ჩვენი საქართველო, მე-6 კლასი, მოსწავლის წიგნი, 1-ლი ნაწილი, აზერბაიჯანულ ენაზე

Page 1

Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili

BIZIM GÜRCÜSTAN Şagirdin kitabı BIRINCI HISSƏ



Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili

6

BIZIM GÜRCÜSTAN Şagirdin kitabı Birinci hissə

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir

“Klio” nəşriyyatı


Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili

Bizim Gürcüstan, VI sinif, Birinci hissə Şagirdin kitabı

Seriyanın redaktoru Rəssam Xəritələr

Elene Medzmariaşvili

İvane Qipşidze Zurab Laoşvili Manana Şegiladze

Kompüter təminatı Mamuka Loladze Nana Esartia Üz qabığının dizaynı Elene Varamaşvili

Tərcümə edən Emin Mahmudov Korrektor Ceyran Ağayeva Yığıcı operator Sona Xudiyeva

© “Klio” nəşriyyatı, 2018 © Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili, 2018

Bütün hüquqlar qorunur ISBN 978-9941-481-72-7 (Hər iki hissənin) ISBN 978-9941-481-73-4 (Birinci hissənin)

MMC “Klio Nəşriyyatı” Ağmaşenebeli Prospekti, #181-2, Tbilisi,0112 Tel: (+995 32) 234 04 30 E-mail: book@klio.ge www.klio.ge


MÜNDƏRICAT Dərsin strukturu...............................................................................................5 Gürcüstanın fiziki xəritəsi.................................................................................6 Tarixi-etnoqrafik regionların xəritəsi................................................................8

FƏSIL 1 KAXETI .................................................................................................................. 10 1.1. Kaxetinin coğrafi yerləşməsi və təbii şəraitləri..............................................12 1.2. Kaxetidə məskunlaşma tipləri və yaşayış tikililəri......................................14 1.3. Kaxetidə üzümçülük-şərabçılıq ənənələri..................................................16 1.4. Kaxetidə şərab mədəniyyəti......................................................................18 1.5. Kaxetidə mədəniyyət abidələri..................................................................20 1.6. Kaxetidə təsərrüfat sahələri......................................................................24 1.7. Kaxetinin xilas olmaq uğrunda mübarizəsi................................................28 1.8. Kaxeti təbiətinin diqqətə layiqliliyi............................................................30 Nə bilirəm və nə bacararam.............................................................................32

FƏSIL 2 ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI..............................................................34 2.1. Şərqi Gürcüstanın dağlıq hissəsinin coğrafi yerləşməsi və təbiəti.............36 2.2. Dağın tarixi- etnoqrafik guşələri................................................................38 2.3. Şərqi Gürcüstanın dağlıq hissəsində dini inam və məzhəb.......................40 2.4. Dağlıq guşələrin Gürcüstan dövlətində yeri..............................................42 2.5. Məskunlaşma tipləri və əsas təsərrüfat məşğuliyyəti...............................44 2.6. Şərqi Gürcüstan dağlılarının məişəti və mədəniyyəti................................46 Nə bilirəm və nə bacararam.............................................................................48


FƏSIL 3 SAMSXE-CAVAXETI............................................................................................... 50 3.1. Samsxe-Cavaxeti – Gürcüstanın cənub qapısı...........................................52 3.2. Samsxe-Cavaxetinin mədəni irsliliyi...........................................................54 3.3. Samsxe-Cavaxeti əhalisinin rəngarəngliyi..................................................56 3.4. Samsxe-Cavaxetidə təsərrüfat sahələri.....................................................58 3.5. Samsxe-Cavaxetidə yaşayış evləri..............................................................64 3.6. Samsxe-Cavaxetidə sığınacaqlar və qala-istehkamlar................................66 3.7. Samsxe-Cavaxetidə ticarət, sənətkarlıq və şəhər həyatı.................................68 Nə bilirəm və nə bacararam.............................................................................71

FƏSIL 4 QURIYA.................................................................................................................. 72 4.1. Quriyanın coğrafi yerləşməsi və təbii şəraitləri.........................................74 4.2. Quriyanın təsərrüfat sahələri....................................................................76 4.3. Quriya – kurortlarla zəngin diyar...............................................................48 4.4. Quriyada məskunlaşma tipləri və inşaat işləri...........................................80 4.5. Quriya folkloru..........................................................................................82 4.6. Quriyada idman oyunları...........................................................................84 Nə bilirəm və nə bacararam.............................................................................85

FƏSIL 5 RACA-LEÇXUMI...................................................................................................86 5.1. Raca-Leçxuminin keçmişi və coğrafi mühiti.............................................88 5.2. Raca-Leçxumidə təsərrüfat......................................................................90 5.3. Raca-Leçxumidə sənətkarlıq....................................................................92 5.4. Raca-Leçxumi əhalisinin yaşayış üslubu..................................................94 5.5. Racvellər – gürcü tacirləri........................................................................96 5.6. Raca-Leçxumidə yəhudilər və ermənilər.................................................98 Nə bilirəm və nə bacararam...........................................................................100


DƏRSIN STRUKTURU Fəsil və başlıq

1.2

İstinad sualı

KAXETI DƏ MƏSKUNLAŞMA TIPLƏRI VƏ YAŞAYIŞ TIKILILƏRI Kaxetidə yaşayış məskənlərinin tiplərinə və yaşayış binalarına nələr təsir göstərirdi? YAŞAYIŞ MƏSKƏNLƏRININ TIPLƏRI Müasir Kaxetinin məskunlaşma tipləri köhnələrdən əhəmiyyətli dərəcə fərqlənir. Bunun əsas səbəbi düşmənin tez-tez baş verən hücumları və dağıntıları idi. Bu gün Kaxetinin kəndlərinin böyük hissəsi əlverişli yerlərdə, düzənliklərdə yerləşmişdir. Keçmişdə isə kəndlər daha yüksək, dağətəyi yerlərdə salınırdı. Əksər kəndlər meşələrin yaxınlığında idi. Yeni salınmış kəndləri başqa cür də seçilmək mümkündür. Bir qayda olaraq, onlar yaxşı planlaşdırılmışdır, küçələr düz və proporsionaldır, köhnə kəndlər isə, əksinə.

İstinad sözləri

Lüğət

KAXETIDƏ YAŞAYIŞ TIKILILƏRI XX əsrə qədər Kaxetidə düz damlı torpaq örtüklü evlər üstünlük təşkil edirdi. Daha qədimdə isə salon tipli tikililər də geniş yayılıbmış. Kaxetidə evləri əhəng daşından tikirdilər, örtüyü isə kirəmitlə basılırdı. Bir çox hallarda, iki qat evlər tikirdilər, bu evlər bataqlıq qamışları ilə örtülürdü. Kaxeti üçün yaşayış evlərinin yaxınlığında təsərrüfat tikililərinin, şərab zirzəmisinin, mal-qara tövlələrinin və samanlığın tikilməsi xarakterik cəhət idi. Kizixidə düz damlı örtüklü evlər üstünlük təşkil edirdi, bu evlər torpaqda yerləşmişdir. Bu evlərə adi qayda olaraq yuxarıdan örtük kimi torpaq tökülürdü, bu evlərin torpaq qatının tapdalanması çox əmək tələb edən iş idi. Kaxetidə bəzi yerlərdə “hörmə evlər” və “taxta evlər” də yayılmışdı. Onlar əsasən həyətdə köməkçi məkanlar rolunu oynayırdı.

LÜĞƏT

Kizixi – Kaxetinin bir guşəsi.

TAPŞIRIQ

5. Mənbə 3-ü təsvir et, informasiya axtarıb tap, qadın əlində hansı musiqi alətini tutmuşdu? 6. İkinci İrakli ilə xəsis kəndli barədə tarixi hekayət nədən xəbər verir?

TAPŞIRIQ

1. Sadala, Kaxetinin qədim və yeni yaşayış məntəqələri arasında hansı fərqlər mövcuddur? Bu fərqlərin səbəblərini izah et. 2. Necə fikirləşirsən, düşmən nə üçün Kaxetiyə belə tez-tez hücum edirdi. 3. Mənbə 1-ə əsasən mülahizə yürüt, Manavi kəndi nə zaman salınmış olardı. 4. Kaxetinin yaşayış məskənləri hansı tarixi- etnoqrafik diyarların məskunlaşma tiplərinə bənzəyir?

14

Mənbə 1. Manavi kəndi – Qombori dağ silsiləsinin cənub-qərb ətəyinin dibində

Mənbə 2. Axalsopeli

Mənbə 3. Qadınlar düz səthli dam torpaq örtüklü evin qarşısında, XIX əsrin sonu

II İrakli ilə xəsis kəndli haqqında hekayət Deyilənlərə görə, II İrakli eşidir ki, Saqarecoda bir nəfər xəsis kəndli yaşayırdı, bu kəndli mənfəət görmədən heç kəsə bir iş görmürdü. Çar qərara alır ki, özü ora qonaq getsin və bunun doğru olub-olmadığını yoxlasın, görsün ki, çar ilə də o cürmü hərəkət edəcəkdir. Kəndli süfrəni üstü torpaq örtüklü evdə açır və çarı özünün məiyyəti ilə birlikdə ora dəvət edir. Yeyib içdikdən sonra çar getmək istəyir, atın belinə qalxır və kəndliyə müraciət edir: – Bəs, oğlum, deyirlər ki, sən mənfəət götürmədən heç kəsə yemək vermirsən? – Yenə də belədir, sənin qadan alım! – Kəndli qətiyyətlə cavab verir, düzgün söyləyiblər. – Necə? Bu gün mən sənə nə elədim ki? – Padşah sağ olsun, bu torpaq evin üstünə torpaq təzəcə tökülmüşdür. Onu tapdalamaq üçün çoxlu işçi lazım gələrdi və mənim üçündə bundan artıq mənfəət nədir ki, mənim ağam və bu qədər zəngin adamlar öz ayaqları ilə torpağı döyəclədilər. Bu hazırcavablıq çarın xoşuna gəldi, gülümsədi və kəndliyə xələt bağışladı.

BIZIM GÜRCÜSTAN 6

Suallar və tapşırıqlar

KAXETI

Mənbə şəklində verilmiş illüstrasiya

Rubrika

15

Tarixin vərəqləri Miflər və əfsanələr Maraqlı informasiya Tarixdə şəxsiyyət

5


GÜRCÜSTANIN FIZIKI XƏRITƏSI

41°

k fso u

arxizi

d

q e d i

baqsani

r u s ev T i s !

s

i f

!

i

k oo od

k odor

xaiSi!

x e

bul

m. Sxara

a n e Ti s

5068

q e di r io

! (

!

jvari

walenjixa

asxis

Cxorowyu

masivi

! (

! (

! R riR ! ngu

zugdidi

n

! (

mam

cageri oni

ambrolauri rion i

! R

martvili

! (

q

s

i

a WSaoris wylsc. wyaltubo tyibuli saCxer ! ! ! ( ( xobii( ! ( ! WiaTura ( senaki xoni xo b d tyibulis ! ( a (! b e ! R wylsc. ! quTaisi R r Ti s !l ( Terjola i m e o i abaSa r io n i b i ! ( ! ( lob foTi ! aR samtredia paliastomis zestafoni m i tba ! ( ! ( ! ( x r ! lanCxuTi vani baRdaTi( ureki ! i ! xaragauli ( ( ! l 999 Coxatauri ! (

s

si sk i4 60

stam

v

! R ozurgeTi

i 108

5

2182 zekaris uR.

qobuleTi( !

R

borjomi ( !

! waR

i

ar baTumi m. mtirala q a r T v e l oabasTumani kv mt bakuriani s a s xulo a 1336 s a T r i a ! adigeni ( ! PxelvaCauri ! m x ( ! ( 2025 vale Suaxevi re goderZis uR. ! ! R ( ! Wo ( qeda T ! sarfi ! ( aspinZa axalcixe !

v

!

i

42°

en gur i

e

s

r

s T i

ro

q

i

e

i

anaklia !

vo

n

lentexi galis wylsc. ! gali (

v

nalC

Tirniauzi

4700 m. uSba mestia ( !

jvris wylsc.

!

oCamCire ( !

a

! (

i

m. ialbuzi

i

q e di

is

tyvarCeli

l

k

z

o

s

! gulrifSi(

no

5642

amtyelis tba

ri

! P soxumi

S

a

Teberda

2782 kluxoris uR.

43°

f e

n

a

2746 maruxis uR.

b zi

so biWvinTa Wi ! axali aToni ( 13 ! gudauTa 3

!

o

k

z i f i b s

gagra( !

!

v

riwis tba

m. arabika 2656

l

3232 m. urupi

a

43°

42° yaraCaevski !

k

3183 m. ziareTi

3165

x

! borCxa

m. arsiani

a

!

( axalqa !

v

xofa

i T em. did

e

174

q

n bzo

roxi

a tr

d

!

a

a

T

s

BIZIM GÜRCÜSTAN 6

qi

a

e

ari tkv

a

42°

j

p xanCalis t

madaT !

artaani

T

i Cildiris tba

r

Wo

41°

xozafinis (karwaxis) tba

s

r ro

1450 m. yajalayi

6

u

m

! (

i n

rize

xi

41°

arTvini ( ! 1984 saraleTis uR.

l

43°


yizlari pirobiTi aRniSvnebi

45°

44°

!da ( siRrmeebi simaRleebi, m

dasaxlebuli punqtebi

mozdoki T

baqsani baqsan i !

! P

! (

e r gi

proxladni !

!

! (

q

d

e

ni

yelis tba java

cxinvali !

2500 3000 3500 ufro maRali

mxaris

hidrografia

sxva aRniSvnebi 2494 simaRliTi niSnuli

mdinare

urus-marTani

4493

r

barisaxo!

q sa n i

e

d

a

qd. evis al smi o

e on fr

q

! P grozno

3367 uReltexili

tba, wyalsacavi myinvari

43°

Waobi

m. combolgo

n d i s

2725

3294

m. tebulismTa !

4285 m. diklosmTa

m. didi borbalo

aRvali

q

i

!

fasanauri

m. Saviklde 3578

Jinvalis wylsc.

s

i

ed !

q

bo

g

!

li

qar axalgori TianeTi e i da ! ( Tl ! ( duSeTi S a ! ( is sionis wylsc. l a i rikoTis uR. ruisi! l 999 ! ! ! qareli( ( z gremi axmeta ufliscixe va ! n! ( urbnisi ! i (! yvareli ! R k xaSuri o e ! gori! mtkv kaspi s ! R muxrani ! ( m didi ateni a ari kavTisxevi uramos b t g Telavi a omi ( s lagodexi ! ! v qd az . m. civi o ! ( ! R a a waRveri mcxeTa r ! n i ri 1991 i a gurjaani v T i s q e d i sagarejo ! Tbilisi s ! ( l e2757 m. arjevanimanglisi bakuriani ! ( Tbilisis wylsc. wyneTi a tabawyuris ! ! q tba i r i siRnaRi walkis wylsc. algeTis wylsc. ! re kojori ! ! ( v T wnori ! ( s spinZa i r TeTri wyaro walka rusTavi i ! R m ! ( T T i o! q a rTli i a em. didi abuli bolnisi e m ( s dedofliswyaro(! marneuli ! s ( x v ! ( ram gardabani i 3301 faravnisn e z ! ( q jandaris tba axalqalaqi o a k e e ! T tba kazreTi v g t i ! ( a a dmanisi x

d i q e

!

jvris uR.

!

2000

saxelmwifos avtonomiuri respublikis

! (

stefanwminda

2379 l

1500

sazRvao gza

is

i

! (

1000

i

dagbaSi

z

rokis uR.

v

200

aqsanis wylsc. 500

gudermesi

i

m. myinvarwveri

i

0

o

i

ylsc.

5033

!

! sazRvrebi

a

Te rg

100

200

Selkovskaia

! P vladikavkazi

do

d erwos tba

e

a r x i

r

m i

a

100

municipalitetis centri sxva dasaxlebuli punqti

gzebi

iTum kale

! (

q

d

! P magasi

T

2995

saCxere ! ura ( ! ( Ti s e er i lob aR

q

buroni !

n

oni

s

a l x a n C u rT i s

500

mxaris centri

avtomagistrali gzatkecili rkinigza

a

mamisonis 2820 uR.

i

s

! (

! alagiri (

i

i

nazrani beslani ! (

ardoni ( !

e

J

s

elxotovo

r io

n

u

avtonomiuri respublikis dedaqalaqi

san i

tereki

!

Ter gi

664

! P nalCiki

1500

! P ! R ! (

f e d e r a c i a

ufro Rrma

saxelmwifos dedaqalaqi

kosobi

42°

i

al

i

na

g

arag vi

axvi

d

k

e

n

e

! P

! (

alaverdi ( !

stefanavani !

!

! aRsTafa

yazaxi

2344 m. CaTini ! Tumaniani

s o m x e T i 44°

mtk

45°

Tauzi!

va

ri

i

e

r

i

!

r

arfiliCis wylsc.

z

axtala

io

3196 taSiri ! m. aCkasari

i

madaTafis tba

n

alazani

a

! ( l p xanCalis tbaninowminda

j

v

a

x

a

i

ri io

d

zaqaTala

mingeCeviris wylsc.

b

41°

a

46°

7


GÜRCÜSTANIN TARIXI-ETNOQRAFIK DIYARLARININ XƏRITƏSI

saqarTvelos istoriul-eTnografiuli a

f

x

a

u z

s

e

e

T

dalis (kodoris xeoba) svaneTi

T

i

s

i

qvemo svaneTi samurzayano

i

l

v

g

r

el

v

Sa vS

ar

T

qvemo (vake) imereTi

)

BIZIM GÜRCÜSTAN 6

j

r

e

T

eT

q

x

e

i ar

i

u

i m i e r

r

e

t a o

s

c m a

uS eT i i an a t

kola

a m i e r

t a o

8

zemo imereTi

Tori

kl

n Wa

qvemo raWa

o i m e r e T i

a W a r a

i T e

r a W a

a

i T e z a (l

3

e

R

zemo raWa

okriba

g u r i a

z

xu C e

i

mi

me

a

sa

S

f

zemo svaneTi

s v a n e T

T

pa la ka c

r

i

ax v a j io


iuli mxareebi

cifrebiT aRniSnulia: 1 - maRran-dvaleTi

mT iu

7

l i

f

eT

5

q a

i

Sida qarTli

6

c TuSeTi

i

i

a Sida kaxeTi

gaRma kaxeTi

er

r

S

a

eT i

av

3 - mTis raWa 4 - kudaro 5 - xando 6 - WarTalo 7 - gudamayari 8 - Tbilisi

he re T

k a x e T i

qvemo qarTli

T

qiziyi

a

z

s o m x e T i

e

o) il ng ai (s

i

i

gare kaxeTi

i

xe a jav

8

l

Ti le a ri T

j

T

Tori

a n i

1

4

r

xevs ur

x e v i

mo reTi

o

e

i eT l a 2 dv

3

W a

d

T i

zemo raWa

2 - Truso

e

wo-Tiane

f

r b a i

saxelmwifo sazRvari sazRvari istoriul-eTnografiul mxareebs Soris zRvis sanapiro masStabi 1: 2 400 000

9


FƏSIL 1.

m. didi borbalo s o

e

v ilto

s a q a r T v l e T

du

zemo al

! . axmet

a R m o s a

g

i

TeZ ami

o

Bu fəsildə Şərqi Gürcüstanın tarixi-etnoqrafik regionu olan Kaxetini, onun yerləşməsini və təbii şəraitlərini öyrənəcəksən; biləcəksən ki, uzun əsrlər boyu Kaxetinin sərhədləri nə üçün dəyişirdi; yerləşməsi və tarixi şəraitləri onun məskunlaşma tiplərinə və tikililərinə necə təsir göstərirdi; dünya onu hansı təsərrüfat sahəsi ilə tanıyır; bu region üçün hansı təbii fəlakətlər xarakterikdir və ona qarşı necə mübarizə aparırlar; hansı mədəniyyət abidələri ilə tanınır.

l

KAXETI

saguramo-ial n saguramos os qd.

aRkveTili

gombori ! 1

l

martyofi !

sarTiWala

pat

T

!

r a pirobiTi aRniSvnebi dasaxlebuli punqtebi

! . ! . ! !! .

mxaris centri pirobiTi aRniSvnebi

dasaxlebuli punqtebi municipalitetis centri mxaris centri sxva dasaxlebuli punqti

! . ! !

kurorti municipalitetis centri

sxva dasaxlebuli punqti gzebi avtomagistrali kurorti gzatkecili

gzebi sazRvrebi avtomagistrali

saxelmwifos gzatkecili istoriul-geografiuli provinciis daculi teritoriis sazRvrebi

saxelmwifos

hidrografia sxva aRniSvnebi istoriul-geografiuli simaRliTi provinciis mdinare niSnuli daculi teritoriis uReltexili tba

hidrografia mdinare tba

10

BIZIM GÜRCÜSTAN 6

m

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili


borbalo m T i a n s 3294 e o

l

k

T

e

i

k v an i a alaz

2826 abanos uR.

babaneuris n i nakrZ. s fSaveli o p o l ! ! nafareuli l a gremi ! ! ta

!

zemo alvania !

! . axmeta

z

n

g o

! Telavi .

m

s

2363 kodoris uR.

m

ilias tba

i

iyalTo !

i

o

f

3116 m. ninikascixe e

T

du r

to ri

ilto

s

duisi

r u s e T

a ji u

v

a

r

! yvareli .

d

e

i

r

a c i a

q ie d i

ka ba l

a

bawaris s i nakrZ.

ki

s

i

s lagodexis ! b gomboris uR. gavazi gombori i winandali o nakrZali v xe ! !v 1620 r si vazisubani lagodexi. ! veliscixe m. civa i ! s q e ! 1991 d vardisubani ! patarZeuli mariamjvrisi ! ! vejini Wala e ! nakrZali gurjaani. . ! ! l ! sagarejo az kakabeTibakurcixe ! a

a

k

a

siRnaRi ! ! .

badiauri !

wnori ! bodbisxevi

i i or

i

s

a

z

e

q

i

z

da

li

e

da

b bi

Ti

xili

s

o l

nebi

ri

j

a

i

dedofliswyaro ! . S i r a q i s g v sabaTlo ! a ! e vaSlovanis n karsiswyalil i nakrZali i el

a

ebi

udabno r ! 878 m. udabno

a

v

alazan i

i

n

! anaga ni

r

b

0

11 km

11


1.1

KAXETININ COĞRAFI YERLƏŞMƏSI VƏ TƏBII ŞƏRAITLƏRI Harada yerləşir və Kaxeti hara ilə həmsərhəddir?

Kaxeti Gürcüstanın şərqində yerləşən sərhəd yanı tarixietnoqrafik diyardır. XV əsrədək Kaxeti ərazisini Heret-Kaxeti adlandırırdılar, sonralar isə, yalnız Kaxeti. Əsrlər boyu, düşmənin hücumları və daxili siyasi mübarizə üzündən Kaxetinin ərazisi və əhalisi daha çox dəyişikliyə məruz qalmışdır. Bu gün o Alazani və İori çaylarının hövzəsini əhatə edir.

Mənbə 1. Alazani vadisi və yuxarı Alvani kəndi

Tarix boyu Kaxetinin sərhədi tez-tez dəyişirdi. Kartli ilə Kaxeti arasında sərhəd Araqvi çayından keçirdi. Onun ayrılmaz hissəsi olan Hereti isə indi Saingilo adını daşıyır və Azərbaycan dövlətinin tərkibindədir. Kaxetinin təbiəti rəngarəngdir. İori yaylasında və Alazani vadisində geniş düzənliklər yayılmışdır, burada əkinçilik üçün ideal şərait mövcuddur. Tsiv-Qombori aşırımı dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. O əksərən

12

BIZIM GÜRCÜSTAN 6


meşələrlə örtülüdür, Sivi dağının zirvəsi isə Alp zonasına aiddir. Kaxetinin son Cənub-Şərq hissəsi, Şiraki vadisində Vaşlovani yarımsəhrası yerləşir ki, burada qaraçöhrə ağacı mühafizə olunur. Badzara qoruğunda nadir ağac olan Qaraçöhrə (utxovari-xahişolunmaz) ağacı vardır, bu ağac təqribən 1800 il yaşayır.

Mənbə 2. Qombori aşırımı və Tsivi dağı

Mənbə 3. Vaşlovani yarımsəhrası

Kaxeti faydalı qazıntılarla zəngindir. Burada çıxarılır: gil, mərmər, müalicəvi palçıq, gəc, termal sular və s. Gürcüstanda neftin ən böyük ehtiyatı Kaxetidə tapılmışdır. Lakin ondan fəal istifadə etmirlər. TAPŞIRIQ

1. Xəritənin köməyi ilə (səh. 10-11) müəyyənləşdir, Kaxeti hansı regionlar və dövlətlərlə həmsərhəddir? 2. Necə fikirləşirsən, Kaxetinin coğrafi sərhədləri hansı proseslər üzündən dəyişirdi. 3. 1-3-cü mənbələrə əsasən, Kaxetinin coğrafi mühitini təsvir et. 4. 3-cü mənbəyə və internetdə əldə etdiyin əlavə məlumata əsasən, təsvir et, Vaşlovani yarımsəhrası üçün hansı bitkilər xarakterikdir. Sənin fikrincə, Vaşlovani yarımsəhrasına nəyə görə bu ad verilmişdir.

LÜĞƏT

Termal su – yeraltı su, hansının ki, temperaturu mühitin temperaturundan yüksəkdir. Əksər hallarda müalicə məqsədi ilə istifadə olunur.

KAXETI

13


1.2

KAXETI DƏ MƏSKUNLAŞMA TIPLƏRI VƏ YAŞAYIŞ TİKİLİLƏRİ Kaxetidə yaşayış məskənlərinin tiplərinə və yaşayış binalarına nələr təsir göstərirdi? YAŞAYIŞ MƏSKƏNLƏRININ TIPLƏRI Müasir Kaxetinin məskunlaşma tipləri köhnələrdən əhəmiyyətli dərəcə fərqlənir. Bunun əsas səbəbi düşmənin tez-tez baş verən hücumları və dağıntıları idi. Bu gün Kaxetinin kəndlərinin böyük hissəsi əlverişli yerlərdə, düzənliklərdə yerləşmişdir. Keçmişdə isə kəndlər daha yüksək, dağətəyi yerlərdə salınırdı. Əksər kəndlər meşələrin yaxınlığında idi. Yeni salınmış kəndləri başqa cür də seçmək mümkündür. Bir qayda olaraq, onlar yaxşı planlaşdırılmışdır, küçələr düz və proporsionaldır, köhnə kəndlər isə, əksinə.

TAPŞIRIQ

1. Sadala, Kaxetinin qədim və yeni yaşayış məntəqələri arasında hansı fərqlər mövcuddur? Bu fərqlərin səbəblərini izah et. 2. Necə fikirləşirsən, düşmən nə üçün Kaxetiyə belə tez-tez hücum edirdi. 3. Mənbə 1-ə əsasən mülahizə yürüt, Manavi kəndi nə zaman salınmış olardı. 4. Kaxetinin yaşayış məskənləri hansı tarixietnoqrafik diyarların məskunlaşma tiplərinə bənzəyir?

14

BIZIM GÜRCÜSTAN 6

Mənbə 1. Manavi kəndi – Qombori dağ silsiləsinin cənub-qərb ətəyinin dibində

Mənbə 2. Axalsopeli


KAXETIDƏ YAŞAYIŞ TİKİLİLƏR XX əsrə qədər Kaxetidə düz damlı torpaq örtüklü evlər üstünlük təşkil edirdi. Daha qədimdə isə salon tipli tikililər də geniş yayılıbmış. Kaxetidə evləri əhəng daşından tikirdilər, örtüyü isə kirəmitlə basılırdı. Bir çox hallarda, iki qat evlər tikirdilər, bu evlər bataqlıq qamışları ilə örtülürdü. Kaxeti üçün yaşayış evlərinin yaxınlığında təsərrüfat tikililərinin, şərab zirzəmisinin, mal-qara tövlələrinin və samanlığın tikilməsi xarakterik cəhət idi. Kizixidə düz damlı örtüklü evlər üstünlük təşkil edirdi, bu evlər torpaqda yerləşmişdir. Bu evlərə adi qayda olaraq yuxarıdan örtük kimi torpaq tökülürdü, bu evlərin torpaq qatının tapdalanması çox əmək tələb edən iş idi. Kaxetidə bəzi yerlərdə “hörmə evlər” və “taxta evlər” də yayılmışdı. Onlar əsasən həyətdə köməkçi tikili rolunu oynayırdı.

LÜĞƏT

Kizixi – Kaxetinin bir guşəsi.

TAPŞIRIQ

5. Mənbə 3-ü təsvir et, məlumat axtarıb tap, qadın əlində hansı musiqi alətini tutmuşdu? 6. İkinci İrakli ilə xəsis kəndli barədə tarixi hekayə nədən xəbər verir? Mənbə 3. Qadınlar düz səthli dam torpaq örtüklü evin qarşısında, XIX əsrin sonu

II İrakli ilə xəsis kəndli haqqında hekayə Rəvayətə görə, II İrakli eşidir ki, Saqarecoda bir nəfər xəsis kəndli yaşayırdı, bu kəndli mənfəət görmədən heç kəsə bir iş görmürdü. Çar qərara gəlir ki, özü ora qonaq getsin və bunun doğru olub-olmadığını yoxlasın, görsün ki, çar ilə də eyni cür hərəkət edəcəkdir. Kəndli süfrəni üstü torpaq örtüklü evdə açır və çarı özünün məiyyəti ilə birlikdə ora dəvət edir. Yeyib içdikdən sonra çar getmək istəyir, atın belinə qalxır və kəndliyə müraciət edir: – Bəs, oğlum, deyirlər ki, sən mənfəət götürmədən heç kəsə yemək vermirsən? – Yenə də belədir, sənin qadan alım! – Kəndli qətiyyətlə cavab verir, düzgün söyləyiblər. – Necə? Bu gün mən sənə nə elədim ki? – Padşah sağ olsun, bu torpaq evin üstünə torpaq təzəcə tökülmüşdür. Onu tapdalamaq üçün çoxlu işçi lazım gələrdi və mənim üçündə bundan artıq mənfəət nədir ki, mənim ağam və bu qədər zəngin adamlar öz ayaqları ilə torpağı döyəclədilər. Bu hazırcavablıq çarın xoşuna gəldi, gülümsədi və kəndliyə xələt bağışladı.

KAXETI

15


1.3

KAXETIDƏ ÜZÜMÇÜLÜK – ŞƏRABÇILIQ ƏNƏNƏLƏRI Üzümdən Kaxetidə nə hazırlayırdılar?

Kaxeti həmişə qabaqcıl təsərrüfat regionu idi, lakin burada üzümçülük-şərabçılıq xüsusi ilə inkişaf etmişdi. Orada üzümdən, əsasən, şərab hazırlayırlar. Kaxeti şərabını xarici ölkələrə nəinki son illərdə, eləcə də ötən əsrlərdə aparırdılar. Demək olar ki bütün kəndlərdə tənəyin yerli növləri yayılmışdı. Kaxetidə 20-dən çox tənək növü yetişdirilmişdi. Rkasiteli, saperavi və manavi yaşıl üzüm sortları xüsusilə geniş yayılmışdı. Üzüm bağında tənək bir sırada basdırılır ki, Günəş şüası bütün salxımlara və yarpağa bərabər yayılsın. Kaxetidə üzüm yığımına rtveli (üzüm yığımı) deyirlər.

Mənbə 1. Kaxetidə üzüm yığımı. XIX əsrin sonu TAPŞIRIQ

1. 1 və 2-ci mənbələri təsvir et: a) Keçmişdə və indi üzüm yığımı zamanı məhsulu nəyə toplayırdılar? b) Üzümü keçmişdə və indi hansı nəqliyyat vasitələri ilə daşıyırdılar? c) Kaxeti kəndliləri necə geyinirlər? Müasir üzüm yığımında iştirakçıların geyimlərini müqayisə et.

16

BIZIM GÜRCÜSTAN 6

Mənbə 2. Müasir Kaxetidə üzüm yığımı


ÜZÜM MƏHSULLARI VƏ ÜZÜMÜ SAXLAMA QAYDALARI Kaxetidə üzümdən, əsasən, şərab hazırlayırlar, ancaq eləcə də sucuq düzəltməyi bacarırlar. Sucuq üzümün şirin şirəsi ilə unu qaynatmaq nəticəsində əldə olunan məhlula (tatara) batırılmış ləpə bağlamasıdır. Yaxşı sucuq hazırlamaq üçün həmin asmanı ikinci dəfə tataraya bulamaq lazım gəlir. Eləcə də, üçüncü – dördüncü gün “sucuğu patkaya salırdılar”, yəni “şəkərləyirdilər” – ona qaynadılmış üzüm şirəsi sürtürdülər və bir sutka ərzində təmiz parçaya bükürdülər ki, bundan sonra da Günəşin altında sərirdilər. Günəş şüası düşən kimi sucuq o andaca ağarırdı və yumşalırdı. Sucuq olduqca kalorili yeməkdir və adi şəraitdə uzun müddət saxlamaq olur. Ona görə də gürcü döyüşçüləri yola həmişə bu şirniyyatdan götürürdülər. Sucuğu istənilən üzümdən hazırlamaq olar. Lakin o qədər əhəmiyyətli məhsuludur ki, onu hazırlamaq üçün xüsusi olaraq bir neçə üzüm növü mövcud idi. Sucuq bu günün özündə belə populyar gürcü şirniyyatıdır və xarici turistlər arasında çox bəyənilir.

TAPŞIRIQ

Mənbə 3. Kaxeti sucuğu

Kaxetidə qış üçün üzüm saxlamaq zəruri iş idi. Üzüm yığımı başlayanadək iki gün əvvəl bağda saxlamaq üçün üzüm yığırdılar. Salxımları çubuqdan asırdılar (“sallayırdılar”). Sallanmış üzümü günün qarşısına qoyurdular, ya da quyuda basdırmaqla saxlayırdılar. Kizixdə üzümü xüsusi qabda, kokalidə da saxlayırdılar. O uzunsov alçaq ağızlı qab idi. Bir kokalidə üzüm salxımlarını sərir, bir-bir seçir, ikinci kokalini isə onun üstünə yerləşdirirdilər, örtürdülər, ətrafını suvayırdılar və qabın ağzını açanda üzüm yerləşdirildiyi kimi, öz əvvəlki vəziyyətini qoruyub saxlamış olurdu.

2. Ehtimal elə, müharibəyə gedən gürcü döyüşçüləri üçün sucuğun nə əhəmiyyəti ola bilərdi. 3. Üzümü necə saxlayırlar? 4. Sənə məlum olan üzüm növlərini sadala. 5. Necə fikirləşirsən, Kaxetidə üzüm yığımı nə zaman başlanır. 6. Böyüklərdən, yaxud sənin kaxetili dostundan, qonşundan soruş, üzüm yığımı ilə əlaqədar hansı ənənələr mövcuddur.

KAXETI

17


1.4

KAXETIDƏ ŞƏRAB MƏDƏNIYYƏTI Kaxetidə şərab hazırlanması və saxlanılmasının ənənəvi mədəniyyəti necə idi və necədir?

Kaxetidə şərab düzəltmək və saxlamaq üçün xüsusi tikili – Marani (zirzəmi) inşa edirdilər. Keçmişdə şərab zirzəmisinə qadınının daxil olması yolverilməz idi. Ona “çaxır evi”- də deyirdilər. Üzüm burada süzülürdü, hazırlanırdı və şərab kimi saxlanılırdı. Zirzəmidə şərabçılıq alətləri düzülürdü. Kaxeti zirzəmisində əksər hallarda çardaq da quraşdırılırdı, burada əsasən meyvə və bostan bitkiləri saxlanılırdı. Zirzəminin qalın divarları olurdu. Bu divarlar şərabı yayda istidən, qışda isə şaxtadan qoruyurdu. Zirzəminin ön hissəsində küplər basdırılırdı, arxa hissəsində isə şirəxana olurdu, bu şirəxanada üzüm süzülürdü. Diqqətlə sahmanlanmış zirzəmi, ənənəvi olaraq kişilərin toplanış, vaxt keçirmə və kef eləmə yeri idi.

Mənbə 1. Kaxeti zirzəmisi

TAPŞIRIQ

1. Sənin fikrincə, zirzəmidə şərab saxlanmasına nə kömək göstərir. 2. Fransız səyyahının qeydlərindən kaxetililərin sərxoşluğa münasibəti barədə hansı cümlələr söhbət açır(mənbə 3)?

18

BIZIM GÜRCÜSTAN 6

Mənbə 2. Şirəxanada üzüm süzülməsi

Mənbə 3. XIX əsrin Fransız səyyahı Baron De Bayın Kaxetidə şərabçılıq barədə təəssüratları “Şirəxana üzümlə doldurulan zaman, kişilər böyük hovuzda pəncələrini və baldırlarını yuyurlar. Şirəxananın uzunluğuna sığacaq qədər kişi olur. Üzümü bir neçə saat ərzində süzürlər. Onların hərəkəti gah yavaş, gah sürətli, gah dinc, gah da enerjilidir və onların oxuduqları mahnının ritminə uyğun gəlir. Mahnılar bir-birini əvəz edir: güclü və ahəngdar, bəzisi isə döyüşkən...” “Kaxetidə çoxlu şərab hazırlayırlar, çox da içirlər. Ancaq sərxoş olmurlar”.


Mənbə 4. XIX əsrin Alman səyyahı Karl Kox kaxetililər və şərab zirzəmisi barədə Kaxetidə “bir nəfər nəzakətli kişi mənə yaxınlaşdı və gecələmək üçün məni öz evinə dəvət etdi. Bu qonaqpərvərliyin daha bir nümunəsi idi... Gürcüstanda qonaqları bir qayda olaraq şərab zirzəmisinə aparırlar. Bu həmin şərəfli yerdir, harada ki, tez-tez şənliklər təşkil olunur. Bundan başqa, burada üzüm süzülür və şərab hazırlanır, üzüm küpləri də zirzəmidə saxlanılır, kef məclisi zamanı bu küplərdən içkini asanlıqla götürmək olur... Şərab hazırlamağın primitiv qaydasına baxmayaraq, məndə böyük təəccüb doğururdu, içki yenə də bu cür yaxşı necə ola bilərdi axı”.

TAPŞIRIQ

3. Alman səyyah kaxetililərin hansı ənənəsinə işarə edir(mənbə 4)?

Payızda, üzüm yığımı zamanı, Kaxetiyə çoxlu qonaqlar gəlir. Çox zaman onlar üzüm yığımında və üzüm süzülməsində iştirak edirlər, eləcə də, şərabın dadını yoxlayırlar və Kaxeti ənənələri ilə tanış olurlar. Bu məqsədlə “Şərab yolu” layihəsi yaradılmışdı, bu layihə bir çox xarici turisti özünə cəlb edir.

Mənbə 5. “Şərab yolu” yol işarəsi

Mənbə 6. Turistlər ailə mehmanxanasında şərabın dadına baxırlar

TAPŞIRIQ

4. Dərsin mətninin və 1-4 cü mənbələrin köməyi ilə sadala, şərab zirzəmisinin hansı təyinatları vardır. 5. Necə fikirləşirsən, Kaxetidə şərab hazırlanması və saxlanılması mədəniyyəti dəyişmişdirmi yoxsa -yox? Cavabı əsaslandır. 6. Sənin fikrincə, “Şərab yolu” layihəsinin hansı əhəmiyyəti vardır. 7. Kaxetidə şərab istehsal edən müəssisələr, eləcə də Kaxeti şərabının hansı ölkələrə ixrac olunduğu barədə internetdə məlumat axtarıb tap. 8. Necə fikirləşirsən, Kaxeti şərabının Gürcüstan iqtisadiyyatı üçün hansı əhəmiyyəti vardır. 9. Kaxeti şərabının reklamını yaradın. Reklamın məqsədi gürcü və xarici alıcının bu şəraba marağını artırmaq olmalıdır.

KAXETI

19


1.5

KAXETIDƏ MƏDƏNIYYƏT ABIDƏLƏRI Mədəniyyət abidələri Kaxetinin tarixi barədə bizə nə deyir?

İkinci İrakli İkinci İraklinin Kartli-Kaxeti qarşısında bir sıra xidmətləri olmuşdur. O nəinki təkcə dövlət xadimi, həm də böyük sərkərdə idi və Gürcüstanın birləşdirilməsi və xilas olunması uğrunda mübarizə aparırdı. Xalq onu çox sevirdi. O vəfat edən zaman, uzun müddətli, ümumi matəm mərasimindən sonra, onun nəşini Telavi sarayından Msxetadakı Svetisxoveli məbədinə qədər apardılar və qəhrəman kimi orada dəfn etdilər.

Kaxetidə çoxlu saray, qala-qüllə, kilsə monastır tikildi, lakin bunların hamısı bizim dövrümüzə qədər gəlib çatmamışdır. Qədim şəhərlər olan Telavi və Siğnaği özünə çoxlu turistləri cəlb edir. İkinci İraklinin çarlıq sarayı - “Batonissixe” Telavidədir. Bu saray belə bir fakta işarə edir,ki gürcülərin bu çarı sadə yaşamışdır. Müasir gürcülər çar İrakliyə hörmət və ehtiram əlaməti olaraq, Telavidə onun heykəlini ucaltmışlar.

Mənbə 1. Telavi

Mənbə 2. Telavidə “ Batonissixe” sarayı və ikinci İraklinin heykəli

20

BIZIM GÜRCÜSTAN 6


Siğnaği Alazani vadisinə boylanır, onunla birlikdə, Qafqaz sıra dağlarının təkrarolunmaz peyzajını yaradır. Siğnağinin onu əhatəyə almış qala divarları vardır. Qala divarının uzunluğu 4 km-ə qədərdir. Qala divarında 28 qala barısı (qüllə) qoyulmuşdur, bu qüllələrin top mazğalları vardır. Hər bir qala barısı yaxında yerləşən kəndin adını daşıyır. Çar İrakli bu şəhəri ticarəti inkişaf etdirmək və iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün yaratmışdı. O Siğnağidə bu sahədə səriştəsi olan erməniləri yerləşdirdi. Bir neçə il bundan əvvəl Siğnaği yenidən quruldu və bu gün, Gürcüstan vətəndaşları ilə birlikdə, o xarici turistlərin də çox sevdikləri yerə çevrilmişdi.

Mənbə 3. Siğnaği Qafqaz sıra dağlarının fonunda TAPŞIRIQ

1. İkinci İraklinin memorial (xatirə) yerlərinə baş çəkmək üçün ekskursiya təşkil edin. Yadınıza salın, ekskursiyanı təşkil etmək və ekskursiya zamanı davranış qaydalarını öyrənmək üçün nə lazımdı. 2. Sənin fikrincə, Siğnaği qala divarının (mənbə 4) hansı təyinatı var idi. Bu qala divar Kaxetinin keçmişi barədə bizlərə nə deyə bilər? Mənbə 4. Siğnağinin qala barisi

KAXETI

21


Mənbə 6. Alaverdi məbədi freskasından güləş səhnəsi

Mənbə 5. Alaverdi məbədi

TAPŞIRIQ

3. Freskada güləş səhnəsinin əks olunması nədən xəbər verir (mənbə 6). 4. Mənşəcə Kaxetidən olan məşhur idmançılar barədə məlumat topla.

Mənbə 7. Qremi

Kizixidə, Siğnağidən 2 km aralıda Bodbi monastırdır, bu monastır gürcülər arasında xristianlığı yayan Müqəddəs Ninonun qəbri üzərində tikilmişdi. Alaverdi məbədi Kaxetinin fəxridir. O yepiskopluğun mərkəzidir. Onun hündürlüyü 51 m-dir. Eləcə də İğalto və Şuamta monastır kompleksləri Qremi və Nekresi, Gurcaaninin Kveladzminda (bütün müqəddəslər) və Kvetera kompleksləri də Kaxetidə yerləşir. Bunlar keçmişdə gürcü təhsili və mədəniyyətinin ocaqları idilər və indi ölkəmizin mədəni irs nümunələri kimi tanınırlar. Tarixi Kaxeti yarımsəhrasında, Qareci qayalarında VI əsrdə yaradılmış monastır mərkəzi yerləşir, bu monastrı Assuriyadan gəlmiş müqəddəs ata David Qareceli yaratmışdır. David Qareci də 20-dən çox tarixi abidə vardır. Onlardan bəzisi bu gün Azərbaycanın ərazisindədir. Bertubani monastrı İsa Məsihin anası Məryəmin adına tikilmiş kilsənin rəsmləri ilə xüsusən seçilir. Elə buradaca əlyazmalarının zəngin kolleksiyası mühafizə olunmuşdur.

Mənbə 8. David Qareci monastır kompleksi

22

BIZIM GÜRCÜSTAN 6

Mənbə 9. David Qarecidən freskalar


Çavçavadzelərin Sinandalidəki sarayı Kaxetinin milli memarlıq abidəsidir. Saraydan başqa, o nadir bağ və zəngin şərab zirzəmisini də əhatə edir. Şair Aleksandre Çavçavadzenin dövründə saray o dövrkü gürcü yüksək zümrənin ictimaiyyətinin toplanış yeri kimi tanınırdı. Sinandali malikanəsində Aleksandre Çavçavadze ilk dəfə olaraq, Gürcüstan tarixində, Avropa qaydası ilə hazırlanan şərabı butulkaya tökmüşdü. Elə o özü ilk dəfə olaraq dekorativ park yaratmaq üçün Avropadan mütəxəssislər gətirmişdi. Bu gün Sinandali də muzeydir, bu muzeyə bir çox insanlar qonaq gəlir. Elə oradaca hər il musiqi festivalı keçirilir.

Mənbə 10. Aleksandre Çavçavadzenin ev-muzeyi TAPŞIRIQ

5. Kaxetinin tarixi və mədəni abidələrinin hansı tarixi şəxsiyyətlərlə əlaqədar olduğunu sadala: Telavidə Batonissixe (mənbələr 1 və 2), Bodbi monastrı, David Qareci monastır kompleksi (şəkillər 8 və 9). 6. Kaxetiyə ekskursiya planlaşdırın. Bunun üçün: a) İnternetin, tarixi və məlumat xarakterli ədəbiyyatın köməyi ilə, Kaxetinin, Telavidəki, Siğnağidəki və Sinandalidəki mövcud olan etnoqrafik, diyarşünaslıq muzeyləri barədə məlumat axtarıb tapın. b) Xəritənin (səh. 6-7) və axtarıb tapdığınız məlumatın köməyi ilə Kaxetə turist marşrutu tərtib edin. Həmin marşruta, görmək istədiyiniz abidələri, o cümlədən, muzeyləri daxil edin. c) Sinif rəhbərinin adına ərizə yazın, burada təsdiq edin ki, ərizədə göstərilən abidələrə və muzeylərə baxmaq sizin üçün əhəmiyyətlidir. 7. Qrup halında iş: a) Alaverdi məbədi və yaxud İğalto monastır kompleksi barədə məlumat axtarıb tapın. b) Aşağıdakı suallara cavab verəcək təqdimat hazırlayın: Nə zaman yaradıldı, o kimin adı ilə əlaqədardır, onun qısa tarixi. Nəticələri sinfə PPT-də təqdimat şəklində təqdim edin.

KAXETI

23


1.6

KAXETIDƏ TƏSƏRRÜFAT SAHƏLƏRI Üzümçülükdən və şərabçılıqdan başqa, Kaxetidə təəssüratın daha hansı sahələri inkişaf etmişdir?

LÜĞƏT

Kotan anası (məcgəl) – torpaq işçisi, şumlama zamanı o kotanın arxasınca gedir. Hodaq – Öküzləri sürən. Çuxur – dənli bitkinin saxlanıldığı xəndək.

Mənbə 1. “Biçin xaçı” və yaxud “biçin ulduzu” TAPŞIRIQ

1. “Modqamoba” nə deməkdir? 2. Beşinci sinfin “Bizim Gürcüstan” dərsliyindən yadına sal, Gürcüstanın daha hansı regionunda “modqamoba” (yanında durmaq) ənənəsi yayılmışdır. 3. “Başçı” sözünün əhəmiyyəti necə dəyişmişdir? 4. Yoldaşlaşmış kaxetililər nəyə görə şumlayırdılar? Necə fikirləşirsən, müasir şəraitlərdə yoldaşlaşmaq zərurəti mövcuddurmu yoxsa – yox. Cavabı əsaslandır.

24

BIZIM GÜRCÜSTAN 6

TARLAÇILIQ Kaxetidə böyük miqdarda dənli bitkilər, xüsusən buğda yetişdirirdilər. Yoldaşlaşmış şəkildə şumlayırdılar ki, buna da “modqamoba” (yanında durmaq) deyirdilər. Əkinə başlamazdan əvvəl bayram təşkil olunurdu. Onu “kənd qurbanlığı” adlandırırdılar. Kənd kilsəsinin yanında toplanış mərasimi icra edir, sonra süfrə arxasına əyləşirdilər, kotan anası (məcgəl) hodaqlara dua edirdi, ürəklə birlikdə işləmək və əkinsəpin işlərini yaxşı başa çatdırmaq arzulayırdı. Xəstələrə payı evinə göndərirdilər. Tarlaçılıq ənənələri Şum vaxtı yanında olmaq üzvləri holavarlar oxuyurdular. Yetişmiş məhsulu yağışlı hava xarab etməməli idi. Buna görə də biçin mütləq tezliklə başa çatdırılmalı idi. Bu gün başçı hər cür işin rəhbəri mənasını daşıyır. Bu söz isə əvvəllər işin başçısı demək idi. Bir neçə dairədə biçirdilər. Hər bir dairənin öz başçısı var idi, o öndə gedirdi. Başçının arxasınca iki biçinçi gedirdi. Biçin başa çatdırıldıqdan sonra ən yaxşı qılçıqlı sünbüldən “biçin xaçı” düzəldirdilər, bunu isə gələn ilin səpininə qədər saxlayırdılar. “Səpin aparmaq” günü onu oxalayırdılar, “şərabla isladırdılar”, səpiləsi toxuma qarışdırırdılar və deyirdilər – “beləcə ceviz boyda dən versin”. Yetişmiş dəni quyularda və çuxurlarda saxlayırdılar. Anbarda da dən olurdu.

Mənbə 2. Kaxetidə çörək bişirmə. XIX əsrin sonu


TAPŞIRIQ

5. Dərsin mətnindəki o cümlələri sadala, hansılarda ki, Kaxetidə mövcud olan qarşılıqlı köməkləşmə ənənələri öz əksini tapmışdır. Sənin fikrincə, bu ənənələr bu gün necə dirçəldilə bilər. Köməyə ehtiyacı olan insanlara, sən necə kömək edirsən? 6. Mənbə 2-ni təsvir et. Təndir çörəyi bişirilməsinin müasir və qədim qaydaları arasında hansı oxşarlıqlar və fərqlər mövcuddur. Təndir çörəyini keçmişdə kim bişirirdi və əsasən, indi kim bişirir?

KAXETIDƏ TƏBII FƏLAKƏTLƏR Kaxetidə müxtəlif təbii fəlakətlər, o cümlədən, quraqlıq və dolu düşməsi tez-tez baş verirdi, bunlar isə əkin sahələrini məhv edirdi. Keçmişdə bu cür bədbəxtliklərdən məhsulu mühafizə etməkdə çətinlik çəkirdilər və bacardıqları yeganə çıxış yolu müxtəlif mərasimləri keçirmək olurdu. Məsələn, quraqlıq zamanı kotanla “suyu şumlamaq” bilirdilər. Bu ayinləri qadınlar icra edirdilər. Kotana boyunduruq qoşurdular, boyunduruğa özlərini qoşurdular və çayda sürüyürdülər. Axına qarşı gedirdilər. Allahı və Elia görücünü şərəfləndirirdilər: quraqlıq istəmirik, allah, bizə palçıq ver. Şərəflənsin və şərəflənsin, bizim allah şərəflənsin. Taxıl dəninin iri olması üçün, toxumluq buğdaya ceviz qarışdırırdılar. Bu hərəkətlə inanırdılar ki, ceviz taxıl dənələrinin iri olmasına kömək edə bilər. Məhsulun mühafizə olunması zərurəti ilə əlaqədar, Gürcüstanda xüsusi doluya qarşı mübarizə sistemləri yaradılmışdı.

TAPŞIRIQ

7. Bu gün Kaxetinin harasında buğda becərildiyi haqda məlumat axtar tap. 8. Necə fikirləşirsən, Kaxeti üçün təsərrüfatın hansı sahəsi ən perspektivlidir. Bu tarlaçılıq deyil ki? Cavabı əsaslandır. 9. Keçmişdə əkin sahələrini təbii fəlakətin necə qoruyurdular və indi necə qoruyurlar (mənbə 3).

“Delta” – doluya qarşı mübarizə avadanlığı Gürcü ixtiraçıları doluya qarşı səmərəli mübarizə avadanlığı – “Delta” yaratdılar. Əvvəlcə sinoptiklər buludları müşahidə nəticəsində harada və nə zaman dolu gözlənildiyini qeydə alırdılar. Buludları dağıtmaq və dolunun qarşısını almaq üçün həmin bulud istiqamətinə “delta”-dan raketlər atırdılar. Raketlər partladıqdan sonra yüksək temperatur yaranırdı, bu da dolu dənələrini əridir və yağışa Mənbə 3. Doluya qarşı mübarizə avadanlığı çevirirdi. olan “Delta” Kaxetidə

KAXETI

25


KAXETIDƏ HEYVANDARLIQ Bütün Gürcüstanda olduğu kimi heyvandarlıq Kaxetidə də inkişaf etmişdi. Məsələn əvvəllər Kizixi Kambisena adlanırdı, çünki o heyvandarlığın elə bir sahəsinin geniş yayılması ilə əlaqədar idi ki, bu da camışçılıq idi. Kizixidə gürcü mtiulların qış otlaqları da çox idi. Pankisi dərəsi isə donuzçuluqla məşğul idi, buraya payızda Gürcüstanın başqa guşələrindən də donuz gətirirdilər. Halbuki indi təsərrüfatın bu sahəsi orada aparıcı deyildir, çünki orada müsəlman kistlər(çeçen) məskulaşmışlar, bunlara donuz əti yemək qadağan olunmuşdur. Pankisili kistlər Çeçenlər durdzukların nəsilləridirlər. Onlar Şimali Qafqazın yüksək dağlıq kəndlərində yaşayırdılar. Gürcülər ilə onlar arasında çox qədimdən yaxın qarşılıqlı əlaqələr mövcud idi. Məsələn Kartli çarı Parnavazın arvadı durdzuk idi. Qonşu gürcü mtiullar ilə də onların xüsusi qarşılıqlı əlaqələri var idi. 1840- 60-cı illərdə gürcülərdən boşalmış Pankisi dərəsinə torpaq çatışmazlığından narahat olan çeçenlər məskunlaşdılar. Ondan sonra çeçenlər və gürcülər bir-birlərinin yanında dostcasına yaşayırlar. Onların soyadları gürcü soyadlarına bənzəyir və “şvili” sonluğu ilə bitir. Onlar gürcücə danışırlar. Çeçenlərin yaşadıqları kəndlər də Kaxeti kəndlərinə oxşayır. Kaxetililərdən fərqli olaraq, çeçenlər əsasən müsəlmandırlar, halbuki qədim və müasir xalq bayramlarını gürcülərlə birlikdə qeyd edirlər. Mənbə 4. Pankisili qızlar

Pankisi dərəsində yaşayan kistlər əkinçiliklə və heyvandarlıqla məşğul olurlar. Qarğıdalı, buğda, arpa, yulaf becərirlər. Üzümçülük, bostançılıq, meyvəçilik onlarda da məşhurdur. Onlar tuşlardan qoyun pendiri hazırlamağı öyrənmişlər. Daxili sənaye sahələrindən sənətkarlıq, ağacdan qab-qacaq, örtük və çiyinə salınan yapıncılar, papaqlar hazırlamaq inkişaf etmişdir ki, bu da əsasən ailə tələbatlarını ödəmək üçün istifadə edilir. TAPŞIRIQ

10. Pankisili qızın baş örtüyü (mənbə 4) nəyə işarə edir? 11. Sizcə bunlar nədən xəbər verir, pankisililər müsəlman və xalq bayramlarını bir çox hallarda gürcülərlə birlikdə qeyd edirlər? 12. Sənin fikrincə, nəyə görə çeçenlər və gürcülər bir-birilərinin yanında dostluq şəraitində yaşayırlar? 5-ci sinfin dərsliyi “Bizim Gürcüstan” kitabından yadına sal. Tolerantlığa, yəni dözümlülüyə kömək göstərən nədir. 13. Çeçenlərin adət-ənənələri hansı gürcü şairinin yaradıcılığında öz əksini tapmışdı?

26

BIZIM GÜRCÜSTAN 6


KAXETIDƏ SƏNƏTKARLIQ Kaxetidə sənətkarlığın müxtəlif sahələri inkişaf etmişdi. Bu diyar keramika istehsalının mərkəzlərindən biri hesab olunurdu. Bir çox kəndlərdə qab-qacaq hazırlayırdılar. Bir əsr bundan əvvəl Telavidə 60 qab-qacaq hazırlayan yaşayırdı. Xırda qabları, eləcə də kirəmiti və kərpici burada hazırlayırdılar. Hörməli şüşə qabların da müxtəlif növləri burada hazırlanırdı. Olduqca böyük səbətlər hörmək də bilirdilər ki, bu səbətlərdən də dənli bitkiləri saxlamaqda istifadə edirdilər. Dən töküləcək səbət daxildən mütləq peyin və şümşad ağacının qatışığı ilə suvanırdı.

Mənbə 6. Dulusçu, XXI əsrin başlanğıcı Mənbə 5. Dulusçular, XX əsrin başlanğıcı

Kaxetidə nəqliyyat vasitələri Başqa yerlərdə olduğu kimi Kaxetidə də əsas nəqliyyat vasitəsi qədimdə iki təkərli araba olmuşdu. Arabaya, bir qayda olaraq, öküz – camış qoşardılar. Lakin Kaxeti bu cəhətdən orijinal idi- burada çoxlu uzunqulaq(eşşək) saxlayırdılar. Qoyunçuluq üçün eşşək daha lazımlı idi, nəinki at. Çobanın barxanası, xurcunu və başqa şeyləri eşşəyin belinə yüklənirdi. Kizixidə bulaqlar uzaqda idi və su daşımaq üçün eşşəkdən istifadə edirdilər. Hörmə kuzə qablarını eşşəyin belinə qoyur, içərisinə kuzələri yerləşdirirdilər və gəlin suya əksər hallarda belə gedirdi. Eləcə də eşşəyin mövcudluğunu üzüm bağlarının uzaqda olması şərtləndirir. Yol yeməklərinin daşınması və oradan müxtəlif təsərrüfat məhsullarının evə daşınmasında eşşəkdən istifadə edirdilər. Bununla yanaşı, ona az qida lazım gəlir. Kaxetidə Kizixi eşşəklərin çoxluğu ilə seçilirdi. Orada, faktiki olaraq Mənbə 7. Bulağa doğru uzunqulağı olmayan ailə yox idi. TAPŞIRIQ

14. Mənbə 5- i təsvir et. Bu insanlar nə hazırlayırlar. Paltarın hansı detalları onların işinə dəlalət edir? 15. 5 və 6-cı mənbələri müqayisə et. Küpün hazırlanması texnolo­ giyasında hansı oxşarlığı görürsən. Müvafiq nəticə çıxart. KAXETI

27


1.7

KAXETININ XILAS OLMAQ UĞRUNDA MÜBARIZƏSI Xarici amillər Kaxetiyə hansı təsiri göstərmişdir? FEREYDANLI GÜRCÜLƏR Gürcüstanda hamı bilir ki, İranın regionlarının birində – Fereydanda gürcülər yaşayırlar. Fereydanlı gürcülərin əcdadlarını İran şahı 400 il bundan əvvəl zorla yerindən qoparmış və vətəndən uzaqlara sürgün etmişdi. Onlardan bir çoxu yerlilərlə qaynayıb qarışmışdı, lakin Fereydana sürgün olunmuşlar öz köklərini unutmamışlar. Farslar ölkəsinin (bugünkü İranın) hökmdarı Şah Abbasın hücumları nəticəsində Kaxeti faktiki olaraq boşalmışdır. Gürcülər yalnız tək-tük, orda-burda qalmışdırlar. Kaxeti köçəri tayfalarının otlaqlarına çevrilmişdi, üzümlüklər və bağlar doğranmışdı.

Mənbə 1. Şah Abbas

LÜĞƏT

Miqrasiya – ayrı-ayrı şəxslərin yaxud da qrupların öz yaşayış yerlərini dəyişməsi. Mənbə 2. Fereydanlı gürcü uşaqları və qadınları, 1927- ci il

TAPŞIRIQ

1. Necə fikirləşirsən, fereydanlı uşaqların və qadınların geyimlər (mənbə 2) nədən xəbər verir. 2. Sənin fikrincə, fereydanlı gürcülər 400 il müddətində öz milli mənsubiyyətlərini vətəndən uzaqda, İranda (mənbə 3) necə qoruyub saxlaya bilmişlər.

28

BIZIM GÜRCÜSTAN 6

Mənbə 3. Yeddi yaşlı fereydanlı oğlan Tariyel Mulianinin məktubu Uşaqlıq arzuları Mən Tariyeləm. Atam deyir ki bu böyük addır. Atam mənə dedi ki, gürcü öz gürcü dilində yazıb oxumağı bilməlidir. Çətin deyildi ki – öyrəndim. Mən Gürcüstanı çox sevirəm o valehedicidir... Mən oradakı düzənlikləri və camaatı gördüm. Əsgərləri, tankları da gördüm. Mən də əsgər forması geymişdim və Gürcüstanın bayrağını əlimdə tutmuşdum. Məni çox öpdülər... atam deyir: sən də bir gün Gürcüstan əsgəri olmalısan. Sevinirəm ki, gürcüyəm. Həmişə Gürcüstanda olmaq istəyirəm... Müharibə baş verəndə, atam ağladı. Mən və anam da ağladıq. Bilirəm, atam nəyə görə ağlayırdı. Onun ürəyi yanırdı ki, gürcüləri öldürürdülər. O anları heç zaman unutmayacağam, mən Gürcüstanı sevirəm. Tariyel Muliani, 2008-ci il


BAXTRIONI ÜSYANI Gürcüstan Kaxetini itirirdi, lakin gürcülər Kaxetini düşmənlərdən xilas etmək üçün birləşdilər. Üsyanın əsas iştirakçıları dağlılar idilər. Üsyana Bidzina Çoloğaşvili, Şalva və Elizbar Ksani eristavları başçılıq edirdilər. Üsyanın başçılarından biri və təşkilatçısı Tuşzezva Qaprindauli idi. Üsyanın fəal iştirakçıları xevsur Nadir Xoşarauli və pşavlı Qoqolauri idilər. Dağlıların əzmkarlığı qələbə ilə başa çatdı. Düşməni Kaxetidən qovdular. Region məhv olmaqdan xilas edildi. Gürcülərin bu qəhrəmanlığı Baxtrioni üsyanı adı ilə bəllidir. Bu 1659-cu ildə baş verdi. Ancaq Kaxetidə yerli əhalidən çox az bir hissə qalmışdı. Kaxetiyə qalan Gürcüstan kömək əli uzatdı. Orada dağlıların və qərbi Gürcüstan əhalisinin miqrasiyası başlandı. Gürcülərin Kaxetidə məskunlaşması 20-ci əsrin ortalarına qədər davam edirdi. Gürcülər üsyanın başçılarına, nəsillər tərəfindən pak elan olunmuş Bidzina Çoloğaşvilinin, Şalva və Elizbar Ksani eristavlarının Axalqoridə heykəlini ucaltmışlar. Bu gün Gürcüstan əhalisi həmin abidəni görmək imkanından məhrumdur, çünki Axalqori 2008-ci ildən Rusiya tərəfindən işğal olunmuşdu. Ona görə keçmiş Ksani Eristavlığından və Şida Kartlinin başqa dərələrindən gürcülər qovulmuşlar.

Mənbə 4. Bidzina Çoloğaşvili və Şalva və Elizbar Ksani Eristavları

TAPŞIRIQ

Mənbə 5. Fars tarixçisi İsgəndər Münşi Şah Abbasın Kaxetiyə hücumlarından sonra yazmışdır: “Gürcü əhalisindən o regionda (Kaxetini nəzərdə tutur – Müəll.) heç kəs qalmamışdı... Əhalinin iyi də qalmamışdı... belə bir ölkə, hansı ki, hər il saysız- hesabsız mənfəət və məhsul verirdi, dağıdılmış və torpaq yerlə yeksan edilmişdir”.

Mənbə 6. Gürcü alimi Niko Berdzenişvili Kaxetidə əhalinin tərkibinin dəyişməsi barədə “Bizim dövrün Kaxetisində, məsələn, az bir kimsələr qədim Kaxeti və Heretinin nəsilindəndir... Bizim dövrün kaxetilisinin qədim Kaxeti və Hereti ilə çox az bir ümumiliyi vardır”.

3. Necə fikirləşirsən, gürcülər Baxtrioni üsyanında nə üçün qalib gəldilər? 4. Fars tarixçisi İsgəndər Münşi (mənbə 5) Şah Abbasın hücumlarından sonra Kaxetidə yaranmış vəziyyəti necə qiymətləndirir? 5. Gürcü alimi Kaxeti əhalisi barədə nə yazır(mənbə 6)? 6. Müxtəlif dövrlərdə Gürcüstanda əhalinin dəyişməsinə nə səbəb olurdu?

TAPŞIRIQ

7. Qədimdə və müasir Gürcüstanda sənə məlum olan miqrasiya prosesləri hallarını sadala. 8. Əhalinin miqrasiyasına hansı amillər səbəb olurdu və indidə səbəb olur?

KAXETI

29


1.8

KAXETI TƏBİƏTİNİN GƏZMƏLİ-GÖRMƏLİ Kaxetidə təbiətin hansı gəzməli-görməli cəhətləri vardır?

LÜĞƏT

Kanyon – dərin dar dərə.

Kaxeti təbii gəzməli-görməi yerlərlə zəngindir. Orada bir neçə mühafizə olunan ərazi vardır. Kizixidə, İro yaylasında Vaşlovani mühafizə olunan ərazisi vardır. Vaşlovaniyə gedən yolda, Pandişara dərəsində, dərin və olduqca gözəl kanyon vardır. Dərənin hər iki tərəfində qala divarlarına bənzər şaquli qayalıqlar ucalmışdır, bu sıldırımlarda çoxlu sayda qaranquş yuva salmışdı. Ona görə də bu yeri camaat “qaranquşlar şəhəri” adlandırır. Ancaq qaranquşların yuvalarına erkən yazda sərçələr sahiblik edirlər, isti ölkələrdən qayıdıb gələn qaranquşlar isə “şəhəri” qaytarmaq üçün mübarizə aparmalı olur.

Mənbə 1. Vaşlovaninin mühafizə edilən ərazisindən bir görüntü

Mənbə 2. “Qaranquşlar şəhəri”

Mənbə 3. Palçıq vulkanları, Vaşlovaninin qorunan ərazisi

Oradan o qədər də uzaq olmayan yerdə cənublu filin daşlaşmış sümükləri tapılmışdır, bunlardan ən böyüyünün ölçüsü 87 sm-dir ki, bununla da milyon illər bundan əvvəlki məməli heyvanların nə qədər nəhəng ölçülü olduqları müəyyən edilir.

30

BIZIM GÜRCÜSTAN 6


Kaxetidə şəlalələr də vardır. Onlar Laqodexi qoruğunda yerləşir. Onlardan birinin – Ninoxevi şəlaləsinin hündürlüyü 45 m-dir. Olduqca gözəl şəlaləyə aparan yolda yolçular cüyür, maral, çöl donuzu və yırtıcı quşlara da rast gələ bilərlər. Laqodexinin Alp zonasında isə buradakı landşaft üçün adi olan böyük qara qayalar gölü yerləşir.

Mənbə 5. Ninoxevi şəlaləsi, Laqodexi qoruğu

Mənbə 4. Qara qayalar gölü, Laqodexi qoruğu

Badzara qoruğu Pankisi dərəsində yerləşir, burada floranın nadir növü – qaraçöhrə (utxovari) ağacları mühafizə olunur. Yerli sakinlər burada mövcud olan ən yaşlı qaraçöhrə ağacını “Patriarx ağac” adlandırırlar. Onun yaşı 1800 ildir. Əfsanəyə əsasən, camaat Çariça Tamaranın yanına adam göndərirlər ki, utxovari ağacını kəsmək üçün ondan icazə alsın, çariça isə bildirir ki, məndən bunu xahiş etmə, bundan sonra həmin ağacı “xahişolunmaz” adlandırırlar.

Mənbə 6. Badzari qoruğunda utxovari ağacları TAPŞIRIQ

1. Yadına sal, qoruğun hansı təyinatı vardır. 2. Kaxetidə hansı qoruqlar yerləşir? 3. Sənin guşəndə hansı qoruq vardır? 4. Kaxetinin qoruqlarında təbiətin hansı möcüzələri mövcuddur? 5. Mülahizə yürüdün, insanın hansı bir fəaliyyəti təbiətə problem yarada bilər. KAXETI

31


NƏ BİLİRƏM VƏ NƏ BACARARAM 1. Kaxeti Gürcüstanda üzümçülüyün əsas mərkəzidir. Keçmişdə burada tənəyin ən çox növü yayılmışdı, son dövrlərdə isə üzümlüklərdə yalnız bir neçə sort qalmışdı. • Sinif yoldaşların ilə birlikdə, tənəyin qədim növlərin • • • •

məşhurlaşdırılması məqsədi ilə layihə hazırla. İstifadə olunmasına əsasən üzümü üç hissəyə böl. Hər qrup üçün üç növ tənək növünü axtarıb tap. Onlar barədə məlumat kitabçası hazırla. Kitabçanın dizaynının yaradılmasında valideynlərindən və yaxud sənin kompüter texnologiyaları müəllimindən kömək istə. Kitabçanın məzmunu üçün 1-ci və 2-ci mənbələrdən istifadə edə bilərsən.

Dəftərdə cədvəl doldur: “ Müxtəlif məqsədlərlə istifadə etmək üçün üzüm növləri”. Cədvəl: Müxtəlif məqsədlərlə istifadə etmək üçün üzüm sortları Yemək üçün (süfrə üzümü)

Şərablıq üzüm 1) 2) 3)

1) 2) 3)

Mənbə 1. Reklam kitabçası

32

BIZIM GÜRCÜSTAN 6

Sucuqluq üzüm 1) 2) 3)


Üzüm sortu

Rkasiteli

Əsas yayılma arealı

Şərqi Gürcüstan – Kaxeti

Yayılmanın ümumi sahəsi

16 000 hektar. O cümlədən, Kaxetidə 13 000 hektar

İstifadə olunmasının əsas sahəsi

Şərabçılıq. Ondan ağ quru şərab düzəldilir

Üstünlükləri və çatışmazlıqları

Əlavə məlumat

Mənbə 2. Rkasiteli sortlu üzüm barədə məlumat

Rkasiteli özünün yüksək məhsuldarlığı, xəstəliklərə münasibətdə dözümlülüyü, şaxtaya davamlılığı ilə seçilir. Onun ən zəif cəhəti budur ki, bu tənəyi dərmanlamaq lazımdır və “kül” xəstəliyinə çətin dözür.

• Kitabçanı hazırladıqdan sonra onu sosial şəbəkələrin vasitəsi

ilə yay. Diqqət yetir, bir həftə ərzində cəmiyyət hansı üzüm növü ilə daha çox maraqlandı və nəyə görə?

• Sənin

hazırladığın məlumat kitabçası barədə şərhlərlə tanış ol, öyrən onlar nə qədər tükənməz idi və yenidən düzəltsəydin, hansı məlumatları əlavə edərdin və yaxud kitabçadan çıxarardın?

• Reytinq

siyahısı düzəlt, hansı növün daha çox dəstək topladığını müəyyənləşdir.

• Sənin hazırladığın kitabçanı və keçirilmiş tədqiqatı Kaxetidə

fəaliyyət göstərən şərab sənayesi şirkətlərinə göndər. Onlara təklif elə, sizin sinfin adına, özlərinin təsərrüfatlarında bir neçə dib tənək basdırsınlar.

2. “Ətraf mühiti mühafizə edin” a) İnternetdə Kaxetidə mövcud olan hər hansı bir qoruq barədə məlumat axtarıb tap. b) PPT- də orada mühafizə olunan nadir bitkilər və heyvanlar barədə təqdimat hazırlayın. c) “Ətraf mühiti mühafizə edək!” şüarı altında plakat çəkin. d) Sinifdə ətraf mühiti mühafizə məsələlərinə həsr olunmuş sərgi təşkil edin.

KAXETI

33


FƏSIL 2. r

m. myinvarwveri 5033

stefanwmin sioni ! ! ketrisi x e! v

T

er

kobi

BIZIM GÜRCÜSTAN 6

jvris uR

! gudaur

268

a

34

e

gi

2384

Bu fəsildə şərqi Gürcüstanın dağlıq hissəsini – Tuşetini, Pşavı, Xevsuretini, Mtiuletini, Xevini, Qudamağaronu və Erdzo-Tianetini öyrənəcəksən; orada yayılmış ənənələr və deyimlər barədə məlumat alacaqsan; biləcəksən, ki bu tarixi – etnoqrafik guşələr bir-birilərinə nə ilə bənzəyirlər və nə ilə fərqlənirlər. Bu fərqlərə nə səbəb olmuşdu; onun təbiətini, yaşayış məntəqələrinin formalarını və yaşayış evlərini öyrənəcəksən; dağın turistlik potensialını və son zamanlardakı dəyişikliklərini qiymətləndirəcəksən; dağın keçmişi barədə maraqlı tarixi faktlarla tanış olacaqsan; Gürcüstanın dağlıq guşələrinin vahid Gürcüstan çarlığı uğurunda mübarizədə necə iştirak etdiyini və hansı rolu oynadığını biləcəksən; keçmişdə orada mövcud olan təsərrüfat məşğuliyyətlərini bu gün mövcud olan vəziyyətlə müqayisə edəcəksən; biləcəksən ki dağlıların məişəti və mədəniyyətinin hansı özünəməxsusluqları var idi.

e

s

Crdilo oseTi

q

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

u

m. mujuxi

r


T

e

i

s

f

inguSeTi

r

e

i

d

i

kobi

arR

yazbegis erovnuli ! m. myinvarwveri 5033 r parki 4451 m. a ! stefanwminda . CeCneTi gi c sioni ! !

e

!

! muco

er

e

m. martinismTa

e v s u r r e T i gudani ! a roSka

i

3990 x m. maxismaRali m. Wauxi 3842 ! Satili !

ingu

Crdilo oseTi

4493 m. tebulosketrisi mTa

x

q

em. ! Sani v

i

T

yazbegis 3898 iri 5033serovnuli m. Sani m. martinismTa 3990 parki 4451 m. maxismaRali f guSeTi Satili ! e ! fanwminda . d un sioni 3898!

T

e

s

u

ie

!

v

i

m. komitokobi

a

m. Wau

i

4261 2676 CeCneTi un 2347 Tisala ! girevi 4285 i uR. daTvisjvrisRele q i ! za r gudamayris uR. i jvris uR. 234 p n gudauri muco m. amugo 4493 i 2384 m. diklosmTa gudamayri x e v s u r e T i # m. tebulos mTa 3840 gudauri auxi 3842 gudamayari # gudani ! u S e ! T i m.T komito ! TuSeTis m. didi borbalo roSka 4261 2676 gudamayar diklo ! 3294 2347 2684 erovnuli 4285 iTiisala ! girevi uR. daTvisjvrisRele q f S a v i za ris uR. juxi pir ni m. amugo parki omalo ! m. WiCo 2684 m. diklosmTa # 3840 3076 ! m. mujuxi # ari T u S e T i fasanauri m. didi borbalo ! Cargali TuSeTis

c

arR

vris uR.

i

3294

io ri

3076 2496

e

r 3578 inguSeTi m. Savi klde

T

i

! .

x

pirobiTi aRniSvnebi

dasaxlebuli punqtebi

! .

x

i

i #

! !

sionis wyalsc.

municipalitetis centri sxva dasaxlebuli punqti kurorti

gzebi

a

io ri

l

sionis wyalsc.

3578 inguSeTi m. Savi klde

avtomagistrali gzatkecili

sazRvrebi

k 0

i

10 km

saxelmwifos istoriul-geografiuli provinciis daculi teritoriis

hidrografia

k

i

10 km

mdinare

CanCqeri

l

io ri

0

fasanauri

T

T

io ri

T

TianeTi

! .

# TianeTi

e r w o - i a n e

m. gareja

!

T

T

! Cargali

diklo ! erovnuli m. gareja parki omalo !

e

m. WiCo

! maRaroskari

2496

v ! maRaroskari i

i

a

e r w o - i a n e

r

S

a

fS avi s a ragv i

f

a

fS avi s a ragv i

a

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili

35


2.1

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HİSSƏSİNİN COĞRAFI YERLƏŞMƏSI VƏ TƏBIƏTI Şərqi Gürcüstanın dağlıq hissəsinin coğrafi şəraiti necədir?

TAPŞIRIQ

1. Xəritənin köməyi ilə (səh. 6-7) müəyyənləşdir, şərqi Gürcüstanın dağlıq hissəsindən hansı çaylar axır. Onlardan hansı Qafqaz sıra dağlarının cənubundan və hansı şimalından axır?

Şərqi Gürcüstanın dağlıq hissəsi, əsasən, Qafqazın başlıca su ayırıcı silsiləsi boyunca yerləşir. Ərazinin böyük hissəsi dərin dərələrlə hissələrə bölünmüşdü, çaylar isə öz mənbəyini Qafqazın dağlıq hissəsinin dağlarından alır. Şərqi Gürcüstanın dağlıq hissələrində bol qarlı zirvələr, uca qayalıqlar, meşə massivləri, Alp çəmənlikləri (otlaqları) çoxdur. Orada ən uca dağ Mğinvardzveridir (buzlu zirvədir) onun hündürlüyü dəniz səviyyəsindən 5048 m-dir. Yerli gürcü dağlıları onu “Xevinin gəlini” adlandırırlar. Hava açıq olanda bu zirvə Tbilisidən də yaxşı görünür. Buzlu zirvəni fəth etməyi nəinki təkcə alpinistlər, eləcə də müvafiq fiziki göstəricilərə malik insanlar da bacara bilərlər.

Mənbə 1. Buzlu zirvə və müqəddəs Qerqeti kilsəsi, bu kilsə Mənbə 2. “Roşki qayaları” Roşki kəndinin Çar Giorgi Brdzinğvalinin əmri ilə tikilmişdi fonunda

TAPŞIRIQ

2. Mənbə 1-in və xəritənin(səh. 6-7) köməyi ilə ehtimal yürüt Qerqetinin müqəddəs Qerqeti kilsəsi hansı guşədə yerləşir?

36

BIZIM GÜRCÜSTAN 6

Dağda əhəmiyyətli və öz gözəliyi ilə seçilən çoxlu yerlər vardır. Belə yerlərdən biri Aşağı Pasanauri yaxınlığında yerləşir, Ağ və Qara Araqvi bir-birinə məhz burada birləşir. Ona görə də Şərqi Gürcüstanın dağlıq hissəsi çoxlu turist, alpinist və təbiət vurğunlarını cəlb edir. Xevsuretidə, Roşkisdzğalinin yuxarı hissəsində mövcud olan “Roşki qayaları” öz əhəmiyyətinə görə fərqlənir. Roşki kəndindəki iki nəhəng qaya ona tamaşa edənlərin təəccübünə səbəb olur. Təbiətin bu möcüzəsi “Boylanan daşlar” adlandırılır, hansılar ki dünyada mövcud olan analoji qayalardan biridir. Onlardan birinin uzunluğu 22 metrdir, eni isə – 13 metr və hündürlüyü 10 metrdir.


Roşki kəndi yaxınlığında Abudelauri üç gölü yerləşir. Birbirinə yaxın yerləşən bu göllər müxtəlif görünüşlüdür: yaşıl, mavi və ağ. Göllərdən yeraltı keçidlə su axınları gedir, bu isə Abudelauri çayını yaradır. Şərqi Gürcüstanın dağlıq hissəsində başqa göllər də vardır. Dəniz səviyyəsindən ən hündür yerdə yerləşən Arçvebi gölü Xevidə yerləşir. Qış kurortu Qudauri də bu dağlıq hissədədir, burada hər il çoxlu gürcü və xarici dağ xizək turistləri qonaq olur.

TAPŞIRIQ

3. Abudelauri göllərinə və Roşki qayalarına baxmaq üçün yürüş planlaşdır. Yürüşün təşkilində sənə yerli kəndlərdən olan həm yaşıdın sənə göstərə bilər. Onu internet ilə axtar tap və yürüş ilə əlaqədar ondan məsləhət al. 4. Necə fikirləşirsən, buzlu zirvəni fəth etmək üçün hansı fiziki göstəricilər lazımdır. Bu göstəricilərə nail olmaq üçün hansı həyat qaydalarına riayət etməlisən?

Mənbə 3. Qudauri

Ağ və Qara Araqvi barədə əfsanə Bir zamanlar Qafqaz sıra dağlarının ən yüksək dağında iki çox gözəl qız yaşayırdı və onlardan biri – sarışın – ikincisi isə – qarabuğdayı idi. Bacıların taleyi elə gətirir ki, onların hər ikisi bir padşah oğlunu sevir. Şahzadə isə seçimini sarışın qızda saxlayır. Qarabuğdayı qız bunu eşidən kimi, uçurumun kənarında oturur, gecə-gündüz ağlayır və onun yaşlarından toplanmış sudan çay – Qara Araqvi yaranır, sonra özünü də uçuruma atır. O biri bacı istəkli bacısının ölüm xəbərini eşidən zaman, o özü də qarşı sahildə oturur, o qədər ağlayır ki, onun yaşının axınından çay yaranır Ağ Araqvi. Sarışın bacı da özünü çayda boğur. Bacılar bir-birilərini o qədər çox istəyirdilər ki, biri digərindən ayrı dura bilmirdi və iki Araqvi də Pasanauri yaxınlığında bir-birinə qarışır. İki Araqvi arasında uzanıb gedən dağa yerlilər hökmdarın şahzadəsi adlandırırlar.

Mənbə 4. Ağ və Qara Araqvilərin birləşdiyi yer

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

37


2.2

DAĞI N TARIXI-ETNOQRAFIK GUŞƏLƏRI Şərqi Gürcüstanın dağlıq hissəsi nəyə görə tarixi-etnoqrafik guşələrə bölünür? Şərqi Gürcüstanın dağlıq hissəsində bir neçə tarixi etnoqrafik guşə vardır. Bunlar aşağıdakılardır: Xevsureti, Pşavi, Tuşeti, Xevi, Mtiuleti, Qudamağari və Erdzo-Tianeti. Bu guşələrdən başqa, Şərqi Gürcüstanın dağlıq hissəsi Şida Kartlinin, Ksani və Liaxvi dərələrinin yuxarı axınlarını da də əhatə edir. Şərqi Gürcüstanın dağlıq regionlarının bir hissəsi Qafqaz sıra dağlarının əsas su ayırıcı aşırımının cənubunda yerləşir, bir hissəsi isə şimalında. O ki, qaldı Xevsuretiyə, o aşırımın hər iki tərəfinə yayılmışdır. Ona görə də onu o tərəf (pirikita) və bu tərəf (piraketa) Xevsuretiyə ayırırlar. TAPŞIRIQ

1. Xəritənin (səh. 8-9) köməyi ilə Şərqi Gürcüstanın dağlıq hissəsinin tarixi etnoqrafik guşələrinin coğrafi yerləşmələrini və qonşularını sadala. 2. Mənbələr 2 və 3-ü bir-biri ilə müqayisə et. XIX və XXI əsrlərin Rusiya-Gürcüstan sərhədləri arasında hansı fərqləri görürsən: tikililər, yol və s. bu fərqləri izah etməyə çalış.

Mənbə 1. Xevsuretinin qala-kəndi Şatili

Mənbə 2. Darial dərəsi XIX əsrdə: yuxarıda Tamara qalası, aşağıda Rus qalaistehkamı. Darial dərəsi Rusiya ilə Gürcüstan arasında sərhəd rolunu oynayır.

38

BIZIM GÜRCÜSTAN 6

Mənbə 3. Darial dərəsi: Rusiya-Gürcüstanın Larsi sərhədburaxılış məntəqəsi

Dağda mövcud olan tarixi-etnoqrafik guşələr az ərazi tutur və orada arana nisbətən çox az əhali yaşayır. Dağda guşələrin formalaşmasının səbəbi vardır. Dərin dərələrdə yaşayan dağlıları bir-birindən uca dağlar ayırırdı ki bu da onlar arasında əlaqəni mürəkkəbləşdirirdi. Bu müxtəlif dərələrin əhalisinin adət-ənənələrinə və yaşayış tərzinə azacıq fərqlər gətirmişdir.


Doğrudur, Şərqi Gürcüstanın dağlıq hissəsində yaşayış məskənlərinin formaları, təsərrüfat məişətləri, gündəlik həyat tərzi, adət-ənənələri bir-birinə oxşardır, lakin hər bir guşənin yenə də xarakterik əlamətləri vardır. Pşavlar rəvan və dostluq xasiyyətləri ilə, şifahi uzlaşmanın yüksək səviyyəsi ilə seçilirlər. Aşiqanə poeziya və Pşav qafiyələnməsi məşhurdur ki, bu da bədahətən yeni düşünülmüş şeirlərin söylənməsi deməkdir. Xevsurlar həmişə igidlik və döyüş sənətinin yüksək ustalığı ilə seçilirdilər. Onlar həm də yaxşı təbib idilər. Keçmişdə orada baş kəlləsinin mürəkkəb əməliyyatlarını aparırdılar. Xevsuretidə qəhrəmanlıq poeziyası da yayılmışdır. Tuşlar xüsusi ilə döyüş qabiliyyətləri ilə seçilirlər. Digər dağlılarla birlikdə onlar Baxtrioni üsyanında və Kaxetinin köçəri tayfalardan azad edilməsində böyük rol oynamışlar. Tuşeti Gürcüstanda heyvandarlığın əsas mərkəzidir. TAPŞIRIQ

Mənbə 4. Tuşetidə qoyun sürüsü

Şimali Qafqaza gedən əsas yollardan biri- Darial dərəsində, Xevidə yerləşir. Dağın başqa guşələrindən fərqli olaraq, Xevidə moxevelər lap qədimdən mərkəzi hakimiyyətə tabe olurdular. Orada xristianlıq lap erkən vaxtdan yayılmışdı. Moxevelərin əsas qayğısı Darial qapısını müdafiə etmək idi. Bu məqsədlə Gürcüstanın sərhədi yaxınlığında Çariça Tamara qala ucaltmışdı, ondan bir az əvvəl isə Vaxtanq Qorqasali. Mtiuleti və Qudamağari arana ən yaxın yerləşən ərazilərdir. Bu amil əhaliyə Kartlidə müxtəlif xırda-para mallarla ticarət etməyə imkan verirdi. Mtiullar buynuz və yunun emalında püxtələşmişdir, çətənədən kəndir burmaq bacarırdılar. Qudamağari dəbilqələrin və nizə-qalxan istehsalında məşhur idilər. Arana yaxın olduğuna görə Mtiuletidə xristianlıq erkən yayılmışdı.

3. Pşavların və xevsurların poeziyası bir-birindən nəyə görə fərqlənir? Necə fikirləşirsən, xarici faktor və coğrafi yerləşmə bu fakta necə təsir göstərmişdi? 4. Mənbə 1-in köməyi ilə mülahizə yürüt təsərrüfatın hansı sahəsi Xevsuretidə daha çox inkişaf etmişdi və nəyə görə? 5. Mənbə 4-ün köməyi ilə müəyyənləşdir, verilmiş illüstrasiyada hansı proses əks olunmuşdu? 6. Mənbə 4-də hansı çay əks edilmişdi?

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

39


2.3

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSINDƏ DINI INAM VƏ MƏZHƏB

Şərqi Gürcüstanın dağlıq hissəsinin tarixi etnoqrafik guşələrinin tarixində din hansı rolu oynamışdı?

TAPŞIRIQ

1. Necə fikirləşirsən, Pxovi nə üçün iki hissəyə bölünmüşdü? Pxovinin bir hissəsində xristianlığın yayılması bu fakta necə təsir göstərmişdi? 2. Xəritədən istifadə etməklə (səh. 8-9) müəyyənləşdir, Pşavi Pxovinin hansı hissəsində yerləşirdi?

Dağ əhalisində, ənənələrin və qədim dövrdən formalaşmış adət-qaydalar üzündən, yeniliklər ağır yayılırdı. Ona görə də IV əsrdə Gürcüstanda xristianlıq yayılan zaman, dağlılar yeni dini qəbul etmədilər. Bu dinə qarşı müqavimət sonrakı əsrlərdə də davam edirdi və dağa yeni dinin daxil olması yalnız XIII əsrdə mümkün ola bildi. O zaman Pxovinin cənub hissəsində xalq çar iradəsinə təslim oldu və yeni dini qəbul etdi. Əhalinin bir hissəsi, Qafqaz sıra dağlarının o tərəfinə və çətin gedilən yerlərə, Tuşetiyə qaçdı və orada köhnə dini qoruyub saxladı. Pxovinin şimal hissəsində isə qarşıdurma davam etdi və xristianlıq yalnız sonrakı əsrlərdə, müəyyən vaxt ərzində yayıldı. XIII əsrə qədər Pşavi və Xevsureti ayrı-ayrılıqda mövcud deyildi. Onlar vahid

Lomisa barədə əfsanə Bir çox əsrlər bundan əvvəl düşmən Araqvi dərəsinə basqın etdi və 7 000 araqvilini əsir aldı. Əsirlər özləri ilə Mtiuletinin əsas inancını – Qzovani müqəddəs Giorgi xaçını – aparmışdılar. Deyilənlərə görə, xaç (ikona) düşmənə böyük ziyan vurur. Onların ölkəsində heç nə, hətta insanlar belə çoxalmırmış. Düşmən əsirləri və ikonanı Gürcüstana qaytarmalı oldu. İkona ağ öküzün buynuzunda oturdu və Gürcüstana doğru bu cür gəldi. Yol boyu, harada ki, öküz dincəlirdi, insanlar hər yerdə qurdu. Geriyə qayıtmış öküz bir dar cığıra düşdü, Ksani və Araqvi dərələrinin suayırıcı aşırımına gəlib çatdı və orada nəfəsi kəsilmiş halda yerə sərildi. İkona da elə oradaca uçdu. Bu dağın zirvəsindən Araqviyə qədər camaat zəncir kimi bir-birinə qoşuldu və məbəd inşa etdi. Öküzün adı Loma olduğundan ibadətgaha da Lomisanın Müqəddəs Giorgi məbədi adını verdilər. Bundan sonra əsir düşmüşlər Araqvi dərəsinə səpələndilər və minnətdarlıq əlaməti olaraq Müqəddəs Giorginin adına kilsələr tikdilər.

Mənbə 1. Lomisoba bayramı

40

BIZIM GÜRCÜSTAN 6


regionun – Pxovinin iki hissəyə Bölünməsindən sonra yaranmışdı. Dağda xristianlığın yayılmasını orada mövcud olan kilsələr də təsdiq edir: Xevidə müqəddəs Qerqeti və Sioni, Mtiulitidə Xada Koroğlu memarlıq kompleksi və Lomisa müqəddəs Giorgi məbədi. Eləcə də, demək olar ki, bütün kəndlərdə balaca –balaca kilsələrin qalıqları mövcuddur. Pşavidə, Xevsuretidə və Tuşetidə ibadət yerlərini kilsələr deyil, əksinə “ pərəstiş abidəsi” təmsil edir, burada şamlar yandırır və dini ayinləri icra edirlər. “Pərəstiş abidəsi”-ni dağlılar xaç və ikona adlandırırdılar. Bütün Gürcüstanda bu sözlər xristian rəmzlərini əks etdirən sözlərdir, necə ki aranda kilsə – monastırlarən, dağda isə onların məhz bu cür funksiyaları vardır . İkonalı xaçlar əsasən kiçik ölçülü sadə əşyalardır. Dağda Allaha və müqəddəslərə yönəldilmiş duaları və hərəkətləri xevisberilər icra edirdilər. Ancaq onlar tərəfindən səsləndirilən bütün dualar adi xristian mətni idi, bunlar isə şifahi yolla bir xevisberidən digərinə ötürülürdü. Alimlər dağlıların bu cür dini – məzhəblərini və icra etdikləri mərasimləri “xalqlaşdırılmış xristianlıq” adlandırırlar. Bunda qədim din məzhəblərin qalıqları qorunub saxlanmışdı. Bayrama əhali xaç-ikona, əsasən, qoyun və öküz qurban edirdi. Kətələrin bişirilməsi də mütləq idi. Uşaqları ilk dəfə ikonaya apararkən xaça çəkmək kimi mərasimi icra edirdilər. Bu mərasim ikonaya aparmaq adlandırılırdı. Bu gün dağ əhalisinin böyük əksəriyyəti bayramlara yenə də xaç-ikonalarla gedirlər, lakin bu dəfə əcdadlara hörmət əlaməti olaraq, ənənələrə görə.

Mənbə 3. İbadətə gedən yolda Tuşların dincəlməsi

Mənbə 2. Laşari xaçı – birləşdirici ibadət yeri. Həm dağın, həmdə aranın əhalisi ona ibarət edir. Bu ibadətgahın camaxatanları Kaxetidə də çoxdur ki, bu da dağlıların oraya köçmələrinin bir nişanəsidir.

TAPŞIRIQ

3. Xevidə və Mtiuletidə xristianlığın geniş yayılmasına nə səbəb oldu, başqa guşələrdə isə - yox? 4. Tuşların paltarlarını təsvir et. Tuş qadınlarının qiyafəsi (xarici görünüşü) nə ilə fərqlənir (mənbə 3) ? 5. Müəyyənləşdir, sənin sinif yoldaşların hansı dinin nümayəndələridir. Müəyyənləşdir, onların dini bayramları nə zamandır və aşağıdakı mövzuda təqdimat hazırla və təqdim et: müxtəlif dinlərin nümayəndələrini birləşdirən nədir.

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

41


2.4

DAĞLIQ GUŞƏLƏRIN GÜRCÜSTAN DÖVLƏTINDƏ YERI Dağlıq Gürcüstan üçün hansı funksiyanı yerinə yetirirdi? Qədim gürcü dövlətləri – Kolxeti (Eqrisi) və İberiya (Kartli) knyazlıqları b.e.ə. VI və IV əsrlərdə yaranmışdır. Dövlətin yaranması ictimaiyyətin təbəqələrə ayrılmasını da nəzərdə tuturdu. Dövlətin başında çar dururdu. Yuxarı təbəqəni – tavadlar və aznaurlar təmsil edirdilər, aşağı təbəqə isə kəndlilərdən ibarət idi. Əhalinin əsas hissəsi aşağı təbəqə idi. Onların vəzifəsi kənd təsərrüfatı məhsullarını becərməkdən ibarət idi. Onlar yuxarı təbəqəyə tabe olurdular. Bütün bunlar aran Gürcüstanı üçün xarakterik idi. Dağ ictimaiyyətində təbəqələrə ayrılma olmamışdı. Dağlıların ağaları(tavadlar və aznaurlar) yox imiş. Kəndin və icmanın zəruri məsələləri icma qurultayında və ikonalar bayramı zamanı müzakirə olunurdu. Dağda icmanın başçısı xevisberi idi. O, ümumi hakimiyyəti və dini icmanı da təmsil edirdi.

TAPŞIRIQ

1. Baxtrioni üsyanını yadına sal, üsyan zamanı özünün şücaəti ilə seçilən mtiulların adlarını xatırla. 2. Aran ilə dağ ictimaiyyəti nə ilə fərqlənirdi? 3. Mənbə 1-i təsvir et. Sənin fikrincə, şəkildə əks olunan insanlar kimlərdir. Mənbə 1. Xevi məhkəməsi (“xevisberi Qoça” tamaşasından səhnə)

Dağlılar çar sarayına tabe olurdular. Onların əsas vəzifəsi ölkənin sərhədlərini müdafiə etmək idi. Şimalda yaşayan müxtəlif tayfalar tez-tez yüksək dağları aşmağa cəhd göstərirdilər. Bizim əcdadlarımızın düşmənləri cənubdan da heç zaman əksik olmamışdı Bu halda da onlar ölkənin fəal müdafiəçiləri idilər. Çarın mühafizəsinin şəxsi məiyyətini həmişə dağlılar təşkil edirdilər. Öz növbəsində, gürcü çarları da arana gedərkən dağlılara müəyyən imtiyazlar verirdilər. Onlar öz qoyun sürülərini aranda, qış otlaqlarında sərbəst otarırdılar.

42

BIZIM GÜRCÜSTAN 6


Mənbə 2. Dağlı döyüşçülər

Eləcə də Kaxetidə və Kartlidə icarəyə götürmüşdülər, buradan əldə olunan şərabı dağa aparırdılar və əsasən dini mərasimlərdə – İkona günlərində içirdilər. Dağ əhalisinin, aran əhalisinə nisbətən, çar tərəfindən daha çox azadlığı var idi. Dağda çarın hüququ prosesləri yayılmırdı və münaqişəli məsələləri yerində Ağsaqqallar Şurası həll edirdi. Dağın yazılmamış qanunları əqli və ictimai normalardan irəli gəlirdi. Belə qanunlara Adət hüququ deyilirdi. Adət hüququ müqəssirə münasibətdə kəskin və ədalətli idi. Cəzanın ali ölçüsü isə ölümlə cəzalandırmaq deyil, əksinə icmadan qovulmaq təşkil edirdi. Tuşetidə, Dartlo kəndində, harada ki ağsaqqallar toplaşırdılar və adət hüququna əsasən təqsirkarı mühakimə edirdilər, o yer bu günə qədər qalmışdı. Ağsaqqallar Şurasında 12 iclasçı olurdu. Onlar daş stullarda otururdular və şuranın mərkəzində dizə çökmüş müqəssirin və ittihamçının sözlərini dinləyirdilər. Deyilənlərə görə, XIX əsrdə Dartlo şurasına ağlına və ədalətə görə məşhurlaşmış bir qadın rəhbərlik edirdi.

TAPŞIRIQ

4. Necə fikirləşirsən, icmadan qovulmaq dağlı üçün nə demək idi. 5. Sənin fikrincə, çar dağın əhalisinə nə üçün belə artırılmış hüquqlar vermişdi. 6. Yadına sal, qadınlar dağda hansı işlər ilə məşğul olurdular. 7. Necə fikirləşirsən, necə oldu ki qadın Dartlo Ağsaqqallar Şurasının başında dura bildi. Mənbə 3. Dartlo Ağsaqqallar Şurasının toplaşdığı yer ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

43


2.5

MƏSKUNLAŞMA TIPLƏRI VƏ ƏSAS TƏSƏRRÜFAT MƏŞĞULİYYƏTİ

Təbii şəraitlərin Şərqi Gürcüstanın dağlıq hissəsində məskunlaşma tiplərə və təsərrüfat işlərinə hansı təsiri var idi? DAĞDA YAŞAYIŞ MƏSKƏNLƏRININ TIPI Şərqi Gürcüstanın dağlıq hissəsinin bütün guşələrində yaşayış məskənləri bir-birindən o qədərdə fərqlənmirdi. Bütün kəndlər dərədə elə yerləşirdi ki, insan yaxınlaşmayınca heç tərəfdən göz qoya bilmirdi.

Mənbə 1. Xada dərəsində kənd xarabalıqları

TAPŞIRIQ

1. Keçilmiş dərsləri yadına sal və xəritənin (səh. 3435) köməyi ilə mülahizə yürüt, Mtiuletidə, Xevidə, Xevsuretidə və Tuşetidə qüllələri nə üçün inşa edirdilər. 2. Sənin fikrincə, Xada dərəsində (mənbə 1) kəndin qoyub gedilməsinin səbəbi nə ola bilərdi. Əgər bu kənddə yaşasaydın, orada qalardınmı? Cavabı əsaslandır. 3. Mülahizə yürüt, xevsurlar kəndləri nəyə görə qayalıqlarda və yüksək təpəlik yerlərdə (mənbə 2) tikirdilər.

44

BIZIM GÜRCÜSTAN 6

Mənbə 2. Mutso qala-şəhəri

Xevsuretinin Şatili və Mutso kəndləri, onların həyat tərzi ilə əlaqədar qala-istehkama çevrilmişdi. Burada demək olar ki, bütün kəndlərdə döyüş qüllələri inşa edilmişdir. Belə ki, kənd özünümüdafiə üçün həmişə hazır idi. Bayıra çıxmadan kəndi dolanmaq mümkün idi. Əsasən, dörd mərtəbəli əhəng daşı ilə tikilmiş yaşayış binası idi, bunlar daşların quru düzülməsi və yaxud lil və əhənglə tikilmiş olurdu, üstü düz torpaqla örtülürdü. Birinci mərtəbədə iri buynuzlu mal-qaranı yerləşdirirdilər, ikinci mərtəbəni qoyun sürüsünə güzəştə gedirdilər, daha yüksək mərtəbədə özləri yaşayırdılar, dördüncü isə döyüş mərtəbəsi idi. Dağda kəndlərin birliyi mövcud idi ki, buna da icma deyilirdi. İcmanın bir ümumi ibadətgahı və xevisberisi var idi. Əksər hallarda icma halında dərələrin əsasında birləşirdilər. Hər guşədə bir neçə belə icma mövcud olurdu. Kəndləri yaxşı müdafiə etmək üçün dərənin başlanğıcında və yaxud kənddə qala-qüllələr tikirdilər. Təkcə Xada icmasında 60 qüllə var idi. Mtiuletidə qüllələrin əlahiddə tiplərini inşa edirdilər. Onların arxası dağa doğru çevrilmişdi, ona görə də arxalı qüllələr adlandırırlar. Mtiuletinin qüllələrində müdafiə və pərəstiş funksiyaları mövcud idi, yəni qüllədə ibadət yeri də qurulurdu.


– rnaya ə Boco ək yerdə il l o y Bu yüks a ada ən dib çıx Avrop iş kəndə ge m yerləş iləcəksiniz? b

Mənbə 3. Ananuri qalası yaxınlığında ticarət piştaxtaları

Omalodan 12 km-likdədir, düz gedirik.

Mənbə 4. Turistlər Tuşetidə

DAĞDA TƏSƏRRÜFAT MƏŞĞULİYYƏTİ Dağda əhali torpağın azlığı üzündən, əsasən, heyvandarlıqla məşğul olurdu. Tuşetidə, Xevidə, Pşavidə və Mtiuletidə qoyunçuluq, Xevsuretidə və Şida Kartlinin dağlıq hissəsində isə heyvandarlıq aparıcı sahə idi. Əhali heyvandarlıq məhsullarını aranda müxtəlif məmulata dəyişirdi. Xevsurlar aranda işə də gedirdilər. Tuş dəri pendiri məşhurdur, bu pendir əlahiddə dadı və yağlılığı ilə seçilir. XIX əsrdə tuş pendiri Rusiyanın bir çox şəhərlərində də satılırdı. Alman firmaları İranda özlərinin xalça fabrikləri üçün böyük miqdarda tuş yunu satın alırdılar. Tuşetidə hörmə və toxumanın yüksək texnikası inkişaf etmişdi. Tuş yapıncısı və araqçınları bütün Gürcüstanda məşhurdur. XX əsrin əvvəlində dağ əhalisinin böyük hissəsi köçüb aranda yerləşdi. Həmin əsrin 50-ci illərində hakimiyyət Xevsurları zorla yerindən dəbərtdi və təsərrüfatın yerli sahələrini də bununla birlikdə məhv etdi. Bu gün Şərqi Gürcüstanın dağlıq hissəsi demək olar ki tamamilə boşalmışdı. Son illər orada turizm inkişaf etmişdi və orada qalmış əhalinin bir hissəsi heyvandarlıq əvəzinə turizm sahəsinə qoşulmuşdu. Ailə mehmanxanaları açılmışdı və yerlilər qonaqlara müxtəlif xidmətlər təklif edirlər. Qadınlar ailə məşğuliyyətinə keçdilər və turistlər üçün suvenirlər hazırlayırlar.

Bocorna 2014-cü ilədək Bocorna kənd xarabalığı idi, ancaq kənd statusu ona sonradan bərpa olundu orada yeganə daimi sakin peyda olduqdan sonra. Kəndi 76 yaşlı həkim İrakli Xvedaquridze canlandırdı. Kənd statusunu geri qaytarmaqla bərabər, Bocorna Avropa miqyasında dəniz səviyyəsindən ən yüksək nöqtədə yerləşən yaşayış məntəqəsi oldu.

TAPŞIRIQ

4. Necə fikirləşirsən, ibadət yerləri Mtiuletidə nə üçün qüllələrdə düzəldilmişdi. 5. Sənin fikrincə, dağda çox mərtəbəli yaşayış qüllələri tikilməsinə hansı şərait səbəb olmuşdu. 6. Birinci fəslin dərslərini yadına sal. Xevsurlar Kartliyə nə məqsədlə gedirdilər? 7. 3-4-cü mənbələrdən istifadə etməklə mülahizə yürüt, turizm Şərqi Gürcüstanın dağ əhalisinə nə mənfəət gətirə bilər.

TAPŞIRIQ

8. Mülahizə yürüt, İrakli Xvedaquridzeyə “ümid qəhrəmanı” statusu vermək düşürmü. Onun barəsində televiziya verilişinə baxın.

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

45


2.6

ŞƏRQI GÜRCÜSTAN DAĞLILARININ MƏIŞƏTI VƏ MƏDƏNİYYƏTİ Şərqi Gürcüstan dağlılarının gündəlik həyatı necə idi?

Mənbə 1. Xevsur “talavarı”

Şərqi Gürcüstanın dağlıq hissəsində təsərrüfat məişətinin, gündəlik yaşayış tərzinin, ənənələrin və adət – qaydaların xarakterik nişanələri vardır ki, bununla da həmin region qonşu guşələr arasında seçilir. Məsələn keçmişdə Xevi çox saylı böyük ailələrlə seçilirdi. Belə ailələrdə bir neçə arvad – uşaqlı qardaş birgə yaşayırdı. Pşavlar arasında “Yaxşı təhkimli kəndli” böyük hörmət sahibi idi, bu adı seçilən gənc oğlana verirdilər. Yaxşı təhkimli kəndli igidi o adama deyirdilər, hansı ki, xalqın xidmətində dururdu və onun mənafelərini müdafiə edirdi. Xevsurların uşağın tərbiyə olunmasında fərqli ənənələri də var idi. Orada uşaqları lap erkən vaxtlardan əməyə alışdırırdılar. On yaşı tamam olmuş oğlanlar mürəkkəb fəndli oyunlara başlayırdılar. Bu oyunlar onların fiziki məşğələlərinə xidmət edirdi. Nizə atmaq, qılınc oynatmaq, at sürmək bacarıqlarını məşq elətdirirdilər. On yaşlı qızlar artıq toxumaq bilirdilər. Əl işləri ilə paralel olaraq, anası qıza hər cür ailə işlərini də öyrədirdi. Xevsur paltarı orijinaldır. O Qafqaz xalqlarının paltarları arasında nadir nümunə hesab olunur. Xevsur “talavarı” nı qədim gürcü geyimlərinin başlanğıc forması hesab edirlər. Tarixən, Tuşetidə, Gürcüstanın başqa yerlərində olduğu kimi, kişilər əyinlərinə çuxalarını keçirir, ayaqlarına “bəzəkli corab (çitebi)” geyinirdilər. “Bəzəkli corablar” qadınlar arasında da

Mənbə 2. Xevsur qadın geyimi

TAPŞIRIQ

Mənbə 3. “Çitebi”(bəzəkli corab)

1. Pşavidən tanınmış gürcü şairini yadına sal. Onun hansı şeirini və yaxud poemasını tanıyırsan, harada ki, Pşavinin təbiətini, və yaxud xalqın hansısa adət-ənənəsini əks etdirir? 2. “Yaxşı Təhkimli kəndli” nə deməkdir? “Xalqın xidmətində olmaq və onun xoş güzəranına qayğı” ifadələrini necə başa düşürsən? 3. Xevsuretidə uşaqların tərbiyə olunması ənənəsi nədən xəbər verir? Onu həyatın sağlam qaydası hesab etmək olarmı? Cavabı əsaslandır. 4. Cıdır (mənbə 4) iştirakçıları nə geyinmişlər? 5. Xevsur geyimlərini Şərqi Gürcüstanın aran yeri əhalisinin geyimləri ilə müqayisə et. Onlar arasında hansı fərqlər vardır?

46

BIZIM GÜRCÜSTAN 6


Xevsuretidə cıdır Xevsuretidə cıdırı təşkil etməyi, adətən, cəsuru müəyyənləşdirmək üçün bilirlər. Xevisberi cıdır iştirkaçılara dua edir və xəbərdarlıq edirdi ki nə öz başlarını, nədə başqa atlını təhlükə qarşısında qoymasınlar atlılar nişan olunmuş yerə gedirdilər və orada birincilik uğrunda mübarizə aparan atlılar dar cığırlarda inamla çapırdılar. Onlar arasında qalib gələn hədiyyə də alırdı.

Mənbə 4. Xevsuretidə cıdır

məşhur idi. Camaat arasına çıxmaq üçün corabları daha rəngarəng toxuyurdular. Kişilər üçün bəzəkli corabları qısaboğazlı hörürdülər, qadınlar üçün isə – uzunboğazlı. Əyinlərinə isə uzun qara don geyinirdilər. Gümüş boyunbağı, lövhələr, müxtəlif formalı muncuqlar adi aksessuarlar idi. “Atengenoba” dağda böyük dini bayram idi. Bu zaman Tuşetidə xevsur ziyarətçilərindən ibarət iki qrup gəzirdi və əllərində öz bayraqlarını tuturdular. Tuşlar onları pivə və qurbanlıq heyvanlarla qarşılayırdılar. Xevsurların özləri də qonaq qəbul etməyin zəngin ənənələri ilə seçilirdilər. Atengenobanı Xevidə də qeyd edirdilər. Mənbə 5. Qonaq barədə Xevsur şeiri “Qonaqlar, qonaqların günəşi, qonaqsız nə şadlıq. Qonaqsız çörək, içki acı dadır, şirin yox”. Bugünkü dünyada insanlar bir çox hallarda etnik və dini dözümsüzlük göstərirlər. Xevsurlar qonşu çeçenlərlə dostluq edirdilər. Hətta belə bu regionda “dinli-dinsizlərin” bir neçə ibadətgahı, yəni ziyarət yerləri mövcud idi ki, bunlara müsəlmanlar da himayədarlıq edirdilər. Onlar orada ibadət edə bilirdilər. Məsələn, Anatora ibadətə gedən kistlərə xevsurlar əlahiddə süfrə də açırdılar. TAPŞIRIQ

6. Şərqi Gürcüstanın dağlıq hissəsində qonaq qəbul etməyin hansı ənənələri mövcud idi? 7. Şeiri sənin sözlərinlə təsvir et və onun məzmununu aç (mənbə 5). 8. Yadına sal, kistlər harada yaşayırlar? 9. Dözümlülük sənin üçün nə deməkdir? 10. Sinifdə “Nə üçün dözümlü olmalıyıq” mövzusunda müzakirə aparın.

Xəngəl hazırlanması Şərqi Gürcüstanın dağlıq hissəsinin bütün guşələrində xəngəlin hazırlanmasında ailənin bir neçə üzvü iştirak edir. Bununla nəinki təkcə qadınlar, eləcə də kişilər məşğul olurdu – yayırdılar, pendir, kəsmikdən, kartofdan xəngəli birgə hazırlayır və birgə yeyirdilər.

LÜĞƏT

Dambalxaço (isladılmış kəsmik) – kərə yağının hazırlanmasından sonra qalan ayran kəsmiyindən düzəldilir. 2014-cü ildə bu xörəyə mədəni irs abidəsi statusu verilmişdir.

ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

47


NƏ BILIRƏM VƏ NƏ BACARARAM Bələdiyyənin adına məktub yazın, bu məktubda sizin fikrinizcə, həmin yerlərdə həyata keçirilməli zəruri tədbirləri qeyd edin, Şərqi Gürcüstanın dağlıq hissəsinin tərk olunmuş kəndlərində həyatın bərpa olunması üçün (məsələn, yol çəkilməsi, helikopter reyslərinin təyin olunması, məktəbin, klinikanın və həyat üçün zəruri olan başqa idarələrin tikilməsini göstərin. Evlərin özlərinin də soyuq və uzun sürən qışa hazırlanması, turizmin inkişafı və sairəni) əks etdirin. Məktublarınızı müqayisə edin, bir-birinizin ideyaları ilə tamamlayın və bələdiyyəyə birgə məktub “göndərin”. Dərsdə nəticələri PPT- də təqdimat şəkilində əks etdirin.

Mənbə 1. Dağın problemləri

48

BIZIM GÜRCÜSTAN 6


Mənbə 2. Yayda qayıtmış dağ əhalisi

Məktub yazana qədər: 1. Şərqi Gürcüstanın dağlıq hissəsinin bu və ya digər guşəsində təsərrüfatın hansı sahələrinin inkişaf etdiyini yadına sal. 2. Şərqi Gürcüstanın dağlıq hissəsində mədəni, əyləncəli təyinatlı tikililərin olub olmadığı barədə material axtarıb tapın. İzah edin, bu problemdir, yoxsa - yox. 3. Qərara alın, konkret guşə üçün ən mühüm problem hansıdır ki, bunun üçün internetdən əlavə məlumat axtarıb tapmaq lazım gələcəkdir. 4. Mülahizə yürüdün, bundan sonra, kənd xarabalıqlarına əhalinin qayıtması üçün nələrin əhəmiyyəti vardır: a) Yol çəkilməsinin; b) Helikopter reysinin təyin olunmasının; c) Məktəb, klinika və həyat üçün zəruri olan başqa idarələrin tikilməsinin; d) Evlərin soyuq və uzun sürən qış üçün hazırlanmasının; e) Turizmin inkişaf etdirilməsinin.

Mənbə 3. Dağın perspektivləri ŞƏRQI GÜRCÜSTANIN DAĞLIQ HISSƏSI

49


FƏSIL 3. SAMSXE-CAVAXETI i i

r

m

a

u

e

m. wy

2182

g

zekaris uR.

r bo

! kikibo

jom-xara

abasTumani !

zarzma !

! . adigeni

f

qv ! zanavi ab li ! bolajuri ani

ude !

vale . !

s

T

! .

axalcix

a

m

e r u S e T

u

Bu fəsildə Cənubu Gürcüstanın tarixi-etnoqrafik regionları – Samsxe və Cavaxetini öyrənəcəksən; biləcəksən, Gürcüstanın bu iki diyarı nə üçün birgə xatırlanılır; keçmişdə bu regionlar hansı əhəmiyyətli rolu yerinə yetirmişlər və bu gün hansı funksiyanı yerinə yetirməyə borcludurlar; coğrafi yerləşmənin Samsxe-Cavaxetinin iqtisadi inkişafına, yaşayış məskənlərinin tiplərinə hansı təsiri vardır; ona hansı təbii fəlakətlər xarakterikdir və özünü onlardan necə qorumaq olar; tolerantlıq kimi ənənənin hansı əhəmiyyəti vardır; SamsxeCavaxetidə hansı etnik, mədəni və dini qrupların nümayəndələri yaşayırlar və onların birgəyaşayışı nə dərəcədə sülhməramlıdır.

r pirobiTi aRniSvnebi dasaxlebuli punqtebi

! . ! . ! !

q

mxaris centri municipalitetis centri sxva dasaxlebuli punqti kurorti

gzebi avtomagistrali gzatkecili rkinigza

sazRvrebi saxelmwifos istoriul-geografiuli provinciis daculi teritoriis

hidrografia mdinare tba, wyalsacavi

50

BIZIM GÜRCÜSTAN 6

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili


S

i

axaldabad

i

e

r

pa

m. wyalwiTela

i

!

r

s erovnu

! borjomi .

li

!

!

gujareTis wya li

bakuriani

dviri !

awyuri

a

m

x

!

e

u S e T

i

! aspinZa .

s

!

i

uraveli

i !koTelia

xizabavara

!

s

xerTvisi

awyvita !

m T

! !

T

f a ra v a n i

j a v a xm. didi e T i abuli

a

t

a

i

!

kumurdo

! axalqalaqi .

k

v

t m

a sulda

!

j !

e

karwaxi

xozafinis tba (karwaxi)

a

v

a ri

gogaSeni

faravnis tba

3301

o foka !

saRamos tba ! saRamo

!

l dadeSi

! ninowminda .

xanCalis tba

p

m. emliqli

!

didi xanCali

m. eldaRi 2495

!

T

di a v a x e T i s q e

T

! !

!

j

e

q

x

n Tmogvi

!

!

m. samsari 3284

e

i

toloSi

m. gumbaTi 2963

!

!

tabawyuris tba

Zveli

l

! ed i q cxrawyaros uR. 2454 s T itabawyuri ! a l e 2850 m. Saviklde

! rusTavi

c

T

gujareTi

q e di

r

alcixe

!

cixisjvari

T

! .

!

s a m s a r i s

fersa !

r

tba waRveri

i

k mt

va

a

2496

-xaragauli

q

ki

r

e

a

!

T

tba madaTafa

T

i

s

o

!

3054

i

e 0 m 2442x m. okiuzdaRi

SAMSXE-CAVAXETI

8km

51


3.1

SAMSXE-CAVAXETI – GÜRCÜSTANIN CƏNUB QAPISI Samsxe-Cavaxetinin coğrafi yerləşməsi necədir və bu nəyə görə həmişə birgə xatırlanılır? Samsxe və Cavaxeti Cənubi Gürcüstanda, Kür hövzəsinin yuxarı boğazında yerləşir. Cavaxetini, Samsxe ilə birlikdə bir çox hallarda bir etnoqrafiq vahid kimi xatırlayırlar və indi SamsxeCavaxeti adlandırırlar. Lakin həm tarixi, eləcə də etnoqrafiq nöqteyi-nəzərdən, onlar bir-birlərindən müstəqil tarixietnoqrafik regionlardır. Onların bir yerdə xatırlanmalarının tarixi əsasları mövcuddur. Keçmişdə, Samsxe-Cavaxeti və bu gün Türkiyənin tərkibinə daxil olan Gürcüstanın keçmiş tarixietnoqrafik diyarları həm də Zemo Kartla adlanırdı. Sonralar, bütövlükdə Yuxarı Kartlini Samsxe Atabəyliyi və yaxud Mesxeti adlandırırdılar.

j

a

pirobiTi aRniSvnebi

d

i

i

q

e

e b

-

i

ou fs

gagari

saxelmwifo sazRvari Sida sazRvari samefo-samTavros centri dasaxlebuli punqti cixesimagre eklesia monasteri brZolis adgili

R

bzifi

y

C e i r q e z e T

a

b

a

r

o

d

d

Te

a i

i ur eng

rio

di

ni

xvi

xunZaxi

ar

oCani

l

ix

quTaTisi

qe

ia

i

ri on i

ril a yvi

l

ag v

 

r

is

ko

ri do

gi

l

gremi al

za

a

Tbilisi

ni

ior

mt

mt

artanuji

k v ar

i

i

kvari

d e b ed a

se

va

n

is

tb

a

2019

Mənbə 1. XV əsrin sonunda Gürcüstanın çarlıq-knyazlıqlara parçalanması TAPŞIRIQ

1. Keçmişdə Samsxe-Cavaxeti necə xatırlanılırdı və nəyə görə? 2. Ehtimal yürüt, Samsxe-Cavaxetinin böyük hissəsi nəyə görə başqa dövlətin əlinə keçdi.

52

BIZIM GÜRCÜSTAN 6


Gürcüstanın bu iki regionundan həmişə əhəmiyyətli yollar keçirdi. Samsxedən qısa yolla Kartliyə, İmeretiyə, Quriyaya və Acarısatana düşmək olurdu. Cavaxeti də Kartlidən qısa yolla əlaqəli idi.

Mənbə 2. “Samsxe-Cavaxetidən qonşu tarixi-etnoqrafik regionlarla əlaqədar olan yollar və aşırımlar” xəritəsi TAPŞIRIQ

3. Xəritələrin (mənbələr 1 və 2) köməyi ilə qədimdə və indi Samsxe-Cavaxetinin qonşularını sadala. 4. Sənin fikrincə, Samsxe-Cavaxetinin sərhədləri əsrlər boyu nəyə görə dəyişmişdir. 5. Xəritənin (mənbə 2) köməyi ilə aydınlaşdır, Samsxedən hansı aşırım vasitəsilə İmeretiyə keçmək olar. 6. Necə fikirləşirsən, Samsxe-Cavaxetini nəyə görə Gürcüstanın cənub qapısı adlandırırlar.

SAMSXE-CAVAXETI

53


3.2

SAMSXE-CAVAXETININ MƏDƏNI IRSLILIYI

Gürcüstanın tarixi və mədəniyyətində Samsxe-Cavaxetinin hansı xidmətləri vardır?

Mesxeti – oxumuşlar diyarı Bir çox məşhur oxumuşlar mənşəcə Samsxedən idi. O cümlədən Şota Rustaveli, salnaməçilər, gürcü hüquq yaradıcıları. Bunlar gürcü şairi Qriqol Orbelianinin “Sağlıq” poemasında öz əksini tapmışdı: “Mesxi oxumaqla şöhrətlənmiş”.

“Samsxe” adı mesxlərin bir tayfasının adından düzəldilmişdir. Şota Rustaveli (XII əsr) bu regiondadır, onun “Pələng dərisi geymiş pəhləvan” poeması gürcü mədəniyyətinin şah əsəridir. Orta əsrlərin qanunlar toplusu – “Hüquq abidəsi” Samsxedə yaradılmışdır. Elə buradaca, XII əsrin ikinci yarısında, qayalıqda düzəldilmiş tikili monastır kompleksi olan Vardzia yaradılmışdır. O, 13 mərtəbədə yerləşmişdir. Monastırın mərkəzində, Çariça Tamara dövründə İsa Məsihin anası Məryəmin adına kilsə düzəldilmişdir. Bütövlükdə Vardzia 420 otaqdan ibarətdir. Onların arasında 185 küpün basdırıldığı 25 zirzəmi vardır. Vardzia kompleksi su ilə əsas kilsənin arxa dərinliyində mövcud olan mənbədən 3,5 kilometr uzunluğunda su kəməri vasitəsilə təchiz olunurdu. Vardzia Məryəm ana abidəsi freskalı rəssamlıq nümunəsi ilə zəngindir. Onun inşaatçısı olan çarların-III Giorginin və Çariça Tamaranın rəsmləri də buradadır.

TAPŞIRIQ

1. Samsxe-Cavaxetidə çoxsaylı qala-istehkamların, qayalıqlarda düzəldilmiş gizlənmə yerlərinin, komplekslərin mövcudluğunu nə ilə izah edə bilərsən? 2. Qriqol Orbelianin “Sağlıq” poemasını oxu. Gürcüstanın başqa regionların nümayəndələri bu poemada necə xatırlanmışdır. Mənbə 1. Vardzia

Mənbə 2. Vani çuxurlarında qayada düzəldilmiş monastır kompleksi

54

BIZIM GÜRCÜSTAN 6

Vardzianın yaxınlığında, Kür çayının sağ sahilində Vani çuxurlarının qayalığında düzəldilmiş monastır kompleksi yerləşir. Müqəddəs Giorgi kilsəsi monastırın mərkəzindədir, bu kilsə oradakı daş otaqların əsas hissələri ilə birlikdə IX-XI əsrlərdə ovulmuşdur. Orada 200-dək daş otaq vardır: hücrələr, ocaq yerləri, təsərrüfat tikililəri, tunellər, səkkiz şərab zirzəmisi, qayada ovulmuş təknə. Vani daş otaqlarında rahibələr qayada “Pələng dərisi geymiş pəhləvan” poemasından iki sətri yazmışlar. Samsxe-Cavaxetidə çoxlu kilsə-monastırlar vardır: Duzunda, Sapara, Zarzma, Cule, Kumurdo. Gürcüstanın sahil tərəflərində olduğu kimi, o düşmən hücumlarından müdafiə olunmalı idi, ona görə də orada çoxlu qala vardır: Xertvisi, Adzğuri, Tumoqvi, Axalkalaki. Eləcə də, demək olar ki bütün kəndlərin yaxınlığında qayada ovulmuş gizlənmək yerləri var idi, bunlar relyeflə uyğunlaşdırılmışdı.


Samsxe-Cavaxetinin mərkəzi Axalsixedir. Bir neçə əsr ərzində o osmanlı imperiyası tərəfindən işğal edilmişdi. Ona görə də şəhərin mərkəzində “Rabat” adlanan yerdə müqəddəs Məryəm xristian kilsəsi ilə yanaşı, XVIII əsrin ortalarında tikilmiş müsəlman ibadətgahı – məscid də vardır. Rabat çoxlu hücumlar nəticəsində olduqca zədələnmişdir. Onun yenidən qurulması 2011-ci ildə keçirildi. Bərpa olunmuş Rabatı görmək üçün hər gün buraya çoxlu turist gəlir.

TAPŞIRIQ

Mənbə 3. Axalsixedə Rabat qalası

Xertvisi qalası haqqında əfsanə Çar Tamara iki bənnaya iki qüllə tikməyi əmr edir. Bənnalardan biri usta və o birisi isə onun şagirdi idi. Usta şərq qülləsini tikməli idi, şagirdi isə-qərb qülləsini. Çariça kim daha qəşəng və gözəl qüllə tikərdisə, ona bol mükafat vəd etmişdi. Usta və şagirdi işə böyük həvəslə girişdilər. İş başa çatdırılana qədər camaat hay-haray salmağa başladı: şagirdin tikdiyi ustanınkından yaxşıdır. Doğrudan da şagirdin qülləsi Tamaranın daha çox xoşuna gəldi və hamının gözü qarşısında bənnanı bolluca mükafatlandırdı. Usta həddindən artıq acıqlandı, vaxt tapdı və öz şagirdinin pilləkənini məhz o zaman itələyib uzaqlaşdırdı, nə zaman ki, şagird qüllənin baş hissəsinin inşasını başa çatdırırdı. Şagird nə edə bilərdi? Bir halda ki, pilləkənsiz aşağı enə bilməzdi, götürdü və bir-iki qalmış taxtadan qanadlar düzəltdi. Baltasını belinə keçirdi və Cavaxeti Kürünün sağ sahilinə uçdu. Lakin yerə elə nataraz şəkildə düşdü ki, balta ilə yaralandı və vəfat etdi. Bu yeri xertvislilər indinin özündə belə qurban yeri adlandırırlar.

Mənbə 4. Xertvisi qalası

3. Rabatda xristian kilsəsi ilə müsəlman məscidinin birbirinin yanında mövcud olmasını izah et. 4. Xertvisi qalası barədə əfsanədə ustanın hərəkətini qiymətləndir. 5. Yadına sal, İmeretinin hansı abidəsinin yenidən qurulması onun YUNESKOnun mədəni irs abidələri siyahısından çıxarılmasına səbəb oldu və nəyə görə. Nə etmək lazımdır ki abidənin əvvəlki görünüşü qorunub saxlanılsın? 6. Xəritənin (səh. 50-51) köməyi ilə SamsxeCavaxetiyə turist marşrutu tərtib et, üzərinə mədəniyyət və təbiət abidələrini artır, hansıları ki Samsxe cavaxetidə turistlərə baxmağı tövsiyə edəcəksən. 7. Samsxe-Cavaxetinin istənilən abidəsi barədə əlavə məlumat (kitablar, internet) axtarıb tap və reklam fikirləş ki, bunun köməkliyi ilə bu abidəyə baxmaqla turistləri maraqlandıra biləcəksən. Müvafiq plakat hazırla yekun dərsində, sinifdə, ən yaxşı reklamların/ plakatların sərgisini təşkil edin. SAMSXE-CAVAXETI

55


3.3

SAMSXE-CAVAXETI ƏHALİSİNİN RƏNGARƏNGLIYI Nəyə görə Samsxe-Cavaxetiyə çox millətli və çox dinli diyar adı verə bilərik?

TAPŞIRIQ

1. Sənin fikrincə, ölkənin həyatına fəal qoşulmaq deyəndə nə nəzərdə tutulur. 2. Sinifdə mülahizə yürüdün, dövlət dilini, yəni gürcü dilini bilmək nə üçün zəruridir. 3. Cavaxetidə, erməni həmyaşıdlarını, yaxud da Şida Kartlidə azərbaycanlıları gürcü dilini yaxşı öyrənməyə necə təşviq edə bilərsən? Onlara məktub yaz, bu məktubda onlara gürcü dilini – dövlət dilini yaxşı bilməyin necə zəruri olduğunu yaz və bu işdə onlara necə kömək edə biləcəyini göstər. 4. Sosial şəbəkənin köməyi ilə bir-birinizlə əlaqə yaradın. Siz cavaxetililər, Şida Kartlililər Gürcüstanın digər regionlarında yaşayan həmyaşıdlarınıza hansı problemlərlə üzləşdiyinizi, qarşınıza çıxan çətinlikləri aradan qaldırmaq yollarını yazın.

56

BIZIM GÜRCÜSTAN 6

Müasir Samsxe-Cavaxeti etnik və dini nöqteyi-nəzərdən rəngarəngdir. Tarixən burada gürcülər yaşayıdılar, lakin XVI əsrin axırlarında Osmanlı imperiyasının tərkibinə daxil olduqdan sonra, xristian gürcüləri arasında get-gedə islam dininin yayılması başlandı. Əvvəlcə tavad-aznaurlar müsəlmanlaşdı, sonra isə kəndlilər. İslamın qəbul olunması, əsasən XVIII əsrin ortalarından başlandı. Xristian əhaliyə müsəlmanlardan demək olar ki, 3 dəfə çox vergi ödəmək həvalə olunurdu. Gürcülər o vergiləri ödəməkdə çətinlik çəkirdilər və islamı qəbul etməyə məcbur olurdular. Din ilə bərabər, türk dili də yayılırdı. 1828-1829 cu illərin Rusiya-Türkiyə müharibəsindən sonra Samsxe-Cavaxeti qalan Gürcüstana qaytarıldı, lakin gürcü müsəlmanlarının böyük hissəsi Osmanlıda məskunlaşdı. Xüsusən Cavaxeti onlardan boşaldı. Rusiya imperiyası kənd xarabalıqlarında ticarət-sənətkarlığı inkişaf etdirmək məqsədi ilə, Osmanlıdan bu sahədə təlimləndirilmiş erməniləri yerləşdirdi. Erməniləri Axalsixe şəhərinə də yerləşdirdilər.

Mənbə 1. Cavaxetili erməni ailəsi

Bu gün Cavaxetidə yaşayan ermənilərin erməni dilində oxumaq, erməni dilli radioya, televiziyaya, mətbuata sahib olmaq imkanları vardır. Ancaq ölkənin həyatına daha fəal qoşulmaq üçün Gürcüstanın bütün vətəndaşlarına dövlət, yəni gürcü dilini bilmək vacibdir. Müasir Gürcüstanda bunun üçün xüsusi proqramlar işlənib hazırlanmışdır və müxtəlif mənşəli vətəndaşlar ən çox dövlət dilində oxuyur ki, buda ictimaiyyətə daha yaxşı inteqrasiya olunmaq imkanları verir.


ÇOXDİNLİ SAMSXE-CAVAXETI Ermənilər Samsxe-Cavaxetidə xristianlığın öz cərəyanını – monofizitliyi gətirdilər. Onların arasında katolik erməniləri də var idi. Samsxe-Cavaxetidə katoliklik gürcülər arasında da yayılmışdı və bu gündə belədir. Katolikliyi qəbul etməklə gürcülər də, ermənilər də islamdan yaxa qurtara bildilər və xristianlığı qoruyub saxladılar. Osmanlı imperiyasında katolik xristianlıq az təqib olunurdu, nəinki pravoslavlar. Rusiyanın tərkibində olarkən, hakimiyyət əhalini siyahıya alarkən, müsəlman gürcülərini gah tatar, gah da türk kimi qeydə alırdılar.

Mənbə 2. Ude kəndinin katolik kilsəsi. Orada belə bir yazı qeydə alınmışdır ki, Udedə bu kilsəni tikən 2120 nəfər katolik və 520 nəfər müsəlman, “hər iki tayfadan olan gürcülər...” yaşayır. Bu yazı həm katoliklərdə, həm də müsəlmanlarda vahid gürcü milləti ideyasını əks etdirir.

Katolik məzhəbinə keçmiş gürcüləri, avropalılardan qəbul olunmuş yeni məzhəbə görə, qalan gürcüləri “fransızlar” adlandırırdılar. Halbuki dini məzhəbdən başqa onların fransızlarla heç bir ümumi cəhəti yox idi. Katoliklər də Osmanlı tərəfindən əhəmiyyətli təsirə məruz qalırdı. Buna görə də onların bir hissəsi Kutaisidə, Qoridə və Tbilisidə məskunlaşdılar. Rus imperiyasının vasitəsi ilə, XIX əsrdə Cavaxetidə duxoborlar və malakanlar da məskunlaşdılar. Onlar mənşəcə, eləcə də dil cəhətcə rusdurlar, lakin, pravoslavlardan fərqli olan xristian məzhəbinə mənsubdurlar. Bu məzhəbin ardıcılları həm də geyimləri və ənənələri ilə fərqlənirlər. Rusiya hakimiyyəti fərqli məzhəbə görə onları cəzalandırdı və mərkəzi Rusiya kəndlərindən onları işğal olmuş ərazilərə, Gürcüstana sürgün etdi. XIX əsrdə hakimiyyət rus duxoborlarının məskunlaşdıqları Cavaxetini “Duxoboria” adlandırdı. TAPŞIRIQ

5. XVI əsrədək Samsxe-Cavaxeti əhalisinin tərkibi necə idi? 6. Osmanlı ağalığı dövründə və Rusiya-Türkiyə müharibələrindən sonra Samsxe-Cavaxeti əhalisinin tərkibində hansı dəyişikliklər baş verdi? 7. Mənbə 2 barədə mülahizə yürüt. “hər iki tayfadan olan gürcülər” sözlərini necə başa düşürsən?

Mənbə 3. Cavaxetidə duxoborlar

SAMSXE-CAVAXETI

57


3.4

SAMSXE-CAVAXETIDƏ TƏSƏRRÜFAT SAHƏLƏRI Samsxe-Cavaxetidə hansı məşğuliyyət növləri yayılmışdı?

TAPŞIRIQ

1. Necə fikirləşirsən, Samsxedə terrasları nəyə görə düzəldirdilər. 2. Prokofi Kesarieli mesxləri (mənbə 2 a) necə qiymətləndirir? 3. Prokofi Kesarielinin və Jann Şardenin sözləri ilə əlaqədar (mənbə 2 a və b) Samsxedə təsərrüfatın hansı sahələri inkişaf etmişdi? 4. Jann Şardenin xasiyyətnaməsi (mənbə 2 b) Samsxe əhalisinin hansı xasiyyətindən xəbər verir?

SAMSXEDƏ ƏHALININ ƏSAS TƏSƏRRÜFAT MƏŞĞULIYYƏTI Samsxe Cavaxetinin tarixən bir region kimi xatırlanmasına baxmayaraq, onların təsərrüfat məşğuliyyətləri bir-birindən olduqca çox fərqlənir. Samsxe inkişaf etmiş əkinçilik regionu kimi tanınırdı. Bəzi yerlərdə tarlaçılıq, bəzi yerlərdə heyvandarlıq və yaxud meyvəçilik və üzümçülük öndə gedən sahə hesab olunurdu. Lap qədim zamanlardan Samsxe kənd təsərrüfatında terraslar düzəldilməsi ənənəsi mövcud idi. Samsxedə terraslar, əsasən, Kür çayının yuxarı boğazında düzəldilmişdi. Burada çayın məcrası dar və əkin-səpin torpaqları olduqca az idi. Torpağın azlığı üzündən, əhali yamacları düzəltmiş, bir tərəfini daş divarlarla hörmüş və torpağı elə düzəltmişdi ki, tənək və bağ salmaq üçün düzəngah yerlər yaransın. Samsxedə Xizabavri kəndinin terrasları məşhurdur. Bunlar bəzi yerlərdə 30-40 mərtəbələrə də çatır.

Mənbə 1. Xizabavri kəndinin terrasları

Samsxe kəndliləri terraslarda əsasən üzüm və bostan bitkiləri becərirdilər. Üzümçülük Samsxe kənd təsərrüfatının qədim sahələrindən biridir. Osmanlı tərəfindən Gürcüstanın işğalından və islamın yayılması nəticəsində üzümçülük nüfuzdan düşdü.

Mənbə 2. Əcnəbi tarixçi və səyyah Samsxedə təsərrüfat məşğuliyyəti barədə a) VI əsr Bizans tarixçisi Prokofi Kesarieli yazırdı: “Mesxeti dağları hər cür bəhrə ilə zəngindir, ona görə ki, mesxlərin özləri də bacarıqlı torpaq işçiləridirlər və burada üzüm bağları da vardır”. b) XVII əsrin fransız taciri və səyyahı yazırdı: “Kəndlərdə üzüm yığımı idi... toyuqları, yumurtaları, bostan məhsullarını bol-bol verirdilər. Çörəyimiz, meyvə və tərəvəzimiz bol idi, çünki hər bir sakin öz payına böyük bardaq ilə şərab, bir səbət meyvə və bir səbət çörək gətirirdi. Məndən pul götürmürdülər”.

58

BIZIM GÜRCÜSTAN 6


Samsxe alma, armud, gavalı, albalı, tut sortları ilə zəngin idi. XVIII əsrin ikinci yarısında Samsxe əhalisi Tbilisiyə sallar ilə taxta şalbandan başqa böyük miqdarda gətirirdilər. Tutdan pəstil hazırlanırdı. Bu nübardan Samsxedə bu gündə hazırlayırlar. Gürcüstanda Samsxe tutundan hazırlanmış araq da məşhur idi. Pəstili (lavaşanı) necə hazırlayırlar Pəstil hazırlamaq üçün yetişmiş tut meyvəsini uzun müddət qaynadırlar, daha sonra, qaynayan zaman, buğda unu qarışdırırlar və şirəni qatılaşdırırlar. Qatlaşmış şirəni təmiz parça üzərinə tökürlər və onun səthində bərabər qalınlıqda yayırlar. Parçalar üzərinə tökülmüş şirəni qurumaq üçün Günəşin altına sərirlər və qurudurlar. Bir neçə gündən sonra pəstil yaxşıca quruyur və parçaya yapışır. Qurumuş pəstili parçaya arxa tərəfdən yaş parça sürtürlər və pəstili parçadan ehtiyatla qoparırlar. Parçadan qoparılmış pəstili Günəşdə daha bir neçə gün sərirlər. O nəhayət ki, tamam quruyur və pəstil hazır olur.

Mənbə 3. Pəstilin hazırlanması

Keçmişdə tarlaçılıq Samsxe təsərrüfatının əsas və aparıcı sahələrindən biri idi. Bir neçə növ dənli bitki yetişdirirdilər. “Dolis puri” (yumşaq payızlıq buğda növləri) və yazlıq buğda, eləcə də arpa və darı üstünlük təşkil edirdi. Samsxedə buğda həm yazda, həm də payızda səpilirdi. Dağ otlaqlarında çoxlu miqdarda mal-qara saxlanılan açıq düşərgələrin olması heyvandarlığın inkişaf etdiyinin göstəricisidir. Samsxedə dağ və aran bir-birinin yaxınlığında yerləşir. Yay otlaqları – dağ yaylaları aran kəndlərindən 7-10 kilometr aralıdadır ki, bu da təsərrüfatın bu sahəsinin inkişafına kömək edən amildir. TAPŞIRIQ

Mənbə 4. Mal-qaranın yerləşdirildiyi müvəqqəti dayanacaq yerikarvansara (daşdan hörülmüş üstüaçıq tikili). Əksərən, bu cür müvəqqəti dayanacaq yerlərini yolların yaxınlığında tikirdilər.

5. Sənin fikrincə, meyvədən pəstildən savayı, daha nə hazırlamaq olar? 6. Samsxeyə hansı məhsulların istehsal olunmasını tövsiyə edərdin? 7. Samsxedə ilbizdən xörək hazırlamaq qaydasının haradan peyda olduğu barədə və bu xörəyin başqa regionlarda yayılıb-yayılmadığı haqqında məlumat topla. SAMSXE-CAVAXETI

59


Samsxe-Cavaxeti mətbəxi Ümumi gürcü xörəkləri ilə yanaşı, Samsxe-Cavaxeti mətbəxinin öz xörəkləri də vardır. Onlar arasında mesxi kətəsi, bəkməz (tutun qaynadılmış şirəsi), titarberaki (nazik doğranmış bişmiş xəmir parçalarının qızardılmış soğanla birlikdə) və xüsusən də, apoxti (qaxac) olduqca məşhurdur. Bu axırıncı qış düşənədək öldürülmüş heyvanın duza qoyulmuş və qurudulmuş ətidir. Ondan qaxac xəngəli hazırlayırlar.

Müasir Samsxedə terraslar mədəniyyəti dağılmışdır. Qədim meyvə ağaclarının çoxlu növləri demək olar ki, yoxa çıxmışdı. Cavaxetidə qədim gürcü buğda növlərinin əvəzinə, başqa ölkələrdən gətirilmiş növlər yayılmışdı. Elə oradaca tarlaçılığı tamamilə kartofçuluq mədəniyyəti əvəz etmişdi. Son on il ərzində Samsxedə turistlərin miqdarı sürətlə artır. Hamı tərəfindən tanınan məşhur tarixi və mədəni abidələrdən başqa (Vardzia, Xertvisi, Zarzma, Sapara, Cule), onların marağına bərpa olunmuş Rabat qala kompleksi də səbəb olur. Turizmin inkişafı ticarət və xidmət sahəsini canlandırmışdır. Onlarla ailə mehmanxanası açılmışdır ki, burada da turistlərə yerli xörəkləri təklif edirlər. KEÇMIŞDƏ VƏ INDI CAVAXETIDƏ TƏSƏRRÜFAT MƏŞĞULIYYƏTI Cavaxeti dağlıq regiondur, ona görə də burada təsərrüfat da dağa xarakterik idi. Ora tənəksiz və meşəsizdir. Cavaxeti yaylası dəniz səviyyəsindən olduqca yüksəkdə, 1600-1800 metrdə yerləşir ki, bu da təsərrüfatın bəzi sahəsinin inkişafına əlverişli şərait yaradırdı. Cavaxeti yaylası kənarlarına yaxın yerləşmiş kəndlər təsərrüfatın fərqli sistemini yaratmışlar – onların bağ və üzümlükləri Kür çayının sahillərində və Pərvana dərələrində idi. Yayda ailənin bir neçə üzvü meyvə bağlarına qulluq edirdi və elə oradaca yaşayırdı. Bu cür ənənələrə görə, ailə faktiki olaraq iki yerdə yaşayırdı. Buna müvafiq olaraq, Cavaxetinin bu kəndləri iqtisadi cəhətcə daha güclü idi, mədəni cəhətcə isə çox irəliləmişdir.

TAPŞIRIQ

8. Tarlaçılığa heyvandarlıq nəyə lazımdır. Ondan hansı mənfəəti götürür? 9. Samsxedə kənd təsərrüfatı məhsulları emal edən hər hansı bir sənaye müəssisəsinin yaradılması barədə layihə fikirləş. Ən yaxşı layihələri divar qəzetində elan edin. Sizin layihələrinizi samsxelilərə təklif edin.

60

BIZIM GÜRCÜSTAN 6

Mənbə 5. Cavaxeti yaylasının kənarı (Qoqaşeni kəndi) və Kür çayı dərəsi


Cavaxetidə, Samsxedə olduğu kimi, təsərrüfatın aparıcı sahələri heyvandarlıq və tarlaçılıq idi. Torpağın üçdə ikisi becərilirdi, qalan hissəsi otaracaq idi. Gürcüstanda yayılmış deyimə əsasən, Cavaxetini Gürcüstanın anbarı adlandırırdılar. Orta əsrlərdə Cavaxetidə arpa və buğda demək olar ki, eyni miqdarda əkilirdi. Dənin saxlanıldığı yerə Xaro (quyu) deyilirdi. Quyunu, əsasən, evlərinə yaxın civarda düzəldirdilər, bəzən evin içərisində, samanlıqda da. Xaro (quyu) yumurta formalı böyük və dərin çuxur idi və divarlarını əhəng daşı ilə hörürdülər. Cənubi Gürcüstanda ən böyük ölçülü quyular Cavaxetidə idi. Bu isə Gürcüstanda tarlaçılığın ən çox Cavaxetidə inkişaf etməsinə işarə edir. Gürcülər dənli bitkiləri quyularda/ çuxurlarda saxlamağı qədim dövrlərdən bilirdilər, bunu xalq şeiri də (“quş və darı”) təsdiq edir: “saxlamaq üçün quyuya darı tökdüm”.

Mənbə 6. Cavaxetidə tarlaçılıq barədə gürcü xalq şeiri “Mən Cavaxetiyə nə lazım idi, Ay var idi Günəş kimi. Qızıl balıq və arpa çörəyi Qarşıma tökülmüşdü saman kimi”.

TAPŞIRIQ

10. Gürcü xalq şeiri (mənbə 6) təsərrüfatın hansı sahəsinin inkişafından xəbər verir? 11. Mənbə 7-ni təsvir et, şəkildə neçə nəsil görünür? Neçə nəfərlik ailədir? Uşaqların və yaşlıların geyimləri nə ilə fərqlənir və birbirinə oxşayır? Ailənin yaşlı üzvlərinə hörmət əlaməti olaraq nəyi göstərmək olar? XIX əsrin Cavaxeti ailəsi müasir ailədən (səh. 56) nə ilə fərqlənir? Mənbə 7. Cavaxeti ailəsi. XIX əsrin ikinci yarısı SAMSXE-CAVAXETI

61


Cavaxililərin, başqa mal-qara ilə birlikdə, böyük miqdarda qoyun sürüsü olurdu. Biçənəklərin – otlaqların çoxluğu təsərrüfatın bu sahəsinin inkişafına təkan verirdi. Samsxe-Cavaxetidə kətan ən əhəmiyyətli dənli bitki idi. Burada ondan əsasən yağ çəkirdilər. Kətanı becərmək və emal etmək olduqca zəhmət tələb edən və çətin iş idi. Lap əvvəlcədən kətan dənini qovururdular, sonra isə ağır daş təkər altında camışlar bunları fırladırdı, onu tapdalayır və yağını çıxarırdılar.

Mənbə 8. Bitki yağı çəkən qurğu – qelazi TAPŞIRIQ

12. Sadala, keçmişdə Gürcüstanda kətan yağı nədə istifadə olunurdu? 13. Necə fikirləşirsən, Cavaxetidə kətan bitkisinin yoxa çıxmasına nə səbəb ola bilərdi? 14. Müzakirə et, müasir Cavaxetidə kətandan istifadəni nə əvəz etmişdi.

Şərqi Gürcüstanın başqa tarixi – etnoqrafik guşələrində olduğu kimi Cavaxetidə də kətan yağı ilə camışları və inəkləri müalicə edirdilər. Bu yağı çəkmədən heyvanlar dözə bilmirdirlər, çünki onları gənələr dişləyirdi. Qotur tökdüyü halda kətan yağı yeganə dərman idi. Kətandan həmçinin dərinin emalında və boyaların hazırlanmasında istifadə edirdilər. Kasıb adamların əsas yeməyi əksər hallarda kətan olurdu. Bu zaman işıqlandırmaq üçün kətan yağından istifadə olunurdu, çünki başqa vasitələr yox idi. Marxva (orucluq) günlərində isə monastırlar, bütün əhali bu yağın istehlakçısı idi. O dövrkü əsas ticarət nəqliyyatı olan dəvələr kənd təsərrüfatının bu məhsulunu böyük miqdarda tələb edirdi. Cavaxetidən və Samsxedən kətan yağını başqa yerlərə də aparırdılar. SamsxeCavaxetidə 50-dən çox kətan yağı çəkən məntəqə var idi. TAPŞIRIQ

15. Dəftərdə cədvəl çək və doldur: müasir Cavaxetidə kətan istehlakını nə əvəz etdi? Keçmişdə kətan istehlakının məqsədi Dərman İşıqlandırma vasitəsi

62

BIZIM GÜRCÜSTAN 6

Əvəz edici vasitələr Məlhəm ...


MÜASIR CAVAXETININ TƏSƏRRÜFAT SAHƏLƏRI Bu gün Cavaxetidə yerli əhalinin əsas məşğuliyyəti yenə də kənd təsərrüfatıdır, regionun aparıcı sahələri isə – tarlaçılıq və kartofçuluqdur. Dənçilikdən əsasən buğda, az miqdarda arpa əkirlər, darı və kətan bitkiləri isə yoxa çıxmışdı. Kartof Gürcüstanda XIX əsrin əvvəlində yayılmışdı və ondan sonra ən böyük miqdarda Samsxe-Cavaxetidə becərilir. Buradakı qara torpaq bu bitki üçün ideal olmuşdu. Cavaxetidə təbii sərvət – pemza çıxarılır. O yaxşı inşaat materialıdır. Cavaxetidə bu materialın bir çox yerlərdə yataqlarına rast gəlinir və bu sahədə yerli əhali işlə təmin olunur. Gürcüstanda kartof Kartof Amerika mənşəlidir. Onu Gürcüstana Avropadan alman kolonistləri XIX əsrin əvvəlində gətirmişlər. Bundan sonra kartofçuluq kənd təsərrüfatının qabaqcıl sahələrindən birinə çevrilmişdi.

Mənbə 9. Kartof səpini

Cavaxeti təsərrüfatında arıçılıq əhəmiyyətli yer tuturdu. XVI əsrin axırında Samsxe-Cavaxetidə çoxlu arı kötüyü var idi, buradan da hər il orta hesabla 600-700 min ton bal götürür­ dülər. TAPŞIRIQ

16. Müasir Cavaxetidə təsərrüfatın hansı sahələri inkişaf etmişdi? 17. Beşinci sinfin “Bizim Gürcüstan” dərsliyindən SamsxeCavaxetinin Kartli ilə hansı iqtisadi-təsərrüfat əlaqələrinin olduğunu yadına sal və nəyə görə? 18. Kartof xörəkləri günü təşkil edin. Bunun üçün: a) Əvvəlcədən internetdə tanış olun və yaxud ailə üzvlərindən soruşun ki, bu bitkidən hansı xörəklər hazırlamaq olar; b) Məktəbdə müsabiqə keçirin; c) Sizin üçün ən arzuolunan xörəkləri hazırlayın və dostlarınızı dəvət edin. Xüsusi münsiflər heyəti bütün dadlı xörəkləri seçsin və sertifikatla mükafatlandırsın.

SAMSXE-CAVAXETI

63


3.5

SAMSXE-CAVAXETIDƏ YAŞAYIŞ EVLƏRI Samsxe-Cavaxetidə nə cür yaşayış evlərində yaşayırdılar?

LÜĞƏT

Erdo – evin düz səthli damının enişə əyilmiş deşiyi, haradan ki, hava daxil olur və tüstü çıxırdı. Karapani – evin qarşısında(girişində qoyulmuş ) talvar. Darani – yeraltı və yaxud qayada ovulmuş tunellər və otaqlar sistemi.

Samsxe-Cavaxetidə, əsasən, iki cür yaşayış evi yayılmışdı. Üstü torpaqla örtülmüş evlər və erdo-taclı salon evlər mövcud idi. Samsxe salonunun, Kartlidə yayılmış salona oxşar, tacşəkilli örtüyü var idi. Belə evlərdə, əsasən böyük ailələr yaşayırdılar. Samsxe salonu qapalı yaşayış yeri idi. Evə girmək yalnız onun qarşısında mövcud olan eyvanabənzər karapanidən mümkün idi və onun bütün otaq-məkanı xarici aləmlə yalnız bu bir giriş vasitəsilə əlaqələnmişdir. Samsxedə Mesxi salonunun tacşəkilli örtüyünün bu formasına görə, onu çox zaman “qaranquş” yuvası adlandırırlar. Bütün evlərin müxtəlif hündürlüklü çox naxışlı tacı var idi. Bəzi salonun tacı 18-20 pilləyə çatırdı.

Mənbə 1. Mesxi salonu

Gürcüstana düşmən cənubdan birinci Samsxe-Cavaxetidən daxil olurdu. Ona görə də evlər elə tikilirdi ki, işğalçı üçün gözə çarpan olmasın. Bu cür kəndə düşən adam çətin seçə bilirdi ki, kənddədir, yoxsa insan yaşamayan məntəqədə, çünki evlər görünmürdü. Kəndlər, əsasən yamaclıq yerlərdə, cənubun Günəş şüası altında salınırdı. Evlər bir-birinin yaxınlığında, yarıya qədər torpağa basdırılmış olurdu. Arxa divar həmişə bütünlüklə torpaqda olurdu. Necə ki, yan divarları. Əgər kənd yamacda salınmışdısa, üstü torpaqlı evlər elə qurulurdu ki, bir evin

64

BIZIM GÜRCÜSTAN 6


Mənbə 2. Üstü torpaq örtüklü evlər

örtüyü o biri ev üçün həyət- örtük funksiyasını yerinə yetirirdi. Mesxi kəndləri üçün kilsə, meydan, kənd bulağı və qəbiristanlıq xarakterik idi. Erdo-taclı evin ümumi damı altında, bir-birinin yanında, birləşmiş torpaq örtüklü müxtəlif təyinatlı köməkçi tikililər olurdu. Bunlar anbar, süd məhsullarının hazırlandığı yerlər və saxlanc yerləri, kənd təsərrüfatı alətlərinin toplandığı yer, kiçik anbar, tövlə və salond a mərkəzi tikili idi. Salonun yaxınlığında çörək bişirilən soba olurdu, tövlənin yanında isə -samanlıq. Mesxi kəndlərində müxtəlif məhəllələrin evləri bir-biriləri ilə gizli tunellərlə əlaqələnirdi. Qəfil hücum zamanı bir məhəllənin əhalisi gizli qapı ilə bir-birilərinə keçirdi. Torpaqda yerləşdirilmiş evə təsadüfən düşmən yaxınlaşardısa, ailə gizli tunel ilə nəzərə çarpmadan qonşu evə keçə bilirdi. Kəndin məhəllələri də bu cür tunellər vasitəsilə bir-birləri ilə əlaqəli idi. Belə tunellərin köməyi ilə həm də yeraltı dalanlarda sığınacaq tapmaq olurdu. Salonun bel kərənində Ay və Günəş əks olunurdu. Samsxelilər və cavaxililər, əsrlik böyük işgəncələrə baxmayaraq, şadlanmağı da yaxşı bacarırdılar. Onlar məhz tez-tez salonlarda süfrə arxasında çörək yeyən zaman mahnı oxuyur və rəqs edirdilər. Mahnıya olan böyük məhəbbət onların salonlarında kotanlı tacın (güvəcli) düzəldilməsinə səbəb olmuşdur ki, bu da xalq mahnılarının səs-sədası fonunu yaradırdı.

TAPŞIRIQ

1. Dərsin mətninin və mənbə 2-nin köməyi ilə izah et, SamsxeCavaxetidə nə üçün torpaq örtüklü evlər tikirdilər? 2. Yadına sal, daha harada torpaq örtüklü evlər tikirdilər. Onlar arasında hansı oxşarlıq və fərqlər vardır? 3. Samsxe-Cavaxetinin tarixi onun yaşayış tiplərinə nə kimi təsir göstərmişdir? 4. Yaşayış yerləri təbii mühitlə, landşaft ilə necə əlaqələndirilmişdir? 5. Etnoqrafik Muzeyə ekskursiya təşkil edin. Mesxi və Kartli tipli salonları müqayisə edin.

SAMSXE-CAVAXETI

65


3.6

SAMSXE-CAVAXETIDƏ SIĞINACAQLAR VƏ QALA-ISTEHKAMLAR Samsxe-Cavaxetidə düşmənin hücumu zamanı özlərini necə müdafiə edirdilər?

Şalva Axalsixeli Mesxlər seçilən döyüşçülər idilər. Onlar gürcü qoşununda ön cəbhədə vuruşurdular. Şalva Axalsixeli ön hissənin qabaqcıl başçısı idi, hansı ki, Çariça Tamaranın dövründə fəaliyyət göstərirdi. Əlahiddə qəhrəmanlığına görə xalq ona “Şavleqo” adlı mahnı həsr etmişdi, bu mahnını indinin özündə belə ifa edirlər. Gürcü kilsəsi onu müqəddəs hesab etmişdi. Onun xatirə gününü isə “Axalsixeoba” bayramında qeyd edirlər. “Şavleq, sənin qara çuxan, Şavleqo, Qana qəltan olmuşdu, Şavleqo”.

Samsxe-Cavaxeti Gürcüstanın ən cənub hissəsində yerləşir. Düşmən Gürcüstana ən çox məhz bu guşədən hücum edirdi. Ona görə də yerli əhali həmişə özünümüdafiəyə hazır olurdu. Özünü xilas etmək üçün yerli camaat müxtəlif vasitələrə müraciət edirdilər. Gürcüstanın qalan guşələrə kimi, burada da çoxlu qala-istehkam və gözətçi qüllələri tikilmişdi. Onlar arasında Xertvisi, Qızıl qala, Axalkalaki, Aspindza, Axalsixe və Tmoqvi qalaları xüsusi ilə seçilir.

Mənbə 1. Tmoqvi qalası

TAPŞIRIQ

1. Musiqi dərsində “Şavleqo” xalq mahnısını dinləyin. Onun mətnini müzakirə edin. Mənbə 2. Qızıl qala

66

BIZIM GÜRCÜSTAN 6


Samsxedə və Cavaxetidə çoxlu yeraltı və qayada ovulmuş gizlənmə yeri- darani- var idi. Hörülmüş divarda uzun daş çıxıntıları qoyurdular, bunların üzərinə səthindən torpaq tökürdülər. Bu cür tikinti müəyyən vaxtdan sonra nəzərəçarpmaz olurdu, çünki dalanda tökülmüş torpaqda ot bitirdi. İçərisində ibadətgah, çörək bişirilən fırnı olurdu. Sığınacaqlar kəndin böyüklüyünə görə düzəldilirdi. Nisbətən iri kəndlərin sığınacaqlarına 150-200 adam sığışırdı. Girişdən başqa, daldalanacağın suya çıxış yolu da var idi. Onların tikilməsinə ətraf mühit də şərait yaradırdı. Sığınacaqlar, əsasən, elə kəndlərdə düzəldilmişdi, harada ki, qala istehkam və özünümüdafiənin başqa vasitələri yox idi. Sığınacaqlar barədə əfsanə Xalq rəvayətlərinə əsasən, keçmişdə osmanlılar Cavaxetiyə hücum edirlər. Düşmən kəndlərdən birini mühasirəyə alır və əhali qaçıb aradan çıxa bilmir. Osmanlılar kəndə daxil olan zaman bir nəfər olsun adam tapa bilmirlər. Maraqlısı o idi ki, bəzi evdə ocaq hələ də yanırdı və süfrədə şam yeməyi düzülmüşdü. Təəccüblənmiş osmanlılar heç cürə müəyyən edə bilmədilər ki, gürcülər hara gedə bilərdilər və axırda əliboş kənddən çıxıb getdilər.

Samsxedə düşməndən müdafiə olunmaq üçün daha bir üsul mövcud idi. Orada, harada ki, kəndin yaxınlığında qayalıq var idi, əhalinin bu qayalıqda ovulmuş otaqları var idi və düşmən hücum edən zaman orada gizlənirdi. Bu cür süni mağaraları saxizari adlandırırdılar. Bunlar elə düzəldilirdi ki düşmən kənardan asan görə bilmirdi. XX əsrdən etibarən Samsxe-Cavaxetidə basqınlara və hücumlara son qoyuldu, buna görə də hər cür özünümüdafiə vasitələri öz əhəmiyyətlərini itirdilər. Bu gün sığınacaqların əksəriyyəti uçmuşdu, hər nə qalmışdırsa, yalnız turistlərin tamaşa etdiyi məkan funksiyasını yerinə yetirir. Çariça Tamara Mesxi əfsanəsində Əfsanəyə əsasən, Çariça Tamara Vardziada imiş. Gözlənilmədən onun atı yoxa çıxır. Çar özünün sevimli atı haqqında soruşanda xidmətçi belə cavab verir: Çar sağ olsun, sizin at köhnə kəndirini qırdı və gizləndi. Bundan sonra bu günədək Samsxedə bir neçə kənd belə adlanır: Dzveli (köhnə), Toki (kəndir), Adzğvita (qırdı) və Damala (gizlətdi).

Mənbə 3. Dalanın giriş qapısı

TAPŞIRIQ

2. Dalanlar yalnız Cənubi Gürcüstan üçün xarakterik idi. İzah et, nə üçün Qərbi Gürcüstanda sığınacaqlar tikmirdilər. 3. Mənbə 3-ü təsvir et. Necə fikirləşirsən, sığınacağın nəyə görə daş qapısı var idi.

SAMSXE-CAVAXETI

67


3.7

SAMSXE-CAVAXETIDƏ TICARƏT, SƏNƏTKARLIQ VƏ ŞƏHƏR HƏYATI Axalsixe necə regionun əsas mərkəzi oldu?

TAPŞIRIQ

1. Bu fakt nəyə işarə edir ki keçmişdə Axalsixedə 24 pravoslav kilsəsi, eləcə də sinaqoqa, məscid və katolik məbədi var idi?

Mənbə 1. Axalsixe XIX əsrdə

68

BIZIM GÜRCÜSTAN 6

Samsxe-Cavaxetinin siyasi, mədəni və iqtisadi mərkəzi Axalsixe şəhəridir. O, coğrafi cəhətcə olduqca əhəmiyyətli yolayrıcında yerləşir. Kartlini, İmeretini, Quriyanı, Acarıstanı və Cavaxetini birləşdirən yollar burada kəsişir. Axalsixe ərazisində insanlar hələ ən qədim zamanlardan yaşayırdılar. XII əsrdə şəhər böyüdü. Bu regionun idarəçiləri ona Axalsixe adını verdilər. Tarixən, Axalsixedə 24 kilsə var idi. Pravoslav abidələrdən başqa, XIII əsrin sonlarından başlayaraq, burada katolik kilsə, yəhudilərin sinaqoqu, müsəlmanların ibadət yeri olan –məscidlər var idi. XIX əsrin 30-cu illərindən isə, ermənilərin buraya köçürülməsindən sonra erməni kilsələri də tikilmişdir. Axalsixedə sənətkarlıq, xüsusən zərgərlik inkişaf etmişdi. Zərgərləri burada “ğvinçlər” adlandırırdılar. Axalsixedə həm də mis qablar, gümüş pullar, tütün qabları, şəkərdan hazırlanırdı.


Mənbə 2. Axalsixe bu gün

Əlverişli mövqeyinə görə, Axalsixedə ümumiyyətlə, Samsxedə ticarət inkişaf etmişdi. Həm gətirilmiş məhsullarla, həm də yerli mallarla – süd məhsulları ilə, dənli bitkilərlə, kətanla, bal ilə alış veriş edirdilər. Ticarətlə əsasən gürcü katolikləri məşğul olurdular. Şəhərdə onların öz karvansaraları var idi. İmeretini müxtəlif mallarla məhz bu tacirlər təmin edirdilər. Satmaq üçün tüfənglər və tapançalar aparırdılar. Sənətkarlar həmkarlar birliyində cəmləşmişdilər. Axalsixedən başqa, kəndlərdə də daxili sənaye və sənətkarlıqla məşğul olurdular. Kətandan və yundan parçalar toxuyurdular, kətan yağı çəkirdilər, arabalar, kərəntilər və əkin alətləri hazırlayırdılar; gödəkcələr, papaqlar, xurcunlar, qalın çuvallar tikirdilər, pərdələr toxuyurdular, yəhərlər düzəldirdilər. Dulusçuluq və ağac oymaları lazımı səviyyədə idi. Zoğal, göyrüş və fındıq çubuqlarından səbətlər hörürdülər və s. TAPŞIRIQ

2. Qədim və yeni Axalsixenin mərkəzini (mənbələr 1 və 2) müqayisə et. Hansı dəyişiklikləri görürsən? Bunları nə ilə izah edə bilərsən? 3. Axalsixedə sənətkarlığın hansı sahələri inkişaf etmişdi? Mənbə 3. Axalsixe bazarı SAMSXE-CAVAXETI

69


Mənbə 4. Çəçil və hisə verilmiş pendir

Son zamanlar Samsxe-Cavaxeti və onunla həmsərhəd olan Gürcüstanın qonşu dövlətləri, Türkiyə və Ermənistan arasında gediş-gəliş xüsusi ilə artmışdır. Axaltsixe bütün regionun mərkəzi kimi formalaşdı. Türkiyədən böyük miqdarda məişət əşyaları və toxuculuq məmulatları daşınır. Samsxedən isə bal aparırlar. Samsxedə pendir əhəmiyyətli ticarət məhsuludur. İnək südündən hazırlanmış yağlı pendir bütün Gürcüstanda yayılmışdır. Yağsız pendirə isə, əsasən, Samsxe-Cavaxetidə və Şərqi Gürcüstanın dağlıq hissəsində rast gəlinir. Bu cür pendir çəçil pendir adlanır. Onun hörülmüş hörük forması vardır. Hisə verilmiş pendir də çəçil kimi hazırlanır. Hisə verilmişi hazırlamaq üçün pendiri sap kimi uzadırlar, pırtlaşdırırlar, duz vururlar, üzərinə qaymaq tökürlər və yaxşıca qarışdırırlar. Bir neçə vaxtdan sonra onu çox sıx şəkildə saxsı qabda hisə verirlər. Ağzına qədər doldurulmuş dibçəyə yuxarıdan duz səpirlər, təmiz parça ilə ağzını örtürlər və saxlama otağında taxtanın üzərində ağzı üstə çevirirlər. Hisə verilmiş pendir bərnilərdə az qala bir il saxlanılırdı və qonağa təqdim ediləsi delikates hesab olunurdu. Bu gün Gürcüstanda hisə verilmiş pendirin qiyməti adi pendirin qiymətindən üç dəfə artıqdır.

Vale və Karcaxi gömrük-buraxılış məntəqələri Samsxe-Cavaxetinin müasir inkişafına Türkiyə sərhədində iki gömrük –buraxılış məntəqəsinin (Vale və Karcaxi) açılması böyük təsir göstərmişdir. Bu yol ilə qonşu ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr fəallaşmış və turistlərin sayı artmışdır.

Mənbə 5. Vale gömrük buraxılış məntəqəsi

Mənbə 6. Karcaxi gömrük buraxılış məntəqəsi

TAPŞIRIQ

4. Necə fikirləşirsən, pendirin uzun müddətə saxlanılması nəyə lazım idi? Ətraf mühiti və tarixi şəraitləri nəzərə al. 5. Sənin fikrincə, hisə verilmiş pendir nə üçün daha bahadır, nəinki adi pendir. 6. Böyüklərlə birlikdə bazara getməyi planlaşdır. Bazarda almaq istədiyin məhsulların siyahısını yaz. Onların qiymətlərini müəyyənləşdir, məhsulların qarşısında yaz və hesabla, nə qədər vəsait lazım gələcəkdir. Buna qədər isə qənaət et və zəruri miqdarda pulu ehtiyat yığ.

70

BIZIM GÜRCÜSTAN 6


NƏ BILIRƏM VƏ NƏ BACARARAM 1. Suallara cavab ver: • Yadına sal Samsxe ərazisində hansı çayın dərəsində terraslar

düzəldilmişdi. • Samsxe Cavaxetidə kənd təsərrüfatının hansı məhsulunu böyük miqdarda istehsal edirlər? 2. Cədvəldə verilmiş məlumatı doldur. Cədvəldə çək və cədvəli doldur: “düzgündür-düzgün deyil”. Düzgündür

1. 2. 3. 4. 5.

Cavaxetidə ermənilər və duxoborlar yaşayırlar. Kür öz mənbəyini Samsxedən alır. Axalsixe keçmişdə Lomsia adlanırdı. Vardzia Kvabliani çayının dərəsində yerləşir. Samsxe-Cavaxetidə quyulardan məhsulu saxlamaq üçün istifadə edirdilər. 6. Pəstil almadan hazırlanır. 7. Cavaxeti Quriya ilə həmsərhəddir. 8. Samsxedə daha çox göl vardır, nəinki Cavaxetidə. 9. Kətan bitki yağını Cavaxetidə bu gündə istehsal edirlər. 10. Hisə verilmiş pendiri Cavaxetidə yaşayan ermənilər hazırlayırlar.

Düzgün deyil

3. Samsxe-Cavaxeti multietnik əhalisi ilə seçilir. Onlar arasında saylarına görə ermənilər üstünlük təşkil edirlər. Onların mədəniyyətinə hörmət əlaməti olaraq, sinifdə erməni mədəniyyəti gecəsi təşkil et. 4. Mülahizə yürüdün, dövlət dilini bilməyin nə kimi əhəmiyyəti var. Bunun üçün nə lazımdır ki, Cavaxetidə qeyri-gürcü dilli əhali gürcü dilini öyrənsin? Öz təkliflərinizi hazırlayın və Gürcüstan parlamentinin Təhsil, Elm və Mədəniyyət Komitəsinə göndərin.

5. Bələdiyyəyə təkliflə müraciət et, sənin guşəndə sənayenin hansı sahəsinin inkişafı mümkündür. Sənin regionun üçün hansı peşələr daha çox perspektivlidir?

Bu Vardziadır? Hansı dövrdəkidir?

XII əsrin abidəsidir.

6. “Samsxe-Cavaxeti – Gürcüstanın cənub qapısı keçmiş və bu gün” mövzusunda referat yaz. SAMSXE-CAVAXETI

71


QURIYA e

m

a

g

s

malTayva !

lx

T

paliastomis tba

e

is

o er

li p vnu

e

x l

la !

!

lesa CibaTi

nigvziani !

sufsa

!

m

!

ureki !

! jumaTi sufsa

d

z R v a

Txinvali

a

b ! natanebi SekveTli !

na t

!

l

ane b

o

b

! laiTuri

i

i a v

grigoleTi

arki

o

k

S

Bu fəsildə Qərbi Gürcüstanın tarixi-­ etnoqrafik regionunu – Quriyanı öyrənəcəksən. Biləcəksən ki, bu guşə keçmişdə və bu gün hansı rolu oynamışdır və bu gün hansı funksiyalar yerinə yetirir; coğrafi yerləşməsinin onun iqtisadi inkişafına hansı təsiri vardır; öyrənəcəksən, keçmişdə hansı əhəmiyyətli resursları var idi və bu gün nəyi vardır; Quriyada hansı kurortlar vardır və bu guşənin inkişafında turizm hansı rolu oynayır; Quriyada yaşayış və təsərrüfat tikililəri necə idi; bu guşənin diqqətəlayiq cəhətləri, folkloru, ənənələri və xalq adət-ənənələri ilə tanış olacaqsan.

ko

FƏSIL 4.

i

! .

! naruja

!

a

!

pirobiTi aRniSvnebi dasaxlebuli punqtebi

! . ! . ! !

W

mxaris centri municipalitetis centri sxva dasaxlebuli punqti kurorti

gzebi avtomagistrali gzatkecili rkinigza

sazRvrebi avtonomiuri respublikis istoriul-geografiuli provinciis daculi teritoriis

hidrografia mdinare tba, wyalsacavi Waobi

72

BIZIM GÜRCÜSTAN 6

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili

! Wanie


g

r

e

l !

T

e

s

lanCxuTi ! . !

CibaTi qvemo SuxuTi

!

nigoiTi

i

!

i

o

!

japana

m

!

e

ganaxleba !

mamaTi

! burnaTi

!

umaTi

a

Coxatauri 1204 ! . ! m. sayinule

!

nagomari qveda nasakirali

bukiscixe

!

b

! nabeRlavi

ozurgeTi

naruja

! Semoqmedi! vakijvari

1705

! gomi

! Cxakoura

n at

! WanieTi

u fs

T

! .

e

!xidisTavi

s

ri

i

r

a

m. zotiswveri

! zoti

ne bi

kur. baxmaro !

x

e

s

T

i

a

i

m. mefiswyaro

s

e m. sayornia

i

q

m 2755

e

1705

d xeTi

a

v

a

a

samcxe-j

r

a

0

5km

73


4.1

QURIYANIN COĞRAFI YERLƏŞMƏSI VƏ TƏBII ŞƏRAITLƏRI Quriyanın coğrafi yerləşməsi və təbii şəraitləri necədir?

TAPŞIRIQ

1. Xəritəyə əsasən (səh.7273) müəyyənləşdir: a) Gürcüstanın hansı guşələri Quria ilə həmsərhəddir? b) Ehtimal yürüt, dağlıq Quriyada çox adam yaşayır, yoxsa aran hissədəmi.

Quriya Qərbi Gürcüstanın ən kiçik tarixi-etnoqrafiq regionudur. Keçmişdə Quriya daha cənuba doğru, Coroxi çayının mənsəbinədək uzanıb gedirdi. Lakin Gürcüstanda knyazlıqlar arasında daxili sərhədlər müxtəlif səbəblər üzündən tez-tez dəyişirdi. Quriya Qara dənizin sahilində yerləşir. Onun yalnız düzənlikləri əhatə etmədiklərinə baxmayaraq – burada dağlıq və dərəli təpəli relyef də vardır. Çoğatauri dağlıq Quriyadır, Lançxuti və Ozurgeti isə – aran. Quriyanın dağlıq hissəsi Mesxeti dağ silsiləsinin şimal-qərb yamaclarında yerləşir. Quriyanın aranında əsasən düzənliklər və ovalıqlardır və burada kiçik ölçülü təpələr də nəzərə çarpır. Düzənliklərdə subtropik iqlim hakimdir, ona görə də burada subtropik bitkilər – sitruslar və çay yetişir. Quriyanın başlıca çayı Supsadır. Eləcə də, Paleastomi gölünün cənub hissəsi də Quriya və Sameqrelo ilə həmsərhəddir. Quriyada həm dağ, həm də dəniz kurortları vardır.

Mənbə 1. Askana kəndinin ətrafları

Mənbə 2. Nabeğlavi kəndi TAPŞIRIQ

2. Mənbə 1 və 2-ni bir-biri ilə müqayisə et. Hansı oxşarlıq və fərqləri görürsən? Sənin fikrincə, hansı dağ kəndidir.

74

BIZIM GÜRCÜSTAN 6


Mənbə 3. Maltağva

Mənbə 4. Kolxeti Milli Parkı

Quriya faydalı qazıntılar baxımından kasıb diyardır. Supsanın yamaclarında bir neçə neft axtarma quyuları qazılmışdı, lakin bu quyularda neft ehtiyatı o qədər azdır ki, o regionun iqtisadi həyatında əhəmiyyətli rol oynaya bilmir. Tikinti materiallarından Supsa çayında çınqıl və qum çıxarılır. Nabeğlavi kəndində həmin adı daşıyan mineral su yatağı yerləşir. Quriyada əlahiddə gil çıxarılır, buna isə “Askana gilləri” deyilir. Lap qədim zamanlardan insanlar bu gildən çimən zaman istifadə edirdilər. Ondan əczaçılıq və toxuculuq sənayesində, ətriyyatda istifadə oluna bilər. Ondan sabun hazırlanır.

TAPŞIRIQ

3. Xəritədə (səh. 72-73), dərsdə göstərilmiş coğrafi obyekləri axtarıb tap. Mənbə 5. Askana gilləri QURIYA

75


4.2

QURIYANIN TƏSƏRRÜFAT SAHƏLƏRI Quriyada təsərrüfatın hansı sahələri inkişaf etmişdi?

TAPŞIRIQ

1. Keçilmiş dərslərdən yadına sal, Gürcüstanın daha hansı guşələrində hündürlüyə qalxan üzüm növləri yayılmışdı?

Mənbə 1. Səbətə toplanmış İzabella (odessa) sortlu üzüm

Quriyanın əsas təsərrüfat məşğuliyyəti həmişə əkinçilik olmuşdu. İsti və rütubətli iqlim aranda heyvandarlığın inkişafına imkan vermir, dağda isə bu gün də iri buynuzlu malqara az miqdarda vardır. Keçmişdə Quriyada dənli bitkilərdən buğda(bəzi yerlərdə), ğomi, qarğıdalı, lobya və nadir hallarda arpa becərilirdi. XVIII əsrdən başlayaraq qarğıdalı aparıcı bitkiyə çevrildi. Quriyanın kəndlərində, Qərbi Gürcüstanın başqa tarixi-etnoqrafik guşələrində olduğu kimi, hündürlüyə ucalan tənək növləri yayılmışdır. Orada bu günədək onlarca növ yerli tənək növü mövcuddur, ancaq onlar arasında ümumiyyətlə ən məşhuru “Oddessa”dır. Quriyada ağac boyu uzanmış tənəyin məhsulunu yığmaq üçün xüsusi ucu sivri səbətlərdən istifadə olunur. Tənəyə nə üçün Odessa adı vermişlər Qərbi Gürcüstanda hər yerdə geniş yayılmış tənək növünə nə üçün odessa adını vermişlər? Odessanın əsl adı İzabelladır. O Amerika mənşəli tənəkdir. Gürcüstana XIX əsrdə Ukraynanın liman şəhəri Odessadan gətirmişlər və əvvəlcə Quriyada yetişdirmişlər. Yerlilər onun adını bilmirdilər və bir halda ki Odessadan gətirilmişdi, ona görə də “Odessa” deyə adlandırdılar. Yerli gürcü növləri ilə müqayisədə, izabellanın bir böyük üstünlüyü vardır: onu dərmanlamaq lazım gəlmir və çətin təbii şəraitlərdə belə asanca məhsul verir.

Çay kolu Gürcüstanda ilk dəfə XIX əsrin əvvəlində Quriyada peyda oldu. XX əsrdə isə çay istehsalı ən geniş yayılmış təsərrüfat sahəsinə çevrildi. Gürcüstanda çay bitkisinin inkişaf etdirilməsi üçün çinli mütəxəssis Lao Cin Caonu dəvət etmişlər, bu mütəxəssis isə nailiyyət qazandı və yüksək keyfiyyətli çay istehsal etdi. Gürcüstanda bir neçə ölkənin tələbatını ödəyəcək miqdarda çay istehsal edirdilər. Son 25 il ərzində Gürcüstanda çay istehsalı minimuma qədər azalmışdı, çünki məhsul başqa ölkələrdə satılmırdı və nəzarətsiz qoyulmuş çay plantasiyalarının böyük hissəsi məhv edildi.

76

BIZIM GÜRCÜSTAN 6


Mənbə 3. Quriyada fındıq kolları Mənbə 2. Lao Cin Cao çay tingçilik təsərrüfatında

Gürcüstan müstəqilik əldə etdikdən sonra, 1990-cı illərdən başlayaraq Quriyada təsərrüfatın yeni sahəsi – fındıq istehsalı inkişaf etdirildi. Bu sahə çay kollarını və sitrus bağlarını əhəmiyyətli dərəcədə əvəz etdi. Quriyada fındıq kollarının sahəsi ildən ilə artır. Gürcüstan fındıq istehsalında dünyada dördüncü yerdədir. Fındıq kolları əsasən Quriyada və Sameqreloda geniş yayılmışdı. Gürcüstanda, o cümlədən Quriyada 2015-ci ildə təhlükəli zərərverici böcək – mərmər taxtabiti yayıldı. Bu həşərat 2016cı ilin fındıq məhsulunu qismən, 2017-ci ilin məhsulunu isə tamamilə məhv etdi. Dövlət, əhali ilə birlikdə bu həşərata qarşı mübarizəyə qalxdı. Nə üçün şübhələnirsən?

Bilmirdim ki, Quriyada çay becərirlər.

TAPŞIRIQ

2. Sənin fikrincə, fındıq istehsalının inkişaf etdirilməsi üçün hansı tədbirləri görmək lazımdır. 3. Necə fikirləşirsən, mərmər taxtabiti ilə mübarizədə Quriya əhalisinə nə ilə kömək edə bilərsən. 4. Gürcüstanda bu zərər vericiyə qarşı mübarizə sahəsində vəziyyətin necə olduğu barədə internetdə məlumat axtar tap. 5. Sənin fikrincə təsərrüfatın yeni sahəsinin inkişafına və köhnənin yoxa çıxmasına nə səbəb olmuşdu.

Mənbə 4. Turistlər Quriyada

QURIYA

77


4.3

QURIA – KURORTLARLA ZƏNGIN DIYAR Quriyada turizm necə inkişaf edir? Quriya müxtəlif tipli kurortlarla zəngin olan regiondur. Turizm XX əsrdə Quriya əhalisinin gəlirinin başlıca mənbələrindən birinə çevrilmişdi. Burada dəniz, dağ və müalicə-sağlamlıq kurortları vardır. Urek, Şeqvetili və Qriqoleti dəniz sahili kurortları Quriyada yerləşir. Ureki Qara dəniz sahilinin başqa kurortlarından özünün müalicəvi maqnit xarakterli quma malik çimərliyi ilə seçilir. Müalicəvi əhəmiyyətə malik qumu buraya Supsa çayı gətirmişdi, bununla da müalicə və istirahət üçün yaxşı şərait yaranmışdı. Urekini uşaqlar daha çox sevirlər, çünki qumlu sahil və ilıq su üzməyi bacarmayanlar üçün əlverişlidir.

Mənbə 1. “Bleksi Arena”

Müasir Şekvetili Şekvetili kurortu maqnit xassəli müalicəvi qumu və iynəyarpaqlı meşəsi ilə məşhurdur. Son illərdə, xüsusən də orada – Qafqazda ən böyük konsert salonu olan “Bleksi arena” tikildikdən və “Tsitsinatela” attraksion parkı açıldıqdan sonra Şekvetiliyə çoxlu istirahətçilər gəlir. Burada yeni ailə mehmanxanaları açılmışdır. Beynəlxalq festivallar çərçivəsində konsert salonunda dünya səviyyəli ulduzlar çıxış edirlər. Onları dinləmək üçün müxtəlif ölkələrdən bir çox turist gəlir. Bu isə yerli əhalinin gəlirini artırır.

TAPŞIRIQ

1. Necə fikirləşirsən, konsert salonu bir kurort kimi Şekvetilinin inkişafında hansı rolu oynayır.

Mənbə 2. Urek sahili

78

BIZIM GÜRCÜSTAN 6


Kim ki, dənizi sevmir, hamıya bəlli olan dağ-iqlim kurortunda – Baxmaroda dincələ bilər. Urek kimi Baxmaro da eyni zamanda həm istirahət, həm də müalicə kurortudur. O dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Burada dağın və dənizin havası bir-birinə qarışır ki, bu da Günəşin ultra bənövşəyi şüaları ilə birlikdə xüsusi iqlimi formalaşdırır. Məhz bu iqlimin profilaktik və müalicəvi xassələri tənəffüs yolları xəstəliyindən əziyyət çəkən insanlar üçün olduqca xeyirlidir. Quriya dağlarında ünü ilə heç də geridə qalmayan Qomi dağı yerləşir.

Mənbə 3. Baxmaroda Cıdır

Baxmaro kurortunu necə kəşf etdilər? Baxmaro havasının nadir müalicəvi əhəmiyyətini ilk dəfə XIX əsrin 80-ci illərində o regiona yay otlaqlarına çıxmış çobanlar kəşf etmişlər. Çobanlardan biri vərəm xəstəliyinə tutulmuşdu və Baxmaronun havası son nəticədə onu müalicə etdi. Bu barədə səs tezliklə hər yerə yayıldı və həmin əsrin sonunda, ağır xəstələri xüsusi müalicə olunmaq üçün Baxmaroya aparırdılar.

TAPŞIRIQ

2. Xəritədə (səh. 72-73) axtarıb tap: a) Urekidən Baxmaroya doğru gedəcəyin yolda yaşayış məntəqələrini. b) Baxmaro kurortunu və Qomi dağını. Onların yerləşdikləri məkanlar arasında hansı oxşarlıq və fərqlər mövcuddur? c) Quriyada mövcud olan dağ və aran kurortlarını. 3. Sən harada dincəlmək istərdin? İzah et, nəyə görə. 4. “Şekvetili kurortunun inkişaf perspektivləri” mövzusunda təqdimat hazırla. Ona qədər a) Şekvetili kurortu barədə məlumat axtarıb tap (internetdə, müsahibə yolu ilə və s.). b) Orada hansı biznes ən sərfəli ola bilər. c) Yerli əhaliyə onların gəlirlərini artıracaq tövsiyələr yaz. 5. Gürcüstanın məşhur mineral suları barədə məlumat topla.

Nabeğlavi Gürcüstanda 730-dan çox növdə termal və mineral su çıxarılır. Onların nadir xüsusiyyətləri qədim dövrlərdən məşhurdur. Yerli sakinlər bu sulardan müxtəlif xəstəlikləri müalicə etmək üçün istifadə edirlər. Bir çox bu cür bulağın olduğu yerdə kurortlar yaradılmışdı. Belə yerlərdən biri də Nabeğlavi kəndidir ki, bura bu gün artıq kurort kimi tanınır. Onun yaxınlığında 1905-ci ildə mineral su yatağı kəşf etmişlər. Yerli əhali bu bulaqlardan birinə diqqət yetirmiş və görmüşdür ki, bu bulağa öküzlər can atırlar. Alimlər onu öyrəndilər və müəyyənləşdirdilər ki, bu suyun müalicəvi xassələri vardır. Bu gün Nabeğlavi 20-dən çox ölkəyə göndərilir. QURIYA

79


4.4

QURIYADA MƏSKUNLAŞMA TIPLƏRI VƏ INŞAAT IŞLƏRI Quriyada evləri necə və hansı materialdan tikirdilər? Quriyada yaşayış məskənlərinin tipi, yaşayış və təsərrüfat binaları, İmeretidə və Sameqreloda olan tikililərlə demək olar ki, eynidir. Həyət və həyətyanı sahələrdə yaşayış və təsərrüfat tikililəri yerləşir. Evlər mümkün qədər, təpə-təpəciklərdə tikilir. Quriyanın yüksək dağlıq hissəsində bir kəndin müxtəlif məhəllələri bəzən bir-birindən o qədər uzaq olur ki, bunlar sanki ayrı-ayrı kəndlərdir. Kvemo Quriyada evlər bir-birinin yanında yerləşir. Həyət-həyətyanı sahələr yaxşı səliqə-sahmanlıdır və yaşıllaşdırılmış olur. Əsrlər boyu Quriyada evlər mütləq ağacdan tikilirdi. Onlar birmərtəbəli olurdu və olduqca yüksək dirəklər üstündə düzəldilirdi. Həyətdə müxtəlif təsərrüfat tikililəri olurdu: samanlıq, qarğıdalı saxlanan yer, donuz damı, tövlə və yay mətbəxi. Əsas yaşayış evi qamışla örtülü olurdu. Çox nadir hallarda isə – kirəmitlə. Köməkçi evləri – xüsusi otla – cil ilə örtürdülər.

Mənbə 1. Ailə cil ilə örtülmüş evin önündə. XIX əsrin ikinci yarısı

TAPŞIRIQ

1. 1 və 2-ci mənbələri müqayisə et. Onlar nə ilə fərqlənirlər. Hansı ev yaşamağa daha əlverişlidir və nəyə görə?

80

BIZIM GÜRCÜSTAN 6

Mənbə 2. Oda-ev


Mənbə 3. Quriyalılar. XIX əsrin ikinci yarısı

Quriyada bir çox hallarda kilsələri də ağacdan tikirdilər. Ağacdan olan kilsələr ənənəvi material ilə tikilmiş məbədlərlə müqayisədə tezliklə dağılmış və yaxud düşmən hücumu zamanı yandırılmışdır. Bu günədək Baxmaro kilsəsindən başqa, Quriyada heç bir ağac kilsə qalmamışdır.

TAPŞIRIQ

2. Mənbə 3-ü təsvir et. Qurulların geyimlərini sənə tanış olan başqa regionların əhalisinin geyimləri ilə müqayisə et. 3. Yadına sal, Quriyada və Qərbi Gürcüstanda yaşayış tikililəri nə üçün ağacdan inşa olunurdu. 4. Keçilmiş materialı yadına sal və ehtimal yürüt, Baxmaro kilsəsi nə zaman tikilmiş olardı.

Mənbə 4. Baxmaro kilsəsi

XX əsrdə insanların biliyi və imkanları inkişaf etdi. Mütəxəssislər Kolxeti ovalığında bir çox bataqlıqları qurutdular, buna görə də dəniz sahili guşələrdə rütubətlilik azaldı. Alimlər yeni tikinti texnologiyaları və fərqli inşaat materialları yaratdılar. Bu dəyişikliklərdən sonra daha rahat və abad evlər tikilməyə başlandı. Quriyada yeni tikintilər, əsasən müasir texnologiyalardan istifadə etməklə icra edilir, ona görə də köhnə ağac evləri demək olar ki, daha tikmirlər. Dənizsahili kurort olan Qriqoletidə hər cür rahatlıqla təmin olunmuş evlər sahildə, dənizdən 20 metr aralıda tikilmişdi.

Mənbə 5. Qriqoleti QURIYA

81


4.5

QURIYA FOLKLORU Quria mahnıları nə ilə seçilir?

Qurullar nəinki təkcə şənlik zamanı, toyda, eləcə də əmək zamanı oxuyurdular. Onların mahnısı əmək prosesi ilə həmahəngdir. Bu mahnı işi asanlaşdırır və məhsuldar edirdi, ona məzmun və həvəs qatırdı. Quriya mahnısında ən yüksək səsli kişinin ifa edəcəyi “Krimanculi” mahnılarıdır. Yaxşı ifa olunmuş “Krimanculi” mahnısı hətta 3-4 kilometr məsafədən də aydın dinlənilə bilir. Mahnının belə uzaq məsafəyə gedib yayılmasına Quriya dağları da şərait yaradırdı. Quriyada yaxşı müğənnilərin qiymətləndirilməsi ənənəyə çevrilmişdi. Onlar barədə on illiklər boyu danışır və yaddan çıxarmırdılar.

Mənbə 1. Quriyalıların ailəsi

TAPŞIRIQ

1. Hansı musiqi alətlərini görürsən (mənbə 1)? Bu nəyə işarə edir?

Mənbə 2. Krimanculi mahnısının ifaçıları

Anzor Erkomaişvili Anzor Erkomaişvili nəinki təkcə Quriya xalq mahnılarının ifaçısı, həm də toplayanıdır. Onun soyadından olan nümayəndələr 300 ildir ki, oxuyurlar. Mahnı oxumağı babası – Artyom öyrətmişdir. 3-4 yaşında ilk dəfə səhnəyə babası ilə birlikdə çıxmışdı. Bundan sonra bütün səhnədədir və illərdir ki “Rustavi” ansamblına rəhbərlik edir. Quriya xalq mahnılarının populyarlaşması onun adı ilə bağlıdır.

82

BIZIM GÜRCÜSTAN 6

Mənbə 3. Müğənni, ansambl dirijoru, xalq mahnılarının toplayıcısı Anzor Erkomaişvili


Quriyada həmçinin tarla, yəni iməcilik mahnıları da məşhur idi, onlar əsasən əmək prosesində – qarğıdalı sahəsinin kətmənlənməsi zamanı ifa olunurdu. Kətməni mahnının tempinə uyğunlaşdırırdılar, toxanın vurulması və mahnı ritmik olmalı idi. Mahnı prosesində vaxt da daha tez gəlib keçirdi və iməcilik üzvləri nisbətən az yorulurdular. Quriyada Elesa mahnısı da geniş yayılmışdı. Elesanı yük qaldıran və daşıyan zaman ifa edirdilər. XX əsrin əvvəlində Quriyada araba yolları az idi. Tikinti ağac məmulatını və becərilmiş məhsulu meşədən və tarladan bellərində və çiyinlərində daşıyırdılar. Yükün bir yerdən başqa yerə daşınması çoxlu işçi tələb edirdi. Quriyalı üçün mahnısız ağır yükü daşımaq isə təsəvvürə gəlməz idi. Mahnının başlayanı - oxuyanı və rəhbəri var idi. Nə qədər ki, yük təhlükəli yerdə olurdu, ona qədər Elesanı bir nəfər oxuyurdu, ancaq yük rahat yerə aparıldıqdan sonra mahnının “bir nəfərlik diktaturası” aradan çıxırdı və mahnını iki nəfər, daha şən və qüssəsiz ifa edirdi.

Elesa Elesa şeirsiz mahnı idi: “Elese və qaldır, oğlan! Elese və endir oğlan!” Bu sözləri rəhbər deyirdi, qalanlar isə onun ardınca gedirdilər ona zümzümə edirdilər. Elesa və Vio, Vio, oo! Nə zaman ki yükü təyinat yerinə aparırdılar, o zaman Elesanı daha sürətli templə oxuyurdular – “Ele, Ele, Ele-ha, Elesa və vio və io”.

Mənbə 4. İməcilik

Quriyada yayılmış müxtəlif mahnıların ifa edilməsi ənənəsi: İməclik, Elesa və Klimancuri iyirminci əsrə qədər gündəlik həyatda fəal ifa olunurdu. Son zamanlar Elesa ənənəsi unudulmağa başlandı və elə iməcilik mahnısının özü də əvvəllərdəki kimi tez-tez ifa olunmurdu. Quriyada üzüm yığımı zamanı da mahnı oxuyurdular. Bu mahnılar “Aqidela” və “Aquna” dır. Müğənnilərdən ibarət iki və ya üç qrup bir-biri ilə yarışırdı. Xüsusən qızın və oğlanın sağdışsolduşu yarışardılar. Bu gün həmin ənənə də unudulmuşdu. TAPŞIRIQ

2. Necə fikirləşirsən, Elesanın gündəlik həyatdan yoxa çıxmasına nə səbəb olmuşdu. 3. Keçilmiş materialdan yadına sal. Bu mahnı yarışı Quriyadanan başqa, daha hansı guşə üçün xarakterik idi. 4. Sənin fikrincə, folklor nümunələrini gələcək nəsillər üçün necə qoruyub saxlamaq olar. QURIYA

83


4.6

QURIYADA IDMAN OYUNLARI Quriya idman oyunları necədir?

TAPŞIRIQ

1. Leloburti hansı müasir, dünyada məşhur oyunu xatırladır? Bu iki oyun arasında hansı oxşarlıq və ya fərqlilik vardır? 2. Cakunoba öz məzmununa görə hansı oyuna bənzəyir? 3. Ehtimal yürüt, cakunobanı indi nə üçün oynamırlar. 4. Amerikada Quriya atlıları barədə məlumat topla. Necə fikirləşirsən, onlar bu uzaq ölkəyə nə üçün getmişdilər. 5. Sinif yoldaşlarınızla birlikdə, idman dərsində leloburti oyunu və yaxud cakunoba oyununun canlandırılmasına çalışın. Bunun üçün müvafiq topu əvvəlcədən hazırlayın.

84

BIZIM GÜRCÜSTAN 6

Gürcüstanda müəyyən vaxt ərzində müxtəlif xalq idman oyunları yaratmışlar. İnsanlar bayram zamanı nəinki təkcə rəqs edir və mahnı oxuyurdular, eləcə də bir-biri ilə güclərini sınayır və yarışırdılar. Bu onlara məşqlərdə və fiziki sağlamlığın möhkəmləndirilməsində kömək göstərirdi. Quriyada leloburti, cakuna/çövkan və cıdır kimi idman oyunları son zamanlaradək gəlib çatmışdı. Baxmaroda cıdır yarışı bu gün də keçirilir. Leloburti zaman bir-biriləri ilə iki komandanın üzvləri – müxtəlif məhəlləlilər və yaxud evlilər və subaylar – güclərini sınayırdılar. Leloburti oyununun başlanğıcında, meydanın tən ortasında yuxarıya atılmış topu kim tuturdusa, o qarşı tərəfin arasına qarışıqlıq salmağa və qaçmağa çalışırdı. Qarşı tərəfin oyunçuları ondan topu almağa çalışırdılar, müvəffəqiyyətli irəliləyiş baş verdikdə, qarşı tərəfin arxasına doğru, yəni leloya doğru gedirdilər. Əgər topu itirirdilərsə, bu zaman qarşı tərəf həmin hərəkəti təkrar etməyə çalışırdı. Hansı tərəf daha çox top lelo (top) keçirərdisə, o qalib hesab olunurdu. Oyunçuların miqdarı məhdud deyildi.

Mənbə 1. Şuxutidə leloburti oyunu

Quriyada hər yerdə cakunoba oyunu da yayılmışdı. Cakuni uzunluğu oyunçunun ucalığı boyda olan dəyənəyə deyilir. Cakunini ağac çubuqdan düzəldirdilər. Onun ucu əyilmiş olmalı idi. Cakunoba oyununun topu yumruq boyda idi. Topu mal-qara tükündən hazırlayırdılar, ağac sıyrıntılarından, nadir hallarda isə yundan düzəldirdilər ki, buna da dəri ilə üzləyirdilər. Burada da topu lelodan keçirmək lazım gəlirdi, lakin dəyənək zərbəsi ilə. Hazırda cakunoba artıq unudulmuş oyundur.


NƏ BILIRƏM VƏ NƏ BACARARAM 1.  Müalicə kurortları və onların təyinatı Quriyanın əsas dəyərlərindən biri dağ və aran kurortlarıdır. Dəftərdə cədvəli doldur və internetin köməyi ilə qiymətləndir, hansı kurortun nə təyinatı vardır?

LÜĞƏT

Repertuar – Teatrda, estradada, konsertdə ifa olunmuş əsərlərin birliyi.

Cədvəl: Quriyanın dağ və aran kurortları Kurortlar

Təyinatı

Baxmaro Ureki

2.  Quria mahnılarının konserti

• Musiqi müəllimi ilə birlikdə Quriya mahnılarının konsertini

təşkil et. Konsert keçirilənə qədər sinifdə sorğu apar, Quriyanının hansı mahnısı daha məşhurdur. • Quriya mahnılarının veb səhifəsində tanış ol: http://www.alazani.ge/Guria-guruli-simgerebi-sagaloblebikutxe5.html

• Ən çox xoşuna gələn mahnıları seç. • Sizin seçiminizi kütləviləşdirin və repertuar təşkil edin. • Seçilmiş mahnıları sinifdə dinləyin. • Dinlənilmiş mahnıları müzakirə edin və Quria mahnılarının

özünəməxsusluqlarını sadalayın. • Başqa tarixi-etnoqrafiq guşələrin mahnıları ilə müqayisə edin. Onlar arasında hansı oxşarlıq və fərqlilik vardır?

3.  İdman oyunları

• Gürcüstanın müxtəlif guşələrində yayılmış idman oyunları

barədə məlumat (məsələn, əfsanə, tarix, konkret hadisə) axtarıb tap. • Divar qəzeti hazırlayın, onu idman oyunlarına həsr edin.

QURIYA

85


FƏSIL 5.

RACA-LEÇXUMI n a

s

nu r

orbeli

! cageri .

!

a

m e g r

a

l

ja

lailaSi !

e

l e C x u m i

q

!

! xvanWkara r

sw

i

2001

!

tviSi!

Sareul

reulamRvi

sayinul mRv

r

m. xvamli m

Sa

c x en i

o

ya li

l muxura !

lajanurhesi

e

xarisTv muradas a mRvime

naqeralas uR r pirobiTi aRniSvnebi dasaxlebuli punqtebi

! . ! . ! !

mxaris centri municipalitetis centri sxva dasaxlebuli punqti

hidrografia mdinare tba, wyalsacavi myinvari

kurorti

gzebi

sazRvrebi saxelmwifos istoriul-geografiuli provinciis

BIZIM GÜRCÜSTAN 6

e

s

gzatkecili

86

l

v

2565 uR

a

Bu fəsildə biləcəksən ki, Raca-Leçxumi necə yaranmışdır; orada hansı təbiicoğrafi mühitdir; onunla bağlı hansı əfsanə mövcuddur; ətraf mühit və təbii resurslar təsərrüfat sahələrinin inkişafına hansı təsiri göstərirdi; yaşayış binalarını, həyat tərzinin hansı özünə məxsusluqları vardır; əhali kənarda qazanc əldə etmək üçün nəyə görə evini tərk edir. Başa düşəcəksən, Racvellər nə üçün alverçilərə çevrildilər; onların öz qonşuları ilə hansı qarşılıqlı əlaqələri mövcuddur; onların tolerantlığına hansı amil dəlalət edir; Raca-Leçxumidə hansı problemlər qarşıya çıxır və onların yaranmasına səbəb nədir.

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili karstuli mRvime aeroporti

!


e T

!

i

i

s q ya l

i

z

r

r

u ni sw lu

e

m

oni . !

o

wesi !

je jo r

R ar ul

r q a

W

a

W

o

! kur. Sovi

qe di

e

a T

i

mamisonis uR.

c

a

!

i

a

3938 m. xalawa

a !kvaisa

s

xarisTvala Saoris i das a ! wyalsacavi ime 1217

!

! kur. uwera

Sareulas ambrolauri ! mRvime ula Sua sxvava sxvavas sayinules nikorwminda sayinule mRvime ! xotevi !

as

e

! .

Wiora

a

!

ar

a

la

anWkara rio ni

m

e

r

riceu

uravi !

vsadmeli e

! Rebi

-k

3609

x

q!

av

i q ed e i ! d r a W a e l glola 2820 m. Soda

i

m

f

d

u

a

s

mT

d

e

x

a

o

d

C

nis m T i s

S

2565 uR. lanqori

i

kasio

3216

e

e

!

kav

T

n

l

s

u

r

i

i

d

l

q

a

r

T

ralas uR. W r

!e

0

6km

87


5.1

RACA-LEÇXUMININ KEÇMIŞI VƏ COĞRAFI MÜHITI Bir knyazlıq Raca və Leçxumiyə necə bölündü və onların hansı coğrafi mühiti vardır?

TAPŞIRIQ

1. Yadına sal, Gürcüstanın daha hansı tarixietnoqrafik regionu ikiyə bölünmüşdür. 2. Raca ərazisində hansı üç mikro region ayrılmışdır? Onların coğrafi mühitləri arasında hansı fərqlər vardır? 3. Mənbə 1-i təsvir et. Bu mənbədən Raca barədə hansı məlumatı ala bilərsən? 4. Xəritədə (səh. 86-87) Racanın əsas çayını axtarıb tap. Yadına sal, bu çay haraya axır. Leçxuminin əsas çayı hansıdır?

88

BIZIM GÜRCÜSTAN 6

Raca və Leçxumi Qərbi Gürcüstanın tarixi-etnoqrafiq regionlarıdır. Bir-birinin qonşuluğunda yerləşən bu iki diyar mərkəzi Qafqazın cənub yamaclarında yerləşir. Raca da, Leçxumi də dağlıq regionlardır. Onların hər ikisində həm alçaq dağlı, həm də hündür dağlı relyefə rast gəlinir. Bugünkü inzibati ərazi bölgəsinə əsasən, Raca Oni və Ambrolauri bələdiyyələtini əhatə edir, Leçxumi isə – Saqeri bələdiyyəsini. Eyni zamanda, Racanı yuxarı, aşağı və dağ Racasına bölürlər. Yuxarı və dağ Racası Oni bələdiyyəsindədir, Aşağı Raca isə – Ambrolauridə. Bu gün Raca və Leçxumi müstəqil ərazi vahidləridir, ancaq tarixən bu iki region bir tarixi-etnoqrafik region idi ki, bu da Takveri adlandırılırdı. Çariça Tamaranın dövründə, XII əsrdə, Racanı və Leçxumi (Takverini) bir eristavi idarə edirdi. Tamaranın 1184-cü ildə çar kimi taxta çıxması mərasimində (xeyir-dua) “Kaxaber, Raca və Takveri eristavisi” iştirak edirdi. Sonralar Raca ərazisi Takverdən ayrıldı və köhnə ad yalnız Leçxumiyə qaldı. Əvvəllər dağ Racası Svanetinin tərkib hissəsi idi və o “Svaneti mtiulları” kimi xatırlanılırdı. Vahid Gürcüstan çarlığı parçalandıqdan sonra Raca da, Leçxumi də İmereti knyazlığına daxil edildi. Ancaq sonralar Leçxumi Sameqrelo knyazlığına tabe idi.

Mənbə 1. Racanın mənzərələri


Raca da turistlərin və alpinistlərin arzu etdikləri hündürlük­ də zirvələr çoxdur. Burada yüz illik iynə yarpaqlı meşələr, təbii şəlalələr, karst tipli mağaralar və zağalar vardır. Leçxumi, Raca kimi, dağ-təpəli tarixi etnoqrafiq regiondur. Leçxuminin əsas təbii diqqətə layiq yeri Xvamli qayalıq dağıdır ki, bu da Rioni və Sxenisdzğali dərələri arasında yerləşir. Rəvayətə görə Xvamlinin mağaralarından birində mifoloji qəhrəman Amirani zəncirlənibmiş. Xvamli Kolxeti ovalığından da yaxşı görünür. Eləcə də, Xvamliyə qalxmış adamın Qərbi Gürcüstanın geniş məkanlarını görmək imkanı vardı. Gürcü çarları çarlıq xəzinəsini Xvamli dağında saxlayırmışlar, çünki ora çətin çıxılan yer idi. Arxeoloqlar Xvamlinin başında insanın yaşayış izlərini tapmışlar. Geoloqlar isə belə bir ehtimal yürüdürlər ki, Xvamli dağının tən ortasında boş sahə ola bilər.

Mənbə 2. Xvamli dağı

Amirani barədə əfsanə Amirani barədə çoxlu əfsanə mövcuddur. Bunlardan birinə əsasən, Amirani ovçuluq qadın allahı Dalinin və naməlum ovçunun oğludur. Amiranini uşaqlıqda allahın özü xaç suyuna çəkmiş, ona ilahi güc vermiş və almaz xəncər hədiyyə etmişdi. Bu xəncəri o yalnız əlahiddə halda istifadə etməli idi. Müəyyən vaxt keçdikdən sonra Amirani bir çox qəhrəmanlıq işi gördü: günəşi div-əjdahanın qarnından azad etdi, bağ-bağ divi öldürdü, əjdahaları qırdı, doqquz qardaş divin çarlığını yerlə yeksan etdi. O, səmadan öz nişanlısını – buludlar hökmdarının qızı Qamarı gətirdi, pis ruhlu qadın-öküzü öldürdü. Axırda Amirani təkəbbür mərəzinə tutuldu və allahı məğlub etmək qərarına gəldi. Allah onu ciddi cəzalandırdı və Qafqaz sıra dağlarında, Xvamli dağında həmişəlik zəncirlədi. Amiraninin qara ciyərini həmişə qartal didişdirir, ona sadiq olan it isə zənciri yalayır və onu yalayıb axırına çıxmağa çalışır. Lakin allah tərəfindən göndərilmiş dəmirçilər zənciri təzələyirlər. Qədim rəvayətə görə, hər yeddi ildə bir dəfə mağara açılır və Amiranini görmək mümkün olur.

LÜĞƏT

Təkəbbür – dikbaşlıq, lovğalıq, həddindən artıq qürurluluq.

TAPŞIRIQ

5. Yadına sal, Dali haqqında əfsanə harada yayılmışdı. 6. Müxtəlif resurslardan istifadə etməklə, Xvamli dağı barədə toplanmış əlavə məlumat ilə tanış ol. İnternetdə Xvamli dağına arxeoloji ekspedisiya barədə məlumat axtarıb tap. RACA-LEÇXUMI

89


5.2

RACA- LEÇXUMIDƏ TƏSƏRRÜFAT Coğrafi mühit Raca-Leçxumidə təsərrüfat məşğuliyyətinə hansı təsiri göstərirdi?

TAPŞIRIQ

1. Fərqli coğrafi mühit Racanın mikroregionlarının təsərrüfatına hansı təsiri göstərmişdir? 2. Necə fikirləşirsən, Xvançkara növlü şərabı nə üçün “qpianinin şərabı” adlandırırdılar.

RACA DA TƏSƏRRÜFAT MƏŞĞULIYYƏTI Coğrafi mühit oxşarlığına baxmayaraq, Racanın və Leçxuminin əhalisinin təsərrüfat məşğuliyyəti yenə də müəyyən dərəcədə bir-birindən fərqlənir. Yuxarı Racanın dağ – təpəlik olması üzündən, orada əkin-səpin torpaqları nisbətən az idi. Aşağı Raca da isə camaatın əksəriyyəti əkinçiliklə məşğul olurdu. Lakin heyvandarlıq da inkişaf etdirilirdi, çünki əhali üçün süd məhsulları zəruri idi. Lakin dağ Racasında qış otlaqlarının olmaması təsərrüfatın bu sahəsinin inkişafını məhdudlaşdırırdı. Leçxumi ilə birlikdə, Raca Qərbi Gürcüstanda buğda əkinlərinin miqdarına görə qabaqcıl yer tuturdu. Dağ kəndlərindən başqa, bütün hər yerdə üzümçülüklə məşğul olurdular. Kvemo Racada üzümçülük – şərabçılıq aparıcı sahə idi. Orada əsasən alçaq boylu üzüm sortları yetişirdi. “Talvarlar” da mövcud idi ki bunlardan da şərab küplərinin ağzının doldurulmasında və həyətdə kölgəlik yaratmaq məqsədi ilə istifadə edirlər. Şərabın saxlanıldığı qab – şərab küpünü racalılar, əsasən, Zemo İmeretidən gətirirdilər. Dünyaca məşhur olan “Xvançkara” növlü Raca şərabı, hansını ki, hələ 100 il bundan əvvəl “qpianinin şərabı” adlandırırdılar. Bu şərabı iki yerli tənək növünün – Aleksandreuli və Mucuretuli növünün qatışdırmaqla əldə edirlər.

Mənbə 1. Xvançkara kəndi TAPŞIRIQ

Mənbə 2. Ambrolauridə Xvançkara şərab butulkasının abidəsi

90

BIZIM GÜRCÜSTAN 6

3. Mülahizə yürüdün, bunun üçün nə etmək lazımdır ki Xvançkara heç olmasa bir az ucuzlaşsın. Əgər heç nə düşünə bilməsəniz, əsaslandırın ki, nəyə görə. Nəzərə alın ki, bu şərabın hazırlandığı üzüm növləri yalnız konkret kəndlərdə bitir və məhsul verir. Nəticələri PPT-də təqdimat şəkilində təqdim edin.


Mənbə 3. Fransız səyyahı racvellərin əməksevərliyi barədə “Biçin və üzüm yığımı zamanı onların (Racvellərin – müəll) qızları və arvadları kişilərlə əzmkar işlə yarışırlar və bu əmək həmişə mahnı ilə və çağırışlarla canlandırılır ki, bu da həm birini, həm də o birisini həvəsləndirir”. Racvellərin həyatında donuza xidmət və çoxaltmaq xüsusi yer tuturdu. Donuzdan Racada qaxac edilmiş donuz əti istehsal edirdilər ki, bu da bütün Gürcüstanda məşhurdur. LEÇXUMIDƏ TƏSƏRRÜFAT MƏŞĞULIYYƏTI Racadan fərqli olaraq Leçxumidə təbii və iqlim şəraitləri ən çox aranınkına bənzəyir. Burada üzümçülük- şərabçılıq, tarlaçılıq və heyvandarlıq inkişaf etdirilmişdi. Yerli növ olan “usaxelouri” xüsusi ilə seçilən tənəkdir. O, yalnız Leçxuminin bir neçə kəndində yayılmışdı. Leçxumidə Svanların da üzüm bağları var idi ki bunları da yerli Leçxumililər becərirdilər. Leçxumidə becərilən buğda növlərindən ipkli, zanduri və maxanı göstərmək olar. Maxa və zanduri başqa taxıl bitkiləri üçün pis, əlverişsiz torpaq və təbii mühit hesab olunan yerlərdə də yaxşı bitir. Lançxutidə zandurini və maxanı xüsusi yığıcı alətlə – şnakvi ilə toplayırdılar, çünki biçin vaxtı buğdanın sünbülləri asan tökülür və yerə yayılır. Maxa və zanduridən yüksək keyfiyyətli ətirli, ağ və uzun müddət ərzində yumşaq saxlanıla bilmək qabiliyyətinə malik çörək bişirilir ki bu da qədimdə səyahət-yürüş zamanı, Raca-Leçxumi əhalisi üçün xüsusi əhəmiyyətə malik idi. Bu gün Raca-Leçxumidə təsərrüfatın yeni sahələri, o cümlədən, arıçılıq yenə də daha da inkişaf etmişdir ki buna da regionun təbii şəraitləri imkan verir.

Raca növlü donuz qaxacı Racvellər bütün il boyu yemək zamanı donuzun “qaxacından” istifadə edirlər. Bu xörək keçmişdə süfrədə hökmən olmalı idi. Racvellərin bu məhəbbətinə görə XIX əsrdə Kartlidən, Kaxetidən və başqa yerlərdən qazanc əldə etmək üçün satmaq məqsədi ilə böyük miqdarda donuz qaxacı aparırdılar.

Mənbə 4. Şnakvi ilə taxıl yığımı

TAPŞIRIQ

4. Coğrafi mühit Lançxutinin təsərrüfatına hansı təsiri göstərir? 5. Sənin fikrincə, Leçxumidə zanduri və maxanın xüsusi yığım alətinin mövcudluğu (mənbə 4) nədən xəbər verir? Bu gün bu məqsədlə hansı texnikadan istifadə edilir? 6. Yadına sal, Gürcüstanın başqa guşələrində Racvellərin qaxac edilmiş donuz ətinə bənzər ənənəvi, ən məşhur xörəkləri hansılardır. 7. Necə fikirləşirsən, müasir Raca-Leçxumidə təsərrüfatın hansı sahələrinin inkişafının ən çox perspektivi vardır. Cavab vermək üçün Raca-Leçxuminin təbii şəraitlərini, təsərrüfatın ənənəvi və müasir sahələrini və s. yadına sal.

RACA-LEÇXUMI

91


5.3

RACA-LEÇXUMIDƏ SƏNƏTKARLIQ Raca-Leçxumidə sənətkarlığın hansı sahələrinin inkişafına nə kömək göstərirdi?

LÜĞƏT

Metallurgiya – yun. Sözbəsöz metal çıxarma deməkdir, metalı emal edirəm mənasındadır. Dora – küpəbənzər və yaxud bardaq şəkilli gil qab saxlanc yeri. Su, dən, turşu və yaxud başqa məhsulları saxlamaqda istifadə olunurdu. Duro – tüfəng yeri.

TAPŞIRIQ

1. Mənbə 1-in köməyi ilə təsvir et, Racvellər necə evlər tikirdilər. 2. Mülahizə yürüt, bu evlər nəyə görə hündür idi və onların nəyə görə tüfəng yerləri var idi. 3. Yadına sal, Gürcüstanın daha hansı guşəsində Racada olduğu kimi yaşayış evləri var idi. 4. Yadına sal, Racada metallurgiya nə üçün inkişaf etdi? 5. Necə fikirləşirsən, müasir şəraitlərdə dəmir əritmək və ondan əşyalar hazırlamağın primitiv dəmirçixanada, necə ki bu keçmişdə (mənbə 2) olduğu kimi hazırlanması mümkündürmü? Bunu nə üçün bu gün etmirlər? Cavabı əsaslandır.

92

BIZIM GÜRCÜSTAN 6

Raca-Leçxumidə sənətkarlığın bir çox sahələri inkişaf etdirilmişdi. Racvelili bənnalar, dülgərlər, daş yonanlar məşhur sənətkarlar idilər. Hələ XI əsrdə 2-3 mərtəbəli evlər inşa edirdilər, ki, bunun da aşağı mərtəbəsi əhəng daşından, yuxarı, əsas hissəsi isə ağacdan düzəldilirdi. Mənbə 1. 1888-ci ilin “İveria” qəzetində racvellərin evləri barədə məqalə Ucerlərin (Raca) “evləri əhəng daşından, dörd bucaqlı hündür və böyük olur... hər bir qədim ev üç mərtəbəlidir, aşağı mərtəbədə mal-qara yerləşdirilir, ikinci mərtəbədə özləri yaşayırlar, üçüncü boş olur. Qədim zamanda yuxarı mərtəbənin böyük əhəmiyyəti var idi. Bu mərtəbənin böyüründə balaca məkanlar – tüfəng yerləri olur... düşmən kəndə hücum edəndə, evdə yaşayanlar üçüncü mərtəbəyə qalxır və oradan düşmənə cavab verirdilər. Bəzi evdən torpağa deşik də açılmışdı... və əgər buna tələbat var idisə, orada yaşayanlar bu yolla aradan çıxırdılar”.

Təbii resursların, şəxsən, dəmirin mövcudluğu Racada metallurgiyanın inkişafına şərait yaratmışdı. Dzedisi kəndi nəinki təkcə dəmir filizi çıxarmaq, həm də dəmir silahlar hazırlamaq sahəsində də məşhur idi. Dzedisililər dəmir filizini parçalayırdılar, sonra əridirdilər və alınmış dəmirdən nal, oraq, kiçik baltası, dəhrə, zəncir hazırlayırdılar. 1820-ci ilədək Dzedisidə dəmir əritmək üçün 20 soba var idi. Hələ XI əsrdə dəmirdən olan təsərrüfat alətlərini Racvellər İmeretidə müxtəlif məhsullara dəyişirdilər.

Mənbə 2. Qədim dəmirçi xana

Əsas sənət sahəsi Racada yenə də dülgərlik idi. Bütün Sameqreloda, Quriyada və Kvemo İmeretidə odaları bu dülgərlər tikirdilər.


Mənbə 4. Saqeri yaxınlığında Muri qalasının xarabalıqları

Mənbə 3. Gil qabla ticarət

Leçxuminin bir neçə kəndində gildən ağ saxsı qab-qacaq hazırlayırdılar. Bişirilmiş qaba gil məhlulu sürtürdülər ki bunun da nəticəsində o ağ rəngə çevrilirdi. Qabların bişirildiyi soba 30 küp, 100 dora, 100 bardaq tuturdu. Leçxumidə keramika istehsalı iki əsas növ ilə təqdim olunurdu: küpçülük və qab-qacaqlı. Əgər küpçülüklə yalnız kişilər məşğul olurdularsa, qab-qacaq hazırlanmasında kişilərlə bərabər qadınlar da iştirak edirdilər. Dulusçuları Lançxutidə “torpaq ustaları” adlandırırdılar. Leçxumlu daş yonucuları və bənnaları da məşhur idilər. Qala qüllələr tikirdilər ki bunlardan da bu gün neçə-neçəsi qalmışdır. Leçxumlar məşhur ağac ustaları idilər. Qədimdə Leçxumidə körpüləri tikən zaman tənəkdən də istifadə edirdilər. Daşqınları daş və ağac körpüləri tez-tez dağıdırdı, ancaq tənəkdən hörülmüş və bir-birinə bağlanmış körpülərə su ziyan vura bilmirdi. Tənək körpülərini bir qayda olaraq, elə tənəyin öz adı ilə adlandırırdılar. Bu cür körpülər bizim zəmanəmizə qədər gəlib çatmamışdı. Leçxumidə zərgərlik də inkişaf etmişdi.

Mənbə 5. Durolu ev

TAPŞIRIQ

6. Necə fikirləşirsən, Raca-Leçxumidə onun təsərrüfat işlərində fəal iştirakı cəmiyyətdə onun hansı rolu oynadığına dəlalət edir. 7. Dəftərdə cədvəl cız və doldur: Raca-Leçxumi təsərrüfatında qadının və kişinin rolu. Ehtimal yürüt, cədvəldə göstərilmiş təsərrüfat sahələrində qadınlar hansı rolu oynaya bilər. Üzümçülük

Dulusçuluq

Əkinçilik

Heyvandarlıq

Qadın Kişi 8. Sənin fikrincə, dulusçuları nə üçün “torpaq ustaları” adlandırırdılar. 9. Leçxumidə uçub dağılmamış qala-qüllələr barədə məlumat axtarıb tap. Onlardan birini seç. Təqdimata hazırlaşarkən buna diqqət yetir: nə zaman inşa edilmişdi, harada yerləşir, hər hansı bir mifin və yaxud əfsanənin onunla əlaqəsi vardırmı, bu gün nə vəziyyətdədir və onların bərpa olunması üçün hansı tədbirləri görmək lazımdı. PPT-də hazırlanmış təqdimatı sinfə təqdim et. 10. Reklam fikirləşin, hansının ki köməyi ilə Leçxumiyə gedən turistləri ona baxmaqla maraqlandıra bilərsiniz. RACA-LEÇXUMI

93


5.4

RACA-LEÇXUMI ƏHALISININ YAŞAYIŞ ÜSLUBU Raca-Leçxumi əhalisi nə üçün qazanc ardınca gedirdi?

Torpağın azlığı üzündən Raca əhalisi üçün kənar işlərə getmək ənənəvi idi ki, bunu da “qazanca getmək” adlandırırdılar. Kənar işlərə Racvel kəndçiləri payızın axırlarında gedirdilər və yazda, torpaq işləri başlayan vaxta qədər geri qayıdırdılar. Mənbə 1. XX əsrin əvvəli müəllifinin kənar işlərə gedən Racvellər barədə yazdıqları Raca əhalisinin əksəriyyəti “bütün kənara müxtəlif guşələrə səpələnmişdir: bəzisi çörəkçi kimi, bəzisi əkinçi kimi, bağçı-bostançı kimi, bəzisi naxırçı kimi, ... işçi kimi, aşpaz kimi, oymaçı-dülgər kimi, mişarçı kimi, alverçi və ya kim saya bilər, Racvel nəyə və hansı işə əl atmamışdı”. “Dünyada ən sürətli” Racvelləri zarafatla dünyada ən sürətli insanlar adlandırırlar. Bu qiymət onlar barəsində çəkilmiş eyni adlı filmdən sonra meydana gəlmişdi. Əslində isə Racvellər sakit təbiətli, tələsmək bilməyən, dinc insanlardır. Bu xüsusiyyətlər üzündən onlar barədə bir çox zarafatlar mövcuddur.

Mənbə 2. Kənar yerlərə iş dalınca gedən Racvellər barədə xalq şeiri “Fani dünya uzaqlaşdı, günahlarla doldu ölkə. İmeretidə və Racada bir de görüm, mən nə ilə sevinərdim? Körpü qapısından yuxarıda yaşayanlar bütün həyət - bacasızıq. Aranda şum yerimiz, nədə dağda otlağımız var; qış elə keçər ki, evdə iki kişi görməzsən. Qışda çərkəzə gedərlər, yazda – Zemo Kartliyə”.

TAPŞIRIQ

1. “Dünyada ən sürətli” filminə baxın və sinifdə müzakirə edin. Mənbə 3. İmeretiyə kənar iş dalınca gedən Racvellər, XIX əsrin ikinci yarısı

94

BIZIM GÜRCÜSTAN 6


Qazanc ardınca Leçxumililər də gedirdilər. Əsasən, Şərqi Gürcüstana. Onlardan bir çoxu üzümçü-əkinçi işləyirdi. Onlar bütün üzüm işləri mövsümü, üzüm yığımı da daxil olmaq şərti ilə, ailələrindən ayrılmış olurdular. Bəzən onlar bütün ailəni özləri ilə aparırdılar və işləmək üçün orada qalırdılar. Beləliklə, necə ki Qərbi Gürcüstanın bütün tarixi-etnoqrafiq regionları kimi, Raca və Leçxumidə Şərqi Gürcüstanı müəyyən vaxtlar zamanı əhali ilə də doldururdu. Kartlidə bu gün belə soyadlar çoxdur, hansıların ki, mənşəyi Raca və Leçxumidəndir. Əksinə, Raca əhalidən boşalırdı. Bunun səbəblərindən biri zəlzələdir. 1991-ci ilin zəlzələsi xüsusi ilə güclü idi ki bu da əhalinin əhəmiyyətli dərəcədə ziyana məruz qalmasına səbəb oldu. Mənbə 4. İlya Çavçavadze Racanın problemləri və Racvellər barədə Əgər bu həmişəlik səbəb aradan qaldırılmasa, Racadan köçmək o dərəcəyə çatacaqdır ki, axırda hökumət və ictimaiyyət üçün böyük qayğı göstərmək obyektinə çevriləcəkdir. Bizim fikrimizcə, bu cəhətdən tədbirlər görmək lazımdır ki, bunun qarşısı alınsın... bu bir də ona görə arzuediləndir ki, Racvel özünü qoruyan, əmək sevər, ehtiyatlı, qənaətcil, fiziki cəhətcə güclü və əqli cəhətcə kasıb və güclü biləkli insandır və bu xüsusiyyətlərinə görə bizim bir çoxlarımızdan üstündürlər. Olduqca təəssüfləndirici hala çevrilər ki, bu ləyaqətli və sevimli insanlar ölkəmizdə yerləşə bilməsinlər, bizimlə ayaqlaşa bilməsinlər və başqa yerlərdə məskunlaşsınlar”.

Racvel musiqiçiləri də bir yerdən başqa yerə gedirdilər. Son vaxtlaradək Raca Leçxumidə iki musiqi aləti qorunub saxlanmışdı: cianuri və qudastviri. Cianuri simli musiqi alətidir. O ən çox dağlıq Racada qalmışdı. Onu toyda, el şənliklində çalırdılar. Gürcüstanda qədimdə Racvelli gəzib-dolaşan tuluq zurnaçıları məşhur idilər ki, bunlarda Gürcüstanın bütün guşələrini gəzib dolaşırdılar. Tuluq zurnasında epik, lirik və məzəli (zarafatcıl) şeirlər oxudurdular. Tuluq zurnaçıları “berikaoba” nın da iştirakçıları idilər.

Mənbə 5. Cianuri

Mənbə 6. Tuluq

Mənbə 7. Tuluq zurnaçısı

TAPŞIRIQ

2. Racvellər kənar işlərə gedənləri nə üçün “qazanc arxasınca” getmək adlandırırdılar. 3. Mənbə 1-in köməyi ilə sadala, Gürcüstanın müxtəlif guşələrinə kənar işlərə gedən RacaLeçxumililər hansı işlərlə məşğul olurdular. 4. Mənbə 2-yə əsasən, Raca-Leçxumi əhalisinin kənar işlərə getməsinin səbəbləri nə idi. Bu gün orada miqrasiyaya nələr səbəb olmuşdu? 5. Racvellərin və Leçxumililərin Şərqi Gürcüstana miqrasiyasına nələr şərait yaradırdı? Bu proses Şərqi Gürcüstan və Raca üçün hansı nəticələrə gətirib çıxardı? 6. Mənbə 4-ü müzakirə edin: a) necə fikirləşirsən, İlyanın “həmişəlik səbəblər” məqaləsi nəyi nəzərdə tutur. b) İlya racvelləri necə xarakterizə edir? Onu hansı problemlər həyəcanlandırır. RACA-LEÇXUMI

95


5.5

RACVELLƏR – GÜRCÜ TACIRLƏRI Racvellərin şimali Qafqazlılarla ticarəti hansı nəticələrə səbəb oldu? ŞIMALI QAFQAZDA Gürcüstanın tarixi-etnoqrafik guşələrinin sakinləri arasında ticarət ən çox dağlıq Racalılar arasında inkişaf etmişdi ki bunlar da, əsasən, mal-qara ilə ticarət edirdilər. Qış yaxınlaşan zaman, qış yemlərinin azlığı üzündən, kəndli yaylaqda kökəlmiş malqaranı qazancla satırdı, bunun əvəzində isə yazda həmin pul ilə qışdan çıxmış mal-qaranı ucuz satın alırdı.

Mənbə 1. Mamisoni aşırımı-yol, hansı ilə ki, Racvellər Şimali Qafqaza gedirdilər

TAPŞIRIQ

1. Gürcüstanın fiziki xəritəsinin köməyi ilə (səh 6-7) sadala, Racvellər Şimali Qafqaza hansı aşırımla keçirdilər?

96

BIZIM GÜRCÜSTAN 6

Racvellər, eləcə də, Şimali Qafqazdan mal-qara sürüləri gətirir və Oni də qazancla satırdılar. Onlar Şimali Qafqazda fiziki əməklə də məşğul olurdular. Daxili mal-qara ilə də alış – veriş edirdilər. Bundan başqa, xırda-para mallarda aparırdılar ki, bunları da satır və orada düzəldilmiş yapıncılara, yuna, şala, dəriyə dəyişirdilər. Bir halda ki, bu cür tacirlərin başlıca məşğuliyyəti kənd təsərrüfatı idi və bununla yanaşı, xırda-para alış-verişlə də məşğul olurdular, onları “xırdavatçılar” və “kəndli alverçiləri” adlandırırdılar. Şimali Qafqazda parçanın ticarət dükanlarını açan və illərlə arvad uşaqlarından ayrı düşmüş orada ticarət edən tacirləri “böyük tacirlər” yaxud da “dükançılar” adlandırırdılar. Necə deyərlər Rusofillər, də var idilər. Hansılar ki Rusiyanın şəhərlərində və qəsəbələrində dəmir yol vağzallarında bufetçi, aşpaz və süfrəçi işləyirdilər.


Mənbə 2. Vladiqafqaz, Osetiyanın əsas şəhəri, XIX əsr, burada o dövrdə gürcülərin (racvellərin və moxevilərin) diasporası var idi.

Racvellərin şimali Qafqaz dağlıları ilə şəxsən Osetinlərlə xüsusi qarşılıqlı əlaqələri var idi. Bu qarşılıqlı əlaqələr düşmənçilik xarakterli də olurdu, sevgi xarakterli də. Onlar bir-birilərinə övladlarını böyütmək üçün göndərirdilər ki, qonşuların dilini və adət-qaydalarını öyrətsinlər. Bu onların bir-biri ilə qarşılıqlı əlaqələrini asanlaşdırırdı. Bu adətqaydalarına racvellər “kerdzmoketoba” adlandırırdılar. Ticarət və kerdzmoketoba üsulu ilə qarşılıqlı əlaqə üzündən bir çox Racvel yaşamaq üçün Şimali Qafqazda qaldı.

LÜĞƏT

Diaspora – (qəd. yun “qovulmaq” deməkdir). Etnik azlığın qrupu, hansı ki onu qəbul edən ölkədə məskunlaşmış yaşayır və fəaliyyət göstərir.

TAPŞIRIQ

2. Racvellər Şimali Qafqazlılarla nə ilə ticarət edirdilər? 3. Sənin fikrincə, racvellər nəyə görə Şimali Qafqazlılarla fəal ticarət əlaqələri yaratmışdılar. 4. Racvellərin osetinlər ilə necə qarşılıqlı əlaqələri var idi? 5. Sənin fikrincə, bunun üçün nə zəruri olmalıdır ki qonşular ilə sülh şəraitində, mehriban qarşılıqlı əlaqələr yaradılsın. Racvellər və Osetinlər bunun üçün nə edirdilər? 6. Fikirləş, Racvellərin və Osetinlərin qarşılıqlı əlaqələrinin nümunələri nəzərə alınmaqla, bir-birinə münasibətdə qeyrimehriban əhval-ruhiyyədə olan xalqları necə barışdırmaq olar? 7. Sən bunun üçün nə edə bilərsən? RACA-LEÇXUMI

97


5.6

RACA-LEÇXUMIDƏ YƏHUDILƏR VƏ ERMƏNILƏR Gürcülərdən başqa Raca-Leçxumidə daha kimlər yaşayırdılar?

Raca və Leçxumidə tarixən yalnız gürcülər yaşamırdılar. Doğrudur, az miqdarda, lakin orada yəhudilər və ermənilər də var idi. Racada yəhudilərin məskunlaşdığı yer Oni idi, Leçxumidə isə Laylaşi kəndi idi. Elə oradaca gürcü katoliklərinin bir neçə ailəsi də yaşayırdı. Raca-Leçxumidə yaşayan yəhudilər və ermənilər, kənd təsərrüfatı ilə yanaşı, ticarət və sənətkarlıqla da məşğul olurdular. Orta əsrlərdə Leçxuminin ticarət mərkəzi (kiçik şəhər) Laylaşi idi. XIX əsrin 80-ci illərində ticarət dükanları Saqeridə də göründü. Laylaşinin ticarəti gürcü yəhudilərinin, gürcü dilli ermənilərin və monofizit gürcülərin əlində idi. Laylaşi də yəhudilərin cümə və bazar günləri məşhur yarmarkaları keçirilirdi. Onlar həmçinin kəndlərə də mal aparırdılar. Belə tacirləri “kəndli yəhudilər” adlandırırdılar.

TAPŞIRIQ

1. Necə fikirləşirsən, Raca-Leçxumidə müxtəlif etniklərin nümayəndələri nə üçün yaşayırdılar. Sadala, bunun üçün hansı şəraitlər olmalıdır. 2. Yadına sal, yəhudilər və ermənilər Gürcüstanın daha hansı guşələrində yaşayırlar? 3. Yəhudilərin və ermənilərin RacaLeçxumidə ənənəvi məşğuliyyəti nədən ibarət idi? 4. “Kəndli yəhudi” ifadəsi nə deməkdir?

98

BIZIM GÜRCÜSTAN 6

Mənbə 1. Onidən görünüş

XIX əsrin axırında gürcü yəhudiləri Onidə böyük Sinaqoqa tikdilər. XX əsrin ikinci yarısından etibarən Gürcüstanda yaşayan yəhudilər öz əcdadlarının vətəninə -İsrailə qayıtmağa başladılar. Bu prosesə Oni və Laylaşinin yəhudi əhalisi də qoşuldu və bu gün onların böyük hissəsi Gürcüstanda yaşamır.


Buna baxmayaraq onların Gürcüstana məhəbbəti azalmamışdı. Onlar Oni ilə əlaqəni kəsmirlər və gürcü dilini qoruyub saxlayırlar. Onları “Gürcü yəhudiləri” adlandırırlar.

LÜĞƏT

Sinaqoqa – Yəhudilərin ibadət məbədi.

Oni sinaqoqunun tarixi Onidə sinaqoq 1895-ci ildə tikilmişdir. Onun inşasında gürcülər də iştirak edirdilər. 1927ci ildə hökumət onu da, necə ki xristian abidələrinin böyük hissəsi, uçurmaq və bağlamaq əmrini verdi. Sinaqoqu müdafiə etmək üçün onda 30-a qədər əmzikli qadın uşaqlar ilə birlikdə bağlandı ki məbədi uçurmaqdan xilas etsinlər. Onların arasında gürcülər də var idi.

TAPŞIRIQ

Mənbə 2. Oni Sinaqoqu, Gürcüstanın mədəni irs abidəsi

Racada xalq təbabəti üsulları Gürcüstanda xalq təbabətinin müxtəlif üsulları mövcud idi. Məsələn Racada vəbanı gicitkən ilə müalicə edirdilər. 1910-cu ildə vəba xəstəliyi yayıldı. Əhali üçlüklər ayırdı ki, bunlar da gicitkən ilə təmin edilmişdilər. Xəstəni soyundurur və gicitkən ilə döyəcləyirdilər. Xəstənin bədənində suluqlar peyda olurdu. Belə müalicə üsulu ilə çoxları ölümdən xilas oldu.

5. Sənin fikrincə, “gürcü yəhudilərinin” Gürcüstana münasibətlərini nə ilə izah etmək olar. 6. Yadına sal, gürcü katolikləri daha hansı tarixi - etnoqrafiq guşələrdə yaşayırdılar ? Əsasən, onlar hansı işlərlə məşğul olurdular? 7. Onidə gürcülər ilə yəhudilərin birgəyaşayışını qiymətləndir. Gürcülərin sinaqoqun tikilməsində və onun dağılmaqdan xilas edilməsində iştirakı nədən xəbər verir? RACA-LEÇXUMI

99


NƏ BILIRƏM VƏ NƏ BACARARAM

Racada çöl heyvanları vardırmı?

Qorxma, mən buradayam.

Mənbə 1. Turistlər Racada

Racanın coğrafi yerləşməsi və təbii şəraitləri ilə əlaqədar bu gözəl tarixietnoqrafiq diyarda ekoturizmin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Ekoturizm turizmin istiqamətlərindən biridir ki, bu zaman istirahətçilər vəhşi təbiətdə qalmağa üstünlük verirlər və ətraf mühitə mümkün qədər az zərər yetirməyə çalışırlar. 1. Necə fikirləşirsən, Racada ekoturizmin inkişafı nəyə görə mümkündür? 2. Xəritənin (səh 86-87) köməyi ilə Raca meşələrinə bir neçə turist marşrutu planlaşdır.

Bu gün, Gürcüstanda və dünyada bio məhsullar gündən günə populyarlaşır və ona tələbat artır. Kənd təsərrüfatında bio məhsullar elə növ məhsullardır ki, bunların səpilməsi və becərilməsi zamanı kimyəvi maddələrdən, məsələn, kimyəvi gübrələrdən və dərmanlayıcı vasitələrdən (pestisidlər) istifadə edilməmişdir. Mənbə 2. Kənd təsərrüfatı məhsulları LÜĞƏT

Bioloji, ekoloji, orqanik – Məhsul ekoloji cəhətdən təmiz məhsul deməkdir, nə zaman ki onun istehsalı prosesində kimyəvi zəhərli maddələrdən, sağlamlıq üçün zərərli maddələrdən (eləcə də konservantlardan) istifadə olunmur.

3. Necə fikirləşirsən, Racada bioloji məhsulları istehsal etmək mümküdürmü. Cavabı əsaslandır. Ona qədər isə: ● Müxtəlif yollarla(internet, sorğu) informasiya topla RacaLeçxuminin ərazisində hər hansı bir elə zavod və ya sənaye müəssisəsi mövcuddurmu ki, bu da ətraf mühiti əhəmiyyətli dərəcədə çirkləndirir və kənd təsərrüfatında bioloji məhsulların istehsalını mümkünsüz edir.

Keçmişdə Gürcüstanda Raca-Leçxumi tarixi-etnoqrafik guşəsi qaxac edilmiş donuz əti istehsalı ilə məşhur idi. Bu diyarda hazırlanmış donuz əti qaxacı satmaq üçün başqa ölkələrə də (Rusiya) aparılırdı. 4. Sorğu və internetin köməyi ilə müəyyənləşdir, Racada yenə də donuz əti qaxacı hazırlayırlarmı? Əgər hazırlayırlarsa, harada? 5. Aydınlaşdır, donuz əti qaxacından başqa, Raca-Leçxumidə hansı heyvandarlıq məhsullarını istehsal etmək mümkündür.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.