Sabah report last

Page 1

SABAHIN KÖNÜLLÜSÜ PROQRAMI TƏSVİRİ HESABAT | MART – İYUN 2015


MÜNDƏRİCAT: “SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMI “SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMININ MƏQSƏDİ......................5 “SABAHIN KÖNÜLLÜSÜ” TƏQVİMİ.................................................6 “#SABAH NOVRUZDUR” ONLAYN AKSIYASI....................................7 “SABAHIN KÖNÜLLÜSÜ”NÜN TƏQDİMATLARI...............................8 “SABAHIN KÖNÜLLÜSÜ” HƏFTƏSİ.................................................9

“BAKI 2015” 1-Cİ AVROPA OYUNLARINA DƏSTƏK “SABAH LİVE” VİDEO-ÇARX MÜSABİQƏSİ....................................11 “SABAHIN ŞİFRƏSİ” İNTELLEKTUAL KOMANDA OYUNU...............12 “RƏNGLİ ÇƏTİR” FLƏŞMOBU.......................................................13 “SABAH FOTO” MÜSABİQƏSİ.......................................................14 “SABAHIN RƏNGLƏRİ” AKSİYASI..................................................15 “SABAHFEST”................................................................................16

2


MÜNDƏRİCAT: “BAKI 2015” 1-Cİ AVROPA OYUNLARINA DƏSTƏK “SABAHIN AZARKEŞİ” DƏSTƏK QRUPU........................................17 “SABAH TWEET” KAMPANİYASI...................................................18 “SABAHIN KÖNÜLLÜSÜ İÇƏRİŞƏHƏRDƏ......................................19 “SABAHIN KÖNÜLLÜSÜ” RUSİYA – AZƏRBAYCAN AZARKEŞ EVİNDƏ.........................................................................20

YEKUN “SABAHIN KÖNÜLLÜSÜ” SOSİAL ŞƏBƏKƏLƏRDƏ........................22 “SABAHIN KÖNÜLLÜSÜ” MƏTBUATDA........................................23 “SABAHIN KÖNÜLLÜSÜ” RƏQƏMLƏRDƏ.....................................24 “SABAHIN KÖNÜLLÜSÜ”NÜN TƏRƏFDAŞLARI.............................25 “SABAHIN KÖNÜLLÜSÜ” DİZAYN VƏ ÇAP İŞLƏRİ.........................26 “SABAHIN KÖNÜLLÜSÜ” KOMANDASI.........................................27 “SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMININ NƏTİCƏLƏRİ................28 “SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMI ÜZRƏ TƏKLİFLƏR...............29

3


“SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMI

4


“SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMININ MƏQSƏDİ  “SABAHIN KÖNÜLLÜSÜ” proqramı AR Təhsil Nazirliyinin SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsini təmin etmək məqsədi ilə yaradılıb.  Proqram çərçivəsində SABAH qruplarının fəaliyyət göstərdiyi 7 baza ali təhsil müəssisəsindən olan könüllülər tərəfindən "Bakı 2015" 1-ci Avropa Oyunları ilə bağlı bir sıra layihə və tədbirlər təşkil edilib, müxtəlif aksiyalar həyata keçirilib.  Proqram 2015-ci ilin mart-iyun aylarını əhatə edib və ümumilikdə 350 könüllü fəaliyyətlərə cəlb olunub.

5


«SABAHIN KÖNÜLLÜSÜ» PROQRAMININ TƏQVİMİ

6


#SABAH NOVRUZDUR ONLAYN AKSİYASI  19 mart tarixində “SABAHIN KÖNÜLLÜSÜ” proqramı “Sabah Qrupları”nın rəsmi Facebook səhifəsində və Twitter sosial şəbəkəsində “#SABAH Novruzdur” onlayn aksiyasını elan etdi.  Onlayn aksıyasının məqsədi proqram haqqında həm Sabah Qrupları tələbələrinə, həm də geniş ictimaiyyətə məlumat çatdırılması idi.  591 tvit könüllülər tərəfindən yerləşdirilib  13.472 nəfər Facebook-da «cover» - i gördü  1.162 nəfər Facebook-da təmasa girdi  880 nəfər paylaşımı «bəyəndi»

7


“SABAHIN KÖNÜLLÜSÜ”NÜN TƏQDİMATLARI  8-13 aprel tarixlərində Sabah Qruplarının fəaliyyət göstərdiyi 7 baza ali təhsil müəssisəsində “SABAHIN KÖNÜLLÜSÜ” Proqramının təqdimatı keçirilib.  Təqdimatlar zamanı könüllülər tərəfindən tələbələrə “SABAHIN KÖNÜLLÜSÜ” proqramı, onun məqsədləri, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Tələbələrə “Bakı 2015” 1-ci Avropa Oyunlarının əhəmiyyətindən bəhs edilib və onları Avropa Oyunlarına könüllü kimi dəstək olmağa, bu möhtəşəm tədbirin bir parçası olmağa çağırıblar.  Fəaliyyət dövrü ərzində könüllülər ilə silsilə görüşlər, təlim və seminarlar təşkil olunub. Onların sırasında: «Sosial Şəbəkələrdə iş», «İdarəetmənin əsasları», «Natiqlik», «PR əsasları» təlimlərini qeyd etmək olar.

8


SABAHIN KÖNÜLLÜ HƏFTƏSİ  27 aprel – 1 may müddətində “SABAH Könüllü Həftəsi” kampaniyasının əsas məqsədi tələbələr tərəfindən “Bakı 2015” Avropa Oyunlarına dəstək tədbirlərinin, intellektual yarışlar və müsabiqələrin təşkil olunması olub.

 Ümumilikdə “SABAH Könüllü Həftəsi” çərçivəsində həyata keçirilən tədbirlər SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali təhsil müəssisəsinin 200 tələbəsini əhatə edib.  “SABAH Könüllü Həftəsi” çərçivəsində keçirilib:

      

Futbol çempionatı Voleybol çempionatı Velo-yürüş Rəsm sərgisi «Brain Ring» yarışı «İstedadımı Tanı» tədbiri İntellektual oyunlar

9


«BAKI 2015» 1-ci AVROPA OYUNLARINA DƏSTƏK KAMPANİYASI

10


“SABAH LİVE” VİDEO-ÇARX MÜSABİQƏSİ  13 aprel 2015-ci il tarixində “SABAHIN KÖNÜLLÜSÜ” Proqramı 1-ci Avropa Oyunlarına dəstək olmaq məqsədi ilə “SABAH LİVE” video-çarx müsabiqəsini elan etdi.  Müsabiqənin məqsədi həvəskar video-çarxlar vasitəsi ilə “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində “SABAHIN KÖNÜLLÜSÜ”-nün fəaliyyətinin və könüllülərinin yaradıcılığının nümayiş olunmasıdır.  12 video-çarx təqdim olundu

   

3.751 nəfər videoları bəyəndi 12.549 nəfər videoları izlədi 401 nəfər videoları paylaşdı 406 nəfər şərh etdi

11


“SABAHIN ŞİFRƏSİ” İNTELLEKTUAL KOMANDA OYUNU  2 may 2015-ci il tarixində “SABAHIN KÖNÜLLÜSÜ” Proqramı çərçivəsində “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək məqsədilə “SABAHın Şifrəsi” oyunu keçirildi. “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunda keçirilən oyunda hər birində 10 nəfər olmaqla 10 komanda, cəmi 100 tələbə iştirak etmişdir.  “SABAHın Şifrəsi” oyununda könüllülər “Bakı 2015” 1-ci Avropa Oyunları və qoruğun qədim tarixi ilə əlaqələndirilən sualların “açar”-larını tapmağa çalışdılar.

12


RƏNGLİ ÇƏTİR FLƏŞMOBU  “SABAHIN KÖNÜLLÜSÜ” proqramının 80 iştirakçısı şəhərin mərkəzi küçə və meydanlarında həyata keçirilən «Rəngli Çətir» fləşmobunun iştirakçısı olaraq «Bakı 2015» Avropa Oyunlarına dəstək olub.  Fləşmob haqqında hazırlanan video-çarx “SABAH Qrupları” rəsmi Facebook səhifəsində gənclərə təqdim olunub. Postu ümumilikdə 30144 nəfər görüb, 428 nəfər bəyənib.

13


“SABAH FOTO MÜSABİQƏSİ”  14 may - 30 iyun tarixlərində “SABAHIN KÖNÜLLÜSÜ” proqramı 1-ci Avropa Oyunlarına dəstək olmaq məqsədi ilə Facebook sosial şəbəkəsində “SABAH Foto” müsabiqəsinə start verdi.  Müsabiqənin məqsədi fotoşəkillər vasitəsilə “SABAHIN Könüllüsü”-nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirməkdir.  3-30 İyun tarixlərində “SABAH Foto” Müsabiqəsinə təqdim olunmuş fotoların “Park Bulvar” AVM sərgisi keçirilib.    

Müsabiqəyə ümumilikdə 56 foto təqdim olundu; Paylaşılan fotolar 5600 dəfədən çox bəyənilib (like); Fotolar 120 dəfə paylaşılıb; Fotolar 392 nəfər tərəfindən şərh edilib.

14


“SABAHIN RƏNGLƏRİ” AKSİYASI  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “SABAHIN KÖNÜLLÜSÜ” proqramı çərçivəsində Dənizkənarı Milli Parkda uşaqların “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini və onların yaradıcılığını nümayiş etdirmək məqsədilə aksiya təşkil olunub.  Aksiya zamanı 20 könüllünün köməyi ilə 4 saat ərzində 150-dən çox uşaq tərəfindən Avropa Oyunlarının loqosu çəkilib.  Şəkil çəkən hər bir uşaq şəkilə əl izi qoyaraq adı və yaşını qeyd edib. “SABAH-ın könüllüsü” tərəfindən aksiyada iştirak edən uşaqlara Avropa Oyunlarının rəmzlərini daşıyan hədiyyələr təqdim olunub.

15


“SABAHFEST”  10 iyun 2015-ci il tarixində keçirilən “SABAHFest”in məqsədi “SABAHIN KÖNÜLLÜSÜ” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin hesabatı xarakterini daşımaqla bərabər, həm də “SABAHın Könüllüləri”nin bir araya toplaşaraq ölkəmizin ev sahibliyi etdiyi “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyinin nümayiş etdirilməsidir.  Festivalda qonaq qismində könüllülərə dəstək olan Avropa Oyunlarının ulduz səfirləri Tünzalə Ağayeva və Murad Dadaşov, professional musiqi qrupları və ifaçılarla yanaşı, həmçinin SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları nümayiş olunub;  Musiqili-interaktiv üslubda keçirilən festivalda tələbələr maraqlı viktorinalarda iştirak edərək Avropa Oyunlarının idman yarışlarına bilet qazanıblar;  Festivalda ümumilikdə 500-dən artıq tələbə iştirak edib.

16


“SABAHIN AZARKEŞİ” DƏSTƏK QRUPU  “SABAHIN KÖNÜLLÜSÜ” proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərdən ibarət “Bakı 2015” 1-ci Avropa Oyunlarında idmançılarımıza dəstək olmaq üçün azarkeş qrupu yaradılıb.  Azarkeş qrupunun yaradılmasında məqsəd “Bakı 2015” 1-ci Avropa Oyunlarında idmançılarımızın tarixi çıxışlarının canlı şahidi olmaq, bu möhtəşəm idman tədbirinə olan dəstəyini və həmrəyliyini nümayiş etdirməkdir.  SABAHın Azarkeşlərinin idmançılarımıza olan dəstəyi maraqla qarşılanmış həmçinin Türkiyənin ən məşhur telekanallarından biri olan “NTV Spor” tərəfindən işıqlandırılmışdır;  SABAH qruplarında təhsil alan könüllülərdən ibarət azarkeş qrupunda 50 könüllü fəallıq göstərib.

17


“SABAH TWEET” KAMPANIYASI  19-27 iyun həyata keçirilən “SABAH Tweet” kampaniyasının məqsədi “Bakı 2015” 1-ci Avropa Oyunlarına dair haşteqlər yaradıb maraqlı tvitlər yazaraq ölkəmizdə keçirilən tarixi idman oyunlarını geniş ictimaiyyətə çatdırmaqdır.  Kampaniya müddətində iştirakçılar öz haşteqlərini və #Baku2015, #SABAH, #RealBaku2015 qeyd etməklə maraqlı tvitlər yazıblar.  29 079 tvit paylaşılıb

 Paylaşılan tvitlər 50 146 nəfər tərəfindən 4 119 700 dəfə görülüb.  Kampaniya 27 iyuna qədər davam edib. Kampaniya ərzində ən çox tvit yazmış 3 gənc mükafatlandırılıb. I yerin sahibi Avropa Oyunlarının Bağlanış mərasiminə 2 ədəd bilet, II yerin sahibi Avropa Oyunlarının Bağlanış mərasiminə 1 ədəd bilet, III yerin sahibi isə “Bakı 2015” 1-ci Avropa Oyunlarının hədiyyə paketini qazanıb.

18


“SABAHIN KÖNÜLLÜSÜ” İÇƏRİŞƏHƏRDƏ  “SABAHIN KÖNÜLLÜSÜ” 1-ci Avropa Oyunları müddətində İçərişəhərdə ölkəmizə gəlmiş turistlərin suallarını cavablandırıb və onları istiqamətləndirib.

 “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyinin SABAH Qruplarının tərəfdaşlığı ilə reallaşan “Ask me” (“Məndən soruş”) layihəsinin məqsədi şəhərimizə təşrif buyurmuş xarici qonaqların İçərişəhərlə bağlı suallarının cavablandırılması, qonaqların istiqamətləndirilməsi, onların şəhər infrastukturu və burada yerləşən qədim abidələrinin tarixi haqqında ətraflı məlumat almasının təmin edilməsidir.  Layihədə iştirak edən 27 könüllü təlimləri uğurla bitirib.  Könüllülər 1 - 30 iyun aralığında fəaliyyət göstərib.

19


“SABAHIN KÖNÜLLÜSÜ” RUSİYAAZƏRBAYCAN AZARKEŞ EVİNDƏ  “SABAHIN KÖNÜLLÜSÜ” proqramı çərçivəsində könüllülər Avropa Oyunları zamanı Rusiya və Azərbaycan Azarkeşləri Evində fəaliyyət göstərərək oranı ziyarət edən azarkeşləri qarşılayıb və məlumatlandırıb.  Avropa Oyunlarının sonuna qədər davam etmiş bu könüllü fəaliyyatin məqsədi müxtəlif ölkələrdən təşrif buyurmuş və Rusiya və Azərbaycan Azarkeşləri Evini ziyarətə gəlmiş azarkeşlərə əfsanəvi idmançılar və onların burada nümayiş etdirilən idman əşyaları haqqında məlumat verməkdir.  Könüllü fəaliyyət zamanı onlar peşəkar idmançılarla birbaşa ünsiyyətdə olmaqla bərabər, həmçinin idmançıların əldə etdikləri medalların şərəfinə təşkil olunan mərasimlərə qatılıb.  Könüllülər Rusiya və Azərbaycan Azarkeşləri Evində 11 – 28 iyun müddətində fəaliyyət göstərib. Sonda könüllülər Rusiya Federasiyası Olimpiya Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub. 20


YEKUN

21


“SABAHIN KÖNÜLLÜSÜ” SOSİAL ŞƏBƏKƏLƏRDƏ  “SABAHIN KÖNÜLLÜSÜ” proqramı daima ictimaiyyətə ətraflı məlumat vermək, tələbələrlə onlayn ünsiyyətdə olmaq, onları fəallaşdırmaq məqsədilə bütün fəaliyyətlərini “SABAH Qrupları” rəsmi Facebook səhifəsində və @SABAH_Qruplari rəsmi Twitter profilində yayımlayıb.  335516 nəfər tərəfindən Facebook-da paylaşılan postlar görülüb (reach) və 254 dəfə paylaşılıb (share).

 22 video-çarx proqram tərəfindən paylaşılıb.  9506 dəfə ümumilikdə postlar bəyənilib (like) və 256 dəfə şərh (comment) edilib.  29 138 tvit proqram çərçivəsində yazılıb.

22


“SABAHIN KÖNÜLLÜSÜ” MƏTBUATDA  “SABAHIN KÖNÜLLÜSÜ” Proqramı yarandığı gündən Kütləvi İnformasiya Vasitələrinin diqqət mərkəzində olmuşdur. Proqramın fəaliyyəti televiziya kanalları və onlayn xəbər portalları tərəfindən geniş işıqlandırılmışdır.  “SABAHın Könüllüsü” Proqramı və proqramın fəaliyyəti haqqında 44 xəbər portalında 17 məqalə və press-reliz 100 dəfə yayımlanıb

 Mətbuatda yayımlanan xəbərlər ümumilikdə 29511 dəfə oxunulub  ATV, AzTV, Lider TV, İctimai TV tərəfindən televiziya tamaşaçılarının diqqətinə çatdırılmışdır.

23


“SABAHIN KÖNÜLLÜSÜ” RƏQƏMLƏRDƏ  7 baza ali təhsil müəssisəsi  350 könüllü

 135 kişi, 215 qadın könüllü  39 supervayzer  143 “Bakı 2015” Avropa Oyunlarının könüllüsü  24 tədbir  52 komanda üzvü  3 tərəfdaş  17 mətbuatda məqalə və xəbər

 44 KİV

24


“SABAHIN KÖNÜLLÜSÜ”NÜN TƏRƏFDAŞLARI  AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsi  AR Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi  Park Bulvar AVM

25


“SABAHIN KÖNÜLLÜSÜ” DİZAYN VƏ ÇAP İŞLƏRİ  “SABAHIN KÖNÜLLÜSÜ” proqramı çərçivəsində bir sıra çap və paylama materialları hazırlanıb. Bunlar sırasında köynəklər, bloknot və qələmlər, buklet və rol-ap, çantalar, müxtəlif ölçülü və formatlı banner və digər materialları qeyd etmək olar.  Proqram çərçivəsində «SABAH» Qruplarının fəaliyyət göstərdiyi 7 baza ATM-də xüsusi «SABAH» divar stendləri quraşdırılıb.  Fəaliyyət dövrü ərzində «SABAHın Könüllüləri»-nin iştirakı ilə 2 xüsusi foto-sessiya həyata keçirilib.

26


“SABAHIN KÖNÜLLÜSÜ” KOMANDASI

Şahin Seyidzadə

Seymur Hüseynov

Hüsniyyə Qafarova

Pərvin Piriyev

Komanda üzvləri: İlhamə Qasımzadə

Yalçın Abbasov

Videotərtibatçı:

Fotoqraf:

Nigar İbrahimova

Aynur Aslanova

Tahir Xəlfəquliyev

Rüstəm İsmayılov

Şəfiqə Əhmədova

Xədicə Damadayeva

Faiq Əmirəliyev

Sevinc Kərimli

27


“SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMININ NƏTİCƏLƏRİ 1.

«SABAH» Qrupları «Bakı 2015» Avropa Oyunlarına fəal şəkildə dəstək verdi, fəaliyyətlər geniş işıqlandırıldı.

2.

«SABAH» Qruplarında tələbələrin təhsildən kənar fəaliyyət göstərə biləcəyi platformanın əsası qoyuldu.

3.

«SABAH» Qruplarında təhsil alan tələbələrin şəbəkələşməsinə və «SABAH» Qruplarına loyallığın artırılmasına müsbət təsir göstərdi.

4.

«SABAH» Qruplarında təhsil alan tələbələrin potensialının, problemlərinin və gözləntilərinin ölçülməsi üçün mühit formalaşdı.

5.

İctimaiyyətdə «SABAHın Könüllüsü» brendi formalaşdı.

28


“SABAHIN KÖNÜLLÜSÜ” PROQRAMI ÜZRƏ TƏKLİFLƏR 1.

«SABAH» Qruplarında həyata keçirilən «SABAHın Könüllüsü» proqramının sistemləşdirilmiş və dayanıqlı şəkildə həyata keçirilməsi davam etdirmək.

2.

Könüllülüyün (ictimai-sosial fəaliyyət) tədris proqramına inteqrasiyasını təmin etmək.

3.

«SABAHın Könüllüsü» çərçivəsində əldə olunmuş təcrübənin digər qruplara və ali təhsil müəssisələrinə genişləndirilməsi.

29


www.sabah.edu.az www.twitter.com/SABAH_Qruplari www.facebook.com/sabah.edu.gov.az


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.