!
MÜNDƏRİCAT Trotski - Bolşevizm yoxsa, Stalinizm?....................1 Lenin - Gənclər ittifaqlarının vəzifələri.................10 Trotski - Gəncliyə qarşı mübarizə.........................19 Lenin - Tolstoy və proletar mübarizəsi.................24 Ernest Mandel - Roza Lüksemburqun mövqeyi....25
İnqilabçı nəzəriyyə olmadan inqilabçı hərəkat olmaz! LENİN
Jurnalımızın ikinci nömrəsi, yoldaş Trotskinin SSRİ-də yüksələn bürokratiyadan sonra "bolşevizmi" müdafiə etdiyi və stalinizmlə arasındaki fərqləri göstərdiyi əhəmiyyətli yazısı ilə başlayır. Son vaxtlar solda müzakirə edilən mövzu olduğu üçün tərcümə edilməsinin gənclərin mütaliəsinə faydalı olacağını düşündük. Ardınca gələn gənclər haqqındaki iki məqalədən birincisində, yoldaş Lenin proletar diktaturası şəraitindəki gənclərə, ikincisində isə Trotski artıq bürokratiyanın təzyiqi altında əzilən gənclərə müraciət edir. Məqalələrdən başa düşüləcəyi kimi, yeni nəslin əlqolunu bağlamaq sosializm quruculuğunda mühüm maneədir və bu stalinizmin uydurduğu "dövlətli sosializm" mərhələsinin iç üzünü bizə göstərir. Dünyanın böyük yazıçısı Tolstoyun proletar nöqteyinəzəri və siyasi-iqtisadi şərtlər cəhətdən qiymətləndirməsindən ibarət olan Leninin qısa məqaləsi olduqca maraqlıdır. Son olaraq Ernest Mandelin öz əsərlərində diqqət çəkdiyi Roza Lüksemburqun Lenin-Trotski tənqidləri məsələsi barədə məqalə mövcuddur. Bu məqalədə Mandelin fikrincə Lüksemburqun dediklərində həqiqət payı vardır. Jurnaldaki bütün qalın şriftlə və kursivlə verilən hissələr bizə aiddir. Jurnalımızla bağlı fikirləriniz və şikayətləriniz, aşkar etdiyiniz səhvlər barədə bizimlə əlaqə salayın. Yaşasın işçi sinfi! Yaşasın inqilabçı marksizm!
Trotski
Yenilikçilərimiz
Bolşevizm, yoxsa Stalinizm?
Köhnə Avstriya kommunistlərindən Willi Schlamm, Moskva Məhkəmələri haqqında, Yalanın Diktatorluğu kimi mənalı bir ad daşıyan kitabça yazdı. Schlamm, xüsusilə gündəlik problemlərə diqqət edən bacarıqlı qəzetçidir. Moskva təhrifatlarının tənqidi və “könüllü etirafların” psixoloji mexanizminin sərgilənməsi Schlammın kitapçasında mükəmməl formada işlənilib. Lakin Schlamm bunlarla qane olmur; məğlubiyyətlərə və təhrifatlara qarşı gələcəkdə özünü müdafiə edə biləcək sosializm nəzəriyyəsi də yaratmaq istəyir. Schlamm əslində nəzəriyyəçi olmadığına və hətta, sosializmin inkişaf tarixi ilə çox da tanış olmadığına görə, yeni bir şey kəşf etmək adı altında, Marksdan əvvəlki sosializmə, həm də bunun ən geri, ən mülayim və ən mənasız növü olan Alman sosializminə geri qayıdır. Schlamm, dialektikanı, sinfi mübarizəni və proletariat diktaturasını inkar edir. Cəmiyyətin dəyişdirilməsi vəzifəsinə bəzi “əbədi” əxlaqi həqiqətlərin həyata keçirilməsi mənasını vermək və bunları bugündən, kapitalist rejimində insanlığı inandırmağa hazırlaşmaq. Willi Schlammın sosializmi əxlaq peyvəndi ilə xilas etmək cəhdi, Kerenskinin Novaia Russia-sı (Parisdə dərc edilən köhnə bir Rus qeyri-mərkəzi məcmuəsi) tərəfindən yalnız sevinclə deyil, eyni zamanda qürurla qarşılandı: Redaktə heyəti, haqlı olaraq Schlammın, quru və sərt sinfi mübarizə anlayışına çox qədimdən bəri inanc, ümid və sevgi ilə qarşı çıxan həqiqi Rus sosializminin prinsiplərində olduğu fikrindədirlər. Həqiqətən də, Rus “sosialist inqilabçılarının” xüsusi doktrinası, nəzəriyyəçiləri cəhətdən, Marks öncəsi Alman sosializminə qayıdışı ifadə edirdi. Şüphəsiz ki, Kerenskinin düşüncə tarixini Schlammdan daha yaxşı bilməsini gözləmək böyük haqsızlıq olar. Bundan daha da önəmlisi, bugün Schlammla dostluq edən Kerenskinin, hökümət rəhbəri olarkən, “Alman baş qərargah rəisinin agentləri” adı ilə bolşeviklərin məruz qaldığı zülmün başında olması, yəni bugün Schlammın dəbdən düşmüş metafizik düşüncələrlə qarşı çıxmağa çalışdığı təhrifatçılığın eynisini özünün təşkil etmiş olmasıdır.
İndiki kimi mürtəce dövrlər, işçi sinfini öndərindən uzaqlaşdırıb pərən-pərən salmaqla və zəiflətməklə qalmır, eyni zamanda çoxdandır uzun yol qətt etmiş siyasi düşüncəni geriyə atır, hərəkatın ümumi ideoloji səviyyəsinin aşağı düşməsinə də səbəb olur. Bu şəraitdə öndərin əsas vəzifəsi ümumi mürtəce axınına qapılmamaqdır. Axına qarşı getmək lazımdır. Əgər əlverişsiz natarazlıq əvvəl qazanılan siyasi cəbhənin qorunmasına imkan yaratmırsa, ən azından ideoloji cəbhədə mübarizə aparmaq zəruridir çünki keçmişdə böyük qurbanlar verərək qazanılan təcrübə bu ideoloji cəbhədə yerləşmişdir. Belə bir siyasət axmaqlara “qatılıq” kimi görünür. Həqiqətdə isə bu, gələcəkdə baş verəcək tarixi yüksəlişlə bərabər yeni və böyük sıçrayış üçün əvvəlcədən hazırlaşmaqdan başqa bir şey deyil.
Marksizmə və kommunizmə qarşı münasibət Böyük siyasi məğlubiyyətlər, qaçılmaz olaraq oturuşmuş dəyərlərin ümumilikdə iki cəhətdən gözdən keçirilməsinə yol açır. Bir cəhətdən məğlubiyyətlərin təcrübəsi ilə zənginləşən həqiqi öndər, inqilabçı düşüncəni var gücü ilə müdafiə edərək gələcəkdəki kütləvi mübarizə üçün yeni kadrları bu təcrübə vasitəsilə öyrətməyə çalışır. O biri cəhətdən isə, məğlubiyyətlərdən qorxan məmur beyinlilər, mərkəzçilər və inqilab həvəskarları inqilabçı ənənənin üstünlüyünü məhv etmək və “yeni bir həqiqət” axtarmaq adı altında, geriyə qayıtmaq meylindədirlər. Çoxu həvəssis olaraq meydana çıxan, xeyli ideoloji yanaşmanı misal gətirə bilərik. II və III İnternasionalların və bunların London peykinin bütün siyasi ədəbiyyatı, bu cür misallar təşkil edir. Bunlarda nə Marksist təhlilin izini, nə də gələcəyə dair deyilmiş bir söz tapmaq mümkün deyildir. Çürümənin iyrənc iyini hiss etmək üçün Hilferdingdən ya da Otto Bauerdən bir neçə sətir oxumaq kifayətdir. Kominternin nəzəriyyəçilərindən danışmağa belə dəyməz. Məşhur Dimitrov kiçik dükançı qədər cahil və bayağıdır. Belələrinin düşüncəsi Marksizmi inkar edə bilməyəcək qədər tənbəldir; amma yenə də onu yoldan çıxarmağı bacarır. İndi bizi maraqlandıran bu adamlar deyil.
1
Schlamm və onun kimilərin göstərdiyi açıq reaksiyanın ardındaki psixoloji mexanizmi başa düşmək olduqca asandır. Bu şəxslər müəyyən bir dövr ərzində sinfi mübarizəyə and içən və dialektik materializmə ibadət edən siyasi hərəkatda iştirak etmişdilər. Bu, Almaniyada olduğu kimi Avstraliyada da fəlakətlə
nəticələnmiş və Schlamm bu fəlakətdən bu başdan sovdu nəticəni çıxarmışdır: Baxın görün, sinfi mübarizə və dialektik materializm nələrə səbəb olur! Beləliklə, kəşflərin sayı tarixi təcrübə ilə... və şəxsi bilik bolluğu ilə məhdudlaşdığına görə bizim yenilikçimiz də yeni iman axtararkən çoxdan unudulmuş bir düşüncəni yenidən kəşf etmişdir; üstəlik bu düşüncəni təkcə Bolşevizmin deyil, eyni zamanda Marksizmin də qarşısına cəsarətlə qoymuşdur. İlk baxışda, Schlammın göstərdiyi ideoloji reaksiya (Marksdan... Kerenskiyə) üstündə dayanmağa dəyməyəcək qədər ibtidai görünür, lakin, əslində, son dərəcə tərbiyəvidir. Məhz bu ibtidailiyinə görə, xüsusilə, bolşevizmdən blok halında imtina edənlər başda olmaqla, bütün digər reaksiya növlərinin ortaq məxrəcini təmsil edir.
Marksizmə qayıdış Marksizm, ən yüksək tarixi ifadəsini bolşevizmdə tapmışdır. Proletariatın ilk qələbəsi və ilk işçi dövləti bolşevizmin bayrağı altında gerçəkləşmişdir. Artıq heç bir güc bu hadisələri tarixdən silə bilməz. Belə ki, oktyabr inqilabının bu günkü vəziyyətə düşməsi təzyiq, soyğun və təhrifat dövrü ilə bürokratiyanın diktaturasına, Schlammın da doğru qeyd etdiyi kimi, yalanın diktaturasına çevrilməsindən sonra formal və səthi şəkildə, bolşevizmdən imtina etmədikcə Stalinizmə qarşı mübarizənin mümkün olmadığı nəticəsini çıxarmışdır. Artıq bildiyimiz kimi, Schlamm daha da irəli gedir və korlanaraq Stalinizmə çevrilən bolşevizmin bilavasitə Marksizmdən törədiyini söyləyir. Dolayı yolla da Marksizmin prinsiplərinə əsaslanaraq Stalinizmə qarşı mübarizə etməyin qeyri-mümkün olduğu fikrini irəli sürür. Daha az tutarlı, lakin sayca daha çox olan bir qrup isə bunun əksini müdafiə edərək, bolşevizmdən Marksizmə qayıtmaq lazım olduğunu deyir. Hansı yolla və hansı Marsksizmə qayıdılacaq? Marksizm, bolşevizm forması alaraq “iflas” etməzdən qabaq sosial demokratiya forması kimi çökmüşdü. Bu halda, “Marksizmə qayıdış” şüarı II və III İnternasional dövrlərinin üzərindən sıçrayaraq I İnternasionala qayıtmaq mənasına gəlir. Lakin I İnternasional da öz dövründə məğlubiyyətə uğramışdı. Yəni, əvvəl-axır, Marks və Engelsin toplu əsərlərinə geri qayıtmaq lazımdır. Bu sıçrama kabinetdən çıxmadan və hətta, başmağını belə çıxarmadan edilə bilər. Lakin onda bolşevizmi və oktyabr inqilabını da əhatə edən onlarla ilin nəzəri və
siyasi mübarizəsini bir kənara qoyaraq, bu klassik əsərlərdən (Marks 1883-cü, Engels 1895-ci ildə vəfat edib), yeni dövrün vəzifələrinə necə keçiləcək? Bolşevizmin tarixdə “iflas” etmiş bir meyl olaraq yadırğanmasını məsləhət görənlərdən heç biri yeni bir yol göstərə bilməmişdir. Beləliklə, hər şey Kapitalı tədqiq etmək yolunda bəsit bir nəsihət qədər kiçildilir. Bu nəsihətin etiraz ediləcək bir tərəfi yoxdur amma bolşeviklər də Kapitalı tədqiq etmişdilər, həm də olduqca yaxşı. Belə ki, bu Sovet dövlətinin pozulmasının və Moskva məhkəmələrinin təşkil olunmasının qarşısını almadı. Elə isə, nə etməli? Bütün mürtəce qüvvələrin, menşeviklərin, anarxistlərin və özlərini Marksist hesab edən bəzi sol doktrinaçıların inandığı və şəxsən Stalinin iddia etdiyi kimi, doğrudan da Stalinizm bolşevizmin zəruri məhsuludur? Bunlar, “biz əvvəldən bəri hər zaman demişdik” deyirlər, “digər sosialist partiyaların qadağan edilməsi ilə, anarxistlərin əzilməsi ilə, sovetlərdə bolşeviklərin diktaturasının qurulması ilə başlayan prosesin sonunda, Oktyabr inqilabı qaçılmaz olaraq bürokratiyanın diktatorluğu ilə nəticələnəcəkdi. Stalinizm Leninizmin həm davamı, həm də iflasıdır”.
Bolşevizm Stalinizmin məsuliyyətini daşıyırmı? Bu fikirdəki yanlış - bolşevizmin, Oktyabr inqilabının və Sovetlər Birliyinin dolayı yolla eyniləşdirilməsidir. Bolşevizm, bir-birinə düşmən qüvvələrin mübarizəsindən təşkil olunan bir tarixi dövr ərzində deyil, boşluqda təşəkkül tapmış kimi başa düşülür. Halbuki bolşevizm, işçi sinfinə sıx bağlı olmaqla bərabər, onunla eyni olmayan siyasi cərəyandır. SSRİ-də işçi sinfindən başqa, yüz milyondan çox kəndli və müxtəlif milli azlıqlarla yanaşı təzyiq, səfalət və cəhalətdən təşkil olunan miras var. Bolşeviklər tərəfindən qurulan dövlət təkcə bolşeviklərin iradələrini deyil, eyni zamanda ölkənin mədəni səviyyəsini, xalqın ictimai birliyini, barbar keçmişin və bundan daha az barbar olmayan dünya imperializminin təzyiqini də əks etdirir. Sovet dövlətinin korlanma dövrünü bolşevizmin təkamülü olaraq göstərmək, məntiqlə ictimai həqiqətin elementlərindən ancaq biri uğrunda ictimai həqiqətin özünü görməzlikdən gəlməkdir. Əslində, bu bəsit yanlışa ad qoymaq heç bir izin qalmaması üçün kifayətdir.
2
Belə ki, bolşevizm də özünü heç vaxt nə Oktyabr inqilabı ilə, nə də Sovet dövləti ilə eyni hesab etməmişdir. Bolşevizm özünü tarixi faktorlardan biri olaraq, tarixin “şüurlu”, çox vacib, lakin müəyyənləşdirici olmayan bir faktoru olaraq qəbul etmişdir. Biz müəyyən edici faktoru (mövcud məhsuldar qüvvələr əsasında) sinfi mübarizədə görürük; təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə sinfi mübarizədə. Bolşeviklər kəndlilərin kiçik burjua meyllərinə güzəştə gedərkən, partiyaya daxil olmağı sərt qaydalarla məhdudlaşdırarkən, partiyadakı yad ünsürləri ayırd edərkən, digər partiyaları qadağan edərkən, NEP-in (Mart, 1921-ci ildəki 10-cu Partiya Konqresində qəbul edilən, bazar impulslarına və kiçik xüsusi mülkiyyətə icazə verən “Yeni İqtisadi Siyasət”) tətbiq edilməsinə başlayarkən, bəzi müəssisələrə güzəştə gedib geri addım atarkən ya da imperialist hökumətlərlə diplomatik razılaşmalar həyata keçirərkən özləri üçün əvvəldən bəri nəzəri cəhətdən aydın olan bu əsas həqiqətdən lazımlı nəticələr çıxarırdılar: İqtidara gəlmək özlüyündə nə qədər vacib olursa olsun, partiyanı tarixi dövrün mütləq hökmdarı halına gətirmir. Şübhəsiz, partiya iqtidara gəldikdən sonra, əvvəlcədən malik olmadığı bir qüvvə ilə cəmiyyətin inkişafına təsir etmə imkanına qovuşur. Lakin buna əks olaraq partiya, cəmiyyətin bütün digər ünsürlərinin təsirinə on qat daha açıq vəziyyətə düşür; düşmən qüvvələrin birbaşa zərbələri ilə iqtidardan uzaqlaşdırıla bilir; daha yavaş bir təkamül prosesi ərzində iqtidarda qala və korlana bilir. Stalinist bürokratiyanın çürümüşlüyü içində bolşevizmə qarşı son bir arqument axtaran bu təriqətçi çoxbilmişlərin dərk edə bilmədiyi məhz tarixi dövrün dialektikasıdır. Əslində, bu cənabların demək istədikləri budur: Özünü pozulmağa qarşı sığortalaya bilməyən inqilabçı partiya heç bir işə yaramaz. Şübhəsiz, belə bir kriteriya qarşısında açıq-aydın məhkum olur, çünki hər hansı bir tilsimə sahib deyil. Lakin bu kriteriyaların hamısı səhvdir. Elmi düşüncə konkret həll yolu tələb edir: Partiya necə və niyə çürüyüb? İndiyə qədər bolşeviklərdən başqa heç kim belə bir həll yolu təqdim etməyib. Üstəlik, bolşeviklər bunu edərkən heç də bolşevizmdən qopma zərurəti hiss etməyib; əksinə, bolşevizmin müqəddəratını tədqiq edə bilmək üçün lazım olan hər şeyi bolşevizmin öz cəbhəxanasında tapdılar. Gəldiyimiz nəticə budur: Şübhəsiz, Stalinizm bolşevizmdən törəmişdir; amma bu məntiqi yox, dialektik törəmə formasında olmuşdur; yəni bolşevizmin inqilabi təsdiqi olaraq deyil,
3
termidorçu yadırğanması olaraq. Bu heç də tək və eyni şey deyildir.
Bolşevizmin əsas uzaqgörənliyi Bununla bərabər, bolşeviklər SSRİ-nin rəhbəri olan partiyanın sonradan çürüməsinin səbəblərini açıqlamaq üçün Moskva Məhkəmələrinə ehtiyac duymadılar. Bu cür təkamülün mümkünlüyünü əvvəlcədən görmüş və bu mövzuda fikirlərini bəyan etmişdilər. Bolşeviklərin, yalnız oktyabr inqilabı ərəfəsində deyil, ondan illərlə əvvəl də ifadə etdikləri proqnozu yadımıza salaq: “Milli və beynəlxalq miqyasda qüvvələrin yenidən toplanması, proletariata ilk dəfə Rusiya kimi geridə qalmış bir ölkədə iqtidara gəlmək imkanı vermişdir. Lakin bu yenidən toplanma, az-çox qısa bir vaxt ərzində qabaqcıl ölkələrin proletariatı qələbə qazana bilmədiyi təqdirdə, Rusiyada işçi dövlətinin çöküşünü də əvvəlcədən qəti şəkildə göstərir”. Sovet rejimi tək başına qalsa ya çökəcək, ya da pozulacaq. Daha doğrusu, əvvəlcə pozulacaq, sonra çökəcək. 1905-ci ildən başlayaraq, mən də bu mövzuda bir çox dəfə yazmışam. Rus İnqilabı Tarixi adlı kitabımda bolşevik rəhbərlərin 1917-ci ildən 1923-cü ilə qədər bu mövzu haqqında dedikləri toplanmışdır. Onların hamısı bu formada ümumiləşdirilə bilər: “Əgər Qərbdə inqilab olmasa, bolşevizm ya ölkə daxilində əksinqilabla, ya xarici müdaxilə ilə, ya da ikisinin birləşməsi ilə ləğv ediləcək”. Xüsusilə Lenin, sovet rejiminin bürokratlaşmasının texniki ya da təşkilati bir problem deyil, işçi dövlətinin pozulmasının ehtimal olunan başlanğıcı olduğunu bir neçə dəfə bildirmişdir. 1922-ci ilin mart ayında partiyanın XI Konqresində, Lenin NEP (YİS) dövründə, liberal professor Ustrialov başda olmaqla, bəzi burjua siyasətçilərinin Rusiyadakı sovet iqtidarına verəcəkləri dəstək haqqında danışdı. Ustrialov bir Kadet, bir burjua olmasına baxmayaraq, “Rusiyadakı sovet iqtidarını dəstəkləmək tərəfdarıyam, bu iqtidar adi burjua iqtidarına çevrilməyə başlamışdır” deyir. Lenin, düşmənin bu laqeyd sözlərini “kommunistlərin yaltaqlığından” daha üstün tutur. Sərt və açıq şəkildə partiyanı təhlükəyə qarşı xəbərdar edir: “Ustrialovun bəhs etdiyi gedişat mümkündür. Bunu açıq-aydın bildirmək lazımdır. Tarix hər cür çevrilişə səhnə olmuşdur. İnanca, fədakarlığa və digər
mükəmməl əxlaqi keyfiyyətlərə bel bağlamaq siyasətdə ciddiyyətlə heç bir şəkildə üst-üstə düşmür. Çox az sayda insan mükəmməl əxlaqi xüsusiyyətlərə sahibdir, ancaq tarixin müqəddəratını müəyyən edən nəhəng kütlələrdir. Kütlələrin bu bir ovuc əxlaqlı insandan xoşu gəlməsə, onlara heç də nəzakətlə davranmayacaqlar. Qısası: partiya təkamülün tək faktoru deyil və geniş tarixi miqyasda müəyyənedici faktor ola bilməz”. Lenin, iştirak etdiyi son konqres olan bu konqresdəki nitqini belə davam etdirir: “Bir xalq digərini fəth edə bilər. Bu hər kəs üçün bəsit və başa düşülən bir şeydir. Lakin bu xalqların mədəniyyətlərinin nə olacağı məsələsi o qədər sadə deyildir. Əgər qalib xalqın mədəniyyəti məğlub xalqın mədəniyyətindən üstündürsə, qalib xalq öz mədəniyyətini digərinə qəbul etdirir; amma əgər mövzu bunun əksidirsə, məğlub tərəf öz mədəniyyətini qalib tərəfə qəbul etdirir. Buna oxşar bir hadisə, RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikası) paytaxtında baş vermədimi? 4700 kommunistin (seçilmişlər içində ən görkəmlilərindən təşkil olunan təxminən bir bölük kommunist) yad bir mədəniyyətə boyun əyməsi ilə nəticələnmədimi?” Bunlar, 1922-ci ilin əvvəlində deyilmişdi, həm də birinci dəfə deyildi. Tarixi yaradan (seçilmişlər içindən ən görkəmlilər olsa belə) bir neçə şəxs deyil; üstəlik bu seçilmişlər də “yad” bir mədəniyyətin, yəni burjuaziyanın təsiri altında pozula bilər. Məsələ təkcə Sovet dövlətinin sosializm yolundan ayrılması ehtimalı deyil. Eyni zamanda, əlverişsiz tarixi şəraitdə bolşevik partiyası da bolşevizmini itirə bilər. 1923-cü ildə son formasını alan Sol Müxalifət bu təhlükənin açıq şəkildə dərk edilməsindən yaranmışdı. Pozğunlaşmanın əlamətlərini günü-gününə izləyən Sol Müxalifət termidor təhlükəsinin qarşısına qabaqcıl proletarın şüurlu iradəsini çıxarmağa cəhd etdi. Buna baxmayaraq, bu subyektiv faktor kifayət etmədi. Leninin ifadə etdiyi kimi, mübarizənin nəticəsini müəyyən edən “nəhəng kütlələr” ölkədəki yoxsulluqdan və uzun zaman dünya inqilabını gözləməkdən çox yorulmuşdular. Kütlələr cəsarətlərini itirmişdilər. Bürokratiya üstün gəldi, qabaqcıl proletara hökmran oldu, Marksizmi ayaqlar altına atdı və bolşevik partiyasını yoldan çıxardı. Stalinizm qələbə qazandı. Bolşevizm, Sol Müxalifət formasında Sovet bürokratiyasından və onun
Kominternindən qopdu. Təkamülün həqiqi gedişatı bax belə oldu. Şübhəsiz, Stalinizm formal olaraq bolşevizmdən törəmişdir. Moskva bürokratiyası özünü bolşevik partiyası adlandırmağa bu gün də davam edir. Bürokratiyanın etdiyi ancaq kütlələri daha çox aldada bilmək üçün köhnə bolşevizm etiketini istifadə etməkdən ibarətdir. Qabığı toxum, görüntünü həqiqət hesab edən nəzəriyyəçilər isə daha da acınacaqlı vəziyyətdədirlər. Stalinizm ilə bolşevizmi eyniləşdirən termidorçulara ən böyük xidməti göstərirlər və bununla da açıqaydın mürtəce rol oynayırlar. Digər bütün partiyaların siyasi arenadan uzaqlaşdırılması ilə xalqın digər təbəqələrinin əks mənfəət və meyllərinin rəhbər partiya içərisində bu və ya digər ölçüdə öz əksini tapması qaçılmaz idi. Siyasi ağırlıq mərkəzi qabaqcıl proletardan bürokratiyaya doğru dəyişdikcə partiya həm ictimai birliyi, həm də ideologiyası baxımından dəyişikliklərə məruz qalırdı. Təkamülün qızğın gedişi səbəbi ilə partiya son on beş il içərisində sosialdemokratiyanın təxminən yarım əsr davam edən pozğunlaşmasından daha dərin pozğunlaşmaya məruz qaldı. Bugünkü ləğvetmələr bolşevizm və stalinizm arasında qanla çəkilmiş bir xətt yox, bir qan gölü əmələ gətirir. Bütün köhnə bolşevik nəslin, daxili müharibədə iştirak etmiş aralıq nəslin bir hissəsinin və bolşevik ənənələrə ciddi şəkildə sahib çıxan gənc nəslin bir hissəsinin qətl edilməsi stalinizm və bolşevizmin yalnız siyasi baxımdan deyil, bilavasitə fiziki baxımdan da barışmaz olduğunu açıq-aydın göstərir. Necə olur ki, bütün bunlar bəziləri tərəfindən görülmür?
Stalinizm ve dövlət sosializmi Anarxistlər isə Stalinizmi təkcə bolşevizmin və Marksizmin deyil, eyni zamanda ümumiyyətlə “dövlət sosializminin” bir məhsulu hesab edirlər. Bakuninin patriarxal “azad kommunalar federasiyaları”nın əvəzinə daha müasir azad sovetlər federasiyasına razılıq verirlər. Lakin anarxistlər, hər şeydən qabaq, mərkəzi hakimiyyətə qarşıdırlar. Belə ki, “dövlətçi” marksizmin bir qolu olan sosial-demokratiya iqtidara gələr-gəlməz kapitalın rəsmi agentinə çevrilmişdi; bir digər qolu isə yeni bir seçilmişlər kastası təşkil etmişdi. Hər şey açıq-aydın ortadadır: pisliyin mənbəyi dövlətdir. Geniş tarixi perspektiv nəzərə alındığında, belə bir fikir yürütmədə həqiqətin kiçik bir qırıntısına rast gəlmə ehtimalı var. Bir məcburiyyət
4
mexanizmi olaraq dövlətin siyasi və əxlaqi çürümə mənbəyi olduğu inkaredilməz bir həqiqətdir. Təcrübələrimizin göstərdiyi kimi, eyni şey işçi dövləti üçün də doğrudur. Buna görə deyə bilərik ki, stalinizm, dövlətin dəli köynəyinin hələ cırılıb-atılmadığı bir cəmiyyət mərhələsinin məhsuludur. Lakin bu vəziyyət Bolşevizmi və Marksizmi qiymətləndirmək üçün heç bir məlumat vermədən, təkcə insan sivilizasiyasının ümumi səviyyəsini və xüsusilə, proletariat və burjuaziya arasındakı qüvvə münasibətlərini göstərir. İşçi dövləti də olsa, dövlətin siniflərin barbarlığının nəticəsi olduğu və bəşəriyyətin həqiqi tarixinin dövlətin aradan qalxmasından sonra başlayacağı məsələsində anarxistlərlə ortaq məxrəcə gəldikdən sonra yalnız bütün ciddiyyəti ilə bir məsələ qalır: Dövlətin, ən nəhayət dağılmasını təmin edəcək yollar və üsullar hansılardır? Yaxın keçmişdə əldə etdiyimiz təcrübə bunların anarxizmin metodları olmadığına hər vəziyyətdə şahidlik edir. Dünyadakı diqqətəlayiq yeganə anarxist təşkilat olan İspaniya CNT-nin (Beynəlxalq İşçi Konfederasiyası, tərcüməçinin qeydi) başçıları böhran vəziyyətində burjuaziyanın nazirlərinə çevrildilər. Anarxist nəzəriyyəyə açıq-aydın xəyanət etmələrinin səbəbi olaraq “müstəsna şərait”in təzyiqini göstərirlər. Lakin, hər ciddi inqilabi təşkilat, onsuz da məhz bu müstəsna şərait üçün özünü hazırlayır. İspaniya təcrübəsi “normal şəraitdə” burjua dövlətinin icazəsi ilə yayımlanan broşuralarda dövlətin yadırğana biləcəyini, amma inqilabi şəraitin dövlətin inkar edilməsinə heç bir imkan verməyib, dövləti ələ keçirmək lazım olduğunu bir daha sübuta yetirmişdir. Dövlətin işini bir anda bitirə bilmədikləri üçün ispan anarxistləri günahlandırmaq məqsədində deyilik. İqtidarı ələ keçirdikdən sonra da (anarxist işçilərin qəhrəmanlığına baxmayaraq, ispan anarxist rəhbərlər bunu bacara bilmədilər) inqilabçı partiya cəmiyyətin mütləq ağası deyil. Lakin sülh dövrünə tamamilə uyğun olduğu halda, inqilabın “müstəsna şərait”i meydana gələn kimi tələsik tərk olunmalı olan anarxist nəzəriyyəni ən sərt şəkildə günahlandırırıq. Əvvəllər, ordunu ən çox yoran şeyin döyüş olduğunu düşünən generallara rast gəlinirdi (şübhəsiz, belələri indi də var). İnqilabın doktrinalarını al-üst etməsindən şikayətlənən inqilabçılar bu generallardan heç də daha üstün deyildirlər. Marksistlər ən son məqsəd mövzusunda, yəni dövlətsiz cəmiyyət məsələsində anarxistlərlə
5
tamamilə eyni qənaətdədirlər. Marksizmin, “dövlətçi” hesab oluna biləcəyi yeganə nöqtə, bu cür bir cəmiyyətə çatmağın yolunun təkcə dövlətə məhəl qoymamaqdan keçmədiyi fikridir. Stalinizm təcrübəsi Marksizm təlimini heç bir şəkildə etibarsız etmir, bu təlimi əks tərəfindən sübut edir. Proletariata, müəyyən bir vəziyyətdə, düzgün oriyentasiyada olmağı və bu vəziyyətdən faydalı formada istifadə etməyi öyrədən inqilabi doktrina, qələbəyə qətiyyən avtomatik zəmanət vermir. Lakin buna baxmayaraq, qələbə ancaq bu doktrina sayəsində mümkündür. Həmçinin bu qələbəni təkcə bir hərəkət olaraq təqdim etmək də qeyri-mümkündür. Məsələni geniş tarixi dövr perspektivi baxımından nəzərdən keçirmək lazımdır. Az inkişaf etmiş bir iqtisadi bazaya əsaslanan və imperializm çevrəsi içərisində yerləşən ilk işçi dövləti stalinizmin jandarm polis bölməsinə çevrilib. Lakin həqiqi bolşevizm bu polis bölməsinə qarşı amansız bir mübarizəyə başlayıb. Stalinizm, sağ qala bilmək üçün indi yalnız SSRİ-də deyil, eyni zamanda İspaniyada da “Trotskizm” adlandırılan bolşevizmə qarşı açıq vətəndaş müharibəsi aparmaq məcburiyyətindədir. Köhnə bolşevik partiyası ölüb, amma bolşevizm hər yerdə tüğyan etməkdədir. Stalinizmin Bolşevizmdən ya da Marksizmdən qaynaqlandığını irəli sürmək, əksinqilabın inqilabdan qaynaqlandığını deməklə tamamilə eyni şeydir. Əslində, mühafizəkar olan, liberalların düşüncəsini, sonra da reformist düşüncəni formalaşdıran hər zaman bu əsas olmuşdur. Cəmiyyətin sinfi quruluşu səbəbilə inqilablar hər zaman əksinqilaba yol açmışdır. Çoxbilmişlər, “bu, inqilabi metodda daxili bir qüsur olduğunu göstərmir?” deyə soruşurlar. Belə ki, nə liberallar, nə də reformistlər bu günədək “daha iqtisadi” metodlar ixtira etməyi bacarmayıblar. Davam edən tarixi bir prosesi rasional (ağlasığan) vəziyyətə gətirmək çox asan deyilsə də, stalinizmin “dövlət sosializmi”ndən, faşizmin Marksizmdən, mürtəceliyin inqilabdan, qısası, anti-tezisin tezisdən törədiyini məntiqi səviyyədə irəli sürərək bu dalğaların bir-birinin ardınca inkişafını rasional şəkildə şərh etmək heç də çətin deyil. Bir çox başqa sahədə olduğu kimi bu sahədə də anarxist düşüncə liberal rasionallığın dustağı olaraq qalır. Dialektikanın yoxluğunda həqiqi inqilabi düşüncə qeyrimümkündür. Rasionalların nöqteyi-nəzərləri zaman-zaman,
ən azından, zahiri cəhətdən daha konkret xüsusiyyətlər daşıyır. Onların fikrincə, Stalinizm bütövlükdə bolşevizmdən deyil, bolşevizmin siyasi günahlarından törəmişdir.1 Gorter, Pannekoek, alman “Spartakistlər” və başqaları bizə bolşeviklərin proletariat diktaturasının yerinə partiya diktaturasını qoyduqlarını deyirlər. Stalin isə partiya diktaturasının yerinə bürokratiyanın diktaturasını qoymuşdur. Bolşeviklər öz partiyaları xaricində bütün partiyaları yox ediblər; Stalin isə, Bonapartist qrupun mənfəətləri uğrunda bolşevik partiyanı boğmuşdur. Bolşeviklər burjuaziyaya güzəştlər etmişlər; Stalin isə burjuaziyanın müttəfiqi və dəstəyi olmuşdur. Bolşeviklər köhnə həmkarlar ittifaqlarında və burjua parlamentində iştirak etmək məcburiyyətini qəbul etmişlər; Stalin isə həmkarlar ittifaqları bürokratiyası və burjua demokratiyası ilə dostluq əlaqələri qurmuşdur. Oxşar yanaşmalar istənilən qədər çoxaldıla bilər. Kənardan baxılanda, yarada biləcəkləri reaksiyaya baxmayaraq, bunlar tamamilə məzmunsuz yanaşmalardır. Proletariat, yalnız rəhbəri vasitəsi ilə iqtidara gələ bilər. Bir dövlət iqtidarının labüdlüyü də kütlələrin qeyri-kafi mədəni səviyyəsindən və heterogenliyindən irəli gəlir. Kütlələrin məhkumluqdan xilas olma meylləri, partiya formasında təşkilatlanmış inqilabçı rəhbərdə kristallaşır. Sinfin öndərə olan güvəni təmin edilmədən, öndər sinif tərəfindən dəstəklənmədən iqtidarın ələ keçirilməsindən söhbət gedə bilməz. Bax bu mənada proletar inqilabı və proletar diktaturası bütün sinfin mübarizəsidir, lakin bunlar ancaq öndərin rəhbərliyi altında həyata keçə bilər. Sovetlər öndər ilə sinfin təşkilati əlaqəsindən başqa bir şey deyil. Bu formada inqilabi məzmunu yalnız partiya ifadə edə bilər. Bu, Oktyabr inqilabının müsbət təcrübəsi və digər ölkələrin (Almaniya, Avstriya, İspaniya) mənfi təcrübəsi ilə sübut olunmuşdur. Belə ki, nə istədiyini bilən bir partiyanın siyasi idarəsi olmadan proletariatın iqtidarı necə ələ keçirə biləcəyini heç kim nə praktikada göstərə bilmiş, nə də kağız üzərində sübut etməyə cəhd etmişdir. Mühafizəkar çoxluğun hakimiyyəti İngiltərədəki parlamentar sistemi nə qədər dəyişdirirsə, bir partiyanın sovetləri siyasi hakimiyyəti altına alması da tək başına sovet sistemini bir o qədər dəyişdirir. Digər sovet partiyalarının qadağan edilməsinə gəlincə, bu heç də hər hansı bir bolşevik
“nəzəriyyəyə” əsaslanmırdı; hər tərəfdən düşmənlərlə əhatə olunan, geri qalmış və yorğun düşmüş bir ölkədə diktaturanın müdafiə olunması üçün atılmış bir addım idi. Sonradan, şəxsən rəhbər partiya içərisində fraksiyaların qadağan olunması ilə başa çatan bu addımın necə böyük təhlükələr ehtiva etdiyini bolşeviklər əvvəldən bəri açıq-aydın görürdülər. Belə ki, təhlükənin qaynağı doktrina və taktika deyil, daxildə və xaricdə çətin vəziyyətlə üz-üzə olan diktaturanın maddi zəifliyi idi. İnqilab, heç olmasa, Almaniyada qələbə qazana bilsəydi, digər sovet partiyalarını qadağan etmək zərurəti aradan qalxacaqdı. Tək partiya hakimiyyətinin totalitar stalinist rejimə hüquqi çıxış nöqtəsi olaraq xidmət etməsi, mübahisə olunmaz həqiqətdir. Lakin belə inkişafın səbəbi nə bolşevizmdə, nə də mürtəce hərbi tədbir olaraq digər partiyaların qadağan edilməsində deyil, proletariatın Avropada və Asiyada uğradığı bir sıra məğlubiyyətlərdə axtarılmalıdır. Anarxizmə qarşı mübarizə üçün də eyni şeyi demək olar. İnqilabın qəhrəmanlıq dövründə bolşeviklər, həqiqətən, inqilabçı olan anarxistlərlə əl-ələ yerimişlər. Partiya bunların çoxunu öz sıralarına qazanmışdır. Bu sətirlərin yazarı, dövlətin dərhal aradan qaldırılması təcrübəsini xalqın razılığı ilə həyata keçirə bilmələri üçün bəzi bölgələrin anarxistlərə verilməsi ehtimalını Leninlə birlikdə dəfələrlə araşdırmışdır. Lakin daxili müharibə, mühasirə və aclıq şərtləri bu cür planlara çox imkan vermədi. Hələ Kronştad üsyanı? Təkcə kəndli əsilli əsgərlərin üsyanına bir neçə anarxist qoşulub deyə inqilabçı hökumətin, paytaxtı müşahidə edən bir qalanı üsyan qaldıran dənizçilərə “hədiyyə” etməsi, şübhəsiz gözlənə bilməzdi. Hadisələrin konkret tarixi həllində Kronştad, Makno və inqilabın digər mühüm olmayan hadisələri ətrafındakı cəhalət və sentimentallığın yaratdığı əfsanələrə yer yoxdur. Geriyə yalnız bolşeviklərin əvvəldən bəri tətbiq etdikləri razı salma üsulu ilə yanaşı, bəzən olduqca kobud formada şiddət göstərmələri qalır. İnqilabdan sonra bürokratiyanın təzyiq sistemini inhisarına aldığı həqiqətdir. İnqilab və əksinqilab kimi alt-üst olma mərhələləri də daxil olmaqla, təkamülün hər mərhələsi əvvəlki mərhələdən çıxır, kökləri oradadır və onun bəzi izlərini özündə daşıyır.
6
Webb cütlüyü də daxil olmaqla, liberallar hər zaman Bolşevik diktaturasının Çarlığın ikinci təzyiq rejimi olduğunu iddia etmişlər. Belə olduqda monarxiyanın və zadəganlığın ləğv edilməsi, torpağın kəndlilərə verilməsi, kapitalın mülksüzləşdirilməsi, planlı iqtisadiyyatın tətbiqi, ateist təhsilin (tərbiyənin) başladılması və bu kimi başqa “önəmsiz detalları” nəzərdən qaçırmışlar. Eyni şəkildə, liberal anarxist düşüncə də bolşevik inqilabın, bütün təzyiq tədbirləri ilə, ictimai münasibətlərin kütlələr lehinə alt-üst edilməsinin simvolu olduğunu, buna qarşı Stalinin zərbəsinin seçilmiş bir azlıq lehinə, sovet cəmiyyətinin yenidən formalaşdırılmasına bərabər olduğunu nəzərdən qaçırmaqdadır. Stalinizm ilə bolşevizm arasında qurulan eyniliklərdə sosialist bir kriteriyanın izinə də rast gəlinmədiyi açıq-aydın ortadadır.
səbəbilə nəzəriyyəyə düşməndirlər; ictimai rolunu haqlı göstərmək məsələsində nə özü, nə də başqaları qarşısında cavabdehdirlər. Stalin Marksı və Lenini nəzəriyyəçilərin qələmi ilə deyil, GPT-nın (Gizli polis təşkilatı, tərc. qeydi) çəkmələri ilə təftiş etməkdədir.
Nəzəriyyə məsələləri
İki cəbhə arasında tərəddüd edən nəzəriyyəçilər, yazarlar və əxlaqçılar bolşeviklərin anlaşmazlıqları, pis niyyətləri şişirtdiklərini, “dürüstcə” əməkdaşlıq etməkdə aciz olduqlarını və “intriqaları” ilə işçi hərəkatının birliyini pozduqlarını düşünürdülər; bu gün də belə düşünürlər. Həssas və küsəyən mərkəzçilər, bolşeviklərin hər şeydən qabaq, onlara «qara çaldıqlarına” inanırlar (sadəcə bolşeviklər bunların bacarmadıqları şeyi edərək yarımçıq qoyduqları düşüncələri tamamladıqları üçün). Halbuki təkcə bu dəyərli keyfiyyət, yəni mələz və gizli olan hər şeyə qarşı dözümsüz davranmaq, inqilabçı bir partiyanı “müstəsna şəraitə” hazırlıqlı olmaq mövzusunda tərbiyə edə bilər.
Bolşevizmin əsas xüsusiyyətlərindən biri də doktrina mövzularına qarşı diqqəti və vasvasılığıdır. Leninin 27 cildlik əsəri hər zaman nəzəriyyə mövzusuna son dərəcə vasvası yanaşmanın nümunəsi olacaq. Bolşevizm bu əsas keyfiyyətdən məhrum olsaydı, tarixi rolunu əsla yerinə yetirə bilməzdi. Kobud, cahil və tamamilə empirik olan Stalinizm bu baxımdan da Bolşevizmlə tam bir əkslik təşkil edir. On ildən artıq bir müddət əvvəl müxalifət öz platformasında bu açıqlamanı edirdi: “Leninin ölümündən bu yana, tək məqsədi Stalinist qrupun beynəlxalq proletar inqilab yolunu tərk etməsini nəzəri cəhətdən doğrulamaq olan bir sıra yeni “nəzəriyyə” yaradıldı”. Bu yaxınlarda, İspaniya inqilabında iştirak etmiş olan amerikalı sosialist Liston Oak bunları yazırdı: “Əslində, Stalinistlər Marksın və Leninin təftişi məsələsində bu gün ən zirvədədirlər. Bernstein Marksın təftiş edilməsində Stalinin qət etdiyi yolun yarısını belə tamamlamağa cəsarət edə bilməyib”. Tamamilə doğrudur. Yalnız Bernsteinin həqiqətən nəzəri ehtiyacları olduğunu əlavə etmək lazımdır; O, sosial-demokratiyanın reformist (təftişçi) praktikası ilə proqramı arasında bir uyğunluq yaratmaq üçün diqqətlə çalışırdı. Stalinist bürokratiya isə Marksizmlə heç bir ortaq xüsusiyyətinin olmaması ilə yanaşı, hər hansı bir proqrama, doktrinaya ya da sistemə də yaddır. İdeologiyası tamamilə bir dedektiv subyektivliyi, praktikası isə mütləq zorakılığın empirizmi tərəfindən müəyyən olunub. Bu qəsbçilər təbəqəsi şəxsən əsas mənfəətləri
7
Əxlaq məsələləri Maskaları bolşeviklər tərəfindən salınan uydurmaçılar, xüsusilə bolşevizmin “əxlaqsızlığından” şikayət etməyi adət halına gətiriblər. Kiçik burjua, demokrat ziyalı, sosialist, ədəbiyyatçı, parlamentar və başqa dairələrdə dəyər yoxluğunu ölçmək üçün saxta dəyərlər və saxta bir dil istifadə edilir. Qarşılıqlı cinayət ortaqlığının hökmran olduğu bu geniş və qarışıq cəmiyyət (“yaşa və qoy başqaları da yaşasın”), Marksizm neştərinin həssas dərisinə toxunmasına dözə bilməz.
Son təhlildə hər partiyanın əxlaqı təmsil etdiyi tarixi mənfəətlərə əsaslanır. Fədakarlığı, mənfəətçi olmamağı, cəsarəti, dəbdəbəni və yalanı xor görməyi, qısaca insan təbiətinin ən yaxşı keyfiyyətlərini ehtiva edən bolşevik əxlaqının mənbəyi əzilənlərin xidmətinə verdiyi inqilabçı barışmazlığı idi. Bu sahədə də Stalinist bürokratiya bolşevizmin sözlərini və davranışlarını təqlid etməyə çalışır. Lakin imtiyazlı azlığın xidmətindəki polis maşını məqsədilə həyata keçirildiyi zaman “barışmazlıq” və “radikallıq” demoralizasiya və qanqsterlik mənbəyinə çevrilir. Bolşeviklərin inqilabi qəhrəmanlığı ilə termidorçuların bürokratik həyasızlığını eyniləşdirən cənablara sadəcə xor baxa bilərik. Son dövrün dramatik hadisələrinə qarşı, adi filisterlər bu gün də Bolşevizm (Trotskizm)
və Stalinizm arasındakı mübarizənin, şəxsi ehtirasların münaqişəsi, ya da ən yaxşı halda bolşevizmin iki “nüansı” arasında bir mübarizə olaraq görməyə davam edirlər. Amerikan sosialist partiyasının lideri Norman Thomas bu yanaşma tərzinin ən bariz ifadəsini göstərməkdədir: “Stalin yerinə Trotski qalib gəlsə idi(!), Rusiyada intriqaların, sui-qəsdlərin və qorxu iqtidarının sona çatacağına inanmaq üçün elə də çox səbəb yoxdur” (Socialist Review, sentyabr 1937, s 6). Və bu adam özünü marksist hesab edir! Eyni əsasa söykənərək bunu da deyə bilərik: “Romadakı Papalıq taxtına XI Pier əvəzinə I Norman gətirilsəydi, Katolik Kilsəsinin sosializmin bir qalasına çevriləcəyinə inanmaq üçün elə də çox səbəb yoxdur.” Thomas problemin Stalin ilə Trotski arasında bir futbol oyunu deyil, bürokratiya ilə proletariat arasında bir antoqonizm olduğunu başa düşmür. Şübhəsiz, SSRİ-də hakim təbəqə bir yandan açıq daxili müharibə (qanlı təmizlik hərəkatları, dözümsüzlük göstərənlərin qətl edilməsi) yolu ilə ictimai rejim dəyişikliyinə hazırlanarkən, bir yandan da inqilabın tamamilə yox edilməyən mirası ilə bugün ayaqlaşmaq məcburiyyətindədir. Lakin İspaniyada Stalinist qüvvələr artıq indidən sosializmə qarşı burjua sisteminin qalası olaraq meydana çıxmışdır. Bonapartist bürokratiyaya qarşı mübarizə gözlərimizin qarşısında sinfi mübarizəyə çevrilməkdədir; söhbət iki fərqli dünya, iki proqram, iki əxlaqdır. Əgər Thomas əzənlərin alçaq təbəqəsi qarşısında sosialist proletariatın qazanacağı qələbənin Sovet rejimini siyasi və əxlaqi baxımdan yeniləyə bilməyəcəyini düşünürsə, bu, ancaq onun bütün geri çəkilmələrinə, tərəddüdlərinə və dindarca ah çəkməsinə baxmayaraq, inqilabçı işçilərdən çox Stalinist bürokratiyaya yaxın olduğunu göstərir. “Bolşevik əxlaqsızlığını” ifşa edən digər müxbirlər kimi Thomas da inqilabçı əxlaqa çatmayıb.
Bolşevizmin ənənələri və Dördüncü İnternasional Marksizmə, bolşevizmi inkar edərək qayıtmaq istəyən “solçular” hər şeyi, adətən, bir-birindən qopmuş və hər dərdə dəva bir neçə formula endirirlər: köhnə həmkarlar ittifaqlarını boykot etmək, parlamenti boykot etmək, “həqiqi” sovetləri yaratmaq. Bütün bunlar, müharibədən sonrakı ilk günlərin odlu mühitində son dərəcə dərin düşüncələr kimi də görünə bilərdi. Lakin yaşanan təcrübənin işığında bu
“uşaqlıq xəstəlikləri” artıq bütün cazibələrini itirmişdilər. Hollandiyalı Gorter və Pannekoek, alman “Spartakistlər” və italyan Bardiaçılar bolşevizmdən müstəqilliklərini, yalnız onun xüsusiyyətlərindən birini süni şəkildə şişirdib, digərlərinin qarşısına çıxararaq göstərmişlər. Bu “solçu” meyllərdən geriyə nə praktikada, nə də nəzəriyyədə heç nə qalmadı. Bu, zəmanəmizdə Marksizmin tək formasının bolşevizm olduğunu göstərən dolayı amma vacib bir sübutdur. Bolşevik partiyası üstün cəsarət və siyasi realizmin birləşməsini göstərmişdir. Tarixdə ilk dəfə rəhbər ilə sinif arasında qələbəni təmin edən yeganə münasibət formasını yaratmışdır. Proletariatla əzilən kənd və şəhər kiçik-burjua kütlələri birliyinin yalnız ənənəvi kiçik-burjua partiyalarının siyasi çöküşü ilə təmin edilə biləcəyini təcrübədə göstərmişdir. Bolşevik partiyası silahlı üsyanın və iqtidarın ələ keçirilməsinin necə reallaşa biləcəyini bütün dünyaya göstərmişdir. Partiya diktaturasının qarşısına sovetlər abstraksiyası ilə çıxanlar sovetlərin ancaq bolşeviklərin rəhbərliyi sayəsində reformizm bataqlığından çıxıb proletariatın dövlət formasına çevrildiyini başa düşməlidirlər. Daxili müharibə ərzində Bolşevik partiyası, hərb sənəti ilə Marksist siyasətin düzgün vəhdətini reallaşdırmışdır. Stalinist bürokratiya yeni cəmiyyətin iqtisadi əsaslarını yıxmağı bacarsa da, Bolşevik partiyası idarəsində gerçəkləşdirilən planlı iqtisadi təcrübə bütün bəşəriyyət üçün vacib bir dərs kimi əbədi olaraq tarixə keçəcək. Yalnız yediyi zərbələrdən ürkdükləri üçün tarixin gedişindən üz çevirənlər bunu görməyə bilər. Bu hələ hamısı deyil. Bolşevik partiyası bu nəhəng miqyasdakı “praktiki” işi reallaşdıra bilibsə, bunun yeganə səbəbi atdığı hər addımın nəzəriyyə tərəfindən işıqlandırılmış olmasıdır. Bu nəzəriyyəni bolşevizm yaratmayıb; bu, Marksizm tərəfindən daşınan nəzəriyyə idi. Lakin Marksizm tənbəl-tənbəl yatmağın deyil, hərəkətin nəzəriyyəsidir. Yalnız nəhəng tarixi miqyasda reallaşan təcrübələr nəzəriyyəni zənginləşdirə bilər. Müharibələr və inqilablar dövrü olaraq imperializm; çürüyən kapitalizm dövründə burjua demokratiyası, ümumi tətil ilə üsyan arasındakı əlaqə, proletar inqilabı dövründə partiyanın, sovetlərin və həmkarlar ittifaqlarının rolu; sovet dövləti nəzəriyyəsi; keçid iqtisadiyyatı; kapitalizmin çöküş dövründə faşizm və bonapartizm və nəhayət, şəxsən Bolşevik partiyasının və sovet dövlətinin pozğunlaşma şəraiti kimi məsələlərdəki
8
həll yolları ilə, Bolşevizm Marksizmə dəyərli əlavələr etmişdir. Bolşevizmin gəldiyi nəticələrə və ümumiləşdirmələrə heç olmasa bəsit əlavələr edən başqa bir meyl göstərin! Vandervelde, De Brockeere, Hilferding, Otto Bauer, Leon Blum, Ziromski və bəhs edilməyə dəyməz Atlee və Norman Thomas nəzəri və siyasi həyatlarını keçmişin köhnəlmiş qalıqlarına əsaslanaraq davam etdirirlər. Kominternin pozğunlaşması ən bariz ifadəsini nəzəri cəhətdən II İnternasionalın səviyyəsinə enmiş olmasında göstərir. Hər növdən ara qruplar (İngiltərədə İndependent Labour Party, İspaniyada POUM və bənzərləri) Marksdan və Lenindən topladıqları qırıntıları hər həftə yenidən o anki tələbatlarına uyğunlaşdırırlar. İşçilər bu insanlardan heç nə öyrənməyəcəklər. Yalnız IV İnternasionalın qurucuları Marksın və Leninin ənənələrinə sahib çıxaraq nəzəriyyəyə ciddi bir münasibət bəsləyirlər. Oktyabr inqilabından 20 il sonra inqilabçıların yenidən təvazökar təbliğat hazırlığı mövqelərinə geri qayıtmaq məcburiyyətində qalmalarına qoyun filisterlər gülsün. Başqa məsələlərdə olduğu kimi bu məsələ önündə də böyük kapital, özlərini “sosialist” ya da “kommunist” hesab edən kiçik-burjua filisterlərdən daha dərrakəlidir: IV İnternasional məsələsinin dünya mətbuatı sütunlarından heç əskik olmaması da əbəs deyil. İnqilabçı rəhbərliyə olan tarixi tələbat IV İnternasionalın gələcəkdəki uğurlarının ən vacib zəmanəti; tarixin geniş yolunun kənarında qalmayaraq təbii şəkildə bolşevizmdən törəmiş olmağındadır. 29 Avqust, 1937 1. Bu düşüncənin tipik nümayəndələrindən biri də, Stalin haqqında kitabı olan fransız yazıçı Boris Souvarinedir. Souvarinenin əsəri, təşkil etdiyi material və sənədlər cəhətdən diqqətli bir araşdırmanın məhsuludur. Gəl ki, yazıçının tarix fəlsəfəsi heyrətedici formada kobuddur. Yazıçı sonradan ortaya çıxan bütün tarixi bədbəxtlikləri açıqlamaq üçün bolşevizmin daxili qüsurlarını araşdırır. Yazıçı üçün tarixi prosesin həqiqi şərtlərinin bolşevizm üzrəindəki təsiri deyə bir şey yoxdur. “Mühit” nəzəriyyəsini formalaşdıran M. Talne də, Marksa Souvarinedən daha yaxındır.
9
Lenin Gənclər İttifaqlarının Vəzifələri (Rusiya Kommunist Gənclər İttifaqının III Ümümrusiya Qurultayında nitq, 2 oktyabr, 1920-ci il)1 (Lenin
qurultayın
gurultulu
alqışları
ilə
Yoldaşlar, mən bu gün Kommunist gənclər ittifaqının əsas vəzifələrinin nədən ibarət olduğu və bununla əlaqədar olaraq sosialist respublikasında gənclər təşkilatlarının ümumiyyətlə necə olması lazım gəldiyi mövzusuna dair söhbət etmək istərdim. qarşılanmışdı).
Bu məsələ üzərində xüsusilə ona görə dayanmaq lazımdır ki, əslində kommunizm cəmiyyəti yaratmaq vəzifəsi müəyyən mənada demək olar məhz gənclərin qarşısında durur. Çünki aydındır ki, kapitalizm cəmiyyətində tərbiyə almış işçilər nəsli, olsa-olsa, istismar üzərində qurulmuş köhnə kapitalist yaşayışının əsaslarını məhv etmək vəzifəsini yerinə yetirə bilər. Bu nəsil olsa-olsa, proletariatın və zəhmətkeş siniflərin hakimiyyəti öz əllərində saxlamasına və möhkəm təməl yaratmasına kömək edə biləcək bir ictimai quruluş yaratmaq vəzifəsini yerinə yetirə bilər, bu təməlin üstünü isə yalnız yeni şəraitdə, insanlar arasında istismarçılıq münasibətinin olmadığı bir şəraitdə işə başlayan nəsil tikə bilər. Buna görə də gənclərin vəzifələri məsələsinə bu nöqteyi-nəzərdən yanaşdıqda, mən deməliyəm ki, ümumiyyətlə gənclərin və xüsusən kommunist gənclər ittifaqlarının və hər cür başqa təşkilatların bu vəzifələrini bircə sözlə ifadə etmək olar: vəzifə öyrənməkdən ibarətdir. Aydındır ki, bu yalnız «bircə sözdür». Bu söz başlıca və ən mühüm suallara — nəyi öyrənmək və necə öyrənmək? — suallarına hələ cavab vermir. Burada isə bütün iş ondadır ki, köhnə kapitalizm cəmiyyətinin dəyişdirilməsi ilə bərabər kommunizm cəmiyyəti yaradacaq yeni nəsillərin təlimi, tərbiyəsi və təhsili köhnə ola bilməz. Gənclərin təlimi, tərbiyəsi və təhsili köhnə cəmiyyətin bizim üçün qoyub getdiyi materiala əsaslanmalıdır. Biz kommunizmi yalnız köhnə cəmiyyətdən bizə qalan bilik, təşkilat və təsisat məcmusundan, insan qüvvəsi və vəsaiti ehtiyatından qura bilərik. Gənclərin təlim işini, təşkilini və tərbiyəsini
biz yalnız kökündən dəyişdirməklə müvəffəq ola bilərik ki, gənc nəslin səyləri nəticəsində köhnə cəmiyyətə bənzəməyən bir cəmiyyət, yəni kommunizm cəmiyyəti yaradılmış olsun. Buna görə biz belə bir məsələ üzərində ətraflı dayanmalıyıq ki, gənclərə nə öyrətməliyik və gənclər, əgər həqiqətən kommunist gənclər adına layiq olduqlarını göstərmək istəyirlərsə, necə öyrənməlidirlər və gəncləri necə hazırlamalıyıq ki, bizim başlamış olduğumuzu onlar axıra qədər qurub başa çatdıra bilsinlər. Mən deməliyəm ki, bunun birinci və ən təbii görünən cavabı odur ki, gənclər ittifaqı və kommunizmə keçmək istəyən ümumiyyətlə bütün gənclər kommunizmi öyrənməlidirlər. Lakin «kommunizmi öyrənməlidirlər» cavabı çox ümumi bir cavabdır. Kommunizmi öyrənmək üçün bizə nə lazımdır? Kommunizm biliyi əldə etmək üçün ümumi biliklər məcmusundan biz nələri ayırmalıyıq? Burada bizim üçün bir sıra təhlükə vardır və kommunizmi öyrənmək vəzifəsi düzgün qoyulmadıqda və ya bu vəzifə həddən artıq birtərəfli başa düşüldükdə, bu təhlükə dərhal özünü göstərir. Təbii olaraq ilk baxışda ağla belə bir fikir gəlir ki, kommunizmi öyrənmək — kommunizmə aid dərs kitablarında, kitabçalarda və əsərlərdə yazılmış biliklər məcmusunu mənimsəmək deməkdir. Lakin kommunizmin öyrənilməsinə belə tərif vermək çox kobud və qeyri-kafi olardı. Əgər kommunizmi öyrənmək, yalnız kommunizmə aid əsərlərdə, kitablarda və kitabçalarda yazılanları mənimsəməkdən ibarət olsaydı, o zaman bizdə çox asanlıqla kommunizm əzbərçiləri və ya özünü öyənlər əmələ gələ bilərdi, bu isə bizə başdan-başa zərər və ziyan vurardı, çünki bu adamlar kommunizmə aid kitablarda və kitabçalarda yazılanları öyrənib əzbərləyərdilər, bütün bu bilikləri birləşdirməyi isə bacarmazdılar və kommunizmin həqiqətən tələb etdiyi kimi iş görə bilməzdilər. Köhnə kapitalizm cəmiyyətindən bizə qalmış ən böyük bəla və fəlakətlərdən biri — kitabla həyat təcrübəsi arasında tam ayrılıq olmasıdır, çünki bizdə elə kitablar vardı ki, bunlarda hər şey ən yaxşı şəkildə təsvir edilmişdi və bu kitablar çox zaman kapitalizm cəmiyyətini bizə riyakarlıqla təsvir edən ən iyrənc, riyakar bir yalandan ibarət idi. Buna görə də kommunizm haqqındakı kitablarda yazılanları kitabdan oxuyaraq
10
sadəcə mənimsəmək son dərəcə yanlış olardı. Kommunizm haqqında keçmişdə deyilənlər indi bizim nitq və məqalələrimizdə sadəcə olaraq təkrar olunmur, çünki bizim nitq və məqalələrimiz gündəlik və hərtərəfli iş ilə əlaqədardır. Kommunizmə aid kitabça və əsərlərdən kitab üzrə əldə edilən kommunizm biliyi, iş görmədən və mübarizə aparmadan əsla heç bir şeyə dəyməz, çünki bu bilik nəzəriyyə ilə əməli iş arasındakı köhnə ayrılığı, köhnə burjua cəmiyyətinin ən iyrənc xüsusiyyətini təşkil edən həmin köhnə ayrılığı davam etdirərdi. Əgər biz təkcə kommunizm şüarlarını mənimsəməyə başlasaydıq, daha qorxulu olardı. Əgər biz bu təhlükəni vaxtında başa düşməsəydik və əgər bütün işimizlə bu təhlükəni aradan qaldırmağa çalışmasaydıq, kommunizmi bu şəkildə öyrəndikdən sonra özlərini kommunist adlandıracaq yarım milyon və ya bir milyon adamın, gənc oğlan və qızların olması, kommunizm işinə yalnız böyük zərər vura bilərdi.
məktəbi idi. Bu doğrudur, lakin köhnə məktəbdəki pis cəhətlərlə bizə faydalı olan cəhətləri bir-birindən ayırmağı bacarmaq və kommunizm üçün lazım olan şeyləri ondan seçib götürə bilmək lazımdır. Köhnə məktəb tədris məktəbi idi, bu məktəb adamları bir yığın gərəksiz, lüzumsuz və cansız bilikləri öyrənməyə məcbur edirdi, bu biliklər gənc nəslin başını doldururdu və onu bir-birindən fərqi olmayan məmurlara döndərirdi. Lakin siz, bəşər idrakının topladıqlarını mənimsəmədən kommunist olmağın mümkün olması kimi bir nəticə çıxarmaq təşəbbüsündə olsaydınız, çox böyük səhv etmiş olardınız. Nəticə etibarilə kommunizmin özünü doğuran bütün biliklər məcmusunu mənimsəmədən, kommunizm şüarlarını, kommunizm elminin xülasələrini mənimsəmənin kifayət olduğunu düşünmək səhv olardı. Kommunizmin bəşər bilikləri məcmusundan necə meydana gəldiyinə nümunə marksizmdir.
Burada qarşımıza belə bir sual çıxır ki, bəs kommunizmi öyrənmək üçün biz bütün bunları bir-biri ilə nə cür əlaqələndirməliyik? Biz köhnə məktəbdən, köhnə elmdən nələri götürməliyik? Köhnə məktəb deyirdi ki, o hərtərəfli elmli adam yetişdirmək istəyir, ümumiyyətlə elmləri öyrədir. Biz bilirik ki, bu başdan-başa yalan idi, çünki bütün cəmiyyət insanların siniflərə, istismarçılara və məzlumlara bölünməsinə əsaslanırdı və bunun üzərində dayanırdı. Təbiidir ki, tamamilə sinfi ruhda olan bütün köhnə məktəb yalnız burjuaziyanın uşaqlarına bilik verirdi. Onun hər bir sözü saxtalaşdırılıb burjuaziyanın mənafeyinə uyğunlaşdırılmışdı. Bu məktəblərdə gənc fəhlə və kəndli nəslinə tərbiyə verməkdən artıq onu həmin burjuaziyanın mənafeyi üçün işləməyə alışdırırdılar. Onları elə tərbiyə edirdilər ki, onlardan burjuaziya üçün mənfəət gətirmək bacarığı olan və eyni zamanda burjuaziyanın istirahətini və zəhmətsiz yaşayışını pozmayacaq əlverişli nökərlər yaratsınlar. Buna görə də köhnə məktəbi rədd etməklə, biz bu məktəbdən həqiqi kommunist təhsili əldə etmək üçün yalnız bizə lazım olan şeyləri götürmək vəzifəsini qarşımıza qoymuşuq.
Siz oxumuş və eşitmişsiniz ki, başlıca olaraq Marks tərəfindən yaradılmış kommunizm nəzəriyyəsi, kommunizm elmi, XIX əsrin dahi bir sosialistinin nəzəriyyəsi olsa da, bu təlim bir nəfərin irsi olmaq çərçivəsindən çıxıb, bütün dünyada milyonlarla və on milyonlarla proletarların nəzəriyyəsi olmuşdur və onlar bu nəzəriyyəni kapitalizmə qarşı apardıqları mübarizədə tətbiq edirlər. Əgər siz: necə olmuş ki, Marksın nəzəriyyəsi ən inqilabçı sinfə mənsub milyonlarla və on milyonlarla adamın qəlbinə hakim ola bilmişdir — deyə bir sual irəli sürsəniz, buna yalnız bir cavab ala bilərsiniz: ona görə belə olmuşdur ki, Marks, kapitalizm zamanında əldə edilən bəşəri biliklərdən ibarət möhkəm bir təmələ əsaslanmışdır; Marks, bəşər cəmiyyətinin inkişaf qanunlarını öyrənərək, kapitalizmin kommunizmə doğru inkişafının labüdlüyünü başa düşmüşdür, ən başlıcası isə odur ki, Marks bunu yalnız keçmiş elmin bütün verdiklərini tamam mənimsəmək sayəsində, həmin kapitalizm cəmiyyətini ən dürüst, ən ətraflı və ən dərindən öyrənmək əsasında sübut etmişdir. Bəşər cəmiyyətinin yaratdığı hər nə varsa hamısını Marks tənqidi surətdə təhlil etmiş, heç bir bəndini nəzərdən qaçırmamışdır. İnsan fikrinin yaratmış olduğu hər nə varsa, hamısını Marks fəhlə hərəkatı təcrübəsində yoxlayaraq təhlil və tənqid etmiş və burjua çərçivəsi ilə məhdud olan və ya burjua xürafatına qapılmış adamların çıxara bilmədikləri nəticələri çıxartmışdır.
Burada mən köhnə məktəb haqqında daim eşidilən və çox zaman tamamilə yanlış nəticə çıxarmağa səbəb olan töhmətlərə və ittihamlara yanaşıram. Deyirlər ki, köhnə məktəb tədris məktəbi idi, kobud təlim məktəbi idi, əzbərləmə
Bunu biz, məsələn, proletar mədəniyyətindən danışarkən nəzərdə tutmalıyıq2. Yalnız bəşəriyyətin bütün inkişafı nəticəsində yaranmış mədəniyyəti dürüst bilməklə, onu yalnız yenidən işləməklə proletar mədəniyyəti yaratmağın mümkün
11
olduğunu aydın surətdə anlamadan, bunu anlamadan həmin vəzifəni yerinə yetirə bilmərik. Proletar mədəniyyəti haradansa ortaya çıxmış bir mədəniyyət deyildir, özlərini proletar mədəniyyəti mütəxəssisləri adlandıran adamların uydurması deyildir. Bunların hamısı tamamilə boş sözdür. Proletar mədəniyyəti kapitalizm cəmiyyətinin, mülkədarlar cəmiyyətinin, məmurlar cəmiyyətinin zülmü altında bəşəriyyətin yaratdığı biliklər ehtiyatının qanunauyğun inkişafı olmalıdır. Marksın yenidən işləyib hazırlamış olduğu siyasi iqtisad bəşər cəmiyyətinin haraya gəlib çatmalı olduğunu, sinfi mübarizəyə, proletar inqilabına başlamağa keçməyi göstərdiyi kimi, bütün bu yollar və cığırlar da proletar mədəniyyətinə gətirib çıxarmış, gətirir və gətirməkdədir. Biz çox vaxt həm gənclərin nümayəndələri, həm də yeni təhsilin bəzi müdafiəçiləri arasında köhnə məktəbə qarşı, köhnə məktəbin əzbərləmə məktəbi olduğu haqqında ittihamlar eşitdikdə, onlara deyirik ki, biz köhnə məktəbdə yaxşı hər nə olmuşsa götürməliyik. Köhnə məktəbdə gənclərin zehnini, onda doqquzu gərəksiz və onda biri təhrif edilmiş olan hədsiz biliklərlə doldururdular; biz bunu götürməməliyik, lakin bu o demək deyildir ki, biz kommunistcəsinə çıxarılan nəticələrlə kifayətlənə bilərik və yalnız kommunizm şüarlarını əzbərləyə bilərik. Bununla kommunizm yaratmaq olmaz. Yalnız bəşəriyyətin yaratmış olduğu bütün sərvətləri bilməklə öz zehnini zənginləşdirdiyin zaman kommunist olmaq olar. Bizə əzbərləmə lazım deyildir, lakin biz hər bir təhsil alanın zehnini əsas faktlar biliyi ilə inkişaf etdirməli və təkmilləşdirməliyik; çünki kommunist aldığı bütün bilikləri öz şüurunda təhlil edib mənimsəməzsə, kommunizm bir heç olar, boş bir lövhəyə çevrilər, kommunist isə yalnız sadəcə bir lovğa olar. Siz bu bilikləri təkcə mənimsəmək deyil, həm də elə mənimsəməlisiniz ki, onlara tənqidi yanaşasınız, öz zehninizi gərəksiz şeylərlə doldurmayıb, onu bütün faktların öyrənilməsi ilə zənginləşdirəsiniz, çünki bunlarsız müasir elmli adam ola bilməz. Əgər kommunist əldə etmiş olduğu hazır nəticələrə əsaslanıb, kommunizmlə öyünmək fikrinə düşərək ən ciddi, ən çətin və böyük bir iş görməsə, hökmən tənqidlə yanaşmalı olduğu faktları araşdırıb başa düşməsə belə bir kommunist çox acınacaqlı bir adam olardı. Belə bir səthilik tamamilə fəlakət olardı. Əgər mən biliyimin az olduğunu bilirəmsə, o zaman biliyimi artırmağa çalışacağam, lakin əgər
birisi desə ki, o kommunistdir və ona heç bir möhkəm bilik lazım deyildir, bu adamdan kommunistə bənzər heç bir şey çıxmaz. Köhnə məktəb kapitalistlər üçün lazım olan xidmətçilər yetişdirirdi, köhnə məktəb elm adamlarından kapitalistlərin istədiyi kimi yazmalı və danışmalı olan adamlar yaradırdı. Bu o deməkdir ki, biz gərək köhnə məktəbi aradan qaldıraq. Lakin əgər biz onu aradan qaldırmalıyıqsa, əgər biz onu dağıtmalıyıqsa, bu o deməkdirmi ki, biz ondan, bəşəriyyətin topladığı və insanlar üçün lazım olan bütün şeyləri götürməməliyik? Bu o deməkdirmi ki, biz, vaxtilə kapitalizm üçün lazım olanları indi kommunizm üçün lazım olanlardan ayırd edə bilməməliyik? Burjua cəmiyyətində çoxluğun iradəsinə zidd olaraq qoyulmuş köhnə kobud təlim əvəzinə biz fəhlə və kəndlilərin şüurlu intizamını qoyuruq, köhnə cəmiyyətə nifrəti bu mübarizə üçün öz qüvvələrini birləşdirmək və təşkil etmək qətiyyəti, bacarığı və əzmi ilə birləşdirən fəhlə və kəndlilərin şüurlu intizamını qoyuruq ki, böyük ölkənin hər tərəfinə dağılmış, yayılmış və səpələnmiş milyonların və yüz milyonların iradəsindən vahid bir iradə yaradaq; çünki bu vahid iradə olmazsa, biz hökmən məğlub olarıq. Bu birlik olmasa, fəhlə və kəndlilərin bu şüurlu intizamı olmasa bizim işimiz ümidsizdir. Bunsuz biz bütün dünyanın kapitalistlərinə və mülkədarlarına qalib gələ bilmərik. Yeni cəmiyyət, kommunizm cəmiyyəti qurmaq hələ bir yana qalsın, biz hətta bu cəmiyyətin təməlini də möhkəmlədə bilmərik. Həmçinin köhnə məktəbi inkar etməklə, bu köhnə məktəbə qarşı tamamilə haqlı və zəruri bir nifrət bəsləməklə, köhnə məktəbi dağıtmağa hazır olmağı qiymətləndirməklə bərabər biz başa düşməliyik ki, köhnə təhsilin, köhnə əzbərçiliyin, köhnə tərbiyə üsulunun yerinə biz insan biliklərinin bütün məcmusunu mənimsəmək bacarığını qoymalıyıq, həm də elə mənimsəmək ki, kommunizm sizdə əzbərlənmiş bir şey kimi olmayıb, sizin özünüzün düşünüb anlamış olduğunuz bir şey olsun, müasir təhsil nöqteyi-nəzərindən labüd sayılan nəticələrdən ibarət olsun. Kommunizmi öyrənmək vəzifəsindən danışarkən əsas vəzifələri bax belə qoymaq lazımdır. Bunu sizə izah etmək üçün, eyni zamanda nə cür öyrənmək məsələsinə yanaşaraq, mən
12
əməli bir misal gətirəcəyəm. Siz hamınız bilirsiniz ki, hərbi vəzifələrdən, respublikanı müdafiə etmək vəzifələrindən sonra bizim qarşımıza dərhal təsərrüfat vəzifəsi çıxır. Biz bilirik ki, sənayeni və əkinçiliyi bərpa etmədən kommunizm cəmiyyəti qurmaq olmaz, həm də bunların bərpası köhnə qayda ilə olmamalıdır. Bunları elmin son nailiyyətləri üzrə qurulmuş müasir əsas üzərində bərpa etmək lazımdır. Siz yaxşı başa düşürsünüz ki, bu əsas — elektrikdir, bilirsiniz ki, ancaq bütün ölkə, sənayenin və əkinçiliyin bütün sahələri elektrikləşdirildikdən sonra, siz bu vəzifəni yerinə yetirəndən sonra, yalnız ondan sonra siz özünüz üçün köhnə nəslin qura bilməyəcəyi kommunizm cəmiyyəti qura biləcəksiniz. Sizin qarşınızda bütün ölkəni təsərrüfatca canlandırmaq, həm əkinçiliyi, həm də sənayeni müasir texnika əsasında yenidən qurmaq, bərpa etmək vəzifəsi durur, bu əsas isə müasir elmə, texnikaya və elektrikə arxalanır. Siz yaxşıca bilirsiniz ki, savadsız adamlar elektrikləşdirmə işinə yaramazlar və burada sadəcə savadlı olmaq da azdır. Burada elektrikin nə olduğunu anlamaq kifayət deyildir: onu həm sənayedə, həm əkinçilikdə, həm də sənayenin və əkinçiliyin ayrı-ayrı sahələrində texniki cəhətdən necə tətbiq etməyi bilmək lazımdır. Bunu özünüz öyrənməlisiniz, bunu böyüməkdə olan bütün zəhmətkeş nəslə öyrətməlisiniz. Hər bir şüurlu kommunistin qarşısında duran vəzifə, özünü kommunist hesab edən və Kommunist gənclər ittifaqına daxil olmaqla kommunizm qurmaqda partiyaya kömək etmək və kommunizm cəmiyyəti yaratmaqda bütün gənc nəslə kömək etmək vəzifəsini öhdəsinə aldığını aydın başa düşən hər bir gəncin qarşısında duran vəzifə bundan ibarətdir. O başa düşməlidir ki, bu cəmiyyəti yalnız müasir təhsilə əsasən yarada bilər və əgər o bu təhsilə malik olmasa, kommunizm yalnız bir arzu olaraq qalar. Qabaqkı nəslin vəzifəsi burjuaziyanı devirməkdən ibarət idi. O zaman başlıca vəzifə burjuaziyanı tənqid etmək, kütlələr içərisində ona qarşı nifrət oyatmaq, sinfi şüuru inkişaf etdirmək, öz qüvvələrini bacarıb birləşdirmək idi. Yeni nəslin qarşısında daha mürəkkəb vəzifə durur. Fəhlə-kəndli hakimiyyətini kapitalistlərin hücumundan müdafiə etmək üçün sizin bütün öz qüvvələrinizi birləşdirməli olacağınız azdır. Bunu siz etməlisiniz. Bunu siz çox gözəl başa düşmüsünüz, bunu kommunist aydın təsəvvür edir. Lakin bu kifayət deyildir. Siz kommunizm cəmiyyəti qurmalısınız. İşin birinci yarısı bir çox cəhətdən görülmüşdür. Köhnə uçurulmuşdur, onu
13
belə uçurmaq da lazım idi, o bir xarabazarlıqdan ibarətdir, onu belə xarabazarlığa çevirmək də lazım idi. Zəmin hazırlanmışdır və bu zəmin üzərində gənc kommunist nəsli kommunizm cəmiyyəti qurmalıdır. Qarşınızda quruculuq vəzifəsi durur və siz bu vəzifəni yalnız o halda yerinə yetirə bilərsiniz ki, bütün müasir biliyə yiyələnmiş olasınız, kommunizmi əzbərlənmiş hazır formullardan, məsləhətlərdən, reseptlərdən, əmr və proqramlardan döndərib bilavasitə gördüyünüz işi birləşdirən canlı bir şeyə çevirə biləsiniz, kommunizmi öz əməli işiniz üçün rəhbərliyə çevirə biləsiniz. Bütün gənc nəslin təhsili, tərbiyəsi və yüksəldilməsi işində əsas tutmalı olduğunuz vəzifəniz bax budur. Siz kommunizm cəmiyyətinin milyonlarla qurucuları içərisində birinci qurucular olmalısınız, bu qurucular isə hər bir gənc oğlandan, hər bir gənc qızdan ibarət olmalıdır. Bütün fəhlə və kəndli gənclər kütləsini bu kommunizm quruculuğuna cəlb etmədən siz kommunizm cəmiyyəti qura bilməzsiniz. Təbii, burada mən kommunizmi necə öyrətməli oldu- ğumuz, üsullarımızdakı xüsusiyyətin nədən ibarət olması məsələsinə gəlib çatıram. Burada mən hər şeydən əvvəl kommunist əxlaqı məsələsi üzərində dayanacağam. Siz özünüzü tərbiyə edib kommunist olmalısınız. Gənclər ittifaqının vəzifəsi öz əməli fəaliyyətini elə qurmaqdır ki, bu gənclər oxuyaraq, təşkil olunaraq, birləşərək, mübarizə edərək özlərini və onları özünə rəhbər hesab edənlərin hamısını tərbiyə edib kommunist etsinlər. Müasir gənclərin bütün tərbiyə, təhsil və təlim işi onlarda kommunist əxlaqını tərbiyə etməkdən ibarət olmalıdır. Lakin kommunist əxlaqı mövcuddurmu? Kommunist mənəviyyatı mövcuddurmu? Əlbəttə mövcuddur. Çox zaman işi elə göstərirlər ki, guya bizim özümüzə məxsus əxlaqımız yoxdur və çox vaxt burjuaziya bizi təqsirləndirir ki, guya biz kommunistlər hər cür əxlaqı inkar edirik. Bu — anlayışları saxtalaşdırmaq, fəhlə və kəndlilərin gözünə kül üfürmək üsuludur. Biz hansı mənada əxlaqı inkar edirik, mənəviyyatı inkar edirik? Biz, burjuaziyanın təbliğ etdiyi mənada olan əxlaqı, burjuaziyanın tanrı əmri ilə əsaslandırdığı mənəviyyatı inkar edirik. Biz bu barədə, əlbəttə, deyirik ki, tanrıya inanmırıq və çox yaxşı bilirik ki, ruhanilər, mülkədarlar və
burjuaziya öz istismarçılıq mənafeyini həyata keçirmək üçün tanrı adından danışırdılar. Ya da bu əxlaqı mənəviyyat hökmü ilə, tanrı əmri ilə əsaslandırmaq əvəzinə onlar bunu idealist və yarımidealist ibarələrlə əsaslandırırdılar, bu ibarələr də həmişə tanrı əmrlərinə çox bənzər şeylərdən ibarət olurdu. İnsani sinfi anlayışlar məfhumundan xaric olan hər cür bu kimi mənəviyyatı biz inkar edirik. Biz deyirik ki, bu, mülkədarların və kapitalistlərin mənafeyi üçün fəhlələri və kəndliləri aldatmaqdır, tovlamaqdır, onların zehnini korlamaqdır. Biz deyirik ki, bizim mənəviyyatımız bütünlüklə proletariatın sinfi mübarizəsi mənafeyinə tabe edilmişdir. Bizim mənəviyyatımız proletariatın sinfi mübarizəsi mənafeyindən irəli gəlir. Köhnə cəmiyyət, mülkədarların və kapitalistlərin bütün fəhlələrə və kəndlilərə zülm etməsi üzərində qurulmuşdu. Biz bunu dağıtmalı, onları rədd etməli idik, lakin bunun üçün birlik yaratmaq lazımdır. Belə bir birliyi isə tanrı yaratmaz. Belə birliyi yalnız fabriklər və zavodlar, yalnız öyrədilmiş, köhnə qəflət yuxusundan oyadılmış proletariat yarada bilərdi. Yalnız bu sinif əmələ gəldikdən sonra kütləvi hərəkat başlandı, bunun da nəticəsi, indi gördüyümüz kimi, ən zəif ölkələrdən biri olan və üç ildən bəri özünü bütün dünya burjuaziyası hücumundan müdafiə edən bir ölkədə proletar inqilabının qələbəsindən ibarət oldu. Həm də biz bütün dünyada proletar inqilabının necə genişləndiyini görürük. Biz indi təcrübə əsasında deyirik ki, yalnız proletariat elə bir möhkəm birləşmiş qüvvə yarada bildi ki, dağınıq, pərakəndə kəndlilər bu qüvvənin ardınca gedir və bu qüvvə istismarçıların bütün hücumlarına qarşı davam gətirdi. Yalnız bu sinif, zəhmətkeş kütlələrin birləşməsinə, toplaşmasına və kommunizm cəmiyyətini qəti müdafiə etməsinə, tamamilə möhkəmlətməsinə, onu tamamilə qurmasına kömək edə bilər. Bax buna görə də biz deyirik: bizim üçün insan cəmiyyəti xaricindən alınmış bir mənəviyyat yoxdur; bu yalandır. Bizim üçün mənəviyyat proletariatın sinfi mübarizəsi mənafeyinə tabedir. Bəs bu sinfi mübarizə nədən ibarətdir? Çarı devirməkdən, kapitalistləri devirməkdən, kapitalistlər sinfini məhv etməkdən ibarətdir. Bəs ümumiyyətlə siniflər nə deməkdir?
Bu, cəmiyyətin bir hissəsinə digərinin əməyinin mənimsəmək imkanı verən şeydir. Əgər cəmiyyətin bir hissəsi bütün torpağı mənimsəyirsə, — deməli, mülkədarlar sinfi ilə kəndlilər sinfi vardır. Əgər cəmiyyətin bir hissəsinin fabrik və zavodları, səhmləri və kapitalları vardır, digər hissəsi isə bu fabriklərdə işləyirsə, deməli, kapitalistlər sinfi ilə proletarlar sinfi vardır. Çarı qovmaq çətin deyildi — bunun üçün cəmi bir neçə gün lazım oldu. Mülkədarları qovmaq bir o qədər çətin deyildi, bunu bir neçə ay ərzində etmək mümkün oldu, kapitalistləri də qovmaq bir o qədər çətin deyildir. Lakin sinifləri məhv etmək müqayisəedilməz dərəcədə çətindir; fəhlə və kəndlilərə bölünmə hələ də qalmışdır. Əgər kəndli ayrıca bir torpaq sahəsində oturub artıq taxılı, yəni nə özünə, nə də mal-qarasına lazım olmayan taxılı mənimsəyirsə, bütün yerdə qalanlar isə taxılsız qalırsa, bu halda kəndli artıq istismarçıya çevrilmiş olur. Kəndli özünə nə qədər çox taxıl saxlayırsa, onun üçün bir o qədər faydalıdır, başqaları isə qoy ac qalsınlar: «onlar nə qədər çox aclıq çəksələr, mən bu taxılı bir o qədər baha sataram». Gərək hamı ümumi bir plan üzrə, ümumi torpaqda, ümumi fabrik və zavodlarda və ümumi qayda üzrə işləsin. Bunu etmək asandırmı? Görürsünüz ki, burada məsələnin həllinə nail olmaq, çarı, mülkədarları və kapitalistləri qovmaq qədər asan deyildir. Burada proletariat kəndlilərin bir hissəsini yenidən tərbiyə etməlidir, yenidən öyrətməlidir, zəhmətkeş kəndli olanları öz tərəfinə çəkməlidir ki, varlı olan və başqalarının ehtiyacı hesabına varlanan kəndlilərin müqavimətini qırsın. Deməli, çarı devirməyimizlə, mülkədarları və kapitalistləri qovmağımız- la proletariatın mübarizə vəzifəsi hələ bitmir, proletariat diktaturası adlandırdığımız quruluşun vəzifəsi məhz bunu başa çatdırmaqdan ibarətdir. Sinfi mübarizə davam edir; o yalnız öz formalarını dəyişdirmişdir. Bu, köhnə istismarçıların geri qayıda bilməməsi üçün, dağınıq avam kəndlilər kütləsinin bir ittifaqda birləşməsi uğrunda proletariatın apardığı sinfi mübarizədir. Sinfi mübarizə davam edir, bizim də vəzifəmiz bütün mənafeyi bu mübarizəyə tabe etməkdir. Biz də öz kommunist mənəviyyatımızı bu vəzifəyə tabe edirik. Biz deyirik: mənəviyyat o şeydir ki, köhnə istismarçılar cəmiyyətinin dağılmasına və bütün zəhmətkeşlərin yeni kommunistlər cəmiyyəti quran proletariat ətrafında birləşməsinə xidmət edir.
14
Kommunist mənəviyyatı o mənəviyyatdır ki, bu mübarizəyə xidmət edir, zəhmətkeşləri hər cür istismara qarşı, hər cür xırda mülkiyyətə qarşı birləşdirir, çünki xırda mülkiyyət bütün cəmiyyətin əməyi ilə yaradılan şeyləri bir şəxsə verir. Torpaq bizdə ümumi mülkiyyət sayılır. Bəs əgər mən bu ümumi mülkiyyətin müəyyən parçasını özüm üçün götürüb, burada özümə lazım olduğundan ikiqat artıq taxıl becərirəmsə və artıq taxılla möhtəkirlik edirəmsə, onda necə? Ac nə qədər çox olsa, bir o qədər baha qiymətə alarlar, deyə düşünürəmsə, onda necə? Məgər onda mən bir kommunist kimi hərəkət edirəm? Yox, bir istismarçı kimi, bir mülkiyyətçi kimi hərəkət edirəm. Bununla mübarizə aparmaq lazımdır. Əgər bu vəziyyət saxlanılsa, keçmiş inqilablarda dəfələrlə olduğu kimi, hər şey geriyə, kapitalistlər hakimiyyətinə doğru, burjuaziya hakimiyyətinə doğru yuvarlanar. Kapitalistlər və burjuaziya hakimiyyətinin yenidən bərpa olunmasına yol verməmək üçün, bunun üçün gərək alverçiliyə yol verilməsin, bunun üçün gərək ayrı-ayrı şəxslər yerdə qalanların hesabına varlanmasın, bunun üçün gərək zəhmətkeşlər proletariatla birləşib kommunizm cəmiyyəti qursunlar. Kommunist gənclər ittifaqı və təşkilatının əsas vəzifəsinin başlıca xüsusiyyəti də bundan ibarətdir. Köhnə cəmiyyət belə bir prinsip üzərində qurulmuşdu ki, ya sən başqasını soyursan, ya başqası səni soyur, ya sən başqası üçün işləyirsən, ya başqası sənin üçün işləyir, ya sən qul sahibisən, ya özün qulsan. Aydındır ki, belə bir cəmiyyətdə tərbiyə alan adamlar ya qul sahibi olmaq, ya qul, ya xırda mülkiyyətçi, xırda qulluqçu, xırda məmur, ziyalı olmaq — bir sözlə, yalnız özünün malı olması qayğısına qalan, başqası ilə isə işi olmayan bir adam olmaq psixologiyasını, adət və anlayışını, demək olar, anadan doğulan gündən mənimsəməyə başlayırlar. Əgər mən bu torpaq sahəsində təsərrüfatla məşğulamsa, başqası ilə mənim işim yoxdur; əgər başqası ac qalsa, daha yaxşıdır, çünki mən öz taxılımı daha da baha sataram. Əgər mənim həkim, mühəndis, müəllim, qulluqçu kimi öz iş yerim varsa, onda daha başqası ilə işim yoxdur. Bəlkə, hökümət adamlarının pis işlərinə göz yumub onlara xoş gəlməklə mən öz yerimi əlimdə saxlaya bilərəm və hətta özümə yol açıb burjua da ola bilərəm. Kommunistdə belə bir psixologiya, belə bir əhval-ruhiyyə ola bilməz. Fəhlələr və kəndlilər öz qüvvəmizlə özümüzü müdafiə edə bildiyimizi və yeni cəmiyyət
15
yarada bildiyimizi sübut etdikləri zamandan, məhz bu zamandan yeni kommunist tərbiyəsi başlanmışdır, istismarçılara qarşı mübarizədə verilən tərbiyə, proletariatla ittifaqda xudbinlərə və xırda mülkiyyətçilərə qarşı olan tərbiyə, — mən öz mənfəətim üçün çalışıram, başqaları ilə isə heç bir işim yoxdur, — deyən psixologiyaya və vərdişlərə qarşı tərbiyə başlanmışdır. Böyüməkdə olan gənc nəsil kommunizmi necə öyrənməlidir sualına cavab məhz bundan ibarətdir. Bu nəsil kommunizmi yalnız o zaman öyrənə bilər ki, öz təlim, tərbiyə və təhsilinin hər addımını köhnə cəmiyyətə, istismarçılar cəmiyyətinə qarşı proletarların və zəhmətkeşlərin daim apardıqları mübarizəsi ilə əlaqələndirmiş olsun. Bizə mənəviyyatdan danışıldıqda, biz deyirik: kommunist üçün bütün mənəviyyat bu vahid həmrəy intizamdan və istismarçılara qarşı şüurlu kütləvi mübarizədən ibarətdir. Biz əbədi mənəviyyata inanmırıq və mənəviyyat haqqındakı hər cür əfsanələrin yalan olduğunu ifşa edirik. Mənəviyyat onun üçündür ki, bəşər cəmiyyəti yüksəlsin, əməyin istismar edilməsindən xilas olsun. Bunu həyata keçirmək üçün burjuaziya əleyhinə intizamlı, şiddətli mübarizə şəraitində şüurlu adamlar olmağa başlamış gənc nəsil lazımdır. Bu mübarizədə həmin nəsil həqiqi kommunistlər yetişdirəcəkdir və bu nəsil öz təlimi, təhsili və tərbiyəsi yolunda atılan hər addımını həmin mübarizəyə tabe etməli və onunla əlaqələndirməlidir. Kommunist gənclərə verilən tərbiyə onlara mənəviyyat haqqında cürbəcür şirin nitqlər söyləməkdən və cürbəcür qaydalar göstərməkdən ibarət olmamalıdır. Tərbiyə bundan ibarət deyildir. İnsanlar öz ataanalarının mülkədarlar və kapitalistlər zülmü altında yaşadıqlarını gördükdə, istismarçılara qarşı mübarizə aparmağa başlayanların başına gələn müsibətləri özləri də çəkdikdə, əldə edilən nailiyyətləri qoruyub saxlamaq üçün həmin mübarizəni davam etdirməyin nə kimi qurbanlar bahasına başa gəldiyini, mülkədarlar və kapitalistlərin necə quduz düşmən olduğunu gördükdə, bu adamlar həmin şəraitdə tərbiyə alıb kommunist olurlar. Kommunist mənəviyyatının əsası — kommunizmi möhkəmlətmək və başa çatdırmaq uğrunda mübarizədən ibarətdir. Kommunist tərbiyəsi, təhsili və təliminin əsası da məhz budur. Kommunizmi necə öyrənmək lazımdır sualının cavabı da məhz bundan ibarətdir.
Əgər təlim, tərbiyə və təhsil yalnız məktəb çərçivəsi ilə məhdudlaşdırılıb, coşğun həyatdan uzaqlaşdırılsaydı, biz onlara inanmazdıq. Nə qədər ki, fəhlə və kəndlilər mülkədarların və kapitalistlərin zülmü altındadır, nə qədər ki, məktəblər mülkədarların və kapitalistlərin əlindədir gənc nəsil gözü bağlı və avam qalır. Bizim məktəb isə gənclərə biliyin əsaslarını verməli, onlara kommunist baxışları yaratmaq bacarığı verməli, onlardan elmli adamlar yetişdirməlidir. Adamlar məktəbdə oxuduqları müddətdə məktəb onları yetişdirib, istismarçılardan xilas olmaq uğrundakı mübarizənin iştirakçısı etməlidir. Kommunist gənclər ittifaqı kommunist gənc nəslin İttifaqı olmaq adını yalnız o zaman doğrulda bilər ki, öz təlim, tərbiyə və təhsilinin hər addımını bütün zəhmətkeşlərin istismarçılara qarşı ümumi mübarizəsində iştirak etməklə əlaqələndirsin. Çünki siz yaxşı bilirsiniz, nə qədər ki, Rusiya yeganə fəhlə respublikasıdır, yerdə qalan bütün dünyada isə köhnə burjua quruluşu davam edir, biz onlardan zəifik, bizim üçün hər dəfə yeni hücum təhlükəsi vardır və biz ancaq vahid və yekdil olmağı öyrənməklə gələcək mübarizədə qalib çıxarıq və möhkəmlənib həqiqətən məğlubedilməz olarıq. Beləliklə, kommunist olmaq — böyüməkdə olan bütün nəsli təşkil etmək və birləşdirmək deməkdir, bu mübarizədə tərbiyə və intizam nümunəsi göstərmək deməkdir. O zaman siz kommunizm cəmiyyəti binasını qurmağa başlayıb axıra çatdıra bilərsiniz. Bunu sizin üçün daha aydın etməkdən ötrü mən bir misal gətirəcəyəm. Biz özümüzü kommunist adlandırırıq. Kommunist nə deməkdir? Kommunist — latın sözüdür. Kommunist — ümumi deməkdir. Kommunizm cəmiyyəti — hər şeyin: torpağın, fabrikin ümumi olması, əməyin ümumi olması deməkdir — kommunizm bax, budur. Əgər hər kəs ayrıca bir sahədə öz təsərrüfatı ilə məşğul olsa, əmək ümumi ola bilərmi? Ümumi əməyi birdən-birə yaratmaq olmaz. Bu ola bilməz. Ümumi əmək göydən düşmür. Onu əldə etmək, zəhmət çəkib yetirmək, yaratmaq lazımdır. O, mübarizə gedişində yaradılır. Burada köhnə kitabça lazım deyil — kitabçaya kimsə inanmazdı. Burada adamın öz həyat təcrübəsi lazımdır. Kolçak və Denikin Sibirdən və cənubdan irəlilədikləri zaman kəndlilər onların tərəfində idilər. Bolşevizm kəndlilərin xoşuna gəlmirdi, çünki bolşeviklər taxılı sabit qiymətlə alırlar. Kəndlilər Sibirdə və Ukraynada
Kolçakın və Denikinin hakimiyyətini gördükdə isə bildilər ki, kəndli üçün başqa yol yoxdur: ya kapitalistə tərəf get, o da səni mülkədara qul etsin, ya da fəhlənin ardınca get, o, doğrudur, sənə süd gölü vəd etmir, çətin mübarizədə səndən polad intizam və möhkəmlik tələb edir, lakin səni kapitalistlərə və mülkədarlara köləlikdən xilas edir. Hətta avam kəndlilər də bunu öz təcrübələrində görüb başa düşdükdə, kommunizmin çətin məktəb keçmiş şüurlu tərəfdarları oldular. Kommunist gənclər ittifaqı da bütün öz fəaliyyəti üçün belə bir təcrübəni əsas götürməlidir. Biz nəyi öyrənməliyik, köhnə məktəbdən və köhnə elmdən nələri götürməliyik suallarına mən cavab verdim. Bunu necə öyrənmək lazımdır sualına da mən cavab verməyə çalışacağam: bunu ancaq məktəbdəki fəaliyyətin hər addımını, tərbiyənin, təhsilin və təlimin hər addımını bütün zəhmətkeşlərin istismarçılara qarşı mübarizəsi ilə möhkəm əlaqələndirmək yolu ilə öyrənmək lazımdır. Bu və ya başqa gənclər təşkilatının iş təcrübəsindən alınmış bir neçə misal gətirməklə, mən həmin kommunizm tərbiyəsinin necə verilməli olduğunu sizə aydın göstərəcəyəm. Hamı savadsızlığın ləğv edilməsindən danışır. Siz bilirsiniz ki, savadsız bir ölkədə kommunizm cəmiyyəti qurmaq olmaz. Sovet hakimiyyətinin əmr etməsi və ya partiyanın müəyyən bir şüar verməsi, ya da ən yaxşı işçilərin müəyyən hissəsinin bu işə göndərilməsi kifayət deyildir. Bunun üçün gərək gənc nəslin özü bu işə girişsin. Kommunizm ondan ibarətdir ki, Gənclər ittifaqında olan gənclər, oğlan və qızlar desinlər: bu bizim işimizdir, biz savadsızlığı ləğv etmək üçün birləşib kəndlərə gedəcəyik ki, böyüməkdə olan nəslimiz içərisində savadsızlar olmasın. Biz çalışırıq ki, böyüməkdə olan gənclərin özfəaliyyəti bu işə həsr edilmiş olsun. Siz bilirsiniz ki, avam, savadsız bir ölkə olan Rusiyanı tez bir zamanda döndərib savadlılar ölkəsi etmək olmaz; lakin əgər Gənclər ittifaqı bu işə girişsə, əgər bütün gənclər hamının xeyrinə çalışsa, o zaman 400 000 oğlan və qızı birləşdirən bu ittifaqın Kommunist gənclər ittifaqı adlanmağa haqqı vardır. İttifaqın vəzifəsi bir də ondan ibarətdir ki, bu və ya başqa bilikləri mənimsəməklə bərabər, savadsızlıq zülmətindən öz gücü ilə xilas ola bilməyən gənclərə yardım etsin. Gənclər ittifaqının üzvü olmaq işi elə aparmaq deməkdir ki, adam öz fəaliyyətini, öz qüvvəsini ümumi işə sərf etsin. Kommunist tərbiyəsi məhz bundan ibarətdir. Gənc oğlan və
16
ya qız yalnız bu cür işlədikdə əsl kommunist olur. Onlar yalnız bu işlə əməli müvəffəqiyyətlərə nail ola bildikdə kommunist olurlar. Misal üçün şəhəryanı bostanlarda işləməyi götürün. Məgər bu iş deyilmi? Bu, Kommunist gənclər ittifaqının vəzifələrindən biridir. Xalq aclıq çəkir, fabriklərdə və zavodlarda aclıqdır. Aclıqdan xilas olmaq üçün çoxlu bostan əkmək lazımdır, lakin əkinçilik köhnə üsulla aparılır. Buna görə də daha şüurlu ünsürlərin işə girişməsi lazımdır, belə olarsa, onda görərsiniz ki, bostanlar artacaq, bunların sahələri genişlənəcək, nəticələri də yaxşılaşacaqdır. Kommunist gənclər ittifaqı bu işdə fəal iştirak etməlidir. Hər bir ittifaq və ya İttifaqın hər bir özəyi bunu öz işi hesab etməlidir. Kommunist gənclər ittifaqı hər bir işə yardım edən, təşəbbüs və səy göstərən zərbəçilər dəstəsi olmalıdır. İttifaq elə olmalıdır ki, hər bir fəhlə bu ittifaqdakı adamların nəzəriyyəsini anlamasa da və onların nəzəriyyəsinə birdən-birə inanmasa da, onların canlı işindən və fəaliyyətindən görsün ki, bu adamlar ona həqiqətən doğru yol göstərən adamlardır. Əgər Kommunist gənclər ittifaqı bütün sahələrdə öz işini belə qura bilməsə, demək o azıb köhnə burjua yoluna düşür. Bizim verdiyimiz tərbiyəni zəhmətkeşlərin istismarçılara qarşı mübarizəsi ilə birləşdirmək lazımdır ki, kommunizm təlimindən irəli gələn vəzifələri birinci olaraq yerinə yetirməkdə kömək edək. İttifaqın üzvləri öz boş vaxtlarının hər saatını bostanı yaxşılaşdırmağa, yaxud bir fabrikdə və ya zavodda gənclərin təhsilini təşkil etməyə və i. a. sərf etməlidirlər. Biz Rusiyanı dilənçi və miskin ölkədən zəngin bir ölkəyə çevirmək istəyirik. Buna görə də gərək Kommunist gənclər ittifaqı öz təhsilini, öz təlimini və öz tərbiyəsini fəhlə və kəndlilərin əməyi ilə birləşdirsin, öz məktəblərində qapanıb qalmasın və yalnız kommunist kitabları və kitabçalarını oxumaqla kifayətlənməsin. Yalnız fəhlə və kəndlilərlə birgə işləməklə əsl kommunist olmaq olar. Həm də gərək hamı görsün ki, Gənclər ittifaqına daxil olan hər kəs savadlı olmaqla bərabər, işləməyi də bacarır. Köhnə məktəbdən kobud təlimi qovub onu şüurlu intizamla əvəz etdiyimizi, hər bir gəncin iməcilikdə iştirak etməyə getdiyini, əhaliyə yardım göstərmək üçün hər bir şəhəryanı təsərrüfatından necə istifadə etdiyini hamı gördükdən sonra xalq əməyə daha keçmişdə baxıldığı kimi baxmayacaqdır.
17
Kommunist gənclər ittifaqının vəzifəsi ondan ibarətdir ki, — kiçik bir misal göstərirəm — kənddə və ya öz məhəlləsində təmizlik yaratmaq və ya ərzaq bölüşdürmək kimi bir işə yardımı təşkil etsin. Köhnə kapitalizm cəmiyyətində bu necə edilirdi? Hər kəs yalnız özü üçün işləyirdi və heç kəs baxmırdı ki, burada qocalar və ya xəstələr var, yaxud bütün təsərrüfat işi qadının üzərinə düşür, buna görə də qadın əzilmiş və məhkum bir vəziyyətdədir. Buna qarşı kim mübarizə aparmalıdır? Gənclər ittifaqları mübarizə aparmalıdır və deməlidir ki: biz bunu dəyişdirərik, biz gənclərdən dəstələr düzəldəcəyik, bu dəstələr daim evləri gəzərək, təmizliyin təmin edilməsinə və ya ərzağın bölüşdürülməsinə kömək edəcəklər, bunlar bütün cəmiyyətin xeyrinə mütəşəkkil çalışaraq öz qüvvələrindən düzgün istifadə edəcək və göstərəcəklər ki, əmək mütəşəkkil əmək olmalıdır. İndi nümayəndələrinin 50-yə qədər yaşı olan nəsil, kommunizm cəmiyyətini görəcəyini ümid edə bilməz. O vaxta qədər bu nəsil ölüb gedəcəkdir. İndi 15 yaşında olan nəsil isə kommunizm cəmiyyətini görəcək və özü bu cəmiyyəti quracaqdır. Həm də bu nəsil bilməlidir ki, onun bütün həyat vəzifəsi — bu cəmiyyəti qurmaqdır. Köhnə cəmiyyətdə ayrı-ayrı ailələr ayrılıqda işləyirdi və onların əməyi, xalq kütlələrini zülm altında saxlayan mülkədarlardan və kapitalistlərdən başqa heç kəs tərəfindən birləşdirilmirdi. Biz hər cür əməyi, bu əmək nə qədər çirkli və çətin olsa da, elə qurmalıyıq ki, hər bir fəhlə və kəndli özünə baxıb desin: mən — böyük azad əmək ordusunun bir hissəsiyəm və öz həyatımı mülkədarlarsız və kapitalistlərsiz özüm qura bilərəm, kommunizm quruluşunu yarada bilərəm. Kommunist gənclər ittifaqı hamını gənc yaşından3 şüurlu və intizamlı əməklə tərbiyə etməlidir. İndi qarşıya qoyulmuş vəzifələrin yerinə yetiriləcəyini biz məhz bu surətlə ümid edə bilərik. Biz nəzərdə tutmalıyıq ki, qüvvətdən düşmüş torpağımızı texnikanın son nailiyyətləri əsasında becərmək məqsədilə ölkəmizin elektrikləşdirilməsi üçün azı 10 il lazımdır. Odur ki, indi 15 yaşında olan və 10—20 ildən sonra kommunizm cəmiyyətində yaşayacaq nəsil bütün öz təlim vəzifələrini elə qurmalıdır ki, hər gün hər bir kənddə və hər bir şəhərdə gənclər ümumi əmək sahəsində bu və ya başqa bir vəzifəni, hətta ən xırda və ən sadə bir vəzifəni əməli surətdə yerinə yetirsinlər. Hər bir kənddə belə olduqca, kommunizm yarışı
inkişaf etdikcə, kəndlilər öz əməyini birləşdirə bildiyini sübut etdikcə, bütün bunlar olduqca kommunizm quruluşunun müvəffəqiyyəti təmin edilmiş olacaqdır. Əgər kommunist gənclər ittifaqı atdığı hər addımına quruculuğun müvəffəqiyyəti nöqteyi-nəzərindən baxarsa və: biz birləşmiş şüurlu zəhmətkeşlər olmaq üçün lazım olan hər şeyi etmişikmi — deyə özündən soruşsa, yalnız o zaman, yarım milyondan ibarət üzvlərini bir əmək ordusu halında birləşdirər və hamının hörmətini qazanar. (Gurultulu alqışlar) 7 oktyabr, 1920. 1. V. İ. Leninin 1920-ci il oktyabrın 2-də Rusiya Kommunist Gənclər İttifaqının III Ümumrusiya qurultayında nitqi ilk dəfə 1920-ci il oktyabrın 5, 6 və 7-də «Pravda» qəzetində (221, 222, 223cü nömrələr) dərc olunmuşdu. 2. Proletkultçular — mədəni-maarif təşkilatı olan Proletkultun üzvləri nəzərdə tutulur. 3. Pravdanın 223-cü nömrəsində “gənc yaşından” sözləri əvəzinə “on iki yaşından” verilmişdir.
18
Trotski Gəncliyə qarşı mübarizə Hər inqilabçı partiya əsas dəstəyini yüksəlməkdə olan sinfin gənc nəslindən alır.1 Siyasi çürümənin işarəti, gəncliyi ardınca aparmaq bacarığının itirilməsidir. Siyasi səhnədən silinmiş burjua demokratiyasının xüsusi partiyaları, gəncliyi ya inqilaba, ya da faşizmə tərk etmək məcburiyyətində qalır. Yeraltında olduğu müddətcə Bolşevik Partiyası daim gənc işçilərin partiyası olmuşdur. Menşeviklər işçi sinfinin yuxarı təbəqələrinə və nisbi olaraq yaşlı hissələrinə əsaslanır və bundan qürurlanıb Bolşevik partiyasına yuxarıdan baxırdılar. Hadisələr qəddarlıqla onların yanıldığını göstərmişdir: Müəyyənedici an gəldikdə gənc işçilər, orta yaşın üstündəki və hətta, yaşlı işçiləri ardlarından sürüklədilər. İnqilab əsnasında dağınıqlıq, gənc Sovet nəsillərinə böyük hərəkət verdi. Onları bir zərbə ilə ehkamçı ənənələrindən qopardı və onlara böyük sirri – dialektikanın ilk sirrini – açdı: Yer üzündə əbədi olan heç bir şey yoxdur və cəmiyyəti təşkil edən material plastikdir. Dövrümüzün təcrübələri işığında, dəyişməz irqlər nəzəriyyəsi nə qədər də axmaqcadır! Sovetlər Birliyi, içində onlarla millətin bir-birinə qarışdığı böyük bir ərimə qazanıdır. “Slavyan ruhu” mifi eynilə zibil kimi kənara atılmışdır. Lakin gənc nəslin hərəkəti hələ ona aid bir tarixi əsərdə ifadəsini tapmamışdır. Gəncliyin iqtisadiyyat sahəsində çox fəal olduğu doğrudur. Sovetlər Birliyində yaşı iyirmi üçdən az olan yeddi milyon işçi vardır; bunların üç milyon yüz qırx mini sənayedə, yeddi yüz mini dəmiryollarında, yeddi yüz mini də inşaat sektorunda işləməkdədir. Yeni nəhəng fabriklərdə gənc işçilər ümumi əmək gücünün hardasa yarısını təşkil edir. Günümüzdə kolxozlardaki gənc kommunistlərin sayı bir milyon yüz mindir. Son illərdə yüz minlərlə gənc kommunist inşaatlarda, kömür mədənlərində, ağac sənayesində, şimalda, Saxalin bölgəsində ya da Komsomolsk adlı yeni şəhərin qurulmaqda olduğu Amur çayı üzərindəki qızıl mədənlərində səfərbər edilmişdir. Yeni nəsildən şok briqadalar, seçkin adamlar, Staxanovçular, ustalar və aşağıdan idarəçilər çıxmaqdadır. Gənclər oxumaqda və bunların önəmli bir hissəsi bu işi özlərini fəda edərək etməkdədir. İdman sahəsində xüsusilə paraşutçuluq kimi ən çox ürək istəyən, ya da nişançılıq kimi döyüşkən növlərdə gənclər bir o qədər fəaldırlar. Xoşrəftar
19
və qorxmaz olanlar müxtəlif təhlükəli kəşfiyyat səyahətlərinə çıxırlar. Tanınmış qütb kəşfiyyatçısı Şmidt, bundan qısa müddət əvvəl belə deyirdi: “Gənclərimizin böyük çoxluğu çətin işlərə girişməyə həvəslidir”. Bu, şüphəsiz ki, doğrudur. Lakin inqilab sonrası nəsil hələ də hər sahədə nəzarət altındadır. Nəyi necə edəcəkləri onlara yuxarıdan deyilir. Əmrlərin ən yuxarı forması olan siyasət, bütünlüklə “köhnə tüfəng” adlanan adamların əlindədir. Gənclərə hörmətli və çox vaxt tərif dolu dillə xitab etmələrinə baxmayaraq, yaşlılar bu inhisarlarını qısqanclıqla qoruyurlar. Dövlətin “ortadan qalxmadığı”, yəni bütün polis qurumlarının yerlərini istehsalçıların və istehlakçıların özhakimiyyətinə buraxmadığı bir cəmiyyəti sosialist bir cəmiyyət olaraq görməyən Engels, bu vəzifənin tamamlanmasını, “azadlığın yeni şərtlərində yetişəcək və dövlətçiliyin bütün qədim pisliklərini qaldırıb atacaq mövqeyə sahib”2 gənc nəslə aid edirdi. Lenin də öz adına bunu əlavə edir: “Demokratik cümhuriyyət də daxil olmaqla hər cür dövlətçilikdən...”3. Qısacası Engels və Lenin, sosialist cəmiyyətin quruluşunu belə planlamışdılar: İqtidarı fəth edən nəsil, yəni “köhnə tüfənglər”, dövlətin ortadan qaldırılması prosesini başladacaq, onu izləyən nəsil də bu işi tamamlayacaq. Bəs həqiqi vəziyyət necədir? Sovetlər Birliyinin ümumi nüfuzunun yüzdə 43-ü inqilabdan sonra doğulmuşdur. İyirmi üç yaşı iki nəsil arasında sərhəd götürsək, Sovet insanlarının yüzdə 50-sindən çoxu hələ bu sərhədə çatmamışdır. Beləliklə, nüfuzun yarısından çoxu Sovet rejimindən başqa bir rejimi yaşamamışdır. Lakin elə bu gənc nəsillər Engelsin düşündüyü kimi “azadlıq şərtləri altında” yox, tərsinə rəsmi uydurmaya görə, Oktyabr inqilabını gerçəkləşdirən hakim təbəqənin dözülməz boyunduruğu altında yetişirlər. Fabriklərdə, kolxozlarda, orduda, universitetlərdə, məktəblərdə və hətta baxçalarda, insanlığın əsas fəzilətləri kimi şefə bağlılıq və şərtsiz itaət fikri aşılanır. Son dövrün bir çox pedaqojik aforizminin Goebbelsdən götürüldüyü düşünülə bilərdi – təbii ki, Goebbels bunların çoxunu Stalinin əməkdaşlarından borc almış olmasaydı. Tələbələrin təhsili və sosial həyatı, formalizm və ikiüzlülüyə boğulmuş vəziyyətdədir. Uşaqlar cansıxıntısından partladıqları iclaslara qatılmağa və bunların mütləq fəxri sədrlərinə, sevgili öndərlərinə oxunan mahnılara və
bütün böyüklərinin etdiyi kimi düşünülənlərlə deyilənlərin bir-birini tutmadığı, əvvəlcədən həzm edilmiş, qurma döyüşə əsaslanan müzakirələrə öyrəşdilər. Tələbələrin bu çöldə vahələr yaratmağa çalışan ən safları, qəddar təzyiq tədbirlərinə məruz qalırlar. KGB agentləri “sosialist məktəblərə”, xəbərdarlıq və xəyanət yolu ilə qorxunc çürümüşlüyü soxurlar. Maarifçilərin və uşaq kitabları yazıçılarının, başları daha yaxşı işləyənləri rəsmi optimizmlərinə əks olaraq, məktəbləri məhv edən təzyiq, ikiüzlülük və cansıxıntısı qarşısında düşdükləri dəhşəti ara-sıra ifadə edirlər. Sinfi mübarizə və inqilab təcrübəsindən keçməyən bu gənc nəsillər ictimai həyata, birbaşa iştirak cəhətdən ancaq bir Sovet demokratiyası daxilində, keçmişin təcrübəsini və bugünün dərslərini tədqiq edərək hazırlaşa bilər. Tənqid olmadan azad düşüncə və azad şəxsiyyət inkişaf edə bilməz. Halbuki Sovet gəncliyi, fikir mübadiləsi, yanılmaq, həm özlərinin, həm də başqalarının səhvlərini sınamaq və düzəltmək imkanlarının hamısından məhrum ediliblər. Özünə birbaşa maraqlı olanlar da daxil olmaqla bütün problemlər onunla danışılmadan həll edilir. Bu gənclərə düşən yalnız qərarları tədbiq etmək və bu qərarları verənlər üçün şeirlər yazmaqdır. Bürokratiya hər cür tənqidi, ağzını açanın boynunu vuraraq cavablandırır. Gənclik içindəki hər cür bacarıq və qarşı çıxmaq izlərinin qarşısı alınmaqda, yox edilməkdə ya da fiziki olaraq ortadan qaldırılmaqdadır. Kommunist Gəncliyin milyonlarla üzvü içindən tək görkəmli insanın yetişməmiş olması yalnız bununla aydınlaşdırıla bilər. Gənclərin özlərini, texnikaya, elmlərə, ədəbiyyata, idmana, şahmata verməsi ən önəmli fəaliyyət sahələrində yetişdikləri hissini oyandırır. Bütün bu sahələrdə, hazırlıqsız olan əvvəlki nəsillə yarışır, ona yetişir və bəzən onu keçir gənc nəsil. Yalnız siyasətə hər dəfə əl atdıqda əlini yandırır. Beləliklə, Sovet gəncliyinin qarşısında üç seçim vardır: Bürokratiya ilə bütünləşmək və yüksəlmək; səs çıxarmadan boyun əymək və özünü iqtisadi-elmi işlərə həsr etmək ya da öz kiçik xüsusi sahəsinə çəkilmək; yeraltına düşüb mübarizə etməyi və özünü gələcəyə hazırlamağı öyrənmək. Bürokratik kariyera yolu yalnız kiçik azlığa açıqdır; digər tərəfdə kiçik bir azlıq müxalifətə qoşulur. Aradaki qrup öz içində çox heterogendir. Bu qrup daxilində dəmir məngənə altında Sovetlər Birliyinin gələcəyini çox böyük ölçüdə müəyyən edəcək gizli fəqət önəmli proseslər inkişaf edir.
Daxili müharibə dövrünün asket meyillərinin yerini NEP dövründə daha çox Epikürçü, hətta hedonizm ruh halları aldı. Birinci Beş İllik Plan dövrü də seçilməmiş bir asketizm halına gəldi, lakin bu dəfə yalnız kütlələr və gənclik üçün; idarəçilər, şəxsi rəfahlarını təmin edəcək mövqelərdə yer almağı bacarmışdılar. İkinci Beş İllik Plan dövrü heç şüphəsiz ki, asketizmə qarşı reaksiyanın damğasını daşıyır. Şəxsi mənafe qayğısı bu dövrdə xalqın hamısına və xüsusilə də gənclərə bulaşmışdır. Yalnız Sovetlər Birliyində gənc nəsil içindən kütlələrin üstünə çıxmağı bacaran kiçik bir azlıq üçün hakimiyyətə qoşulmaq imkanı vardır. Bürokratiya öz məmurlarını və fürsətçilərini özü yetişdirir, bunları şüurlu olaraq seçir. Kommunist Gənclik Təşkilatının aprel 1936cı ildəki konqresində baş natiq belə deyirdi: “Sovet gəncliyi qazanc ehtirasını, kiçik hesapçılığı, bayağı eqoizmi tanımaz”. Bu sözlər bugünün hakim şüarı halına gələn “rəfah dolu yaxşı bir həyat”-la, hissəyə görə məvaciblə, imtiyazlarla və medallarla uyğunlaşmır nədənsə. Sosializm asketizm deyildir; əksinə Xristian asketizminə kökdən qarşıdır. O bu dünyaya aid bir düşüncədir və bu xüsusiyyəti ilə bütün dinlərin asketizminə qarşıdır. Yalnız dünyəvi dəyərlər arasında sosializmin də nəzərə aldığı bir iyerarxiya vardır. Sosializm üçün insan şəxsiyyəti yaxşı bir həyat qayğısı ilə birlikdə yox, bu qayğının ortadan qalxdığı nöqtədə başlayır. Ancaq heç bir nəsil özünü aşan şeyləri bacara bilməz. Bu gün üçün Staxanov hərəkatının hamısı “bayağı eqoizm” üzərində quruludur. Bu hərəkatın tək meyarı olan, əmək qarşılığı qazanılmış şalvar və qalstuk sayı, tam da “kiçik hesapçılıq”-dır. Bu tarixi mərhələnin zəruri olduğunu qəbul edək; lakin o zaman bu mərhələni olduğu kimi görmək lazımdır. Bazar münasibətlərinin yenidən yerləşdirilməsi, müzakirəsiz olaraq şəxsi rəfahın artması imkanını yaradır. Sovet gənclərinin böyük çoxluğu mühəndis olmaq istəyirsə bunun səbəbi, sosializmin quruluşunda rol oynamağın cazibədarlığı deyil, mühəndislərin həkimlər ya da müəllimlərdən daha yüksək əmək haqqı almasıdır. Bu tərz meyillər intellektual təzyiq və ideoloji gerilik mühitində ortaya çıxanda, bir yandan hakimiyyət də şüurlu olaraq meydanı fürsətçilik motivlərinə buraxarkən, “sosialist mədəniyyət”-in təşəkkül tapması, hər səviyyədə ən anti-sosial eqoizmin yayılmasından başqa bir məna daşımır. Yenə də Sovet gəncliyinin hamısının ya
20
da çox hissəsinin şəxsi mənafe tərəfindən yönləndirildiyini demək böyük iftira olar. Xeyr, bu gənclər ümumi olaraq əliaçıq, hissləri güclü, xoşrəftar insanlardır. Fürsətçilik yalnız xarici cilalarıdır onların. Şəxsiyyətlərinin dərinliklərində, işə yarayan vəziyyətə gəlməyi gözləyən, qəhrəmanlıq da daxil olmaqla müxtəlif meyillər yaşayır. Yeni Sovet yurdsevərliyi qismən bu meyillərdən qidalanır. Bu duyğu heç şüphəsiz ki, çox dərin, səmimi və dinamik duyğudur. Lakin bu yurdsevərlik də, gənclərlə yaşlıları ayıran uçurum təşkil edir. Gənc, sağlam ciyərlər Termidorun, yəni hələ inqilab qılığına bürünmək məcburiyyətində olan mürtəceliyin ayrılmaz parçası olan ikiüzlülük havasını almaqda çətinlik çəkirlər. Sosializm bannerləri ilə yaşayan həqiqət arasındaki ziddiyyət, rəsmi qanunlara qarşı güvəni sarsıdır. Gənclərin bir çoxu siyasətə laqeyd yanaşır və davranışları ilə xüsusilə kobud və eyş-işrət düşkünü olmaq təəssüratını yaratmağa çalışırlar. Bir çox halda laqeydlik və lağlağılıq, qeyri-məmnunluq və öz bildiyi yolda getməyin ilk formalarıdır. Bir yandan minlərlə “Bolşevik-Leninist”-in Kommunist Gənclikdən və Partiyadan çıxarılması və sonra həbs edilməsi ya da sürgünə göndərilməsi, həm sağda, həm də solda şüurlu müxalifət mənbəyinin tükənməmiş olduğunun isbatıdır. Əksinə son iki-üç ildir bu mənbələr yeni bir güclə yenidən qabarır. Son olaraq, daha səbirsiz və atəşli olanlar, daha dəlisov olanlar, duyğuları və mənafeləri zərər görmüş olanlar intiqam almaq üzrə terrora yönəlirlər. Sovet gəncliyinin bugünkü siyasi əhval-ruhiyyəsi bax belə bir yelpik sərgiləyir. Sovetlər Birliyində fərdi terrorun tarixi, ümumi olaraq ölkənin təkamülündə yaşanılan fərqli mərhələləri açıq formada ortaya qoyur. Sovet iqtidarının başlanğıcında, daxili müharibə atmosferində, “ağ”-lar və İnqilabçı Sosialistlər terror əməllərinə girişirdilər. Köhnə mülk sahibi siniflər restorasiyaya dair bütün ümidlərini itirəndə terrorizm sona çatdı. Yaxın vaxta qədər davam edən qulaq terroru yerli xüsusiyyət daşıyırdı; qulaq hücumları, rejimə qarşı partizan müharibəsinin son mərhələsi idi. Son dövrdə yaranan terror isə nə köhnə hakim siniflərdən, nə də qulaqlardan dəstək alır. Yeni nəsil terroristlər, tamamilə Sovet gəncliyinin daxilindən, Kommunist Gənclik və Partiya sıralarından, hətta bir çox halda da hakimiyyətin uşaqları arasından çıxır. Fərdi terror hər nə qədər hücum etdiyi problemləri həll etməkdən aciz
21
olsa da çox önəmli bir işarət xüsusiyyəti daşıyır: Bürokratiya ilə geniş xalq kütlələri, xüsusilə də gənclik arasındaki ziddiyyətin şiddətinin göstəricisidir bu. Qumar, paraşutçuluq, qütb səfərləri, laqeydlik nümayişi, “avaralıq romantizmi”, terrorist zehniyyət və ara-sıra fərdi terror əməlləri, bütün bunlar bir yerdə nəzərə alınanda yaşlıların dözülməz nəzarəti qarşısında gənclərin narahatlığının bir partlama ilə nəticələnəciyinin xəbərçisi olurlar. Şüphəsiz ki, müharibə, yığılan narahatlıq qarşısında təhlükəsizlik manivelası funksiyasını yerinə yetirir. Lakin bunun təsiri çox çəkməz. Müharibə ilə bərabər gənclik, çox keçmədən döyüşkən əhval-ruhiyyəyə girə bilər və bugün sahib olmadığı səlahiyyətə sahib ola bilər. Eyni zamanda “yaşlılar”-ın çoxunun etibarı da düzəlməz formada zədələnəcəkdir. Ən yaxşı ehtimalla müharibə, bürokratiyanın borclarını ertələməsinə fürsət verə bilər; ardından gələn siyasi qarşıdurma isə çox sərt olar. Sovetlər Birliyinin problemlərini nəsil probleminə endirmək əlbəttə, tək-tərəfli yanaşma olardı. Necə yaşlılar arasında bürokratiyanın açıq ya da gizli bir çox düşməni varsa, gənclər arasında da yüz minlərlə bürokrat beyinli insan var. Bununla bərabər hakim təbəqələrə aid, istər sağdan, istər soldan gəlsin, hər hansı bir hücumda hücum edənlər əsas güclərini siyasi haqlarından məhrum qoyulmuş, narahat, kədərli gənclik arasından toplayacaqdır. Bürokratiya bunu çox yaxşı bilir; özünə qarşı təhdid yarada biləcək hər şeyə qarşı ifrat həssaslığa sahibdir. Təbii olaraq, vəziyyətini əvvəldən möhkəmləndirmək üçün çalışır və başlıca səngərlərini gənc nəslə qarşı qazır, beton barrikadalarını ona qarşı tikir. Kommunist Gəncliyin 1936-cı il aprelində Kremlində təşkil edilən X konqresinə daha əvvəl toxunmuşduq. Təbii olaraq heç kim, niyə bu konqresin öz nizamnaməsinə zidd formada bütün beş illik dövr ərzində toplanmadığını açıqlamaq zəhmətini çəkmədi. Həmçinin çox keçmədən, bu vasvasılıqla keçirilmiş konqresin, gəncliyi siyasi mənada mülksüzləşdirmək üçün toplanmış olduğu aydınlaşdı: Yeni nizamnaməyə görə Komsomol – yəni Kommunist Gənclik – ictimai həyata qoşulmaq haqlarını hüquqi olaraq da itirirdi. Bundan sonra Kommunist Gənclik artıq yalnız maarif və təhsil sahələrində fəaliyyət göstərə biləcək. Kommunist Gənclik Baş Katibi yuxarıdan aldığı əmr altında belə açıqlama verir: “Sənaye və maliyyə planı məsələsində, gəlirlərin
azlığı, maliyyə tarazlığı məsələlərində, əkiləcək məhsullar məsələsində və hökümətin başqa bütün vəzifələri haqqında boşboğazlıq etməyə son qoymalıyıq, elə bil qərar verən bizik...”. “Elə bil qərar verən bizik” sözlərini bütün ölkə birdən təkrarlaya bilər! Sovet qanunlarının siyasi iştirak yaşını on səkkiz olaraq müəyyən etdiyini, o yaşdaki kişi və qadınların səs vermək hüququ olduğunu, buna qarşılıq Kommunist Gənclik Təşkilatına üzv olmaq üçün yaş sərhədinin köhnə nizamnaməyə görə iyirmi üç olduğunu və təşkilat üzvlərinin ən aşağı üçdə birinin bu yaşın da üstündə olduğunu xatırlatsaq, möhtəşəm itaət göstərən konqres tərəfindən də həyəcanla qarşılanmayan o həyasız “boşboğazlığa son qoyun” azarı, tamamilə təəccüblü hala gəlir. Konqresdə eyni zamanda iki reform birdən məsimsənildi: İyirmi üç yaşından yuxarı olanların üzvlüyü məşru hala gətirildi və beləcə seçicilər arasındaki Kommunist Gənclik üzvlərinin sayı artırılmış oldu. Həmçinin təşkilat yalnız ümumi siyasət sahəsinə yox (bunun onsuz söhbəti də gedə bilməz!), gündəlik iqtisadi problemlər sahəsində də iştirak hüququndan məhrul edildi. Yaş həddinin qaldırılması, Komsomoldan avtomatik olaraq Partiyaya keçmənin getdikcə daha da çətinləşməsi səbəbi ilə zəruri idi. Siyasi haqların, hətta bunların saf görüntüsünün də son qalıqlarının keçərsiz hesab edilməsinin səbəbi, Kommunist Gəncliyi tamamilə və son olaraq yaxşıca təmizləyən Partiyaya tabe etmək qərarıdır. Bir-biri ilə açıq-aydın ziddiyyətə düşən bu iki tədbirin mahiyyəti yenə eynidir: Gənc nəslin bürokratiyada oyandırdığı qorxu! Öz əfəndilərinə görə Stalinin onlara verdiyi təcili vəzifələri yerinə yetirməkdə olan – və bu xəbərdarlıqla hər hansı bir müzakirə ehtimalını ortadan qaldıran – natiqlər reformun məqsədini təəccüb yaradacaq səmimiliklə belə açıqladılar: “İkinci bir partiyaya heç ehtiyac yoxdur”. Bu, hakimiyyətin gözündə Komsomolun qəti formada nəzarət altında olmadığı təqdirdə ikinci partiyaya dönüşmək təhlükəsinin yaranmasının etirafıdır. Natiq, sanki bu ehtimal partiyadaki potensial meyilləri müəyyən etmək istəyirmiş kimi bunu əlavə edir: “Vaxtında Trotski, demaqoqluğa müraciət edərək qəhrəmanlıq etdiyi gəncliyin beyninə, anti-Leninist və antiBolşevik düşüncə olan, ikinci partiya tələbatı düşüncəsini soxmağa çalışmışdır”. Natiqin gətirdiyi misal tarixi həqiqətə uyğun deyil: Əslində Trotski “vaxtında” rejimin daha da bürokratlaşmasının qaçılmaz olaraq gənclikdən qopmağa və ikinci partiyanın
yaranması təhlükəsinə yol açacağı haqqında xəbərdarlıq etməklə kifayətlənmişdi. Lakin önəmli deyil: Hadisələr bu xəbərdarlığı haqlı çıxartdı və bir proqrama çevirdi. Pozulan partiya artıq yalnız fürsətçilər üçün cazibə mərkəzidir. Səmimi və başı işləyən gənc kişilər və qızların, həm birbirlərini tərifləməyə öyrəşən bürokratların imtiyazlarını, özbaşınalığını, uydurmaçılığı gizlədən Bizansvari bayağılıqlarından və yalanlarından, həm də cənnətin ulduzlarını tuta bilmədikləri üçün ulduzları oraburalarına tikən bütün marşallardan ürəkləri bulanır yəqin ki. Beləliklə artıq söhbəti gedən on iki, on üç il əvvəl olduğu kimi ikinci partiya “təhlükəsi” deyil, Oktyabr İnqilabı mübarizəsini irəliyə aparmağı bacaracaq tək güc olan bu partiyanın zəruriliyidir. Kommunist Gənclik nizamnaməsində edilən dəyişiklik yeni cəsusluq tədbirləri ilə yola verilsə də, yenə də gəncliyin qəhrəmanca bürokratiya ilə mübarizəyə girməsinə mane olmağı bacarmayacaq. Siyasi dağınıqlıq halında gənclik hansı tərəfə yönələcək? Hansı bayraqlar altında toplanacaq? İndi heç kim bu suallara qəti cavablar verə bilməz; cavab verməkdə ən çox çətinlik çəkən də gəncliyin özüdür. Gənclərin beyinlərində bir-birləri ilə ziddiyyətə düşən fərqli meyillər dolaşır. Nəticədə dünya miqyasında əhəmiyyət daşıyan tarixi hadisələr müəyyən edəcəkdir gənc kütlənin hərəkətlərini: Bu, Qərbdə müharibə və faşizmin yeni bir zəfəri də ola bilər, əksinə proletar inqilanın zəfəri də. Lakin nə olursa-olsun bürokratiya, haqları əllərində alınmış olan bu gənclərin partlayıcı tarixi güc təşkil etdiyinə inanacaqdır. Rus avtokratiyası 1894-cü ildə Çar II Nikolayın vasitəsi ilə, xəcalətlə siyasi həyatda iştirak istəklərini ifadə edən zemstvolara belə cavab vermişdi: “Mənasız xəyallar!”. Bu unudulmaz bir sözdür. 1936-cı ildə bürokratiya, gənc Sovet nəsillərinin hələ qeyri-müəyyən olan tələblərinə kobud harayla belə cavab verir: “Boşboğazlığa son qoyun!”. Bu sözlər də tarixə düşəcək. Stalin rejiminin bunun üçün ödəyəcəyi bədəl, II Nikolayın başında durduğu rejimin ödədiyi bədəldən az olmayacaqdır. 1936-cı il. “Xəyanət edilmiş inqilab” əsərinin 7-ci fəslinin 2-ci hissəsi.
22
1. Əsər Lev Trotski tərəfindən 1936-cı ildə qələmə alınmışdır. XX əsrin ən böyük əsərlərindən olan kitabda “SSRİ nədir və haraya gedir?” sualına ətraflı cavablar verilir. Trotskinin SSRİ haqqındaki tezisləri özünü sübut etmiş və bugün də inqilabçı marksizmə yol göstərir. 2. Fransada daxili müharibə, Engelsin önsözü, 1891-ci il. 3. Dövlət və inqilab, Lenin.
23
Lenin Tolstoy və proletar mübarizəsi Tolstoy hakim sinifləri çox böyük bir qüvvətlə və ürəkdən ifşa edirdi, müasir cəmiyyəti saxlayan bütün təsisatın: kilsənin, məhkəmənin, militarizmin, «qanuni» nigahın, burjua elminin daxili riyakarlığını böyük bir inandırıcılıqla açıb göstərirdi. Lakin onun təlimi müasir quruluşun qəbirqazanı olan proletariatın həyatına, fəaliyyətinə və mübarizəsinə tamamilə zidd çıxdı. Lev Tolstoyun təbliğində kimin nöqteyinəzəri əks olunmuşdu? Onun dili ilə danışan çoxmilyonlu rus xalqı kütləsi idi ki, bu kütlə artıq müasir həyatın sahiblərinə nifrət edir, lakin hələ bu sahiblərə qarşı şüurlu, ardıcıl, axıradək barışmaz mübarizə aparmaq dərəcəsinə çatmamışdır.
Rus xalqı azadlığa yalnız o zaman nail olar ki, yaxşı həyata çatmağı Tolstoydan öyrənməyib, əhəmiyyətini Tolstoyun başa düşmədiyi sinifdən və Tolstoyun nifrət etdiyi köhnə dünyanı dağıtmağa yeganə qabil olan sinifdən, — proletariatdan öyrənməli olduğunu başa düşsün. 18 (31) dekabr, 1910-cu il Raboçaya Qazeta, №2.
Böyük rus inqilabının tarixi və nəticəsi göstərdi ki, şüurlu, sosialist proletariatla köhnə quruluşun qəti müdafiəçiləri arasında qalmış olan həmin kütlə məhz belə bir kütlə idi. Bu kütlə, — başlıca olaraq kəndlilər, — inqilabda özünün köhnə quruluşa qarşı nə qədər böyük nifrət bəslədiyini, müasir rejimin bütün məşəqqətlərini necə dərindən hiss etdiyini, bu məşəqqətlərdən xilas olmaq və yaxşı həyata çatmaq üçün onda nə qədər böyük bir kortəbii cəhd olduğunu göstərdi. Eyni zamanda bu kütlə inqilab zamanı göstərdi ki, onun nifrəti kifayət qədər şüurlu deyildir, onun mübarizəsi ardıcıl deyildir, yaxşı həyat axtarmaqda o məhdud çərçivədən kənara çıxmır. Lap dərinliklərinədək kükrəyib coşan böyük xalq ümmanı özünün bütün zəif və bütün güclü cəhətləri ilə Tolstoyun təlimində əks edilmişdir. Rus fəhlə sinfi Lev Tolstoyun bədii əsərlərini öyrənməklə öz düşmənlərini daha yaxşı tanıyar, Tolstoyun təlimini araşdırdıqda isə, bütün rus xalqı öz azadlıq işini başa çatdırmasına imkan verməyən öz zəifliyinin keçmişdə nədən ibarət olduğunu başa düşəcəkdir. İrəli getmək üçün bunu anlamaq lazımdır. Tolstoyu «ümumun vicdanı», «həyat müəllimi» adlandıranların hamısı məhz bu irəliləyişə mane olur. Bu, Tolstoyun təliminin inqilaba zidd cəhətindən istifadə etmək istəyən liberalların qəsdən yaydıqları bir yalandır. Tolstoyun guya «həyat müəllimi» olması haqqındakı bu yalanı bəzi keçmiş sosial-demokratlar da liberalların ardınca təkrar edirlər.
24
Ernest Mandel Roza Lüksemburqun mövqeyi Rus inqilabı haqqında ilk şərhlərində bolşevik liderlərə təhlükə barədə xəbərdarlıq edən Roza Lüksemburqun mövqeyi belə idi: Siyasi həyatın bütün ölkədə təzyiq altında saxlanılması nəticəsində sovetlərdə də həyat pisləşəcəkdir. Ümumi seçkilər olmadan, qeyriməhdud mətbuat və yığışma azadlığı olmadan, azad fikir müzakirəsi edilmədən cəmiyyətin hər qurumunda canlılıq yox olacaq, yalnız bürokratiyanın aktiv ünsür olaraq mövcud olduğu bir cür həyat yaşanılacaq.1 Lüksemburqdan götürülən bu sitat 1918-ci ildə Rusiyadaki həyatı tam olaraq əks etdirmir. O dövrdə çox fərqli siyasi fikirlər müzakirə edilirdi və bir çox təşkilat qanuni ya da yarı-qanuni fəaliyyətini davam etdirirdi. Roza bu buroşuranı həbsdə yazmışdı və yetəri qədər məlumata sahib deyildi. Lakin daha uzun proses, xüsusilə 1920-21ci illər arasında olanlar barədə çox önəmli və tənqidi kəhanətlər söyləmişdi. Bunları 1918-ci ilin yayında görməməsi – “yalnız bürokratiyanın aktiv ünsür olaraq mövcud olduğu” – möhtəşəm nəzəri təhlil potensialına sahib olduğunu göstərməkdədir. Aşağıdaki sətirləri yazarkən də Rozanın haqlı olduğunu düşünürük. Lenin-Trotski nöqteyi-nəzərinin təməl xətası, eynilə Kautski kimi, demokratiya ilə diktatorluğu bir-birinə zidd görmələridir (...) (Kautski) şüphəsiz “demokratiya”-dan, yəni burjua demokratiyasından yanadır (...) O biri tərəfdən Leninlə Trotski isə (...) işçi sinfini hərəkətə keçirmək üçün... burjua demokratiyasının yerini alacaq sosialist demokratiya yaratmaq üçün – demokratiyanı tamamilə ortadan qaldırmaq üçün yox – (...) (proletariat) diktatorluğundan yanadırlar. Lakin sosialist demokratiya, sosialist demokratiyanın əsasları qoyulduqdan sonra ölkədə yalnız vəd edilərək başlayacaq bir şey deyildir; həmçinin bir ovuc sosialist diktatoru sədaqətlə dəstəkləyən dəyərli insanlara Yeni il hədiyyəsi kimi gələn bir şey də deyildir. Sosialist demokratiya sinfi hakimiyyətin yıxılmağa və sosializmin qurulmağa başlaması ilə eyni zamanda başlayır. Sosialist partiyanın iqtidarı ələ keçirməsi ilə başlayır. Proletariat
25
diktatorluğu ilə eyni şeydir. Bəli, diktatorluq! Lakin bu diktatorluq demokratiyanın tədbiq edilmə formasındadır, yox edilməsində, sosialist dönüşmənin həyata keçirilməsi üçün zəruri olan burjua cəmiyyətinin iqtisadi münasibətlərinə və sağlam təməllərə əsaslanmış haqlarına enerjili, qətiyyətli hücumlarda yox. Lakin bu diktatorluq sinfin əsəri olmalıdır, o sinfin adına hərəkət edən azlığın yox – yəni addım-addım kütlələrin birbaşa iştirakı nəticəsində formalaşmalıdır. Xalq kütləsinin tərəqqi edən siyasi təhsilindən yaranmalıdır.2 Həmən broşurada, Bolşevik Partiyası ilə Sovet rejiminin milli problem və kəndli problemi məsələlərindəki təmayüllərini tənqid edərkən Roza Lüksemburq daha az mülayimdir. Bu problemlər barədə nə o dövrü, nə də tarixi, siyasi və iqtisadi zərurətləri (keçid dövrü ilə əlaqəli) nəzərə almadan doqmatik rəftar etdi. Öz müqəddəratını təyinetmə haqqı və torpaq reformundaki - torpağda işləyənlər arasında bölüşdürülmə problemlərini “kiçik burjua” və opportunist olaraq tənqid etdi. Lakin bolşeviklər zorakılıqla Çarın imperatorluğuna daxil edilmiş xalqların öz müqəddəratlarını təyinetmə haqlarına qarşı çıxsaydılar; kəndlilərin çoxluğundan gələn böyük torpaq arzusuna qarşı çıxsaydılar iqtidarı itirərdilər. 1928-ci ildən sonra SSRİ-də və bugün olanlar bunun faciəli təsdiqidir. Əgər liderlik bu mövzuda səhv etmişdirsə – Lenin və Trotski digərlərindən daha az olmaqla – bu səhv ifrat opportunizm yox, solçu mühafizəkarlıq formasında idi. Həmçinin Rozaya qarşı Kautkinin məntiqi ilə “paralellik” müzakirəsini də önə çıxara bilərik. Kautski də kəndlilərə populizm etmə iddiasını Rozaya qarşı istifadə etmişdi. 1992-ci il. Ernest Mandelin “Rus inqilabının məşruluğu” əsərindən. 1. Roza Lüksemburq - 1917 Oktyabr inqilabı. 2. Həmən əsərdən.
Tövsiyə olunan kitablar Seçilmiş əsərlər: Karl Marks - Muzdlu əmək və kapital; Lenin - Dövlət haqqında; Klara Setkin - Qeyd dəftərçəsindən. Karl Marks - Fransada sinfi mübarizə. Fridrix Engels - Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. Seçilmiş əsərlər: Fridrix Engels - Kommunizmin prinsipləri; Karl Marks, Fridrix Engels - Alman ideologiyası.
sosialistelm.com Sosialistelm.com contact.sosialistelm@gmail.com