün əvvəl başlayan 5-12 əlamət) olduğu üçün terapiya təyin edilir. PMS-in müalicəsində medikamentoz və qeyri-medikamentoz metodlar istifadə edilir. Qeyri-medikamentoz terapiyaya psixoterapevtik müalicə, iş və istirahət rejiminin normallaşdırılması, fizioterapiya,


69 müalicəvi idman, qida rasionunun balanslaşdırılması (protein tərkibli qidalar, meyvə, tərəvəz, vitaminli qidaların istifadəsi, karbohidrat, şəkər, şokolad, kofein, duz istifadəsinin məhdudlaşdırılması) daxildir. PMS-in simptomlarından asılı olaraq sakitləşdirici, ağrıkəsici, antihistamin preparatlarının istifadəsi tövsiyə edilə bilər.

EV ŞƏRAITINDƏ MENSTRUAL AĞRINI AZALTMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR? Aybaşının ağrılı olması “alqodismenoreya” adlanır. Adətən birincili və ikincili alqodismenoreya fərqləndirilir. İkincili alqodismenoreya endometrioz, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, uşaqlıq daxili manipulyasiyalardan (abort, uşaqlıq boşluğunun diaqnostik qaşınmaları və s.) sonra uşaqlıq boynunda çapıqlaşma kimi səbəblərdən müşahidə edilə bilər. Belə vəziyyətdə ağrıya səbəb olan problemin aradan qaldırılması tövsiyə edilir. Ən çox rast gəlinən isə fizioloji birincili alqodismenoreya olub, səbəbi daha çox uşaqlıq əzələsinin, çanaq dibi əzələlərinin yığılmasına cavabdeh olan prostaqlandin ifrazının yüksəlməsidir. Aybaşı ağrıları zamanı ilk növbədə ginekoloqa müraciət etmək lazımdır. Həkim tərəfindən ağrıya səbəb ola bilən hər hansı problem aşkarlanmayıbsa, aybaşı zamanı ağrını azaltmağa kömək edən sadə tövsiyələr verilə bilər. Bunlar ilk növbədə qarının masaj edilməsi (saat əqrəbi istiqamətində edilən masaj qarın əzələlərində gərginliyi azaldır), isti vanna (15 dəqiqədən artıq olmayan), embrion vəziyyətində uzanmaq, pəhriz (meyvə, tərəvəzlərdən istifadə, unlu, yağlı, duzlu qidaların, kofein istifadəsinin azaldılması, gün ərzində 3 litrə qədər maye qəbulu), yuxu və iş rejiminin normallaşmasına riayət etməkdir. Qeyd olunan tövsiyələr nəticəsində ağrı azalmasa, analgetik, spazmolitik, qeyri-steroid iltihab əleyhinə preparatların, bəzi hallarda oral kontraseptiv preparatların istifadəsi təyin edilə bilər.

MENSTRUASIYA HAQQINDA DOĞRU OLMAYAN MIFLƏR HANSILARDIR? 1. Normal menstruasiya hər 30 gündən bir başlamalı və 1 həftə davam etməlidir. Xeyr, menstruasiya individual olaraq 24-36 gündən bir olub, 2-7 gün arası davam edə bilər. 2. Aybaşı zamanı duş qəbul etmək və ya saç yumaq qanaxmaya səbəb ola bilər. Doğru deyil! Menstruasiya vaxtı digər zamanda olduğu kimi çimmək olar. 3. Aybaşı zamanı idmanla məşğul olmaq olmaz. Bu düzgün olmayan miflərdən biridir. İdmanla məşğul olmaq və hərəkət etmək, əksinə, əzələlərin oksigenlə təchizatını yaxşılaşdıraraq, PMS əlamətlərini və qarının aşağısında ağrıları azaldır. 4. Aybaşı zamanı olan qan itkisindən huşun itirilməsi mümkündür. Doğru deyil! Bütün aybaşı müddətində qadın təxmini 150 ml qan itirir və orqanizm üçün bu normal sayılır.

NIYƏ AILƏ HƏYATI QURMAMIŞ QIZLAR ÜMUMI GINEKOLOJI MÜAYINƏDƏN KEÇMƏYƏ TƏRƏDDÜD EDIRLƏR? VALIDEYN VƏ QIZLARA BU MÖVZUDA NƏ MƏSLƏHƏT VERƏRDINIZ? Bəzi qızlar ginekoloqa müraciət etməkdən çəkinirlər. İlk növbədə bu, utancaqlıq və müayinə zamanı ola biləcək ağrı hissiyyatıyla bağlıdır. Lakin müayinə qətiyyən ağrılı deyil və həkimin ixtisasına bağlı gündəlik işi olduğu üçün ondan utanmağa ehtiyac yoxdur. Eyni zamanda “cinsi həyat yaşamayan qızların ginekoloqa getməsi doğru deyil” kimi yanlış anlayış mövcuddur. Əslində isə qızların aybaşı tsiklində problem, ağrılı menstruasiya, 14 yaşdan sonra aybaşının başlamaması, genital bölgədə narahatçılıq və s. kimi şikayətləri varsa, ginekoloqa müraciət edib lazımi məsləhətlərin alınması tövsiyə edilir.


FORS MAGAZINE | health

70

Op. Dr. PƏRVİZ HACIYEV Ankara Universiteti, Pediatrik Urologiya Şöbəsi Cebeci Uşaq Xəstəxanası, Müalicə işi fakültəsi


71

1985-ci ildə anadan olan Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdir. 2015-ci ildə rezidentura təhsilini başa vuraraq uroloq-cərrah ixtisasını almışdır. Rezidentura müddəti ərzində Avropa Uroloqlar Cəmiyyətinin (EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində Uşaq Urologiyası üzrə elmi–praktiki təcrübə keçmişdir. Ankara Universiteninin Urologiya kafedrasında iştirak etdiği araşdırmalar 2013-14-cü illərdə Avropa Uşaq Urologiyası Konqreslərində (ESPU) ən yaxşı araşdırma mükafatlarında 2 dəfə birinci yerə layiq görülüb. Pərviz Hacıyevin ABŞ-ın elmi jurnallarında bir sıra məqalələri dərc olunmuşdur. Avropa Uşaq Urologiyası Dərnəyi (ESPU), Avropa Urologiya Birliyi (EAU), Amerika Urologiya Birliyi (AUA), Uroloji Cərrahi Dərnək (TR) və Türk Androloji Dərnəyinin üzvüdür.


72

YETKINLIK YAŞINA ÇATMIŞ OĞLANLARDA HANSI FIZIOLOJI DƏYIŞIKLIKLƏR BAŞ VERIR?

FORS MAGAZINE | health

Kişilərdə yetkinliyin ilk əlaməti xayaların böyüməyə başlamasıdır. Bu təxmini 12 yaşında meydana gəlir. Xaya həcminin 4-5 ml-ə çatması ilə artıq kişilik hormonu olan testosteron öz təsirini göstərməyə başlayır və bədəndə bir sıra fizioloji-psixoloji dəyişiklilər ortaya çıxır: qoltuqaltı nahiyənin və qasığın tüklənməsi, boy artımı, səsin qalınlaşması, əzələlərin inkişafı və s. Yeniyetməlik dövründə ən mühüm dəyişikliklərdən biri də fiziki inkişafla yanaşı, cinsi yetişkənliyin baş verməsidir.

YENIYETMƏLƏRIN ÜZLƏŞDIKLƏRI ƏSAS UROLOJI/ANDROLOJI PROBLEMLƏR HANSILARDIR? Yeniyetmənin cinsi-fiziki inkişafının vaxtından əvvəl başlaması və ya cinsi inkişafdan geri qalması baş verə

bilər. Cinsiyyət orqanının böyüməsi ilə əlaqədər gecikmələr, cinsiyyət orqanı və xayaların kiçik olması, xayaların bir və ya hər ikisinin xaya kisəsində olmaması, xayanın damar genişlənməsi olan varikoselenin varlığı ən başlıca problemlərdir. Cinsi inkişafın ləng getdiyi hər bir halda uşaq müayinə edilməli və bu ləngimənin səbəbi müəyyən edilməlidir.

YENIYETMƏ OĞLANLARIN CINSI SAĞLAMLIQLARI ILƏ BAĞLI VALIDEYNLƏR NƏYI BILMƏLIDIRLƏR? Uşağınızın sağlam və normal inkişaf etməsi üçün onu diqqətlə müşahidə etməlisiniz, lazım olduqda isə o, həkim tərəfindən düzgün müalicə edilməlidir. Müasir dövrdə cinsi inkişaf patologiyalarının müalicəsi sayəsində uşaqların normal inkişafını təmin etmək mümkündür.

KIŞI SÜNNƏTININ CINSI VƏ ÜMUMI SAĞLAMLIQ ÜÇÜN NƏ KIMI FAYDA VƏ

ZƏRƏRLƏRI VAR? Sünnət olunmuş kişilərdə cinsi yolla yoluxan bəzi xəstəliklərin yoluxma riskinin sünnət olunmayan kişilərə nisbətən az olduğu bilinir. Bununla yanaşı, bəzi alimlər sünnət sonrası kişi cinsi üzvündə hissiyatın azaldığına dair fikirlər irəli sürüb, lakin bunu dəstəkləyəcək yetərli araşdırma mövcud deyil. Mütəxəssis olaraq isə bizim üçün əsas məsələ sünnətin düzgün icra olunmasıdır. Nə qədər sadə hesab edilsə də, sünnət bir əməliyyatdır və düzgün edilməzsə, təhlükəli nəticələr ortaya çıxa bilər.

SÜNNƏT ÜÇÜN ƏN DOĞRU YAŞ HANSIDIR? Təkrarlanan sidik yolu iltihabları, sidiyə getmək çətinliyi kimi hər hansı bir sağlamlıq problemi olmayan uşaqlarda sünnətin vaxtı ailənin istəyi ilə ola bilər. Lakin tibbi problem olmadıqca 2-6 yaş arasında sünnət edilməsi məsləhət deyil, çünki bu yaşlarda edilən sünnət uşağa psixoloji baxımdan mənfi təsir göstərə bilər.


73

UĞURSUZ SÜNNƏT ƏMƏLIYYATI ZAMANI HANSI TƏDBIRLƏR GÖRÜLMƏLIDIR? Sünnətdən sonra qanama, infeksiya, xarici sidik dəliyində daralma kimi komplikasiyalar müşahidə oluna bilər. Bundan əlavə, hipospadias və ya başqa bir urogenital anomaliyanın varlığında sünnət edilməməlidir, çünki belə hallarda sünnət dərisi rekonstruktiv düzəltmə əməliyyatlarında istifadə olunur. Bu səbəbdən düzgün olanı sünnətin təcrübəli cərrahlar tərəfindən icra edilməsidir. Beləcə, sünnət nəticəsində yaranan bir çox problemin qarşısı alınmış olar.

CƏMIYYƏTIMIZDƏ KIŞILƏRIN UROLOQ VƏ ANDROLOQA MÜRACIƏT ETMƏSI ILƏ BAĞLI BƏZI

STEREOTIPIK FIKIRLƏR MÖVCUDDUR. REPRODUKTIV VƏ CIDDI XƏSTƏLIKLƏR ISTISNA, DIGƏR HALLARDA KIŞILƏR CINSI MÜAYINƏDƏN KEÇMƏKDƏ NƏ QƏDƏR MARAQLIDIRLAR? Kişilər xüsusilə cinsi mövzularda yaşadıqları çətinlikləri həkimlə paylaşmaqda çətinlik çəkirlər. Həll olunmayan bu problemlər kişilərdə mənfi psixoloji təsirlərə, ailə problemlərinə, uğursuzluq hissinə, özünə inamın zəifləməsinə gətirib çıxara bilər. Hətta bu çətinliklər bəzən cütlər arasında boşanmalara səbəb ola bilər. Bir kişinin cinsi həyatında problemlər yaşaması əksər halda həll olunması mümkün olan vəziyyətdir. Odur ki, belə bir problemlə qarşılaşdıqda həkimlə məsləhətləşməyinizi tövsiyə edirik.


74

PSİXOTERAPEVT

ŞƏBNƏM SADIQOVA ilə müsahibə


75

İNTİHAR MÜALİCƏ OLUNMAYAN AĞIR DEPRESSİYANIN NƏTİCƏSİDİR

A

zərbaycanda ilk dəfə Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini quran Şəbnəm Sadıqova psixoterapevt və cinsi terapist kimi fəaliyyət göstərir. O, həmçinin ölkəmizdə ilk dəfə “online psixoterapiya” sistemini yaratmışdır. Artıq 3 ildən çoxdur ki, ölkənin bir çox bölgələrində və xarici ölkələrdə yaşayan insanlar bu imkandan yararlanırlar. Şəbnəm Sadıqova hal-hazırda bir sıra problemlərin – cinsi disfunksiyalar, postpartum (doğuş sonrası) depressiya, obsessiv-kompulsiv pozuntu və s. psixoterapiyası ilə məşğuldur.


FORS MAGAZINE | health

76

Yetkinlik yaşına çatmış oğlan və qızlarda (13-19 yaş) ən çox müşahidə olunan psixoloji və davranış dəyişiklikləri hansılardır?

Yetkinlik yaşına çatmış şəxs adətən cinsəllik və cinsi istəklərinin fərqinə masturbasiya zamanı varır. Masturbasiya haqqında hansı miflər var? Masturbasiyanın cinsi sağlamlıq üçün faydası varmı?

Bu, fərdin fizioloji inkişafının ən çox gözə çarpdığı dövrdür. Bu zaman kəsiyində şəxsin dəyərləri, mühakimələri, ideoloji meylləri də dəyişir. Təbii olaraq, bu dəyişiklik şəxsin davranışlarında özünü göstərməyə başlayır. Məktəb yaşına qədərki dövrdə uşaq idealı kimi həmcinsi olan valideyni götürürsə, yeniyetməlik və sonrakı keçid dövrlərində rolları seçmə şansı olur. Müşahidə əhatəsi genişlənir. Öz inkişaf edən mənliyini, şəxsiyyətini daha da zənginləşdirmək şansı qazanır. Şəxsin bioloji inkişafı ilə yanaşı, onun cinsi tələbatları da oyanmağa başlayır. Daha doğrusu, gənc bunun fərqinə varır və şüurlu olaraq cinsi inkişafına zəmin yaradır. Azyaşlı uşaqların onanizmlə şüursuzca, sadəcə onları rahatlatdığı üçün məşğul olmaları onların cinsi inkişafının başlanğıcıdır. Sonra, yeniyetmənin şüurlu şəkildə cinsi tələbatını ödəmək üçün etdiyi masturbasiya dövrü başlayır. Tabu olanı etdiyi bu dövrdə gəncin özünü travmalardan və utanc duyğusundan qorumağı bəzən mümkünsüz olur.

Masturbasiyanın hər hansısa fiziki zərəri olduğuna dair heç bir ciddi araşdırma və ya yazı yoxdur. Lakin nə olduğuna və faydalarına dair kifayət qədər elmi araşdırma mövcuddur. Buna baxmayaraq, insanlar arasında gəzən bir çox miflər var. Cinsi miflərin insanı ağır psixoloji yük altında buraxan qabarıq gözləntiləri və yalanları var. Bu miflərə görə, masturbasiya gözü kor edir, boyun uzanmağını əngəlləyir, insanı psixi xəstə edir, epilepsiya yaradır, masturbasiya edənin uşağı olmur, vərəm xəstəliyi yaradır, spermanı azaldır, yaddaşı zəiflədir, şikəst edir və s. Miflərin qarşısını almağın ən effektiv yolu sorğulamaq və elmi araşdırmaları izləməkdir. Şəxsin öz bədənini, hisslərini, ehtirasını və arzularını yaxşı tanımağı partnerinin də onu yaxşı tanımağına kömək edir. Cütlüklər arasındakı dürüst və demokratik münasibətin təməli onların əvvəlcə özlərinə eyni şəkildə davranmaqlarından başlayır.

Bu yaş dövründə insanın ala biləcəyi psixoloji travmalar hansılardır? İnsan hər an, hər növ travmanı yaşamaq və yaşatmaq bacarığına sahib varlıqdır. Travma sözü də bəzən olduqca individualdır. Biri üçün travmatik olan şey, digəri üçün “normal” sayıla bilər. Qeyd edilən yaş dövründəki qız və oğlanların cinsi inkişafını və cinsi təcrübələrini nəzərə alsaq, bəlkə də travma çoxdan yaşanmışdır, izlərini daşımaqla məşğuldur. Əgər 3-4 yaşındakı uşaq onanizm etdiyi üçün döyülübsə, gələcək illərdə bu travma özünü həmin uşağın asosiallığında, özgüvənsizliyində, ünsiyyət probemlərində, vaginizmdə, cinsi istəksizliyi və ya anorqazmiyasında biruzə verə bilər. Düşünün, atılan bir addım gələcək üçün


77 nəhəng bir investisiyadır. Halbuki, uşağı onanizmlə bağlı məlumatlandırmaqla, ən bəsiti, onun daha şüurlu və özünə hörmət edən biri olmağına yardımçı olmuş olacağıq.

Son illər yeniyetmə və gənclər arasında cinsəllikdən qaynaqlanan intihara meyilli və depressiv davranışlarla teztez rastlaşırıq. Bunun qarşısını almaq üçün nə etməliyik? Bu yaş dövründə depressiv hallarla çox qarşılaşırıq. İntihar müalicə olunmayan ağır depressiyanın nəticəsidir. Depressiya psixoloji xəstəlikdir, əhval deyil. Buna görə də ətrafımızdakı insanlara qarşı daha diqqətli olmalıyıq. Bu yaş dövründə şəxslərin hal və davranışlarında hiss edilən cüzi dəyişikliyi belə ciddiyə almalıyıq. Onsuz da cəmiyyətin hazırki vəziyyətinə görə yeniyetmələr travmanı “havada qapır”. Çox zaman belə hallarda həyatdan şikayətlənir, özlərini boşluqda hiss etdiklərini deyirlər. Ətrafdakılar bu vəziyyətə stereotiplə deyil, diqqətlə və həssas yanaşsalar, yeniyetməni depressiya yolunun başından geri qaytarmaq olar. Cinsi sağlamlıqla bağlı, yeniyetmənin (qız və ya oğlan) qarşılaşdığı sıxıntılardan ən qlobal olanı masturbasiya edərkən evdəkilərə yaxalanmağıdır. Onsuz da bu mövzuda valideyn və ya müəllimləri tərəfindən öyrədilməyib, yetişdirilməyib, üstünə bir də cəzalandırıla bilərlər. Yaxalanmağın verdiyi utanc və günahkarlıq duyğusu ilə yeniyetmə depressiv hiss edə bilər. Masturbasiya cəmiyyətdə tabu olaraq qəbul edildiyi üçün istənilən insan bunu edərkən günahkarlıq hiss edir. Lakin yeniyetməlik zamanı valideynlər tərəfindən utandırılmaq və cəzalandırılmaq onun üçün daha yaralayıcıdır. Bu halların qarşısını almaq üçün 10 yaşından etibarən

uşağın şəxsi otağı olmalı və otağın qapısı döyülmədən içəri girilməməlidir.

Valideyn və bu yaş qrupu ilə işləyən müəllimlərə tövsiyəniz nədir? Öz ideologiyalarınızı uşaqlara yükləmədən biliklərinizi təzələyib, inkişaf etdirin. Hər uşağa individual yanaşmaq lazımdır. Onların cinsi inkişafını travmaya məruz qoyacaq davranış və söhbətlərdən uzaq durmağa çalışın. Söhbət və davranışlarımızın fərqində olduğumuz, məsuliyyətini daşıdığımız zaman başqa insana çevrilirik. Kor-koranə danışıqların, nəinki uşaqlara, heç özümüzə də bir xeyri yoxdur. Qəlibləşmiş düşüncə və münasibətləri qırmaq lazımdır. Uşaqdan gələn suallara tolerant və məntiqli cavab verilməlidir. Əgər bilmədiyiniz və ya hazır olmadığınız sahədən suallar gələrsə, təmkinlə uşaqla bərabər araşdıra bilərsiniz. “Bizim vaxtımızda belə deyildi”, “bizi belə tərbiyə ediblər” tipli düşüncələri artıq geridə qoyaq. Dövrlə ayaqlaşmaq lazımdır. Qlobal kapitalizmin tüğyan etdiyi bir dövrdə yaşayırıq. Tələb və ehtiyaclar əvvəlki kimi deyil. İstər mənəvi, istərsə də material cəhətdən hər şey olduqca sürətlə yaşanır və tükətilir. İnsanların duyğuları və gözləntiləri də buraya daxildir. Bütün bunları nəzərə alaraq, əvvəl özümüzün, sonra da qarşımızdakının psixi sağlamlığını ciddi qəbul etmək lazımdır. Necə ki, təyyarədə təhlükəsizliklə bağlı məlumatlar elan edilərkən “oksigen maskasını əvvəl özünüzə, sonra yanınızdakı uşağa taxın” deyilir, eyni şey psixi sağlamlıq üçün də keçərlidir. Valideyn və müəllimlər əvvəl öz daxili dünyalarına yaxşıca səyahət etməli, şəxsi narahatçılıqlarını həll etməlidirlər. Bu zaman onlar uşaqlara daha obyektiv təsir göstərə biləcəklər.


78

SƏN, EY UŞAQLIQ… FORS MAGAZINE | culture

Müəllif: Mədinə Cabarlı


Y

əqin ki, hamımız yeniyetmə olduğumuz vaxtları xatırlayırıq. Xüsusilə də yeniyetmə çağlarının gətirdiyi coşqunluğu və bəzən də məyusluğu. Hər bir yeniyetmə yaşadığı problemin yalnız ona məxsus olduğunu düşünür və problem üçün həll yolu da daima eyni deyildir. 1985ci ildə Con Hyuz tərəfindən lentə alınmış bu film yaşadıqlarının fərqli olduqlarını düşünən, lakin tədricən bir çox ortaq cəhətlərinin olduğunun fərqinə varan beş yeniyetmə haqqındadır. Film 80-ci illərin yeniyetmə ruhunu, sosial mühitini və problemlərini ən mahir şəkildə əks etdirir. Sadə, yumoristik və dramatik məqamlar ilə zəngin olan ssenari sizi bir anlıq yeniyetmə illərinə aparacaq, o illərin fərəhli və eyni zamanda acı anlarını filmin qəhrəmanlarının timsalında göz önünə gətirəcəkdir.

F

ilm 2008-ci ildə əslən Ueylsdən olan yazıçı Cou Dansroun tərəfindən qələmə alınmış eyni adlı roman əsasında ərsəyə gəlmişdir. Hadisələr izləyiciyə 15 yaşlı əsas qəhrəman Oliver Teytin dili ilə çatdırılır. Oliver hər bir yeniyetmə kimi romantik meylləri olan, monoton məktəb həyatı əzabı ilə yaşayan və yeni məşğuliyyətlər sınaqdan keçirərək özünü tanımağa çalışan biridir. Amma onun monoton yeniyetməlik həyatının yeni ilham mənbəyi – Cordana həyatına girəndən bəri artıq hər şey öz axarını dəyişməyə başlayır. Oliverdən çox fərqli olan Cordana onu qısa zamanda məftun edir və çox keçmir ki, Cordana da Oliverə qarşı maraq göstərməyə başlayır. İngilis yumoru və tutqun peyzajlı filmlərin gətirdiyi ab-havanı sevirsinizsə, bu film tam sizlikdir. Rejissor Riçard Ayoadenin sözləri ilə desək: “Film yeniyetmə yaşlarında özlərini hamıdan üstün, hamıdan ağıllı hesab edən qəhrəmanların olduğu filmlərin bir antitezasıdır, bizim əsas qəhrəmanımız Oliver Teyt hər bir yetişkin insan kimi öz axmaqlığı ilə seçilir”.

F

ilm 2011-ci ildə çəkilmiş Fransa istehsalı ekran əsəridir. Filmin adı (Tomboy) ingilis dilindən tərcümədə oğlan kimi geyinən və bu tərzdə davranan qız mənasını verir. Yeni ünvana köçən ailənin 10 yaşlı qızı Lori özünü yaşıdlarına Mikael adlı oğlan kimi tanıdır. Aydın olur ki, Mikael illərdir özünü qız kimi qəbul etmir və əslində gizli qalan transgender oğlandır. Film Mikaelin yeniyetmə illərində bir transgender fərdi olaraq üzləşdiyi çətinliklərdən və onun bu burulğanda şəxsiyyət kimi formalaşmasından bəhs edir.


80

1

987-ci il, Harlem, Nyu-York. Klarisi Counz (Precious) adlı yeniyetmə atasının ona təcavüzü nəticəsində ikinci uşağına hamilədir. Səfalət və yoxsulluq içində yaşayan Klarisinin uşaqlarının qayğısına nənəsi qalır, anası Meri isə heç bir işlə məşğul olmur, onu illərlə emosional və fiziki cəhətdən alçaldır. Ətrafı nə təhsilə, nə də insanlığa inanır. O, dünyaya gəldiyi bu mühitin dözülməzliyini çətin də olsa anlamağa başlayır və bu cəhənnəmin girdabından qurtulmaq üçün hərəkətə keçir. Bəs qurtuluş həmişə ən yaxşı yoldurmu?

Q

us Van Santın bir qədər mübahisəli filmlərindən sayılan bu film ilk baxışdan çox adi görünən iki yeniyetmə - Aleks və Erikin qanlı planları haqqındadır. Onlar elə göründükləri kimi adi uşaqlardır: Aleks piano çalır, Erik isə vaxtını video oyunlarla keçirməyi sevir. Bununla bərabər, onlar faşistlərə rəğbət bəsləyir və planlarını həyata keçirmək üçün silahlanırlar. Bu qədər işgəncə və qəddarlığa susamış yeniyetmələri necə bir sonun gözlədiyini bilmək istəyirsinizsə, mütləq bu filmi izləyin.

FORS MAGAZINE | culture

H

əyatının 13-cü ilində filmin baş qəhrəmanı Treysi nümunəvi bir şagirddir, məktəbi çox sevir və həm də əlaçıdır. Lakin ailəsində baş vermiş bəzi hadisələr onu xeyli sarsıtmışdır. Bu problemlərdən qurtulmağa çalışarkən İvi adlı bir qız ilə tanış olur və tezliklə onlar dostlaşırlar. İvinin həyatı intizamlı məktəb şagirdindən çox fərqlənir. O, Treysini problemlərindən “uzaqlaşdırmaq” üçün onu yeni aludəçilik və qeyri-qanuni işlərlə zəngin dünyasının bir parçasına çevirir. Bu həssas vəziyyət Treysini təsəvvür etməyəcəyi şəkildə çətin vəziyyətə salır. Film 2004-cü ildə “Oskar” mükafatına namizədlər arasında öz yerini tapmışdır.

M

eri Griffis dindar xristiandır və uşaqlarını da kilsənin mühafizəkar qaydaları əsasında tərbiyə etmişdir. Lakin bir gün “dəhşətli” bir sirrin üstü açılır. Oğlu Bobbi homoseksual olduğunu bəyan edir. Digər ailə üzvləri bununla barışsalar belə, Meri inanır ki, oğlu tanrıya dua etsə və müntəzəm olaraq kilsəni ziyarət edib inancını möhkəmlədə bilsə, o zaman “günah”ını yuya bilər. Lakin tanrı tərəfindən təskinliyə gedən yol asan deyil. Bobbi anası ilə razılaşıb kilsəyə üz tutsa belə, kilsədəkilər Bobbini birmənalı qəbul etmir və ondan üz döndərirlər. Filmdə Merinin gec də olsa tədricən LGBT haqlarının müdafiəçisinə çevrilməyinin şahidi oluruq. Film Leroy Aarons tərəfindən yazılmış eyni adlı əsər əsasında çəkilmiş və “Qızıl Qlobus” mükafatına namizəd olmuşdur.


81

B

u ekran əsəri olmuş əhvalatlar əsasında çəkilmişdir. Liz Marri doğulduğu gündən bəri atasını narkotik aludəçisi və anasını İİV (İnsanın İmmunçatışmazlığı Virusu) daşıyıcısı kimi tanımışdır. Yeniyetməlik illərini çox çətinliklərlə dövlət sığınacağında keçirəndən sonra Liz artıq 15 yaşında evsiz qalır və küçələrdə yaşamaq məcburiyyətində qalır. Anasının ölümündən sonra valideynlərinin səhvlərini təkrarlamayacağına və özü üçün layiqli bir həyat quracağına söz verir. Gerçək uğur hekayəsi olan bu film izləyicilər üçün həqiqətən də güclü motivasiya mənbəyidir. Qeyd edək ki, gerçək həyatdakı Liz filmin prodüserlerindən biridir və filmdə bir epizodik rolu da canlandırıb.

N

ə vaxtsa həyatınızın travması haqqında səssiz qalmısınızmı? 14 yaşında cinsi təcavüzə məruz qalmış Melinda Sordino məhz bunu etməyi seçir. Hadisələr Melindanın dili ilə tamaşaçıya çatdırılır. Film Lori Hols Andersonun eyni adlı “bestseller”i əsasında rejissor Cessika Şarzer tərəfindən çəkilmişdir. Ekran əsərinin mövzusu cəmiyyətdə qızların təcavüzə məruz qalıb, bu hadisənin yaratdığı travma barəsində səssiz qalmaqlarının zaman keçdikcə daha da ciddi fəsadlara gətirib çıxaracağı ideyası ətrafında mərkəzləşmişdir. Bəs Melinda bu haqda danışmağa cəhd edəcək mi?

A

merika film tarixinin klassiklərindən sayılan bu film Stiven Kinqin “Cəsəd” (The Body) adlı qısa hekayəsi əsasında Rob Rayner tərəfindən çəkilmişdir. Hadisələr 1959-cu ildə Oreqon ştatının Kasl Rok qəsəbəsində yaşayan dörd dost – intellektual Qordi, liderlik qabiliyyəti ilə seçilən Kris, emosional cəhətdən qeyri-stabil Teddi və qorxaq Vern ətrafında cərəyan edir və baş verənlər bizə 40 yaşına çatmış Qordi tərəfindən nəql olunur. Bir neçə aydır itkin düşən dostları Rey Brouerin cəsədinin tapıldığı xəbəri bütün qəsəbəyə yayılır. Heyrət və həm də maraq içində olan dörd dost cəsədi tapmaq üçün yola çıxırlar. Bəs onları irəlidə nə gözləyir?


FORS MAGAZINE | culture

82


83

Fransız Yeni Dalğasının Nənəsi Müəllif: Hüsniyyə Nemət

Fransız rejissor Anyes Varda (Agnès Varda) 1928-ci il mayın 30-da Belçikada anadan olub. Yaradıcı illərinin çoxunu Fransada keçirən Anyesin film, foto və instalyasiya əsərlərinin ana xəttini sənədli realizm, feminist məsələlər və eksperimental tərzi ilə seçilən sosial şərhlər təşkil edir. Kino tarixçiləri Anyesin işlərini 1950-ci illərdə Fransa kinematoqrafiyasında başlayan Yeni Dalğa hərəkatının mərkəzi nöqtəsi hesab edirlər. Filmlərinin baş qəhrəmanı adətən cəmiyyət tərəfindən təcrid olunmuş qadınlar olan Vardanın işləri feminist hesab olunur. Anyesin ilham qaynağı bədii və ədəbi ünsürlərdir: sürrealizm, Frans Kafka, Natali Sarrot. Anyes Varda Qızıl Palma Budağı (Palme d’or) fəxri mükafatına (24 may 2015ci il) və kinematoqrafiyada böyük nailiyyətlərinə görə fəxri Oskar mükafatına (11 noyabr 2017-ci il) layiq görülən ilk qadın rejissordur.


84

Yumor elə güclü silah və cavabdır ki. Qadınlar özləri haqqında zarafat etməli, özlərinə gülməyi bacarmalıdır, çünki itirəcəkləri heç nə yoxdur. Həyatda ehtiyacımız olan cəmi 3 şey var: kompüter, kamera və pişik. Kino məktəbinə getməmişəm. Heç vaxt hər hansısa bir filmdə assistent olmamışam. Kameralarla heç bir tanışlığım yox idi. Düşünürəm ki, bütün bunlar mənə çoxlu sərbəstlik verib.

FORS MAGAZINE | culture

Gənclik illərimdə tanıdığım yaşlı bir qadın vardı, həmişə şeir söyləyərdi. Həmin qadının uşaqlıq illərindən sevdiyi poeziya dünyasına qayıtması çox gözəl bir şey idi. Öz uşaqlarını demək olar ki, tanıya bilmirdi, ancaq Pol Valeri və Şarl Bodlerin şeirlərini əzbər bilirdi. Nə olsun ki? Əslində, əzab çəkən bizik, o yox. Muzeyə gedəndə özümü yaxşı hiss edirəm. Kinoteatra gedirəm, daima musiqiyə qulaq asıram. İncəsənət ruhumu qidalandırır. Filmlərimdə sevdiyim rəssamların – Mone, Pikasso, Frensis Bekonun əsərlərini göstərirəm. Ancaq bunu etmək üçün müəllif hüquqlarını satın almalıyam. Sevdiyin şeyi nümayiş etmək hüququna sahib olmaq üçün pul ödəməliyəm. İnana bilirsiz? Yeni Dalğa zamanı bu rəsmləri yalnız divardan asmaq olurdu. Amma indi canavara bənzər agentlər var. Frensis Bekonun bir rəsmini filmimdə 10 saniyədən az göstərmək üçün 4000 pul verdim.


85


86

Müəllif: Hüsniyyə Nemət

FORS MAGAZINE | culture

Külək Bizi Aparacaq

İ

ranlı şairə və rejissor Füruğ Fərruxzad 1934-cü il dekabrın 29-da Tehranda anadan olub. O, 16 yaşında satira ustası Pərviz Şapur ilə ailə həyatı qurur. Evlilikdən sonra da rəsm və tikiş dərslərinə davam edən Füruğ həyat yoldaşı ilə birlikdə Əhvaz şəhərinə köçür. 1 il sonra yeganə övladı dünyaya gəlir. 2 il sonra isə cütlük boşanır və məhkəmə Pərvizin xeyrinə sonlanır: uşaq atasının himayəsində qalır. Füruğ Tehrana qayıdır və 1955-ci ildə ilk şeir məcmuəsini çap etdirir.


87

Yalqızlığın kədəri

Qar yağır pəncərə arxasında, Pəncərə arxasında qar tökür. Bir əl sinəmdəki sükuta Kədər toxumu əkir.

Fars dilindən tərcümə: Məhəmməd Nuri

Görüb aqibətimi, Ağardı saçın, ey qar! Yağdın ürəyimə, məzarıma bəs Yağmadın neçin, ey qar? Yalqızlıq soyuğundan Ruhum əsir fidantək. Tənhalıq qorxusuna Məskən olur bu ürək. Ey eşq, ey buz bağlamış Günəş, Daha məni isitmirsən. Sinəm – ümidsizlik səhrası, Yorulmuşam, yorulmuşam eşqdən. Sənin də şövq verən qönçən qurudu, Ey şeir, ey ovsunçu şeytan! Nəhayət ki, oyandı canım Bu ağrılı yuxudan. Xudaya, cəhənnəm qapılarını Aç üzümə! Nə vaxtadək gizlədəcəm qəlbimdə Cəhənnəm həsrətini? Nə vaxtadək zülm edəcəm özümə? Çox Günəşlər gördüm ki, Qürubda batdı. Mənim o qürubsuz Günəşim, əfsus, Cənubda batdı. Qar yağır pəncərə arxasında, Pəncərə arxasında qar tökür. Bir əl sinəmdəki sükuta Kədər toxumu əkir.


88

FORS MAGAZINE | culture

Ərindən boşanmış və güclü feminist xarakterə sahib olan Füruğ cəmiyyət tərəfindən xoş qarşılanmır. Bir müddət Avropada yaşayan şairə 1958-ci ildə iş axtarmaq məqsədilə yenidən İrana qayıdır. Burada rejissor və yazıçı İbrahim Gülüstan ilə tanış olur. İbrahim Füruğa mənəvi dəstək olur, onu yaradıcılığa ruhlandırır. Deyilənə görə, onlar arasında sevgi münasibəti yaranır. 2017-ci ildə 94 yaşlı İbrahim “The Guardian” qəzetinə verdiyi müsahibədə 50 illik sükutunu pozur: “Mən, əlbəttə ki, onsuz [red. F. Fərruxzad] keçən illərə görə heyfsilənirəm. Biz çox yaxın idik, ancaq ona olan hisslərim hər hansısa bir ölçüyə sığmır. Necə ölçə bilərəm axı? Kiloyla? Metrlə?”

Külək bizi aparacaq Fars dilindən tərcümə: Məhəmməd Nuri


89

Mənim kiçik gecəmdə, əfsus, küləyin bir vədəsi var ağac yarpaqlarıyla. Mənim kiçik gecəmdə məhv olmaq qorxusu var. Qulaq as, eşidirsən zülmətin əsməyini? Təəccüblə baxıram bu xoşbəxtliyə, öz ümidsizliyimə alışmışam. Qulaq as, eşidirsən zülmətin əsməyini? Nəysə keçir indi gecənin içindən. Ay qırmızı və təşvişlə dolu. Və hər an çökmə qorxusu keçirən bu dam üstündəki buludlar əzadar kütlələr kimi yağacaqları anı gözləyirlər sanki. Bir an və ondan sonra heç. Bu pəncərə arxasında titrəyir gecə və yer yorulur fırlanmaqdan. Bu pəncərə arxasında naməlum biri gözləyir məni və səni. Ey yamyaşıl olan başdan ayağa! Yaxıcı bir xatirətək Aşiq əllərimə qoy əllərini. Və dodaqlarını həyatın qaynar bir duyğusu kimi aşiq dodaqlarımın nəvazişinə tapşır. Külək bizi aparacaq. Külək bizi aparacaq.

Füruğ üzləşdiyi çətinlik və söz-söhbətlərə baxmayaraq, öz yaradıcılığına davam edirdi. Daha iki şeir toplusunu çap etdirdikdən sonra Təbrizə köçərək cüzam xəstəliyinə yoluxmuş iranlılar haqqında film çəkilişlərinə başlayır. 1962-ci ildə tamamladığı “Ev qaradır” adlı sənədli filmi İran Yeni Dalğasının ayrılmaz parçalarından biridir. O, çəkiliş zamanı Hüseyn Mənsuri adlı bir uşaqla tanış olur. Hüseynin ata-anası cüzam xəstəliyinə yoluxmuşdu. O, uşağı övladlığa götürərək, özü ilə anasının evinə gətirir, ona analıq edir. 1964-cü ildə “Başqa bir doğuluş” adlı kitabını nəşr edir. Füruğ qadın nöqteyi-nəzərindən yazdığı şeirləri ilə sələflərindən kəskin fərqlənirdi.


FORS MAGAZINE | culture

90

1967-ci il 13 fevral. Məktəb avtobusuyla toqquşmamaq üçün idarə etdiyi avtomobili yoldan kənara çəkərək, divara çırpılan 32 yaşlı gənc şairə xəstəxanaya aparılarkən elə yoldaca gözlərini əbədi olaraq yumur. Ölümündən sonra “Soyuq fəslin başlanğıcına inanaq” adlı şeiri dərc olunur. Bu şeir fars dilində yazılmış ən yaxşı struktura sahib müasir şeirlərdən biri hesab olunur. İslam İnqilabından sonra Füruğun şeirləri İranda qadağan edilir. Buna baxmayaraq, şairənin həyat və yaradıcılığı bir çox yazıçı və rejissorların ilham mənbəyi olur. Bugün artıq Fərruxzad bütün dünyada qadın azadlığının vəkili kimi tanınır. Füruğun yaradıcılığı İranda qadınların ifrat ayrı-seçkilik və qərəz ilə üzləşdikləri bir dövrə təsadüf edirdi. Şeirlərinin əksəriyyətinin ana xəttini də məhz feminizm ideologiyası təşkil edir. “Qadın” adlı şeirində şairə qeyri-bərabər cəmiyyətdə qadınların sinə gərdikləri çətinlik və problemləri birbaşa tənqid atəşinə tutur. Bu şeir ilə Füruğ qadının fiziki görünüşünü ittiham etməklə yetinməyərək, onun ruhunu da mühakimə edən patriarxal cəmiyyətə və tarix boyu bir çox mədəniyyətlərdə qadının daha zəif varlıq olduğu fikrinə qarşı mübarizə aparır.


91

Gəl qıfıl vurma sən dodaqlarıma, Qəlbdə söylənməmiş hekayətim var. Bu ağır zənciri aç ayağımdan, Könlüm bu sevdadan olub tar-mar. Bura gəl, ey kişi, ey xudbin məxluq, Gəl, aç qapıları, dardır bu qəfəs. Sən məni bir ömür zindanda tutdun, Barı bundan sonra qoy alım nəfəs. Gəl qıfıl vurma sən dodaqlarıma, Lazımdır bu sirri hamıya demək. Xalqın qulağına mən öz səsimin Əks-sədasını çatdırım gərək. Gəl, aç qapıları, qoy qanad açım Şeirin işıqlı səmasına mən. Mən bir gül olaram şeir bağında Burdan uçmağıma sən imkan versən. Söyləmə, ey kişi, ey xudbin məxluq, Ayıbdır qadının şeir yazması. Onların bu coşqun ruhları üçün Çox dar gəlir bu qəfəsin səması. Demə ki, günahdır şeir yazmağın Bir qədəh ver bu günahdan sən mənə. Cəhənnəm dibində mənə bir ev ver, Cənnət də, Kövsər də qoy qalsın sənə.

Üsyan Fars dilindən tərcümə: Məhəmməd Nuri

Bir kitab, bir şeir, bir də sakitlik, Mənimçün həyatın nəşəsi bunlar. Qəm deyil cənnətə yol tapmasam mən, Könlümdə solmayan bir cənnətim var. Ad-san söhbətini qoy bir qırağa, “Ayıb” dediyin iş zövq verir mənə. Şairə dəli bir qəlb verib Tanrı, Sorğu-sual etməz, bağışlar yenə.


Müəllif: Mədinə Cabarlı


93


94

YOKO ONO 1966-cı ilin yağışlı noyabr günündə London qalereyasında rəsm sərgisi keçirilir. Başqalarına o qədər də qeyri-adi görünməyən bu sərgidə dünya mədəniyyət tarixinin iki qeyri-adi sənət adamı Yoko Ono və John Lennon ilk dəfə tanış olurlar. Qəribə səslənsə də, Yoko bu görüşə qədər heç Beatles haqqında eşitməmişdi. Onları bir araya gətirən incəsənətə olan dərin maraqları və yaratdıqları əsərlərə olan dərin ehtiramları idi. 60-cı illərin axırında “bagizm” adlandırılan hərəkat da məhz onların incəsənət və sülhü tərənnüm edən fikirlərinin üst-üstə düşməyinin nəticəsi idi. Bagizm qərəz və stereotiplərə qarşı olan hərəkat idi, mənşəyi isə bag (ing. torba) sözündən götürülmüşdür. Belə ki, bagistlər bu torbanı bütün bədəninə geyinib gözəgörünməz olaraq insanların başqalarını dəri rəngi, gender, xarici görünüşlərinə görə qiymətləndirməsinə etiraz edirdilər. Dünya musiqi tarixinin sülh mövzusunda himni sayılan “Imagine” (The Beatles) mahnısı isə Yoko Ononun “Grapefruit” kitabında yer alan şeirdən ilhamlanmışdır.

FORS MAGAZINE | culture

Isabella Blow Dəblə ayaqlaşan bəzi insanlar geyinib-keçinməyi ona görə sevirlər ki, yeni brendlərdən agah olduqlarını özlərinə, həm də başqalarına sübut etsinlər. Elələri də var ki, işin daha çox incəsənət yönümlü tərəfinə üz tutur. Bir də nadir incilər vardır ki, daha detallı, uyğunsuz amma eyni zamanda uyğun gələn, şok effekti yaradan parçaları bir araya gətirirlər. Yaşasaydı, bu il 60 yaşını qeyd edəcək olan Isabella Blow odsaçan adlardan biri idi. Yaşadığı müddətdə bir sıra istedadlı modelyerləri kəşf edən Isabella Alexander McQueenin əsas muzası olmuşdur. “Alexander McQueen” brendinin adını İzabella təklif etmişdi. Makkuinin birinci adı Lee idi və Isabella düşünürdü ki, bu ad ona uğur gətirəcək. 1992-ci ildə o vaxtlar hələ tələbə olan Lee öz məzuniyyət kolleksiyasını təqdim edərkən bu tədbirə dəvət olunan Isabella onun istedadına heyran qalır, hətta bu kolleksiyanı almaq istədiyini bildirir. Məhz bu görüşdən sonra dünya dəbində inqilabi Mcqueen dalğası baş qaldırır və indiyə qədər ağırlığını itirmir. Isabella McQueenə kömək edir, onu məşhur dizaynerlərlə tanış edir və karyera yolunda əlindən gələn köməyi əsirgəmir. Dostluqlarında bir sıra problemlər yaşasalar da 2007-ci ildə sui-qəsd etməsinə qədər Isabella McQueenin ən böyük ilham mənbəyi olmuş və McQueen Isabellanın dəst-xətti olan şlyapa ideyalarından bəhrələnmişdir.


Gala Diakonova

95

“Gala, mən bütün əsərlərimi sənin qanınla yaradıram”.

Salvador Dali həyatının eşqi Galanı əsərlərində imza yerində məhz bu şəkildə şərəfləndirirdi. Onun bir çox əsərlərində modellik edən və sənətinin ilham qaynağı Gala Diakonova əslən rusdur, Rusiyanın Kazan şəhərində dünyaya gəlmişdir. “Hər bir uğurlu kişinin arxasında bir qadın vardır” ifadəsi dildən-dilə düşüb dəbdən düşsə də, Gala və Salvadorun münasibəti bu ifadənin ən güclü nümunəsidir. İlk dəfə tanış olanda Gala fransız şair Paul Eluard ilə evil olsa da, Dalinin sözlərinə görə bu, ilk baxışdan sevgi idi və tale özü onları qarşılaşdırmışdı. Dali Galanı onu irəliyə aparan Qradivası, qələbəsi adlandırırdı. Gala Dalinin ən məşhur əsərlərindən biri olan “Lligat limanının madonnası” əsərinin mərkəzində Müqəddəs Məryəmi əks etdirmişdir. Evlilikləri boyunca Gala onun müdafiəçisinə çevrilmiş, Dalinin hüquqlarının bir növ vəkili rolunda çıxış etmiş və əsərlərinin alıcıları, qalereya sahibləri ilə problemləri həll edərək Daliyə böyük dəstək olmuşdur.

Uma Thurman Tarantino nadir rejissorlardandır ki, Thurmanı ictimai şəkildə öz muzası adlandırmışdır. Bir çox layihələrdə əməkdaşlıq edən bu Hollivud ulduzlarının ilk müştərək işi “Kriminal Qiraət” (Pulp Fiction) filmi olmuşdur. Bu filmdə dostlaşan cütlük daha sonra “Billi öldürmək” (Kill Bill) filmində də birgə işləmişlər. Aralarındakı münasibətin platonik münasibətdən daha çox olduğu şayələri gəzsə də, danılmazdır ki, onlar bir-birlərinə dərin hörmət edirlər və illər ərzində yaxın münasibət yaratmağa nail olmuşlar.


96

Zelda Fitzgerald Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən olan Francis Scott Fitzgeraldın həyat yoldaşı olan Zelda onun bir yazıçı kimi yüksəlməsində əsas faktor olmuşdur. Hər ikisi caz erasının məşhur nümayəndələri və bu dövrün elit həyatının önəmli simaları olmuşlar. Cütlük 1918-ci ildə tanış olmuş, Francis Zeldaya evlilik təklif etsə də, Zelda imtina etmişdi. Zelda fikirləşirdi ki, Francis istedadlıdır, lakin hələ də tam potensialına çatmamışdır. Yazıçının zirvə əsəri sayılan “Möhtəşəm Qetsbi” (Great Gatsby) əsərindəki əsas qəhrəmanlar məhz Zelda və Francisin münasibətlərindən ilhamlanmışdır. Zeldanın Francisi uğurlu olmadığı vaxtlarda dəstəkləməməsi, zəngin həyat tərzinə və pula hərisliyi əsərin mərkəzi motivinə çevrilmişdir. Birgə həyatlarının sonuna yaxın bir çox problem yaşasalar da dünya tarixində, həmçinin ədəbiyyatında özünəməxsus iz qoyan bu cütlük hələ də diqqət mərkəzindədir.

FORS MAGAZINE | culture

Marie Walter Picassonun saysız-hesabsız sevgilisi və muzası olsa da Walter onların arasında seçilir, çünki Picasso ilə ilk dəfə görüşəndə cəmi 17 yaşı var idi və Picasso evli idi. Maraqlısı odur ki, Picasso əsərlərində həyatındakı qadınlardan ən çox Walterin obrazını yaratmışdır. Adından göründüyü kimi əslən Fransız olan Marie Walter rəssamın Yuxu (Le Rêve) və Çılpaq, yaşıl yarpaqlar və büst (Nu au Plateau de Sculpteur) kimi məşhur əsərlərində yer almışdır. Onların 1935-ci ildə Maya adlı qızları dünyaya gəlir və bundan sonra bir müddət ailə kimi yaşasalar da təəssüf ki, ayrılırlar. Amma Picasso onlara maddi cəhətdən dəstək olmuş və onları unutmamışdır. Picassonun məzarı üzərində Walterin abstrakt heykəli də canlandırılmışdır.


97

Edie Sedgwick Edie və Andy 1965-ci ildə Hollivud partilərinin birində tanış olmuşdular. Daha sonra bu tədbirdə olan adamlar Warholun İdiyə baxanda Marilyn Monroenu gördüyünü və ona necə vurulduğu haqqında danışacaqdılar. Warhol İdi ilə tanış olduğu vaxt artıq pop-artdan uzaqlaşıb film sənayesinə meyl salmışdı və Edie ilə tanışlıq sanki ona yeni bir qanad vermişdi. Həmin ildə Warholun “Yazıq balaca varlı qız” (Poor Little Rich Girl) adlı yeni filmində baş rolu canlandıran məhz Edie Sedgwick olmuşdu. Sedgwick yeniyetmə yaşlarından səhhəti ilə bağlı bir çox problemlər yaşamışdı, belə ki, anoreksiya və bulmiyadan əziyyət çəkirdi. Atasının qəddar bir valideyn olması onun zehni və ruhi sağlamlığına təsirsiz ötüşməmişdi. Andy kimi yaxın bir dost bir növ həm onun ata fiquruna və həm də mentoruna çevrilmişdi. Lakin heç nə əbədi olmadığı kimi, onların arasındakı bu macəra da bitir. Edie Andynin filmlərinə olan marağını itirir və 60-cı illərin yeni səsi Bob Dylana vurulur. Edie Dylanın da muzasına çevrilir. Dylanın “Blonde on Blonde” adlı albomu Edie Sedgwickə həsr olunub.


98

FORS MAGAZINE | culture

BAKI MEMARLIĞININ GÖRÜNMƏYƏN QADIN SİMASI Qeyd: Faktlar yazılı mənbələrə əsaslanır.


99

OPERA VƏ BALET TEATRI 1910-cu ildə görkəmli rus opera müğənnisi Antonina Nejdanova Bakıda qastrol səfərində imiş. Deyilənə görə, müğənninin şərəfinə ziyafət təşkil olunur və o zamanların məşhur Bakı milyonçusu Daniel Mayılov Nejdanovadan bir də Bakını nə vaxt ziyarət edəcəyini soruşur. Nejdanova qətiyyətlə “heç vaxt” deyə cavab verir. Daha sonra isə cavabını belə izah edir: “Bu qədər zəngin insanın yaşadığı bir şəhərdə bir dənə belə opera teatrı yoxdursa, gəlməyimin nə mənası?” Beləliklə, sənətçinin bu sözləri Bakının mərkəzində yerləşən ən əzəmətli tarixi binalardan biri olan Opera və Balet Teatrının inşasına təkan verir. Tikinti işləri memar Nikolay Bayevin layihəsi əsasında başlayır. Maraqlı faktlardan biri odur ki, Bakı milyonçusu Zeynalabdin Tağıyev bildirir ki, bir il ərzində binanın inşası mümkünsüzdür. Hətta Mayılovla mərc gəlirlər ki, əgər teatr vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev qarşılayacaq. Beləliklə, Tağıyev mərci uduzur və on aydan da az bir müddətdə teatr binası hazır olur. O, verdiyi sözün üstündə durur və bütün tikinti xərclərini qarşılayır. Teatrın açılışında isə Nejdanova şəxsən özü çıxış edərək, teatrda ifa edən ilk sənətçi adını qazanır.


100

FORS MAGAZINE | culture

R

əvayətlərə görə, məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş və onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Onlar Venesiyaya səyahət zamanı yaraşıqlı və əzəmətli bir bina görürlər. Liza bu heyrətamiz binaya heyranlığını həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy isə heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojlar gətizdirir. Polyak mənşəli memar İosif Ploşkonun rəhbərliyi ilə 1912-ci ildə tikintisi başa çatan saray neoqotika üslubunda tikilmiş ən gözəl memarlıq nümunələrindən biridir. Sarayın inşası bitdikdən sonra Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib düz binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın sarayın ona bağışlandığını eşidincə

SƏADƏT SARAYI sevincinin həddi-hüdudu olmur. Muxtarov və xanımı 1920-ci ilə qədər bu sarayda yaşayırlar. Lakin Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Təəssüf ki, böyük ümidlərlə inşa edilən bu bina faciələrə də şahid olur. Bolşevik inqilabı əsnasında evinə üç nəfər rus zabitinin soxulduğunu görən Bakı milyonçusu bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir. Lakin bina çox keçmir ki, mühüm fəaliyyətlərin mərkəzinə çevrilməyi bacarır. Belə ki, Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu kimi fəaliyyət göstərir. Bu klub o zamanlar Azərbaycan qadınları arasında aparılan işin ən nümunəvi mərkəzi idi desək, yanılmarıq. Klara Setkin 1924-cü ildə buranı ziyarət etmiş və klub onda unudulmaz təəssürat


101

yaratmışdı. O, klubu “inqilabi qüvvələrin toplanış məntəqəsi” adlandırmışdı. “Qafqaz od içində” kitabında o yazırdı: “Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınlar klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır”. Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klubun rəyasət heyətinin bir neçə fəal üzvü qərara gəlirlər ki, qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə də cəlb etsinlər. Bu işin təməlini quran elə bir neçə qadın olur. Onlar ər və atalarından gizli öz tikiş maşınlarını gətirib, kiçik tikiş emalatxanası təşkil edirlər. Bir neçə gündən sonra elə həmin qadınlar savadsızlığın ləğv edilməsi kurslarına yazılırlar. Əvvəllər bu, insanlar arasında bir qədər həyəcan doğursa

da sonralar hərəkatın dəstəkçiləri çoxalır. Onlar bəyan edirlər ki, burada qorxulu heç bir şey yoxdur. Qadınlar həyəcanla deyirdilər: “Kluba gəldik, emalatxana təşkil etdik, çadranı çıxardıq, savadsızlığımızı ləğv etdik, bəs sonra? Axı, digər qadınlara da kömək etmək lazımdır”. Məzunların birinci qrupu azərbaycanlı qadın cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq məqsədilə respublikanın qəzalarına yollanırlar. Bu, iri miqyaslı bir inqilab idi. Klubun fəal üzvlərindən biri Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri kimi tarixə düşür. Lakin Səriyyə 1933-cü ildə idman kostyumu geyindiyinə görə atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilir. Bu cinayət mövhumatçı cəbhənin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi idi. Səriyyənin xatirəsi bir il sonra “İsmət” adlı bədii filminin çəkilişi ilə əbədiləşdirilir. Bu film təkcə Səriyyənin xatirəsinə deyil, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilmişdir. Filmin rejissoru bu ekran əsərində Azərbaycan qadınlarının taleyini Səriyyənin timsalında əks etdirmişdir. Bir əsrdən çox zaman ərzində əzəməti ilə şəhərimizə gözəllik qatan Səadət sarayı inşa olunduğu gündən mühüm tarixi hadisələrin şahidinə çevrilib. Bu bina memarlıq incisi olmaqla yanaşı, Azərbaycan qadının azadlıq simvolu və səcdəgahıdır. Murtuza Muxtarov və Əhməd Cavadın adını daşıyan küçələrin kəsişməsində yerləşən bu bina 2012-ci ildən “Nikah evi” kimi fəaliyyət göstərir.


102

TƏZƏPİR MƏSCİDİ

FORS MAGAZINE | culture

1904

-cü ilin yayında Bakı şəhər dumasının rəsmi qərarı elan olunur. Qərara əsasən, Təzəpir məscidinin tikintisi Aşur xan nəslinin adlı-sanlı, dövlətli xanımlarından olan Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilir. Qərarda Nabat xanımın Təzəpir məscidini mehriyyə, yəni ona bağışlanan kəbin pulu hesabına tikdirmək fikri xüsusilə vurğulanırdı. Nabat xanım üçün tikiləcək məscidin memarının azərbaycanlı olması əhəmiyyət kəsb edirdi. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək, məscidin tikintisi ilə bağlı arzularını ilk onunla paylaşır. Zivər bəyin səyahət xərclərini qarşılayaraq onu İstanbula və ərəb ölkələrinə göndərir. Bu səyahətin əsas məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Maraqlı səyahətin nəticəsində Zivər bəy Nabat xanıma şərq üslubunda gözəl, iki minarəli bir məscid

layihəsi təqdim edir. Bu, gələcəkdə tikiləcək Təzəpir məscidinin layihəsi idi. Təzəpir məscidinin tikintisinə 1905-ci il iyulun 23-də başlanıldı. Məscidin bünövrəsinin qoyulması izdihamlı bir mərasimə çevrildi. Məscidin həyətində qurban kəsənlərin sayı-hesabı yox idi. Hacı Zeynalabdin Tağıyevə hörmət əlaməti olaraq, məscidin bünövrə daşını o qoyur. Tikintinin baş memarı Zivər bəy Əhmədbəyov buraya ən bacarıqlı sənətkarları cəlb etmişdi. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam edir. Məscidin tikintisini öz üzərinə götürən Nabat xanım 1912-ci il dekabrın 7-də 117 yaşında vəfat edir. Nabat xanıma böyük ehtiram əlaməti olaraq, onu məscidin eyvanında, baş qapının sağ tərəfində dəfn edirlər. O, məscidin tamamlanmasını oğlu Hacı Abbasquluya vəsiyyət etmişdi. Nabat xanımın oğlu anasının vəsiyyətini layiqincə yerinə yetirmiş və o da məscidin həyətində dəfn olunmuşdur. Məscidin inşası tamam olanda usta iri günbəzin ortasındakı axırıncı daşı qoymağı


103

bünövrənin ilk daşını qoyan Tağıyevə həvalə edir. Maraqlısı budur ki, 1914-cü ildə tikintisi başa çatan Təzəpir məscidi Bakıda ağ daşla tikilmiş ilk dini bina idi. Təzəpir məscidi özünün məkan vəhdətinə və memarlıq xüsusiyyətinə görə təkcə Bakı şəhərinin şəhərsalma strukturunda deyil, bütün Abşeronun dini tikililəri içərisində tamamilə yeni mərhələ idi. Məscidin şəhər mərkəzindən bir qədər aralı olmasına baxmayaraq, coğrafi mövqeyi və təpə üzərində yerləşməsi onun şəhərin başqa nöqtələrindən aydın görünməsinə imkan verir. Məscid üçün xarakterik xüsusiyyətlərdən biri də Təzəpirin xalq memarlığından daha çox Avropa təhsili görmüş və şərq müsəlman memarlığını dərindən mənimsəmiş, yüksək bacarığa malik professional memarın yaradıcılıq məhsulu olması faktıdır. Sovet dövründə bir sıra məscidlər mədəni-maarif müəssisələrinə çevrildiyi və ya tamamilə məhv edildiyi üçün Təzəpirlə bağlı 1934-cü ilə aid sənəddə məscidin təyinatının dəyişdirilərək saxlanılmasının məqsədəuyğun hesab olunması qeyd olunur. Müxtəlif illərdə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı və mağaza anbarına çevrilsə də bugünədək özünü qoruyub saxlaya bilmişdir.


Leyli obrazının əvəzsiz ifaçısı Əhməd Ağdamskinin əziz xatirəsinə... Model: Babək Qasımzadə Foto: İlkin Yusif


Leyli və Məcnun İFA EDIRLƏR: Məcnun – Hüseynqulu Sarabski Leyli – Əbdürrəhim Fərəcov İbn Səlam – Ceyhun Hacıbəyli Məcnunun anası – Mirmahmud Kazımovski Məсnunun atası – Mirzə Muxtar Leylinin atası – İ. Qasımov Leylinin anası – С. Vəzirov


106

“13 yaşımda olarkən Şuşada qəribə bir tamaşa gördüm. Tamaşanın adı belə idi: Məcnun Leylinin məzarı üstdə. O səhnəcik məni elə həyəcanlandırdı ki, 8 ildən sonra Bakıya gəlib, qərara aldım ki, gərək opera yazım”.

1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) dahi Üzeyir Hacıbəyovun şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun” tamaşası Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulur. MƏCNUN ROLUNDA HÜSEYNQULU SARABSKI

FORS MAGAZINE | project

- Salam. - Əleykəssalam. - Hüseynqulu Sarabski sizsiniz? - Hə. - Dünən axşam sizi “Əl-Mənsur” tamaşasında gördüm. Yaxşı oxuyurdunuz. - Həə. Gündüz də ki, görürsünüz də nəylə məşğulam. Neyləyəsən? Bizim zəmanədə müsalman artistlərinin günü-güzaranı budur. Bir yerdən qazancın olmasa, dolana bilmərsən. - Heç tanış da olmadıq. Üzeyir Hacıbəyov. Jurnalist. - Çox şadam. - Sizin tamaşadan yazmaq istəyirəm. Xoşuma gəlib. - Həə. Onda yazın ki, dünən yenə bizi hədələyirdilər. Canımızı qurtarmaq üçün qaçmalı olduq. Dal qapıdan. - Yanınıza gəlməkdə başqa məqsədim də var. Bir opera yazıram. Leyli və Məcnun. İstəyirəm ki, Məcnun siz olasınız. Razısınız? - Razıyam (gülümsəyir). *** - Məcnun ərəbcə “dəli” deməkdir. - Mən başlamışam artıq dəlilərə göz qoymağa. - Yox, yox, Hüseynqulu. Məcnun elə-belə adi dəli deyil. O, eşqin, məhəbbətin dəlisidir. Daha doğrusu ətrafdakı adamlar – küt, nadan, cahil adamlar onu dəli hesab edir. Onun Leyliyə böyük sevgisini başa düşə bilməyənlər. Rolun məğzi budur.


107 LEYLİ ROLUNDA ƏBDÜRRƏHİM FƏRƏCOV VƏ ƏHMƏD AĞDAMSKİ - Məni bir məsələ də düşündürür. Axı vacib bir iş də var. Qadın rollarını kim oynayacaq? Bizim bədbəxçiliyimizdir. Vaxtilə Hüseynin xahişi ilə “Qacar”ı elə yazdım ki, orda bir dənə də qadın rolu olmasın. - Əziz Mirzə, heç olmasa, bir tamaşada canımızı bığlı, saqqalı qadınlardan qurtardınız. - Həə, ancaq “Leyli və Məcnun” Leylisiz olmaz axı, Hüseyn. (Əbdürrəhim bəy Haqverdiyev) XX əsrin əvvəllərində Leylini oynayacaq aktyorun tapılması çətin idi. Bəli, aktyorun. Axı o zamanlar müsəlman qadınlar nəinki səhnəyə çıxa bilir, tamaşanı belə onlar üçün ayrılmış xüsusi lojalarda pərdə arxasında əyləşərək izləyirdilər. Ona görə də teatrda qadın rollarını da kişilər ifa edirdilər. Aktyor axtararkən Üzeyir bəyin yadına çayxanada gördüyü və ifasını bəyəndiyi çayçı şagirdi – Əbdürrəhim Fərəcov düşür. Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bilirlər. Tamaşanın ilk suflyoru Əlabbas Rzayev 1958-ci il «Ədəbiyyat və İncəsənət» qəzetində yazır: “Artistlər öz otaqlarında geyinən zaman Leylinin otağından bir qışqırıq qopdu. Biz elə bildik ki, dalaşmadır. Məlum oldu ki, Fərəcov ayağına arvad tumanı geymək istəmir. O, elə bilirmiş ki, şəbehlərdə olduğu kimi, onun əyninə bir əba geydirib, başına çalma bağlayıb səhnəyə çıxardacaqlar. Öyüd və nəsihətdən sonra onu Leyli libası geyinməyə razı saldıq. Çox keçmədən qrim otaqlarından yenə bir qışqırıq qopdu. Məlum oldu ki, Fərəcov özünün yekə bığlarının üstünə tənzif yapışdırmaq istəmir. Çox xahişdən sonra onu birtəhər razı salıb tamaşanı başladıq”. Ə.Fərəcov rolun öhdəsindən gəlsə də, ikinci dəfə nəinki həmin tamaşa üçün səhnəyə çıxmaqdan imtina edir, hətta bir daha teatr aləminə yaxın durmur. Səbəb isə qadın paltarı geyindiyinə görə lağ obyektinə çevrilməsi və təhdidlərə məruz qalması idi. Bu səbəbdən tamaşanın ikinci dəfə səhnələşdirmək xeyli təxirə salınır. İkinci tamaşa üçün Leyli axtarışında olan Üzeyir bəyin yadına “Realni” məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyli düşür.

Üzeyir bəy Əhməd bəyi ciddi-cəhdlə inandırır və razılığını alır. Beləliklə, səhnəyə nəinki Leyli, həm də başqa qadın rollarının əvəzolunmaz ifaçısı Əhməd Ağdamski çıxır. Əhməd Bədəlbəyov “Əhməd Ağdamski” təxəllüsü ilə 12 il səhnəyə qadın qiyafəsində çıxıb. O, qadın rollarını elə məharətlə ifa edirdi ki, tamaşadan sonra onu qadın bilib, çiçək göndərirdilər. XX əsrin əvvəllərində aktyorlar cahil, nadan insanlar tərəfindən təqib olunurdular. Qadın rolu oynayan kişi aktyorların vəziyyəti daha acınacaqlı idi. Onları “mütrüb” deyə ölümlə hədələyir, ictimai yerlərdə təhqir edirdilər. Odur ki teatr afişalarında Əhməd Ağdamskinin adı tanınmasın deyə “Miri” yazılırdı. Əhməd Ağdamski 1922-ci ilə kimi Üzeyir bəyin yazdığı bütün opera və operettalarda qadın rollarını ilk dəfə və böyük məharətlə yaradır. “Ər və arvad”da Minnət xanım, “Şeyx Sənan”da Xumar, “O olmasın, bu olsun”da Gülnaz xanım, “Rüstəm və Söhrab”da Təhminə, “Əsli və Kərəm”də Əsli, “Arşın mal alan”da Gülçöhrə, “Leyla və Harun”da Leyla və başqa rolları yaradır.


108

1908, 12 YANVAR “Şah bizik! Dövlətli, hökmdar bizik! Arvadlarını, bacılarını çadraya bürüyüb, bizə baxmağa gətirənlər yox. Onlar bizi saymır. Biz də onları saymırıq. Hər şey bir vaxt dəyişəcək. Biz öləcəyik, ancaq bizi xatırlayacaqlar. Bəs onları kim yada salacaq? Qadın rolu oynamaq böyük kişilikdir. Böyük kişilik!” Hüseyn Ərəblinski

1908-ci ildə səhnəyə qoyulan ilk tamaşanın rejissoru Hüseyn Ərəblinski idi. Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Tarixi sənədlər göstərir ki, o dayısı oğlu Əbdülxalıq tərəfidən qətlə yetirilib. Buna baxmayaraq, nə cinayətin üstü açılır, nə də günahkar cəzalandırılır. - Bəs paltarları hardan tapacaqsınız? - Bu işdə Sarabskinin yaxşı səriştəsi var. - Yox, yox, yox… Bağışlayacaqsınız. Bir dəfə evimizdən hansısa tamaşa üçün arvad paltarı gətirdim. Başıma bir oyun açdılar. Ehh. “Səhnədə adımızı batırdığın bəs deyil, indi də bizim pal-paltarımızı camaata göstərirsən?”… Canımı güclə qurtardım (gülürlər). Yox daha, keçməz. - Hüseyn, sən danış, bığlarını qırxdıranda başına nə oyun gəldi. - Nə olub ki? - Heç əşi. Bir dayım oğlu var – Xaliq. Hamıya car çəkib ki, axır-əvvəl öldürəcək məni. İndi ki, belədir, nə fərqi var – bığlı, ya bığsız? - Yaxşı, axı nəyə görə səni öldürmək istəyir? - Necə yəni? Səhnədə “oyun” çıxarıram. Ailəmin adını batırıram. - Pərvərdigara! Haçan canımız bu cür söhbətlərdən qurtaracaq? Haçan artistlərə hörmət etməyi öyrənəcəyik? - Həə, Zülfüqar bəy. Başqa yerlərdə artistlərə gül verirlər, hörmət eləyirlər. Bizimsə, qazancımız söyüş olur. - Hər şeyə dözmək olar. Yorğunluğa da, pulsuzluğa da. Təki bizi insan yerinə qoyaydılar. İnsan kimi rəftar edəydilər bizlə.

FORS MAGAZINE | project

TAMAŞANIN ILK DIRIJORU ƏBDÜRRƏHIM BƏY HAQVERDIYEV IDI. “Bilirsiniz də, Əbdürrəhim bəy. Bir dəfə biz bu Mirzə Muxtarla tamaşa oynayırıq. Bu, qadın rolunda çıxış edir. Yadımda deyil hansı rolu oynayır. Amma o yadımdadır ki, bığlarını, beləcə bax, dəsmalla bağlayıb. Başında da ləçək. Əynində də gen bir tuman. Təsəvvür edirsiniz də, tamaşanın ikinci şəkli gedir. Bu qızışıb oxuyur, oynayır. Elə qızışıb ki, dəsmal düşüb, bığları görünür, xəbəri yoxdur. İndi Hüseyn Ərəblinski səhnənin arxasından qışqırır: “Mirzə Muxtar, Mirzə Muxtar, dəsmal düşüb, dəsmal düşüb”. Day camaat ölüb gülməkdən. Bu da elə bilir ki, camaat bunun oyununa gülür… Sonra ləçək


109 də başından düşdü. Dazı göründü… Amma bu oynayır, oxuyur elə özüyçün. Biz də səhnənin arxasında gülməkdən qəşş eləmişik. Birdən bunun tumanı düşdü. Qıçları da görünür. Ərəblinskinin ürəyib gedib, yıxılıb yerə (qəhqəhəylə gülürlər)”. 1912-CI IL 16 yaşlı gənc bir qız pəncərənin qarşısında için-için ağlayır. Bu qız gələcəkdə ilk professional Azərbaycanın ilk professional qadın müğənnisi, opera ifaçısı və Azərbaycan SSR Ali Sovetinin deputatı olacaq Şövkət Məmmədovadır. Şövkət xanım Milanda Hacı Zeynalabidinin təqaüdü ilə musiqi təhsili alırdı. Təhsilin başa çatdırmamış birdən-birə qeyri-müəyyən səbəblərdən onun təqaüdü kəsilir. Təhsilini yarımçıq şəkildə qoyub Bakıya geri 1917-ci ildə tamaşaya qoyulan «Arşın mal alan» operettasının yaradıcı heyəti (sağdan sola): Telli (Yəhyə İsmayıl), Vəli (Rza qayıdan Şövkətin göz yaşlarının səbəbi də Səmədov), Cahan xala (Aslan Hacıyev), Sultan bəy (Əziz), bu idi. Günlərin bir günü Üzeyir bəy Şövkət Əsgər (Əli Məmmədov), Gülçöhrə (Ağaqulu Abdullayev), Süxanımın evində qonaq olur. Şövkət xanım leyman (Rzaqulu Abdullayev), Asya (Rəhim Rəhimov) bəstəkarla söhbəti zamanı əgər təhsilini bitirə bilməsə, özünü öldürəcəyini söyləyir. Üzeyir bəy Şövkət xanıma kömək etmək qərarına gəlir. Tamaşadan yığılan pulla isə təhsilini Milanda davam etdirsin. Bir az tərəddüd etsə də Şövkət xanım razılaşır. Tamaşa başlayır, daha sonra şərqdə ilk dəfə müsəlman qız səhnəyə çıxır. “Dəhşət! Prosto ujas! Müsəlmanka kişilərin qabağında oxuyur. Özü də lüt ətcə bala!” Həmin vaxtlar Osmanlı dövləti ilə İtaliya Birinci Dünya müharibəsində bir-birinə qarşı vuruşurdu. Tamaşada iştirak edən türk konsulu Şövkətin italyanca opera ifa etməsinə qəzəblənib teatrı tərk edir. “Gör nə günə qaldıq. Vay-vay. Adam buna baxanda istəyir, getsin evdə arvadını boşasın”. Teatr rəhbərliyi kassanı bağlayır. Bakı qoçuları teatra soxulurlar. Onlar Üzeyir bəyi və Şövkət xanımı öldürmək istəyirlər. “Biabırçılıq! Papağımızı yerə soxdu. Mütrib! Arsız!” Xoşbəxtlikdən, Şövkət xanım areyanı sona çatdırdıqdan sonra Üzeyir bəy və dostları onu teatrın arxa qapısından qaçırıb xilas edirlər. Şövkət Məmmədova 1927-1930-cu illərdə Milanda yarımçıq qalmış təhsilini tamamilə bitirir. Uzun müddət teatrda qadın rollarını kişi aktyorlar ifa edirlər. Buna baxmayaraq, Üzeyir Hacıbəyov öz opera və operettalarında məlahətli qadın obrazları yaratmağa davam edir. O, bilirdi ki, gec-tez qadın rollarını elə qadınların özü ifa edəcək…


110


111




FORS MAGAZINE | project

114


115

Qeyd: Faktlar yazılı mənbələrə əsaslanır. Məqalədə verilən dialoqlar 1981-ci ildə çəkilmiş “Üzeyir ömrü” filmindən götürülmüşdür. Çəkilişdə göstərdiyi dəstək və köməyə görə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad bəy Bədəlbəyliyə, həmçinin Akademiyanın Tədris işləri üzrə Birinci prorektoru Nərminə xanım Quliyevaya dərin təşəkkürümüzü bildiririk.


116

DədəBaba ilə müsahibə


117


118

Dədə kimdir, Baba kimdir? ƏLI: Dədə Orxandır, baba mən. Laçın da bizim balamız. ORXAN: Fərqi yoxdur. Mən dədə, Əli baba və ya əksinə.

Musiqidən imtina etsəydiniz, hansı sahədə yaradıcı olardınız? ƏLI: Yəqin ki, toxuyardım. Şərf toxuyardım. ORXAN: Yaxşı konsert təşkilatçısı olardım. Aşpaz da ola bilərdim. LAÇIN: Əkinçi olardım.

Musiqiçi kimi bir-birinizi əvəz edə bilərsiniz? ƏLI: Qəliz məsələdir. Mən 1-2 dəfə bas gitarada ifa etmişəm. Çətindir. ORXAN: Mən gitarada ifa edə bilərəm, hətta edirəm. Solo yox, ancaq ritmləri. Baraban heç. Mənim üçün meşədir.

Başqa hansı musiqi alətlərində ifa edə bilirsiniz? ORXAN: Harmonika ƏLI: Zərb alətləri

FORS MAGAZINE | culture

Təsəvvür edin ki, hansısa bir konsertdəsiniz. Musiqi qrupunun bir üzvü konsertdə iştirak edə bilmir. Sizdən həmin ifaçını əvəz etməyi istəyirlər. Hansı musiqi qrupunu xəyal etdiniz? ƏLI: Doors, ya da Red Hot Chili Peppers. ORXAN: Beatles. Paul McCartney. Amma o solaxaydır. Green Day də ola bilər. LAÇIN: King Crimson qrupu. Robert Frippin yerində olmaq istərdim.


119 ƏLI: Zərb alətləri

LAÇIN: Gitara

ORXAN: Vokal / Bas


120

REZA HAZARE

FORS MAGAZINE | culture

ilə müsahibə

Reza Hazare 2005ci ildə Tehran Universitetindən məzun olduqdan sonra təhsilini davam etdirmək üçün Azərbaycana gəlir. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. Əfqan qaçqın ailəsində dünyaya gələn Reza öz rəsmlərində teztez müharibədən sonra insan həyatı və qaçqın statusu kimi mövzulara toxunur. Onun əsərləri həyatın mənası, ənənəvi cəmiyyətdə böhran və miqrasiya məsələlərini özündə ehtiva edir.


121


122

Rəssam kimi öz ölkəndən uzaqda fərqli bir mədəniyyətdə yaşamaq və yaratmaq necə hissdir? Bakıda yaşamaq və təhsil almaq mənim üçün unikal bir təcrübə idi. İnsanlar, mədəniyyət, memarlıq və vizual incəsənət diqqətimi çox çəkmişdi.

Azərbaycana gəldikdən sonra dəst-xəttiniz necə dəyişib? Yerli tarixi rəsm əsərləri və Rəssamlıq Akademiyasında qədim metodlarla işlədiyimiz realizm üslubu mənim üçün olduqca maraqlı idi. Bütün bunlar mənim işlərimə təsirsiz qalmadı. Azərbaycanlı rəssamların ideyalarını kətana necə köçürdükləri ilə maraqlanır, öz tərzimi Bakıda öyrəndiyim yeni texnikalar ilə zənginləşdirirdim. Bu, mənim üçün əla təcrübə oldu.

Klassik və ya modern azərbaycanlı rəssamlardan kimin tərzini daha çox bəyənirsiniz?

FORS MAGAZINE | culture

Sevdiyim bir çox Azərbaycanlı rəssamlar var: Rasim Babayev, Qorxmaz Əfəndiyev, Toğrul Nərimanbəyov, Müseyib Əmirov.

Studiyanızda “onsuz yaşaya bilmərəm” dediyiniz nədir? Rənglər, kitablarım və musiqi.

2014-cü ildə Yay Qalereyasında təşkil olunan “Anesteziya” adlı sərginizdə diqqətimi ən çox çəkən məqam rəsmlərdəki qadın obrazları idi. İslam mədəniyyəti, qadın və rəssamlıq. Bu 3 elementi bir araya necə gətirirsiniz? Qadın obrazının rəsm əsərlərimdə böyük rolu var. Yay Qalereyasında təşkil olunan həmin sərgidə mən qaçqın həyatının müxtəlif cəhətlərini göstərmək istəyirdim. Həmin rəsmlərdə təzyiq altında əzilən, letargiya (hissizlik) vəziyyətində olan insanları təsvir etmişəm. Əfqan qadınlarının həyatı tarix boyu həmişə məşəqqətli olub və mən bunu öz əsərlərim vasitəsilə göstərmək istəyirəm.

Son olaraq, yaradıcılığınızla bağlı ən böyük arzunuz nədir? Bütün dünyada öz əsərlərimi nümayiş etdirmək, müharibə və sürgün qurbanlarının səsinə çevrilərək millətimin daha yaxşı yaşamasına, sülh və əmin-amanlığa töhfə verən güclü bir rəssam olmağı arzulayıram.


123


FORS MAGAZINE | culture

124


125


FORS MAGAZINE | stories

126


127

KAMİLƏ VƏLİYEVA ilə müsahibə

D

ilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı Kamilə Vəliyeva 1940-ci il yanvarın 9-da Bakıda anadan olub. Atası – Abdulla Vəliyev Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva 1971-81-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən mətnlərin avtomatik işlənməsi problemləri üzərində tətqiqat aparmışdır. Qədim yazılı abidələrin kompüterin köməyi ilə linqivistik təhlilinə dair bir sıra əsərlərin müəllifidir. Onun əsas elmi nailiyyətləri maşın tərcüməsi sisteminin hazırlanması, kompüter dilçiliyi, statistik leksikoqrafiya, tezlik lüğətləri, əks lüğətlər, abidələrin dilinin linqvostatistik tədqiqi və avtomatik lüğətlərin tərtibi ilə bağlıdır. Kamilə Vəliyeva 15 kitab və 120-ə qədər elmi məqalənin müəllifidir. Halhazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Kompüter dilçiliyi” şöbəsinin müdiri vəzifəsində çalışır.


128

FORS MAGAZINE | culture

NECƏ OLDU KI, TƏTBIQI DILÇILIK SAHƏSINI SEÇDINIZ? Qəribədir ki, gözümü açandan dilçilik elmi ilə əhatə olunsam da humanitar sahələrdən başqa bütün sahələrlə məşğul olmağı sevmişəm. Əvvəl kimya fakültəsinə müraciət elədim. Yüksək bal toplamağıma baxmayaraq, atam həmin universitetdə müəllim işlədiyi üçün ərizəmi qəbul etmədilər. Bu, mənim üçün zərbə idi. Sonra yenə ərizə verdim. Nəhayət, 1958ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul oldum. Elm praktiki ehtiyacdan yaranır. Elə işlər görməliyik ki, tətbiqi əhəmiyyəti olsun, sırf elm naminə olmasın. Riyaziyyat tətbiqi sahədir. Qarşıma məqsəd qoymuşdum ki, maşın tərcümə sistemi üzərində çalışacam. Bu sahə o vaxtlar ən maraqlı sahələrdən biri idi. Ona görə də riyazi dilçiliyi üstün tutub, 1964-cü ildə aspiranturaya daxil oldum. Azərbaycanda bu sahə üzrə mütəxəssis olmadığına görə məni Moskvaya göndərdilər. Orada rəhbərlərimdən biri fizik, digəri isə məşhur dilçi alim idi. Xoşbəxtlikdən, çox gözəl rəhbərlərim olub. Ancaq bütün ağırlıq öz üzərimə düşürdü. Ədəbiyyat qıtlığı var idi. Hər şeyi riyazi məsələ kimi özüm fikirləşməli idim. Elə yol fikirləşib tapmalı idin ki, maşın səni başa düşsün. Axı, maşının dili sıfır və birlərdən ibarətdir.

AZƏRBAYCANDA TƏTBIQI DILÇILIK SAHƏSININ HAZIRKI VƏZIYYƏTI SIZI QANE EDIRMI? Vaxtilə nə kompüterimiz vardı, nə də birlikdə işləyə biləcəyimiz proqramçı. Hər şeyi özümüz etməliydik. Bu da qeyri-mümkün idi. Bəzən adam ruhdan düşürdü. Gedirdik Kibernetika İnstitutuna, saatlarla növbəyə dayanırdıq ki, nə vaxt kompüterlərin qarşısı boşalacaq, biz də oturub işləyəcəyik. İndi gözəl proqram dilləri var. Onlara dərindən yiyələnmək lazımdır. Sevindirici haldır ki, 2008-ci ildən Bakı Dövlət Universitetində Kompüter Dilçiliyi fakültəsinə yenidən qəbul başlayıb. Bizim vaxtımızda bu fakültəyə qəbul elanı verilirdi, ancaq heç kəs gəlmirdi. Elmlərin qovşağında yarandığı üçün tələbələr tətbiqi dilçilik sahəsini qavramaqda çətinlik çəkirdilər. Bunun üçün dərin biliyə sahib olmalıydın, dilçilikdən əlavə həm riyaziyyatı, həm də psixologiyanı mükəmməl bilməliydin. Ona görə də bəzən gənclərdə qorxu hissi, çətinlik yaranırdı, beləcə daha asan yolu seçirdilər. Qrupda yetmiş beş nəfər tələbədən onu qız idi. Mən kişi həmkarlarımdan kompüterin idarə edilməsini öyrənirdim, onlar isə məndən dilçiliyin sirlərini. Bir yerdə maraqlı işlər ortaya qoyurduq. Bəzən təəccüblənirdilər ki, qadın belə bir çətin sahəni seçib. Halbuki, Moskva və Sankt-Peterburqda bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti məhz qadınlar idi.


129

MAŞIN TƏRCÜMƏ SISTEMI ILƏ MARAQLANAN GƏNCLƏRƏ NƏ TÖVSIYƏ EDƏRDINIZ? Maşın tərcüməsi sahəsində ən çətin məsələ semantikadır. Axı maşının dili yoxdur. Bədii tərcümədən isə heç danışmıram. Onu formallaşdırmaq olduqca çətindir. İnsan təfəkkürü və dünyagörüşünün duyduğu elə nüanslar var ki, maşın onları duya bilmir. Çünki emosiya və hisslərdən məhrumdur. Semantik incəlikləri duymaqdan məhrumdur. Mənim ən yaralı yerim semantikadır. Arzularım çoxdur. Şifahi nitqin tanınması, məsələn. Bunun üçün psixoloq, riyaziyyatçı, dilçi və proqramçılardan ibarət mütəxəssis komandası olmalıdır. Yaş özünü göstərir. Bu arzumu reallaşdırmağı gənclərə həvalə edirəm. Bunun üçün onlar həm dilçilik sahəsinin sirlərinə yiyələnməli, həm də riyazi biliyə sahib olmalıdırlar. Çoxlarını riyaziyyat qorxudur. Buna təəssüflənirəm. Riyaziyyat zəncirdir. Zəncir qırılarsa, o zaman ondan qorxmaq lazımdır. Fikrimcə, dilçilik sahəsi daha çətindir, nəinki riyaziyyat. Çünki riyaziyyatın qanunauyğunluqları var. Dildə də qanunauyğunluqlar var. Onu isə yalnız duymaq lazımdır. İnstuisiya!

ELMLƏ MƏŞĞUL OLMADIĞINIZ ZAMAN VAXTINIZI NƏYƏ HƏSR EDIRSINIZ?

Mütaliə etməyi çox sevirəm. Özü də kor-koranə yox. Ən çox ibrətamiz hekayələr oxuyuram. Viktor Hüqo sevimli yazıçımdır. Musiqi və ədəbiyyat kimi insanı dəyişdirən qüvvə yoxdur. Bethoven, List və Şopenin klassik simfoniyaları insanda incə duyğular oyadır. Musiqi təzadlıdır: insanı həm yüksəldə, həm də psixologiyasına mənfi təsir edə bilər.

BU QƏDƏR AĞIR IŞIN ÖHDƏSINDƏN GƏLMƏK SIZIN ÜÇÜN ÇƏTIN DEYILMI? Ailə mənim üçün hər şeydən vacib amildir. Kompüterin də biliyi var, hətta bizdən də artıq informasiyaya sahibdir. Ancaq onda insani keyfiyyətlər yoxdur. Əsas missiyam təmiz, saf insan yetişdirmək olub. Ailən olanda məsuliyyətin çoxalır. Planlı olanda isə çətin olmur. İşdən sonra Kibernetika İnstituna gedər, növbəyə dayanardıq. Evdə uşaqlar da olub, xəstəmiz də. Düşünürəm ki, hər şeydə məhəbbət olmalıdır. Xörək bişirməkdə də, işdə də, evdə də. Məhəbbətsiz iş heç nədir. Sevgi olan yerdə hər bir çətinliyə dözə bilərsən. Biri var çörək qazanmaq üçün işləyəsən: bu işi görüm, təki pulu alım, qoyum cibimə. Biri də var sevdiyin işlə məşğulsan. Bu zaman çətinliklər səni qorxutmur. Tətbiqi dilçilik doğrudan da çətin sahədir. Bəzən ailəm, dostlarım deyiblər bu işi at, sənin üçün çətin olacaq. Demişəm yox (gülür)…




132

TERE, TERE

FORS MAGAZINE | stories

Müəllif: Mədinə Cabarlı

T

allin məni təxminən dörd il əvvəl, avqustun 22-də, bizim dillə desək, yayın cırhacırında sərin və eyni zamanda güclü yağış ilə qarşıladı. Əslində, bu yağış mənə heç təəccüblü gəlmədi, çünki ölkənin hava şəraitini yaxşıca araşdırmış, yağışlı, qar və çovğunlu taleyimlə barışmışdım. Hava limanında məni mübadilə proqramı üzrə tyutorum təyin olunmuş Liina qarşıladı. Normalda hava limanında insanların birbirini axtarıb tapması müşkül məsələdir, lakin Tallin hava limanı hər şeyin rahat tapıldığı və dünyanın ən praktik aeroportu olduğu üçün Liina məni düz dediyim yerdə və saatda qarşıladı. Bu eston dəqiqliyi məni hədsiz dərəcədə sevindirmiş, eyni zamanda dəqiqlik məsələsində hələ də geridə olduğumuzu kəşf etdiyim üçün biraz da məyus etmişdi. Estoniyaya səfərim Erasmus Mundus proqramı ilə Tallin Universitetində bir illik akademik


TULEMAST!

mübadilə proqramına qəbul olmağım ilə başladı. Universitetə müraciət etməzdən əvvəl bir sıra ölkələri araşdırmışdım və düzünü desəm, Estoniya bir Azərbaycanlı olaraq mənə daha eqzotik bir variant kimi görünmüşdü. Günəşli cənub ölkəsi vətəndaşının çovğunlu şimal torpaqlarında sağ qalma hekayəsi məni dərhal özünə cəlb etmişdi. Ölkənin bizimlə müştərək sovet istilası taleyi yaşamasına baxmayaraq, 25 il ərzində Estoniyanın keçirdiyi təkamül, yəqin ki, heç bir keçmiş sovet ölkəsi ilə müqayisə oluna bilməz. Estoniya Avropa Birliyi və NATO-nun üzvüdür, Şengen ərazisinə daxildir və Baltikyanı ölkələr arasında ən güclü iqtisadiyyata malikdir. Əhalisinin 70%-i estonların, 24%-i isə rusların payına düşür. Bundan başqa, finlər, ukraynalılar və belaruslar da əhalinin müəyyən hissəsini təşkil edir.

133


134

ESTON FAKTLARI:

FORS MAGAZINE | stories

• Estoniya texnologiya ölkəsidir, Skype, Hotmail və Kazaa kimi platformaların vətəni sayılır. • Estoniya dünyada e-voting – onlayn seçki sistemini yaradan ilk ölkədir. • Ölkədə hər bir biznes onlayn təmsil olunur, yəni Estoniyada ziyarət etdiyiniz hər bir restoranın, kafenin mütləq saytı var. • Estoniya dünyada ən “dinsiz” ölkədir, belə ki, əhalisinin yalnız 14%-i özünü dindar hesab edir, din ölkədə çox da geniş yayılmamışdır. • Ölkədə 99,8%-i savadlılıq dərəcəsi var. • Ölkə ərazisinin 50%-i meşələrlə örtülüdür. • Eston dili fin dilinə çox yaxındır, onun müasir versiyasıdır. • Estoniya Avropanın əhalisi ən seyrək yayılmış ölkələrindəndir – cəmi 1,3 milyon əhalisi var. • Estoniya startuplar ölkəsidir və məncə artıq startupların sayını özləri belə itiriblər. • Estoniya adalar ölkəsidir, ölkədə ümumilikdə 2355 ada var. • Estoniya və Finlandiyanın milli himnləri eynidir.


135

Tallin Estoniyanın ən böyük şəhəri və rəsmi paytaxtıdır, lakin Estoniyanın yeganə paytaxtı deyil. Qəribə səslənsə də, bu paytaxtlar il boyunca dəyişir. Ölkənin Tallindən sonra ikinci böyük şəhəri Tartu Estoniyanın mədəniyyət paytaxtı sayılır. Dördüncü ən böyük şəhər sayılan Parnu isə ölkənin yay mövsümü paytaxtı hesab olunur. Təxminən 415 min nəfər əhalisi olan bu şəhərdə yaşamaq olduqca əlverişlidir. Düşünürəm ki, tələbə kimi Tallində yaşamaq çox sərfəlidir, çünki nəqliyyata çox vəsait sərf etmədən hər yana rahat çatmaq olur. Bundan başqa, Tallin Bakının saat 6-dan sonrakı xaoslu tıxaclarına yaddır. Yaşadığım bir il ərzində bir dəfə belə olsun tıxacda qalmadım və hər yana piyada getməyim sağlam həyat tərzi cəhdlərimə töhfə verdi. Şəhərin mərkəzi meydanı olan Vabaduse väljak – Azadlıq

meydanı ən məşhur abidələrdən olan Azadlıq müharibəsi qələbəsi sütununa ev sahibliyi edir. Belə ki, 2009-cu ildə tikilən bu sütun 1918-1920-ci illərdə sovet qüvvələrinə qarşı Azadlıq müharibəsində qazanılmış qələbəni təcəssüm edir. 1919-cu il, fevralın 24-də qazanılmış bu qələbə estonların qeyd etdiyi birinci Müstəqillik günü kimi qeyd olunur. Tallinin İçərişəhəri sayılan Old Town-a yaxın olması buranı turistlərin ən çox axışdığı məkana çevirir.


FORS MAGAZINE | stories

136

Vanalinn və ya Old Town (Qədim şəhər və ya İçərişəhər) Tallinin ən tarixi hissəsidir və Şimali Avropada ən yaxşı qorunub saxlanılmış orta əsrlər şəhəri hesab olunur. Şəhərin ən qədim hissəsi olan bu yer qotik memarlıq nümunələri, qədim yaşayış evləri və XIII əsrə aid qala divarlarının ahəngini bizim əsrə miras qoymağa nail olmuşdur. Salındığı andan etibarən çox az dəyişikliklərə məruz qalmış Old Town 1997-ci ildə UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmişdir. Çaydaşları ilə salınmış küçələr, saysızhesabsız orta əsr kilsələri və digər memarlıq abidələri ilə zəngin olan qədim şəhər sizi orta əsrlərə apararaq öz sehrinə qərq edəcəkdir. Kadriorg parkı şəhərin ən gəzib-görməli yerlərindəndir, burada yerləşən barokko tərzində tikilmiş Kadriorg sarayı XVIII əsrdə rus imperatoru I Pyotrun əmri ilə həyat yoldaşı Katerinanın şərəfinə tikilmişdir. Günümüzdə bu park müxtəlif muzeylərə ev sahibliyi edir. Estoniya Mədəniyyət Muzeyinin bir hissəsi, məşhur KUMU muzeyi və Mikkeli muzeyi burada yerləşir.

Estoniyada sadaladığım bir sıra muzeylərdə olmuşam, düzünü desəm, heç biri məndə Estoniya Açıq Hava Muzeyi kimi təəssürat yaratmayıb. Bu muzey çox geniş ərazini əhatə edir və muzeyə daxil olarkən özünü orta əsrlərə bilet almış kimi hiss edirsən. Muzey keçmişdə Estoniyanın müxtəlif bölgələrindəki kənd həyatını, mühitini və təbiətini ziyarətçilər üçün canlı ekspozisiyaya çevirir. Yel dəyirmanından tutmuş kənd məktəbinə qədər hər bir detalı düşünüb yaradan estonlar təbii ab-havanı qoruyub saxlamağa nail olmuşlar. Muzeyin evlərində oturub toxuyan və müxtəlif əl işləri sərgiləyən nənələr qədər təbii nə ola bilər axı? Muzey ən sakit yerdə – dəniz kənarında yerləşir. Buraya piknik etmək üçün gələnlərin sayı hədsiz çoxdur. Muzey hətta toy, hər hansı şənlik və ya ad günü keçirmək üçün də şərait yaradır.


137

Qeyd etdiyim kimi, Estoniya adalar ölkəsidir, ən böyük adası Baltik dənizində yerləşən Saaremaadır. Adanın paytaxtı 15000 sakini olan Kuressaare adlı şəhərdir. Bir çox eston şəhərləri kimi bu şəhər də çox sakit və türklərin dili ilə desək, huzurvericidir. Eston adalarını ziyarət edərkən qlamur otel rezerv etmək əvəzinə yerli sakinlərin kirayə verdikləri evlərdə də qala bilərsiniz. Adanı ziyarət edərkən xarici dostlarımla elə bu qərara gəldik. Ən çox xoşumuza gələn isə düz adanın mərkəzində yerləşən möhtəşəm Kuressaare qalası oldu. Bundan başqa, Vilsandi Milli parkı da möhtəşəm eston təbiətini bir daha bizə xatırlatdı.


FORS MAGAZINE | stories

138


139


FORS MAGAZINE | stories

140

R

ummu sualtında qalmış keçmiş əhəngdaşı karxanasıdır. Bu karxana 30-cu illərdə əhəngdaşının çıxarılması məqsədilə tikilmişdir. Əhəngdaşının çıxarılması 90-cı illərə qədər davam etmiş, lakin suyun çəkilməsi nəticəsində yeraltı sular səthə çıxmış və ətrafındakı bina və daş tikililəri su altında qoyub göl yaratmışdır. Bu yer fotoqraf və turistlərin sevimli məkanıdır, bir sıra idman tədbirləri də məhz burada keçirilir. Şəkildəki karxananın mənzərəsini görmək üçün 70 metrlik qum təpəni aşmalısınız. Bu mənzərəyə görə ondan da yüksəyini aşmağa hazır idim.


141


FORS MAGAZINE | stories

142

MİFLƏR VƏ STEREOTİPLƏR


143

G

üman edirəm ki, çoxumuz istər avropalı, istər də asiyalı qonşularımız haqqında stereotiplərlə tanışıq. İtalyanlar bizim kimidir, ispanlar parti etməyi çox sevir, ingilislər soyuqdur, almanlar dəqiqdir və s. Avropada estonlar haqqında ən geniş yayılmış stereotip onların astagəl olması ilə bağlıdır. Bəzi eston dostlarım var ki, danışanda asta danışırlar, amma bu həm də onların öz dilləri ilə əlaqəlidir, çünki öz dillərində yavaş danışan estonlar çoxdur. Eston dilinə qulaq asanda vikinqlərin gəlişini hiss edirsən.

Estoniya haqqında miflərdən biri də estonların Avropada ən çox alkoqol istehlak edən millət olmasıdır. Lakin estonlar bunu qəbul etmir, günahı finlərin üstünə atırlar. Finlandiyada spirtli içki baha olduğuna görə finlər bərəyə minib 2 saata Tallinə çatır və burada alış-veriş edirlər. Yazıq estonlar da deyir ki, bəs bu qədər spirtli içki istehlakının məsuliyyətini ancaq biz daşımırıq. Bunun da mühakiməsini etmək bizə düşsün məncə. Estonlar ona görə mənim xoşuma gəlir ki, onlar hər şeyin yerini bilirlər. Dəqiqdirlər, həm də ciddilik və yumorun harda işləyib-işləmədiyini çox gözəl başa düşürlər. Estonlar öz keşməkeşli ölkə tarixi və milləti ilə qürur duyur və lazımi töhfə verməyə çalışırlar. Eston gənclərinin 95%-i ingilis dilində sərbəst danışır. Burada ingilis dilində danışmayan çox az adam tapılar. Bundan əlavə, ölkədə rus icması aktiv olduğu üçün bəzi hallarda rus dilində də ünsiyyət qura biləcəyiniz insanlar tapa bilərsiniz. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır!


144

QAMARCOBA

FORS MAGAZINE | stories

Müəllif: İlkin Yusif


145

K

ürün üstündə yerləşən Tiflis qədim və eyni zamanda müasir şəhər təsiri bağışlayır. Hostellər, restoranlar və yaşıl ağaclarla zəngindir. Şəhər öz qədimliyini qoruyub saxlayıb. Şəhər əhalisi sadə və zövqlü geyinir. Gürcülərin yaradıcı ruha sahib olduqları hiss olunur, lakin avtomobili çox sürətli və səliqəsiz idarə edirlər. Şəhərin mərkəzinə Azadlıq meydanı (Liberty Square) metrosu ilə gedə bilərsiniz. Metrodan az məsafədə eyni adlı meydan yerləşir. Çox tanındığı üçün birisi ilə görüş təyin edəcəksinizsə, bura ən optimal yerdir. Azadlıq meydanından gəzə-gəzə Tiflisin ən məhşur küçəsi olan Şarden küçəsinə çatacaqsınız. Şarden küçəsi gecə daha maraqlı olur. Burada bahalı restoranlar, gecə klubları və s. əyləncə məkanları yerləşir. Şarden küçəsinin sonunda körpünü keçib Avropa meydanı yaxınlığından kanata minib şəhərin ən qədim məkanı olan Narıkalaya qalxa bilərsiniz.


146

N

FORS MAGAZINE | stories

arıkala (Narınqala və ya İsgəndər qalası) - hündürdə olduğu üçün bütün şəhəri Narıkaladan daha yaxşı görmək olar. Bir tərəfdə Kürün sahilində yerləşən şəhərin əsas hissəsini, digər tərəfdə isə Tiflis Botanika bağını görə bilərsiniz. Narıkalanın ətəyində işləməli taxta eyvanı olan qədim evlərin əksəriyyəti hostel və restoran kimi turistlərin xidmətindədir. Siz ora kanatla və ya piyada qalxa bilərsiniz. Narıkalaya qalxmışkən Kartlis Deda (Gürcüstanın anası) heykəlinə də baxa bilərsiniz. Hündürdə olduğu üçün heykəl şəhərin bir çox yerindən görünür. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.


147


FORS MAGAZINE | stories

148


149

çurçxela

Gürcüstan deyəndə ağlımıza xaçapuri, şərab, xəngəl, çaça, sulquni pendiri və s. gəlir. Küçədə ən çox qarşınıza çıxan şirniyyat “çurçxela” olacaq. Bu söz gürcü dilində çox maraqlı səslənir. Şəkidən gələnlərdən paxlava istəyənlər Gürcüstandan gələnlərdən çurçxela istəməlidir. Qiyməti 3 laridən başlayır. Bizim bəzi regionlarımızda bu qozlu sucuq adı ilə hazırlansa da Gürcüstanda daha məşhurdur.


FORS MAGAZINE | stories

150


151

Dincəlmək, qalmaq, əylənmək üçün ən yaxşı yer Marcanaşvili metrosu yaxınlığında, Ninoşvili küçəsində yerləşən Fabrika hostelidir. Köhnə fabrikanın rekonstruksiya olunmuş variantıdır, hostel kimi fəaliyyət göstərir. Hostelin birinci mərtəbəsində hamının istifadə edə biləcəyi kafe fəaliyyət göstərir. Fabrikanın yuxarı mərtəbələrində hostel otaqları yerləşir. Həyətində isə bərbərxana, kafe, bar, əl işləri dükanları və s. müxtəlif iaşə obyektləri var. Burada turistlərlə yanaşı Gürcüstanın ən cool gəncləri ilə də tanış ola bilərsiniz. Fabrikadan çıxıb metro istiqamətində David Aqmaşenebeli küçəsi ilə piyada “Suxoy most” (Dry Bridge) adı ilə tanınan, köhnə əşyaların satıldığı bazara gedə bilərsiniz. Bazara mütləq səhər saatlarında gedin. Buradan siz sovet dövrünə aid müxtəlif əşyalar, köhnə fotoaparatlar, qab-qacaq, zinət əşyaları və s. müxtəlif köhnə əşyalar ala bilərsiniz. Qiymətlər 1 laridən başlayır. Körpünün altında isə gürcü rəssamları öz maraqlı əsərlərini satırlar. Əsərləri almağa gücünüz çatmasa, üzərində həmin əsərlər təsvir olunmuş maqnitləri ala bilərsiniz. Həmçinin həmin ərazidə müxtəlif toxunma əl işlərini də əldə edə bilərsiniz. Siz bu köhnə əşyalar satılan bazara Marcanaşvili metrosundan piyada gedə bilərsiniz. Əgər yaradıcısınızsa, Tiflisə səyahət istirahətiniz və ilham almağınız üçün əla seçim ola bilər.


FORS MAGAZINE | stories

152

Merhaba Müəllif: İlkin Yusif


153

Türkiyənin ən məşhur küçəsi Taksimdir. Burada siz qarğıdalı, şabalıd, simit satan qırmızı arabalara, zəngli qırmızı tramvaylara, eyni ritmli zəngi olan şou göstərərək maraş dondurması satanlara, brend mağazalara, küçə musiqiçilərinə rast gələ bilərsiniz.


154


155 Küçədə limon sıxılmış midyeləri tez bir şəkildə hazır hala gətirib dayanmadan danışan satıcıları, Eminönündəki balıq-çörək satan satıcıların səsi əvəz edir.



Yerəbatan Sarnıcı Bizans vaxtında tikilən böyük yeraltı su anbarıdır. Yerdəki suda balıqlar üzür. Tavandan damcılayan sular yerə töküldükcə maraqlı səslər yaranır. Yüksək sütunları olan bu böyük su anbarında özünüzü fantastik filmlərdəki kimi hiss edəcəksiniz.


FORS MAGAZINE | stories

158


159

Türkiyədə adalara dəniz səyahətini qaçırmayın. Səyahət zamanı gəmidə içdiyiniz çay sizə daha dadlı gələcək. Türklər çayxor kimi tanınsalar da, fikrimcə, biz daha çox çay içirik.


İllustrasiya: Nuranə Tahirova

Boho Tea Room

Həzi Aslanov küçəsi



FORS MAGAZINE BAKI 2018


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.