0 01 insan hereket seher v6 m1

Page 1

1

İnsan, hərəkət və şəhər. Yaşamaq yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır. Şam əgər yanmırsa, yaşamır demək, Onun da həyatı yanmağındadır. (Ващабзадя Б. Сечилмиш ясярляри. Эянжлик, 1967, с.3) Hər bir şeyin meyarı İnsandır.

1. Şəhərlərin yaranmasında insanların piyada hərəkətinin əhəmiyyəti. 1.1 İnsanların bioloji aktivliyinin dünyada yayılmasına təsiri. Pensilvaniya Universteti 2009-cu ildə Sara Tişkoffun rəhbərliyi altında tədqiqatlar aparmış alimlər qrupunun xalqlarının qenetik müxtəlifliyinin hərtərəfli

"Science" jurnalında "Afrika araşdırılmasının nəticələri"

adlı elmi məqaləsini dərc etdirmişdir. Müasir tədqiqatlar nəticəsində daşlaşmanın tarixinin təyini və çoxformalı DNT4 hüceyrəsinin müqayisəli araşdırılmasının nəticəsi olaraq belə qənayətə gəlmişlər ki, Homo sapiens1 bir fərd kimi 300 min il bundan əvvəl peydə olmuşdur. 2017-ci ilin iyun ayında Almaniyanın, Leypçiq şəhərinin Maks Plank adına

Evolusiya

(Təkamül)

Antrapaloqiyası

poleoantrapoloq Filipp Gunz həmmüllifi olduğ

İnistutunun

əməkdaşı

“Nature” jurnalında dərc olunmuş

“Biz Afrika qitəsində təkamülləşmişik” iki yeni

arşdırmasına verdiyi açıqlamasiında ilkin Homo sapiensin 300 min il bundan öncə Afrikanın müxtəlif yerlərində yaşadığını iddia edir. Təqribən 75 000 il öncə İndoneziya yaxınlığında baş vermiş cox güclü Tobo vulkanının 20-30 illik qış fəsadlarını yaşayan və həyatda qalmağı bacaran 2 minə yaxin homo sapiens populyasiyası2 Afrikada müasir insanların əjdadlarına çevrildikləri guman edilir. Fərz edilir ki, təqribən 6040 min il öncə

insanlar Afrikadan Asiyaya, oradanda 40 min il öncə

Avropaya, Avstraliya və Amerikaya isə 35-15 min il öncə miqrasiya etmişlər (bax şəkil-1). 300 min il sonra sayı 7 milyarda catmış homo sapiensin dünyada hazırkı kimidir.

yerləşmə

arealı3

aşğıdakı (şəkil 2)


2

Bəzi alimlər qədim zamanlarda tayfaların yaşaması və fəaliyyət göstərməsi

üçün

onlara

qədər

hesablamışlar. Tayfaların və xalqların

ərazi

tələb

mövcudluğu

olunduğunuda əlverişli ərazinin

ölçüsündən birbaşa asılı idi. U. Itzá görə 1000 nəfərin yaşaması üçün, ovçuluq və azüqə tədarükü dövründə təxminən 100 milyon hektar uyğun torpaq sahəsi tələb olunurdusa; ovçuluq və balıqçılıq dövründə 50 milyon hektar torpaq və digər sahələr lazım

gəlirdi; əkinçilik və

maldarlıq dövründə 3-5 min hektar uyğun əkin və otlaq sahələri lazım

idi. Əkinçilik və sənətkarlıq dövründə 500 hektar lazım gəldiyi

halda, müasir dövrümüzdə 1000 nəfərin yaşaması üçün 80-100 hektar kifayət edcəyi məlumdu. Lakin tam psixolajı rahatliq və kamfortluq əldə olunması ücün Relyefin

100-120 hektarında əlavə edilməsinə ehtiyac vardır.

mürəkkəbliyi,

landşaft

təbii

iqlim

qədim

yaşayış

məskənlərinin və şəhərlərin ölçülərinə, əhalinin sayına həledici təsiri göstərmişdir.

Əkinçilik

heyvandarlıqla

məşqul

olan

tayfaların

miqrasiyaları

əsasən iqlim dəyişkənliyi və həyat ücün yararlı

yeni

torpaqların axtarışı ilə əlaqələndirilir. İnsanların və canlıların müxtəlif ekoloji şəraitə uyğunlaşması milyon illərdirki

iqlimdən, qidanın keyfiyətindən, suyun və torpağın və s.

tərkibindən cox sıx asılı olaraq qalır. Bununla yanaşı həmcinin insanların müxtəlif bioloji və fizioloji ölçüləri, məkanda və zamanda uyğunlaşmasına təsir göstərir. Qədim dövürlərdən indiki zamana qədər insan bədənin ölçüləri, qabariti və həmçinin hərəkəti, hərəkət trayektoriyası müxtəlif sahələrdə layihələndirmədə, memarlıqda, şəhərsalmada və tikintidə, həmçinin mühəndis texniki qurğuların dizayn və istismarında

nəzərə

alınmaqdadir. Tarixin müxtəlif dövürlərində insan bədəninin ölçüləri və mütanasibliyi haqqında, elim və incəsənət adamları coxlu sayda araşdırmalar aparmış, müxtəlif fikirlər irəli sürmüş və müəyyən nəticələr əldə etmişlər. Qədim,

antik dövürlərdə və orta əsirlərdə insan


3

anatomiyasını və fiziologiyasını öyrənən alimlərin əsərlərindəki sxemlər və şəkillər dövrümüzə qədər gəlib çatmışdır.

Onlardan ən məhşuru

Fransanın Pikardi şəhərində təxminən 1195-1266-cı illər arasında yaşamış memar Villard de Honnecourt6 insan bədəninin mütanasibliyini (Parijin Milli Kitabxanasında saxlanılan) rəsim albomundakı orjinal şəkillərində göstərməklə tanınmışdır (bax şəkil-3). İntibah dövrünün aparıcı incəsənət nəzəriyyəçisi

Leon Battista Alberti5 (18 fevral

1404,Qenuya-25 aprel 1472, Roma)

və digərlərinin tarixi əhəmiyyət

kəsb edən əsərlərindədə insan bədənini riyazi nisbətdə müəyyən etməyə cəhdlər göstərilmişdir. Məhşur rəsam, heykəltaraş, mühəndis-mexanik və ixtiraçı olan Leonardo da Vincinin "Vitruvianlı adam. 1490-çı il" qrqfik əsərinidə (bax şəkil-4) insan bədəninin mütənasibliyinin tədqiqatları sırasına əlavə edə bilərik. Memar Le Korbyüze sonralar bunlaradan qaynaqlanaraq özünün

"Modulor. 1948-çı il" (bax şəkil-5) modul

sistemini yaratmışdır. Bunların köməyi ilə memarlar, inşaat mühəndisləri insanlar üçün yaratdıqları yaşayış, təsərrüfat, sənaye v.s. bina və qurğuların

optimal, effektli şəkildə istifadə edilməsi üçün layihə

hesabatlarının

aparilmasında istifadə olunmuşdur.

İnsaninların qabaritlərini layihələndirmə işlərində nəzərə almaq üçün müxtəlif xaraekterik ölçüləri vardır, bunlardan bir neçəsini sadalamaq olar. İnsan bədənin orta boyu 175 cm kişilərdə , qadınlarda 165 cm yaxın götürülür. Qeyd etmək lazımdır ki, bu həmişə, hər yerdə belə olmamışdır və axırıncı 150 il ərzində insanların boyunun durmadan artımı, akselerasiyanin7 davam etdiyi müşahidə olunur. İnsanın çəkisi də dəyişkən olub, kişilər üçün 70-80 kq, qadınlarda bu 50-60 kq-a bərabər tutulur. İnsanlar həmcinin piyada gəzintisi ilə yanaşı qaçmağı, tulanmağı və üzməyidə bacarırlar. Qaçışın müxtəlif məsafələrini müxtəlif vaxtlarda qət edə biliən insanlar şəkil-6-da göstərilmiş nəticələr əldə etməyə nail olmuşlar. Yamaykalı Usain Bolt

2009 ilin 16 avqustunda 100 metrlik

məsafəni 9,58 saniyəyə qaçmışdır. İnsanların hündürlüyünə tulanma


4

rekordu 2,45 metr, uzunluğuna isə 8,95 metrə bərabərdir. On yeddi yaşlı azərbaycanlı Nazim Babayev İsveçin Eskilstuna şəhərində (20.07.2015) gənclər arasında keçirilən yüngül atletika üzrə Avropa çempionatında uzunluğuna üç təkanla tullanmaqda 17,04 metir nəticə ilə birinci yerə layiq görülmüşdür. Kişilər arasında 100 metr məsafəyə sərbəst üsul ilə üzməkdə 1-ci Avropa Oyunlarında

(Bakı 25 iyun 2015-ci il)

Skott

Dunkan, Böyük Britaniya təmsilçisi 49,43 saniyə göstərici ilə rekord nəticə əldə etmişdir. İnsan bədəninin normal temperaturu 36,6°C ətrafındadir, bədənin daimi sabit 42°C temperaturunda həyatını itirə bilər. İnsanların havasız, susuz və yeməksiz

isə

insan

maksimal

qalma ehtimalarıda mövcuddur. İnsanların bu kimi xarekterik, özünə məxsüs, xüsusiyətləri hər zaman, orta statistik göstərici kimi nəzərə alınmışdır. Zaman keçdikcə insanların malik olduqları parametirlər və göstəricilər dəyişməkdə davam edir və bu dəyişiklikləri müxtəlif qurumlar daimə qeydə alaraq araşdırmalar aparır yeni normativlər qəbul edirlər. 1.2. İnsanların həyatında piyada hərəkətin üstünlüyü və əhəmiyyəti. Insanların fiziki imkanları onları daimə hərkətdə olmağa sövq edir. Müasir səhiyyə və tibb elmi insanların hərəkətinin, piyada gəzintisinin, onların sağlamlığına və psixiki durumuna müsbət təsir göstərdiyini qeyd edir və təstiqləyərək tövsiyə edirlər. Piyada gəzinti insan hərkətinin təbii formasıdır. İnsanlar müəyyən məsafələri qət etmək üçün nəyinki piyada hərəkət formasını seçir, yalnız bu hərəkət ona imkan verir ki, sərbəst şəkildə istədiyi vaxta, məkanı və trayektoriyanı dəyişsin və yaxud dəyandıraraq ətraf mühitin bütün zənginliyini dərk etsin. Hərəkətin bu xüsusiyyəti insanlar üçün xarekterikdir. İnsanlar bütün canlılar kimi ilk yarandıqları dövürlərdən daimə hərəkət edərək ov etmiş və şikara çevrilməkdən qaçmışlar. Qida toplamaq, əkinçiliklə məşqul olmaq


5

hərəkətsiz mümkün deyil. Hər hansı bir fiziki əmək enerji itgisi hesabına başa gəlir. Yenidən fəaliyət göstərmək üçün isə itirilən enerjini qidalanmaqla, rahatlanmaq, istirahət və dincəlməklə bərpa etmək mümkündür. Bunları yerinə yetirmək üçün isə müvafiq şərait tələb olunur. Ov üçün çöllük və meşəlik, əkinçilik üçün tarla və suvarma kanaları, balıqçılıq üçün vadi, yaşayış evi və sığınacaq, bunlar hamsı

insan

həyatının zəruri sahələrindən olub, onu ərzaq və yaşayış sahələri arasında daimə hərəkətdə saxlayır. Yuxarıda sadalanan özünə məxsus fiziki gücə və qurluşa, pisxoloji duruma malik olan qədim insanlar öz yaşayış sahələrini yaratmağa müvəffəq olmuşlar. Bu sahələr insanlara rahat və təhlükəsiz şəkildə dincəlməyə və qidalanmağa imkan verməklə yanaşı, həmdə təbii amillərdən və vəhşi heyvanlardan qorunmaq ücün sığınacaq rolunu oynamışdır. Zaman keçdikcə sığınacaqlar genişlənmiş kənd, qəsəbə və kiçik şəhərlərə qədər müdafiyəsi

böyümüşlər. Belə yaşayış məntəqələrinin

təhlükəsizliyi

insanların

fərdi

keyfiyətlərindən,

cəldlikərindən, qacışından, maniələri dəf etməklərindən yəni bir başa piyada hərəkət növündən asılı idi. Sonralar bu kimi hərəkət növlərindən ibarət yarışlar təşkil olunur, idman oyunları və olimpiadalar keçirilirdi. Bu yarışlar yaşayış mətəqələrinin təhlükəsizliyini təmin etmək üçün vacib məlumatları əldə etməyə köməklik göstərirdi. Ən yaxşı nəticələr statistik göstəricilər kimi qeydə alınırdı. Məntəqələrin özü və ətrafı bu məlumatlara əsaslanaraq planlaşdırılır, tilkilir və düzənlənirdi. Bu kimi kiçik şəhər və yaşayış məntəqələri haqında qədim dövürlərdən və orta əsirlərdən

geniş

qaynaqlar

qamaqdadır.

araşdırılmasına və piyada zonalarına

Bu

məlumatların

təsiri məsələlərinə sonrakı

məqalələrdə yer veriləcək.

Açar sözlər: Yaşayış məntəqələri, piyada hərəkəti, piyada zonası,


6

İzahlar: 1. homo sapiens-(lat. Homo sapiens- insan), "şüurlu adam", "ağıllı insan". 2. populasiya-ümumi qenafonda malik olan bir növün toplusu. 3. areal-(lat. area), ərazi, sahə, məkan. 4. DNT- Dezoksiribonuklein turşusu-makromolekula, canlı orqanizimlərin funksiyasının və inkişafının qenetik proqramını nəsildən nəsilə saxlamağı və ötürməyi təmin edir. 5. Leon Battista Alberti (18 fevral 1404,Qenuya-25 aprel 1472, Roma) italiyalı humanist, yazıçı, alim, İntibah dövrünün yeni Avropa memarlığının qabaqcılla- rından biri və incəsənətin aparıçı nəzəriyyəçisi idi.Memarlıq, rəsamlıq, heykəltaraşlıqlada məşqul olan alim , "Memarlığın on kitabı", (De re aedificatoria)(1452), "Hekəltaraşlıq haqqında" (1464), və s. ədəb-bədii əsərlərdə yaratmışdır. Qeyd etmək lazımdırki memar kimi onun əsərləri İntibahın stilinin yaranmasına böyük təsir göstərmişdir. 6. Biolle-le-Dyukenin (1854-1868) tərtib etdiyi illyustrasiyalı "XI-XVI əsirlərdə franca memarlığının lüğəti" əsərində 1195-1266-cı illər arasında Fransanın Pikardi şəhərində yaşamış memar Villard de Honnecourtun albomundan insan. Honnecourtun özü XX əsirdə Parijin Milli Kitabxanasında saxlanılan albomunun araşdırılmasından sonra tanınmışdır . 7. akselerasiya-(lat. acceleratio-təcil) canlı orqanizmin sürətli inkişafı. Adətən bu termin insanların fizioloji inkişafını təsvir etmək üçün istifadə olunur.


7

Ədəbiyyat: 5. Николаевская И.А. Благоустройство городов. Москва /Высшая школа/ 1990. 6. Велев П. Пешеходные пространства городских центров. М., 1983. 7. Шестернева Н.Н. Архитектурная типология и принципы развития существующих пешеходных коммуникаций крупнейшего города: на примере Санкт-Петербурга. Hаучня работа. Санкт-Петербурга 2007. 8. Иконников А.В. Искусство, середа, время. (Эстетическая организация городской среды). - М. Советский художник, 1984. 12. Гидион З. Пространство, время, архитектура. Пер. с нем. М., 1973. 13. Лучкова В. И. Краткая история градостроительства доиндустриального мира.М., 2012. 14. Бунин А. В., Саваренская Т. Ф.История градостроительного искусства. Градостроительство рабовладельческого строя и феодализма. Т 1. .М., 1979. 15. Балановская О. П. Генафонд Европы. М. Товарищество научных изданий КМК. 2015. 354с.

Əlavələr və şəkillər.


8

Şəkil-1. İnsan (Homo sapiens) populasiyasının indiki arealına köçmə sxemi. Dairədəki hərifilər mitokondrial DNT haplogroupun işarələridir.

Şəkil-2. İnsan (Homo sapiens) populasiyasının dünyadakı hazırkı yerləşmə arealı.


9

şəkil-3. Təxminən 1195-1266-cı illər arasında Fransanın Pikardi şəhərində yaşamış memar Villard de Honnecourtun Parisin Milli Kitabxanasında saxlanılan albomndakı orjinal rəsimlərindəki insan bədəninin mütanasibliyinin sxemi.


10

şəkil-4. Leonardo da Vincinin "Vitruvianlı adam. 1490-çı il"


11

şəkil-5.

Memar Le Korbyüzenin "Modulor" sistemi 1948-çı il.

şəkil-6.

Müxtəlif məsafələrə qaçış sürətinin cədvəli.


12

Nemət ƏZİZOV, memar. Azərbaycan Memarlıq və İnşaat Universiteti “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının baş müəllimi.

РЕЗЮМЕ. Немат Азизов. Человек, движение и город В настоящее время ареал Homo sapiens, появившегося 300 тысяч лет тому назад, охватил все участки суши планеты Земля. Численность населения уже достигло 7 миллиардов. Homo sapiens, адаптировавшись к разным климатическим условиям, имея свои характерные габариты, создали мир пешехода. И только пешеходное движение позволило людям строить населенные пункты, создавать пастбища, зерновые поля и другие угодья для поддержания жизнеспособности людей и перемещения между ними. Создавая и строя города, защищая их, люди учитывали свои статестические данные по ходьбе, беге, прыжке и плавания. Дальнейшее планирование и расширение городов тоже обосновывалось по достижениям возможности человека. Ключевые слова: Населенные пункты, Пешеход, Пешеходная зона.


13

Nemat Azizov. Man, movement and city At present, the area of Homo sapiens, which appeared 300 thousand years ago, covered all the land areas of the planet Earth. The population has already reached 7 billion. Homo sapiens, having adapted to different climatic conditions, having their own characteristic dimensions created the world of a pedestrian. And only pedestrian traffic allowed people to build settlements, create pastures, grain fields and other lands to maintain the viability of people and move between them. Creating and building cities, protecting them, people took into account their statistical data on walking, running, jumping and swimming. Further planning and expansion of cities was also justified on the basis of human achievement. Keywords: Human settlements, Pedestrian, Pedestrian zone.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.