1 minute read

Lezbiyan Feminizm

Başlanğıcını 19-cu əsrdən götürən feminizm hərəkatı zamanla müxtəlif qollara və istiqamətlərə ayrıldı. Onların arasında liberal feminizm, radikal feminizm, anarxo-feminizm, ekofeminizm, sosialist feminizm və s. cərəyanları sadalamaq olar. Bu istiqamətlərdən biri də lezbiyan feminizmidir.

Bu parlaq, ziddiyətli və radikal hərəkat – 1960-cı illərdə meydana gələn mədəni məfhumdur. Qadın hərəkatının, geylərin hüquqları uğrunda hərəkatın və seksual inqilabın bir-biri ilə yaxınlaşmasından ortaya çıxan hərəkat cəmiyyətdə lezbiyanların vəziyyətini nəzərdən keçirir. O, heteronormativliyi inkar edir. Cins və hakimiyyət barədə alternativ düşüncə təqdim edir.

Advertisement

Lezbiyan feminizmi xüsusən də Şimali Amerikada və Qərbi Avropada populyarlıq qazanmışdır. Hərəkatın ən əhəmiyyətli mütəfəkkirlərinə Şarlotta Banç, Rita Mey Braun, Adrienn Riç, Merilin Fray, Meri Deyli, Şeyla Ceffris və Monik Vittinq aid edilir.

This article is from: