Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili
BIZIM GÜRCÜSTAN Şagirdin kitabı İKINCI HISSƏ
Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili
5
BIZIM GÜRCÜSTAN Şagirdin kitabı İkinci hissə
Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir
“Klio” nəşriyyatı
Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili
Bizim Gürcüstan, V sinif, ikinci hissə Şagirdin kitabı
Seriyanın redaktoru
Rəssam Xəritələr
Elene Medzmariaşvili
İvane Qipşidze Zurab Laoşvili
Kompüter təminatı Mamuka Loladze Nana Esartia Üz qabığının dizaynı Elene Varamaşvili
Tərcümə edən Emin Mahmudov Korrektor Ceyran Ağayeva Yığıcı operator Sona Xudiyeva © “Klio” nəşriyyatı, 2018 © Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili, 2018
Bütün hüquqlar qorunur ISBN 978-9941-481-69-7 (Hər iki hissənin) ISBN 978-9941-481-71-0 (İkinci hissənin)
MMC “Klio Nəşriyyatı” Ağmaşenebeli Prospekti, #181-2, Tbilisi,0112 Tel: (+995 32) 234 04 30 E-mail: book@klio.ge www.klio.ge
MÜNDƏRICAT Gürcüstanın fiziki xəritəsi....................................................................................... 4 Gürcüstanın tarixi-etnoqrafik regionlarının xəritəsi...............................................6
FƏSIL 3 SAMEQRELO................................................................................................................ 8 3.1. Sameqrelonun yerləşməsi və təbiəti............................................................... 10 3.2. Sameqrelo keçmişdə və bu gün...................................................................... 12 3.3. Sameqreloda mədəniyyət və tarixi irsilik........................................................14 3.4. Sameqreloda keçmişdə yaşayış binaları və yaşayış məskənləri......................16 3.5. Sameqreloda təsərrüfat sahələri.................................................................... 18 3.6. Meqrel ənənələri............................................................................................ 20 3.7. Sameqrelo – Gürcüstanın azadlığı və birliyinin müdafiəçisi............................22 Nə bilirəm və nə bacararam................................................................................... 24
FƏSIL 4 SVANETI....................................................................................................................... 26 4.1. Svanetinin yerləşməsi..................................................................................... 28 4.2. Svanetidə məskunlaşma tipləri və yaşayış evləri........................................... 30 4.3. Dağda hərəkət etmə vasitələri və təhlükələri.................................................32 4.4. Svanetidə təbii fəlakətlər................................................................................ 36 4.5. Svaneti dağları və ovçuluq ənənəsi................................................................. 38 4.6. Svanetidə təsərrüfat sahələri.......................................................................... 40 4.7. Svaneti Gürcüstanın xəzinə xəlvətxanası........................................................43 Nə bilirəm və nə bacararam................................................................................... 46
FƏSIL 5 ACARISTAN.................................................................................................................. 48 5.1. Acarıstanın coğrafi mövqeyi və diqqətəlayiq məkanları................................. 50 5.2. Acar həyətyanı sahəsi və məskunlaşma tipləri...............................................54 5.3. Acar qonaqpərvərliyi....................................................................................... 56 5.4. Acarların təsərrüfat məşğuliyyəti.................................................................... 58 5.5. Acarıstanda din............................................................................................... 60 5.6. Acarıstan – gürcü sənətkarlığı mərkəzlərindən biri......................................... 62 5.7. Acar folkloru................................................................................................... 66 Nə bilirəm və nə bacararam................................................................................. 68
3
GÜRCÜSTANIN FIZIKI XƏRITƏSI 41°
k fso u
arxizi
d
q e d i
baqsani
r u s ev T i s !
s
i f
!
i
k oo od
k odor
xaiSi!
x e
bul
m. Sxara
a n e Ti s
5068
q e di r io
! (
!
jvari
walenjixa
asxis
Cxorowyu
masivi
! (
! (
! R riR ! ngu
zugdidi
n
! (
mam
cageri oni
ambrolauri rion i
! R
martvili
! (
q
s
i
a WSaoris wylsc. wyaltubo tyibuli saCxer ! ! ! ( ( xobii( ! ( ! WiaTura ( senaki xoni xo b d tyibulis ! ( a (! b e ! R wylsc. ! quTaisi R r Ti s !l ( Terjola i m e o i abaSa r io n i b i ! ( ! ( lob foTi ! aR samtredia paliastomis zestafoni m i tba ! ( ! ( ! ( x r ! lanCxuTi vani baRdaTi( ureki ! i ! xaragauli ( ( ! l 999 Coxatauri ! (
s
si sk i4 60
stam
v
! R ozurgeTi
i 108
5
2182 zekaris uR.
qobuleTi( !
R
borjomi ( !
! waR
i
ar baTumi m. mtirala q a r T v e l oabasTumani kv mt bakuriani s a s xulo a 1336 s a T r i a ! adigeni ( ! PxelvaCauri ! m x ( ! ( 2025 vale Suaxevi re goderZis uR. ! ! R ( ! Wo ( qeda T ! sarfi ! ( aspinZa axalcixe !
v
!
i
42°
en gur i
e
s
r
s T i
ro
q
i
e
i
anaklia !
vo
n
lentexi galis wylsc. ! gali (
v
nalC
Tirniauzi
4700 m. uSba mestia ( !
jvris wylsc.
!
oCamCire ( !
a
! (
i
m. ialbuzi
i
q e di
is
tyvarCeli
l
k
z
o
s
! gulrifSi(
no
5642
amtyelis tba
ri
! P soxumi
S
a
Teberda
2782 kluxoris uR.
43°
f e
n
a
2746 maruxis uR.
b zi
so biWvinTa Wi ! axali aToni ( 13 ! gudauTa 3
!
o
k
z i f i b s
gagra( !
!
v
riwis tba
m. arabika 2656
l
3232 m. urupi
a
43°
42° yaraCaevski !
k
3183 m. ziareTi
3165
x
! borCxa
m. arsiani
a
!
( axalqa !
v
xofa
i T em. did
e
174
q
n bzo
roxi
a tr
d
!
a
a
T
s
BIZIM GÜRCÜSTAN 5
qi
a
e
ari tkv
a
42°
j
p xanCalis t
madaT !
artaani
T
i Cildiris tba
r
Wo
41°
xozafinis (karwaxis) tba
s
r ro
1450 m. yajalayi
4
u
m
! (
i n
rize
xi
41°
arTvini ( ! 1984 saraleTis uR.
l
43°
yizlari pirobiTi aRniSvnebi
45°
44°
!da ( siRrmeebi simaRleebi, m
dasaxlebuli punqtebi
mozdoki T
baqsani baqsan i !
! P
! (
e r gi
proxladni !
!
! (
q
d
e
ni
yelis tba java
cxinvali !
2500 3000 3500 ufro maRali
mxaris
hidrografia
sxva aRniSvnebi 2494 simaRliTi niSnuli
mdinare
urus-marTani
4493
r
barisaxo!
q sa n i
e
d
a
qd. evis al smi o
e on fr
q
! P grozno
3367 uReltexili
tba, wyalsacavi myinvari
43°
Waobi
m. combolgo
n d i s
2725
3294
m. tebulismTa !
4285 m. diklosmTa
m. didi borbalo
aRvali
q
i
!
fasanauri
m. Saviklde 3578
Jinvalis wylsc.
s
i
ed !
q
bo
g
!
li
qar axalgori TianeTi e i da ! ( Tl ! ( duSeTi S a ! ( is sionis wylsc. l a i rikoTis uR. ruisi! l 999 ! ! ! qareli( ( z gremi axmeta ufliscixe va ! n! ( urbnisi ! i (! yvareli ! R k xaSuri o e ! gori! mtkv kaspi s ! R muxrani ! ( m didi ateni a ari kavTisxevi uramos b t g Telavi a omi ( s lagodexi ! ! v qd az . m. civi o ! ( ! R a a waRveri mcxeTa r ! n i ri 1991 i a gurjaani v T i s q e d i sagarejo ! Tbilisi s ! ( l e2757 m. arjevanimanglisi bakuriani ! ( Tbilisis wylsc. wyneTi a tabawyuris ! ! q tba i r i siRnaRi walkis wylsc. algeTis wylsc. ! re kojori ! ! ( v T wnori ! ( s spinZa i r TeTri wyaro walka rusTavi i ! R m ! ( T T i o! q a rTli i a em. didi abuli bolnisi e m ( s dedofliswyaro(! marneuli ! s ( x v ! ( ram gardabani i 3301 faravnisn e z ! ( q jandaris tba axalqalaqi o a k e e ! T tba kazreTi v g t i ! ( a a dmanisi x
d i q e
!
jvris uR.
!
2000
saxelmwifos avtonomiuri respublikis
! (
stefanwminda
2379 l
1500
sazRvao gza
is
i
! (
1000
i
dagbaSi
z
rokis uR.
v
200
aqsanis wylsc. 500
gudermesi
i
m. myinvarwveri
i
0
o
i
ylsc.
5033
!
! sazRvrebi
a
Te rg
100
200
Selkovskaia
! P vladikavkazi
do
d erwos tba
e
a r x i
r
m i
a
100
municipalitetis centri sxva dasaxlebuli punqti
gzebi
iTum kale
! (
q
d
! P magasi
T
2995
saCxere ! ura ( ! ( Ti s e er i lob aR
q
buroni !
n
oni
s
a l x a n C u rT i s
500
mxaris centri
avtomagistrali gzatkecili rkinigza
a
mamisonis 2820 uR.
i
s
! (
! alagiri (
i
i
nazrani beslani ! (
ardoni ( !
e
J
s
elxotovo
r io
n
u
avtonomiuri respublikis dedaqalaqi
san i
tereki
!
Ter gi
664
! P nalCiki
1500
! P ! R ! (
f e d e r a c i a
ufro Rrma
saxelmwifos dedaqalaqi
kosobi
42°
i
al
i
na
g
arag vi
axvi
d
k
e
n
e
! P
! (
alaverdi ( !
stefanavani !
!
! aRsTafa
yazaxi
2344 m. CaTini ! Tumaniani
s o m x e T i 44°
mtk
45°
Tauzi!
va
ri
i
e
r
i
!
r
arfiliCis wylsc.
z
axtala
io
3196 taSiri ! m. aCkasari
i
madaTafis tba
n
alazani
a
! ( l p xanCalis tbaninowminda
j
v
a
x
a
i
ri io
d
zaqaTala
mingeCeviris wylsc.
b
41°
a
46°
5
GÜRCÜSTANIN TARIXI-ETNOQRAFIK REGİONLARININ XƏRITƏSI
saqarTvelos istoriul-eTnografiuli a
f
x
a
u z
s
e
e
T
dalis (kodoris xeoba) svaneTi
T
i
s
i
qvemo svaneTi samurzayano
i
l
v
g
r
el
v
Sa vS
ar
T
qvemo (vake) imereTi
)
BIZIM GÜRCÜSTAN 5
j
r
e
T
eT
q
x
e
i ar
i
u
i m i e r
r
e
t a o
s
c m a
uS eT i i an a t
kola
a m i e r
t a o
6
zemo imereTi
Tori
kl
n Wa
qvemo raWa
o i m e r e T i
a W a r a
i T e
r a W a
a
i T e z a (l
3
e
R
zemo raWa
okriba
g u r i a
z
xu C e
i
mi
me
a
sa
S
f
zemo svaneTi
s v a n e T
T
pa la ka c
r
i
ax v a j io
iuli mxareebi
cifrebiT aRniSnulia: 1 - maRran-dvaleTi
mT iu
7
l i
f
eT
5
q a
i
Sida qarTli
6
c TuSeTi
i
i
a Sida kaxeTi
gaRma kaxeTi
er
r
S
a
eT i
av
3 - mTis raWa 4 - kudaro 5 - xando 6 - WarTalo 7 - gudamayari 8 - Tbilisi
he re T
k a x e T i
qvemo qarTli
T
qiziyi
a
z
s o m x e T i
e
o) il ng ai (s
i
i
gare kaxeTi
i
xe a jav
8
l
Ti le a ri T
j
T
Tori
a n i
1
4
r
xevs ur
x e v i
mo reTi
o
e
i eT l a 2 dv
3
W a
d
T i
zemo raWa
2 - Truso
e
wo-Tiane
f
r b a i
saxelmwifo sazRvari sazRvari istoriul-eTnografiul mxareebs Soris zRvis sanapiro masStabi 1: 2 400 000
7
FƏSIL 3.
SAMEQRELO
pirobiTi aRniSvnebi dasaxlebuli punqtebi
! . ! . ! !
mxaris centri municipalitetis centri sxva dasaxlebuli punqti kurorti
gzebi avtomagistrali gzatkecili rkinigza
sazRvrebi saxelmwifos istoriul-geografiuli provinciis daculi teritoriis
Bu fəsildə Qərbi Gürcüstanın daha bir tarixi-etnoqrafik regionu – Sameqrelo ilə tanış olacaqsan. Aşağıdakı suallara cavab alacaqsan: Sameqrelonun coğrafi mövqeyi necədir və bu Sameqrelonun təbiətinə və təsərrüfatına, yaşayış məskəni tiplərinə və ənənələrinə necə təsir edir; qədim miflər və arxeoloji tapıntılar regionun keçmişi barədə nələrdən xəbər verir; Sameqrelo Gürcüstanın tarixində hansı xidməti göstərmişdir.
hidrografia
sxva aRniSvnebi
mdinare
simaRliTi niSnuli
tba, wyalsacavi Waobi
a
x f
ri
a
e n gu
! ! anaklia
k o l
Savi yulevi !
x
kolxeTis
e
Wuria x o bi
erovnuli
zRva ri
on
i
foTi !
Î
palia
g 8
BIZIM GÜRCÜSTAN 5
v
s
a n
e
g
i
jvris wyalsc.
e T
3111 # r m. lakumuraSdudi
i
i
tobavarCxilis s
#
2167 m. oxaCque
T
2038 # tba m. yvira
i
s
q e
! jvari
!
kur. lebarde
d
i
ur
z
g en
jgali !
jixaskari
!zugdidi ! . Waqvinji
a s x i s m a s i v i
! Cxorowyu .
!
mi
didi Wyoni !
! caiSi
T
o
te
i # x u r m. gadirakili
i
W an isw y
a
2520
xob i
ali
! walenjixa .
xu eC raWa-l
e
i
leqajaie
!
! martvili .
m. urTa
#
e
2520 xu ri
oni
marani!
fiCori paliastomis tba
g
u
r
e
a b ! l o abaSa . b i ri
m
parki
i
. !
aba Sa
! . senaki
d
sefieTi i
x
muxuri !
te
cxe ni sw ya l
l
! xobi . e Wuria T i x o bi s li
i r
i
a 9
3.1
SAMEQRELONUN YERLƏŞMƏSI VƏ TƏBIƏTI Sameqrelonun yerləşməsinin onun təbiətinə və təsərrüfatına hansı təsiri vardır?
LÜĞƏT
Koloniya (yeni tikili) – qədim yunanlar tərəfindən başqa ölkələrin ərazilərində, əksərən, dəniz sahillərində salınmış məskənlərə deyilir. Burada yalnız yunanlar, ya da ki, yunanlarla birlikdə yerli əhali yaşayırdı.
TAPŞIRIQ
1. Gürcüstanın hansı regionları Sameqrelo ilə həmsərhəddir? 2. Sameqreloda yerləşən hansı şəhər Qara dənizin sahilində salınmışdır? 3. Xəritədə(səh. 8-9) Sameqrelonun əsas şəhərini axtarıb tap.
Sameqrelo Qərbi Gürcüstanın tarixi-etnoqrafik regionları ndan biridir. Keçmişdə onun sərhədləri və adı dəfələrlə dəyişmişdir. O, Kolxeti ovalığında və onun ətrafındakı dağlarda, dərəli-təpəli yerlərdə yerləşmişdir. Qara dənizə yaxın olmağı üzündən, Sameqreloda əsasən rütubətli subtropik iqlim mövcuddur. Bu iqlim tipi üçün bol rütubət, qarsız qış və nisbətən sərin yay xarakterikdir. O sitrusların, fındıq və çay istehsalı ilə məşhurdur. Gürcüstanın bu qədim diyarının adı əvvəldən “Sameqrelo” olmamışdır. Qara dənizin sahillərində bir neçə koloniyası olan qədim yunanlar onu Kolxeti adlandırırdılar, yerli əhali isə Eqrisi. Eqrisi adından burada yaşayan gürcülərin adı – meqrel yaranmışdır və meqreldən isə Sameqrelo. Müəyyən dövrlərdən sonra yunan və romalı tarixçilər Eqrisini Lazlar diyarı kimi xatırladırdılar. Mənbə 1. Sameqrelo barədə Arkancelo Lambertinin məlumatı “Kolxetinin əksər hissəsi füsunkar dağlar ilə əhatə olun muşdur, ancaq, məhsuldar düzənlikləri azdır. İstər quşlara, istər də dördayaqlılara ovçuluq çox yayılmışdır. İqlimi mülayimdir, lakin yenə də və yenə də sağlam deyildir”.
Mənbə 2. Aleksandr Düma meqrellər barədə “Meqrel qadınları Yer kürəsi üzərində daha çox sarışın, qara gözlü və qarabuğdayı mavi gözlü çox gözəl insanlardır... kişiləri xüsusi ilə yaraşıqlı bədən quruluşuna və qamətə malikdirlər. Ən sadə nökərlərin belə tavad övladı kimi görkəmi vardır. Mənbə 3. Meqrel qadınları
10
BIZIM GÜRCÜSTAN 5
SAMEQRELONUN TƏBIƏTI
Gürcüstanın müxtəlif guşələrində onlarca qoruq və Milli Park vardır ki, bunlar da mühafizə olunan ərazilər elan edilmişdir. Sameqrelo təbii rəngarəngliyi və diqqətəlayiq yerləri ilə zəngin olan diyardır. Kolxeti Milli Parkı bunlar arasında xüsusilə seçilir, çünki burada miqrasiya zamanı köçəri quşlar dincəlirlər. Onları arabir yalnız turistlərin baxışı və səs-küyləri qanadlandırır, digər tərəfdən isə onları ovçulardan “Mühafizə olunan ərazilər barədə” Gürcüstan qanunu mühafizə edir.
Samurzağa nonun yaranması Meqrellər, Sameqrelo etnoqrafik diyarından başqa, Abxaziya ərazisində, Qali rayonunda da cəm halda yaşayırlar. Təqribən 300 il bundan əvvəl bu diyarın idarə edicisi Murzağan Şarvaşidze oldu, onun adına hörmət əlaməti olaraq Abxaziyanın bu hissəsi Samurzağano adlandırıldı.
Mənbə 5. Gürcüstanın mühafizə olunan ərazilərinin xəritəsi TAPŞIRIQ Mənbə 4. Kolxeti milli parkında köçəri quşlar
4. Kolxeti Milli Parkı barədə məlumat axtarıb tap. Orada hansı heyvanlar və quşlar məskunlaşmışlar? Onlardan hansıların nəslinin kəsilməsi təhlükəsi vardır.
Niko Nikoladze və Poti limanı Niko Nikoladzeni Potinin banisi adlandırırlar. Poti alçaq və bataqlıq sahədə yerləşirdi. Rütubətli iqlim üzündən isti-soyuq və vəba xəstəliyinin təhlükəsi altında olan şəhərdə camaat məskunlaşmırdı. Tanınmış ictimai xadim Niko Nikoladze şəhərin tavadı (meri) seçildikdən sonra burada hər şey dəyişdi. O, ilk növbədə bataqlığın qurudulması tədbirlərinin qayğısına qaldı, sonra Tbilisiyə qədər dəmir yol xəttinin çəkilməsinə rəvac verdi. Bunsuz Poti limanının inkişaf perspektivi ola bilməzdi. O, qarşısına iki məqsəd qoydu və hər ikisinə də nail oldu: limanın yenidən qurulmasına və modernləşdirilməsinə, eləcə də Potinin yeni plan əsasında tikilməsinə, onun abadlaşdırılmasına. Bununla da Niko Nikoladze, faktiki olaraq, “Avropaya pəncərə açdı”, üç körpü saldırdı, köhnə körpü üzərindən keçməyə görə tətbiq edilən gömrük vergisini ləğv elədi, şəhərə elektrik enerjisi çəkdirdi, taxta evlər əvəzinə kərpicdən tikililər ucaltdırdı, gimnaziya və məktəblər açdırdı, küçələri genişləndirdi, yeni yollar çəkdirdi, bank yaratdı və s.
TAPŞIRIQ
5. Niko Nikoladze nəyə görə belə hesab edirdi ki, ilk vəzifə bataqlığı qurutmaqdan ibarətdir? 6. Sənin fikrincə, dəmir yol xətti nə deməkdir, şəhərin yollarımı, yoxsa, ümumiyyətlə, ölkənin inkişafı üçün yolmu. 7. Mülahizə yürüdün, nəyə görə belə hesab edirlər ki, Niko Nikoladze “Avropaya pəncərə açmışdır”? SAMEQRELO
11
3.2
SAMEQRELO KEÇMIŞDƏ VƏ BU GÜN Qədim yunanların gözü ilə görünmüş Kolxeti necə idi?
LÜĞƏT
Qızıl yun – Kolxetiyə Yunanıstandan gəlib düşmüş qızıldan qoyun dərisi.
TAPŞIRIQ
1. Sənin fikrincə, arqonavtların Gürcüstana səyahəti hansı nəticələr gətirmişdir - müsbət, yoxsa mənfi. Cavabı əsaslandır. 2. Çar Ayetin sarayını öz sözlərinlə təsvir et. 3. Arqonavtlar barədə mifin köməyi ilə müəyyənləşdir, kolxlar hansı metalları “tanıyırdılar”? 4. Mənbə 1-i təsvir et. Markada kimlər əks olunmuşlar?
12
BIZIM GÜRCÜSTAN 5
Kolxeti sakinləri hələ Miladdan altı əsr əvvəl dövlət yaratmışdılar ki, bunu da yunan mənbələri Kolxeti çarlığı adlandırırdı. Kolxların çoxlu miqdarda qızılı, gümüşü, dəmiri var idi. Qızılı Kolxeti çarlığının tərkibinə daxil olan Svaneti dağlarında əldə edirdilər. Qədim yunanlar onun gücü və vardövləti barədə yaxşı bilirdilər, ona görə də bu füsunkar diyar onları cəlb edirdi. Qədim yunan mifinə əsasən, Kolxetinin zənginliyi Arqonavtların Kolxetiyə yürüş etmə səbəbi idi. Yunan yürüşçülərini ona görə arqonavtlar adlandırırlar ki, onlar Kolxetiyə “Arqo” adlı gəmi ilə üzüb gəlmişdilər. Arqonavtların yürüşü zamanı Kolxetidə Ayet çarlıq edirdi. Arqonavtların başçısının, Yazonun Kolxetidə başına bir çox hadisələr gəldi. Nəhayətində, o, Kolxeti çarından “qızıl yunu” və onun qızını – Medeanı qaçırtdı. Arqonavtlar barədə mifdən bir hissə Arqonavtlar “Kolxlar padşahının sarayını, geniş qapılı hasarını və divarlar ətrafında sıralanmış sütunları gördülər. Sarayın yuxarısında misdən ağır piltələr üzərində qüllə var idi. Həyətdə 4 bulaq qaynayırdı. Bunlardan biri süddən idi, ikincisi şərabdan, üçüncüsü ətirli bitki yağından, dördüncüsü isə göz yaşı kimi dumduru bulaq suyu”. Medea Medeanın adını tibbin müasir şəkildə inkişafı ilə əlaqələndirirlər. Əfsanəyə əsasən, Medeanın xəstəlikləri müalicə etmək sahəsində möcüzəvi istedadı və biliyi var idi, o bir çox müalicəsi çətin xəstəliklərin dərmanını hazırlamağı bacarırdı.
Mənbə 1. Yunan poçt markası
Qədim yunan miflərində hekayət olunur ki, Kolxeti çarlığının paytaxtı “Kvitaya” (sonralar – Kutaisi) idi. “Arqonavtların səyahəti” mifində Ayetin füsunkar sarayı və Kolxlar ölkəsi təsvir olunur. Bir çox hallarda miflərin əsasında əsl hadisələr olur. Keçmişdə buna inanmırdılar. Tarixçilər belə hesab edirdilər ki, arqonavtların hadisəsi uydurulmuşdur və o dövrdə yunanlar Kolxetiyə gedib çıxa bilməzdilər. Arqonavtların həqiqətən həmin səyahəti təşkil edə bilmək bacarığını təsdiq etmək üçün könüllülər qrupu, qədim texnologiyalara əməl etməklə Arqonun dəqiq oxşarını yaratdılar. 1984-cü ildə yeni dövrün “arqonavtları” kapitan Tim Severinin başçılığı ilə, bir çox maneələrə baxmayaraq, arqonavtların keçdiyi yolu təkrar etdilər və Potiyə əmin-amanlıqla çatdılar.
Mənbə 3. Qoyun dərisi. Sən demə, qədimdə Svanetidə qızıl əldə etməyin aşağıdakı qaydası mövcud imiş: qoyunun sıxtüklü dərisini çaya atırdılar, bu çay isə qızıl qum ilə qarışıq axırmış. Qızıl dənələri müəyyən vaxt ərzində dəriyə çökürmüş. Onu sudan çıxarır, günəş şüaları altında qurudur və qızılı toplayırdılar.
Mənbə 2. Tim Severin tərəfindən qədim texnologiya ilə hazırlanmış “Arqo”
Arqonavtların mifi barədə bir neçə bədii və sənədli film çəkilmişdir, həmçinin, 2008-ci ildə “Arqonavtların dirilməsi” (Rise of the Argonauts) adlı kompüter oyunu da yaradılmışdır. TAPŞIRIQ
5. Arqonavtların səyahəti dövrünü zaman oxunda qeyd elə. 6. Sameqrelodan başqa, hansı tarixi – etnoqrafiq regionlar Kolxeti çarlığının tərkibinə daxil idilər? 7. İnternetdə “arqonavtların dirilməsi” kompüter oyununu axtarıb tap. Sənin fikrincə, bu oyun mifdə qeyd edilmiş hadisələrə uyğun gəlirmi. Cavabı əsaslandır.
SAMEQRELO
13
3.3
SAMEQRELODA MƏDƏNIYYƏT VƏ TARIXI İRSİLİK Torpaq altında qalmış Kolxeti xarabalıqları nədən xəbər verir?
Arxeoloqlar Kolxetidə çoxlu xarabalıqlar və müxtəlif mədəniyyət abidələri tapırlar. Hələ lap qədim zamanlarda burada yaşayan əhali zəngin mədəniyyət və təsərrüfatın müxtəlif formalarını yaratmışdı. Bu mədəniyyətə özünün seçilməsi ilə əlaqədar alimlər “Kolxida mədəniyyəti” adını vermişlər. Burada tapılmış bürünc baltalar, ailə əşyaları və “Kolxida tetrisi” adlandırılan sikkələr, xüsusilə əlamətdardır. Pulun mövcud olması ondan xəbər verir ki, Kolxeti çarlığı Qara dəniz sahilində ən inkişaf etmiş dövlət idi.
Mənbə 1. İlk gürcü pulu - Kolxeti tetrisi
TAPŞIRIQ
1. Müasir tetri Kolxida tetrisinə nə ilə oxşayır?
Mənbə 2. Müasir tetri
Kolxeti çarlığı mövcud olan zaman, gürcülərin əcdadları yenə də ümumi dildə danışırdılar. Svan və Meqrel dialektləri yox idi. Kolxetinin inkişafında Qara dəniz sahillərində yunan koloniyalarının da böyük rolu olmuşdur. Yunan koloniyaları, yəni yeni tikililər (Fazisi, Qienosi, Dioskuria, Pitiunti) orada b.e.ə. VI əsrdə yaranmışdır. Bu koloniyalar Qərbi Gürcüstanda ticarət əlaqələrinin inkişafına şərait yaratdılar və yerli əhalinin sosial və iqtisadi inkişafını sürətləndirdilər. GÜRCÜSTANDA YUNAN KOLONIYALARI
Yunanlar koloniyaları öz məqsədlərinə çatmaq üçün yaratmışdılar. Onlar bu cür vasitələrlə yerli əhali ilə ticarət edirdilər, onlardan elə məhsullar alırdılar ki bunlar Yunanıstanda yox idi və yaxud az idi, bunun əvəzində isə, özlərinin artıq məhsullarını satırdılar. Yunanlar Gürcüstandan ağac materialları, bal, mum və başqa kənd təsərrüfatı
14
BIZIM GÜRCÜSTAN 5
məhsulları aparırdılar. Özləri ilə qiymətli əşyalar, keramika, şərab və s. gətirirdilər. Gürcülərdən fərqli olaraq, yunanlar su ilə qarışdırılmış şərab içirdilər, buna görə də gürcü şərabı onlar üçün olduqca sərxoşlandırıcı idi və üstünlüyü öz şərablarına verirdilər. Yunanlar, Kolxeti çarlığı ərazisindən başqa, özgə yerlərdə də onlarca koloniya yaratmışdılar. Lakin yerli əhali ilə birlikdə onlar yalnız gürcü koloniyalarında yaşayırdılar.
Pitiunti
QARA DƏNIZ
Dioskuriya Gienosi Pazisi
Bizans Troya Afina Sparta
ARALIQ DƏNIZI
Knosos Pestos Kreta adası
Kipr adası
Su yolları Yunanıstan Yunan koloniyaları
Mənbə 3. Yunan yeni tikililəri (koloniyaları)
TAPŞIRIQ
2. Yunan yeni tikililəri nəyə görə dəniz sahillərində yaradılırdı? 3. Necə fikirləşirsən, nəyə görə yunanlar Qara dəniz sahilinin başqa koloniyalarından fərqli olaraq, Kolxetidə yerləşən yeni tikililərdə (mənbə 2) yerli əhali ilə birgə yaşayırdılar? 4. Sinifdən kənar resursların köməyi ilə, Vani şəhər xarabalıqları barədə məlumat axtarıb tap. 5. Sənin fikrincə bu gün gürcü xırda pulu nəyə görə tetri adlanır? 6. Məlumat axtarıb tap, xəritəyə köçürülmüş Kolxeti yeni tikililərini bu gün hansı adlarla xatırlayırlar. Dəftərdə “Yunan yeni tikililərinin qədim və müasir adları” mövzusunda cədvəl tərtib et.
SAMEQRELO
15
3.4
SAMEQRELODA KEÇMIŞDƏ YAŞAYIŞ BINALARI VƏ YAŞAYIŞ MƏSKƏNLƏRI Keçmişdə Sameqreloda nə cür evlərdə və məskənlərdə yaşayırdılar?
LÜĞƏT
Cil – çox illik ot bitkisi, bu bitkidən evlərin üstünü örtməkdə istifadə edirdilər.
Mənbə 1. Patsxa
TAPŞIRIQ
1. Yadına sal, Sameqrelonun iqlimi necədir. 2. Necə fikirləşirsən, meqrel kəndlisi nəyə görə hörməli və ağac evlərə, sonralar isə, dayaqlar üzərində quraşdırılmış oda-evlərə üstünlük verirdilər.
16
BIZIM GÜRCÜSTAN 5
Müasir insanın və bizim əcdadlarımızın yaşayış şəraitləri bir-birindən fərqlənir. Yaşayış şəraitlərinə müvafiq olaraq, nə yaşayış evləri, nə də məskunlaşma tipləri eyni deyildir. Əgər Şərqi Gürcüstanda evlər, əsasən, əhəng daşı ilə tikilirdisə, Qərbi Gürcüstanda evlər ağacdan olurdu və rütubətə davamlı idilər. Toxunma evlər də heç təsadüfi deyildir. Sameqreloda əhali Patsxada (daxma) və Carqvalda (taxta ev) yaşayırdı. Patsxa qamışlarla əhatələnmiş və gil-palçıqla suvanmış olurdu, carqvalı isə ağac tirlərindən tikirdilər. Bu evlər əksərən gil və çiləkənlə örtülürdü. Sonralar, oda-evlər peyda oldu, bu evlər mişarlanmış taxtalardan düzəldilirdi və dayaqlar üzərində quraşdırılırdı.
Mənbə 2. Carqvali
Mənbə 3. Meqrel oda-evi
Sameqrelo dənizə yaxındır. Dənizin yaxınlığı isə iqlimin rütubətliliyini şərtləndirir. Əgər bu tip yaşayış evləri olmasaydı, insanlar yaşamaqda çətinlik çəkərdilər. Əhəng daşı ilə tikilmiş ev havadan asanlıqla nəmlik götürür, buna müvafiq olaraq, divarlar həmişə yaş ola bilərdi. Müasir Sameqrelo da gözəl və can başla abadlaşdırılmış həyət – bacalar vardır ki, bu diyar məhz bu səliqə-sahmanla öyünür. TAPŞIRIQ
3. Bu gün Sameqrelonun kəndlərində nə cür evlər tikirlər? İzah et, nəyə görə. Cil və nazik taxtaların necə hazırlanması barədə internetdə məlumat topla. Bu gün evləri nə ilə örtürlər. 4. Patsxa Gürcüstanda çox geniş yayılmış tikilidir. Ona harada rast gəlibsən və necə fikirləşirsən, bu gün onun hansı təyinatı vardır.
Təbii şəraitlər üzündən, Sameqreloda evlər bir-birindən uzaqda olurdu və yaşayış məskəni ətraflara səpələnmişdi. Yaşayış məskəninin tip müxtəlifliyi xarici amil ilə də şərtlənirdi. Qərbi Gürcüstanda sıx meşə üzündən düşmən kəndləri asanlıqla tapa bilmirdi, belə ki, kəndlər dərələr arasında gizlənmiş olurdu, şərqdə isə buna asanca nail ola bilirdi. Buna müvafiq olaraq, özünü daha yaxşı müdafiə etmək üçün əhali bir-birinə yaxın yaşayırdı. Qərbi Gürcüstanda buna zərurət yox idi. Dadianilərin sarayı
TAPŞIRIQ
5. Sameqrelo yaşayış məskənlərinin tipini nə şərtləndirirdi. 6. Yadına sal, Şərqi Gürcüstanda Kartlidə hansı məskunlaşma tipi yayılmışdı? 7. Kartli ilə Sameqrelo məskunlaşma tipləri arasında fərqlərin səbəblərini sadala.
Bu tarixi saray və hazırda muzey Sameqrelo knyazlarının iqamətgahı idi. Sarayın muzeyi Gürcüstanda ən qədimdir. Onun nadir kolleksiyası təsdiq edir ki, sarayda Avropa qaydası ilə yaşayırdılar. Fransız elmi və bədii ədəbiyyatı, gürcü tarixə qədərki yazılarının nadir nümunələri olan kitabxana qorunub saxlanılmışdır. Eləcə də sarayda qiymətli qab-qacaq, Avropa mebeli, gürcü, rus və Avropa rəssamlarının əsərləri, klassik operanın klaviaturası və s. vardır. Gürcüstanda ən böyük bal rəqs salonu da buradadır.
TAPŞIRIQ Dadianilərin – Sameqrelo knyazlarının.
Bu kimin sarayıdır?
8. Zuqdididəki Dadianilər sarayı barədə məlumat topla və orada mühafizə olunan seçilmiş eksponatların siyahısını tərtib et. 9. Sarayda Avropa qaydası ilə yaşadıldığına nə dəlalət edir?
Mənbə 4. Turistlər Zuqdididə Dadianilərin sarayı yanında
SAMEQRELO
17
3.5
SAMEQRELODA TƏSƏRRÜFAT SAHƏLƏRI Sameqreloda təsərrüfat məşğuliyyətinin hansı xüsusiyyətləri var idi?
Mənbə 1. Ğomi bitkisi
Başqa diyarlarda olduğu kimi, Sameqreloda da əkinçilik aparıcı sahə idi. Bu gün bütün Gürcüstanda buğda geniş yayılmışdır və çörək- gürcü süfrəsinin əsas hissəsidir. Keçmişdə Sameqrelo da unundan çörək bişirilən buğda deyil, darı və ğomi becərirdilər. Buna müvafiq olaraq, meqrellər ğomi və cad ilə qidalanırdılar. Sonralar isə ğomi bitkisini qarğıdalı əvəz etdi. Qarğıdalıçılıq o qədər inkişaf etdi və elə bol məhsul götürürdülər ki, XIX əsrdə Gürcüstandan qarğıdalını satmaq üçün Fransaya da aparırdılar. Sameqrelo da buğdanı yalnız nisbətən yüksək ərazilərdə becərmək olurdu, harada ki, rütubətli iqlim yox idi. Ona görə də dənizə yaxınlıq orada Kartli-Kaxetidən fərqli əkinçilik sistemi formalaşdırdı. Mənbə 3. Jan Şarden meqrellər və ğomi barədə “Meqrellərin adi qidaları dənli bitki qidasını ğomi təşkil edir. Onu yalnız yemək vaxtı çatanda bişirirlər. ...Süfrəyə əlahiddə hazırlanmış kiçik ağac çubuqlar gətirirlər. Türklər bu çörəyi “pasta” adlandırırlar, meqrellər isə “ğomi”. ...Meqrellər... yalnız və yalnız bu sıyıqla qidalanırlar. Onların çörəyi budur, onların başqa çörəyi yoxdur...”
Mənbə 2. Darı
TAPŞIRIQ
1. Necə fikirləşirsən, Gürcüstanda ğomi becərmək mədəniyyətini nəyə görə qarğıdalı bitkisi əvəz etdi? 2. Mümkün olduğu qədər ev şəraitində ğomi bitkisi səp və becər. 3. Gürcüstanda qarğıdalının yayılması tarixini yadına sal. Mənbə 4. Qarğıdalı zəmisi
18
BIZIM GÜRCÜSTAN 5
SAMEQRELODA ÜZÜMÇÜLÜK-ŞƏRABÇILIQ Gürcüstanın aran yerlərində, yəni düzəngahlarda hər yerdə üzümçülük-şərabçılıq inkişaf etmişdi, o cümlədən, Sameqrelo da. Gürcülər dağ ilə aran arasında sərhədi tənəyin yayılmasına əsasən müəyyənləşdirdilər. Sameqreloda tənəyin bir çox sortları yetişdirilmişdir. Ən böyük məhsul və ən yaxşı şərabı isə Ocaleşi sortlu tənək verirdi, bu gün həmin sortdan hazırlanan şərab həm Gürcüstanda, eləcə də onun hüdudlarından kənarda populyar şərab növüdür. Bütün Qərbi Gürcüstanda olduğu kimi, Sameqrelonu da bir özünəməxsusluq xarakterizə edir – əgər Şərqi Gürcüstanda alçaq üzümlüklər salınırsa, Qərbdə – hündür tənəklərə üstünlük verilir. Doğrudur, yetişmiş üzümün məhsulunu hündür ağaclardan dərmək çətin idi, ancaq burada da hər şeyi təbiət həll etdi və bu addımdan kəndlini dənizə yaxınlığın səbəb olduğu rütubətli iqlim məcbur etdi. Payada buraxılmış üzüm məhsulu aşağıda çətin yetişirdi, hündür ağacda hava daha yaxşı təsir göstərirdi və üzüm də yaxşıca yetişirdi. Lakin üzüm Sameqreloda nisbətən gec, artıq qışın gəlişi ərəfəsində yetişirdi.
Mənbə 5. Arkancelo Lambertinin Sameqrelo barədə məlumatı “Kolxida şərab ilə... zəngindir, lakin çörək ilə kasıbdır”.
TAPŞIRIQ
4. Sinif yoldaşlarından və dostlarından soruş, onlardan hansının Sameqrelo da kəndi vardır. Müəyyənləşdir, onların həyətində hansı növ tənək bitir və şərabdan başqa, ondan daha nə hazırlayırlar? 5. Gürcüstanın sənə məlum olan daha hansı regionunda hündür üzüm növü yayılmışdır? İzah et, nəyə görə Sameqrelo da hündür üzüm sortu yayılmışdır?
Mənbə 6. Sameqrelo da üzüm süzülməsi. Kastelin albomundan
Sameqrelo da son illərdə fındıq plantasiyaları salmışlar. Əhali həmdə sitrus meyvələri yetişdirir.
Mənbə 7. Fındıq plantasiyası
Mənbə 8. Mandarin bağı SAMEQRELO
19
3.6
MEQREL ƏNƏNƏLƏRI Sameqrelo da hansı ənənələr yayılmışdır?
SAMEQRELODA ŞƏRAB ZIRZƏMISI Şərab zirzəmisi Şərqi Gürcüstanda elə tikili idi ki, orada torpağa basdırılmış küplər yerləşdirilirdi. Küpə tökülmüş şərab isə əlahiddə xüsusiyyətləri ilə xarakterizə olunurdu. O uzun müddətə saxlanıla bilirdi və özünün bütün ən yaxşı xüsusiyyətlərini qoruyub saxlayırdı.
Mənbə 1. Sameqreloda açıq şərab zirzəmisi TAPŞIRIQ
1. Sameqreloda yaşayan dostlarından və tanışlarından soruş və müəyyənləşdir, zirzəmidə nikahlanma və xaç suyuna çəkilmə mərasimləri yenə də yerinə yetirilirmi? Cavabı izah et. 2. Sameqrelonun hər hansı bir ənənəsi barədə informasiya axtarıb tap və onu Gürcüstanın başqa tarixi-etnoqrafik diyarının oxşar ənənəsi ilə müqayisə et. Təqdimat hazırla və sinifdə təqdim et.
20
BIZIM GÜRCÜSTAN 5
Sameqreloda isə, bütün Qərbi Gürcüstanda olduğu kimi zirzəmi tikili deyildi. Burada “açıq zirzəmi” mövcud idi. Bu cür zirzəmini həyətdə, ağacların kölgə saldığı yerdə düzəldirdilər. Sameqreloda zirzəminin nəinki təkcə təsərrüfat təyinatı var idi, eləcə də burada insanlar mərasimlər də yerinə yetirirdilər. Əcdadlarımız zirzəmidə basdırılmış küpləri müxtəlif ibadətlərə həsr edirdilər. Bu cür küplərə tökülmüş şərab yalnız müəyyən bayramlar bu və ya digər Allahlara ibadət zamanı istifadə olunurdu. Zirzəmidə basdırılmış küp ibadət rolunu da yerinə yetirirdi. Bir çox hallarda, əgər kənddə kilsə yox idisə, xaç suyuna çəkilmə və toy mərasimi zirzəmidə keçirilirdi, yaxud da kilsədən qayıtmış sağdış-solduşu ailənin böyüyü zirzəminin yanında qarşılayır və bəy ilə gəlinə xeyir dua vermək üçün oraya aparırdı. Zirzəmidə evlənmək xristianlığın yayılmasına qədər mövcud olan hadisə idi ki, bu da Sameqrelo da xristianlıq qəbul olunduqdan sonra da qalmışdır. Zirzəminin bu ən qədim funksiyası Gürcüstanın digər tarixi-etnoqrafik regionları üçün də xarakterik idi.
MEQREL SULQUNU
Bütün tarixi-etnoqrafik regionlar ümumi gürcü qida mədəniyyətinə, yəni mətbəx yaradılmasına xüsusi xidmət daxil etmişlər. Meqrellərin bu sahədəki xidməti xüsusi əhəmiyyət kəsb edir, belə ki, onlar pendirin elə bir növünü kəşf etmişlər ki, bu da sulquni adlanır. Sulquni adi təzə pendirdir, ancaq bişirilmiş və yoğurulmuş olur. Sulquninin hazırlanması qaydasını Kolxeti ovalığının təbii şəraitləri şərtləndirmişdir. Rütubətli iqlim üzündən adi pendirin nisbətən uzun müddətə saxlanılması imkansız idi. Yoğurulmuş – bişmiş pendir, yəni sulquni isə adi pendirə nisbətən uzun müddət saxlanıla bilir, həm də meqrellərə pendiri saxlamaq olduqca vacib idi, çünki ona görə ki, onlar əkinçilər idilər və çox inək saxlaya bilmirdilər. Onlara isə pendir ehtiyatı yaratmaq lazım idi, xüsusən, qış üçün. Bu gün sulquni Gürcüstanda ən populyar və tələb olunan pendir növlərindən biridir. Ona həm böyük ticarət obyektlərində, eləcə də bazarların piştaxtalarında rast gələrsiniz. Bu pendir, eləcə də Sameqrelodan məşhur qida məhsuludur, necə ki, Kaxetidən sucuq.
Mənbə 2. Sulquninin hazırlanma prosesi
Hisə verilmiş sulquni Hisə verilmiş sulquni əlahiddə növdür. Qədimdə iri sulquni başlarını ocağın üstündən asırdılar və orta ocaqdan qalxan tüstü müəyyən vaxt ərzində pendiri qəhvəyi rəngə boyayırdı. Bu cür texnologiya ilə hazırlanmış sulquni daha çox uzun müddətə öz keyfiyyətini saxlayır və dad xüsusiyyətlərini də dəyişirdi. Bu gün sulqunini yenə də hisə verirlər, ancaq, bu dəfə artıq müasir texnologiyalardan istifadə etməklə.
Mənbə 3. Hisə verilmiş sulquni
TAPŞIRIQ
3. Səbəbləri sadala, Sameqreloda nəyə görə sulquni hazı rlayırlar? İnternetdə əlavə material axtarıb tap. 4. Sənin fikrincə, coğrafi mövqeyinin və təbii şəraitlərin yerli mətbəxə hansı təsiri ola bilər?
SAMEQRELO
21
3.7
SAMEQRELO – GÜRCÜSTANIN AZADLIĞININ VƏ BİRLİYİNİN MÜDAFİƏÇİSİ
Sameqrelo Gürcüstanın azadlığı və birləşdirilməsi yolunda öz sədaqətini necə əks etdirirdi? SOTNE DADIANININ QƏHRƏMANLIĞI
Uzun əsrlər boyu bizim vətənimizin neçə-neçə düşməni var idi. Çariça Tamaranın ölümündən azca vaxt keçdikdən sonra ölkəyə ona qədər naməlum olan düşmən hücum etdi. Onlar Şərqdən gələn monqollar idilər. Monqollar Gürcüstanda çarlığı ləğv etdilər və səkkiz hissəyə - dümənə böldülər. Bu dümənlərin hər birinin başına gürcü idarəçiləri təyin etdilər. Sameqrelonu “Sotne Dadiani” idarə edirdi. Zənginlər ölkənin azad edilməsi barədə fikirləşirdilər. Bunun üçün isə onlar SamsxedəKoxtastavidə toplaşdılar. Onlar monqolların ağalığından özlərini xilas etmək üçün birgə üsyana qalxmağı qərara aldılar.
Mənbə 1. Koxtastavi sui-qəsdinin iştirakçıları olan gürcü tavadları Sotne Dadiani
Gürcülərin bu planı barədə monqollar xəbər tutdular və sui-qəsdin bütün üzvlərini həbs etdilər. Əsirlikdən təsadüfən yalnız üsyanın iki iştirakçısı – Sotne Dadiani və Raca eristavisi Kaxaberisdze xilas oldular. Onlar öz idarə etdikləri məkanlara bir qədər tez qayıtdılar ki, üsyan üçün daha yaxşı hazırlaşıb, digərlərinə vaxtında qoşulaydılar. Sotne Dadiani dostlarının həbsə alındığı barədə xəbər tutan kimi, hansılar ki çılpaq şəkildə günəş şüaları altında atılıb durmuşdular və ölümə tərk edilmişdilər, getdi, paltarını soyundu və onların yanında oturdu.
22
BIZIM GÜRCÜSTAN 5
Gürcü idarəçiləri monqollara təsdiq edirdilər ki biz üsyan üçün deyil, əksinə xərac toplamaq barədə məsləhətləşirdik. Özü könüllü olaraq gedən və dostlarının yanında çılpaqlanmış Sotne Dadiani də həmin sözləri təsdiq edirdi. Bundan sonra monqollar gürcü əsilzadələrinə inandılar və onların hamısını azad etdilər. Sotne Dadianinin hərəkəti qəhrəmanlığa bərabər idi. Sameqrelo əsilzadəsi Sotne Dadiani nəinki təkcə dostlarını, eləcə də ölkəni növbəti dağıntılardan beləcə xilas etdi. GÜRCÜSTAN BIRLIYININ INIKASI
Sameqrelo sakinlərinin, Svaneti sakinləri kimi, gürcü ədəbi dilindən fərqli olan danışıqları vardır, lakin nə zamansa bizim əcdadlarımızın ümumi dili var idi. Lakin müəyyən vaxt keçdikcə o üç qola ayrıldı. Meqrel danışığı yalnız ailədə istifadə olunurdu, dövlət sənədləri isə yalnız gürcü dilində yaradılırdı, gürcü dilində ibadət edirdilər, onların ədəbi dili də gürcü dili idi. Kilsələrdə yazıları gürcü dilində aparırdılar. Sameqrelo knyazlığının ayrılması dövründə də Dadianilər sarayında bütün sənədlər gürcü dilində yaradılırdı. “Kartlinin həyatının”, “Pələng dərisi geymiş pəhləvanın”... üzü o zaman köçürülmüşdür. Sameqrelodan çıxmış yazıçılar meqrel dilində qorunub saxlanılmış qədim gürcü sözləri ilə gürcü dilini zənginləşdirdilər. Bu elə bir dövrdə baş verirdi ki, həmin ərəfədə bəzi ölkələrdə parçalanma və onun daxilində müxtəlif tərəflər arasında qarşıdurma səbəbi əksər hallarda dil fərqi olurdu.
Mənbə 2. Sameqrelonun knyazı II Levan Dadianinin sifarişi ilə 1646-cı ildə üzü köçürülmüş “Pələng dərisi geymiş pəhləvan” poeması.
Mənbə 3. Arkancelo Lambertinin Sameqreloda yazı və savadlılıq barədə mülahizəsi “Əgər qadınlar onu qoruyub saxlamasaydılar, dilində oxu-yazı burada tamamilə məhv olacaqdı. Belə ki, əgər kimsə oxumaq istəyirsə, öyrətmək üçün öz uşağını gərək hansısa qadına həvalə etsin. TAPŞIRIQ
1. Sotne Dadianinin qəhrəmanlığının Gürcüstan üçün hansı əhəmiyyəti var idi? 2. Necə fikirləşirsən, svan və meqrel dilləri gürcü dilindən nəyə görə ayrıldı? 3. Sameqreloda mövcud olan kilsələrdə yazıları nəyə görə gürcü ədəbi dilində həkk edirdilər? 4. Sameqreloda(mənbə 3) Lambertinin savadlılıq barədə məlumatı nədən xəbər verir? 5. Mülahizə yürüdün, Sameqreloda özlərinin Gürcüstana sədaqətliliyini nə yolla əks etdirirdilər.
SAMEQRELO
23
NƏ BILIRƏM VƏ NƏ BACARARAM
Mənbə 1. Çobanların koması
Sameqreloda Xobistsğali çayının dərəsi onunla əlamətdardır ki bu dərə boyunca neçə-neçə təbiət abidəsi vardır: mağaralar, mamırlı massivlər, mineral su, Alp gölləri, şəlalələr, zirvələr və buzlaqlar. Turistlər çobanların ağacdan düzəldilmiş komaları ilə rastlaşırlar, burada onlar ortadakı ocağın ətrafında qızınmaq və dadlı yeməklərdən dadmaq imkanı əldə edirlər. Yolun sonunda isə onlar mavi-gümüşü rəngli dalğalanan və dincə gölü görəcəklər. Ən qədim əfsanəyə əsasən, hər kəs bu sakitliyi pozarsa və onun suyunda çimərsə, onun başı qara buludların hiddətindən,leysan yağışından və güclü şimşəkdən yaxa qurtara bilməz. 1. Tobavarçxili gölünə doğru turist marşrutu hazırla. ● İnternet vasitəsi ilə tanış ol, turistlər Çxorostkudan Topavarçxili gölünə qədər yolda nəyi görə bilərlər. ● Sənin üçün arzu edilən yerləri marşruta daxil et. ● Turistlər üçün müvafiq buklet hazırla, burada nəinki təkcə təbiət abidələrinin populyarlaşdırılmasına səbəb ola bilərsən, eləcə də sağlam həyat tərzinə kömək edə bilərsən.
Mənbə 2. Tobavarçxili gölü
* Martvili kanyonuna turist
marşrutunu planlaşdırarkən, sən də bunu edə bilərsən.
Mənbə 3. Martvili kanyonu
24
BIZIM GÜRCÜSTAN 5
2. Sinifdə “Meqrel mətbəxi günü – müsabiqəsi” təşkil edin.
Bunun üçün::
A. Sulquni diliminə bükülmüş kəsmik
a) Meqrel mətbəxinin xörəkləri barədə məlumat axtarıb tapın. b) Müəllimin köməyi ilə hazırlayacağınız xörəkləri paylayın. c) Qənaət etdiyin vəsaitlə, xörək üçün zəruri məhsulları əldə edin. d) Xörək hazırla. e) Sizin hazırladığınız xörəyi 10 ballı sistemlə qiymətləndirəcək münsiflər heyəti seçin.
B. Sulquni ilə ğomi
f) Qiymətləndirmənin meyarlarını işləyib hazırlayın: dadı, tərtibatı. g) PPT-də sənin hazırladığın xörək üzrə təqdimat hazırla: təqribən, nə vaxtdan mövcuddur, nədən və necə hazırlanır, Sameqrelonun coğrafi, təbii şəraitləri, təsərrüfat sahələri, ənənələri ilə nə əlaqəsi vardır.
C. Satsivi
h) Qaliblər və bütün iştirakçılar üçün sertifikatlar hazırlayın və onları paylayın. Bunun üçün: internetdə axtarıb tapın, yaxud özünüz çərçivə tərtib edin, burada müvafiq mətni yazacaqsınız. Məsələn,
Mənbə 4. Meqrel xörəkləri
SERTIFIKAT V sinif şagirdi __________________________________verilir Ona görə ki, o “Meqrel mətbəxi xörəkləri” müsabiqəsində iştirak etmiş və onun hazırladığı xörək “______” ______ yeri tutmuşdur.
İmzalar
SAMEQRELO
25
FƏSIL 4.
SVANETI r
y a r a
Bu fəsildə Gürcüstanın ən gözəl regionu – Svaneti ilə tanış olacaqsan. Biləcəksən ki, onun coğrafi yerləşməsinin burada mövcud olan yaşayış məskənlərinin tipinə və yaşayış evlərinə, ənənəvi məşğuliyyətlərinə və hərəkət etmə vasitələrinə, təbii fəlakətlərə və ənənələrə hansı təsiri vardır; məşhur svan qüllələri hansı funksiyanı yerinə yetirirdi. Svaneti ilə əlaqədar miflərlə və əfsanələrlə tanış olacaqsan, başa düşəcəksən ki, bu diyar nəyə görə Gürcüstanın xəzinə saxlanılan yerinə və turistləri cəlb edən diyara çevrilmişdir.
C e r q
i
a
k
T e
ne n
z
2241 D uR. kalmari-suki
a
!
# m. xojali 3313
en
xaiSi
x
!
2810 #m. akiba
3041# m. oTefura u
a
f
enguris wyalsacavi
s
26
BIZIM GÜRCÜSTAN 5
qvemo
a
m
e
g
u
s
e
T
y a r a C a i -
i
C e r q e z e T i
s nakris uR.
a
v
k
a
s
nakra
a
k
skr ne n
yabardo-balyareTi
f
beCos uR.
i
D
mestiis uR.
o
m. uSba# 4700
n qvemo marRi
e
m
o
m. TeTnuldi # 4858
!
WolaSi
!
s
v
a
n
e
waneris uR.
a
T
i
c #m. Sxara # 5068
a
z
! .
ienaSi
r
3887
v
en
i gu r
svifi !
mestia
T
! kur. hawvali
a
!
laxamula ! ! fari
d e
m
s
i
nakra !
ari-suki
3757 e
D
4012
!
adiSi
!
s
a
n
i
m. lahili
e
s
i
#T
e
q
lalxori
d
i
4008
Tefura uR. xeledi
!
q
v xel
g
e
m
o
v
a
n
q
CaJaSi
T
i
!
! . lentexi
!
xeledi
CixareSi xe
n sw
!
r
d
i
3216# m. luxuniswveri
! ya li
3562 # m. Cutkara
xofuri
o
e
2565 uR. lanqori
e
l
c
2623
cana !
e
fanga
ed ul a
r
s
D
!
2830
uR. latfari
2565
zagaros uR.
a
v
i
r
iSi
i
3202
m
D
u
r
x
C a
W
a
-
l
e
pirobiTi aRniSvnebi dasaxlebuli punqtebi
! . ! . ! !
mxaris centri municipalitetis centri sxva dasaxlebuli punqti kurorti
gzebi gzatkecili
sazRvrebi saxelmwifos istoriul-geografiuli provinciis
hidrografia mdinare wyalsacavi
sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili
myinvari
27
4.1
SVANETININ YERLƏŞMƏSI Svanetinin coğrafi mövqeyi necədir?
Gürcüstan ərazisinin böyük hissəsini dağlar tutur. Dağlarda yerləşən belə tarixi-etnoqrafik diyarlardan biri Svanetidir. O Qərbi Gürcüstanın şimal hissəsində, Qafqazın baş su ayırıcısının cənub ətəyində yerləşir. Svaneti silsiləsi Qafqaz sıra dağlarının hissələrindən biridir. O Svanetini coğrafi cəhətcə iki hissəyə bölür: Zemo və Kvemo Svanetiyə. İnquri çayı Svanetidən axır, Kvemo Svaneti isə Sxenisdzğali dərəsinin yuxarı hissəsində yerləşir. Zemo Svanetidə iqlim nisbətən sərtdir və qışda daha uzun sürür. Kvemo Svanetidə iqlim nisbətən mülayimdir. Burada bostan bitkiləri becərmək və meyvə ağacları bitirmək mümkündür.
TAPŞIRIQ
1. Xəritədə (səh. 26-27) axtar tap və Svanetidə yerləşən zirvələri sadala. 2. Necə fikirləşirsən, Zemo Svanetinin iqlimi Kvemo Svanetinin iqlimindən nəyə görə fərqlənir. 3. Axtarıb tap, Tetnuldi xizək kurortu Svanetinin hansı hissəsində yerləşir. 4. Svaneti xəritəsinin (səh.26-27) köməyi ilə aydınlaşdır Zemo Svanetidən Kvemo Svanetiyə hansı aşırım vasitəsilə keçmək olar.
28
BIZIM GÜRCÜSTAN 5
Mənbə 1. İnquri çayı və Zuqdidi- Mestia yolu TAPŞIRIQ
5. Müəyyənləşdir, Zemo Svanetidən başqa etnoqrafik regionları keçmədən Kvemo Svanetiyə səfər edə bilərsənmi? 6. Xəritənin (səh.26-27) köməyi ilə Svaneti ilə qonşu olan Gürcüstan regionlarını sadala. 7. Svanetinin şimalı ilə hansı ölkə həmsərhəddir (xəritə, səh. 26-27).
Mestia uzun əsrlər boyu Svanetinin mərkəzi idi. Bu günədək ən çox qüllə orada qorunub saxlanmışdır. Mestia Zemo Svanetinin ən böyük yaşayış məntəqəsidir.
Mənbə 2. Mestia
Mənbə 3. YUNESKO Uşkuli icmasının, Çajaşi kəndini dünya mədəni irs abidələri siyahısına daxil etmişdir. Ona görə də bu məkanı əlahiddə qanun mühafizə edir.
“Uşkuli Avropada ən yüksəkdə yerləşmiş yaşayış məntəqəsidir”.
“Tetnuldi Qafqazda ən uzun xizək trasıdır”.
TAPŞIRIQ
Mənbə 4. Turistlər Svanetidə
8. Uşkuli barədə turistlər üçün məlumat hazırla. Məlumatın istənilən mənbəyindən istifadə et.
SVANETI
29
4.2
SVANETIDƏ MƏSKUNLAŞMA TIPLƏRI VƏ YAŞAYIŞ EVLƏRI Svanetidə nə cür yaşayış tipləri və evləri var idi?
LÜĞƏT
Landşaft – alman sözüdür. Hər hansı bir yerin ümumi görünüşü. Axur – bağlanmış malqara üçün yemlərin töküldüyü məkan. Ocaq – evin mərkəzində od qalamaq üçün yer, ailə üzvləri buraya toplaşırdılar.
Mənbə 1. Uşquli
30
BIZIM GÜRCÜSTAN 5
Keçmişdə Svanetidə 140-dan çox kənd var idi, halbuki, müəyyən vaxt müddətində onların bir çoxu xarabalıqlara çevrilmişdir. Bu gün insanlar pərakəndə halda, birbirlərindən uzaqda yaşayırlar. Keçmişdə isə svan kəndləri sıx məskunlaşmışdır. Dağın landşaftı, torpaq sahələrinin azlığı üzündən, böyük yaşayış məskənləri yaratmaq qeyrimümkün idi. Svanetidə keçmişdə də və elə indinin özündə də kəndlərdə qüllələr durur. Məsələn, XIX əsrin 80-ci illərində Uşkuli kəndində 100-ə qədər əhəng daşı ilə tikilmiş ev və 60dək qüllə var idi. Köşklər adi əhəng daşı ilə tikilmiş evlərə birləşirdi. Düşmən hücum etdiyi təqdirdə, yerli əhali özünə bu qüllələrdə sığınacaq tapırdı. Hər bir soyadının qülləsi var idi, bəzi soyadlarının – hətta bir neçə. Qüllələrin əksəriyyəti 1876cı il Svaneti üsyanı zamanı məhv edildi. Üsyana qalxmış svanlar düşmənə qüllələrdən müqavimət göstərirdilər və onlara böyük ziyan da vurmuşdular. Başqa vaxt üsyan baş verməsin deyə düşmən bir çox qülləni dağıtdı və əhalini sığınacaqsız qoydu.
Svan evi Svanlar yaşayış evini “kori” adlandırırdılar ki, bu da qədim gürcü sözüdür. Nə zaman ki, düşmən narahat etmirdi, əhali bu evlərdə yaşayırdı, müharibə və hücumlar zamanları isə mal-qara ilə birlikdə qüllələrdə sığınacaq tapırdılar. “Kori”nin birinci mərtəbəsi “maçubi”, ikinci mərtəbəsi “darbazi” adlanırdı. Maçubda yalnız qış aylarında yaşıyırdılar, yayda isə ikinci mərtəbədə, darbazidə (salonda) olurdular. Mənbə 2. Maçubi. Maçubinin mərkəzində ocaqlıq quraşdırılırdı, ocaqlığın başında yalnız ailənin böyüyü otura bilərdi. Ocaqlığın yanında ailənin bütün üzvlərinin öz yeri var idi. Ocağın üzərindən dəmir zəncir asılırdı, ona qazan bərkidilirdi və xörəklər hazırlanırdı. Maçubinin bir bucağı ağacdan qalın divarla ayrılırdı, burada isə axur quraşdırılırdı. Ora iri buynuzlu malqaranın salındığı yer idi. Onların üstündə isə qoyunlar və keçilər yerləşdirilirdi.
TAPŞIRIQ
1. Mənbə 2 və 3-ə əsasən svan yaşayış interyerini təsvir et. Bu interyer neçə mərtəbədən ibarət olur? Onların hər biri hansı məqsədlə istifadə edilirdi? 2. Sənin fikrincə, keçmişdə svan qüllələrini nəyə görə tikirdilər və bu gün nə üçün ucaltmırlar? 3. Necə fikirləşirsən, mal-qara nəyə görə maçubiyə gətirilirdi (mənbə 2).
Mənbə 4. Svan evi (“Kori”) və qüllə (“Murğvam”) SVANETI
31
4.3
DAĞDA HƏRƏKƏT ETMƏ VASITƏLƏRI VƏ TƏHLÜKƏLƏRI Svanetinin təbii şəraitlərinin hərəkət etmə vasitələrinə hansı təsiri vardır? Svanetinin əksər hissəsi yüksək dağlarla əhatə olunmuşdur. Buna görə də keçmişdə kəndlər bir-biri ilə piyada cığırları və aşırımlarla əlaqə saxlayırdı. Əvvəlcə Svaneti əhalisi Gürcüstanın başqa diyarlarına keçmək üçün İnquri çayının mənbəyindən keçərək, Sxenidzğali dərəsinin mənbəyinə adlayırdı, oradan isə Rioni çayının dərəsinə. Geriyə də həmin yolla qayıdırdı.
Mənbə 1. “Cim Şvante” (yəni Svanetiyə duz) filmindən kadr, 1930-cu il. Svanların problemlərindən biri duz çatışmazlığı idi. Onu əldə etmək üçün əhali arana enirdi. Lakin yolsuzluq üzündən onların çoxu həlak olurdu.
Sameqrelonu Svaneti ilə birləşdirən ilk avtomobil yolu 1934-cü ildə çəkilmişdir. Bu gün yalnız Zaqaro aşırımı vasitəsi ilə Zemo və Kvemo Svaneti arasında avtomobil nəqliyyatı ilə gedib gəlmək olar. Ancaq, havaya görə bu keçid ildə cəmi üçdörd ay açıq olur.
Mənbə 2. Zaqaro aşırımı
32
BIZIM GÜRCÜSTAN 5
Gedib gəlməyin daha bir vasitəsi təyyarədir. Mestiada bir neçə on illikdir ki, kiçik ölçülü hava limanı fəaliyyət göstərir. Onun köməyi ilə bu gün gedib gəlmək asanlaşmışdır.
Mənbə 3. Mestia hava limanı
Böyük qar yağdığı zaman Svanlar kəndlərdə gəzmək üçün nəzərdə tutulan xizəklərlə hərəkət edirdilər, yük daşımaq üçün isə kirşədən istifadə edirdilər, bu kirşəyə öküzləri qoşurdular. Yeni texnologiyaların yaranmasına baxmayaraq, dağda indinin özündə belə bu cür gedilməsi çətin olan yerlər vardır ki, burada yenə də kirşədən istifadə edirlər (məsələn, ot və ya odun daşımaq üçün).
Mənbə 4. Qarda gəzmək üçün “txilmari” Mənbə 5. Müasir sürüşmək xizəyi TAPŞIRIQ
1. Mestia hava limanın binası (mənbə 3) nəyi xatırladır? 2. Sənin fikrincə, bu gün qüllənin hansı təyinatı vardır? 3. Köhnə və yeni xizəklərin (mənbələr 4-5) hansı təyinatı vardır? SVANETI
33
TAPŞIRIQ
4. Gedib gəlmək üçün müasir vasitələrin olmasına baxmayaraq, nəyə görə Svanetidə bəzi yerlərdə kirşədən istifadə edirlər? 5. Keçmişdə və indi gedibgəlmək vasitələrini müqayisə et. Onların hər birinin üstünlüyünü izah et. Dəftərdə cədvəl şəklində çək. Mənbə 6. Kirşə
Mənbə 7. Müasir aeroxizək
Dağda gedib – gəlmək əksər hallarda daha təhlükəlidir, nəinki aranda. Dağda gözlənilmədən qar uçqunu baş verə bilər və yolçular qar altında qala bilər, ya da sıldırım yamaclardan daş yuvarlana və insanlara və ev heyvanlarına xəsarət yetirə bilər. Ona görə də çətin şəraitlərdə yol gedərkən, təhlükə yarandığı halda, kömək istəyirlər.
Mənbə 8. Xizək patrulu
34
BIZIM GÜRCÜSTAN 5
Mənbə 9. Xilasedicilər Svanetidə turistləri xilas etdilər
Keçmişdə insanlar kömək üçün bir-birilərinə müraciət edirdilər, bir çox hallarda bu günün özündə belə bu cür hərəkət edirlər. Lakin, əgər problem mürəkkəbdirsə, köməyi dövlətdən istəyirlər. Təbii şəraitlərlə əlaqədar, Svanetidə bu cür hadisələr nisbətən tez-tez baş verir. Təxirəsalınmaz yardım xidməti Gürcüstanda və dünyanın bütün ölkələrində təxirəsalınmaz yardım mərkəzi mövcuddur. Təhlükə qarşısında olduğumuz zaman, hansı ölkədə olmağımızdan asılı olmayaraq, telefonla 112 rəqəminə zəng edə və yardım istəyə bilərik. Kömək çağırdığımız zaman operatora harada olduğumuzu və hansı problemlə üzləşdiyimizi deməliyik. Təxirəsalınmaz yardım xidməti 24 saatlıq rejimdə işləyir. Səbəbsiz yerə yardım çağırmaq qanunla cəzalandırılır. 2017-ci ilin yayında Gürcüstanın müxtəlif guşələrində, meşədə onlarca güclü yanğın baş verdi. Onları söndürmək o qədər mürəkkəb idi ki, yanğınsöndürənlərə və xilasedicilərə yerli əhali də kömək edirdi. Birgə səylərlə bütün yanğınları söndürmək mümkün oldu. Xəsarət almış alpinistləri xilas etmək üçün də tez-tez çağırışlar olur.
TAPŞIRIQ
6. Necə fikirləşirsən, Svanetidə fövqaladə hadisələr nəyə görə, nisbətən tez-tez baş verir. 7. Sənin fikrincə, Svanetidə hansı hadisə üzündən xilasetmə xidmətini çağırmaq olar. Cavab vermək üçün yadına sal, orada hansı təhlükələr mövcuddur. 8. Dağda işləyən xilasedicilər hansı texnikadan istifadə etməli olurlar(mənbə 9)? 9. Dağ-xizək kurortlarında turistlərin təhlükəsizliyini kim qoruyur (mənbə 8)? 10. İzah et, yalançı çağırış nəyə görə qanunla cəzalandırılmalıdır. 11. Ailə üzvləri arasında sorğu apar, nə zamansa fövqəladə yardım xidmətini çağırıblar və ona nə məqsədlə müraciət ediblər.
Mənbə 10. Tbilisidə təxirəsalınmaz xidmətin operativ idarəetmə mərkəzinin binası
TAPŞIRIQ
12. Təxirəsalınmaz yardım xidmətinin əməkdaşları tez-tez öz həyatları bahasına insanlara kömək göstərirlər və bunun üçün qiymətləndirilməyə layiqdirlər. Sinif yoldaşlarınla birlikdə təşəkkür məktubu yaz və onlara göndər.
SVANETI
35
4.4
SVANETIDƏ TƏBİİ FƏLAKƏTLƏR Svanetidə təbii fəlakət zamanı əsas nə idi və nədir? XX əsrin ikinci yarısında Svanetidə bir neçə təbii fəlakət baş verdi - qar uçqunu və torpaq sürüşməsi -bir çox insanın tələfatına səbəb oldu. Bir neçə kənd əhalidən boşaldı. Svanetidə buna bənzər təbii fəlakətlər ötən əsrlərdə nisbətən az baş verirdi. Kəndlərdə dağıntılar və qurbanlar nadir hallarda olurdu. Bu gün tez-tez baş verən qar uçqunları və torpaq sürüşmələrinin başlıca səbəbi insanlar tərəfindən buraxılmış səhvlərdir. Onlar əcdadları tərəfindən onlara verilmiş ənənələri, biliyi unutdular : evi elə yerdə tikdilər ki, ora torpaq sürüşməsi təhlükəsi altında idi və qar uçqunu təhlükəsi də mövcud idi. İnsanlar meşələri elə yerdə doğramağa başladılar ki, orada bu ağacları doğramaq olmazdı.
Mənbə 1. Svan qülləsi qar uçqunu ilə üzbəüz
Svan qülləsi qar uçqunu ilə üzbəüz Qüllə elə tikilmişdir ki, əhəng daşı ilə ucaldılmış evləri qar uçqunundan qoruyur. Dağdan qopub gələn qar uçqunu möhkəm tikilmiş qülləyə çırpılırdı, onun küncü isə uçqunu iki yerə bölürdü və yaşayış evini mühafizə edirdi. Alimlər aydınlaşdırdılar ki, bunu nəinki təkcə bərk əhəng daşından tikilməsi, həm də onun torpağında dərin açılmış yumurtaya bənzər bünövrəsi də şərtləndirirdi.
36
BIZIM GÜRCÜSTAN 5
TAPŞIRIQ
Mənbə 2. Baş vermiş qar uçqunundan yolun təmizlənməsi
Ötən əsrdə baş vermiş təbii fəlakətlər Svaneti əhalisinin bir hissəsini doğma regionu tərk etməyə və yaşamaq üçün arana köçməyə məcbur etdi. Bu cür əhalini ekomiqrantlar adlandırırlar. Köçürülmək zamanı onlara dövlət yardım etdi. Ekomiqrantlara qayğı onun borcudur. Dağdan enmələrinə baxmayaraq, Svanlar öz ənənələrini aranda da qoruyub saxlamışlar.
1. Təbiət dərsliyindən yadına sal, meşənin hansı təyinatı vardır? 2. Svanetini hansı təbii fəlakət hədələyə bilər? 3. Dərsin mətnində əcdadların təcrübəsi barədə məlumat axtarıb tap. Onlar özlərini qar uçqunlarından hansı vasitələrlə qoruya bilirdilər?
Mənbə 4. “Lamproba” bayramı Məşəlləri Svanlar baharın gəlişi zamanı öz ölüləri üçün yandırırdılar. Onlar inanırdılar ki, bu yol ilə vəfat etmiş əcdadları evləri istilədirdilər. Bu bayramda əsas işıqdır, bunları svanlar ağac budaqlarından düzəldirlər.
Mənbə 3. Dmanisiyə köçürülmüş svanlar “lamproba (”işıqlandırma) bayramını qeyd edirlər TAPŞIRIQ
4. Sənin fikrincə, təbii fəlakətdən zərər çəkmiş əhaliyə dövlət nəyə görə kömək göstərməlidir. 5. Svanetidən köçürülmüş ekomiqrantlar hansı diyarda yaşayırlar? 6. Yadına sal, Gürcüstanın daha hansı tarixi-etnoqrafik diyarının ekomiqrantlar problemi vardır. Bu problemin səbəblərini müqayisə et. SVANETI
37
4.5
SVANETI DAĞLARI VƏ OVÇULUQ ƏNƏNƏSI Svanetidə hansı miflər və ovçuluq ənənəsi yayılmışdır? Dağ, aran ilə müqayisədə, qədim ənənələri, əfsanələri və rəvayətləri daha çox qoruyub saxlamışdı. Dağ əhalisinin həyat tərzini əksər hallarda bu ənənələr və əfsanələr müəyyənləşdirirdi ki, bunlar da əsrlər boyu yaranır və nəsildən nəslə ötürülürdü. Svanetidə onların uzaq əcdadlarının hücuma keçmiş düşmənə qarşı necə mübarizə apardıqlarını, eləcə də təbii fəlakətlərə qarşı mübarizədə bir-birinə necə arxa kömək olduqlarını indi də xatırlayırlar. Ovçuluq burada geniş yayılmış məşğuliyyət sahəsi idi. Dali barədə miflər məhz bunun ilə əlaqədardır. Dali ovçuluq ilahəsi idi. Xarici görkəminə əsasən, qızılı rəngli saça malik Dali keçilməz qayalıqlarda yaşayırdı. Svanların etiqadına görə, Dali ovu (dağ keçisi, köpkər, maral) çoxaltmağa və himayə etməyə, qırılmış ovu diriltməyi, ənənələrə sadiq ovçu üçün şərait yaratmağa və ovçuluğun müəyyən olunmuş qaydalarına əməl etməyənlərə ziyan vurmağa və hətta məhv etməyə qadir idi. Svanetidə ən çox dağ keçilərini ovlayırlar. Dağ keçisi son dərəcə ehtiyatlı və sürətli heyvandır. Onun əlahiddə görmə qabiliyyəti və eşitmə bacarığı vardır. O keçilməz qayalıqlarda yaşayır və onu ovlamaq olduqca çətindir. Məhz buna görə də dağ keçilərini ovlamaq böyük hünər və igidlik tələb edir.
Mənbə 1. Svaneti dağlarında dağ keçisi
Mənbə 2. Tetnuldi
Insanlar hələ heyvanları əhliləşdirirməyi və torpağı becərməyi öyrənməzdən qabaq ovçuluqla məşğul olurdular. Keçmişdə ovçuluq qidaların əldə edilməsinin başlıca vasitəsi idi. İnsan özü qida istehsal etməyə başladıqdan sonra isə, ovçuluq
38
BIZIM GÜRCÜSTAN 5
öz qədim təyinatını itirdi. Bu gün insanlar əksər hallarda idman ehtiraslarını ödəmək məqsədilə ov edirlər, bir-biri ilə yarışırlar ki, görək kim daha çox heyvan ovlayacaq. Bunun üçün süni ovçuluq yerləri də yaratmışlar. Dövlət ovçuluğa zəruri diqqət yetirir və onunla əlaqədar xüsusi qanunlar qəbul edir. İl ərzində ova icazə verilən, eləcə də ovçuluğu qadağan edən dövrlər müəyyənləşdirilmişdir. Eləcə də dövlət bəzi quşları və heyvanları ovlamağa qadağa qoymuşdu, çünki təbiətdə onların miqdarı olduqca azalmış, adları Qırmızı kitaba daxil edilmişdir.
Tetnuld barədə mif Keçmişdə, nə zaman ki insanlar havanın dəyişməsinə nəyin səbəb olduğunu bilmirdilər, hər şeyi fərqli, özlərinin müşahidəsi və təbiətə nəzər-diqqət yetirmək sayəsində izah edirdilər. Tetnuldi dağı günün əksər dövründə dumanla örtülü olur və onun zirvəsi demək olar ki, görünmür. Bu fakta görə, Svanetidə xalq rəvayəti yayılmışdır. “Uşba Tetnuldini çox sevir, Tetnuldi utancaqdır, Uşbadan gizlənir, sifətini örtür, ona görə onun sifəti əksər hallarda dumana bürünmüş olur, duman olun sifətinin örtüyüdür”.
Mənbə 3. Gürcüstanın Qırmızı kitabına daxil edilmiş köpkər
LÜĞƏT
Qırmızı kitab – nadir və nəsli kəsilmək ərəfəsində olan bitkilərin və heyvanların siyahısı, onların vəziyyətinin qısa xarakteristikası ilə.
Ət – qida üçün
Buynuzla rından – içki qabı, silah
Mədəsindən – qab və ya kisə
Damarlarından – kiriş (möhkəm ip)
Sümüklərindən – bıçaqlar, dəri təmizləmək üçün qaşıyıcılar, daraqlar
Xəzindən/ dərisindən – paltar, ayaqqabı
Mənbə 4. Ovlanmış dağ keçisindən nədə istifadə edirdilər TAPŞIRIQ
1. Bu gün nəyə görə qida əldə etmək üçün ova getmirlər? 2. İzah et, nəyə görə ovlamaq üçün xüsusi vaxt müəyyənləşdirilmişdir və ovçu hansı qaydalara əməl etməyə borcludur. 3. Mülahizə yürüt, Gürcüstanda ovçuluq qadağan olunmalıdır, yoxsa yox? Öz mülahizəni əsaslandır. 4. Gürcüstanda çöl heyvanlarını mühafizəsi ilə məşğul olan bir neçə təşkilat mövcuddur, halbuki, onlar barədə ictimaiyyətdə az məlumat vardır. Həmin təşkilatların məşhurlaşmasına kömək göstər. Beləliklə sən heyvanları xilas edə bilərsən. Buklet yarat və ya ictimai hərəkata başla, yaxud da başqa fəallıq göstər.
SVANETI
39
4.6
SVANETIDƏ TƏSƏRRÜFAT SAHƏLƏRI Svanların ənənəvi məşğuliyyətlərində nə dəyişir və nə dəyişmir?
TAPŞIRIQ
1. Məlumat axtarıb tap, Gürcüstanda kartof nə zaman və necə yayılmışdır, öz həmyaşıdlarınla tanış et, svanlar ondan hansı xörəkləri hazırlayırlar.
Keçmişdə həyatın müəyyənləşdirici ənənələri var idi. Gürcülər müəyyən olunmuş və əcdadlarından ötürülmüş adətənənələrə çox nadir hallarda əməl etmirdilər. Bütün bunlara baxmayaraq, müəyyən dövrlər ərzində, yaşayış qaydalarının dəyişilməsi üzündən, ənənələrdə dəyişir və dəyişikliklərlə bərabər bir çox adət-ənənələr unudulmağa başlayır. Onların əvəzində yeni ənənələr formalaşır. Svanların ənənələri, xüsusən onların gündəlik həyatında, təsərrüfat məşğuliyyətində özünü büruzə verir. Eləcə də, necə ki, bütün Gürcüstanda, Svanetidə də təsərrüfatın əsas sahəsi əkinçilik idi. Keçmişdə burada arpa, çovdar və darı becərirdilər, indi isə bu bitkiləri artıq çoxdandır ki, kartof əvəz etmişdir. Svanetidə yetişdirilən kartofun rəngi qırmızı olur və bu qida olduqca dadlıdır. Svanetidə heyvandarlıq əkinçiliyin köməkçi sahələrindən biri idi. Heyvandarlığı inkişaf etdirmədən Svanetidə torpağı becərə bilməzdilər (çünki ağac xışı öküzlər dartırdılar) və yüksək məhsuldarlığa nail ola bilməzdilər. Svanetidə orijinal baş örtüyü, n.d. Svan papağı vardır. Bu papağın üstündən qaytan çəkilmiş olur ki, bu da xaç təsəvvürünü yaradır. Bu papaq bütün Gürcüstanda çox populyardır. Papaqları və yapıncıları svanlar qoyun yunundan hazırlayırdılar. Bu o deməkdir ki, burada qoyunçuluqla da məşğul olurdular. Lakin Svan papaqları keçmişdə bir balaca fərqli olurdu. Ona əlavə edilmiş qulaqcıqlar kişilərin qulaqlarını örtürdü.
Mənbə 1. Müasir svan papağının hazırlanması
40
BIZIM GÜRCÜSTAN 5
Mənbə 2. Fotoda sağdakı köhnə svan papağı
Svan papağı qalxan kimi Svan papağı o qədər möhkəm və qalındır ki bir neçə dəfə büksən belə, var gücü ilə endirilmiş xəncər zərbəsini də saxlaya bilir. Keçmişdə svan döyüşçüləri ondan teztez qalxan əvəzinə istifadə edirdilər, qalxan sınan zaman və yaxud gözlənilmədən düşmən zərbəsini dəf edərək, qalxan əvəzinə ondan istifadə edirdilər.
Hələ arqonavtlar çoxdan bilirdilər ki, o dövrkü gürcülər qızıl istehsal edirdilər və yaxşı zərgərlər idilər. Qızıl əldə etmək ənənəsini isə son zamanlaradək, o dövrkü Kolxeti çarlığının bir hissəsi olan Svaneti qoruyub saxlamışdır.
TAPŞIRIQ
2. Arqonavtlar barədə mifi və qızıl yun barədə məlumatı yadına sal. Sənin fikrincə, qızıl yun barəsində mövcud olan hansı məlumat daha inandırıcıdır: Yunan mənbələrində olanlarmı, yoxsa bu dərsdə öyrəndiyinmi. Cavabı əsaslandır. 3. Mənbə 3-ün köməyi ilə yadına sal, Svanetidə qızılı necə əldə edirdilər.
Mənbə 3. Çaydan dəri üsulu ilə qızıl istehsal etmək
Uzun əsrlər boyu Svaneti sakinləri olan kişilər, bütün Gürcüstana “kənar iş” dalınca gedirdilər. Onlar payızın sonundan baharın gəlişinə qədər bir neçə ayı aran kəndlərində keçirirdilər, burada müxtəlif işlər görürdülər. Geri qayıdanlar isə dağda olmayan vacib şeyləri gətirirdilər (duz, şərab və s.). Bu hadisə gürcü dilinin yayılmasına, svanların ümumi gürcü mədəniyyəti arealına qoşulmasına əlverişli şərait yaradırdı, çünki onların ədəbi dildən fərqli olan danışıqları var idi. Şərqi Gürcüstana kənar işlərə gedən zaman, Svanlar İnquri dərəsi və Sxenidzğali dərəsinin mənbəyindən Rioni dərəsinin mənbəyinə, Racanı keçərək, Kartliyə keçirdilər və yazda həmin yol ilə geri qayıdırdılar. Svanlar kənar işlərə getməyə indi də davam etdirirlər. Bu gün Tbilisidə Svaneti dağlarından gəlmiş inşaatçılar qrupları hündür mərtəbəli binaların fəsadlarını SVANETI
41
TAPŞIRIQ
4. Necə fikirləşirsən, svan fəhlələr çoxmərtəbəli evlərdə işləyən zaman nəyə görə qorxmurlar. 5. Keçilmiş dərsləri yadınıza salın və mülahizə yürüdün, Svanların ənənəvi məşğuliyyətlərində nə dəyişmişdir və nə-yox. 6. Necə fikirləşirsən, təbii şəraitdən irəli gələrək, Svanetidə hansı təsərrüfat sahələrini inkişaf etdirmək mümkündür?
Mənbə 4. Alpinistlər
42
BIZIM GÜRCÜSTAN 5
boyayırlar. Bu təhlükəli işi onlardan yaxşı və qorxmadan heç kəs yerinə yetirə bilmir. Svanlar eləcə də xilasedicilər və alpinistlər kimi işləyirlər və bu işi həm Gürcüstanda və həm də onun hüdudlarından kənarda icra edirlər. Svanetinin təbii şəraiti alpinizmin və onunla əlaqədar olan dağ turizminin inkişafına imkan verir. Bu gün Svaneti həm yay, həm də qış turizminin mərkəzlərindən biridir. Bu sahənin inkişafı diyarın iqtisadi irəliləyişinə təkan verdi. Neçə neçə ailə mehmanxanaları yaradıldı ki, bu da yerli əhalinin gəlirlərini əhəmiyyətli dərəcədə artırdı. Peşəkar və ya həvəskar alpinistlər Svaneti dağlarına yürüş edirlər. Bu işdə onlara svan bələdçiləri kömək göstərirlər.
“Qaya pələngi” Mixeil Xarqiani dünyada tanınmış alpinistdir. İngiltərədə qayaya dırmaşma üzrə yarışların birində İngiltərə kraliçası iştirak edirdi. Kraliça qayaya dırmaşanları görəndə deyir: “birini tanıyıram, bizimkidir, ancaq o biri, ikincisi, qayaya ki, pələng kimi dırmaşır, o kimdir?” Bundan sonra Mixeil Xarqianini “qaya pələngi” adlandırırlar. O dünyanın bir çox zirvələrini fəth etmişdir və çoxlu medal qazanmışdır, lakin ən əhəmiyyətlisini onu hesab edir ki bir çox alpinistlərin həyatını xilas etmişdir. Mestiada onun ev-muzeyi yaradılmışdır, bu muzeyə hər il çoxlu insan qonaq gəlir.
4.7
SVANETI GÜRCÜSTANIN XƏZINƏ XƏLVƏTXANASI Svaneti nəyə görə Gürcüstan xəzinəsinin xəlvətxanasına çevrilmişdir?
Svaneti coğrafi cəhətcə Gürcüstanın mərkəzindən uzaq olan tarixi-etnoqrafik regiondur. Buna baxmayaraq, o qalan Gürcüstandan heç zaman aralı qalmamışdır. Svanlar həmişə ölkənin siyasi həyatına fəal qoşulmuş və ölkənin əzmkar müdafiəçiləri kimi tanınmışlar. Onları bir çox hallarda çarın yürüş iştirakçıları kimi də xatırlayırlar. Bu xidmətlərinə görə, Gürcüstan çarları Svaneti kilsələrinə tez-tez ikonalar, qiymətli daş-qaşlar hədiyyə edirdilər. Svanlar ibadət yerlərində dualar icra edərkən əvvəlcə vahid Gürcüstan, eləcə də birləşmiş Gürcüstanın rəmzi – Baqrationlar çarlığı sülaləsinin ibadəti ilə başlayırdılar, sonra ümumi Svanetini və yalnız axırda o kəndin, harada ki, ibadət edirdilər, ona dualar oxuyurdular. Svanetinin Gürcüstan tarixində ölkənin xəzinə saxlanılan yer – xəlvətxana funksiyası var idi. Arana soxulmuş düşməndən qorunmaq üçün, kilsə əşyalarını, ikonaları və ən qədim gürcü əlyazmalarını Svaneti kilsələrində saxlayırdılar. Svanetidə düşməndən alınmış Tao- Klarcetidən gürcü mədəniyyətinin bir çox nümunələri burada belə qorunub qalmışdır, bunlardan ən qədim əl yazması – 897-ci ildə üzü köçürülmüş dörd fəsildir, ki, bu da Adişi kəndində saxlanılırdı.
Mənbə 1. Zəng, hansını ki, 1600-cü ildə Latali icmasının kilsəsinə Kaxeti çarı Aleksandr bağışlamışdır.
Mənbə 2. Adişi dördfəsli TAPŞIRIQ
1. Necə fikirləşirsən, Kaxeti çarı zəngi Svanetidə yerləşən kilsəyə nəyə görə hədiyyə etmişdir? SVANETI
43
TAPŞIRIQ
2. Necə fikirləşirsən, Svaneti nəyə görə Gürcüstanın xəzinə xəlvətxanasına çevrilmişdir?
Svanetidə o qədər çox miqdarda həm yerli, həm də başqa tarixi-etnoqrafik regionlardan gətirilmiş gürcü mədəni abidələri var idi ki, onları gürcü mədəniyyətinin iqamətgahı da adlandırırdılar. Qiymətli əşyaların və əlyazmalarının böyük miqdarı, kilsələrdən başqa, həm də svan ailələrində saxlanılırdı və bugünə qədər mühafizə olunmuşdur. Böyük çətinliklərə və ailə problemlərinə baxmayaraq, onlar xəzinəni satmaq barədə heç zaman düşünməmişlər və bu cür varlanmaq həvəsində olmamışlar. Əsrlər boyu qorunub saxlanılan xəzinəni bir çox ailələr Mestia dövlət muzeyinə vermişdir və bu əşyalar kütləvi şəkildə sərgilənmişdir. Svanetidə xristianlıq lap ilkin dövrlərdən yayılmışdı və orada hər kənddə bir neçə kilsə də tikilmişdi. Kilsələrin əksəriyyəti çox gözəl freskalarla və qədim gürcü yazıları ilə bəzədilmişdir. Svanetidə 200-dən çox yaraşıqlı və gözəl kilsə vardır. O Gürcüstanın yeganə tarixi-etnoqrafik regionudur, harada ki, kilsənin çöl divarları da bəzədilmişdir.
Mənbə 3. Birinci Dimitrinin Matsxvarisi kilsəsində çar kimi xeyir – dua alması səhnəsi
Mənbə 4. Adişi kilsəsi
Mənbə 5. Lenceri kilsəsi və onun bayır divarının rəsmləri
44
BIZIM GÜRCÜSTAN 5
TAPŞIRIQ
Mənbə 6. Svaneti muzeyi (Mestia) və muzey eksponatları
3. Sənin fikrincə, uzun əsrlər bundan əvvəlki xəzinə, hansılar ki bu vaxta qədər Svanetidə müxtəlif ailələrdə mühafizə olunurdu, muzeylərdəmi saxlanılmalıdır, yoxsa yenə ailələrdimi? Cavabı əsaslandır. 4. Keçilmiş dərslər əsasında sənin şəxsi marşrutunu tərtib et, burada dostların ilə birlikdə təbiətin və mədəni irsin hansı abidələrini və eksponatlarını görmək istədiyini yaz. SVANETI
45
NƏ BILIRƏM VƏ NƏ BACARARAM Gürcüstanda elektrik enerjisinə tələbat ildən ilə artır, bizim ölkədə bu enerjini əsasən su elektrik stansiyaları (SES) vasitəsilə alırlar. Bu stansiyalar aşağıdakı prinsiplə işləyir: çayın qarşısını bənd vasitəsilə kəsirlər, dəryaça düzəldirlər, sonra xüsusi tunelə buraxırlar ki, sürətlə axa bilsin. Böyük sürətlə hərəkət edən su axını xüsusi avadanlığı, generatoru fırladır, bu fırlanma zamanı elektrik enerjisi istehsal edilir. İstehsal edilmiş elektrik enerjisi naqillər vasitəsi ilə Gürcüstanda müxtəlif şəhərlərə və kəndlərə ötürülür.
Mənbə 2. İnquri SES – tağlı bənd
Necə ki, keçilmiş dərslərdən öyrəndin, Svanetidə çoxlu dərələr və çaylar vardır. Gürcüstanda ən böyük Su Elektrik Stansiyasının hissəsi – su anbarı məhz Svanetinin ərazisində, İnquri çayı üzərində yerləşir. Bəndin özü Sameqreloda, idarə etmə pultu isə Abxaziya ərazisində yerləşir. İnquri SES-in bəndinin hündürlüyü 271 metrdir. O dünyada ən hündür Su Elektrik Stansiyalarından biridir.
46
BIZIM GÜRCÜSTAN 5
Mənbə 2. Alternativ elektrik stansiyaları
Gürcüstanda elektrik enerjisinə artan tələbatı ödəmək üçün, yeni elektrik stansiyalarının tikilməsi vacibdir. Su elektrik stansiyaları ətraf mühitə mənfi təsir göstərir. Onları tikmək üçün böyük əraziləri su altında qoymaq lazım gəlir. Təkcə İnquri SESin tikintisi zamanı İnquri çayı 27 kilometr uzunluğunda dəryaça altında qaldı ki, bu da ətraf mühitə əhəmiyyətli ziyan vurdu. Əgər gələcəkdə ətraf mühitə az ziyan vurmaq istəyirsənsə, elektrik enerjisini qənaətlə xərclə. • Ailə üzvlərin ilə birlikdə fikirləş, sənin yaşadığın evdə elektrik enerjisi xərclənməsini necə azaltmaq olar? • Sənin ailən tərəfindən keçirilmiş tədbirləri öz sinif yoldaşlarının ailəsində görülmüş tədbirlər ilə müqayisə et. • İnternet vasitəsi ilə məlumat axtarıb tap, başqa ölkələr də elektrik enerjisinə necə qənaət edirlər? • Su Elektrik Stansiyasının iş prinsipini müəyyənləşdirmək üçün sınaq keçir: içməli su butulkasını maye ilə doldur, ağzı qapalı butulkanı torpağa çevir və yavaşca fırlat. Qapaq yarı açıq vəziyyətdə olan zaman və yaxud tamamilə açıldıqdan sonra suyun hansı qüvvə ilə butulkadan axacağını bir-biri ilə müqayisə et. • Fikirləş və plakat yarat, burada ictimaiyyətə sudan qənaətlə istifadə etmək təklifi ilə müraciət et. • Elektrik enerjisinin alternativ mənbələri barədə məlumat axtarıb tapın. Bələdiyyənin ünvanına birgə məktub yazın, orada sizin regionun üçün enerjinin perspektivli, alternativ mənbəyini tövsiyə edin.
SVANETI
47
FƏSIL 5.
ACARISTAN a
g
v
! oCxamuri ! mux qobuleTis
qobuleTi
dablobi
R
! .
cixisZiri!
z
! kvirike
Caqvi !
i baTumi v ! P
!
mwvane koncxi
mtiral m. mtirala 1336 erovnuli s
kaxabris
48
BIZIM GÜRCÜSTAN 5
a
vake
gonio !
S
Bu fəsildə Gürcüstanın cənub-qərbi dəniz sahilinin tarixi-etnoqrafik regionu, Acarıstan ilə, onun yerləşməsi, təbiəti və gəzməli yerlərini öyrənəcəksən. Biləcəksən, burada təsərrüfatın hansı ənənəvi sahələri inkişaf etdirilmişdir və nəyə görə; Acarıstanda hansı təbii fəlakətlər tez-tez baş verir, buna nə səbəb olur və nə ilə nəticələnir. Məskunlaşma və yaşayış tiplərini nə şərtləndirir və onlar necədir; Acarıstanın maddi və qeyri-maddi mədəniyyəti nədən xəbər verir; orada islam nəyə görə yayıldı. Acarıstanda turistlərə maraqlı marşrutlar təklif etməyi bacaracaqsan.
parki
xelvaCauri Wor . ! oxi
e
m
li
!
aWariswyali aWariswya
sarfi !
! maradidi
T
m. baSTiurki 1712 0
5km
u
a S
u
! oCxamuri quqaTi ! muxaestate
r
i
leTis
WaxaTi
2676
xino
i S i s n! a k r Z a l 2234 m. peranga
m. WanWaxi 2506
i
dandalo
!
! qeda .
! Cao
2025
goderZis uR. kur.beSumi !
lomanauri!
S
e
T
i
xixaZiri
s
!
q
q
r
! P ! .
avtonomiuri respublikis dedaqalaqi municipalitetis centri
!
! !
e
sxva dasaxlebuli punqti kurorti
r
s
e 2371 m. maRalmTa 2512 d pirobiTi aRniSvnebi m. kordadasaxlebuli punqtebi i
S
a
a
v
i
i
jinali !
2376 m. rkiniskari
T
gzebi
i eT
zvare
xulo ! .
x
e
Suaxevi ! .
!
didaWara mwvane tba ! danisparauli
a
!
vani !
q
x
an i
v
e
s
i
T
bl i
i
ri
e
s
mtiralas tirala
uli
nt
q va
!
q
ki
d naRvarevi
a mcx sa e-j
i iS
m. xino 2598
a n i s
r
virike
m. zotismTa
i
e
kin! t
a
d
lobi
m. kenWauli 2992
avtomagistrali gzatkecili aRniSvnebi rkinigza pirobiTi pirobiTi aRniSvnebi sazRvrebi dasaxlebuli punqtebi
dasaxlebuli punqtebi
!! P P
sazRvrebi
saxelmwifos saxelmwifos istoriul-geografiuli avtonomiuri respubikis provinciis daculi istoriul-geografiuli teritoriis
saxelmwifos dedaqalaqi
!.! . !! . ! !!
avtonomiuri respublikis dedaqalaqi
mxaris centri
municipalitetis centri
municipalitetis centri
provinciis municipalitetis hidrografia
sxva dasaxlebuli punqti
mdinare daculi teritoriis
kurorti
tba, wyalsacavi hidrografia
sxva dasaxlebuli punqti kurorti
CanCqeri
gzebi
gzebi avtomagistrali avtomagistrali gzatkecili gzatkecili rkinigza
mdinare
sxva aRniSvnebi tba
rkinigza
sazRvrebi
sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili
simaRliTi niSnuli uReltexili
saxelmwifos avtonomiuri respubikis istoriul-geografiuli provinciis municipalitetis daculi teritoriis
hidrografia mdinare
sxva aRniSvnebi simaRliTi niSnuli
49
5.1
ACARISTANIN COĞRAFI YERLƏŞMƏSI VƏ GƏZMƏLI MƏKANLARI Acarıstanın coğrafi mğvqeyinin, onun təbii şəraiti və diqqətəlayiq yerləri ilə hansı əlaqəsi vardır? Acarıstan Gürcüstanın dəniz sahilində yerləşən, tarixietnoqrafik regiondur. Lakin, onun əsas hissəsini dağlar tutur. Acarıstanın əsas şəhəri Batumidir. Acarıstan üç tərəfdən Arsiani, Şavşeti və Acarıstan – Quriya silsilə dağları ilə əhatə olunmuşdur. Onun cənubu müasir Türkiyə dövləti ilə həmsərhəddir. Keçmişdə bu ərazidə Gürcüstanın tarixi diyarları olan Şavşeti və Klarceti yerləşirdi. Özünün yerləşməsi və təbiəti ilə əlaqədar Acarıstan özünün əsasən dənizsahili kurortları ilə tanınır. Son illərdə Acarıstanda qış dağ kurortları – Qoderdzi və Qomarduli də fəaliyyət göstərməyə başlamışdır. Yeni kurortların açılması bu regionu istirahətçilər üçün daha cəlbedici etmişdir. Bu fakt yerli əhali üçün xüsusilə əlamətdardır, çünki bu regionun gəlirinin əsas mənbəyi turizmdir.
Mənbə 1. Acarıstanın dəniz sahili, Kobuleti TAPŞIRIQ
1. Xəritənin (səh. 48-49) köməyi ilə sadala, Gürcüstanın hansı regionları Acarıstan ilə həmsərhəddir.
50
BIZIM GÜRCÜSTAN 5
Turistləri burada yerli zəngin mətbəx, seçimli flora və fauna, rəngarəng tarixi irslər cəlb edir. Acarıstanın Qara dəniz sahili subtropik iqlimə malikdir. Sahil zolağında tez-tez və güclü yağışlar olur, dağlıq hissəsi isə qışda çoxlu qar yağması ilə seçilir.
Mənbə 2. Yüksək dağlıq Acarıstan Mənbə 3. Şuaxiv rayonunda Xabelaşvililər körpüsü. Acarıstan Gürcüstanda yeganə guşədir ki, burada keçmişdə tez-tez nazik taxtalarla örtülmüş ağac tirlərindən körpülər quraşdırırdılar.”Xabelaşvililər körpüsü” Şuaxevi rayonunda yerləşir. Onun artıq 300 illik yaşı var və bizim dövrümüzədək demək olar ki, ilkin simasında gəlib çatmışdır. 2014-cü ildə hökumət bu körpüyə mədəni irs abidəsi statusu vermişdir.
TAPŞIRIQ
2. Sənin fikrincə, Acarıstanda körpüləri nəyə görə nazik taxtalarla örtürdülər (mənbə 3) və Gürcüstanın digər guşələrində bunu etmirdilər. ACARISTAN
51
Acarıstanda, Türkiyə ilə Gürcüstan sərhədində Sarp kəndi yerləşir. Orada əhalinin əksəriyyəti lazdır. Lazeti keçmişdə Gürcüstanda, digərləri kimi tarixi-etnoqrafik diyarlardan biri idi. Müxtəlif səbəblərə görə, Lazetinin əksər hissəsi bu gün Türkiyə dövlətinin tərkibindədir, Gürcüstanda isə yalnız bir kənd qalmışdır, harada ki, lazlar yaşayırlar.
Mənbə 4. Sarp kəndi və Türkiyə ilə sərhəd
Batumi Qara dənizin sahil hissəsinin ən gözəl şəhərlərindən biridir. Burada köhnə Batumi üçün xarakterik olan kiçik, yaraşıqlı evlər və müasir göydələnlər bir-birinin yanında ucaldılmışdır. Turistlər Batuminin kafe-barlarına və sahildə yerləşən rəqs klublarına tez-tez qonaq gəlirlər. Batumidə delfinarium, teatr, bir neçə muzey və başqa mədəniyyət müəssisələri fəaliyyət göstərir.
Mənbə 5. Müasir Batumi
52
BIZIM GÜRCÜSTAN 5
Mənbə 6. Batumi delfinariumu
Mənbə 7. Batuminin botanika bağı
Mənbə 8. Qonio qalası. B.e. I əsrin 70-ci illərində Romalılar tərəfindən tikilmişdir TAPŞIRIQ
3. Necə fikirləşirsən, Lazeti niyə başqa dövlətin tərkibinə daxil olmuşdur. 4. Xəritənin (səh. 48-49) köməyi ilə Acarıstanın dənizsahili kurortlarını sadala. 5. Mənbə 1-8-in köməyi ilə Acarıstanın görməli yerlərini sadala. 6. Turist marşrutu tərtib et. Turistlərə göstərməyə üstünlük verdiyin gəzməli (mənbələr 1-8) yerləri qeyd elə. 7. Xəritədə (səh.48-49) axtar tap, Acarıstandan Samsxeyə hansı aşırım ilə keçmək olar? 8. Qonio qalasının (mənbə 8) tikilmə tarixini zaman xəttində qeyd elə. Sənin fikrincə, Romalılar bu qalanı nə məqsədlə tikmişlər. Ö ehtimalını yoxla və dəqiqləşdirilmiş məlumatı sinifdə müzakirə edin. 9. Sənin fikrincə, Acarıstan nəyə görə turistlər arasında çox populyardır. Səbəbləri sadala. 10. Köməkçi ədəbiyyatın və internet resursların köməyi ilə Batuminin botanika bağında mühafizə olunan nadir bitki növləri barədə məlumat axtarıb tap.
ACARISTAN
53
5.2
ACAR HƏYƏTYANI SAHƏSI VƏ MƏSKUNLAŞMA TIPLƏRI Acarıstanın həyətyanı sahələrinə və məskunlaşma tiplərinə nə təsir göstərir?
LÜĞƏT
Samanlıq – Ot saxlanılan tikili. Darı anbarı – Qarğıdalı və digər dənli bitkilər saxlanılan yer.
Acarıstanda, Qərbi Gürcüstanın başqa tarixi-etnoqrafik regionlarında olduğu kimi, keçmişdə evləri bütövlüklə ağacdan tikirdilər. Buradaki evlər təpəliklərdə, dağ yamaclarında və yüksək yerlərdə tikilirdi ki, Günəş şüaları bu tikililərə bərabər paylansın və rütubət evdə yaşayanları incitməsin. Evlərin ətrafında həyətlər olurdu ki, bunlar da toxunma çəpərlərlə əhatə edilirdi. Həyət iki hissəyə bölünürdü, bunların bir hissəsi təsərrüfat üçün ayrılırdı, o biri hissəsi- dekorativ olurdu. Evin fasadı ilə onun sakinləri ikinci hissəyə, yəni dekorativ həyətə keçirdilər. Ora həmişə təmiz mühafizə olunurdu. Evin arxası ilə təsərrüfat həyətinə keçirdilər. Orada samanlıq, anbar, darı saxlanılan kiçik tikili, bəzi hallarda isə toyuq hini də yerləşirdi. Zemo Acarıstan həyətyanı sahələrinin Qərbi Gürcüstanın həyətyanı sahələri ilə bir çox ümumi cəhətləri var idi, lakin fərqlər də mövcud idi. Acarıstan evlərində qonaq otaqları ayrıca olurdu.
Mənbə 1. Acarıstanda yaşayış evi
Acarıstan Gürcüstanda torpaq sürüşməsinə məruz qalan təhlükəli tarixi etnoqrafiq regionlarından biridir. Orada demək olar ki hər il bədbəxt hadisələr baş verir, bu hadisələr zamanı bəzən qurbanlarda verilir. Təbii fəlakətdən zərər çəkmiş ekomiqrantları dövlət Gürcüstanın müxtəlif regionlarda məskunlaşdırır. Bu məqsədlə, ötən əsrdə, Acarlar Samsxedə, Cavaxetidə, Kaxetidə, Quriyada, Kartlidə və Gürcüstanın başqa diyarlarında yerləşdirilmişlər.
54
BIZIM GÜRCÜSTAN 5
Torpaq sürüşmələrinin səbəbləri tez-tez yağan yağışlar və uçurumlar, eləcə də meşəsiz yamaclardır. Acarıstan demək olar ki, bütövlüklə meşələrlə əhatə olunmuşdur, lakin orada elə tez-tez və güclü yağışlar yağır ki, ağacları torpaqdan öz kökləri ilə birlikdə qoparır və aşağı düzənliklərə aparır. Statistik məlumatlara əsasən Gürcüstanda hər il ən çox yağıntı Acarıstanda Mtirala dağının payına düşür.
Mənbə 2. Torpaq sürüşməsi
Mənbə 3. Mtirala dağı
TAPŞIRIQ
Mənbə 4. Taqo kəndinə aparan yol
Müasir epoxanın başlanması ilə yanaşı, inşaat texnologiyaları da inkişaf etdi. Müxtəlif materiallardan elə evlər tikmək mümkün oldu ki, bu evlər tez dağılmır və sağlamlığa heç bir ziyanı olmur. Kolxida ovalığında bataqlıqların qismən qurudulması da öz rolunu oynadı və Acarıstanda inşaat ənənələri demək olar ki, bütövlüklə dəyişdi. Bu gün artıq ağac evlər demək olar ki, tikilmir, çünki onları tikmək daha böyük zəhmət tələb edir və maliyyə cəhətdən sərfəli deyildir. Ona görə də ağac evləri dekorativ təyinatla və yaxud turistləri cəlb etmək məqsədi ilə tikirlər.
1. Bu nəyə işarə edir ki, acar evlərində qonaq otaqları ayrıca olur? 2. Acarıstan nəyə görə torpaq sürüşməsi təhlükəsi olan regiondur? 3. Acarıstanda evləri tikərkən nəyə görə əsasən ağac materiallarından istifadə edirdilər? Bu gün nəyə görə buna zərurət yoxdur? 4. Mənbə 4-də kommunikasiyanın hansı yeni vasitəsi görünür?
ACARISTAN
55
5.3
ACAR QONAQPƏRVƏRLİYİ Acarıstanda qonaqpərvərliyin hansı ənənəsi vardır və bu ənənə bu gün necə həyata keçirilir?
Mənbə 1. Gürcü alimi acarlar barədə “Acarların, başqa şeyləri olmasada, qonağa hörmət göstərməyi böyük xoşbəxtlik hesab edirlər. Qonağı Allah adamı hesab edirlər”. TAPŞIRIQ
1. Dərsin mətnində acarların qonaqpərvərliyinə dəlalət edən cümlələri axtarıb tap. 2. Mənbə 1-də gətirilmiş sözləri: acarlar qonağı Allah adamı hesab edirlər sözünü necə başa düşürsən.
Mənbə 2. Turist marşrutlarının göstəriciləri
56
BIZIM GÜRCÜSTAN 5
Gürcüstanda, o cümlədən, Acarıstanda yayılmış ənənələr arasında qonaqpərvərlik xüsusi ilə qeyd olunmalıdır. Gürcüstanda ailəyə qonaq gələn zaman, o bütün kəndin qonağı da hesab olunurdu. Əgər bu ailə kasıblıq üzündən qonağa layiqli ev sahibliyi edə bilmirdisə, onda ev sahibi kömək üçün kəndə müraciət edirdi. Bu həmişə böyük hörmət hesab edilirdi. Qonaqpərvərliyi Acarıstanda elə pak və müqəddəs iş hesab edirdilər ki, qonağın milliyyətinə və dininə heç bir əhəmiyyət vermirdilər. Bunu bizim əcdadlarımıza xristian dini öyrədirdi ki, bu din də insanlara dini mənsubiyyətinə və mənşəyinə görə ayırmırdı. Acarıstan Gürcüstanın digər regionlarından daha bir özünə məxsusluq ilə seçilirdi. Onun bütün kəndlərində məxsusən qonaqlar üçün tikilmiş evləri mövcud idi. Bu cür evlər kəndin kənarında tikilirdi. Bu evlər lazimi əşyalarla təmin edilirdi və hər bir yolçu orada gecələyə bilərdi. Evin səliqə-sahmanlılığına və lazimi əşyalarla təchiz edilməsinə bütün kənd borclu idi. Acarıstanda qonaq evləri XX əsrin əvvəlinədək mövcud idi. Bu gün yerli əhali qonağa öz hörmətini başqa cür əks etdirir. Müasir dünyada, ötən əsrlərlə müqayisədə, yaşayış üsulu dəyişmişdir. Dünyada və eləcə də o cümlədən Gürcüstanda gəlirin əhəmiyyətli mənbəyi turizmdir. Tolerant və yaxud, dözümlü xarakterdən irəli gələrək, acarlar müxtəlif ölkələrdən
Mənbə 3. Hər ilin payızında milyonlarla quş Acarıstan göylərindən keçərək qışlamaq üçün uçur. Quşların miqrasiyasına Acarıstana məxsusi olaraq gəlmiş yüzlərlə turist mütəxəssis və yaxud sadəcə olaraq həvəskarlar müşahidə edirlər.
gəlmiş qonaqları qəbul etməkdə heç zaman çətinlik çəkməmişlər. Bu gün Acarıstanda yüzlərlə ailə mehmanxanası açılmışdır ki, burada da istirahətçilər özlərini rahat hiss edirlər. Bu cür mehmanxanalarda turistlər yerli mədəniyyət və ənənələrlə daha yaxşı tanış olurlar, nəinki böyük ölçülü idarələrdə.
Mənbə 4. Acarıstanın yüksək dağlıq kəndlərində ailə mehmanxanaları
Mənbə 5. Turistlər ailə xörəkləri və acar folkloru ilə tanış olurlar TAPŞIRIQ
Mənbə 6. Turistlərin iştirakı ilə acar aşpazı xaçapuri bişirir
3. Bu fakt nəyə işarə edir ki, Acarıstan sakinləri və ümumiyyətlə, gürcülər onun hansı dinə mənsubiyyətindən və hansı etnik mənsubiyyətindən asılı olmayaraq qonaq qəbul etməkdən heç zaman imtina etməmişlər? 4. Fikirləş, turistləri öz regionuna nə ilə cəlb edə bilərsən. Acarıstanın nümunəsindən istifadə et (mənbə 3-6). 5. Mülahizə yürüdün, Acarıstanda ailə mehmanxanalarının müasir mehmanxanalara münasibətdə hansı üstünlükləri vardır.
ACARISTAN
57
5.4
ACARLARIN TƏSƏRRÜFAT MƏŞĞULIYYƏTI Acarların əsas təsərüfat məşğuliyyəti nədən ibarətdir və nəyə görə?
LÜĞƏT
Yaylaq – dağ otlağı, haraya ki yayda malqaranı aparırlar.
Acarıstanda bütöv Gürcüstanda mövcud olan təsərrüfat işlərinin bütün sahələri inkişaf etdirilmişdir: əkinçilik – tarlaçılıq (darı, buğda, arpa, çovdar yetişdirirdilər), meyvəçilik, üzümçülük (hündür tənəkləri var idi) heyvandarlıq və s. Lakin, acarların əsas təsərrüfat sahəsi yenə də heyvandarlıq idi. Çünki Acarıstanda çoxlu yamaclar var idi, yamaclarda torpaq sahələrində terraslar düzəltməyi bacarırdılar. Terraslar ağac divarlarla möhkəmləndirilmiş olurdu. Divar boyunca 3-4 metr aralı ön tərəfdən məxsusən söyüd tingləri basdırırdılar ki, bunun da kökləri torpağın qopmasına imkan vermirdi.
Mənbə 1. Beşumi yaylağı
TAPŞIRIQ
1. Nəyə görə Acarıstan heyvandarlığı özünə məxsus idi? 2. Sənin fikrincə, uşaqlar yaylaqlarda nə ilə məşğul olurdular.
58
BIZIM GÜRCÜSTAN 5
Təbii şəraitlərlə əlaqədar, Acarıstanda heyvandarlıq özünə məxsus sahə idi. Kəndin ətrafında mövcud olan torpaqdan yalnız əkin-səpin və biçənək məqsədi ilə istifadə edildiyindən, yaz gələn kimi, inəkləri bağlı yemləmə şəraitindən ayıraraq kənddən xeyli aralıda yerləşmiş otlaqlara aparırdılar. Otlaqlar əksər hallarda dağlıq ərazilərdə yerləşirdi. Onları “yaylaq” adlandırırdılar. Lakin yaylaq nəinki təkcə otlaq anlamında istifadə olunurdu, həmçinin orada tikilmiş yaşayış evlərini də nəzərdə tuturdu. Dağ yaşayış evlərinin yanında bostanlar da olurdu. 3-4 ay ərzində ailə üvzlərinin demək olar ki yarısı ömrünü yaylaqda keçirirdi. Elə oradaca süddən müxtəlif məhsullar hazırlayırdılar. Yaylaqda olmağın orta dövründə ənənəvi bayram da təşkil olunurdu ki, bu da şuamtoba adlandırılırdı. Şuamtoba bir həftə
davam edirdi və bayrama getmiş ailə üzvləri bayram başa çatdıqdan sonra evə hazırlanmış süd məhsulları aparırdılar. Süd məhsulları isə rəngarəng olurdu – kərə yağı və müxtəlif növ pendir. Acar pendiri demək olar ki bir il saxlanıla bilirdi. Keçmişdə olduğu kimi, Beşumi yaylağına camaat indi də gedir və Şuamtoba bayramı hər il yenə də keçirilir. Lakin indi turistlər və istirahətçilər daha çox fəallıq göstərirlər. Şuamtoba ildən ilə daha təşkilati xarakter daşıyır, çünki yerli hakimiyyət bu bayramı özü planlaşdırır və həyata keçirir. Beşumi dağ istirahət kurortuna çevrilmişdir.
Mənbə 2. Beşumidə Şuamta bayramı TAPŞIRIQ
3. Necə fikirləşirsən, keçmişdə Şuamtoba bayramının hansı təyinatı var idi və bu gün hansı təyinatı vardır (mənbə 2).
Acarıstanda kötük arıçılığı ənənəvi idi. Arı yeşiklərdə deyil, kötüklərdə saxlanılırdı. Kötük içərisi oyuq tir idi. TAPŞIRIQ
4. Xəritənin (səh. 46-47) Beşumi yaylasından Xixani qalası istiqamətinə turist marşrutu planlaşdır. Sənin fikrincə bu marşrutdan ilin hansı mövsümündə istifadə etmək sərfəlidir? Hansı nəqliyyat vasitəsi ilə? Cavabı əsaslandır. Mənbə 3. Acarıstanda arı kötükləri ACARISTAN
59
5.5
ACARISTANDA DIN Bunu nə təsdiq edir ki, müxtəlif dinlərə qulluq edən acarlar eyni millətin nümayəndələridirlər? Kartli çarlığının yarandığı andanca, Acarıstan onun ayrılmaz hissəsi idi. Xristianlıq Kartlidə rəsmi din kimi e.ə. IV əsrin əvvəlindən elan olundu, lakin ona qədər, hamıdan əvvəl, I əsrdə, Acarıstanda yayılmışdır. Burada xristianlığı Andria Pirveltsodebuli yaymışdır.
TAPŞIRIQ
1. Zaman xəttində Acarıstanda xristianlığın və islamın yayılma əsrlərini qeyd elə. 2. Yadına sal, xristianlığın yayılmasınadək və İsa Məsihin doğulduğu gündən sonraki dövrü daha necə adlandırırlar. Mənbə 1. Sarpidə Andria Pirvelcodebulinin heykəli
Andria Pirvelcodebuli İsa Məsihin şagirdlərindən biri idi. Ona Kartli çarlığını xristianlaşdırmaq həvalə olunmuşdur. O, Kartliyə doğru yola düşdü və xristianlığı ilk dəfə Acarıstanda yaydı. Andira Pirvelsodebuli Gürcüstanda ilk kilsəni Acarıstanda tikdi. Bu yeri bu gün Didacarıstan adlandırırlar. Didacarıstan kəndində abidənin qalıqları bu gündə qalmaqdadır, deyilənlərə görə bu kilsəni Andria Pirvescodebuli şəxsən özü tikmişdir. XVI əsrdə türklər Acarıstanı işğal etdilər və o üç əsr ərzində Osmanlı imperyasının tərkibinə daxil idi. Acarıstanın yerli xristian gürcüləri uzun müddət türklərə qarşı müqavimət göstərirdilər - islamı qəbul etmirdilər. Lakin axırda təzyiqə davam gətirə bilmədilər və müsəlmanlığı qəbul etdilər. Xristianlığın izləri Acarıstanda bu gündə qalmaqdadır. Bunlardan biri Sxalti məbədidir. Acarıstanın uzun müddət ərzində başqa ölkə tərəfindən işğal olunmasına baxmayaraq, onun əhalisi qalan Gürcüstanın diyarları ilə əlaqəni heç zaman kəsməmişdir. Müsəlmanlaşma acarları nə doğma gürcü dilindən və nə də mədəniyyətdən ayrı sala bilməmişdir. Bu günün özündə belə bir çox Acar islam dininə mənsubdur, lakin fərqli din Gürcüstandan ayrılmaq demək deyildir. Bunun əyani nümunəsi Memed Abaşidze
60
BIZIM GÜRCÜSTAN 5
Mənbə 2. Sxalti məbədi
idi, ki, o da XX əsrin əvvəlində Gürcüstanın birləşdirilməsi və müsəlman gürcülərin milli özünü dərkinin yüksəldilməsi uğrunda mübarizə aparırdı.
Mənbə 3. Batumidə Memed Abaşidzenin heykəli
Mənbə 4. Çikuneti camesi
Acarlar özlərinin mükəmməl sənətkarlıq qabiliyyətlərinin köməyi ilə onlarca ağac came inşa etmişlər və gözəl ornamentlərlə tərtib etmişlər. Çikuneti camesi bunlar arasında xüsusi ilə seçilir. Bu gün acarların tikdikləri həm xristian, eləcə də müsəlman ibadətgahları gürcü mədəniyyətinin irs hissələridir.
LÜĞƏT
Məscid – müsəlman ibadətgahı. Osmanlı imperiyası – eynən qədimdə Türkiyə.
TAPŞIRIQ
3. Sənin fikrincə, kimə və nəyə görə heykəl qoyurlar. Memed Abaşidzeyə nəyə görə heykəl qoymuşlar (mənbə 3)? 4. Yadına sal və sadala, mədəni abidəyə baxarkən özünü necə aparmalısan ki, ona xəsarət yetirməyəsən. Ona və abidənin yerləşdiyi ətraf mühitə necə qayğı göstərməlisən. 5. Əlavə materialların köməyi ilə Çikuneti camesi və Sxalti kilsəsinin yerləşməsi və onların bugünkü vəziyyəti barədə məlumat topla.
ACARISTAN
61
5.6
ACARISTAN – GÜRCÜ SƏNƏTKARLIĞI MƏRKƏZLƏRINDƏN BIRI Acarıstanda sənətkarlığın ənənəvi sahələri nəyə görə inkişaf etdi?
LÜĞƏT
Dülgər – ağac üzərində oyma açan usta. Daşyonan – daş üzərində oyma açan usta.
Sənətkarlıq Gürcüstanın bütün tarixi-etnoqrafik regionlarında inkişaf etdirilmişdir. Acarlar yaxşı ağac oymaçıları və daş oymaçıları idilər. Onlar bu məşğuliyyətlərlə bütün Gürcüstanda məşhur idilər. Ağac ustaları ornamentlərdə yaradırdılar. Bu ənənədən onlar acar ağac evlərinin, müsəlman ibadət tikililərinin (məscid, came) tikintisində də istifadə etmişlər. Ağac masalar, üç ayaqlı stullar və hörmə qablar - səbət, qideli, əl səbəti hazırlamaq daha çox inkişaf etmişdir. Sarmaşıq özəklərindən hörülmüş unluq səbətlər suyu belə keçirmirdi. Ağacdan hazırlanmış süd qabları da çox məşhur idi və onları satmağa aparırMənbə 1. Macaxela dərəsindəki Zeda Çxutuneti kəndindəki came artıq 200 ildən artıqdır ki mövcuddur. Lakin buna baxmayaraq, onun daxili rəsmləri yenə də əvvəlki kimi parlaqdır və azacıqda olsa pozulmamışdır.
Vaxuşti Baqrationi Vaxuşti Baqrationi XVIII əsrdə yaşayır və fəaliyyət göstərirdi. O Gürcüstanda çarlığın qeydə alınması kitabını yazmışdır. Bunun üçün isə o Gürcüstanı piyada gəzmiş, o dövrkü təbii – coğrafi vəziyyəti xarakterizə etmiş və bütün tarixi-etnoqrafik diyarlarda yaşayan xalqların xarakterini də öyrənmişdir.
TAPŞIRIQ
1. Vaxuşti Baqrationinin sözlərini (mənbə 2) necə başa düşürsən?
62
BIZIM GÜRCÜSTAN 5
Mənbə 2. XVIII əsrin gürcü alimi Vaxuşti Baqrationi acarlar barədə “Ağac üzərində oyma işləri aparmaq qabiliyyəti ilə seçilən sənətkar insanlar”.
Mənbə 3. Acar dülgərlər son vaxtlaradək bütün Gürcüstanı gəzib dolaşır və ağac evlər tikirdilər.
b
a
c
Mənbə 4. a) qideli, b) nehrə, c) səbət
dılar. Acar ağac ustalarının əl işləri bu günədək ilkin simasında çatmışdır. Onları diyarşünaslıq muzeylərində də görmək mümkündür. Evləri tikmək üçün onları Gürcüstanın müxtəlif regionlarına da dəvət edirdilər, çünki onlar həm də yaxşı oyma daş ustaları idilər. Acarıstan əsasən dağlıq region olduğuna görə, burada əkinə yararlıq torpaq sahələri nisbətən az idi və məhsulu da o qədər götürə bilmirdilər ki bütün ailənin tələbatını ödəyə bilsin. Məhz bu memarlığın yüksək səviyyəsinə şərait yaratmışdır. Bu gün bu sənət növü o qədərdə tələbatlı deyildir, çünki evləri artıq müasir inşaat materiallarından və xüsusi texnika ilə tikirlər.
LÜĞƏT
Səbət – nazik ağac zoğlarından hazırlanır. Nehrə – xüsusi qabdır, ona turşumuş süd tökülür və çoxlu çalxaladıqdan sonra, süd əvvəlcə qaymağa çevrilir, sonra isə yağa. Qideli – ağacın soyulmuş qabığından hörülür.
TAPŞIRIQ
2. Bu nəyə dəlalət edir ki, Acarıstanda nehrə (mənbə 4) ağacdan hazırlanırdı? 3. Necə fikirləşirsən, bu gün yağı və pendiri, eləcə də, başqa süd məhsullarını necə hazırlayırlar. 4. Sənin fikrincə, bu gün ağac və daş oymaçılarının ixtisasları qalmışdı. Cavabı əsaslandır. ACARISTAN
63
Acarıstanda çoxlu tağlı daş körpü var idi. Bizim dövrümüzə qədər, onlardan 35-dək bu cür körpü gəlib çatmışdır. Bu körpülər əsasən qədim ticarət - karvan yolları üzərində tikilirdi.
Mənbə 5. Purtioda Tamara körpüsü
Mənbə 6. Dandalo körpüsü
Acarıstanda yerli döyüş silahı xüsusi ilə məşhur idi. Macaxela dərəsində həm soyuq, həm də odlu silah – tüfənglər və tapançalar hazırlayırdılar. Müəyyən vaxt ərzində “Macaxela” tüfəngi o qədər məşhur idi ki, o bütün Qafqazda ən yaxşı silah növü adını qazanmışdır və bu silah Osmanlıda imperiyasında da satılırdı. O öz möhkəmliyinə, davamlılığına və dəqiqliyinə görə seçilirdi.
64
BIZIM GÜRCÜSTAN 5
Macaxela dərəsində hazırlanmış “Macaxela” tüfənginin bir nüsxəsi indiyədək Kutaisi tarixi-etnoqrafi k muzeyində saxlanılır. Həmin tüfəngi 1881-ci ildə Maradididə yaşayan mayor Əhməd Əfəndi Xalvaşi Quriya piyada dəstəsinin rəisi polkovnik Yermalo Nijaradzeyə hədiyyə etmişdir. Bu axırıncı tüfəngi, xəncəri ilə bərabər muzeyə vermişdir.
Mənbə 7. Macaxela tüfəngi
Kənd təsərrüfatı məhsullarının qıtlığını Acarıstan sakinləri kənar işlərə getməklə aradan qaldırırdılar. Kənar işlərinə getmək ənənəsini Acarlar son zamanlaradək qoruyub saxla mışlar. Məsələn, bir əsr bundan əvvəl Acarıstanın yüksək dağlıq yerlərindən öz öküzləri və atları ilə Ciatura mədənlərinə də işləməyə gəlirdilər. Bu gün isə, əsasən, qonşu ölkəyə, Türkiyəyə gedirlər.
Mənbə 8. Dərənin girəcəyində “Macaxela” tüfənginə ucaldılmış abidə
TAPŞIRIQ
4. Mənbə 5-də köhnə və yeni körpüləri müqayisə et. Onlar arasında hansı fərqlər mövcuddur? 5. Acarıstan ərazisində odlu silahların istehsalı nəyə görə inkişaf etdi? 6. Yadına sal, ona cənubdan hansı ölkə həmsərhəd idi. 7. İnformatika dərsində, internetin vasitəsi ilə “Macaxela tüfəngi” adlı sənədli filmi axtarıb tap və ona bax. Necə fikirləşirsən, bu gün həmin tüfəngin istehsalına yenidən başlamaq mümkündürmü. Cavabı əsaslandır. 8. Acar ustalar Gürcüstanın müxtəlif guşələrinə işləməyə nəyə görə gedirdilər? 9. Gürcüstanın sənə məlum olan daha hansı tarixi-etnoqrafiq regionlarından kənar işə getmələrini yadına sal. Keçmişdə və bu gün həmin kənar işlərə getməyin səbəbi nə idi? 10. Tərtib et və dəftərdə cədvəli doldur: “kənar işlərə getməyin səbəbləri”.
ACARISTAN
65
5.7
ACAR FOLKLORU Acar folkloru ilə nəyə görə qürur hissləri keçirməliyik?
Gürcüstanın bütün tarixi-etnoqrafiq regionu onun üçün xarakterik olan folklor yaratmışdır. Bu gün xalq oyunları və mahnıları səhnədə ifa olunur. Ancaq əvvəllər nəinki təkcə bayramlar zamanı, həm də əmək prosesində, süfrə arxasında və hətta hüzur zamanı mahnı oxuyur və rəqs edirdilər. Acar rəqsləri arasında ən diqqətəlayiqi döyüş rəqsi olan “Xorumi” dir. O döyüş səhnələrini əks etdirir və bir neçə epizoddan ibarətdir. Həmin epizodlar bunlarındır: döyüşə hazırlıq, kəşfiyyat, düşmənlə qarşılaşma və döyüş, düşmən üzərində qələbə və geri qayıtma. “Xorumi” nikbin xarakterli rəqsdir. Döyüşçü rəqqaslar döyüş meydanını qələbə ilə tərk edirlər və yaralı önçünü də “döyüş meydanından” aparırlar. Bu rəqsin müxtəlif variantları mövcuddur və bu rəqsi nəinki təkcə Acarıstanda, eləcə də Quriyada Şavşet – İmerxevdə və Klarcetidə də ifa edirdilər.
Mənbə 1. Xorumi səhnədə
Acarların bəzi rəqsləri və mahnıları iş prosesi ilə əlaqədardır. Məsələn, onu məhsul yığımı zamanı oynayırdılar, təcrübə ilə əlaqədar, acar kəndliləri başa düşdülər ki, iş zamanı əgər mahnı oxuyardılarsa, vaxt daha şən ötüb keçirdi və işi də daha sürətlə və keyfiyyətlə yerinə yetirirdilər.
66
BIZIM GÜRCÜSTAN 5
Qadınlar tez-tez toxuma zamanı mahnı oxuyurdular. Mahnılar üç səsli olurdu. Toy mahnısı olan “horirama”, “qandaqana” rəqsi və sairləri daha populyar idi. Buna baxmayaraq ki, müsəlman ruhani şəxsləri mahnıları qadağan etmişlər, Acarıstanda yaşayan gürcülər bu ənənəni qoruyub saxladılar və onu unutmağa qoymadılar.
Mənbə 2. Qandaqana rəqsi, “Bermuxa” ansamblının ifasında, bu ansamblın üzvləri arasında 80 yaşı ötüb keçmiş rəqqaslar da vardır.
Acar folkloru özünün mükəmməlliyi, döyüş əhval ruhiyyəsi və sadəliyi ilə seçilir. Müəyyən vaxtlar ərzində, Acar rəqs – mahnıları dəyişikliklərə məruz qalmışdır, ona yeni elementlər əlavə edilmişdir və müxtəlif hərəkətlərlə tamamlanmışdır, halbuki, ən çox onların təyinatı dəyişmişdir. XX əsrdən başlayaraq onlarca folklor ansamblı yaradılmışdır. Onlar rəqsləri kəndlərdən səhnələrə köçürmüşlər və bütün dünyaya tanış etmişlər. TAPŞIRIQ
1. Sənin fikrincə, Acar folkloruna nə təsir göstərirdi. 2. Döyüş rəqsi olan “xorumi” nin yaranmasını nə ilə izah edə bilərsən? 3. Acar və sənin üçün tanış olan tarixi-etnoqrafiq regionların ən-ənəvi geyimlərini (mənbələr 1, 2 və məsələn, səhifə 40, mənbə 2) bir-biri ilə müqayisə et. Onlar arasında hansı oxşarlıqları və fərqləri görürsən? 4. Tanınmış gürcü folkloru ansamblları: “Suxuşvililər”, “Erisioni”, “Rustavi”, “Bermuxa”nın yaranması və onların fəaliyyəti barədə məlumat topla. Əgər imkanın varsa onların konsertlərində iştirak et.
ACARISTAN
67
NƏ BILIRƏM VƏ NƏ BACARARAM Acarıstan iqtisadiyyatının əsas sahəsi turizmdir. Acarıstanda turizmin inkişafına həm yay, eləcə də qış kurortlarının mövcudluğu şərait yaradır. Turistlər üçün əhəmiyyətli budur ki, əylənmək və istirahət etmək üçün rəngarəng seçim mövcud olsun. Dövlət və şəxsi biznes müxtəlif tədbirlər keçirir ki turistlərə komfort yaratsınlar və onların istirahəti daha xoşa gələn olsun. Məsələn, Batumidə, velosipedçilər üçün xüsusi cığırların düzəldilməsi yerli əhali ilə yanaşı turistləri də maraqlandırmışdır və şəhərdə velosipedlə hərəkət etməyin yaxşı imkanları yaradılmışdır. Bu yenilik sağlam həyat tərzinin populyarlaşdırılmasına və ekoloji məsələlərin yaxşılaşdırılmasına imkan vermişdir. Bu nümunənin nəzərə alınması ilə dövlətə kömək göstərə bilərsən ki, Acarıstanda turizm daha da inkişaf etsin. Bunun üçün: • İnternet vasitəsi ilə axtarıb tap, dünyanın başqa turist yerlərində istirahətçilər üçün komfort yaratmaq üçün hansı tədbirlər həyata keçirilir. • Alınmış informasiyanı Acarıstanda mövcud olan vəziyyətlə müqayisə et, Acarıstanda buna bənzər tədbirləri keçirmək mümkündürmü? • Hər kəs ki, başqa ölkələrdə istirahətdə olmuşlar, sənin həmin dostlarından, valideynlərindən və tanışlarından soruş, onlar həmin ölkələrdə elə nə görmüşlər ki, bunlar Acarıstanda yoxdur və bunların hansılarının inkişaf etdirilməsi mümkündür? • Alınmış informasiyanın əsasında, sənin tövsiyələrini yazılı şəkildə təqdim et. Sinifdə müzakirə edin. Cəmləşdirin və Acarıstan turizm departamentinin adına kollektiv məktub yazın, bu məktub da sizin düşündüyünüz tədbirləri həmin departamentə təklif edin.
Batumi Qara dənizin mirvarisidir.
Razılaşıram!
Mənbə 1. Turistlər Batumidə