Son bir neçə onillik ərzində Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bütün kişi və qadınlar arasında hüquq bərabərliyi ölkə Konstitusiyasında birmənalı şəkildə təsbit olunub. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqinda Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul edilib. Ölkəmizdə fəaliyyət göstərən yerli idarə etmə orqanlarının və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə aparılan araşdırma onu göstərir ki, bu sahədə stereotiplər hələ də mövcuddur.