put to death .fanzin #1

Page 1


ski nheadvəf ut bol

1962. Jamaikanın müstəqilliyini elan etdiyi tarix. Bu böyük dəyişməklə birlikdə gələn yüksək nisbətdə işsizlik Jamaikada yeraltı mədəniyyəti meydana gətirib. Rude Boys deyilən bu yeraltı mədəniyyət, küçədən dolanan amma əllərindəki bütün pulu ülgüc kimi dəstlərə, qəşəng ayaqqabılara xərcləyən, ümumisi gənc seqmentdir. Dinlədikləri musiqi isə reggae, ska, soul, rock qarışığı rəqs üzərinə qurulan bir musiqi olub rasta ənənəsindən bir az daha fərqli idi. Bu yeraltı mədəniyyət zamanla iqtisadi şərtlərin və iş tapma imkanlarının daha yaxşı olduğu Ingiltərə və Amerikaya köçməyə başlıyarlar. 1950li 1960-cı illərdə isə İngiltərədə başqa bir yeraltı mədəniyyəti vardır halı hazirda. Orta seqmentin mey dana gətirdiyi Rejimlər… Rejimlər bir az daha baxımlı, modaya düşkün, maşınlarına əyləşib parti və əyləncələrə qaçan apolitik seqmentdir və bir müddət sonra öz içlərində ayrı-seçkiliklər başlayır. Xüsusilə işçi sinifindən gələn rejimlər orta sinif rejimlərin imkanlarından uzaqdır. Digər tərəfdən jamaikalı rude boys ilə daha çox ortaq nöqtəyə sahibdirlər və bir müddət sonra birləşib orta sinif rejimlərin istehlak mədəniyyətinə qarşı duruş sərgiləməyə başlayarlar. Musiqiləri zamanla ayrılır


gedərək ictimai və siyasi tənqidə çevrilir. Xüsusilə Londonun şərq seqmentində polisdən şiddət görürlər və qarşıdurmalara girirlər. Geyim stilləri də yavaş yavaş şərtlərə uyğunlaşır. Polislə vuruşur(sikişir)kən dezavantaj yaradan uzun saçlar kəsilir, bol paçalı şalvarlar dar kəsilən dayanıqlı Levi`s modellərə buraxır yerini. Fabrikdə geydikləri botlarla formalar tamamlanır. Görünüşdəki bu dəyişiklik, şiddətlə iç-içə həyata, onları hippilərdən də iti xəttlərlə ayırmış olur. Bir müddət sonra polis şiddəti, medya əleyhdarlığı onları ölü bir dövrə sürüyür. Ta ki 1970ci illərin sonuna qədər.1970-ci illərin sonlarına gəlirkən skinhead mədəniyyəti təkrar canlanır. Ancaq bu səfər Jamaikalı qardaşlarıyla rəqs etmək yerinə onlarla dalaşmağa başlayırlar. Skinhead ənənəsi artıq adını faşist qruplarla eşitdirməyə başlayır təəssüf ki,. Xüsusiyyətə antifaşist skinhead qruplarına və immiqrantlara qarşı hücumlar da artır bu dövrdə. Mətbuatın da əlinə vəsait çıxır və skinhead mədəniyyətinə qarşı inanılmaz bir təbliğata girişirlər. Bütün bu hücumlara qarşı, antifaşist skinhead qruplarının da mütəşəkkil olması surpriz olmazdı. Bu məqsədlə 1987-ci ildə ilk dəfə ortaq adlar altında birləşirlər. Amerikada SHARP (Skinheads Against Racial Prejudice) və Avropada RASH (Red and Anarchist Skinheads)? Nazi məhsulları satan dükanlar, irqçi qrupların konsertləri və lokallar hədəflənir. Və zamanla Nazi skinhead qrupları və digər irqçi qruplar səhnəni tərk etməyə başlayır. Skinhead adını bir az olsun təmizə çıxarmış olur.1970lərin sonunda bu musiqi canlanarkən futbol holiganizminə də sızır. Xüsusilə qaynağını futbol mahnılarından alan "Oi" musiqinin ad atası olan Cockney Rejects qrupu, `Following bubbles forever` mahnısıyla West Ham marşını şərh edər məsələn. Sham 69 adını Hersham FC`dan istinad alır. Hollandiyalı qrup Discipline PSV ultras, Los Fastidios Virtus Verona, Bootstroke AEK, Ska-P Rayo Vallecano, Orkestr Bassotti Livorno, The Obssessed Cardiff City üçün bəstələyir. Stage Bottles isə ultras Frankfurt üzvləri? Qısacası skinhead ənənəsinin təməli işçi sinifinə dayanır və bu günlərdə futbolla həyat tapır.


heyvan qurtuluş cəphəsi . alf

alf yəni animal liberation front azərbaycancası heyvan qurtuluş cəbhəsi. təməli heyvan haqqlarına dayanır. heyvanları istismar edən yerlərə və mallarına doğru protest və təxribat edirlər. mcdonald'squndaqlama, araşdırma mərkəzlərinin mallarına zərər vermə, ediləcək araşdırma mərkəzlərinin inşaatlarına təxribat, fermalardan heyvanların qaçırılması, araşdırma mərkəzindəki təcrübə olunacaq heyvanların sərbəst buraxılması kimi hərakatları mövcuddur. kişi olun əə


ən yaxşı romantik mahnılar

1. Anarchy in the UK - Sex Pistols 2. Complete Control - The Clash 3. Kick Out the Jams - MC5 4. Holiday in Cambodia - Dead Kennedys 5. Waiting Room - Fugazi 6. London Calling - The Clash 7. Search and Destroy - The Stooges 8 God Save the Queen - Sex Pistols 9. Where Eagles Dare - The Misfits 10. I Wanna Be Sedated - Ramones


pirate radio usa, abş'dakı, ( fcc onları tutmadığı müddətcə ) insanların istədiyi şeyləri zad elədiyi və istədiyi şeyləri deyən underground, lisanssız radio dünyasıyla əlaqədar uzun metrajlı sənədli film. bu müddətdə big media ‘nın ( böyük media ) yüksəlişini, bunu qarşılamaq üçün indy media' nın ( müstəqil media ) böyüyüşünü görə bilər, və seattle' dakı 1999 dünya ticarət təşkilatı ( w. t. o ) yığıncaqları əsnasında gerçəklə hesablaşmalarına şahid ola bilərsiniz. dj ‘lər him və Hhr, pirate radio usa studiyalarından canlı verilişlə sizi ölkə diametrində qaçaq radio stansiyalarının içində bir rock' n roll səfərinə çıxaracaq və amerikalıların niyə radio dalğalarını azadlaşdırmaq üçün federal qanunlara qarşı gəldiklərini göstərəcək. dalğaları ələ keçirin!

anticopright.


necə manifest yazılır (?) salam

bu gün, nətər manifesto yazıldığını öyrənirik. bu gün, ikinci cümləmiz ilk cümlənin ilk sözü ilə başlayır. (?!?!?!) qısa cümlələr yazırıq. ardından daha qısa. ardından həqiqətən amma həqiqətən uzun bir dənə mənasız ola bilər amma dərhal ardından gələcək bir söz cümlələr ardından parçalanmış ədatsız ifadələr və ilk ədatı təkrarlayaraq və bunu cəmdə üç dəfə edərək ana fikirimizi açıqlayırıq. və ardından hər şeyi əhatə edən anlayışımız üçün bizi həyacanlandıran və hər hansı bir mənası olmayan bir sözlə sonlanan yenə uzun bir cümlə yazırıq. etilen


Yeni başlayanlar üçün Morrison və Cobain.

Curt Cobain və Jim Morrison, təkcə böyük qrupların liderləri deyildi. Öz nəsillərinin qəhrəmanları idi. Bir çox qabiliyyətləri var idi və hər biri bir yığın insana təsir etdi. Müğənni və söz yazıçısı olmanın xaricində, Curt ayrıca bir musiqiçi, gitarist və bir media fenomeni idi, Jim də ayrıca bir şair, kinoçu (?) və bir yazardı. Qruplarının arasında da təxminən 20 illik bir müddət vardı. Qarşılaştırılmaz kimi görünsələr də, əslində onları müqayisə edə bilərsiniz. Fantastika yazarlarının əksinə, onların vəsaiti daha çox həyat təcrübələrindən və hisslərindən gəlirdi. İkisinə də təsir edən şeylər fərqli olsa da, yenə də həyatları arasında bənzər bir model görə bilərsiniz. İkisi də həyatlarında çətinliklərlə və də bir neçə gözlənilməz dəyişikliklə qarşılaşdı. Həyatlarına yüklənmiş çox stress varıydı çünki onlar yalnız yazdıqları haqqında deyil ayrıca oxuduqlar; haqqında da narahat olmaq məcburiyyətində idi. Canlı performansları davamlı yazılırdı, reportajlar, televiziya verlişləri, xüsusi verlişlər, qəzet və jurnal yazıları və insanların gördüyü tipləri var idi. Onlara görə, bunun da bir musiqiçi tərzi olması lazım idi. Qrupun qazandığı


papulyarlıq və şöhrət, yalnız bir yazarın qazana biləcəyindən çox daha böyük idi. Yazılarındakı və hətta bəlkə də tragik ölümlərindəki bir faktor da bu idi. Yazılarında təsirləndikləri şeylər həyatlarının hamısı idi. Uşaqlıqları belə. Curt, ana və atasının boşanmasından çox təsrlənmişdi. Bir dəfə "Doqquz yaşıma qədər həqiqətən gözəl bir uşaqlığım var idi, sonra klassik bir boşanma iddiası mənə həqiqətən təsir etdi," demişdi. Ayrıca "Nəfəsimi tutaraq başmı partlatmağa çalışırdım, başmı partlatsam onların (anam və atam) kədərlənəcəyini düşünürdüm," deyə etiraf etmişdi. In Utero albomundakı "Serve the servants" mahnısında bundan bəhs edir: "Yalnız bunu bilmənizi istəyirəm / Artıq sizdən nifrət etmirəm / Deyə biləcəyim bir şey yoxdur / Daha əvvəl demədiyim / Xidmətçilərə xidmət et - ah yox / O əfsanəvi boşanma böyük bir çətinlik idi." Jim isə, bir əsgər ailəsində böyümüşdü. Atası dəniz qüvvətlərində idi. Davamlı köçürdülər və Jimin atası çox vaxt evdə olmurdu. Jim, ailəsinə və nüfuza hörmət etməməyə başlamış kimi idi. Köhnə bir məlumat formasında Jim, ailəsinin öldüyünü iddia etmişdi. Val şirkətindəki ofis müdirlərindən biri ona, bunun xoş olmadığını demişdi və ailəsinin nə düşünəcəyini soruşmuşdu. Jim cavab olaraq, onların öldüyünü heçkimin soruşmadığını dedi. Jim heç bir zaman oteritari-


yaya hörmət etmədi, hətta ondan ən uzaq olan şeyləri sevdi. Eyni məlumat formasında belə deyir: Oteritariyaya baş qaldıran fikirlər hər vaxt maraqlı olmuşdur. Qurulmuş nizamdan qaçmaq ya da onu çökdürməklə əlaqədar fikirləri sevirəm. Etirazla, nizamsızlıqla, xaosla - xüsusilə, heç bir mənası yoxmuş kimi görünən hərəkətlərlə - əlaqədar hər şeyə maraq duyuram. Mənə, azadlığa gedən yolmuş kimi gəlir… Waiting For The Sun albomundakı "Five to one" mahnısı, üsyan çıxarmaq və rəhbərliyi ələ keçərmək haqqında idi. Jim, 1969-cu ildə 21 yaş altı insan sayının, 21 yaş üstü insan sayından 5 qat daha çox olacağını, elə isə niyə üsyan çıxarmadıqlarını düşünmüşdü. Jimin uşaqlığındakı ən əhəmiyyətli hadisələrdən biri, ailəsiylə birlikdə bir çöl şosesində səfər edərkən oldu. Tərs dönmüş bir yük maşınıya rast gəldilər və yük maşınıdan atılmış, yol kənarında yatan yaralı və ölmək üzrə olan Pueblo Hindularını gördülər. Jim ağlamaya başladı. Atası, köməyin gəldiyindən əmin olmaq üçün avtomobili dayandırdı, kömək gəlirdi. Maşına geri döndü. Jim hələ ağlayırdı, onu yatırmağa çalışaraq oradan uzaqlaşdı. Bu yaşadığından ötəri, Jim getdi və Hindular haqqında bir çox şey öyrəndi. Hətta daha sonra Jim yoldaşlarına, oradan keçərkən ölən Hinduların birinin, ruhunu ələ keçərdiyini iddia etdi. Hindu təsirləri görülürdü çünki çox vaxt


Concho kəməri taxır və səhnədə ayin tərzi rəqslər edirdi.Həyatlarındakı bir başqa təsir edici dövr də məktəb illəri idi. Curt məktəbi heç sevmədi. Liseydəykən musiqilə maraqlanmağa və sonunda konsertləri izləməyə və həmişə etmək istədiyi şeyi etməyə başladı. Deyir ki "Seattle'a köçmək, götümü satmaq və bir punk rocker olmaq istəyirdim amma çox qorxurdum." Sonra 1985də Curt sonunda liseyi qurtardı. Curt etmək istədiyi şeyi bilirdi. Musiqi yaratmaq istəyirdi və məktəb buna maneə törədirdi. Məşhur lisey mədəniyyəti və idman tərəfdarlığından da nifrət edirdi. Bir neçə il sonra Curt, Krist Novoselic ilə tanış olacaqdı və birlikdə bir çox qrup gəzəcəkdilər, ta ki sonunda Nirvanada dayanana qədər. Curt qrupun orijinal bioqrafiyasında bunu yazmışdı: "Son 9 aydır, barabançı Chadı qanadlarımızın altına alma və bu an olduğumuz və həmişə olacağımız NIRVANAnı qurma zövqünə çatdıq." Qrupun adı, söz mənasından gəlir; 1. Xüsusilə Budizmdə arzuların və öz şüurun yox edilməsiylə acı, qarışıq və reinkarnasiyanın aşıldığı son xoşbəxtlik. 2. Acı və xarici həqiqətin fərqində olunmayan vəziyyət ya da yer . The Doors da nirvananı axtarır kimi idi. Alfred G. Aronowitz tərəfindən New York Timesdə yazılan "The Doors nirvananı axtarır" məqaləsində Jimin mottosunun "Nirvana dərhal" olduğu deyilirdi. Digər tərəfdən, Jimin təhsili tamamlanmışdı, UCLAdan məzun


olmuşdu. Həmişə bir yazar, şair ya da kinomatoqraf olmaq istəmişdi. Bu qədər məşhur bir müğənni olacağını həqiqətən heç düşünməmişdi. Ayrıca Jim çox oxuyardı idi. Qəhrəmanları rəssamlar və yazardılar. Hətta William Blakedən bir neçə misra götürmüşdü: "Bəziləri şirin sevincə doğulur / Bəziləri sonsuz gecəyə." William Blake ayrıca "Qəbul qapıları ortadan qalxdığında insanlar hər şeyi həqiqətən olduğu kimi görəcək, sonsuz." The Doors bu sözü, Aldous Huxleyin Qəbul Qapıları (qrupun adı da buradan gəlir) kitabında götürülmüş olaraq tapmışdı. Ayrıca Fransız sembolist şair Arthur Rimbaudun tərzi də Jimin qısa nəsr şeirlərinin formasını təsir edəcəkdi. Nömrə Ona Here Gets Out Alive kitabında Danny Sugerman bir çox sənətçini listə almış və belə yazmışdır: … dəli olanlar, taleyi pis olanlar, yazarlar, şairlər və rəssamlar; nə bahasına olursa olsun inadla oteritariyaya müqavimət göstərən və özünə sadiq qalmaqda israr edən sənətçi - Jimin ehtirasla özünü qaynaşdırdığı nəsil bu idi və arxasında olduğu şey onların ölçüsü idi. Şair olmaq, sənətçi olmaq, yazmaqdan ya da şəkil çəkməkdən ya da mahnı oxumaqdan daha çoxu idi; bu, bir görüşə və bütün etirazlara baxmayaraq o fikiri dəstəkləyəcək cəsarətə sahib olmaq demək idi. Sizi öldürməyən şey sizi gücləndirərdi və lazım olan şey sizdə varsa, nadir tapılır və mükəmməl idiniz,


sizdə yoxdursa bu təqlid edilə bilməz idi (səhifə 13). Bir dəfə Curt "Musiqi əyləncədir. Nə qədər içinə girsəniz, sizdən o qədər çox şey çıxar," demişdi. Danny Sugerman, Jimin sirlərindən birini belə açıqlamışdı: … konsertlərdəki dayanacaqsamaların məqsədi bəzən mahnı aralarında, bəzən misra aralarında, bəzən də heca aralarında. Morrison bu səssizliklərin düşmənliyi uzaqlaşdırdığını və qrupu (ya da özünü) tamaşaçıyla yaxınlaşdırdığını iddia edirdi (The Doors The Illustrated History).

“Underground Poetix Trash Kulture”


truth or dairy. Vegan ya da Veganlıq, 1944′də Londonda hələ işlək halda olan, Vegan Society'ni meydana gətirən yeddi vegeterian tərəfindən törədilmiş bir bəslənmə mədəniyyətidir. Bəzən "möhkəm vegeteriyanlıq" deyə də adlandırılan veganlıq, ən sadə tərifiylə, heyvansal hər hansı bir məhsulu istehlak etməyi rədd etməkdir. Çox vegan, heyvanlardan törədilən, bu səbəbdən çıxarılması üçün heyvanların istifadə edildiyi yemək məhsullarını istehlak etmədiyi kimi, istehsalında dəri, sümük, jelatin, yun vs. heyvansal maddələrin istifadə edildiyi yemək və xarici maddələri də istifadə etməzlər. Veganlar ətlərdən ala bilmədikləri zülalı, soya paxlası kimi bitki mənşəli qidalarla kompensasiya etməyə çalışırlar. Vegan sözcüyü ayrıca bu təlimə bağlı kəslərin istehlak edə biləcəyi məhsullar üçün də istifadə edilir. Məsələn "pilaki vegandır" deyilə bilər. Təlimə möhkəm möhkəmə bağlı kimi veganlar, fotoşəkil filmi jelatin ehtiva etdiyindən, analoq fotoşəkil çəkməyi, şəkər qamışından çıxarılan şəkər, işlənərkən heyvan sümüklərindən törədilən bir növ filtrdən keçirildiyi üçün, şəkər istifadə etməni rədd edəbilərlər. Digər yandan, daha zəif veganlar, tamamilə hayvansal bir məhsul olduğu halda bal yeməyi veganlığa zidd saymaya bilərlər. Veganlığın sərhədləri çox qəti və dəqiq bir şəkildə çəkilməmişdir. Amma vegan olmaq üçün minimum şərtin, çıxarılması üçün heyvanların hər hansı bir şəkildə acı çəkdiyi bütün məhsulların rəddi olduğu deyilə bilər. Məsələn inək südü vegan deyilkən, bir ananın öz istəyiylə uşağına verdiyi süd vegandır. veganlıq haqqında 23 dəqiqəlik bir " giriş " .


əlaqə.

puttodeathfanzine@gmail puttodeath .fanzin (fb) @puttodeathfanzin (twit)

2013


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.