1 minute read

Mövzu

Next Article
Ədəbiyyat

Ədəbiyyat

XX əsr incəsənətində fərdi hissiyyatın totallaşması baş verir. Həyatın bir çox proseslərinə şəxsi münasibət hisslərin ifadəsi vasitəsilə bildirilir.

XX əsrdə fərdi hisslərin ifadə olunması üçün incəsənət ən əlverişli vasitəyə çevrilir. Təsviri incəsənətə gəldikdə, əsər bir növ “rəssamla kətanın, rənglərin ən intim söhbətinə çevrilir”, eyni zamanda, bu kətan rəssamın ən intim “dinləyicisi qismində çıxış edir”. Kənar fərdlər qarşısında ideyalarını və hisslərini olduğu kimi ifadə etmək rəssama çətin gəlir. Əsər üzərində işləyərkən rəssam sanki özü-özü ilə söhbət edir və öz MƏN-i qarşısında həqiqəti olduğu kimi söyləməkdən çəkinmir. XX əsr incəsənətində subyektivliyin mənbəyini məhz burada axtarmaq lazımdır.

Advertisement

Fiqurativ təsvir modelin əsasında subyektivlik durursa, yalnız ən ümumi obrazları obyektiv qavramaq mümkündür. Bu obyektivlik cəmiyyətdən və həyat tərzindən gələn stereotiplər əsasında əldə olunur. Bu stereotiplərin hamıya məxsus olması, onların təxminən eyni məzmunda qavranılması üçün şərait yaradır. Eyni coğrafi və iqlim şəraitində, eyni ictimai və mədəni mühitdə formalaşan fərdlərdə oxşar həyati stereotiplərin, qavrama oxşarlığının, duyma uyğunluğunun və nəticə etibarilə oxşar hisslərin yaranması təbii haldır.

Nəticə etibarilə söyləmək olar ki, müasir dövrdə ikinci təsvir modeli əsasında yaradılmış əsərin obyektiv təhlili qeyrimümkündür. İstənilən belə bir təhlil subyektivlikdən azad ola bilməyəcək. Bu metodla yaradılmış əsərə gəldikdə, onu etiraf etmək lazımdır ki, əsərdə tərənnüm olunmuş ideya və hisslər bizə məlumdursa, biz onları tanıyıb yenidən yaşamalı oluruq. Bu isə əsərin tamaşaçıya təsir etməsini şərtləndirir.

14

This article is from: