Anna Kldiaşvili Nino Qaqanidze
İncəsənət
6
Şagirdin kitabı
İkinci hissə
saqarTvelos saxelmwifo himni
Tavisufleba teqsti daviT maRraZis musikis avtori zaqaria faliaSvili himnad daamuSava ioseb keWaymaZem
Cemi xatia samSoblo, saxate mTeli qveyana, ganaTebuli mTa-bari, wilnayaria RmerTTana. Tavisufleba dRes Cveni momavals umRers didebas, ciskris varskvlavi amodis amodis da or zRvas Sua brwyindeba, dideba Tavisuflebas, Tavisuflebas dideba!
Anna Kldiaşvili Nino Qaqanidze
İNCƏSƏNƏT VI sinif Şagirdin kitabı
Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir
„Klio“ nəşriyyatı
Anna Kldiaşvili, Nino Qaqanidze
İncəsənət VI sinif, Şagirdin kitabı (İkinci hissə)
Redaktor
Nana Kupraşvili Tbilisi Dövlət Rəssamlıq Akademiyasının professoru, Sənətşünaslıq doktoru
Rəssam
Tamar Cağeli
Tərcüməçi
Emin Mahmudov
Korrektor
Ceyran Ağayeva
Yığıcı operator Sona Xudiyeva Kompüter Dizaynı
İrma Liparteliani
© „Klio“ nəşriyyatı, 2018 © Anna Kldiaşvili, Nino Qaqanidze, 2018 Bütün hüquqlar qorunur ISBN 978-9941-481-66-6 (Hər iki hissənin) ISBN 978-9941-481-65-9 (Birinci hissənin)
MMC „Klio nəşriyyatı“ Ağmaşenebeli pr. 181-2, Tbilisi, 0112 Tel: (+995 32) 234 04 30 E-mail: book@klio.ge www.klio.ge
Mündəricat III FƏSIL 35. Paris .................................................................................................... 4 36. Nöqtələrlə şəkil çəkmək....................................................................... 6 37. Həndəsi natürmort............................................................................... 8 38. Müstəvidə fəza..................................................................................... 10 39. Yüksək moda paytaxtı.......................................................................... 12 40. Yeni incəsənət paytaxtı........................................................................ 14 41. Qahirə ................................................................................................. 16 42. Misir suveniri........................................................................................ 18 43. Sehrli xalça.......................................................................................... 19 44. Qədim Misir incəsənəti......................................................................... 20 45. Portret.................................................................................................. 22 46. Mənim yaxınımın portreti..................................................................... 23 47. Roma................................................................................................... 24 48. Natürmort............................................................................................. 26 49. Renessans (İntibah) rəssamlığı........................................................... 28 50. Orijinal hədiyyə ................................................................................... 30 51. İncəsənət aləminə səyahət III.............................................................. 32 IV FƏSIL 52. Göydələnlər şəhəri............................................................................... 34 53. Müasir incəsənət.................................................................................. 36 54. Mücərrədçilər (Abstraksionistlər)......................................................... 38 55. Nyu-Yorkda qış.................................................................................... 40 56. Berlin.................................................................................................... 42 57. Berlin divarı.......................................................................................... 44 58. Ekspressionistlər.................................................................................. 46 59. Zoopark . ............................................................................................. 48 60. Şimal paytaxtı ..................................................................................... 50 61. Qara tuş............................................................................................... 52 62. Rəngli tuş ............................................................................................ 53 63. Kağız.................................................................................................... 54 64. Yuxarıdan baxılmış aləm .................................................................... 56 65. İncəsənət aləminə səyahət IV . ........................................................... 58 Layihə I. Bir şah əsərin tarixi...................................................................... 60 Layihə II. Teatrın sehrli aləmi..................................................................... 62 Yekun dərs – 1........................................................................................... 64 Yekun dərs – 2........................................................................................... 65 Yekun dərs – 3........................................................................................... 66 Yekun dərs – 3........................................................................................... 67 Lüğət.......................................................................................................... 68
III
35. Paris 1. Heç bilirsinizmi, Lutesia nədir? Bu həmin qədim yaşayış məskəninin adıdır, hansı ki, sonralar Avropanın ən gözəl şəhərlərindən birinə başlanğıc verdi. Bu axırıncını bəzən, incəsənətin paytaxtı da adlandırırlar, çünki orada şairlər, musiqiçilər, rəssamlar yetişmiş, hal-hazırda belə incəsənətin ilhamına xidmət edən o insanlar yetişməkdədirlər. Siz yəqin başa düşdünüz ki, bu Sena çayının sahilində yerləşmiş Paris şəhəridir. Parisin tarixi Roma legionerlərinin yürüşləri ilə əlaqələndirilir, lakin onun inkişafı və yüksəliş dövrü orta əsrlərə təsadüf edir.
Parisin Məryəm Ana məbədi
Vitraj Parisin Məryəm Ana məbədinin fasadı
2. Parisin əsas tarixi abidələrindən biri Notr-Dam – Məryəm Ana kimi tanınan məbəddir. Onu, erkən xristian dövrü kilsəsinin yerində tikmişlər. Onun tikintisinə 1163cü ildə başlanmış və yalnız 1345-ci ildə başa çatdırılmışdır. Böyük ölçülü məbəd, sanki göylərə can atır. Baxıcının diqqətini məbədin fasadında yerləşdirilmiş yumru formalı pəncərə – qızılgül yeri cəlb edir. Qızılgül pəncərələrinin diametri 10 metrdir, lakin krujeva kimi ajurlu və yüngüldür. Məbədin daxili hissəsi möhtəşəmdir və çox ibadətçi tutur. Onun divarları çox saylı pəncərələrlə işlənmişdir ki, bunlarda da rəngli vitrajlar qoyulmuşdur.
?
1. Parisin Məryəm Ana məbədinin fasadına diqqət yetirin və onu təsvir edin. 2. Sizin fikrinizcə rəngli vitraj məbədin interyerində gündüz və gecə hansı effekti yaradır?
LUVRUN TARIXI Luvr əvvəllər Fransa krallarının iqamətgahı idi. Versal sarayı tikildikdən sonra 1725-ci ildən Fransanın Fransa İncəsənət Akademiyası burada rəssamlıq sərgiləri təşkil edirdi. 1791-ci ildə Luvr muzeyə çevrildi və hazırda o dünyanın ən iri muzeylərindən biridir.
4
III
3. Parisin sürətlə böyüməsi onun meydan və küçələrinin bütöv sisteminin inkişafına səbəb oldu. XVII əsrdə hersoq Vandomun hakimiyyəti altında olan torpaqlarda Fransız memarı Arduen –Mansarda yeni meydan layihələşdirdi.
?
3. Vandom meydanının fotosuna diqqət yetirin. Sizin fikrinizcə, onu hansı xüsusiyyətlər xarakterizə edir?
Memar meydanın ətrafında təqribən eyni hündürlükdə və ölçüdə tikililər yerləşdirdi. İnşaat zamanı material vasitələrindən qənaətlə istifadə etmək məqsədi ilə, meydanın künclərini kəsdilər və orijinal səkkiz künc forma aldılar. Bu zaman artıq Parisdə tikililərin hündürlüyünün məhdudlaşdırılması qaydaları mövcud idi. Bu qaydalardan bir qədər aralı keçərək memar ilk dəfə dam örtüyünün altında „gizlədilmiş“ mərtəbə layihələşdirdi ki, bu da sonralar geniş yayıldı və elə onun adı ilə – mansarda adlandırıldı. Sonralar, meydanın mərkəzində olan XIV Lüdovikin heykəlinin əvəzində, Napoleonun əmri ilə, onun ordusunun çoxsaylı qələbələrini qeyd etmək əlaməti olaraq, burada 1200 top lüləsinin əridilmiş dəmirindən tökülmüş sütun ucaltdılar. Paris. Vandom meydanı
Paris. Vandom meydanının sütunu
?
4. Sütunda spiral formasında yerləşdirilmiş relyeflərə diqqət yetirin. Sizin fikrinizcə bu relyeflərdə hansı süjetlər əks olunmuşdur?
4. XIX əsrin ikinci yarısından Paris ən qabaqcıl müasir incəsənət mərkəzinə çevrildi. Burada rəssamlıqda yeni cərəyanlar meydana gəldi: impressionizm, puantilizm, postimpressionizm və bir çox başqaları. Qabaqcıl incəsənət sevgisi Parisdə sonralarda azalmamışdır. 1977-ci ildə, prezident Jorj Pompidunun təşəbbüsü ilə, müasir incəsənət mərkəzini yaratmaq üçün müsabiqə elan olundu. 200-dən çox layihə arasından Rentso Pianosun və Riçard Rocersin ən orijinal layihələri seçildi. Şüşə tikililərin kommunikasiya sistemləri: su təchizatı, lift, elektrik təchizatı və s. bayıra, fasada çıxarıldı və müxtəlif cür boyadıldı.
?
5. Sizin fikrinizcə, Pompidu mərkəzinin memarlığı hansı təəssüratı yaradır?
Parisin köhnə və yeni memarlıq nümunələrini axtarıb tap. Onları bir-biri ilə müqayisə və sinfə təqdim et.
Paris. Pompidu mərkəzi
5
III
36. Nöqtələrlə şəkil çəkmək Müasir rəssamlığın tarixi impressionizmdən başlanır. Şəkil çəkmənin ənənəvi qaydaları və manerasını impressionistlər saniyəvi təəssüratlar şəklində daha yaxşı qeyd etmək ilə dəyişdilər və yeni incəsənətə təkan verdilər. Onların rəssamlıq axtarışları yenə də uzun müddət davam etdi və neçə-neçə yeni cərəyanlar meydana gəldi ki bunlardan da biri Puantilizmdir. Bu fransız sözü nöqtələrlə, yəni qısa nöqtəli vuruşlarla şəkil çəkmək deməkdir.
Pol Sinyak. Peyzaj. 1887-ci il.
?
Jorj Siora. Kurbevua üzərində körpü. 1886-87-ci illər.
1. Puantilizm texnikası ilə çəkilmiş rəsm əsərlərinə diqqət yetirin, onlar hansı təəssüratları yaradır?
Əgər puantilistlərin əl işlərinə yaxşıca diqqət yetirsəniz, görərsiniz ki, bu metod ilə işləmək üçün nə qədər vaxt, enerji və səbir lazım gəlir. Rəngli „nöqtələrlə“ çəkilmiş səth sanki canlıdır, tamaşaçının gözləri qarşısında hərəkət edir və öz simasını dəyişir. Əgər bu metod ilə işləmək sizi maraqlandırırsa, səbir və böyük əmək bahasına həqiqətən maraqlı rəsm əsərləri yarada bilərsiniz, lakin əgər azca da fantaziyaya əl atsanız, öz əl işinizdə nöqtəli effektə daha asanca nail ola bilərsiniz. Bunun üçün üzlük materialın – penoplastın müvafiq ölçülü parçası və sulu boyalar lazım gələcəkdir.
Sandro. 11 yaşında.
6
III Penoplastın səthi dımır-dımırdır, ona adi fırça ilə nazikcə səpələnmiş boya məhz nöqtəli iz qoyur. Əl işini başa çatdıranadək, yaxşı olar ki, sınaq vurmaları ehtiyat (köməkçi) parçalarda düzəldəsiniz. Belə etməklə, daha yaxşı başa düşəcəksiniz ki, fırça nə qədər yaş olmalıdır və bu və ya digər rəngi qoymaq üçün boyanın təqribən nə miqdarda olması lazım gələcəkdir. Penoplastda işləmək, aydındır ki, əsl puantilistik texnikası ilə çəkməkdən daha asandır. Burada da ehtiyatlı olmaq lazımdır. Fırça ilə toxunmalar bərabər olmalıdır, boyanı şəklin səthinə təbəqələrlə çəkmək lazımdır.
Təqdimat zamanı hər biriniz süni material ilə işləmə prosesini təfərüatı ilə təsvir edin, rəsm işini yaradan zaman qazandığınız təcrübə necə əhval-ruhiyə yaratdı, puantilistik texnika ilə işləmək sizə hansı imkanı yaratdı.
Luka. 12 yaşında
Nöqtəli fakturaya malik materiala ( məs, penoplast) akvarel boyağı ilə, arzu etdiyiniz əl işləri çəkin.
İrma. 10 yaşında
7
III
37. Həndəsi natürmort İstənilən şəkli çəkərkən, nəinki təkcə əşyaların ölçüləri, eləcə də onların birbirinə uyğunlaşması və proporsiyasını mütləq nəzərə almalısınız. Məsələn, payız natürmortunda qırmızı alma qızılı rəngli boranı üzərində kiçik ölçülü, lakin daha çoxdur, nəinki onun yanında əks olunan cevizlər. Əşyalar arasında nisbilik prinsipinə əməl etmək natürmortun qurulmasının zəruri şərtidir.
Gülün bu dördbucaq dibçəyini dəqiq çəkmək üçün onun proporsiyasına diqqət yetirməlisiniz. Dibçəyin enini, təqribən orta hissədən aşağı nazildin. Qurşağı isə ən gen hissədə – ağız hissəsində dolayın. Həndəsi əşyalardan tərtib edilmiş natürmortu çəkmək üçün ilk növbədə karandaş ilə onun konturunu çəkin. Əşyaların ölçüsünə və onların nisbətinə diqqət yetirin ki, qrafik şəkil həmahəng alınsın.
8
III
Çox sərhədli formalı həcmi çəkmək üçün onun bir ən çox işıqlandırılmış sərhədini toxunulmamış, ağ qoya bilərsiniz, işıq mənbəyindən isə ən çox uzaq və kölgəyə bürünmüş tünd karandaş ilə ştirixləyin. Əgər bir-birinə qarşı yönəlmiş ştrixləri bir neçə təbəqədə bir-birinin üstünə qoysanız, daha yaxşı olar. Orta sərhədi isə nisbətən açıq ştrixlə örtün.
Fəzanı da bu cür prinsiplə əks etdirin. Onun sərhədləri yoxdur, lakin kölgəyə bürünmüş və işıqlanmış hissələrini onun səthinə bərabər bölüşdürün; sonra onları tünd və nisbətən açıq ştrixlərlə örtün. Həndəsi formalar altında tünd ştrixlərlə verilmiş kölgəni əks etdirin. Nəzərə alın ki, düşmüş kölgə işıqlanmanın qarşı tərəfinə istiqamətlənmiş olmalıdır. Beləliklə, sizin natürmortunuz həcmli və fəzalı olacaqdır.
?
1. Yadınıza salın, ştrix və düşmüş kölgə nəyə deyilir. 2. Həndəsi formalı qrafik üsul ilə əks olunmuş mərhələləri öz sözlərinizlə təsvir edin. Qara karandaş ilə sadə natürmort çəkin. Əşyaların nisbətinə və proporsiyasına əməl edin. Əşyalara həcm vermək üçün ştrixlərdən istifadə edin.
9
III
38. Müstəvidə fəza Artıq bildiyin kimi, bizə yaxın olan əşyalar ön planda əks olunmuşdur, böyük ölçüdə görünür; əşya nə qədər uzaqdırsa, o bizə bir o qədər kiçik görünür.
?
1. Burada təqdim olunmuş əl işlərinə diqqət yetirin. Dəqiqliklə təsvir edin, rəssamlar səthi necə əks etdirmişlər. 2. Yolun çəkilişini təsvir edin. O, hansı təəssüratı yaradır?
İliko. 11 yaşında
Moris Utrilo. Şəhər peyzajı
Heç düşünmüsənmi, bizim gözümüz uzağa gedən qatar relslərini necə görür? Əgər relsli yolda dayanıb ona baxsan görərsən ki, relslər uzağa, dərinə getdikcə bir-birinə yaxınlaşır və axırda bir nöqtədə birləşir.
?
3. Necə fikirləşirsən, relslər dərinlikdə həqiqətən birləşirmi?
Birləşmə nöqtəsi
Teodor Russo. Küçə
10
Əvvəlcədən kağız üzərində karandaşla dərinliyə gedən yol çəkin, hansı ki, soldan sağa və ya əksinə dönür. O, nöqtə, harada ki, yolun xətləri birləşir, birləşmə nöqtəsi adlanır. Ona çəkilmiş horizontal xəttə isə – üfüq xətti deyilir. Yol boyu ağacların cərgəsini, dərinlikdə onların ölçüsünün dəyişilməsinin nəzərə alınması ilə qeyd edin. Sizin baxışınıza əsasən istənilən başqa detalları da əlavə edə biləsiniz, məs., çiçək ev və s.
?
4. Moris Utrilonun və Teodor Russonun şəkillərini təsvir edin. Onda birləşmə nöqtəsini və üfüq xəttini axtarıb tapın. 5. İzah edin, bu rəsm işlərində dərinlik necə verilmişdir. 6. Yolun çəkilişini təsvir edin. O, hansı təəssüratı yaradır?
Birləşmə nöqtəsi üfüq xətti
Müstəvidə fəzanın verilməsi üçün rəssamlar rəngdən də istifadə edirlər. Əgər Kamil Korronun və Qabriel Milenin burada verilmiş əl işlərinə diqqət yetirsəniz buna əmin ola bilərsiniz; bu şəkillərdə fəza müxtəlif üsullarla, o cümlədən rənglərlə də verilmişdir.
?
6. Sizin fikrinizcə, Kamil Korronun rəsm əsərində birləşmə nöqtəsi vardırmı? 7. Bu rəsm əsərlərində planların dəyişilməsini təsvir edin. 8. Təsvir edin, rəssamlar şəkilin ön və arxa planında hansı rənglərdən istifadə edirlər? 9. Rənglərin bu cür dəyişməsi hansı təəssüratı yaradır?
Kamil Korro. Qayıqçı.
Rəsm işi yaradın, burada horizontal xətt ilə birləşmə xəttindən istifadə edin. Bu üsulla, eləcə də rəng qradasiyası ilə sizin əl işinizdə dərinlik və fəzanı əks etdirin.
Qabriel Mile. Məhsul yığımı
11
III
III
39. Yüksək moda paytaxtı 1. Necə düşünürsən, insana paltar yalnız soyuqdan özünü qorumaq üçünmü lazımdır? Qədim zamanlardan üzü bu yana insanlar geyimin simasına qayğı göstərirlər, onu mümkün olduğu qədər bəzəyirlər, tikirlər və gözəlləşdirirlər. Paltar üçün parça, onun biçimi, materialı və dekoru epoxalara və ölkələrə əsasən dəyişir. Bu daimi dəyişim hamı üçün yaxşı tanış olan – moda adlanır. Çoxdandır ki, paltar yaratmaq incəsənətin sahələrindən birinə – geyimin və ya modanın dizaynına çevrilmişdir. Müasir dünyada bu incəsənətin, yəni necə ki onu adlandırırlar, yüksək moda paytaxtı kimi Paris tanınır. Adlı-sanlı fransız modelyerləri: Coco Chanel, Kristian Dior, İff Sen Loren, Yuber Jovanşi və bir çox başqaları öz üslublarını modaların fərdi evlərində yaratmışlar. On illiklər ərzində bu evlər orijinal üslubunu qoruyub saxlayır, lakin, onlar hər bir baxış üçün öz kolleksiyalarını yeni detallarla və qeyri-adi ideyalarla rəngarəng etməyə çalışırlar. Dünyanın istənilən ölkəsində isə artıq şöhrət qazanmış və yaxud bu sənətə yenicə başlamış dizaynerlər Parisin podiumlarına can atırlar ki, məhz burada keçirilən baxışlar dünyaya moda yeniliklərini diktə edir.
Kristian Diorun kolleksiyasının dəfiləsi
2. Geyimin dizaynı düşüncədən hazır məhsul halını alanadək uzun bir yol keçir. Yaradıcılıq ideyası əsasında düzəldilmiş eskiz, sonra dəqiq konstruksiyaya – biçimə çevrilməlidir ki, geyim bədənə ideal otursun. Müvafiq faktura və rəngə malik seçilməlidir. Biçilmiş parça kəsilməli və sancaqlanmalıdır. Bir qayda olaraq, yüksək moda sərgisi üçün geyimin dekorativ elementləri bütünlüklə əl ilə yerinə yetirilir: krujevalar, rəngli gözlər ilə bəzəmək, tük və xəz ilə bəzəmək olduqca əmək tələb edən prosesdir, lakin bu əməyin nəticəsində yaranmış qüsursuz paltar incəsənətin əsl nümunəsidir. Yüksək modalı podiumda göstərilən kolleksiyalara əsasən modanın əsas tendensiyaları formalaşır ki, bu da sonra bütün dünyada sürətlə yayılır və gündəlik geyimdə belə öz yerini tutur.
Piyer Kardenin eskizləri Yuber Jivanşın eskizləri
12
3. Moda dizayneri peşəsi, yaradıcılıq bacarığından başqa bir çox başqa sahə biliyi, zövqü və ümumiyyətlə, təhsil tələb edir. Bu sənəti seçənədək, yəqin ki, paltar dizaynı yarışında öz qüvvəni sınamaq faydalı olardı. Bunun üçün ənənəvi eskizləri yaratmaq və sonra onların əsasında, məsələn, tamaşanın personajlarının kostyumlarını hazırlamaq olar.
Keti. 11 yaşında
Tamuna. 11 yaşında Anna. 11 yaşında
Daha sürətli metodu tətbiq etmək də mümkündür. Köhnə jurnallardan və bukletlərdən kəsilmiş fiqurlardan, rəngli kağızlardan və ya parça qalıqlarından istifadə etməklə yeni paltar yaratmaq mümkündür. Hazır paltarı rəngli qayışlarla, qaytanlarla, düymələrlə və yaxud muncuq dənəcikləri ilə dekorativ tərtib edin, təəssüratı gücləndirmək üçün isə özünüzün yaratdığınız modellərə müvafiq olaraq, ətraf mühit tərtib edin. Bəlkə də müəyyən epoxanın kostyumunu yaratmaq arzusunda oldunuz, yaxud onun üçün xarakterik olan elementlərdən istifadə etməklə müasir paltar yaratmağı qarşınıza məqsəd qoydunuz. Eləcə də tematik, məsələn axşam donları kolleksiyasını yaratmaq mümkündür. Bu metoddan istifadə etmək sürətlə işləməyə və eyni zamanda, öz fantaziyanızı və zövqünüzü aşkara çıxarmağa imkan verəcəkdir. Kim bilir, bəlkə də sizin hansı biriniz üçün isə bu məşğuliyyət gələcəkdə peşəyə çevriləcəkdir.
LÜĞƏT
Tendensiya (lat. tendo can atıram) – Nəyəsə doğru inkişaf istiqaməti Sizin üçün arzu edilən üsul ilə geyimin dizaynını yaradın.
13
III
III
40. Yeni incəsənət paytaxtı XIX əsrin sonundan etibarən, Paris müasir incəsənətin əsl paytaxtına çevrildi. Bu dövrdə burada bir-birinin yanında kontrast rənglər və qəribə uyğunlaşdırılmaları sevən Anri Matis, Andre Deren, Moris Vlamink, lirik və qəmli portretlərin gənc rəssamı Amadeo Modilyani, qəribə heykəltəraşlıq formaların müəllifi Konstantin Brankuzi işləyirdilər. İlk baxışda onlar arasında ümumi heç nə yox idi, lakin əgər onların əl işlərinə diqqətlə baxsanız, görərsiniz ki, onlar təsviri incəsənətin qədim ənənələrini bilərəkdən pozurdular. Onların əsərlərində formalar şərti və səthidir, ətraf mühit isə perspektiv qanunlardan kənarda qurulmuşdur. Bir sözlə, bu zaman Parisdə yeni incəsənət yarandı ki, bunun da əsas özəyini Anri Matis formalaşdırmışdır: „payızı çəkmək üçün mənə o rəngləri yadda saxlamaq lazım deyil, hansılar ki, payız ilə əlaqədardır, mənə həm də o hiss lazımdır, hansılar ki, məndə payız abu-havası yaradır“.
Bu şəkildə rəssamın emalatxanası təqdim edilmişdir. Necə fikirləşirsiniz, rəssam hansı rənglər və yaxud rənglərin bir-birinə uyğunlaşmasını sevirdi?
Anri Matis. Rəssamın emalatxanası.1911-ci il.
Emalatxanada hansı atmosferin hökm sürdüyünü xarakterizə edin və rəssam onları yaratmaq üçün hansı elementlərdən istifadə etmişdir.
Vlamikin peyzajına sanki od vurulmuşdur. Qırmızı, sarımtıl, qızılgül rəngli, yaşıl, mavi rəng – onun palitrasında istifadə olunmamış rəng qalmamışdır. Bu peyzajı təsvir edin. O, hansı təəssüratı yaradır? Moris Vlamik. Bujavelada restoran. 1905-ci il.
14
III
Bu şəkli fransız rəssamı Andre Deren İngiltərədə çəkmişdir. Necə fikirləşirsən, bənövşəyi rəngli körpü və qırmızı rəngli sahil rəssamın fantaziyasının məhsuludur, yoxsa reallıqdırmı? Bu şəkildə istifadə olunmuş rəngləri xarakterizə edin. Sizin fikrinizcə, burada fəza necə verilmişdir? Andre Deren. Körpü. 1906-cı il.
Bu heykəli təsvir edin və burada istifadə olunmuş heykəltəraşlıq formaları xarakterizə edin. Necə fikirləşirsiniz, heykəltəraş nəyə görə ilhamı bu formada təqdim etmişdir? Sizin fikrinizcə onu klassik, realist heykəltəraşlıqdan nə fərqləndirir?
Konstantin Brankuz. İlham. 1912-ci il.
Gənc qadının qüssəli görkəmi, bədənin uzadılmış və şərti formaları və şərti ətraf mühit Modilyani yaradıcılığının xarakterik cəhətləridir. Portretə əsasən Modilyani tərəfindən çəkilmiş qızı necə xarakterizə edərdin? Modilyani öz portretlərində təsvir etdiyi insanların gözünün bəbəyini çəkmirdi və göz çuxurunu yalnız bir rənglə doldururdu.
Amadeo Modilyani. Qırmızı saçlı qadın. 1917-ci il.
15
III
41. Qahirə 1. Keçmişdə ərəblərin Əl-Qaxirə adlandırdığı, Misirin paytaxtı Qahirə Nil çayının hər iki sahilində yerləşir. Napoleon ordusu Misir torpağına ayaq basdıqdan və Avropaya Misir Mədəniyyətinin minlərlə nümunəsini gətirdikdən sonra, burada bu qədim ölkəyə münasibətdə maraq azalmır. Dünyanın hər guşəsindən Misirə turistlər axışıb gəlir, ancaq Qahirənin küçələrində onlar bu qədim xalqın nəsillərini nahaq yerə axtarırlar. Bu gün burada ərəblər yaşayırlar. VII əsrdə ərəb qoşunu Misiri işğal etdi və ondan sonra bu iki – Misir və Ərəb mədəniyyətinin çulğaşması bugünkü Misirin simasını yaradır. Onun paytaxtı Afrika qitəsində olduqca böyük və gözəl paytaxtdır. Müasir Qahirə
Qədim Qahirənin məhəlləsi şəhərin cənub hissəsində qalmışdır. Burada Qahirə üçün tipik olan eyvanlı və dərin hasarlı evlərlə rastlaşırıq. Yeni Qahirə sanki müasir şəhərlərdən heç nə ilə fərqlənmir. Misir mədəniyyəti və incəsənəti isə Qahirə dövlət muzeyində təqdim olunur. 2. XX əsrin başlanğıcında, Misir ərazisində kortəbii surətdə aparılan qazıntı işləri və təsadüfi tapıntılar nəticəsində əldə edilmiş qədim əşyalar bütün dünyaya səpələnirdi. Misir hökuməti icazəsiz arxeoloji qazıntılar aparmağı qadağan etdi və qədim Misir əşyalarını mühafizə edən komissiya yaratdı, bununla da muzeyin yaradılmasının əsasını qoydu. Bu gün onun kolleksiyası qədim Misir qəbirlərində tapılan təqribən 120 min eksponatdan ibarətdir. Bunun da böyük əksəriyyəti incəsənətin nadir nümunələridir.
QAHIRƏ NECƏ TIKILMIŞDIR Əfsanəyə əsasən, Qahirənin tikintisinə əvvəlcədən düşünülmüş plan əsasında başlanmışdır – düzbucaq şəkilli düz sahə ölçür, dörd bir küncdə dirəklər basdırırlar, onlar arasında bütün perimetrdə kəndirlər çəkirlər və bir-birindən bir qədər aralı nizələrlə silahlanmış işçilər qoyurlar, bu işçilər tikintiyə başlamaq üçün hazır olurlar. Şəhərin xoşbəxt və həmişə qələbəli olması üçün astroloqları dəvət edirlər, onlar fəzanın işıqlandırıcılarına diqqət yetirir və ən əlverişli anda tikintiyə başlamaq üçün işarə verirdilər – kəndirlərdə zənglər asılmışdı ki, işarəni hamı eyni vaxtda eşidə bilsin. Qəflətən kəndirə qarğa oturur və zənglər vurmağa başlayır. Elə o andaca torpağı eşməyə başlayırlar. Qorxmuş astroloqlar ƏlKaxira, yəni Marsa çıxır deyə qışqırırlar, yəni hələ vaxt deyil deyə hay-haray qaldırırlar, lakin başlanmış tikintini dayandırmaq mümkün olmur. Ona görə də şəhərə bu göy cisminin adı – Əl-Kaxira adı verildi.
16
Misir Muzeyi. Qahirə
3. Misir qəbirlərində mövcud olan var dövlət, göründüyü kimi, qədim zamanlarda da insanlara rahatlıq vermirmiş və XX əsrdə tapılmış qəbirlərin əksəriyyəti talanmış idi. Xoşbəxtlikdən, gənc fironun – Tutanxamonun sanki toxunulmamış qəbri tapıldı. Onun xəzinəsi, eləcə də, necə ki, Fironun özünün mumiyası və dəfn olunduğu sarkofaq, bu gün Qahirə muzeyinin kolleksiyasını bəzəyir. Bu eksponatlar Padşah sarayının yaşayış tərzi barədə misli görünməmiş məlumat verir. Onları görmək üçün Qahirəyə çoxlu turist getməsinə baxmayaraq, onlara qarşı maraq o qədər böyükdür ki, teztez kolleksiyaçının özü səyyar səyahətə çıxır ki, dünyaya qədim Misir ustalarının incəsənətinə öz gözü ilə baxmaq imkanı verilsin.
Misir muzeyinin eksponatları
?
1. Nəyə görə fironların qəbirlərinə çoxlu əşya və qiymətli daş-qaş qoyurdular? 2. Yadınıza salın, vəfat edənlərin pərəstişi ilə əlaqədar Misir ən-ənələri barədə nə bilirsiniz.
4. Qədim Misir mədəniyyətindən başqa, Qahirə ərəb memarlığının və incəsənətinin abidələri ilə də diqqət çəkir. Şəhərdə çoxlu məscid vardır. Bütün Məhəmməd ümməti aləminin ən qədim və əhəmiyyətli ibadətgahı olan Əl-Əzhər məscidi bunlar arasındadır. O, 970-972-ci illərdə tikilmişdir. Məscidin daxili həyəti ibadətə gəlmiş çoxlu insan tutur. Həyəti hər dörd tərəfindən böyük sütunlu ibadət salonları əhatə edir. Onların interyeri relyefli dekor ilə zəngin bəzədilmişdir. Əl-Əhzər eyni zamanda dünyanın ən qədim universitetlərindən biridir, burada dünyanın müxtəlif guşələrindən gəlmiş müsəlmanlar ruhani təhsili alırlar.
Qahirə muzeyinin eksponatlarını axtarıb tapın, onlar barədə məlumat toplayın və stendlər düzəldin. Əl-Əhsər məscidi. Qahirə
17
III
III
42. Misir suveniri Misirə getmiş turistlərin təbii istəyi xatirə üçün oradan minillik mədəniyyətin heç olmasa kiçik hissəsini gətirməkdən ibarətdir, lakin abidələrdə buna ciddi diqqət yetirirlər ki, onların heç kiçik hissəsi, fraqmenti belə zədələnməsin. Qahirənin məşhur bazarında isə min cür suvenir satılır: istənilən ölçülü piramidalar, fironların sarkofaqlarının və yaxud padşah bəzəklərinin və silahların surətləri. Burada müasir ustaların fantaziyalarının sərhədi yoxdur. Məsələn, Misirin hər hansı bir Allahının təsvirini indi adi yazı qələmi şəkilində əlinizdə də tuta bilərsiniz, sizin otağın divarında isə papirus üzərində yazılmış Misir mətnini yaxanızdan, yaxud boynunuzdan da asa bilərsiniz. Misirdə yüz-il və daha əvvəl hazırlanmış əşyanın icazəsiz satılması qadağandır. Ona görə də köhnə əşyalar burada satılmır, lakin rəngarəng suvenirlər bu möcüzəli ölkəni və onun mədəniyyətini həmişə yadınıza salacaqdır.
Əgər siz hələ Misirdə olmamışsınızsa, heç də ruhdan düşməyin. Gedənədək və dünyanın möcüzəsi adlandırılan piramidaları öz gözlərinizlə görənədək, hər şeyi, Misir barədə bildiklənizin hamısını yadınıza salın və fantaziyanızla Misir suvenirlərini öz əlinizlə yaradın. Gildən və yaxud plastilindən piramida hazırlamaq olar, sonra onun üzərinə daş parçaları düzə, piramidanı Misir heroqlifləri ilə bəzəyə bilərsiniz. Eləcə də Misir fironlarının zəruri atributu, ölməzlik rəmzi – „anxi“ ni gildən düzəldə və quruduqdan sonra boyaya bilərsiniz. Misir böcəyinin nümunəsini yaratmaqda da çətinlik çəkməyəcəksiniz, lakin nəzərə alın ki, onun mavi rəngdə olması daha yaxşıdır. İstənilən yazı qələmini gil qişa və üzərində əsl və ya özünüzün düşündüyünüz heroqlifləri həkk edə bilərsiniz.
İstənilən materialdan müxtəlif cür Misir suvenirləri yaradın. Onların sərgisini təşkil edin və dəvət olunmuş qonaqlara, Misir və onun incəsənəti barədə bildiklərinizi danışın.
18
III
43. Sehrli xalça Qahirənin mərkəzində yerləşən Xan-Əl Xəlil bazarında Şərq şəhərləri üçün xarakterik olan rəngarənlik və satılmaq üçün çıxarılmış məhsulların çox çeşidliliyi ona baxanları əfsunlayır. Burada nə görməzsiniz: qızıl və gümüş əşyaları ilə doldurulmuş piştaxtaları, ərəb bədəvilərinin ənənəvi paltarlarını, keramika qablarını, ağac, dəri, sümük əşyalarını və bir çox başqalarını xüsusi ilə göz qamaşdıran xalçaların və ya pərdələrin rəngarəng cərgələrini. İstifadə olunmuş kontrastik rənglərin bolluğu, parlaq və onların qürurlu uyğunlaşması cazibədar təsürat yaradır, sizin gözləriniz qarşısında sanki Şərqin nağıllarda təsvir olunan sehirli xalçaları sərgilənir.
Datuna.11 yaşında
Nana.11 yaşında
Şərq ölkələrində xalça və pərdə toxumaq xalq incəsənətinin əsas sahələrindən biridir. Təcrübəli toxucular, bir qayda olaraq, əvvəlcədən eskizlərdə düzəltmir və bilavasitə toxuma prosesində lazımi rəngləri bir-birinə uyğunlaşdırırlar. Sizin düzəltdiyiniz eskiz isə əvvəlcə kağız üzərində sizin fantaziyanızın canlanmasına imkan verəcəkdir. Eskizin yerinə yetirilməsi zamanı təsəvvürünüzə gətirin, ərəb xalçası necə görünür. Formatı rəngli boyalarla bütünlüklə örtün. Çalışın ki öz Fantaziyanıza qol qanad verəsiniz və təzadlı formalardan, ornamentli motivlərdən məqsəd yönlü istifadə edin. Sizin işinizə başa çatmış sima vermək üçün onun kontrastik yəni harmonik surətdə uyğunlaşmış rəngli çərçivəsini düzəldin. İş başa çatdıqdan sonra sinifdə sehrli xalçaların sərgisini təşkil edin.
İstənilən rəsm materialından istifadə etməklə Şərq xalçaları mövzusunda dekorativ əl işi nümunəsi yaradın.
19
III
44. Qədim Misir incəsənəti Qədim Misir incəsənətin nadir nümunələri ilə məşhurdur. Memarlıq, heykəltəraşlıq, rəssamlıq – burada incəsənətin hansı sahəsinin nümunələri ilə rastlaşmazsınız. Misir məbədlərini və qəbirlərini relyeflər və divar rəssamlığı bəzəyir; nəhəng monumental heykəllər isə Misir memarlıq ansamblının orijinal hissəsidir.
Bu heykəl firon ilə onun ömür yoldaşını əks etdirir. Məlikə sol əlini ömür yoldaşının qoluna qoyub, o biri əlini isə onun belinə dolayıbdır. Sizin fikrinizcə onun bu jesti nəyi əks etdirir. Sizin fikrinizcə, fiqurların hərəkəti nə dərəcədə təbiidir? Qətiyyətlə durmuş fiqurların bir ayağı qabağa atılmışdır... bu fiqurların təsvirini davam etdir.
Firon Menkaur (Mikerin) və onun ömür yoldaşı. 2525-2470-ci illər.
Sfinks Gizə memarlıq ansamblının ən baxımlı hissələrindən biridir. Sfinks firon Xefrenin təsvirini əks etdirir və onun piramidasının qarşısında durur. Sfinksin şir bədəni və insan başı vardır. Heykəlin başını Misir fironlarının baş örtükləri – klaft bəzəyir. Sfinks sizdə hansı təəssüratı yaradır. Sfinks. Gizə. M.ö. 2575-2465-ci illər.
20
III
Misir qəbirlərinin divarları, bir qayda olaraq, şəkillərlə örtülü idi. Təsvirlər divarda horizontal sıralarla bölünürdü. Burada vəfat etmişin bu dünyadakı həyatını, eləcə də onun o dünyadakı həyatını əks etdirən səhnələr təsvir olunurdu Bu qəbirin rəssamlığı, onun rəng çalarları sizdə hansı təəssüratı yaradır?
Qəbir rəssamlığı. E.ə. XIII əsr.
Freskanın bu fraqmentində Misir Allahları əks edilmişdir. Burada, hansı Allahları gördüyünü müəyyənləşdirməyə çalış. Misir rəssamlığının fonunda tez-tez heroqlifik yazılarla rastlaşırıq. Bunlar ümumi təəssürat yaratmaqda hansı rolu oynayır?
Qəbir rəssamlığı. E.ə XII əsr.
Burada təqdim olunmuş fiqurları, onların pozalarını, geyimlərini təsvir edin...
Bu illüstrasiyanın aşağı hissəsini təsvir edin. Sizin fikrinizcə, bu illüstrasiyanın yuxarı və aşağı hissələri bir-biri ilə necə əlaqələndirilir? Sizin fikrinizcə, rəsm əsərinin bu fraqmentində nə işlə məşğul olurlar. Qəbir naxışları. E.ə XIII əsr.
21
III
45. Portret Burada təqdim olunmuş portretləri Fəyyum portretləri adlandırırlar, çünki onların əksəriyyəti 1886-cı ildə Misirdə, Əl-Fəyyum oazisinin məzarlarında tapılmışdır. Onlar, əsasən b.e. I-IV əsrlərə aiddir. Bu portretlər mum boyaları ilə ağac lövhə üzərində çəkilirdi. Portret insanın sağlığında yaradılırdı, öldükdən sonra isə onu Sarkofaqda vəfat etmişin sifətinin yerində yerləşdirilirdi.
?
1. Təsvir edin, portret Sarkofaqda necə yerləşdi rilmişdir.
Qadın portreti. Roma Sarkofaqı. II əsr.
Fəyyum portreti vəfat etmişin pərəstişi ilə əlaqədar olurdu, lakin onda əks olunan insanlar sanki həyat eşqi ilə doludurlar və aydın simaları ilə seçilirlər.
?
2. Sizin fikrinizcə, bu portretlərdə insanın xarakterinin və onların əhval-ruhiyyəsinin oxunulması necə mümkündür? 3. Aşağıda verilmiş portretləri təsvir edin. Hər bir portretdə təqdim olunan insanı xarakterizə edin.
Kişi portreti. I əsr.
Gənc qadının portreti. III əsr.
22
Gənc qadının portreti. I əsr
FƏYYUM PORTRETI 1887-ci ildə İngilis arxeoloqu U. Pitr Flindes Fəyyum yaxınlığında yerləşən qədim Roma şəhəri Xavarada qəbiristanlıq tapdı, burada 90-na qədər mumiya Fəyyum portretləri ilə dəfn olunmuşdu. Sonralar bu cür portretlər bütün Misir ərazisində tapıldı. Bütövlükdə dünya muzeylərində təqribən 700-ə qədər Fəyyum portreti saxlanılır.
46. Mənim yaxınımın portreti Hər bir insanın ona xarakterik olan sifət quruluşu, gözlərinin, dodaqlarının, burnunun forması vardır; bəzisinin enli qaşları, bəzisinin nazik qaşları vardır. Bir sözlə, onların hər biri ona məxsus xarakterik görünüşlə seçilir. İnsan portretləri yaradarkən rəssamlar məhz bu xarakterik əlamətlərə diqqət yetirirlər və sonra bunları öz əl işlərində əks etdirməyə çalışırlar.
?
1. Burada təqdim olunmuş portretləri təsvir edin. Hər bir portretdə insanın xarakterik əlamətlərinə diqqət yetirin.
Portretdə oxşarlıqdan başqa, rəssamlar tez-tez insanın əhval-ruhiyyəsini də verirlər. Əgər insan, onun xarici görkəminə müvafiq olaraq, hansısa milli xarakterik atributlarla əks olunursa, bu əhval-ruhiyyə mümkündür ki, daha möhtəşəm olsun. Məsələn, dördüncü portretdə sizin həmyaşıdınız Anna ispan qadınının simasını əks etdirmişdir.
?
2. Hansı atributlarla başa düşürsünüz ki, beşinci şəkildə konkret insan İspan qadının simasında əks olunmuşdur? 3. İkinci və üçüncü portretlərdə hansı mədəniyyətin nümayəndələri əks olunmuşlar?
Zuka. 12 yaşında
2
1
Lika. 12 yaşında
3 Nuça. 11 yaşında
Tako. 10 yaşında
4
Kimi çəkəcəyinizə qərar verin, bu insanın xarici görünüşünün hansı xarakterik əlamətlərinə diqqət yetirəcəksiniz və hansı əhval-ruhiyyəni yaradacaqsınız; öz əl işinizdə hansı mədəniyyətin nümayəndəsini təsvir edəcəksiniz və hansı atributlardan istifadə edəcəksiniz.
23
III
III
47. Roma 1. İtaliyanın paytaxtı Roma dünyanın ən qədim və gözəl şəhərlərindən biridir. Onu hansı adlarla adlandırmırlar: „Əbədi şəhər“ , „Sivilizasiya mayakı“, „Yeddi təpə üstündə şəhər“, „Müqəddəs şəhər“, „Bəşəriyyət tarixinin rəmzi“...
?
1. Roma barədə bu deyimləri müzakirə edin və onların hər biri barədə mülahizə yürüdün. 2. „Bütün yollar Romaya gedir“ deyimini yadınıza salın və öz mülahizənizi bildir, bu deyimin əsasında nə durur.
YEDDI TƏPƏ ÜSTÜNDƏ ŞƏHƏR Roma Tibr çayı sahilindəki yeddi təpə üzərində yerləşir. Həmin təpəciklər bunlardır: Palatin, Kapitulium, Kvirinal, Aventin, Eskvilin, Viminal və Selius. Müqəddəs Pyotr məbədindən Romanın görünüşü
2. Bəşəriyyətin tarixində elə bir epoxa yoxdur ki onun izi Romada tapılmasın, lakin Roma əsasən yenə də antik dünyanın və xristian epoxasının ilk övladıdır. Romulun bünövrəsini qoyduğu şəhər Palatin təpəsində yerləşirdi. Rəvayətə görə, Romul Palatin təpəsini Akropol üçün seçdi və məhz orada şəhərin himayəedici allahının – Yupiterin məbədini ucaltdı. Roma yavaş-yavaş böyüyürdü. Təpələr arasında düzəldilmiş yerdə Roma forumu meydana gəldi. Forum italyan dilində sərhədlənmiş deməkdir. Bu şəhərin əsas meydanı, onun mərkəzi idi ki, burada da çoxlu tikililər var idi. Bu gün forum xarabalıqlara çevrilmişdi, lakin italyanlar onu qədim Romanın şərəf əlaməti olaraq,bu şəkildə saxlayırlar.
Roma forumu
Romanın bünövrəsinin qoyulması tarixi Romul və Rem – əkiz qardaşları öz doğma əmiləri Tibr çayına atır və hakimiyyəti bu yol ilə ələ keçirir. Çay qardaşları sahilə atır. Burada onları ana canavar tapır və onlara süd əmizdirir. Xilas olmuş əkizləri çoban gətirir və böyüdür. Böyümüş Romul Tibr çayının sahilində şəhər salmağı qərara alır. Təpələrdən birində o şumla cız çəkir və gələcək şəhərin sərhədlərini işarələyir. Onun qardaşı Remsə, bu zaman bu cız üstündə durub qardaşının fikrinə gülürdü. Qəzəblənmiş Romul qardaşını öldürdü və dedi: „hər kəs bu şəhərin sərhədini keçsə, aqibəti belə olacaq“ Romanın bünövrəsinin qoyulması tarixi e.ə. 753-cü ilin 21 apreli hesab olunur. Dişi canavarın heykəli Palatin təpəsində indi də durmaqdadır.
24
3. Romanın əsas tikilisi Müqəddəs Pyotr məbədidir ki, bu da bütün katolik dünyasının baş məbədi hesab olunur və Roma Papası burada ibadət edir. 1506-cı ildə II Yuli memar Bramanteyə burada yerləşən məbədi və onun ətrafında mövcud olan tikililəri uçurmağı və yeni nəhəng məbədin tikilməsini həvalə etdi. Bramante yalnız məbədin planını tərtib etməyə çata bildi.
Müqəddəs Pyotr məbədinin kümbəzi
Müqəddəs Pyotr məbədinin qərb fasadı
1546-cı ildə Papa bu işi məşhur İtaliya heykəltəraşı Mikelanceloya həvalə etdi. Mikelancelonun layihəsinin başlıca yeniliyi məbədin kümbəzi idi. O, məbədi hündür və geniş kümbəz ilə şöhrətləndirdi. Kümbəzin boğazında 16 güclü dayaq düzəltdi və onları qoşalaşmış sütunların arxasında „gizlətdi“ ; sütunlar arasında geniş pəncərələr kəsdi, bundan sonra isə kümbəzin altında qalmış boşluğu bol işıqlandırdı. Kümbəzin üst fəza hissəsi daha üç cərgə düzülmüş balaca pəncərələrlə doldurulmuşdur.
?
3. Bu kiçik pəncərələr interyerdə görünürmü? 4. Necə fikirləşirsiniz, onların hansı təyinatı ola bilərdi?
Sonralar məbədə daha iki, kiçik ölçülü kümbəz qoydular, ön hissəsində isə zəngin fasad tikdilər. Belə ki, xeyir dua lojası da məhz burada yerləşir. Nəhayətində, 1626-cı il noyabrın 18-də məbədə xeyir-dua verildi.
?
5. Müqəddəs Pyotr məbədinin interyerini təsvir edin. 6. O, hansı təəssüratı yaradır? 7. Bu təəssüratı müəyyənləşdirən nədir?
MÜQƏDDƏS PYOTRA HARADA IŞGƏNCƏ VERDILƏR O yerdə, harada ki, indi Müqəddəs Pyotr məbədi durur, antik dövrdə sirk tikilisi dayanırdı. Məhz burada, sirkin arenasında, imperator Neronun dövründə Müqəddəs Pyotra işgəncə verdilər və elə buradaca yaxında dəfn etdilər. Ona işgəncə verilən yerdə sonralar imperator Konstantin məbəd tikməyi əmr etdi. Müəyyən vaxt keçdikcə, onun ətrafında bütöv şəhər salındı – ibadətgahlar, sanat – salonlar və müxtəlif təyinatlı tikililər. Müqəddəs Pyotr məbədinin interyeri
25
III
III
48. Natürmort Pompey Roma imperiyasının şəhərlərindən biri idi, bu şəhər m.s. I əsrdə vulkan püskürməsi nəticəsində kül və lava selinin qalın qatları altında torpağa gömüldü. XIX əsrin ikinci yarısında bu şəhəri alimlər qazdılar. Burada gözlər saraylar və villalar tapıldı, bu tikililərin divarları da rəsmlərlə bəzədilmişdi. Bu şəkillər arasında natürmort rəsmləri xüsusi yer tutur.
?
1. Yadına sal, natürmort nədir. 2. Birinci və ikinci natürmortu təsvir edin. Bu natürmortlarda hansı meyvələr əks olunmuşdur? 3. Bu natürmortda şüşə qab fakturası necə verilmişdi?
Pompey. Natürmort. M.s. I əsr.
1
Pompey rəsmlərinin natürmortları olduqca rəngarəngdir: qab, meyvə, təqdim olunmuş əşyaların müxtəlif formaları, faktura; burada həm şüşə, həm də gil və metaldan hazırlanmış qablara rast gəlinir. O, dövr rəssamlarının hər bir əşyanın xarakterik formasını, onların fakturasını, materialın effektini necə dəqiqliklə və ustalıqla vermələri insanı heyrətə gətirir. Bu natürmortların vasitəsilə biz qədim Romalıların hansı qablardan istifadə etdikləri, onların açdıqları süfrələrin hansı simada olması barədə təsəvvür əldə edə bilirik.
2 Pompey. Natürmort. M.s. I əsr.
?
4. Sizin fikrinizcə, təqdim olun muş natürmortlardan, hansı daha rəngarəngdir? 5. Üçüncü natürmortu təsvir edin. Burada təqdim edilmiş əşyalar hansı materialdan hazırlanmışdır. Bu materiala nə işarə edir? 6. Diqqət yetirin və təsvir edin, masa burada necə əks olunmuşdur.
26
Pompey. Natürmort. M.s. I əsr.
3
Romalı rəssamlar meyvənin formasını, onların rəngini, şaftalının və yaxud əncirin xovlu səthini toxunma cil zənbilinin fakturasını heç də az dəqiqlik və ustalıqla əks etdirmirlər. Əncirlə dolu zənbil elə ustalıqla və canfəşanlıqla çəkilmişdir ki, insan bunu əsl meyvə hesab edə bilər.
?
7. Beşinci natürmortda əks olunan əncirlərə diqqət yetirin. Sizin fikrinizcə, rəssam əncirin formasını necə yumrulayır? 8. Necə fikirləşirsiniz, əncirlər nəyə görə müxtəlif rəngdədir? 9. Sizin fikrinizcə, əncirlərdə qırmızı aksentlər nəyə işarə edir?
4
Pompey. Natürmort. B. e I əsr.
5 6
7 Məryəm. 11 yaşında
8
Tamuna. 11 yaşında
Natürmort çəkin və əşyaların xarakterik formasını, rəngini və fakturasını verməyə çalış. Natürmortu applikasiya üsulu ilə də düzəldə bilərsiniz.
27
III
III
49. Renessans (İntibah) rəssamlığı Bu dərsdə siz İtaliya renessansının rəssamlıq nümunələri ilə tanış olacaqsınız. „Renessans“ termini italyan sözündən (rinashimento) yaranmışdır və dirçəliş deməkdir. Renessans İtaliyada meydana gəldi və təqribən iki əsr – XIV-XV əsrlər ərzində inkişaf edirdi. Leonardo da Vinçi, Mikelancelo və Rafael renessans dövrünün üç ən böyük rəssamı idi, lakin bu dövrdə İtaliyada başqa bir çox rəssamlar da fəaliyyət göstərirdilər: Cotto, Mazaçço, Mantenya, Bottiçelli, Perrucino, Tisian və başqaları.
Hündür taxtda oturmuş Məryəmə müqəddəslər və tarixi şəxsiyyətlər səcdə edirlər, bu şəkilin sifarişçisi Françesko Qonzaqa. Kompozisiyanın mərkəzini Məryəm ananın əlində tutduğu yeniyetmə oğlan uşağı təmsil edir. Buna nə işarə edir? Diqqət yetirin və bu şəkildə baxış nöqtəsini müəyyənləşdirin.
Andreya Mantenia. Qələbə madonnası. 1495-ci il.
Sandro Bodiçeli. Bahar. 1477-78-ci illər.
Şəkil baharın gəlişini əks etdirir. Hadisə Venera bağında cərəyan edir. Baş personaj şəkilin mərkəzində əks olunmuş məhəbbət qadın Allahı Veneradır. Nəyə görə? Sənin fikrincə, burada təqdim olunan qalan personajlar kimlərdir? Venera bağını təsvir edin. Şəkillik səth fiqurlarla necə doldurulmuşdur.
28
III Perrucino. Açarların verilməsi. 1482-ci il.
Perrucino Rafaelin müəllimi idi. Bu səhnə Sikstes Kapelin divarlarından birini bəzəyir. Böyük meydanda çoxlu sayda insanın iştirakı ilə İsa Məsih cənnətin açarlarını Müqəddəs Pyotra təqdim edir. Hadisənin baş verdiyi mühiti təsvir et. Necə fikirləşirsiniz, bu kompozisiyanın simmetrik oxu vardırmı?
Rafael. Bolseneşdə messa. 1512-ci il.
Bu kompozisiya Vatikanda, Papanın iqamətgahında otaqlarının birinin (Stança) divarını bəzəyir. Möcüzə pəncərənin ətrafında yerləşdirilmişdir. Onun mərkəzini trapezida təmsil edir. Burada əks olunan insanları təsvir edin. Onlar möcüzəni necə başa düşürlər? Hadisənin cərəyan etdiyi mühiti təsvir edin. Necə fikirləşirsiniz, bu kompozisiyanın simmetriya oxu vardırmı?
29
III
50. Orijinal hədiyyə Bahar ilk addımlarını atdığı vaxtdan etibarən, bu barədə düşünməyə başlamalısınız – öz sevimli və yaxın adamlarınızı – ananızı, nənənizi, müəlliminizi baharın gəlişi münasibəti ilə necə təbrik edəcəksiniz və onlara hansı hədiyyələri verəcəksiniz... Aydındır ki, ilk yadınıza düşən yəqin ki ənənəvi gül buketi olacaq. Baharda hədiyyə kimi təqdim olunan güllər həqiqətən də insanda xoş əhval-ruhiyyə yaradır. Bəlkə, bu dəfə, təbrik məktubunun və gül buketinin əvəzinə, elə bir hədiyyə hazırlamağa çalışacaqsınız ki, bu hədiyyə ananın qəlbində həmişəlik xatirə kimi qalacaqdır. Bütün il ərzində siz, saysız hesabsız maraqlı məlumat əldə etdiniz. Bir çox ölkələrin incəsənəti ilə tanış oldunuz və elə özünüz də incəsənətin bu və ya digər sahəsində öz qüvvənizi sınadınız. Əgər siz anaya elə rəsm nümunəsi həsr edərsinizsə və burada həmin bilik və təcrübə öz əksini taparsa, bu yəqin ki, ananı olduqca sevindirəcəkdir. Onun da qayğısına qalın ki, rəsm işinə müvafiq çərçivə və asılqan, yerləşdirmə məkanı düzəldin. Çərçivə düzəltməyin bir neçə sadə üsulu mövcuddur. Bunlardan ən asanı kartondan onu kəsməkdir. Kəsilmiş çərçivəni bəzəmək isə sizin fantaziyanızdan asılıdır. Əgər üzərində, ilk baxışda adi görünən elementlər də bərkitsəniz, onda karton çərçivəni orijinal əşyaya çevirə bilərsiniz. Məsələn, müxtəlif formalı düymələr, saplar, qayışlar və s. Belə çərçivənin küncünə təbrik məktubu da yapışdırmaq olar.
g
o il
ca
Bu çərçivəyə isə, heç kəs deyə bilməz ki, onun əsası sadə karton dörd bucağıdır. Onu bəzəmək üçün sizə rəngli qırçınlı kağızlardan kəsilmiş zolaqlar lazım gələcəkdir, bunları siz bir-birinə elə yapışdırlamalısınız ki, çərçivə həcmi forma alsın.
30
v!
III
Dənizin sahilində yığdığınız rəngli balıq qulaqlarını və yaxud daşlarını kartondan kəsdiyiniz çərçivəyə yerləşdirin və həvəslə yapışdırın. Əgər dəniz peyzajı və dəniz aləmi mövzusunda işlənilmiş rəsm işi əlinizdədirsə, bundan yaxşı çərçivə arzulaya bilməzsiniz.
Əgər ağac parçalarından çərçivə düzəltmək arzusunda olsanız, daha ehtiyatla tərpənmək lazım gələcəkdir. Yaxşı olar ki, bu işdə oğlanlar qızlara kömək etsinlər. Burası daha əlverişli olar ki, mismar əvəzinə ağac hissələrini bir-biri ilə yapışqan ilə birləşdirəsiniz və mütləq onun qurumasını gözləyəsiniz. Elə həmin yapışqan ilə onun üzərinə istənilən dekorativ elementi də yapışdıra bilərsiniz. Ağacın qalmış parçalarının özü belə, bu cür çərçivələri bəzəyə bilər, çünki ağacın xoşa gələn fakturası vardır. Dekorativ elementlər kimi tez tələsik toplanmış təbii materialdan – otdan, ağac qabığından, mamırdan və ya qozalardan istifadə etmək olar.
Əgər onu ordan-burdan büksəniz, onun uclarını isə hər hansı bir bucaqda çiçək formalı medalyonla bəzəsəniz, birrəngli atlas lentdən orijinal çərçivə hazırlana bilər. Bu cür çərçivəyə sizin çəkdiyiniz rəngli gül buketi çox yaraşar.
Özünüzün hazırladığınız ən yaxşı əl işini seçin, istənilən təbii və ya süni materialdan müvafiq dekorativ çərçivə düzəldin.
Nino. 11 yaşında
31
III
51. İncəsənət aləminə səyahət III Kitabın bu hissəsində siz dünyanın daha üç həddindən çox maraqlı şəhəri ilə tanış oldunuz: Roma, Paris və Qahirə ilə. Gəlin, indi bu şəhərlərin yerləşdiyi ölkələrə səyahət edin. Alberto Cakometi. Fiqurlar
İtaliya
İtaliya şüşə məmulatı Murano
Filippo Lippi. Falçılara sitayiş
Lorenzo Ghiberti. Baptisteriumun qapısının relyefi. Florensiya
Dojelərin sarayı. Venesiya
32
III
Fransa
Versal sarayı
Jak Lui David. Madam Rekamyenin portreti
Faberjenin əşyaları
Ejen Delakrua. Mərakeşli atı yəhərləyir
Misir
Boyunbağıları
Piramidalar
Tebe. Məzarın bəzəyi
Əbu Simbel kompleksi
33
IV
52. Göydələnlər şəhəri 1. Nyu-Yorku dünyanın paytaxtı adlandırırlar, lakin o həm də Amerikanın paytaxtıdır. Maraqlıdır, bu şəhər belə məşhurlaşmağa nə ilə nail olmuşdur. Nyu-York Hudzon çayı ilə Atlantik okeanın arasında yerləşən adalarda salınmışdır. Onun qədim hissəsi Nyu-Yorkun mərkəzi məhəllərinin birində – Manhettenin cənubunda yerləşir. Avropadan sürgün edilmiş Hollandiyalılar burada yeni Amsterdamı inşa etmişlər. Sonra bu torpaqlar emiqrant ingilislərin hakimiyyəti altına keçdi və adı da İork Hersoquna hörmət əlaməti olaraq verilmişdir. Bu iki adın birləşməsi ilə şəhərin bugünkü adı – Nyu-York meydana gəlmişdir.
?
1. Amerika qitəsini kim kəşf etmişdir? 2. Amerika Birləşmiş Ştatlarının paytaxtı hansı şəhərdir?
2. Avropalı emiqrantların ilk dəfə Amerika torpağına ayaq basdığı yerdə, bu gün Nyu-Yorkun və Amerikanın rəmzi olan – Azadlıq heykəli durur. 1886-cı ildə Fransızlar bu heykəli Amerikaya hədiyyə etdilər. Onun müəllifi fransız heykəltəraşı Frederik Oqyust Bartolddur. Böyük ölçüsünə və çəkisinə görə heykələ əlahiddə konstruksiya lazım gəldi, bunu Oqyust Eyfelin çertyoju ilə tikdi. Heykəlin tacında quraşdırılmış baxış meydanından hər il on minlərlə turist okeanın sahilində uzanıb gedən şəhər mənzərəsinə tamaşa edir.
?
Nyu-Yorkun görüntüsü
3. Necə fikirləşirsiniz, Paris ilə Nyu-York rəmzləri arasında hansı ümumi cəhət vardır?
Nyu-Yorkun daha bir rəmzi almadır. Rəvayətə görə, ilk emiqrantların basdırdıqları ağaclardan məhz birinci alma ağacı bar verdi, ona görə də alma ən nailiyyətli Amerika şəhərinin rəmzinə çevrildi. Azadlıq heykəli
UOLL-STRIT Holland və ingilis emiqrantları arasında kəskin rəqabət mövcud idi. Hollandiyalılar ingilis rəqiblərindən özlərini müdafiə etmək üçün şəhərin mərkəzində böyük divar tikdilər. Divarın yerində indi dünyanın ən məşhur küçələrindən biri Uoll-Strit yerləşir (wall — ingiliscə divar).
34
IV
3. Əlverişli mövqeyinə görə Nyu-York tezliklə böyüdü, yeni tikililər meydana gəldi. Burada torpağın qiyməti çox baha idi, ona görə də XX əsrin əvvəlindən Nyu-Yorkda çoxmərtəbəli binaların tikilməsinə başlandı ki, bunların da oxşarı o dövrdə heç yerdə yox idi. Dünyanın ən tanınmış memarları burada işləyirdilər. Metalın və şüşənin nəhəng konstruksiyaları şəhərin simasını bütünlüklə dəyişdi. Nyu-York get-gedə göydələnlər şəhərinə çevrildi. Nyu-Yorkun mərkəzi rayonlarında yüksək tikililər göz oxşamasına baxmayaraq, onun küçələri rahatlığını (sakitliyi) itirməmişdir. Göydələnlərin fərdiliyi fərqli materialdan, rəngdən, fakturadan istifadə olunmasını tələb edirdi. Gecələr çılçıraqla bəzədilmiş şəhərin küçələri, gündüzlər olduğu kimi yenə də insanlarla dolu olur və cəlbedicidir. Krayslerin mərkəzi. 1930-cu il.
Müasir İncəsənət Muzeyinin Ekspozisiyası
Nyu-York gecəsi
?
4. Verilmiş fotolara əsasən Nyu-Yorku necə xarakterizə edərdiniz? 5. Sizin fikrinizcə, bu cür tikililərin hansı müsbət və mənfi cəhətləri vardır?
4. Nyu-Yorkda Müasir İncəsənət Muzeyi, məşhur MoMA yerləşir. Bu muzeyin yaradıcıları, müasir incəsənətin ən tam kolleksiyasını yaratmaq məqsədini qarşılarına qoydular və 1928-ci ildə muzeyi yaratdılar. Onun kolleksiyasında müasir incəsənətin minlərlə məşhur rəsm işləri cəmləşmişdir. Nyu-York get-gedə müasir incəsənətin mərkəzinə çevrildi ki, bu işdə də həmin muzeyin böyük xidməti vardır.
?
6. Sizin fikrinizcə, müasir incəsənəti hansı xüsusiyyətlər xarakterizə edir? 7. Sizin sevimli müasir rəssam və heykəltəraşınız kimdir?
35
IV
53. Müasir incəsənət 1. MoMA-nın kolleksiyası dünyada nəhəng və əhəmiyyətli kolleksiyalardan biridir. Kolleksiyaçıların və ya rəssamların özlərinin satın aldıqları əsərlərin böyük əksəriyyəti tamamilə ənənəvi incəsənət adlanan sənət növündən fərqlənir. Müasir incəsənətin bəzi nümunəsi, ilk baxışda qəribə formalı və qeyri-adi rənglərin təsadüfi cəmləşdiyi əşya kimi görünə bilər, lakin bu belə deyildir. Doğrudur, XX əsrdə bir çox sənətkar ənənəvi rəngkarlıqdan və ya heykəltəraşlıqdan imtina etdi, lakin incəsənətin əsas məqsədi onlar üçün yenə də öz ideyalarının, hisslərinin əks etdirilməsi qaldı. Müasir incəsənət əsərlərinin yaradılması üçün teztez tamamilə qeyri -ənənəvi materialdan istifadə olunur, hansı materiallar ki, bunlar adi insanlar üçün tamamilə faydasızdır. Bu əsərlərə bəzən konkret ad əvəzinə adi qayda ilə, kompozisiya və ya obyekt adını verirlər.
?
Kompozisiya
1. Necə fikirləşirsiniz, müasir sənətkarlar əksər hallarda nəyə görə öz əsərlərinə konkret ad vermirlər?
Tbilisi Dövlət Rəssamlıq Akademiyasında „Azad incəsənət sinfi“ sərgisi. 2009-cu il. Obyekt
2. Müasir sənətçilər heç də qarşılarına məqsəd olaraq, real təsvirlər yaratmağı qoymurlar. Qeyri-ənənəvi material ilə, orijinal formalarla və boyalarla onlar yeni, təsvir aləmini yaradırlar. Onların əl işlərinin başlıca xüsusiyyəti şərti dildə danışmaqdır.
36
IV
Ənənəvi materialdan istifadə olunduğu təqdirdə, belə müasir rəssamlar reallığı əks etdirməyə çalışmırlar. Onların əsərlərində bu və ya digər əşyanı, təsviri tanımaq çətindir.
?
2. Necə fikirləşirsiniz, müasir rəssamlar reallığı nəyə görə əks etdirmirlər?
Bir çox hallarda müasir rəssamların əl işləri o dərəcədə şərti olur ki, onları uşaq şəkilləri ilə də müqayisə edirlər. İsveçrəli rəssam Paul Kleenin əl işlərində məhz bu cür sadəlövh təsvirlərlə rastlaşırıq.
?
3. Necə fikirləşirsiniz, müasir rəssamlar şəkil çəkmək bilirlərmi və əşyanı real surətdə əks etdirməyi bacarırlarmı? 4. Paul Kleenin mələklərin seriyasını xarakterizə edin. Onların hər biri sizdə hansı əhval-ruhiyyə yaradır?
Paul Klee. Kompozisiya. 1924-cü il.
Paul Klee. Mələklərin seriyası. 1939-cu il.
3. Müasir rəssamlar kimi, istənilən insan öz emosiyalarını yeni, şərti formaların yaradılması, rənglərin harmonik və ya təzadlı uyğunlaşması ilə verə bilməyi sınaqdan keçirə bilər. Bu prosesdə ən başlıcası arzu edilən əhval-ruhiyyəni ötürmək üçün üçün lazımi rəssamlıq elementlərini seçmək əsasdır. Tamaşaçı isə bu məqsədə necə nail olduğunuzu özü qiymətləndirəcəkdir. İstənilən material ilə rəsm işi yaradın, burada qeyri-adi formalardan və rənglərdən istifadə etməklə, öz əhval-ruhiyyənizi əks etdirməyə çalışın.
37
IV
54. Mücərrədçilər (Abstraksionistlər) Abstraksionizm( mücərrədlik) müasir incəsənətin əhəmiyyətli cərəyanlarından biridir. Abstraksiya (abstractio) latınca söz deməkdir və mücərrəd mənasını ifadə edir. Abstraksionizmin ardıcılları insanların, ətraf mühitin və ümumiyyətlə, istənilən əşyanın əks olunmasından imtina edirdilər. Onların əl işlərində istifadə olunmuş formalar, xətlər və rənglər rəssamlıq fantaziyasının məhsuludur və real mühitin əks olunması nəticəsi deyil. XX əsrdə abstraksionizm Amerikada və Avropada böyük populyarlıq qazanmışdı və müasir incəsənətdə tamamilə yeni ənənələr meydana gəldi.
Xuan Mironun bu şəkli mücərrədliyin nümunəsidir. Rəssam hansı bədii vasitələrdən istifadə etmişdir? Necə fikirləşirsən, bu şəkil nəyə görə „qüssəli müğənni“ adlanır. Bu şəkil hansı təəssüratı yaradır.
Xuan Miro. Qüssəli müğənni. 1922-ci il.
Pit Mondreanın sürrealist əsərlərində qara konturla əhatələnmiş müxtəlif rəngli düzbucaqlılarla rastlaşırıq. Necə fikirləşirsiniz, bu şəkil əl ilə çəkilmişdir, yoxsa xətkeşlə?
Pit Mondrian. Kompozisiya. 1921-ci il.
38
Rotkonun şəkilinin koloritini xarakterizə edin. Bu rəngləri nə ilə müqayisə edərdiniz? Rəssam belə rəngli kompozisiyaların bir neçə seriyasını yaratmışdır. Onların əhval ruhiyyəsini istifadə olunmuş rənglərin birbirinə uyğunluğu və ya onların təzadları şərtləndirir.
Mark Rotko. Nömrə 12. 1951-ci il.
Rəngli xətlər və boyanın ləkələri şəklin səthini xaosla örtürlər. Necə fikirləşirsən, belə rəsm nümunələrini siz də yarada bilərsinizmi? Mücərrəd incəsənətin başlıca nişanəsindən biri yaradıcılıq azadlığıdır.
Cekson Poloki. Nömrə 5. 1949-cu il.
Qara kvadrat, qırmızı çevrə, qızılı rəngli düzbucaqlar – bütün bunlar intizamsız səpələnmiş oyuncaqlara bənzəyir. Bu mücərrəd nümunələr hansı təəssüratı yaradır? Necə fikirləşirsiniz, rəsm işini yaradarkən rəssam doğrudanmı həzz alırdı?
Kazimir Maleviç. Kompozisiya. 1915-ci il.
39
IV
IV
55. Nyu-Yorkda qış İstənilən şəhər ilin müxtəlif fəsillərində başqa cür nəzərə çarpır. Nyu-York da bu cəhətdən istisna deyildir. Bu nəhəng şəhərin olduqca sıx məskunlaşmasına və onun küçələrində nəqliyyatın böyük axınının daimi hərəkətinə baxmayaraq Nyu-York yaşıl şəhərdir. Onun mərkəzindəki böyük park əl dəyməmiş qalmışdır və qışdayayda insanlarla dolu olur. Ən yüklü küçələrin özündə belə bağçalar və yaşıl guşələr yaradılmışdır ki, bunlar da şəhərə rahatlıq, sakitlik verir. Hər bir iri təşkilat və yaxud idarə şəhərin yaşıllaşdırılmasına qayğı göstərməyi özünün borcu hesab edir. Məsələn, Nyu-Yorkda yerləşən Kolumbiya universiteti onun ərazisində mövcud olan yaraşıqlı bağlara böyük qayğıkeşliklə qulluq edir, bu bağlar universitet tələbələrinin cəmləşdikləri, əyləndikləri və oxuduqları sevimli yerlərdir.
Nyu-Yorkun Mərkəzi Parkı
?
Kolumbiya universitetinin həyəti
1. Necə fikirləşirsiniz, müasir şəhər küçələrin və ya həyətlərin yaşıllaşdırılmasına nəyə görə qayğı göstərir.
Min cür çiçəklənmiş ağaclarla və güllərlə bəzədilmiş şəhər, aydındır ki, gözəl görünür, lakin bitkilər bizim həyatımızda daha mühüm rol oynayır. Məhz bizim mövcudluğumuz üçün zəruri oksigeni onlar yaradırlar. Bu, böyük şəhərlər üçün xüsusi ilə əhəmiyyətlidir, harada ki, müxtəlif tip nəqliyyat böyük miqdarda cəmləşmişdir və hava onların buraxdıqları tullantılarla çirklənmişdir. Bitkilər şəhərin ciyərləridir ki, bu da əhaliyə sağlam həyat imkanı verir.
40
İnsan harada olsa belə, təbiətə adi bir göz gəzdirmək kifayət edir ki, ilin hansı fəsli olduğunu dəqiq tanısın.
?
2. Sizin həm yaşıdınızın şəkilində ilin hansı fəsli əks edilmişdir? Tornike. 11 yaşında. Nyu-Yorkda yay
Hər bir mövsümün özünəməxsus cazibədarlığı vardır. Yazda açıq yaşıl göyərmiş ot və yenicə açmış puçurların incə rəngləri gözləri oxşayır. Yay palitranın bütün rənglərinin parlaqlığı və nəzərə çarpmağı ilə diqqəti cəlb edir. Payız qızılı və zoğalı rənglərə üstünlük „verir“. Qış nə rəngdədir? Yəqin sizin hər biriniz fikirləşəcəksiniz ki, qışı ən çox ağ rəng gözəlləşdirir. Bu doğrudan da belədir, lakin, əgər qış peyzajını yadınıza salsanız, başa düşəcəksiniz ki qışda, nə zaman ki şaxtadır və ayazdır, hava xüsusi ilə şəffafdır və rənglər açıq görünür. Ağacın çılpaq budaqları isə qarın fonunda karandaşla çəkilmiş rəsmə bənzəyir.
Zaza. 11 yaşında. Nyu-Yorkda qış
Datuna. 9 yaşında. Nyu-York
Çəkin və ya istənilən başqa üsul ilə şəhərinizin peyzajını yaradın. Sizin üçün arzu edilən olan mövsümü seçin.
41
IV
IV
56. Berlin 1. Almaniyanın paytaxtı Berlin Şpree çayının üzərində yerləşir və onda dörd milyona yaxın adam yaşayır. Qədim Alman tayfaları bu yerə b.e.ə. VIII-VII əsrlərdə məskunlaşmışlar. Bu şəhər barəsində ilk yazılı məlumatlara isə XIII əsrdə rast gəlinir. „Bear“ (bǟr) alman dilində ayı deməkdir və belə ehtimal edirlər ki, Berlinin adı bu sözdən yaranmışdır. Məhz buna görədir ki, Berlinin rəmzini ayı təmsil edir. Berlin bir çox həyəcanlar və ya məşəqqətlər keçmişdir; o Prussiyanın, sonra isə Almaniya İmperiyasının paytaxtı olmuşdur. 1920-ci ildə qanun çıxarıldı və həmin qanunun gücü ilə „Böyük Berlin“ yaradıldı və onun tərkibinə ətrafında mövcud olan bir çox qəsəbələr daxil oldu. Berlin Böyük Meqapolis kimi belə yarandı.
Berlin. Reystaq
2. Reyxstaq binası Berlinin mərkəzində yerləşir, bu bina 1884-1894-cü illərdə alman memarı Paul Valonun layihəsi əsasında tikilmişdir. Bu həmin dövr üçün ənənəvi, kəskin Avropa memarlığının nümunəsi idi. Bu binada Almaniya parlamenti yerləşmişdir.
?
1. Bilirsiniz, „Reyxstaq“ nə deməkdir? 2. Bu gün Almaniya parlamenti necə adlanır, hansı Reyxstaqda yerləşmişdir?
İkinci dünya müharibəsinin başa çatmasından sonra Reyxstaq dağıdılmış və yandırılmışdır. Onun yenidən qurulmasında məşhur ingilis memarı Lord Norman Foster işləyirdi. O, tikilinin əsas korpusunu əvvəlki simasında bərpa etdi, kümbəzini isə tamamilə müasir formada düzəldi.
?
Reyxstaq kümbəzinin interyeri
42
3. Reyxstaqın kümbəzinin eksteryerini və intery erini təsvir edin. 4. Reyxstaqın köhnə və yeni hissələri arasında hansı fərqlər mövcuddur. 5. Sizin mülahizənizi bildirin, köhnə və müasir formalar və material bu binada bir-biri ilə necə uyğunlaşır. 6. Bilmirsiniz ki, Tbilisinin hansı müasir tikilisində ona bənzər şüşə kümbəzdən istifadə olunmuşdur?
IV Brandenburq qapısının kvadriqası Brandenburq qapısı
3. Brandenburq qapısı Berlinin rəmzi hesab olunur, bu girişi 1789-1791-ci illərdə Karl Qotart Lanqasso layihələndirmişdir. Nümunə qismində memar Afina akropolunun profillərini götürmüşdür.
?
7. Brandenburqun giriş qapısını Afina akropolunun profilləri ilə müqayisə edin.
Brandenburqun qapısı üstündə heykəl dururdu – dörd atlı araba yəni kvadriqa, hansı ki, qələbəni Romalı qadın ilahəsi Viktoriya idarə edirdi. 1806-cı ildə Napoleon Berlini işğal etdi və kvadriqanı Parisə apardı, lakin onun məğlubiyyətindən sonra qələbə ilahəsi özünün arabası ilə birlikdə 1814-cü ildə yenidən Berlinə qayıtdı. Bu heykəldə isə yenilik ondan ibarət idi ki, heykələ dəmir xaç əlavə olundu, bu xaçı qadın ilahəsi tutur. 4. Berlin muzeylər şəhəridir. Burada bir yerdə bir neçə böyük muzey toplaşmışdır. Bu yeri berlinlilər muzeylər adası adlandırırlar. Bu muzeylərdə müxtəlif dövrlərin və ölkələrin incəsənətlərinin əhəmiyyətli nümunələri saxlanılır.
Perqamon ibadətgahı. Perqamon muzeyi
BERLIN MUZEYLƏRI Berlinin Dövlət muzeylər birliyinə beş muzey daxildir: Bode muzeyi, Perqamon muzeyi, Yeni muzey, Milli Qalereya və Köhnə muzey.
LÜĞƏT Perqamon muzeyi və onda mü hafizə olunan ibadətgah barəsində məlumat toplayın stend düzəldin.
Meqapolis (lat. mega böyük, polis şəhər) – böyük, çoxlu qəsəbələrdən yaradılmış şəhər.
43
IV
57. Berlin divarı 1. 1961-ci il avqustun 13-də gecə saat 1-də Qərbi və Şərqi Berlinin sərhədində məftildən hasar çəkilməsinə başlandı və ayırıcı divarın tikintisinə start verildi. Çox sürətlə 106 km uzunluğunda və 4 m-ə qədər hündürlükdə divar hörüldü, bu divar şəhərin küçələrindən və evlərindən keçdi və şəhəri uzun müddətə iki yerə ayırdı, doğma və yaxın adamları, qohumları, dostları bir-birindən uzaq saldı... Berlin divarı qarşıdurma, yadlaşma, düşmənçilik rəmzinə çevrildi.
?
1. Bilirsinizmi heç, Berlin divarı nəyə görə inşa edilmişdir? Hansı tarixi faktlar onun tikilməsinə şərait yaradırdı?
Bu divar 28 il ərzində alman millətini bölürdü, insanları bölürdü. Əgər kimsə bu divarı aşmağa can atırdısa, o ya həbsxanaya düşürdü, ya da onu yerindəcə öldürürdülər. Məlumdur ki, bu vaxt ərzində Qərbi Berlində divarı qanunsuz aşan 1245 adam öldürülmüşdür. 2. 1989-cu il noyabrın 9-da axşam saat 19 34 dəqiqədə Almaniya Demokratik Respublikası hökuməti elan etdi ki, o biri gündən etibarən səhər tezdən viza almaq və sərbəst gedib gəlmək mümkün olacaqdır, lakin yüz minlərlə Berlinli „o biri günü“ gözləmədi və həmin axşam xalq divara yürüş etdi.
?
2. Bu gün Almaniya Demokratik Respublikası mövcuddurmu?
Sərhədçilər əvvəlcə insanların qarşısını almağa çalışırdılar, lakin camaat o qədər çox idi ki, bu mümkün olmadı. İnsan axını ara vermirdi, küçəyə çıxmış Qərbi və Şərqi Berlinin gözüyaşlı sakinləri, yad insanlar bir-birinə sarmaşırdılar, bir-birilərini öpürdülər...Xoşbəxtliyin və birliyin doğurduğu hiss-həyəcan bütün maneələri dağıtdı və bütün qarşıdurmaları aşıb keçdi. Bu alman xalqının böyük bayramı idi. Üç gün ərzində üç milyondan çox insan bu sərhədi aşıb keçdi, Berlin divarından keçərkən onlar bu divardan heç olmasa kiçik bir parçanı qoparıb özləri ilə aparmağa can atırdılar.
44
Sonrakı bir neçə ay ərzində Berlin divarını dağıtdılar. Lakin onun bir hissəsini yenə də saxladılar, necə ki, abidə, o abidə ki, bəşəriyyətə qarşıdurmanın və düşmənçiliyin utandırıcı tarixini yada salacaqdır. 3. Şərqi Berlin tərəfindən Berlin divarı həmişə etibarla qorunurdu, ona heç kəs toxuna bilməzdi, Qərbi Berlin tərəfindən isə onda insanlar etiraz yazıları və rəsmləri çəkirdilər. Onlar incəsənət vasitəsi ilə öz etirazlarını bildirirdilər. Divarda yerləşdirilmiş bu cür rəsmlər qrafiti adlandırılır.
?
3. Berlin divarının burada verilmiş qrafit nümunəsini təsvir edin. 4. İzah etməyə çalışın, onun yaradıcıları nəyə və necə etiraz edirdilər. Öz mülahizələrinizi əsaslandırın.
QRAFITI Qrafiti italyan sözüdür və dırnaqlayıb çıxarmaq deməkdir. Bu gün qrafiti küçə incəsənətinin növlərindən biridir. Bu böyük səthlərdə – tikililərin divarlarında, açıqlıqlarda edilmiş yazılar və rəsmlərdir. Qrafiti müasir mədəniyyətin, böyük şəhərlərin tərkib hissəsinə çevrilmişdir.
4. Berlin divarı bizim bugünkü məişətimizdən nəyisə yadınıza salmadı ki? Bəli, bu gün bizim Vətənimizdə Abxaziya və Samaçablo sərhədində betonla tikilmiş divarlar yoxdur, lakin gözə görünməz divarlar abxazları, osetinləri və bizi gürcüləri biz-birimizdən ayırır. Bu qədim gürcü torpaqlarından yüz minlərlə gürcü qaçqına çevrilmişdi və bu gün onlar – qaçqın uşaqları, sizin həm yaşıdlarınız yenə də incəsənət vasitəsi ilə, qrafiti üsulu ilə öz ağrı acılarını əks etdirirlər, öz torpaq – sularına, evlərinə qayıtmağı, yaxınlarını, abxaz və osetin dostlarını görməyi necə arzu edirlər.
Qrafiti üsulu ilə „ölkəmizdə tikilmiş divarları dağıdaq“ mövzusunda əl işi yaradın.
45
IV
IV
58. Ekspressionistlər XX əsrin əvvəlində Almaniyada gənc rəssamların iki qrupu: „körpü“ və „mavi atlı“ yaradıldı. Ernst Lüdviq Kirxner, Karl Şmidt Rotluf, Avqust Make, Vasili Kandinski, Frans Mark və başqaları onların tərkibinə daxil idilər. Onların məqsədi incəsənətdə kəskin emosiyaları vermək idi və ona görə də bu bədii cərəyan ekspressionizm adlandırıldı. Ekspressiya (expressio) latın sözüdür və əks etdirmək deməkdir. Ekspressionistlər öz rəsm işlərində həyəcanlandırıcı hissləri vermək üçün müxtəlif bədii üsullardan qeyri-təbii və kəskin rənglərdən, qırıq xətlərdən, deformasiyaya uğramış təsvirlərdən, kəskin hərəkətlərdən istifadə edirdilər.
Gənc qadın portretini təsvir edin. Şəkildə diqqəti cəlb edən nədir? İri, moruq rəngli çiçək qara papaqda, yasəmən rəngli ləkələr qadınını sifətində, qəribə mühit... sizin fikrinizcə, rəssam hansı hissləri vermək istəyirmiş? Portretə əsasən gənc qadını necə xarakterizə edərdiniz?
Lüdviq Kirxner. Qerda. 1914-cü il.
Sizin qarşınızdakı Alman şəhərinin – Potsdamın küçəsidir. Küçəni, tikililəri ötüb keçənlərin surətlərini təsvir edin... Bu şəkil hansı təəssüratı yaradır? Necə fikirləşirsiniz, rəssam əhval ruhiyyə yaratmaq üçün hansı bədii üsullardan istifadə etmişdir?
Lüdviq Kirxner. Küçə.1913-cü il.
46
Zümrüd rəngli dəniz, qara buludlar əhatəsində qırmızı rəngli günəş – yəqin aydındır ki, bu rəssam da ekspressionistdir. Kompozisiyanı təsvir edin və rəngdən başqa daha hansı bədii üsullar şəkilin həyəcanlandırıcı əhval -ruhiyyəsini yaradır. Emil Nolde. Günəş. 1914-cü il.
Sizin fikrinizcə, bu atların ayaqları altında torpağı nə altüst etmişdir? Necə fikirləşirsiniz, rəssam bu şəkildə adi atlarımı əks etdirmişdir? Sizin mülahizələrinizi əsaslandırın. Rəvayətə əsasən atların və mavi rəngin məhəbbəti üzündən ekspressionistlərin bir qrupunu „mavi atlı“ adlandırmışlar.
Frans Mark. Qırmızı və mavi at. 1911-ci il.
Bu ən məşhur ekspressionist əsərlərdən biridir. Burada verilmiş fiqurları və onların mühitini təsvir və xarakterizə edin. Bu şəkildə əhval ruhiyyə hansı bədii üsullarla yaradılmışdır? Bu rəsm əsərini necə adlandırardın?
Edvard Munk.??? 1893-cü il.
47
IV
IV
59. Zoopark Onun zooparkı Berlinin görməli yerlərindən biridir, bu park 35 hektar ərazidə uzanıb gedir. Berlin zooparkı Dünyada ən qədim zooparklardan biridir. O, 1844-cü ildə yaradılmışdır. Bu zoopark həm də dünyada ən iri heyvan məskənidir ki burada da təqribən 14 min müxtəlif cinsli heyvan yaşayır.
Zooparkda heyvanlar üçün volyerlər düzəldilmişdi, zooparkın akvariumu əlahiddə tikilidə yerləşdirilmişdir ki, burada da dəniz sakinləri məskunlaşmışlar. Elə buradaca yaşıllığa qərq olmuş gözəl istirahət yerləri, restoranlar, kafelər yerləşir, belə ki, bura gəlmiş insan bütün gününü xoşhallıqla keçirə bilir. Hər il Berlin zooparkına iki milyon yarım insan qonaq gəlir. Berlin zooparkında heyvanlara təbii şərait yaradırlar, lazimi qədər qidalandırırlar, onlar öz həkimləri də vardır ki, onlar da zooparkda doğulmuş balalara xüsusi qayğı göstərirlər.
LÜĞƏT
Volyer – hasara alınmış yer, heyvanlar və quşlar üçün yaşayış yeri.
48
?
1. Gürcüstanın hansı şəhərində zoopark vardır?
Təsəvvürünüzə gətirin ki sizin şəhərinizdə zoopark tikirlər və siz seçməlisiniz ki orada hansı heyvanları yerləşdirəcəklər.
?
2. Sadalayın, yeni zooparkda hansı heyvanları görmək istərdiniz.
Zooparkda sizin üçün arzu edilən olan heyvanları çəkin.
Heyvanların formasını əvvəlcə karandaşla cızın, sonra isə boya və ya rəngli karandaş ilə işləməyə başlayın. Bu və ya digər heyvan üçün xarakterik olan nişanələri düzgün əks etdirməyə çalışın.
Volyerin qəfəsini olduqca sadə, bir-birini kəsib keçən xətlər ilə çəkə bilərsiniz.
Levan. 11 yaşında.
49
IV
IV
60. Şimal paytaxtı 1. Pekin dünyanın ən qədim şəhərlərindən biridir. O, Çinin böyük düzənliklərində salınmışdır. Onun tarixi m.ö. I minillikdən başlanır. Pekin sözbəsöz şimal paytaxtı deməkdir. Bu qədim şəhərin bugünkü simasını köhnə Çin memarlığı və incəsənət abidələri formalaşdırır. Pekinin mərkəzində XV əsrdə tikilmiş, necə deyərlər, qadağan olunmuş şəhər onlar arasındadır, burada Çinin son 24 imperatorunun iqamətgahı yerləşirdi. 2. Qadağan olunmuş şəhər dünyanın olduqca böyük padşahlıq kompleksidir. O, nəhəng ərazini tutur və hasar ilə dövrələnmişdir. Hasarın ətrafında su ilə dolu xəndək – „qızıl su“ uzanıb gedir. Padşah sarayları kompleksində mövcud olan 9 999 otaq elə layihələşdirilmişdir ki, onların hər birinin fasadı cənuba yönəlir ki bu da qədim Çin ənənəsinə uyğunlaşmaqdır. Bu saraylar və paqodalar Çin memarlığının tipik nümunəsidir, burada əsas xarakterik nişanə ətrafı haşiyələnmiş, çoxmərtəbəli örtüklərdir. Ağacdan olan rəngli sütunlar və fantastik heyvanlar və yaxud quşların təsvirləri bu memarlıq ənənəsinin dekorativ elementləridir. Qadağan olunmuş şəhərə giriş n.d „səma rahatlığı qapısı“, hasar və başqa bir çox memarlıq elementi bu günün özündə belə fırfır (qırmızı) rəngdədir, çünki qədimdə padşahlıq iqamətgahı „Tünd qırmızı qadağan olunmuş şəhər“ adlanırdı.
Qadağan olunmuş şəhər
3. Giriş qapısının önündə dünyada ən iri Tiananmen meydanı açılır. Onun sahəsi 440 min kvadrat metrdir. Bu gün həmin qapıdan hər bir arzu edən Qadağan olunmuş şəhərə düşə bilər. Keçmişdə isə oraya getmək hüququ yalnız yüksək zümrədən olan soyadlarının nümayəndələrinə və yaxud yüksək rütbəli çinlilərə verilirdi. Qadağan olunmuş şəhərdə heykəl
50
IV
4. İmperator sarayında hazırda Çin Tarix və İncəsənət Muzeyi – Ququn yerləşir. Onun zəngin kolleksiyasında milyondan çox nadir eksponat vardır. Muzeyə daxil olan tamaşaçı saray həyatı qaydaları ilə və Çinin ənənəvi incəsənət sahələri: rəssamlıqla, çini qablar, bürünc, kalliqrafiya nümunələri ilə də tanış olur. Ququ muzeyində ipək üzərində işlənilmiş ənənəvi Çin rəssamlığının kolleksiyası da mühafizə olunur.
Gözləyən xanım. İpək, sulu boya. XVIII əsrin başlanğıcı
Əlində ölməzlik piyaləsi tutmuş Buda. 1644-cü il.
İpək və kağız Çin mədəniyyətinin əhəmiyyətli elementləridir. Onların hazırlanması sirrini dövlət ciddi mühafizə edirdi. Kağız və ipək bağlamalarında tuş və qələmlə çəkilmiş şəkillər böyük ustalılığı və incəliyi ilə seçilir.
?
1. Çin incəsənətinin burada veril miş nümunələrinə diqqət yetirin. On ların hər birini xarakterizə edin.
Çini qab. XVII-XVIII əsrlər
Mi Yujen. Siyaosiyan görüntüsü. İpək. XIV əsrin başlanğıcı
51
IV
61. Qara tuş Tuş və qələmlə dünyanın bir çox ölkələrində çəkirdilər, lakin bu incəsənətin vətəni Çin və Yaponiya hesab olunur. Çinlilərin inamına görə, kalliqrafiya sadəcə olaraq yazı ki deyil, incəsənətdir. Çin heroqlifləri balaca şəkillərə bənzəyir, hansılara ki, böyük əhəmiyyət verilir, hər bir xəttin qalınlığına, aydınlığına, ləkənin aydınlığına diqqət yetirilir. Bu şəkillər müxtəlif formalı, qalınlıqlı və fakturalı qələmlərlə və fırçalarla yaradılırdı. Tuşun və kağızın keyfiyyəti zərif təsvirlərin yaradılmasının ilkin şərti idi. Kalliqrafiyanın mükəmməl incəsənəti rəssamlığa da təsir göstərdi. Orta əsrlərin Çinli və Yaponiyalı rəssamları tuş ilə şəkil çəkmək texnikasının bir çox sirlərinə çox yaxşı yiyələnmişdilər.
Su Şi. Qurumuş ağac və qəribə daş. Kağız, tuş
Hər cür ustalığın başlanğıcı oxumaq, sınaq və məşğələdir. İstənilən insan qələmlə və tuş ilə sadə təsvirlər yarada bilər. Nə cür xəttin alınacağı, qalın və ya nazik, zərif və ya cızma-qara xətlərin alınması qələmin və fırçanın forma və qalınlığından asılı olacaqdır. Tuşun su ilə qarışdırılması isə ləkənin xarakterini və rəngini şərtləndirir. O, tündə ola bilər və açıq mavi də. Tuşdan istifadə edin və müxtəlif formalı qələmlə, çöplə və ya istənilən başqa damlalı əşya ilə sizin arzuladığınız mövzuda rəsm işi yaradın.
52
62. Rəngli tuş Sizin yaxınınızın, dostunuzun və yaxud ailə üzvlərinizin portretini çəkməyi sınaqdan keçirmisinizmi? Maraqlıdır, portret çəkərkən hansı rəsm materialına üstünlük verirsiniz, onların ki hər birinin özünə məxsus xüsusiyyətləri vardır. Necə ki artıq bilirsən, qədim Çində və Yaponiyada ən məşhur boya tuş idi. Təqribən VIII əsrdə ənənəvi qara ilə yanaşı rəngli tuş boyası da yaratdılar. Peyzajlar, bitkilərin, heyvanların və quşların təsvirləri, natürmortlar və portretlər rəngli tuş ilə çəkilirdi. Siz artıq bilirsiniz ki, tuşla şəkil çəkərkən müxtəlif qalınlıqlı fırçadan istifadə olunur və əsas diqqət xəttə yönəldilir. Qədim ustalar insanın simasının bu və ya digər xarakterik cizgisini, geyimin dekorativ elementlərini və s. məhz rəngarəng xəttin vasitəsi ilə əks etdirirdilər. Bununla yanaşı, rəsm işində bir və yaxud bir neçə rəngdə tuş boyasından eyni vaxtda istifadə etmək mümkündür. Rəngli tuş ilə özünüzü çəkməyə çalışın. Əgər tuş boyası və fırçaları incə işlətsəniz, iş prosesi sizdə həvəs və istək oyadacaqdır, əl işi isə maraqlı və baxımlı olacaqdır.
IV
Tuş ilə şəkil çəkməyə başlayanadək çalışın, portretin solğun cizgisini karandaşla yerinə yetirin. Kağız üzərində tuş çəkdikdən sonra rəsmi yenidən işləmək lazım gələcəkdir. Sürtmələrin gücünü və rəngini mütləq ehtiyat vərəqi üzərində yoxlamadan keçirin və yalnız bundan sonra işə başlayın. Tuş və qələm bunun üçün çox əl verişli materialdır ki, portretdə müxtəlif yazılı detalları həvəslə əks etdirsəniz. Məsələn sifətin cizgiləri, bafta, geyimin dekorativ elementləri və s. Özünüzü rəngli tuş boyası ilə əks etdirin. Çin. Qadın portreti. XVII əsr.
53
IV
63. Kağız Kağız, ipək ilə birlikdə, Çin mədəniyyətinin böyük tapıntısıdır. Bildiyin kimi, kağız hazırlanması sirrini Çin hökuməti çox ciddi sirr kimi saxlayırdı. Çin kağızının ən erkən nümunəsi b.e.ə II əsrlə tarix lənir. Rəvayətə əsasən Çinlilər kağızın kəşf olunmasını hansısa Çai – Lununun adı ilə bağlayırlar.
1. Əvvəlcə tut və ya bambuk ağacının qabığını xırdalayırdılar. 2. Alınmış kütləni bişirirdilər. Su da qarışdırır və yapışqan əlavə edirdilər. 3. Bişmiş kütləni xırda ələkdən süzürdülər və sonra yastılayırdılar. 4. Axırda isə kağız vərəqləri qurudurdular.
ÇINLILƏR NƏDƏ YAZIRDILAR Əvvəlcə qədim çinlilər heroqlifləri bambuk dəflərində yandırırdılar. Bu cür „mətnlər“ çox ağır olurdu. Məlumdur ki imperator Sin Şiyə oxumaq üçün hər gün 50 kq – dək dövlət sənədi aparırdılar. Bambuk dəflərindən başqa çinlilərin yazı materialı kimi lak ilə örtülmüş ipəkdən də istifadə edirdilər, lakin o çox baha otururdu. Bu cəhətdən kağız ən əlverişli, yüngül və ucuz material idi.
54
Çinlilər kağızdan çoxlu əşya hazırlayırdılar: çətirlər, burun dəsmalları, yelpik, çərpələnglər, heyvanların və quşların fiqurlarını və s. Kağızın hazırlanma sirri VII əsrdə Koreyada və Yaponiyada məlum oldu, XIX əsrdə isə artıq Ərəbistanda da yayıldı.
Əvvəlcə formatda istənilən üsulla fakturalı rəngli ləkələr yaradın. Bunun üçün süngərdən və ya diş fırçasından istifadə edə bilərsiniz. Format quruduqdan sonra onun üzərində verilmiş sxemi çəkin və kəsin; qırıq-qırıq xətlərin yerində qatlayın və müvafiq hissələri yapışqanlayın. Quyruğu və üzgəcləri ayrıca kəsmək və balığın bədəninə yapışdırmaq lazımdır.
LÜĞƏT
Oriqami – Kağızdan fiqurların yaradılması incəsənəti, bu sahə Çində meydana gəlmişdir.
Kağızı rəngli fakturalı ləkələrlə örtün və ondan balıq təsviri yaradın.
55
IV
IV
64. Yuxarıdan baxılmış aləm Təsəvvürünüzə gətirin ki, hava şarında bərkidilmiş səbətdə oturmusunuz və gözünüz önündə yad görüntülər açılmışdır. Gah hündür dağların və təpəliklərin üstündən uçursunuz, gah da çayların və çiçəklənmiş çəmənliklərin gözəlliyini seyr edirsiniz, gah da gözləriniz önündə kəndlər və şəhərlər açılır. Hava şarı ilə bütün dünyanı səyahət etmək olar.
?
1. Necə fikirləşirsiniz, hava şarından Yer kürəsi necə görünür? Evlər, ağaclar, çaylar və s. hansı ölçüdə olarlar? 2. Sizin fikrinizcə, birinci foto hansı ölkəyə səfər zamanı çəkilmişdir?
Siz artıq bir çox tarixi və memarlıq abidələrini tanıyırsınız və əgər onlardan hansınısa yuxarıdan tanısanız, hansı ölkənin başı üzərində olduğunuzu başa düşəcəksiniz. Bir sözlə, hava şarı ilə səyahət olduqca maraqlı və cəlbedicidir.
56
IV
?
3. Kiçik bir hekayə düşünün, sizin hava şarınız hansı ölkələrə uça bilər. 4. Təsəvvürünüzə gətirin, bu ölkələrin başı üzərində uçarkən nə görərsiniz və bunları öz sinif yoldaşlarınıza danışın. Təsəvvürünüzə gətirin ki, hava şarının sər nişinisiniz və sizdən aşağıda açılmış görü nüşün şəkilini çəkin.
57
IV
65. İncəsənət aləminə səyahət IV Kitabın bu hissəsində siz dünyanın daha üç olduqca maraqlı şəhəri ilə tanış oldunuz: Nyu-York, Berlin və Pekin ilə. Gəlin indi bu şəhərlərin yerləşdikləri ölkələrə səyahət edək.
İpək parçaların nümunələri
Paqoda Çin vazası
Çin
Milli stadion. Pekin
Milli geyim
Böyük çin səddi
58
IV
ABŞ
Cekson Polok. Abstraksiya Klivlenddə Rok-En-Rol salonu
Tağ. Sentluis Endi Uorholl. Kempbel tomat supunun bərnisi
Kazimir Maleviç. Abstraksiya
Almaniya Ernst Barlax. Mələk
Rotenberq küçəsi Alians arena. Münhen Kaspar David Fridrix
Alberxt Dürer. Dörd muştuluqçu
59
Layihə I. Bir şah əsərin tarixi Bilirsinizmi ki orta əsrlər Avropasında hər hansı bir sənəti öyrənən şəyird tərəfindən müstəqil hazırlanan əşya şah əsər adlandırılırdı. Şəyirdə usta adının verilməsi bu əşyanın keyfiyyətindən asılı olardı. Məlumdur ki bu məqsədlə hazırlanmış əşya qüsursuz olmalı idi. Müəyyən vaxt ərzində bu termin incəsənət sahəsində də özünə yer tapdı və insan əli ilə yaradılmış qüsursuz yaradıcılıq nümunəsi deməkdir. Bəşər tarixində incəsənətin bir çox adlı sanlı əsərləri mövcud idi və bu gündə mövcuddur. Onların müxtəlif cür „taleyi“ vardır. Onların bəzisi öz müasirləri tərəfindən yarandığı andaca şöhrət taleyi qazandı, bəzisini isə yalnız sonrakı nəsillər lazımınca qiymətləndirdilər. Belədir yoxsa başqa cür, onlardan yalnız bəziləri əsl incəsənət şedevrinə çevrildi. Yenə də şah əsər nədir? Burada verilmiş nümunələri təhlil edin və bu suallara müstəqil cavab verməyə çalışın.
• Sizin üçün arzu edilən şah əsəri seçin; • O, hansı muzeydə mühafizə olunur; • Onun yaranma tarixini axtarıb tapın; • Müəllifin bioqrafiyasını axtarıb tapın; • Şah əsəri təsvir edin; • Sizin təəssüratlarınızı təsvir edin; • Rəsm əsərini bədii cəhətdən təhlil edin; • Onda əlamətdar cəhətin hansı olduğunu formalaşdırmağa çalışın; bu sənət nümunəsi nə ilə seçilir; • Hansı əlamətlə müəyyənləşdirə bilərsiniz ki bu şah əsəridir – yoxsa yox;
Leonardo da Vinçi. Cakonda
Paris. Luvr
Və axırda, elə sizin özünüzün mülahizənizlə əlaqədar müəyyənləşdirin, şah əsər nədir. Öz mülahizələrinizi yazılı şəkildə təqdim edin.
60
Xaxuli Qareti ikonası
Gürcüstan milli muzeyi
Berlin. Yeni muzey Mikelancelo. Pieta
Nefertitin portreti
Roma. Müqəddəs Pyotr məbədi
61
Layihə II. Teatrın sehrli aləmi Deyirlər ki, hər kəs teatrın tozunu bircə dəfə udursa, o teatrı həmişəlik sevir. Teatr həqiqətən də sehrli aləmdir. Qısa bir müddətə bu aləmdə olmağı arzu etməzdiniz ki? Tamaşanı qoymaq üçün zəruri olan şey nədir. Aydınıdır ki, ilk növbədə, pyes. Bundan sonra isə insanlar, hansılar ki bu pyesi səhnədə tamaşaya qoyurlar: rejissor, rəssam, aktyorlar.
DEKORASIYA Pyesin məzmunu ilə əlaqədar, sizə səhnəni qurmaq lazım gələcəkdir. Qərara alın, teatrın rəssamının şərəfli vəzifəsini kim öz boynuna götürəcəkdir. .
Rəssam əvvəlcədən düşünməlidir ki səhnədə o mühit necə olmalıdır, harada ki, hadisə cərəyan etməlidir, dekorasiya necə olmalıdır, o hansı rənglərdə həllini tapmalıdır, səhnədə hansı əşyalar olmalıdır və s.
PERSONAJ VƏ ONUN KOSTYUMU Pyes ilə əlaqədar, sizin təsəvvürünüzdə hər bir personajın siması özünü büruzə verməlidir. Sonra eskizi düzəltməyə çalışın, burada göstərməyə təşəbbüs edin ki bu və ya digər personaj hansı paltarı geyəcəkdir, onun saç düzümü necə olacaqdır, hansı detallar əlavə edilməlidir – eynək, papaq, tac, qılınc və s.
62
KOSTYUMU NECƏ HAZIRLAYAQ Pyesdə hadisənin harada cərəyan etdiyi nəzərə alınaraq – Şərqdə, Qərbdə və yaxud sehrli aləmdə – kostyum da buna müvafiq olaraq tikilməlidir. Aktyora adi geyim də geydirə bilərsiniz və yalnız bir və ya iki xarakterik detal ilə onun simasını canlandıra bilərsiniz.
QRIM Xarakterik simanı yaratmaq ən effektli şəkildə qrim vasitəsi ilə mümkündür. Əgər lazımdırsa, aktyorun sifətində bığlarda çəkə bilərsiniz, rəngli makyaj da sürtə bilərsiniz, burnunu böyüdə və ümumiyyətlə, öz fantaziyanıza geniş sahə aça bilərsiniz. Bunun üçün sadə kömürdən, çuğundurdan və başqa təbii materialdan da istifadə edə bilərsiniz.
Sizin tamaşanıza musiqi də lazım gələcəkdir. Bəlkə pərdə də hazırlayasınız, işıqlandırmaya diqqət yetirəsiniz. Əgər dəvətnaməni və afişanı da hazırlasanız, tam hazır tamaşa alınacaqdır. Bir sözlə, bu sahədə öz gücünüzü sınayın. Nailiyyətlər arzulayırıq!
63
I
Yekun dərsi – 1 1. Burada verilmiş sözləri rəmzi əhəmiyyəti ilə əlaqədar müvafiq əşyalarla əlaqələndirin:
1
a) Birlik b) Ədalət c) Ümid
3
2
2. Madridin adı „Maxer – İt“ ərəb dilində nə deməkdir? 1) Bol sulu çay; 2) Bol sulu bulaq; 3) Daşqın su.
3. Burada verilənlərdən Amsterdamın gerbi hansıdır:
1 2
3
64
Yekun dərsi – 2 1. Burada verilmiş abidələr və ornamentli motivlər hansı mədəniyyətə mənsubdurlar. Öz mülahizənizi əsaslandırın.
5 a) Xristian b) Müsəlman
1 2
4
3
2. Verilmiş abidələri o şəhərlərlə əlaqələndirin, hansılarda ki, onlar yerləşirlər:
2. Reyna Sofya muzeyi
1. Göy məscid
3. Erexteyon
b) Madrid 10. Bazelik sisterni
a) London
4. Tauer körpüsü c) İstanbul
9. Plaza mayor
5. Karebi köşkü
d) Afina
8. Prado muzeyi
7. Nike Apteros məbədi
6. Aya Sofya
65
II
III
Yekun dərsi – 3 1. Verilmiş abidələri o ölkələrlə əlaqələndirin, hansılarda ki, onlar yerləşirlər:
2. Müqəddəs Pyotr məbədi
1. Cvari məbədi
3. Baqineti B) QAHIRƏ
A) PARIS
10. Luvr
4. Forum D) ROMA
9. Əl Əzhar məscidi
C) MSXETA
5. Pompidu mərkəzi
7. Əl-Xəlil bazarı
8. Vandom meydanı
6. Notr-Dam
2. Burada sadalanmış personajları Sandro Bottiçellinin „bahar“ rəsminin müvafiq fiqurları ilə əlaqələndirin. a) Merkuri (Ticarət Allahı)
b) Venera (Məhəbbət allahı)
e) Nimpa Ktori
1
66
2
c) Üç qrasiya
f) Flora
3
4
d) Zefiros g) Kupidon
5
6
7
Yekun dərsi – 4 1. Cədvəl düzəldin və bir-biri ilə əlaqələndirin: ölkələri, şəhərləri, abidələri, müəllifləri. 2. A B Ş
4. T Ü R K I YƏ
3. İ S P A N I Y A
1. F R A N S A 6. G Ü R C Ü S T A N 5. Y U N A N I S T A N
7. A L M A N I Y A
Norman Foster
Azadlıq heykəli
Kalikrates
Afina
Aya Sofya
Vandom Meydanı Msxeta Sedefkar Mehmet Ağa
Reyxstaq kümbəzi
Plaza mayor İstanbul
Profillər
Mnesikles
Nike Apteros məbədi
Paluo Valo
Mikelancelo
Frederik Oqyust Bartold
Renso Piano və Riçard Rocers
Xuan Qomes de Mora Nyu-York
Paris
Arduen – Mansarda
Reyxstaq
Svetisxoveli Müqəddəs Pyotr məbədinin planı
8. İ T A L I Y A
Qotard Lanqansomi
Parfenon
İsidore Mileteli və Antimos Tralel Göy məscid
Madrid
Müqəddəs Pyotr məbədinin kümbəzi Roma Brandenburq qapısı
Pompidunun mərkəzi
Bramanante
Berlin
İktinosi və kaliktares
67
IV
Lüğət Auto Dape – Dini mərasimlər, proseslər, Allaha xidmət duaları, təqsirkar barədə hökmün camaat qarşısında oxunması və onun yerinə yetirilməsi. Damba – Xüsusi tikilmiş sədd, suyun qarşısını kəsən divar. İbadət – hər hansı bir dinin ardıcılları. Qəsbkar – Şəxs hansı ki hakimiyyəti qeyri qanuni olaraq ələ keçirmiş və başqasının bir şeyə olan hüququnu mənimsəmişdir. Meqapolis (lat. mega böyük, polis şəhər) – böyük, çoxlu qəsəbələrdən yaradılmış şəhər. Minarə – Köşk, buradan müsəlmanları ibadətə çağırırlar. Monarxiya – idarə etmə forması, bu formada dövlətin başında bir şəxs durur – padşah, yəni monarx. Motiv – Təsvirin xarakterik təkrar olunan elementi. Oriqami – Kağızdan fiqurların yaradılması incəsənəti, bu sahə Çində meydana gəlmişdir. Rezervuar – Mayenin böyük ehtiyatının saxlanıldığı tikili. Tendensiya (lat. tendo can atıram) – Nəyəsə doğru inkişaf istiqaməti Volyer – hasara alınmış yer, heyvanlar və quşlar üçün yaşayış yeri.
68
Bu dərsliyin satışı faktı aşkarlandığı təqdirdə, xahiş edirik, bizimlə qaynar-xətt nömrəsi ilə əlaqə saxlayasınız (+995 32) 2 200 200
Dərslik/seriya barədə əlavə məlumatı veb-səhifədən əldə edə bilərsiniz: https://www.facebook.com/PublishingHouseklio
ISBN 978-9941-481-65-9 978-9941-441-89-9
9 789941 44189 9
„Şagirdlərin dərsliklərlə təmin edilməsi proqramı“ çərçivəsində maliyyələşdirilmişdir