2014
MÜNDƏRİCAT Sədrin müraciəti .................................................................................................................... 1 Gənclər siyasətinə dəstək, Azad Rəhimov................................................................... 2 Gənclərin əməkdaşlığı, Yohanna Niman ...................................................................... 3 ARGTMŞ bir liderlik məktəbidir, Ahmad Alhendawi ................................................ 4 Haqqımızda ............................................................................................................................. 5 Struktur ..................................................................................................................................... 6 Strategiya ................................................................................................................................. 7 Üzvlük ........................................................................................................................................ 8 Üzvlər üçün imkanlar ........................................................................................................... 9 Beynəlxalq Əlaqələr ............................................................................................................. 10 Fəaliyyət ................................................................................................................................... 11 Gənclərin əməkdaşlığı ......................................................................................................... 12 Gənclər siyasətinə dəstək .................................................................................................. 13 Gənclər təşkilatları institutunun gücləndirilməsi ...................................................... 14 İctimaiyyətlə əlaqələr .......................................................................................................... 15 Baş Katibin hesabatı ............................................................................................................ 16 Məclis sədrinin hesabatı ..................................................................................................... 17 MNTK sədrinin hesabatı .................................................................................................... 18 2015 üzrə prioritetlər .......................................................................................................... 19 Tərəfdaşlarımız ..................................................................................................................... 20 Əlaqə ........................................................................................................................................ 21
00
GƏNCLƏR SİYASƏTİNƏ DƏSTƏK
“ARGTMŞ GƏNCLƏR SİYASƏTI SAHƏSINDƏ LIDERLIK MƏKTƏBIDIR." Bugün, Azərbaycan gəncliyi uğuru təmsil edir. Onlar ayrıayrılıqda müxtəlif və rəngarəng, birlikdə güclü və əzmlidirlər. Onlar milli dəyərlər ətrafında birləşir, Azərbaycan dövlətinə inanır və inkişaf edirlər. Əlbəttə, bu “böyük şəkil” Azərbaycanın parlaq gələcəyini vədd edir. Bu “böyük şəkil”-i, hərkəsdən əvvəl, hələ illər əvvəl Azərbaycan xalqının Ulu Öndəri, uzaqgörən siyasətçi Heydər Əliyev görmüşdü. Onun əvəzsiz töhvələri ilə əsası qoyulan Azərbaycan Gənclər Siyasəti, Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin diqqəti və bu sahədə fəaliyyəti ilə inkişaf etmiş və Azərbaycan gəncliyinin bugünki “uğur hekayəsi”nə zəmin yaratmışdır. Çox xoşdur ki, bu zəmin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Gənclər Siyasətinin icrasında səlahiyyətli qurumlardan biridir. Nazirlik Azərbaycan gəncliyinin inkişafı naminə dövlət qurumları, biznes qurumlar və xüsusilə, də gənclərlə sıx işləyən gənclər təşkilatlarından olan tərəfdaşları ilə həmrəy şəkildə fəaliyyət göstərir. Nazirliyin tərəfdaşı olan Azərbaycanın ən böyük gənclər platforması Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkənin gənclər sektorunda xüsusi rola, çəkiyə malikdir. Fəaliyyət göstərdiyi 20 il ərzində təşkilat Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik vətənpərvər gənclərin yetişdirilməsində yaxından iştirak etmiş, onların beynəlxalq tədbir və proqramlarda, eləcə də dünyanın mühüm gənclər platformalarının qərarlarının qəbul olunmasında iştirakını təmin etmişdir. Vaxtilə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sıralarında fəaliyyət göstərən gənclər arasından bugün, Azərbaycanın bir çox dövlət orqanları, yerli və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən, Azərbaycanın maraqlarını beynəlxalq aləmdə təmsil edən liderlər yetişmişdir. Və bu gün, rahatlıqlıa demək mümkündür ki, təşkilat gənclər siyasəti sahəsində bir liderlik məktəbidir. Təşkilatın 2014-cü il üzrə fəaliyyətinə nəzər saldıqda, bu istiqamətdə müsbət nəticələrin və strateji irəliləyişlərin əldə olunmasını görmək mümkündür. İnanıram ki, növbəti ildə də təşkilat uğurlu fəaliyyətini davam etdirəcək və digər təşkilatlar üçün bir nümunə olacaq.
Azad Rəhimov Azərbaycan Respublikası Gənclərvə İdman Naziri
00
GƏNCLƏRİN ƏMƏKDAŞLIĞI
"ARGTMŞ BEYNƏLXALQ LİDERLİK PLATFORMASIDIR." Avropa ilə əməkdaşlıq bizim üçün .... deyil, bizim daim çalışdığımız bir şeydir. Avropa əməkdaşlığı elə bir şeydir ki, biz hər birimiz bu fəaliyyətin davamlı olması və inkişafına çalışmalıyıq. Bu günlərdə tez-tez səsləndirilən sual olur ki, nə üçün bu bizə lazımdır? Mənim fikrimcə, bu çox sadədir. Daha güclü olmaq, sülhü möhkəmləndirmək və ortaq dəyərlərin yayılması üçün bizə daha çox Avropa əməkdaşlığı lazımdır. Avropa Gənclər Forumu Avropanın hər tərəfindən 99 gənclər təşkilatını birləşdirən bir çətir platformadır. Biz bütün avropalı gənclərin xeyri və onların hüquqları üçün çalışırıq. Avropa Gənclər Forumunun üzvləri həm beynəlxalq təşkilatlar, həm də Gənclər Milli Şuralarıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumununa daxil olan Gənclər Milli Şuralarından biridir. Bizim Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə üzünmüddətli əməkdaşlıq əlaqələrimiz mövcuddur və biz bu əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq. Bugün Avropada gənclərin vəziyyəti elə də ürəkaçan deyil. Gənclər arasında işsizliyin və marginallaşmanın səviyyəsi günbəgün artmaqdadır. Xeyli sayda gənc insan gənclərin cəmiyyətin həyatında aktiv inkişafı imkanlarından məhrum edilirlər. Bu məsələlər Avropa Gənclər Forumunun daha çox diqqət yetirməli olduğu məsələlərdir. Mən bilirəm ki, Avropada gənclər həmrəy olduqda, güclü olurlar. Avropa Gənclər Forumunun bu məsələlərə dair Avropa İttifaqı, BMT və Avropa Şurası ilə iş aparması üçün xeyli sayda kanalları mövcuddur. Avropa Şurası bütün Avropa ölkələrini öz ətrafında birləşdirdiyi və gənclərin bu qurumda fəaliyyəti üçün müvafiq struktura malik olduğundan, xüsusi əhəmiyyətə malikdir. Avropa Şurasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının da daxil olduğu 30 nümayəndədən ibarət Gənclər üzrə Məşvərət Şurası fəaliyyət göstərir. Məşvərət Şurasının funksiyası gənclərə dair məsələlər üzrə fikir mübadiləsinin təşkilidir. Bu orqan gənclərin fəaliyyətə cəlb edilməsi üçün milli və regional səviyyədə fəaliyyət imkanlarına malikdir. Əməkdaşlıqda ən əsas məsələ müxtəlif reallıqlara açıq olmaq və qarşılıqlı dinləmə bacarığıdır. Mən Avropaya daha çox həmrəylik və az qərəz arzulayıram. Avropa bizə yad bir şey deyil, biz hamımız Avropayıq, Birlikdə!
Ahmad Alhendawi BMT-nin Baş Katibinin Gənclər üzrə Nümayəndəsi
00
GƏNCLƏR TƏŞKİLATLARI İNSTİTUTUNUN GÜCLƏNDİRİLMƏSİ "ARGTMŞ GƏNCLƏR SİYASƏTI SAHƏSINDƏ LIDERLIK MƏKTƏBİDİR." Avropa ilə əməkdaşlıq bizim üçün .... deyil, bizim daim çalışdığımız bir şeydir. Avropa əməkdaşlığı elə bir şeydir ki, biz hər birimiz bu fəaliyyətin davamlı olması və inkişafına çalışmalıyıq. Bu günlərdə tez-tez səsləndirilən sual olur ki, nə üçün bu bizə lazımdır? Mənim fikrimcə, bu çox sadədir. Daha güclü olmaq, sülhü möhkəmləndirmək və ortaq dəyərlərin yayılması üçün bizə daha çox Avropa əməkdaşlığı lazımdır. Avropa Gənclər Forumu Avropanın hər tərəfindən 99 gənclər təşkilatını birləşdirən bir çətir platformadır. Biz bütün avropalı gənclərin xeyri və onların hüquqları üçün çalışırıq. Avropa Gənclər Forumunun üzvləri həm beynəlxalq təşkilatlar, həm də Gənclər Milli Şuralarıdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumununa daxil olan Gənclər Milli Şuralarından biridir. Bizim Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə üzünmüddətli əməkdaşlıq əlaqələrimiz mövcuddur və biz bu əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq. Bugün Avropada gənclərin vəziyyəti elə də ürəkaçan deyil. Gənclər arasında işsizliyin və marginallaşmanın səviyyəsi günbəgün artmaqdadır. Xeyli sayda gənc insan gənclərin cəmiyyətin həyatında aktiv inkişafı imkanlarından məhrum edilirlər. Bu məsələlər Avropa Gənclər Forumunun daha çox diqqət yetirməli olduğu məsələlərdir. Mən bilirəm ki, Avropada gənclər həmrəy olduqda, güclü olurlar. Avropa Gənclər Forumunun bu məsələlərə dair Avropa İttifaqı, BMT və Avropa Şurası ilə iş aparması üçün xeyli sayda kanalları mövcuddur. Avropa Şurası bütün Avropa ölkələrini öz ətrafında birləşdirdiyi və gənclərin bu qurumda fəaliyyəti üçün müvafiq struktura malik olduğundan, xüsusi əhəmiyyətə malikdir. Avropa Şurasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının da daxil olduğu 30 nümayəndədən ibarət Gənclər üzrə Məşvərət Şurası fəaliyyət göstərir. Məşvərət Şurasının funksiyası gənclərə dair məsələlər üzrə fikir mübadiləsinin təşkilidir. Bu orqan gənclərin fəaliyyətə cəlb edilməsi üçün milli və regional səviyyədə fəaliyyət imkanlarına malikdir. Əməkdaşlıqda ən əsas məsələ müxtəlif reallıqlara açıq olmaq və qarşılıqlı dinləmə bacarığıdır. Mən Avropaya daha çox həmrəylik və az qərəz arzulayıram. Avropa bizə yad bir şey deyil, biz hamımız Avropayıq, Birlikdə!
Johanna Nyman Avropa Gənclər Forumunun Prezidenti
00
SƏDRİN MÜRACİƏTİ
“İNKİŞAF QƏFİL BAŞ VERMİR, BU TƏDRİCƏN BAŞ VERƏN BİR PROSSESDİR." Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin "Sia" İnformasiya Agentliyinə açıqlaması: "Bu gün Azərbaycan gənclər siyasəti dünyada uğurlu təcrübə kimi qəbul olunur. Əlbəttə, bu ifadə son illərdə Azərbaycan Respublikasının gənclər sahəsində əldə etdiyi uğurlarda öz təsdiqini tapır. Tədricən Azərbaycan gənclərinin və gənclər təşkilatlarının beynəlxalq gənclər platformalarının idarəetmə prossesində iştirakı artır və bu da Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə təmsil olunmasına imkan yaradır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan gənclər siyasəti Azərbaycanda bütün sahələri əhatə edən silsilə islahatların bir istiqamətidir. Bu siyasət dövlət qurumları, gənclər təşkilatları və biznes qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilən kompleks tədbirləri əhatə edir. İnkişaf qəfil baş vermir, bu tədricən baş verən bir prossesdir. Azərbaycan gənclər siyasəti də Azərbaycanda gənc nəsilin inkişafına zəmin yaradır və kompleks təsir göstərir. Bu da gənclərlə bağlı bir və ya bir neçə sahənin inkişafının digər sahələrin də inkişafına təkan verməsi ilə nəticələnir. Sözsüz ki, Azərbaycan gəncliyinin dayanıqlı inkişaf tempi, gənclərlə bağlı dövlət strategiyası və uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti Azərbaycan gəncliyinin kompleks inkişafını və uğurlarını vəd edir."
Şahin K. Seyid-zadə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
00
HAQQIMIZDA Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Təşkilat Azərbaycan gənclərinin yeganə konfederativ sturukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Fəaliyyətinin bütün mərhələlərində ARGTMŞ üzvləri, dövlət, biznes və beynəlxalq strukturlardan olan tərəfdaşlar ilə bir sıra əlamətdar proqram və layihələr həyata keçirmiş, Azərbaycan Gənclər Siyasətinin həyata keçirilməsində xüsusi yerə sahib olmuşdur. Fəaliyyət göstərdiyi illər ərzində təşkilat Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik vətənpərvər gənclərin yetişdirilməsində yaxından iştirak etmiş, onların beynəlxalq tədbir, proqramlarda, eləcə də dünyanın mühüm gənclər platformalarının qərarlarının qəbul olunmasında iştirakını təmin etmiş və bu platformaların əlamətdar tədbirlərinin Azərbaycanda keçirilməsinə nail olmuşdur. Bu gün təşkilat Avropa, Asiya, Afrika, Avstraliya, Amerika qitələrinin aparıcı gənclər platformaları ilə əməkdaşlıq edən, 112 gənclər təşkilatı, 100 minlərlə gənci birləşdirən ölkənin ən böyük gənclər platformasıdır.
Missiya Vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılması.
Məqsəd ARGTMŞ öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. Milli Şura öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.
00
BEYNƏLXALQ ŞƏBƏKƏ AVROPA GƏNCLƏR FORUMU Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
BMT-NIN İQTİSADİ VƏ SOSİAL ŞURASI Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
DÜNYA TÜRK GƏNCLƏRİ BİRLİYİ Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
DÜNYA AZƏRBAYCANLI GƏNCLƏR BİRLİYİ Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
“BÖYÜK İPƏK YOLU” BEYNƏLXALQ GƏNCLƏR TƏŞKİLATI Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
DÜNYA GƏNCLƏR ASSAMBLEYASI Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
PAN-AFRİKA GƏNCLƏR BİRLİYİ Avropa Gənclər Forumu 1996-cı ildə təsis olunub və bugün Avropanın 40 ölkəsinin 38 Gənclər Milli Şuraları və 61 beynəlxalq QHT-ni birləşdirirərək Avropa ölkələrinin 10 milyon gəncinin maraqlarını əks etdirir. Təşkilatın əsas məqsədi gənclərin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının təmin
00
STRUKTUR Qurultay - ARGTMŞ-nın Ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı
Məclis - Qurultaylar arası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 3 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir.
Qurultay MNTK
Məclis
İdarə heyəti
Sədr
MNTK-nın sədri
Sədr Müavinləri Baş Katib
Katiblik
Büro
MNTK - Qurultayda seçilir və 5 nəfərdən ibarətdir. MNTK-nın işi onun ilk iclasında seçilmiş Sədr tərəfindən təşkil edilir. Əsas vəzifəsi Nizamnamayə əməl olunmasına nəzarət etməsidir.
İdarə heyəti - ARGTMŞ - a üzv təşkilatları təmsil edən 7 nümayəndədən ibarətdir. ARGTMŞ-nın üzv təşkilatları idarə heyəti üzvlüyünə namizədlərini irəli sürür. Qurultay zamanı idarə heyətinin üzvləri üzv təşkilatlar tərəfindən sadə səs çoxluğu ilə seçilir.
Büro - ARGTMŞ-ın cari icra-qərarverici orqanıdır, Məclis tərəfindən qəbul olunmuş proqram və qərarların həyata keçirilməsi üçün məsuldur. Büro ARGTMŞ Sədri, sədr müavinləri, Baş Katib, eləcə də idarə heyətindən və müşahidəçi statusu ilə MNTK sədrindən ibarətdir.
Katiblik - ARGTMŞ-ın cari icra orqanıdır və rəhbərlik Baş Katibə məxsusdur. Katiblik Məclisin, Büro və Baş Katibin qərarlarını, tapşırıqlarını h ə y a t a ke ç i r i r, i ş ç i s t r u kt u r l a r ı n ı n i ş i n i əlaqələndirir, müxtəlif sahələr üzrə ARGTMŞ-ın cari fəaliyyətini istiqamətləndirir.
00
KOMANDAMIZ
BÜRO Şahin Seyidzadə
Ramiz Əliyev
MirHəsən Seyidov
Sədr
Sədr müavini
Sədr müavini
Seymur Hüseynov
Rəşxan Qaraşlı
Leyla Kərimova
Baş katib
Məclis sədri
MNTK-nın sədri
Ləman Ağalarova
Bəxtimşah Tağıyeva
Turqay Həsənəliyev
MNTK Katibi
MNTK üzvü
MNTK üzvü
Zaur Seyid-zadə
Abdulbəyli Elvin
Fidan Kərimli
MNTK üzvü
İdarə heyətinin üzvü
İdarə heyətinin üzvü
Gülnarə Bağırova
Mikayıl Həsənli
Sevinc İskəndərova
İdarə heyətinin üzvü
İdarə heyətinin üzvü
İdarə heyətinin üzvü
Zəhra Xəlilova
Ziya Ağayev
İdarə heyətinin üzvü
İdarə heyətinin üzvü
KATİBLİK Pərvin Piriyev
Ülkər Qurbanova
Sevinc Ağayeva
İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri
Üzv Təşkilatlarla iş üzrə Departamentinin rəhbəri
Mühasib
Canoğlan İlyasov Mehman Hüseynov
Aynur Mehdiyeva
Maliyyə Assistenti
Gənclər evinin koordinatoru
Adminstrativ işlər üzrə Katibliyin işçisi
Hüsniyyə Qafarova
İsfəndiyar Əmrahov
Leyla İsrəfilova
Könüllülərlə iş üzrə Katibliyin işçisi
İnformasiya texnologiyaları üzrə Katibliyin işçisi
Beynəlxalq əlaqələr üzrə Katibliyin işçisi
Faiq Əmirəliyev
Nərmin Hümmətova
Nigar İbrahimova
Samir Məmmədov
Elşən Məmmədli
Aysel Abdullazadə
Xədicə Damadayeva İctimaiyyətlə Əlaqələr üzrə Katibliyin işçisi
LAYİHƏ KOMANDASI
Sona Əlizadə
00
ÜZVLƏR ÜÇÜN İMKANLAR
KOMMUNİKASİYA DƏSTƏYİ SMS - Bu xidmət üzv təşkilatların məlumatlarının daha tez və vahid bazadan bütün digər üzv təşkilatlara
E-mail - bu xidmət üzv təşkilatlarla əlaqədar məlumatların əlaqədar qurumlara və ya digər üzv təşkilatlara göndərilməsinə imkan yaradır.
PR DƏSTƏYİ Sosial şəbəkələrdə PR - Bu xidmət üzv təşkilatların məlumatlarının daha tez və vahid bazadan bütün digər üzv
Mətbuat dəstəyi - bu xidmət üzv təşkilatlarla əlaqədar məlumatların əlaqədar qurumlara və ya digər üzv təşkilatlara göndərilməsinə imkan yaradır.
WWW.NAYORA.AZ ONLAYN PLATFORMADAN İSTİFADƏ Fərdi admin panel - Bu xidmət üzv təşkilatların məlumatlarının daha tez və vahid bazadan bütün digər üzv
Fərdi admin panel - Bu xidmət üzv təşkilatların məlumatlarının daha tez və vahid bazadan bütün digər üzv
ƏLAVƏ İMKANLAR Təşkilati dəstək - Bu xidmət üzv təşkilatların məlumatlarının daha tez və vahid bazadan bütün digər üzv
00
Təşkilati və tərəfdaşlıq dəstəyi - Bu xidmət üzv təşkilatların məlumatlarının daha tez və vahid bazadan bütün digər üzv
ÜZVLƏR
BAKI
“Kainat” Gənclik Mərkəzi
00
BEYNƏLXALQ ƏLAQƏLƏR
- 2014-cü ildə səfər olunmuş ölkələr - İki tərəfli əməkdaşlığın mövcud olduğu ölkələr
- Avropa Şurasının gənclər proqramları vasitəsi ilə əməkdaşlıq - Avropa Gənclər Forumu vasitəsi ilə əməkdaşlıq - Dünya Gənclər Assambleyası vasitəsi ilə əməkdaşlıq - Pan Afrika Gənclər Birliyi vasitəsi ilə əməkdaşlıq - BMT-nin Gənclər proqramları vasitəsi ilə əməkdaşlıq
00
Luksemburq Almaniya Avstriya Belarusiya Belçika Bolqarıstan B.Britaniya Çexiya Danimarka Estoniya Finlandiya Fransa Gürcüstan Hollandiya İrlandiya İslandiya İspaniya İsveç İsveçrə İtaliya Kipr Latviya Litva Malta
00
STRATEGİYA
Gənclərin əməkdaşlığı Gənclər siyasətinə dəstək Gənclər təşkilatlarının inkişafı
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (G-Gənclər) strategiyasını qəbul edib.
00
3G-GƏNCLƏRİN ƏMƏKDAŞLIĞI
BEYNƏLXALQ TƏŞKİLATLARIN AZƏRBAYCANA SƏFƏRİ ARGTMŞ tərəfindən Avropa Gənclər Forumunun üzvü olan Beynəlxalq Təşkilatların və Avropa ölkələrinin Milli Şuralarının Azərbaycana səfəri təşkil olunub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanından Gənclər Fondunun dəstəyi ilə keçirilən səfər Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları və Azərbaycanın gənclər təşkilatları arasında və həmçinin Avropa ölkələrinin Milli Şuraları ilə ARGTMŞ arasında əlaqələri genişləndirmək, üzv təşkilatların beynəlxalq gənclər təşkilatları vasitəsi ilə beynəlxalq arenada Azərbaycanı təmsilini gücləndirilməsi məqsədi ilə təşkil olunub. Səfər çərçivəsində yerli dövlət orqanları, gənclər təşkilatları və qonaqlar arasında bir sıra görüşlər təşkil olunub. Görüşlərdə qonaqlara Azərbaycanda gənclər siyasəti, və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında geniş məlumat verilib.
“SÜLHƏ GEDƏN YOLLAR” BEYNƏLXALQ TƏLİM KURSU ARGTMŞ tərəfindən Avropa Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sülhə gedən yollar" layihəsi təşkil olunub. Layihə gənclərin sülh quruculuğunda və konfliktlərin həllində vasitəçiliyini təmin etmək məqsədi ilə təşkil olunub. Layihədə Azərbaycan, Moldova, Gürcüstan, Belarusiya, Ukrayna, Türkiyə, İspaniya, Almaniya, Polşa və Bolqarıstanı təmsil edən 30 nümayəndə iştirak edib. Layihə ərzində beynəlxalq təlimçilər tərəfindən müxtəlif ölkələrdən olan gənclərə qeyriformal təhsil metodları ilə sülh quruculuğu və konfliktlərin həlli mövzusunda təlimlər, qrup işləri keçirilib və layihə çərçivəsində müxtəlif ölkələrdən olan iştirakçılara Azərbaycan mədəniyyəti, adət-ənənələri və tarixi abidələri haqqında məlumat verilib.
00
3G-GƏNCLƏRİN ...
“QƏRBDƏN - ŞƏRQƏ NİFRƏT NİTQİNƏ YOX” REGİONAL FORUMU ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi “Qərbdən – Şərqə Nifrət Nitqinə Yox” Regional Kampaniyası iştirakçılarının Azərbaycanda görüşü təşkil olunub. Tədbirin məqsədi ARGTMŞ-nın rəhbərliyi ilə Şərqi Avropa regionuna daxil olan ölkələrin Milli Şuraları və “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının koordinatorlarının arasında əməkdaşlığın qurulması və gücləndirilməsi, bu region üzrə kampaniyanın fəaliyyət planında nəzərdə tutulan tədbirlərin koordinasiya olunmasıdır. Tədbirdə Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya və Moldovanın gənclərlə bağlı fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, kampaniyanın milli səviyyədə koordinatorları və Milli Şuralarının rəsmiləri iştirak ediblər. Tədbir zamanı işçi qruplar təşkil olunub və 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə və Şəmkir şəhərlərinə səfəri baş
“SÜLH ÜÇÜN GƏNCLƏRİN MUSİQİSİ” KAMPANİYASI 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibəti ilə ARGTMŞ və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, “Park Bulvar” AVM-in dəstəyi ilə “Sülh Üçün Gənclərin Musiqisi” adlı kampaniya həyata keçirilib. Tədbir ARGTMŞ-nın Avropa Şurası ilə birgə təşkil etdiyi “Nifrət Nitqinə Yox Hərəkatı”-na dəstək olaraq keçirilib. Kampaniya zamanı musiqi gənclərin müxtəlifliyini və dinamikliyini birləşdirən bir dəyər, Azərbaycan gənclərinin “Nifrət Nitqi” ilə mübarizə və sülh istəyinin rəmzi, onların səsinin eşitdirilməsi vasitəsi kimi qəbul olunub. Tədbir zamanı gənclər ifasında müxtəlif musiqi nümunələri səsləndirilib və ətrafda olan yüzlərlə gəncə “Nifrət Nitqinə Yox Hərəkatı” və bu kampaniyanın Azərbaycanda əlaqələndiricisi olan ARGTMŞ-nın fəaliyyəti ilə bağlı məlumat verilib, kampaniyaya aid video-çarx hazırlanıb və sosial şəbəkələrdə paylaşılıb.
00
... ƏMƏKDAŞLIĞI
“NİFRƏT NİTQİNƏ YOX HƏRƏKATI” FORUMU “Nifrət Nitqinə Yox” Hərəkatı Beynəlxalq Forumu Avropa Şurasının “Nifrət Nitqinə Yox” hərəkatının miqyasca ən böyük tədbiridir. ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynovun 2014-cü ilin aprel ayında Fransaya səfəri çərçivəsində Forumun Azərbaycanda keçirilməsi qərara alınıb. 1-5 oktyabr 2014-cü il tarixində Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində sədrliyi çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Gənclər Departamenti tərəfindən “Nifrət Nitqinə Yox Hərəkatı Beynəlxalq Forumu keçirlib. Tədbir Azərbaycanın Qəbələ şəhərində Avropa Şurasının 47 ölkəsi və digər ölkələrdən 250-yə yaxın nümayəndənin iştirakı ilə həyata keçirilib. Forumun məqsədi Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forum işini zamanı plenar iclaslar, panel müzakirələri və qrup işləri ilə davam etdirib. Tədbirlər zamanı kampaniyanın məqsədi, mahiyyəti, bu günə qədər kampaniya ərzində görülmüş işlər barəsində məlumat verilib və gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb, iştirakçı ölkələrin nümayəndələri arasında mövzu sahəsində təcrübə mübadiləsi aparılıb. Forumun sonunda səsvermə əsasında Qəbələ bəyannaməsi qəbul olunub.
00
3G-GƏNCLƏRİN ...
BMT BAŞ KATİBİNİN GƏNCLƏR ÜZRƏ MÜAVİNİ İLƏ GÖRÜŞ ARGTMŞ tərəfindən BMT Baş Katibinin Gənclər üzrə müavini Əhməd Əlhəndavi ilə ARGTMŞ-ın üzvləri arasında görüş təşkil olunub. Görüşdə ARGTMŞ-ın rəhbərliyi, üzv təşkilatların rəhb ər və səlahiyyətli nümayəndələri iştirak edib. Görüş zamanı Əhməd Əlhəndavi tərəfindən BMT-nin gənclər sahəsində müşahidələri və bu istiqamətdə fəaliyyətinin nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Üzv təşkilatların fəaliyyətləri ilə bağlı Əhməd Əlhəndaviyə məlumat verilib. Həmçinin iştirakçılar tərəfindən BMT-nin müxtəlif gənclər proqramlarında təmsil olunmaqda maraqlı olduqları bildirilib və həyata keçirilən tədbirlərdə iştirak imkanları müzakirə olunub. Səfər çərçivəsində qonaqlar həmçinin 2016-cı il üçün Avropa Gənclər paytaxtı seçilən Gəncə şəhərində olubl, burada Avropa Gənclər Paytaxtı ilə bağlı görülən işlərlə tanış olublar.
AVROPA GƏNCLƏR FORUMUNUN İDARƏ HEYƏTİNİN İCLASI Avropa Gənclər Forumunun idarə heyətinin iclası, bu qurumun tamhüquqlu üzvü olan ARGTMŞ-ın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda keçirilməsi qərara alınıb. Tədbir Avropa Şurasının 2014-cü ilin noyabr ayında baş tutuacaq hesabat seçki konfransı ərəfəsində həyata keçirilən Avropa Gənclər Forumunun idarə heyətinin son iclası olub. Tədbirdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç, təşkilatın baş katibi vəzifəsinə yeni seçilmiş Allan Pall, idarə heyətinin üzvləri və katibliyinin yüksək dərəcəli nümayəndələri iştirak edib. İdarə heyətinin iclası zamanı Avropa Gənclər Forumunun rüb üzrə fəaliyyət hesabatı dinlənilib. Hesabat dövrü ərzində Foruma daxil olan yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, Forumun strategiyası çərçivəsində həyata keçirilən fəaliyyət və əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib.
00
... ƏMƏKDAŞLIĞI
“GƏNCLƏR PLATFORMALARININ BEYNƏLXALQ KOORDİNASİYA GÖRÜŞÜ” TƏŞKİLATININ İLLİK YIĞINCAĞI ARGTMŞ ev sahibliyi ilə “Gənclər Evi”- də dünyanın ən böyük gənclər təşkilatları və qitə miqyaslı gənclər platformalarını birləşdirən “Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü” təşkilatının illik yığıncağı keçirilib. Görüşün əsas məqsədi təşkilatın ötən il ərzində fəaliyyəti ilə bağlı hesabatının qəbul olunması və yeni idarə heyətinin seçkilərinin həyata keçirilməsi olub.Tədbirdə çıxış edən ARGTMŞ-ın baş katibi Seymur Hüseynov tərəfindən iştirakçllara ARGTMŞ, onun fəaliyyəti, Azərbaycan Gənclər Siyasəti haqqında məlumat verilib. Gənclər Platformalarının Beynəlxalq Koordinasiya Görüşü” təşkilatının idarə heyətinin üzvü, Avropa Gənclər Forumunun vitseprezidenti Lloyd Russell-Moyle tərəfindən ARGTMŞ-a tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür nitqi oxunulub. Tədbir təşkilatın yeni üzləri və idarə heyətinin seçkilərinin keçirilməsi, təşkilatın növbəti illər üzrə strategiyası müəyyənləşdirilməsi ilə başa çatıb.
KÖNÜLLÜ OL! PAYLAŞ, FAYDALAN VƏ DƏSTƏK OL! 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə “Park Bulvar” AVM-də ARGTMŞ tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Oyunları Əməliyyat Komitəsi Könüllülər Departamentinin tərəfdaşlığı, “Park Bulvar” AVM-in təşkilati dəstəyi ilə “Könüllü ol! Paylaş, Faydalan və Dəstək ol!” şüarı altında kampaniya təşkil olunub.Kampaniyanın məqsədi gənclərin milli və beynəlxalq səviyyədə həyata keçirilən könüllülük proqramları haqqında məlumatlandırılması və könüllü fəaliyyətə cəlb olunmasına imkan yaratmaqdır. Kampaniya çərçivəsində gənclərə üç istiqamət üzrə könüllülük haqqında məlumat verilib və Azərbaycanın aparıcı könüllülük proqramlarında iştirak imkanı yaradılıb.
00
3G-GƏNCLƏR SİYASƏTİNƏ ...
SAĞLAM GƏNCLİK, SAĞLAM GƏLƏCƏK FORUMU “Hilton-Baku” mehmanxanasında "Sağlam Ailə" tibb mərkəzi, ARGTMŞ və AVROMED Şirkətinin təşkilatçılığı ilə "Sağlam gənclik, sağlam gələcək" Forumu həyata keçirilib. Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, JUSTI beynəlxalq təşkilatının dəstəyi ilə təşkil olunub. Tədbirdə mövzu ilə əlaqədar dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlərdən ibarət 500 nəfər iştirak edib. Forum zamanı təşkilatçılar, dövlət rəsmiləri və dünyanın 8 ölkəsindən dəvət olunmuş tibb mütəxəssislərinin mövzu ilə əlaqədar çıxışları dinlənilib.
MİLLİ MƏCLİSDƏ DİNLƏMƏLƏR Milli Məclisin sosial siyasət komitəsinin, ARGTMŞ və UNICEF-in birgə təşkilatçılığı ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun monitorinqinə dair dinləmələr keçirilib. Monitorinq ARGTMŞ tərəfindən aparılaraq təkliflər hazırlanıb. Yalnız bir maddəyə dəyişiklik edilməsi təklif olunub. Bu da yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinin və ya hüquqi qəyyumların iştirakı olmadan tibbi müayinədən keçməyə qadağa qoyulması ilə bağlı yaş həddinin 18-dən 16-ya endirilməsinə dair təklifdir.
00
... DƏSTƏK
MİLLİ MƏSLƏHƏTLƏŞMƏLƏR May-iyul aylarında ARGTMŞ, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələr keçirilib. Milli Məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Quba şəhərlərində QHT-lər, gənclər təşkilatları, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib. Tədbirlərdə iştirakçılar tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa məsələlər müzakirə olunmuş və ortaya çıxan problemlərin həllinə dair təkliflər verilib. Məsləhətləşmələr ADA Universitetində həyata keçirilən BMT Modeli Seminarı, bağlanış və mükafatlandırma mərasimi ilə yekunlaşıb. Tədbir zamanı ARGTMŞ-ın sədri Şahin Seyidzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş üzrə sektorunun məsləhətçisi Səbuhi Rzayev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Antonius Brukun çıxışları dinlənilib və iştirakçıların təltifolunma mərasimi həyata keçirilib. yerli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə baş tutub. Tədbir çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı Birləşmiş Millətlər Təşkilatının baş ofisinə təqdim olunub.
00
3G-GƏNCLƏR SİYASƏTİNƏ ...
XƏTDƏ SOSİAL ŞƏBƏKƏ AKADEMİYASI 2014-cü ilin iyul – sentyabr aylarında ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Xətdə” Sosial Şəbəkə Akademiyasının Payız Sessiyası təşkil olunub. Akademiyanın məqsədi “Xətdə” (online) fəal olan gənclərin təlimləndirilməsi, bilik-bacarıqlarının artırılması və praktiki məşğələlərlə real təcrübəyə çevrilməsinə imkan yaratmaqdır. Sessiyada mətbuat nümayəndələri, gənclər təşkilatları rəhbərləri və PR işi ilə məşğul olan şəxslər, “web” dizaynerlər, sosial şəbəkələrdən fəal istifadə edən gənclər iştirak ediblər. Akademiya zamanı iştirakçılara dövlət, biznes, KİV və QHT sektorlarını təmsil edən peşəkar ekspertlər tərəfindən sözü gedən mövzuda təlim proqramı tədris olunub. Sessiya zamanı gənclər komandalara bölünərək mövzu ətrafında ideyalarını təqdim ediblər. Gənclərin ideyaları ekspert qrupu tərəfindən dəyərləndirilib və ən yaxşı ideyaya sahib olan komanda təşkilatçılar tərəfindən mükafatlandırılıb.
WWW.GENCLEREVI.INFO ARGTMŞ tərəfindən Azərbaycanda fəaliyyət göstərən “Gənclər Ev”-ləri haqqında məlumatları özündə birləşdirən www.genclerevi.info istifadəyə verilib. Saytda Azərbaycanın müxtəlif regionlarından olan “Gənclər Ev”-ləri, onların rəhbərliyi, imkanları və əlaqədar şəxsləri haqqında məlumatlar yer alıb. Saytın ən böyük üstünlüklərindən biri də saytda hər bir “Gənclər Evi”-nin 3D turlarının olmasıdır. 3D turlar vasitəsi ilə “Gənclər Evi”nə getmədən də “Gənclər Evi”-i, onun imkanları ilə tanış olmaq olar. Saytın növbəti üstünlüyü isə saytda “Gənclər Ev”-lərinin xəritəsinin yerləşdirilməsidir. Bu xəritə vasitəsi ilə bir toxunuşla Azərbaycanın istənilən regionunda mövcud olan “Gənclər Evi” ilə tanış olmaq mümkündür.
00
... DƏSTƏK
AZƏRBAYCAN KÖNÜLLÜLÜK XİDMƏTİ “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin Azərbaycan modelidir və ARGTMŞ tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə həyata keçirilib. Proqram çərçivəsində Gənclər Evi/Mərkəzindən 1 nəfər olmaqla 15 qrup rəhbəri və 20 könüllü seçilib, təlimləndirilib, onların bacarıqlarına və gənclər evlərinin təklif etdiyi şəraitlərə əsasən fəaliyyət göstərəcəkləri Gənclər Evləri/Mərkəzləri müəyyənləşdirilib. Bir ay müddətində həyata keçirilən mübadilə proqramı zamanı Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər Gənclər Evi/Mərkəzlrinin nümayndələri olan 20 gənc könüllü daimi yaşayış yerlərindən fərqli regionda yerləşən Gənclər evində öz bacarıqlarına və istəklərinə uyğun olaraq könüllü fəaliyyətlərini təşkil ediblər.
00
3G-GƏNCLƏR TƏŞKİLATLARININ...
Bakı
70
Region
12
SOSİOLOJİ SORĞU 82
Üzv
143 Bakı
41
Region
20
Qeyri-üzv
61
ARGTMŞ tərəfindən Azərbaycanda gənclər təşkilatlarının cari vəziyyətinin qiymətləndirilməsi və mövcud problemlərinin araşsıdırlması məqsədi ilə sosioloji sorğu həyata keçirilib. Sorğuda ARGTMŞ-nın üzvləri və qeyr-üzvlərindən olan 156 gənclər təşkilatı iştirak edib. Qeyd olunan təşkilatların rəhbərləri və məsul şəxsləri ilə görüşlər, telefon zəngləri vasitəsi ilə keçirilən sorğu Bakı, Gəncə, Lənkəran, Quba, İsmayıllı, Şəki, Beyləqan şəhərlərini əhatə edib. Sorğu tam olaraq anonim şəkildə keçirilib və nəticələr fərdi təşkilatların cavabları əsasında deyil, ümumi tendensiya əsasında dəyərləndirilib.
GƏNCLƏR TƏŞKİLATLARI ÜÇÜN ELEKTRON İMZA ARGTMŞ “3G” strategiyasının “gənclər təşkilatları institutunun gücləndirilməsi” istiqaməti çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi ilə birgə təşkilatın üzvü olan gənclər təşkilatlarını elektron imza ilə təmin edilməsinə başlanılıb. Bu istiqamətdə ARGTMŞ üzvləri arasında sosial şəbəkələrdə və görüşlər vasitəsi ilə e-imza ilə bağlı geniş təbliğat fəaliyyəti həyata keçirilib. Həyata keçirilən fəaliyyət nəticəsində ARGTMŞ-nın üzvü olan 22 gənclər təşkilatı elektron imza əldə edib
00
... İNKİŞAFI
QİDA – QHT İDARƏETMƏ AKADEMİYASI QİDA (QHT İdarəetmə Akademiyası) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “3G” strategiyasının “gənclər təşkilatları institutunun gücləndirilməsi” istiqaməti çərçivəsində üzv təşkilatların inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər bloklarını əhatə edir. Akademiya təlimləri 4 tədris blok üzrə təyin olunmuşdur və hər bir blok auditoriya fərqini nəzərə alaraq təlim modullara bölünmüşdür: І tədris bloku – “QHT-lərin İdarəetmə Akademiyası” II tədris bloku – “Layihələrin İdarəetmə Akademiyası” III tədris bloku – “Şəxsi və Peşəkar inkişaf Akademiyası” IV tədris bloku – “Seçmə Kursları” 2014-cü il ərzində proqram çərçivəsində qış, yaz, yaz və payız sessiyaları baş tutmuşdur. 1 il ərzində proqram çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbərləri, səlahiyyətli nümayəndələri və digər gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bakı, Gəncə, Quba, Oğuz və Şəmkir şəhərlərində 10 ayrı tədbir təşkil olunmuşdur. Təlimlər zamanı dövlər və biznes qurumları təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılara 40-dan artıq mövzu tədris olunmuşdur. Həyata keçirilən təlimlərdə 50-yə yaxın gənclər təşkilatından 200-ə yaxın gənc iştirak etmişdir.
00
3G-GƏNCLƏR TƏŞKİLATLARININ...
ARGTMŞ ÜZVLƏRİ VƏ MƏTBUAT NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜ ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən QİDA Payız Akademiyası çərçivəsində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri ilə mətbuat nümayəndələri arasında görüş təşkil olunub. Görüş ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının mətbuatla əməkdaşlığın qurulması sahəsində maarifləndirilməsi və onlarla mətbuat nümayəndələri arasında əməkdaşlığın qurulmasına imkan yaratmaq məqsədi ilə təşkil olunub. Görüş zamanı ölkənin tanınmış mətbuat orqanlarını təmsil edən jurnalistlər və ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri arasında fikir mübadiləsi aparılıb və qarşılıqlı təkliflər səsləndirilib.
MƏLUMAT TURU İnfoturları (məlumat turu) ARGTMŞ tərəfindən üzv təşkilatların rəhbərlərinin dünya görüşlərinin artırılması və qeyri-formal mühitdə əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə təşkil olunur. 2014-cü ilin payız aylarında start verilən İnfoturlar iştirakçıların böyük rəğbətini qazanıb. Qısa müddət ərzində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi, “Quba Soyqırımı Memorial Kompleksi”, "Sağlam Ailə" Tibb Mərkəzinə məlumat turları təşkil olunub. Məlumat turlarında ARGTMŞ-ın üzvü olan 60-a yaxın təşkilatdan 150-yə yaxın gənc iştirak edib.
00
... DƏSTƏK
RƏSMİ SAYTIN İSTİFADƏYƏ VERİLMƏSİ ARGTMŞ üzv təşkilatları ilə kommunikasiya prossesinin təkmilləşdirilməsi məqsədi ilə www.nayora.az saytını istifadəyə verib. Sayt ARGTMŞ-ı və onun fəaliyyəti ilə yanaşı üzv təşkilatlar üçün unikal imkanlar yaradır. Hər bir üzv təşkilat saytda qeydiyyatdan keçərək hesabını yarada, elanları və xəbərlərini www.nayora.az yerləşdirə bilərlər. Eyni zamanda bir toxunuşla elan və xəbərlərini digər üzvlərə və ARGTMŞ-nın digər üzvlərinə göndərə bilərlər. Sayt həmçinin gənclər təşkilatları ilə bağlı bir sıra e-xidmərləri istifadəçilərə təqdim edir. Saytda yaradılmış EGənclər Xəritəsi vasitəsi ilə bir toxunuşla Azərbaycanın bütün regionlarında gənclər haqqında məlumatları, bu regionda olan gənclərlə bağlı məsul qurumların əlaqə məlumatlarını, gənclərlə bağlı statistikalar və həyata keçirilən tədbirlərlə bağlı məlumat əldə etmək mümkündür. Saytda yaradılmış E-təqvim vasitəsi ilə yerli və beynəlxalq səviyyədə gənclərlə bağlı əlamətdar günlər və ARGTMŞ-nın üzv təşkilatlarının əlamətdar günləri ilə bağlı məlumat əldə etmək mümkündür.
00
TƏŞKİLATİ FƏALİYYƏT
MƏCLİSLƏR 2014-cü il ərzində ARGTMŞ tərəfindən 2 dəfə ARGTMŞ üzvlərinin Məclisi təşkil olunub. Hesabat dövrü ərzində keçirilən bütün Məclislər paytaxt – Bakı şəhərindən kənarda, Azərbaycan Gənclər Paytaxtı Quba şəhərində keçirilib. Çağırılan Məclislərdə orta hesabla 83 təşkilatın rəhbər və ya nümayəndələri iştirak etdib. İl ərzində 10 təşkilat ARGTMŞ-a üzvlük üçün müraciət etmiş, Məclislərdə əvvəlcədən ARGTMŞ-ın tam hüquqlu üzvü olan təşkilatların orta hesabla 73%-nin səsverməsi əsasında 8 təşkilat ARGTMŞ-ın üzvlüyünə qəbul edilmiş və ARGTMŞ-ın üzvlərinin sayı 112-yə çatmışdır.
“SIĞORTALI GƏNCLİK” LAYİHƏSİ
2014-cü ilin noyabr ayında Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC ("Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi"), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Sığortalı Gənclik" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə sözügedən təşkilatların rəsmiləri tərəfindən layihənin təqdimatı keçirilib, mətbuat nümayəndələrinin sualları cavablandırılıb və tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Layihə və QİDA proqramı çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
00
TƏŞKİLATİ FƏALİYYƏT
BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI GÖRÜŞ
ARGTMŞ tərəfindən 2014-cü ilin dekabr ayında həyata keçiriləm bələdiyyə seçkiləri ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbirdə ARGTMŞ-nın sədri Şahin Seyidzadə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın rəhbəri Nürəddin Mehdiyev ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəalları ilə görüşüb. Tədbir zamanı iştirakçılara bələdiyyə seçkilərinin mahiyyəti və bu barədə qanunvericiliyin müvafiq maddələri haqqında məlumat verilib, bələdiyyə seçkilərində gənclər təşkilatlarının fəal iştirakının vacibliyi vurğulanıb. Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
ƏSGƏRLƏRLƏ GÖRÜŞ
ARGTMŞ fəaliyyətində üzv təşkilatları arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlərdən biri mütəmadi olaraq ölkənin müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əsgərlərlə görüşlərin keçirilməsidir. 2014-cü ildə də bu fəaliyyət davam etdirilib. “18 avqust Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı” münasibəti ilə cəbhə bölgəsində yerləşən, Fizuli rayonunun “N” saylı hərbi hissəsində və “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı ərəfəsində Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşlər keçirilib. Görüşlər zamanı xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
00
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR MƏTBUATDA 60
tərəfdaş mətbuat orqanı
85
göndərilmiş press reliz
598 260454
47 192742 20
00
istifadəçi ölkədən istifadəçi baxış sayı video-çarx
12746
3 ay ərzində sayta baxış sayı
10000
tweet
oxunuş sayı
12
tv verilişlərində iştirak
33
xəbər buraxılışında sujet
SOSİAL ŞƏBƏKƏLƏR VƏ SAYT 10211
tərəfdaş mətbuat orqanı
2015-Cİ İLDƏ...
00
Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H Tel./faks: +99412 441 16 31 E-mail: info@nayora.az www.nayora.az