Az Book Library
ALATORAN
Az Book Library
Göydən yerə dəyərli ziyalımız Yalçın İslamzadənin ilk kitabıdır. Az Book Library olaraq kitabı elektron formatda təqdim edirik.
Kitab müəllifin icazəsi ilə paylaşılır.
Kitabı göndərdiyi üçün Ilkin Jafarov'a təşəkkürlər.
Az Book Library
Yalçın İslamzadə
GÖYDƏN YERƏ
AZ BOOK LIBRARY
Az Book Library
Yalçın İslamzadə
Göydən yerə 132 səh.
Redaktor: R.Qaraca
Kompüter dizaynı: Yaşar Şahlaroğlu
ISBN: 978-9953-8068-1-5 Çap tarixi: 24.02.14 Format: 84x108 1/16 Qiyməti: 5 manat
© Alatoran 2013
Az Book Library
A
zərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıqlar ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli, insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xürafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsilə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır.
Az Book Library
İÇINDƏKILƏR Məqalələr Tanrısız din-Buddizm ..................................................... 8 Ulduz falı ........................................................................ 15 Uçan ələm və qeyri-səlis dini məntiq .......................... 23 Afina kitab bazarı ........................................................... 35 Göydən yerə ................................................................... 42 Tanrı zərrəciyi-Higgs bozonu ...................................... 48 Gerontokratiya və Maslov piramidası ........................ 53 Doğrunun meyarı .......................................................... 58 Ramiz Rövşən-67 ........................................................... 64 Halal siyasətin sonu ....................................................... 71 Mason müəllim .............................................................. 77 Tənqidə söyüş qoymaq ................................................. 84 Müsahibə ........................................................................ 92 Buddadan aforizmlər .................................................. 102 Tərcümələr İ. Kant. “Aydınlanma nədir?” sualına cavab.............. 106 E. Fromm. İnsan əşya deyil ........................................ 116 S. Grof 2012: Dünyanın sonu yoxsa şüurlarda inqilab? ........................................................ 127
Az Book Library
MƏQALƏLƏR
Az Book Library
TANRISIZ DIN - BUDDIZM
2500 il əvvəl indiki Nepalda Sakyalar kralının oğlu olaraq doğulanda ona “Siddarta” (bütün arzuları reallaşan) adı verildi. Ancaq o, arzularından imtina edərək “Budda” (oyanmış) kimi ölməyi seçdi və tanrısız bir “din”-in qurucusu oldu. Atası oğlunu gələcək kral kimi görürdü və bunun üçün heç bir maneə yox idi. Lakin gördüyü yaşlı, xəstə, ölü və dərviş ona öz sonunu görməyə kömək etdi. Bu cür sonluğu qəbul etmədiyi üçün doğum və ölüm zəncirindən qurtulmanın yollarını axtarmaq məqsədiylə və zəiflik göstərib sarayı tərk edə bilməyəcəyi qorxusuyla həmin gecə anadan olan oğlunu görmədən gecəykən saraydan qaçır. Sadəcə öz daxili aləmlərinə apelyasiya edən din qurucularından fərqli olaraq Buddanın axtarışlarına empirik yanaşma hakim idi. Dövrünün ən məşhur qurularının (müdriklərinin) yanında aylarla qaldı, təlimləri öyrəndi. O zamankı Hindistan meşələri istər ənənəvi Upanişadlar təlimini, istərsə də qeyri-ənənəvi digər təlimləri yayan qurularla dolu idi. Müəllimlərin 8
Az Book Library
öyrətdiklərini tam qavramamalarına, sofistlər kimi mübahisənin və ritorikanın estetikasına əsir olmalarına heyrət edir. Bu təlimlərin heç biri ilə qane olmur, bədənə əziyyət, oruc və zahidlik, müxtəlif quruların təlimləri ona kömək etmir, yola təkbaşına davam etmək qərarına gəlir. Uzun müddət tək qalır, çox düşünür, sonda dərin meditasiyadan sonra birdən-birə özünü aydınlığa çıxmış sayır. Xeyli tərəddüddən sonra insanlar arasına qayıdıb öz təlimini-dharmanı yaymağa başlayır. İlk çıxışı “Alov” vəzidir. Bu çıxışda brahmanizmin mərkəzi simvollarından olan atəşdən istifadə edərək bu təlimi tənqid edir, öz təliminin əsaslarını açıqlayır. Ondan hazır davranış və inanc reseptləri gözləyənlər fərqli yanaşmanın şahidi olurlar. Buddanın təliminə görə həqiqəti hər bir insan yaşayaraq və axtararaq özü tapmalıdır. Hazır həqiqətlər yoxdur. İnsanlar üçün eyni olan iki doğru var: insanlar arzu etməyin və arzuların ümumiyyətlə, yaxud istənilən şəkildə reallaşmamağının, yeni arzular doğuran insan təbiətinin əsiridirlər, arzuları ucbatından əzab çəkirlər. İnsan arzularının əsiri olduqca mahiyyətə dair mütləq həqiqəti tapa bilməz, olduğu kimi deyil, istədiyi kimi görər. Hötenin “Göz bildiyini görər” təsbiti Buddada “Göz arzuladığını görər” şəklindədir. Ancaq dərin qavrayış və daim özünün davranış və düşüncələrinin fərqində olmaqla düşüncəni hisslərin hökmranlığından azad 9
Az Book Library
etmək mümkündür, Budda bunun metodologiyasını da öyrədir. Dörd həqiqət (iztirabın varlığı, onun səbəbi, iztirabdan qurtulmağın mümkünlüyü və bunun mexanizmi), buddist düşüncəyə aparan səkkiz pilləli yol, orta yol metodu, meditasiya, eqonun, səbəbnəticə əlaqələrinin, səbəblərin kollektivliyinin başa düşülməsi, sabit və sonsuz olana qarşı dəyişən və sonlu olanın vurğulanması, karma və reenkarnasiya Budda fəlsəfəsinin mərkəzi anlayışlarındandır. Bunlar həqiqətə gedən yolda vasitələrdir, ancaq həqiqətin özü deyil: “Barmaq ayı göstərmək üçündür, ayı görmək istəyən barmağa ilişib qalmasın” və “Mənim təlimim çayı keçmək üçündür, çayı keçəndən sonra onu özünüzlə daşımayın”. Bu tövsiyyəyə sadiq qalan bir Zen buddizmi müəllimi, şagirdlərinə Buddanın adını çəkənin döyüləcəyini deyirmiş. Məqsəd, Buddanın avtoritetə, pərəstiş ediləcək şəxsiyyətə çevrilməsinin qarşısını almaq idi. Herman Hessenin “Siddharta” romanında təsvir etdiyi kimi məqsəd Dharmada və Buddanın şəxsiyyətində ilişib qalmaq deyil, bunlar sadəcə vasitələrdir. Budda həmçinin yaranış, ruh, sonsuzluq, ölüm dən sonrakı həyat kimi metafizik mövzulara maraq göstərmir, “Bunları bilmək mümkün deyil, mümkün olsa belə, insanın halını yaxşılaşdırmır”. Bu mövzu10
Az Book Library
larda Budda prinsipial olaraq aqnostikdir. Bir buddist üçün ciddi əməl etməli olduğu qadağalar da qoyulur, məsələn, buddist heç bir canlıya zərər verməməli (ahimsa) və verilməyəni almamalıdır. İkinci ümumi həqiqət budur ki, Budda özünü digər insanlardan ayırmır, bütün insanlarda Budda“oyanma” potensialı var, Buddanın oyanmış olmağın xaricində xüsusi üstünlüyü yoxdur, müqəddəs deyil. O, sarayı və mənsub olduğu kşatriya kastanı tərk etməklə təcrübənin, spontan həyatın bilgi qaynağı olduğunu bir nümunə kimi ortaya qoyur. Budda oyana bilməsini seçilmiş olmasına deyil, özünün seçdiyi yola bağlayır. Bütün bilgilərinin təcrübədən gəldiyini həmişə vurğulayır: “Təlimim təcrübələrimdən yarandı”. Məktəbinə qadınlar və toxunulmazlar sinifindən olanlar da daxil olmaqla hər kəsi qəbul edir, bu praktika o dövrdə bir ilk idi. Elitar dil olan sanskritcə deyil, xalqın anladığı Pali dilində danışır. Din tarixçisi Karen Armstronqa görə, ilk dəfə hansısa qrupa deyil bütün insanlara xitab edən bir müəllim ortaya çıxır. Təriqətə üzv olanlar və gündəlik işlərini tərk etməyən, ancaq buddizmə simpatiya bəsləyənlər üçün iki fərqli məktəb-kurs yaradır. Özünü heç kimdən üstün tutmur, fərqləndirmir. Oğlunun təriqətdə olmasından başqa buddist mətnlərdə adına rast gəlinmir. O zaman hakim olan brahmanizmin və kast sisteminin fəlsəfəsini və rituallarını rədd edir 11
Az Book Library
Onun təlimi getdikcə daha çox yayılırdı, brah manizmə və Upanişadlar ənənəsinə, hind rituallığına və formalizminə qarşı çıxdığı üçün bir neçə sui-qəsdlə üzləşir. Ölmək ərəfəsində təriqətə başçı təyin etməsini istəyirlər, “ Təriqət onu kimin idarə edəcəyinə özü qərar versin” deyir. Ölərkən rahiblərinə verdiyi son məsləhəti. - Təşkil olunmuş hər şey dağılır. Özünüz özünüzə işıq olun.Ağlınızı, təcrübənizi işə salın. “Ənənələr, kitablar, böyüklərimiz belə söyləyir” deyərək düşünmədən addım atmayın. Durmayın, qurtulmağa çalışın-olur. Buddizmi din kimi qəbul etmək çətindir. Çünki nə ənənəvi dini struktur, nə də belə bir dinin möhtəvası buddizmdə yoxdur. Süpergüc, onun seçdiyi xüsusi təmsilçi, məlumatların onun vasitəsilə göndərilməsi, insanların bu təmsilçi ilə bağlı inançları və ritualları ənənəvi dinlərin sadə formuludur. Ənənəvi dinlərdə sorğu-sual yaxşı qarşılanmır və fərd təqdim olunan hazır modeli qəbul etdiyi üçün mömindir. Budda insana əsassız ümid vermir, ondan düşünməyi tələb edir. Mərasimlərə, özəl günlərə əhəmiyyət vermir, dua ilə nəsə qazanmağın mümkün olduğunu vurğulamır. Buna görə də sonradan Uzaq Şərqə yayılanda dəyişikliklərə uğradı və Buddaya insanüstü 12
Az Book Library
xüsusiyyətlər yaraşdırıldı. İnsanlar özünü onlarla bir tutan insanın dediyinə əməl etmirlər. Buddanı guya uclatmaq məqsədiylə onun doğumu və ölümü, eləcə də şəxsiyyəti haqda əcaib rəvayətlər uydurdular. Halbuki buddizmin əsas qaynağı olan Pali kanonlarında hər şey olduğu kimi təsvir olunmuşdu. Buddizm sürətlə ətraf coğrafiyaya yayıldı, yayıldığı ölkələrin mədəniyyətini dəyişdirdi, xüsusiylə Çində və Yaponiyada Zen buddizmi ciddi uğur qazandı, samuray estetikasının və düşüncəsinin təməlini təşkil etdi. “Öldürmə” əmrini qulaqardına vuran samuraylar daha gözəl öldürmək üçün buddist estetikadan və ölümü təbii qəbuldan faydalandılar. İmperator Aşoka Hindistanda buddizm ənənələrinə sadiq qalaraq güc tətbiq etmədən buddist imperiyası qurdu və yaxın coğrafiyanı qan tökmədən buddistləşdirdi. Əsrlər keçdikcə xristianlığa, neoplatonist fəlsəfəyə və insanlara ciddi təsir göstərdi. Şopenhaur, Nils Bor, Marri Gelman, Stiv Cobs bu buddizmdən təsirləndilər. Herman Hesse onun haqqında “Siddharta” adlı gözəl bir roman yazdı. İqtisadçı Ernst Şumaxer “buddist iqtisadiyyat” fikrini ortaya atdı və “Kiçik gözəldir” adlı əsərində bunun əsas tezislərini qələmə aldı. Böyük Eynşteyn buddizmi gələcəkdə insanlarının ehtiyac hiss edəcəyi bir din kimi xarakterizə etdi: “Gələcəyin 13
Az Book Library
dini kosmik din olacaq. Bu din, Tanrının şəxsiyyət kimi təsəvvür edilməməsinə nail olmalı, doqma və teologiyalardan uzaq durmalıdır. Təbiəti və ruhu qavramaqla varlığın-təbii və mənəvi- vəhdətini anlamaqdan yaranan dini hisslərə əsaslanmalıdır. Bu kriteriyaya buddizm cavab verir”. Enşteyn, təbliğatçısı reklam sənayesi olan müasir istehlakçı dininin indiki dünyanı təbii və mənəvi krizisin astanasına gətirdiyini görsəydi, şübhəsiz qənaəti daha da möhkəmlənərdi.
14
Az Book Library
ULDUZ FALI
Ölkəmizdə ulduz falı ilə bir professional olaraq məşğul olan xeyli insan və onların çoxsaylı müştəriləri var, ulduz falı qəzetləri və kitabçaları çap olunur, gündəlik, aylıq və rüblük ulduz falları yayınlanır, avtonom ulduz falı mətbuatı formalaşır. Bir çox insan qəzetlərin təkcə son səhifəsinə, sadəcə ulduz falı oxumaq üçün baxır, qəzetlər ulduz falından istifadə edib insanlara xəbər oxutmağa çalışırlar. Fransız bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil. 15
Az Book Library
Aşağıda “hazır profil” deyilən və hərkəsin özünə asanlıqla aid edə biləcəyi, ulduz falı mətbuatında rast gəlinən “ bürcə görə xarakter təhlili” var: “Bəzən açıq, incə və sosial, bəzən qapalı, təmkinli və uzaqsınız. Başqalarına sirr vermənin doğru olmadığını düşünürsünüz. Dəyişiklik və müxtəlifliyi sevir, məhdudlaşdırmalarla qarşılaşmağı sevmirsiniz. Kənardan disiplinli və kontrollu görünsəniz də daxilən narahatsınız. Xarakterinizin zəif tərəfləri olsa da bunları kompensasiya etməyi bacarırsınız. Öz xeyrinizə istifadə etmədiyiniz böyük bir potensiyalınız var. Özünütənqidə meyillisiniz. Digər insanların sizdən xoşlanmalarına və sizə heyranlıq duymalarına ehtiyacınız var”. Ayrılıqda hər bir insan bu xüsusiyyətlərin onun bürcünə aid olduğunu asanlıqla düşünər, çünkü bunlar bütün insanların bölüşdüyü ortaq xüsusiyyətlərdir. Ulduzlara astrolojik olarak inananlar, ulduzların həm onların xarakterini müəyyən etdiklərinə həm də həyatları boyunca onların həyatlarını istiqamətləndirdiyinə inanırlar. Ulduz falına inananlar bir insanın anadan olduğu tarixə görə ona müxtəlif ulduz topluluqlarının (bürclərin) müxtəlif təsirlər göstərdiyinə və bu təsirin ömür boyu davam etdiynə-bir növ bürc determinizminə- inanırlar. Bizə ən yaxın ulduzlar Alfa Centauri sistemindəkilərdir. Bu ulduzlar Günəşə 4.27 işıq ili məsafədədir (bir işıq ili, saniyədə 300,000 km yol qət edən işiğın bir ildə getdiyi yoldur, Alfa Centauridən bizə olan məsafə 40,000,000,000,000 16
Az Book Library
km-dir). Bu qədər uzaqda olan bir ulduz insana hansı mexanizmlə təsir edə bilər? Ulduz falından danışılırsa, özü də bir ulduz olan günəşin təsirlərindən niyə bəhs edilmir? Mars və Saturn kimi planetlərin təsirindən danışılırsa niyə ulduz falı deyilir? Bürcləri tərtib edənlər ulduzla planetin fərqini anlamamışdılar. Çünkü qədim dövrdə sadəcə astronomiya inkişaf etmişdi, ulduzla planetin fərqini anlamaq üçünsə astrofizika bilmək vacib idi. Astrofizika yoxkən astronomik müşahidələri astrologiyanın xidmətinə vermək nisbətən asan idi. İnsanları doğum tarixinə görə müxtəlif bürclərə böldükdə təbiətin insanın yaratdığı təqvimdən xəbəri olmadığını yaddan çıxarmamaq lazımdır, insanların yaratdığı müxtəlif təqvimlər vardır və bunlar şərtidirlər. Bürclər insan xarakterini müəyyən etsəydi cəmi 12 tip insan olardı və onları idarə etmək üçün bu qədər dinlər və siyasi sistemlər icad edilməzdi, insanı anlamaq üçün humanitar elmlər bu qədər müxtəlif nəzəriyyələr ortaya atmazdılar, sosyal elmlərdə insanın davranışını hansı dərəcədə təbiətin, hansı dərəcədə sosial mühitin müəyyən etdiyi mübahisələri aparılmazdı. İnsan tamamən təbiətin əsəri olaraq qəbul edilərdi. Əgər 12 tip insan olsaydı onda 7 milyard insanın gündəlik həyatı cəmi 12 müxtəliflik göstərərdi, məsələn 600 milyona yaxın insan eyni gündə “ziyarətə getmək” məsləhətinə əməl etməli olardılar. 17
Az Book Library
Ulduzların teleskop kəşf olunmamışdan əvvəl müxtəlif bürclərdə toplanması da dəqiq sinifləndirmə deyildi, çünkü daha parlaq və uzaq olan ulduz daha yaxın və sönük olan ulduzdan daha yaxın görünür. Bürclərə görə ulduz falı hələ astronomiyanın astrologiyadan ayrılmadığı vaxtlarda yaranıb və müasir biliklər əsasında ulduz qruplarının insanlara təsiri mümkün hesab edilmir. Astrologiyanın elmiliyi aparılmış müxtəlif sınaqlarla rədd edilir (Carlson eksperimenti, Dean və Kelly testləri, Silverman anketləri). Əslində iddialarına özləri inansalar, falçılar üçün böyük bir fürsət mövcuddur, bunun üçün testə cəsarət etmək lazımdır. Amerikadakı “James Randi” Fondu müstəqil müşahidəçilər qarşısında hər hansı paranormal bacarıq (münəccimlik, telepatiya, telekinezi, astral səyahət, levitasiya vs.) yaxud hadisə nümayiş etdirən şəxsə 1 milyon dollar mükafat vəd edir. Özünə güvənən falçılar bu testdə iştirak edə və asanlıqla zəngin ola bilərlər. Konkret ulduz falçısı isə əks istiqamətdə-bəzi xarakteristik xüsusiyyətlərinə görə insanın doğum tarixini dəqiq bildirərək bu mükafatı qazana bilərlər. Ulduz falçıları insanların hər gün üzləşdiyi qayğıları-mübahisələr, sağlamlıq problemləri və maddi çətinliklər-hər dəfə fərqli bürcün ayağına yazaraq və sanki öncədən xəbər verirmişlər kimi insanların onlara inanmalarını təmin edirlər. İstənilən adam “yolda diqqətli ol”, “sağlamlığına diqqət et”, “pulu az xərclə” məsləhətini öz 18
Az Book Library
üstünə götürər. Yenə də nəzərə alaq ki yerin spin oxu hər 26,000 ildə bir dəfə tam dövr edir, bu rəqəmi 12-yə böldükdə təxminən 2 min ildən biraz artıq zamanda bürclərin yeri bir bürc qədər sürüşür. Deməli biz öz bürcümüzü oxuyarkən yanılırıq, əslində bir əvvəlki və ya sonrakı bürcü oxumalıyıq. Ulduz falına inanmaq insanın zehni olaraq mifolojik dövrdə yaşamasının bir təzahürüdür, insanın hələ elmi düşüncəni kəşf etmədən əvvəlki zehniyyətdə olduğunun göstəricisidir. Elmsiz cəmiyyətlərdə, həmçinin Şərq xalqlarında qismət anlayışı geniş yayılıb, ona görə də Afrika kimi Şərqin də xəritəsi Qərbin əlindəki xətkeşlə çəkilir. Şərq ökələri həmişə problemi özlərindən kənarda görür, konspitariv gücləri ittiham edirlər. Ancaq etdikləri sadəcə ittiham olduğu üçün yenə də fərqli güclərin, amma bu dəfə real olan və fərqinə varmadıqları güclərin əlində oyuncaq olurlar. Bir “amor fati” məktəbi olan Stoaçıların tanınmış nümayəndəsi Epiktet ayağını maşa ilə buran ağasına etiraz etməmiş, ağası ayağını sındırdıqdan sonra sakitcə “ayağımı sındırdın” demişdi. Bir çox hallarda insanlar ayaqlarının sındırıldığının belə fərqinə varmırlar. Bütün şərq xalqları kimi Azərbaycanda da qədər və qismət anlayışı geniş yayılıb. Ulduz falçısı, falçı, pir, cindar, molla yanına gedənlərin, yuxuyozmalarına, dua və ulduz falına ümid bağlayanların sayı olduqca çoxdur. Bu insanlar talelərinin təbiətüstü güclərin 19
Az Book Library
kaprizləri istiqamətində sürükləndiyini düşünürlər. Qismət anlayışı bir çox insan və qurumlar tərəfindən ən müxtəlif mənfəət və təsəlli səbəbiylə dəstəklənir. Azərbaycanın ən çox sevilən şairlərindən olan Ramiz Rövşənin bir “amor fati”, genetik determinizm fonunda fatalist şair olması təsadüf deyil. Fatalist mühitdə Ramiz Rövşən çox sevilir və o da öz növbəsində fatalizmi təbliğ edərək sevənlərinin gözləntilərini doğruldur. Bir cəmiyyət müəyyən istedada sahib fərdi seçərək irəli çıxarır, o da öz növbəsində geriyə, cəmiyyətə təsir edir. Yaz gecəsində ölmək istəyən, göy üzünün daş saxlamadığını böyük bir hikmətmiş kimi anladan, qara paltarlı qadın arzulayan, ilan balasının böyüyüb ilan olacağını faciə kimi görən, ay işığının ümidlərini doğrultmayan, qəbri daman bu şairin peotikasının mərkəzi anlayışı təslimçilikdir. Şairin şerləri insanın həyat eşqini öldürür, ona pessimiz, qaramat aşılayır, taleyi lənətləməkdən başqa yol göstərmir, əlini və həvəsini həyatdan soyudur (hətta “bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi”). Pessimist olsa da heç şübhəsiz Ramiz Rövşən uğur qazanmış şairdir, ancaq şairin bədii atmosferi animist bir psixoloji sferada qurulub. Demək olar ki burada təbiətdən qoparaq dövləti və elmi kəşf etmiş, vətəndaşlıq bağı ətrafında cəmiyyət qurmuş müasir insanın duyğuları yoxdur. Əslində yaradıcılığı fatalizmə həsr olunmuş sənətkarlarımız çoxdur. Ən çox sevilən musiqiçilərimizin kədərli 20
Az Book Library
və pessimist solo ifaçıları olduqları təəccüblü deyil. Hətta digər populyar və gənc şairlərin belə göyüzü, ölüm, Əzrayıl, kəfən, edam temalı yerlə-göylə əlləşən şeirləri də fatalizmə qarşı deyinmələrdir ki sonunda təslimçilik ruhundadır, baş əymiş insanın mızıltılarıdır. Dəyişilməz bioloji sona qarşı mənasız poetik “üsyan” əsrlərdir şərq insanını mürgülədir. Dəyişməz təbiət qanunları ilə dəyişdirə biləcəyi insani vəziyyət arasında ayrım edə bilməmək də zehni acizliyin bir təzahürüdür. Nəticədə isə həyatdan qorxduğu üçün həyat təcrübəsi olmayan xeyli kədərli “müdrik” insan var. Ən çox kədərləndirən ən çox hörmət ediləndir. Ancaq insan mədəniləşməklə, yazılı mədəniyyət qurmaqla, sənaye öncəsi toplum olmaqdan sənayeləş miş topluma keçməyə başlamaqla təbiəti kontrol etmək üçün elmi, insanları institutlarda qruplaşdırıb vahid məqsədə xidmət etmək və kontrol etmək üçün dövləti yaradıb. Loto ilə kimsə zəngin ola bilər, ancaq bütün ölkə loto ilə zənginləşə bilməz, iqtisadi qurumlar düzgün təşkil olunmalı, insanlar harada ola biləcəklərini görə bilməli və sosyal hərəkətlilik imkanlarına sahib olmalıdırlar. Elmin və dövlətin yaranması, dinə öz yerinin göstərilməsi həm də insanın öz taleyinə sahib çıxmasıdır. Həyatda dəyişdirilə biləcək və dəyişdirilə bilməyəcək gerçəkləri fərq etmək, ölüm kimi dəyişməz olayı təbii qəbul etmək, həyat yolu kimi dəyişdirilə biləni isə sivil yollarla dəyişdirmək lazımdır. Ən önəmlisi bu fürsətin və fərqi görən ağılın 21
Az Book Library
olmasıdır. Respublikadan dini dövlətə çağırış edənləri də insanları talelərini başqalarına əmanət etməyə çağıranlar kimi qəbul etmək olar. Təriqətlərin şəxslərə bağlı olması və şəxslərin də başqa şəxslərə bağlı olması bilinən həqiqətdir. Dövlət dindən sonrakı mərhələdir, göydən ümidini üzən insanların yaratdığı qarşılıqlı dayanışma qurumudur. İnkişaf etmiş cəmiyyətlər də əvvəl sehrə, sonra duaya ümid etmişdilər, nəhayət doğru yolun dövlət və elm olduğunu anladılar. Şəhərin kirli havasında ulduzlar daha az parıldayır, şəhərdə yaşayıb ulduz görmək istəyənlər bunu nəzərə almalıdırlar. Şekspir demişkən “Qəbahət insanlarındır, ulduzların deyil”.
22
Az Book Library
“UÇAN ƏLƏM” VƏ QEYRI-SƏLIS DINI MƏNTIQ
“Uçan ələm” hadisəsi geniş müzakirə olunur. Bir kənddə dünyagörüşləri o qədər də geniş olmayan kənd insanlarının dini mərasimi və ələmin uçmasının imitasiyası hiddət doğurub. Əvvəla, antropolojik olaraq bu mərasimlərdə təəccüblü heç nə yoxdur, bütün xalqların əyalət insanları (bəzi hallarda isə “yeni çağ” dinlərinin ayinlərinin iştirakçıları olan orta və yüksək təbəqədən şəhər əhalisi) arasında bu tərz mərasimlər və mərasim əsnasında “müqəddəsin təcrübə edil məsi”, “müqəddəs güclə təmas” yaşantısı var. Belə mərasimlərdə önəmli olan mərasim iştirakçılarının “möcüzəyə” inandıqlarını səmimi olaraq göstərmələri, inanırmış kimi davranmalarıdır, mərasimə uymaları, oyunpozan kimi görünməmələridir; bəlkə də sonralar dövlətin yaranmasına gətirən həmrəylik duyğusunun ilkin ibtidai forması budur. Bu mərasimlər əlavə olaraq potensial etirazçıların periyodik olaraq neytrallaşdırılmasına da xidmət edir. “İdeal” bir ibtidai topluluqda mərasimdən kənarda qalmaq belə topluluğa qarşı gəlmək kimi qəbul olunur. İnkişaf etmiş 23
Az Book Library
cəmiyyətlərdə bu adətlər artıq unudulsa da, inkişaf etməkdə olan ölkələrdə antropolojik atavizm olaraq qalmaqdadır (Bu mərasimlər haqqında Malinovski qeyd edir: “Sehrbaz və sehrin təsirinə düşən adam eyni anda həm şüurludur, həm də aldadılmağa hazırdır və aldanmaq istəyir. Yerli, öz inancını özü üçün nəzərdə tutduğundan daha intensiv hiss edir və qorxur”). Sadə insanların əksinə, tanınmış bir yazarın, ictimai-siyasi xadimin, hətta alimin dindar kimi düşünməsi (halbuki proza, siyasət və elm, dini düşün cəni aşmaqla yaranır) isə təəccüb doğurmur, bunlar “normal” dindar sayılırlar. İnananların müqəddəs kitabında cinlər haqqında surə varsa, dinlə xürafatı ayırmaq nə dərəcədə mümkündür? Mələk sürəti hesablayan fizik-alim dünyagörüş və savad sarıdan heç bir şansı olmamış ələm gəzdirəndən daha çox qınanmalı deyilmi? Biz ziyalılarımızdan və alimlərimizdən mütərəqqi düşüncənin təbliğatını, tanıdılmasını gözləməli deyilikmi? Son bir neçə ildir ki, alimlərimizin məşğul olduqları elm sahəsinin məntiqi sonluğunun din olduğunu ciddi cəhdlə göstərməyə çalışmaları ənənə halını alıb. Onlar məşğul olduqları sahənin metodologiyasını texniki olaraq vərdiş nəticəsində mənimsəyirlər, fəqət sahələri haqqında danışarkən dinə apelyasiya edirlər. Bu həm də o deməkdir ki, elm bizdə müstəqil disiplin, öz özlüyündə bir dəyər sayılmır, dindən legitimlik almalıdır, bizdə elmi doğrular yox, avtoritetdən qaynaqlanan doqmalar etibarlı sayılır. Dünya bilgi çağın24
Az Book Library
da yaşasa da biz nə bilgi yaratmırıq, nə də yaradılan bilgidən faydalana bilmirik. Daha çox müəyyən bir məişət situasiyasına hesablanmış ənənəvi reseptlər və instinktlərlə davranırıq. Bizim alimlər astronomun texniki vərdişinə və astroloqun təfəkkürünə sahibdirlər. Alimlərimizin bu vərdişləri “CERN”-dəki tədqiqatların Qurana görə legitimləşdirilməsindən tutmuş mələklərin sürə tini hesablamağa, kainatın genişləməsini Quranda tapmaqdan tutmuş (bu genişləmə əcnəbi alimlər tərəfindən kəşf olunduqdan sonra təbii ki) “türk alimi” Harun Hahyanın “elmi çalışmaları” ilə təkamül nəzəriyyəsinin çürütdüyünü bəyan edən biologiya aliminə qədər dəyişir (“Şeyx Nəsrullah” effekti fərqli şəkillərdə təkrarlanır, Harun Yahya kimi lotuya Azərbaycanda alim deyilməsi və “kitablarının” Axundov adına Milli Kitabxanaya qoyulması elmimizin və sekulyar düşüncəmizin nə qədər tənəzzül etdiyinin acı nümunəsidir). Əksər alimlər həm də elmdə uğur qazana bilmədikləri üçün elmin daha asan qavranan, bol vədlərlə dolu, rahatladıcı və pafoslu dinə gətirdiyini iddia edir, bir moda, bir kütlə psixologiyasi təsiri ilə sürətlə “dinə keçid alırlar”. Avropada Orta Əsrlərin son dövrlərində dinlə dövlətin ayrılması ilə nəticələnmiş ”imana gətirən ağıl” arayışını yenidən dirildirlər, ancaq qarşılarında onlara etiraz edən filosoflar yoxdur. (Təəssüf ki insanların problemlərinin hökümət tərəfindən həll olunmaması, bir çox hallarda hökümətin vətəndaşa mane olması da sekulyarizmi 25
Az Book Library
siyasi nihilizm kimi hiss etdirir və insanlar ədaləti və güvəni dində axtarırlar). Uzun illər elmi vərdişlər qazanıb elmi çalışmalar aparmaq elmi təfəkkürün formalaşması üçün təkbaşına yetərli deyil. Alim, elmi uğurlara imza ata bilər, ancaq öz sahəsi haqqında danışarkən səhvə yol verə bilər, alim olmayan biri isə elmi düşüncənin, metodun önəmini daha yaxşı görə bilər. Həm ciddi elm adamı olmaq, həm elmin fəlsəfəsini dərk etmək və onu yorulmadan təbliğ etmək də mümkündür, ancaq bu Carl Sagan nümunəsində olduğu kimi xüsusi hazırlıq və ciddi zəhmət tələb edir. Elmin ən yüksək bilgi qaynağı sayılması, alimlərin ixtisasdan kənar sahələrdə (kibirdən qaynaqlanmaqla) diqqətsiz fikirlər söyləmələrinə və bəşəri elmlərdən xəbəri olmadan cəmiyyət və onun qanunauyğunluqları haqqında ehtiyatsız danışmalarına səbəb ola bilir. Cəmiyyətin molekulyar-kinetik nəzəriyyə ilə tam anlaşılacağını iddia edən fiziklərimiz mövcuddur. Əlbəttə istənilən alim (alim üçün arzu edilən bir hal olmasa da) bir inanca sahib ola bilər, etiraz edilən bu inanc deyil, inancın elmin danışmalı olduğu sahələrdə susmalı olduğunun, dövlət işlərindən kənarda dayanmalı olduğunun nəzərdən qaçırılmasıdır. Uzun yolu yenidən keçmək yox, mütərəqqi ulusların praktikasından, təcrübələrindən nəticələr çıxarmaq lazımdır. Son 30 ildə Pakistan, Əfqanıstan, İran və hazırda Türkiyədə baş verən proseslər, ümumilikdə İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsinin indiki 26
Az Book Library
halı da bizə xəbərdarlıq sayılmalıdır, şəriətə təslim olmamış olmağımız bir əksiklik yox, üstünlük kimi görülməlidir. Görəsən bir ildə neçə kafir müsəlman ölkələrinə mühacirət edir? Günümüzdə dini təbliğatçı rolunda çıxış edən bir çox qurum və tanınmış şəxslər vardır. Bunlar dini təbliğat üçün rahatlıqla portallardan, TVekranlarından, qəzetlərdən faydalanırlar. Ancaq elmin, rasional düşüncənin vəkilliyi edən heç kim yoxdur. Hətta Elmlər Akademiyası əməkdaşları belə zaman zaman dini reklam edirlər. Əvvəla dində elmin tapılması qeyri-ciddi məşğuliyyətdir, ikincisi dində elmə zidd müddəalar çoxdur. Sadəcə bu alimlər mənzərənin tamamını görmədikləri üçün psevdoelmi müddəaları müdafiə edirlər. Elmi düşüncəni mənimsəməmiş “alim”, elmi (sınaqdan keçirilə bilən) hipotezlə dini müddəanı bir birindən ayıra bilməz. Təəssüf ki dində elmi həqiqətlərin olması xüsusiylə Türkiyədəki dini cərəyanların tərəfdarlarının dünyagörüşünün zəiflyindən faydalanaraq ortaya atılmış, əksi göstərilmiş müddəalardır ki indi bu ölkəmizdə yeni moda olmaqdadır. Digər “uğurlarla” yanaşı Türkiyə dindarları kafir cinlərin radyoaktiv materiyadan təşəkkül etdiklərini “kəşf” etmişdilər. Arzu edək ki alimlərimiz din üçün narahat olmasınlar, dini burada yayan çox güclər var. Diqqətlərini daha çox elmin yayılmasına sərf etsinlər. Axundov adına Milli Kitabxanada Harun Yahya kimi bir peşəkar fırıldaqçının kitablarının olmasından, 20 il 27
Az Book Library
də dilimizə bir dənə də olsun elmi-popilyar kitab tərcümə edilməməsindən narahatlıq keçirsinlər. Ancaq hələ ki belə bir narahatçılığın işartıları belə görünmür. Universitet rektoru dərs ilinin əvvəlində universitet müəlliminə Həccə getməyə izin vermədiyi üçün tənqid olunur, hüquqşünas millətvəkili ona görə səhv olan rektorun hərəkətinə görə bütöv bir ali təhsil qurumuna-Neft Akademiyasına- “Mazut Akademiyası” deyərək guya dəyərdən salır, yazısı bu başlıqla “Yeni Müsavat” qəzetində çap olunur. Halbuki bu gün Azərbaycanda rastlaşdığımız bilikli gənc mühəndislərin çoxu bu akademiyanın məzunlarıdır. Bu qəzəbi, kini anlamaq mümkün deyil. Alim niyə din mövzusunda diqqətli olmalıdır? Əvvəla dini mövzuları yaxşı bilmədiyi, qulaqdan dolma yollardan öyrəndiyi üçün. İkincisi başqa bir epistemolojik sistemdə alim kimi yetişib sonra dini tərifləməsi haqsız rəqabətdir. İnsanlar fərqi görə bilmir, fərqli nailiyyətin dini təqdir etməsinin dini doğruladığını sanırlar. Hələ ki alim sözünə etibarın qalması da din lehinə PR kimi işləyir. Belə getsə həkimlərimiz də xəstələrinə resept yerinə dua yazacaqlar. Bu yaxınlarda professor Rafiq Əliyevin “Yeni sivilizasiyaya doğru və ya qeyri-səlis məntiq və din” adlı bir məqaləsi çap olunmuş və yazıda mübahisəli fikirlər irəli sürülmüşdür. Rafiq müəllim öz sahəsinin dünya miqyasında tanınmış mütəxəssislərindəndir, elmi uğurları ilə fəxr etdiyimiz həmyerlimizdir, bu səbəblə yazısı diqqət çəkməyə bilməz. Məqalənin 28
Az Book Library
yazılması üçün müəllifin təşviq olunduğunu, elmi kitab və məqalələrdən istifadə edildiyini, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu tərəfindən redaktə edildiyini bildirməsi Rafiq müəllimin məqaləsində etiraz ediləcək tezislərin olmasına mane olmayıb. Rafiq müəllim keyfiyyətcə fərqli alimlərimizdən olsa da bu məqaləsini sistemli tənqid etmək mümkün deyil, yazı ehtiyatsız təqdim edilmiş tezislərdən və mübahisəli hipotezləri aksiom kimi qəbul edilməsindən ibarətdir. Yazı belə başlayır: “Aləmlərin ilahi düzümünü yaradan və onların taleyini idarə edən Tanrıdır. O, əvvəl və axır, aşkar və gizlindir. O, hər şeyi biləndir (Hədid surəsi, 3-cü ayə). YERimizdə də hər şey onun iradəsiylə qanunauyğun harmoniyada qurulub. Əfsuslar olsun ki, indi insanlar bu qanunları çox vaxt dərk edə, onlara əməl edə bilmirlər.” Burada müəllifin apriori mütləq qəbulu var, dünyanın Tanrı tərəfindən yaradıldığına (bir alim kimi) necə əmin ola bilərik? Əgər arqument, bunun müqəddəs kitabda yazıldığıdırsa, onda “heç bir teziz özü özünün sübutu ola bilməz” fəlsəfi çıxarışını xatırlamalıyıq-dini kitabın bunu deməsi kifayət deyil, kənar bir təsdiq də olmalıdır. Əgər “səbəbsiz heç nə yaranmır” deyilsə və bir rəssam ilə onun rəsm əsəri misal gətirilsə, hazır olan materiyadan bir əsər yaratmaqla yoxdan materiya yaratmanın fərqli olduğunu, bu analogiyanın uğursuz olduğunu deyəcəyik. 29
Az Book Library
Rafiq müəllim sonrakı sətirlərdə tənqid edəcəyi ikili məntiq vasitəsiylə Tanrını açıqlayır, “ O əvvəl və axırdır, aşkar və gizlindir”. Lakin yazı başdan başa ikili məntiqin tənqidinə həsr olunur. İnsanların anlaması üçün analogiya, müqayisə və əks anlayışlar şərtdir. Bir tərəfdən “dünya qiyamətə bu qədər yaxın olmayıb” deyilir, sonra “yaşadığımız aləmdə dünyanın axırını öncədən görə bilmərik, proqnoz edə bilmərik. Buna 3-cü səviyyəli məntiq cavab verə bilər – Tanrı məntiqi, müqəddəslərin məntiqi” fikri milenarizm düşüncəsidir, üstəlik proqnoz edə bilmiriksə qiyamətin yaxın olduğunu hardan bilirik? İnsanlar minillərdir ilahi qanunları dərk edə bilmirsə, qanunlarmı çox mürəkkəbdir, insanların düşüncəsi mi kasaddır? Bəlkə Şeytan effektiv işləyir? Axı xilas kitabı bu qədər çətin anlaşılmamalıdır. Və əgər aləmlərin nizamı Tanrı iradəsidirsə və Tanrı mütləqdirsə -ki iradə tərif etibarıyla reallaşmış arzudur, niyyətdir-dünyanın qaranlığında Tanrı iradəsinin də rolu olmurmu? “Bu gün yer üzündə insanlar birgəyaşayış prinsiplərindən uzaq düşüb, təbiətlə, kosmosla vəh dətdə yaşamır. Hər tərəfdə ayrı-seçkilik, konfliktlər, iqtisadi və sosial bərabərsizlik, haqq və azadlığın tapdanması, mənəvi və fiziki ərazilərimizin zibillənməsi, çirklənməsi göz qabağındadır.”-Eko loji vəziyyət xaric, dünya tarixi hər zaman belə olub. Sanki daha əvvəllər bir “əsri-səadət” yaşanıb ancaq 30
Az Book Library
indi dünyanın “zayı çıxıb” düşüncəsi gizlidir bu cüm lələrdə. Bir yazımda qeyd etdiyim kimi, bizim dünyamız qalaktikalar içərisində balaca bir gəmidir.-Bu orta məktəb bilgisidir və müəllim bunu daha öncələri ifadə etdiyini niyə xatırlatmaq istəyir? Əslində biz normal təhsilli olsaydıq, bu tezis o qədər aydın görünərdi ki Rafiq müəllim bunu təkrar vurğulamazdı-“Okeanlarda su var” kimi bəsit həqiqəti vurqulamadığımız kimi. Bütün zamanların dahisi Üzeyir bəyin “O olma sın, bu olsun”unda Məşədi İbad müsəlmanlıq sər hədini aşıb “əsl müsəlman” anlayışına girir. Bu cüm lədə müəllifin nəyi nəzərdə tutduğu tam aydın deyil. Qeyri-səlis məntiq təfəkkürünə keçən insanlarda tolerantlıq, dözümlülük, ağlın çevikliyi o qədər inkişaf etməlidir ki, müqəddəs kitabların sakral mənasını anlaya bilsinlər. Burada Sokratik yanılqı var, Sokrat düşünürdü ki insanlar doğrunu bilmədikəri üçün pislik edirlər, pisliyin qaynağı cəhalətdir. Doğrunu bilsələr, davranışları yaxşıya doğru dəyişəcək. Odur ki Sokrat işini gücünü atıb özünü insanları söhbətə çəkməyə onlara həqiqəti anlatmağa həsr etmişdi, axırda Sokratı öldürdülər. Digər tərəfdən məşhur iqtisadçı Şumaxerin buddizmdən təsirlənmiş yeni iqtisadi yanaşması ya da Kapranın Kartezyen düşüncəni tənqid edən ekoloji yanaşması da mütərəqqidir, ancaq insanların bunlara ciddi maraq göstərmədikləri məlum oldu. Nəzəri olaraq qulağa xoş gələn sistemlər vardır, an31
Az Book Library
caq bunlar praktikada tətbiq oluna bilərmi? İnsanların mənimsəyəcəyi və davamlı ola bilən bir sistemin bazisi ola bilərlərmi? Mütərəqqi, faydalı sistemi papaq kimi başa qoymaq olmur. Rafiq müəllimə görə əvvəlcə qeyri səlis məntiq təfəkkürrünə keçilməli, sonra ağlın çevikliyi çox inkişaf etdirilməli, daha sonra müqəddəs kitabların sakral mənası anlaşılmalı, sonra bunlar praktik həyata tətbiq olunmalıdır-çox faydalı bir yol kimi görünmür açıqcası. Baxça təhsilinə və orta təhsilə, Adler və Pestalozzi nəzəriyyələrinə daha çox önəm vermək daha effetiv olar. Əslində Rafiq müəllimin yazısı haqqında daha çox yazmaq olar, ancaq bir anda biz Ramiz Rövşən şeirində “Tanrı məntiqi”-nin -ki qeyri-səlis məntiqdən də üstün məntiq sistemidir Rafiq müəllimə görə -tapıldığını görüb kifayətdir deyə bilərik. “Bircə Allah bilir hardasan indi”. Yox, bu fikir Tanrı məntiqinə söykənir. Nə demək olar? Ənənəvi şərq qeyri-müəyyənliyi, “biz kimik ki, biz bilmərik O bilər” fatalizmi, bilinməzlik şahəsəri olan bu cümlədə Rafiq müəllim məntiq görür. Digər səhv Aristotel məntiqinin Xristiyanlığa təsiri haqda mülahizələrdir. Rafiq müəllim iddia edir ki Aristotelin yaratdığı binar məntiq Xristiyanlığa təsir etmişdir. Ancaq İslamda olduğu kimi Xristiyanlıqda da cənnət-cəhənnəm, AllahŞeytan kimi binar qütblər Xristiyanlıq Aristoteli tanımazdan əvvəl var idi. Arsitotelin Xristiyanlığa təqdim olunması üçünsə xristiyanların heretik saydıqları monofizit və Nesturilərin Abbasilərə sığınması, Aristote32
Az Book Library
li ərəb dilinə, bir neçə əsr sonra isə ərəb dilindən latın dilinə tərcüməsi lazım gəldi. Qaldı ki Xristiyanlığın zəifləməsində Aristoteli Xristiyanlıqla uzlaşdırmağa çalışmalarının da əhəmiyyətli rolu olmuşdur. Emprisizmin yaranması, sxolastiklərin məntiqi bütləşdirmələrinə, “biz dünyaya gec gəlmişik, deyilən hər şey deyilib, vəzifəmiz həqiqəti durmadan təkrar etməkdir, hazır (dini) öncüllərdən məntiqlə nəticə çıxarmaqdır” yanaşmasına qarşı çıxılması ilə mümkün olmuşdur. Aristotel fizikası və məntiqi əvvəl sxolastikanı zəiflətmiş, bu fizika və məntiqin aşılması (məntiqin aşılması çox sonra oldu və kvant mexanikası yarandı) isə elmin -Qaliley və Nyuton fizikasının yaranmasına kömək etmişdir. Bu prosesdə sxolastiklərin qarşısına yeni yaranan intellektuallar sinifi çıxmışdı. Rafiq müəllim yazısının sonunda Ramiz Rövşən poetikasına intensiv applikasiyası, şairin “ölüm” və “Allah” mövzularında avtoritet olması və bunların hətta qeyri səlis məntiqin də idrakından yuxarıda dayanmasını deməsi ilə artıq tənqidə gərək qalmır. Rafiq müəllimin qeyri səlis məntiqi təkcə dinə yox həm də Ramiz Rövşən poeziyasına gətirir- o poeziya ki başdan başa qaradır, insanı əməli fəaliyyətdən çəkindirəndir- və Rafiq müəllim bu məntiqi təqdir edir. Bu pessimizm şahəsərləri ilə dünya necə qurtulacaq? Ramiz Rövşən poeziyasından bəzi dillər əzbəri cümlələrə diqqət edək: -Göy üzü daş saxlamaz. -İlan balası böyüyüb ilan olar. 33
Az Book Library
-Burax gedim Ay işığı mən o deyiləm. -Bu yaz gecəsində ölməyə nə var. -Bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi. -Dünya qəfil işıqlansa görərik kim kimin evindən çıxır. -Qara paltarlı qadın, qəbrim damır ağlama. -Yuxuda ölmək asan deyil. -Ümidim yox bir adama. Bu təslimçilik, ölüm təbliğatçılığı, insana inamsızlıqdırmı Tanrı məntiqinə aparan poeziya? Qaradan başqa rəng yoxdur, stimul, müsbət çalar yoxdur. Şairlərimizin sevimli mövzusu olan ölümü-ki əksərən təbii ölümdür-bioloji hadisə kimi qəbul edib poeziyadan çıxarmaq çətindirmi? Əzrayılla əlləşməkdən nə çıxacaq? Olduqca sadə və dəfələrlə təsdiqlənmiş bir həqiqəti qəbul etmək lazımdır : Dinlə inkişaf etmiş bir cəmiyyət belə yoxdur, eləcə də elmsiz inkişaf etmiş cəmiyyət mövcud deyil. Şərqin dindarlığından, təslimçiliyindən, nəsihət nəzmindən, elmə, prozaya, bəşəri elmlərə (sosiologiya, psixologiya, antropologiya, sosial-psixologiya, menecment nəzəriyyəsi), Webervari bürokratiyaya (bilgi təməlli idarə) keçmək lazımdır. Dini-mifolojik-poteik təfəkkürdən elmi-rasiyonal düşüncə müstəvisinə yüksəlmək lazımdır. Bir ulusun tarixin hansı mərhələsində olması onun düşüncə sisteminə baxaraq anlaşılar, mütərəqqi dünyanın ölkələri elmin, sekulyar düşüncənin, sosial elmlərin və menecmentin sferasındadırlar. 34
Az Book Library
AFINA KITAB BAZARI
Bizim eradan təxminən 530 il əvvəl diktator Peysistratın göstərişi ilə Afina şəhərində dünyanın ilk kitab bazarı qurulur. Papirus qalaqları formasında olan kitabların üzlərinin köçürülüb satışa qoyulduğu bu bazarda satılan ilk kitablar Homerin “İliada” və ”Odisseya” dastanları idi. Kitab üçün lazım olan papirusu Misirdən gətirdirən və üzünü köçürmələri üçün savadlı kölələr satın alan da diktator Peysistrat idi. Diktatorun digər bir xidməti Afinada teatrın qurulmasıdır. Kitab bazarının yaradılmasından əvvəl Yunanıstanın digər şəhərlərində fəlsəfə, təbiətşünaslıq, politologiya, riyaziyyat, ədəbiyyat , şeir və incəsənətin digər formaları ilkin formada mövcud idi. Ancaq bu ilk müəlliflərin çox azı Afinada anadan olmuşdu, bazarın qurulmasıyla Afina düşüncənin və sənətin mərkəzinə çevrildi. Oxuyub yaza bilənlərin sayı artdı və yaradıcı insanlar digər şəhərlərdən Afinaya köçməyə başladılar, burada kitablarını “çap etmək” və yaymaq imkanları var idi, həm mədəniyyəti formalaşdırır həm də ondan təsirlənirdilər. O dövr üçün qısa sa35
Az Book Library
yılacaq zamanda Afinada keçmişin və gələcəyin ən görkəmli mədəniyyəti yarandı, Platon və Aristotellə öz zirvəsinə çatdı. Bu gün elm və elmi disiplin statusu almış istənilən zehni məşğuliyyətin, sənətin bütün növlərinin, riyaziyyat və həndəsənin, məntiqin, ilk tibbi nəzəriyyələrin təməlləri qədim Yunanıstanda atıldı. Elə bir sahə yoxdur ki, orada yunanca terminlər olmasın, hansısa disiplinin tarixi qədim Yunanıstandan başlamasın. Yunan düşüncəsinin üstünlüyü sırf bilmək üçün bilməyə çalışması idi, bilik öz- özlüyündə bir dəyər sayılırdı, hansısa maddi qazanc gətirməsi və ya hansısa inancı təsdiq etməsi gözlənilmirdi. Pul qarşılığında elm öyrədən sofistlərə o zaman da münasibət yaxşı deyildi, indi də bu termin mənfi assosiasiaya daşıyır. Bu gün Yunan mədəniyyətinin “Hippokrat andı”, “Troya atı”, “Axilles dabanı”, “Demokl qılıncı”, “Edip kompleksi”, “Diana kompleksi”, “Elektra kompleksi”, “Kassandra lənəti”, “Sokratçı sorğulama”, atom, materiya, dialektika, simpozium, sintez, gigiyena, akademiya, litsey vs. kimi metaforları, prinsipləri və anlayışları gündəlik həyatın və ədəbiyyatın istifadəsindədir. Yunan mədəniyyəti Roma İmperiyasının süqutundan elmin və sekulyarizmin yenidən yaranmağa başladığı 1000-ci ilə qədər əvvəl Platonla, sonra Aristotellə kilsə sxolastikasının belə hesablaşdığı bir düşüncə sistemi yaratmışdı. Təbiət haqqında yazan filosoflar heç bir fövqəlgücə istinad etmədən təbiəti təbii qanunlarla açıqlamağa çalışırdılar. Sokratın 36
Az Book Library
düşüncənin obyektini təbiətdən insana çevirməsi ilə Yunan düşüncəsi insanı da bir dəyər olaraq tədqiq etməyə başladı. İnsan Yunan düşüncəsində xəlq edilmiş deyil, bioloji, sosioloji və psixoloji varlıq olaraq öyrənilməyə başlandı. Yunan düşüncəsinin təbiətə və insana bu münasibəti bu mədəniyyətin yüzillərlə canlı qalmasının səbəbidir. Uaythed, “Bütün Qərb fəlsəfəsi Platona istinaddır” deməklə Yunan düşüncəsinə lazımı qiymətini vermişdi. Bu gün Avropa mədəniyyətinin dini hissəsi Orta Şərqlidirsə, elmi-sekulyar-siyasi düşüncəsi Yunanıs tan və Roma mənşəlidir. Sonrakı əsrlərdə elə Yunan mədəniyyəti Avropada Orta Şərqdən gəlmə dini düşüncənin ağıl üzərində son “qələbəsinə” mane oldu. Kilsə ideoloqu Akvinalı Fomanın, Aristotelin irsini göz ardı edə bilməməsi və onu da həqiqətin fərqli ifadəsi olaraq xristian sxolastikası ilə birləşdirməyə çalışması kilsə doktrininin çat verməsinə səbəb oldu. Aristotelin universal zəkası kilsəni onunla hesablaşmağa vadar etmişdi. Növbəti mərhələyə, bir neçə əsr sonra Kepler ve Qalileyin Aristotelin avtoritetini rədd edib elmi inqilabın əsasını qoymaları ilə keçildi. Afinadakı kitab bazarının yaranması miqyasında ikinci bir hadisə Qutenberqin səyyar hərflərlə çapı mümkün edən mətbəəni icad etməsi oldu. Bu, tarixdəki ən böyük demokratikləşmə hadisələrindən biri idi, bilik daha uzaq məsafələrə daşınır, daha çox insan üçün əlçatan olurdu, kitablar say və qiymətcə əlçatan idilər. 37
Az Book Library
Kitablar və mövzular kilsənin nəzarətindən çıxır, müstəqil bir ədəbiyyat və düşüncə dünyası formalaşırdı. Biliyin qapalı və nəzarətdə olması hər zaman kiçik bir qrupun mənfəətinə xidmət etmişdi, insanın harada yaşaması və hansı qrupa aid olması nə bildiyini ya da ümumiyyətlə, bilib- bilmədiyini müəyyən edirdi. Ancaq mətbəənin icadı ilə vəziyyət dəyişirdi. Marko Polonun XIII əsrdə yazdığı “Marko Polonun səyahəti” kitabı 180 il əlyazma olaraq qalsa da, mətbəənin icadından cəmi 21 il sonra kitab formasında nəşr olundu və məhz çap formasında Kolombun qarşısına çıxıb ona məşhur səyahəti üçün stimul verdi. Bu gün səyahətlər kitabının Kolumbun səhifə kənarlarına qeydlər etdiyi nüsxəsi Sevilya şəhərindəki bir muzeydə saxlanılır. Bu icad şübhəsiz, İntibah və Reformasiyanın, Maarifçilik hərəkatının, Elmi inqilabın və kütlələrin savadlanmasının zəruri texniki əsası və stimullaşdırıcısı idi. Qutenberqin icadı nəticəsində Avropa, Yunan mədəniyyətini yenidən kəşf edib insana və təbiətə dönürdü, insanın düşüncə və dünyagörüşü mexanikiləşir (kənar güclərə istinad etmədən, təbiətin və cəmiyyətin qanunları əsasında düşünmə), insan və təbiət haqqında dini-mifik düşüncədən qurtulurdu. Biliyin yayılması, genişlənməsi, yaradılması və sistemləşdirilməsi nəticəsində bu günkü formasıyla qəzetlər və jurnallar, universitetlər və dərs proqramları, eksiklopediyalar və açıq kitabxanalar ya yaranır, ya da son halını alırdı. Biliyin işlənməsi və dövriyyəsi yeni peşələr yaradırdı. Qutenberqin səbəb olduğu ən 38
Az Book Library
böyük yenilik isə ziyalıların bir sinif olaraq yaranması idi. Onlar bilgini kəşf edir, yaradır və yayırdılar. Karl Manheymə görə ziyalılar, vəzifəsi hər cəmiyyətdə o cəmiyyət üçün dünyanı şərh etmək, açıqlamaq kimi xüsusi missiyaları olan ictimai qruplar idi. Onlar boşluqda üzən intelligensiya, bir yerə lövbər salmamış, nisbətən sinifsiz bir təbəqə idilər. Aydınlar dəstəsinin babalarının Renessans humanistləri olduğu qəbul edilir. Biliyin əldə edilməsinin mümkünlüyü onu ticariləşdirir və aydınlar sinfinə az da olsa, maddi müstəqilləşmə imkanı da yaradırdı. Ziyalılar eyni zamanda müəyyən qurumlar ətrafında təşkilatlanır, periodik olaraq bir quruma bağlanıb ondan ayrılır, sərbəst fəaliyyət göstərə bilirdilər. XV əsrdən etibarən ziyalılar özlərini “Yazı Res publikası”-nın vətəndaşları saydılar, özlərini ölkə sərhədini aşan bir qrupa aid edirdilər, bir- birlərinə kitablar və məktublar göndərir, imkan olduqca üz üzə görüşürdülər. Sərhədləri aşan bir düşüncə və dəyərlər sistemi ilə əlaqədə olduqlarından (F.Bekona görə doğrunu kəşf etməyə qarşısındakı əngəllərdən biri olan ) “qəbilə bütlərinin” təsirində deyildilər. Buna ən bariz nümunə yaşadıqları cəmiyyətə tam inteqrasiya olmayan, öz mədəniyyətlərini də tam qəbul etməyən yəhudilərin arada qalmışlıq və bilginin demokratikləşməsi nəticəsində əldə etdikləri intellektual nailiyyət idi, yəhudi mənşəli müəlliflər bəşəriyyət düşüncəsinə orijinal və çoxşaxəli töhfələr verməyə başlamışdılar. 39
Az Book Library
Avropadakı maariflənmə qonşuluğundakı Rusiyaya da təsir edirdi. Rus əsilzadə Menşikov 1714-cü ildə İnglis Kral Dərnəyinə üzv seçilir və o il Rusiyada ilk xalq kitabxanası açılır. Riyaziyyatçı Leybnits çar Pyotrla bir neçə dəfə görüşür və ona məsləhətçi kimi maaş ödənilir, 1724-cü ildə Peterburq Elmlər Akademiyası qurularkən Leybnitsin Berlin Elmlər Akademiyası üçün hazırladığı model tətbiq olunur. Rusiyada coğrafiyaşünaslığın və xəritəçiliyin inkişafına Leybnitsin tövsiyəsi ilə diqqət ayrılır. Eyler kimi görkəmli alimlər Rusiyada elmin inkişafına çalışırlar, Lomonosov Avropada təhsil alır. Rus dilinə tərcümələr və Avropaya tələbə göndərilməsi dövlət siyasətinə çevrilir. İslam aləmində isə mətbəə rədd edilmiş və 1800cü illərə qədər sözə və əlyazmasına əsaslanan bir İslam dünyası mövcud olmuşdur, bu gün hələ də İslam ölkələri şifahi və mifik düşüncə mərhələsindədirlər. İslam dünyasının aydınlanma yaşayan iki ölkəsi, Azərbaycan və Türkiyəyə elmi və sekulyar düşüncə uzun və dolaylı yoldan gəlmişdir. Türkiyədə Avropa ilə təmasları olan, İspaniyadan qovulub Selanikə, sonra isə İzmir və İstanbula yerləşən yəhudilər türk maarflənməsinin aparıcıları idi. Azərbaycan Avropa düşüncəsi ilə Rusiya vasitəsiylə tanış oldu. İslam ölkələrində azad düşüncə dinin hegemonluğunu yenə bilmədi. İslam hüquqçusu İbn Cemaanın kitabların təsnifatına dair tövsiyəsi İslam dünyasında bilginin yerini göstərir: “Aralarında Quran varsa, əvvələ o qoyulmalıdır, sonra hədis kitabları, sonra Quran 40
Az Book Library
təfsirləri, sonra hədis şərhləri, sonra ilahiyyat və hüquq. Əyər eyni bilgi sahəsinə aid kitab varsa, Quran və hədislərə daha çox istinad edəni daha əvvəldə olmalıdır”. Tarixdə biliyin yayılması və maarifçilik marksist, faşist və şəriət sistemlərinin müdaxiləsiylə kəsintiyə uğradı, bəzi ölkələrdə hələ də uğramaqdadır. Bu sistemlər ən yaxşı halda sənətin və biliyin bütününə yox, seçilmiş bir hissəsinə icazə verirlər. Bu gün Afinadakı kitab bazarının yaradılmasına və Qutenberqin icadına oxşar hadisə informasiya texnologiyalarınınəsasən İnternetin və komputerin icadıdır. Axtarış motorları, sosial şəbəkələr və internet bazasında mövcud olan kitablar, məqalələr, ensiklopediya və lüğətlər bilginin yaradılması, yayılması və paylaşılmasında üçüncü və çox vacib mərhələdir. Bu yeniliklər artıq birbaşa və anında mütərrəqqi düşüncə ilə təmas imkanı verir, səyahətin asanlaşması və insanların üz -üzə təmaslarının artması da proses üzərində müsbət təsirə malikdir. Ancaq hələ ki, Avropanın qalib gəldiyi Orta Şərq mənşəli mistik düşüncə coğrafiyamızda söz sahibidir. Bu düşüncə texnoloji yeniliklərdən istifadə edərək insana və təbiətə dair obyektiv bilginin yayılmasına qarşı çıxır. Mütərəqqi düşüncənin tərəfində olanlar mütərəqqi bilginin yayılmasında ənənəçilərdən və sabit tarix tərəfdarlarından daha effektiv çalışmalıdırlar.
41
Az Book Library
GÖYDƏN YERƏ
Son beş yüz ildə elmin inkişafı dinin insan haqqında uydurduğu yalanları ifşa etdi. Yerin, insan üçün kainatın mərkəzi olaraq yaradılmayıb Günəş ətrafında fırlanan planet və insanın Tanrının əsəri olmayıb daha alt növlərdən təkamül etmiş canlı olduğu anlaşıldı. Törətdiyi şər əməllərin isə şeytanın fəaliyyətinin nəticəsi olmayıb şüuraltındakı dağıdıcı psixi güclərdən qaynaqlandığı ortaya çıxdı. Din hakimiyyətini yaymaq və qorumaq üçün həm insanı əsas olmadan ucaldır, digər tərəfdən onu öz ağlını istifadə edə bilməyən, şeytanın təsirinə düşən zəif varlıq olaraq aşağılayırdı. 1589-cu ildə Qaliley Piza şəhərindəki əyri qüllədən müxtəlif kürələr ataraq sərbəst düşmə təcrübələri aparmaqla Aristotel fizikasına kor koranə inanmağı rədd etmişdi. O dövrdə yeganə legitim dünya görüşü kilsənin formalaşdırdığı sxolastik görüş idi və Aristotel fizikası bu görüşün ayrılmaz hissəsi idi. Sxolastik görüşün əsas prinsipləri doqma sayılıb şübhəyə bağlı elan olunmuşdu. Ancaq Qaliley şübhələrində haqlı çıxdı və iki min ilə yaxın bir zaman ərzində doğru olduğuna inanılmış Aristotel fizikasının səhv olduğunu 42
Az Book Library
göstərdi. Kilsə Qalileyi cəzalandırsa da o müasir elmin qurucusu statusu qazandı. Qalileydən bir müddət əvvəl, 1543-cü ildə Kopernikin “Səma kürələrinin hərəkəti haqqında” adlı əsəri çap olunmuşdu və əsərdə kilsənin müdafiə etdiyi yer mərkəzli (geosentrik) günəş sistemi əvəzinə günəş mərkəzli (heliosentrik) modelin doğru olduğu göstərilmişdi. Kilsə Ptolomeyin geosentrik modelini müdafiə etdiyi üçün Kopernik əsərinin nəşrini ölüm ilinə qədər təxirə salmalı olmuşdu. Aristotel fizikasına görə, dairə simmetrik fiqur olduğu üçün planetlər dairəvi orbitlərdə fırlanırdı və göy efir adlı maddə ilə dolu idi, göy yerdən üstün, oradakı qanunlar yerdəkilərdən fərqli idi. Planetlərin hərəkətlərinə dair bəzi müşahidələr dairəvi orbit tezisi ilə uyğun gəlmədiyindən onlara davamlı olaraq müxtəlif dairəvi hərəkətlər yaraşdırılırdı. Dairəvi orbit yerinə başqa bir trayektoriyanı sınamaq əsrlərlə heç kimin ağlına gəlməmişdi. Lakin Kepler özündən əvvəlki müşahidələrə əsaslanaraq planetlərin dairəvi deyil elliptik orbitlərdə hərəkət etdiklərini göstərdi. Dairənin ellipslə əvəz olunması lazımsız riyazi və həndəsi qarışıqlığı aradan qaldırdı və planetlərin elliptik orbitlərdə hərəkət etməsi həm əvvəlki, həm də sonrakı müşahidə və hesablarla təsdiqləndi. Təxminən eyni vaxtda baş verən bu kəşflər kil sənin nüfuzunu sarsırdı və elm tarixçisi E. J. Dijk sterhuis-un “dünya görüşünün mexanikləşməsi”təbiət hadisələrinin mexaniki qüvvələrlə açıqlanması43
Az Book Library
mərhələsi başlamışdı. Bir müddət sonra İsaak Nyuton səmadakı və yerdəki qanunların eyni olduğunu qəbul edərək həm səmada ayın fırlanmasını həm də yer üzündə almanın düşməsini açıqlaya bilən Nyuton mexanikasının qanunlarını kəşf etdi. Elliptik orbitlərin mümkünlüyünün, göylə yerdəki fiziki materiyanın eyni ola biləcəyinin və yerin günəş sisteminin mərkəzi olmaq məcburiyyətində olmadığının düşünülməsindən az sonra bu elmi hipotezlərin fiziki-riyazi açıqlaması tamamlandı, insan zəkası təbiəti anlamağa tamamən hazır olsa da, doqmalara qarşı çıxmaq cəsarətinin yaranması üçün əsrlər lazım gəldi. Fizikanın kilsə doqmaları və insanların illüziyaları üzərində bu qələbəsi sonralar elmin digər sahələrində çalışan elm adamları üçün nümunə və cəsarət qaynağı oldu. Canlı və cansız dünyanın, sosial institutların dinin fərz etdiyindən daha qədim keçmişə sahib olmasının anlaşılması ilə təkamül və tarix şüuru ortaya çıxdı. Kainatın, Günəş sisteminin, materiklərin, mineralların, ümumilikdə təbiətin bir tarixi olduğu anlaşıldı. Xüsusiylə insanın mənşəyi haqqında yaradılışçı görüşə Çarlz Darvinin qarşı çıxması önəmli idi. Darvin insanın təbiətüstü bir güc tərəfindən yaradılmadığını, daha alt səviyyədə təşkilatlanmış orqanizmlərdən təkamül etdiyini göstərdi. Darvin ibtidai insanla qarşılaşmasını “İnsanın yaranışı” əsərində belə təsvir etmişdi: “Bu əsərdə gəldiyimiz əsas nəticə, yəni insanın daha alt səviyyədə təşkilatlanmış bir növdən gəlməsi təəssüf ki çoxları tərəfindən məmnuniyyətsizliklə qar44
Az Book Library
şılanacaq. Ancaq əcdadlarımızın barbarlar olduğuna şübhə azdır. Bir qrup Fuegialı ilə vəhşi bir sahildə ilk dəfə qarşılaşdıqda yaşadığım çaşqınlığı əsla unutmayacam; çünkü beynimdə birdən birə bir fikir yarandı, əcdadlarımız da bunlar kimi idilər. Bu adamlar tamamiylə çılpaq idilər, bədənləri rənglənmişdi, uzun saçları bir birinə qarışmış, ağızları həyəcandan köpmüşdü, hərəkətləri vəhşi, qorxuducu və inamsızlıqla dolu idi. Özlərinə məxsus heç bir sənətləri yox idi, heyvanlar kimi ovlaya bildikləri ilə qidalanırdılar, bir metodları yox idi və öz qəbilələrindən olmayanlara qarşı qəddar idilər. Bir ibtadi insanı təbii mühitində görən insan özündən daha aşağı səviyyədəki birinin qanının damarlarında axdığını qəbul edərkən çox utanmayacaq”. İnsanın kosmosdakı yerinin və mənşəinin müəy yənləşdirilməsindən sonra növbə insan şüuruna çatdı. Psixoanalizin qurucusu Freyd insan təbiətini şüuraltındakı irrasional motivlərin təyin etdiyini, şüurlu fəaliyyətin ibtidai mənlik olan “id”-lə sosial eqo olan “supereqo” arasında tarazlıq qurmağa çalışan eqonun mübarizəsi olduğunu, eqonun uğursuz olduğu dərəcədə insanların nevrotikləşdiyini göstərdi. İnsanı yoldan çıxaran şeytan onun şüuraltındakı dağıdıcı və egoist motivlər idi. Sosial institutlar vasitəsiylə libidinal enerjisi faydalı işə istiqamətləndirilməyən bir insanın, özünə və cəmiyyətə problem yaratdığı anlaşıldı. Ancaq bu nəzəriyyələr tamamlanmış son nəzə riyyələr deyildi; elmin ruhu hər hansı elmi nəzəriyyənin 45
Az Book Library
doqmaya çevrilməsinə mane olur. Elmin daha sonrakı inkişafında Eynşteyn Nyuton mexanikasına düzəliş etdi. Özünün sabit kainat nəzəriyyəsi isə tənqid edildi, təcrübələr nəzəriyyənin səhvliyini ortaya qoyduqda “həyatımın ən böyük fiaskosu” dediyi səhvini qəbul etdi. Darvin , “Növlərin mənşəyi” adlı əsərinə “Nəzəriyyənin çətinlikləri” adlı fəsil əlavə etmişdi. Psixoanaliz də psixologiya və digər disiplinlərdən olan alimlər tərəfindən tənqid edildi. Popper psixoanalizin hər şeyi açıqladığı üçün əslində heç nəyi açıqlamayan bir nəzəriyyə olduğunu yazdı. Yunq, Freydin “psyche”-sinin möhtəvasında seksuallığın şişirdildiyini, şüuraltının daha çox arxetiplərdən ibarət olduğunu, insan təbiətində inanmağa təbii meyl olduğu üçün ruhun dini-mifolojik möhtəvasının da nəzərə alınmalı olduğunu vurğuladı. İnsan, təbiəti öyrənməyə uzaq kosmik cisimlərdən başladı, mövzusu insan olan elmi araşdırmaların tarixi yenidir və mübahisələr var. Ancaq elmi fəaliyyətin ümumi sahələri, çərçivəsi və metodları artıq müəyyənləşdirilib, bundan sonra ortaya çıxacaq hansısa yeni nəzəriyyə özündən əvvəlkini də açıqlamalıdır. Eynşteynin nisbilik nəzəriyyəsi daha çox fenomeni daha dəqiq açıqlayır, ancaq böyük kütlələr və aşağı sürətlərdə Nyuton mexanikası nisbilik nəzəriyyəsinin xüsusi halı olaraq qüvvədə qalır. Adətən doqmalar - bir bilgiyə sahib olduğunu iddia edən ancaq bu bilgini əldə etmə metodu şübhəli olan bir inanc- istismarın vasitələridir. Dinin əsas məqsədi teolojik bir insan modelini qəbul etdirib insanları bu 46
Az Book Library
modelə uyduqları ölçüdə dəyərləndirmək, insanı əsir tutmaqdır. Elmin inkişafı, informasiyanı əldə etmə imkanlarının asanlaşması və individuallaşma nəticəsində daha çox insanın öz ağlına istinad etməsinə paralel olaraq dinlər şübhəçiliyə və elmi düşüncəyə şiddətlə qarşı çıxır. Bu mövqeyi ideologiyalar da paylaşır, elmi nəzəriyyələr konspiroloji skeptisizmlə qarşılanır. Bilginin demokratikləşməsi və sosiallaşması müasir dövrün ən ümidverici trendlərindəndir. İdeologiyanın ya da teologiyanın müdaxiləsi olmadıqda insan öz ağlına müraciət etməyi tez öyrənir. İnsanın öz ağlı ilə formalaşdırdığı görüşləri, ona mənimsədilən hazır reseptlərin verməyəcəyi savadlı insanın məsuliyyət hissini aşılayır. Oxşar olaraq demokratiya da əvvəllər göylərdən alındığı iddia edilən legitimliyin yerdən, tək tək insanlardan alınmalı olduğunu, hər bir vətəndaşın siyasi sistemə görə məsuliyyət daşıyıb ona nəzarət hüququna sahib olduğunu müdafiə edir. Həm elmdə, həm də demokratiyada təcrübə ilə-elmi təcrübə və seçki vasitəsiylə- səhvi düzəltmə mexanizmi mövcuddur. İnsana, təbiətinə aid olmayan bir modellə yanaşmaqdansa, təbiətinin doğru anlaşılması onu ömürlük nevrozdan xilas edə bilər . İnsanın inkişafı ancaq onun ilkin şərtlərinin doğru anlaşılmasıyla və müvafiq sosial institutların bunu nəzərə alaraq qurulması ilə mümkündür. İnsanı idarə etmək mümkün deyil, ona cəmiyyətdə özünü idarə etmək-davranış, bilgi və siyasi sistem olaraq-imkanı verilməlidir. 47
Az Book Library
TANRI ZƏRRƏCIYI-HIGGS BOZONU
50 ilə yaxın vaxt və 3 milyard avrodan çox pul xərclədikdən sonra nəhayət 4 iyul 2012-ci ildə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN), Higgs bozonun varlığının təcrübədə müşahidə edildiyini açıqladı. Bu gün Standart Model adlanan və yüksək enerji fizikasının hələ ki ən uğurlu sayılan nəzəriyyəsinə görə Higgs bozonu materiyanın kütləyə sahib olma mexanizmini izah edir. Elm tarixindəki ən bahalı və uzunmüddətli, müxtəlif profilli minlərlə mühəndis və alimlərin koordinasiyalı əməkdaşlıqlarını qaçılmaz edən bu eksperimentin Higgs bozonun varlığına dair müsbət nəticəsi olduqca önəmlidir. Higgs bozonun varlığının sübutu Standart Modelin elmi vizasıdır, götürülmüş istiqamətin doğru olduğunun sübutudur. Adını maddənin kütlə qazanma mexanizmini Sdandart Model əsasında açıqlayan Peter Higggsdən alan Higgs bozonuna Nobel mükafatçısı Leon Lederman 48
Az Book Library
“Tanrı zərrəciyi” adını verib onu bu adla məşhurlaşdırsa da, bu ad alimlər arasında bir mənalı qarşılanmır. Allimlər bu ləqəbin dini nüansına etiraz edir və digər zərrəciklərə haqsızlıq edildiyini düşünürlər. Onların fikrincə bütün zərrəciklər eyni dərəcədə vacibdirlər, “Tanrı zərrəciyi” ifadəsi işlədiləcəksə, onda bu bütün zərrəciklərə şamil edilməlidir. Standart Modelin varlığını nəzərdə tutduğu hansısa bir zərrəciyin təcrübədə müşahidə edilməməsi nəzəriyyə üçün ciddi qüsur olar və o elmdə legitimlik qazanma hüququnu itirərdi. Əgər ən sonda üzə çıxan bu zərrəciyin varlığı təcrübədə təsdiqlənməsəydi (bu vacib zərrəcik-dünyanın niyə kütləyə sahib olduğunu və fotonun niyə kütləsiz olduğunu açıqlayan mexanizmin təsdiqidir) Standart model bir kənara atılacaq, fiziklər depressiyaya düşəcəklərdi. Çox vacib bir mərhələnin astanasındaykən Sdandart Modeli tərk edib yeni model axtarmaq-xüsusilə Standart model məğlubiyyətinin psixoloji təsiri altında- asan olmayacaqdı. Yüksək enerji fizikasında təcrübələr düzxətli və dairəvi sürətləndiricilərdə müxtəlif atom, nüvə və atom altı zərrəciklərin yüksək enerjilərə qədər sürətləndirilib toqquşdurulması ilə aparılır. Toqquşmadan yaranan saysız hesabsız zərrəciklər detektorlarda qeyd edilir və çox güclü kompüterlərdə bu nəticələr xüsusi proqramların köməyi ilə analiz edi49
Az Book Library
lir. Alimlərin bilavasitə qiymətləndirəcəkləri maraqlı nəticələr isə onlara ötürülür. Maddənin daha dərininə nüfuz etmək daha yüksək enerji və daha ciddi texniki tələblər gətirir. Daima inkişaf etdirilən super maqnitlərin, soyuducuların, kompüter proqramlarının hazırlanmasına yüzlərlə üzvü olan komandalar məsuldur. Toqquşma enerjisinin hər artışı yeni zərrəciklər və fenomenlər ortaya çıxarır. Sırf Higgs bozonun müşahidə edilməsi üçün “LHC” (Large Hadron Collider-Böyük Hadron Sürətləndiricisi) inşa edilmişdir. 175 m dərinlikdə yerləşən və çevrəsinin uzunluğu 27 km olan bu qurğunun tikintisi 10 il davam etmişdir. Məhz bu sürətləndirici əks istiqamətdə hərəkət edən iki proton selini yüksək enerjilərə sürətləndirib toqquşdurmaqla Higgs bozonun görünməsini mümkün etmişdir. Bu gün Standart Modelə görə maddəni elementar zərrəciklər, dörd fundamental qüvvə və bu qüvvələrin daşıyıcısı olan sahə zərrəcikləri ilə açıqlamaq mümkündür. Kainat sonsuz ağır, sonsuz enerjili və sonsuz kiçik bir nöqtənin genişləməsiylə yarandı. Əvvəlcə ən fundamental güclər və zərrəciklər, daha sonra isə elementlər və mürəkkəb maddələr yarandı. Kainat genişlədikcə müxtəliflik artdı və maddənin yetərincə mürəkkəbliyinin nəticəsi olaraq şüur yarandı. 50
Az Book Library
Fizikanın əsas stimulu müxtəlifliyin mümkün qədər az parametrlə açıqlanması və bu müxtəlifliyin, eyniliyin manifesti olmasını göstərməkdir. Maksvel lin elektrik və maqnetik qüvvələrin təməldə eynielektromaqnetik qüvvənin iki müxtəlif təzahürü ol duğunu sübut etməsi elmdəki ən böyük ümumiləş dirmələrdəndir. Pauli prinsipinin köməyi ilə atomda elektron orbitlərinin dolması fiziki parametrlərlə açıqlandı və kimya fizikanın bir sahəsi halına gəldi. Sürətləndiricilərdə toqquşma enerjisi artırılaraq sanki zamanda geriyə gedilir, partlayış filminə tər sindən baxılır və kainatın yaranması zamanı mövcud olan ilkin şərtlərə yaxınlaşılır. Çox olan qüvvə və elementar zərrəcik sayı minimuma enir. Bu gün Standard Model çərçivəsində dörd fundamental qüvvədən (zəif nüvə (radyoaktivliyi açıqlayır), güclü nüvə (nüvədə protonları bir arda saxlayır), cazibə (kütlələrin bir birlərini cəzbettiyi güvvə) və elektromaqnetik (işiq) ikisinin -zəif və elektromaqnetik güclərin eyniliyi sübut edilmişdir. Hazırda standart model təcrübə ilə təsdiqlənmiş tutarlı bir nəzəriyə olsa da bunun son nəzəriyyə olduğunu heç kim düşünmür. Çünkü bu modeldə fundamental qüvvə və hissəciklərin sayı onların fundamental olmadıqlarını düşündürəcək qədər çoxdur, elektrozəif, güclü nüvə və qravitasiya güclərini Stan51
Az Book Library
dar Model çərçivəsində birləşdirmək mümkün görünmür. Standart Modelin təsdiqi indiyə qədər gəlinən yolun düzgünlüyünü sübut edir. Bundan sonra Böyük Birləşdirmə Nəzəriyyələrinə və ya post-Standar Model nəzəriyyələrinə diqqət ayrılacaq. Əminliklə demək olar ki fizika yeni mərhələyə daxil olur. Daha yüksək enerjilər, daha detallı açıqlamalar və daha əhatəli ümumləşdirmələr zamanıdır. Yeni nəzəriyyələr, yeni çətinliklər, suallar və eksperimentlər yaxındadır. Bu prosesin bir sonu yəqin ki olmayacaq. Elm “kifayətdir” deyib qane olmaq deyil, dayanmadan yeni suallar yaratmaqdır. Sualların cavabını təcrübədə axtarmaqdır. Avropa mədəniyyəti isə bu ali məşğuliyyət üçün milyardları əsirgəməməkdir. P.S. Higgs bozonunun təcrübədə müşahidə edil məsi üçün milyardlarla vəsait xərclənsə də Peter Higgsə dəyəri bundan yüzlərlə dəfə az olan Nobel mükafatı verilməyib. Ancaq 2012-ci ilin dekabr ayında Nobel mükafatları verilərkən siyahıda Peter Higgsin də adının olacağına artıq heç kim şübhə etmir. İtalyan rejissor Liliana Cavali isə bu tarixə qədər Hİggs bozonu haqqında film çəkmək fikrindədir. P.S.S. Peter Higgs 2013-cü il fizika üzrə Nobel mükafatınalayiq görüldü. 52
Az Book Library
GERONTOKRATIYA VƏ MASLOV PIRAMIDASI Təqvim bütün dünya üçün eyni dəyişsə də, cəmiyyətlər hər coğrafiyada eyni sürətlə dəyişmir. Dəyişikliyin sürətinə görə “dinamik” və “statik” ta rixə sahib cəmiyyətlər fərqləndirilir. Dinamik cəmiy yətlərin dəyişmə sürəti də-artmaqla-dəyişir. Uzaq tarixi minilliklərə, əsrlərə bölmək mümkün dürsə, yaxın tarixin dünya miqyaslı hadisələri onil liklərdə yaranır, hətta illər ərzində baş verir. Keçmişdən fərqli olaraq önəmli bir hadisənin təsiri də anında hiss edilir. XXI əsrin ilk 13 ilində baş verənlər əhəmiyyətinə görə bir neçə əsrdə baş vermiş hadisələrlə müqayisə oluna bilər. Yeni sahələr, oyunçular, təhlükələr və fürsətlər meydana çıxır. Çin dilində “krizis” heroqlifi “fürsət” və “təhlükə” heroqliflərinin yan-yana qoyulması ilə yaranır. Qloballaşma adlanan çoxşaxəli və çoxqatlı prosesin hansı üzünün kimin üçün təhlükə, kimin üçün fürsət olacağı dəyişikliyi anlamaqdan və yerini seçməkdən asılıdır. Tarixin başlanğıcında insan cəmiyyətləri minillərlə dəyişmədən mövcud oldu, yaşamaq üçün lazım olan 53
Az Book Library
biliklər həcmcə az idi və həyat sahəsi kiçik coğrafiya ilə məhdudlaşırdı. Bilgi təcrübədən yaranırdı, təcrübə yaşla toplanırdı. Qəbilənin ən yaşlıları həm də ən bilgili insanlar idi. Bu yaşlılar mövsümlərin dəyişməsinə, təbiət hadisələrinə, ov heyvanlarına, ibtidai tibbə, mərasimlərin keçirilməsinə və alət hazırlamağa dair bilikləri və hakimiyyəti əllərində saxlayırdılar. İnisiasiya- qəbul mərasimlərində ixtiyar sahibləri idilər. İxtiyar-yaşlı olmaq, qərar verə bilmək demək idi Deməli ibtidai cəmiyyətlər qaçılmaz olaraq gerontokratik-qocalar tərəfindən idarə olunan cəmiyyətlər idi, istiqrar və status-kvonun qorunması cəmiyyəti idarə edənlərin əsas məqsədi idi. Burada iqtisadiyyat, siyasət və din əl-ələ verirdi. Fərqlilik arzuolunmaz idi, ən kiçik fərqlilik ortodoksluğa təhlükə idi. Müasir dövrdə Keniyada yaşayan Samburular gerontokratiyaya nümunə göstərilə bilər, burada qocaların hegemonluğu gənclərin 30 yaşlarına qədər heç bir haqqa sahib olmamaları və demək olar ki o yaşa qədər yeniyetmə kimi qalmaları bahasına baş verir, ibtidai cəmiyyətlərdə 10-12 yaş həddinin yetişkinlik yaşı olduğu yaddan çıxarılmamalıdır. Yeniyetməlik dövrünə həbs edilmiş Samburu gəncliyi ibtidai icmalarda xoş qarşılanmayan oğurluğu ucaldan altkultura yaradırlar. Qocalar konseyinə daxil olmaq üçün bir gəncin yaş və təfəkkürcə qocaldığına tam əmin olmaq lazımdır. 54
Az Book Library
SSRİ-nin dağılmasının əsas səbəblərindən biri gerontokratiya ənənələri idi: Politbüro üzvlərinin yaş ortalaması 1952-ci ildə 55, 1964-cü ildə 61, 1980-ci ildə 70 idi. Brejnevin tez -tez işlətdiyi ifadələrdən biri “yavaş -yavaş” idi. Astagəllik SSRİ üçün ölum oldu, astagəllik indi də ölümcüldür. Dünya sürətlə dəyişirdi və SSRİ rəhbərləri ancaq ölməklə hakimiyyətdən gedirdilər, ölkə skeletləşmiş, sistem tıxanmışdı, dinozavrların iqlim dəyişikliyinə uyğunlaşa bilməməsi kimi, SSRİ daxildəki problemləri və xarici müdaxiləni neytrallaşdırmaq imkanında deyildi. Brejnev, Andropov və Çernenko isə ard-arda ölürdülər. Biri 18 il hakimiyyətdə qalır, digərlərinin hakimiyyəti heç iki il davam etmirdi. İqtisadiyyatın, elmin və sosial elmlərin qanunlarını xarizma və ona pərəstiş əvəz etmişdi. Gerontokratik cəmiyyətlər ənənəvi, düzxətli, zaman anlayışının olmadığı, şaquli təşkilatlanmış, insanların Qodonu gözlədiyi cəmiyyətlərdir. Hər ənənəvi cəmiyyətin “Qodo”-su fərqlidir, qiyamət, zamanın sahibi ya da kommunizm. İstər sol, istər sağ və dindar cəmiyyətlər gerontokratikdir, onlar aralarında əsrlərin olduğu ideologiya ya da din qurucularına bağlanıb qalırlar. İstər sol, istərsə də dini ideoloqların doktrinalari sabit cəmiyyət fikrini əsas götürür ki, burada orta sinif kimi orta yaş da olmur, yuxarıya doğru sosial hərəkətlilik mexanizmi işləmir. Halbuki təbiət və cəmiyyət müxtəliflik tərəfdarıdır, monoton55
Az Book Library
luq müxtəlifliyi, çoxrəngliliyi boğur. Tərəqqi, inkişaf, yaradıcılıq, iştirak ancaq plüralist cəmiyyətlərdə mövcuddur, ancaq belə cəmiyyətlərdə təbii seçmə ən “qocalar”-ı deyil, qabiliyyətliləri seçir. Vertikal, yuxarıdan aşağı əmr alan qruplar yerinə üfüqi təşkilatlanıb qrup şüuru ilə hərəkət edənlər daha çox uğur qazanırlar. Gerontokratiya, Maslovun ehtiyaclar iyerarxiyasını ilə assosiasiya yaradır. Çünki gerontokratik cəmiyyətlər zorakı cəmiyyətlərdir, əngəllənmiş duyğuların və arzuların, özünü reallaşdırmamış insanların cəmiyyətidir. Belə cəmiyyətlərdə insanlar əlavə dəyər yaratmaq əvəzinə bir-birlərini didirlər. Ancaq yaradıcılığın yaranması üçün inam atmosferi şərtdir, təhlükəsizlik insanın əsas ehtiyaclarından biridir. Yaradıcılıq isə bilikdən də önəmlidir. Maslov insan ehtiyaclarını iyerarxiya şəklində təqdim edir, bu ehtiyacların təmin edilməsi insanın motivasiya səbəbləridir. Ancaq ehtiyaclar vacibliyinə görə vertikal düzülür və aşağıdakının ödənilməsiylə yuxarı pillədəki ehtiyac yeni motivasiya qaynağı olur. Ən vacib ehtiyaclar fiziolojidir, piramidanın ən aşağısında yerləşənlərdir, bunlar təmin olunduqca insanda özünü tapmaq, təsdiq etmək, özü olmaq, hörmət görmək ehtiyacı yaranır. İnsan öz fikrinin, seçmək, bəyənməmək, imtina etmək azadlığının olmasını istəyir. Öz ideyalarını həyata keçirməyə, özünü realizə etməyə, yaradıcılıq nümayiş etdirməyə can 56
Az Book Library
atır. Onunla əlaqədar qərarları özü vermək istəyir. Lakin gerontokratik cəmiyyətlərdə bu, mümkün olmur, o yaşa qədər ki artıq onun sabit fikirləri, doqmaları qəbul etməkdən başqa çarəsi qalmır. O vaxta qədər ki o, artıq sistem üçün lazımınca ‘köhnəlir’, özünəməxsusluğu qalmır və təhlükəsiz olur. Gerontokratik cəmiyyətlər həm də nəzarət cə miyyətləridir, Corc Oruellin “böyük qardaşı” həm də təfəkkürcə yaşlıdır. Belə cəmiyyətlərdə yeni yetməlikdən birbaşa qocalığa keçirlər, insan həyatının ən məhsuldar dövrü olan gənclik və orta yaş dövrünü yaşamırlar. Nəticədə insanlar pessimist, etimad duyğusundan uzaq, dözümsüz və doyumsuz olurlar, yetkin bir şəxskimi reallaşmaqdansa özlərini başqalarının gözündə axtarırlar. İnsanlar məhrumiyyətlərinin səbəblərini öz yan-yörəsindəki insanlarda görürlər. Ölkə isə özünü zaman keçdikcə mənasızlaşan ənə nələrin qorunması naminə ciddi insan potensialından məhrum edir. Qocalar ənənələri, ənənələr onları dəstəkləyir, nəticədə cəmiyyət reallaşmamış, ‘baş tutmamış’, kompleksli insanlar yığınına çevrilir. Belə dövlətin vətəndaşlarının başları bir-birlərini didməyə qarışır, cinayətlər və intiharlar artır və dün yayla ayaqlaşmaq yaddan çıxır. Dövr isə sürətlə dü şünənlərin, fərqli düşünə bilənlərin, beynəlxalq miq yaslı yaşamaq uğrunda mübarizədə bütün vətən daşlarını yaradıcı əməkdaşlığa cəlb edə bilən cəmiy yətlərin üstün olduğu dövrdür. 57
Az Book Library
DOĞRUNUN MEYARI
Elmi təcrübə həqiqətin meyarıdır. Elmdə bir tezisi Eynşteyn belə irəli sürsə və nəzəri olaraq əsaslandırsa, təcrübə ilə təsdiq olunmadıqca o tezis doğru sayılmır. Ümumi nisbilik nəzəriyyəsinin həqiqiliyini sübut etmək üçün Eynşteyn, işığın bükülməsi təcrübəsini təklif etmişdi. Bu eksperimentin aparılması I Dünya Müharibəsinin qurtarmasından sonra mümkün oldu. Məhz bu eksperiment ümumi nisbilik nəzəriyyəsinin doğruluğunu təsdiq edərək Eynşteynə beynəlxalq şöhrət gətirdi. Ancaq sonrakı illərdə bütün dövrlərin ən böyük alimlərindən olan Eynşteyn sabit kainat nəzəriyyəsini müdafiə etdi, nəzəriyyə təcrübə ilə təkzib edildikdə isə sakitcə öz nəzəriyyəsindən əl çəkdi və bu səhvinə “həyatının ən böyük fiaskosu” adlandırdı. Əgər Qaliley Pisa qülləsindəki təcrübəsini aparmasaydı, müasir elmi metodologiyanı yarada bilməzdi, bəlkə də Aristotelin avtoriteti elmi uzun illər yanlış istiqamətdə aparardı. 58
Az Book Library
Demokratiyalarda da idarəçiliyə iddialı olanları seçki yolu ilə seçmək və vəzifədən götürmək da əslində bir sınaqdır. Həm elmdə, həm də demokratiyalarda yanlışı düzəltmə mexanizmləri mövcuddur. Ancaq doqmatik mahiyyətli dində və ideologiyalarda nəinki təcrübə aparmaq, heç sokratik sual cavab belə xoş qarşılanmır. Əslində dindarların etdikləri dualar və onların reallaşması arasındakı korrelasiyanı müəyyənləşdirilmək üçün eksperiment aparıla bilər. Amma sınaq üçün hipotezlər səhv çıxarıla bilir olmalıdırlar, bu elmi yanaşmanın tələbidir. Misal üçün, “yad planetlilər mövcuddur” hipotezi təcrübə ilə təkzib edilə bilməz, odur ki elmi deyil. Əgər qəbul edilməyən duaları “bir yaradıcının olduğu” ya da “ona inananlara kömək etməkdə istəkli olduğu” tezisinin təkzibi kimi dəyərləndirmək istəsək (təcrübədən əvvəl şərtlər diqqətlə seçilməklə dua edənlərin və dua mövzusunun qəbulu maksimallaşdırmasını təmin etmək şərtiylə) buna dinin cavabı hazırdır: “belə məsləhətdir”. İsa da “tanrını sınama” deməmişdimi? Ümumilikdə, din doqmatikdir, biliyə sahib olduğunu iddia edir, amma bilginin əldə edilməsi mexanizmi açıq deyil. Avtoritetdən gələn doğrular da oxşar şəkildə doqmatikdirlər. 59
Az Book Library
İndi insanların savadsızlığından ən çox bəhrələnən astroloqlar, ekstrasensler, falçılar və bu qəbildən olan digər fırıldaqçılardır. Bu insanları bircə sınaqla ifşa etmək olar. Amerikadakı “James Randi Vəqf”i müstəqil müşahidəçilər qarşısında hər hansı paranormal bacarıq yaxud hadisə nümayiş etdirən şəxsə 1 milyon dollar mükafat vəd edir. Özünə güvənən parananormallar bu testdə iştirak edə və asanlıqla milyonçu ola bilərlər. Sosiologiya və psixilogiya kimi elmlər spekulyasiyadan, aruqmenti olmayan səfsəfələrdən uzaq olmaq və elmilik statusu qazanmaq üçün təcrübəyə müraciət edirlər. Bu fənnlər insanın maariflənməsində müstəsna əhəmiyyət daşıyırlar və müasir insanın biliklər sisteminin ayrılmaz parçası olmalıdırlar. İnsanın özünü başqalarından kənardan görməsi, digər insanlarla harda eyniləşib harda fərqli olduğunu, doğulduğu və yaşadığı mühitin həyatına təsirinin dərk edilməsi üçün ancaq bu elmlərin köməyi ilə mümkündür. Hazırda praktikada sübut edilmiş çoxlu sayda prinsiplərlə yanaşı bu fənnlərin tarixində uğurlu və mübahisəli təcrübələr də çoxdur.
1. “Ulduz falı” eksperimenti Bir fransız alimi, doğum tarixi və yerini bildirən hər kəsin ulduz falına pulsuz baxacağı elanı verir. Müraciət 60
Az Book Library
edənlərin hamısına eyni fal və falın doğru olub olmadığını qeyd edəcəkləri bir anket göndərilir. Anketi doldurub geri qaytaranların 94%-i falın özləri və ailələri haqqında həqiqətlər daşıdığını bildirir. Əslində falda psixolojik portreti yaradılan adam bir qatildir.
2. “Bişən qurbağa” eksperimenti Bir qurbağa qaynayan suya atılsa, sıçrayıb sudan çıxar. Amma soyuq suya qoyulsa və su tədricən qızdırılsa təhlükəni hiss etməz və bişərək ölər. Bu, təcridi baş verən ciddi dəyişikliklərə insanların reaksiya verə bilmədiklərini təsvir edən bir metafordur. Amma 19cu əsrdə Almaniyada aparılmış təcrübələr göstərdi ki, su kifayət qədər yavaş qızdırıldıqda qurbağa sakitcə ölür və yuxarıdakı tezis təsdiq edilir.
3. “Milgram” eksperimenti Yeyl Universitetində Stanley Milgram tərəfindən aparılmışdır, məqsəd insanlara əxlaq normalarına ziddi əmrlər verildikdə onların avtoritetə tabe olub olmayacaqlarını müəyyən etməkdir. Təcrübə zamanı həqiqi elektrik şoku verdiyini zənn edən iştirakçılardan və cərəyanın təsirinə məruz qaldıqları rolunu oynayan aktyorlardan istifadə olunur. Milgram təcrübənin nəticəsini belə xülasə edir: 61
Az Book Library
“Adi insanlar, sadəcə öz işlərini görməklə və özlərində hər hansı düşmənçilik hiss etmədən dağıdıcı bir prosesdə iştirakçı ola bilərlər. Gördükləri işin dağıdıcı xarakteri məlum olduqda və onlardan əxlaqın təməl prinsipləri ilə uyğun gəlməyən əməllərini davam etmək lazım gəldikdə çox az adam avtoritetə tabe olmaya bilir”.
4. “Meymunlar və banan” eksperimenti Bu təcrübədən G.R. Stephensonun “Meymun, banan və su şırnağı eksperimenti” kitabında bəhs edilir. Beş meymun bir otağa salınır, tavandan banan asılır və otağa nərdivan qoyulur. Meymunlardan hansısa biri nərdivana çıxıb banan qoparmaq istədikdə ona və digər meymunlara soyuq və təzyiqli su sıxılır. Bu hal bir neçə dəfə təkrar olunduqdan sonra artıq meymunlar banan yemə arzularından əl çəkirlər. Daha sonra içəridəki meymunlardan biri yeni meymunla əvəz edilir. Təzə gələn meymun banan qoparmaq istədikdə su sıxılmır amma dörd “köhnə” meymun döyərək ona mane olurlar. Daha sonra köhnə meymunlardan daha biri yenisi ilə əvəz edilir. Bu hal bütün su sıxılmış meymunların yeniləri ilə əvəz edilməsinə qədər davam edir. Nəticədə otaqda heç vaxt su sıxılmamış beş meymun olur, amma heç biri başlarının üstündəki bananı yemək fikrində deyillər. 62
Az Book Library
5. “Stanford həbsxana eksperimenti” Bu təcrübə Stanford univerisitetində Filip Zimbardo tərəfindən aparılmışdır. Süni həbsxana şəraiti yaradılaraq tamamilə normal, təhsilli, ağ dərili insanlar şərti olaraq məhkumlara və nəzarətçilərə bölünmüşdür. Şərtiliyi unudub özünü rolun havasına düşən və məhkumlara zorakılıq tətbiq edən nəzarətçilərə görə təcrübə yarımçıq qalmışdır. Təcrübədən çıxan nəticə sistemin fərdin davranışını sifariş etməsidir. Bu təcrübə haddında “Youtube”-da “Səssiz qəzəb” (“Quiet rage”) adlı sənədli film vardır. Təcrübə haqqında 2001-ci ildə Almaniyada “Das Experiment” filmi, 2010-cu ildə isə bu filmin Adrien Brody-nin baş rolda oynadığı eyni adlı remeyki çəkilmişdir.
63
Az Book Library
RAMIZ RÖVŞƏN-67
Bu günlərdə sevilən şair Ramiz Rövşənin 67 yaşı tamam oldu. Ramiz Rövşən poeziyasının mahiyyəti və sevilmə miqyası dünyaya baxışımızda narahatlıq yaradan məqamlardan xəbər verir, çünkü şeir əksər hallarda sözlə açıq ifadə edə bilmədiyimiz, ancaq şüuraltında var olan hisslərin tərcümanıdır. Bəyəndiyimiz bir şeir, əslində həmişə hiss etdiyimiz, ancaq fərqinə varıb münasib sözlərlə ifadə edə bilmədiyimiz bir duyğunun, ovqatın ifadəsidir. Bu poeziyanın populyarlığını əsas alaraq, ruhumuza hakim olan əhvalın bizi yaradıcı və kollektiv işdən, ortaq maraqlar naminə sivil əməkdaşlıqdan məhrum etdiyini asanlıqla demək olar. Üstəlik, bir çox oxşarları kimi bu poeziya da Şərq insanının, dünyanı insanın istəyinə görə inşa ediləcək bir yer deyil (bunun üçün iki ən vacib metod-elm və dövlət Qərb icadıdır), ontolojik olaraq verilmiş, antihumanist bir məkan olması qəbulunun göstəricisidirapriori olaraq insan fəaliyyətinə maneələr yaratmaq bu poeziyanın əsas məqsədidir. Şərq şeirində insan passiv şikayətçi, ya da nəsihətçidir. Şeir, mövzusu və forması dəyişsə də, tarixin bütün dövrlərində və bütün xalqlarında populyar bir 64
Az Book Library
ədəbiyyat janrı olub, indi də belədir. Şeirin bu populyarlığının səbəbi insanın hisslərinə və şüuraltına xitab etməsi və analitik deyil, assosiativ düşüncə ilə əlaqədar olmasıdır. Bunu edərkən şeir insandan minimum hazırlıq tələb edir. Bu özəlliyinə görə şeirdən fərqli hiss edən insan (ki sonradan yeni düşüncəyə yol açmalı idi, düşüncə hisslərin uzantısıdır) yaratmaq məqsədiylə həm təbliğat, həm də satira kimi də geniş istifadə olunub. Dinlər, ideologiyalar və mühafizəkarlar ən böyük düşmənləri olaraq azad şairləri qəbul ediblər. Azərbaycanın düşüncə həyatında poeziya müəy yənedici yerə sahib olub. Yenilik ilə köhnəliyin savaşı ilk olaraq ya şeirdə ya da şairlər arasında baş verib, yenilik şeirdə ifadə olunub. Ancaq bizim poeziyanın böyük qismi formasını dəyişsə də mahiyyətcə klassik Şərq poeziyası olaraq qalıb. Burada bir neçə ənənəvi leytmotiv var: nakam məhəbbət, hökmdardan və “yar”-dan (qadının azad olmadığı Şərqdə onun “yar” kimi qəbulu da başqa bir illüziyadır) rəhm diləmə, nəsihət, ədəb qaydaları, dünyanın dəyərsiz görülməsi, susmanın, təslimçiliyin tərənnümü, dini fiqurların mədhi. Dünya ədəbiyyatında Nazim Hikmət , Bayron, Şekspir, Pol Valeri kimi görkəmli şairlər olub. Nazim ölənə qədər daha gözəl bir ölkə üçün mübarizə aparb, Bayron müharibədə həlak olub, Valeri təkcə şair kimi deyil, ciddi bir düşüncə adamı olaraq da təsirə malikdir. Bu gün Şekspir hələ də araşdırmaçı65
Az Book Library
larını təəccübləndirir. Kimi onda şüuraltının poetik ifadəsini ( “Hamlet” dramında Hamletin atasının ruhunun onunla danışması) görür, kimi emprisizmini (zəhərlənmə mövzulu tamaşa quraraq kralın və anasının davranışını izləməsi ) təqdir edir, kimi də İkinci Riçardın nitqində mili dövlət haqqında ilk ifadələri tapır. Məşhur İtalyan eşq hekayəsini yenidən yazan Şekspir, Cülyetta ilə Romeonu ənənəni heçə sayaraq görüşdürür. Avropada Renesansın yaranmasında şairlərin müstəsna rolu olmuşdur- Renesans dünyaya və insana dəyər verən, onları mərkəzə oturdan bir hərəkət idi. Şekspirin müasiri Füzuli isə salamının alınmamasından, qapısını küləkdən başqa heç kimin açmamasından şikayətlənirdi. Əslində şeiri qadağan edən bir dinin hegemonluğu altında şeir məhz bu cür deformasiya etməli idi. Azərbaycan tarixində də görkəmli şairlər-həm fəaliyyətləri həm də təbliğ etdikləri ideyalar baxımından-olmuşdur. Ancaq təəssüf ki Nəsimi kimi humanist şair ərəb işğalçıları tərəfindən, Müşviq kimi həyatsevər şair bolşeviklər tərəfindən öldürülmüşdür. Sovet dövründə icazə verilən mövzuların azlığı və bəsitliyi- əsasən sosialist realizmi- istedadsız şairlərin istedadlı və azad olanları qaralamalarına imkan yaratmışdır. Şeirin tariximizdə ən önəmli rol oynadığı hallardan biri Sabir satirasıdır. İlk dəfə olaraq “normal”ın əslində anormal olduğunu, onun karikatürizə edilərək kənardan necə gülünc görünməsini göstərən 66
Az Book Library
şair Sabir olmuşdur. Bu mənada onun Azərbaycan maariflənməsində müstəsna rolu olmuşdur. Deməli şeir hermenevtik olaraq ciddi potensiala sahibdir, şeir əgər ənənəçidirsə dövrünü, yenilikçidirsə mütərəqqi ideyaları açığa vurur. Bu gün Azərbaycanın ən populyar şairlərindən olan Ramiz Rövşən poeziyasının bu qədər sevilməsi və onun şeirlərinin mövzusunu eyni anda düşünəndə ortaya depressiv bir tablo çıxır. Çünkü Ramiz Rövşən dünyanı lənətləyən, ona inanmayan bir şairdir. Bu ənənəvi Şərq tərki dünyalığıdır ki maddi-bioloji olaraq dünyanı sevsə də epistemolojik və “siyasi” olaraq onu puç saymışdır. Ramiz Rövşənin poeziyasında diqqət çəkən qalın qara xətt- bunda bizim bu coğrafiyada keçirdiyimiz ağır əsrlərin izi olsa da- öz növbəsində bu qənaəti gücləndirir. Renesans şairləri antik yunan və Romanın dünya və insan sevgisini canlandırmaqla , bu gün dünyanın həsəd apardığı Avropanı yaradacaq bir hərəkatda mühim rol oynadılar. Əgər Ramiz Rövşən rəssam olsaydı, çəkdiyi şəkillərdə qara rəng dominantlıq təşkil edərdi. Onun poeziyasının yaratdığı melanxolik ruh halı, bir iki şeiri ilə məhdudlaşmır, yaradıcılığının böyük hissəsi bu ruhdadır və misallar tapmaqda heç bir çətinlik çəkmək lazım gəlmir. İndi düşünək ki, Ramiz Rövşən gənclərlə görüşür və bu daim gülümsəyən, nuranı şair onlara öz şeirlərini oxuyur: 67
Az Book Library
“Düşmən nədir, dost evini dost yıxar” –bu necə bir dostluq anlayışıdır? Bu şeiri bəyənən necə dostluqdan danışa bilər? “Bilsək dünyaya gəlməzdik”- gənclər üçün ən uğurlu stimul deyil hər halda. “Dünya qəfil işıqlansa görərik kim kimin evindən çıxır” –bu qaramatın ən ifrat forması deyilmi? Belə bir halın olacağına necə əmin olmaq olar? “Bu yaz gecəsində ölməyə nə var”-bütün dünya mifologiyasında yaz yenidən doğuşun mövsümüdür, şair belə bir zamanda da ölümü arzulayır. (Novruz Bayramında Kosa ilə Keçəl kimi xoşagəlməz tipləri yaşadır, onları köhnə ildən yenisinə aparırıq- bayramın səhnələnməsində dəyişiklik etmək, Kosa və Keçəli köhnə ildə tərk etmək lazımdır-simvolik də olsa, uzun müddətəd müsbət təsiri olar). “Qara paltarlı qadın qəbrim damır ağlama”bir qəbri dolduracaq qədər göz yaşı arzusu-insanın cəmi 70%-i sudur ki o da bir qəbri doldurmağa bəs etməz. Qaldı ki bir qəbir dolusu gözyaşı heç milyonların ölümündən yazan ədəbiyyatçıların belə ağlına gəlməyib. “Ümidim yox bir adama” “Çıx qapıya ölüm küsüb getməsin” “Bir ölüm havası dəysin üzümüzə” vs. Nyuton, yerə düşən almada ümumdünya cazibə qanununu gördü, biz isə düşünürük ki göydən başımıza daş yağar, çünkü “ göy üzü daş saxlamaz”. 68
Az Book Library
Təəssüf ki, Ramiz Rövşən poeziyasında belə yanaşma hegemondur və bu misalların sayı asanlıqla artırıla bilər. Qısaca, Ramiz Rövşəndə insanın “yük”-ü, hər zaman “insan”-dan böyükdür və Ramiz Rövşən bütün şairlər içərisində ən pessimistidir. Əlbətdə kədər, depressiv ruh halı insanlıq halıdır. Ancaq bu ovqatı Ramiz Rövşən kimi ontolojik apriori, varlıq halı kimi təbliğ etmək zərərlidir. İnsan, depressiya, stres kimi hallardan sıyrılırsa daha güclü olur, özünü gözdən keçirmə və yenilənmə şansı qazanır. Çin dilində “krizis” sözü “fürsət” və “təhlükə” heroqliflərinin birgə yazılması ilə ifadə olunur. Əgər dünyana gəlinməli yer deyilsə, insan heç kimə güvənməməlidirsə, dost evyıxandırsa bu dünyada nəyə istinad edib yaşamaq olar? Ramiz Rövşəni təbliğ edəndə həm də ciddi bir pessimizmin təbliğ ediləcəyini nəzərə almaq lazımdır. Əksər Ramiz Rövşənsevərlərlə danışarkən onlar şairin yaratdığı dünya tablosunun doğru olduğunu, şairin həqiqəti yazdığını bildirirlər. Əvvəla bu poeziyadakı dünyanın bütün neqativ hallarını yaşamaq və onunla razılaşmaq üçün insan necə bir həyat yaşamalıdır? İkincisi, depressiv, inamsız bir ruh halına xitab etmək həm ondan güc almaq, həm də öz növbəsində onu gücləndirmək deməkdir. Burada reallıq yox, reallığın necə dizayn edilməsi yatır. Belə bir poeziyanın təbliği, təsdiqlənməsi isə bu qara tablonun yayılmasına, insanların dünyanı elə qavramasına gətirib çıxarır. 69
Az Book Library
Ramiz Rövşən həm də o tablonu gücləndirir, dünyadakı pis və yaxşı arasında pisi qabardır, ontolojik olaraq insanı təslim edir. Halbuki dünyanı və insanları tənqid edən şairlər bunu daha yaxşı dünya və insan modelinin mümkünlüyünü nəzərə alaraq edirlər. Ramiz Rövşən poeziyasına qarşı olmaq dünyanın güllük-gülüstan olduğunu iddia edən bir polliannaçılıq deyil. Ancaq yaxşı bilirik ki dünya bu qədər pis olsaydı onda nəticə insan passivliyi olardı. Yaşayırıqsa, deməli insan fəaliyyətinə inanırıq. Əlbətdə Ramiz Rövşənin bu ruh halının yaranmasından məsul tutmaq olmaz, bu hal əvvəldən var olduğu üçün onun söz ustalığı ilə birləşərək geniş populyarlıq qazanır. Fəqət Ramiz Rövşən yüksək şairlik istedadı ilə bu görüşü həm də gücləndirir, təbliğ edir. Öz estetikası ilə legitimləşdirir. İnsanlar göydən ümidlərini kəsdikdə, onlara göydən kömək gəlməyəcəyini, gələn zərərlərə təbiət üstü gücün deyil, təbiət hadisələrinin səbəb olduğunu anladıqda bir birinə güvənərək, əməkdaşlıq edərək, iş bölgüsünə gedərək müasir dövləti və elmi yaratdılar. İnsan elastikdir -o həm də sizin onu necə görmək istədiyinizə görə formalaşır. Sosial sifariş necədirsə davranış da elədir.
70
Az Book Library
HALAL SIYASƏTIN SONU
Türkiyə Respublikası tarixinin ən böyük skandalını yaşayır. Ortaq keçmişi olan iki mühafizəkar güc vuruşur. Dini dəyərlərə istinad edən, pafosla, emosionallıqla din istinadlı mənəviyyatdan danışan iki lider və ətrafındakı qruplaşmalar makyavelistcəsinə bir birlərini təhdid edir, təhqir edir, qarğıyırlar, gizli çəkilmiş kasetlərlə şantaj edirlər. Sənədlər havada uçuşur, reaksioner qərarlar alınır, məmurlar kütləvi şəkildə vəzifədən çıxarılır. Tərəflərdən biri “Hocaəfəndi”, digəri Baş Nazir. Bir tərəfdə sıravi bir vaizlikdən özünün qurduğu nəhəng dini topluluğun liderliyinə yüksəlmiş, xaricdə yaşayan bir imam, digər tərəfdə demokratik seçkiləri qazanmış partiyanın formalaşdırdığı siyasi iqtidarın baş naziri kimliyində digər imam. Skandal sayılmasının səbəbi, xaricdəki imamın hökümətin önəmli nazirlərinə qarşı bir gecədə güc strukturlarındakı adamları vasitəsiylə əməliyyat keçirməsi, hökümətdəki nazirlərinsə keçmişi bilinməyən milyoner iş adamı ilə ifrat səmimiyyət içində olmaları, ondan yüksək dəyərli hədiyyələr almaları, bununla baş nazirlərini fakt qarşısında qoymalarıdır. 71
Az Book Library
Bir daha məlum olur ki dindən, dini dəyərlərdən danışmaq, dinə apelyasiya dindarı nümunəvi siyasətçi etmir, din siyasətə girəndə daha əxlaqlı siyasət yaranmır. Daha yaxın keçmişə qədər bu güclər həmfikir və əlbir idilər, əməkdaşlıq edirdilər, Türkiyə Respublikasının sekulyar quruluşunu ortadan qaldırmağı ortaq hədəf olaraq görürdülər. Türkiyədə yaşadığı zamanlarda seçkilərdən əvvəl partiya liderlərinin Hocaəfəndidən dəstək istəmələri ənənə idi. Əvvəllər fərqli partiyalardakı öz adamlarına səs verən camaat, ilk dəfə bütövlükdə AKP-ni dəstəklədilər. Bu savaşın kəskinləşməsi ilə “takiyyə” taktikasından vazkeçdilər, çox zaman bir camaatın belə varlığını inkar edənlər, onların quruluşlarını müstəqil təhsil ya da medya quruluşları kimi təqdim edənlər indi açıq adlar hallandırır, tərəflər aydınlaşır, vahid mövqe sərgiləyən, orqanik bağları olan müxtəlif qurumlar və şəxslər “camaat” adından çıxış edir. Tərəflərdən biri heç bir rəsmi məqamı, akademik ya da biznes keçmişi olmayan, ayrılıqda xeyli müxtəlif profilli qurumlara sözü keçən, yüzminlərlə tərəfdarı olan, ancaq rəsmi olaraq mövcud olmayan bir dini icmanın başındadır. Pensilvaniyadan dövlətin önəmli strukturlarındakı ona sadiq insanlar tərəfindən Türki yənin altını üstünə gətirə bilir . Dövlətin nüfuzuna dəyən ziyanı ölçmək mümkün olmasa da skandalın vurduğu maddi ziyanın milyardlarla dollar olduğu deyilir. 72
Az Book Library
Səhv və ya düz, az və ya çox müstəqil siyasət aparmağa çalışan indiki baş nazir, distansiyon idarə olunma prinsipi ilə idarə olunmaq istəmədiyi üçün cəzalandırılır. Baş nazirin nazirlərinin rüşvət almasın dan xəbər tutmasından öncə, camaat mənsubları bunu bilir. Gücləndikcə özünü ”tək adam” kimi görən baş nazir, səhvlərini önəmsəmir artıq, etdiklərinin istisnasız doğru olduğuna inanır. Özünü gücün kibrinə qapdırır. Hər iki tərəf də dinə appelyasiya etdkləri üçün qarşı tərəfi bu səfər “kitapsız”, “imansız”, “dinsiz” deyə ittiham edib gözdən sala bilmirlər. İmanlı insanlar gizli çəkilmiş kasetlər üzərindən vuruşurlar. Sekulyar Türk seçicisi isə dini rəhbərlərin və tərəfadarlarının mübarizəsinə tamaşa edir. Sanki türk seçicisi ümidini üzüb, dini populizm ölkəni başına aldığı üçün çarəsizcə bunların davasına sevinirlər. Effektsiz müxalifət əllərini ovuşdurur. İndidən bu prosesin nə ilə nəticələnəcəyini demək çətindir. Hər iki tərəf bir birini yaxşı tanıyır və kifayət qədər güclüdürlər. Ancaq nəticə nə olursa olsun bu günkü Türkiyənin halı üzücüdür, iki imam hakimiyyət uğrunda vuruşur. Atatürkün öz ölkəsini sağlam prinsiplər əsasında qurmasına və doğru istiqamət verməsinə baxmayaraq, Atatürk sonrası kamalist elit və bürokratiya kamalizmi bir din kimi yaşadılar, “Ölkəni Atatürk qurubsa o da yaşatmalıdır” düşüncəsində oldular. İşlər çətinə düşəndə həll yolu tapmaqdansa az qala “Atam gəl xilas et” deyib dualar oxudular. Atatürk sonrası 73
Az Book Library
kamalistlər xalqı sahiblənmədirlər, hətta kamalizmi sıravi xalqla aralarına məsafə qoymaq üçün istifadə etdilər. İllər əvvəl yaranmış gərginlik Ərdoğanın kursları və dərsanələri bağlama niyyəti ilə son fazasına keçdi. “Camaat” dərsanə mərkəzlidir, yola təhsillə çıxdılar, tərəfdarlarını və sərmayələrini kurslardan, dərsanələrdən qazandılar. Dərsanələr, camaatın qirmızı xəttidir, öz kadrlarını dərsanələrdə yetişdirib universitetlərə göndərdilər, “dərsanələrə əl uzandı” deyə dinlərarası tolerantlıq nümunəsi kimi göstərilən hoca bir anda öz dindaşlarına təhdidkar oldu və qarğımağa başladı. Minlərlə kilometr uzaqdakı Pensilvaniyadan, sadəcə sözünün gücü ilə höküməti sarsıdır. Baş verənlər həm krizis, həm də fürsətdir. Türklər ortaya sağlam düşüncə və iradə qoya bilsələr, tam şəriət qurulmadan onları nəyin gözlədiyini vaxtında anlasalar, yeni yol seçə bilərlər. Bu krizis, həm də xəbərdarlıqdır. Bu hadisələrdən Azərbaycan üçün çıxarılacaq dərs də var. İƏT-nın 57 üzvünün indiki halı, qonşuluqda baş verənlər, son 30 ildə Şərqdə radikalizmin artması bizi narahat etməlidir. Din şəxsi məsələ olmalı, ictimailəşməməlidir. Elm və dövlət din sonrası qurumlardır, bunları dinə təslim etmək tarixi geri döndərməkdir. Azərbaycanda hərkəs dinə apelyasiya etməyi özünə borc bilir, alimlərimiz elmin dinə gətirdiyini iddia edir, cəmiyyətdəki problemləri “dinsizliyə” bağlayırlar. İdeoloji zəmin hazırlanır: “bu 74
Az Book Library
qədər problem var və onun tək həlli dindir”. Dünyəvi biliklərin və siyasi savadın aşağı olması, təhsilin müasir standartlara cavab verməməsi, insanların öz gələcəklərini görə bilmədiyi siyasi nihilizm duyğusu dinin lehine işləyir. “Bizdə şəriət olmaz” deyə arxayınçılıq var, ancaq məzhəb mübarizəsi mütləq olacaq. Niyə bizim vətəndaşımız doğru dürüst anlamadığı 6-cı əsr ehkamları üçün birbirini bıçaqlamalıdır? Müasir dünyaya və ölkəsinə bu qədər yadlaşmalıdır? Dünyəvi idarə heç kimin ibadətinə, inancına mane olmur, vətəndaşlıq statusu isə hərkəsin təməl hüquqlarını təmin edir. Ancaq ideologiyaların ilk işi nəzər və praktik olaraq “bizdən olanlar və olmayanlar” ayrımına gedib ölkə vətəndaşlarını bölməkdir. Heç bir dövlət asana qaçıb vətəndaşlarına təmin etməyə məsul olduğu keyfiyyətli təhsil, iş və səhiyyə xidmətini başqa güclərə həvalə etməməlidir. İnsan təhsillə insan olur, yaxşı təhsili kim verirsə ona lazım olan insan tipini o yaradır. Dövlət keyfiyyətli təhsili sadəcə az sayıdakı insanlara baha qiymətə yox, pulsuz olaraq bütün ölkə vətəndaşlarına təmin etməlidir. Orta ümumtəhsil məktəbləri ilə özəl məktəblər arasında uçurum olmamalıdır. Bir ölkənin əsas sərvəti yaxşı təhsil almış, ixtisas sahibi, sağlam düşüncəli vətəndaşlarıdır. Demokratiya bir metoddur, əgər sekulyar düşüncə və praktika dominant olmasa, demokratiya dini populizmin hakimiyyətə gəlməsinə mane olmaz. Demokratiya olmadıqda da radikallaşma baş verir. Demokratiya 75
Az Book Library
və sağlam düşüncəli vətəndaşlar sivil ölkə üçün vacib şərtlərdir. Ölkə insanı küsdürülməməli, aidiyyat duyğusu hiss etməli, ölkəsinə yadlaşmamalıdır, diqqətdən və qayğıdan kənarda qalmamalıdır. Bir ölkənin əsas yükü hər zaman və ən çox “sıravi” vətəndaşlarının çiynindədir. Bu gün Azərbaycanda verdiyi təhsilin keyfiyyətinə görə ən qabaqcıl məktəblər hansılardır?
76
Az Book Library
MASON MÜƏLLIM
Orta Doğu Texniki Universitetində oxuyarkən bizə “Fizikada riyazi metodlar” dərsini keçən professor Əhməd hoca tələbələri tərəfindən çox sevilirdi, yaxşı insan və yaxşı müəllim idi. Hansısa nevroloji xəstəlikdən əziyyət çəkən Əhməd hocanın əlləri sözünə baxmırdı, ancaq keçdiyi dərslər qüsursuz idi. Dərslərində əsas mövzunu bitirdikdən sonra elm tarixindən, elmi düşüncədən, oxuduğu kitablardan mütləq danışardı. Əhməd hocanın əlləri əsdiyi üçün bəzən məndən onun kompüterindən hansısa materialı tapmağı ya da kiməsə email göndərməyi xahiş edirdi. Bir dəfə istədiyi materialı axtararkən “ Loja”, “Masonluq”, “İclas mövzuları” kimi fayl adları diqqətimi çəkdi, bu fayllar kompüterin hansısa küncündə yox, hamının görəcəyi yerdə, masaüstündə idi. Əhməd hoca açıq fikirli, tələbələri ilə rahat ünsiyyət quran müəllim idi, fürsət olsa onun özünə bəzi suallar vermək olardı. Sonrakı günlərdə məndən kitabxanaya gedib elm tarixi ya da fəlsəfəsinə dair bir 77
Az Book Library
kitab tapmağımı xahiş etdi. Bir tədbirdə elmi düşüncə haqqında çıxış etmək istəyirdi. Kitabı tapıb gətirdim və hocanın mason olub olmadığını soruşdum. Mason olduğunu təsdiqlədi. Hərhansı bir mason istəsə mason olduğunu açıqlaya bilərmiş, buna hansısa qadağa yox imiş. Bu haqda vaxtı olanda onunla danışmaq istədiyimi bildirdim. Bir gün dərslər bitdikdən sonra Əhməd hoca ilə ODTÜ-də gəzişdik. Ona masonlar haqqında bildiklərimi dedim və niyə türk-islam aləminin inkişafına mane olduqlarını soruşdum. Əhməd hocanın bu haqda danışdıqlarından bunları xatırlayıram: -Çox maraqlıdır ki, az inkişaf etmiş ölkələrdə ölkənin inkişaf etməsini istəyən insanlar düşmən kimi görülürlər. Hamıya sərf edən bəşəri dəyərlər, təcrübədən keçmiş institutlar, yaşanmış təcrübələr var, ancaq sən bunu bizim kimi ölkələrdə yaymaq istəsən, səni düşmən elan edərlər. Biz əsrlərdir ayaqlarımızı qandallayan köhnəliyi sevirik, bizi batırsa da yenə qurtuluşu onda görürük. Masonlar istər Fransız və Amerikan inqilablarında, istər maarifçiliyin və azad düşüncənin yayılmasında istərsə də bizim Türkiyənin müasirləşməsində müstəsna rol oynadılar. Ancaq biz tənbəl millətik. Hələ də İstanbulu almağımızın qürurunu yaşayırıq. Düşünürük ki 500 ilə əvvəl İstanbulu almışıqsa hamı bizə hörmət eləməlidir və biz işləmədən, düşünmədən, istehsal 78
Az Book Library
etmədən inkişaf etməliyik. Bu olmursa, günah masonlardadır. Hökümət problemlərin qaynağını xarici düşmənlərdə, xalq isə masonlarda görür. Dörd bir yanımız xarici və onların uzantısı olan daxili düşmənlərdir. İdarəçilərimizi bu xalq seçir, odur ki günahı üstündən atmaq üçün ona “günah keçisi”masonlar lazımdır. Xalqımız ona nağıl danışanlara hörmət edir, yetər ki onun nə qədər bacarıqlı olduğunu, əsrlər əvvəl necə mükəmməl olduğunu, indi işlərin pis getməsinin səbəbinin masonlar olduğunu de. Heç kim soruşmaz “bayram deyil seyran deyil”, məni niyə bu qədər tərifləyirsən? İndi şou-biznesdən də asan şöhrət və pul qazanmaq imkanı var, otur bir kitab yaz masonlar haqda, hamını mason çıxar. Heç kim soruşmaz sən bu qüdrətli təşkilatın sirlərini hardan bilirsən? Yəni iddia etdikləri kimi güclüysə masonlar, bir Harun Yahyayla ilə niyə bacara bilmirlər? Üstəlik, üç dindən birinə inanmayan mason ola bilmirsə, masonların din düşməni olduğu hardan çıxdı? Şişirtmək bizim sevimli məşğuliyyətimizdir. Bizim fizika fakültəsini götür. Ən yaxşı müəllimlərimizdən biri Ordal Demokandır, yəhudi olsa nə fərqi var, mason olsa nə dəxli var? Dəfələrlə İsrailə dəvət etsələr də getmir, “mən türkəm” deyib burda qalır. Tələbələrimizə bax, əksəriyyət fizikadan başqa hər şeylə məşğuldur. Bu universiteti Amerika qurdu. Məqsədi Orta Şərq ölkələrinə alim və mühəndis hazırlamaq idi. Bütün dərs proqramını, kitablarını onlardan götürdük. İn79
Az Book Library
dinin özündə də ən yaxşı müəllimlərimiz Amerikanın təqaüdü ilə orda oxuyub gələnlərdir. Amma bu universitetə girmək üçün illərlə çalışan gənclərimiz bura daxil olan kimi ya solçu olub Amerika düşməni olurlar, ya da dindar olub masonları ifşa edirlər. Bir neçə ilə qədər bu fakültədə Marks Nyutondan daha hörmətli idi. Fizika tələbələri fizika öyrənmək yerinə sosialist inqilabı eləmək fikrinə düşmüşdülər. Dərslərə gələn yox idi, hamısı mitinqə gedərdilər. Sonra da illərlə burda sürünüb məzun ola bilməyəndə ODTÜ fizikanın dünyanın ən çətin fakültələrindən biri olduğu əfsanəsini yaydılar. ODTÜ-də Amerika səfirinin maşını yandırıldı, təşkilatçılar fizika tələbələri idi. Bu qərara gəlindi ki, tədris yükünü artırmaq lazımdır, bəlkə bu halda tələbələr dərslərini ciddiyə alarlar. Burada Albaniyanın marksist diktatoru Ənvər hocanın, incəsənət fakultəsindən qovulmuş Harun Yahyanın sözü elmin sözündən daha etibarlı sayılır. Ali Demirsoy ODTÜ-də təkamül nəzəriyyəsi haqqında seminar verdi. Dünya şöhrətli bu bioloqun seminarına nə qədər adam gəlmişdi? Türkiyədə asan yolla etibar qazanmaq istəyirsənsə otur masonlardan bas bağla. Gördüyün hər simvolu, hər diktatoru, yazıçını, palto geyinib əlini cibinə salanı mason elan et. Heç kim soruşmur ki masonlar bu qədər güclüdürsə sən onları hansı ağılla, hansı resursla ifşa edirsən? Dindarlara bax, sanki özləri dini oxuyub anlaya biməzlərmiş kimi harda hacı hoca varsa gözləri onun 80
Az Book Library
ağzındadır, üstəlik deyirlər ki, islamda ruhanilər sinifi yoxdur. Sonra bunlardan dəyirmanın suyunun hardan gəldiyini soruşanda, o qədər cariyəni hardan aldıqlarını soruşanda sənə mason tələsi qurduğunu desinlər. Biz masonlar bir zamanlar maariflənməyə xidmət edirdik, indi fırıldaqçılar üçün “gunah keçisi” olmuşuq. Bizim sağcımız da solçumuz da çox oxşardır. Oxumayıblar və elmdən də xəbərləri yoxdur. Amma soruş sənə bütün dünyanın gedişatını və qurtuluşun reseptini desinlər. Sən bir problem olduğunu qəbul etməzsən onu həll edə bilməzsən. Biz isə ya oxumuruq ya da zatən bizim düşüncələrimizi təsdiqləyən şeylər oxuyuruq. Ən yaxşısı nə bahasına olur olsun inanmaq istəyən və tək kitaba inananlardan uzaq durmaqdlr. Akvinalı Foma necə demişdi? “Timeo hominem unius libri”-Tək kitablı insanlardan qorxuram. Sonra hoca yoruldu və mövzunu dəyişdi. İstər istəməz bizim fizika fakultəsinin tələbələrini xatırladım. Açığı ODTÜ fizikada tələbələr arasında elmdən çox sosialist inqilabından və masonluqdan danışılırdı. Köhnə SSRİ-dən olduğumu biləndə solçular böyük maraqla sual verib “hə” cavabı gözləyirdilər. SSRİ-də hər şeyin ideal olduğu sualına “hə” cavabı verməsən küsüb uzaqlaşırdılar. Hər il keçirilən Bahar festivalında Rusiyadan gələn folklor qrupunun ifasına ağzını ayırıb qulaq asan solçulara mahnı mövzusunun Mari81
Az Book Library
yanın itmiş keçisi olduğunu deyəndə aqressivləşdilər. Onlar mahnının xalqlar dostluğu mövzusunda olduğunu düşünürdülər. Dindar tələbələrin isə namazdan, orucdan, axşam söhbətlərindən fizika oxumağa vaxtları qalmırdı. Sonra da onları masonlar imtahandan kəsirdilər. Bəzi müəlimlərin nəzərində sırf soyadıma görə “şəriətçi”, SSRİ-nin ideal olmayıb beynəlxalq imperializmdən ziyadə öz daxili problemləri ucbatından dağıldığını söylədiyim üçün solçulara görə “faşist”, türk xalqlarına birmənalı zülm edildiyini təsdiq etmədiyim üçün millətçilərə görə “kommunist” və “Rusiya heyranı”, Harun Yahyanın Darvini təkzib etməyinə ciddi yanaşmadığım üçün dindarlar tərəfindən “ateist” hesab olunurdum. Aradan bir neçə il keçdi, böyük fizik Ordal Demokanı yolu keçərkən 17 yaşlı sürücülük vəsiqəsi olmayan bir “avtoş” vurub öldürdü. Ailəsi qəzada həlak olan Ali Demirsoya ateist olduğu üçün xeyli anonim acıq verən məktublar gəldi dindarlardan, “Allah adamı belə cəzalandırar deyə” yazdılar. Məşhur Cübbəli Əhməd Hocanın otel hovuzunda yarıçılpaq qızların əhatəsində şəkilləri yayınlandı, müridləri “mason komplosu” dedilər. Hüzuruna Tunisdən xanımlar gətirdilər, özünün dediyinə görə bu xanımlar tələbə imiş, hoca da onlara təqaüd verirmiş. Görünür, xanımlar onu səhv başa düşüb pul görən kimi soyunurmuşlar. Harun Yahyanın Ankara Əmniyyətində verdiyi ifadə yayınlandı, dini bilgisi olmadığını, həbs 82
Az Book Library
olunarkən bir xanımla namünasib vəziyyətdə olduğunu, kasıb bir insankən necə varlandığını, siyasətçiləri necə şantaj etdiyini detalları ilə açıqladı. Türkiyənin bir vaxtlar “ən bərk gedən masonlarından” sayılan Məsud Yılmaza siyasi rəqiblərinin sifarişi ilə fotomontajla mason paltarı geyindirib bu şəkilləri yaymaqla onu gözdən salmaq istədiklərini də boynuna aldı. Amma bütün bunlara baxmayaraq Harun Yahya masonları məğlub elədi. Türkiyədə fəalliyyətlərini genişləndirməklə qalmadı, Azərbaycanda da kitabları çap olundu, xeyli tərəfdar topladı. 2004-cü ildə “Elm və Həyat” jurnalında bir biologiya elmləri doktoru “türk alimi Harun Yahya təkamül nəzəriyyəsi təkzib etdi” adlı məqalə yazdı. Elmlər doktorunun Harun Yahyaya alim dediyi mühitdə elə Harun Yahya da “ağıl hocası” olar. Bu normaldır.
83
Az Book Library
TƏNQID EDƏNƏ SÖYÜŞ QOYMAQ Misyonerlər Afrikaya gələndə onların İncili, bizim torpağımız var idi. “Dua edək” dedilər, gözümüzü yumub dua etdik. Gözümüzü açanda İncil bizdə, torpaq onlarda idi. Desmond Tutu
Bu yaxınlarda orta məktəbdə riyaziyyat müəlli mimiz olmuş Bəhmən müəllimlə rastlaşdıq. 20 ildən sonra onu ilk dəfə görsəm də, əslində tez tez xatırladığımı fərq etdim. Hər dəfə Fibannoççi ədədləri, sonu 5 ilə qurtaran ədədlərin şifahi vurulması, hüceyrə və atomun hansı strukturların elementləri olduqları kimi mövzularla rastlaşanda, bunları bizə öyrətmiş Bəhmən müəllimi xatırlayıram. Bəhmən müəllim həm də şahmat müəllimiz idi, müxtəlif açılışları, kombinasiyaları, oyun sonluqlarını, şahmat taxtasındakı vəziyyətə görə hansı fiquru qurban verməyin, hansını saxlamağın doğru olduğunu bizə öyrətmişdi. Artıq həyatda olmayan, hər ikimizə dərs demiş müəllimlərimizi xatırladıq. Tarix müəlliməmiz Arəstə xanım tarix sinifini muzey halına gətirmişdi, 84
Az Book Library
divar boyu rəflərə müxtəlif tarixi əşyalar düzdürmüşdü, girişə “Hər saxsı parçası hər məzar daşı, nəsildən nəsilə bir yadigardır” şeirini yazdırmışdı. Azıx mağarasına ekskursiyalar təşkil etmiş, Haramı düzündəki qoç heykəlləridən bir neçəsini məktəbin həyətinə gətirmək üçün təşəbbüs göstərmişdi. Kəndin yaşlılarından topladığı bilgiləri yazdığı qalın dəftərləri var idi. “Atam bəyin nökəri idi, sovet höküməti olmasa mən də bəyin oğlunun nökəri olacaqdım-sovet höküməti sayəsində müəllim oldum” cümləsini təkrar etməkdən usanmayan Azərbaycan dili müəllimimiz Eyyub müəllimi xatırladıq. Sovet hökmətinə duyduğu borcu yorulmadan və həvəslə dərs keçməklə ödəməyə çalışırdı. Ədəbiyyat müəllimimiz və direktorumuz Arif müəllimin Nizami və Füzulinin “Leyli” obrazlarını müqayisəli təhlil edərək obrazlar arasındakı fərqlərin iki dövr arasındakı fərqləri əks etdirdiyini göstərən dərsindən sonra ədəbiyyatçı olmağa qərar vermişdim. Ancaq fizika müəllimiz Şirəli müəllimin Arximedin tacın qızıl olub olmadığını yoxlaması mövzulu məsələni izahından sonra fikrimi dəyişib fizika oxumağa qərar verdim. Sırf hər dəfə bizimlə rastlaşanda “İndi nə oxuyursan?” deyə soruşan rus dili müəllimimiz Rasim müəllimin razılıqla başını tərpətməsi üçün kitab oxumaq məsuliyyəti hiss edirdik. 85
Az Book Library
Bəhmən müəllim təvazökarlıq edərək “İndi əv vəlki şagirdlər yoxdur” dedi. Əslində” İndi əvvəlki müəllimlər yoxdur” deməli idi. Orta məktəbi bitirdiyimiz ərəfədə SSRİ dağıldı, müharibə başladı və təhsilimiz sürətlə tənəzzül etməyə başladı. SSRİ-nin bəlkə də yeganə yaxşı mirası olan sadə xalq üçün keyfiyyətli təhsil yoxa çıxdı, xürafat qanad açıb uçdu, “qənaət rəhbərləri” olaraq müəllimlərin yerini ekstrasenslər, hocalar, mollalar, cindarlar, falçılar aldı, pirlərin təsiri məktəbin təsirini üstələdi. Manıslar rol modelləri oldular. Müəllimlik əsasən ailəyə əlavə qazanc gətirən rutin bir iş ya da dərsdən kənar repetitorluq səviyyəsinə endirildi. 20 ildə normal dərslik yazılmasına belə nail ola bilmədik, bir ədəd belə elmi populyar kitab yazılmadı, tərcümə edilmədi. Əvəzində hər cür fırıldaqçının kitabları tərcümə olundu-Harun Yahya adlı ruhi xəstənin “kitabları” Axundov adına Milli Kitabxanada öz yerini aldı. Əqli acizliyimizin, özümüzə inamsızlığımızın, özümüzü sevməməyimizin, gələcəyimizə bəslədiyimiz məsuliyyətsizliyin nəticəsi olaraq biriləri ölkəmizə din və təhsil ixrac etməyə başladılar. Bizə necə yaşayacağımızı, nəyə inanacağımızı yuxarıdan baxan təkəbbürlə göstərməyə başladılar. Halbuki, heç şişirtmədən azərbaycanlıların təhsilinin və dünyagörüşünün yaxın zamanlara qədər bütün İslam ölkələrindən daha yüksək olduğunu iddia edə bilərdik. Bu, 90-cı illərin əvvəlləri üçün 100% doğru idi. Ancaq biz alim ixrac edib molla idxal etdik. Burada 86
Az Book Library
qalan alimlərimiz isə mələyin sürətini ölçməyə, Harun Yahyanı təbliğ etməyə, Amerikada İslamın sürətlə yayıldığını göstərən sosioloji araşdırma yazısı yazmağa başladılar. Elmin dinə vardığını göstərməyi özlərinə borc bildilər. Türkiyədə müğənni yarışlarında iştirak edən həmyerlilərimizlə ya da mahnımızın oxunması ilə fəxr edəcək qədər hədəfimiz balacalaşdı. Xaricdən gələn dini və milli dona bürünmüş ideologiyalar və şüarlar öz məqsədlərinə çatdılar. Onlar bizi və tariximizin mütərəqqi hissəsini öz gözümüzdən salmağı bacardılar. Ən önəmlisi, qarşı çıxıldığında tənqidçiləri “qanıpozuq”, “din düşmanı” kimi damğalayıb onları müdafiə edən tərəfdarlarını yaratdılar. Bütün bu xaricdən gələn ideologiyalarınşüarların arxasında ixracatçıların siyasi və maddi mənfəətlərinin yatdığı şübhəsizdir. Öz soydaşlarına qarşı kifayət qədər skeptik olan azərbaycanlılar kimlərinsə “qara qaşımıza, qara gözümüzə aşiq olub” bizi ağ günə çıxarmaq istədiklərinə ürəkdən inandılar. Özümüzə şübhəçilik əcnəbilərə duyulan kompleksli heyranlıq ilə paralel inkişaf etdi. Şərqdə ilk demoktratik respublikanı qurmuş, elmi nailiyyətlər əldə etmiş, incəsənətin müxtəlif sahələrində uğurlar qazanmış azərbaycanlılar, nağıl oxuyanların moizələrinə qulaq asmağa başladırlar. Bu sadəcə sıravi xalq üçün yox həm də ortalamadan yuxarıda olanlar üçün doğrudur. Bəhmən müəllimlə söhbətimizdən bir gün sonra mətbuatda hüquqşünas, millətvəkili, partiya sədri 87
Az Book Library
Fazil Mustafanın “Nurçuları tənqid edən şərəfsizdir” fikrinə rastladım: ““Azərbaycanda bir məktəb belə açmayan şərəf sizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır. Məsələn, əgər 10 məktəb açsam, məndən xoşbəxt insan ola bilməz. İndi bunlar yüzlərlə məktəb açan adamları təhqir obyektinə çevirirlər, amma özləri bir məktəb də açmayan şərəfsizlərdir. Elə ona görə də bu məsələlərdə güzəştə getmək olmaz”. Ərəb işğalçılarına qarşı vuruşmuş Babəkə “sapık” deyən, rektoru müəllimin Həccə getməsinə icazə vermədiyi üçün ADNA-nı “Mazut Akademiyası” adlandıran müəllif, indi də nurçuları tənqid edənləri “şərəfsiz” adlandırır. Müəllif “nurçu” ifadəsinin işlətməklə belə bu təhsilin sadəcə təhsil olmadığını, arxasında “nurçuluğun” dayandığını etiraf etdyinin fərqinə varmır. Nurçuların təhsil fəaliyyətini isə dini təbliğatdan ayrı düşünmək mümkün deyil. Nurçu litseylərinin uğuru əslində bizim təhsilin tənəzzülü fonunda uğurdur, əlahiddə bir məxsusiliyi yoxdur. Nurçuları tənqid edən niyə şərəfsizdir? Bir zamanların Fransız İnqilabından yazan müəllifi indi tənqidin qarşısını söyüş qoyaraq almağa çalışır, məktəb açmaq sanki tükan açmaq kimi asan imiş kimi nurçuları tənqid etmək üçün əvvəlcə məktəb açmaq şərti qoyur. İllik təhsil haqqı olduqca yüksək olan bu mək təblərin “Allah rızası üçün” açıldığına inanmaq üçün bir az saf olmaq lazımdır. Hər şeydən öncə bu 88
Az Book Library
məktəblər bir işlətmə-kar müəssisəsidir, xeyriyyə qurumu deyildir. Böyük bir iqtisadi-siyasi hərəkatın vitrini olan bu məktəblərin-kursların günümüz Tür kiyəsinin indiki halındakı rolunu görməmək məlu matsızlıqdan başqa bir şey deyil. Ancaq bugün Azərbaycanda nurçu litseyləri ilə fəxr etmək həm də öz acizliyimizlə fəxr etməkdir. Biz övladının təhsili üçün hər fədakarlığa hazır əhalisi, imkanı olan dövlət və ciddi təhsil keçmişi olan bir sistemdən ayrılma bir ölkə olaraq normal orta təhsil niyə yarada bilmirik? Müəllim yetişdirmək və dərslik hazırlamaq bu qədər çətindirmi? Bir neçə il əvvəl “Gündəlik Azərbaycan” qəzetində fizika dərsliklərindəki səhvlər haqqında yazı yazmışdım, yazıdan sonra Fizika İnstitundakı bəzi müəllimlərin də dərsliklərdəki nöqsanlar haqqında mətbuatda çıxış etdikləri, fəqət heç nəyə faydası olmadığı məlum oldu. Əvəzində o zamankı nazir “Bu litseylərin uğuru bizim uğurumuzdur” deyə özünə fəxr bəhanəsi tapmışdı. Nurçu litseylərin uğuru, bizim təhsilimizin tənəz zülü fonunda dəyərləndirilməlidir-bu özündə olanın tənəzzülünə laqeyid qalıb eynisini daha yüksək maliyyətlə xaricdən idxal etməkdir. Bu gün elə bir ölkə varmı ki o ölkənin ən yaxşı məktəbləri xarici mənşəli olsun? Əgər xaricdən bir ideologiya ixrac olunursa, o ideologiyanı ixrac edənlər bundan gec tez siyasi və maddi qazanc götürürlər. İstər “Allah rızası” olsun, istər başqa milli şüar olsun, bunlar vitrindirlər. Ar89
Az Book Library
xasında təbliğatçıların maraqları dayanır. Heç bir dövlət öz ölkəsində onun Konstitusiya ilə təsbit olunmuş təməllərini hədəf alan kənar güclərin təbliğatına imkan verməməlidir. O təbliğat ki, bütün insanların qeydsiz şərtsiz hüquqi və fürsət bərabərliyini yox, bir qrup insanın (onların iddia və şüarlarını bölüşənlərin) digərlərindən üstünlüyünü təbliğ edir, cəmiyyəti inanc və cins əsasında təbəqələrə ayırır. Bütün ideologiyalar separatistdir, ”bizdən olanlar” və “olmayanlar” fərqi qoyur və insan müxtəlif liyininin zənginliyini özündə ehtiva edə biləcək heç bir ideologiya yoxdur. Başqalarının ideologiyası insanı öz ölkəsinin problemlərinə yadlaşdırır. Ərəb işğalçılarına qarşı vuruşmuş bir qəhrəmana “sapık” demək, Neft Akademiyasını “Mazut Akademiyası”, nurçuları tənqid edənləri “şərəfsiz” adlandırmaq öz ölkəsinə və tarixinə yadlaşmanın nümunəsi deyilmi? Feyerbax, dinin insanı öz təbiətinə yadlaşdırdığını qeyd etmişdi, biz bu yadlaşmanı öz tarixinə və ölkəsinə qarşı da görürük. Açığı dindarların bu qədər əmin olmaq üçün dinin legitimliyini hardan aldıqları da maraqlıdır. Bəlkə son 30 ildə İslam coğrafiyada baş verənlər, 57 İƏT üzvünün dünya ölkələri arasındakı müqayisəli yeri kafi nümunələr deyilmi? Onlar əsl İslam deyil deyirlər, bəs əsl İslam hardadır, yoxsa Platonun ideyalar aləmində? Bu gün ən yaxşı formasına Avropada çatmış dün yəvi dövlətin alternativi yoxdur, o hərkəsin fərqli düşünmə və yaşama haqqını təmin edir, dini dövlət 90
Az Book Library
isə ilk iş olaraq “bizdən olanlar” və “olmayanlar” ayrımına gedir. İnsanın vicdanlı, dürüst, savadlı və tolerant olması üçün dinə ehtiyac yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələri dindən uzaq olanlar deyilmi? Bu həm də dindarların vətəndaşlıq üçün müraciət etdikləri ölkələrdir. Bizə dini dövlət lazım deyil. Bu gün bütün mə sələlərə din prizmasından yanaşmaq şəriəti istəmənin ilk işarəsi deyilmi? Cəmiyyətdə problemlər çoxdur və həll olmadan qalır. Getdikcə daha çox insanlar problemlərin həllinə dini yanaşma təklif edirlər. Bir gün “bu qədər problem var, bunların da tək həlli dindir” fikrini əksəriyyət bölüşsə, şəriətin zehni əsası hazır olacaq. Bəlkə bir dəfə də formal olaraq yox, həqiqətən, ciddi şəkildə sınamamış təslim olmayaq? Təhsildə sırf öz qaynaqlarımız hesabına hansı uğurlar qazanacağımızı görmək üçün fizika-riyaziyyat və kimyabiologiya təmayüllü məktəbləri pilot məktəb kimi seçmək, maddi-texniki bazasını gücləndirmək və biraz da müasir təhsil nəzəriyyəsi ilə menecment əlavə etmək kifayət edər. Sonra bu modeli bütün ölkə üzərə ümumiləşdirmək olar. Hər bir vətəndaşa keyfiyyətli təhsil təmin etmək dövlətin başlıca vəzifələrindən biridir. Bu, həm də dövlətin davamlılığının birinci şərtidir, neft qurtarar ancaq insan zəkası tükənməz.
91
Az Book Library
MÜSAHIBƏ
-Yalçın bəy, Türkiyədə təhsil aldığınızdan qardaş ölkənin tarixinə daha yaxşı bələdsiniz. Bu mənada Azərbaycanın indiki dönəmi Türkiyənin hansı illərini xatırladır? -Adətən Azərbaycanda çalışan türklərlə bu barədə danışanda onlar səhiyyəni, infrastrukturu, özəl sektoru, bürokratiyanı nəzərə alıb 20-30 il əvvəlki illəri göstərirlər. Mən 1992-ci ili xatırlayıram, düşünürəm ki, 90-cı illərin başlanğıcı Azərbaycanla Türkiyənin fərqli sahələrdə də olsa bir mənada bərabər olduğu bir dövrdür. Yəni 1992-ci ildə biz itirməyə başladığımız nöqtədəydik; təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat zəifləyirdi, kadrlar ölkəni tərk edirdilər və tənəzzül yoluna qədəm qoyurduq. Amma 1992-ci il Türkiyənin inkişafa girdiyi dövrdür. Türkiyə o zaman Azərbaycan, Orta Asiya və MDB ölkələrindən alimlər, sənətkarlar dəvət etdi, paralel olaraq, iqtisadi baxımdan bütöv keçmiş sovet məkanına açıldı. Türkiyədən bura iş adamları, menecerlər, mühəndislər və məhsullar gəlir, buradan ora maliyyə axır, alim və sənətkarlar gedirdilər. Bu mənada bizim Türkiyəylə nə vaxtsa yaxın olduğumuz dövr 1992-ci il olub. 92
Az Book Library
-Bizim enişimiz, onların yüksəlişinin səbəbi yalnız sər hədlərin açılışıydı, yoxsa mənəvi-ictimai amillər də vardı? -Bizim geri düşməyimizin əsas səbəbi qeyri-təbii formasiyadan çıxmağımız, uduzan cəbhədə yer almağımız idi. Həmin qeyri-təbii formasiya SSRİ idi, imperiya bizim üçün zamanı dayandırmışdı, hardasa tarixilik şüurunu itirmişdik, zamansız və statik bir atmosferdə yaşayırdıq. Dünyada incəsənətdə nə baş verir, hansı dəyişikliklər olur, düşüncə sahəsində nələr olur, biz bunları bilmirdik. Faktiki sovet insanı üçün zaman anlayışı dayanmışdı. SSRİ üçün maliyyət analizi, iqtisad, müxtəliflik, dinamizm yad idi, mühəndislikdə optimallıq nəzərə alınmırdı. Ancaq SSRİ-nin sərhədindən kənarda dünya dəyişirdi, sürətli texnoloji inkişaf gedirdi. Birdən-birə qapıları açıldı, qlobal kapitalizmin gəldiyi anda çox hazırlıqsız yaxalandıq və hələ də özümüzü toparlaya bilməmişik. Səbəblər müxtəlifdir, mühafizəkarlıq oldu, o cümlədən, Qarabağ münaqişəsi, məcburi köçkünlər, sosial problemlər, daxili anlaşmazlıqlar özümüzü toparlamağa imkan vermədi. -Dinin rolu necə təsiredici amil sayıla bilərmi, nəzərə alanda ki, ölkədə çox güclü dindarlaşma gedir? -Din Azərbaycanda getdikcə yayılsa da, hələ müəyyənedici amil deyil, hələ ki nəzarətdədir. Yəni hansısa güc mərkəzi dini nəzərə alıb qərar vermir. -Bu fikrini Türkiyəylə müqayisə baxımından deyirsən? -Türkiyədə və Azərbaycanda dinin təsirləri çox fərqlidir. Azərbaycanda insanlar formal olaraq din93
Az Book Library
dar olurlar, Türkiyədə isə din düşüncədə əsas amildir. Osmanlı imperiyasının rəsmi ideologiyası islam idi və islam vasitəsilə türklər böyük coğrafiyalar fəth edib tarixi nailiyyətlərə imza atıblar. Ona görə türklər həmişə öz şüurlarında islamın təsirini hiss edirlər, bu mənada islam onlara güc verir. Zaman-zaman Türkiyə zəifləyəndə də “islama dönək” çağırışı bu inancdan doğur. Dindən uzaq olan sekulyar siyasətçilər, ki əslində Atatürkün iziylə getməliydilər, onlar uğur qazana bilmədilər. Çünki onlar atatürkçülüyü çox formal ələ aldılar və ideya Türkiyədə geniş təbəqəyə yayılmadı, sadəcə atatürkçü bürokratiya yaratdı. Bu adamlar formalizmlə bürokratiya yaradıb divident götürdülər, sadəcə imitasiya etdilər. Bu isə uğursuzluq yaratdı, koalisiyalar dəyişdi, müxtəlif siyasətçilər gəldi, amma ciddi nailiyyət ortalığa qoya bilmədilər. -Son hadisələri bəzi şərhçilər dindən möhkəm yapışan AKP-nin tənəzzülü kimi dəyərləndirir... -Qəbul etmirəm, baş verən Taksim hadisələri Türkiyə miqyasında çox ciddi etiraz deyil. Sadəcə, lokaldır, amma sosial medianın sayəsində vizuallığı çox şişirdilib. Bu gün Ərdoğana qarşı olanlarla baş naziri dəstəkləyən, “Ərdoğan güclüdür” deyən çox böyük kütlə var. Sabah onlar hakimiyyətin həqiqətən təhlükədə olduğunu düşünüb meydanlara çıxsalar indikilərdən dəfələrlə böyük axın görəcəyik. -Azərbaycana qayıdaq, qütbləşmə dərinləşib: bir tərəf ölkəni pozitiv, əks tərəf isə neqativ görür. Sizin baxışınız necədir? 94
Az Book Library
-Ümumiyyətlə, bir-birinə qalib gələ bilməyən iki güc varsa, bu, heç bir zaman dövlətin xeyrinə işləmir. Cəmiyyətdəki binar ziddiyətlər orada konsensusçu düçüncənin, qarşılıqlı hörmətin, vətəndaşın insan olaraq qəbulunun olmadığını göstərir. Məsələn, Türkiyədə belə qırılma nöqtələri çoxdur, osmanlıçılarrespublikaçılar, sünni-şiə, türk-kürd, bunlar həmişə çatışma qaynağı rolu oynayır. Biz əgər düşüncə və arqument baxımından bir-birinə bərabər olan iki qrup görürüksə, hansı tərəfin fikrindən asılı olmayaraq deməli ölkədə problem var. Çünki bu cür qütbləşmə varsa, cəmiyyət iki hissəyə bölünübsə, orada rasional düşüncə yoxdur, emosionallıq hakimdir. Problem də ondan ibarətdir ki, ölkədə bəhs olunan inkişafdan hamı eyni dərəcədə faydalanmır, bu, elə onun birbaşa göstəricisidir. -Bəs problemin olması inkişafa təsir edirmi? -Yox, bu, konstruktiv dialoq, ortaq məxrəc, mü zakirə mühiti deyil, o cümlədən, fikirlərin toqquşub dialektik formada yeni arqumentin ortalığa çıxması da deyil. Sadəcə, bir-birini anlamağı inkar edərək qarşılıqlı ittihamdır. Bundan da zaman-zaman xarici güclər istifadə edə bilir və ölkənin böyük bir resursu təbliğata xərclənir. Yəni əhəmiyyətli maddi və insan qaynağı xaricdə təbliğata yönəlir. Normalda bu qaynaq faydalı işlərə yönəldilməliydi. -Məsələn, nə edilməlidir? -Bu gün dünyada qlobal meyl qlobal kapitalizmin milli dövlətlərin iradəsini ortadan qaldırmasıdır. 95
Az Book Library
Ərəb baharı, Suriyada baş verənlər, İranda olacaqlar, Türkiyədə son vaxtlar gördüyümüz hadisələr qlobal kapitalizmin təsiridir. Qlobal kapitalizm qarşısında maneə olan SSRİ-ni çökdürəndən, Şərqi Avropanı özünə qatandan sonra addım-addım ərəb ölkələrində, sosial milliyətçilik olan ölkələrdə bu hədəfi reallaşdırır. Bir-bir milli dövlətləri aradan qaldırıb özünə tabe etmək istəyir. Burada bir ziddiyyət var: biz nə qlobal kapitalizmin tərəfini tuta bilmirik, nə də ona qarşı çıxan ulus dövlətlərin. Çünki həmin müdaxiləyə ulus dövlətlər bir az da özləri bəhanə yaradıb. Ona görə də indiki dövrdə istənilən dövlət daxilində konsensusa gəlib varlığını qorumalıdır. Əgər çox ciddi çatışmalar varsa, böyük güclər tərəfindən həmin çatışmalar ölkəni zəif salmaq üçün istifadə olunacaq. -Qlobal kapitalizmin bu cür sürətli gəlişi birqütblü dünya yaradıb eyniləşmə fəlakətini yaxınlaşdırırmı? -İstənilən halda təkqütblü dünya ziyanlıdır və qlobal kapitalizmin bu gün yaratdığı insan tipi istehlakçı insan tipidir. Yəni heç nəyə qarışmayan, sadəcə istehlak edən, düşüncəsini, vicdanını markalarla doldurmuş bir insan. “Öz həyatını yaşayan” insan. Beləliklə, istehlakçı insan tipinin heç bir missiyası olmur, nə az inkişaf etmiş insanlığın problemlərinə, nə ekologiyanın pozulmasına nə də sərhədlərindən uzaqlarda yaranmış müharibələrə heç bir reaksiyası olmur. -Bu gün iqtidar da, müxalifət də Avropaya inteqrasiyadan danışır. Bəs inteqrasiya üçün Avropanın keçdiyi mərhələləri-vətəndaş müharibəsini, terroru keçməliyikmi? 96
Az Book Library
-Yox, həmin mərhələləri keçməyə ehtiyac yoxdur. Çünki bu tarixdə ilk dəfə Avropada baş verirdi deyə spontan olmalıydı və həmin mərhələlər yaşanaraq keçilməli idi. Amma bizim gözümüzün qarşısında bir təcrübə var, sadəcə, ağıllı insan başqasının təcrübəsindən də nəticə çıxarır. Biz həmin prosesi uzun illər ərzində yenidən keçməyə məcbur deyilik, yalnız təhlil edib faydalı olduğunu görüb təcrübədən bəhrələnməliyik, qısa müddətdə mümkün qədərini reallaşdırmalıyıq. -Nədir millətimizin çatışmazlıqları, nə etməliyik dəyişək, kitab oxuyaq, öyrənməkdən çəkinməyək? -Biz bilgi cəmiyyəti deyilik, düşüncədə müha fizəkarıq və üstəlik indiki halda bilginin insana heç nə qazandırmadığını sıravi insan yaxşı müşahidə edir. Veberin analiz etdiyi, Avropanın inkişafında rolu olan bürokratiya, hüquq və düşüncədə rasionallaşma yaxşı öyrənilib tətbiq edilməlidir. Bilgi dövründə bilgi yaratmayan ölkələrin şansı yoxdur. Osmanlı Misiri uzun müddət idarə etsə də piramidalar kimi möhtəşəm strukturlarla ötəri də olsa maraqlanmadı. Amma Napoleonun Misirdə qısa müddətli mövcudluğu Şampolyonun ilk bilinqvanı oxuması ilə misirşünaslığın əsasını qoydu. İkincisi, təhsildən, həm də bağça və məktəbdən başlamalıyıq. Əvvəlcə, insanları dəyişdirmək istəyən siyasi iradə olmalıdır. Vill Dürantın bu fikrində həqiqət var: dövlət xaricdə hərb uğrunda daxildə sülhdür. Xaricdə hərb deyəndə silahlı hərbdən söhbət getmir, iqtisadiyyat da bir hərbdir. 97
Az Book Library
İnkişaf etmiş dövlətlər daxillərində konsensus yaradırlar, müxtəlif strukturların fəaliyyəti vasitəsilə xarici ölkələrdən öz ölkələrinə vəsait gətirirlər. Bununla vətəndaşlarının həyat səviyyəsini yüksəldirlər və daha rəqabət yönümlü olurlar. Bu gün dövlətlər arasında həyatda qalmaq uğrunda mübarizə gedir. Yəni dünya üzərində insanların ən effektiv şəkildə dövlət formasında təşkilatlanaraq həyat uğrunda mübarizəyə qoşulduqları sezilir. Çünki artıq enerji, içməli su, əkilə bilən torpaqlar qıtdır, təbii sərvətlər getdikcə azalır və buna paralel olaraq dünya əhalisi sürətlə artır. Ona görə hər bir dövlət insanın da daxil olduğu öz sərvətini optimal şəkildə səfərbər etməlidir. Baxın, Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıqlar ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli, insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xürafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsilə dəyişə bilərik. Bu gücü qurucuyaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır. 98
Az Book Library
-Niyə məhz təhsil uşaq bağçasından başlamalıdır? -Artıq 5 yaşında, uşağın beynindəki sinir dövrələri olacağı yetişkin insanın beyninin 70-80 faizini formalaşdırır. ABŞ-da məşhur eksperiment də keçirmişdilər: bağça uşaqlarına alma paylayırlar, deyirlər ki, kim bu almanı yeməyib saxlasa, axşam daha biri veriləcək. Axşam görürlər ki, əksəriyyət yeyib, amma bir qisim saxlayıb, ikinci almanı verirlər. 30 il sonra həmin uşaqlara baxırlar, yeməyənlərin digərlərindən daha çox uğur qazanmış olduqlarını müşahidə edirlər. Sovet dövründə yalnız savada üstünlük verilməsi yanlış idi, bəlkə insanın xarakteri savaddan daha əhəmiyyətlidir. Bir insan istedadlı ola bilər, amma o əziyyət çəkmirsə, qısa müddətli ehtiyaclarını uzunmüddətli hədəflərə qurban verə bilmirsə, uğur qazana bilməz. Azərbaycanlıların zəkası itidir, bizim əsas problemimiz emosionaldır, xarakter mənşəlidir. -22 il əvvəl müstəqillik qazanmış Azərbaycanda xarakterin formalaşması üçün nə etmək vacibdir? -Söhbət bağça yaşındakı uşaqlardan gedirsə, insan təbiəti çox oxşardır. Biz uşaqları xam material kimi götürüb yeni sistemdə, yeni insan tipində böyüdə bilərik. Məsələn, ABŞ-da “SEL” (Social and Emotional Learning) proqramı var, yeni konsepsiyadır, yəni zəkayla bərabər emosional zəka, 30 ildir üzərində işlənilir. YUNESKO 160 ölkəyə bu proqramı tətbiq etməyi tövsiyə edib, “SEL” proqramı şagirdin ən özünəməxsus istedadını ortaya çıxarmağı, duyğularını idarəetməyi, qrup zəkası formalaşdırmağı, dəyişən 99
Az Book Library
sosial mühitdə nə cür yaşamağı, adaptasiya olunmağı öyrədir. Əgər bu sistemi tətbiq etsək, həm zəka, həm bilik, həm də xarakter, bunlar üst-üstə düşsə, əhalimiz az, maddi imkanımız da var, qısa müddətdə yaxşı nəticələr alarıq. Təhsil olmadan qazanılan bütün uğurlar təməlsizdir, psevdo-uğurlardır. İQ ilə EQ birbirini tamamlamalıdır. -Özünün də içində olduğun sosial şəbəkələrin cəmiy yətin fəallaşmasında rolu nə dərəcədədir? -Bilirsiniz, bir texnologiya öz özlüyündə mü tərəqqiliyi diktə etmir, aləti nə cür istifadə etmək əhəmiyyətlidir. Bir insana kompüter və ya mobil telefon verildiyində, ondan nə cür istifadə etməsi öz xarakterindən asılıdır. Bu mənada Facebook və başqa sosial şəbəkələrdə real həyatdakı nisbət əks olunur. Yəni sosial şəbəkələrdə hələ oğru dünyasından, meyxanadan danışan səhifələr daha çox izləyiciyə sahibdir, nəinki insanı düşündürən, bilgi verən səhifələr. Sosial şəbəkələrin müsbət cəhəti ilə bərabər (eynifikirli insanların tanışmaları, eyni anda müxtəlif insanlarla xəbərləşmənin mümkünlüyü) şişirdilməsi də var. Mənfi cəhətlərə gəldikdə, Jan Bodriarın insanların simulyasiya dünyasında yaşamaları barədə fikri burada istifadə oluna bilər, biz simulyasiya dünyasında yaşayırıq, təbiətdən qopmuşuq, təbiəti parklarda imitasiya edirik, o cümlədən münasibətləri sosial şəbəkələrdə. Beləliklə, insan kapitalizmin yaratdığı bir bolluğun içərisində yaşayır, o mənada sosial 100
Az Book Library
şəbəkələr münasibətlərdə bu bolluq effektinin yaşanmasını təmin edir. -Təbiətdən uzaqlaşmaq böyük fəlakətlərlə nəticələn məyəcəkmi? -Biz təbiətlə hesablaşmamışıq. Harmonik cəmiy yətlərdə isə təbiətə xoş münasibət var, “təbii” sözü müsbət çalarlar daşıyır. Görünür, bu, bizim uzun zaman köçəri kimi yaşamağımızdan, təbiətlə mübarizə aparmağımızdan qaynaqlanır. Qərbdə iki qurum icad etdilər: birincisi dövlət idi, insanları təşkilatlandırmaq üçün. İkincisi elm, təbiətə nəzarət etmək üçün. Təbiətə artıq nəzarət etdiklərindən o düşmən obrazından çıxdı, indi də sənayeləşmə nəticəsində təbiətə nə qədər ziyan vurduqlarını gördüklərindən onu qoruma şüuru yaranıb. Bu gün biz təbiətə həmin münasibəti göstərə bilmirik, təbiətə münasibətimiz qətiyyən adekvat deyil, dəniz sahilində yaşasaq da dəniz mətbəximiz çox zəifdir, təbiətdən heç vaxt müsbət impulslar almamışıq, təbiət bizdə xoş hisslər yaratmayıb. Görünür, çətin həyat yaşadığımızdan təbiət bizim üçün həmişə təhdid anlayışında olub. Natiq Cavadlı, “Bizim yol” qəzeti.
101
Az Book Library
BUDDADAN AFORIZMLƏR Günahların ən böyüyü cəhalətdir. Müdrikləşin və bu günahdan qurtulun. Kişi qadına duyduğu ehtiras hissinə nəzarət edə bil məzsə, o kişinin zehni azad olmaz və o, bir inəkdən asılı olan buzova oxşayar. Bir qadın tapmaq uğrunda özünüzü itirməyin. Saçları ağarmış hər insan hörmətli insan deyildir. Bu ağarmaya sadəcə illər səbəb olubsa, o illər boşuna yaşanmış bir həyatı ifadə edər. Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir. Həyat düşüncənin əsəridir. Nifrət nifrətlə deyil, ancaq sevgiylə yox edilə bilər. Bu, əbədi qanundur. Bir qaşıq içinə girdiyi şorbanın dadını ala bilmədiyi ki mi bütün həyatını müdriklərlə keçirən bir axmaq da hikmət yolunu tapa bilməz. Halbuki ayıq və görməyi bacaran bir insan müdrik biriylə sadəcə, bir anlıq belə bərabər olsa, dilin şorbanın dadını hiss etməsi kimi dərhal yolu tapar. 102
Az Book Library Sadəcə oruc tutan axmaq bir insanın dəyəri, düşüncələri həqiqətlə bəslənən müdrik bir insanın dəyərinə əsla çatmaz. İnsanın özünə qalib gəlmək üçün xərclədiyi qısa zaman, o insanın illərcə Tanrıya təqdim etdiyi nəzirlərdən üstündür. Bütün canlılar təhlükə qarşısında titrəyir və ölümdən qorxur. Bunu anlayan insan nə başqa bir canlını öldürər, nə də onun ölümünə səbəb olar. Bir insana anası, atası, yaxınları çox yaxşılıqlar edə bilərlər, ancaq insana ən böyük yaxşılığı doğru istiqamət ləndirdiyi öz düşüncələri edir. İnsanın özü başqalarına nəsihət etdiyi dərəcədə yaxşı insansa, ancaq o zaman yaxşı insan olmağı öyrədə bilər. İnsan özünə nəzarət edə bilirsə, ona kənardan heç kim nəzarət edə bilməz. Bir insanın başqalarının səhvlərini görməsi asan, öz səhvlərini görməsi çox çətindir. İnsan öz səhvlərini qumarbaz hiyləsini gizlətdiyi kimi gizlədər, başqalarının səhvlərini dünyanın ən yaxşı məhsulunu nümayiş etdirirmiş kimi göstərər. Yoldakı düşüncəsiz insan böyük bir iş gördüyünü zənn edər, əslində sadəcə yoldakı toz-torpağı havaya qaldırar. Doğru yolda iki səhv ola bilər, heç yola çıxmamaq və yolu sonuna qədər getməmək. Düşüncə sözlə ifadə olunur, söz işə çevrilir, iş vərdişə, vərdiş xarakterə çevrilir. Düşüncələrinizdə diqqətli olun. 103
Az Book Library Başqası üçün yandırdığınız şam sizin də yolunuzu işıqlandırar. Hansısa fikir sizin ağlınız və vicdanınızla səsləşmirsə, haradan oxumağınıza, kimdən eşitməyinizə, mənim demiş olmağıma belə baxmayın. Hər şeyi anlamaq hər şeyi bağışlamaqdır. Ayaq torpağı hiss edəndə, özünün də varlığı hiss edilir. Bizi özümüzdən başqa heç kim xilas edə bilməz. Yolu özümüz getməliyik. Səmada Şərq və Qərb ayrı-seçkiliyi yoxdur. Fərqliliyi biz qoyuruq və sonra doğruluğuna inanırıq. Düşüncələrinizin şahidi olun. İnsan nə etməsindən asılı olmayaraq taleyin qurbanı olmur, heç nə etməyəndə taleyin qurbanı olur. Oxunanlar və danışılanlar fəaliyyətə keçmirsə, onların heç bir əhəmiyyəti olmur.
104
Az Book Library
TƏRCÜMƏLƏR
Az Book Library
İmmanuel Kant
“AYDINLANMA NƏDIR?” SUALINA CAVAB 1784-cü ildə Prussiya höküməti üzvü J.F.Zöllnerin ziyalılara “Berlin Monthly” qəzeti vasitəsiylə ünvanladığı “Aydınlanma nədir?” sualına cavab olaraq İ.Kantın yazdığı “Aydınlanma nədir?” sualına cavab” adlı essesi aydınlanma haqqında ən çox istinad olunan məqalədir. Aydınlanma, insanın özünə təlqin etdiyi qeyriyetkinlikdən xilasıdır. Yetkin olmamaq-başqası tərə findən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilmək bacarığının olmamasıdır. Əgər yetkin olmama halının səbəbi ağlın həqiqətən qıt olması deyilsə, onda başqasının rəhbərliyi olmadan öz ağlını istifadə etmək cəsarətinin və qərarlılığının olmamasıdır və özünətəlqinlə və könüllü yaranır. “SAPERE AUDE!”“Öz ağlını istifadə etmək cəsarəti göstər!”- Aydınlanmanın şüarı budur. Təbiətin boyunduruğundan azad olmalarından uzun müddət keçsə də, əksəriyyətin öz qeyri-yetkin liklərindən məmnun olmaları və başqalarının onlara 106
Az Book Library
yol göstərmələrini asanlıqla qəbul edə bilmələrinin səbəbi cəsarətsizlik və tənbəllikdir. Qeyri-yetkinlik rahatlıq yaradır. Düşüncəmi əvəz edən bir kitab, vicdanımı əvəz edən bir din xadimi, pərhizimi müəyyənləşdirən bir həkim varsa, özümü əziyyətə salmağıma ehtiyac yoxdur. Qiymətini ödəyə bilirəmsə düşünməyimə ehtiyac qalmır, belə cansıxıcı işləri başqaları mənim əvəzimə görürlər. Nəzarət etməyə həvəsli olanlar, insanların əksə riyyətinin (zərif cinsin hamısının) yetişkinliyə can atmağın çətin olmaqdan ziyadə təhlükəli olduğu nu düşünmələri üçün əllərindən gələni edirlər. Əv vəlcə ev heyvanlarını əhilləşdirib bu dilsiz canlıların yüyənsiz bir addım belə atmayacaqlarına əmin olan nəzarətçilər, tək gəzəcəkləri halda qarşılaşacaqları təhlükələri onlara bir bir göstərirlər. Əslində bu təhlükələr o qədər də böyük deyil və bir neçə dəfə yıxılmaqdan qorxmayanlar gec ya da tez yeriməyi mütləq öyrənirlər. Ancaq yıxılma qorxusu insanları ürkəkləşdirir və onlar cəhd etməkdən qorxurlar. Beləliklə, fərd üçün artıq onun xarakterinə çevrilmiş qeyri-yetkinlikdən xilas olmaq çox çətin olur. Hətta o halından məmnundur və hazırki vəziyyətində öz ağlını istifadə edə bilməz, buna cəhd etməsinə heç vaxt icazə verilməyib. Təbii istedadının rasional istifadəsi (realda səhv istifadəsi) üçün mexaniki alətlər olmalı olan qaydalar və üsullar, onu daimi yetərsizliyə məhkum edən qandallara çevrilirlər. 107
Az Book Library
Öz təşəbbüsü ilə qandallarından qurtulan tapılsa belə həmin fərd ancaq kiçik ürkək addımlar ata bilər, çünkü müstəqil hərəkət etmək üçün hazırlıqlı deyil. Fərdi qaydada qandallarını ataraq öz ağlını inkişaf etdirib natamamlıqdan qurtulmağa və öz doğru yolunu tapmağa çox az insan nail olur. Ancaq cəmiyyətin özünü aydınlatma potensialı daha yüksəkdir, əslində ona sadəcə azadlıq verilsə, aydınlanma qaçılmaz olar. Hətta böyük kütlələrin başbilənləri arasından belə sırf düşünmək üçün dü şünənlər çıxa bilər. Sayca az olsalar da onlar natamam lıq boyunduruğundan qurtulub rasional düşüncəni təqdir ruhunu həm öz dəyərləri, həm də digər insanların düşünmələri naminə yayacaqlar. Ancaq xüsusilə vurğulanmalıdır ki, aydınlanmağa yetərsiz olanlar anidən ortaya çıxıb nəzarətçilərin boyunduruq altına aldıqları kütləni aydınlanma istiqamətində qızışdırarlarsa, bu dəfə gözətçilər sinfi boyunduruq altına düşə bilər. Stereotipləri təlqin etmək təhlükəlidir, onları yayanlardan ya da yayanların törəyindən gec tez öz qisaslarını alırlar. Odur ki, ictimai aydınlanma ani deyil, tədricən olmalıdır. İnqilabla müstəbid despotu və ya möhtəkir zorbanı yıxmaq mümkündür, ancaq bu yolla düşüncədə həqiqi islahata nail olmaq olmaz. Köhnə stereotiplərin yerini yeniləri tutar və düşünməyən böyük kütlələr üçün yeni boyunduruq xidməti görər. 108
Az Book Library
Aydınlanma üçün təkcə azadlığa ehtiyac vardır və bu azadlıq, azadlıqların ən zərərsizidir: Ağlı, açıq aşkarda, hər sahəyə tətbiq etmək azadlığı. Hər tərəfdən qışqırıqlar eşidirəm: “Müzakirə eləmə!”. Komandir əmr verir: “Düşünmə, addımla!”, vergi məmuru əlini açır: “Düşünmə, vergi ver!”, din xadimi qorxudur: “Düşünmə, inan!”. Bunlar azadlığın yayğın məhdudlaşdırılmasının nümunələridir. Hansı məhdudiyyət azadlığa mane olur, hansı mane olmur və hətta onu dəstəkləyir? Cavab verim: Ağlın ictimai istifadəsi həmişə sərbəst olmalıdır və bu qədər azadlıq belə insanların aydınlanması üçün yetərlidir. Əksinə, ağlın xüsusi istifadəsi dar çərçivədə aydınlanmaya mane olmayacaq çəkidə məhdudlaşdırıla bilər. Kiminsə ağlını cəmiyyət qarşısında istifadə etməsi dedikdə onun qələm əhli, savadlı bir insan, bir ziyalı olaraq bütün savadlı adamlar qarşısında düşündüklərini ifadə etməsi başa düşülməlidir. Ağlın özəl istifadəsi isə konkret bir vəzifə sahibi olan insanın ona etibar edilən vəzifəni icra etdiyi zaman reallaşır. İctimai maraqlar naminə yerinə yetirilən işlər üçün elə mexanizmlərə ehtiyac var ki, bunlar vasitəsiylə hökümət mexanizmin iştirakçılarının ayrı-ayrılıqda tamamən passiv fəaliyyətlərini ictimai maraqlar üçün koordinasiya etsin, ən azından bu fəaliyyətlərin ictimai maraqların əleyhinə yönəlməsinin qarşısını alsın. Bu mexanizmin bir parçası olan insanın mübahisə və müzakirə açması deyil, tabe olması 109
Az Book Library
məqsədəuyğundur. Ancaq belə bir mexanizmin parçası olan insan, həm də ictimaiyyətin hətta daha geniş mənada mədəni dünyanın bir fərdi olaraq, savadlı bir insan kimi ictimaiyyətə müraciət edə bilər, üzvü olduğu mexanizmin işinə ziyan vermədən fikrini ifadə edə bilər. Yuxarıdan əmr almış bir hərbçinin vəzifə başında əmrin məntiqli və ya faydalı olub olmamasını götür-qoy etməsi fəlakətlə nəticələnə bilər, o əmrə tabe olmalıdır. Ancaq onun savadlı bir insan olaraq hərbi sis temdəki çatışmazlıqlar haqqında danışmasına və bunları ictimai müzakirəyə təqdim etməsinə məh dudiyyət qoyulmamalıdır. Bir vətəndaş mükəlləfi olduğu vergini ödəməkdən imtina edərsə, bu davranışı ilə başqalarına da itaətsizlik nümunəsi göstərmiş olar və cəzalandırılar. Ancaq həmin vətəndaş savadlı insan olaraq vergi faizinin ədalətsiz olduğunu ictimai müzakirəyə açmaqla əsla vətəndaşlıq mövqeyinə xəyanət etmiş olmaz. Oxşar olaraq, bir keşiş mənsubu olduğu kilsənin görüşlərini kilsə üzvlərinə öyrətməyə məsuldur, o məhz bu funksiyanı icra etmək üçün təyin edilib. Ancaq bir ziyalı olaraq həmin keşiş kilsənin görüşlərindəki çatışmazlıqlar haqqında diqqətlə düşünülmüş xoş məramlı iradlarını ifadə etmək və din və kilsə mövzularında konstruktiv təkliflər vermək azadlığına sahibdir. Bunu edərkən onu vicdansızlıqda ittiham etmək düzgün deyil. Bir kilsə mənsubu kimi kilsəsinin görüşlərini təbliğ edərkən öz qənaətlərindən 110
Az Book Library
istifadə etmək haqqına sahib deyil, o bu görüşləri başqasının adından və başqasının rəhbərliyi ilə təqdim edir. Belə deyir : “Bizim kilsəmizin öyrətdiyi budur, bu da dəlillər.” Öyrətdiklərini tam olaraq məqbul saymasa da ən azından onların içərisində dinə tam zidd heç bir müddəanın olmadığını da bilir. Bu doktrinalarda birbaşa dinin əsasına yönəlmiş heç nə olmur. Əgər öyrətdiklərində dinin əleyhinə elementlər olduğunu düşünürsə istefa verməsi daha doğru davranış olar. Beləliklə, təyin olunmuş bir din adamını kilsə icması qarşısında çıxışı zamanı ağlının özəl istifadəsindən yararlanır, icma nə qədər böyük olsa da bu istifadə hər zaman lokaldır. Bu halda din xadimi müstəqil deyil və başqa bir qurumun təlimatlarına əsasən danışır. Ancaq bir ziyalı kimi gördüyü nöqsanlar haqqında ictimaiyyətə ünvanlanmış yazılar yazan bu keşiş, ağlının ictimai istifadəsi zamanı öz rasional gücünün və ağlını danışdırmanın zövqünü yaşayar. İnsanların dini rəhbərlərinin qeyri-yetkin qalmaları gülüncdür və gülünclüyün əbədi olmasının təminatıdır. Bir keşişlər icması, kilsə assambleyası ya da hollandiyalıların özlərini adlandırdıqları kimi müqəddəs presbiteryanlıq özünü dəyişməz bir dini görüşə müqəddəs andla bağlamaqda və beləcə əbədiyyən hər bir üzvü və bu üzvləri vasitəsiylə digər insanlar üzərində dəyişməz nəzarət yaratmaqda haqlı deyilmi? Mən deyirəm ki, bu yolverilməzdir. Niyyəti insanlığın sonrakı aydınlanmasına mane olmaq olan belə 111
Az Book Library
bir anlaşma, üstün bir güc, parlamentlər, ən ciddi sülh müqavilələri tərəfindən ratifikasiya olunsa belə ölü doğulmuşdur. Bir dövr, özündən sonra gələn dövrün bilgisini genişləndirməsinə, səhvlərini düzəltməsinə, ümumiyyətlə aydınlanmasını irəlilətmə imkanına mane olacaq şəkildə yerini bərkitməməlidir. Bu, taleyi aydınlanma olan insan təbiətinə qarşı cinayətdir, sonrakı nəsillər belə anlaşmaları boş və kriminal saymaqda haqlıdırlar. İnsanların qanun olaraq qəbul edəcəkləri bir razılaşmanın kriteriyası bu sualın cavabıdır : Bir insan belə bir qanuna tabe olmaq istərdimi? Vəziyyətin düzəldilməsi üçün bütün vətəndaşlara, xüsusən ruhanilərə ziyalı kimi davranaraq mövcud qurumların çatışmazlıqları haqqında ictimaiyyəti yazılı məlumatlandırmaları üçün müvəqqəti bir göstəriş vermək mümkündür. Müvəqqəti göstəriş, bu problemlərin mahiyyətinə dair doğru və dərin anlayış geniş yayılana, nəticədə reform istəyən çoxluğun (mütləq əksəriyyət olması şərt deyil), məsələlərə yeni baxış qazanmış, buna görə də dəyişdirilmiş dini institutlarla yaşamaq istəyən insanları qoruması və hər şeyin əvvəl olduğu kimi qalmasını istəyənlərin müdaxiləsinə yol verməməsi məqsədiylə krala müraciət etmələrinə qədər qüvvədə qalmalıdır. Ancaq, həmin insanların heç kimin ömür boyu sorğu sual edə bilməyəcəyi yeni bir qurum yaratmalarına imkan verilməməlidir. Çünkü bu, insanın inkişafa doğru irəliləməsinə mane olacaq. 112
Az Book Library
Bir insan qısa müddətə öz aydınlanmasını təxirə sala bilər, ancaq aydınlanmanı özü üçün və sonrakı nəsillər üçün rədd etmək insanın müqəddəs hüquqlarını ayaq altında tapdamaqdır. İnsanların kollektiv iradələrini özündə birləşdirən monarxın qanunu icra etdirmək gücü vardır. Əgər o arzulanan irəliləmənin ictimai asayişə zidd olmadığını görsə, təbəələrinə mənəvi rifah üçün istədiklərini etmək icazəsi verə bilər, çünkü onun işi xilas etmək deyil, xilas olmaq istəyənləri dəstəkləməkdir, daha yaxşıya can atanlara zorla müdaxilə etmək istəyənlərin qarşısını almaqdır. Onun hökmranlığının təqdir edilən cəhəti yaxşının nədə olduğuna kralın deyil, insanların özlərinin qərar vermələridir, kral məsələnin mahiyyətinə müdaxilə edərsə nüfuzuna xələl gətirmiş olar. Bu, kralın öz intuisiyasından hərəkət edib “Caesar non est supra grammaticos” (1) qınağını üstünə çəkəndə də, dövlətindəki bəzi tiranların təbəələri üzərində mənəvi despotizmini dəstəkləməklə nüfuzunu yağmalatdıranda da belədir. Birisi “Biz indi aydınlanmış dövrdəmi yaşayırıq?” sualını versə, cavab “Xeyr, amma biz aydınlanma dövründə yaşayırıq” olacaq. Hazırda insanların öz ağıllarını kənardan istiqamətləndirmə olmadan dini mövzulara əminliklə tətbiq etmələrindən uzağıq. Ancaq biz, yolun açıq olduğunu, bu istiqamətdə sərbəst hərəkət etmək üçün və ümümi aydınlanmaya gedən yoldakı maneələrin tədricən ortadan qalxdığını görü113
Az Book Library
rük. Bu mənada, bu dövr aydınlanma dövrüdür, Fridrixin əsridir(2). Əgər bir hökmdar, dini məsələlərdə insanlara tam azadlıq vermək xaricində hansısa görüşü diktə etmənin onun vəzifəsi olmadığını deməkdən çəkinməzsə və təkəbbürlü “tolerant” sifətini rədd edərsə o özü aydınlanmışdır və ən azından hakimiyyətdən söz düşəndə indiki və gələcək nəsillər tərəfindən insanlığı yetişkin olmama halından xilas etdiyi və hər kəsə vicdan məsələlərində öz ağlını istifadə etmək azadlığı verdiyi üçün hörmətlə yad edilmək haqqı qazanmışdır. Onun hakimiyyətində möhtərəm keşişlər öz vəzifələrinə zərər vermədən ziyalı rolunda mühakimə və görüşlərini- bu görüşlər qəbul edilmiş dini doktrinlə ziddiyət təşkil etsə belə -dünyanın diqqətinə təqdim bilərlər. Bir rəsmi vəzifənin məhdudlaşdırmadığı insanların azadlığı daha çoxdur. Bu azadlıqlar öz funksiyalarını səhv başa düşən hakimiyyətlərin yaratdığı əngəllərlə toqquşmalı olsa belə, dayanmadan yayılır. Hakimiyyətlər, azadlığın mövcudluğunun ictimai asayişə və ölkə və təndaşlarına ən kiçik zərər verməyəcəyini qəbul et məlidirlər. Məqsədyönlü şəkildə barbar qalmaları üçün hiylələr icad edilməzsə insanlar tədricən özlərini barbarlıqdan xilas edəcəklər. Mən, aydınlanma-insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən qurtuluş-haqqında düşüncələrimi yazarkən əsasən dini mövzular haqqında danışdım. Əvvəla bizi idarə edənlər elm və sənət sahələrində təbəələrinə nəzarət etməkdə maraqlı deyillər, ikincisi 114
Az Book Library
dini mövzularda yetişkin olmama ən zərərli və rəzil olandır. Ancaq dini aydınlanma tərəfdarı olan dövlət rəhbərinin, aydınlanma yanaşmasını daha irəli apararaq onun qanunların daha yaxşı tərtib edilməsi yollarını da müzakirəyə açmasında- hətta bu müzakirələr qüvvədə olan qanunvericiliyi tənqid etsə belə- haki miyyətinin legitimliyinə bir təhlükə yoxdur. Bizim monarxın timsalında bunun parlaq nümunəsi də var. Təkcə aydınlanmış və kölgələrdən qorxmayan, ictimai asayişin təminatı olan intizamlı və çoxsaylı ordusu olan bir hökmdar, heç bir respublikanın deməyə cəsarət etmədiyini deyə bilər: “İstədiyin qədər və istədiyin mövzuda müzakirə apar, ancaq itaət et!”. Burada, geniş perspektivdən baxanda hər dəfə olduğu kimi, insan işlərinin qəribə, gözlənilməz halı ilə qarşılaşırıq, ortaya bir paradoks çıxır. Vətəndaş azadlıqlarının böyük dərəcəsi insanların mənəvi azadlıqları üçün bir üstünlükdür, ancaq bəzən aşılmaz maneələr də yaradır. Əksinə, daha az vətəndaş azadlığı hamı üçün qabiliyyətlərini tam reallaşdırma imkanı yaradır. Beləliklə, təbiətin diqqətlə qoruduğu toxumunazad düşüncəyə meyl və azad düşünmə istedadı- qabığı açıldımı, toxum tədricən azadlığa öyrəşən insanların xarakterini formalaşdırır və hətta hökümətin idarəetmə prinsiplərinə də təsir edir. Hökümət, insan larına mexaniki varlıqlar kimi deyil, ləyaqəti olan insanlar kimi baxmaqla onlardan faydalandığını anlayır. 1) Kayzer qrammatikaçılardan üstün deyil. 2) Prussiya kralı Böyük Fridrix (1712-1786) 115
Az Book Library
Erix Fromm
İNSAN ƏŞYA DEYIL
Psixologiyanın artan populyarlığı bir çoxları tərəfindən “Özünü tanı” çağırışı ilə ifadə olunan Delfi idealına (1) artan marağımızın göstəricisi olaraq qəbul edilir. İnsanın özünü tanıması ideyasının kökləri Yunan və Yəhudi-Xristian ənənəsindədir, özünü tanıma həm də “Aydınlanma” hərəkatının məqsədlərindən biri idi. İntellektual kökləri bu ənənədə olan Ceyms (2) və Freyd kimi insanlar bu marağın günümüzdə canlanmasında rol oynadılar. Ancaq biz müasir psixologiyanın insanın psixi inkişafı üçün təhlükəli və dağıdıcı ola biləcək digər tərəflərini də yaddan çıxarmamalıyıq. Müasir psixologiya bilgisi hazırki kapitalist cə miyyətdə “Özünü tanı” çağırışında nəzərdə tutulandan fərqli məna və funksiya qazanmışdır. Kapi talist cəmiyyətin mərkəzi bazardır- əmtəə və işçi bazarı; bazarda əşyalar və xidmətlər klan və qan mənsubiyyətinə və digər ənənəvi münasibət formalarına baxmadan, güc və hiylə tətbiq olunmadan sərbəst 116
Az Book Library
şəkildə dəyişdirilir. Müştəri haqqında informasiya satıcı üçün çox əhəmiyyətlidir. Kapitalın və şirkətlərin fəaliyyətinin mürəkkəbliyinin artması ilə müştərinin arzularını əvvəlcədən bilmək, sadəcə bilmək deyil onlara təsir etmək və onları manipulyasiya edə bilmək əhəmiyyət qazanır. Müasir böyük şirkətlərin kapital qoyuluşu qərarı intuisiya ilə deyil, müştərinin və bütünlükdə marketin dərindən öyrənilməsi və manipulyasiyası ilə verilir. Market psixologiyasından başqa, işçini anlamağı və manipulyasiya etməyi qarşısına məqsəd qoyan yeni psixologiya sahəsi yaranıb. Bu yeni sahə “insan münasibətləri psixologiyası” adlanır. Bu sahənin yaranması kapital və işçi arasındakı münasibətlərin dəyişməsinin məntiqi nəticəsidir. Uzun dövrdə aşkar münaqişədənsə, kompromisin daha faydalı olduğu qənaətində olan nəhəng şirkətlər ilə həmkarlar ittifaqları arasında əməkdaşlıq mövcuddur. Həm də bilirik ki, razı salınmış ”xoşbəxt ” işçilər böyük şirkətlər üçün vacib olan daha məhsuldar və axıcı işləmə xüsusiyyəti qazanırlar. Beləliklə, Teylorun (3) fiziki işin rasionalizasiyası üçün ortaya qoyduğu prinsipləri psixoloqlar işçinin zehni və emosional tərəfləri üçün tapmağa çalışırlar. İnsan əşyaya çevrilir, ona əşya kimi davranılır və o manipulyasiya edilir; “insan münasibətləri” kifayət qədər qeyri-insanidirlər, çünkü onlar “əşyalaşdırılmış” və yadlaşdırılmış insana olan münasibətlərdir. 117
Az Book Library
Psixologiyanın müştəri və işçini manipulyasiya etmə funksiyası hərkəsin manipulyasiya edilməsinə gədər genişləndirilmişdir və siyasətdə də istifadə olunmaqdadır. Demokatiya ideyasi ilk yarandığında aydın düşünmə və məsuliyyətli vətəndaş anlayışlarını əsas alırdısa, praktikada demokratiya market araşdırması və “insan münasibətləri” sahəsində öyrənilmiş manipulyasiya metodlarıyla getdikcə daha çox deformasiya edilir. Sadalananlar yaxşı bilinsə də, mən indi psixologiyaya, xüsusən də psixoanalizə aid daha həssas və çətin bir problemi müzakirə etmək istəyirəm. Sual belədir: -Hansı dərəcəyə qədər psixologiya (başqaları və özüm haqqında bilgi) bilgisi mümkündür? Bu növ bilginin sərhədləri hardadır ? Bu sərhədlərin pozulmasının hansı təhlükələri var? Şübhəsiz özümüzü və digər insanları bilmək arzusu kökü dərində olan insan ehtiyacından yaranır. İnsan sosial mühitdə yaşayır. Ağlını itirməmək üçün ətrafındakı insanlarla münasibətdə olmalıdır. İnsana ağıl və xəyalgücü bəxş edilmişdir, insan üçün özü və ətrafındakı insanlar daima anlamağa çalışdığı problemlərdir. İnsanı anlamaq təşəbbüsü psixologiya –“ruhun bilgisi” (4) adlanır. Əslində sadəcə əşyaların bütöv rasional qavranması mümkündür. Əşyalar “öldürülmədən” hissələ 118
Az Book Library
rinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək , süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, “o”-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. O zaman özümüzü və digərlərini tanımaq dedik də nə nəzərdə tutulmalıdır? Özünü tanımaq, özü müz haqqında mövcud olan illuziyalardan xilas ola bilməkdir. Qonşumuzu tanımaq onun haqqında bəs lədiyimiz “parataksik deformasiyalar” –dan xilas ola bilməkdir (5). Biz özümüz haqqında bəslədiyimiz illüziyalardan müxtəlif dərəcələrdə əziyyət çəkirik, uşaq lıq dövrümüzdə bizə real görünən hər şeyə gücü yetmə və hər şeyi bilmə illüziyalarının toruna düşmüşük. Biz pis niyyətli davranışlarımızı yaxşılıq etmək, vəzifə ya da mənəvi borc adı ilə legitimləşdiririk. Biz zəiflik və qorxunu “yaxşı səbəblər ”, vecsizliyimizi isə digərlərinin məsuliyyətsizliyini əsas gətirərək 119
Az Book Library
legitimləşdiririk. Biz eyni anda- ancaq əks istiqamət lərdə- rasionalizasiya və deformasiya edirik. Bir insan sadəcə utancaqdırsa, bizdə sevgi hissinin olmaması o insana düşmanca münasibət gostərməmizə səbəb olur. Bizim içinə qapanıq olmağımız sadəcə özünü müdafiə edən birini aqressiv heyvərə kimi gör məyimizə səbəb olur. Bizim səmimiyyət qorxumuz, əslində səmimi və uşaq qəlbli olan birini səfeh kimi görməyimizə səbəb olur. Özümüz haqqında daha çox bilmək üçün bizi və qonşumuzu bizim üfüqümüzdən gizlədən bir çox pərdəni qaldırmaq lazımdır. Pərdələr qaldırıldıqca deformasiyalar ard arda düzələcək. Psixologiya bizə insanın nə olmadığını göstərə bilər. O bizə insanın, bizim hər birimizin, nə olduğumuzu göstərə bilməz. İnsan ruhu, hər fərdin özünəməxsus, individual nüvəsi əsla yetərincə anlaşılıb sözlərlə təsvir edilə bilməz. İnsanın anlaşılması yanlış anlaşılmaması ölçü sündə mümkündür . Mümkün fundamental bilgidən danışırıqsa, psixologiyanın legitim hədəfi illuziya və deformasiyaların aradan qaldırılması şəklində neqativdir, insan haqqında tam və mükəmməl bilginin mümkünlüyünü hesab etmək şəklində pozitiv deyil. Ancaq insan sirrinin öyrənilməsinin başqa bir yolu var, bu düşüncə yolu deyil, sevgi yoludur. Sevgi başqa insana elə nüfuz etməkdir ki burada mənim bilmə arzuma birləşmə arzusu tərəfindən son qoyu120
Az Book Library
lur. Birləşmə aktı zamanı mən səni, özümü, hərkəsi tanıyıram və mən heç nə “bilmirəm”. Canlı olanın bilgisinin mümkün olduğu yeganə yol birlik təcrübəsidir, düşüncəmizin ortaya qoyduğu hər hansı bilgi deyil. Tam bilginin yeganə yolu sevgi aktıdır, bu akt düşüncə və sözləri aşır. Sevgi aktında psixologiya bilgisi tam qavrayış üçün köməkçi vasitə ola bilər. Digər insanı və özümü, illuziyalarımın və məndə onun haqqında olan deformasiya edilmiş təsəvvürlərin öhdəsindən gəlmək üçün obyektiv olaraq tanımalıyam. Əgər mən insanı olduğu kimi tanısam, daha doğrusu onun nə olmadığını anlasam, sevgi aktında da onun əsas mahiyyətini anlayaram. Sevgi qazanılması asan olmayan bacarıqdır. Sevə bilməyən insan qonşusunun sirrinə necə nüfuz edə bilər? ”Sevmə sənəti” adlı kitabımda göstərməyə çalışdığım kimi sirri bilmənin çılğın bir yolu var : bir insan üzərində total gücə sahib olmaqla- ona istədiklərimi etdirə bilən, istədiklərimi hiss etdirə bilən, mənim düşündüyüm kimi düşünməyə məcbur edə bilən bir güc-onu bir əşyaya, mənim əşyama çevirmək. Belə bir bilmə təşəbbüsünün ifrat dərəcəsi özünü irəli sadizmdə, insanı əzab çəkməyə, onu təhqir etməyə, əziyyət çəkərkən ‘sirrini’ etiraf etməyə və sonda onu məhv etməyə çalışmaqda büruzə verir. İnsanın sirrinə dalma kimi şiddətli arzunun əsas motivi şiddətli və dərin zalımlıq və dağıdıcılıqdır. Bu ideya yığcam şəkildə rus yazıçısı İsak Babel tərəfindən 121
Az Book Library
ifadə olunmuşdur, rus vətəndaş müharibəsində insan öldürən bir zabitdən sitat gətirir: “Atəş açmaqla sən sadəcə birisindən xilas olursan, onun ruhuna, özü olduğu ruhuna enmirsən. Mən özümü ayrı tutmuram, bir neçə dəfə düşməni ayaq altda tapdamışam. Mən həyatın həqiqətən necə olduğunu öyrənməyə çalışıram.” Sadizm və dağıdıcılıq insanın sirrini güc hesabına açığa çıxarmağa çalışsa da o heç vaxt məqsədinə çatmır. Qonşumu əzab çəkməyə məcbur etdikdə o məndən hər hansı bilginin əldə olunmasının mümkün olmayacağı qədər uzaqlaşır. Sadizm və dağıdıcılıq bilmək yolunda yoldan çıxarıcı, ümidsiz və tragik cəhdlərdir. İnsanı öyrənmə problemi teologiyadakı Tanrını öyrənmə problemi ilə analojidir. Neqativ teologiya mənim Tanrı haqqında pozitiv hansısa tezis irəli sürməyimin mümkün olmadığını deyir. Tanrı haqqında yeganə mümkün bilgi onun nə olmadığı haqqda bilgidir. Maymonid “Tanrının nə olmadığını bildikcə Tanrı haqqında daha çox bilirəm”, Mayster Ekhart isə “İnsan Tanrının nə olmadığını yaxşı bilsə belə onun nə olduğunu bilə bilmir” deyirdi. Bu cür neqativ teologiya mistisizmlə nəticələnir. Mən neqativ teologiyada Tanrının nə olduğunu bilə bilmirəmsə, Tanrının pozitiv bilgisi ancaq Tanrı ilə birləşmə aktı ilə mümkündür. 122
Az Book Library
Bu prinsipi insana tətbiq edərək “neqativ psixologiyadan” danışa bilərik, insanın tam bilgisi düşüncə ilə mümkün deyil, “tam bilgi” ancaq sevgi aktında mümkündür. Mistisizm neqativ teologiyanın məntiqi nəticəsi olduğu kimi sevgi də neqativ psixologiyanın nəticəsidir. Psixologiyanın sərhədlərini müəyyən etmək bu sərhədlər pozulanda yaranacaq təhlükəyə işarə et məkdir. Müasir insan tənhadır və qorxudulmuşdur, sevmə bacarığı zəifdir. O qonşusuna yaxın olmaq istəyir ancaq yaxın olabilmək imkanından uzaqdır və laqeyiddir. Onun qonşusu ilə marjinal əlaqələri çoxtərəfli və asanlıqla qurulandır amma dərin bir mərkəzi “əlaqədar olmaq” duyğusundan uzaqdır. Yaxın olmaq məqsədiylə o bilgi axtarır və psixologiyanı tapır. Psixologiya sevginin, səmimiyyətin, özü ilə başqalarının birliyinin yerini tutur; birləşmə aktına doğru atılmış bir addım olacağına, tənha və yadlaşmış insan üçün sığınacaq olur. Psixologiyanın surroqatlığı psixoanalizin populyarlığı fenomenində özünü göstərir. Psixoanaliz özümüz və ətrafımızdakı insanlar haqqındakı parataksik deformasiyaları ortadan qaldrımağa kömək edə bilər. O illuziyalardan xilas edə və bizim təkbaşına həyata keçirə biləcəyimiz həlledici aktın-olma cəsarəti, sıçrayış, təməl bağlanma aktı-önündəki maneələri qaldıra bilər. 123
Az Book Library
İnsan, fiziki doğumundan sonra daimi doğulma proseslərindən keçməlidir. Ana qarnından qurtulmaq birinci doğulmadır, onun döşündən ayrılmaq ikinci, qollarından düşmək üçüncüsüdür. Bu mərhələdən sonra doğulma prosesi dayanır, insan sosial olaraq tənzimlənmiş və faydalı insana çevrilir ancaq ruhi baxımdan yeni doğulmş uşaq kimi qalır. Əgər o insan potensialını reallaşdırmaq istəyirsə doğulmalara davam etməlidir. O torpaq və qanın ilkin bağlarından qurtulmalıdır. Bir ayrılma aktından digərinə keçməlidir. İnsan əminlik və özünə haqq qazandırmaqdan əl çəkməli, fədakarlıq, qayğı və sevgi aktına keçməlidir. Psixoanalitik müalicə zamanı tez tez baş verən bir hal terapist və xəstə arasında psixoanalizin, ayrılma acısını, aktını, sıçrayışı reallaşdırmadan insanın xoşbəxtlik və yetkinlik qazana biləcəyi bir metod olduğu şəklində səssiz razılaşmadır. Sıçrama analogiyasını bir az daha irəli götürsək, psixoanalitik vəziyyət insanın üzmə öyrənmək istədiyi, ancaq suyun üzdürə biləcəyinə inamının olmadığı, suya sıçrama anından ciddi şəkildə qorxmasına bənzəyir. İnsan hovuzun kənarında dayanır, müəlliminin ona hansı hərəkətləri edəcəyini açıqlamasına diqqətlə qulaq asır, bu yaxşıdır və lazımlıdır. Ancaq biz onların söhbətlərinin uzandığını görəndə danışığın real üzmə aktının yerinə keçdiyini düşünürük. Psixoloji yanaşmanın miqdarı və dərinliyi əsla sıçrayış aktının, sıçrayışa bağlanmanın yerini tuta bilməz. O sıçrayışa apara bilər, ona hazır124
Az Book Library
laya bilər, onu mümkün edər-psixoanalitik metodun legitim funksiyası budur. Ancaq psixoanaliz, aktın həyata keçirilməsi məsuliyyətinin, o olmadan insanda real dəyişikliyin baş verməyəcəyi aktın yerini tutmağa çalışmamalıdır. Psixoanaliz belə qəbul ediləcəksə, bir şərtə də əməl olunmalıdır. Psixoanalist özündə və yoldaşlarında yer etmiş, dövrümüz üçün xarakterik olan yadlaşmanın öhdəsindən gəlməlidir. Dediyim kimi, müasir insan özünü əşya -marketdə sərmayə qoyulacaq enerjilərin bədənləşməsi- kimi görür. Öz yoldaşını da faydalı barter üçün başqa bir əşya olaraq qəbul edir. Müasir psixologiya, psixiatriya və psixoanaliz də bu yadlaşma işinin içindədirlər. Pasiyent bir çox hissədən təşkil olunmuş əşya kimi görülür. Bu hissələrdən bəziləri xarab olub və avtomobil hissələri kimi “təmir olunmalıdırlar”. Orasında-burasında defektlər-bunlara simptom deyirlər-var. Psixiatrist onları təmir etməyi öz funksiyası kimi görür. O pasiyentə özünəməxsus bir bütün kimi baxmır. Psixoanalizin real imkanlarını yerinə yetirməsi üçün psixoanalist öz yadlaşmasının öhdəsindən gəl məlidir, özünü pasiyentlərlə dərindən əlaqələndir mək bacarığında olmalı və bu əlaqə pasiyentin spontan təcrübələrinə yol açmalı, özünü “anlamağa” sə bəb olmalıdır. O pasiyentə bir obyekt kimi baxmamalı, hətta təkcə “iştirakçı və müşahidəçi” olmaqla kifayətlənməməlidir. O pasiyentlə bir olmalı, eyni zamanda öz ayrılığını və obyektivliyini də qorumalıdır 125
Az Book Library
ki birlik və fərqlilik aktında öz təcrübələrini formullaşdıra bilsin. Hədəf olaraq müəyyənləşdirilmiş fundamental qavrayış sözlərlə tam ifadə oluna bilməz. Bu məqsəd pasiyentin defektlərini və bu defektlərin mənşəyini açıqlayan bir “hesabat” deyil, bütüncül bir intuitiv qavrayışdır, bu qavrayış əvvəlcə psixoanalitikdə baş verir və əgər o bacarıqlıdırsa, pasiyentə də ötürülür. Bu qavrayış anidir. Belə bir intuitiv akta beynin qavrayışla əlaqəli bəzi funksiyaları tərəfindən hazırlıq görülə bilər, ancaq beynin bu funksiyaları qavrayışın yerini tuta bilməz. Əgər psixoanaliz bu istiqamətdə inkişaf edərsə insanın çevrilməsi və ruhi dəyişməsi üçün tükənməz potensiyala sahib olacaq. Əgər o yadlaşmanın sosial ağlarında əsir olsa, bu və ya digər defekti təmir edə biləcək, ancaq əslində qeyri-insani cəmiyyətdə insanı daha da avtomatlaşdırmanın və yadlaşmaya alışdırmanın yeni bir aləti olacaq. • “Gnothi seauton”- Delfidəki Apollon məbədinin giri şinə yazılmış cümlə • Vilyam Ceyms, amerikan filosofu və psixoloqu • Frederik Teylor, amerikan menecment nəzəriyyəçisi, “elmi menecment” nəzəriyyəsinin müəllifi • Psixologiya sözü yunanca “psyche”-şüurlu və şüuraltı zehni proseslərin məcmusu-sözündən yaradılmışdır • “Parataxic distortion”- bir insanın digərlərini reallığa əsaslanmayan, özünün görmək istədiyi kimi gör məsini anlatan psixoloji termin 126
Az Book Library
Stanislav Grof
2012: DÜNYANIN SONU YOXSA ŞÜURLARDA INQILAB?
Az saydakı istisnalar xaric, kosmik tsiklin sonuna dair Maya kəhanəti sanki insanlığın və maddi dünyanın həqiqi fiziki məhvini xəbər verirmiş kimi səhv başa düşüldü. Bu “apokalipsis” terminini səhv başa düşən xristiyan fundamentalistlərinin, xüsusiylə də milyonlarla amerikalı xristiyanın “apokalipsis” adlanan qlobal bir fəlakət zamanı coşqu və İsa ilə birləşmə təcrübə edəcəklərini düşünmələrini yada salır. Ancaq apokalipsisin orijinal mənası fəlakət deyil, “pərdənin qaldırılması”, “açığa çıxma”-dır, insanların çoxundan gizlədilən, seçilmiş şəxslərə məlum olan sirrlərin aşkarlanmasıdır. Şüurun normal təcrübədən fərqli hallarına dair tədqiqatlarıma əsaslanaraq mən Maya kəhanətinin radikal fərqli, daha optimist bir şərhinə inanıram. Maya kəhanəti maddi dünyanın fiziki məhvinə deyil, insanlığın kütləvi daxili transformasiyası nəticəsində azğın şiddətin və doymayan tamahın hakim olduğu bu dünyanın dəyişməsinə işarə etmiş ola bilər. 127
Az Book Library
Mayalılar çox bacarıqlı astronomlar idilər, 2000 il bundan əvvəl qış günü dönümündə günəşin mövqeyinin yavaş sürətlə qalaktik oxla düzlənməyə meyl etdiyini müşahidə eləmişdilər. Bu dəyişikliyin səbəbi yerin fırlanma oxunun presessiyası-ləngər vurmasıdır. Mayalılar bu nəticəyə gəldilər ki, kosmik miqyasda bu ümidverici dəyişiklik hər 25,800 ildə bir təkrarlanan günəş və qalaktika oxlarının paralelləşməsi zamanı baş verəcək. Dəqiq astronomik müşahidələr aparmaqla bərabər mayalılar daxili dünyalarının da həvəsli araşdırıcıları idilər. Onlar bu məqsədlə “Lophophora Williamsii” kaktusundan (peyote), “Psilocybe” göbələklərindən, “Salvia divinatorum” bitkisindən, zanbaq toxumla rından, yabanı tütündən, “balche”-dən (“Lonchocar pus longistylus” agacından və baldan hazırlanan iç ki) və “Bufo marinus” qurbağasının dərisində ifraz olunan mayedən istifadə ediblər. Mayalıların bu kimi “sakralın texnologiyaları”-ndan istifadə etdiklərinə dair əlimizdə kifayət qədər faktlar var. Son 50 ildə mən “sakralın texnologiyaları”-nı isti fadə edərək müasir insanın ruhunu (psyche) və onun sağalma potensialını araşdırıram. Bunlar müxtəlif qrup çalışmaları, nəfəs məşqlərindən ibarət təlim proqramları və psixodeliklərdən istifadə olunan kli nik tədqiqatlardır. Dəstəkləyici bir mühitdə və məsu liyyətini dərk edən rəhbərin nəzarətində fərdlər bu metodlardan istifadə edərək şüurun müxtəlif informativ, şəfaverici və trans hallarını təcrübə edə bilərlər. 128
Az Book Library
Mən belə şüur hallarını “holotropik” adlandırıramonlar bizi ruhun bütünlüyünə aparır. Şüurun holotropik hallarında fərdlərin gündəlik təcrübədən çox uzaqlaşıb kainat haqqinda dərin qav rayışlar qazanmaları mümkündür. Çox vaxt bu ruh halındaykən onlar xarici hadisələrlə öz daxili təcrü bələri arasında mənalı əlaqələrin dərkinə varırlar. Müasir, sənaye sonrası dövrün şüur anlayşı bu ideyanı qəbul etməməyə meyilli olsa da, kainatın hər şeyin bir biri ilə əlaqədə olduğu orqanik bütün olaraq qavranması və insan ruhunun da makrokosmosu əks etdirən mikrokosmos olduğunun dərk edilməsi belə təcrübələrin əsas xüsusiyyətidir. Mümkündür ki holotropik şüur halında mayalılar öz psixi təcrübələri, səma hadisələri və göy cisimləri arasında mənalı əla qələr qurublar. Araşdırmalarım onu da göstərir ki, holotropik halları təcrübə edən fərdlər təkrar təkrar “ölüm” və yenidən doğulma şəklində psixospritual proses formasında dərin transformasiya yaşayırlar. Bu proses onların daha əvvəl fərq etmədikləri ruhi təbiətləri üzərindən pərdənin qaldırmasıyla sözün həqiqi mə nasında apokaliptikdir. Amma fərdlər belə bir “pərdə qalxması”-nın ya da “açığa vurma”-nın təcrübə edilməsi üçün əvvəlki kimliklərini yola salmalıdırıar. Bu “ölüm”, dərin bir yox olma qorxusunu tətikləyə bilər, ekzistensiyalist mövzularda uzanan münaqişə və şiddətli müqavimət yarada bilər. Bunu nəzərə aldıqda insan növünün ha129
Az Book Library
zırki davranışının, transformasiyaya qarşı olan daxili qorxusunun şüuraltı “manifesti” olduğuna inanmamaq olmur. Hadisələrin gedişinə baxanda insanın dünyanın pozulduğuna inanmağı gəlir. Mayalı kahinlərin bunu nəzərdə tutub tutmadıqlarından asılı olmayaraq, insanlıq tarixində bənzəri daha əvvəl görünməmiş dramatik bir yarış içərisindəyik. İnsanlığın gələcəyi və planet üzərindəki həyat təhlükədədir. İşlədiyim bir çox insan holotropik vizyonları za manı insanlığı kritik bir yol ayrıcında görürlər-kol lektiv yox olma ya da bənzərsiz təbiətə sahib bir şüura doğru böyük miqyaslı təkamül sıçrayışı. Şair-filosof Terens MakKenna bunu qısaca və dəqiq ifadə edib: “Elə ya da belə, axmaq meymunun tarixi başa çatıb”. Biz növümüzün radikal transformasiyasına nail olmalıyıq, yoxsa məhv ola bilərik. Üzləşdiyimiz krizis bulanıq və qeyi-müəyyəndir, o həm optimist həm də pessimist şərhlərə açıqdır, bu şərhlərin hər ikisini dəstəkləyəcək faktlar və məlumatlar mövcuddur. Nəticələri açıq aşkar dağıdıcı və ya intihar mahiyyətində olan köhnə strategiyalarla davam etsək, müasir sivilizasiyanın yaşayamağa davam edə biləcəyi şübhəlidir. Halbuki əgər yetərli sayda insan dərin daxili transformasiya keçırsə, biz növümüzə fəxrlə verdiyimiz ‘homo sapiens sapiens’ adını haqq edəcəyimiz bir şüur mərhələsinə və səviyyəsinə çatarıq və indikindən çox fərqli bir dünyada yaşayarıq. 130
Az Book Library
Az Book Library