Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi və Microsoft – Azərbaycan qurumu tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir. Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodikiinformasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdən ibarətdir.
Artıq adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab və eyni adlı Plakat hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr verilib.
İnternet texnologiyalar yeniyetmələr və gənclərin həyatının tam bir hissəsinə çevrilib. Eyni zamanda, uşaqlar da bütün kompüter yeniliklərini - sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə əxz edir, onlara alışırlar. İlk baxışdan normal, hətta yaxşı işlərdir. Uşaqlarımız inkişaf edir, daha yeni, daha mütərəqqi və son texnologiyalardan yararlanmağı öyrənirlər
Bir sözlə, zəmanə adamı olurlar.Qlobal "hörümçək toru" həm də uşaqların dünyagörüşü, informasiya və məlumatlarını da artırır.Fəqət, hər şey göründüyü kimi deyil, çünki insanın öz kimliyini çox asanlıqla gizləyə bildiyi, nəzarət və kontrolun artıq mücərrəd məfhumlara çevrildiyi internet, uşaqların asan hədəfə döndüyü, müdafiə və himayəsiz qaldığı məkana çevrilir.
Virtual şəbəkədə aqressiv və ya sosial təhlükəli məzmunda olan informasiyalar, məlumatlar, şərhlər, yazılar, auido və videomateriallar var.Milli.Az xəbər portalı "Techno Crunch"a istinadən bildirir ki, informasiya və məlumat təhlükəsizliyinin təminatı, habelə antivirus proqramlar istehsalı sahəsində dünyanın ən nüfuzlu şirkətlərindən biri sayılan ESET-in mütəxəssisləri uşaqların internetdə təhlükəsizliyi ilə bağlı hesabat yayib.
Məlum olub ki, yetkinlik yaşına çatmış internet istifadəçilərinin 53,7 faizi virtual məkandakı arzuolunmaz kontenti gənc nəsil üçün çox təhlükəli ünsür hesab edir.Hazırda internetin gənc istifadəçiləri arasında ani mətn mübadiləsinə imkan verən proqramlar, messencerlər çox populyardır. Uşaqlar bir qayda olaraq tanımadıqları insanlarla əlaqəyə asanlıqla girirlər və bu zaman ağıllarına belə, gətirmirlər ki, onlarla təmasda olan şəxs əxlaqsız, ya da manyak ola uşaqların internetdən istifadəsini nisbətən təhlükə bilər
Onlayn məkanda uşaqların müdafiəsi gün keçdikcə daha aktuallaşdığından, "Online Security Brand Tracker" şirkətinin tədqiqatının nəticələri də maraq kəsb edir.internetdəki pornoqrafik, erotik, ekstremist, radikal dinçi və s. saytlara girişlərinin də qarşısı alınmadıqda onların kənar təsir altına düşmələri həddən ziyadə. asanlaşır.Bununla bağlı olaraq ESET mütəxəssisləri siz edə biləcək bir neçə qayda hazırlayıblar
1. Gənc və ya azyaşlı istifadəçi üçün ayrıca qeydiyyat akkauntu yaratmaq. Belə akkaunt uşağın internetdəki fəallığını nəzarətdə saxlamaq üçün valideynlərə yardım edir. Həmin akkauntun nəzarətçisi, yəni administratoru bütün halllarda valideyn olmalıdır. 2. Siqnatur bazaları və valideyn nəzarəti funksiyaları yenilənmiş antivirus proqram təminatından istifadə etmək. Belə antivirus proqramlar potensial arzuolunmaz materialdan ibarət veb-saytlara girişi yasaqlamağa və ya çətinləşdirməyə imkan verir. 3. Brauzerin "tarix" bölməsini mütəmadi olaraq yoxlayın. Həmin bölmənin boş və ya kiçik olması uşaqla ciddi söhbətin səbəbidir. Çünki kompüterdən azacıq başı çıxan uşaqlar valideynlərin nəzarət məqsədilə brauzerin "tarix" bölməsinə baxdıqlarını anlayaraq orada təmizləmələr aparır, daxil olduqları yasaq saytlarla bağlı məlumatları silirlər. 4. Veb-kameradan istifadəni nəzarətdə saxlayın. Əgər kompüter və ya noutbukdakı veb-kameradan sürəkli istifadə etmirsinizsə, onu qapadın. Bəzi kompüter virusları və proqramları vasitəsilə kibercinayətkarlar həmin kamera vasitəsilə sizin kompüteri nəzarətdə saxlayaraq fayllardan, yazılarınızdan, parollarınızdan bəhrələnə bilərlər. Bundan başqa, uşağa başa salın ki, yalnız tanış insanlarla - qohumlar və ya dostlarla ünsiyyət zamanı veb-kameradan istifadə etmək məsləhətdir. 5. Uşaq sosial şəbəkədən istifadə edirsə, mütləq şəkildə onun həmin şəbəkədəki akkauntunu, səhifəsinin konfidensiallıq və təhlükəsizlik qurğularını yoxlayın. Sosial şəbəkələrdə - məsələn, "Facebook"da məlumatların yerləşdirilməsindən sonra həmin məlumatlar üzərində nəzarət tamamən əldən çıxır.