1 minute read

Mövzu

Next Article
Ədəbiyyat

Ədəbiyyat

şəxsən yaşaya bilir. Rəssamın rənglər və normalar vasitəsilə əks etdirdiyi hisslər tamaşaçıya tanış deyilsə onda həmin hisslər tamaşaçıda oyanmır. Bu o deməkdir ki, ya bu hisslər ona tanış deyil, ya da rəssam öz hisslərini ifadə edərkən tamaşaçıda assosiativ həssaslıq yarada bilməmişdir.

Etiraf etmək lazımdır ki, qeyri-fiqurativ modelə əsaslanan təsviri incəsənət əsəri şüurla dərk olunmur, o mücərrədlik əsasında hissiyyat aləminə və təcrübəsinə əsaslanaraq təsir edir və hissiyyat yaddaşımızı aktivləşdirir.

Advertisement

Birinci modelə əsasən, son nəticədə əsərə çevrilməsi üçün əks olunan obyektlər və əşyalarda müəllifin münasibəti olmalıdır. Çünki hamı bir şeyi eyni cür görmür. Bunun isbatı olaraq qeyd edək ki, eyni obyekti bir neçə professional rəssam təsvir etsə belə, hamısında bu obyekt fərqli təsvir olunacaq. Bu fərqlərin yaranmasına səbəb olan amillər aşağıdakılardır:

1. hər bir insanın hissiyyatına qavradığı rənglərin, formaların, cizgilərin təsiri müxtəlifdir; 2. hər bir insanının psixolojı və fiziolojı təkrarolunmazlığı onun fərqli hissiyyat təcrübəsinin yaranmasını təmin edir; 3. hər bir insanın həyat təcrübəsi və yaşadığı sosial, coğrafi, iqlim mühiti onun hissiyyat aləminin özünəməxsusluğunu müəyyənləşdirir.

Fiqurativ təsvir modelinə əsaslanaraq yaradılan təsvirdə obyektivlik mövcud olur. Bu obyektivliyin əsasını təsvir olunmuş “fiqurların” obyektiv xüsusiyyətləri təmin edir. Obyektivlik o zaman meydana gəlir ki, təsvirdə əks olunduğu ilə müşahidə olunduğu arasında uyğunluq rəssamdan başqa, bir çoxları tərəfindən qəbul olunsun.

Qeyri-fiqurativ təsvir modeli rəssamların yaradıcılığında XX əsrdən geniş vüsət alıb. Lakin mücərrəd şəkildə bu modelə əsasən yaradılmış təsvirlərə biz hələ ibtidai incəsənətdə rast gəlirik. İbtidai dövrün qayaüstü təsvirlərində müşahidə olunan bir çox əyri, dalğavarı, ziqzaqvarı xətləri, mücərrəd anlayışları

11

This article is from: