Strategiya.az

Page 1



GEOSTRATEGİYA

MÜNDƏRİCAT

3

5

13

ОТНОШЕНИЯ РОССИИ С США, НАТО И ЕВРОПЕЙСКИМ СОЮЗОМ, ЕЕ ВЛИЯНИЕ НА ГЕОПОЛИТИЧЕСКУЮ ПОЗИЦИЮ, РЕГИОНАЛЬНУЮ БЕЗОПАСНОСТЬ ЮЖНОГО КАВКАЗА И АЗЕРБАЙДЖАНА

MÜSTƏQİL AZƏRBAYCANIN KOSMİK ERASI QAZAX MÜƏLLİMLƏR SEMİNARİYASININ YARADILMASI 13

32 MİNERAL-XAMMAL RESURSLARI SEKTORU DÜNYA İQTİSADİYYATINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏRİN MƏRKƏZİNDƏ DURUR

37 AZӘRBAYCAN MUĞAMI 72 EKOLOJİ MÜHİTİN TEOLOJİ STRATEGİYASI

43

Tarix

RUSİYA İMPERİYASININ ŞİMALİ AZƏRBAYCANDA MÜSTƏMLƏKƏ SİYASƏTİNİN BƏZİ ASPEKTLƏRİ (XIX ƏSRİN İLK ONİLLİKLƏRİ)

40 LUVR MUZEYİ – DÜNYANIN MADDİ MƏDƏNİYYƏTİNİN MÜHAFİZƏÇİSİ KİMİ 48 ERMƏNİ MƏRKƏZLƏRİNİN SUMQAYIT TƏXRİBATI (TARİXŞÜNASLIĞIN TƏHLİLİ)

1


ictimai - siyasi, elmi - populyar jurnal

MÜNDƏRİCAT

Təsisçi: “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi Baş redaktor: Əli Həsənov Redaktor: İbrahim Əliyev Redaktor müavini: İsmayıl Qasımov

60 SİVİLİZASİYA SİVİLİZASİYA BƏŞƏRİYYƏTİN ƏN YÜKSƏK İNKİŞAF MƏRHƏLƏSİDİR

35 ALİ MƏKTƏBDƏ PROFESSOR VƏZİFƏSİ

51 Y.Z.TALIBZADƏNİN YARADICILIQ FƏALİYYƏTİNDƏ AİLƏ VƏ QADIN PROBLEMİ

Korrektor: Leyla Binyatova Dizayner: Ofelya Firidunqızı Redaksiya heyəti:

2

18 Перспективы и тенденции развития духовной жизни тюркоязычных обществ Евразии

57 2008-Сİ İL RUS-GÜRCÜ MÜNAQİŞƏSİNİN REGİON DÖVLƏTLƏRİNƏ TƏSİRİ

25 İXRAC MARŞRUTLARININ ŞAXƏLƏNDİRİLMƏSİ: BAKI-SUPSA NEFT BORU KƏMƏRİ

57

Əli Həsənov Mübariz Qurbanlı Səlahəddin Xəlilov Rüstəm Məmmədov Rasim Musabəyov Çingiz İsmayılov Musa Qasımlı İbrahim Əliyev Ərəstun Mehdiyev Pərvin Darabadi Cəfər Cəfərov Elman Nəsirov Hikmət Məmmədov Ünvan: Mətbuat pr. 23M. Beynəlxalq Mətbuat Mərkəzinin 2-ci mərtəbəsi. Tel: (+994 12)537 16 05 Faks: (+994 12)537 16 05 E-poçt: geostrategiya@mail.ru “Azərbaycan” nəşriyyatının mətbəəsində çap olunmuşdur.

65 AZƏRBAYCAN FOLKLORU ERKƏN FRANSIZ MƏNBƏLƏRİNDƏ

Yanvar-Fevral 2013 № 01 (13)

69 SAÇAQLIZADƏ ƏSƏRLƏRİNİN BAKI ƏLYAZMA NÜSXƏLƏRİ

Sifariş № 2898 Redaksiyanın icazəsi olmadan dərgidəki materiallardan və ya şəkillərdən istifadə etmək qadağandır.


GEOSTRATEGİYA

MÜSTƏQİL AZƏRBAYCANIN KOSMİK ERASI “Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuşdur” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

3

Azərbaycan üçün 2013-cü il bütün başqa əlamətləri ilə yanaşı özünün ilk süni peykini kosmik fəzaya-orbitə çıxarması ilə yadda qalmışdır. Dövlətlərin mövcudluğunda belə bir əlamətin xüsusi yeri olmasa da, onun müasir dövrdə ümumdünya miqyasında sanbalının formalaşmasında xüsusi yeri vardır. Digər tərəfdən isə ölkənin süni peykə malik olması onun qarşısına yeni texniki, iqtisadi, strateji imkanlar açır ki, bu da müasir dövrdə və müasir dünya durumunda ciddi bir amil kimi öz təsirini göstərir. Süni peyk haqqında müasir insanlarda müəyyən

informasiya olsa da, onun haqqında əlavə məlumatın verilməsi yerinə düşərdi. Hər şeydən öncə qeyd etmək istərdim ki, süni peyk yerin ətrafında pilotsuz uçan kosmik aparatdır. Yerdən müəyyən məsafədə yerin orbitinə çıxarılmış süni peykə verilən lazımi sürət sayəsində onun orada yeri müəyyənləşdirilir. Yerdən bir neçə yüz kilometr məsafədə yerləşən süni peyk bir sıra vacib funksiyaları yerinə yetirir. Bu funksiyadan asılı olaraq peyklər hərbi, metereoloji, naviqasiya, rabitə və s. peyklərə bölünür. Bu cür peyklərin olması həmin ölkəyə başqalarının malik

olmadığı imkanları verir. Süni peyklərin yaradılması və yerin geosentrik orbitinə çıxarılması zamanın özünün tələblərindən doğmuşdur. Məlum olduğu kimi elm və texnika inkişaf etdikcə müxtəlif xarakterli informasiyaların əldə edilməsi və sürətlə ötürülməsinə günbəgün tələbat artır. Bu günümüzü həmin informasiyalarsız təsəvvür etmək mümkün deyildir. İnformasiya sahəsində haqqında danışılan texnologiya zəruridir. Süni peykin buraxılması özünün zəruri texniki xidmətlərini göstərməklə yanaşı ölkənin iqtisadi

potensialının, elmi və texnoloji inkişaf səviyyəsinin, müasir dünya informasiya məkanına inteqrasiya imkanlarının nümayişidir. Təsadüfi deyildir ki, süni peyklərini yer orbitinə çıxarmış ölkələrin sadə siyahısı, onun buraxılma ardıcıllığı onların bu və ya digər cəhətləri haqqında ilkin təsəvvür yaratmağa imkan verir. Dünyada ilk süni peyk SSRİ tərəfindən 1957-ci ildə orbitə çıxarılmışdır. Bu hadisə yerin, kosmik fəzanın və bütövlükdə kainatın öyrənilməsi sahəsində yeni bir eranın başlanması demək idi. Elmdə atılan bu


ictimai- siyasi, elmi-populyar jurnal

MÜSTƏQİL AZƏRBAYCANIN KOSMİK ERASI

4

addım sadəcə olaraq onun imkanlarını genişləndirmədi, həm də insanın çox məsələlərdə təsəvvürünü əsaslı şəkildə dəyişdirdi. Peyklərin həyatın müxtəlif sahələri üçün yaratdığı informasiya imkanları elmi təfəkkürü dəfələrlə irəli atdı və texnoloji yeniliklərin sürətini ağlagəlməz dərəcədə artırdı. SSRİ-nin ardınca Amerika Birləşmiş Ştatları 1958-ci ilin fevralında özünün ilk süni peykini yer orbitinə çıxarır. Yer üzərində müxtəlif ictimai quruluşlara, maraqlara malik olan, dünya hegemonluğu uğrunda mübarizədə formalaşmış geosiyasi xəritə yeni əlamətlər və yeni konturlar qəbul edir. İki dünya nəhənginin ardınca digər dövlətlər bir-birinin ardınca öz süni peyklərini kosmik fəzaya çıxarmaqla bu sahədə münasibətlər sisteminə yeni çalarlar və yeni maraqlar gətirirlər. 1962-ci ildə Böyük Britaniya və Kanada, 1964cü ildə İtaliya, 1965-ci ildə Yanvar-Fevral 2013 № 01 (13)

Fransa, 1967-ci ildə Avstriya peyki kosmik fəzaya çıxarılır. Bu vaxta qədər dünyanın 50-dən artıq dövləti öz peykinə malik ola bilmişlər. Onu da qeyd edək ki, həmin dövlətlərdən yalnız 10-da peyki kosmosa çıxaran qurğu raket daşıyıcısı istehsal edilə bilir. Buna görə də öz peykini buraxan hər bir digər ölkə onların xidmətlərindən istifadə etməyə məcburdur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr tarixli “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamına müvafiq olaraq layihə həyata keçirilməyə başlamış, ötən müddət ərzində zəruri işlər görülmüşdür. Beləliklə, Azərbaycan 8 fevral 2013-cü ildə özünün ilk telekommunikasiya peykini yer kürəsinin orbitinə çıxarmaqla ölkə iqtisadiyyatında kosmik sənayenin inkişafına təkan verməklə yanaşı, yeni texnologiyaların burada geniş

tətbiqində dövlətin iradəsini ortaya qoydu. Bu iradə həm də onda ifadə edilir ki, prezidentin xüsusi fərmanı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya Texnologiyaları ili” elan olunmuşdur. Məsələnin bu cür qoyuluşu dövlətin və Azərbaycan cəmiyyətinin göstərilən sahədə qətiyyətli planlarından xəbər verir. Bu il Azərbaycanın metereoloji peykinin, növbəti illərdə digər sahələrin ehtiyaclarına yönəldilmiş yeni peyklərin buraxılması nəzərdə tutulmuşdur. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin 2015-ci ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılıb. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub. Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə

Azərbaycan Respublikası Prezidentinin 3 may 2010cu il tarixli 885 nömrəli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Azərbaycanın “Azerspace” adlanan telekommunikasiya peykinin əhatə zonasına Avropa, Asiya və Şimali Afrikanın bir hissəsi daxildir. Peyk istifadəyə verildikdən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili təmin ediləcək. Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya süni peykinin kommersiya əsasında fəsaliyyət göstərməsi nəzərdə tutulmuşdur. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Peykin imkanlarının yalnız 20%-i ölkənin ehtiyacları üçün istifadə ediləcək, qalan hissəsi isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Peykin vacib xidmətlərindən biri müharibə vəziyyətində olan ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfədir. Peykin Azərbaycana bir sıra hərbi üstünlüklər verəcəyi şübhə doğurmur. İbrahim Əliyev Tarix üzrə fəlsəfə doktoru, dosent


GEOSTRATEGİYA

Геополитика отношения россии с сша, нато и евроПейским союзом, ее влияние на геоПолитическую Позицию, региональную безоПасность южного кавказа и азербайджана

как и общее состояние современных международных отношений, региональная безопасность южного кавказа также, с одной стороны, формируется и меняется в зависимости от характера взаимоотношений мировых сил – сша, нато, россии, китая и европейского союза, решений совета безопасности оон и выполнения этих

решений, с другой – от реакции населения и обществ этих государств и конкретных мест, отдельных регионов, стран, связанных с их интересами, на проводимую политику безопасности. к примеру, эксперты считают, что хотя в российском обществе четко осознают политику безопасности, проводимую на постсоветском пространстве, но отношение к

али гасанов

доктор исторических наук, профессор

геополитике и военногеополитическому курсу, проводимому сша и военным блоком нато в мире, не является однозначным. то, что официальные лица этой страны не имеют однозначного и конкретного геополитического, военногеостратегического курса в отношении экономических и военных блоков запада, негативно влияет и на ее

политику региональной безопасности на постсоветском пространстве. и на сегодняшний день в россии, наряду с теми, кто видит сша, европейский союз и нато равноправными партнерами своей страны в борьбе с терроризмом, решении этнических конфликтов и вопросах современной безопасности, есть и такие, которые видят в них соперников, стремящихся препятствовать усилению их военнополитической мощи в евразийском регионе и нанести удар по интересам россии. например, по мнению многих экспертов, в последнее время Президент россии дмитрий медведев в число приоритетов внешней политики своей страны ввел «не отношения со странами снг», как это было в предыдущие годы, а прежде всего конструктивное сотрудничество и партнерство с сша и странами европы. он

5


ictimai - siyasi, elmi - populyar jurnal

Отношения России с США, НАТО и Европейским Союзом, ее влияние на геополитическую позицию, региональную безопасность Южного Кавказа и Азербайджана

6

выражал веру в то, что подписанные с США в последнее время важные стратегические соглашения, обнародованная США в 2010 году Национальная стратегия безопасности и другие шаги оставили позади существовавшую между двумя странами напряженность, создали почву для серьезного партнерства в будущих отношениях, нового конструктивного сотрудничества, и в скором времени будут решены конфликты в мире и Европе, обусловленные противостоянием между ними. Однако вместе с тем, другие некоторые официальные лица государства России открыто заявляют, что «они не верят в искренность политики США на постсоветском пространстве и отношению к России», якобы при возможности эта страна «наносит удар по интересам России». Кроме того, в принятой в 2009 году «Национальной стратегии безопасности Российской Федерации до 2020 года» и Военной доктрине(1), утвержденной в начале 2010 года, США и НАТО представляются как основные «источники внешней угрозы». Некоторые российские геостратеги, исходя из начатого между двумя странами диалога и формирующихся партнерских отношений, прогнозируют, что существующие в Yanvar-Fevral 2013 № 01 (13)

мире, в том числе на Ближнем и Среднем Востоке, в Каспийском бассейне и на Южном Кавказе военногеостратегические вопросы, вопросы региональной безопасности и соперничество НАТОРоссия завершатся в положительном русле, на основе общих интересов и выражают веру в дальнейшее развитие российско-американских отношений. Другие, например, премьерминистр России Владимир Путин в интервью, данном им 30 августа 2010 года журналистам, несмотря на то, что положительно оценил налаживание усилиями президента США отношений между двумя странами в некоторых сферах, он отметил, что по другим сферам до сих пор между двумя странами существуют серьезные

проблемы, которые остаются нерешенными. К числу нерешенных проблем он относит передачу Грузии оружия, которая находится в конфликтном состоянии с Россией, решение установить в Европе противоракетной системы и радары наблюдения и другие(2). Приблизительно схожую позицию по Национальной стратегии безопасности США озвучивает министр иностранных дел России Сергей Лавров. Отмеченное говорит о наличии во внешней политике России разных геополитических и военногеостратегических позиций, что влияет на региональную безопасность такого чувствительного региона, как Южный Кавказ, и несколько усложняет формирование странами

региона, в частности Азербайджаном однозначной международной и региональной позиции по безопасности, установление свободных отношений с зарубежными геополитическими акторами и действие в соответствии со своими интересами. По мнению некоторых экспертов, проводимая США политика, связанная с безопасностью и военногеостратегическими вопросами Южного Кавказа и критикуемая Россией (расширение НАТО к Востоку с участием некоторых бывших социалистических и постсоветских стран, попытки установить в Европе систему противоракетной обороны, открытая защита США и Североатлантическим


GEOSTRATEGİYA

блоком территориальной целостности и суверенных прав Грузии и военная поддержка этой страны и др. – А.Г.), в другой форме повторяется в проводимой Россией в регионе политике безопасности. К примеру, в принятых в 2010 году Военной доктрине и Стратегии безопасности деятельность США и НАТО в мире Россия открыто относит к «источникам внешних угроз». Или же эта страна заявляет о своем «праве» при необходимости вводить войска на территории постсоветских стран «с целью обеспечения национальных и жизненно важных интересов безопасности России». По мнению тех же экспертов, оба подхода «не соответствуют как духу объявленных этой страной инициатив цивильного партнерства между странами, так и нормам международного права». Россия обвиняет США в вооружении Грузии на Южном Кавказе, которая находится с ней в конфликтном состоянии, установлении в Европе противоракетных систем и радаров наблюдения, но сама открыто вооружает Армению, оккупировавшую территории Азербайджана, поддерживает в Нагорном Карабахе и другие этнические сепаратистские режимы на Южном Кавказе и

оказывает им всяческую военно-техническую помощь. Так что, демонстрируемые обеими сторонами двойные стандарты в связи с региональной безопасностью Южного Кавказа оказывает негативное влияние как на безопасность, так и отношения между странами региона (3). Несмотря на то, что проводимая Россией в последнее время политика международной и региональной безопасности, антизападные и антинатовские заявления некоторых официальных кругов и другие серьезно беспокоят США, НАТО и ЕС, но факт оказания этой страной агрессорской Армении, минуя контроль ОБСЕ, большой и безвозмездной военной помощи, а также вооружение сепаратистского режима Нагорного Карабаха посредством Армении воспринимается ими молчанием. Естественно, США и НАТО не могли себя комфортно чувствовать в числе «источников внешней угрозы» в Военной доктрине России 2010 года, и протест в связи с этим генерального секретаря НАТО Андреса Расмуссена не заставил себя долго ждать. В интервью агентству «Рейтер» в связи с новой стратегией безопасности он отмечал, что новая Военная доктрина этой страны абсолютно неточно отражает

существующую современную военную ситуацию и не соответствует духу наших усилий по партнерству с этой страной. Потому что блок НАТО абсолютно не считает себя врагом России (4). На фоне фактического бездействия в последнее время НАТО и США на Южном Кавказе и в КаспийскоЧерноморском бассейне, или же проводимой ими очень мягкой политики Россия чрезмерно активизировалась. Западные политические круги проводят серьезную деятельность, чтобы смягчить отношения с Россией. Эксперты неоднозначно оценивают проведенные в последнее время между президентами США и России многие встречи, подписанные межгосударственные документы, демонстрацию США мягкого курса в евразийской политике и уступку своих традиционных геополитических интересов в этом регионе России. Многие оценивают эту политику США «как курс, рассчитанный на воздержание России от открытой конфронтации в отношении к Западу». По их мнению, новая мировая политика и платформа безопасности, демонстрируемые правительством Барака Обамы, линия конструктивного сближения и партнерства

в российскоамериканских отношениях оказали серьезное влияние на позицию в мире, в том числе в КаспийскоЧерноморском бассейне и на Южном Кавказе не только самих США, но также НАТО, где они доминируют, стран Европейского Союза, на однозначную политику, демонстрируемую после распада СССР. Это отчетливо показали также отношение стран-участниц НАТО к России, демонстрированное на саммите НАТО 1920 ноября 2010 года в Лиссабоне, и принятая ими новая «Стратегия безопасности». В отличие от принятой НАТО в 1999 году стратегии, в новой стратегии на последующие 15 лет Россия оценивается, наряду с другими странами-соперниками, не как «источник угрозы безопасности Запада», а, наоборот, как «стратегический партнер» в области общеевропейской безопасности и представляет иную тактику в отношениях с ней. Во время выступления на саммите президент США Барак Обама заявлял о том, что они присоединят к «системе противоракетной безопасности Европы и США и Россию» и в связи с этим проводил переговоры с президентом России Дмитрием Медведевым.

7


ictimai - siyasi, elmi - populyar jurnal

Отношения России с США, НАТО и Европейским Союзом, ее влияние на геополитическую позицию, региональную безопасность Южного Кавказа и Азербайджана

8

Давая оценку этому заявлению президента США и позиции НАТО в лиссабонском саммите, на следующий день, не ожидая завершения саммита, российские эксперты оценивали «НАТО уже не как угрозу для России, а как партнера в области безопасности и «прогрессивный блок» в этой области в мире» (5) Многие эксперты считают, что настоящая линия, проводимая Европейским Союзом и США в области восстановления и улучшения отношений с Россией, оказала серьезное влияние на военногеостратегическую позицию Евроатлантического Альянса в мире, и даже поставила под серьезный вопрос их обязанности перед странами Каспийского и Черноморского бассейнов. Yanvar-Fevral 2013 № 01 (13)

Односторонний отказ США по требованию России от создания системы противоракетной обороны «во имя безопасности Европы» и линия привлечения самой России к данному процессу, хотя и не связаны непосредственно с региональной безопасностью Южного Кавказа, создали кризис доверия как США, так и НАТО. Кроме того, то, что Запад не смог предпринять серьезные шаги по обеспечению суверенных прав Грузии в российскогрузинском конфликте, оказало непосредственно негативное влияние на позиции Украины, укрепляющей стратегическое сотрудничество с НАТО, Азербайджана, держащей относительную дистанцию, государств Средней Азии. Это влияние до сих пор проявляет себя (6,с. 197)

Дело в том, что в последние годы между США и некоторыми странами-участницами Евроатлантического блока из Европы наблюдаются серьезные разногласия. Официальный Вашингтон стремился использовать НАТО для того, чтобы наказать по своему желанию и в любой момент какую-то страну в мире, или же ввести войска в любой регион планеты и реализовать свою волю. Такие крупные европейские страны, как Франция, Германия, Турция и другие не всегда поддерживали такую позицию. В соответствии с либеральнодемократической политикой, проводимой Европейским Союзом в современном мире, они хотели использовать США как в качестве дополнительной гарантии в обеспечении

безопасности Европы, так и в реализации своих геоэкономических интересов в Евразийском регионе – КаспийскоЧерноморском бассейне и на Южном Кавказе, усилении энергетической безопасности и других целях. По мнению экспертов, если некоторые восточноевропейские государства пытались использовать США и НАТО как средство давления на Россию в «обеспечении энергетической безопасности континента», то западноевропейские государства и Турция, наоборот, старались удержать США и НАТО не препятствовать их усилиям наладить партнерство с Россией. Заявление генерального секретаря НАТО Андреса Расмуссена в 2010 году вносит достаточную ясность в этот вопрос. Он заявлял, что вслед за США Альянс должен «устранить напряженность» в отношениях с Россией, установить с ней партнерские связи и даже при необходимости принять эту страну в свои ряды (7) Данное заявление генерального секретаря НАТО, назначенный блоком на Лиссабонском саммите «курс партнерства с Россией» и другие были поддержаны многими членами организации. В последующий период все это добавило много различных принципов в новую


GEOSTRATEGİYA

стратегию безопасности НАТО, в целом ее деятельность в Евразии, в том числе КаспийскоЧерноморском бассейне. Согласно этой стратегии, одной из основных задач Альянса в обеспечении международной безопасности на ближайшие десять лет является налаживание отношений с другими крупными государствами мира, региональными лидерами и усиление с ними партнерских отношений. По мнению специалистов, в настоящее время военная геостратегия и стратегия безопасности НАТО на Южном Кавказе больше всего направлены на решение вопросов энергетической безопасности Запада. Как видно, США, Европейский Союз и НАТО в отличие от 19952008 годов, начиная с 2008 года, пытаются реализовать партнерские отношения с Россией в геополитических, военногеостратегических и геоэкономических вопросах как один из основных приоритетов своей внешней политики, не учитывая национальные интересы и интересы безопасности стран КаспийскоЧерноморского бассейна и Южного Кавказа, установленные с ними в предыдущие годы геополитические, геоэкономические и военногеостратегические отношения, а с некоторыми - созданные

стратегическое партнерство и вероятные геополитические реалии в регионе. То же самое наблюдается со стороны России. Однако противоречивый момент состоит в том, что аналогичные отношения Грузии, Украины, Узбекистана, Кыргызстана, Азербайджана и других стран региона (за исключением Армении) с этими акторами воспринимаются необоснованной ревностью обеих сторон. Проводимая Россией, США, НАТО и ЕС на Южном Кавказе и в КаспийскоЧерноморском бассейне военногеостратегическая политика и политика

безопасности неоднозначно воспринимаются официальными и неофициальными кругами России, отдельными экспертами, официальными представителями и общественностью региональных стран, в целом населением. К примеру, военногеостратегический курс и политика безопасности, проводимые западной «тройкой» на Южном Кавказе и в КаспийскоЧерноморском бассейне, из постсоветских стран однозначно воспринимается и поддерживается Грузией, а проводимая Россией политика – Арменией. С некоторыми

исключениями Азербайджан и Украина поддерживают желание первых «признать право стран региона на свободный выбор в вопросах безопасности и на этой основе создать новую геополитическую, военногеостратегическую ситуацию» и предложение России «создать в области безопасности совместные принципы регионального сотрудничества». Хотя в настоящее время представляющая Запад «тройка» несколько пассивна, но она действует в направлении налаживания с Азербайджаном такого стратегического партнерства, какое

9


ictimai - siyasi, elmi - populyar jurnal

Отношения России с США, НАТО и Европейским Союзом, ее влияние на геополитическую позицию, региональную безопасность Южного Кавказа и Азербайджана

10

установлено с Грузией, и стремится оторвать Украину и Армению от России, привлечь их в свою геополитическую орбиту. С целью обеспечения безопасности БТД, БТА, защищать и обеспечивать энергетические интересы Запада в регионе они хотят установления стабильности на Южном Кавказе и Центральной Азии, вхождения в целом региона под военногеостратегическое влияние и круг безопасности НАТО. Кроме того, «тройка» продолжает серьезную деятельность и в области реализации в регионе своих энергетических интересов, спасения энергетической сферы Европы от геоэкономической зависимости от России, геоэкономического укрепления в КаспийскоЧерноморском бассейне и на Южном Кавказе.

Yanvar-Fevral 2013 № 01 (13)

Однако следует особо подчеркнуть один факт, оказывающий серьезное влияние на региональную безопасность Южного Кавказа и мнение местной общественности. Так, «тройка» пытается решить эти вопросы без политической, экономической и военной конфронтации с Россией. Например, заявления государственного секретаря США Хилари Клинтон во время официального визита в страны Южного Кавказа показали, что США не намерены навсегда уйти из этого региона и передать его в руки России. В частности, в вопросах обеспечения военногеостратегической, энергетической и коридорно-транспортной безопасности Европы в регионе официальный

Вашингтон, придавая большое значение Каспийскому бассейну, Средней Азии и Южному Кавказу, Азербайджану и Грузии, демонстрирует желание поддержать намерение создать в этом регионе стабильную региональную среду и независимые от России шаги государств. Однако активизация в последнее время России в регионе и изменение существующих реалий в ее пользу поставили как США, так и их партнеров по ЕС и НАТО лицом к лицу с новыми реалиями и заставили несколько отступать. Именно в соответствии с этой реальностью Североатлантический Альянс на нынешнем этапе считает невозможным членство Грузии, Украины и других стран в блоке. Таким образом, западные страны и НАТО, с одной стороны, поставили

Украину и Грузию в трудное положение, отступили от курса их принципиальной поддержки, с другой – уступили прежние благоприятные геополитические позиции в КаспийскоЧернморском бассейне и на Южном Кавказе. Политика, проводимая западными странами в новых условиях относительно безопасности Южного Кавказа и установленные с Россией партнерские отношения, оказала адекватное воздействие на позиции и деятельность многих региональных стран, в частности Азербайджана в этой области. К примеру, в соответствии с новыми условиями 18 ноября 2010 года по инициативе России был проведен 3-й Бакинский саммит Прикаспийских стран, и Азербайджан подписал соглашение президентов России, Казахстана, Ирана и Туркменистана о «Совместном сотрудничестве в области безопасности в Каспии». Наряду с принципами совместного обеспечения безопасности в Каспии, данное соглашение отражает в себе механизмы общей борьбы с терроризмом, преступностью, контрабандой и незаконным оборотом наркотиков в трансграничных регионах. Специалисты расценивают это в целом как «наглядный


GEOSTRATEGİYA

результат новых геополитиче ских и военногео стратегиче ских условий в регионе». Некоторые одной из о собенно стей соглашения отмечают «принцип обе спечения регионального мира и стабильно сти непо средственно за счет внутреннего потенциала прибрежных стран без вмешательства внешних сил в вопро сы безопасно сти Каспийского региона» (8), а другие – «создание Прикаспийскими го сударствами баланса ме стных и международных факторов в вопро се безопасно сти региона» (9) и другие. Есть и такие эксперты, которые расценивают это межго сударственное соглашение как реализация усилий

Ро ссии и Ирана навсегда избавиться от опасно сти в лице НАТО и препятствовать стремлению стран региона в эту структуру и помещать сбалансированной политике Азербайджана». Часть из них, в частно сти представители стратегиче ских центров западных стран, считают, что в нынешних условиях отступления США и НАТО Ро ссия, определяющая «правила игры» в Каспийском бассейне и на Южном Кавказе, столкнется с серьезным сопротивлением, которое появится в будущем «на о снове различных интере сов» го сударств региона и международных силовых центров. В связи с международной и региональной

безопасно стью Южного Кавказа Азербайджан выступал сторонником действий в отдельно сти и вме сте как с блоком западных стран – США, НАТО, ЕС, так и Ро ссией и странами СНГ, создания не конфликтной ситуации между ними на Южном Кавказе, а партнерских отношений, и неоднократно выступал по этому поводу с официальными заявлениями. Его о сновное требование как от западных стран и НАТО, так и от Ро ссии и ДКБ заключается в формировании далекой от различных стандартов, объективной и реально действующей, о снованной на нормах международного права, надежной, реальной системы безопасно сти, признании права многих независимых стран на присоединение

к этой системе, а также надежного обе спечения территориальной цело стно сти и национальной безопасно сти го сударств, о снованной на международном праве. Отно сительно КаспийскоЧерноморского бассейна и Южного Кавказа политика Азербайджана направлена на прекращение в регионе конфликтных ситуаций, связанных с этниче ским сепаратизмом и территориальными притязаниями, мирное со суще ствование региональных стран, принятие реальных мер безопасно сти по защите суверенных прав го сударств в регионе, обе спечение безопасно сти коридоров, используемых для транспортировки богатых нефтегазовых ре сурсов Каспия, и другие вопро сы. Однако в настоящее время демонстрируемый Западом и Ро ссией как в отдельно сти, так и во взаимо связях региональный и международный подход в этом направлении, проводимая на Южном Кавказе политика безопасно сти не отвечают требованиям безопасно сти Азербайджана. Ни Запад, ни Ро ссия в настоящее время в области безопасно сти не демонстрируют решительную волю

11


ictimai - siyasi, elmi - populyar jurnal

отношения россии с сша, нато и евроПейским союзом, ее влияние на геоПолитическую Позицию, региональную безоПасность южного кавказа и азербайджана

12

в решении жизненно важных вопро сов южного кавказа и азербайджана, не прилагают серьезные усилия для решения таких проблем региональной безопасно сти, как предотвращение агре ссорской политики армении, которая обо стряет военногео стратегиче ские отношения в регионе, ее территориальных притязаний в отношении к со седним го сударствам, прекращение этниче ских конфликтов и сепаратизма, во сстановление нарушенной территориальной цело стно сти азербайджана и др. многие эксперты, имея в виду стремление Yanvar-Fevral 2013 № 01 (13)

ро ссии со временем усилить свое военное присутствие и свою гео стратегиче скую мощь на южном кавказе без учета требований Флангового соглашения обсе 1992 года «о региональной безопасно сти и ограничении вооружения в европе», поддержку ею агре ссорской армении, которая уклоняется от международного контроля, других сепаратистских военно-политиче ских режимов на южном кавказе и другие случаи, прогнозируют продолжение неопределенной военногео стратегиче ской ситуации на южном кавказе, с сомнением отно сятся к тому, что

будет дана какаялибо международная гарантия региональной безопасно сти азербайджана, грузии, украины, молдовы, которые не участвуют в каком-либо военном блоке. они считают, что, е сли в предыдущие годы запад оказывал серьезную и действенную поддержку украине, грузии и азербайджану для предотвращения незаконных действий, связанных с безопасно стью стран на южном кавказе и черноморском регионе, то в по следние три года это почти прио становлено.

ПРИМЕЧАНИЯ 1. Этими документами можно ознакомиться на сайтах http://nvo. ng.ru и http:// www.rg.ru 2.см.: “зеркало”, 2 сентября 2010 г 3.см.: газ. “зеркало”, 2 сентября 2010 г. 4.см.: газ. “зеркало” , 12 февраля 2010 г. 5.см.: газ.”известия”, 18 ноября 2010 г.; Прогрессивный блок нато. //газ. “известия”, 22 ноября 2010 г. 6.Петерсон а. евроатлантические взгляды азербайджана // журнал ”Azerbaijan Focus”, январь-март 2010 годаl, №2, с.197. 7.см.: газ. “зеркало”, 22 июля 2010 г. 8.Период полураздела // газ.“коммерсант”, 19 ноября 2010 г. 9.см.: каспий не поделили, но объявили безопасной зоной //”независимая газета”, 19 ноября 2010 г.


GEOSTRATEGİYA

Ziya QAZAX MÜƏLLİMLƏR SEMİNARİYASININ YARADILMASI

1918-ci ilin may ayında Qazax qəzasının əhalisi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürmək və onun əsasında müstəqil müəllimlər seminariyası yaradılması təşəbbüsü ilə çıxış etdi. Qazaxlılar seminariya binasının inşası və bağ salınması üçün 10 desyatin torpaq ayırmağı, birdəfəlik 3 min manat və hər il 1 min manat vəsait verməyi öhdələrinə götürdülər. Gənc Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Cənubi Qafqaz Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə daşınıb gətirilməsini həmin şöbənin müfəttişi Firidun bəy Köçərliyə tapşırdı. Xalq Maarif Nazirinin əmri ilə o, 1 oktyabr 1918-ci ildən yeni yaradılan Qazax Müəllimlər Seminariyasına direktor təyin edildi. Seminariyanın rəsmi açılışı 1918-ci il noyabrın 10-da oldu və həmin gündən dərslər başlandı. 1918-ci ildə seminariyaya 35, 1919-cu ildə 24 şagird qəbul edildi. Seminariya yaradıldığı

zamandan milli zəmində, milli ruhlu müəllim kadrları hazırlanmasında böyük rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində ən önəmli tədbirlərindən biri Qazax Müəllimlər Seminariyasının yaradılması olmuşdur. Bu seminariya Qazax əhalisinin böyük maddi dəstəyi, görkəmli pedaqoq və ədəbiyyat xadimi Firidun bəy Köçərlinin gərgin əməyi sayəsində fəaliyyətə başlamış və tədrisin ana dilində aparıldığı, milli ruhlu müəllim kadrlarının hazırlandığı ilk təhsil ocağı olmuşdur. Hələ XIX əsrin 80-ci illərindən etibarən zamanzaman Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müsəlman əhalinin sıx yaşadığı şəhərlərdən birinə köçürülməsi məsələsi qaldırılır, müxtəlif təkliflər irəli sürülürdü. Azərbaycanın görkəmli maarif xadimləri, ziyalılar seminariyanın Azərbaycan şöbəsini Bakı, Gəncə, Şamaxı, Şuşa və ya Ağdam şəhərlərindən birinə köçürməyi və onun əsasında ayrıca seminariya açılmasını təklif edirdilər. F.Köçərli “Azərbaycan” qəzetinin 13 oktyabr 1918-ci il tarixli 10-cu sayında seminariyanın yaradılması haqqında dərc etdirdiyi məqalədə müstəqil müəllimlər seminariyasının niyə məhz Qazaxda açılması məsələsinə aydınlıq gətirmişdir. Məqalədə qeyd edilmişdir ki, 1918-ci il may ayının

əvvəlində Qazax şəhərinin əhalisi və bir neçə kəndin camaatı Qafqaz Təhsil Dairəsi qarşısında vəsatət qaldırdı ki, Qori şəhərində yerləşən Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülsün və onun əsasında müstəqil müəllimlər seminariyası yaradılsın. Qazax əhalisi gələcəkdə seminariya binasının inşası, bağ salınması üçün 10 desyatin suvarılan torpaq ayırmağı öhdəsinə götürdü. Seminariyanın fəaliyyətə başlaması üçün yerli əhali həmçinin birdəfəlik 3 min manat və hər il 1 min manat vəsait ödəməyi də vəd etdi [1, №10, 13.X.1918]. Qeyd etmək lazımdır ki, Qazax əhalisinin müəllimlər seminariyasının yaradılması üçün təklif etdikləri yardımlar kifayət qədər sanballı idi. Məsələn, Qori seminariyasına şagirdlərin kənd təsərrüfatının müxtəlif sahələri: bağçılıq, bostançılıq, ipəkçilik, arıçılq və s. üzrə praktik məşğələlər aparmaları üçün cəmi 2 desyatin torpaq sahəsi ayrılmışdı [2, s.69,102]. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin dağılması və müstəqil Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının yaranması məsələnin həllini sürətləndirdi. Gürcüstan Respublikası öz müstəqilliyini elan etdikdən dərhal sonra Qori Müəllimlər Seminariyasının gürcü şöbəsi əsasında milli müəllimlər seminariyası yaratmağı qərara aldı və

TEYMUR BÜNYADOV Akademik

onun Azərbaycan və erməni şöbələrini köçürməyi qonşu respublikaların hökumətlərinə təklif etdi. Azərbaycan hökuməti iyunun 10-da keçirilən iclasında Qori seminariyasının milli seminariyalara ayrılması məsələsini geniş və hərtərəfli müzakirə etdi. Xalq Maarif Naziri Nəsib bəy Yusifbəyli Qazax əhalisinin bu məsələ ilə bağlı müraciətini nəzərə almağı təklif etdi. Hökumət üzvləri Qazax əhalisinin gələcək seminariyanın normal fəaliyyət göstərməsi üçün bütün gərəkli xərcləri ödəməyi öhdəsinə götürməsini, eləcə də 1914-cü ildən Gəncədə, 1916cı ildən Bakıda Müəllimlər Seminariyalarının fəaliyyət göstərməsini, respublikanın şərq hissəsinin bolşevik-daşnak qüvvələrinin nəzarətində olmasını, digər bölgələrdə də anarxiyanın hökm sürməsini nəzərə aldılar. Xalq Maarif Naziri Cənubi Qafqaz Müəllimlər Seminariyası Azərbaycan şöbəsinə aid əmlakın Qoridən Qazax şəhərinə daşınıb gətirilməsini təmin etməyi həmin şöbənin müfəttişi Firidun bəy Köçərliyə tapşırdı [1, №10, 13.X.1918]. Azərbaycan hökuməti 1918-ci il iyunun 20də keçirilən iclasında Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi əsasında müstəqil müəllimlər seminariyası təşkil edilməsini qərara aldı. Hökumətin tapşırığı ilə Gəncə xəzinədarlığı 1918-ci il iyunun 22-də Azərbaycan şöbəsinin

13


ictimai - siyasi, elmi - populyar jurnal

QAZAX MÜƏLLİMLƏR SEMİNARİYASININ YARADILMASI

14

əmlakının Qoridən Qazax şəhərinə daşınması xərclərini ödəmək üçün F.Köçərlinin hesabına 5 min manat vəsait köçürdü [3, s.190]. Lakin Gürcüstan hökumətinin Osmanlı ordu hissələrini Azərbaycana buraxmamaq üçün 1918-ci ilin iyun-avqust aylarında Cənubi Qafqaz dəmir yolu nəqliyyatının normal fəaliyyətini əngəlləməsi, Tiflisdən Poylu körpüsünə qədər dəmir yolu xəttini öz nəzarətində saxlaması əmlakın daşınması işini sentyabr ayına qədər təxirə saldı. Yalnız 1918-ci ilin sentyabr ayının ortalarında Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin əmlakını Qazax şəhərinə gətirib çıxarmaq mümkün oldu. Qazax qəzasının rəhbərliyi, nüfuzlu şəxsləri seminariyanın normal fəaliyyətə başlaması üçün bütün hazırlıqları gördülər. Məşədi İbrahim Hacı İsmayıl oğlu Qazax şəhərində özünə məxsus 17 otaqlı mülkün seminariyaya hədiyyə etdi [4, s.209]. Azərbaycan hökumətinin qərarı ilə şöbənin bazasında Qazax Müəllimlər Seminariyası təşkil edildi. Görkəmli pedaqoq F.Köçərli seminariyanın müfəttişi təyin edildi [1, № 9, 12.X.1918]. Xalq Maarif Nazirinin növbəti, 12 oktyabr 1918-ci il tarixli, 39 saylı əmri ilə Cənubi Qafqaz Müəllimlər Seminariyasının keçmiş müfəttişi Firidun bəy Köçərli Qazax Müəllimlər Seminariyasına direktor təyin edildi. Əmrə əsasən o, vəzifəsinin icrasına cari ilin 1 oktyabrından başlamış sayılırdı [1, № 11, 16.X.1918]. Xalq Maarif Nazirliyi həmçinin seminariyanın ixtisaslı müəllim kadrları ilə təmin edilməsi üçün zəruri addımlar atdı. Nazirliyin tapşırığı ilə F.Köçərli seminariyada çalışacaq Yanvar-Fevral 2013 № 01 (13)

müəllimləri və digər işçiləri müəyyənləşdirmək, seminariya kollektivini formalaşdırmaq işinə başladı. Firidun bəy bir neçə gün ərzində Qori seminariyasının istedadlı və müəllimlik işində böyük təcrübə qazanmış məzunları sırasından yeni yaradılan Qazax Müəllimlər Seminariyasında işləməyə layiq bildiyi şəxslər haqqında məlumatı nazirliyə təqdim etdi. Həmin təqdimat əsasında nazirin imzaladığı 28 oktyabr 1918-ci il tarixli 62 saylı əmrlə Azərbaycan hökuməti İşlər idarəsinin kargüzarı İsfəndiyar bəy Vəkilov seminariyaya rus dili və təbiət elmləri, Yusif Qasımov – fənlərin metodikası, Bakı 3 saylı ali ibtidai məktəbin müəllimi Əli Hüseynov – tarix və coğrafiya, Gəncə qəzasında Bağmanlar kənd məktəbinin müdiri Məhəmməd Hüseynzadə – riyaziyyat, İbrahim əfəndi Qayıbov – türk dili fənləri üzrə müəllim təyin edildilər [1, № 22, 30.X.1918]. Bundan başqa seminariyanın və Qazaxdakı ali ibtidai məktəbin dərslik və dəftərxana ləvazimatı ilə təchiz edilməsi üçün Xalq Maarif Nazirliyinin göstərişi ilə 1918-ci ilin oktyabr ayında Bakıdan xeyli miqdarda dərslik və dərs vəsaiti göndərildi [1, № 26, 4.XI.1918]. İbrahim əfəndi Qayıbov Müsəlman Ruhani İdarəsi katibinin köməkçisi vəzifəsindən 1918-ci il noyabrın 1-də azad edildi və yeni təyinatına əsasən Qazax Müəllimlər Seminariyasında müəllimlik fəaliyyətinə başladı [1, № 28, 6.XI.1918]. Qazaxda müəllimlər seminariyasının fəaliyyətə başlaması həm şəhərin, həm də bütövlükdə regionun mədəni həyatında çox böyük hadisə oldu. Qəza rəisi Halay bəy Şıxlinskinin göstərişi ilə

1918-ci il oktyabrın 29-da qəzada maarifin vəziyyətinin müzakirəyə çıxarılması [1, № 33, 12.XI.1918] da xeyli dərəcədə bundan qaynaqlanırdı. Qəza idarəsində keçirilən və seminariyanın direktoru Firudin bəy Köçərlinin rəhbərlik etdiyi yığıncaqda pedaqoqlarla yanaşı, digər ziyalılar, şəhərin nüfuzlu şəxsləri, polis işçiləri iştirak etmişdi. Qazax hərbi qarnizonunun rəisi polkovnik Camal Cahid bəy Qazax ali ibtidai məktəbində təlimtərbiyə işinin təşkili haqqında məruzə edərək, əksər hissəsi kasıb geyimli olan şagirdlərin sorğu-sual zamanı çox ağıllı, düzgün cavablar vermələrini məmnunluqla qeyd etdi. Məruzəçi daha sonra Qazax əhalisinin çox kasıb təbəqəsinə mənsub olan, küçələrdə boş-bekar dolaşan uşaqların da məktəbə cəlb edilməsi, onlara paltar, ayaqqabı, dərslik və digər tədris ləvazimatı verilməsi, maddi yardım göstərilməsi məsələsini qaldırdı. Camal Cahid bəy qızlar üçün məktəb açılması məsələsinə də toxundu. Azərbaycanlı qızların da oğlanlar qədər təlimtərbiyəyə ehtiyacı olduqlarını vurğuladı. Məruzəçi daha sonra müəllimlərin maddi təminatı məsələsinə toxundu. Bildirdi ki, müəllimə hökumətin verdiyi əmək haqqından əlavə, cəmiyyət də maddi yardım göstərməlidir. Gənc nəslin təlim-tərbiyəsi kimi çox çətin və məsuliyyətli bir vəzifəni öhdəsinə götürmüş şəxslər gündəlik məişət qayğılarından azad olmalıdırlar [1, № 33, 12.XI.1918]. Qazax ali ibtidai məktəbinin müfəttişi Əhməd ağa Mustafayev iclasda çıxış edərək məktəbdə şagirdlərin gündəlik 6 dərsdən çox yüklənməməsi zəruriliyini qeyd etdi. Ətraf kəndlərdən oxumağa gələn şagirdlərin dərsdən sonra,

xüsusən qış mövsümündə, evə getməyə 2-3 saat vaxt sərf etdiklərini nəzərə almağı məsləhət gördü [1, № 33, 12.XI.1918]. Yığıncağın sonunda qəza rəisi məktəb yaşlı uşaqları himayəyə götürmək və məktəblərdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək üçün xüsusi komissiya yaratmağı təklif etdi. Şəhərin hörmətli şəxslərinin, məktəb rəhbərlərinin daxil olduğu bu komissiya Halay bəy Şıxlınskinin sədrliyi ilə dərhal geniş fəaliyyətə başladı. Qazax Müəllimlər Seminariyasının rəsmi açılışı 1918-ci il noyabrın 10-da oldu və həmin gündən dərslər başlandı. Bu haqda "Azərbaycan" qəzetinə Qazax ziyalısı Əli Hüseynov ətraflı məlumat ünvanladı. Qəzetdə dərc edilmiş məlumatda bildirilirdi ki, seminariyanın açılışında şəhərin hərbi komendantı Səbri bəy, Qazaxdakı Osmanlı qarnizonunun rəisi Camal Cahid bəy, qəza rəisi Halay bəy Şıxlinski, xalq məktəbləri müfəttişi Nəsib ağa Qiyasbəyli və yerli hökumət idarələrinin məmurları, şəhərin hörmətli şəxsləri, seminariyaya yeni qəbul edilmiş şagirdlərin valideynləri iştirak etmişlər [1, № 40, 20.XI.1918]. Açılışda birinci çıxış edən seminariyanın ilahiyyat


GEOSTRATEGİYA

müəllimi İbrahim əfəndi Qayıbov Quran ayələri oxudu, pedaqoji təhsilin əhəmiyyəti və gənc dövlətimiz üçün onun vacibliyini qeyd etdi. Səbri bəy Qazax ictimaiyyətini və seminariyaya yeni qəbul edilmiş şagirdləri təbrik etdi, bu təhsil ocağının xalq kütlələrinə nurlu ideyalar çatdıracaq yorulmaz mübarizlər hazırlayacağına inandığını bildirdi. Camal bəy də öz qısa, lakin duyğulu çıxışında seminariyaya daxil olmuş gəncləri Vətənin rifahı naminə səylə çalışmağa, biliklərə yiyələnməyə çağırdı. Qeyd etdi ki, Vətən təkcə sivri qılıncla deyil, həm də zəka ilə, ağılla qorunur [1, № 40, 20.XI.1918]. Sonda çıxış edən seminariyanın direktoru Firidun bəy Köçərli bildirdi ki, Cənubi Qafqaz Müəllimlər Seminariyası Azərbaycan şöbəsi uzun müddət ərzində yad mühitdə, Gürcüstanın mərkəzi hissəsində fəaliyyət göstərməsinə baxmayaraq, öz milli keyfiyyətlərini tam şəkildə qoruyub saxlaya bilmiş, xalq məktəbləri üçün çoxlu sayda müəllim kadrları hazırlayıb vermişdir. Firidun bəy Azərbaycan şöbəsinin müstəqil seminariyaya çevrilməsi və Qazax şəhərinə köçürülməsinin böyük əhəmiyyətini vurğulayaraq, doğma zəmində bu təhsil ocağının fəaliyyətini daha da gücləndirəcəyini, xalqın mənəvi gerilikdən azad olması işinə böyük töhfələr verəcəyini əminliklə bəyan etdi [1, № 40, 20.XI.1918]. Seminariya direktorunun Xalq Maarif Nazirliyinə ünvanladığı raportda 1918ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul imtahanlarının nəticələri bildirildi. Raportdan aydın olur ki, qəbul olunmaq üçün müraciət etmiş 42 şa-girddən 35-i imtahanları müvəffəqiyyətlə verərək

seminariyada oxumaq haqqı qazanmışdı [1, № 53, 6.XII.1918]. Seminariyaya ilk qəbul edilən bu şagirdlərdən biri də, Səməd Yusif oğlu Vəkilov – gələcəkdə Azərbaycanın görkəmli şairi olan Səməd Vurğun idi [5, s.10; 4, s.237-239]. 1919-cu ildə seminariyaya qəbul olmaq istəyənlər daha çox idilər. Dövlət hesabına oxumaq üçün ayrılmış 8 yerə 40 ərizə verilmişdi. Qəbul edilməyən şagirdlərin valideynləri həmin vaxt Qazaxda keçirilən kəndli qurultayında iştirak etmək üçün gəlmiş Azərbaycan parlamenti üzvləri Əhməd bəy Pepinov, Hacı Kərim Sanıyev və Səməd ağa Ağamalıoğlundan kömək istədilər. Parlament üzvlərinin müraciətinə cavab olaraq seminariyanın direktoru bildirdi ki, o, ömrünü pedaqoji işə həsr etmiş qocaman müəllim kimi hamının təhsil almasını istəyir. Lakin seminariyanın binası bütün arzu edənləri qəbul etməyə uyğun deyildir. Seminariya, yuxarıda qeyd edildiyi kimi, Məşədi İbrahim Hacı İsmayıl oğlunun malikanəsində fəaliyyətə başlamışdı [6, II c., s.144). Yaşayış üçün nəzərdə tutulmuş bu binada çətinliklə 60 nəfərin oxuması mümkün idi. Buna baxmayaraq, seminariyada xəzinə hesabına təhsil alan 60 şagirddən əlavə, yeni qəbul edilmiş 5 şagird də öz hesabına oxuyur və pansionatda qalırdı. Yeni qəbul edilmiş daha 11 şagird də dərslərdə iştirak edir və evlərinə gedirdilər [1, № 229, 25.X.1919]. Beləliklə, 1919/1920-ci tədris ilində seminariyada 76 şagird təhsil alırdı və həmin il birinci buraxılış olmalı idi. F.Köçərli parlament üzvlərinə bu məlumatları verdikdən sonra, onlardan xahiş etdi ki, Qazax Müəllimlər Seminariyası üçün yeni böyük

bina tikilməsi məsələsinin həllini sürətləndirsinlər. Xalq Maarif Nazirliyi respublikada fəaliyyət göstərən müəllimlər seminariyalarının imkanlarının məhdudluğundan xəbərdar idi. Nazirliyin 1919-cu ilin oktyabr ayında Azərbaycan Parlamentinə ünvanladığı “Tədris müəssisələrinin açılması haqqında qanun layihəsinə izahat qeydi” adlı sənəddə ölkə ərazisində cəmi 3 müəllimlər seminariyasının fəaliyyət göstərdiyi və onların da hər il ən çoxu 50 müəllim hazırlandığı əks olunmuşdur [7, s.15]. Müqayisə üçün qeyd etmək lazımdır ki, Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsini mövcud olduğu 40 ilə yaxın müddət ərzində 250-yə qədər müəllim bitirmişdi [2, s.3] 1919-cu il oktyabrın 17-də Qazax general-qubernatoru Əmir xan Xoyski seminariyada ümumi vəziyyətlə tanış oldu. O, bütün sinifləri gəzərək dərslərdə iştirak etdi, şagirdlərin milli ədəbiyyat, tarix və pedaqogika fənlərinə necə yiyələnmələri ilə tanış oldu. Qubernator aşağı hazırlıq sinfi şagirdlərinin oxuduqları milli mahnını dinləyib, yataq otaqlarına və yeməkxanaya da baş çəkdi. Sonda seminariyada tədris işini nümunəvi təşkil etdikləri üçün müəllim heyətinə minnətdarlığını bildirdi [1, № 229, 25.X.1919].

Xalq Maarif Nazirliyi Qazax Müəllimlər Seminariyasının potensialından qısamüddətli pedaqoji kurslar təşkilində də istifadə edirdi. Nazirlik Qazaxda və qonşu bölgələrdə milli məktəblərdə çalışmaq üçün müəllim hazırlamaq və onların peşə hazırlığı səviyyəsini yüksəltmək məqsədilə 1919-cu ilin yayında seminariyanın nəzdində pedaqoji kurs təşkil etdi. Kursun dinləyiciləri arasında kişi müəllimlərlə yanaşı, 20-dən çox qadın müəllimə də olmuşdu[1, № 229, 25.X.1919]. Qazax Müəllimlər Seminariyasında yaradıldığı zamandan başlıca olaraq milli kadrlar çalışırdı. Seminariyanın direktoru F.Köçərli və kargüzar A.Vəkilovun imzaları ilə Xalq Maarif Nazirliyinə göndərilmiş 1 aprel 1919-cu il tarixli məlumatdan aydın olur ki, bu təhsil ocağında çalışan müəllim və texniki işçilərin, demək olar ki, hamısı azərbaycanlıdır. Məlumatda qeyd edilmişdi ki, seminariyanın direktoru F.Köçərli 1897-ci ildən pedaqoji sahədə çalışır və aylıq maaşı 1095 manat 83 qəpikdir. İlahiyyat müəllimi İbrahim əfəndi Qayıbov 1911-ci ildən pedaqoji fəaliyyətdədir və aylıq maaşı 715 manatdır. Rus dili müəllimi İs¬fəndiyar Vəkilov (aylıq maaşı 815 man.), Türk ədəbiyyatı və metodika müəllimi Yusif Qasımov (aylıq

15


ictimai - siyasi, elmi - populyar jurnal

QAZAX MÜƏLLİMLƏR SEMİNARİYASININ YARADILMASI

16

maaşı 845 man), Riyaziyyat müəllimi Məhəmməd Hüseynzadə (aylıq maaşı 811 man.), Tarix və coğrafiya müəllimi Əli Hüseynov (aylıq maaşı 845 man.) seminariyada 20 oktyabr 1918-ci ildən çalışırdılar. Gimnastika müəllimi M.Mustafayev (aylıq maaşı 250 man.), Nəğmə və musiqi müəllimi Georgi Lyapin (aylıq maaşı 208 man.), Qrafika sənəti və rəsm müəllimi M.Həsənov 1 dekabr 1918-ci ildən işləməyə başlamışdılar. Seminariyanın feldşeri Məcid Vəkilov və daha 8 texniki işçi 1918-ci ilin oktyabr-noyabr aylarında işə götürülmüşdülər [8, siy.2, iş 5, v.119, 142]. Xalq Maarif Nazirinin 25 oktyabr 1919-cu il tarixli əmrilə Qazax qəzasında kənd həkimi işləyən S.N.Tsinamzqvarov və Qazaxda ikisinifli məktəbdə müəllim işləyən Həsən Bəsri Musazadə Qazax Müəllimlər Seminariyasına təyinat aldılar. S.N.Tsinamzqvarov seminariyaya həkim, H.B.Musazadə nəğmə müəllimi təyin edildilər [8, siy.3, iş 277, v.2,5]. 1919-cu il dekabrın 1-də isə Xalq Maarif Nazirliyi Türkiyədən dəvət edilmiş müəllimləri Bəhri Mühiddini və Nurulla əfəndini də Qazax Müəllimlər Seminariyasına müəllim təyin etdi [8, siy.3,

Yanvar-Fevral 2013 № 01 (13)

iş 12, v.12, 13; iş 293, v.2]. Nazirlik Nurulla əfəndinin Qazaxda normal yaşayıb işləməsi üçün müvafiq şərait yaradılması məqsədilə 3596 manat vəsait ayırdı [8, siy.3, iş 293, v.5]. Beləliklə, Qazax Müəllimlər Seminariyasının müəllim kollektivi 1919cu ilin sonunda tamamilə azərbaycanlı və Türkiyədən dəvət edilmiş mütəxəssislərdən ibarət oldu. Bu, seminariyanın direktoru F.Köçərlinin 1919cu il dekabrın 8-də Xalq Maarif Nazirliyinə göndərdiyi seminariyanın şəxsi heyəti haqqında aşağıdakı məlumatdan da aydın görünür: 1. Seminariyanın direktoru F.Köçərli – 1885-ci ildə Cənubi Qafqaz Müəl¬limlər Seminariyasını bitirmişdir. 2. İlahiyyat müəllimi İ.Qayıbov – 1911-ci ildə Tiflisdə sünni müsəlmanları ruhani məktəbini bitirmişdir. 3. Türk dili müəllimi Y.Qasımov – 1917-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmiş, 1918ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitu¬tunda tarix üzrə 1-ci kursun dinləyicisi olmuşdur. 4. Riyaziyyat müəllimi M.Hüseynzadə – 1917-ci ildə Cənubi Qafqaz Müəllimlər seminariyasını bitirmişdir. 5. Tarix və coğrafiya müəllimi Əli Hüseynov –

kurs bitirmişdir və 1901-ci ildən müəllim işləyir (Əli əfəndi Hüseynov 1901-ci ildə Cənubi Qafqaz Müəllimlər seminariyasını bitirmişdi – T.B.). 6. Hazırlıq sinfi müəllimi M.Vəlizadə – 1889-cu ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdir. 7. Rus dili müəllimi İ.Vəkilov – 1907-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirmişdir. 8. Nəğmə müəllimi Həsən Bəsri – İstanbul Darülmüəllimini – Müəllimlər Seminariyasını bitirmiş, 1919-cu ilin oktyabr ayında nazirliyin əmrinə əsasən Qazax Müəllimlər Seminariyasında işləməyə başlamışdır [8, siy.3, iş 422, v.2]. Xalq Maarif Nazirliyi həmin dövrdə Qazax Müəllimlər Seminariyasını ana dilində dərslik və dərs ləvazimatı ilə təmin etmək üçün də tədbirlər görürdü. Nazirliyin dəftərxanasında olan qeydə görə, 1919-cu il dekabrın 7-də F.Köçərliyə 20 ədəd "Ədəbiyyat dərsləri", 10 ədəd "Müntəxəbat" kitabı verilmişdi [8, siy.2, iş 10, v.40]. Nazirliyin dəftərxanasında saxlanılan 1920-ci il yanvarın 6-na aid məlumatda isə, Qazax Müəllimlər Seminariyasının direktoruna 4282 man. 90 qəp. dəyərində türk dilində dərslik və kitablar verildiyi göstərilmişdir [8, siy.2, iş 10, v.84]. Qazax qəzasının imkanlı şəxsləri seminariyanın normal fəaliyyət göstərməsi üçün yardımlarını davam etdirirdilər. Seminariyanın hesabına böyük həcmdə vəsait keçirmiş qazaxlı tacir Nəsib Əyyubov bu xeyriyyəçilik fəaliyyətinə görə Xalq Maarif Nazirinin 27 iyul 1919-cu il tarixli 223 saylı əmri ilə seminariyanın fəxri hamisi

təyin edilmişdi [8, siy.3, iş 8, v.1]. Bu yardımlar seminariyanın fəaliyyətini qismən genişləndirməyə imkan verdi. 1919/20-ci dərs ilinin əvvəlində seminariyada aşağı hazırlıq sinfi yaradıldı. Nazirliyin 9 sentyabr 1919-cu il tarixli əmri ilə Mirzə Mehdi Nəbi əfəndi oğlu Vəlizadə həmin sinfə müəllim təyin edildi [8, siy.3, iş 8, v.59]. Qazax Müəllimlər Seminariyasında müəyyən hazırlıq keçən müəllimləri Xalq Maarif Nazirliyi əminliklə digər məktəblərə yuxarı siniflərdə dərs aparmağa təyin edirdi. Nazirin 24 noyabr 1919-cu il tarixli əmrilə Qazax Müəllimlər Seminariyasında aşağı hazırlıq sinfi müəllimləri Mirzə Vəlizadə və Fəhmi bəy Mustafazadə Qazax ali ibtidai məktəbinə dəyişdirildilər. M.Vəlizadə həmin məktəbdə tarix, F.Mustafazadə gimnastika və rəsm müəllimi işləməyə başladılar [8, siy.3, iş 12, v.113]. Nazirliyin 17 fevral 1920-ci il tarixli əmrinə əsasən Qazax Müəllimlər Seminariyasının müəllimi İsfəndiyar bəy Vəkilov Zaqatalada yeni açılan Müəllimlər Seminariyasına direktor təyin edildi [8, siy.3, iş 348, v.5]. Firidun bəy Köçərli nazir H.Şahtaxtinskiyə ünvanladığı teleqramda bu təyinata razı olduğunu ifadə etdi. Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlanmasına başlamış ilk pedaqoji məktəb idi. Bakı və Gəncə şəhərlərində daha öncədən fəaliyyət göstərən müəllimlər seminariyalarında milli proqramlar əsasında pedaqoji kadrlar hazırlanmasına keçid yalnız 1919-cu ildən etibarən başlanmışdı. Xalq Maarif


GEOSTRATEGİYA

Nazirliyi tərəfindən Bakı Müəllimlər Seminariyasına 20 yanvar 1919-cu il tarixdə Rəşid bəy Əfəndiyev, Gəncə Müəllimlər Seminariyasına 19 avqust 1919-cu il tarixdə Həsən bəy Bağırov direktor təyin edildikdən sonra bu təhsil ocaqlarına azərbaycanlı və Türkiyədən dəvət edilmiş müəllimlər dərs deməyə cəlb edildilər [8, siy.3, iş 181, v.1,7; iş 254, v.1; iş 321, v.57; iş 411, v.2,3,7, iş 8, v.15; iş 12, v.18,96]. Bu təyinatlardan sonra həmin seminariyalarda da tədris Azərbaycan türkcəsində aparılmağa başlandı və milli məktəblər üçün müəllimlər hazırlanmasına keçildi. Qazaxda Müəllimlər Seminariyasının fəaliyyətə başlaması regionun həyatında əlamətdar hadisə olmuş, Azərbaycan məktəblərinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsində böyük rol oynamışdır. Seminariyanı bitirmiş yüzlərlə gənc müəllim respublikamızın müxtəlif bölgələrində müəllimlik etmiş, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasına, maarifin inkişafına öz töhfələrini vermişlər.

Qeydlər: 1.Газ. «Азербайджан», 1918-1920 гг. 2.Seyidov F.Ə. Qori seminariyası və onun məzunları. Bakı, “Maarif” nəşriyyatı, 1988, 298 s. 3.Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты (Сборник документов) Баку, изд. «Азербайджан», 1998, 560с. 4.Nəzirli Ş. Qoridən gələn qatar. Sənədli povest. Bakı,

“Şərq-Qərb” nəşriyyat evi, 2011, 492 s. 5.Vahabzadə B. Səməd Vurğun. Bakı, “Gənclik”, 1984, 380 s. 6.Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. İki silddə, II c. Bakı, «Lider nəşriyyat», 2005, 472 s. 7.Seyidov Y.M., Abbasova S.N. Azərbaycan Demokratik Cümhuriyyətində dil, məktəb və tədris problemləri. Bakı, Bakı Universiteti nəşriyyatı, 2010, 188 s. 8.Azərbaycan Respublikası Dövlət Arxivinin 51 saylı – AXC Xalq Maarif Nazirliyinin fondu Açar sözlər: Müəllimlər Seminariyası, Qazax, Firidun bəy Köçərli, milli müəllim kadrları. Ключевые слова: учительская семинария, Газах, Фиридун бей Кочарли, национальные учительские кадры. Key words: teacher's seminary, Kazakh, Firidun bay Kocharly, the national teaching personnel.

СОЗДАНИЕ ГАЗАХСКОЙ УЧИТЕЛЬСКОЙ СЕМИНАРИИ РЕЗЮМЕ В мае 1918 г. население Газахского уезда подняло вопрос о переводе азербайджанского отделения Южно Кавказской Учительской Семинарии из города Гори в Газах и о создании учительской семинарии. Влиятельные лица Газаха дали обязательство о выделении 10 дес. земельного участка под постройку здания будущей семинарии, а также единовременного пособие 3 тыс. руб. и ежегодной субсидии 1 тыс. руб. Правительство

Азербайджанской Демократической Республики выделило средства в распоряжение инспектора Фиридун бека Кочарли для перевозки имущества указанного выше отделения в г. Газах. По распоряжению Министра Народного Просвещения он же был назначен директором новообразованной семинарии с 1 октября 1918 г. Официальное открытие семинарии состоялось 10 ноября 1918 г., и с этого дня в ней начались учебные занятия. В семинарию в 1918 г. было приняты 35, а в 1919 г. 24 учеников. С момента создания Газахской Учительской Семинарии занятия велись на азербайджанском языке и она сыграла важную роль в подготовке национальных учительских кадров. ESTABLISHING OF KAZAKH TEACHER'S SEMINARY

SUMMARY In May, 1918 the population of the Kazakh district raised a question on transference of the Azerbaijan department of Southern Caucasian Teacher's Seminary from city Gori to

Kazakh Gases and about creation of teacher's seminary. The represent atives of the Kazakh district took a duty on providing of 10 des. of land for the building of the future seminary, the same time a lump of 3 thousand rubl sum allowance and the annual subsidy 1 thousand rubl. Government of the Azerbaijan Democratic Republic granted means at the order of inspector Firidun bay Kocharly for conveying of the property of the mentioned department to Kazakh. On the order of the Ministry of the Public Education he was appointed the director of newly established seminary from october 1st, 1918. The officially opening of this seminary was the november, 10th, 1918, and from that day on had begun teaching process with new enlisted 35 pupils, but in 1919 with 24 pupils. From the moment of the opening of this teacher's seminary teaching process was only in the Azerbaijan language and could stipulate for the preparation of the national teaching personnel.

17


ictimai - siyasi, elmi - populyar jurnal

Перспективы и тенденции развития духовной жизни тюркоязычных обществ Евразии

тюркский мир Перспективы и тенденции развития духовной жизни тюркоязычных обществ Евразии

18

В современном мире идет активный процесс изменения системы международных отношений, перераспределения сфер политико-экономического и информационного воздействия между различными странами. В таких условиях возникает объективная потребность усиления культурной, внешнеполитической и гуманитарной деятельности тюркоязычных народов, в консолидации субъектов Yanvar-Fevral 2013 № 01 (13)

тюркского мира. Основой такой консолидации, на наш взгляд, являются: духовные традиции и исторические корни возникновения тюркоязычного мира, культура, общность языка, культуры и судеб его народов. В условиях учета воздействия и давления различных внешних детерминантов на процесс состояния и развитии тюркоязычного мира можно выделить ряд

Эмиль Жангорозович Каниметов

системообразующих критериев, содержание которых раскрывает характер феномена тюркоязычного мира, места и роли в нем нынешних тюркоязычных народов. Они указывает на то, что сохранение тюркоязычного мира опирается на историческую духовную и языковую общность, многовековые традиции и ценности. В этом аспекте тюркоязычный мир имеет свой синтезирующий духовный корень, объединяющий все братские народы Евразии. Духовные традиции и язык сыграли и до сих пор играют важнейшую роль в сохранении тюркоязычного мира, несмотря на колоссальные экономические, политические, духовные экспансии в контексте колониальной и неоколониальной политики извне. В настоящее время необходимо непредвзято анализировать роль духовных традиций в развитии культурной жизни тюркоязычных обществ. И в первую очередь – в сохранении и развитии этнокультурной духовной самобытности и формировании нравственных ориентаций личности на базе исторических культурных традиций, в

кандидат философских наук, проректор Кыргызского государственного университета им.И.Арабаева

исторической и реальной сущности духовных основ общетюркского менталитета. На наш взгляд, именно духовная культура, прежде всего, устнопоэтическая литература и фольклор, отражает сущность тюркоязычного мира, бытие его народов. Во многом именно фольклорное наследие наиболее достоверной основе обеспечивает познание разнообразных поступков, раскрываемых в художественных образах. Исследуя их проявление, в какой-то мере, возможно познавать исторические и духовные традиции тюркоязычных народов. В них заложены моральные и идейные истоки поступков людей, всего содержания морали наших обществ. Онтологическая функция фольклора и литературы (в том числе современной) заключается в том, что в них историческая память народа запечатлела и воспроизводит определенные идеалы, ценности, духовные традиции. Духовное возрождение представляет собой способ единения тюркоязычных обществ посредством воспроизведения исторических для нынешний эпохи и имеющих корни в народе духовных традиций и нравственных ценностей. Только духовный


GEOSTRATEGİYA

поиск, став основой общественной деятельности в тюкрязычных странах, может привести к более совершенному жизненному порядку, к действительному объединению народов Евразии. Культурный обмен, выступая в качестве одного из каналов международных связей, способствует взаимному духовному росту и обогащению народов, познанию различных миров и цивилизаций. Тем самым вносится значительный вклад в укрепление духовных основ взаимопонимания и сотрудничества государств, от которых в значительной степени зависит гуманизация международных отношений. Вместе с тем нельзя не заметить, что процесс диалога культур в современных условиях между различными государствами проходит сложно, противоречиво. В нем наблюдается стремление ряд государств и цивилизаций навязать другим свои ценности, свое представление о духовной культуре. Одним словом, состояние и развитие тюркоязычного мира и обществ происходит в условиях сложного и противоречивого процесса глобализации. Попробуем рассмотреть этот аспект проблемы на примере кыргызского общества. 90-е годы, как и в других постсоветских странах, произошли кардинальные изменения во всех сферах общественной жизни киргизского социума и эти изменения породили (обнажили) немало проблем в развитии духовной

жизни. Оранжевые революции, политические кризисы, усиление процесса маргинализации и даже активизация нетрадиционных для страны религиозных учений, представляющих в основном сектантские ответвления протестантизма, ислама и др. являются в лучшем случае лишь поверхностным формальным отражением тенденций в развитии духовной жизни киргизского общества. Очевидно, что вопрос о духовной жизни является основным не только для каждого человека, но и каждого народа, поскольку именно она, в конечном счете, определяет характер, направление и саму разумность всей его общественной деятельности, социальнополитических перемен. Существо любого значимого явления в жизни общество заключено в духовной жизни. Проблема влияния духовных и культурных факторов на особенности

протекания различных процессов в кыргызском обществе, на их содержание и характер трансформации, на экономические, политические, правовые и иные феномены является одной из ключевых вопросов действительности. Однако, достаточно интенсивная в настоящее время разработка и обсуждение вопросов политической жизни Кыргызской Республики почти совершенно не затрагивают духовнокультурологический аспект феномена национальнокультурной самобытности. В настоящее время киргизские политические явления подвергаются критическому анализу со стороны различных специалистов и в СМИ. Но углубленное понимание политических и др. процессов включает в себя, прежде всего, анализа духовных факторов, являющейся непременной составляющей научного анализа. Важно отметить также, что

данный срез проблемы не только дополняет другие дисциплинарные исследования в теоретическом отношении, но и дает возможность более глубокого понимания реальных исторических процессов, так или иначе связанных с проблемой функционирования духовной жизни этнического общества. Нельзя сказать, что в Киргизии вообще отсутствует изучение актуальных социально значимых проблем в таком срезе. Но до недавних пор в научном сообществе методология исследования различных процессов общественной жизни Кыргызской Республики как феноменов тенденций в развитии духовной жизни базировалась на парадигме материалистического подхода. Традиции такого подхода исследования сохраняются до сих пор. Во многом по этой причине, а также из-за отсутствия научной подготовки

19


ictimai - siyasi, elmi - populyar jurnal

Перспективы и тенденции развития духовной жизни тюркоязычных обществ Евразии

20

заинтересованных авторов, в огромном количестве публикациях, освещение значимых политических др. явлений в жизни киргизского общества в указанном выше ключе зачастую приобретает публицистический и даже оккультный оттенок. А в изучение духовных тенденций общественной жизни преобладают политическая конъюнктура и формализм. Такая ситуация мешает даже тем, кто вступает за обновление и сохранение этнической национальной культуры, видеть тот огромный потенциал, который заложен в сфере духовной жизни. Акцент бывших киргизских государственных мужей на национальную самобытность в разработке государственной идеологии и политики, по большему счету, привел лишь к стилизации под второсортный, лубочный патриотизм и национализм, наспех состряпанный массмедийными технологами.

Yanvar-Fevral 2013 № 01 (13)

Отчасти данное обстоятельство в начале 90-х привело к дезориентации и духовному опустошению людей, что дала почувствовать многим , хотя, может быть, только на интуитивном уровне, что с исчезновением этнокультурных нравственных традиций не остается иной альтернативной силы, которая могла бы их у держать от падения в рыночно-машинное псевдосуществование. С одной стороны такое стечение обстоятельств являлся одной из основных причин постсоветского обращения к исламу. Ислам, в какойто мере представлялся им некоей базисной системой обеспечения ресурсов выживания, который к тому же, както позволяет ценностям и традициям этнической культуры, сохранив свой потенциал, вписаться в систему глобальной исламской культуры. Постсоветский период

процессы глобализации и распространение идеологии дикого капитализма в Киргизии протекали тотальнее и изощреннее, чем в свое время происходило внедрение советскомарксистских инноваций. На практике наблюдали как «неолиберальная» система, посредством массовой культуры и политических институтов, “обрабатывает” внутренний мир человека. В педагогической практике примитивизировалась понятие личности и нравственности. При отсутствии целенаправленного нравственного воспитания в обществе родители сами зачастую не в силах были справиться с задачей нравственного воспитания своего ребенка. Именно эти негативные тенденции, которые продолжают усиливаться, заставляют многих людей с надеждой обращаться к исламу. Во время опроса населения, который был проведен Центром социальных

исследований Национальной Академии наук Кыргызстана в конце 1990-х годов, большинство респондентов положительно ответили на вопрос: “Ислам однозначно связан с укреплением в обществе нравственных устоев”: 55% - в анкетных данных и почти 100% - во время полевых работ. 47% респондентов отметили, что ислам дарит внутреннюю силу и духовную опору. Тем не менее, сегодня можно заключить, что ислам не стал основным и подлинным фактором духовного обновления киргизского народа в современный период. Мы видим, что исторические духовные традиции и памятники духовной культуры этноса деградируют не только от воздействия массовой культуры, но также от фанатических запретов исламской конфессии ваххабитского толка. В целом, кризисная ситуация, сложившаяся в постсоветском мире, до сих пор с особой силой проявляется в духовной жизни киргизского народа. Положение в культуре оценивается как крайне тяжелое. При самобытном культурном потенциале, происходит примитивизация духовной жизни и искажение основ уникальной тюркоязычной этнической культуры. Не только киргизская, но и другие самобытные культуры этносов и иные цивилизационные начала центральноазиатского региона оказавшись в жестких тисках исламской и западной цивилизации, еще не вписывались в конъюнктуру современного


GEOSTRATEGİYA

мира. Но альтернативные проекты были. В них можно наблюдать как в спрессованном виде отражаются не только реформации и стремление соотнести инокультурные традиции с собственной, но и то, что обычно определяется как модернизация в узком смысле слова, т.е. проявление религиозномистических традиций и структур в новой форме, учитывающей особенности нового этапа цивилизации, приспособленной к все большему пониманию человека как субъекта изменений в человеческом мире. В конце 1990-х годах, нагляднее всего в Киргизии начали проявили себя отнюдь не исламские традиции, а процессы национального возрождения, связанной со спецификой киргизской культуры. Духовная жизнь киргизского общества продолжало свое развитие и в советской период, поскольку советская культура отнюдь не была внутренне однородной и не подверженной процессам дифференциации, как обычно изображалась ее идеологическими противниками. Во многом благодаря СССР и советской культуре киргизская культура приобрела формальные возможности и условия для своего развития. За короткий период киргизская культура продемонстрировала в рамках этой же культуры не только способность и “волю к культуре” (Н. Бердяев), но и наличие потенциала развития. Возможно, как считают некоторые,

в динамичном развитии “Советской Киргизии” и ее культуры есть политической аспект, связанный с надеждой на активизацию «русского дела». Согласно Миропиеву М.А., потому, что «киргизская (и казахская) масса в начале прошлого века была еще довольно индифферентна к исламу, (напр., в отличие от таджиков) держась его чисто внешним образом и не желая вполне расстаться с шаманизмом». В любом случае шанс был использован, и уникальная самобытная духовная жизнь продолжала обновляться в советский период. Этот факт, зафиксирован многочисленной литературой и связан с феноменом Чингиза Айтматова. Тогда, по выражению различных специалистов, «художественная культура Киргизии завоевала общесоюзное признание, а некоторые произведения киргизской литературы и искусства приобрели даже мировую известность. Литературное творчество ЧАйтматова, фильмы

киргизских кинорежиссеров, др. деятелей искусства, культуры и науки. Такой успех не может быть случайным. Его не объяснишь с помощью определения “киргизское чудо”, которое порою проскальзывает в нашей и зарубежной прессе”(1).Или вот еще: “творчество Ч. Айтматова становится фактом не только киргизской, не только общесоветской, но и русской литературы. Ибо им влиты в русскую литературную традицию такие сюжеты, мифологемы и т.д., которых русский по происхождению писатель на материале русской жизни создать не может”(2). Через художественную литературу киргизская культура в какой-то степени смогла взаимодействовать с советской культурой, “смягчив ее застывший догматизм” “свежим ветром из гор и степей”. Но в тот момент ее внутреннее развитие не смогло развернуться в полной мере, прежде всего “для самой себя”. Появились лишь зачатки, предпосылки к

развитию на новых условиях цивилизации. Это особенно заметно в поэзии А. Осмонова, где уже осмысливаются в поэтической форме многие этнические реалии и проблемы, и в творчестве Р. Абдыкадырова, ставшего родоначальником своеобразного направления в музыке, ориентированного на духовные потребности этноса и выражающей душевные движения нации. И в нынешних условиях социального постмодерна выходит на первый план вопросы решения проблем духовной культуры и духовного воспроизводства. В киргизской, немного шире, киргизскотюркской культуре, как и на всем постсоветском пространстве, в нынешний период общественного развития наблюдаются признаки “фазы обскурации” (по Л. Гумилеву). При общем снижении эмоционального тонуса сохраняется разрушительные тенденции в духовной жизни, не без влияния религиозных течений и современных

21


ictimai - siyasi, elmi - populyar jurnal

Перспективы и тенденции развития духовной жизни тюркоязычных обществ Евразии

22

СМИ, где в качестве эталона берутся навязанные извне стандарты. Но спасительное отличие социума и культуры нынешних наследников цивилизации номадов состоит в специфике механизма мотивации в самом процессе самоопределения. В духовной сфере киргизского народа такой процесс, вне зависимости от чьей-либо констатации и фиксации, уже давно идет. И эти изменения, прежде всего, заметны в проявлении или модификации духовного кода (вариантов мировосприятия, оценки возможностей человека, аксиологической и познавательной систем, структуры личностных отношений и т.п.), мистической и мифомагической традициях киргизского народа в соответствии требованиям тех форм духовнорелигиозного отражения, которые продуцируются современной эпохой. Эти самобытные тенденции в развитии духовной жизни киргизского Yanvar-Fevral 2013 № 01 (13)

общества наблюдаются отнюдь не в академической сфере социогумманитарных наук, а получила свое развитие «снизу», от людей, живущих подчиняясь своей собственной внутренней логике, созвучной духовным интенциям этнической культуры. Основной стержень духовных исканий большинство из них заключено вокруг феномена «Манас». С их точки зрения, ему как подлинному и грандиозному творению этнической культуры принадлежит особое место среди самых разнообразных исторических и культурных памятников, включая современных. В советский период, приобщенные к нему и еще вчера жившие в традиционной культуре люди, с одной стороны, начали его приспосабливать к новым условиям существования, записав «Манас», сотни лет, существовавший без “костылей” письменного слова. Многие променяли его сакральные принципы на застывшие рамки соцреализма, псевдорационализма и

материализма в надежде выжить и пробиться в этих новых условиях. Такого подхода можно заметить почти во всех интерпретациях феномена «Манас» деятелями литературы и культуры советского и даже досоветского периода. Подобную трансформацию формы, мотивов или точнее, псевдоморфозы феномена или «эпоса» «Манас» можно было заметить и в эпоху другого глобального проекта, основанного в другой религиозноидеологической матрице - ислама. Под давлением подобных клерикальноидеологических или идеологических редукций в различные эпохи и влиянием динамично трансформировавшей окружающей социокультурной среды «Манас» претерпел значительную псевдоморфозу, но сохранил опыт и уникальный механизм передачи сакральных основ национальной культуры. Именно эту специфику заметил Мухтар Ауэзов (3, с.76-277). По его словам,

во всех вариантах эпоса, записанных в различные эпохи от различных сказителей, можно выявить наличие «постоянного канонического текста» или и.г. «общая канва поэмы» сохраняется. Вообще то ради справедливости следует отметить, что М. Ауэзов несмотря на идеологические стандарты и давления своей эпохи, был более близок, чем другие исследователи к пониманию роли и места феномена «Манас» в обеспечении преемственности сакральных традиций. В своей работе, опубликованной в 1961 г. в издательстве Академии наук СССР – «Киргизская народная героическая поэма «Манас» - объясняя природу такого странного, на его взгляд, явления как отсутствие в народной памяти имен древних авторов-сказителей, сочинивших эпос «Манас», М.Ауэзов как бы невольно рассматривает феномен творчества и творческого процесса взглядом сказителя-джомокчу. «В среде киргизских джомокчу существовала и продолжает существовать вера в наитие (дааруу). Настоящие певцы «Манаса» выдавали свой вариант за нечто внушенное им свыше, объясняли его вмешательством сверхъестественных сил, якобы призвавших к этой роли и вселивших в них, как в избранников, знание «Манаса». Манасчи (джомокчу) – только сказитель, только передатчик содержания, которое он якобы лишь пересказывает своими словами. Сказители, обладающие большим


GEOSTRATEGİYA

поэтическим талантом, поэтическим пафосом и способностью вдохновляться в момент исполнения, несколько видоизменяют заученные отрывки, дают им лишь свою мотивировку и необходимое оформление. Неимоверно большой объем эпоса способствовал распространению и укреплению этой веры в среде слушателей. Возможность заучивания всего текста от предшественников исключалась. Исключалось и обязательное следование тексту поэмы как созданию определенного автора. Несмотря на наличие совпадающих мест, каждый из настоящих сказителейаэдов утверждал, что его вариант совершенно самостоятельный, что он продиктован ему «свыше», во время «вещих снов». Лирическим отступлениям, личному вмешательству сказителя не остается места. Нарушение эпического повествования, хотя бы даже введенными лирическими отступлениями, равносильно нарушению законов жанра, нарушению устойчивой канонической традиции. Если исходить из этой точки зрения, можно сказать, что киргизский эпос сохранил чистоту жанра почти до последнего момента». Далее, согласно требованиям своего времени, М.Ауэзов вынужден оправдывать и в какой-то степени объясняет своеобразный трансцендентализм кыргызских сказителейманасчи давлением фанатичных мусульманских мулл и идеологическо-

религиозной редукцией ислама. Но при этом, объясняя различия вариантов сказителей «Манаса», в то же время, подчеркивая общую схожесть основного сюжетного стержня, борьбы, коллизии обстоятельств со всеми перипетийными изменениями в судьбе героев, характеристики их личности и деяний, всех действенных тем, М.Ауэзов ссылается на работы Ленрота. Ленрот исследовал аналогичный опыт передачи и наследования отдельных рун финской «Калевеле» и пришел к тем же выводам, что и М.Ауэзов – «певец запоминает сущность содержания прежде, чем дословный текст, а те места, которые он не помнит дословно, он поет со своими словами». Кроме такого способа передачи и сохранения рун, считает Ленрот, «существует и другой способ, более обеспечивающий неизменяемость слов в рунах, когда родители передают руны детям». Как мы теперь знаем, то, чего пытались смутно проявить и частично сказать М.Ауэзов и Ленрот, примерно в то же время К.Г.Юнг обозначил термином – «архетип». Несмотря на неоднозначное понимание «архетипа» самим К.Юнгом, в исследование обозначенной нами в начале статьи проблемы «архетип» безусловно, более выработанное и точное понятие, чем «сущность содержания» Ленрота или «постоянный канонический текст» и «общая канва» М.Ауэзова.

Нет слов, что методология исследования традиций, культуры и ее ценностей разработанная К.Г.Юнгом во многом превосходить методологию исследователей (начиная с В.В.Радлова, В.М. Жирмунского и кончая многочисленными приверженцами Манаса и манасоведами Кыргызстана), которые в своих исследованиях строго придерживались или были вынуждены придерживаться парадигмы европейской классической науки материалистического направления. В понимание такого явления как «Манас», творчества джомокчусказителей или феномена творчества вообще, нельзя составить более или менее целостную картину, если

исследователь строго будет придерживаться казуальных принцип исследования. К.Юнг хорошо понимал, что онтологической основой решения таких вопросов как «вещие сны» сказителяманасчи или механизма передачи сакральных традиций национальной культуры могут быть признания акаузальной природы трансцендентных событий. К.Юнг вневременную, значащую связь событий, не связанных причинно называет синхронной связью. Понятно, что и концепция исследования К.Г. Юнга, хотя и является шагом вперед, но может лишь частично прояснять природу трансцендентных феноменов национальной культуры и механизма

23


ictimai - siyasi, elmi - populyar jurnal

ПерсПективы и тенденции развития духовной жизни тюркоязычных обществ евразии

24

передачи сакральных традиций. к.юнг из числа своих современников одним из первых вплотную приблизился к той точке психологического обозрения, когда можно было заметить, что построенный субъект, вооруженный каузальными понятиями, языком и противопоставляющий себе сакральному как к объекту не только агрессивен, но и отчужденный. он чужой. такая закономерность продиктована самой спецификой сознания. во всех разнообразных трактовках архетипа у к.г.юнга все фундаментальные образысимволы (архетипы) принципиально противостоят сознанию, их нельзя дискурсивно осмыслить и адекватно выразить на языке. но для нормального функционирования социального и индивидуального бытия является крайне важным адекватное истолкование архетипической символики согласно требованиям контекста современности для облегчения процессов индивидуации. с этой точки зрения, тем более сейчас, нельзя забывать, что когда речь идет о феномене «манас», с точки зрения его сказителей, как о хранителе многовековой сакральной традиции, прежде всего, речь идет об уникальном коллективном опыте интеграции сознательного и бессознательного начал психики через символическое толкование и субъективное проживание архетипических структур этноса. если вернуться к Yanvar-Fevral 2013 № 01 (13)

нынешнему состоянию киргизской культуры, то по различным причинам стержень традиционной киргизской культуры сохранился. как показывает современный постсоветский опыт манасчи (4), последователи и носители «манас» в латентном виде сохранили сакральную полноту этого феномена духовной жизни. во многом, поэтому в постсоветский период стало возможным возрождение феномена «манаса» и манасчи в рамках уже современной киргизской культуры. Похожие процессы, но более в глобальном масштабе можно было видеть в христианской культуре и можно видеть в исламе, где разбег полюсов внутри них имеет несколько иную метафизическую направленность. обращение к сакральноэзотерическим основам и принципам традиционных творений должно заставит осознать глубокие корни кризиса мировоззрения, а также позволит занять наиболее правильную позицию в это нелегкое время. кроме того, серьезное и опытное углубление в традиционную культуру через ее выдающиеся творения, даст опору для преодоления однобокой и неполной парадигмы критики глобализации. можно, таким образом, увидеть не просто противостояние различных сил, идеологий, но прежде всего, осознать глубинный конфликт между духовным, традиционно-религиозным миросозерцанием и чисто утилитарным

и потребительским современным мировоззрением. По этой причине исследования феномена «манаса» в таком ракурсе, бесспорно, является очень своевременным и востребованным. «манас» можно отнести к универсальному типу специфического вненаучного опыта, по каким-то причинам сохранившегося в самой сердце евразии, познавательные установки и когнитивные структуры которого тщательно выхолащивались из науки в ее сциентистской вариации, и который, можно предположить, содержит в себе корни всякой творческой деятельности. в феномене «манас» (в процессе устного воспроизведения) воссоздаются условия гетерогенной онтологии с ее пространственновременными разрывами: в этом смысле оно всегда является своего рода переxодом из одной реальности в другую. такой переход сопровождается определенной работой сознания по гештальтпереключению с одного способа видения на другой, оказываясь внутренне связанным с миром духов, вырывающимся из повседневного круга событием, заставляющим испытать необычные впечатления. Эти два свойства творчества манасчи делают его духовный опыт способом радикального расширения горизонта сознания и источником многообразия жизненной реальности. изучение подобным

образом феноменов духовной жизни как своеобразного уникального опыта должно вносит существенные коррективы и в стандартную теорию познания. такой подход должен расширять современное представление о знании, обнаруживает новые источники креативности и требует более внимательного взгляда на нерационалистические традиции, часто оставляемые за рамками сциентистской истории философии. Эти традиции, как показывает опыт развития духовной жизни в постсоветский период, все еще сохранились в кыргызской традиционной культуре и к удивлению многих возобновляются.

ПРИМЕЧАНИЯ: 1. орбиты взаимодействия. // “в соавторстве…”. м., 1989. с.76-277. 2. гачев г. “ч. айтматов и мировая литература”. Фрунзе, 1989. с.278. 3. ауэзов м. киргизская народная героическая поэма «манас». киргизский героический эпос манас. из-во академии наук ссср. м.1961. стр. 21-26. 4.каниметов Э.ж. евразийский проект и псевдоморфозы кыргызской культуры. б. – 2012.


GEOSTRATEGİYA

Geoiqtisadiyyat İXRAC MARŞRUTLARININ ŞAXƏLƏNDİRİLMƏSİ: BAKI-SUPSA NEFT BORU KƏMƏRİ

ƏRƏSTUN MEHDİYEV Tarix üzrə fəlsəfə doktoru

25

1995-ci ilin oktyabr ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) rəhbər komitəsi ilkin neftin Rusiya və Gürcüstan ərazisi ilə ixracı üçün iki marşrut haqqında qərar qəbul etdikdən sonra neft boru kəmərlərinin çəkilişi ilə bağlı işlər intensivləşdi. Hər iki ölkənin hökuməti ilə danışıqlar paralel şəkildə aparılırdı. Rusiya ilə tranzit haqqında sənədlərin imzalanmasından bir ay keçməmiş, 1996cı ilin mart ayının 8-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında ilkin neftin Gürcüstan ərazisindən nəql olunmasına dair hökumətlərarası saziş imzalandı (1, səh.99-110).

Sazişin imzalanması ilə Bakı-Supsa neft boru kəmərinin keçəcəyi marşrutun texniki-iqtisadi aspektlərinin öyrənilməsi və layihələşdirilməsi prosesi sürətləndi. Boru kəmərinin buraxılış gücü ildə təxminən 5 milyon ton nəzərdə tutulurdu. Səngəçal terminalından Supsa limanınadək uzunluğu 926 km olan boru kəmərinin 788 km-lik hissəsi istifadə üçün yararlı hesab edilirdi. Qalan 138 km məsafədə isə yeni neft borusunun çəkilməsi planlaşdırılırdı. Marşrut boyu 6 nasos stansiyası və ixrac olunan neftin qeydiyyatı sistemi quraşdırılmalı idi (2, səh.118). 1996-cı il oktyabrın

10-da ABƏŞ-in iki illik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə xarici neft şirkətləri konsorsiumu nümayəndələrinin bildirdiyinə görə, Qərb marşrutu layihəsinin 1997ci ilin birinci rübündə hazır olması gözlənilirdi. Boru kəmərinin tikinti işlərinə həmin ilin mart ayında başlanması və 1998-ci ilin sonunda yekunlaşdırılması planlaşdırılırdı (2, səh.133). Həmin müşavirədə Prezident Heydər Əliyev Qərb boru kəmərinin tikintisinə Gürcüstanla müqavilə imzalandıqdan bir il sonra başlanmasından narahatlığını ifadə edərək, ləngimənin səbəbləri ilə maraqlanmışdı. ABƏŞ

nümayəndələrinin işlərin gecikməsi səbəblərini Supsa limanı ərazisinin mürəkkəb və əlverişsiz geoloji suxurları ilə bağlı arqumentlərini əsaslı hesab etməyən Heydər Əliyev boru kəməri tikintisinin başa çatdırılmasının indiki qrafiklə müəyyən olunmuş vaxtdan sonra da (1998-ci ilin sonu) gecikdirilməsinin yolverilməz olduğunu bildirmişdi (2, səh. 140-141, 164). ABƏŞ 1996-cı ilin dekabr ayında Qərb boru kəmərinin inşası üçün müsabiqə elan etdi. Müsabiqədə ABŞ, İtaliya, Avstraliya, Türkiyə, Fransa, Böyük Britaniya, Azərbaycan və s. ölkələrin şirkətləri iştirak edirdilər


ictimai - siyasi, elmi - populyar jurnal

İXRAC MARŞRUTLARININ ŞAXƏLƏNDİRİLMƏSİ: BAKI-SUPSA NEFT BORU KƏMƏRİ

26

(18). Şirkətlərdən daxil olan təklifləri öyrənən ABƏŞ 1997-ci ilin aprelində Bakı-Supsa boru kəmərinin tikintisi və bərpası üçün tenderin yekunlarını elan etdi. Verilən məlumata görə boru kəmərinin Azərbaycan hissəsini “Tekfen-Azfen” Azərbaycan-Türkiyə müştərək müəssisəsi, Gürcüstan hissəsini isə “Makkonnell Douell midl ist” şirkəti (Avstraliya) inşa etməli idi (5). Layihəyə görə, Səngəçal terminalından Gürcüstan sərhədlərinədək olan Azərbaycan ərazisində 421 km uzunluğunda mövcud boru xətti bərpa olunmalı və 47 km uzunluğunda hissəsi yenidən tikilməli idi. Gürcüstan ərazisində isə 340 km uzunluğunda boru kəmərinin bərpası, 39 km məsafədə isə yeni hissəsinin çəkilişi nəzərdə tutulurdu (5). ABƏŞ-in məlumatına görə Qərb boru kəmərinin tikintisinə 315 milyon dollar

Yanvar-Fevral 2013 № 01 (13)

büdcə ayrılmışdı. Həmin vəsaitin 150 milyon dolları 1997-ci ildə, qalan hissəsi isə 1998-ci ildə inşa işləri başa çatanadək xərclənməli idi (5). Beləliklə, tikinti işlərini yerinə yetirən şirkətlərin seçilməsi və büdcənin müəyyən edilməsindən sonra boru kəmərinin inşasına başlanıldı. Tikintinin başlanmasındakı ləngimə işlərin sıx qrafiklə aparılmasına sövq edirdi. Digər tərəfdən, gərgin iş rejiminin müəyyən olunması həm də onunla bağlı idi ki, Şimal boru kəmərinin gözlənilən vaxtda işə düşəcəyinə bəslənilən ümidlər də özünü doğrultmadı. Belə ki, 1996-cı ilin dekabrında Bakı-Novorossiysk boru xəttinə vurulmağa başlayan Azərbaycan nefti 1997ci ilin fevral ayında iki ölkənin sərhədinə çatsa da, Rusiya onu qəbul edib Qara dəniz limanına ötürməyə hazır olmadı. Azərbaycan

neftinin Rusiya ərazisi ilə nəqlinin əvvəlcə may ayına keçirilməsinə baxmayaraq, bu prosesə yalnız oktyabrın 25-də başlamaq mümkün oldu. Buna görə də Qərb boru kəmərinin nəzərdə tutulan vaxtda tikilərək istifadəyə verilməsi Azərbaycanın və xarici neft şirkətlərinin maraqlarına uyğun idi. İlk dövrdə boru kəmərinin tikintisi tərtib olunmuş qrafikə əsasən aparılırdı. Lakin podratçı şirkətlər 1998-ci ilin əvvəlində boru xəttinin mövcud hissəsində sınaq işləri həyata keçirdiyi zaman vaxtilə çəkilmiş boruların təzyiqə davam gətirmədiyi üzə çıxdı. Buna görə də ABƏŞ nümayəndələri kəmərin həmin hissəsində yeni boruların çəkilməsinin zəruriliyini əsas götürərək, 1998-ci ilin mart ayında bildirdilər ki, Qərb boru kəmərinin inşası nəzərdə tutulduğu kimi, ilin sonunda başa çatmayacaq (3, səh.447-

448). Beləliklə, aydın oldu ki, tikinti işləri ərəfəsində Bakı-Supsa boru kəmərinin vəziyyətini öyrənən ABƏŞin podratçı şirkəti “Fluor Daniel” qiymətləndirmədə səhvə yol vermişdir. Aparılan sınağın nəticələri layihənin büdcəsinin artırılmasını zəruri edirdi. 1998-ci ilin aprelində ABƏŞ-in rəhbər komitəsinin iclasında Qərb boru kəmərinin çəkilməsi üçün nəzərdə tutulan büdcənin 315 milyon ABŞ dollarından 590 milyon dollara qədər artırılması haqqında qərar qəbul edildi. Layihənin texniki göstəriciləri dəyişmirdi. Yəni, kəmər 24 düymlük borularla inşa edilməli idi (13). ARDNŞ boru kəmərinin buraxılış qabiliyyətinin ildə 5 milyon ton həcmində saxlanmaqla büdcəsinin artırılmasına etiraz etdi. Həmin texniki göstəricilərlə Qərb boru kəmərinin öz xərclərini ödəməyəcəyini


GEOSTRATEGİYA

əsas götürən ARDNŞ onun tikintisinə tələb olunan əlavə 275 milyon dolların ABƏŞ-ə qaytarılmayacağını bildirdi. Bununla da ARDNŞ ilə xarici neft şirkətləri arasında fikir ayrılığı yarandı. Azərbaycan öz maraqlarını qoruyaraq tələb olunan əlavə maliyyə vəsaitinin səhvə yol vermiş podratçı şirkət tərəfindən ödənilməli olduğunu əsaslandırırdı. Xarici şirkətlər isə bu mövqe ilə razılaşmaq istəmirdilər. Belə halda layihənin reallaşması təhlükə ilə üzləşirdi. Yaranmış vəziyyətdən çıxış yolu kimi, Azərbaycan boru kəmərinin buraxılış gücünün artırılmasını təklif etdi. Bu təklifə görə, boru kəməri diametrinin 24 düymdən 42 düymə qədər genişləndirilməsi məqbul hesab edilirdi. Belə şəraitdə layihənin büdcəsi 1 milyard dollara çata bilərdi. Amma ARDNŞ-in mövqeyi ondan ibarət idi ki, Qərb boru kəmərinin yeni variantda inşası gələcəkdə onun BakıCeyhan Əsas İxrac Boru Kəmərinin bir hissəsi kimi istifadə olunmasına imkan verdiyi üçün əlavə maliyyə vəsaitinin sərfiyyatına haqq qazandırmaq olardı. Lakin xarici neft şirkətləri ARDNŞ-in təklifini qəbul etmədilər və mayın 27-də rəhbər komitənin iclasında Qərb boru kəmərinin tikintisini ABƏŞ-in öz maliyyə vəsaiti hesabına başa çatdırmaq haqqında qərar qəbul olundu (13. 20). Beləliklə, ARDNŞ ilə ABƏŞ arasında fikir ayrılığına baxmayaraq, layihənin icrası davam etdirildi. Çünki Şimal boru kəmərinin fəaliyyətində tez-

tez yaranan uzunmüddətli fasilələr alternativ neft kəmərinin tikilməsi zəruriliyini artırırdı. Düzdür, artıq tikinti işlərinin başa çatma müddətinin uzanacağı məlum idi. Bununla belə, Azərbaycan neftinin Qərb boru kəməri ilə təmiz şəkildə, Rusiyanın aşağı keyfiyyətli Urals sortu ilə qarışmadan dünya bazarına çatdırılaraq hər barrelin ən azı 1 dollar baha satılmasını təmin etdiyinə görə, bu layihənin tezliklə reallaşdırılmasına maraq yüksək idi. Azərbaycan BakıSupsa boru kəmərinin tikintisində meydana çıxmış maliyyə problemləri ilə bağlı məsələdə qətiyyətli mövqe tuturdu. Layihənin qiymətləndirilməsində xarici şirkətlərin səhvə yol verdiyini vurğulayan ARDNŞ-in birinci vitseprezidenti İ.Əliyev Qərb marşrutunun tikintisi başa çatanadək ABƏŞ və Azərbaycanın əlavə xərclərin ödənilməsi üzrə razılığa gəlməyəcəyi təqdirdə məsələnin beynəlxalq

arbitraj məhkəməsində həll ediləcəyini bildirirdi (13, 21). İ.Əliyev qeyd edirdi ki, Qərb marşrutunun bərpası Şimal boru kəməri ilə müqayisədə daha çox xərc tələb etsə də, Gürcüstan ərazisi ilə neftin nəqletmə tarifləri aşağı olduğuna görə hər iki boru kəməri iqtisadi baxımdan eyni dərəcədə sərfəli idi. Lakin Qərb marşrutu üzrə xərclərin iki dəfəyə qədər artması vəziyyəti əsaslı şəkildə dəyişirdi (13, 21). Bu isə Azərbaycanı qane etmirdi. Çünki belə halda boru kəmərinin iqtisadi səmərəliliyi aşağı düşür və Azərbaycanın gəliri azalırdı. Qərb boru kəmərinin xərclərinin ödənilməsi məsələsində razılıq əldə olunmasa da, konsorsium onun tikintisində qətiyyət göstərdi və 1998-ci ilin sonunda işi əsasən başa çatdırdı. Artıq dekabrın 10-da Bakı-Supsa kəmərinin “Əsrin müqaviləsi” çərçivəsində hasil olunmuş ilkin neft ilə doldurulmasına başlanıldı (6).

Boru kəmərinin doldurulmasına bir neçə ay tələb olunurdu. Həmin müddət ərzində Supsa terminalının inşası başa çatdırılmalı idi. Bütün işlərin 1999-cu ilin aprelində yekunlaşdırılması nəzərdə tutulurdu. Tikinti işləri qrafik üzrə aparılırdı. Gürcüstan boru kəməri şirkətinin 1999-cu il fevralın 20-də yaydığı bəyanatda Supsa limanında üzən neftvurma terminalının quraşdırılmasının sona çatdığı bildirilirdi (8). Sahildən 3 km aralı inşa edilmiş və dənizdə ən güclü qasırğaya davamlı olan terminalda tutumu 150 min tona çatan tankerlərin neftlə doldurulması mümkün idi. 1998-ci ilin dekabrında Səngəçal terminalından vurulan xam neft 1999cu il martın 11-də Supsa terminalına çatdı (19). Burada neftin çənlərə doldurulması ilə BakıSupsa ixrac boru kəmərinin fəaliyyətə başlaması üçün son hazırlıq işlərinə start verildi. Aprelin 17-də Supsada

27


ictimai - siyasi, elmi - populyar jurnal

İXRAC MARŞRUTLARININ ŞAXƏLƏNDİRİLMƏSİ: BAKI-SUPSA NEFT BORU KƏMƏRİ

28

Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb ixrac boru kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi oldu (9). Beləliklə, nəinki Azərbaycanın, bütün Xəzər dənizi regionunun neft ehtiyatlarının dünya bazarına çıxarılması üçün böyük əhəmiyyət kəsb edən mühüm layihənin icra olunması uğurla başa çatdırıldı. BakıSupsa neft boru kəmərinin istifadəyə verilməsi “Əsrin müqaviləsi”nin həyata keçirilməsində ciddi addım idi. Texniki göstəricilərinə görə regionda fərqlənən Qərb boru kəmərinin uzunluğu 827 kilometrdir. Diametri 530 mm olan kəmərin 772 kilometrlik hissəsi yeni polad borulardan çəkilmiş, qalan 55 kilometrlik sahəsi isə əsaslı təmir olunmuşdur. Boru kəmərinin sabit fəaliyyətinin təmin edilməsi üçün 6 nasos və 2 təzyiqazaldan stansiya quraşdırılmışdır (7). İllik nəqletmə gücü 5,1 milyon ton (gündəlik ötürmə qabiliyyəti 115

Yanvar-Fevral 2013 № 01 (13)

min barrel) olan Qərb boru kəmərindən axan neftin qəbul edilməsi məqsədilə Supsa terminalında hər birinin tutumu 250 min barrel (ümumi həcmi 400 min ton) təşkil edən 4 neft çəni tikilmişdir (10). Bakı-Supsa neft kəməri Azərbaycan və Gürcüstanın iqtisadi və siyasi inkişafında mühüm rol oynayır. Regionda investisiya qoyuluşunun artmasında, sosial rifahın yüksəlməsində, siyasi sabitliyin təmin olunmasında Qərb boru kəmərinin özünəməxsus yeri var. Onun inşa olunmasında iştirak edən 4 min nəfərdən artıq işçinin 70 faizi Azərbaycan və Gürcüstan vətəndaşları olmuşdur (10). Boru kəmərinin neft şirkətləri üçün iqtisadi səmərəliliyi müəyyən olunmuş nəqletmə tarifləri ilə şərtlənirdi. Əgər Novorossiysk limanına çıxan Şimal boru kəməri ilə hər ton neftə görə tarif 15, 67 dollar təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə 1 ton neftin nəqletmə tarifi 3,14 dollar (1 barrelə görə isə 0,43 dollar) idi. Həmin tranzit tarifinin hər ton neft üçün 1,20 dolları (hər barrel üçün

0,17 dollar) Gürcüstanın, qalanı isə Azərbaycanın payına düşürdü (10, 14, 17). Beləliklə, Şimal marşrutu ilə müqayisədə daşınma tariflərinin xeyli aşağı olması Qərb boru kəmərinin rəqabət qabiliyyətini ciddi şəkildə artırırdı. Buna görə də Bakı-Supsa ixrac boru kəmərinin istifadə olunması həm xarici neft şirkətləri, həm də Azərbaycan üçün iqtisadi baxımdan sərfəli idi. Hesablamalara görə, neftin Qərb boru kəməri ilə ixrac edilməsi o zamankı qiymətlərlə Azərbaycana ildə 70-100 milyon dollar qənaət etməyə imkan yaradırdı (17). Eyni zamanda, BakıSupsa marşrutu üzrə tariflər neft ixracatçıları üçün sərfəli olduğu kimi, tranzit ölkələrinin də mənafelərinə uyğun gəlirdi. Belə ki, ARDNŞ-in prezidenti N.Əliyevin fikrincə, bu boru kəməri ilə ildə 5 milyon ton neftin nəql olunması “Azərbaycana 10 milyon, Gürcüstana isə 7 milyon ABŞ dolları iqtisadi mənfəət gətirəcəkdi” (10). Neft boru kəmərinin iqtisadi əhəmiyyəti, əlbəttə ki, yalnız onun tranzit gəlirləri ilə məhdudlaşmırdı.

Layihənin uğurla gerçəkləşdirilməsi daha çox “Əsrin müqaviləsi”nin sürətlə həyata keçirilməsinə əlverişli şərait yaradırdı. Bununla yanaşı, ikinci ixrac boru kəmərinin istifadəyə verilməsi Xəzər dənizi hövzəsində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və mənimsənilməsinə dair imzalanmış digər müqavilələrin yerinə yetirilməsinə əlavə stimul verirdi. Çünki dünya bazarına çıxış imkanlarının genişlənməsi yeni investisiya qoyuluşuna təkan verir, habelə iqtisadi inkişafın sürətlənməsinə və sosial rifahın yüksəlməsinə yol açırdı. Qərb boru kəmərinin iqtisadi əhəmiyyəti ilə siyasi və geostrateji rolu bir-birini tamamlayırdı. Onun reallaşdırılmasına böyük diqqət yetirən ABŞ Prezidenti Bill Klinton Bakı-Supsa neft boru xəttinin rəsmi açılış mərasiminin iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd edirdi: “Bakı-Supsa xəttinin açılışı çoxdan gözlənilən məqsədi – Xəzər regionunun neft və qazını dünya bazarlarına çatdırmaq üçün neft kəmərləri şəbəkəsi yaradılması məqsədinin həyata keçirir. Bununla bərabər, həmin boru kəmərlərinin faydası enerji sektorunun çərçivəsindən çox-çox kənara çıxır. Bu xətt Şərq-Qərb dəhlizinin təməl daşı olacaq və bütün Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək edəcəkdir” (9). Göründüyü kimi, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə Xəzər dənizi ilə Qara dəniz


GEOSTRATEGİYA

hövzələrini birləşdirən Qərb boru kəməri hər iki ölkənin iqtisadi inkişafı və regionda siyasi mövqelərinin möhkəmlənməsində, habelə Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əlaqələrinin genişlənməsində Cənubi Qafqazın rolunun artırılması baxımından mühüm amil kimi çıxış edirdi. Boru kəmərinin yalnız Azərbaycanın neft sənayesinin deyil, bütün iqtisadiyyatının inkişafında əhəmiyyətini vurğulayan Prezident Heydər Əliyev onun region ölkələrinin geosiyasi mövqelərinin möhkəmlənməsinə təsir göstərəcəyini də qeyd edirdi. Heydər Əliyev BakıSupsa Qərb neft ixrac boru kəmərini “Gürcüstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın parlaq misalı”, “Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfə” kimi səciyyələndirirdi (10). Gürcüstan Prezidenti

Eduard Şevardnadze də eyni mövqedən çıxış edirdi. O, Qərb boru kəmərinin və Supsa terminalının açılış mərasimindəki nitqində bildirmişdir ki, “Gürcüstan Bakı-Supsa layihəsini heç də təkcə iqtisadi fayda baxımından qiymətləndirmir, hərçənd bu layihə minlərlə iş yeri və milyonlarla dollar sərmayə deməkdir. Bu layihə onun həyata keçirilməsi gedişində yaranmış geniş regional kooperasiyanın və əməkdaşlığın parlaq nümunəsi kimi daha əhəmiyyətlidir” (10). Beləliklə, ixrac boru kəməri layihəsinin uğurla icra olunması region ölkələrinin sosial-iqtisadi və siyasi həyatına, geostrateji mövqelərinə mühüm təsir göstərirdi. Tikinti işlərinin gedişində ABƏŞ ixrac boru kəmərinin büdcəsini 590 milyon dollara qaldırsa da, Qərb marşrutunun açılış mərasimində ARDNŞ-

in prezidenti N.Əliyev layihənin dəyərinin 565 milyon dollar olduğunu bildirdi (10). Xarici neft şirkətləri konsorsiumu nümayəndələrinin verdiyi məlumata görə isə büdcənin daha 30 milyon dollar azaldılaraq 535 milyon dollara endirilməsinə baxmayaraq, yekun məbləğ yenə də Azərbaycan tərəfini qane etmirdi (16). Buna görə də əlavə xərclərin ödənilməsi ilə bağlı məsələ açıq qalırdı. Müzakirələrin gedişində ARDNŞ problemin həlli variantlarından biri kimi, əlavə xərclərin üçüncü tərəfin neftinin nəql olunması hesabına ödənilməsini təklif edirdi (15). Lakin Qərb marşrutunun üstünlüklərindən tam yararlanmaq niyyətində olan ABƏŞ onun bütün gücündən istifadə etmək qərarını bildirərək, digər tərəflərin, yəni ARDNŞ, quruda fəaliyyət göstərən müştərək müəssisələr, Qazaxıstan və

Türkmənistanın bu kəmərlə neft tranziti imkanlarını istisna etdi (16). Digər tərəfdən, BakıNovorossiysk xəttində teztez baş verən terror aktları və müxtəlif qəzalar nəticəsində yaranan fasilələr neft ixracatçıları üçün Bakı-Supsa marşrutunun əhəmiyyətini artırırdı. 1999-cu ilin apreliyul aylarında Şimal boru kəmərinin fəaliyyətindəki boşdayanmalar xarici neft şirkətləri konsorsiumunu hasil olunan bütün nefti Qərb marşrutuna yönəltməyə sövq edən əlavə təkan oldu. Artıq həmin müddət ərzində ABƏŞ Bakı-Supsa boru kəməri ilə 1 milyon 220 min ton neft ixrac etmişdi. İlin sonuna qədər ixracın həcminin üç dəfədən çox artması gözlənilirdi (12). Buna görə də ARDNŞ özünün və digər tərəflərin neftini Şimal marşrutu ilə Novorossiysk limanına göndərməyi daha məqbul hesab edirdi (4). Bakı-Supsa boru kəmərinin texniki-iqtisadi baxımdan sərfəli olması ABƏŞ-in bu marşrutun imkanlarından maksimum istifadə etməsini şərtləndirirdi. Lakin 2005-ci ildə Bakı-TbilisiCeyhan neft kəmərinin istifadəyə verilməsi və son illərdə “Əsrin müqaviləsi” çərçivəsində hasilatın səviyyəsinin aşağı düşməsi Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin azlmasına səbəb oldu. Əgər 2012-ci ildə Bakı-Supsa marşrutu ilə 4 milyon ton neft ixracı planlaşdırılırdısa, həmin boru xətti ilə nəql olunan neftin həcmi 2 milyon 742 min ton təşkil etdi (22, 23). Qərb boru kəmərinin fəaliyyətə başlaması Azərbaycan neftinin ixrac

29


ictimai - siyasi, elmi - populyar jurnal

İXRAC MARŞRUTLARININ ŞAXƏLƏNDİRİLMƏSİ: BAKI-SUPSA NEFT BORU KƏMƏRİ

30

QEYDLƏR:

infrastrukturunun inkişafına mühüm töhfə idi. Şimal boru kəməri ilə paralel fəaliyyət göstərən Qərb marşrutu böyük uğurla onunla rəqabət aparırdı. Bakı-Supsa boru xəttinin kommersiya baxımından üstünlükləri Rusiya mətbuatı tərəfindən də vurğulanırdı. Ənənəvi olaraq Rusiyanın maraqlarını ifadə edərək bu ölkənin ərazisindən keçən ixrac boru kəmərlərinin məqsədəuyğunluğunu əsaslandıran Moskva qəzetləri həmin günlərdə Bakı-Supsa marşrutunun işə düşməsinə böyük diqqət yetirirdi. “Nezavisimaya qazeta”, “Kommersant” və sair qəzetlər Bakı-Supsa neft kəmərinin iqtisadi baxımdan səmərəli olduğunu qeyd edirdilər. “Nezavisimaya qazeta” yeni neft boru xəttinin “Azərbaycan neftini çıxaran şirkətlər üçün çox cazibədar” olmasını göstərir, “Kommersant” qəzeti isə “neft vurulmasının daha qısa olan yeni yolla qiyməti 5-7 dəfə aşağı olacağından Rusiyanın ildə 30 milyon dollardan çox qazanmaq imkanını itirəcəyini” oxucuların nəzərinə çatdırırdı (11). Yanvar-Fevral 2013 № 01 (13)

Beləliklə, Azərbaycan ilə Gürcüstan arasında ilkin neftin nəqlinə dair 1996-cı ilin mart ayında imzalanmış hökumətlərarası saziş üç il ərzində icra olundu. Bakı-Supsa ixrac boru kəməri bütün tərəflərin iqtisadi maraqlarına cavab verən marşrut kimi fəaliyyətə başladı. Boru xətti iqtisadi-maliyyə dividentləri ilə yanaşı, region ölkələrinin geosiyasi çəkisinin artmasına, sülh və təhlükəsizliyin təmin olunmasına öz təsirini göstərdi. Bakı-Supsa boru kəmərinin istifadəyə verilməsi ŞərqQərb enerji və nəqliyyatkommunikasiya dəhlizinin inkişafına öz töhfəsini verdi. Nəhayət, Qərb boru xətti Şimal marşrutu ilə yanaşı əsas ixrac boru kəmərinin həyata keçirilməsi yolunda model rolunu oynadı. Bu marşrutların istismarı prosesində texniki, iqtisadi, təhlükəsizlik və s. sahələrdə əldə olunan təcrübə gələcəkdə böyük neftin ixracı ilə bağlı müxtəlif məsələlərin həllində mühüm əhəmiyyət kəsb edirdi.

1. Əsrin müqaviləsi. Bakı, 1996. 2. Heydər Əliyev. Azərbaycan nefti dünya siyasətində, IV kitab. Bakı, 1997. 3. Ильхам Алиев. Каспийская нефть Азербайджана. Москва, 2003. 4. “Avrasiya” qəzeti, 7 may 1999-cu il. 5. “Xalq qəzeti”, 17 aprel 1997-ci il. 6. “Xalq qəzeti”, 11 dekabr 1998-ci il 7. “Xalq qəzeti”, 17 dekabr 1998-ci il. 8. “Xalq qəzeti”, 21 fevral 1999-cu il. 9. “Xalq qəzeti”, 18 aprel 1999-cu il. 10. “Xalq qəzeti”, 20 aprel 1999-cu il. 11. “Xalq qəzeti”, 23 aprel 1999-cu il. 12. “Xalq qəzeti”, 10 iyul 1999-cu il. 13. “Mülkiyyət” qəzeti, 1723 iyun 1998-ci il. 14. “Mülkiyyət” qəzeti, 1724 noyabr 1998-ci il. 15. “Mülkiyyət” qəzeti, 1522 dekabr 1998-ci il. 16. “Mülkiyyət” qəzeti, 25 mart-1 aprel 1999-cu il. 17. “Mülkiyyət” qəzeti, 2027 aprel 1999-cu il. 18. “Panorama” qəzeti, 6 dekabr 1996-cı il. 19. “Respublika” qəzeti, 12 mart 1999-cu il. 20. Газ. “Неделя”, 08 мая 1998 года. 21. Газ. “Неделя”, 12 июня 1998 года. 22. Газ. “Зеркало”, 28 декабря 2012 года. 23. Газ. “Эхо”, 8 января 2013 года.

Açar sözlər: Bakı-Supsa, Supsa terminalı, boru kəməri, Qərb marşrutu, Səngəçal terminalı Ключевые слова: Баку-Супса, Супсинский терминал, трубопровод, западный маршрут, Сангачальский терминал Keywords: Baku-Supsa, Supsa terminal, pipeline, western route , Sangachal terminal РЕЗЮМЕ В статье освещаются вопросы строительства нефтепровода Баку-Супса. Успешное завершение этого проекта явилось важным вкладом в процесс диверсификации экспортных маршрутов энергоресурсов Каспийского бассейна. Начало функционирования нефтепровода БакуСупса способствовало укреплению геополитической позиции Азербайджана. Summary The article clarifies information about the construction of Baku-Supsa oil pipeline. Successful realization of this project was the important contribution to the diversification of exportation routes of the energy resources of the Caspian basin. The launch of Baku-Supsa oil pipeline strengthened the geopolitical position of Azerbaijan.


www.azinterpartlayish.com

GEOSTRATEGİYA

23


ictimai - siyasi, elmi - populyar jurnal

MİNERAL-XAMMAL RESURSLARI SEKTORU DÜNYA İQTİSADİYYATINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏRİN MƏRKƏZİNDƏ DURUR

Ağır sənaye MİNERAL-XAMMAL RESURSLARI SEKTORU DÜNYA İQTİSADİYYATINDA BAŞ VERƏN DƏYİŞİKlİKLƏRİN MƏRKƏZİNDƏ DURUR

32

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlmə baş verdi və taleyönlü problemlərin həlli istiqamətində inamlı addımlar atılmağa başlanıldı və qısa bir zaman ərzində dövlət müstəqilliyimizin dayanıqlığına nail olundu. 90-cı illərin sonlarından etibarən ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşməsi baş verdi, ölkə siyasi və iqtisadi böhrandan çıxmaq istiqamətində ciddi islahatlar keçirməyə başladı. Yanvar-Fevral 2013 № 01 (13)

Əsası o illərdə qoyulan islahatların nəticəsidir ki, hazırda ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Artıq Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatcısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. 2009-cu ildə dünyada baş verən iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artım davam etmişdir. Təbii ki, bu da ölkəmizin rəhbərliyi tərəfindən seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında ölkədə qeyri neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulur.

Azər Şükürov Dağ-mədən mühəndisi

Bəlli olduğu kimi, yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillərdəndir. Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində respublika ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiyasına geniş imkanlar açır. Bununla əlaqədar, son dövrlərdə ölkə mətbuatında respublikamızda dağmədən sənayesinin inkişaf perspektivləri barədə bir sıra yazılar çap olunaraq araşdırmalar aparılır. Hazırkı qloballaşma dövründə biz dünya iqtisadiyyatının mövcud vəziyyətinə nəzər salsaq, həqiqətən görərik ki, dağmədən sənayesi burada aparıcı rol oynayır. Dünya iqtisadiyyatında son 10-15 ildə dağ-mədən işləri nəzərə çarpacaq dərəcədə artıb və o, qlobal iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Qeyd edək ki, 2005-ci ildə Azərbaycanda bu sahə 24-cü yerdə bərqərar olunmuşdu. Hazırda isə şirkətlərin


GEOSTRATEGİYA

investisiya qoyulmasına görə, dağ-mədən sənayesi artıq 5-ci yerə yüksəlib. Əgər biz dünyada dağmədən sənayesinin inkişafı yollarını nəzərdən keçirsək, olduqca maraqlı bir mənzərəni müşahidə etmiş olarıq. Hazırda bu sahədə inkişaf etmiş ölkələr: Çin, ABŞ, Rusiya, Avstraliya, Braziliya, Hindistan, CAR və Kanadadır. Dünyada eyni zamanda 30-dan artıq mineral hasil edən 10 ölkə mövcuddur. Hal-hazırda dağ-mədən sənayesinin əsas istehlakçısı Çindir. Çində bu sahədə gəlir təkcə 2011-ci ildə 25%-dən 27%-ə yüksəlib, bununla yanaşı Cənubi Amerikada azalma baş verib. Bir sıra yüksək inkişaf etmiş dövlətlər (ABŞ, Kanada, Avstraliya) nəhəng ehtiyatlı faydalı qazıntı yataqlarına malik olmaqla, həm də ayrı-ayrı mineral xammalın çıxarılmasına görə lider dövlətlərdir. Avropada nisbətən inkişaf etmiş dağ-mədən sənayesi olan ölkələr Bolqarıstan, Hollandiya, Danimarka və Norveçdir. Bolqarıstanda əsasən dəmir, qurğuşun, sink və mis filizi yataqları istismar olunur. Hollandiyanın, Danimarkanın xüsusən də Norveçin dağ-mədən sənayesi əsas etibarı ilə

neft-qaz yataqlarının payına düşür. Artıq əminliklə qeyd etmək olar ki, dağ-mədən sənayesində yeni bir era başlamışdır. Dünya sənayesində qara, əlvan və nadir metallara olan təlabat artmaqdadır. Tələbat isə inkişaf etməkdə olan bazarın artım dinamikası ilə müəyyən olunur. Metallara olan tələbat ilk növbədə Çində avtomobilqayırma, gəmiqayırma və infrastrukturaya günbəgün artan xammal tələbatı ilə müəyyən olunur. Məhz Çində metallara olan tələbat dünyada metalların qiymətinin sıçrayışına səbəb olmuşdur. Şimal qonşumuz Rusiyada hazırda dağ-mədən sənayesi ölkə iqtisadiyyatının özəyini təşkil edir. Dövlət büdcəsinin 60-70%-ə qədəri təbii ehtiyatlar hesabına formalaşır. XXI əsrin əvvəllərində Rusiyanın sosial-iqtisadi inkişafında mineral-xammal kompleksinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda Rusiyada ictimai təşkilat statuslu Dağ-Mədən Akademiyası fəaliyyət göstərir. Akademiyada Rusiyada dağ-mədən işi üzrə ən sanballı elm adamları olan elita cəmləşir. Ümumiyyətlə, dünya iqtisadiyyatında baş verən hadisələr sübut edir ki,

dağ-mədən sənayesi böyük gələcəyi olan sahədir. Çox da böyük ehtiyatlı mineral xammal bazası olmayan Almaniya kimi inkişaf etmiş ölkə üçün dağ-mədən sənayesi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı nəhəng mineral resurslara malik olan Rusiya, Qazaxıstan və Monqolustan kimi ölkələr faydalı qazıntıların çıxarılması və emalı üçün sənaye partnyorları axtarırlar. Bu sahə ilə məşğul olan alman şirkətləri öz müştərilərini ən müasir dağ-mədən avadanlıqları və istehsalat vasitələri ilə təmin edir və əlavə sifarişlər gözləyirlər. Dünyanın bir çox ölkələrindən (Rusiya, Qazaxstan və s.) son zamanlar Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyinə İdarəetmə Kadrlarının Hazırlığı Proqramı çərçivəsində dağ-mədən işləri üzrə mütəxəssislər gəlir. Proqramın iştirakçıları alman istehsalı olan avadanlıqlarla yerində tanış olurlar. Bundan əlavə iştirakçılar müasir ekoloji standartları və faydalı qazıntı çıxarılan zonaların landşaftının bərpa olunmasına olan tələbləri mənimsəyirlər. Beləliklə, mineral-xammal

resursları sektoru dünya iqtisadiyyatında baş verən dəyişikliklərin mərkəzində durur. Resurslar sahəsində gözlənilən tələbata böyük investisiyaların qoyulması, həm də mühəndis və texnik mütəxəssislərə olan tələbatın artacağı gözlənilir. Artıq indinin özündə belə bu sahədə ixtisaslı mühəndis kadrların çatışmamazlığı hiss olunmaqdadır. Təcrübəli menecerlərin çatışmaması ucbatından bəzən bu sahədə iri kapital tutumlu layihələrin həyata keçirilməsini ləngiyir. Mineral-xammal sektorunda bazarların tənzimlənməsi və yeni texnologiyaların meydana çıxması nəticəsində yeni strukturların yaranması zərurəti meydana çıxır. Bu da mineral-xammal sektorundakı şirkətlər üzərində dövlətin nəzarətinin güclənməsi zərurətini ortaya qoyur. Müasir dünyada dağmədən sənayesinin yüksəlişi bilavasitə infrastrukturun inkişafı ilə bağlıdır. Adətən infrastrukturdan söz düşəndə bir qayda olaraq nəqliyyat sisteminin şəbəkəsini nəzərdə tuturuq. Lakin həyat göstərir ki, uzunmüddətli iqtisadi inkşaf üçün həm istehsalat sahəsinin, həm də sosial sferanın inkişafına iri

33


ictimai - siyasi, elmi - populyar jurnal

MİNERAL-XAMMAL RESURSLARI SEKTORU DÜNYA İQTİSADİYYATINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏRİN MƏRKƏZİNDƏ DURUR

34

investisiyaların qoyulması olduqca zəruridir. Bu məqsədlə qoyulan investisiyalar qısa müddətdə özünü doğruldur. Məsələn: Çin 2000-ci ildən başlayaraq, infrastruktura ümummilli məhsulun 8-10%-i, Hindistan 4-6%-ə qədərini investisiya qoyur. Rusiyada bu rəqəm 1%-ə qədərdir. Hazırda Çinin və Hindistanın iqtisadi yüksəlişi göz qabağındadır. Dünyada artıq baş vermiş olan maliyyə-iqtisadi böhranı həm siyasətçilərin, həm də iqtisadçıların diqqətini infrastruktur problemlərinə və onun uzun müddətli davamlı iqtisadi artımının təmin olunmasındakı roluna cəlb etmişdir. Artıq infrastruktura investisiyalarına iqtisadi yüksəliş və yeni iş yerlərinin açılması baxımından zəruri bir mexanizm kimi baxılır. İnvestisiya infrastrukturları həm də resursların və iş yerlərinin yenidən bölüşdürülməsinin ideal yolu hesab edilir. Bu baxımdan hesab edirik ki, böyük mineral xammal ehtiyatlarına malik olan ölkəmizdə dağmədən sənayesinin inkişaf

Yanvar-Fevral 2013 № 01 (13)

etdirilməsi Azərbaycanın iqtisadi inkişafının dayanıqlı olmasını təmin etmiş olardı. Hər bir dövlətin dünya bazarına uğurlu gəlişini və əməyin qlobal bölgüsündə iştirakını onun milli iqtisadiyyatının rəqabət qabiliyyətli olması və onun beynəlxalq keyfiyyət standartlarına uyğunluğundan asılılığı ilə səciyyələndirmək olar. Bu məqsədlərin yerinə yetirilməsi isə ilk növbədə kadr hazırlığından asılıdır. Yəni Azərbaycan dağ-mədən sənayesinin inkişafı bu sahə üzrə yerli kadrların hazırlanması ilə sıx əlaqədardır. Əvvəllər bu sahə üzrə Azərbaycanda bir ali məktəb (keçmiş Azərbaycan Neft-Kimya İnstitutu) və iki texnikum fəaliyyət göstərirdi. Keçmiş SSRİ-də kadrların hazırlığı, yenidən hazırlığı, ixtisaslaşdırma, kadrların seçilməsi və yerləşdirilməsi dağ-mədən sənayesinin idarə olunması və işinin təşkilinin əsas hissəsi hesab olunurdu. O zaman dağmədən sənayesi üçün 48 ali məktəb, 151 texnikum və 295 peşə məktəbləri kadr hazırlayırdı. Dağ-mədən sənayesində

əsasən yeni fəhlə kadrları və onların ixtisaslaşdırılması demək olar ki, bilavasitə istehsalatda aparılırdı. Rəhbər kadrların ixtisasartırması üçün isə sahə ixtisasartırma institutları fəaliyyət göstəriridi. Hesab edirik ki, Azərbaycan dağ-mədən sənayesinin inkişaf etdirilməsi məqsədi ilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələlərdir. Bu sahədə idarəetmənin və menecmentin mənimsənilməsi üçün mütəxəssislərin qabaqcıl dünya ölkələrinə göndərilməsi çox faydalı olardı. Gündən-günə sürətlənən qloballaşma prosesi dağmədən sənayesinin rolunu və əhəmiyyətini artırır. Bu sahə Azərbaycan Respublikasının sosial, iqtisadi və mədəni inkişafı üçün prioritetlərdəndir. Hazırda dünyanın əksər ölkələrində bilik və bacarıq daşıyıcılarının əsas hissəsinin məhdud dairədə konsentrasiyası sahəsində qabaqcıl ideyalar meydana çıxır. İnkişaf etmiş ölkələrdə bu, texnoparklar formasında reallaşır. Azərbaycan Respublikası Preziden-

tinin 4 may 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında 2009-2015ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da qeyd edilmişdir ki, qloballaşma dövründə İnformasiya Cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşması çox zəruri məsələdir. Hesab edirik ki, ölkəmizdə dağ-mədən sənayesinin inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun olaraq həyata keçiriləcəkdir. Dağ-mədən sənaye müəssisələrində innovasiya yönümlü texnologiyalar tətbiq olunacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. Dağ-mədən sənayesi inkişaf etmiş iqtisadi zonaların yaradılması da ölkəmiz üçün çox faydalı olardı. Düşünürük ki, Azərbaycanda dağ-mədən sənayesinin gələcək inkişafı bir sıra qabaqcıl Avropa ölkələrindəki kimi dövlətin nəzarəti altında olmalı və iri dövlət müəssisəsi tərəfindən idarə edilməlidir.


GEOSTRATEGİYA

Sosium ALİ məktəbdə professor vəzİfəsİ

Ali təhsil prosesində həm subyekt (müəllim), həm də obyekt (tələbə) insandır. Bu prosesdə obyekt və subyekt arasında intellektual səviyyələrin nisbəti nə qədər çox olarsa, ali məktəb ideala bir o qədər yaxın olar. Bu şərti qorumaq üçün Qərbdə professor vəzifəsinə fövqalədə önəm verilir və mühazirə oxumaq ancaq və ancaq ona etibar edilir. Üstəlik, bir qayda olaraq professor tədqiqatçı və ya elmi məktəbi olan alim olmalıdır ki, bir tərəfdən dərin mühazirə oxusun, digər tərəfdən yuxarı kurs

tələbələrini elmə cəlb edə bilsin. Belə olan halda talantlı tələbələr həyatda "itməzlər", əksinə alimin ardınca elmə gedərlər. Professorun elmi potensialından maksimum istifadə etmək üçün onun mühazirələrini 100-200 nəfərlik geniş auditoriyada təşkil etmək lazımdır. Bu böyük qüsurdur ki, bəzən bizim professorlar 1520 nəfərə dərs deyir. Hər halda adlı-sanlı professorun mühazirələrindən 15-20 nəfər tələbə yox, 100-200 nəfər tələbə bəhrələnməlidir. Bu həm iqtisadi

cəhətdən, həm də məntiqi baxımdan əhəmiyyətlidir. Universitetlərin reytinqini müəyyən edən mərkəzlər bu parametrə xüsusi diqqət verirlər. Deməli, ali məktəblərin sayı və ya ali təhsillə əhatə əmsalı ölkədəki professorların sayına bağlanmalıdır. Yeri gəlmişkən qeyd edim ki, ümumiyyətlə ölkəmizdə elmi rütbə və vəzifələrdə bir dolaşıqlıq var. Bunun səbəbi Sovet keçmişimizlə bağlıdır. Sovet dönəmində iki elmi rütbədən istifadə edilirdi: elmlər namizədi və elmlər doktoru. Hesab edirəm ki,

Şahlar Əsgərov Professor, Əməkdar Elm Xadimi

dolaşıqlığın səbəbi də budur. Çünki ikinci rütbəyə ehtiyac yoxdur. Alim alimdir. Alimin böyüyü və kiçiyi olmaz. İki pilləlik alim adını hörmətdən salır və ona ictimai-siyasi diqqəti azaldır. Alimlərin bəziləri öz intellektual səviyyəsinə, əməksevərliyinə, elmi məktəb yaratmağına görə fərqlənirlər. Adətən Qərbdə belə alimləri universitet rəhbərliyi professor vəzifəsinə dəvət edir və onlara (ancaq onlara) böyük auditoriyalarda mühazirə oxumaq etibar edilir. ABŞ-da professorun ictimai statusu Qərb ölkələrindəkindən də yüksəkdir. Bəzən universitet professoru ali dövləti vəzifəyə dəvət edilir və ya əksinə, ölkəni idarə edən şəxs vaxt çatanda universitetlərə professor vəzifəsinə gedir. Millətin professor korpusu onun düşünən beyni və görən gözüdür. Hər bir professor unikal zəka sahibidir. Professorun biliyi, dünyagörüşü ona imkan verir ki, keyfiyyətli mühazirə oxumaqla bərabər, həm də yeri gələndə milli mənafe ilə bağlı düz qərarların qəbulunda iştirak edə bilsin. Bu adətin mənasını bilmədiyimizdən həmin nalı çox vaxt biz də tərsinə, üzüaşağı vururuq. Cünki

35


ictimai - siyasi, elmi - populyar jurnal

ALİ məktəbdə professor vəzİfəsİ

36 formanı götürürük, amma məzmuna fikir vermirik. Bu fikir çox yerdə, həm də universitet professoru vəzifəsində də görünür. Ali məktəb müəllimi tələbədən bir neçə dəfə yox, 100 dəfələrlə çox biləndə ona mühazirə deməyi etibar etmək olar. Belə olan halda bilik öyrədəndən öyrənənə tərəf axa bilər, gənclər elmin cətin və sehrli yolları ilə tanış ola bilərlər. Amerikada Nobel mükafatçılarının universitetlərə cəlb edilməsinin hikməti də bundadır. Bu nisbət 3050 arasında olanda təhsil müəssisəsini texnikum, kollec adlandırmaq olar. Bu nisbət 10 olanda belə təhsil müəssisəsini texnikipeşə məktəbi saymaq olar. Bu şərtlər qorunmazsa, onda istənilən texniki-peşə Yanvar-Fevral 2013 № 01 (13)

məktəbini də universitet adlandırmaq olar. Bu şərti qoruya bilmədiyimiz üçün biz dünyanın birinci 5000 unversitetləri sırasında yer ala bilmirik. Bu işdə qüsurumuz böyükdür. Universitetləri formaca yaradırıq, məzmununu düz qura bilmirik. Haşiyə: Yaşı 50 ildən çox olan universitetlər üçün Qərb universitetlərinin magistr pilləsini qutaranlara universitetlərimizdə mühazirə oxumaq hüququ vermək bağışlanılmaz səhvdir. K.Yaspers bunu nəzərdə tutaraq yuxarıdakı fikri soyləmişdir. İndiki dövrdə Təhsil Nazirliyinə tabe olan ali məktəblərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır, amma bu şərtlə

ki, professor vəzifəsi beynəlxalq standartlara cavab versin. Bir neçə dəfə söylədiyim bir fikri təkrarlamaq istəyirəm: "ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış qapılarını isə daraltmalıdırlar". Əgər gənclərin ali təhsillə əhatə əmsalı 50 % olarsa (Monqolustan səviyyəsi), onda bizim tələbələrin sayı 350 mindən çox olmalıdır. Gələcək illər üçün ali təhsillə əhatə əmsalı ilə bağlı hədəfimizin 50 % olması qaçılmaz arzumdur. Hər il ölkəmizdə orta məktəbi 130 minə qədər gənc bitirir. Əgər bunların 50%-i ali məktəblərdə təhsil alsalar, onda tələbələrimizin ildə sayı 65 min nəfər olar. Hər il bu qədər gəncə təhsil verə bilən ali təhsil sistemi qurulmalıdır. Bu işin uğuru istəkdən, puldan asılı deyi,

professorların sayından asılıdır. Çünki ali məktəbdə mühazirələri professorlar, məşgələ və seminarları isə sahələr üzrə fəlsəfə doktorları aparmalıdırlar. Bu şərtlər ödənilməyəndə universitet kollec səviyyəsinə enir. Sonda bir məsələyə də toxunmaq istəyirəm. Çağdaş dövrümüzdə çox talantlı ifaçılara (sənətçilərə) professor adı verirlər. Belə insanlara hörmət və ehtiramla yanaşaraq qeyd etmək istəyirəm ki, onlara elmi ad və vəzifə vermək məntiqi baxımdan düzgün deyildir. Misal üçün, "Sona bülbüllər"i rəhmətlik Qədir Rüstəmovdan yaxşı oxuyana professor adı vermək olarmı? -sualına mənim cavabım belədir: Qətiyyən yox! İfaçının bu əməyi elmi müstəvidə yox, mədəniyyət müstəvisi üzərində daha yüksək qiymətləndirilməlidir. Elmi adlar, vəzifələr tədqiqatın, araşdırmanın nəticələrinə görə verilməlidir. Daha doğrusu elmi ad qazanılmalıdır, verilməməlidir. Təhsildə, elmdə, professor vəzifəsi beynəlxalq etalondur. Professorun "donquli" və ya "çin variantı" olmamalıdır. Onlar hər yerdə (Moskvada, Ankarada, Londonda və s.) eyni hörmətlə qarşılanmalıdır. Professor rüşvət almamalıdır ki, əli təmiz olsun, öpülə bilsin. Cəmiyyətdə professor elmtəhsil sahələrindən başqa, həm də mənəvi sahəni təmsil etdiyi üçün gənc nəsil üşün örnək olmalıdır.


GEOSTRATEGİYA

İrsimiz AZƏRBAYCAN MUĞAMI

Əgər Şərq xalqlarının çoxəsrlik musiqi mədəniyyətini izləsək ”ənənəvi musiqi” adı ilə tanınan, peşəkar sənət adamlarının şifahi surətdə yaşatdıqları ecazkar nümunələrlə rastlaşmış olarıq. Bu növ musiqi sənətinə İran və Misirdə, eləcə də Türkiyədə makam, Əlcəzair, Suriya və Tunisdənuba, Hindistanda - paqa, Özbəkistan və Tacikistanda - makom, Qazaxstanda – kuy, Türkmənistanda – kyu, İranda və Azərbaycanda muğam dəstgaһlarıda deyirlər. Orta əsr ensiklopedist alimlərin risalələrini nəzərdən keçirdikdə adlarını sadaladığımız bu janrların ümumiyyətlə musiqi məfһumu ilə üst-üstə düşdüyünün şaһidi oluruq. Həqiqətən, mənşəyi etibarilə bağlı, bir kökdən su içən muğam və digər şərq xalqlarının analoji musiqi

mədəniyyəti insanı dünyaya gəldiyi gündən ömrünün sonunadək müşayiət edir. Həmin janrlar əsrlər boyu xidmət etdiyi xalqın dil və təfəkkür tərzinə, ruhuna uyğun şəklə düşür, zövqünə hakim kəsilir. Bu tarixi prosesi XX əsr Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyov izləyərək “Azərbycan xalq musiqisinin əsasları” kitabında yazırdı: "Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış, onun zirvəsindən dünyanın dörd bir tərəfi: Əndənisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür, ictimai-iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar Yaxın Şərq xalqları uçub dağılmış bu “musiqi binasının" qiymətli "parçalarından” istifadə edərək hər xalq ayrılıqda yeni musiqi

HƏCƏR BABAYEVA Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi barigaһı tikmişdir. Belə milli təzaһür formalarından biri olan Azərbaycan muğamları istər xalq, istərsə də peşəkar musiqi nümunələrinin intonasiya əsasını təşkil etmişdir. Həqiqətən, muğamın intonasiya aləmindən kənarda Azərbaycan musiqisi yoxdur. Muğam çalarlarını digər şifaһi ənənəli musiqi sənəti aşıq yaradıcılığında xalq musiqi janrlarında və nəһayət bəstəkar yaradıcılığında belə duymaq çətin deyil. Muğam nədir? Onun һansı forma və struktur xüsusiyyətləri var? Muğamın bölmələri kiçik (üç-dörd səsdən ibarət) intonasiya dönümlərinin aramsız təkrarından və bu təkrarlar zamanı variant dəyişikliklərinə uğramasından, genişlənməsindən əmələ gəlir. Һər bir bölüm beləcə motiv-tezisin şərһilə başlanır, sonra da icraçının improvizasiya qabiliyyətindən asılı olaraq bu üç-dörd səsli özək mövzu xeyli zaman daxilində çalınıb oxunur və başlandığı pərdədəcə bitir. Muğam daxilində yerləşən bu cür tamamlanmış bölümlərə “guşə” deyirlər. Bir neçə guşə muğam şöbəsini əmələ gətirir. Guşələrin һər birinin һəcmi, eləcə də şöbə daxilindəki sayı tamamilə icraçının zövqündən və imkanlarından asılıdır. Muğamlar bir neçə şöbədən ibarət olur. Həmin şöbələr müxtəlif yeknəsəkliklərdə bəmdən zilə doğru yerləşdirilir.

Muğamın һər şöbəsindən sonra ritmik cəһətdən nizamlanmış pyeslər çalıb oxuyur. Şöbələri bir birinə bağlayan belə pyeslərin instrumental ifasına “rəng”, vokal instrumental icrasına isə “təsnif” deyilir. Bu cür improvizasiyalı muğam şöbələrilə metroritmik cəhətdən nizamlanmış nömrələrin ardıcıllaşmasından yaranan təzadlı icra formasına dəstgaһ deyilir. Dəstgaһın əvvəlində “dəraməd” və “bərdaşt” deyilən instrumental bölümlər çalınır. Silsiləni başlayan dəraməd, bir növ, dəstgaһın üvertürası vəzifəsini daşıyır, yəni muğamın əsas şöbələrinin aһəngini özündə əks etdirir. Metroritmik cəһətdən nizamlanmış dəraməd, rəngi xatırlatsa da ondan һəcmcə geniş, məzmunca əһatəlidir. Bərdaşt isə improvizasiya tərzlidir. Adətən bərdaştlar zildən başlanıb muğamın əsas pərdəsi olan "mayə"də tamamlanır. Elə buradan da muğamın adını daşıyan əsas şöbə başlanır. Məsələn, “Rast" dəstgahında mayeyi-rast, “Şur”da mayeyi-şur və s. Azəpbaycan muğam dəstgaһlarını sazəndələr üçlüyü icra edir. Bu ansambla tarzən, kamançaçı və qavalda çalan müğənni – xanəndə daxildir. Təbii ki, üçlüyün başlıca icraçısı xanəndədir. O, öz zövqünə və fərdi imkanlarına görə kompozisiya qurur. Daһa doğrusu, dəstgaһa һansı şöbələrə hansı guşələrin daxil edilməsi,

37


ictimai - siyasi, elmi - populyar jurnal

AZӘRBAYCAN MUĞAMI

38

onların һәcmi, rәng vә ya tәsniflәrin yerlәşdirilmәsini mәһz xanәndə һәll edir. Onun әlindәki qaval (vә ya dәf) bir üzünә balıq dәrisi çәkilmiş dәyirmi ağac һalqadan ibarәt zәrb alәtidir. Xanәndә muğamı oxuyarkәn qavalı üzünә yaxınlaşdırır, sәsinin dinlәyicilәrә yönәlmәsini, rezonanslanmasını tәmin edir. Rәng və tәsniflәrin ifası zamanı isә xanәndә tәrәf müqabillәrini vә özünü qavalla müşayiәt edir. Üçlüyün ikinci iştirakçısı tarzәn, çaldığı alәt isә tardır. Təkrarsız tembr gözəlliyinә, tükənməz virtuoz imkanlara malik olan Azәrbaycan tarı ötәn әsrdә görkәmli sәnətkar Mirzə Sadıq Әsәd oğlu tәrəfindәn İran tarı әsasında tәkmilləşdirilmişdir, Sadıqcan adı ilә tanınan el sәnәtkarı İran tarının simlәrinin sayını beşdәn on birәdәk artırmış, gövdəsini yüngülləşdirib, diz üstdәn qaldıraraq köksә sıxmış, Azәrbaycan tarını

Yanvar-Fevral 2013 № 01 (13)

yaratmışdır. Nәticәdә alәtin tembr və texniki imkanları xeyli artmışdır. Tar – mizrabla çalınan simli alәtdir. Onun sәkkiz rәqәminә bәnzәr gövdәsi böyük vә kiçik çanaqdan ibarәtdir. Çanaqların üzü (yəni ön tәrәfi) dәri ilә örtülür. Kiçik çanağa bәrkidilәn “qol”a – “qrif”ә heyvan bağırsaqlarından һazırlanmış iyirmi iki pərdә bağlanır. Tarın qolu üzәrindәn keçәn simlәr yuxarıdan “aşıq”lar vasitəsilə "kәllә”yә aşağıdan isә böyük çanağın altındakı xәrәyә bağlanır. Tarzәn, xanәndәnin oxuduğu zaman, orqan punktu ilə müşayiәt edər, nәfәsarası solo muğam parçaları çalır, yeni guşәlәrә modulyasiyalar edir. Dәstgaһın icrası bir növ xanәndә ilə tarzәnin dialoqundan ibarət olur. Çünki tar hәr һansı guşəni əvvəlcә instrumental ifa edib, sonra yerini xanәndәyә verir. Muğam şöbәlәrilә növbәlәşәn instrumental pyeslәrdә isә

tarzәn yeganә solistdir. Tarzәn gözәl ansambl duyumuna malik olmalı xanәndәni müşayiәt etməklə yanaşı ona nə zaman nәfәsin dәrmәyә imkan vermәyi, onun fәrdi imkanlaını böyük һәssaslıqla duymalıdır. Üçlüyün daha bir iştirakçısı yayla çalınan kamançanın funksiyası bir qәdәr mәһduddur. Eyni zamanda xanәndәni vә tarzәni müşayiәt edәn kamançaçı nәticә etibarilә mürәkkәb muğam ifadə tərzinin әmələ gәlmәsinə xidmәt edir. Bundan әlavә, tarın xanәndəni, kamançanın tarı tәqlid etmәsi musiqişünaslıq dilində ikiqat imitasiya deyilən mürəkkəb bir ifadə tərzini yaradır. Lakin kamança tәkcә müşayiәtçi deyil. Muğamın әn lirik, yanıqlı epizodlarında xanәndәnin deklamasiya epizodlarından sonra kamançanın soloları insan sәsi qәdәr ifadәli, tәsirli sәslәnir. Kamança Azәrbaycan xalq

çalğı alәtləri arasında yeganә yaylı alәtdir Bu alәt şarabәnzәr gövdәdәn,ona yuxarı tәrәfdәn birlәşdirilәn boru şəkilli ağac gövdәdәn ibarәtdir. Kamançanın gövdәsinә ön tәrәfdәn dәri çәkilir. Aşağı tәrәfdәn gövdәyә birlәşdirilәn metal dayaq kamançanın diz üstә qoyulub çalınmasına imkan yaradır. Metal dayaq hәm dә kamançanın qolları vә gövdəsi üzәrindәn keçib gәlәn dörd simi aşağı tәrәfdәn saxlayır. Yuxarıdan isә simlәr "aşıq”lar vasitәsilә kәllәyә bәrkidilir. Muğam dәstgaһları barәdә söһbәt açarkәn onun ifadə növlәrini dә unutmaq olmaz. Әlbәttә, dәstgah deyәndә, muğamın tam vokal instrumental icrası nәzәrdə tutulur. Lakin, XX әsrdәn başlayaraq sazәndәlik sәnәtinin inkişaf etmәsi, muğamın ibtidai, orta vә ali musiqi tәһsili sisteminә daxil edilmәsi instrumental variantların da meydana gәlmәsinә sәbәb olub. Muğamın vokal–instrumental və instrumental növlәrindən savayı daha bir ifadə tərzi onun improvizasiyalı monodiaysının zәrb müşayiәtilə eyni zamanda ifa edilməsidir. Belə ifadə tərzi zәrbli muğam janrının yaranmasına sәbәb olub. Zәrbli muğamlar dәstgah daxilindә, onun kuliminasiya bölümündə elәcә dә müstәqil şəkildə icra olur. Dәstgaһ daxilindә ("Şur" vә "Çaһargah" dәstgaһlarının kuliminasiyasında) icra edilәn zәrbli muğamlar sanki tәzad prinsipilә ardıcıllaşan improvizasiyalı şöbәlәrin vә instrumental pyeslәrin eyni zamanda ifasını xatırladır. Muğamın vokal deklamasiyasında, onun söz mәtni - әruz vәznindә yazılmış qәzәllәrin müstәsna


GEOSTRATEGİYA

əһəmiyyəti vardır. Muğamla əruzun qırılmaz əlaqələrini bu iki sənətin tədqiqatşılarının yaratdıqları on iki əsrlik elmi ədəbiyyat təsdiq edir. Әruz vəznini ilk dəfə sistemləşdirmiş XX əsr ərəb alimi Xəlil ibn Əһməd eyni zamanda görkəmli musiqişünas alim olmuşdur. Bu barədə Üzeyir bəy yazırdı: “Hələ VIII əsr miladidə Xəlil Namində musiqi alimi “Kitabı-Əlһan” namində bir kitab yazmışdır ki, ən müfəssəl musiqi təfsiridir” (Ü. Hacıbəyov. Şərq musiqisi һaqqında qərb alimlərinin təfsiri: Əsərləri II cild s.234).

ardıcıllaşması üçün və qısa һecaların növbələşməsi təsiri bağışladığı üçün əruzun metrikası kvantitativ – yəni zaman ölçülü olur. Beləliklə, ciddi metrik ölçüyə malik olan əruz vəzni muğamın improvizasiyalı monodiyasını qismən nizama salır. Qeyd etdiyimiz kimi, muğamların ifasında xanəndələr əruz vəzninin qəzəl janrından istifadə edirlər. Qəzəl 16–18 misradan ibarət olur. Hər qoşa misra birləşərək beyt əmələ gətirir. Son beytin ilk misrasında qəzəl müəllifinin adı verilir. Xarakter və məzmunca məһəbbət lirikası tərənnüm

mövcuddur). Muğamların təsnifatına gəlincə onlar lad kökünün eyniliyinə görə "ailələrə” bölünürlər. Daһa iri һəcmli, rəngarəng dəstgaһların adlarını qəbul etmiş "muğam ailələri"ndə bütün nümunələr əһatə olunmasa da bu bölgü müəyyən səliqə–saһman yaratmağa imkan verir. 1. Rast ailəsinə bu dəstgaһın özündən savayı “Maһurһindi”, “Orta–Maһur”, “Dügaһ”, “Qatar”, ”Bayatı– Qacar” muğamları, "Heyratı" zərbli muğamı aiddir. 2. Şur qisminə “Şaһnaz”, “Raһab” muğamları da daxildir.

neçə sənətkar çalıb–oxuduğu kiçik bir dönüm, bir nəfəs, bir mizrabla muğam sənətində iz qoyub getmiş, adını əbədiləşdirmişdir (Məsələn, “Həşim – Segaһı” və s. kimi guşələr bu izin, icra yönünün nişanələridir). Hər bir muğam təkraredilməzdir, öz xarakteri, öz boyası fərdi lad, intonasiya, ritmik xüsusiyyətləri vardır. Məsələn, Rast mərdlik mücəssəməsi, ağlın, zəkanın təntənəsidir. Şur üstə hikmətli sözlər demək, fəlsəfi fikirlər ifadə etmək yerinə düşür. Segaһ – məһəbbət tərənnümlü muğamdır. Çaһargaһ – cəngdir, savaş meydanıdır.

39

Orta əsr alimləri Siracəddin Şəkkaki (1160–1229), Nəsrəddin Tusi (1201–1274), Səfiəddin Urməvi (1217– 1294), Əbdülqadir Marağai (1353–1437), Əbdürrəһman Cami (1414–1492) və b. Xəlil ibn Əһmədin qoyduğu prinsipləri qəbul etmiş ona əsaslanaraq risalələrini yaratmışlar. Əruz – şer vəzni olub mənşəyini ərəb dilli xalqların poeziyasından götürür. Fonetik qurumlarda һərəkəli və һərəkəsiz һərflərin

edən qəzəlin һər beyti muğamın bir guşəsi üstə oxunur. Analoji monodik musiqi mədəniyyətli digər Şərq xalqlarından fərqli olaraq Azərbaycan muğamları əsas və köməkçi qisminə ayrılmır (Məsələn, İran musiqisində 7 əsil dəstgaһ – "Şur", "Segaһ", "Humayun", "Çaһargaһ", "Maһur", "Nəva", "Rast Pəncgaһ", 5 köməkçi nəğmə "Əbu-Əta", "Bayatı–Türk", "Əfşari", "Dəşti", "İsfaһan"

3. Segaһ sırasına "Orta Segaһ", "Xaric Segaһ" "Mirzə Һüseyn Segaһı", "Zabul" və s. aiddir. 4. Şüştər və Humayun muğamlarının da kökləri bir– birinə bağlıdır. Geniş yayılmış dəstgaһlardan “Çaһargaһ” və “Bayatı-Şiraz” һeç bir muğam ailəsinə daxil deyildir. Azərbaycan muğamları ustadların sənətilə cilalanmış, əsrlərin sınağından çıxmış, ölməzlik qazanmışdır. Neçə-

Muğamların gəlini adlandırılan Bayatı – Şiraz ən incə, lirik dəstgaһlarımızdandır. Şüştər kədər andırır, Humayunda şaһanəlik,dərin faciə ilə uzlaşır. Bütün bu rəngarənglik, min bir çalarlılıq Azərbaycan xalqının zəngin mənəvi dünyasının nişanəsi, ifadəsidir.


ictimai - siyasi, elmi - populyar jurnal

LUVR MUZEYİ – DÜNYANIN MADDİ MƏDƏNİYYƏTİNİN MÜHAFİZƏÇİSİ KİMİ

40

Mədəniyyət LUVR MUZEYİ – DÜNYANIN MADDİ MƏDƏNİYYƏTİNİN MÜHAFİZƏÇİSİ KİMİ 2012-ci ilin sonunda Fransa Respublikasında təcrübə mübadiləsi keçdiyimiz ərəfədə tarixinə, mədəniyyətinə görə dünyanın ən məşhur şəhərlərindən biri olan paytaxt Paris ilə yaxından tanış olduq. Parisin gözəl memarlıq abidələrindən biri olan Luvr muzeyini ziyarət etmək nəinki burada qorunan eksponatlar, həmçinin dünya tarixi haqqında ətraflı məlumat almaq imkanlarını yaradır. Luvr dünyanın ən məşhur muzeylərindən biri olub Parisin gözəl memarlıq abidəsidir. Nəhəng və əzəmətli bu bina Parisin mərkəzində, Sena çayının sağ sahilində, Rivoli küçəsi və paytaxtın birinci ətrafında yerləşir. Bələdçimizin bildirdiyinə görə 1793-cü ildə açılan və sahəsi 60.000 kv.m olan muzey böyüklüyünə görə dünyada üçüncü yeri tutur. Muzey qədim kral sarayının binasıdır. Məhz binanın qarşısındakı mərkəzi hissədə Kral XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir və həmçinin bura Parisin ən qədim hissəsi hesab olunur. Tarixi mənbələrə görə Luvrun adı vaxtilə burada Fransa krallarının ovçu qəsrinin yerləşdiyi “Canavar” meşəsinin (Luraqya, Luverje) adından götürülmüşdür. Muzey XIII-XIV əsrlərə aid qəsrin yerində tikilmişdir. 1546-1574-cü illərdə memar P.Leskonun inşa etdiyi Luvr sarayı XVII əsrdə memarlar Yanvar-Fevral 2013 № 01 (13)

J.Lemersiye, L.Levo, K.Perro tərəfindən genişləndirilmişdir. Luvrun genişləndirilməsi XIX əsrin ortalarınadək davam etmişdir. Artıq bu zaman yeni əzəmətli bina “Yeni Luvr” adlandırılmış və memarları L.Viskanti, E.Lefuel olmuşdur. 1791ci ildə Luvr sarayı milli bədii muzeyə çevrilmiş və 1793-cü il noyabrın 8-də ilk dəfə olaraq kütləvi baxış üçün tamaşaçılara təqdim edilmişdir. Luvrun əsas hissəsini qalaistehkam tutur. Muzeyin daxilini gəzərkən bizə bu qala-istehkamın salamat qalmış bir neçə bürclərini göstərdilər. Həmçinin, burada 1190-cı ildə kral Filip Avqust tərəfindən inşa edilmiş Böyük Luvr qalası da var. Məlumat verildi ki,

ANAR AĞALARZADƏ Tarix üzrə fəlsəfə doktoru

bu qalanın tikilməsinin əsas səbəblərindən biri Senanın daim göz altında olması, yəni yoxlanılması idi. Çünki vikinqlər dövründən bilindiyi kimi bu ərazi onların ənənəvi yolu adlanırdı. 1317-ci ildə kral xəzinəsi Luvra köçürülür. Kral V Karl bu qalanı yeni kral iqamətgahına çevirir. Lakin, 1528-ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə Böyük qülləsi dağıdılır və 1546-cı ildən etibarən qalanın möhtəşəm kral sarayına çevrilməsi işləri başlanır. Bu işlərin aparılması və qalanın tikilməsi Pyer Leskonun başçılığı altında aparılır və II Henrix və IX Karlın dövründə də davam edir. Binaya iki yeni artırma əlavə olunur. 1594–cü ildə II Henrix Luvru Tüilri sarayına birləşdirməyi qərara alır. Bu

Yekaterina Mediçinin arzusu nəticəsində həyata keçirilir. Dördbucaq həyətə malik olan bu sarayın memarları isə əvvəlcə Lemersiye, daha sonra isə Lui Levo olmuşdur. Bu memarlar XIII və XIV Lüdovikin hakimiyyəti dövründə işləmişlər. Bu kralların sayəsində sarayın həyəti əvvəlki böyüklüyündən dörd dəfə də artıq vəziyyətə gətirilərək, tam şəkildə genişləndirilmişdir. Sarayın bəzəklərinin hazırlanması və oradakı işləmələr həmin dövrün görkəmli rəssamları olan Pussen, Romanelli və Lebrenə tapşırılmışdır. 1678ci ildə sürətlə gedən işlər qəflətən dayandırıldı. Bunun əsas səbəbi XIV Lüdovikin kral iqamətgahı kimi Versal sarayını seçməsi idi. Bir müddət Luvr diqqətdən


GEOSTRATEGİYA

kənarda qalır. Yalnız XVIII əsrdə Luvrda yeni layihələr üzərində işləməyə başlanılır. Bu vaxt baş verən əsas hadisələrdən biri isə Luvrun muzeyə çevrilməsi idi. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlasa da, Fransa İnqilabı ərəfəsində başa çatır. Çox insanlar öz şəxsi mülklərini vəsiyyətlərinə əsasən Luvr muzeyinə verməyi daha üstün sayıblar. Bunlardan biri də tanınmış kolleksiya yığanlardan olan Edmund Rotşild olmuşdur. Onun yığdığı kolleksiyaların çoxu XIX və XX əsr nümunələri hesab olunur. Lakin muzeyin ekspozisiyasının əsasını keçmiş kral kolleksiyası, həmçinin bir sıra monastır, kilsə və kübar ailələrinin milliləşdirilmiş kolleksiyaları təşkil etmişdir. Kolleksiyası Napoleon yürüşlərinin qənimətləri, müxtəlif ölkələrdən satınalma, eləcə də hədiyyələr hesabına daim artırılmışdır. Həmçinin ən böyük kolleksiyaçılardan olan bankir Everar Jabaxın 200-dən artıq müxtəlif əntiq əşyalar, mədəniyyət, incəsənət nümunələri bu muzeyin fonduna verilmişdir. Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş İran, Yunanıstan, Misir və Yaxın Şərq incəsənətinədək rast gəlmək olar. Muzey: 1) Qədim Şərq; 2) Qədim Misir; 3) Qədim Yunanıstan və Roma; 4) Orta əsr, Renessans və sonrakı dövrlər; 5) Boyakarlıq və rəsm; 6) Dekorativ-tətbiqi sənət (DTS); 7) İslam incəsənəti şöbələrindən ibarətdir. Muzeyə baxış Qədim Şərq şöbəsindən başlayır ki, burada da nadir incəsənət

nümunələri, o cümlədən Azərbaycanın zərgərlik və metal məmulatları saxlanılır. Zərgərlik nümunəsi qızıl əşyalardan ibarət olub Cənubi Azərbaycandakı Ziviyə qazıntılarından əldə edilib. Bu nadir tapıntı e.ə. VIII əsrə - qədim Manna dövlətinin zamanına aid edilir. Metal məmulatı isə tunc dolça tipli qaba məxsus olub Azərbaycan Atabəyləri (Eldənizlər) dövrünə aiddir. 1190-cı ildə hazırlanmış dolçanın müəllifi Osman ibn Salman Naxçıvaninin adı ekspozisiyada qeyd edilmişdir. Zallara baxıb keçdikcə dünyanın ən nadir və gözəl sənət əsərlərinin nəhəngliyi insanı valeh edir. Muzeyin Qədim Şərq şöbəsinin zallarından birində şüşə altında saxlanılan ən tanınmış eksponatlar içərisində “Hammurapinin qanunları” əsas yer tutur. Bu kitabənin önündə toplaşan çoxlu sayda turistlər onun haqqında interaktiv bələdçi sistemi vasitəsilə məlumat alırlar. Arxeoloq Jan Vinsen Sişelin 1901-ci ildə Elamda (indiki İran) tapdığı bu qanunlar təxminən 2 metrlik silindrik daş lövhə üzərinə həkk edilmiş qanunlar 282 maddədir. Qeyd edilir ki, Hammurapi qanunları e.ə. 1760-cı ildə qədim Mesopotamiyada yaradılan tarixin ən qədim və ən yaxşı qorunmuş yazılı qanunlarından biridir. Bu dövrdən əvvəl toplanan qanun kolleksiyaları arasında Ur kralı Un-Nammunun qanun kitabı (e.ə. 2050-ci il), Eşnunna qanun kitabı (e.ə. 1930-cu il) və Hisinli Lipid İştarın qanun kitabı (e.ə. 1870-ci il) vardır. Babil hökmdarı Hammurapinin (e.ə. 1728-1686) müxtəlif məsələlərdə verdiyi bu qanunlar Babilin qoruyucu tanrısı Mardukun adına Esagila məbədində tikilən bir

daş üzərində yazılmışdır. Qədim Misir şöbəsinə daxil olduqda sanki əfsanəvi Misir tarixinə səyahət edirsən. Buradakı onlarla ekspozisiya zallarında nümayiş etdirilən Misir tarixinin fironlar dövrünə aid kiçik həcmli fiqurlardan tutmuş nəhəng heykəllərə qədər hamısı xüsusilə Firon Coserin, Tutanhamonun dövründə hazırlanmış sənətkarlıq, memarlıq və incəsənət nümunələri muzeyə gələn turistlərdə geniş marağa səbəb olur. Qeyd etmək lazımdır ki, Luvrun daxilində də müəyyən şöbələr “muzey içində muzey” kimi fəaliyyət göstərir. Bu şöbə məhz Avropa incəsənəti bölməsidir. Ona görə ki, eksponatların sayı həddən artıq çox və özləri də zəngindir. Lakin Avropanın müasir mədəniyyət nümunələri, yəni 1848-ci ildən bizim dövrümüzədək olan eksponatlar Orse Muzeyində və Jorj Pompidu Mərkəzində nümayiş olunur. Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar isə Quimet muzeyində gələn qonaqlara baxmaq üçün təklif olunur. Burada hətta Afrika, Amerika və Okeaniyanın da incəsənət nümunələri qorunur ki, onlara da sahilyanı Branli muzeyində tamaşa etmək mümkündür. Luvrda 20.000-dən artıq boyakarlıq və heykəltəraşlıq

əsərləri vardır. Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır. Luvr muzeyində Fransa incəsənəti daha geniş təmsil olunmuşdur (N.Pussen, J. de Latur, A.Vatto, J.L.David, E.Delakrua, Q.Kurbe və s.). Burada dünya şöhrəti qazanmış bir sıra heykəltəraşlıq və rəsm əsərləri mühafizə edilir. Heykəltəraşlıq əsərlərindən e.ə. IV əsrin sonu, yaxud II əsrə aid “Samofrakiyalı Nike”, e.ə. II əsrə aid “Miloslu Afrodita”, rəsm əsərlərindən Leonardo da Vinçinin “Mona Liza” (“Cakonda”), Mikelancelo, Rafael, Corcone, Tisian, Veroneze, Van Eyk, P.Rubens, Rembrandt və başqalarının tabloları nümayiş etdirilir. Ejen Delakruanın "Xalqa yol göstərən azadlıq" rəsm əsərinin də qarşısında onlarla ziyarətçi olur. Diqqətimizi çəkən məqamlardan biri də rəsm əsərlərinin sərgiləndiyi zalların bir-birinə keçid hissələrindəki divarlara vurulmuş trafaretlər idi. Bu trafaretlərdə Mona Liza sözü yazılmış və dünyanın

41


ictimai - siyasi, elmi - populyar jurnal

Luvr muzeyİ – dünyanın maddİ mədənİyyətİnİn mühafİzəçİsİ kİmİ

42

ən məşhur sənət əsərinə doğru istiqaməti bildirirdi. Əsərin sərgiləndiyi zala daxil olanda böyük insan izdihamının yaşandığının şahidi olduq. Turistlər bu əsər haqqında məlumat alır, foto və video çəkilişlər edirdilər. “Mona Liza” (Cakonda) Luvrun tanınmış və ən məşhur əsərlərindən biridir. Leonardo da Vinçinin çəkdiyi bu şəkil dünyada ən məşhur və mükəmməl rəsm əsərlərindən biri sayılır. Əsərdə təsvir edilmiş şəxsin prototipi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Bu tablo Florensiyalı ipək taciri Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin 15031505-ci illərdə çəkilmiş portreti olduğu güman edilir. Rəssamın çəkdiyi bu əsərdə əks edilmiş "sirli təbəssüm" bu gün də mütəxəssisləri valeh edir və təsviri sənət möcüzəsi sayılır. Rəssam tablonu 1503-cü ildə çəkməyə başlamış və onu bir neçə ildən sonra tamamlamışdır. Qeyd olunur ki, bu əsərin orijinalıdır və bunun üçün də onun təhlükəsizliyi xüsusi şüşə altında qorunur. Muzeyin foye və zallarında Yanvar-Fevral 2013 № 01 (13)

yüzlərlə heykəltəraşlıq əsərləri saxlanılır ki, bunlardan da ən məşhuru Miloslu Veneranın və Samofrakiyalı Nikanın heykəlləridir. Miloslu Venera 1820-ci ildə Osmanlı idarəçiliyindəki Milos adasından tapılmış və elə həmin il Fransa səfiri tərəfindən türklərdən satın alınmışdır. Samofrakiyalı Nika isə müxtəlif hissələrə bölünmüş şəkildə 1863-cü ildə Samofraki adasında, fransalı memar Şarl Şampuazo tərəfindən tapılmışdır. Luvr muzeyində müxtəlif şah əsərlər saxlanılır ki, onların hər biri ayrı-ayrı mədəniyyətlərə, dövr və sivilizasiyalara aiddir. Ümumiyyətlə isə muzeydə 300.000 eksponat olmasına baxmayaraq, onlardan yalnız 35.000-ə qədəri gələn insanlara təqdim olunur. Bəzi eksponatlar isə xüsusi mühafizə şəraitində saxlanılır və bu kimi əsərlər üç aydan artıq davamlı olaraq təqdim olunmur. Bunun əsas səbəbi isə həmin eksponatların öz daimi görkəmini itirməsidir. Məhz həmin əsərlərin müdafiəsi üçün onlar xüsusi

qaydalara əsasən mühafizə olunur. 2012-ci ilin sentyabrında Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zallar açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Ollandın iştirak etdikləri tədbirdə Fransa Prezidenti çıxış edərək bildirmişdir ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı qeyd edib ki, 2003-cü ildə ideya kimi yaranan, 2008ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasibətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək demişdir: “Mən xeyirxahlıq

nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir”. Bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanmış müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnmiş yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərə aid sənət əsərləri də saxlanılır. Yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olmuşdur. Luvr muzeyini gəzməklə bitmir. Dünyanın ən nadir incilərinin saxlandığı bu möhtəşəm muzey buraya gələn turistlərin geniş marağına səbəb olur. Bu səbəbdən də insanın mənəvi zövq aldığı Luvrun tarixdə uzun illər yaşayacağı şübhəsizdir.


GEOSTRATEGİYA

Tarix RUSİYA İMPERİYASININ ŞİMALİ AZƏRBAYCANDA MÜSTƏMLƏKƏ SİYASƏTİNİN BƏZİ ASPEKTLƏRİ (XIX ƏSRİN İLK ONİLLİKLƏRİ)

MEHMAN ABDULLAYEV Dosent

43

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bu bölgədə müstəmləkəçilik sisteminin qurulması problemi ilə bağlı sovet dövrü tarixşünaslığında düzgün elmi konsepsiya mövcud olmamışdır (1,s.131-153). Həmin proses hətta XIX əsrin rus qafqazşünaslarının əsərlərində sovet dövrü ilə müqayisədə daha düzgün əksini tapmış, öz adı ilə “işğal”, “ilhaq” adlandırılmışdır. XX əsrin 20-30- cu illərində sovet tarixşünaslığında bu hadisəyə “daha az bəla” prizmasından baxılaraq

belə nəticə çıxarılmışdı ki, guya Azərbaycanın XIX yüzilliyin başlanğıcında müstəqil yaşaması üçün tarixi şərait olmamışdır . Sonrakı dövrlərdə “işğal”, “ilhaq” terminləri bir qədər yumşaldılaraq “birləşdirilmə” termini ilə əvəz edilmişdir. XX əsrin 40-50-ci illərində tarixşünaslığımızda kök salmış başlıca “konsepsiya” Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsinin iqtisadi, siyasi, mədəni və b. sahələrdə mütərəqqi əhəmiyyət daşıdığını əsaslandırmağa xidmət edirdi (1,s.154-191).

Azərbaycanın 60-cı illər sovet tarixşünaslığında radikal görünən “birləşdirilmə” konsepsiyasının daha yumşaq “tərkibinə daxil olma” formulası ilə əvəz olunması daha çox siyasi sifarişin nəticəsi sayılmalıdır (2). Buna baxmayaraq elə həmin 60-cı illərin sonlarında bir qrup vətənpərvər alim bu problemə obyektiv tarixi gerçəkliyə uyğun şəkildə yanaşaraq Şimali Azərbaycanın Rusiya tərəfindən işğal olunması faktını irəli sürmüş və Rusiyanın o dövrdə Azərbaycanda yeritdiyi

siyasətin müstəmləkəçi səciyyə daşıdığını qeyd etmişdi (3). Bu dövrün tarixçiliyimizdə hələ indiyədək tam araşdırılmamış problemlərindən biri də 1801-1828-ci illər müqavimət hərəkatında Azərbaycan ali zümrəsinin oynadığı rolun müəyyənləşdirilməsi məsələsi olmuşdur. Bu məsələdən yazan tarixçilərin çoxu unutmuşlar ki, elə o dövrlərdə Rusiyanın müstəmləkə orqanları ali zümrəni tabe etmədən Azərbaycan torpaqlarının işğalının mümkünsüzlüyünü aydın


ictimai - siyasi, elmi - populyar jurnal

RUSİYA İMPERİYASININ ŞİMALİ AZƏRBAYCANDA MÜSTƏMLƏKƏ SİYASƏTİNİN BƏZİ ASPEKTLƏRİ (XIX ƏSRİN İLK ONİLLİKLƏRİ)

44

surətdə dərk edirdilər (4,s.30). 1. İşğal dövründə Rusiyanın ali müsəlman zümrəsi ilə bağlı siyasəti Azərbaycan xanlıqlarında ali zümrəni təşkil edən xan və bəylərin böyük əksəriyyəti etnik və dini baxımdan onlara tamamilə yad olan rus hökumətinə qarşı qatı düşmən mövqeyi tuturdular. Qubanın hakimi Şeyxəli xan, onun tərəfində duran əsilzadə bəylər və əhali 6 il ərzində üç dəfə Rusiyaya qarşı qeyri-bərabər mübarizəyə qalxmış, işğalçı ordu ilə qəhrəmanlıqla döyüşmüşdülər. Gəncə hakimi Cavad xan və xanlığın bütün bəyləri 1804cü ilin yanvarında general Sisyanovun başçılıq etdiyi rus ordusu ilə döyüşə girmiş, ölümü əsarətə düşməkdən üstün tutmuşdu. Şəki hakimi Səlim xan 1806-cı ildə Qarabağ hakimi İbrahim xan ailəsi ilə birlikdə rus mayoru Lisaneviç tərəfindən böyük qəddarlıqla qətlə yetirildikdən sonra (Səlim xanın bacısı İbrahim xanın arvadı idi və o da qətlə yetirilmişdi) Şəki qalasındakı rus hərbi dəstəsini məhv etmişdi. Üsyana qalxmış Səlim bəy həmin ilin oktyabrında qeyri-bərabər döyüşdə rus hərbi qüvvələri tərəfindən məğlubiyyətə uğradılmışdı (5,s.196-198). Göründüyü kimi, Rusiyanın Yanvar-Fevral 2013 № 01 (13)

Azərbaycanda apardığı savaşlar adi bir gəzinti olmayıb, ciddi müqavimətlə qarşılaşırdı. Rusiyanın Qafqazarxası bölgələrdə işğalçılıq planlarının həyata keçirilməsi işində fəal rol oynamış və müsəlman bölgələrinə erməni köçürmələrinin əsas təşkilatçılarından biri A.S.Qriboyedovun “burada hər addıma rus qanı çilənmişdir” (6,s.290) mülahizəsini təsadüfi deyilmiş gəlişi gözəl söz saymaq olmaz. Danışdığımız dövrün hadisələrinə Azərbaycan xalqının tarixi və milli mənafeləri baxımından yanaşılsaydı, tarix kitablarında 1818-1819-cu illərdə Şəmşəddil bölgəsində Nəsib Sultan və Mustafa ağanın başçılığı ilə Rusiyaya qarşı yönəlmiş üsyanın (7,c.702,703,785), 1825ci ilin sentyabr ayında Şəki bölgəsinin 45 kəndini bürümüş və ali zümrə nümayəndələrinin başçılıq etdiyi xalq üsyanının (8) üstündən sükutla keçilməzdi. O çağın tarixi sənədlərinin təhlili müstəmləkəçiliyə qarşı milli-azadlıq hərəkatının təşkilatçısı və rəhbəredici qüvvəsi olan Azərbaycan xanlarının və bəylərinin tarixi haqqının özlərinə

qaytarılmasını tələb edir. 1826-cı ilin iyul-avqust aylarında rus müstəmləkəçiliyinə qarşı bütün Azərbaycanı bürüyən üsyan baş vermişdi. Rəsmi hökumət sənədlərində “ümumi həyəcan” kimi qiymətləndirilən və mərkəzi hökuməti Qafqazın taleyi üçün qorxuya salan iri miqyaslı bu üsyan da indiyədək milliazadlıq hərəkatı tarixində öz layiqli yerini tutmamışdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu üsyan nəticəsində rus qoşunları Azərbaycan torpaqlarını tərk etməyə, əsas hərbi gücünü Tiflisin müdafiəsinə toplamağa məcbur olmuşdu. On ildən çox müddətdə Qafqazda rus siyasətini həyata keçirmiş general Yermolova bu hadisəyə görə 2 mart 1827-ci il Ali çar fərmanı ilə “şiddətli töhmət” elan edilmiş (8) və Qafqazın baş komandanı vəzifəsindən götürülmüşdü. O çağın rəsmi dairələrində Azərbaycan əyalətlərində Rusiya əleyhinə bütün üsyan və çıxışların yerli bəy və ağaların təsiri ilə baş verdiyi açıq şəkildə göstərilir, onların hər vasitə ilə cəzalandırılması “asiyalılara qarşı ən etibarlı üsul” (9,c.670) hesab edilirdi. Bütün bu siyasi amilləri nəzərə alan rus hökuməti Azərbaycanın işğalı dövründə ona mane ola biləcək yeganə qüvvə olan ali zümrəni siyasi, fiziki və iqtisadi baxımdan sıradan çıxarmaq və zərərsizləşdirmək siyasəti yeritmişdir. Bu siyasətin çoxçalarlı və mürəkkəb səciyyə daşıdığını qeyd etməklə, onun başlıca istiqamətlərini aşağıdakı kimi qiymətləndirmək olar. Birinci istiqamət: çarizmin hərbi cəza orqanları işə düşür, ələ keçən bəy və ağalar müharibə qanunları ilə cəzalandırılır, edam edilir,

həbsə alınır, ən yaxşı halda Sibirə və başqa yerlərə sürgün edilirdi (10). İkinci istiqamət: Ali zümrənin torpaq, siyasi hüquq və imtiyazları məhdudlaşdırılır və ona qarşı nəinki milli, həm də dini ayrı-seçkilik münasibəti bəslənilirdi. Qonşu gürcü zadəganlarına öz sosial və silki hüquqlarını tənzimləmək üçün Zadəgan Deputatları Məclisi kimi mühüm orqanın fəaliyyətinə icazə verən, gürcü zadəganlarını bütün hüquqlar baxımından rus zadəganlarına bərabər tutan Rusiya hökuməti müsəlman bəylərini heç vaxt bu hüquqlara yaxın buraxmadı (11). Rusiyanın Qafqaz bölgəsində müstəmləkəçilik xəttini daha ardıcıllıqla həyata keçirən general A.P.Yermolov (1816-1827) işğalçılarla barışmayan qüvvələrə qarşı hər cür üsuldan istifadə edir, bu işdə ona erməni R.Q.Mədətov yardımçılıq edirdi. Bu şəxs Qafqazda rus siyasətinə sədaqətli qulluğuna görə, sadə zümrədən olmasına baxmayaraq, rus hökuməti tərəfindən general rütbəsinə və knyaz tituluna layiq görülmüşdü. A.P.Yermolovun sağ əli, mənbələrə görə “Axilles dabanı” sayılan Mədətovdan Rusiya vassallığını məcburən qəbul etmiş Qarabağ hakimi Mehdiqulu xana, Şirvan hakimi Mustafa xana, Şəki hakimi İsmayıl xana qarşı təzyiq və hədə-qorxu vasitəsi kimi istifadə edilirdi (12, c. 407, 458, 186, 725-726). Knyaz Mədətov Qarabağ hakimi Mehdiqulu xana qarşı xüsusilə amansız davranırdı. Yermolovla birlikdə qurduqları məkrli plan əsasında 1818-1820ci illərdə xandan knyaz Mədətovun “dədə-baba torpaqlarını” geri qaytarmağı


GEOSTRATEGİYA

tələb etdilər. Mədətov vergi verən zümrədən olduğu üçün onun ata-babasından heç bir mülk və torpaq qalmasa da, Yermolovun təzyiqi qarşısında heç bir əsas olmadan xan 1500 kəndli ailəsindən ibarət bir çox kəndin Mədətova “qaytarılması” haqda fərman imzalamağa məcbur edilmişdi. Knyaz Mədətov həmin sənədə istədiyi kəndlərin də adını öz əli ilə əlavə etdikdən sonra belə saxta sənədi 1821-ci ildə Yermolovun xüsusi səyləri nəticəsində rus çarı I Aleksandr təsdiq etmişdi. Mənbələrin yazdığı kimi, heç bir əsli-nəcabəti olmayan Mədətov bu üsulla az qala Qarabağın yarısına yiyələndi (13,c.725-726, 807-808). O, Şirvanda həyata keçirdiyi hədə-qorxu və şər yaxmaq taktikasını 1822-ci ildə Qarabağda işə salaraq Mehdiqulu xanın Qarabağdan İrana qaçmasına nail oldu. Nəticədə ləğv edilmiş üç xanlığın yerinə müsəlman əyalətləri hərbi dairə rəisliyi yaradıldı; iqamətgahı Şuşada yerləşən bu idarəyə knyaz Mədətov başçı təyin edildi (14,c.738). Bundan sonra müsəlmanlar yaşayan torpaqlarda əsl rus-erməni siyasəti yeridilməyə başlandı. Bu əyalətlərdəki rus qoşun dəstələrinin də başçısı sayılan Mədətov xüsusilə Qarabağda müsəlman bəylərini sıxışdırır, vəzifədən uzaqlaşdırır, yerlərinə erməniləri təyin edir və müsəlman əhalisini amansızlıqla soyub talayırdı (15). Buna cavab olaraq, 1826-cı ildə Azərbaycanda rus müstəmləkəçiliyinə qarşı ümumi üsyan baş vermişdi. 2. Çarizmin müstəmləkə orqanlarının bölgədə “xristian dayağı” yaratma və köçürmə Siyasəti Rusiyanın Qafqazda yeritdiyi müstəmləkəçilik siyasətinin başlıca cəhətlərindən biri də

“xristian təəssübkeşliyinin” təsiri altında xristian əhalidən ibarət sosial dayaq yaratmaqdan ibarət idi. Bu zaman başlıca diqqət bölgədə azlıq təşkil edən erməni əhalisinə verilmişdir. Bu sahədə ilk addımlar rusların müstəmləkəçilik xəttinin daha ardıcıl həyata keçirildiyi XIX yüzilliyin 20-ci illərində təcrübədən keçirilmişdir. 1827-ci ildə Şəmşəddil və Qazax distansiyalarında müsəlman bəylərinin kəndlər və kəndlilər üzərində ənənəvi hüquqları kobud şəkildə pozulmuş, onların sahibliyində olan kəndlərin idarəçiliyi erməni arxiyepiskopu Nersesin ixtiyarına buraxılmışdı (16). Bu, Azərbaycan torpağında görünməmiş və tarixdə analoqu olmayan hadisə idi. Çünki Qafqaz bölgəsində erməni ali zümrəsinin cüzi yer tutması, hətta tarixi türk torpağı olan İrəvan xanlığında İran şahının icazəsi ilə cəmi 5 erməniyə sərdar tərəfindən bəy paltarı geyməyə icazə verilməsi bu xalqın Qafqaz bölgəsində heç bir tarixi kökünün olmadığını sübut edir. Tarixi Azərbaycan torpaqlarında azlıq təşkil

edən erməni əhalisinin müsəlman hakimlərinin idarəsi altından çıxarılması prosesi 1827-ci ildə İrəvan xanlığı rus qoşunları tərəfindən tutulduqdan sonra başlanmışdı. Əhalisinin 73,8 faizi müsəlman türklərindən ibarət olan (17) İrəvan xanlığı 1828-ci ildə “Erməni vilayətinə” çevrilmişdi. Hələ 1827-ci il dekabrın 15-də çarın baş qərargah rəisi qr.Dibiçin Qafqazın baş komandanı qr. Paskeviçə göndərdiyi xüsusi “Qaydalar” da əsrlərdən bəri müsəlman ali zümrəsinin təsiri altında olan ermənilərə özünüidarə verilməsi ideyası qırmızı xətlə keçirdi və bu ideya Qafqazın mülki işlər hakimi general-leytenant Velyaminov tərəfindən mənfi qarşılanmışdı. “Qaydalar” la bağlı qeydlərində o göstərirdi ki, bu addım “müsəlman hakimlərinin ənənəvi sahiblik hüquqlarını sarsıtmaqla (əslində rus hökumətinin əsl məqsədi də elə bu idi) onları hökumətdən narazı salar, çünki Qara dənizdən Xəzər dənizinədək Rusiyanın yiyələndiyi torpaqlarda əhalinin 2/3 hissəsi müsəlman olduğundan bu qayda çoxsaylı əhali içərisində

Rusiyaya inamı sarsıdar, Türkiyə və İran hökumətləri bu yerlərdə asanlıqla qiyamlar təşkil edərlər…” (18, c. 483-4840. Bu reallığa baxmayaraq, mərkəzi hökumət təbii ki, İrəvan xanlığını “erməniləşdirmək” siyasətindən əl çəkmədi. Rus hökuməti Türkmənçay (1828-ci il) və Ədirnə (1829cu il) müqavilələrindən sonra İran və Osmanlı İmperiyasından erməni əhalisinin kütləvi şəkildə Azərbaycana köçürülməsinə başladı (19,c. 339). Kütləvi erməni köçürmələrinin Qafqazarxası bölgələrdə demoqrafik vəziyyətə təsiri və onun siyasi çalarları ilə bağlı rus tarixçisi N.N.Şavrovun belə bir qeydi də çox maraqlıdır: “Müharibədən sonrakı iki ildə (1828-1830cu illər nəzərdə tutulur) Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min nəfər erməni köçürülmüş və onları ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberniyalarında … yerləşdirmişik … XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu diyarın köklü sakinləri

45


ictimai - siyasi, elmi - populyar jurnal

RUSİYA İMPERİYASININ ŞİMALİ AZƏRBAYCANDA MÜSTƏMLƏKƏ SİYASƏTİNİN BƏZİ ASPEKTLƏRİ (XIX ƏSRİN İLK ONİLLİKLƏRİ)

46

olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır” (20, c. 59-60). Dövlət səviyyəsində ardıcıl olaraq həyata keçirilən bu siyasət nəticəsində bölgədə demoqrafik tarazlıq pozulmuş, Rusiyanın əli və gücü çatan yerlərdə vəziyyətin erməni əhalisinin xeyrinə dəyişdirilməsinə cəhd göstərilmişdir. 1823-cü il kameral sayımına görə, Qarabağ əhalisinin 8,4 faizini təşkil edən ermənilərin xüsusi çəkisi artaraq 1832-ci ildə 34,8 faizə, 1897-ci il sayımına görə isə 53 faizə çatmışdı (21). İşğaldan əvvəl İrəvan xanlığının əhalisinin 3/4nü təşkil edən Azərbaycan türklərinin xüsusi çəkisi artıq 1834-35-ci illərdə 46 faizə enmişdi. 1918-1920-ci illərdə İrəvanda daşnaklar tərəfindən 100 minlərlə Azərbaycan türkü məhv edilmiş və ya öz doğma torpaqlarından qovulmuşdu. Türk və müsəlmanlara qarşı revanşist əhval-ruhiyyənin ən bariz nümunələrindən biri kimi 1827-ci ildə İrəvan şəhərinin rus qoşunları tərəfindən işğal edilməsi şərəfinə çar I Nikolayın həmin ilin noyabr ayının 4-də imzaladığı Ali fərmanı misal gətirmək olar. Bu fərmanla rus süngüsünün “müsəlmanlar üzərində qələbəsi” şərəfinə İrəvanın baş məscidinin Pravoslav yunan-rus kilsəsinə çevrilməsi qərara alınmışdı (22,c.481). 3. Çar Rusiyasının Şimali Azərbaycan kəndində qurduğu “Açıq qarət” sistemi Azərbaycanda rus müstəmləkəçiliyinin yaratdığı qanunsuzluq, özbaşınalıq və soyğunçuluq rejiminin nədən qaynaqlandığını aydın dərk etmək üçün o dövrki rus dövlətinin hərbi-bürokratik mahiyyətini və xarakterini Yanvar-Fevral 2013 № 01 (13)

açıb döstərmək lazım gəlir. Çarın gizli müşaviri Qreçin rus dövlət maşınını bürümüş özbaşınalıq və rüşvətxorluq haqda əlahəzrət imperatora 1859-cu ildə təqdim etdiyi məruzə bu baxımdan çox önəmlidir: “Neujeli nevozmojno nayti iz 60 millionov naseleniya Rossii 8 umnıx ministrov i 50 çestnıx qubernatorov?” (23,c. 56) (yəni 60 milyonluq Rusiya əhalisindən 8 ağıllı nazir və 50 dürüst, vicdanlı qubernator tapmaq doğrudanmı mümkün deyil?). Həmin çağın mənbələrində Rusiyanın dövlət sistemi “zahirən parıltılı, daxilən çürük” hesab edilməsi göstərir ki, Azərbaycan işğaldan sonra məhz belə bir çürük qanunlarla deyil, fövqəladə hallarla, top və süngülərlə, özbaşınalıq və rüşvət sistemi ilə idarə olunan bir orqanizmə daxil edilmişdir. Azərbaycandakı rus idarələri və dövlət məmurları əsl özbaşınalıq və qanunsuzluq nümunəsi göstərirdilər. Bunu bir neçə misal əsasında əyani şəkildə göstərmək olar. 1821-ci ildə Şəmşəddil pristavı öz xeyrinə əhalidən əlavə vergilər yığmış, Şirvan əyalətinin komendantı podpolkovnik Vısotski vergi borcu kimi yığdığı pulları mənimsəmişdi. 1829-cu ildə Yelizavetpol dairə rəisi podpolkovnik Berents və polismeystr Yankovskiyə qarşı sakinlərə hökumətə satdıqları taxıla görə ödəniləcək 13301 rublu (gümüş) mənimsədiklərinə görə başlanan cinayət işi 12 il uzanmış, müqəssirlər cəzasız qalmışdılar (24). 1829-30-cu illərdə mərkəzdən Zaqafqaziyada yoxlama aparmaq üçün göndərilən senatorlar qr. P.İ.Kutaysov və

Y.İ.Meçnikov yazırdılar: “…Müsəlman əyalətlərində rəislərin azğınlığından və əhalinin çəkdiyi əziyyətdən adam dəhşətə gəlir. Burada insan ləyaqəti tapdalanmış, hər cür ədalət unudulmuş, qanun yalnız əsarət aləti olmuşdur” (25, c. 423-424). Rusiyanın Azərbaycanda yaratdığı “açıq qarət” və soyğunçuluq sisteminin başqa cəhətlərindən biri də dövlət gəlir sahələrinin iltizama (icarəyə) verilməsi idi. Dövlət təsərrüfatlarından vergi yığmaq hüququ bir neçə illiyə ruslara, çox vaxt isə müxtəlif bölgələrdən müftə gəlir iyinə Azərbaycana axışmış acgöz erməni tacirlərinə satılırdı. İltizamçılar müsəlman əhalisinin dərisini soyur, dövlətə ödədikləri məbləğdən qat-qat çox qazanc götürürdülər (25, c. 423-424). Nətİcə Beləliklə, istər Qafqaz, istərsə də digər türk torpaqlarında rusları ermənilərlə möhkəm tellərlə bağlayan amilləri müəyyənləşdirmək o qədər də ciddi araşdırma tələb etmir.

Tarix boyu öz etnik və din qardaşları olan slavyanları da əzən, müstəqil yaşamasına imkan verməyən rusları ermənilərlə birləşdirən sözsüz ki, müsəlman və türk xalqlarına qarşı eyni məqsəd və mənafedən çıxış etmələridir. Hal-hazırda da ruslarla etnik baxımdan eyni kökdən olan polyaklar, çexlər, slovaklar, ukraynalılar dadlarını bildikləri rus boyunduruğundan canlarını qurtarıb, etnik baxımdan onlara yad olan başqa xalqların köməyinə, himayəsinə sığınmağa çalışırlar. Belə olan halda Rusiyaya heç bir etnik bağlılığı olmayan, hətta dini məzhəbi nə pravoslavlığa, nə də katolikliyə uyğun gəlməyən ermənilərin Rusiya ilə əbədi qardaşlıqdan dəm vurması, Ermənistanın simvolik müstəqilliklə barışaraq bu fövqəldövlətin hərbi meydanına çevrilməsi tarixin iki yüz illik sınağından çıxmış “ana-bala” münasibətlərindən daha çox strateji maraqların uyğunluğu və tarixin hər bir keçid mərhələsində Rusiyanın Azərbaycandan qoparıb aldığı torpaqların ermənilərin “ağzına atılması” ilə bağlıdır.


GEOSTRATEGİYA

QEYDLƏR: 1.Əliyev, M., Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının tarixşünaslığı, Bakı, 2001,s.131-153, 154-191 2. Kommunist qəzeti, 30 yanvar 1964 cü il; Ибрагимбеили, X.M., Россия и Азербайджан в первой трети XIX века, Mockвa, 1969; Abdullayev, Q.B., Азербайджан в XVIII вeke и взаимоотношение eгo с Россией, Bakı,1965; Azərbaycan tarixi, 3 cilddə, II c.,Bakı, 1964, XII fəsil 3. Azərbaycan tarixi, Uzaq keçmişdən 1870ci ilə qədər., II nəşr, Redaktoru Süleyman Əliyarlı, Bakı, 2009, XVI bölüm. 4. Губайдуллин, A., Феодальные классы и крестьянство в Азербайджане в XIX веке. – oтд.,с.30 5. Bakıxanov, A, Gülüstani-İrəm, Bakı, 1951, s.196-198 6. Azərbaycan tarixi üzrə qaynaqlar, II nəşr, Redaktoru Süleyman Əliyarlı, Bakı,2007, sənəd 62, s.290 7. Акты, собранные Кавказской археографической комиссией (sonralar Aкты…), т.6, ч.1, Тбилиси, 1874, док. 1035,1036, 1038, с.702703, док. 1163 с,.785 8. Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi (GMDA), f.2, siy.1,iş 1992, v.1. 9. Akты..., пoд рeд. A.Берже, т. IV, Тбилиси, 1870, доk.1028, с.670 10. Rusiya Federasiyası

Mərkəzi Dövlət Arxivi (RFMDA), f.1377,siy.,1,iş 29; Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi (ARMDA), f. 63, siy 1,iş 14,v.574; f.75, siy.1,iş 11, v.13-68; f.47,siy.1,iş 6.v.12-49; GMDA, f.2, siy.1, iş 203, v.1-23 11. GMDA, f.2, siy.1,iş 3011, v.1-7; iş 3025, v.512 12. Akты.., т.6,ч.2, Тбилиси,1876, доk 1079-1081, c.725-726; т. 7, Тбилиси, 1878, доk. 407, с.458; Покровский, В.П., Дипломатия и войны царской России в XIX столетии, M.Л.,1924, с.186 13. Akты.., т.6,ч.2, Тбилиси,1876, дok.1079-1081, с.725726; т.7, Тбилиси, 1878, дok.1206, с.807808. 14. Akты...,т.6,ч.1, Тбилиси,1874, дok. 1097, с.738 15. ARMDA,

f.130,siy.1,iş13,v 2-3. 16. GMDA, f.2, siy.1,iş 559, v. 106. 17. Bu faizin çıxarıldığı qaynaq: Народонаселение Армянской области 1834-1835 гг. - GMDA, f.2, siy.1, iş 3859,v. 20 18. Akты.., т.7, Тбилиси, 1878, дok. 435, с. 483-484 19. Грибоедов А.С. Сочинение т . 2 , Moсkвa,1971, с. 339 20. Шавров н.н., Новая угроза русскому делу в. Закавказье. Предстоящая распродажа Мугани инородцам», СПб. 1911, с. 59-60 21. ARMDA, f. 24, siy. 1,iş 141, v.226; Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях. ч.III, тaблицa “Б”, СПб, 1836 22. Akты..., т.7,

Тбилиси,1878, дok. 433, с.481. 23. Ерошкин Н.П. Крепостническое самодержавие и его политические институты. (первая половина XIX веka), Moсkвa, 1981, с.56. 24. ARMDA, f.130,siy.1,iş 121, v.318324, 391-393; GMDA, f.2, siy.1,iş 1597,v. 4-8; iş 2317, v. 1-53; RFMDTA, f.1377, siy.1, iş 12,v.19,23; GMDA, f.2, siy.1,iş 1034,v.5-9. 25. Akты..., т.7, Тбилиси, 1878, дok. 35,s.20, дok.368, с.423424, с.20,423-424

47


ictimai - siyasi, elmi - populyar jurnal

ERMƏNİ MƏRKƏZLƏRİNİN SUMQAYIT TƏXRİBATI (TARİXŞÜNASLIĞIN TƏHLİLİ)

ASPEKT ERMƏNİ MƏRKƏZLƏRİNİN SUMQAYIT TƏXRİBATI (TARİXŞÜNASLIĞIN TƏHLİLİ)

48 Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri 1988-1991ci illər dövlət müstəqilliyinin bərpa edilməsi dövrüdur. Bu dövrdə Azərbaycan əleyhinə baş vermiş təxribatlar içərisində erməni mərkəzlərinin törətdiyi Sumqayıt hadisəsinin öyrənilməsi mühüm aktuallıq kəsb edir. Dağlıq Qarabağ Müxtar Vilayəti (DQMV) Sovetinin 20 fevral 1988 - ci il tarixdə DQMV- nin Azərbaycan SSR - in tərkibindən çıxaraq Ermənistan SSR - in tərkibinə birləşməsi haqqında müraciət qəbul etməsi ilə əsrin əvvəllərindən qızışdırılan Ermənistan - Azərbaycan münaqişəsinin yeni mərhələsinin əsası qoyuldu. Azərbaycana qarşı təxribatları gücləndirmək və düşmənçiliyi qızışdırmaq Yanvar-Fevral 2013 № 01 (13)

məqsədilə düşmən qüvvələri tərəfindən planlı surətdə 27 - 29 fevral 1988 - ci il tarixdə Sumqayıt hadisəsi törədildi. Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən, Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını, sonra isə Qarabağın dağlıq ərazilərindəki Azərbaycan əhalisini xüsusi vəhşilik və zorakılıqla öz ata - baba yurdlarından kütləvi şəkildə qovmağa əsas vermək üçün təşkil olunmuşdur. Bu hadisə XX əsrin əvvəllərində çar Rusiyası xəfiyyə idarəsi tərəfindən bir neçə dəfə təşkil olunmuş erməni - müsəlman qırğınları ilə eyni ssenari əsasında törədilmişdir. Qarabağ ərazisində iki azərbaycanlı gəncin qətlə yetirilməsindən sonra erməni mərkəzləri yeni cinayətkar planlarını həyata keçirmək üçün ictimai - siyasi və

ekoloji problemlərin kəskin olduğu, 83 millət və xalqın nümayəndələrindən ibarət, 230 mindən artıq əhalinin yaşadığı Sumqayıt şəhərini hədəf seçdilər. Çünki bu şəhərdə mövcud olan sosial -iqtisadi problemlər başqa şəhərlərə nisbətən faciənin təşkilatçılarının planlarına daha çox uyğun gəlirdi. Sumqayıt hadisəsi barədə 1988 - ci ildən sonra Z.Bünyadov, M.İsmayılov, Əfqan, H.Sadıxov, M.Zülfüqarov, Y.Tabasaranski, O.İslamova, R.Məmmədov, A.Mansurzadə, Ə.Veysəlli, T.Əliyev, R.Süleymanoğlu, Nurani, A.İsmayılov və başqa müəlliflər tərəfindən bir sıra kitab və məqalələr yazılıb (1, 23,27 fevral 1992, 7 oktyabr 1993, 4 mart 1994; 5, № 1 1991, s. 2 – 3; 6, № 5 1991,s. 77 – 78; 7, 2 dekabr 1988; 8, 28 fevral 1998, 28 fevral 1999; 13, 28 fevral 1997, 27 fevral 1998, 27 fevral 1999; 9; 11, 16 noyabr 1996; 14; 15, 28 may 1988, 16 fevral 1994; 17, 1 may 1993; 18, 12 mart 1993, 24 fevral 1995; 19, №2 1989 və s. ). Bu müəlliflər içərisində Sumqayıt hadisələrinə 15 - dən artıq məqalə həsr etmiş R. Süleymanoğlunun yazıları diqqəti cəlb edir (2, 26 fevral 1993; 3, 6 iyul 1990; 8, 27 fevral 1998; 12, 28 fevral 1998; 13, 29,31 oktyabr, 14,17,21,26,28

MƏHƏRRƏM ZÜLFÜQARLI Dosent, tarix elmləri namizədi

noyabr, 3,10 dekabr 1992, 1 mart 1997 və s. ). Akademik Z.Bünyadov “Niyə Sumqayıt?” məqaləsində baş vermiş hadisələrin əsl mahiyyətini aşkara çıxarmağa çalışıb. Müəllif Moskvanın qızışdırıcı rolundan bəhs edərək SSRİ EA Afrika İnstitutunun direktor müavini A.M.Vasilyevin aşağıdakı sözlərini misal gətirir: “Əgər biz jurnalın (“Narodı Azii i Afriki”) tirajını artırmaq istəsək, bunu eləmək çox asandır: azərbaycanlıların və ermənilərin etnogenezi haqqında iki məqalə çap etmək lazımdır. Digər “yağlı” kökələr də tapmaq olar”. A.Mansurzadənin tərtib etdiyi “Sumqayıt qurbanları” kitabı Sumqayıt hadisələrinə həsr olunmuş məqalələr toplusundan ibarətdir. Bu kitabda Sumqayıtda şəhid olmuş Vəkil Babayev, Natiq İsgəndərov, Dadaş Xudaşov, Canpolad Orucov, Surxay Əliyev haqqında məqalələrlə yanaşı, E. Məmmədovun “28-dən 29-a keçən gecə”, M.Şahbazovun “Tarix unutqanlığı bağışlamır” və s. başlıqlı yazılar dərc olunub (10). Bəzi dərc olunmuş məqalələri Sumqayıt hadisələrinin tarixşünaslığına aid etmək olar. Məsələn, H. Sadıxov, R.Məmmmədovun “Sumqayıt hadisəsi ermənipərəst mətbuatın əyri güzgüsündə” adlı məqaləsi,


GEOSTRATEGİYA

1988 - 1992 - ci illərdə Sumqayıt hadisəsinə həsr olunmuş məqalələrin şərhinə həsr olunmuş məqalə və digər yazılar hadisənin tarixşünaslıq baxımından tədqiqinə yaxından kömək edə bilər (18, 29 fevral 1992, 24 fevral 1995). Aslan İsmayılovun 2010 – cu ildə nəşr olunmuş 204 səhifəlik “Sumqayıt – SSRİnin süqutunun başlanğıcı” kitabı bu vaxta qədər hadisəyə aid yazılmiş ən geniş tədqiqat əsəridir. Müəllif kitabda “Qirqoryan kim idi?”, “ Qara plaşlılar kimlər idi?”, “Azərbaycanlılar erməniləri necə xilas etdilər?”, “Fərqli insanlardan yekdil rəyi və yaxud Sumqayıt hadisələri kimin vicdanında qaldı?” kimi başlıqlarla hadisənin mahiyyəti barədə öz tədqiqatlarını oxucuların diqqətinə çatdırıb. Bu məqalə və kitablarda əsasən “Sumqayıt hadisəsi erməni mərkəzləri tərəfindən planlaşdırılmış cinayətdir”, “Bu hadisə SSRİ-nin dağılmasının və respublikaların suverenlik uğrunda mübarizəsinin qarşısının alınması üçün Moskva tərəfindən hazırlanmış qəsd idi” kimi fikirlər müdafiə olunur. Fikrimizcə, bunlar cinayətin təşkilatçılarının bir hissəsidir. Əgər cinyətin təşkilatçılarının bir hissəsi SSRİ daxilində idisə, digər bir hissəsinin qərb ölkələrində olması haqqında kifayət qədər faktlar mövcuddur. Sumqayıt faciəsində imperiyanı qoruyub saxlamaq istəyən qüvvələrlə yanaşı, onun dağılmasını istəyən həm daxili, həm də xarici qüvvələrin də əli var idi. Cinayətin icraçıları isə xüsusi mərkəzlər tərəfindən

hadisə ərəfəsində şəhərə göndərilmiş casuslar və onların təxribatına uyan səbatsız ünsürlər olmuşdu. Belə casuslardan biri “Qlasnost” jurnalının müxbiri Qriqoryantsın nümayəndəsi A. Şelkov qabaqcadan Sumqayıta gələrək, hadisələri lentə almış və artıq hadisələrin səhərisi günü qərbdəki himayədarları vasitəsi ilə müxtəlif ölkələrdə nümayiş etdirilmişdi. Hadisənin qabaqcadan xüsusi təxribatçı mərkəzlər tərəfindən təşkil olunduğunu sübut edən çoxlu sayda faktlar mövcuddur. Məsələn, Stepanakertdə Sumqayıt hadisəsinə aid abidənin qabaqcadan hazırlanması, hadisədən qabaq şəhərdə nömrəsiz maşınlarda qara gödəkçəli adamların peyda olması və hadisədən sonra onların yoxa çıxması, hadisə ərəfəsi şəhər hüquq - mühafizə orqanlarının fəaliyyətinin dayandırılması, tabel silahlarının alınması, erməni

millətindən olan imkanlı şəxslərin əksəriyyətinin əmanət banklarında olan pullarını götürərək, hadisədən iki gün əvvəl şəhərdən çıxması və s. faktlar bunu sübut edir. Faciənin əsas təşkilatçılarının hadisə baş verdiyi vaxt müəyyən edilməməsində şəhər və respublika rəhbərliyi arasında hadisə ərəfəsində münasibətlərin kəskinləşərək, düşmənçilik həddinə çatmasının da müəyyən rolu olmuşdu. Məhz bunun nəticəsində, hadisələrin əsl səbəblərini araşdırıb, düzgün nəticə çıxarmaq əvəzinə, Az.KP MK “Sumqayıt şəhər Partiya Komitəsi Bürosunun əhali arasında təşkilatçılıq işində böyük nöqsanları, siyasi naşılığı və şəhərdə faciəli hadisələrin qarşısını almaqda fəaliyyətsizliyi haqqında”(16 mart 1988-ci il) qərar qəbul etməklə öz səbatsızlığını nümayiş etdirdi.

Bu qərarla Azərbaycan KP rəhbərliyinin faciənin əsas təşkilatçılarını deyil, şəhər rəhbərliyini günahkar hesab etməsi həmin dövrdə əsil cinayətkarların ifşa edilməsinə mane oldu. Sumqayıt hadisəsi haqqında məqalə və kitab yazan bəzi müəlliflər bu hadisənin əsas səbəblərindən biri kimi şəhərdə əvvəlki illərdə millətlərarası münasibətlərin kəskin olduğunu qeyd edirlər. Lakin faktlar bunun əksini göstərir. Millətlərarası münasibətlər sahəsində şəhərdə əvvəlki illərdə nöqsanlar, formalizm halları olsa da, bu münasibətlər düşmənçilik həddində deyildi. Məsələn, Sumqayıtda nəşr olunan şəhər qəzetlərində 1987- ci ilin noyabrında Oktyabr inqilabının 70 illiyi ilə əlaqədar, yəni hadisələrdən 3 ay qabaq 70 - ci illərdən Sumqayıtla qardaşlaşmış Kirovakan nümayəndə heyətinin şəhər

49


ictimai - siyasi, elmi - populyar jurnal

Ermənİ mərkəzlərİnİN Sumqayıt təxrİbatı (Tarİxşünaslığın təhlİlİ)

50

əhalisi tərəfindən hörmətlə qarşılanması haqqında yazılar, erməni artistlərinin çıxışlarından geniş foto reportajlar verilmiş və bütün bunlara da sumqayıtlılar təbii yanaşmışlar. Bu kimi faktlar bir daha sübut edir ki, hadisənin əsl təşkilatçıları və icraçıları şəhər əhalisi deyil, kənar qüvvələr olmuşdur. Sumqayıt hadisəsi isə qısa olaraq belə baş vermişdi: Xüsusi hazırlanmış bir qrup təxribatçı Ermənistanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə şayiələr yayaraq, Qafandan yaralıların gətirildiyini bildirmiş, onların başına toplaşmış məlumatsız və səbatsız ünsürlərdə qisasçılıq hisslərini qızışdıraraq, qabaqcadan əldə etdlikləri ünvanlara basqınlar təşkil edərək qətllər, qarətlər və yanğınlar törətmişlər. Moskva rəhbərliyi 2 gün gecikdikdən sonra şəhərə qoşun yeritmişdir. Burada 6 9 fevral 1905 - ci il tarixində Bakıda törədilmiş erməni müsəlman qırğını ilə müəyyən bir oxşarlıq özünü büruzə verir. Ordunun şəhərə işğalçı kimi girərək özbaşınalıq etməsi, milli təəssüb hissini boğa bilməyən şəxslərin etirazına və müqavimətinə səbəb olmuş, nəticədə, hərbçilər bir neçə texnika itirmişlər. Bu qeyri - bərabər, kortəbii müqavimətdə 6 nəfər azərbaycanlı həlak olmuş, general Krayevin əmri ilə yüzlərlə şəhər sakini həbs olunmuş, 94 nəfər haqqında cinayət işi qaldırılmışdı. Bunların arasında Ermənistan qaçqınlarından bir nəfərin də olmaması bir daha sübut edir ki, onların adlarının bu hadisələrdə hallandırılması məqsədli xarakter daşımışdı. Yanvar-Fevral 2013 № 01 (13)

Moskvadan Sumqayıta ezam edilmiş müstəntiqlər ordusu şəhər sakinləri haqqında uydurma ittihamlar hazırlayıb Rusiyanın müxtəlif şəhərlərinin məhkəmələrinə göndərmişlər. İstintaq nəticəsində məlum olmuşdur ki, ilk cinayəti özünü azərbaycanlı kimi qələmə vermiş E.Qriqoryan törədərək, 5 nəfəri qətlə yetirib. Azərbaycanlılar müxtəlif müddətlərə azadlıqdan məhrum edilsələr də, məhkəmədə E. Qriqoryanın üzərindən ittihamın götürülməsi bir çox qaranlıq məqamların üzərinə işıq salır. Ən ağır cəzanı 1988 - ci ilin noyabrında SSRİ Ali Məhkəməsi çıxardı. Məhkəmə Ə.Əhmədovu güllələnməyə məhkum etdi və minlərlə Azərbaycan vətəndaşının etirazına baxmayaraq 1990 - cı ilin aprelində hökm icra olundu. 15 il iş almış T.İsmayılovun Tbilisidə, E. Gəncəliyevin isə Bakıda müəmmalı şəkildə öldürülməsi Moskvanın ermənipərəst siyasətinin nəticəsi idi. Moskva o zaman hadisələrə bu cür qiymət verdi. Moskvadan asılı olan Azərbaycanın o zamankı rəhbərliyi isə Sumqayıt hadisəsinin Azərbaycan KP MK - nın 16 mart 1988 - ci il qərarı ilə subyektiv qiymətləndirdi. Fikrimizcə, Sumqayıt hadisəsinin obyektiv tədqiqi üçün tarixçilər hələ çox işlər görməlidirlər. Bu kimi hadisələrin obyektiv tədqiqi gələcək təxribatların qarşısının alınmasına və Azərbaycan dövlətçiliyinin inkişafına yaxından kömək göstərə bilər.

QEYDLƏR: 1.Acı həqiqətlər. Bakı, Azərnəşr, 1991. 2. “Aydınlıq ” qəz., Bakı ( azərb. dilində) 3. “Azərbaycan “ qəz. Bakı ( azərb. dilində) 4. “Azərbaycan” jur., Bakı ( azərb. dilində) 5. “Azərbaycan qadını” jur., Bakı (azərb. dilində) 6. “Azərbaycan Kommunisti “ ” jur., Bakı ( azərb. dilində) 7. “Ədəbiyyat və incəsənət “ qəz., Bakı, ( azərb. dilində) 8. “ Xalq ” qəz., Bakı ( azərb. dilində) 9. İslamova O. Sumqayıt ... danışan tariximizdir. Bakı, 1999. 10. Mansurzadə A. Sumqayıt qurbanları. Sumqayıt, 1996. 11. “ Millət ” qəz., Bakı ( azərb. dilində) 12. “ Respublika ” qəz., Bakı ( azərb. dilində). 13. “ Sumqayıt ” qəz., ( azərb. dilində) 14. Veysəlli Ə, Əliyev T. Sumqayıtın qan yaddaşı. Sumqayıt, 1998 . 15. “ Бакинский рабочий” газ., Баку ( на рус. языке) 16. “ Бакинец ” газ., Баку ( на рус. языке) 17. “Вышка”газ., Баку ( на рус.языке) 18. “ Эхо Сумгаита” газ., Сумгаит ( на рус. языке). 19. “Известия АН Азербайджанской ССР.” Серия истории, философии и права, Баку ( на рус. языке) Açar sözlər:Azərbaycan

tarixi, Kommunist Partiyası,tarixşünaslıq, Sumqayıt, faciə Ключевые слова: История Азербайджана, Коммунистическая партия, историография, Сумгаит, трагедия Key words:Azerbaijan history, Communist party, historigraphy,Sumgait, tragedy Сумгаитская дверсия армянских центров (Историографический анализ) Резуме В статье говорится об Азербайджанская историография Сумгаитских событии. В статье анализируется произведения и и статьи историков по этой темы. В статьи автор показывает основные причины Сумгаитских собитии. Azerbaijan Tourism Institute, Associate Professor, candidate of historical sciences Sumgait sabotage of Armenian centers In February 1988 Armenia claimed that NagornoKarabakh is its territory. After that claim initial incidents took place that caused conflict. In the article historiography of Sumgait tragedy is researched. In the article the different works dedicated to this topic is analyzed and author presents main reasons of the tragedy.


GEOSTRATEGİYA

Araşdırma Y.Z.Talıbzadənİn yaradıcılıq fəalİyyətİndə aİlə və qadın problemİ

Müasir dövrdə gender problemləri ilə bağlı Azərbaycanda kütləvi informasiya vasitələrindən tutmuş elmi toplantı və nəşrlərə qədər müxtəlif qurumlar tərəfindən qızğın tədbirlər həyata keçirilməkdədir. Mövzu ilə əlaqədar tanınmış alimlərin bir sıra elmi tədqiqat əsərləri də çap olunmuşdur. Amma nədənsə müasirlik və qadın problemlərindən söz düşərkən Azərbaycan milli mətbuatında hələ ötən əsrin ilk illərindən (XIX əsrin sonlarından desək, daha doğru olar) müzakirə obyektinə çevrilmiş yazılardan bəhs edilmir. Qadın problemi Azərbaycan

elmi-nəzəri fikri üçün tamamilə yeni bir hadisə kimi təqdim edilir. Hərçənd ki, Azərbaycanın mütərəqqi fikirli ziyalıları, o cümlədən Zaqafqaziya sünni idarəsinin sədri müfti Mirzə Hüseyn Əfəndi Qayıbov, axund Mirzə Əbu Turab, axund Mir Məhəmməd Kərim Mircəfərzadə, axund Molla Ruhulla Məmmədzadə, Şeyxülislam axund Molla Ağa Əlizadə, Şeyxülislam Şeyx Əhməd Səlyani, Axund Mustafa Talıbzadə kimi bir çox din xadimləri bu sahədə əhəmiyyətli işlər görmüşlər. Lakin təəssüflər olsun ki, çox vaxt Azərbaycan ziyalılarının ailə və qadın mövzusunda yazılmış

Əsədova Mİnaxanım Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

çoxsaylı elmi-publisistik əsərlərdən söhbət açılmır. Halbuki həmin dövrdə Azərbaycan ziyalılarının bir çox əsərlərində bu problem geniş işıqlandırılmışdır. Həmin əsərlərdə, məsələn, Ə.Ağaoğlunun 1901-ci ildə Tiflisdə rus dilində çap edilmiş “İslama görə və islamlıqda qadın” adlı fundamental monoqrafiyasında (1, s. 3150) İslam dinində, “QuraniKərim”də qadına ayrılan yer, ona verilən qiymət, islam aləmində qadının kifayət qədər yüksək statusu əhatəli təhlil olunmuş, İslam dini və onun qadına münasibəti barəsində xristian dünyasında yayılmış əsassız və qərəzli iddiaların qeyri-obyektivliyi, İslam ideologiyasında qadın fəlsəfəsinin dəyərli məqamları elmi zəmində əsaslandırılmışdır. Son dövrə kimi Yusif Ziya Talıbzadənin də bu sahədəki fəaliyyətindən, onun qadın tərbiyəsinə dair tərcümə etdiyi əsərlərdən bəhs edilməmişdir. Halbuki elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, dövrünün mətbuat orqanlarında publisistik yazılarla müntəzəm çıxış edən Y.Z.Talıbzadə əsasən dini mövzulara üstünlük vermişdir ki, bunlar içərisində qadın mövzusu da ayrıca bir yer tutmuşdur. Y.Z.Talıbzadənin 1903-cü ildən etibarən “Şərqi-Rus” qəzetində islam dininə dair

məqalələri (“Din tərbiyəsi və s.) nəşr olunur. 19051913-cü illər arasında onun “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal”, “Şəlalə” kimi mətbuat orqanlarında müxtəlif mövzularda məqalələri nəşr olunmuşdur. Bu yazıların əsas və ali məqsədi islam dininin ayrıayrı müddəalarını müasir həyat problemləri ilə əlaqələndirməkdən ibarət idi. Fəaliyyətin əsasən bu istiqamətə yönəldilməsi bir tərəfdən Yusif Ziyanın təhsili, ixtisası və əqidəsi ilə bağlı idisə, digər tərəfdən də, ümumilikdə zamanın tələbindən doğan bir zərurət idi. Çünki XX əsrin əvvəllərində milli mənlik şüuru türkləşmək, islamlaşmaq, müasirləşmək ideallarının başlıca qayələrə çevrilməsi ilə müşayiət olunurdu. O dövrdə ziyalıların böyük əksəriyyəti islam dininə qayıdışı milli tərəqqinin başlıca amillərindən hesab edirdi. Y.Z.Talıbzadə də həmin ziyalılar nəslinə mənsubdur. Lakin o, təkcə islam ideoloqu kimi məhdudlaşıb qalmırdı, onun fəaliyyət dairəsi çoxşaxəli idi. Bununla belə həm elmi, həm pedaqoji, həm də publisistik fəaliyyətinin ağırlıq mərkəzini dini mövzular təşkil edirdi. Üstündən bir əsrdən də artıq zaman keçdiyini nəzərə alsaq, XX əsrin əvvəllərində yazılmış

51


ictimai - siyasi, elmi - populyar jurnal

Y.Z.Talıbzadənİn yaradıcılıq fəalİyyətİndə aİlə və qadın problemİ

52

tədqiqat əsərlərindəki problematik məsələlərlə müasir genderologiyanın problemləri arasında müəyyən metodoloji yanaşma fərqinin olmasını təbii saymalıyıq. Bununla belə həmin dövrün bir sıra mütərəqqi təşəbbüsləri müasir dövr üçün də aktuallığını saxlamaqdadır. Belə ki, XIX əsrin sonu və XX əsrin əvvəlində kapitalist münasibətlərin inkişafı feodal təsərrüfatçılığının geri qalmış formaları ilə birləşərək ölkədə sosial təbəqələşmə və sinfi ziddiyyətlərlə birlikdə gender sahəsindəki ziddiyyətlərin də kəskinləşməsinə gətirib çıxartdı. Azərbaycan xalqının mütərəqqi fikirli şəxsləri qadının ailə və cəmiyyətdə hüquqsuzluğu şəraitində milli inkişafın qeyri-mümkünlüyünü dərk edirdilər. Onlar cinslərin bərabərhüquqlu olması uğrunda mübarizəni müxtəlif yol və üsullarla aparırdılar. Qadın problemləri, qadının hər cür diskriminasiyadan, bilavasitə zordan xilası, onun təhsili, ictimai həyata qatılması Azərbaycan ideoloji həyatında romantizm, demokratik və marksist cərəyanlarının üzvi hissəsini təşkil edirdi. Bu mənada Azərbaycanın sosialmədəni həyatının bu sahədə özünəməxsusluqlarından biri də islam ruhanilərinin, şeyxülislam və müftilərinin qadın təhsili sahəsindəki səmərəli fəaliyyətləri idi ki, burada Axund Yusif Ziya Talıbzadə kimi ziyalıların adı xüsusilə çəkilməlidir. H.Z.Tağıyevin Azərbaycan qadınının maariflənməsində, elmə-mədəniyyətə yiyələnməsində, Bakı rusAzərbaycan Aleksandrovski qız məktəbinin Yanvar-Fevral 2013 № 01 (13)

yaradılmasında əvəzsiz xidmətləri olmuşdur (2, s. 32). Onun açdığı ilk qız liseyinin qadınların təhsil və tərbiyəsindəki mühüm rolunu minnətdarlıqla xatırladan M.B.Məmmədzadəyə görə, mədəniyyətli və tərbiyəli anaların əllərində bəslənmiş uşaqların gələcəkdə millət xadimi və camaata xeyir və fayda verən bir şəxs olacaqlarına əsla şəkk və şübhə edilməməlidir. O, qadınların sosial-mədəni fəallığının artırılmasında mətbuatın rolunu xüsusilə vurğulayaraq bəyan edirdi ki, ailənin təməl daşını təşkil edən ananın qucağını “ilk məktəb” olaraq alan və milli mövcudiyyətin özü hesab edilən o qucağın mədəniyyət və irfan ocağı halına

gəlməsinə çalışan mətbuatın əməyi boşa getməmişdi (3, s. 3-4). Bunu da qeyd etmək lazımdır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın fəlsəfi və ictimai fikrinin bir qisim qabaqcıl nümayəndələri islam dininin ehkamlarını, mənəvi və sosial-əxlaqi dəyərlər sistemini, xüsusilə qadına münasibətini kəskin tənqid etmişlər. M.F.Axundov, Q.B.Zakir, S.Ə.Şirvani, H.B.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, F.Köçərli, Ə.Haqverdiyev, M.S.Ordubadi, N.Nərimanov, M.Hadi, H.Cavid, C.Cabbarlı kimi ziyalılar ailə və cəmiyyətdə qadının hüquqlarını müdafiə etmiş, dini mövhumat və

xurafatın tənqidinə xüsusi yer ayırmışlar. Y.Z.Talıbzadə belə bir mühitdə publisistik fəaliyyəti ilə yanaşı bir tərcüməçi və pedaqoq kimi də xeyli iş görmüşdür. Məsələn, 1903cü ildə onun islam aləmində qadın tərbiyəsindən bəhs edən “Hədiyyəyi-nisvan” (“Podarok jenşinam” – farscadan tərcümədir) kitabı işıq üzü görür. Göründüyü kimi, XX əsrin əvvəllərində qadın problemi Yusif Ziyanı da narahat etmiş və o, bu istiqamətdə həm müəllim, həm publisist, həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. Y.Z.Talıbzadənin “Həqiqət” qəzetinin 1909-cu il 31 dekabr tarixli sayında (№ 6) dərc olunmuş “Həqiqət”, “İrşad” ilədir


GEOSTRATEGİYA

“Tərəqqi” məqaləsi ilə müasir oxucuları bir əsrdən sonra tanış edən Asif Rüstəmov “Həqiqət”dən “Həqiqət”ə adlı təqdimat məqaləsində yazır ki, zəmanəsinin tanınmış pedaqoqu, publisisti, dramaturqu, ən başlıcası isə vətənpərvər ziyalısı Axund Yusif Talıbzadə (1873-1922) akademik Kamal Talıbzadənin əmisi, Abdulla Şaiqin isə böyük qardaşıdır. Onun müxtəlif vaxtlarda çap olunmuş “Təhsili-qəvaid” (Qaydaların öyrənilməsi), “Tərbiyəyinisvan” (Qadınların tərbiyəsi), “Səyahət kitabçası”, “Hədiyyəyinisvan” (Qadınlara hədiyyə) və teatrlarda oynanıl-mış “Ərmənusə”, “Şamın fəthi” və b. səhnə əsərləri, dövri mətbuatda çıxan dini risalələri ədəbi ictimaiyyətə yaxşı tanış idi. Bir-iki məqalə istisna olunmaqla qeyd edilməlidir ki, son 70 ildə Axund Yusif Talıbzadə tamamilə unudulmuş, keşməkeşli hadisələrin dumanlığında görünməz olmuşdur (4). Y.Z.Talıbzadə ərəb və fars dillərini, islam tarixini və mədəniyyətini dərindən bilmiş, islami dəyərlərin düzgün təbliği üçün bir çox elmi və publisistik əsər yazmışdır. O, həm də ardıcıl təhsil almış bir ruhani idi. Y.Z.Talıbzadə əsrin əvvəllərində Bakı məktəblərində şəriət müəllimi olmuş, eyni zamanda şəriət və ana dili dərslikləri yazmışdır. Dövrünün tanınmış pedaqoqu, publisisti, dramaturqu, ən başlıcası isə vətənpərvər ziyalısı olan Y.Z.Talıbzadənin “Təhsili-qəvaid” (Qaydaların öyrənilməsi), “Tərbiyəyinisvan” (Qadınların

tərbiyəsi), “Səadsət kitabçası”, “Hədiyyəyinisvan” (Qadınlara hədiyyə) və teatrlarda oynanılmış “Ərmənusə”, “Xalid” və s. səhnə əsərlərinin, dini risalələrin müəllifi olması faktı da bunu təsdiqləməkdədir (5, s. 150151). Bunlar içərisində xüsusi yer tutan “Tərbiyəti nisvan” (Qadınların tərbiyəsi) əsəri Bakı şəhərinin rus və müsəlman məktəblərinin ehkami-şəriyyə müəllimi Y.Z.Talıbzadə (Yusif Talıbzadə Tiflisi) tərəfindən farscadan (ərəbcədən tərcüməsi isə Mustafa Mirzə Yusif xan Aşiyaninindir) tərcümə olunmuşdur. Əvvəlinci Şirkət mətbəəsində H.Z.Tağıyevin sərmayəsi ilə nəşr edilmiş (1902) 90 səhifəlik bu əsər 12 bölmədən ibarətdir. (6). Y.Z.Talıbzadə “Müqəddimə”də bəşəriyyət tarixinə dair izahlar verir, insanlığın amillərinə toxunur və oxuculara məxluqatın qabiliyyətinin inkişaf etdirilməsi yolları barədə öz mülahizələrini çatdırır. İnsanlığın və cəmiyyətin bütün ümumi inkişaf amilləri ilə yanaşı Y.Z.Talıbzadə hələ yüz il bundan öncə gender münasibətlərinə dair də çox maraqlı və faydalı tövsiyələr vermişdir. Onun kulturoloji baxışlarına görə “fərd və cəmiyyətin inkişafı üçün ərlə arvadı arasındakı münasibətlər hər şeyin əsasını qoyur”. Ümumiyyətlə isə, insanlığın təminatı üçün fiziki tərbiyə əvvəl gəlir, sonra mənəvi tərbiyə. Yalnız bunların bir-birini tamamlaması şəraitində cəmiyyət münasibətlərinin təkmilləşməsindən, o cümlədən ər-arvadın bir-birilərinə hörmət bəsləməsindən danışmaq

olar. Tərbiyə və kamal məsələsində də Y.Z.Talıbzadə bu gün üçün də doğruluğunu mühafizə edən bir pedaqoji prinsipi müdafiə edir ki, “bu hər iki qisim tərbiyə anaların öhdəsinə düşür, sonra atalar çalışmalıdırlar ki, istedadlarına uyğun xəzinələri aşkar edib tərbiyə vermək üçün müəllimlər və tərbiyəçilərin məsləhəti ilə onları yönəltsin” (6, s.5). Yoxsa, uşaqların uşaqlıq halında olan istedadlarını müəllim də inkişaf etdirə bilməsə istedad batıb gedər və həyatını bihudə yaşamış olar. Hər bir mövcudatın tərbiyəsinin yeni növ insanın tərbiyəsinə bağlı olduğunu diqqətə çatdıran Y.Z.Talıbzadə bu prosesin uğurlu nəticəsini “ata ilə ananın ittihadlarına” bağlayır. O, israrla bildirir ki, uşağın tərbiyəsi anadan asılıdır, ona görə də ananın özü tərbiyəli olmalıdır: “Əcəba anaların özlərində tərbiyə olmasa mümkündürmü ki, öz tifillərini lazımınca tərbiyə edib nizami aləmə fayda yetirələr. Əvvəlinci dərəcədə lazım və zəruri olan anaların tərbiyəsidir ki, tainki, onlar öz vəzifələrini yerinə yetirməkdə bəsirətli

olsunlar” (6, s.6). Y.Z.Talıbzadə belə bir kitabı tərcümə etməsinə səbəb olan əsas narahatlığını bununla bağlayır ki, ümumiyyətlə, yeni insan tərbiyəsi mövzusunda bu vaxtadək türk-Azərbaycan əhalisinə sirayət edəcək bir əsər olmadığından, biz türk dilində belə bir kitabın nəşrini vacib bildik. Kitab müəllifi kişilərin qadınlara yalnız zahiri görkəminə görə yaxınlaşmasını və müvəqqəti münasibətini çox pis qiymətləndirir, belə halı şərəfsizlik, biqeyrətlik adlandırır. Müəllif deyir ki, cismani zövq keçicidir, o nə qədər uzun müddət davam etsə də əvvəl-axır bədəndə qocalma gedir. Əgər hər iki tərəf zaman keçdikcə bir-biri ilə müxtəlif mövzuda söhbət edərsə, bir-birindən nələrisə öyrənərsə, aralarında mənəvi bağlılıq olarsa bu, əsil məhəbbət və xoşbəxtlikdir. Məhəbbət inkişafın və mədəniyyətin bünövrəsidir. Heç bir kişi fikirləşmir ki, övrətini oxutdursun. Əgər övrətin kişiyə meyli olmazsa ərin həyatı bədbəxt keçər. Övrətin meylini təhlil etsək, iki halda bu baş verir. Birinci nəfsin istədiyini yerinə yetirmək, ikinci güzəran və şadlığa dair ləvazimatı

53


ictimai - siyasi, elmi - populyar jurnal

Y.Z.Talıbzadənİn yaradıcılıq fəalİyyətİndə aİlə və qadın problemİ

54

hazır etmək. Gözəl fikir və xasiyyətlər, yaxşı mətləb və adətlər onun qəlbindən keçmir. O, öz ərini uca boyu və qara qaşları ilə tanıyır. Kişinin ağıl və mərifətinin qədəri, fərasətinin dərəcəsi onun nəzərini cəlb etməyib vücudunda əsla əsəri olmur. Belə halda kişinin övrətinə məhəbbəti necə davamlı ola bilər? Qeyd etmək lazımdır ki, “Tərbiyəti-nisvan” kitabının nəşri elm və din xadimləri tərəfindən təqdirlə qarşılanmışdır. Hətta Azərbaycandan kənarda da bu kitab yüksək dəyərləndirilmişdir. Bu mənada Y.Z.Talıbzadənin farscadan türk dilinə tərcümə etdiyi bu kitab barəsində cənab H.Z.Tağıyevə göndərilmiş məktub çox diqqətəlayiqdir. Simbirsk şəhərindən müəllim Bədrəddin İmranov tərəfindən göndərilmiş bu məktubda Hacının elm, təhsil və mədəniyyət sahəsindəki xeyriyyəçilik fəaliyyəti yüksək qiymətləndirilir. Daha sonra isə yazılır: “...bu həftə “Tərcüman” qəzetinin 7-ci nömrəsində oxuduğumuz üzrə müəllim cənab Yusif Talıbzadə əfəndinin tərcümə etdiyi “Tərbiyəti-nisvan” adlı əsərini nəşr etdirmişsiniz” (7, s.126-127). Məktub müəllifi kitabın qadınlara hədiyyə kimi verildiyindən çox mütəəssir olduğunu yazır və belə bir hadisədən fəxarət duyduğunu xüsusilə qeyd edir. “Hədiyyeyi nisvan” əsəri isə 1903-cü ildə nəşr edilmişdir. Kitabın üz qabığında yazılır ki, əsər uşaqların məktəb həddinə yetişənəcən “bədən və ədəb və ağıliyyeyi tərbiyələri barəsində cənab Hacı Yanvar-Fevral 2013 № 01 (13)

Zeynalabdin Tağıyevin ianəsi ilə çap olunubdur. Y.Z.Talıbzadə tərəfindən yazılmış “Müqəddimə”də belə bir bilgi verilir ki, uşaqların ibtidai bədən, ağıl və ədəb tərbiyəsi, məktəb həddinə yetişənəcən hamısı anaların ixtiyarında olur. Analar əvvəlinci o şəxsdirlər ki, uşaq fikir və nəzərinin lazım olan yerində diqqət edib, mehribanlıq göstərib zəhmət sərf edirlər. Və ibtidai dövrdə uşağı onun yanında və ətrafında olan şəxslərlə tanış edirlər. Uşaq qəlbində əvvəlinci ədəb qaydası sabit olunur. Anasının münasibətilə ana öz uşağını sevib dost tutmaqla uşağa məhəbbət yetirir. Əvvəlcə anası ilə təmas qurur, sonra onun ətrafında olan şəxslərə. Ananın lazımi qayğısı və tərbiyəsi ilə uşağın bədən tərbiyəsi möhkəmlənib qüvvət tapır. Lakin yalnız o cür analar öz uşaqlarına ədəb, bədən və ağıl tərbiyəsi verə bilərlər ki, özləri bədən, ağıl və ədəb tərbiyəsinə sahib olsunlar. Başqa dillərdə analara kömək üçün, onlara məsləhət verən bu cür kitablar çoxdur. Hansı ki, uşaqların bədən, ağıl və ədəb tərbiyələrinə dair cürbəcür ədəb və qaydalar dərc olunubdur. Y.Z.Talıbzadə təəssüfləndiyini bildirir ki, indiyə kimi türk-Azərbaycan dilində bu tipli kitab nəşr edilməmişdir. Bu məqsədlə tərtib edilmiş kitablar ümumiyyətlə, Zaqafqaziyada mövcud olmamışdır. Bu səbəbdən də mən müsəlman övrətlərinə kömək üçün və onları himayə etmək ümidi ilə rus dilində tərtib edilmiş kitablardan seçmələr edərək bu materialları bir kitab halına salmışam. Y.Z.Talıbzadənin silsilə

yazılarından biri gender münasibətlərinə dair “Yeni Füyuzat”ın 1910-cu il dekabr və 1911-ci ilin yanvar və fevral tarixli saylarında dərc edilmiş “Erkəklər və qadınlar” başlıqlı 10 məqaləsidir. Y.Z.Talıbzadə giriş xarakterli ilk məqaləsində yazır ki, erkək və qadın məsələsi bütün bəşəriyyətə aid bir məsələdir: “Erkək və qadın deyildikdə bəşəriyyəticəmiyyətləri təşkil edən, təbii bir erkək ilə qadının ictimai xəyalı gəlir” (8). Müəllif belə bir danılmaz həqiqəti oxucuların diqqətinə çatdırır ki, aləmibəşəriyyətdə bir erkək ilə bir qadının birliyi ən mühüm nöqtələrdən biridir. Bəşəriyyətin əsası da məhz bundan ibarətdir. Bütün insanlar bu yoldan həyata gəlir, cəmiyyətlər təşkil edir. Bütün xeyir və şər, fayda və zərər bu yoldan, bu mənbədən meydana gəlir. Belə bir inkaredilməz

gerçəkliyi danmaq mümkün deyildir. Belə bir birliyə münasib olaraq erkək ilə qadınların vəzifələrinin təyin olunduğu, buna dair həyat və məişət yollarının açıldığı və bunun vasitəsilə insanların dirildiyi həqiqətini dilə gətirən Y.Z.Talıbzadə yazır ki, bununla insan həyat mübarizəsinə çıxır, dünyada yaşayır, cahanın həyatı ilə ölümü təyin olunur və cəmi fikirlər, qisim-qisim məsləklər bu yoldan zühur edir. Bunun vasitəsilə insanlar millətlərə, müxtəlif dillərə, qisimqisim siniflərə bölünür. Nəticədə bəşəriyyətdə birinci əsas olaraq erkək ilə qadın məsələsi ortaya çıxır. “Məsələmizin çox mühüm, çox ali, son dərəcə müşkül olduğunu bilirik. Bizdən əvvəl də bu yolda yazılmış əsərlərin bir çoxunu da oxuduq, düşündük. Yaxşıca tədqiq etdik, özümüz də tədqiq etmək istədik” (8).


GEOSTRATEGİYA

Y.Z.Talıbzadənin daima öz üzərində çalışan, dünya ədəbiyyatını mütaliə edən bir şəxs olduğunu, yazılarında həm şərq, həm də qərb mütəfəkkirlərinin yaradıcılığına istinad etməsindən də görə bilirik. Burada da o, bu məsələnin çox geniş olduğunu və bu meydanda at oynadan filosof və ədiblərin hər birinin erkək və qadın münasibətlərinə fərqli mövqedən yanaşdıqlarını vurğulayır. Hətta “möhtərəm ədib və filosof qraf Tolstoyun da bu yolda qələmə alınmış əsərləri”ni təhlil edərək onun erkək və qadın mövzusuna münasibətinə aydınlıq gətirir. Y.Z.Talıbzadə “Məhəbbətimüqəddisənin təsviri”ndə (9) ailə münasibətlərinin hansı əsaslar üzərində qurulmalı olduğu barədə müzakirə açır və öz qənaətlərini bildirir. O, yazır ki, mənəvi və səmimi məhəbbətin itib getdiyi yerdə ciddiyyət ortadan qalxır ki, nəticədə maddiyyat və məişət həyatına dair bir sıra təhlükəli fikirlərə rəvac vermiş olur. Y.Z.Talıbzadə məsələnin həlli üçün ailədə və məişət həyatında islamiyyətin ruhi-mənəvi dəyərlərinin tətbiq edilməsi zəruriliyini vurğulayır və öz tövsiyələrini verir. O, insanlıq, qarşılıqlı hörmət, sevgi və məhəbbət üzərində qurulmasını arzu etdiyi bir cəmiyyətin hansı şərtlər və vəzifələr əsasında mövcud olması mümkünlüyünə dair qənaətlərini ardıcıllıqla təqdiq edir. Bəşəriyyətin həyat mübarizəsində cismaniyyət tələbi üzrə maddiyyatdan özünü xilas edə bilməyəcəyini, bununla bərabər ruhi bəşəriyyətin mənəviyyatla mövcud

olması həqiqətini xatırladan Y.Z.Talıbzadəyə görə, əgər birinci ilə fani olan cismaniyyat yaşaya bilirsə, ikinci ilə də insan daimi olan ruhi həyat tapır, onunla yaşayır. Birincinin təsiri müvəqqəti və keçici olduğu kimi ikincinin təsirinin isə həqiqi və daimi olduğu inkaredilməzdir. Bəşəriyyətin ruhi həyatının mənəviyyat ilə mövcud ola bilməsi həqiqəti, bu bəşəriyyətin məişət həyatı və güzəranında maddiyyata dair hiss olunan ehtiyacların təminatı zərurəti yaranır. Ona görə, maddiyyata aid olan məsələlərin həlli də həyati mahiyyət kəsb edir. O cümlədən erkək ilə qadının, ərlə arvadın bəşəriyyət aləmində rollarının, vəzifələrini necə ifa edə bilmələrinin tədqiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir. Y.Z.Talıbzadə “Erkəklər ilə qadınlar bəşəriyyətin ümumi, bəlkə bütün vücudu deməkdir” başlıqlı növbəti yazısında da məhz bu problemə aydınlıq gətirməyə çalışır. Müəllif öncə, bəşəriyyətin

yarısını sevimli, nüfuzlu, zərif cinsin nümayəndəsi olan qadınların, yarısını da cürətli, fəal, zəhmətkeş olan kişilərin təşkil etdiyini bir daha diqqətə çatdırır. Qeyd edək ki, XX əsrin əvvəllərində qadın mövzusu, müasir terminlə desək, gender problemi ziyalılar tərəfindən geniş şəkildə müzakirə edilən ən aktual məsələlərdən biri idi. Bu problem fərqli əqidə sahibləri tərəfindən ən müxtəlif kontekstlərdə dəyərləndirilmişdir. Əslində müəyyən səngimələri nəzərə almasaq, bu problem həmişə diqqət mərkəzində olmuşdur. Günümüzdə də gender problemi ən qızğın müzakirələrə rəvac vermiş mövzulardandır. Azərbaycan İstiqlal Bəyannaməsinin qadınlara verdiyi demokratik hüquqlardan bəhs edən M.B.Məmmədzadə də mövzuya oxşar kontekstdən yanaşır. O, “Qadınlara hürriyyət” adlı məqaləsində müsəlman qadının əsrlərlə davam edən hüquqsuzluğunun səbəblərini və maarifçilik

dövrünün ziyalılarının ailə və qadın məsələsinə dair fəaliyyətlərini təhlil edir. Qeyd edək ki, türk sosiologiya məktəbində də ailə problemi əhəmiyyətli yerə sahib olmuşdur. Bu baxımdan Türkiyədə sosiologiya elminin banisi hesab olunan Ziya Göyalpın fikirləri mühüm əhəmiyyət kəsb edir ki, Y.Z.Talıbzadə bir neçə yazısında ona da istinad etmişdir. Z.Göyalp türk ailəsinin inkişaf xətti ilə cəmiyyətdəki dəyişikliklər arasında paralelliyin olduğunu qeyd edir, türk ailə quruluşunda həm patriarxal, həm matriarxal ailənin izlərinin olduğunu irəli sürürdü. Bu gün isə artıq “bir elm kimi genderşünaslığın obyekti – cinsləri bütün əlaqə və münasibətləri ilə birlikdə xüsusi fenomen kimi öyrənmək, onun (həmin fenomenin) sosiomədəni sistem daxilində tarixi inkişafının qanunauyğunluqlarının ümumi və xüsusi cəhətlərini aşkarlamaqdır” (10, s.13). “Ailə tədqiqatlarının nəzəri-konseptual əsasları”

55


ictimai - siyasi, elmi - populyar jurnal

Y.Z.Talıbzadənİn yaradıcılıq fəalİyyətİndə aİlə və qadın problemİ

56

başlıqlı məqaləsində (11,s. 70-84) Əbülfəz Süleymanov yazır ki, müasir dövrdə ailə institutunda baş verən proseslər ailənin vəziyyətini insanlığın qlobal problemləri cərgəsinə çıxartdı. Qərb və hətta qeyri-qərb cəmiyyətləri bu gün ailə institutu sahəsində ciddi problemlərlə üzləşirlər və bu problemin həlli üçün müxtəlif çıxış yolları axtarışındadırlar. Bu sahədə yeni proseslər pozitivizmdə Durkheimin təyin etdiyi əsas qanuna tərs mütənasiblik təşkil edir. Həmçinin günümüzdə də sosial dəyişiklik prosesinə paralel olaraq doğum, əxlaq, boşanma, natamam ailələr, kimsəsiz yaşlılar, alternativ ailə formaları kimi mövzularda çoxsaylı mikro səviyyədə araşdırmalar aparılmaqdadır. Azərbaycanda isə vəziyyət qərbdən fərqlidir. Ailə sosiologiyasının və ümumiyyətlə, sosiologiya elminin Azərbaycanda inkişafı olduqca yenidir. Beləliklə, ailə sahəsində aparılacaq tədqiqatların, ilk növbədə Azərbaycanın ictimai quruluşuna uyğun bir tərzdə aparılması vacibdir. Azərbaycan ailəsinin tarixi inkişaf mərhələləri – mədəniyyəti düzgün olaraq dərk olunmalıdır. Ailə mövzusunda Qərb modellərindən mənimsənilən tipologiyaların Azərbaycan cəmiyyətinə uyğunluğu öyrənilməli və cəmiyyətimizdə ən uyğun tipologiyaların inkişaf etməsinə nail olmalıyıq. Ailə yalnız cəmiyyətlə əlaqə kontekstində araşdırılmamalıdır. Eyni zamanda ailə üzvlərinin hər birini sosial kateqoriya kimi qiymətləndirən araşdırmalara da yer verilməlidir. Hesab edirik ki, Qərb Yanvar-Fevral 2013 № 01 (13)

cəmiyyətləri ilə Azərbaycan cəmiyyəti arasındakı fərqli cəhətlər nəzərə alınaraq, öz sosial quruluşumuza, dəyərlərimizə, tariximizə uyğun olaraq həyata keçiriləcək tədqiqatlar Azərbaycanda ailə sosiologiyasının inkişafına xidmət edəcəkdir. Buna görə, Azərbaycan kulturoloji fikri üçün də səciyyəvi olan ailə və qadın problemləri tarixi inkişaf kontekstindən öyrənilməlidir. Milli oyanış dövrü kimi xarakterizə edilən XIX əsr ziyalılarının mövzuya dair baxışlarının, maarifçilik hərəkatının əldə etdiyi nailiyyətlərin müasir meyarlar baxımından süzgəcdən keçirilməsi bu mənada çox əhəmiyyətli ola bilər. Xüsusilə də, XX əsrin əvvəllərinin millimədəni intibah prosesinin önündə gedən Azərbaycan ziyalılarının ailə və qadın mövzusunda yazdıqları əsərlərin tədqiq edilərək onlara elmi-tənqidi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir. Tarixi təcrübədən müasir gender problemlərinin həllində və bu təcrübi dərslərdən demokratik vətəndaş cəmiyyəti quruculuğunda istifadə edilməsi son dərəcə vacibdir ki, bu baxımdan digər ziyalılar, elm, mədəniyyət və din xadimləri ilə birlikdə Yusif Ziya Talıbzadənin də kulturoloji irsinin tədqiqi və təbliğini zəruri hesab edirik.

QEYDLƏR: 1. Ağayev Ə. İslama görə və islamiyyətdə qadın (Rus dilindən tərcümə edəni: R.Şərifov) / “Mədəniyyət dünyası”, XII buraxılış, Bakı: 2006, s. 31-50. 2. İbrahimova G.İ. XIX-XX əsrlərdə Azərbaycanda qadın siyasəti: Siyasi elm. dok. ... dis. avtoref. Bakı, 2011 3. Mehmetzade M.B. Kadınlara hürriyet // “Azerbaycan”, Ankara, mart 1954, Sayı: 12 (24), s. 2-4. 4. Rüstəmov A. “Həqiqət”dən “Həqiqət”ə. (Axund Yusif Talıbzadənin “Həqiqət”, “İrşad” ilədir “Tərəqqi” məqaləsinin təqdimatı). “Həqiqət” qəz., 31 dekabr 1999-cu il. 5. İsrafilov H.Ə. Azərbaycan dramaturgiyasının inkişaf problemləri (1890-1920-ci illər). Bakı: Elm, 1988 6. Abdulla Şaiqin Mənzil Muzeyinin arxivi, inv. № 246 (Talıbzadə Y.Z. Tərbiyəti nisvan. Bakı: Əvvəlinci Şirkət mətbəəsi. 1902 (1319) 7. Talıbzadə A.Y. Erkəklər və qadınlar ictimai // “Yeni Füyuzat”, 7 dekabr 1910-cu il, № 8, s. 5. 8. Talıbzadə A.Y. Məhəbbəti müqəddəsə // “Yeni Füyuzat”, 14 dekabr 1910-cu il, № 9, s. 4. 9. Talıbzadə A.Y. Məhəbbəti-müqəddisənin təsviri // “Yeni Füyuzat”, 21 dekabr 1910-cu il, № 10, s. 4. 10. Quluzadə Z. Gender Azərbaycanda. Bakı: UNFPA, BMT-nin Əhali Fondunun nəşri, 2003 11. Süleymanov Ə. Ailə tədqiqatlarının nəzərikonseptual əsasları // “Fəlsəfə və sosial-siyasi elmlər”, elminəzəri jurnal. Bakı, 2010, № 1 (29)

Açar sözlər: Ailə, tədqiqat, qadın, alim, tərbiyə, islam. РЕЗЮМЕ Проблема семьи и женщины в творческой деятельности Ю.З. Талыбзаде В этой статье изучается просветительная деятельность Ю.З. Талыбзаде, уделяется внимание его службе в области педагогики, исследуется его публицистическое творчество в контексте национального самосознания. Подвергаются сравнительному анализу культурологические взгляды Ю.З.Талыбзаде относительно семейным проблемам и проблемами женщины. Asadova M.R. Domestic problems and problems of women in Y.Z.Talibzadeh’s creative activity Summary Y. Z. Talibzadeh’s enlightening activity are studied in this article, his activity in the pedagogical sphere, publicist creativity under the context of national self-consciousness are surveyed. Y.Z. Talibzadeh’s culturological views about domestic problems and problems of women are comparatively investigated.


GEOSTRATEGİYA

Region 2008-сİ İL RUS-GÜRCÜ MÜNAQİŞƏSİNİN REGİON DÖVLƏTLƏRİNƏ TƏSİRİ 2008-ci il 8 avqustda gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən gürcü ordusu tezliklə kapitulyasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq tezliklə Sxinvali şəhərini tərk etməsi haqqında ultimatum göndərdi. Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini bildirdi. Gürcüstan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq Sxinvali şəhərini tərk etməyəcəyini bəyan etdi. Nəticədə elə həmin gün rus qoşunları Şimali və Cənubi Osetiyanı birləşdirən Rogun keçidi

vasitəsilə öz vətəndaşlarını və sərhəddə yerləşdirilən rus sülhməramlılarını qorumaq adı ilə Cənubi Osetiyaya daxil oldu. Tezliklə Sxinvali şəhərini işğal edən ruslar Gürcüstanın dərinliklərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb edilmişdir. Rus osetin qoşunları Sxinvali şəhərini azad etməklə yetinməyərək, hücumu davam etdirərək Gürcüstanın Qori şəhərini işğal etdilər. Gürcüstanın paytaxtı olan Tbilisi şəhərinin 40 kilometrliyində yerləşən Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin işğal edilməsilə ilə Gürcüstan faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda, işğal

ELGÜN QƏHRƏMANOV

Bakı Dövlət Universiteti Qafqaz xalqları kafedrasının müəllimi

altında olan Gürcüstanın şimal hissəsi Gürcüstan dövlətinin nəzarəti altından çıxdı. Rus dəniz qüvvələri də işğalı davam etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu (2, s. 76 ). Beynəlxalq aləm Rusiyanın bu işğalçı hərəkatını birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya prezidenti 12 avqust 2008ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Münaqişənin həll edilməsi üçün qərb dövlətlərindən Fransanın prezidenti Sarkozi atəşkəs müqaviləsinin imzalanmasını təklif etdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzalamağa qərar verdi(1s. 121). Baxmayaraq ki, Rusiya Gürcüstan müharibəsi iki tərəf arasında baş vermişdir, amma onun nəticələri istər müharibə zamanı, istərsə də müharibədən sonrakı dövrdə də bütün Cənubi Qafqaz bölgəsinə təsir etmişdir. Sovet İttifaqı dağıldıqdan sonra da Rusiya keçmiş ittifaq dövlətlərində olan maraqlarından imtina etmədi, sadəcə olaraq təsir mexanizmlərini dəyişdirərək bu ölkələrdə nüfuzunu saxlamaq üçün ənənəvi metodlarını işə saldı. Xalqlar həbsxanası olan Rusiyada məqsədli şəkildə etnik qrupların

məskunlaşması nəzərə alınmadan dövlət qurumları yaradılmış, deportasiya və məcburi köçürmə siyasətləri nəticəsində bəzi xalqlar öz yurd-yuvalarından məhrum edilmiş, digər xalqlar da həmin ərazilərə yerləşdirilmişdir. Heç şübhəsiz ki, Rus imperializminin əsas məqsədi xalqlar arasında süni şəkildə düşmənçilik toxumları səpmək idi (8 s. 46). Sovet İttifaqı dağıldıqdan sonra Rusiya tərəfindən əkilmiş düşmənçilik toxumları cücərmiş və silahlı münaqişələrə çevrilmişdir. Çoxlu etnos tərkibi ilə seçilən Qafqaz regionu Rusiyanın eksperimentlərinin qurbanına çevrilmiş, istər Şimali, istərsə də Cənubi Qafqaza Sovet İttifaqı dağıldıqdan sonra bir neçə münaqişə miras olaraq qalmışdır. GürcüstanRusiya münasibətləri çərçivəsində rəsmi Moskva öz milli maraqlarını təmin etmək üçün bütün üsullardan istifadə edir. İstər separatçı qüvvələrin dəstəklənməsi, istərsə hərbi gücdən istifadə edərək təhdid metodlarının tətbiqi, istərsə də enerji təminatının durdurulması Rusiyanın ən çox istifadə etdiyi təzyiq vasitələrindəndir. Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra daha da şiddətli xarakter aldı. Münasibətlərin gərginləşməsinin səbəbləri

57


ictimai - siyasi, elmi - populyar jurnal

2008-сİ İl RUS-GÜRCÜ MÜNAQİŞƏSİNİN REGİON DÖVLƏTLƏRİNƏ TƏSİRİ

58

arasında Saakaşvili hakimiyyətinin qərb meylli siyasəti, Rusiyanın maraqlarına cavab verməyən enerji layihələrində aktiv rol alması və s. kimi səbəbləri göstərmək olar. Gürcüstanın NATO-ya tam hüquqlu üzv olmaq istəyi və bu istiqamətdə atılan cəsarətli addımlar Rusiya tərəfindən heç də xoş qarşılana bilməz. Bunun qarşısını almaq üçün Rusiya hər vasitəyə əl atır. Bu vasitələrdən biri olaraq, 1999-cu ilin qışında Rusiya heç bir səbəb göstərmədən Gürcüstana verilən qazı kəsmiş, bunun ardınca isə 2001-ci ildə Gürcüstana qarşı birtərəfli viza rejimi tətbiq etməyə başlamışdır. 20022003-cü illərdə Gürcüstana nəql edilən qaz kəmərində baş verən partlayış Gürcüstan tərəfindən sabotaj kimi dəyərləndirilmiş və Rusiyanın maraqlarına xidmət edildiyi vurğulanmışdır. 2005-ci ildə Rusiyanın Qazprom şirkəti Gürcüstana satdığı qazın qiymətini 2 dəfə artıraraq 63 dollardan 110 dollara qaldırmış və beləliklə də bu ölkəni maliyyə cəhətdən çətin vəziyyətə salmışdır. Rusiyanın Gürcüstana qarşı müxtəlif illərdə hərbi vasitələrdən istifadə etməsi faktları məlumdur. Gürcüstan tərəfinin iddialarına görə 2002-ci ildə Rusiya qırıcı təyyarələri Gürcüstan ərazilərini bombalamışdır. 2007-ci ildə Qara dənizdə Rusiyanın hərbi dəniz qüvvələri geniş hərbi təlimlər keçirərək regiondakı vəziyyəti gərginləşdirirdi. 2008-ci ildə Gürcüstana məxsus pilotsuz kəşfiyyatçı təyyarənin Abxaziya ərazisində vurulması gərginliyi daha da artıraraq qarşılıqlı ittihamları intensivləşdirmiş, hərbi toqquşma ehtimalını Yanvar-Fevral 2013 № 01 (13)

artırmışdı. Göründüyü kimi, “Beş günlük müharibə”yə qədər Rusiya Gürcüstan münasibətlərində gərginlik artan xətt üzrə inkişaf edirdi. Müharibə ərəfəsində Rusiyanın Azərbaycanla bağlı siyasətinə də diqqət yetirək. Gürcüstandan fərqli olaraq Azərbaycan Rusiya ilə münasibətlərdə balans qorunub saxlanılır. Hərçənd ki, hər iki dövlət arasında bir yox, bir neçə məsələlərdə fikir ayrılığı mövcuddur, Azərbaycanın ehtiyatlı xarici siyasəti bu münasibətlərin gərginləşməsinə imkan yaratmır. Rusiyanın Dağlıq Qarabağda erməni separatçılarına hərtərəfli yardımı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdı. Azərbaycanın qərbmeylli siyasəti, Rusiyanın enerji siyasətinə qarşı yönəlmiş regional layihələrdə iştirak etməsi, hərbi mütəxəssislərin MDB-yə alternativ olaraq qiymətləndirdikləri GUAM təşkilatını təsis edən dövlətlərdən biri olması Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən asılıdır. Rusiya Azərbaycana qarşı əsasən Qarabağ kartından təzyiq vasitəsi kimi istifadə etmişdir. Bundan başqa talış və ləzgi məsələləri də Rusiyanın zamanla əl atdığı vasitələrdəndir(5). Müharibəyəqədərki dövrdə Rusiyanın Cənubi Qafqaz dövlətləri ilə əlaqədar siyasətini təhlil etdiyimiz zaman bu siyasətin ümumi xarakter daşımadığını, dövlətlərin Rusiyaya olan mövqelərindən asılı olaraq dəyişdiyinin şahidi ola bilərik. Rusiya ilə Gürcüstan arasında olan gərginliyin müharibə ilə nəticələnməsi gözlənilən idi.

Müharibə iki dövlət arasında olsa da, onun təsirləri digər qonşu dövlətlər olan Azərbaycan və Ermənistanda da özünü büruzə vermişdir. Cənubi Qafqaz siyasi iqtisadi və mədəni baxımdan bütövləşmiş region olmadığı üçün müharibənin təsiri ümumi olaraq regiona deyil, bu coğrafi bölgədə yerləşən dövlətlərə ayrı-ayrılıqda müxtəlif səviyyələrdə təsir etmişdir. Heç şübhəsiz ki, müharibədən ən çox təsir görən ölkə Gürcüstan oldu. Gürcüstan Cənubi Osetiyada nəinki öz ərazi bütövlüyünü bərpa edə bilmədi, eyni zamanda öz əraziləri də müvəqqəti olsa da, rus qoşunlarının nəzarətinə keçdi. Müharibə zamanı Gürcüstan silahlı qüvvələrinə məxsus hərbi texnika rus qoşunları tərəfindən ya müsadirə olundu, ya da ki, qənimət olaraq götürüldü. Bu müharibə Gürcüstan dövlətinə göstərdi ki, öz ərazi bütövlüyünü tək başına bərpa etmək iqtidarında deyil. Təəccüblü deyil ki, atəşkəs imzalandıqdan sonra ləngimədən Rusiya rəsmi şəkildə Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdı və bu subyektlərə hər cür yardım göstərəcəyini

bəyan etdi. ABŞ və Avropa Birliyi müharibə boyunca Gürcüstanı dəstəklədiklərini bildirsələr də, faktiki olaraq Rusiya tərəfdən silahlı işğala məruz qaldığı halda ona lazımı yardımı göstərə bilmədilər. Münaqişənin başlandığı ilk gündən danışıqların aparılması təşəbbüsünü öz üzərinə götürən Avropa Birliyi münaqişənin yaranma səbəbləri ilə bağlı apardığı tədqiqatda Gürcüstanın günahkar olduğu qənaətinə gəlmişdir. Nəticədə onu demək olar ki, Gürcüstan müharibədə məğlub olmaqla yanaşı, müharibəyəqədərki mövqelərini daha da pisləşdirdi. Gürcüstan tərəfindən öz ərazi bütövlüyünü bərpa etmək uğrunda başladılan müharibə ayrı-ayrı dövlətlər tərəfindən birmənalı qarşılanmamış, onun münaqişələri sülh yolu ilə həll etmək öhdəliyini pozduğu belə iddia edilmişdir. Müharibənin məhz Gürcüstan tərəfindən boşaldılması separatist Abxaziya və Cənubi Osetiya dövlətlərinə Gürcüstanla birgə yaşamağın onlar üçün təhlükəli olduğunu iddia etmələrinə səbəb olmuşdur.


GEOSTRATEGİYA

Hazırda Gürcüstan ilə separatçı Abxaziya və Cənubi Osetiya arasında münaqişənin tənzimlənməsinə dair intensiv danışıqlar aparılmır, separatist dövlətlər bundan sonrakı mərhələdə danışıqların yalnız müstəqilliyin tanınması haqqında ola biləcəyini vurğulayırlar. Bütün bu proseslər onu göstərdi ki, Cənubi Qafqazda 90-ci illərdə formalaşmış güc balansı hələ də öz akuallığını saxlamaqdadır. Bu balansa əsasən bölgə Rusiyanın maraq dairəsində olmaqla yanaşı, qərbin də bu bölgədə enerji maraqları mövcuddur və Rusiya bu maraqları qəbul edir. Hətta müharibə dövründə Rusiya silahlı qüvvələri Avropanı enerji resursları ilə təmin edən infrastrukturlara zərər verməməklə göstərməyə çalışırdı ki, mən sizin regiondakı maraqlarınızı qəbul edir və onlara ziyan vurmaq niyyətində deyiləm. Buna görə də, siz də mənim maraqlarıma hörmətlə yanaşın. Bu müharibədən sonra Gürcüstan və Ermənistanın xarici siyasətlərinin istiqamətlərində dəyişikliklər baş verməsə də, Azərbaycanın xarici siyasətinə yenidən

baxışının şahidi olmaq olar. Azərbaycanın xarici siyasətinin istiqaməti balansı saxlamaqla qərblə inteqrasiya kimi izah edilirdi. Amma müharibədən sonra Azərbaycan rəsmiləri konkret olaraq bildirmişlər ki, Azərbaycan nə NATO-nun , nə də ki, Avropa İttifaqının üzvü olmaq niyyətində deyil. Bu təşkilatlarla əməkdaşlıq Azərbaycanın prioritetlərindən olsa da, hazırda bu institutlara tam inteqrasiya gündəmdə yoxdur. Ümumiyyətlə, balansı saxlamaqla qərbə inteqrasiya ifadəsini birmənalı qarşılamaq çətindir, çünki balansı qorumaqla başqa bir istiqamətə yönəlmək çox çətindir.

3. Nichol Jim. Armenia, Azerbaijan and Georgia: Security Issues and implications for US interests. Washington, 2009, 196 p. 4. Olga Oliker, Thomas S.Szayna. Faultines of Conflict in Central Asia and the South Caucasus. Washington, 2003, 407 p. 5. Rovshan İbrahimov, Russian-Georgian ConflictReasons and Possible Results http// www.turkishweekly. net\ columnist\2971\russiangeoargian-conflict-reasons-andpossible-resutls.html 6. Engaging Civil Society in the Nagorno Karabakh Conflict: What Role for the EU and its Neighbourhood polity? London, 2010, 145 p. 7. Silah qalmaqalını araşdıracaq komissiya yaradılır, http//www.hafta-ichi. com/v4/pre.php?id=31917? 25/10/2010/ 8. Journal of Qafqaz University. İmpact “Five Days War” on South Caucasian State. Ceyhun Mahmudl, Agil Ahmedov 2008s Russian-Georgian conflict impact states of the region Acar sözlər: münaqişə , Rusiya, Gürcüstan, “beş günlük”, Qafqaz, geosiyasi, regional. Key words: conflict, Russia, Georgia, “five days”, Caucasus, geopolitics, regional.

QEYDLƏR: 1. Cornell. E. Svante. A Strategic Conflict Analysis of the South Caucasus with a Focus on Georgia. Wsahington, 2005, 148 p. 2. Covering Conflict: Reporting on Conflicts in the North Caucasus in the Russian Meida. Article 19. Global Campaign for free esperssion. London? 2008, 123 p.

Ключевые слова : конфликт, Россия, Грузия, «пять дней», Кавказ, геополитика, регион. SUMMARY Offered article reseraches impact of “five days war” on South Caucasian states. The war was initiated by Georgia in order to restore her territorial integrity by attacking South Ossetia. Immediately, Russia

reacted to Georgian invasion by sending her troops to war zone. Undoubtedly, this war was not only influenced on conflict parties but also neighboring states suffered from this event. Analyzing the results of the war objectively, it is measured the impact on regional balance power. Besides, every region country is analyzed separately to find out real influence of the war on them. At the end of the work formatted new regional balance power is comparatively studied. Русско-грузинский конфликт 2008 года и ее влияние на региональных стран. РЕЗЮМЕ Представленная научная статья посвящена «Влияния российско-грузинского военного конфликта на соседние страны Южного Кавказа». Исследованный конфликт между Грузией и Россией был инсценирован грузинской стороной для восстановления территориальной целостности на границах Южной Осетии. Россия негативно отреагировала на грузинский спрос о территориальной целостности. Несомненно, сам военный конфликт между этими странами повлиял на внутрипартийную грузинскую верхушку, а также повлиял и на соседние страны Южно-Кавказского региона. В данной статье дается объективный анализ и его влияние к обеим странам. В конце статьи дается итог о новом подходе русскогрузинского конфликта с точки зрения властей этих стран, исследования которого ведется и по сей день.

59


ictimai - siyasi, elmi - populyar jurnal

Sİvİlİzasİya bəşərİyyətİn ən yüksək İnkİşaf mərhələsİdİr

Sivilizasiya

Üzeyİr Zeynalov

Sİvİlİzasİya bəşərİyyətİn ən yüksək İnkİşaf mərhələsİdİr

AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun dissertantı

60

Yeni miniliyin başlanğıcında sivilizasiya problemi, onun mahiyyəti və tarixi inkişaf mərhələləri dünyanın sosial-siyasi həyatında və ictimai elmlərdə ön plana çıxmışdır. Bu heç də təsadüfi deyildir. Bəşəriyyət geniş mənada qlobal sivilizasiya , bu gün mürəkkəb, ziddiyyətli, gözlənilməz və tarixi faciələrlə dolu dövrünü yaşayır. Elə buna görə də sivilizasiya problemi, onun keçmişi, bu günü və gələcəyi XXI əsrin elmi istiqamətlərində aparıcı yerlərdən birini tutur. Bəşəriyyəti narahat Yanvar-Fevral 2013 № 01 (13)

edən bəzi suallara cavab verəcək yeni bir elm sahəsinin, sivilizasiyalar haqqında elmin (sivilioqrafiya) yaradılması zərurəti yaranmışdır. Dünyanın ən önəmli elm simaları olan F.Qizo, Q.Boklem, O.Şpenqler, A.Toynbi, S.Hantinqton, F.Brodel, A.Z.Metlincki, N.Y.Danilevcki, P.A.Sorokin və b. bu sahənin yaranmasında və inkişafında xüsusi rol oynamışlar. Azərbaycanda isə bu sahə üzrə prof.İ.Məmmədzadə, prof. S.Xəlilov və digərlərinin maraqlı tədqiqat əsərlərini qeyd etmək olar.

Sivilizsiya sözünün etimologiyasına diqqət yetirdikdə söhbətin ictimailəşmədən, fərd müstəvisindən ictimai toplum, cəmiyyət müstəvisinə keçiddən getdiyini görürük. Sivilizasiyaya verilən təriflər müxtəlifdir. Bunların bəzilərinə diqqət yetirdikdə, “sivilizasiya – müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünya məkanında sabit yer tutan insanların sosialtarixi və mədəni ümumiliyi” kimi, “sivilizasiyanın sosiallıq və mənəvilik ənənələrnin tipoloji cəhətdən

fərqlənməsi”, “dünyanın coğrafi məkanında nisbətən qapalı və məhdudluğu”, “ənənələrin öz daşıyıcıları olan etnoslarda üzə çıxan və geopolitik süjetlərdən təşkil olunmuş ölçüyə malik hadisə kimi”, ayrıayrı fərdlər və sosial qrupların, cəmiyyətin, iqtisadi, sosial-siyasi, mənəvi sistemlərindəki fəaliyyət və münasibətlərini tənzim edən normalar sistemində sosial həyatın təkrar istehsalı üsulu” kimi baxıldığını sezmək olar (8.səh.43,səh.59). Dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadə sivilizasiya haqqında belə yazırdı: “Sivilizasion elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrətli dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olunmuşdur.” Daha sonra o, sivilizasiyanı azadlıq problemi, şəxsiyyətin və bütövlükdə cəmiyyətin azad inkişafı ilə bağlayırdı (2.səh.23). İ.Kant isə belə hesab edirdi ki, sivilizasiya insan öz həyatı və davranışını nizama salandan sonra başlayır. Sivilizasiya cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi olmaqla yanaşı, həm də mədəni dəyərlərin mənimsənilməsi üsuludur. Onlardan hansı formada və şəkildə istifadə edilməsi


GEOSTRATEGİYA

qaydasıdır. Sivilizasiya anlayışı mürəkkəb xarakterə malikdir. Tədqiqatçılar onu bəzən mədəni-fəlsəfi problem kimi götürür. Bu halda mədəniyyət və sivilizasiya sinonim səciyyə daşımır. Mədəniyyətin keyfiyyətləri sivilizasiyanın texniki imkanlarına qarşı qoyulur. Bəzən isə müəlliflər sivilizasiya anlayışını parçalanmış dünyanın vəhdətə doğru hərəkəti kimi izah edirlər. Digərləri isə ayrılmış sivilizasiyaların plüralizm cəhətini ön plana çəkirlər. Sosial və mədəni fenomenlərin öyrənilməsi vacib şərtlərdəndir. N.Danilevcki sivilizasiyanı “mədəni tarixi tip”, O.Şpenqler “inkişaf etmiş mədəniyyət”, A.Toynbi “sivilizasiya”, P.Sorokin “metamədəniyyət”, Ziya Göyalp “mədəniyyət” adlandırırlar. Siviliasiya anlayışını elmə daxil edən O.Şpenqler onun tərkibinə aşağıdakıların daxil olduğunu bildirir (3.səh121): 1. Bəşəriyyətin inkişafında müəyyən tarixi pilləni ifadə edir; 2. Butün mədəniyyətlərin bütövlüyünün xarakteristikası və ümumbəşəri vəhdəti kimi istifadə olunur; 3. Siviliasiya "maddi mədəniyyət" anlayışının sinonimi kimi işlədilir; 4. Tarixi prosesin vəhdəti xarakteristikası kimi nəzərdən keçirilir. Bəzi ədəbiyyatlarda sivilizasiya bəşəriyətinin ən yüksək inkişaf mərhələsi hesab olunur.Burada cəmiyyətin təşkilinin ilkin pilləsi kimi ailə, 2-ci pilləsi insan birliyi, 3-cü pilləsi

etnos, millət, 4-cü pilləsi dövlət və ən yüksək pilləsi sivilizasiyadır. Sivilizasiyanın strukturunu piramida şəklində təsəvvür etsək, onun ən yüksək nöqtəsində mənəvi dəyərlər sistemi yerləşir. Bura elm, mədəniyyət, təhsil, etika və din daxildir. Sivilizasiyanın piramidasının əsasını əhali təşkil edir. Piramidanın I mərtəbəsində istehsalın texnoloji vasitələri, əmək alətləri, enerji mənbələri, təbii ehtiyatlar, texnologiya, istehsalın təşkili daxildir. Piramidanın II mərtəbəsində istehsalın iqtisadi üsulu dayanır. Bura istehsalın strukturu, mülkiyyət formaları, mübadilə, bölgü, iqtisadi idarəetmə daxildir. Ondan yuxarıda sosialsiyasi münasibətlər dayanır ki, bura da sosial, milli, siyasi, dövlət, hüquqi münasibətlər daxildir. Sivilizasiyalar, hər şeydən əvvəl - texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin

sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə; informasiyaların kodlaşdırılması, saxlanılması və ötürülməsinə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır. Sivilizasiya anlayışına bioloji təşkildən yüksəkdə duran, onun üzərində duran sosiumun konkret tarixi, sosial-coğrafi, etnik və digər əlamətlərlə fərqlənən, inkişaf edən cəmiyyətlərin müxtəlifliklərində yaratdıqları nə varsa hamısı daxildir. Sivilizasiya dinamik hadisədir. Hər bir sivilizasiya özünün mövcudolma dövrünü yaşayır.Və aşağıdakı mərhələlərdən keçir.

• sivilizasiyanın yaranması; • sivilizasiyanın strukturunun formalaşması; • potensial imkanlarının istifadə olunması; • böhran və ya yerini başqa sivilizasiyaya verməsi; • digər sivilizasiyanın tərkib hissəsi kimi çıxış etməsi; Bütün sivilizasiyalar yuxarıda göstərilən inkişaf mərhələlərini keçmişdir. Sivilizasiyaların tipologiyası problemi xalqların mədəni cəhətdən özünü təyin etməsi, onların tarixi taleyi və müxtəlif ölkələrin gələcək inkişaf modellərini seçməsi ilə əlaqədardır. Sivilizasiyalar arasındakı mühüm suayrıcı Avropa və qeyri Avropa tipli sivilizasiyaları bir-birindən fərqləndirməkdən ibarətdir. Qeyri Avropa sivilizasiyaları xeyli qruplardan ibarətdir. XVIII əsrin ortalarında sivilizasiya anlayışından insanların "təbii vəziyyəti" anlayışının əksi kimi istifadə olunmuş, sivilizasiyanın tərəqqisi kimi təsbit olunmuşdu. Sivilizasiya – tarixi şərh

61


ictimai - siyasi, elmi - populyar jurnal

Sİvİlİzasİya bəşərİyyətİn ən yüksək İnkİşaf mərhələsİdİr

62

etməyin şərti vahididir. Onu sözsüz empirik reallıq kimi qəbul etmək olmaz. Sivilizasiya ideal modeldir. Buna sübut heç kimin Yer üzərində nə qədər sivilizasiya olduğunu müəyyən edə bilməməsidir. Bu ciddi təbiətşünaslıq anlayışı deyil. Hətta, eyni tədqiqatçı sivilizasiyaların sayını müxtəlif cür göstərir. Misal üçün, A.Toynbi təsnifatında onların sayının 21 olduğunu göstərir. Onların çoxusu təkrarolunmaz və özünəməxsusdurlar. Bununla yanaşı ümumi tipoloji əlamətlərə malikdirlər. Bunlar Avropa sivilizasiyasından çox əvvəl meydana gələn ənənəvi sivilizasiyalardır. Bunların sırasında isə əsas 5 siviizasiyanı qeyd edir. Bunlar: qərbi xristianlıq, pravoslav xristianlığı, İslam,hindu, Uzaq Şərq sivilizasiyalarıdır. Bu sahədə daha çox tanınan S.Xantinqton isə dünyada 8 sivilizasiya mərkəzinin

Yanvar-Fevral 2013 № 01 (13)

olduğunu bildirmişdir. Avropa sivilizasiyası sosial və mədəni inkişafın xüsusi tipi olmaqla XV-XVII əsrlərdə formalaşmışdır. Onun sələfləri Antik dövrün mədəniyyəti və Avropa xristian ənənələri olmuşdur. O, hüquqi dövlətin bərqərar olmasına, şəxsiyyəti öz təşəbbüsü, dinamizm və müstəqilliyi ilə birlikdə ali sərvət kimi ictimai həyatın mərkəzinə irəli sürülməsinə əsaslanırdı. Mədəniyyət və sivilizasiya geniş anlayışlar olduqlarından onların başa düşülməsi, qavranılması və qəbul edilməsi də müxtəlif olmuşdur. Bəzən mədəniyyət və sivilizasiya anlayışları eyniləşdirilmiş, onların eyni mənada daşıdığı bildirilmişdir.. Bəzi tədqiqatlarda isə sivilizasiyaya mədəniyyətin yaşaması və mövcudluğu üsulu, forması və metodu kimi baxılır. Burada sivilizasiyaya yaradılmış mədəniyyət nümunələrinin istifadə olunma yolu,

metodu və üsulu kimi yanaşılır. Bu anlayış birbirənə çox yaxın olsa da onlar arasında müəyyən fərqlər vardır. Belə ki bunlardan: - mədəniyyət maddi və mənəvi oduğu halda sivilizasiya vahid olur; - mədəniyyət milli və beynəlmiləl olduğu halda, sivilizasiya lokal və qlobal xarakter daşıyır; - sivilizasiya mədəniyyətin yerinə yetirdiyi funksiyaları tam yerinə yetirə bilmir; - mədəniyyət “ikinci təbiətdir” (Demokrit), sivilizasiya isə təbiətin imkanlarının reallaşmasıdır və s. göstərmək olar. Sivilizasiyalar daxilən dinamik, inkişaf edən bir sistemdir. Onların simasını təkcə uzun müddətli tarixi müqəddəm şərtlər müəyyən etmir. Onlarda Qərb, rasionalist, ənənəvi impulsların qarşılıqlı təsir prosesi gedir. Qeyri Qərb sivilizasiyalarında bu qarşılıqlı təsir aydın təzahür edir. Rusiyada üç-dörd əsrdir

ki, bu proses gedir. Eyni sözü Türkiyə, Yaponiya, Hindistan, Latın Amerikası, Şərq ölkələrinə də şamil etmək olar. Belə qarşılıqlı təsir impulsları universal xarakter daşıyır. Bu problem siyasi mədəniyyətdən xeyli dərəcədə asılıdır. Sivilizasiya anlayışında insanların müəyyən sosial genotipi, sosial stereotipə yiyələnmiş mədəni birliyi nəzərdə tutulur. V.L.Sımburski yazır ki, hər bir sivilizasiya üç ölçülüdür. Birincisi, bu sosial və mənəvi əlamətli əkslik təşkil edən ənənələrdir; ikincisi, nisbətən dünya coğrafi məkanında özünə qapanan məhdud birlikdir; üçüncüsü, hər bir ənənənin etnos və etnos qrupları daşıyıcısıdır. Onun fikirincə, hər bir sivilizasiya“ ayrıca yerdə bəşəriyyətin xüsusi obrazıdır.”( 8.səh.156) Sivilizasiyanın müəyyənləşdirilməsində sadəcə dini, etnik özünəməxsusluq, coğrafi əlamətlər aparıcı deyil. Əsas bəşəriyyətin varlığının qorunması, zənginləşməsi, insanda insanilik tərbiyəsidir. Sivilizasiya tarixi tərəqqinin başlıca fenomenidir. Ona qarşılıqlı təsir və qarşılıqlı əlaqədə olan mədəniyyətlərin vəhdəti kimi yanaşmaq vacib şərtlərdəndir. Həm də real fərqli əlamət və xüsusiyyətləri də nəzərə almaq tələb olunur. “Loka sivilizasiyalar” nəzəriyyəsinin banisi olan A.Toynbinin fikirincə, sivilizasiyanın genezisini nə irqi, nə coğrafi mühit, nə də cəmiyyətdəki yaradıcı azlıq və sosial mühitlə izah etmək olmaz. Bu şərtlər daxilində sivilizasiya formalaşır. Bu əlamətlərə


GEOSTRATEGİYA

malik olmayan qruplar sivilizasiyaya qədərki dövrə aid olur. Onun fikirincə, sivilizasiyanın inkişafı cəmiyyətin coğrafi yayılması ilə bağlı deyildir. Əgər coğrafi yayılma müsbətə bağlıdırsa, hər şeydən əvvəl inkişafın ləngiməsi və parçalanması ilə əlaqədardır, nəinki inkişaflar, eyni ilə sivilizasiyanın inkişafı texniki tərəqqi və cəmiyyətin fiziki mühit üzərində hakimiyyətinin artması ilə məhdudlaşmır. (5.səh.234) S.Xantiqton özünün “Sivilizasiyaların toqquşması” əsərində sivilizasiyaların uyğunluğu və qarşılıqlı təsiri nəticəsində səkkiz böyük sivilizasiyanın formalşdığını bildirmişdir. O, öz konsepsiyasını əsaslandıraraq bildirirdi ki, birincisi, sivilizasiyalararası fərq sadəcə real deyil, həm də mühüm xarakterə malikdir. Sivilizasiyalar öz tarixi, dil, mədəniyyət, ənənə cəhətdən, həm də dini cəhətdən fərqlidirlər. Fərqlər hökmən münaqişənin olmasını zəruri etmir, münaqişə də hökmən zorakılığa aparmır. Lakin yüzillərlə uzun və qanlı münaqişələrin əsasında sivilizasiyalar arasındakı fərqlər durmuşdur. İkincisi, dünya daha sıx olmuşdur. Müxtəlif sivilizasiyalı xalqların qarşlıqlı əlaqəsi genişlənmişdir. Bu özünüdərketməni dərinləşdirir, sivilizasiyalar arasındakı fərqlər və ümumi cəhətlər başa düşülür. Üçüncüsü, bütün dünyada iqtisadi modernləşmə və sosial dəyişikliklər ənənəvi yaşayış yerlərinin, milli dövlətin rolunu azaldır. Nəticədə yaranan boşluğu

dinlər doldurur, çox halda bu təməlçi xarakter daşıyır. Dördüncüsü, sivilizasiyalı özünüdərkin artması Qərbin roluna ikili xarakter verir. Bir tərəfdən, Qərb özünün əzəməti ilə yüksəkdə durur, digər tərəfdən isə qeyri Qərb sivilizasiyaları öz köklərinə qayıdır. Beşincisi, mədəniyyət iqtisadiyyat və siyasətə nisbətən daha az dəyişəndir (6.səh.173). S. Xantiqton sivilizasiyanı milli dövlətlərlə eyniləşdirmir Onun siyasi və tam olacağını, sivilizasiyanın daxili münaqişələrin aradan çıxacağını iddia etmir. Onun fikirincə: 1) sivilizasiyalararası ziddiyət vacib və realdır; 2) sivilizasiyalı özünüdərk yüksəlir; 3) sivilizasiyalararası münaqişələr ideoloji, qlobal münaqişə formaları ilə əvəz olunacaq; 4) tarixən Qərb sivilizasiyası çərçivəsindəki tarixi oyun olan beynəlxalq əlaqələr, getdikcə daha da mərkəzdənqaçma prinsipinə

əsasən qurulacaq, qeyri Qərb sivilizasiyaları passiv obyektlikdən çıxıb fəal səciyyə daşıyacaq. Lakin ən önəmli məsələ “sivilizasiya” və ya “sivilizasiyalararası” dedikdə hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda İslam və Xristian sivilizasiyalarından gedir. Professor Səlahəddin Xəlilovun fikirincə, Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsüdür. Qədimlik və ənənəvilik müasirliklə, modernləşdirmə ilə qarşılaşır. Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intellektual və texnoloji uğurlar yada düşür. Bu cür başa düşüldükdə, Yeni Dövrə qədər hər hansı bir Qərb sivilizasiyasından danışmaq mümkün deyil. Düzdür, sivilizasiyanın əsası

Şərqdə qoyulmuşdur, lakin mahiyyətcə o, daha çox Qərb hadisəsidir (1.səh.15). Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizsiyaların qarşılıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. Maddi mədəniyyətin, elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda kamil insanın formalaşmasına xidmət edir. Və məhz sivilizasiya insanların birləşməsindən,

63


Sİvİlİzasİya bəşərİyyətİn ən yüksək İnkİşaf mərhələsİdİr

ictimai - siyasi, elmi - populyar jurnal

sivilizasiyaları arasındakı oxşar və fərqli cəhətlərə diqqət yetirilmişdir.

64

Summary

birgə əməli fəaliyyətdən doğan yeni enerji potensialının daşıyıcısı olur. Sivilizasiya hər şeydən öncə cəmiyyətin təşkilatlanması və kamilləşməsi prosesidir. Əgər “sivilizasiya” anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, onda müxtəlif dinlərə uyğun olaraq müxtəlif sivilizasiyalardan danışmaq olardı. Onda xristian sivilizasiyası “İncil”lə, İslam sivilizasiyası “Quran”la yaşıd olardı. Və ancaq bu halda, diniəxlaqi dəyərlər ön plana çəkildikdə, müəyyən dövrlər üçün geriyə hərəkətdən də danışmaq olardı. Çünki bəşəri inkişafın bir çox mühüm mərhələləri, həm də məhz sivilizasiya anlamı ilə daha çox səsləşən mərhələləri dini dəyərlərə yaxınlaşmaq deyil, onlardan uzaqlaşmaq meyli ilə bağlıdır.

Yanvar-Fevral 2013 № 01 (13)

QEYDLƏR: 1. S.Xəlilov “Sivilizasiyalararası dialoq”. Adiloğlu nəş.Bakı-2009. 2.M.F.Axundov. Seçilmiş əsərləri. Şərq-Qərb. Bakı2005.I cild 3. O.Шпенглер «Закат Европы».Ростов-на-Дону. Феникс.1998 4.. А.Тойнби.»Постижение истории» -М.Прогресс.1991 5.А.Тойнби. Цивилизация перед судом истории. «Прогресс» - «Культура», 1996. 6. С.Хантингтон. Столкновение цивилизаций. – М., АСТ, 2003, 7.П.А.Сорокин . Главные тенденции нашего времени.-М.Наука.1997. 8. Сравнительное изучение цивилизаций: Хрестоматия. Сост.Б.С. Ерасов. -М.:Аспект -Пресс, 1999 9.Г.Т.Бокль. «История цивилизаций». — М.: Мысль, 2001. 10.Ф.Бродель. История цивилизаций. — М.: Весь мир, 2008.

Açar sözlər: sivilizasiya; mədəniyyət; Qərb sivilizasiyası; din; sivilizasiyalararası ziddiyət;Şərq sivilizasiyası; Qeyri Avropa sivilizasiyası; Ключевые слова: цивилизация; Западная цивилизация; религия; межцивилизационные конфликты; Восточная цивилизация; неевропейская цивилизация. Key words: civilization, Western civilization, Eastern civilization, conflicts between civilizations, Xülasə Yeni miniliyin başlanğıcında sivilizasiya problemi, onun mahiyyəti və tarixi inkişaf mərhələləri dünyanın sosialsiyasi həyatında və ictimai elmlərdə ön plana çıxmışdır. Məqalədə sivilizasiya haqqında müxtəlif tədqiqatçıalimlərin fikirləri yer almışıdr. Bundan başqa sivilizasiyanın strukturu, tarixi formaları və keçdiyi mərhələlər haqqında məlumat verilir, Qərb və Şərq

At the beginning of the new millenium, the problem of civilization its content and stages of development in social-political life has come forwarding social sciences. The ideas of defferent scholars about civilization have taken place in the article. Тнere is also information about the structure, historical forms and stages of civilization in the article. Special attention has been paid to the similar and different points in Western and Eastern civilization Резюме В начале нового тысячелетия проблема цивилизации, его сущность и этапы исторического развития вышли на передний план в социальнополитической жизни мира и общественных науках. В статье заняли место мысли различных ученых – исследователей о цивилизации. Помимо этого, дается информация о структуре цивилизации исторических формах и их минувших стадиях, удаляется внимание на схожие и различные черты между западной и восточной цивилизациями.


GEOSTRATEGİYA

Mədəniyyət AZƏRBAYCAN FOLKLORU ERKƏN FRANSIZ MƏNBƏLƏRİNDƏ

Avropa Asiyanı, ümumiyyətlə Şərqi, Şərq xalqlarının tarixini, mədəniyyətini öyrənməyə hələ orta əsrlərdən başlamışdır. Lakin bu sahədə iş XIX əsrin əvvəllərindən Avropa ölkələrində kapitalist münasibtlərinin sürətlə inkişafı və onların müstəmləkəçilik siyasətinin daha da fəallaşması ilə əlaqədar olaraq yeni vüsət almışdır. Fransa, İngiltərə, Almaniya, habelə Qərbi Avropanın bir sıra başqa ölkələrində qədim sivilizasiyaların beşiyi olan şərqi, şərq xalqlarının din,

dil və ədəbiyyatlarını, adət və ənənələrini öyrənən cəmiyyətlər, elmi mərkəzlər və s. yaradılmışdır. Belə cəmiyyətlərdən biri 1822ci ildə Fransada fəaliyyətə başlayan Paris Asiya cəmiyyəti olmuşdur (1, 3133). Cəmiyyət həm də "Jurnal Aziatik" adlı xüsusi jurnal (məcmuə) nəşr edirdi. Onu müəyyən mənada Fransa şərqşünaslığının arxivi adlandırmaq olar. Jurnal ilk nömrələrindən öz səhifələrində həm də Azərbaycan mədəniyətinə, onun maddi və mənəvi abidələrinə, o cümlədən

Aygün Vəkİlova AMEA Folklor İnstitutunun dissertantı

folklor nümunələrinə xeyli yer vermiş, xalqımızın ədəbiyyat və mədəniyyət nümunələrinin yalnız Fransada deyil, ümumiyyətlə Qərbi Avropa ölkələrində yayılmasında çox böyük müsbət rol oynamışdır. Qeyd etmək lazımdır ki, "Aziatik" jurnalı öz səhifələrində zərdüştiliyə (atəşpərəstliyə), bir sıra Yaxın Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının qədim mədəniyyət abidələrindən olan "Avesta"nın tədqiqinə geniş yer vermişdir. "Avesta"nın əlyazması Avropaya hələ 1723-cü ildə gətirilmişdi və bu barədə Fransa mətbuatında da məlumat verilmişdir (1, 3133). Hətta 1779-cu ildə Fransa Kral Musiqi Akademiyası "Zərdüşt" adlı beş pərdəli bir faciəni tamaşaya qoymuşdu ki, bu tamaşanın da əsas süjetini xeyirləşərin, məhəbbətlə-nifrətin mübarizəsi təşkil edirdi. "Avesta" 1771-ci ildə ilk dəfə fransız dilinə tərcümə edilmiş və bu hadisəni Fransa mətbuatı yüksək qiymətləndirmişdi. "Həmin orijinal abidənin nəşri şərqşünaslıq tarixində bütöv bir dövr təşkil etdi" (1, 32). Məlum həqiqətdir ki, Qərb ölkələri ilə Şərq arasında qarşılıqlı əlaqələrin tarixi son dərəcə qədimdir. Xarakter və məqsədindən asılı olmayaraq bu əlaqələr

həmişə mövcud olmuş, heç bir vaxt kəsilməmişdir. Şərqin İntibah dövrü keçirdiyi XI-XII əsrlərdə ona, onun ədəbiyyatına maraq daha da güclənmişdir. Qərb ölkələri arasında XVIIXVIII əsrlərdə Fransa Şərqə daha çox maraq göstərən dövlətlərdən biri olmuşdur. F.Engels XVIII əsri Fransa əsri adlandırmışdır. Bu dil vasitəçi dil rolunu oynayırdı. Avropada Şərq ədəbiyyatı ilə tanışlıq fransız dili vasitəsilə bu dildən tərcümələr etməklə həyata keçirilirdi. Məsələn, "Avesta" ilk dəfə məhz fransızcaya tərcümə edilmiş və bu dil vasitəsilə də Qərb ölkələrində yayılmışdır. "Avesta"nın tərcüməsi barədə. "Avesta" əsərini ilk dəfə fransız dilinə tərcümə edən Parisdə anadan olmuş Anketil Düperron olmuşdur. Dini təhsil alıb Kral kitabxanasında işləyən Düperronu xoş bir təsadüf şöhrət yoluna çıxarır (2, 2022). Onun əlinə Hindistandan göndərilmiş bir neçə səhifə "qəribə" yazı keçir. O, çox çətinliklə həmin yazıları oxuyur. Bu qəribə yazılar "Avesta"dan bir neçə səhifə imiş. O, Hindistana yola düşür və 4 il orada qalaraq Şərq dilləri üzrə təkmilləşir. Bu müddətdə o, «Avesta»nın üzünü köçürür, yerli əhalinin adət-ənənəsini dərindən öyrənir, materiallar toplayır. O, Parisə qayıdarkən özü ilə 180 Şərq əlyazması, o

65


ictimai - siyasi, elmi - populyar jurnal

AZƏRBAYCAN FOLKLORU ERKƏN FRANSIZ MƏNBƏLƏRİNDƏ

66

cümlədən Firdovsinin 64 min beytlik "Şahnaməsi"ni, Nizaminin "Xəmsə"sini gətirir. Burada "Yusif və Züleyxa" N.Gəncəvinin, "Leyli və Məcnun" isə Molla Natifin əsəri kimi verilmişdir. Bu əlyazmalar içərisində "Avesta" da olmuşdur. 1773cü ildə Düperron Fransa Akademiyasının əlyazmalar şöbəsinə üzv seçilir. Səkkiz il keçəndən sonra o, "Avesta"nın bilavasitə pəhləvi dilindən tərcüməsini qurtarır və əsər 1771-ci ildə çapdan çıxır. Bu hadisə ümumi Avropa əhəmiyyətli bir iş kimi qiymətləndirilir və oxucu kütləsinin böyük marağına səbəb olur (2, 21). İki əsrdən çoxdur ki, "Avesta" Avropa oxucularına tanışdır. O, müxtəlif dövrlərdə müxtəlif dillərə Yanvar-Fevral 2013 № 01 (13)

tərcümə edilmişdir. Əsərin fransız tərcüməsində söhbət dini personaj olan Zərdüştdən deyil, tarixən yaşamış şəxsdən – Zərdüştdən gedir. O, xristianlıqdan təxminən 550 il əvvəl yaşamış və indiki Azərbaycan ərazisində anadan olmuşdur. Od Allahının adını daşıdığından oda, işığa etiqad nəzəriyyəsini yaratmış, çoxlu atəşgahlar tikdirmişdir. Zərdüşt miladdan qabaq 588-ci ildə doğulmuş, 77 il ömür sürmüşdür. Şərq qaynaqlarının əksəriyyətində tarixi Zərdüştün vətəni Azərbaycan sayılır. "Doğrusu odur ki, Zərdüşt Azərbaycandandır" (bu barədə "Azərbaycan ədəbiyyatı tarixi"ndə – (1943) rast gəlinir). Orada deyilir ki, əsər Əhəmənilər

dövründə yazılmışdır, çünki Sasanilər dövründə yazılsaydı farsca olardı, halbuki əsər pəhləvicədir. Fransa ədəbi mühitində Zərdüştün "Avesta" əsərinin tədqiqi və tərcüməsi qədim midiyalılar və on qonşu xalqın mifologiyasının, dini dünyagörüşlərinin, onların ictimai-fəlsəfi baxışlarının əks olunması baxımından çox əhəmiyyətli bir yer tutur (1). 1771-ci ildə fransız alimi Anketil dö Perromenin "Avesta"nı tərcümə etməsi Avropa dünyasını Yaxın Şərq və qədim Azərbaycan xalqlarının dini-fəlsəfi, estetik və ədəbi dünyagörüşləri ilə tanış etdi. 1872-ci ildən 1953-cü ilə qədər çıxan "Aziatik" jurnalında qədim atəşpərəstlərə, Zərdüştə,

"Avesta"ya dair çoxlu tədqiqatlar çap olunmağa başladı. İlk dəfə Luən Universitetinin (Paris) professoru öz məqalələrinin birində qeyd edirdi ki, "Avesta"da nə göydən mələklərdən, nə də cənnət hurilərindən bəhs olunur ("Aziatik" jurnalı, №10). "Avesta"da qadınların ilahi mənşələri barədə əfsanələr, bütün hurilər və mələklər haqqında olan abstrakt təsəvvürlər rədd olunur, reallıqdan bəhs olunur. İren Melikova "Aziatik" jurnalında (№ 3) göstərirdi ki, Şərq ədəbiyyatında və folklorunda istər dini, istərsə də mifik dünyagörüşü cəhətdən bəzi rəqəmlərin və əşyaların (quşlar, güllər və s.) mifləşdirilməsi və sair motivlərə tez-tez rast gəlinir. O, misal olaraq göstərir ki, "Allah öz 300 elçisi ilə yerdə hökmranlıq" edirdi. Onların ürəyi insan ürəyi kimi idi. 40-ı Musa ürəkli, 7-si İbrahim, 5-i Cəbrayıl, 3-ü isə Mikayıl ürəkli idi". İ.Melikovanın göstərdiyi kimi, bu rəqəmlərlə bağlı problem öz kökləri ilə daha qədimə, mifologiyaya və folklora gedib çıxır. Ümumiyyətlə, İren Melikovanın bu sahədə əməyi təqdirəlayiqdir. Belə ki, o, öz məqalələrində Azərbaycan ədəbiyyatına və folkloruna dair tez-tez faktlar gətirir. O, Strasburq Universitetinin Türkologiya İnstitutunun direktoru olmuş, filologiya elmləri doktoru, professor olan bu xanım öz tədqiqatlarında Azərbaycana çox böyük yer vermişdir. Bundan başqa, "Aziatik" jurnalı 1842-ci ildə Mirzə Kazımbəyin "Quranın bəzi fəsillərinin şərhi"


GEOSTRATEGİYA

adlı əsərinin fransız dilinə tərcüməsini vermiş, Paris Asiya cəmiyyəti M.Kazımbəyin şərqşünaslıq elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq, 1850-ci ildə özünə üzv seçmişdi və onu "Avropa şərqşünaslarının layiqli patriarxı" adlandırmışdı. "Aziatik" jurnalında Xaqani irsi, Axundov irsi ("Lənkəran xanının vəziri" və "Molla İbrahimxəlil kimyagər" komediyaları) fransız oxucularına çatdırılmışdır. Bu jurnal nəşrə başladığı ilk dövrlərdən indiyə qədər Azərbaycan folkloru və ədəbiyyatı nümunələrini, orijinal mətnlər və onların fransız dilinə tərcümələrini, xalqımızın dilinə, mədəniyyətinə dair bir sıra materialları çap etməklə çox faydalı iş görmüş və görməkdədir. Jurnal Azərbaycan-Fransa ədəbi mədəni əlaqələrini öyrənmək baxımından ən mühüm mənbələrdən biridir. Azərbaycan-Fransa ədəbi əlaqələri özünün çoxəsrlik tarixinə malikdir və bir çox səbəblərlə şərtlənir. Əvvəla, Azərbaycan mədəniyyəti həmişə özünün yüksək humanist ideyaları, forma kamilliyi, ideya-məzmun proqressivliyi ilə nəinki seçilmiş, hətta bu cəhəti ilə o, Şərq mədəniyyətinin ən öncül tərəflərini təmsil etmişdir. İkincisi, ölkəmizin Qərblə Şərqi əlaqələndirən coğrafi mövqeyini də unutmaq olmaz. Buna görə də xalqımızın ədəbiyyat və mədəniyyəti Avropanın bir çox millətlərinin o cümlədən fransızların diqqətini hələ çox qədim vaxtlardan cəlb etmişdir. Fransada Azərbaycan xalqının ədəbiyyatına marağın

yaranmasında Azərbaycanın Avropa ölkələri ilə qədim dövrlərdəki iqtisadi və mədəni əlaqələri də az əhəmiyyət kəsb etmir. Artıq IX-X əsrlərdə Abbasilər sülaləsinin idarəsi zamanı Asiya və Avropanın bir sıra dövlətləri ilə hərtərəfli ticarət əlaqələri yaranmışdır. Azərbaycan tacirləri həm ərəb xilafəti ilə, həm də onun sərhədlərindən xeyli kənarda yerləşən ölkələrlə intensiv ticarət əlaqələri yaratmışdılar. Bu onunla nəticələndi ki, orta əsrlər fransız ədəbiyyatının tədqiqatçıları inandırıcı şəkildə sübut etdilər ki, XIXIV əsrlərdə Şərq ədəbiyyatı onların ədəbiyyatlarının inkişafında böyük rol oynamışdır (3, 36). Həqiqətən orta əsrlər fransız ədəbiyyatının həm süjet və tematikasında, həm bədii obrazlar sistemində, həm də ideya məzmununda Şərq mədəniyyətinin çoxlu izləri vardır və onların sırasında Azərbaycan ədəbiyyatı ənənələrini də görmək çətin deyil. Azərbaycan-Fransız ədəbi əlaqələrinin yaranması və inkişafı fransız şərqşünaslarının Azərbaycan xalqının həyatının müxtəlif aspektlərinə aid olan mühüm, ümumi marağın fonunda baş verirdi. Məsələn, artıq XVIII əsrdə fransız dilində çap olunmuş «Cənab Cəngavərin İrana və Şərqin digər yerlərinə səyahəti» adlı (4, 181-182) əsərdə Azərbaycan tədqiqi dəqiqliyi ilə hərtərəfli təsvir olunur, folklor nümunələrimizə rast gəlinir. Kitabda Şərq, o cümlədən Azərbaycan üçün xarakterik olan bir çox atalar sözləri xatırlanır. Məsələn: - Az danışmaq gümüşdürsə, danışmamaq qızıldır. - Sirrinizi gizli saxlasanız, o

sizin qulunuzdur, bir kimsəyə demişsinizsə, siz onun qulusunuz. - Qurddan qorxan qoyun saxlamaz və s. O cümlədən, müəllif öz kitabında alleqorik «Aslan və iki öküz», «Aslan və tülkü», «Günəş və külək», «İnsan və ilan» əsərlərinin adlarını çəkir. Bütün bunlar bir daha sübut edir ki, müəllifi Azərbaycanın coğrafiyası, tarixi, adət və ənənələri, Şərqin məşhur adamları ilə yanaşı, həm də zəngin folkloru maraqlandırmışdır. Kitabda hətta Azərbaycan adının etimologiyasından da bəhs olunur "Atropatan, Atropaten….". Xalqlar coğrafi cəhətdən bir-birinə nə qədər yaxındırlarsa, onların ədəbiyyatları, mədəniyyətləri də bir o qədər yaxındır. Lakin bu o demək deyildir ki, birbirindən uzaqda yerləşən xalqların ədəbiyyat və

mədəniyyətlərinin birbirinə təsiri yoxdur. Belə ki, Avropa xalqlarının ədəbiyyat və mədəniyyət tarixi sübut edir ki, fransızlar, almanlar, ingilislər lap qədim zamanlardan qocaman Şərqin, o cümlədən də Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, ələlxüsus folkloru ilə maraqlanmışlar. Qərb və Şərq mövzusu min ildən çoxdur ki, dünyanın ən məşhur yazıçılarının, şairlərinin, filosof və tarixçilərin əsas mövzusu olmuş və bu anlayışlar yüzlərlə problemi gündəmə gətirmişdir. İstər Şərqdə, istərsə də Qərbdə yüksələn bir xətt üzrə araşdırılan bu mövzu Azərbaycanda XIX və XX əsrlərdə ayrıca bir elm sahəsi kimi diqqəti cəlb etmişdir. Şərqdə mədəniyyətin erkən inkişafı ilə əlaqədar olaraq Qərb həmişə Şərqə böyük maraq göstərmişdir. Odur

67


ictimai - siyasi, elmi - populyar jurnal

AZƏRBAYCAN FOLKLORU ERKƏN FRANSIZ MƏNBƏLƏRİNDƏ

ki, Şərqin yaratdığı böyük mədəniyyət uzun əsrlər boyu get-gedə Avropada yayılmağa başlamışdır. 270-ci ilə qədər ayrı-ayrı fasilələrlə davam edən Səlib müharibələrindən sonra Qərb Şərqin həm riyaziyyatını, həm fəlsəfəsini, həm də ədəbiyyat və əfsanələrini öyrənməyə başlayır. Şübhəsiz ki, Şərqin bir çox inciləriəlyazmaları, sənət abidələri məhz bu dövrdə Qərb ölkələrinə aparılır. XIII-XV əsrlərdə Fransada Şərq dilləri üzrə məktəblər, kolleclər, kafedralar yaranır və mütəxəssislər hazırlanırdı (5, 27). Artıq XVII əsrdə Şərq mövzusunda əsərlər yaranır. Fransız dramaturqu Jan Rasin 1672-ci ildə "Bayazet" əsərini yazır (6, 135).

68

Yanvar-Fevral 2013 № 01 (13)

Şərqşünas Bartelemi D'Erbelonun 1697-ci ildə «Şərq kitabxanası» ensiklopedik əsəri nəşr olunur. Bu dövrdə Avropa ədəbiyyatının nəhəng bir qolu olan fransız ədəbiyyatında Şərqə meyl güclənmişdi. Belə ki, 1704-cü ildən başlayaraq şərqşünas-ixtisasca ərəbşünas olan Antuan de Qallan Şərq ədəbiyyatının «şah əsəri» olan «Min bir gecə» nağıllarını fransız dilinə tərcümə edir (7, 416418). Məhz bu minvalla Azərbaycan folklorunda rast gəlinən «Əlibaba və 40 quldur», «Ələddinin sehirli çırağı» fransız dilinə tərcümə olunur. 1707-ci ildə görkəmli şərqşünas Pöti dö la Krua

"Türk nağılları"nı fransız dilinə çevirir. Şeyxzadədən tərcümə olunmuş bu nağılların əsl adı isə "Fars sultanı və vəzirlərin əhvalatı"dır (8, 8). XVIII əsrdə Fransa Avropa üçün bir növ şərqşünaslıq məktəbi rolunu oynayırdı. İstər bu əsrdə, istərsə də, bundan sonrakı əsrlərdə uzun müddət Şərqlə maraqlanan bir çox Avropa yazıçı və şairləri, eləcə də şərqşünasları d'Erblonun əsərinə, Qallan və Pöti dö la Kruanın tərcümələrinə müraciət edirlər.

QEYDLƏR: 1 İsmayılov R. Azərbaycan fransız ədəbi əlaqələri: Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı: 1985, 320 s. 2. Gözəlov Ə. Zərdüşt, «Avesta», onun vətəni / «Elm və həyat» jurnalı, 1982, № 2, s. 21 3. Guide de Paris mystérieux, Franzois Caradec et Jean-Robert Masonn (sous la direction de), coll. "Les Guides noirs", Edition Tchou / Sand, nouvelle édition, 2001, 272 p. 4. Chardin J. Voyage du monseir de chevalier en perse et aux autres lieux de lorient. Amsterdam: 1711, 182 p. 5. Sərkaroğlu Ə. Nizami fransız mənbələrində. Bakı: Azərnəşr, 1991, 138 s. 6. Liason et literature / XVI – XVIII v. Paris: Nathan, 1992, 480 p. 7. Histoire et recherches des antiquités de la ville de Paris, 3 tomes, Ffenri

Sauvai, Genive: 1973, 480 p. 8. Zeynalov Ə. Fransız ədəbiyyatında Şərq. Bakı: Elm, 1996, 154 s. Резюме Азербайджанский фольклор в ранних французских источниках В статье исследуются ранние источники перевода азербайджанского фольклора на французский язык. Автор описывает все переводы азербайджанского фольклора, напечатанные в журнале «Азиатик», исследует первый перевод «Авесты» на французский язык. В статье также изучаются научные статьи и переводы И.Меликовой. Summary Azerbaijani folklore in early French sources In article early sources of translate of the Azerbaijani folklore on French are investigated. The author describes all translates of the Azerbaijani folklore printed in the “Aziatik” magazine, investigates "Avesta's" first translation into French. In article scientific articles and translates of I.Melikova also are studied.

Ключевые слова: азербайджанский фольклор, французский язык, журнал «Азиатик», «Авеста» Keywords: Azerbaijani folklore, French, magazine "Aziatik", "Avesta"


GEOSTRATEGİYA

Tədqiqat Saçaqlızadə əsərlərİnİn Bakı əlyazma nüsxələrİ

Təsfir, hədis və Hənəfi məzhəbində fiqh alimi kimi tanınmış Saçaqlızadə 1070 – 1080 (1660 - 1670)-ci illərdə Qəhrəman - Mərəş şəhərində doğulmuşdur. Əsl adı Məhəmməd Əbu Bəkrdir. Doğum yerinə nisbətdə Mərəşi adlandırıldı. Saçaqlızadə bu ləqəbi ilə məşhur olmuşdur. Atası Əbu Bəkrin uzun müddət Mərəşdə imamlıq etdiyi bir çox mənbələrdə qeyd olunmuşdur [1,368]. İlk təhsilinə məmləkətində başlayan Saçaqlızadənin müəllimləri arasında Həsən Mərəşi, Darəndəli Həmzə Əfəndi və Tibyan təfsirinin tərcüməsini etmiş Ayıntabi Məhəmməd Əfəndi kimi alimlər vardır. Sonralar

Saçaqlızadə Şama getmiş orada böyük alim Əbdülğəni Nəblusidən təfsir və hədis elmlərini öyrənib, təsəvvufun incəliklərinə yiyələnmişdir. Bir müddət Şamda qaldıqdan sonra Saçaqlızadə müəlliminin razılığı ilə yenidən Mərəşə qayıtmış, orada tədris - təlim ilə birlikdə Mərəş və onun ətrafında irşad fəaliyyəti ilə də məşğul olmuşdur. Mənbələrə istinadən Saçaqlızadə 1145(1732)-ci ildə vəfat edib, Şeyx Adil (xalq arasında Şahadil) məzarlığında dəfn edildiyi məlumdur. Ancaq bəzi qaynaqlarda onun irşad məqsədi ilə Kilisə gedərkən Qaziantəp yaxınlığında vəfat etdiyi və şəhərin Saçaqlı

Elnura Babayeva AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, tədqiqatçı

təpəsi deyilən yerində dəfn edildiyi söylənilir. Ölümü üçün 1150(1737), 1154(1741), 1155(1742) kimi tarixlər də verilməkdədir [1,369]. Saçaqlızadə təfsir, kəlam, məntiq, fəraiz, məani və münazara kimi elmlərə aid əsərlər yazmışdır. Müxtəlif mövzularda çoxlu sayda əsərləri mövcud olan Saçaqlızadə yaradıcılığını araşdırarkən onun daha çox kəlam sahəsində məşğul olduğu aydın olur. Lakin buna baxmayaraq Şama gedişindən sonra müəllimi Nəblusidən ilhamlanaraq təsəvvufə meyl etdiyi ortaya çıxmışdır. Bursalı Məhəmməd Tahir Saçaqlızadənin 30 - a yaxın, Səlim Kadduri 65 -ə,Tahsin

Özcan isə 120 əsəri olduğunu qeyd etmişdir. Ancaq ona aid əsərlərin müxtəlif adlarla zikr edilməsi səbəbindən Saçaqlızadə əsərlərinin sayı haqqında dəqiq bir məlumat yoxdur. Zəngin elmi irsə malik olan Saçaqlızadənin yaradıcılığı öz dövründə böyük əhəmiyyət kəsb etdiyi kimi günümüzdə də əhəmiyyətini itirməmişdir. Əsərlərindən bəziləri bunlardır. 1."Haşiyə Təfsiri kəşşaf alə surət il Bəqara", 2."Aynül - həyat fi bəyanil - münasibat fi surətilFatiha", 3."Risalə fil - ayətil - mütəşəbihat", 4."Rasilə fi ima i -validi Rəsulullah", 5."Ğayətül - bürhan fi təfsiri ayətəl kürsü ", 6."Haşiyə alə Şərhi Dibacəi - Tariqəti Məhəmmədiyyə", 7. "Təhsilül fəraiz", 8."İsmətül - əznan", 9."Sübhatül kadr fi mədhi - mülkil - kadir", 10."Səlsəbilil - məani", 11."Təvdihu zübdətil mənazır", 12."Nəhrün - nəcat fi təfsili aynül - həyat", 13."Əndəbibülmənazır", 14."Haşiyə alə Şərhi Risalətül-adabli Daşkörpüzadə", 15."Təqrinülqavanin minəl-məntiq vəl - münazara", 16."Risalə fi təcdidi iman", 17."Risalə filfətava", 18."Camiul - kunuz", 19."Cəhdül-məkal min ət təcvid", 20."Tahrir üt- takrir minəl – münazara” və s. [2,204]. Saçaqlızadə həmçinin Osmanlı mədrəsələrində

69


ictimai - siyasi, elmi - populyar jurnal

Saçaqlızadə əsərlərİnİn Bakı əlyazma nüsxələrİ

70

tədris proqramlarının inkişafında rol oynayan, nadir incilərdən sayılan "Tərtibululumun" müəllifidir. Azərbaycanda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan əlyazma kitablar yalnız öz məzmunu ilə deyil, eyni zamanda sənət abidəsi kimi də çox dəyərlidir. Orta əsrlərin kitab tarixi və kitab sənətini, rəssamlıq məktəblərini və təsviri incəsənəti, eləcə də başqa sahələri öyrənmək baxımından əlyazma kitabları əsas mənbədir. Onların bədii tərtibatı, miniatürləri, kalliqrafik xətt nümunələri, incə naxış və ornamentləri, böyük estetik zövqlə hazırlanmış bədii cildləri və s. keçmiş yüzilliklərin incəsənəti ilə ayrılmaz şəkildə bağlı olan başlıca faktorlardır. Özündə kompleks bilikləri birləşdirən əlyazma kitabları bu və ya digər xalqın maddi -mədəniyyətinin əvəzsiz abidələri sayılır [3,3]. Əlyazmalar İnstitutunda Saçaqlızadənin müxtəlif məzmunlu əsərlərinin 60dan çox əlyazma nüsxəsi mövcuddur. Onun məntiqə dair ərəb dilində yazdığı "Taqrirul - kavaninil mütədavilə min ilmilmunazara" əsərinin isə əlyazma nüsxələri daha çoxdur. Bu əsər müəllif tərəfindən əvvəl "Tahrirut -takrir" adı ilə şərh edilmiş, sonra "ərRisalətul-vələdiyyə" adı ilə özətlənmişdir. Mənbələrə əsasən bir çox alimlər bu əsərə şərh yazmışlar. Bunlardan biri və ən məşhuru Məhəmməd ibn Əşrəf əs- Səmərqəndiyə məxsus "Şərhur-Risalətus Səmərqəndiyyə" adlı şərhdir Yanvar-Fevral 2013 № 01 (13)

[4,325]. Həmçinin Qara Xəlil ibn Məhəmməd Qazi aşkar əl- Konəvi tərəfindən də bu əsərə şərh yazılmışdır [5,203]. Əlyazmalar İnstitutunda Saçaqlızadənin ərəb dilində yazdığı "Risalətu fi fənni əl- Munazara" adlı əsərinin nüsxələri tərtibat və elmi - poleoqrafik baxımdan bir - birindən fərqlənirlər. Nüsxələrin içərisində ən əski olanı (B-5126) 1109 (1697)cu ildə köçürülmüşdür. Ən son köçürülən nüsxələrin (B -7667; B-1207) tarixi isə 1322 (1904)--ci ildir. Nüsxələrin demək olar ki, hamısı tam mətnlidir. Lakin buna baxmayaraq, əvvəli naqis (B-3871, B-5126) və sonu naqis olan nüsxələr də (B - 3708, B – 3458) vardır. Bu əsərin bir neçə nüsxələrinin elmi poleoqrafik təsvirinə nəzər salaq. 1. B - 234 şifrəli əlyazma Həcmi 252 vərəq, ölçüsü 21,8x 16 sm - dir. Məcmuənin 173”b” -187”b” vərəqlərində yazılan əsərin mətni, qara mürəkkəblə şikəstə xətti ilə köçürülmüşdür. Başlıqlar qırmızı mürəkkəblə yazılıb. Vərəqlərdə müxtəlif istiqamətli çoxlu sayda şərhlər vardır. Müasir rəqəmlərlə səhifələnmişdir. Kağızı nisbətən qalın, açıq göyümtül, su nişanlı Avropa istehsalıdır. Cildi tünd qara rəngli kartondur. Katibi Əbdülğəni Nuxəvidir. Köçürülmə tarixi 1249 (1834) –cu ildir. Köçürülmə yeri isə Nuxa (Şəki) şəhəridir. 2.B - 1207 şifrəli əlyazma Həcmi 40 vərəq, ölçüsü 22 x 17,5 sm - dir. Əlyazma məcmuənin 2”b” - 15”b” səhifələrində yazılmışdır. Əsər qara mürəkkəblə, nəsx

xətti ilə, Rusiya istehsalı olan boz rəngli kağıza yazılmışdır. Əsərdə bəzi başlıqlar nisbətən iri xətlə, qırmızı mürəkkəblə yazılmışdır. Bəzi sözlərin üzərində kiçik şərhlərlə izahlar verilmişdir. Əlyazmada orta əsr mətnşünaslığında tətbiq olunan şərti işarələrdən istifadə olunmuşdur. Həmçinin nüsxə fərqi də göstərilmişdir. Şərq üsulu ilə səhifələnib, üzü kartonla cildə tutulub. Katib əlyazmanın sonunda 2 bənd şeir yazmışdır. Bu şeir parçası Azərbaycan dilindədir: Bunu yazdım yadigar olmaq üçün, Oxuyanlar bir dua qılmaq üçün. Katibi Hacı Muxtar Əfəndidir. Köçürülmə tarixi 1322 (1904)-ci ildir. Köçürülmə yeri isə Xaçmaz şəhəridir. 3. B - 1912 şifrəli əlyazma Həcmi 89 vərəq, ölçüsü 22,5x 17sm - dir. Əlyazma məcmuədir. Saçaqlızadənin əsəri 1”b”-15”b” səhifələrini tutur. Qara mürəkkəblə, nəsx xətti ilə, şərq istehsalı olan boz rəngli kağıza yazılmışdır. Bəzi başlıqlar nisbətən iri xətlə qeyd olunmuşdur. Əlyazmanın kənarında şərhlər və haşiyələr

vardır. Əlyazmada orta əsr mətnşünaslığında tətbiq olunan şərti işarələrdən istifadə olunub. Şərq üsulu ilə səhifələnib. Əlyazmanın üst qapağı yoxdur, alt qapağı isə kartonla cildə tutulmuşdur. Katibi - Məhəmməd Əli Əfəndidir. Köçürülmə tarixi 1238 (1822 )-ci ildir. Köçürülmə yeri isə Şəki şəhəridir. 4. B - 3509 şifrəli əlyazma Həcmi 56 vərəq, ölçüsü 22x 17,5 sm - dir. Əsər məcmuə 1”b” - 20“a” səhifələrində yazılmışdır. Abidə qara mürəkkəblə, nəsx xətti ilə Rusiya istehsalı olan boz kağıza yazılmışdır. Bəzi sözlər nisbətən iri xətlə yazılmışdır. Şərti işarələrin yazılışında qırmızı mürəkkəbdən istifadə olunub. Əlyazmanın kənarında şərhlər və izahlar verilmişdir. Şərq üsulu ilə səhifələnib. Cildi sarı rəngli kartondur. Katibi Abdullah Əfəndi ibn Hacı Əbdülğənidir. Köçürülmə tarixi 1300(1882) ildir. Köçürülmə yeri isə Şəki şəhəridir. 5. B - 4337 şifrəli əlyazma Həcmi 118 vərəq, ölçüsü 22,5x 16,5 sm - dir. Əsər məcmuənin 38”b” - 58”a səhifələrində yazılmışdır. Abidə qara mürəkkəblə,


GEOSTRATEGİYA

kitabxanasının kataloqu, cild 1. 4. T . Bursalı. Osmanlı müəllifləri, İstanbul 1333. 5. Каталог. Арабских рукописей инстита рукописей им. К.К.Кекелидзе. Тбилиси, 1978. Açar sözlər: Mərəş, əlyazma, Bakı. Ключевые слова: Мараш, рукопись, Баку. Key words: Meresh, manuscript, Baku.

nəsx xətti ilə, şərq istehsalı olan ağ əhərlənmiş kağıza yazılıb. Bəzi ifadələr iri xəttlə, qırmızı mürəkkəblə verilmişdir. Əlyazmanın kənarlarında şərhlər və izahlar var. Şərq üsulu ilə səhifələnib. Cildi yoxdur. Katibi Səid ibn Əli ibn Əhməddir. Köçürülmə tarixi 1110(1169)-cu ildir. Köçürülmə yeri məlum deyil. 6. B - 7034 şifrəli əlyazma Həcmi 142 vərəq, ölçüsü 20x 13 sm - dir. Əsər məcmuənin 88”a” -102”b” səhifələrində yazılmışdır. Qara mürəkkəblə, nəsx xətti ilə Avropa istehsalı olan boz rəngli kağıza yazılmışdır. Əlyazmanın kənarında şərhlər və izahlar var. Qırmızı və qara mürəkkəblə şərti işarələrdən istifadə olunub. 90”b”- 93”b” səhifələrində haşiyələrdə nəbati naxış adlanan güllər çəkilib. Əsər şərq üsulu ilə səhifələnib. Cildi sonradan bərpa olunub, kartonla cildlənmişdir. Katibi – Əbdülrəhim ibn Bəxtiyar əl-Burğari. Köçürülmə tarixi məlim deyil. Yazılma yeri isə

Şamaxı şəhəridir. Bu nüsxələrlə yanaşı alimin Əlyazmalar İnstitutunda B 733 şifrəsi altında mühafizə olunan "Təqrir əl-qavanin" əsəri vardır. Əsərin həcmi 581 vərəq, ölçüsü 22,5x 17 sm - dir. Əsər məcmuənin 157”b” - 186”b” səhifələrin də yazılmışdır. Əlyazma nəstəlik elementli narın nəsx xətti ilə rus istehsalı olan ağ kağıza yazılmışdır. Əsərin bölmə və bəhsləri, eləcə də ayrı - ayrı sözlər qırmızı mürəkkəblə qeyd edilmişdir. Mətn traktatın başqa nüsxələri ilə müqayisəli şəkildə Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən tədqiq olunmuş, əlyazmanın haşiyələrində ayrı - ayrı müəlliflərin əsərlərindən, o cümlədən tanınmış Azərbaycan alimi Məhəmməd Əmin Şirvaninin "Cihət əl - vəhdə" əsərinə yazılmış şərhdən verilən çıxarışlarla ətraflı sürətdə şərh edilmişdir. Əlyazma həm Şərq üsulu, həm də müasir üsulla səhifələnmişdir. Cildi kartona keçirdilmiş

tünd qəhvəyi rəngli dəridir. Katibi - Əbdülqəni Nuxəvi Xalisəqarızadə. Köçürülmə tarixi 1265 (1848) –ci ildir. Köçürülmə yeri Şəki şəhəridir. Saçaqlızadənin Azərbaycanda qorunan əsərlərinin əlyazma nüsxələrinin elmi təsvirindən sonra belə bir nəticəyə gəldik ki, onun əsərləri Osmanlı dövlətinin bir çox bölgələrində olduğu kimi Azərbaycanda da mədrəsələr üçün əsas tədris vəsaiti olmuşdur. Onun Azərbaycanda qorunan əlyazma əsərlərinin tədqiqi isə elm və mədəniyyətimizin öyrənilməsində mühim yer tutur.

QEYDLƏR: 1. İslam ansiklopedisi. İstanbul, 2008, cild 35. 2. İslam alimləri ansiklopedisi, cild 17. 3. Kamandar Şərifli. Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə

РЕЗЮМЕ Статья посвящена древним рукописям учёного Сачаглызаде (1070 - 1145) которые хранятcя в Институте Рукописей им. Физули Национальной Академии Наук Азербайджана. В настоящее время в Институте насчитывается более 60 экземпляров этой рукописи. В свое время этот труд сыграл важную роль в деятельности педагогов в таких научных заведениях как медресе. Summary The article is devoted to the ancient manuscripts of the Sacaglızade (1070 - 1145) which are kept on the Institute of Manuscripts named after Fuzily the Azerbaijan National Academy of Sciences. Have many 60 magnificent specimens in the Institute of Manuscripts. In the past time this work takes important part of improvement teachers and for teaching books why madrase.

71


ictimai - siyasi, elmi - populyar jurnal

EKOLOJİ MÜHİTİN TEOLOJİ STRATEGİYASI

Kainat EKOLOJİ MÜHİTİN TEOLOJİ STRATEGİYASI

Rəşad Ramazanlı

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı

72

Məlumdur ki, insanın yaşamaq üçün havaya, suya, qidaya ehtiyacı var. Təbiətin də spesifik həyatını davam etdirməsi üçün günəş işığı və temperaturuna, aerosferə *(hava təbəqəsinə), okean və dənizlərə, meşələrə, çaylara ehtiyacı var. Təbiət funksional və dinamik sistemdir. Bu səbəbdən təbiətin tarixi də dinamik bir tarixdir. Müasir tədqiqatlara görə kainatın tarixi 20 milyard il, dünyanın tarixi isə 5 milyard ildir. İnsan tarixi isə bu nəhəng təbiət tarixinin başının kiçik bir teli kimidir. Təbiətin uzun tarix yolunda insan tarixi çox kiçik bir yer tutsa da, son yüzilliklərdə insan aktivliyi geosistemdə çox böyük və çox geniş təsirə malik Yanvar-Fevral 2013 № 01 (13)

olmuşdur. İnsan bu qısa tarixi ərzində abadlıq və islahdan daha çox zülm, dağıdıcılıq və fəsadla məşğul olmuşdur! Bu kompleks krizisin günü-gündən geniş vüsət aldığına əmin olmaq üçün sivil hesab edilən müasir insan cəmiyyətlərinin fəaliyyətlərini yüngülvari analiz etmək də kifayət edir! Qalileyin sözlərilə desək, “kainatı riyaziyyatın dili ilə yaradan”, onu sarsılmaz sistemli qanunlar üzərində bərqərar edən Allah bizi özbaşına buraxmamış, kosmik və ya teoloji diplomatları vasitəsilə həyatımıza yön və dəyər verəcək hər şeyi bildirmişdir. İstər sosial hadisələr, istərsə də təbiət hadisələri nə determinist, nə də absolyut xarakterə malik deyil,

sadəcə contingence(baş verən hadisələrin məcburi xarakterə malik olmaması) xarakterə malikdir. Təbiətdə məcburilik kimi görsənənlər də sadəcə səthi yanaşmanın nəticəsidir. Tarix boyu elm və hikmət adamları arasında təbiət və insan arasında bir oxşarlıq olduğu görüşündə olan alimlər çox olmuşdur. Orta əsrlərdə insanoğlunun Allahın yaratdıqlarının ən üstünü olduğu və bütün digər yaradılmışların onun üçün yaradıldığı əqidəsi hakim idi. Təbii ki, kainat bir sistem olduğu üçün insanı ayrı təsvir etmək mümkün deyildi. Buna görə o dövrün filosofları hər bir nəticənin səbəbinə bənzəməsinin qaçınılmaz olduğu fikrində israr edirdilər.

Hər şey Allahın əsəri olduğu üçün, bütün şeylər arasında bu və ya digər forma və dərəcədə bənzətmə labüd idi. Bundan yola çıxan filosoflar insanın mikrokosmos olub makrokosmos olan kainata bənzədiyi nəzəriyyəsini yaratdılar. Sonralar da bu nəzəriyyədən çox istifadə edildi. Mikrokosmosmakrokosmos analogiyasından günümüzdə də mötəbər elm və hikmət adamları tərəfindən istifadə edilir. Birçox böyük İslam mütəfəkkirləri də bu analogiyadan istifadə etmişlər. Böyük əşari alimi Əbdülqadir Bağdadi(v.429/1037) böyük kainatdakı hər şeyin kiçik kainatın bənzəri olduğunu söyləyir. Ona görə insan duyğuları ulduzlardan dəyərlidir. İnsanın eşitməsi və görməsi günəş və ay kimidir! İnsan sonda torpaq olur. İnsanda su cinsindən tər və rütubət var. Dünyanın hava təbəqəsinə bənzər şəkildə insanda qoxu və nəfəs var. İnsan təri yer üzündəki nəhirlərə bənzədiyindən onların dənizlərə axmasına bənzəyir. İnsanın sümükləri dağlara bənzəyir. Bədən üzvləri ağaclar kimidir. Zira hər ağacın yarpaq və meyvəsi olduğu kimi üzvlərin də enerji və effekti var. İnsan bədənindəki qıllar yer üzündəki bitkilər kimidir. İnsan diliylə bütün heyvanların səslərini çıxara, bütün heyvanların etdiklərini edə bilər.(2, 34-35) Bağdadinin fikirlərini başqa sözlə, lakonik belə ifadə etmək olar: insan bütün digər canlıların malik olduğu bütün


GEOSTRATEGİYA

özəlliklərə sahibdir. Zira Allah insanı əhsəni-təqvim olaraq yaratmışdır. Quranda “biz insanı gözəl quruluşda yaratdıq”(1,Tin, 4) buyrulur. Birçox filosoflar kosmosu iradəli və iradəsiz olmaqla da iki yerə bölürlər. İradəsiz kainat başqasının zoru ilə hərəkət edən şeylər kompleksidir. İradəli kainat isə öz arzu və iradəsi ilə hərəkət edən şeylər kompleksidir. İradəli kainat və ya azad kainat insanlar dünyasıdır. İradəsiz kainat isə insanlardan başqa bütün məxluqlardır. Bunlar içində bitkilər, daşlar, hətta mələklər də var. Hər bir iradəli və hür varlıq ağıllı varlıqdır, amma hər bir ağıllı varlıq hür deyil. Mələklər bu baxımdan azad deyillər (5, 155). Mutasavvıflar da kainatı iki qismə ayıraraq ələ alırlar: İnsan kiçik kainat və ya kiçik aləmdir. Kiçik aləm olan insan böyük aləmin xülasəsidir. Kamil insanda ilahi sifətlər təcəlli edər. Məsələn, Qəzzaliyə görə insan bədəni kosmik ünsürlərdən təşəkkül edib. Yerin alt təbəqələrində torpaq, daş və digər komponentlər olduğu kimi, üst təbəqələrdə də su və hava kimi nisbətən yumşaq elementlər var. Eynilə insanın da struktur özülü sümüklərdən, sümük üzərindəki quruluşu da nisbətən yumşaq maddələrdən təşkil edilmişdir. Böyük kosmos(əlAləmul-Kəbir/makrokosmos) yer, günəş, ay və ulduzlara, kiçik kosmos(əl-Aləmul-Səqir/ mikrokosmos) isə insana uyğun gəlir (3, 134). Şübhə yoxdur ki, insan nəinki kainatın, yer üzünün çox kiçik bir parçacığıdır. İnsanı ürək, beyin, ağ ciyər, mədə kimi orqanlardan ayrı təsəvvür etmək mümkün olmadığı kimi, insanın da daxil olduğu təbiəti də meşələrsiz, çaylarsız, dənizlərsiz, bitki və heyvanlarsız təsvir və təsəvvür etmək də o dərəcədə qeyri-mümkün və absurddur. Bu baxımdan insana göstərilən teorik və praksioloji

qayğı və hörmət, hər şeydən öncə təbiətə, büsbütün canlı maddəyə göstərilməlidir. Çünki yaşadığımız kosmos həm insanın həyat və fəaliyyəti, həm də eyni Demiurqun(Yaradanın) əsəri olması və bizim kimi saysız-hesabsız canlı orqanizmə həyat imkanı verdiyi üçün çox dəyərlidir. Kainat da insan kimi sonradan yaradılmışdır. Əbədi və əzəli olmayan kosmos və ya təbiət sonradan var olduğuna görə heç şübhəsiz ki, ondan öncə bir varlıq var və təbiəti kontrol edir. Yoxluq varlığın səbəbi ola bilməz. Mikrokosmos da, makrokosmos da Demiurqun yaratmasına bağlı olaraq mövcuddurlar. Əksini iddia edənlər boş-boşuna dil və zehin oyunu oynamaqdan başqa bir şey bacarmamışlar! Var olan şeylər yox ikən, yoxluqdan öz-özünə deyil, mütləq var olan bir şeyin yaratması ilə meydana çıxırlar.(4, 1 səh.79) İndi isə yaşadığımız dünyaya, ondakı bioloji sistemləri lakonik analiz etmək istərdik. Ətraf mühit əsasən dörd ana ünsürdən od, hava, su və torpaqdan təşkil edilmişdir. Od təbəqəsinin əsasını maddənin plazma halında olan Günəş təşkil edir. Dünyadakı fosil yataqlar da daxil bütün enerjinin qaynağı günəşdədir. Günəşdəki tempratur və işıq fotosintez prosesinin

qaynağıdır. Ətraf mühitin bəlkədə birinci faktoru olan işığın üç xüsusiyyəti var. Bunlar aydınlanma müddəti, işığın şiddəti və dalğa uzunluğudur. İşıqlanma müddəti və ya fotoperiodizm orqanizmlərin həyati ritmlərini təyin edir. Buna görə təbiət bir növ işığın nəzarətindədir. Ətraf mühitdə işığın qaynağı da günəşdir və ya günəşdədir. Günəş ətrafındakı planetlərlə birlikdə kosmogenez proseslər nəticəsində meydana çıxmışdır. Bu proses heliogenez adlanır. Heliogenez günəş və onun övladlarının yaranması və mənşəyi ilə əlaqələr olan nə varsa dilimizdə əhatə edən anlayışdır. Heliogenez kosmogenezin substansional elementi olsa da, təkamülçülərin iddia etdiyi kimi ən əsas substansiyası deyil. Heliogenez maksiumum bizim qalaktikanın nüvəsidir. Bu nüvənin nüvəsi, yəni heliosistemin nüvəsı, qalaktikamızın isə nüvəciyi yer kürəsidir. Biz qabaqcadan duyuruq ki, bu fıkri hardasa, Ptolomeyin “geosentrizm”inə bənzədəcəklər. Halbuki yerdə gedən prosesləri günəş sisteminin nüvəsi adlandırmağımız buna əsaslanır ki, nəinki Günəş ailəsındə, bütün aləmdə, kosmik mühitin hər yerində tətbiq olunan qanunauyğunluqlar yerin, onun canlı maddəsinin mövcud olma

dinamizminə müvafiq qurulmuşdur. Bu elə bir həqiqətdir ki, bunu nəinki ateistlər, heç iblis də dana bilməz. Beləliklə, heliosistem kainatın, geosistem də heliosistemin nüvəsidir. Heliogenezin nüvəsi və dəyəri təbii və müvafıq olaraq geogenezdir.(10, 49) Heliogenez kosmogenezin substansional elementi olsa da, bizim təcrübə və ya Kantın termini ilə apesteriori(təcrübədən alınmış bilik) baxımından məna və dəyəridir. Günəşin əhlibeyti(ailəsi), yer də daxil 12 planet, onların peykləri və digər göy cisimlərindən ibarətdir. Hələlik günəşin böyük övladları olan planetlərin 9-u müəyyən edilib. Quranın Yusif surəsində göstərilir ki, Yusif atası Yəquba deyir: “Atacan, mən yuxuda on bir ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər!”(1, Yusif, 4) Müfəssirlər ittifaq edirlər ki, on bir ulduz Yusifın qardaşları, ay anası, günəş də Yəqub özüdür. Mən bu təfsirin həqiqiliyinə şübhə etmirəm, lakin heç bir kamil müsəlman dana və ya unuda bilməz ki, Quranın hər surə və hər ayəsinin yeddi mənası olduğuna görə Yusifin yuxusunun yozumunun da yeddi mənası var ki, təfsirlərdə keçən yalnız biridir. Düşünürəm ki, Yusifin yuxusu-

73


ictimai - siyasi, elmi - populyar jurnal

EKOLOJİ MÜHİTİN TEOLOJİ STRATEGİYASI

74

nun ikinci bir mənası o deməkdir ki, Günəş sistemində yerlə birlikdə 12 planet var. Baxmayaraq ki, bizə doqquzu məlumdur. Vaxt gələcək bu 3 naməlum planet kəşf ediləcək və bu hadisə qiyamətin daha yaxınlaşması əlamətlərindən olacaq. Musa əleyhissəlamın qövmünün on iki yerə ayrılması, İsa əleyhissalamın həvarilərinin sayının on iki olması, Məhəmməd salavatullahın da sələflərinin bu qədər olması ən azından ona işarə edir ki, ayədəki 11 ulduz Günəşin əhli-beytinə daxil olan planetlərdir. Çox qüvvətli bir ehtimalla bu ayədəki ulduzlara yer daxil deyil. Planetlə ulduz arasında məna, keyfiyyət və mahiyyətcə fərq yoxdur, yalnız kəmiyyət fərqi var ki, bu da daha çox göyşünaslara aid məsələ olub mənim çıxartdığım nəticəyə heç bir xələl gətirə bilməz. Beləliklə, Günəş ailəsinin 12 planetdən ibarət olması fikrinin kosmik bünövrəsi var.(10, 118) Günəşin hər bir övladının – hər bir planetin spesifik xüsusiyyətləri var. Bunların bəzisi çox istidir, bəzisi çox soyuq, bəziləri də qazlardan ibarətdir. Günəş də ağla və duyğuya gəlməyəcək dərəcədə Yanvar-Fevral 2013 № 01 (13)

çox isti olub davamlı yanan qazlardan ibarətdir. Lakin heliomateriyanın əsası hidrogendir. Günəşdə hər saniyədə milyonlarla atom bombasına bərabər partlayış gücündə olan partlayışlar baş verir. Bu partlayışlarda yer kürəsindən ən azı 40 dəfə böyük olan alovlar püskürür. Helioperiferiyada (günəş kənarında) temperatur 6000 dərəcə, heliosentrin (günəş mərkəzində) temperaturu isə 20 milyon dərəcədir. Əgər günəş olmasaydı hər zaman gecə olar, hər yer buzla örtülərdi. Ən əsası isə bizim dünya heç vaxt olmazdı. Heliosistemi incələdikdə son dərəcə həssas və dəqiq nizamla qarşılaşırıq. Bu nizam və dəqiqlik günəşdəki planetləri onun sistemindən çıxmağa qoymayan cazibə qüvvəsilə planetlərin mərkəzdən qaçma qüvvəsi arasında formalaşdırılıb. Günəş malik olduğu böyük cazibə qüvvəsi sayəsində bütün planetləri çəkir, planetlər də Günəş ətrafında fırlanmaqdan doğan mərkəzdən qaçma qüvvəsi sayəsində Günəşlə toqquşmaqdan, tam cəzb olunmaqdan qorunurlar. Əgər planetlərin günəş ətrafında hərəkəti bir az yavaş olsaydı o zaman bu planetlər sürətlə

Günəşə doğru çəkilər və udulardı. Əksinə, əgər planetlər bir az böyük sürətlə hərəkət etmiş olsaydılar, onda Günəşin cazibə qüvvəsi onları saxlamağa kifayət etməz və planetlər də heliosistemin xaricinə sovrulardılar. Şübhə edilməsi axmaqlıq və zəlalətdən başqa bir şey deyil ki, hədsiz dərəcədə həssas olan bu harmoniya qüsursuz bir şəkildə qurulmuşdur. Eyni zamanda bu harmoniya hər planet üçün də spesifikdir. Necə ki, heliogenez və ya heliosistem bizim qalaktikanın dəyəridir, geogenez və ya geosistem də günəş və ailəsinin dəyər və mənasıdır. Geosistem və geolandşaft məhz günəşin sayəsində atillikdən (passivlikdən) xilas olurlar. Təbii ki, geoloji tam və ya geokomrleks məhz günəşdən gələn enerjinin təsirilə formalaşır və müəyyən mənaya malik olur. Böyük bir psixoekosistem olan yerin üzündə fosil yataqları da daxil bütün enerjinin qaynağı günəşdir və ya günəşdədir. Belə bir sual oluna bilər ki, “günəşin, ümumiyyətlə günəş sistemi planetlərinin varlığını təmin edən nədir?” Lakonik cavab bu olacaq ki, qalaktika qanunları və qalaktik enerji bütün qalaktika komponentlərini tənzim və təmin edir. Qalaktika qanunlarının, bütövlükdə qalaktikaların varlığı isə metaqalaktik enerji ilə təmin olunur. Metaqalaktikalar da supermetaqalaktik enerjidən, bu da öz növbəsində vakuumdan(vakuum fiziki aləmlə metafiziki aləm arasında trans funksiyasını yerinə yetirir.) və nəhayət bütün bunlar Teoenerjidən, yəni Allahın fəaliyyətindən asılıdır. Dünyanı canlı maddənin yaşamasına uyğun hal və formaya salan geosistemi əhatə edən hava təbəqəsidir. Canlının həyat və fəaliyyəti üçün vacib olan nəfəs, həzm, fotosintez kimi proseslərin

təməli hava təbəqəsindən asılıdır. Yetkin bir insanın qan dövranı və psixi funksiyaları üçün hər gün orta hesabla 14 kq havaya, 2 kq suya və 1,4 kq qida maddələrinə ehtiyac var (6, 96). Hər şeydən öncə insanın nəfəs ala bilməsi üçün havadakı qazların quruluş nizamının pozulmaması əsas şərtdir. Bu nizamda çox-çox kiçik bir dəyişiklik canlı maddənin məhvinə səbəb olar. Amma bu cür nizamsızlıqlar baş vermir. Çünki bütün kosmik hissələr kimi hava təbəqəsi də çox qüsursuz və dəqiq işlənmişdir. Dünya aerosferi 77% azot, 21% oksigen və digər qazlardan təşkil edilmişdir. Bunların ən önəmlisi oksigendir. Çünki canlı enerjinin prinsipi oksigendir və ya oksigendədir. Canlılar oksigen qəbul etmək üçün nəfəs alarlar. Sovurduğumuz havadakı oksigen sistemi son dərəcədə dəqiq nizamla təsbit edilmişdir. Hava təbəqəsindəki oksigenin xaotik hal almaması hava sirkulyasiyası səbəbilədir. İnsan və heyvanlar davamlı olaraq oksigen tükədirlər, amma əvəzində özləri üçün təhlükəli olan zəhərli karbondioksid törədirlər. Bitkilər isə bu prosesin tamam əksini –karbondioksidi oksigenə çevirərək canlı maddənin məhv olmasının qarşısını alırlar. Səhər hava aydınlananda oksigen bitkilər tərəfindən çölə verilir. Bu zaman karbondioksid tükənir, oksigen artır. Quranda bir ayə bu prosesi belə ifadə edir: “And olsun qaralmaqda olan gecəyə və nəfəs almaqda olan səhərə ki, bu möhtərəm bir elçinin sözüdür!”(1,Tekvir, 17-19) Hər gün havaya bitkilər tərəfindən milyarlarla ton oksigen buraxılır. Əgər həm heyvanlar, həm də bitkilər oksigen törətsəydilər, onda yer üzü qısa bir zamana elə bir özəllik qazanardı ki, burda çox xırda bir qığılcım qlobal bir yanğına səbəb ola bilərdi. Başqa


GEOSTRATEGİYA

tərəfdən həm bitkilər, həm də heyvanlar karbondioksid törətsəydilər bu dəfə havadakı oksigen sürətlə tükənər və canlılar nəfəs almaq əvəzinə boğularaq məhv olardılar! Hava ətraf mühitdə ən bol tapdığımız təbii komponent olduğu üçün bizim üçün ən dəyərli təbii proses olan nəfəs almanın qədrini dərk etmirik. Çünki insanın epistomoloji hal və vəziyyəti elədir ki, o bir şeyin dəyərini yoxluğunda və ya azaldığında(tükəndiyində) anlamağa başlayır. Təbii komponentlərin hər biri belədir. Azaldıqca qiymət və dəyərləri də artır. Havadan sonra canlı maddənin ən əsas komponenti sudur. Su həm strateji, həm də fiziki komponentdir. Su bəşəriyyət tarixi boyunca həyat tarixinin davam etməsinə vəsilə olmuşdur. Suyun əsas xüsusiyyəti hidroloji dövran sayəsində yenilənən bir qaynaq olmasıdır. BMT-nin düzənlədiyi bir sənəddə deyilir ki, 21-ci əsrdə su çatışmamazlığına görə ölkələr arasında müharibə və münaqişələr baş verə bilər. Dünya əhalisinin 40%-ni təşkil edən 80-ə yaxın ölkədə ciddi su çatışmazlığı olduğu bildirilir. 20-ci yüzilliyin ən stratejik element və komponenti, xammaddəsi neft idi. 21-ci yüzilliyin ortalarında isə bura su, hidrogen və bor əlavə ediləcəyi ehtimal edilir. Su strateji maddə və qaynaq olmaqla bərabər kənd təsərrüfatı da ən strateji sektora çevrilməkdədir. Zira dünyadakı suyun cəmi 2,4%-i quruda olduğundan hidroloji sirkulyasiyanın böyük önəmi var. Qurudakı suyun yalnız 10%-i istifadə edilə bilən şirin su potensialına malikdir ki, bu da cəmi 4 milyon km3 edir. Hesablamalar göstərir ki, bəşəriyyətin il ərzindəki su ehtiyatı 5500 km3-dir. Bu ehtiyac yer üzündə bütün axar

sularda bir anda toplanan suyun 3 qatıdır. Bu isə onu göstərir ki, insanların istifadə etdiyi su ehtiyatının çoxu yeraltı sulardır. Ancaq bütün axarsuların daşıdığı illik su miqdarı(37000km3) ilə müqayisə etdikdə bəşəriyyətin su ehtiyacı daimi dövran edən suyun 15%-nə çatdığı görünür. Bu isə getdikcə artan su ehtiyacının qarşılanmasında getdikcə artan daha böyük problemlərin meydana çıxacağını göstərir. (7, 189) Dünyada okeanlar, dənizlər, göllər suyun sabit sahələridir. Bunlardan buxarlanan su troposferin yuxarı qatlarında başqa maddələrdən təmizlənib küləklərin köməyilə qar və yağış şəklində yenidən yerə düşür. Havadakı bütün su buxarı dəniz və okeanlara qatılsa onların səviyyəsi cəmi 3,5 sm-ə dək yüksək olardı.(8, 62) Okean və dənizlərin suyu buxarlanıb aerosferin yuxarı təbəqələrində təmizləndikdən sonra içməli hala gəlir. Bu hadisə haqqında Quranda buyrulur: “Küləkləri rəhməti önündə müjdəçi olaraq göndərən odur. Biz ölü torpağı diriltmək, neçəneçə heyvan və insanlara vermək üçün göydən saf su endirdik!”(1,Furqan, 48) Yer üzündəki təbiəti, xüsusilə

də suyu qarışdıran “qaşıq” funksiyasının daşıyıcısı olan küləklər sabit su sistemləri üçün çox önəmli ekoloji faktordur. Bu faktor aerosferdə suyun müxtəlif formalarının(qar, çiskin, dolu və s.) yayılmasına xidmət edir. Hava sirkulyasiyası birbaşa küləklərdən aslıdır. Bitkilərdəki döllənmənin çoxu küləklərin sayəsində reallaşır. Bir-çox açıq toxumlu bitkilər, şam ağacları, palma və çiçəkli olan bütün toxumlu bitkilər çəmən otlarının hamısı rüzgarların vasitəsilə tozlanırlar. Rüzgarların tempuratur və mövsüm dəyişməsində də rolu böyükdür. Modern dünyadakı şəhərlər küləklər olmazsa çirkli havadan çarəsiz vəziyyətə düşərlər. 1952 Londonda bu səbəbdən kütləvi insan tələfatı baş vermişdi. Zəhərli və zərərli qazlar da rüzgar passivliyindən meydana çıxır. Çünki rüzgar havada katarsis funksiyasını yerinə yetirir. Torpaq-bitki örtüyündə isə katarsis funksiyasını su icra edir. Torpaq-bitki örtüyü də hava sirkulyasının sayəsində substansial balansını qoruya bilir. Müasir elmi tədqiqatlar göstərir ki, bir qram torpaqda toplanan milyonlarca bakteriya uzun müddət yağıntı olmayanda

fəaliyyətdən düşürlər. Başqa sözlə, ölü bir genetik şivrə halına çevrilirlər. Yağış yağdıqda isə bütün bu mikroblar canlanır və başda azot olmaqla geniş bir komponent törətmə fəaliyyətinə başlarlar. Bunun da nəticəsində minlərlə canlı həyat qazanır. Torpaq altındakı ölü şəhər də canlanır. Böcəklər, qarışqalar və başqa həşəratlar torpağın altını ustalıqla nəhəng şəhər kimi işlərlər. Ölü torpaq belə dirilir. Bunu uca Allah belə ifadə edir: “O elə bir ilahdır ki, göydən lazım olan qədər su endirir, ölü şəhəri dirildir. Beləcə sizi də dirildib qəbirlərdən çıxaracaq!”(1,Zuxruf, 11) Digər ayədə belə deyilir: “Orada yüksək dağlar qurmadıqmı?! Sizə şirin su içirtmədikmi?!” Bu ayədə içməli su ilə dağların bir yerdə zikr edilməsi adi bir təsadüf deyil. Belə ki, ən saf şirin su mənbələrinin böyük əksəriyyətinin dağlıq zonalarda, xüsusilə yüksək dağlıqda olması tətqiqatçılar tərəfindən yekdilliklə təsdiq edilir. Su buxarlanaraq saflaşdığı kimi, torpağa hoparaq da filtirə olunaraq saflaşır. Bununla birlikdə su faydalı minerallarla da zənginləşərək yer səthinə çıxar. Hər yerdə axar su və göl olmadığı üçün insanlar daha çox yeraltı sulara möhtacdırlar. Yeraltı sular dərin qazılan quyularla tapılır. Sənət və tarix baxımından Yusif əleyhissalamın Qahirədə 90,5 metr dərinlikdə, xalis qaya işində qazdırmış olduğu quyu yeraltı suya böyük nümunədir. Geosistemdəki canlı maddənin həyatını davam etdirməsi üçüb vacib kosmik element olan su açıq sistemdir. Suyun əsas xüsusiyyətlərindən biri də yüksək səthi gərginliyə malik olmasıdır. Səthi gərginlik mayeni təşkil edən molekulların bir-birini cəzb etməsi nəticəsində yaranır. Suyun səth gərginliyi məlum olan bütün digər

75


ictimai - siyasi, elmi - populyar jurnal

EKOLOJİ MÜHİTİN TEOLOJİ STRATEGİYASI

76

mayelərin hamısından daha yüksəkdir. Bitkilər məhz bunun sayəsində torpağın dərinliklərindəki suyu çox asanlıqla yuxarı qaldıra bilirlər. Su bitkinin ən uc nöqtəsinə qədər səth gərginliyi sayəsində çata bilir. Bitki köklərindəki və damarlarındakı kanallar buna uyğun qurulmuşdur. Əgər suyun bu xüsusiyyəti olmazdısa ən azı quru fitoekosistemi olmazdı. Təbii bitki örtüyü yağan yağışların destruktiv təsirindən torpağı qoruyur. Bitki örtüyü sellərə əngəl olduğu kimi lendoeroziya prosesinə də mane olur. Böyük Qafqazın cənub yamaclarında meşələrin kütləvi qırılması nəticəsində torpaq sürüşməsi, eroziya və sel halları günü-gündən artır! Bunun qarşısını yalnız su-torpabitki sistemindəki təbii nizamın bərpası ilə almaq olar! Torpaq-bitki örtüyünün geoekosistemdə xüsusi yeri və dəyəri var. Fitosistemin əsası olan meşələr canlı təbəqənin ağciyərinə bənzədilir. Havanın təmizlənməsində kuləkdən sonra böyük rol oynayırlar. Təkcə ağaclar olmasaydı bu gün insan mədəniyyətinin nail olduğu avadanlıqlar da olmazdı. Meşələr heyvanlar üçün bənzərsiz bəslənmə və müdafiə məkanıdır. İndustrial sivilizasiyaya qədər insanlar da meşlər və dağlardan ən əsas müdafiə və qida arsenalı kimi istifadə etmişlər. Meşə torpağı intensiv yağışlardan çətirin insanı qoruduğu kimi qoruyur. Əgər meşələr olmasa torpağın humus qatı məhv olar və nəticədə canlı maddə tədricən dağılar. Əsas nüvəsini torpaqdan alan insanın torpaqdan ayrılması mümkün deyil. İnsan torpaqdan çıxdığı kimi ona da dönür. İnsanı həyat boyu bəsləyib əmizdirən ana məhz torpaqdır. Allah insanı torpağın müxtəlif hallarından yaratmışdır. Torpaq Quranda turab kəlməsilə ifadə Yanvar-Fevral 2013 № 01 (13)

edilir. Torpağın müxtəlif halları arasında quru çamur(salsal), qara palçıq(hamain məsnun), çamur(tin), palçıq mayası(sulalətin min tin), odda bişmiş quru çamur(salsalin kəlfəhhar), yapışqan çamur(tinin lazib) və nutfə var. Bunlar insanın yaradılış prosesində torpağın keçirdiyi yeddi halın nəticəsidir. Şübhəsiz ki, bu halları akademik dildə və sırf elmi terminologiya ilə də əvəz etmək olar. Heyvan və bitkilər də torpaqdan yaradılmışdır. Lakin onların yaradılmasında torpağın bütün hallarından istifadə edilməmişdir. Bu səbəbdən heyvanların quruluşu insan qurluşundan mükəmməl deyil. Lakin heyvanların orqanları elə mükəmməl təşkil edilmişdir ki, bir növ digərini tükətmir. Hər heyvan növünün spesifik arealı vardır. Fəqət bu areallar elə bir ekoloji və ekonomik nizama tabedir ki, bu nizamda xırda bir artım və ya əskiklik növün büsbütün yox olmasına gətirib çıxara bilər. Heyvanların fizioloji xüsusiyyətlərində də böyük nizam var. Məsələn, çox sürətli heyvanlar güclü deyil, güclü heyvanlar da sürətli deyil. Hər ikisinə sahib olanların da başqa xüsusiyyətlərində qüsur var. Başlıca üstünlüyü ağıl olan insan növü bütün başqa növlər arasında ən möhtac və bədən üstünlükləri baxımından ən əskik olandır.(9, 219) Heyvanlar bizim dostumuz və geoekosistemin tamamlayıcısıdır. İnsanlar qidalarının bir qismini heyvanlara borclu olduğu kimi onların güc, xidmət və gözətçiliyindən də istifadə edirlər. İnsanlar onların bəslənmələrinə, tədavi edilmələrinə çox diqqətlə yanaşmağa borcludurlar. Zira heyvanlar da həm canlı kimi və həm də anatomik qurluşlarına görə bizdən fərqlənmirlər. Quranda buyrulur ki, “Geosistemdə gəzən heyvanlar və qanadlarıyla

uçan quşlar da sizin kimi bir toplumdur!”(1,Ənam, 38) İnsan desruksiyası son yüzilliklərdə bir-çox heyvan və bitki növlərinin nəslinin kəsilməsinə, bir-çoxlarının da areallarının hədsiz azalmasına səbəb olmuşdur. Unutmaq olmaz ki, həm bitkilər, həm də heyvanlar yalnız mənsub olduqları geoekosistemdə varlıqlarını sürdürə bilirlər. Ümumiyyətlə, insanın özünün də daxil olduğu canlı maddə yalnız ekofiziki və ekokimyəvi tarazlıq və balansın mövcudluğu sayəsində mövcuddur. Qeydlər: 1. Qurani-Kərim 2.ƏbdülQadir Bağdadi, Usulud-Din, Beyrut, 1928 3.Qazali Əbu Həmid, Məaricul-Quds, Beyrut, 1975 4.Elmalılı Hamdi Yazır, Hak dini Kuran dili, İstanbul, 1994 5.Atay Hüseyn, İslamda Olğun İnsan, Ankara, 1968 6.Ruşen Hamamcı Kaleş, Can, Çevre Bilim, Ankara, 2002 7.İreli Recep, İklimin Su kaynakları Üzerine Muhtemel Etkileri, Konya, 2007 8.Kocataş Rəmzi Geldiay, Genel Ekoloji, İzmir, 1975 9.David Hume, Din Üstüne, Ankara, 1979 10.Rəşad Ramazanlı, Mühitşünaslıq, Bakı, 2003 Açar sözlər: Mühit, su, hava, həyat, İslam, kosmos, Quran Key words: Space, life, water, weather, İslamic, Koran, environment Ключевые слова: Среда, вода, пагода, жизнъ, Ислам, космос, Коран РЕЗЮМЕ Теологические стратегии экологичиское среды Статъе говорится о вреде, причиненном тоталитарной

системой человеку и пирироде, о проблемах, возникших в связи етим в обшестве. С науцной и релегиозной точек зрения проводится анализ акций и их критика в тоталитарьном обшестве. Так как человек сам является создателем тоталного обшества, значить он идет против всем, обрекая на психобиососиалние вымирание! Афтор выход из создавшиеся ситуачии видит толко в служении АЛЛАХУ соссылкой на предписания КОРАНА! Ecological environment of theological strategy In the article the harm done to a man and nature by the totalitarian regime, problem generated by it for a society are considered. The contradictions in the totalitarian regime are discussed from scientific and religious point of view. Totalitarian regime has been established by a man himself. Author thinks that by this a man comes out against himself and condemns himself to moral and sosiopsixobiological decay. Autor consider worship of GOD, referring to KURAN and substantiation on science to be a way out of the present situation! * Elmi ədəbiyyatlarda hava təbəqəsinin atmosfer adlandırılması həm linqvistik, həm də substansial olaraq çox məhduddur. Atmos termini buxar anlamını verən kəlmə olub, realizasiya prosesində maksimum H və O elementlərini ehtiva edən termin və anlayışdır. Amma aero termini isə elə hava deməkdir. Hava da, təkcə bunu demək kifayətdir ki, yalnız H və O maddələrindən ibarət deyil.




Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.