1 minute read

Mövzu

Next Article
Ədəbiyyat

Ədəbiyyat

10

əsasını təşkil edir. Bu prinsipə əsasən təsvirdə əks olunan əşya və obyekt olduğu kimi, sanki güzgüdə əks olunur. Nəticə etibarilə biz təsvirdə əks olunmuş obyekt və fiqurları gördükdə, onları öz həyat təcrübəmizdə, yaddaşımızda olan obrazları ilə müqayisə edərək, onların məzmun və formasını qavrayırıq. Bu fiqurların nə dərəcədə real olması onların obrazlı prototipləri ilə uyğunluq təşkil etməsi ilə müəyyən olunur. Bu uyğunluq yüksəldikcə reallıq dərəcəsinin və inandırıcılığın artması ilə qarşılaşırıq.

Advertisement

Qeyri-fiqurativ (Nonfigurative) model mücərrədlik əsasında yaranan və qavranılan təsvir modelidir. Bu metoda əsasən, təsvir olunan fikirlərin, ideyaların, hisslərin, emosional halların real cismani görüntüləri ola bilməz. Qeyri-fiqurativ təsvir elementlərini və ümumilikdə bütün obrazı təsvir olunduğu şəkildə real aləmdə görmək mümkün deyil, çünki onlar orada yoxdurlar. Bu obrazlar sırf rəssamın təxəyyülündə, hissiyyat aləmində, qiymətləndirmə sistemində yaranan obrazlardır. Bu metoda əsasən təsvir adətən müxtəlif hisslərin, emosional halların və daxildə yaranan mücərrəd “görüntülərin” vizuallaşdırılması nəticəsində meydana gəlirlər. Hiss, emosional hal, rəmzi obraz, ideya və s. gözə görünmürlər və buna görə də onların oxşar olub-olmadığını real aləmlə müqayisə edərək müəyyənləşdirmək qeyri-mümkündür. Məsələn, qorxu, sevinc, kədər və s. hisslərin real həyatda birmənalı görüntü ekvivalentləri mövcud deyil və ola da bilməz. Bu hisslər müxtəlif insanlarda müxtəlif görüntülər formasında yaranırlar. Belə ki, bu hisslər hər kəsdə özünəməxsus şəkil alaraq, təkrarolunmaz formada və biçimdə yarandığından, onun təsviri əksi də özünəməxsusluğu və subyektivliyi ilə seçilir. Hisslərin, rəmzi mücərrəd obrazların və emosional halların rəng, forma və məzmun baxımından ümumən qəbul olunmuş invariantı yoxdur. Son nəticə olaraq qeyd edək ki, hissiyyat aləminin ifadəsində obyektivlik yoxdur. Bu modelə əsasən yaradılmış əsərlərin meydana gəlməsində və sonrakı qavranılmasında subyektivlik var. Hər bir insan əsərə baxdıqda həmin hiss (rəssamın əks etdirdiyi hiss) ona təsir edirsə, bu hiss rəng, forma, xətlər vasitəsilə tanış gəlirsə, o assosiasiya vasitəsilə həmin hissi

This article is from: