1
2
REDAKSİYA HEYƏTİ İLKİN Yusif HÜSNİYYƏ Nemət Həşimova NİGAR Musəvi VÜSALƏ Yusif MƏRYƏM Məmmədova QURBAN Bünyadov NURANƏ Tahirova MAHİRƏ Əmrullayeva FƏRİD Mikayıl MƏMMƏD Əliyev ZEYNAL Məmmədli AYNUR Zərrintac ƏZİZƏ Mustafazadə NƏRGİZ Əsgərova HƏSƏN Mehdiyev SƏBİNƏ Cabbarova
3
HAQQIMIZDA “Lafarella Magazine” jurnalı Lafarella brendinin layihəsidir. Bu jurnal alternativ qadın jurnalı olduğu üçün qadınları maraqlandıran mövzularda yazılar dərc olunur. Jurnal qadınlara dəstək olmağı, zövqlərini oxşamağı, əyləndirməyi və məlumatlandırmağı qarşısına məqsəd qoyub.
4
5
T
ıq-Tıq xanım haqqında nağıl bizə uşaqlığımızdan tanışdır. Əslində biraz düşünsək, bu nağıl uşaqlar üçün yox, gənc qızlar üçün nəzərdə tutulub. Bu ki, münasibətlərin psixologiyası haqqında əsl məqalədir. Özü də mədəni dəyərləri nəzərə alan məqalə. Əgər onu doğru anlasaq, bir çox problemlərdən yayınmaq olar. Ciddiyik! Bir baxın... Tıq-Tıq xanım kimdir? Şəxsi həyatında bəxti gətirməyən bir qız. Bunun günahkarı isə özüdür. Nağılı analiz etsək aydın olur ki, o, lap əvvəldən heç nəyi düz etmir. Onun səhvləri əksər qızlar üçün xarakterikdir. Gəlin, bir-bir nəzər yetirək. Birincisi, qızın ailə qurmaq arzusu. Bunu çox arzulaması, çoooox arzulaması. İsterik bir şəkildə. Tıq-Tıq xanım elə birbaşa deyir ki, “ərə gedirəm, ərə gedirəm, ər olmasa gora gedirəm”. Yəni ki, başqa seçim yoxdur. Adamın ağlına ilk olaraq adaxlı həsrəti çəkən müasir gənc qız gəlir. Çünki valideynləri, qohumları, qonşuları və hətta mağazadakı satıcılar belə həmişə onun nə vaxt ailə quracağını soruşurlar. Nağılda bu barədə heç nə deyilmir, amma yəqin ki, TıqTıq xanımı da ailəsi yeganə mümkün həyat ssenarisi olan evliliyə “proqramlaşdırmışdır”. Buna görə də qəhrəmanımız özünə adaxlı tapmağa yollanır. Və bunu düzgün qaydada etmir. Çünki... İkincisi, Tıq-Tıq xanım çox sadəlövhdür, melodramlarla böyüyüb. Buna görə də namizədləri, yumşaq dildə desək, qəribə üsullarla seçir. Bəyəm “məni nə ilə döyərsən” sualı biraz axmaq səslənmir? Yeri gəlmişkən, bu sual qızın məişət zorakılığına öncədən hazırlıqlı olduğuna və buna görə bunda qeyriadi heç nə görmədiyinə işarə edir. Bu, hələ zərərin yarısıdır. Namizədlər bu sualı səmimi olaraq cavablandırıb onu nə ilə döyəcəklərini bildirdikdə bu, Tıq-Tıq xanımın xoşuna gəlmir və onlardan uzaqlaşır. Siçan bəyin şirin vədlərinə isə dərhal aldanır. Əslində, bu normaldır. Axı bəzi qadınlar, necə deyərlər, “qulaqları ilə sevirlər”. Ümumiyyətlə, TıqTıq xanım ağ atlı şahzadə axtarışında olub, nəticədə ilk qarşısına çıxan boşboğazla evlənən həddən artıq sadəlövh qızların bariz nümunəsidir. Və budur: arzular gerçək olur – Tıq-Tıq xanım artıq ailə qurub. Amma bu hələ son deyil. Çünki evlilik çətin öhdəlikdir. Qəhrəmanımız isə buna heç hazır deyil. Belə ki... Üçüncüsü, Tıq-Tıq xanım öz ayaqları üstündə dayanmağı bacaran biri deyil. Əslində, bu elə də təəccüblü deyil. Belə ki, o bütün gəncliyini evlilik arzuları
ilə keçirmiş, heç nə ilə məşğul olmamış, heç nə öyrənməmiş və özünü həyatda yalnız “ərinin arvadı” rolunda görmüşdür. Həyat yoldaşı öz işləri ilə məşğul olmağa gedəndə isə o darıxmağa başlayır və nə ilə məşğul olacağını bilmir. Axı o vaxtlar heç Facebook da yox idi. Elə buna görə də özünə uyğun yeganə məşğuliyyət – Siçan bəyin paltarlarını yumaq üçün göl kənarına gedir. Elə oradaca suya yıxılır. Əlbəttə, paltaryuyan maşında boğulmaq mümkün olmadığı üçün müasir dövr qızlarına belə şeylər təhlükə yaratmır. Amma onların da çoxu Tıq-Tıq xanım kimi kişinin yoxluğunda nə işlə məşğul olacaqlarını bilmirlər. Özlərinə aid maraq dairələrinin olmaması onları həyat yoldaşları və ya nişanlılarından asılı vəziyyətə salır. Nəhayət, nağılın ən faciəvi hissəsi. Əslində, bu faciə baş verməyə bilərdi, əgər... Dördüncüsü, Tıq-Tıq xanım dəhşətli dərəcədə kaprizlidir. O, niyəsə əmindir ki, qadın kişinin önündə hər cür isterika qaldıra bilər və kişi buna dözmək məcburiyyətindədir. Siçan bəy onu sudan çıxarmaq istəyəndə uzadılan kömək əlini tutmaq əvəzinə, “yeri, mən səndən küsdərəcik” deyib zarımağa başlayır. Axı ondan soruşan lazımdır ki, nədən inciyib? Həyat yoldaşının günboyu yanında oturmadığından? Yaxşı, deyək ki, bir az kaprizlərini nümayiş etdirmək istədi, axı hər şeyin qədərini bilmək lazımdır! Bəs TıqTıq xanımın qədərini bilməməsi nəyə gətirib çıxardı? Boşanmağa. Bəzi qızlar öz kaprizli xasiyyətləri ilə tanınırlar və bundan qürur duyurlar. Onların çoxu əmindirlər ki, heç bir halda birinci dəfədən kompromisə getmək olmaz. Bu cür münasibətə heç kəs axıra qədər dözən deyil axı. Gəlin nəticə çıxaraq! Tıq-Tıq xanım öz ayaqları üstündə durmağı bacarmayan, bütün fikrini evliliklə məşğul etmiş, kaprizli, sadəlövh gənc qızdır və hekayəsinin sonunun kədərli olmasında birbaşa özü günahkardır. Gənc qızlar isə öz həyatlarında eynisinin təkrarlanmaması üçün onun hekayəsindən ibrət götürməlidirlər. Elə buna görə də bu nağıl olduqca faydalıdır. Yeri gəlmişkən, Siçan bəy də pis oğlan deyilmiş. Daha doğrusu pis heyvan deyilmiş. Tıq-Tıq xanımın qayğısına qalıb, onu xilas etməyə çalışır. Ancaq Tıq-Tıq xanım onu lap özündən çıxaranda onun üzərinə palçıq atıb çıxıb gedir. Axı onun da əsəbləri dəmirdən deyil.
6
Sürmə çəkdim üzümə, Düşdüm çölün düzünə, Dost axtardım özümə, Dost gəl, hardasan ?! Tez gəl, hardasan ?!
7
Baxdım, baxdım güzgüyə ... Qorxdum, qorxdum göz dəyə... Ahhh ! Gözələm Mən ! Vahhh ! Gözələm Mən ! Oy, oy, oy, oy ! Nə verib baş )))))
8
Günəşlə bir rəqs eləyək, Rəqsimizlə məst eyləyək. Hər şey gözəldir həyatda, Bu gözəlliyi duya bilsən. La la la, la la Land...
9
Mama, Mamacan, Mama Qorxma sən məndən yana Həkim lazım deyil mənə, Mama, Mamacan, Mama Şap, şap, şap, şap !!!
10
Dəb tarixini dəyişən qadın
COCO CHANEL
11
T
vid parçadan tikilmiş jaket və ətəkdən
ətir nümunəsi göstərir. Şanel 5 nömrəli ətiri
ibarət
don,
seçir: “Geyim kolleksiyalarımı mayın beşi, ilin
kostyum zərgərliyi, zəncir qayışı olan
beşinci ayı təqdim edirəm, bu rəqəm bizə
kostyum,
qara
mini
sırıqlı çanta… Koko Şanelin moda dünyasında
uğur gətirəcək”.
buraxdığı izlər sadalanmaqla bitməz. Onun 20-ci əsrdə dəb dünyasına təqdim etdiyi rahat, sadə qadın libasları qadınları həmin
“Vaxtınızı divarı döyəcləyərək onu qapıya çevirmək ümidi ilə keçirməyin”
dövrdə hökmranlıq edən korset və büzmə yaxalı ağır geyimlərdən azad edərək, moda tarixində inqilab yaratmışdır.
Şanel
1939-cu
müharibəsinin
ildə
–
İkinci
başlanması
ilə
Dünya bütün
mağazalarını bağlayır. 40-cı illərdə Fransada “Bəziləri fikirləşir ki, zənginlik yoxsulluğun
Kristian Diorun moda aləminə gəlişi Şanel
antonimidir. Elə deyil. Zənginlik vulqarlığın
üçün növbəti zərbə olur. Şanelin qadınlar
əksidir”.
üçün yaratdığı rahat və sadə geyimlər yavaşyavaş dəbdən düşür, darıxdırıcı, rahat olmayan
Əsl
adı
fransız
geyimlər yenidən dəbə qayıdırdı. Amma o, bu
ailədə
geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi.
dünyaya gəlib. Boş vaxtlarında kabaredə
Ehtimalları onu aldatmır. 1954-cü ildə Koko
müğənnilik
Şanel trapes şalvar debütü ilə modaya geri
modelyer
Qabriyella 1883-cü
Şanel
ildə
edən
olan
kasıb
Şanel
bir
1910-cu
ildə
sevgilisinin maddi yardımı ilə Fransada ilk
dönür.
şlyapa mağazasını açır, qısa müddətdə bütün
Şanelin dəbə çevirdiyi trendlərdən biri də
diqqətini dəb dünyasına yönəldir. O, kişi alt
“günəşdə qaralmış dəri” idi. Həmin dövrdə
paltarlarının hazırlanmasında istifadə olunan
günəşdə yanmış dəri işçi sinfinin göstəricisi
trikotaj parçadan qadın geyimləri hazırlayan
idi. Süd rəngli ağ dəri isə kübarlara məxsus
ilk dizayner kimi tarix yazır.
nişan idi. 20-ci illərdə qadınlar çimərlikdə şlyapadan
“Ətirdən
istifadə
etməyən
qadının
gələcəyi yoxdur”.
istifadə
etmədən
günəşlənə
bilmirdilər. Şanel isə qaralmış dərini nəinki məqbul edir, həmçinin, onu istirahət və imtiyazlı həyat simvoluna çevirir.
Bir
dəfə
Merilin
Monrodan
müsahibə
“Sadəlik əsl gözəlliyin açarıdır” devizi ilə
götürən bir jurnalist aktrisanın yatarkən nə
bir-birindən zərif və füsunkar qadın obrazları
ilə bəzəndiyini soruşur. Monronun cavabı
yaradan
olan “bir damcı Chanel No.5” sonradan ətir
yaradıcı bir qadın idi. Buna görə illər keçsə
kampaniyasının sloqanına çevrilmişdir. 1923-
də, onun imzası olan dəb ünsürləri hələ də
cü ildə Chanel No.5 adlı ətirin buraxılışına
aktual və xanımların sevimlisidir. 1971-ci ildə
başlayan Şanel ətriyyatla dəbi birləşdirən ilk
sonuncu dəfə gözlərini yuman Şanelin yaradıcı
modelyerdir. Ətriyyatçı Ernest Bodan 1920-ci
irsini 1983-cü ildən bəri alman dizayner Karl
ildə Şanelə seçim üçün 1-dən 5-ə və
Lagerfeld davam etdirir.
20-dən 24-ə qədər nömrələnmiş bir neçə
Koko
Şanel
cəsarətli,
innovativ,
12
QƏDİM YUNANISTANDAN KOSMOPOLİT FRANSAYA
Ə
ziz dəbli xanımlar, sizə Chanel-in “Antik Müasirlik” adlı Cruise 2017/18 kolleksiyasına daxil olan bir-birindən ecazkar libaslarını təqdim edirik.
Yunan mədəniyyətindən ilham almış kolleksiyada qızılı, gümüşü, yaşıl, qara və fil dişi rənglərinin harmoniyasını görmək olar. Geyimlərin “ulduz” parçası parlaq sarı, mavi, qırmızı və qara rəngli dizə qədər iplə bağlanan qladiator ayaqqabılarıdır. Qızılı bəzəkli saç aksessuarları, antik ornamentli kəmərlər isə əsl yunan ilahəsi obrazını canlandırır.
13
Conchiglie Konkilye (rus. balıqqulağı) quru makaron məmulatları ailəsinə daxildir. Adı formasından qaynaqlanır.
14
15
Bucatini Həmçinin perçatelli kimi tanınan bukatini Neapolda meydana çıxıb.
16
17
Ö
zündə rahatlıq, azadlıq, zəriflik və romantizmi əks etdirən boho tərzi XIX əsrdə Fransada yaranıb. Mənşə etibarilə
Mərkəzi Asiyadan köç edən qaraçılara verilən bu ad (bohémien– fr. qaraçı) tədricən böyük Avropa şəhərlərində qeyri-ənənəvi və adətən kasıb həyat sürən, incəsənət, musiqi və ya ədəbiyyatla məşğul olan şəxslərə aid edilməyə başladı. Zaman keçdikcə bu dəb digər tərzlərin təsirinə məruz qaldı, eyni zamanda yenilərinin yaranmasına səbəb oldu.
İstər istifadə edilən dəb elementləri, istərsə də həyat
fəlsəfəsi baxımından yaxın olduqlarına görə boho və hippi tərzi bəzən səhv salınır. Mədəni hərəkat kimi yaranan və formalaşan hippilik sosial normalara qarşı çıxan, liberal və ya radikal seksual istəkləri, pasifizm (qeyri-zorakı müqavimət) və müharibəyə qarşı həssaslığı təbliğ edən bir cərəyan idi. Hər iki tərzin estetik oxşarlığı kimi geyimlərdə geniş istifadə olunan şifon materialı, al-əlvan rəngli folklor motivlərinin təsvirini, iriqaşlı üzük, muncuq boyunbağı və ayaq aksessuarlarını göstərmək olar. Hippilikdən fərqli olaraq, bohemianizm siyasi və sosial hadisələrə etiraz olaraq deyil, təbii olaraq meydana çıxıb. Boho tərzinin incəsənət və poeziyaya dayanan dərin kökləri var. Köçəri yaşayan qaraçıların həyat fəlsəfəsi azad sevgi, səyahət və pula qənaətçillik idi. Bohemianizm də özündə bu üç əsas elementi ehtiva edir.
Müasir dövrdə boho tərzi digər moda ünsürləri ilə birləşərək
yeni görünüşlər qazanmışdır. Bunlardan ən geniş yayılmışı boho və hippi elementlərinin qarışığından yaranan boho-şıq tərzidir. 2000-ci illərdə model Kate Moss və aktrisa Sienna Millerin sayəsində böyük dəb dalğası effekti yaradan boho-şıq tərzi indi bir sıra musiqi və incəsənət festivallarının nəbzinə çevrilib. Hər il Kaliforniyada keçirilən Coachella festivalı bir-birindən gözəl boho tərzi nümunələrini nümayiş etdirmək üçün əvəzsiz podiumdur.
Boho-rok və ya boho-qotik boho tərzinin tərkibində
yaranan müasir moda trendlərindəndir. Bəs bu görünüşə necə nail olmalı? Çox sadə! Şifon romantik ətək və donlarınızı qara dəri gödəkçə, bayker botu və metal aksessuarlar ilə kombin edin. Bir anda həm güclü, həm də zərif obraz yaradacaqsınız.
18
+
Bəbir naxışlı mini don, donun ətək boyu uzunluğunda xaki rəngli uzunqol köynək (gündüz belinizə bağlaya, axşam mehində isə donun üstündən geyinərək dəbli bir görüntü yaratmış olarsınız), bürünc rəngdə dizə qədər qladiator sandalı, qəhvəyi tonlarında poçtalyon klaçı, qızılı dəyirmi sağanaqlı, ağ şüşəli eynək və dağınıq səhər saçı. Həm bohosunuz, həm də şıq!
19
20
Stortelli Stortelli makaronu orta qalınlıqlı və spiralşəkillidir. Ənənəvi olaraq, şorbaya və bulyona əlavə edilir.
21
22
Elif Şafak “D
ünya nəhəng qazana bənzəyir. İçində mühüm xörək bişir. Gördüyümüz, hiss etdiyimiz, söylədiyimiz, hətta düşündüyümüz hər şey ədviyyat kimi o qazana daxil olur. Ona görə də bu dünyəvi xörəyə nə qatdığımızı özümüzdən soruşmalıyıq. İncikliklər, ehtiraslar, qan davaları və zorakılıqlarmı? Yoxsa eşq, inam, ahəngmi?
”
23
“Azad dünyadır, eşq. Ya düz ortasında – mərkəzindəsən, ya eşiyində – həsrətində” “Dünya
nəhəng
qazana
bənzəyir.
Cəzir” adlı kitabında qadın, şəxsiyyət, mədəni
İçində mühüm xörək bişir. Gördüyümüz,
bölünmə, dil və ədəbiyyat mövzularında
hiss
hətta
yazdığı yazıları toplanıb. Elif Şafakın əsərləri
kimi
30-dan çox dilə tərcümə olunmuş, bir sıra yerli
o qazana daxil olur. Ona görə də bu
və beynəlxalq mükafatlara layiq görülmüşdür.
etdiyimiz,
düşündüyümüz
söylədiyimiz, hər
şey
ədviyyat
dünyəvi xörəyə nə qatdığımızı özümüzdən soruşmalıyıq.
İncikliklər,
ehtiraslar,
qan
“Xatirələr belə bir şeydir. Xalçanın üstünə
davaları və zorakılıqlarmı? Yoxsa eşq, inam,
tökülmüş qırıntılara bənzəməz. İnsan ürəyi
ahəngmi?”
istədiyi vaxt pəncərəni açıb, keçmişini çırpa bilmir”
Elif
Şafak
Türkiyənin
tanınmış
qadın
yazıçılarından biridir. Strasburqda dünyaya
Elif həm də ictimai fəaldır. Qadınların
gələn Elif uşaqlığını və gəncliyini Ankara,
hüquq və azadlıqlarını təbliğ edən Şafak öz
Madrid,
Boston,
yazı və çıxışlarında həmişə post-feminizm,
Miçiqan və Arizonada keçirib. O, Orta Şərq
qadınların cəmiyyətdəki rolu kimi mövzulara
Texniki Universitetinin (ODTÜ) Beynəlxalq
toxunur. Avtobioqrafik əsəri – “Qara süd”
Münasibətlər fakültəsini bitirdikdən sonra eyni
romanı postpartum (doğuş sonrası) depressiya
universitetdə genderşünaslıq üzrə magistr və
haqqındadır. Hər il milyonlarla yeni ana olmuş
politologiya üzrə doktorluq dərəcəsi almışdır.
qadın
Bədii yaradıcılığa 1997-ci ildə başlayan Elif
çəkir. Bir çox qadın kimi Elif Şafak da bu
onlarla əsərin müəllifidir. Onun 2009-cu ildə
depressiyanın qurbanı olacağını ağlına belə
nəşr olunmuş “Eşq” romanı türk ədəbiyyatı
gətirmirdi: “Kitaba iki səbəbə görə Qara Süd
tarixinin ən qısa müddətdə ən çox satılan
adını verdim. Əvvəla, kitab doğuşdan sonra
ədəbi əsəridir. “Eşq” axtarış, gerçəklik və
keçirdiyim depressiyadan bəhs edir. Bununla
kəşfetmə istiqamətində yazılmış romandır:
mən göstərmək istəyirdim ki, ana südü heç
Amman,
Köln,
İstanbul,
postpartum
depressiyadan
əziyyət
də hər zaman cəmiyyətin düşündüyü kimi “Yolun
ucunun
gedəcəyini
bəyaz deyil. İkincisi, mən həmin depressiyanı
düşünmək bihudə cəhddən ibarətdir. Sən
ilham mənbəyinə çevirə bildim. Qara süddən
sadəcə atacağın ilk addımı düşünməyə
mürəkkəb (red. yazı üçün rəngli maye) yarada
borclusan.
bildim... Türkiyədə kişilər yazırlar, qadınlar isə
Gerisi
haraya
onsuz
da,
öz-özünə
gələcək”
oxuyurlar. Artıq dəyişiklik görmək istəyirəm”.
Elifin ilk romanı sayılan “Pünhan” 1998ci
ildə
Mevlana
Büyük
Ödülünə
layiq
Yazıçının bir sıra əsərləri doğma dilimizə də tərcümə olunmuşdur. Yay tətilinizi maraqlı
görülmüşdür. Daha sonra gənc yazıçının
keçirmək
“Şəhərin aynaları” və Türkiyə Yazıçılar Birliyi
istəyirsinizsə, Elif Şafak yaradıcılığına səyahət
mükafatını qazanmış “Məhrəm” adlı əsərləri
etməyi unutmayın.
və
mütaliənizi
nəşr olunur. Elifin ən çox satılan kitablarına “Bit palas”, “Araf”, “Ata və bic”, “Qara süd”, “Kağız halva” və “İskəndər” daxildir. Onun “Məd
Xoş mütaliələr!
zənginləşdirmək
24
25
Penne Rigate Penne (ital. lələklər) – qısa makaron məmulatlarının kənarları kəsilmiş, orta formatlı, boru şəkilli növüdür. Makaron dənələrinin diaqonal kəsimi lələkli qələmi xatırladır, ona görə də bu makaronları belə adlandırıblar. Pennenin vətəni Toskanadır.
26
Ruhi sağlamlıq fiziki sağlamlıqdan daha vacibdir. Ruh düşkünlüyünə düçar olduğumuz zamanlarda sağlamlığımızın gözümüzdə bir dəyəri olmur
27
ÜMUMİ SAĞLAMLIQ
Ç
oxsaylı
araşdırmaların
nəticəsi
ye” kimi motivasiyalarla böyümüş insanı 30-40
tərzinin
yaşlarında üç addımda, beş addımda “qaydaya
düzgün qidalanma, fiziki aktivlik
sala” bilməzsiniz. Hər il Novruz bayramında bir
və ruh yüksəkliyini əhatə etdiyini artıq isveçli
sini paxlava yeyib, bir həftə sonra yayqabağı
alimlərdən daha yaxşı bilirsiniz. Bu məqalədə
pəhrizə keçmək heç kimə inandırıcı gəlmir.
“Düzgün qidalanmanın 5 əsas qaydası”, “1 ayda
Əslində istəyirsiniz, cəhd edirsiniz, ancaq 4-5
20 kq arıqlayın”, “Depressiyadan qurtulmağın
gündən artıq davam etmir. Bir də gözünüzü
7 yolu” kimi başlıqlar yazıb, nəzəriyyədə
açıb görürsünüz ki, ofisin kafesində bir əlinizdə
mükəmməl görünən, lakin praktikada işə
dönər, o biri əlinizdə telefon oturmusunuz.
yaramayan informasiyalar paylaşa bilərdik. Siz
İradəsizliyiniz
də bunu oxuyaraq sanki motivasiyanız artacaq,
başında iş yoldaşlarınıza atdığınız havaların
günü sabahdan səhər saat 6-da yataqdan
tezliklə unudulmasını arzulayırsınız.
olaraq
qalxıb
idman
dəniz
kənarına,
sağlam
həyat
geyimlərinizi
üçün
əzab
çəkir,
həftənin
geyinəcək,
Bu nəticənin qaçılmaz olduğu gün kimi
qaçmağa
aydın idi. Özünüzü danlamaqdan əl çəkin.
yollanacaqdınız. Ya da təqviminizi işarələyib,
Axı səhər pişik porsiyası yeyib evdən çıxanda
bazar ertəsindən etibarən qida rasionunuzu
əlbəttə, işləməyə enerji qalmayacaqdı, saat 12
ot-bitki salatı, meyvə qurusu, litr-litr sudan
olmamış yaxınlıqdakı kafelərin menyularını
ibarət
tökəcəkdiniz
ya
işgəncəyə
da
parka
çevirəcəkdiniz.
Psixoloji
qarşınıza.
Nəzərə
almırsınız
sıxıntı, qayğı və komplekslərdən qurtulmaq
ki, səhər yeməyi yeməklə siz kökəlmirsiniz,
istəyənlər
getməyə
əksinə, səhər yeməyini yaxşı yeməklə enerjili
çalışacaq, ən qəşəng geyimlərini geyinəcək,
olursunuz, günorta və axşam daha az acır,
güzgüdə özlərinə komplementlər yağdıracaq,
qidaya elə də çox ehtiyac hiss etmirsiniz. Səhər
ofisdə
iş
yedikləriniz asanlıqla maddələr mübadiləsi
yoldaşları ilə belə bölüşəcəkdilər. Bu mübarizə
zamanı parçalanır, günorta və şam yeməyi isə
neçə gün davam edəcək deyirsinizsə, beş
zəif həzmə gedir və bir hissəsi piy şəklində
gün. Altıncı gün özünüzü “fabrik buraxılışına”
depolanır. Mövzuya toxunmuşkən, bir neçə
dönmüş
tip
tövsiyə də bizdən. Çox kalori almamaq üçün
informasiyaları minlərlə insan oxuyur, ancaq
az yemək və ya yeməmək yerinə doydurucu,
sadəcə bir neçəsi uğurlu nəticə əldə edir.
tutumlu qidalar seçə bilərsiniz.
hər
gün
şirniyyatlarını
halda
işə
heç
həvəslə
sevmədikləri
tapacaqdınız.
Bu
Digərləri isə onların uğur hekayələrini sosial
Məsələn, çovdar çörəyi, yağsız qatıq, suda
şəbəkədə paylaşmaqla kifayətlənməli olurlar.
bişmiş yulaf, pendir, yumurta, alma, avakado,
Hərçənd uğurlu insanların da 2-3 ay sonrakı
böyürtkən, çiyələk daha uzun müddət toxluq
halından heç kimin xəbəri olmur. Razılaşaq
hissi
ki, “beş qayda”, “on addım” kimi görünüşdə
sürətləndirir, kivi yağların yanmasına kömək
sadələşdirilmiş
praktikada
edir. Yerkökü, əncir, qarğıdalı, noxud, darçın,
gerçəkləşdirilməsi çətindir. Bunlar heç də
duz isə əksinə, iştahanı açır və aclıq hissini
beşə, ona sığan məsələlər deyil. Məsələn, elə
tezləşdirir.
reseptlərin
verir.
Qatıq
maddələr
mübadiləsini
götürək pəhrizi. Uşaqlıqdan əlinə keçəni yeyən,
Günorta və şam yeməklərini kafedə deyil,
“nənənin xətrinə bu tikəni də ye”, “al bu kişmişi,
evdə yeyin. Bu şəkildə, yeməyi daha az kalorili
ləpəni cibinə tök”, “daşdan yumşaq nə tapsan,
hazırlaya, istifadə etdiyiniz yağın növünə və
28 miqdarına özünüz nəzarət edə bilərsiniz. Əgər bu saatlarda evdə olmağınız mümkün deyilsə, belə halda kafelərdə salat, şorba və meyvəyə üstünlük verin. Meyvə şirələri əvəzinə təzə meyvə yesəniz, tərkibindəki liflər sayəsində həzm prosesini asanlaşdırarsınız. Susuzluğunuzu da meyvə şirəsi yerinə su ilə yatırmağa çalışın. Su kalorisizdir, ən azından buna əminsiniz. Nahardan əlavə, ara-ara aclığınızı yatırmaq üçün peçenyelər, krakerlər yerinə alma, armud, ərik yeyə və ya aclığınızı gecikdirmək üçün dişlərinizi fırçalaya bilərsiniz. Su içməyə gəlincə, gündə 2-3 litr su deyil, maye qəbul etməlisiniz. Buna saf sudan basqa xörək, içki və meyvələrin tərkibindəki su da daxildir. Yəni, bütün gün əlinizdə plastik su qabları ilə gəzməyə ehtiyac yoxdur. Arıqlamaq öhdəlik deyil. Heç biriniz model kimi görünmək məcburiyyətində deyilsiniz. Unutmayın ki, modellik bir peşədir və onlar sizin peşənizin tələblərinə cavab vermədikləri kimi, siz də onların peşə standartlarına uyğun gəlmək məcburiyyətində deyilsiniz. Ancaq sağlamlığınızı korlayacaq qədər artıq çəkiniz varsa və pəhrizdə qərarlısınızsa, orqanizminizi
alışdıra-alışdıra
pəhrizə
keçin. Birdən-birə orqanizmi ac saxlayıb stresli vəziyyət yaratmayın. Bu şəkildə uzağı bir həftəyə eneji depolarınız sıfırlanacaq, başladığınız
yerə
geri
dönəcəksiniz.
İlk
günlər hərdən özünüzü mükafatlandırın, ən sevdiyiniz qidaları yeyin. Vaxt keçdikcə, orqanizm yeni sistemə öyrəşəcək, siz isə nəticələrinizi gördükcə həvəslənəcəksiniz. Pəhrizdən
əvvəl
müayinə
olunmaq
vacibdir. Kökəlməyə, şişkinliyə olan
xəstəliyinizin
aydınlaşdırılmalıdır.
səbəb
olub-olmadığı Hər
orqanizmin
fərdi xüsusiyyətləri olduğuna görə hamı üçün effektli və faydalı olan standart bir pəhriz qrafiki yoxdur. Ona görə də bu mübarizədə dietoloqdan kömək istəməyi unutmamalısınız. Sağlam həyat tərzinin önəmli bir hissəsini
29
Rigatoni Rigatoni quru və qısa makaronlar ailəsinə aiddir. Düzgün kəsikləri və tilli səthi var.
30 fiziki aktivlik təşkil edir. Bunu həyatınıza
kömək istəyib, seminarlara baxır, psixoloq
tətbiq etməyə çalışarkən nələr baş verir deyə
məsləhətlərini dinləyirik. Həyatımıza tətbiq
internetdə araşdırmalar apardınız və bir neçə
etməyə gəldikdə isə yenə də üzümüzə,
idman hərəkəti öyrənib, bir də tələsik daşlı-
gözümüzə
qaşlı idman geyimi aldınız. İlk günlər Xəzərin
tərzimiz, bir az mental basqılar, bir az da
sahilində qan-tərə batıb qaçdınız. Həftə sonu
özümüzə acıma hissimiz, bədbəxtlik və kədər
artıq bər-bəzəkli sevimli formanızla televizor
imicimiz dirçəlməyimizə mane olur. Heç
qarşısında çipsi yeyirsiniz. Niyə bu qədər tez
cür “sağalmağa” köklənə bilmirik. Çiyələyin,
təslim oluruq? İllərlə alışılmış həyat tərzi
bananın
bir həftədə dəyişilə bilərdimi? Biz kəskin
öyrənib marketə qaçırıq. Evə gələndə isə
dəyişimləri, şok effektlərini çox sevsək də,
serotonin
bədənimiz sevmir. Asanlıqla yorulub süstləşir.
halda kassa qəbzində ödədiyimiz məbləğə
Passiv əzələləri oyatmaq üçün öncə piyada
baxırıq. İşə yaradımı? Qulaqcıqları taxıb
gəzməyə başlamalıyıq. Sağlam orqanizmin
musiqi dinləyə-dinləyə parkda gəzirik, lakin
ilk şərtlərindən biri sübh tezdən oyanmaqdır.
yarım saatlıq da olsa yüklərimizdən azad ola
İlk işiniz bunu təmin etmək olsun. Səhər işə
bilmirik. Çünki dinləmək üçün seçdiyimiz
getdiyiniz vaxt evdən yarım saat tez çıxın.
musiqi bizi bataqlıq kimi dibə çəkir. Parkda
Metro və ya avtobuslardan birini təxirə salın.
gördüklərimiz isə ağaclar, yaşıllıq, oynayan
Öz avtomobilinizlə gedirsinizsə, onu ofisin
uşaqlar, çiçək-böcəklər deyil, millətin necə
pilləkanına yaxın yerdə park etmək əvəzinə
yaxşı yaşadığı, filankəsin yeni avtomobili, əl-
bir-iki kilometr uzaqda saxlayın. Gündəlik
ələ gəzən sevgililər, hamıya uşaq nəsib edən
həyatınızda mümkün qədər addımlamağa,
Allahın bizi necə ağır sınaması və s. olur. Evə
eskalatorlardan imtina edib, pilləkanlardan
gəlib melissa çayı dəmləyirik, onu balkonda
istifadə etməyə çalışın. Bir neçə həftə sonra
ətrafı seyr edərək içmək yerinə, divana əyləşib
əzələləriniz güclənəcək və böyüyəcək. Bu
telefonu da alırıq əlimizə və Whatsapp,
vaxtdan etibarən daha mürəkkəb idman
Messenger filan, olan-qalan əsəblərimizi də
hərəkətlərinə keçə bilərsiniz. Əzələləriniz
gərib yatmağa gedirik.
bulaşdırırıq.
serotoninlə yeyə-yeyə
Bir
az
zəngin gözlərimiz
böyümə
olduğunu bərəlmiş
hazırdır, siz də əslində o qədər də çətin
Bütün bunlar reallığımız, istəmədən və ya
olmadığını, tənbəlliyinizin azaldığını artıq
bilərəkdən yol verdiyimiz nöqsanlarımızdır.
hiss edirsiniz. İşdən sonra vaxtınız olarsa,
Çıxış yolunu bildiyimiz halda heç cür qapını
idman zalına üzv olun, beləcə, xərclədiyiniz
açıb çıxa bilməməyimiz, yorğunluğumuz,
pula heyfiniz gələr və yoldaşlarınıza baxıb
iradəsizliyimiz,
həvəslənərsiniz.
keyfiyyətimizi aşağı salır. Lakin hər şeyə
Keçək Bu,
sağlamlıq
mürəkkəbi
Ruh
intizamlı olmaq bizi qaranlığa, bataqlığa
olduğumuz
çəkən vərdişlərdən, enerji vampiri insanlardan
zamanlarda sağlamlığımızın da gözümüzdə
uzaqlaşmaq yaşayışımızı asanlaşdırmağa və
bir dəyəri olmur. Zaman-zaman hamımız
həyat keyfiyyətimizi yaxşılaşdırmağa kömək
büdrəyib yıxılırıq, qaranlığa yuvarlanıb, dibi
edəcək. Növbəti görüşümüzdən etibarən sizə
görürük. Kiminsə özünü yetirib əlimizdən
fiziki və ruhi sağlamlığı qorumağınıza yardım
tutmasını
edəcək ip ucları ilə gələcəyik.
düşkünlüyünə
da
vacibidir.
rəğmən hər birimizin içində bir ümid var. Məhz ümidimiz və bir qədər iradəli və
sağlamlıqdan
və
məsələsinə.
yaşayış
Hətta
fiziki
ən
ruhi
tənbəlliyimiz
vacibdir.
düçar
gözləyirik.
Əlbəttə
ki,
kimsə
gəlmir və öz başımızın çarəsinə baxmağa çalışırıq. Psixoloqa getmək mədəniyyətimiz hələ
formalaşmadığı
üçün
internetdən
Sağlıqla və sevgiylə qalın!
31
Fusilli Fuzilli düz kəsikli qısa makaronlar sinfinə aiddir. Spiral formasındadır. Qədimlərdə fuzilli əldə düzəldilirdi və bu ənənənə anadan qıza keçirdi. Xəmir, toxuma milinin ətrafında çevik hərəkətlə burulurdu. Hərəkət sap əyrilməsinə oxşayırdı. Həqiqətən də “fuzillo” termini ipəyirənlərin istifadə etdiyi alət olan “fuzo”dan qaynaqlanır.
32
İRİNA ELDAROVA “İncəsənət günvurma kimidir – həyatıma daxil oldu və bir daha getmədi”
33
S
ankt-Peterburq Dövlət Akademiyası və Moskva Dövlət İnstitunun məzunu, Boris Deksterevin tələbəsi olmuş rəssam, illüstrator İrina Eldarovanın yaradıcılığı rəssamlıq və qrafik dizaynla məhdudlaşmır. Bir sıra layihələri Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan nəşriyyatında işıq üzü görən İrina Eldarova 2007-ci ildə Qazaxıstan Jurnalistlər Birliyinin “Ən yaxşı Media Layihəsi” mükafatına layiq görülüb. Rəssamın peşəkar maraqlarına fotoqrafiya, videoqrafiya və jurnalistika da daxildir. O, Xalqlar Dostluğu metrostansiyasında yerləşən mərmər abidə panelinin müəllifidir.
Rəssam olmağa sizi ilk nə ilhamlandırdı? Nə qədər qəribə səslənsə də uşaq vaxtı ümumiyyətlə rəsm ilə maraqlanmırdım. Mütaliə – bu, mənə görə idi. Fərqli hekayələrə, ölkələrə, dövrlərə səhifə-səhifə istədiyin qədər səyahət etmək olardı. Rəsm ilə romanımız təsadüfən başladı, amma ömürlük oldu. Bir dəfə bacımla tamamilə təsadüfən böyük həyat hekayəsi olan bir rəssamın – Aleksandr Andreyeviç Grigoryevin Moskvadakı rəsm studiyasında olduq. O, öz zamanında məşhur “VXUTEMAS”da təhsil almışdı. Həm Mayakovski, həm Kukrınisk haqqında, həm də fərqli mövzularda bir çox hekayələr bilirdi. Həmin ilk və yeganə səfərimizdə biz ürəkdən rəsm çəkməyin necə olduğunu heyranlıqla izlədik. Adi məktəblərdə kimi deyildi. Bu cür məktəblərdə incəsənətlə bağlı dərslər – nəğmə, rəsm əksər hallarda doğru düzgün keçirilmirdi. Burada isə elə bir ruh halı ilə çəkirdilər ki... O gün biz studiyadan tamamilə başqa biri kimi ayrıldıq. Bir il ora qayıtmadıq. Həmin bir il ərzində ruhumda nə baş verdiyini indi də xatırlayıram. Rəsm, rənglər bir gün də olsun ağlımdan çıxmırdı. Beləcə yavaş-yavaş “cızma-qara” eləməyə başladım. Bir ildən sonra anamızdan xahiş elədik ki, bizi yenidən rəsm studiyasına aparsın. Artıq həmin yaz günü – ikinci səfərimizdə bizim rəsmlərimiz hamıdan yaxşı alınırdı. Hər bir məşğələ bizim üçün o qədər arzulanan olurdu ki. İncəsənət günvurma kimidir – həyatıma daxil oldu və bir daha getmədi. Bunun necə baş verməsi isə həyat boyunca, günbəgün reallaşan uzun bir hekayədir.
İncəsənətin hansı növü sizə daha yaxındır? Fərqli dövrlərdə fərqli seçimlərim olub. Moskvada Tretyakovski Qalereyası ilə üzbəüz, Lavruşinski döngəsində yerləşən incəsənət məktəbində oxuyurdum. Hər gün orada olurduq. Əvvəllər “peredvijnik”lər, sonra ikonaların təsviri. İmpressionistlərin sənəti insanın ruhuna işləyirdi. Avanqard sənət, analitik sənət... İndi isə yəqin ki, pop-art. Başınıza gəlmiş və sonra ilham qaynağınıza çevrilən bir hadisəni təsvir edə bilərsiniz? Kimsə hər gün nahara fərqli xörək sevə bilər. Bu, mənə yad hissdir. Sanki mən ya ancaq göbələk şorbası, ya da toyuqlu əriştə sevə biləcəyim bir aləmə daxil oluram. Eynisi təsvir eləmək istədiklərimlə də baş verir. Bir dəfə alma yedikdən sonra gözümü dişlənmiş almadan ayıra bilmədiyimin fərqinə vardım. Bütün gün ancaq onları çəkməklə məşğul idim. Mənə çox gözəl göründükləri üçün onları ata bilmirdim. Sonralar o kiçik dişlənmiş almalardan böyük mövzular yarandı. Maraqlısı budur ki, alma əslində almadan daha artıq bir şeydir. Bu, həm Adəm və Həvva, həm Nyuton, həm də Stiv Cobsdur. Beləcə, alma mənim də nəzərimi bir qədər başqa formada da olsa uzun müddət məşğul elədi.
34
Rəssam cəmiyyətdə nə kimi rol oynayır? Rəssam həssas, zərif membran kimidir – cəmiyyətdə və təbiətdə baş verənlərin əksidir. Hətta bir anlıq hadisələri dəqiq təsvir etməsə də. Abstrakt şəkillərə belə baxanda onların nə zaman çəkildiyini müəyyən etmək olur. Bu səbəbdən də özünü və öz dövrünü anlamaq üçün dövrünün incəsənətini görmək lazımdır. Xalqlar Dostluğu metrostansiyası üçün dizayn layihəsinin müəllifisiniz. Bəs bu ideya necə oldu ki, yarandı? Bu, mənim monumental layihələrlə ilk iş təcrübəm idi. Xalqlar Dostluğu metrostansiyası üçün sifariş daxil oldu. Yanılmıramsa, 1988-89-cu illər idi. Əgər əvvəllər olsaydı, bu mövzuya laqeyd yanaşardım. O zamankı qısa həyat tarixçəmdə hamı həmişə dostluq edirdi. Ancaq bu, 1989-cu ildə çox mühüm bəşəri mövzu – Qarabağ münaqişəsinin başlanğıcı idi. Bu səbəbdən həyat yoldaşımla qərara gəldik ki, Xalqlar Dostluğu insanlıq üçün çiçəklənən bir bağçadır. Bu stansiya üçün təsviri qərar bununla bağlıdır. Mənim üçün çox maraqlı bir təcrübə idi. İndi də buna bənzər bir iş görmək maraqlı olardı.
35
6. Qızlar neftçilərə üstünlük verir. Bu hekayə haqqında nə danışmaq olar axı... İlk əvvəl ondan başlayaq ki, nə olur olsun, mən “Merilin və neftçi” mövzusuna hələ dəfələrlə qayıdacam. Onlar mənim daxilimdəki şəhərin daimi sakinləridirlər. Bu seriyadan ilk rəsmi 2012-ci ildə SOCAR-ın yubiley sərgisi üçün çəkmişəm. Neft haqqında demək olar ki, hər şeyi bilirəm. Həyat yoldaşım Müslim Eldarov məzmununun 90%-i neft-qaz sektorunun inkişafını işıqlandıran “Caspian” jurnalının təsisçisidir. Krekinq, dəniz neft işləmələri, vertikal qazma, oktan rəqəmi, mezozoy, asfalt gölü, tanker – bütün bunlar mənim leksikonuma daxildir. Ancaq mövzunu işıqlandırmaqla kifayətlənə bilməzdim. Bu ki, mən olmazdım. İşimin ideyası ilk öncə mənim özümə maraqlı gəlməli idi. Mən də bununla ciddi məşğul oldum. Bir neçə iş hazırladım, amma heç biri lazım olan kimi deyildi. Elə bir
hissim vardı ki, sanki ətrafımda nə isə uçuşur, sadəcə olaraq bu dalğaya köklənmək lazım idi. Neft! Yubiley! Müsabiqə! Birdən ağlımdan keçən “qızların ən yaxşı dostları brilyantlardır” ifadəsi məni aydınlatdı. Ağlıma gələn növbəti fikir brilyantların daha valyuta olmadığı idi. Günümüzdə valyuta artıq neftdir. Sonra isə “qızlar neftçilərə üstünlük verirlər”. Düzünü desəm, öz əsərimə vurulmuşdum və əsas mükafatı qazanacağıma əmin idim. Amma həvəsləndirici mükafatı belə qazanmadım. Məğlub olmaq mənə görə deyildi. Emalatxanamda tavana baxaraq iki gün keçirdim. Sərgidə öz rəsmlərimi görəndə qisas almış oldum. Mənim əsərim lap mərkəzdə idi və insanlar onun önündə qəhrəmanlarım kimi pozalarda şəkil çəkdirirdilər. Bu ilk rəsm özü öz taleyini seçdi və artıq çoxdan əllərimdən uçub getdi. Nə demək olar, buna görə sevinirəm.
36
Mini Penne Rigate Mini Penne Rigate (ital. lələklər) – qısa makaron məmulatlarının kənarları kəsilmiş, orta formatlı, boru şəkilli növüdür. Makaron dənələrinin diaqonal kəsimi lələkli qələmi xatırladır, ona görə də bu makaronları belə adlandırıblar. Pennenin vətəni Toskanadır.
37
38
KOMİKS Hekayə Sara adlı şəhərli bir qızın kəndə ərə getməsi ilə başlayır. Şəhər həyatına öyrəşmiş bu qız birdən-birə kənd həyatının çətinliyi ilə üzləşir. Lakin o, bütün işlərin öhdəsindən gələ bilir, hətta bunları özünəməxsus və maraqlı tərzdə yerinə yetirir.
39
40
41
42
Tibb sahəsi ağlasığmaz dərəcədə inkişaf etsə də, xalq təbabəti hələ də öz aktuallığını itirməyib. Xalq təbabətinin növlərindən biri də fitoterapiyadır. Fitoterapiya bitkilərlə müalicə üsuludur. Soyuq qış günlərinin əvəzolunmaz içkisi zoğallı çay, mədə ağrısının dərmanı çobanyastığı dəmləməsi və ya ağız boşluğunun profilaktik müalicə vasitəsi adaçayı hər kəsin ev şəraitində hazırlaya biləcəyi ilk tibbi yardım vasitələridir. Bu yazıda sizə gündəlik həyatda tez-tez rast gəldiyimiz bitkilərin faydalarını təqdim edəcəyik. Əgər səhhətinizlə bağlı ciddi bir probleminiz yoxdursa, ağrıkəsici və müalicə vasitəsi kimi bu bitkilərdən istifadə edə bilərsiniz. Ancaq unutmayın ki, bitkilər şəfalı olsa da, tövsiyə olunan dozadan artıq istifadə əlavə fəsadlara yol aça bilər. Bundan əlavə, uşaqlar, hamilə qadınlar, allergiya və xroniki xəstəliyi olan və ya hər hansısa dərman preparatlarından istifadə edən şəxslər həkim göstərişi olmadan bitkilərdən müalicə məqsədilə istifadə etməsinlər!
43
KƏKLİKOTU Qarqara şəklində ağız boşluğu və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa, bəlğəmgətirici və antiseptik vasitə kimi bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində təyin edilir.
JENŞEN KÖKÜ Fiziki və zehni yorğunluq, miqren, nevrozlar, ürək-damar sisteminin funksional pozğunluqları, revmatizm, şəkərli diabet, funksional cinsi zəiflik, immunitetin zəifləməsi zamanı və infeksion xəstəliklərdən sonrakı dövrdə tətbiq edilir.
HEYVA Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var. Heyva toxumu və çöpünün dəmləməsi mədə-bağırsaqda olan səpkilərin, tənəffüs orqanlarının və böyrək ağrılarının müalicəsinə çox yaxşı təsir göstərir. Uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.
44
ÇİYƏLƏK YARPAĞI Tərkibində C vitamini olduğu üçün sinqa əleyhinə vasitədir. Eləcə də ürək yığılmalarının ritmini azaldır, amplitudunu yüksəldir, qan damarlarını genişləndirir, uşaqlıq əzələsinin yığılmasını artırır və sidikqovucu vasitə kimi orqanizmdən duzları xaric edir.
BALQABAQ TOXUMU Qurdqovucu təsir göstərir, müxtəlif lentşəkilli və həlqəvi qurdlara qarşı istifadə olunur.
TƏRXUN Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Buna görə də vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunun faydalarından biri də həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq olar. O, mədənin fəaliyyətini gücləndirir. Tərxun qanı təmizləyir və sidikqovucu xassəyə malikdir.
45
Stellini Stellini makaronları bir çox xörəklərdə istifadə olunur. Xüsusilə də pendirli, qaymaqlı souslarla hazırlandıqda çox dadlı və sağlam qida alınır.
46
Mini Rigatoni Mini Rigatoni quru və qısa makaronlar ailəsinə aiddir. Düzgün kəsikləri və tilli səthi var. Vətənini dəqiq bilən yoxdur, amma Kampaniyadan olduğu təxmin edilir.
47
ZƏNCİROTU KÖKÜ Qurudulmuş kökləri iştahasızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu dərman kimi işlədilir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır.
QARĞIDALI
Qarğıdalı saçağından hazırlanmış dərmanlar elmi təbabətdə işlədilir. Saçaqlarının tərkibində efir yağı, saponinlər, K vitamini olan bu bitkidən böyrək və qara ciyər xəstəlikləri zamanı istifadə edilir. Qarğıdalı saçaqlarından hazırlanmış duru ekstraktdan qankəsici dərman kimi istifadə olunur.
ŞİRİN BİYAN KÖKÜ Yuxarı tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici və iltihab əleyhinə, qəbizlik zamanı isə zəif işlədici vasitə kimi tətbiq olunur. Böyrəklərin işini aktivləşdirdiyinə görə qum və daşın böyrəklərdən atılmasına kömək edir. Biyan kökü çayı rahatladıcı təsirə malik olduğu və susuzluğu aradan qaldırdığı üçün yayda daha çox içmək məsləhət görülür. O, həzm sisteminə də olduqca faydalıdır. Mədə yanması, qastrit və mədə yarasının əmələ gəlməsinin qarşısını alır, spazmları aradan qaldırır.
48
QULANÇAR Qulançardan fitoterapiya sahəsində bir çox xəstəliklərin müalicəsində uğurla istifadə edilir. Belə ki, bitkinin kökü, təzə zoğları, gövdəsi, iynə və ya sapşəkilli yarpaqları və toxumları müxtəlif xəstəliklərin müalicəsində — qan təzyiqi, vərəm, ürək ağrıları, yel, şəkər və sonsuzluğa qarşı istifadə olunur.
DƏMROVOTU Sidikqovucu, ödqovucu, işlədici və ağrıkəsici təsir göstərir. Qaraciyər, öd kisəsi, böyrək xəstəliklərində, podaqrada və bəzi dəri xəstəliklərində tətbiq edilir.
İSTİOTLU NANƏ YARPAĞI Sakitləşdirici, spazmolitik, ağrıkəsici, ödqovucu, antiseptik vasitə kimi ürəkbulanma, qusma, mədə-bağırsaq traktının spazmları, qaraciyər və öd yolları xəstəliklərində, ürək və beyin damarlarının spazmlarında tətbiq olunur.
49
Farfalline Vətəni Şimali İtaliya olan Farfalline bəzəkli, kənarları orta hissəyə toplanmış düzbucaqlı xəmir tikələridir. Farfallinenin ölçüsünü nəzərə alaraq, ondan uşaqlar üçün şorbalarda, həmçinin, içində qızardılmış çörək tikələri və nazik doğranmış tərəvəz olan bulyonlarda istifadə etmək olar.
50
Pipe Rigate Kampaniya bölgəsindən olan Pipe Rigate quru fantaziyalı makaron məmulatları ailəsinə daxildir. O, ilbiz qabığı formasındadır.
51
EVKALİPT Yuxarı tənəffüs yolları xəstəliklərində gündə bir neçə dəfə inhalyasiya şəklində tətbiq edilir. Evkalipt yağı bronxit, öskürək, revmatizm, artrit, nevralgiya xəstəliklərinin müalicələrində geniş istifadə edilir. Virus xəstəliklərinin qarşısını almaq üçün otağın havasını evkalipt-lavanda yağları ilə qarışdırıb aromatikləşdirirlər.
RAZYANA Yeməkdən sonra mədəni rahatlaşdırır. Yeməklərin üyüdülmə sürətini artırır. Köp zamanı çox yaxşı təsirə malikdir. Bundan başqa, razyananın sidikqovucu, sakitləşdirici, ağrıkəsici, həmçinin antibakterial və antikanserogen təsiri də məlumdur. Razyana meyvəsindən soyuqdəymədən baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi geniş istifadə olunur.
SÜRVƏ (ADAÇAYI) YARPAĞI Büzücü və iltihab əleyhinə vasitə kimi anginalarda, stomatitdə, gingivitdə və faringitlərdə qarqara şəklində istifadə olunur.
52
PITRAQ Pıtraq sidikqovucu və tərlədici vasitədir. Xalq arasında onun kökündən hazırlanmış həlimdən istifadə olunur. Revmatizmda və dəridə səpkilər əmələ gəldikdə pıtraq kökünün həlimini həm içmək, həm də isidici kompres kimi istifadə etmək məsləhətdir. Saçların tökülməsinin qarşısını almaq üçün pıtraqdan geniş istifadə olunur. Kökündən hazırlanmış həlimlə saçlar yuyulur və ya tumundan hazırlanmış məlhəm saçlara çəkilir.
ZİRƏ Elmi və xalq təbabətində, habelə baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, nəfəs yolları, böyrək, sidik kisəsi, göz, nevroz, vərəm kimi xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, antihelmint, işlədici və sidikqovucu təsirə malikdir.
ƏZVAY Əzvay maskası qurumuş və bozarmış saçlar üçün məsləhətdir. O, həmçinin saçların tökülməsinin qarşısını alır. Bundan başqa, əzvay şirəsini bal ilə qarışdırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə edirlər.
53
Farfalle Farfalle (ital. kəpənək) kəpənək formasında makarondur. Hələ XVI əsrdə İtaliyada, Lombardiyada kəşf edilib. İtalyanlar bu makaronu gözəl formasına görə çox sevirlər. İstənilən yeməkdə - şorbada, salatda və qarnir kimi farfalle iştahaçıcı görünür. Bantlar istənilən məhsulla uyğunluq yarada bilir – göbələk, balıq, ət, tərəvəzlər, pendir, qoz.
54
BAL
YUMURTA
SÜD
Vegan VS Vegetarian
55
Bəs balıq? Vegetarianların ən çox eşitdiyi suallardan
brendlərdən
bəziləri:
Filabé
(kosmetika,
biri də yəqin ki, budur. Tarixi eramızdan əvvələ
dəriyə qulluq), Illamasqua (kosmetika, ətir),
aid vegetarianlıq son illər xüsusilə gənclər
Raen (kosmetika, saç və dəriyə qulluq, kəpək
arasında geniş yayılmışdır. Vegetarian heyvan
əleyhinə şampun, aromaterapiya), Ren Clean
mənşəli
Skincare (saç və dəriyə qulluq)
qidaların
istehlakından
imtina
edənlərə verilən ümumi ad olsa da, hər ət
Vegetarian
və
veqanlığın
faydaları
ilə
yeməyən şəxsi də vegetarian adlandırmaq
yanaşı, sağlamlıq üçün bəzi riskləri də var.
doğru deyil. Latınca “sağlam həyat” mənasını
Odur ki, bu yolda irəliləyən şəxslər qida
verən vegetarianlığın bir neçə növü var:
rasionundan bu vitamin və mineralları əskik
laktovegetarian – süd məhsullarından, ovo
etməməlidirlər:
vegetarian – yumurtadan, veqan – nə süd,
B12
vitamini
–
Süd
məhsulları
və
nə də yumurtadan istifadə edir. İnsanların
yumurtadan imtina edən şəxslər vitamin
vegetarianlığı
balansını qorumaq üçün səhər yeməyində
seçmə
səbəbləri
fərqlidir.
Bəziləri məhz öz sağlamlığı üçün bu həyat
dənli
tərzini
etməlidirlər.
seçdikləri
halda,
siyasi,
mədəni,
bitkilərdən
(məs.
yulaf)
istifadə
iqtisadi, ətraf mühit, heyvan haqları, din
Dəmir – Dəmir çatışmazlığının qarşısını
və s. səbəblərdən vegetarian olanlar da az
almaq üçün kakao, mərci, lobya, noxud,
deyil. Unutmaq olmaz ki, vegetarianlıq yalnız
quru meyvələr, cəfəri, üzüm və bəkməz kimi
qidalanma ilə bağlı deyil. Bu, həyat tərzidir.
qidalardan bol istifadə etmək lazımdır.
Əgər bu həyat tərzini seçmə səbəbiniz
Zülal – İnsan orqanizmi üçün ən vacib
heyvan haqları ilə bağlıdırsa, xüsusilə diqqətli
üzvi maddələrdən biri olan zülal ət və
olmalısınız. Heyvan dərisi, xəz və sümüyündən
balığın tərkibində çoxdur. Ancaq siz daha bu
hazırlanmış
qidalardan istifadə etmirsiniz? O zaman ət və
həmçinin,
geyim
aksessuarlardan, sınaqdan
balığı badam, yulaf, brokkoli, mərci, boranı
keçirilmiş kosmetik və gigiyenik vasitələrdən
tumu, Brüssel kələmi və yer fındığı ilə əvəz
istifadə vegetarianlığa ziddir.
edin.
Bəs
heyvanlar
və
vegetarian
üzərində
və
veqanlar
üçün
nəzərdə tutlmuş istehlak mallarını necə
Sink – Soya, paxlalılar, qoz-fındıq, kəpəkli çörək, kələm və sarımsaq sink mənbəyidir. Kalsium
fərqləndirməli? Qablaşdırmanın
üzərində
aşağıda
–
tələbatlarını
Veqanlar bişmiş
kalsiuma
ispanaq,
olan
brokkoli,
göstərilmiş yazı və işarələri gördüyünüz
portağal şirəsi, küncüd və paxlalı bitkilərlə
halda əminliklə həmin məhsuldan istifadə
ödəyə bilərlər. D vitamini – Günəş şüası, günəş şüası və
edə bilərsiniz. Veqanlar V-Label,
üçün:
günəbaxan
PETA-Approved
Vegan,
simvolu, Certified
Vegan
B2 vitamini – Badam, yarpaqlı tərəvəzlər, dənli bitkilər, soya, banan, brokkoli, buğda
Vegetarianlar üçün: yaşıl nöqtə simvolu, V-Label, Vegetarian Society Approved Heyvanlar
yenə də günəş şüası.
üzərində
test
etməyən
kəpəyi, təzə meyvələr və göbələk bu vitaminlə zəngindir.
56
Vitamin, mineral və üzvi maddələrə olan gündəlik tələbatınızı yuxarıda göstərilmiş qidalarla
ödəsəniz,
vegetarianlıq
sizin
sağlamlıq
mənbəyinizə
çevrilə
bilər.
Xoşbəxtlikdən, Azərbaycan mətbəxi yerli və xarici mətbəxlərdən alınmış vegetarian təamları ilə zəngindir. Mərci şorbası, dovğa, doğramac (atlama), kükü, göy qutabı, cacıq, nar qovurması, kükü plov, paxla şorbası və əriştə kimi xörəklər həm dadlıdır, həm də ki, cana faydalı. Ancaq restoran və kafelərdə sifariş verərkən əmin olun ki, bu xörəklərin hazırlanmasında sizin istəyinizdən asılı olaraq, süd məhsulları, yumurta və ya ət bulyonundan istifadə olunmayıb. Sağlam qidalanın, sağlam olun!
57
Filini Vermicelles Şorba hazırlamaq üçün əla məmulatdır və öz sektorunda ən populyar makaron sayılır.
58
Məşhur mahnının sözlərini yəqin ki, xatırlayırsınız... Qızmar yay günlərində qida rasionumuza gözübağlı əlavə etdiyimiz dadlı dondurmanın sizə evinizdəki soyuducu qədər yaxın olmağını istərdinizmi? Elə isə bu resepti sizin üçün hazırladıq. Evinizi tərk etmədən, elə öz mətbəxinizdəcə sərinlənin.
59
Dondurma Tərkibi: •
2 stəkan yağlı qaymaq
•
1 ədəd qatılaşdırılmış süd
•
Zövqə uyğun əlavə dadvericilər (çərəz, şokolad qırıntıları və ya vanil)
Hazırlanma qaydası: Mikserdən istifadə edərək qaymağı dərin bir qabda çalın. Başqa bir qabda qatılaşdırılmış süd və əlavə dadvericiləri qarışdırın və çalınmış qaymağın üzərinə əlavə edin. Əldə etdiyiniz qarışığı ağzı kip bağlanan konteynerə töküb, 8 saat soyuducunun dərin dondurucu bölməsində saxlayın. Dondurmanı süfrəyə verərkən üzərinə zövqə uyğun meyvə, şokolad sousu və ya çərəz əlavə edə bilərsiniz.
60
Yay demək, yüngül təamlar deməkdir. Nahar və ya şam yeməyinə həm doyumlu, həm dadlı, həm də soyuq şəkildə süfrəyə verə biləcəyiniz xörək axtarışındasınız? O zaman resept dəftərinizi bir kənara qoyun, televizorda əbəs axtarışlarınıza son verin. Sizin üçün əvəzolunmaz dad çələngi hazırlamışıq.
Tərkibi: • 300 qram zövqə uyğun Lafarella makaronu • 1 ədəd kabak • 1 ədəd orta ölçülü badımcan • 1 ədəd balaca qırmızı soğan • 1 ədəd dolmalıq bibər • 1 ədəd baş sarımsaq • 3 xörək qaşığı balzam sirkə • 2 xörək qaşığı adi zeytun yağı • 4 xörək qaşığı süzmə zeytun yağı • Yarım stəkan tumları çıxarılmış və iki yerə bölünmüş qara zeytun • Zövqə uyğun duz, istiot
Hazırlanma qaydası:
1. Sobanı öncədən 204 C (400F) dərəcə qızdırın. Baş sarımsağı qabığı ilə birlikdə üfüqi istiqamətdə ortadan kəsib, üzərinə zeytun yağı damcıladaraq falqaya bükün və 45 dəqiqə sobada qızardın. 2. İri bir qazanı su ilə doldurub qaynadın. Duz əlavə etdikdən sonra makaronu töküb, qablaşdırmanın üstündəki təlimata uyğun bişirin. 3. Evdə qril tavanı və ya çöl şəraitindəsinizsə, köz üstündə odluq qəfəsi (qril) qızdırın. Tərəvəzləri şaquli istiqamətdə bir neçə iri hissələrə bölün. Badımcan və kabakı həm qabıqlı, həm qabıqsız saxlaya bilərsiniz. Bibərin isə toxumu təmizlənməlidir. Tərəvəzlərin üzərinə bir az zeytun yağı əlavə edib, hər iki üzünü 4-5 dəqiqə qril edin. 4. Tamamilə soyuduqdan sonra böyük bir qabda sobada qızardılmış sarımsağı (qabığı soyulmuş halda) balzam sirkə, süzmə zeytun yağı (əgər evdə yoxdursa, üzülməyin, adi zeytun yağı ilə əvəz edə bilərsiniz), duz və istiot ilə bir yerdə həll olana qədər qarışdırın. 5. Qril etdiyiniz tərəvəzləri iri formada doğrayıb, qabdakı sarımsaq sousu ilə qarışdırın. Üstünə süzdüyünüz makaronu, daha sonra zeytun, zövqə uyğun duz və istiot əlavə edin. Süfrəyə verməzdən əvvəl bir saat gözləyin. Salatı soyuducuda nə qədər çox saxlasanız, bir o qədər dadlı olacaq.
Qeyd: Badımcan və kabak sevmirsinizsə, istədiyiniz tərəvəzlərdən istifadə edə
bilərsiniz.
61
62
Tutar qatÄąq, tutmaz ayran
63
Südün mayalanmasından alınan qatıq
alınacaq, çox soyuqdursa, maya tutmayacaq.
insan sağlamlığı üçün çox faydalıdır. Qatıq
Mayalanıb hazır olan qatığı soyuducuda
milli mətbəximizin əvəzsiz qidası olduğu üçün
saxlamaq məsləhətdir. Bu zaman qatıq şirin
onun faydaları haqqında yəqin ki, uşaqdan-
olur. Otaq temperaturunda saxlandıqda isə
böyüyə hamımız məlumatlıyıq. Kalsium ilə
dadı bir az turş olur.
zəngin olan bu ağartı məhsulundan daha
Mağazadan alınan qatıq rahatlıq
çox mədə-bağırsaq problemlərinin həlli
baxımından əlverişli olsa da, orqanizmə
zamanı istifadə olunur. Bundan başqa, qatıq
xeyrindən çox ziyanı var. İlk öncə qeyd edək
sümüklərin möhkəmləndirilməsi, sağlam
ki, qablaşdırılmış qatığın istifadəyə yararlılıq
arıqlama, immunitetin gücləndirilməsi və
müddətini uzatmaq üçün tərkibinə müxtəlif
həzm sisteminin yaxşılaşdırılmasında olduqca
kimyəvi qatqı maddələri (stabilizator,
əhəmiyyətlidir. Qatığı həm ev şəraitində
emulqator) əlavə olunur. Bundan başqa,
hazırlaya, həm də qablaşdırılmış şəkildə
qatığın üstündəki qaymağın təbii olub-
istehlak edə bilərsiniz. Bəs hər iki halda hansı
olmaması da aldadıcı ola bilər. Ümumiyyətlə,
nüanslara diqqət yetirməliyik?
hazır və qablaşdırılmış qidalardan mümkün
Qatığın hazırlanması prosesi zamanı diqqət
qədər az istifadə etməyə çalışmalıyıq. Xüsusilə
yetirməli olduğumuz bəzi məqamlar var.
də səhhətində hər hansısa bir problem olan
Bunun üçün 1 litr pasterizə edilmiş süd və
şəxslər və azyaşlılar orqanik qidalara üstünlük
maya üçün bir xörək qaşığı qatıq lazımdır.
verməlidirlər.
Südü qaynadan zaman qaşığı (yaxşı olar ki,
Qatığın istər sağlamlıq, istərsə də gözəllik
taxta qaşıqdan istifadə edəsiniz) aşağıdan
üçün faydaları saymaqla bitməz. Ondan
yuxarı doğru hərəkət etdirərək qarışdırsanız,
xörəklərdə sous kimi istifadə olunsa da,
qatıq daha ləzzətli olar, çünki bu zaman süd
yeməkdən 2-3 saat sonra təbii olaraq istehlak
havada olan oksigenlə zənginləşir. Qatığı polad
etmək daha faydalıdır. Çünki digər yeməklərlə
və ya saxsı qabda çalın. Bu zaman o, daha
birlikdə istifadə olunduğu zaman dəmir
bərk və suyu az olur. Qatıq sulu alınıbsa, bu
çatışmazlığına səbəb ola bilər. Son olaraq,
suyu qətiyyən atmayın, çünki B vitamini və
çalışın, qida rasionunuzdan bu neməti əskik
minerallarla zəngindir. Buna görə də qatığı
etməyəsiniz.
süzmək məsləhət deyil. Südü mayalandırarkən temperatura da nəzarət etməliyik. Süd çox istidirsə, qatıq sulu
64
T
ərkibində qatıq olan maska nəmləndirici xüsusiyyətə malik olduğuna görə üz dərisinin cavan, təravətli və təmiz qalması üçün əvəzsizdir. Bundan başqa, günəş yanıqları və sızanaqların müalicəsi zamanı da qatıqdan geniş istifadə olunur. Onun daxilə və xaricə müntəzəm olaraq tətbiqi üzdəki ləkələri azaldır, erkən yaşlanmanın qarşısını alır. Sizə ev şəraitində hazırlaya biləcəyiniz bir neçə qatıq maskasını təqdim edirik. Unutmayın, üz dərinizdə hər hansı ciddi bir probleminiz varsa, öncə dermatoloq və ya kosmetoloqla məsləhətləşməyiniz vacibdir!
65
Sadə qatıq maskası 1 xörək qaşığı adi qatığı bütün üz və boyun nahiyənizə sürtün. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Bu maskadan həftədə 3-4 dəfə hazırlaya və istifadə edə bilərsiniz.
Ləkə əleyhinə qatıq maskası Bu maskanı hazırlamaq üçün 2 ədəd çiyələk, 1 çay qaşığı bal və 1 çay qaşığı adi qatıq lazımdır. Əvvəlcə çiyələkləri yaxşıca yuyub, çəngəllə əzin. Daha sonra bal və qatıq ilə birlikdə qarışdırın. Maskanı göz və dodaq nahiyələriniz istisna, bütün üzünüzə sürtün. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
Aspirinli qatıq maskası Maskanı hazırlamaq üçün sizə 2 ədəd aspirin həbi, 1 xörək qaşığı qatıq və 1 çay qaşığı bal lazımdır. Aspirinləri əzib toz halına saldıqdan sonra qatıq və bal ilə qarışdırın. Maskanı üzünüzə çəkib, 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə durulayın. Maska sızanaqlar və üz dərisinin qıcıqlanmasının qarşısını almaq üçün faydalıdır.
Dərini cavanlaşdıran qatıq maskası 1 çay qaşığı qatıq, 1 çay qaşığı bal və 1 çay qaşığı yulafı yaxşıca qarışdırın. Maskanı üzünüzə çəkib, 15 dəqiqə gözləyin. İlıq su ilə təmizlədikdən sonra üzünüzə soyuq su vurun. Bu, üzünüzdəki məsamələri bağlayacaq.
Əlavə qeydlər: • Çalışın, evdə hazırlanmış qatıqdan istifadə edəsiniz. Mağazadan alınmış qatıq tərkibindəki kimyəvi maddələrə görə üz dərisinin qıcıqlanması və qızarmasına səbəb ola bilər. • Sadə qatıq maskası zərərsiz olduğu üçün ondan hər kəs istifadə edə bilər. Digər maskalarda isə dəri probleminizin olub-olmamasına və dəri növünüzə (quru, normal, yağlı dəri) diqqət etməlisiniz. • Maskanı üzünüzə çəkməmişdən öncə üzünüzü buxara da versə bilərsiniz. Bu zaman dəri məsamələriniz açılacaq və maska dəriyə daha yaxşı hopacaq. • Əgər üz dəriniz qurudursa, sadə qatıq maskasından sonra üzünüzü 1-2 damcı zeytun yağı ilə masaj edə bilərsiniz.
66
Loğan xarakteri tipik azərbaycanlı obrazıdır. Kişilərin mənfi xüsusiyyətləri əsasında formalaşıb. Xanımı isə Loğanın mənfi xüsusiyyətlərinə baxmayaraq onu çox sevir.
67
68
69
70
FINITA LA COMMEDIA
71
Spaghetti Spagettinin məşhur forması İtaliyanın cənubunda və Neapol, Genuya, Liquriya kimi ilk makaron məmulatlarının istehsal edildiyi şəhərdə meydana çıxıb.
72
MODA, SAĞLAMLIQ, QİDA, ƏYLƏNCƏ VƏ S. MÖVZULARDA TƏKLİFLƏRİNİZİ BİZƏ YAZIN. ƏGƏR JURNALIMIZI BƏYƏNİRSİNİZSƏ BİZƏ TƏŞƏKKÜR ETMƏYİ UNUTMAYIN.
73
74