Kəlağayı qəlibləri
(Basqal qəsəbəsindən toplanmış materiallar əsasında)
Qrafik dizaynerlər: Epiqraf: İllüstrasiyalar:
Müəlliflər İdeya müəllifi: Fotolar:
Tədqiqatçı: Layihə koordinatoru: Ekspertlər:
Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Mustafayev
Leyla Musayeva Çinarə Bəylər
Ataş Əhməd, Şəhla Əhməd Filologiya üzrə fəlsəfə doktoru Hüseyn Xoşbateni
Ataş Əhməd, Əşrəf Axundov, Fidan Hümbətli, Leyla Musayeva, Çinarə Bəylər
Leyla Musayeva, Elturan Məmmədov
Milli Azərbaycan Tarix Muzeyinin Bərpa Laboratoriyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Talehə Abdullayeva
Xüsusi təşəkkürlər:
Milli Azərbaycan Tarix Muzeyi Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan Milli İncəsənət Muzeyi
Basqal kəlağayı ustaları: Ələsgər Xəlilov Abbasəli Talıbov Məlahət Talıbova Mürşüd Talıbov Elzar Ağayev Nizami Məmmədov
Giriş
Mündəricat 6 65
11 207
45 23 55
Kəlağayı qəlibləri (basmaqəlib üsulu ilə naxışlama) Kəlağayı nümunələri
Kəlağayı kompozisiyası (illüstrasiyalar əsasında)
Kəlağayı naxışları və simvolikası
Kəlağayı. Basqal kəlağayı məktəbi Əlavələr
Başına örtübdür kəlağayı gəzər, Əyri tel üstündən qızıl düymələr. Belinə yaraşıb zərbafdan kəmər, Çəpkənli, çarqatlı ağ bədən gəzər.
Aşıq Abbas Tufarqanlı
Giriş
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2018-ci il tarixli 518 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Basqal qəsəbəsinin tarixi hissəsini əhatə edən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu (Qoruq) ərazisində müasir turizm infrastrukturunun yaradılması, həmçinin uzunmüddətli bərpa və konservasiya işlərinə start verilmiş, Qoruğun mədəni irs dəyərlərinin qorunması, təbliği istiqamətində əməli addımlar atılmışdır. Belə ki, aparılacaq yenidənqurma, abadlıq, təmir və bərpa işlərində istinad kimi götürülən, ənənəvi yerli memarlığa dair “Basqal bərpa təlimat kitabı” hazırlanmış; Qoruq ərazisində Şeyx Məhəmməd məscidinin içərisində və həyətyani sahəsində fundamental arxeoloji tədqiqat işləri aparılmış; Basqal qəsəbəsində yerləşən epiqrafik abidələr tədqiq edilmiş; XIX əsrə aid Basqal qəsəbəsində yaşayan ailələr və onların məşğuliyyət sahələrinin əks olunduğu kameral təsvirlər tədqiq edilmişdir. Bir sözlə, Basqal qəsəbəsində aparılan turizmin inkişaf strategiyası ilə paralel olaraq Azərbaycanın bu tarixi hissəsinin mədəni dəyərləri əsaslı şəkildə araşdırılmağa başlanmışdır.
Məhz yuxarıda bəhs edilən işlər çərçivəsində, Dövlət Turizm Agentliyinin mədəni irs üzrə mütəxəssisləri tərəfindən Basqalın mədəni irsinin əsas vacib komponenti olan, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ siyahısına daxil edilmiş kəlağayı sənətinin dərindən öyrənilməsinə başlanılmışdır. Kəlağayı sənəti Azərbaycan dekorativ-tətbiqi sənət sahələri içərisində öz ənənəvi hazırlanma üsulu ilə günümüzə kimi gəlib çatan sənət növlərindən biridir. Elmi ədəbiyyatın ilkin təhlili göstərmişdir ki, kəlağayı sahəsində Azərbaycanda bir sıra tədqiqat işləri aparılsa da, getdikcə yox olmaq təhlükəsində olan bu sənət sahəsinin texniki üsulu, boyama, naxışlama, naxış və kompozisiya, sosial həyatda istifadə təyinatını və s. xüsusiyyətlərini dərindən öyrənən tədqiqat işləri yetərli deyildir. Xüsusən, kəlağayı üzərində naxışların yaradılması üçün istifadə edilən basmaqəliblər bu sənətin öyrənilməsi və başa düşülməsi üçün çox vacib
tədqiqat obyekti olsa da, bu sahəyə bugünə kimi kifayət qədər diqqət ayrılmamışdır. Ona görə də elmi-nöqteyi nəzərdən bu tədqiqat predmeti prioritet məsələ kimi qarşıya çıxır. Kəlağayı sahəsində fəaliyyət göstərən ustalarla birbaşa aparılmış müsahibələr, həmçinin ilkin çöl tədqiqatlarından sonra aydın olmuşdur ki, basmaqəliblər və onların üzərində həkk olunan naxışların ətraflı tədqiqatı qədim sənət növünün yenidən canlandırılması üçün atılan ilk addımlardan olacaq.
Kəlağayı sənəti taxta oyma sənəti ilə simbioz təşkil edir. Boyaçılıq kimi, taxtadan müxtəlif naxışlı qəlib hazırlanma sənəti də kəlağayı sənətinin fundamental və ayrılmaz tərkib hissəsidir. Qəliblər qədim kəlağayılar üzərində rast gəlinən müxtəlif naxış və simvolların mənşəyi ilə bağlı yaranan elmi mübahisələrə son qoya bilən əyani maddi sübutdur. Ona görə də kəlağayı qəliblərinin tədqiq olunması Azərbaycan mədəni irsi, incəsənət tarixi üçün əhəmiyyətlidir.
Kəlağayı tarixən Çindən Anadoluya, Şimali Qafqazdan Fars körfəzinə qədər bir sıra bölgələrə ixrac edilərək geniş şəkildə istifadə edilmiş ipək məhsuludur. Xüsusən, kəlağayı ilə birgə naxışlar və onların simvolikası da miqrasiya etmiş, bir sıra ölkələrin mədəniyyətinə sirayət etmiş, bir çox sənət sahələrində - toxuculuq, memarlıq və daş oyma və s. ilham mənbəyi olmuşdur. Təsadüfi deyil ki, bugün dünyanın bir sıra muzey fondlarında kəlağayı naxışlarının əks olunduğu toxuculuq məmulatlarına rast gəlinir. Təəssüf ki, bəzi ölkələrdə həmin naxışların mənşəyi haqqında yanlış məlumatlara rast gəlinir.
Tədqiqat obyekti çox geniş olduğu üçün ancaq Basqal zonasına aid kəlağayı qəlibləri götürülmüşdür. Tədqiqatın predmeti, onun elmi, mədəni əhəmiyyəti və əsas tədqiqat sualı müəyyən edildikdən sonra Dövlət Turizm Agentliyinin mütəxəssisləri tərəfindən tədqiqatın əsas metodologiyası aşağıdakı şəkildə olmuşdur:
Hazırda fəaliyyət göstərən Basqal kəlağayı ustalarının emalatxanalarında və Azərbaycan muzeylərinin fondlarında saxlanılan qəliblər toplanmışdır. Nəticədə naxış və ölçülərinə görə bir-birindən fərqlənən yüzlərlə qəlib aşkar edilmiş, onların yüksək keyfiyyətli fotoları çəkilmiş və inventarlaşdırılmışdır. Çəkilmiş fotoların əsasında naxışların rəqəmsallaşdırılmış illüstrasiyaları hazırlanmışdır. Qeyd edək ki, naxışlarda mövcud olan bəzi asimetrik hissələr olduğu kimi saxlanmışdır. Bəzi qədim qəliblərin deformasiyaya uğramış və ya itmiş hissələrini bərpa etmək üçün tarixi kəlağayılar üzərində eyni naxışlar axtarılmış, həmin naxışlar tapıldığı təqdirdə qəliblərin rəqəmsal bərpası həyata keçirilmişdir. Mövcud etnoqrafik tədqiqatlar əsasında və kəlağayı ustalarının məsləhətləri ilə toplanmış qəliblərdə əks olunan naxışlar müxtəlif tematik kateqoriyalarda qruplaşdırılmışdır.
Maraqlıdır ki, qəlibçilik sənəti bu gün də yaşayan sənət sahəsidir. Müasir ustalar tərəfindən qəliblərdən istifadə ilə bağlı innovativ yanaşma tətbiq edilir, bəzən daha qədim naxışlar modifikasiya edilir, bəzən isə bazarın zövqünə uyğunlaşdırılaraq tamamilə yeni üslubda müasir naxışlar yaradılır. Bu mənada, qarşıda duran ən vacib məsələlərdən biri də qədim kəlağayı qəlibləri ilə müasir dövrdə yaradılmış qəlibləri birbirindən fərqləndirmək; 150-200 ildən artıq yaşı olan qəliblərin autentikliyini müəyyən etmək üçün onların üzərindəki naxışlarla qədim kəlağayılar üzərində həkk olunan naxışları müqayisə etməkdir. Onu da bildirmək lazımdır ki, vaxtilə qədim kəlağayılar üzərində mövcud olan, lakin sonralar unudulmuş naxışları qəliblər üzərinə köçürərək onları asanlıqla bərpa etmək olar.
Kəlağayı üzərindəki naxışların və onların əmələ gətirdiyi bədii kompozisiyanın çox sayda olmasının bir sıra səbəbləri vardır. Kəlağayının rəngi, naxışları, kompozisiyası və ölçüsü hər şeydən əvvəl onun bir geyim kimi bədii-estetik dəyərini yaradır. Estetik dəyərdən başqa hər bir kəlağayının rəngi və naxışlarının hamı tərəfindən başa düşülən simvolikası olur.
Bunun sayəsində sanki kəlağayı danışır və üstüörtülü sosial ismarıc verir. Naxışların çox sayda olmasının digər səbəblərindən biri də kəlağayı sənətinin orta əsrlərdən bəri ixrac yönümlü sənətkarlıq sahəsi olmasıdır. Kəlağayı ustaları öz məhsullarını yerli icmadan kənarda satdıqları üçün müasir terminologiya ilə desək brendləşmə yolunu tutmuş, bir-birindən fərqlənmək üçün daima müxtəlif naxışlar və kompozisiyalar axtarışında olmuşlar. Müxtəlif bölgələrdə olan ustalar (Gəncə, Şamaxı, Şəki, Şuşa, Basqal) həm öz bölgələrinə, həm də bazar tələblərinə uyğun ölçü, rəng və naxış yaratmış, çox vaxt isə bir-birini imitasiya etməyə, hətta yumşaq dillə desək “oğurlamağa” çalışmışlar. Nəticədə, üslub və formaların ciddi şəkildə lokal xarakter daşıması zəifləmişdir. Buna görə də, ustalar qəliblər üzərindəki naxışları maksimum dərəcədə mürəkkəbləşdirməyə çalışmışlar. Məlumdur ki, Azərbaycan xalça ornamentləri dərindən tədqiq olunub və artıq memarlıqda, digər dekorativ-tətbiqi sənət sahələrində, geyim bəzəklərinin hazırlanmasında, hətta suvenir sənayesində geniş şəkildə istifadə edilir. Nəticədə xalça naxışları artıq cəmiyyətdə tanınır və gündəlik həyatda onlara rast gəlmək mümkündür. Təəssüf ki, eyni halı zəngin naxış dünyasına malik olan kəlağayılar haqqında söyləmək mümkün deyil. Ümid edirik ki, Azərbaycanda kəlağayı qəlibləri, naxışları və onların simvolikasının öyrənilməsi istiqamətində aparılan və davam etməkdə olan tədqiqat işləri həm kəlağayı sənətinin qorunması, həm də kəlağayı naxışlarının turizm yönümlü sənət sahələri, müasir dizayn və marketinq sahəsində istifadə edilməsinə töhfə verəcəkdir.
Kəlağayı qəliblərinin inventarının tutulması (səh..) sahəsində atılmış ilk ciddi addım olan bu tədqiqat işinin gələcəkdə də davam etdirilməsinə ehtiyac vardır. Azərbaycan incəsənət tarixində naxışların və onların simvolikasının öyrənilməsi istiqamətində bu tədqiqat sahəsi çox böyük elmi-nəzəri perspektivlər vəd edir. Qəliblərin təhlili kəlağayı baş örtüyünün Azərbaycana məxsus sosial-mədəni mühitin məhsulu və Azərbaycanın milli mədəni irsinə aid olduğunu göstərir.
Elşən MustafayevƏnənəvi ipək məmulatları içərisində istehsal texnikasına görə seçilən və ipək sapdan hörülən kəlağayı Azərbaycan qadınlarına məxsus dördkünc formalı baş örtüyüdür. Kəlağayı istehsalının dəqiq tarixi məlum olmasa da, XVI əsrdən artıq şifahi xalq ədəbiyyatı nümunələrində bu sənət sahəsinin mövcudluğuna dair məlumatlara rast gəlmək mümkündür.
Kəlağayın ucu sarı, Açılır könlüm qubarı, Söylə görüm kimin yarı, Yaxan düymələ, düymələ!
Əsli və Kərəm dastanı
Şimali Azərbaycanda ənənəvi kəlağayı istehsal mərkəzləri Şamaxı, Basqal, Şəki, Şuşa, Gəncə olmuşdur. Daxili və xarici tələbat nəticəsində Azərbaycanda kəlağayı ayrıca istehsal sahəsinə çevrilmişdir. Əvvəllər kəlağayılar fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsalı ilə məşğul olan xüsusi müəssisələr fəaliyyət göstərməyə başlamışdır. Hazırda bu sənət sahəsi Şəki və Basqalda öz fəaliyyətini davam etdirir.
Bu gün kəlağayı nümunələri Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin simvolu kimi də qəbul edilir.
Azərbaycanın əsas kəlağayı mərkəzlərindən biri də Basqal olmuşdur. Basqalda kəlağayı istehsalı ən yüksək mərhələsinə XVIII-XIX əsrlərdə çatmışdır. Basqal kəlağayıları sadəcə Azərbaycan deyil, dünyanın bir çox yerlərində - Aşqabad, Daşkənd, Buxara, İran, Rusiya bazarlarında da satışa çıxarılırdı. Hətta, bəzi ölkələrdə (Gürcüstan,Özbəkistan və s.) basqallılara məxsus kəlağayı sexləri də fəaliyyət göstərib.
Basqal kəlağayıları haqqında məlumatlara bir çox mənbələrdə rast gəlmək olar. XIX əsrdə Azərbaycanda olmuş rus səyyahı Pyotr Paşino “Kafkazskiy vestnik” qəzetində qeyd edir ki, ucqar Basqal əyalətində kustar üsulla toxunan parçalar, o cümlədən kəlağayılar öz bədii xüsusiyyətlərinə görə heç də dövrün toxuculuq sənayesi nümunələri səviyyəsindən geri qalmırdı [8].
Basqal kəlağayı ustaları XIX yüzilliyin ortalarından başlayaraq Rusiya və Qərbi Avropa ölkələrində keçirilən müxtəlif beynəlxalq sərgilərdə istirak etmiş, hazırladıqları unikal kəlayağı nümunələrinə görə müxtəlif medal və diplomlarla təltif olunmuşlar. 1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində basqallı toxucu Nəsir Əbdüləziz oğlu kəlağayı və qanovuz parçaya görə sərginin medalı və xüsusi diplomu ilə təltif edilmişdir [8].
Basqal qəsəbəsi. Boyaqçılıq emalatxanası. 1960-cı il Milli Azərbaycan Tarix Muzeyi. Foto-neqativ materiallar fondu
Basqal qəsəbəsi. Kəlağayı ustaları. XX əsr
Basqal İpək Mərkəzi
Kəlağayı nümunələri
İspirək kəlağayı. XIX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
İspirək kəlağayı naxışlarının rəngi ispirək gülündən hazırlandığına görə belə adlandırılırdı. Bu bitki mənşəli boya xaricdən gətirilirdi [1].
Kəlağayı. XX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Kəlağayı. XX əsr Zaqatala rayonu
Saçaqlı kəlağayı. XIX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Bölmə (1/4) kəlağayı. XIX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Kəlağayı. XX əsr Zaqatala rayonu
Kəlağayı. XX əsr Zaqatala rayonu
Kəlağayı. XX əsr Azərbaycan Milli Xalça Muzeyi. "Parça, geyim, tikmə" kolleksiyası
Kəlağayı. XX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Kəlağayı. XX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
İspirək kəlağayı. XX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Kəlağayı. XX əsr Zaqatala rayonu
İspirək kəlağayı. XX əsr Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Kəlağayı. Nəsimi. XXI əsr "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu
Dekorativ tətbiqi sənət sahələrindən biri də müxtəlif naxışlara malik qəliblər vasitəsilə parça məmulatlarının basma üsulu (batika) ilə bəzədilməsidir. Sənətkarlar arasında bu texniki üsul çox vaxt «basmaqəlib» adlanırdı. Gəncə, Şəki, Naxçıvan şəhərləri, Şamaxı və onun ətraf kəndləri (Basqal və Mücü) parça üzərinə ağac qəliblərlə basma naxışlar köçürtmə işində mahir idilər [2]. Azərbaycanda basmaqəlib sənətinin tarixi qədimdir. Məşhur yunan tarixçisi Herodot Qafqaz haqqında öz qeydlərində bu barədə məlumat verərək bildirmişdir ki, bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını əzərək su ilə qarışdırır və bu məhlul ilə paltarlarına naxışlar vururdu. Bu naxışlar silinməyib parça köhnələnə qədər qalırdı [41].
Kəlağayı üzərindəki müxtəlif naxışlar məhz qəliblər vasitəsilə vurulurdu. Bu qəliblər xüsusi qəlibkeş ustalar tərəfindən, əsasən, tilişkə və çat verməyən armud ağacından* hazırlanırdı. Bu məqsədlə ağacdan müəyyən ölçüdə «pəstaha» kəsilir, polad qələm və çəkic vasitəsilə qazma və qaşıma yolu ilə onun üzərinə lazımı naxış-bəzək motivi salınırıdı [7]. Hal-hazırda taxta materialdan hazırlanan qəliblər üzərində naxışlar lazer texnologiyası ilə əldə edilir. Qəlib materialı kimi sonralar metaldan da istifadə olunmağa başlanıldı.
Kəlağayı basmaqəlib nümunələri hazırlanma materialına görə aşağıdakı kimi qruplaşdırılır [6]:
Taxta qəliblər Metal qəliblər
Qarışıq tipli qəliblər (taxta və metal qarışıqlı)
*Müasir dövrdə əsasən şam ağacından hazırlanır
Kəlağayıya naxış vurulması. Basqal İpək Mərkəzi
Kəlağayı qəlibləri. Mürşüd Talıbovun emalatxanası
Kəlağayı kompozisiyası
Kəlağayı dekonstruksiyası
(illüstrasiyalar əsasında)
Bu kəlağayıda 5 naxış və 3 rəngdən istifadə olunmuşdur.
Bu kəlağayıda 4 naxış və 3 rəngdən istifadə olunmuşdur.
Bu kəlağayıda 7 naxış və 3 rəngdən istifadə olunmuşdur.
Kəlağayı naxışları və simvolikası
Qeyri-maddi mədəni irs nümunəsi olan kəlağayı naxışları özlüyündə müxtəlif mənaları daşıyaraq insanların dünya haqqındakı təsəvvürləri, dini inancları, təsərrüfat həyatı və s. haqqında bilikləri ötürür. Kəlağayı naxışlarının semantikasının qavranılması bir çox komponentdən təsirlənir. Onların çoxu doğma vətənimizin təbiətini, heyvanat və bitki aləmini və s. təqdim edir. Bu motivlər və onların məna yükü Azərbaycan mədəniyyətində yeni yaradıcılıq xarakteri ortaya qoyur. Çünki fərd və ya cəmiyyət, həmçinin onun yaşadığı mühit müəyyən işarə və simvollarla dərk edilə bilər. Ona görə də tədqiqatımızın əsas məqsədlərindən biri də Azərbaycan incəsənətinin və etnoqrafiyasının ən mühüm mövzularından olan kəlağayı motivlərinin simvolikasının tədqiqi olmuşdur.
Bu məqsədlə Basqaldan tapılmış qədim və müasir kəlağayı və kəlağayı basmaqəlib nümunələri əsasında kəlağayı ornamentlərinin məzmunu və forması, yaratdığı kompozisiya elmi-bədii cəhətdən təhlil edilərək qruplaşdırılmış, semantikası müəyyənləşdirilmişdir.
Kəlağayı naxışları aşağıdakı qruplara bölünür:
Nəbati naxışlar Həndəsi naxışlar Zoomorf naxışlar Kalliqrafik naxışlar Astroloji naxışlar Kombinə edilmiş naxışlar Simvolik və əşyavi naxışlar Antropomorf naxışlar Qeyri-müəyyən təsvirli naxışlar
Bundan başqa araşdırma nəticəsində kəlağayı üzərində əks olunan naxışların kompozisiyada istifadə qaydasına görə də bölgüsü aparılmışdır.
Kompozisiyada istifadə yerinə görə naxışların bölgüsü: Haşiyə (yelən) naxışları Arasahə (mədaxil) naxışları Göbək (xonça) naxışları Künc naxışları
Etnoqrafik materiallar əsasında məlum olur ki, Azərbaycanın ənənəvi istehsal mərkəzləri bəsit istehsal texnologiyasına əsaslansa da, naxışlarına görə bir-birindən fərqlənirdi. Hər bir istehsal mərkəzinin kəlağayısı öz adı ilə məşhur idi. Məsələn Gəncə kəlağayısı, Basqal yaxud Şamaxı kəlağayısı, Şəki kəlağayısı və s. Gəncənin kəlağayı çeşniləri güllərinin çoxrəngli olması ilə, Basqal və Şamaxı kəlağayılarında isə “buta” xüsusilə də “Şah buta”lar və mədaxil (ara sahə) motivlərinə malik tək rəng naxışlar üstünlük təşkil edirdi [1].
Lakin zamanla bu fərqlilik azalmağa başladı. Buna müəyyən sosial və siyasi səbəblərdən həmin ustaların bir müddət eyni yerdə fəaliyyət göstərməsi* və nəticədə bir ustanın digər bölgədən olan ustaya məxsus naxışlarla tanış olması, hətta ortaq naxışlar yaratması səbəb olmuşdur. Digər bir səbəb isə bir mərkəzə məxsus kəlağayının Azərbaycanın müxtəlif şəhər və kəndlərində satışı nəticəsində digər ustaların da həmin kəlağayı naxışları ilə tanış olması və öz kəlağayılarında tətbiq etməsi olmuşdur.
Kəlağayıların sadəcə naxışlarının deyil, onların rənginin də əvvəllər özünəməxsus rəmzi mənası var idi. Keçmişdə yaşlı qadınlar, dul arvadlar qara kəlağayıdan istifadəyə üstünlük verərdilər. Qara kəlağayı matəm libasının zəruri ünsürlərindən sayılırdı. Ona görə də qara kəlağayının həvəskarları çox olurdu. Qırmızı və şəfəqi (qızılı) rəngli kəlağayılara xüsusilə toy, nişan və digər el şənliklərində tələbat olurdu. Cavan gəlin və qızların qırmızı kəlağayı örtmələri, nişan və toyda aparılan qoçun boynuna və gəlini müşayiət edən atlılara nəmər olaraq qırmızı kəlağayı bağlanması, cıdırda qalib gələn at sahibinə isə qırmızı kəlağayı verilməsi el adətlərindən idi [1].
*Məlumat Şəki kəlağayı ustası Şamilov Əmiraslan Şövkət Ziya oğlundan alınmışdır.
"Gəlinlik" kəlağayısının rəngləri
Nəbati naxışlar
Nəbati naxışların əsasını realistik və stilizə edilmiş müxtəlif bitki təsvirləri təşkil edir. Kəlağayı üzərində əsasən lalə, qızılgül, zanbaq, üzüm və üzüm yarpağı, çinar ağacının yarpağı, sarmaşıq, mifik həyat ağacı, nar, şaftalı çiçəyi, heyva gülü və s. nəbati naxışlara rast gəlinir. Sadə və mürəkkəb kompozisiyalara malik bu nəbati naxışlar ümumilikdə həyat, cənnət, bərəkət, məhəbbət simvolu kimi xarakterizə olunur.
Kəlağayı kompozisiyasının əsasını müxtəlif buta elementləri təşkil edir. Özünəməxsus tərtibat üsuluna malik kəlağayı butaları işlənmə formasına və ölçülərinə görə müxtəlif“Sadə buta”, “Çiçəkli buta”, “Şah buta”, “Bala buta”, “Badamı buta”, “Qoşa buta”, “Həyat ağaclı buta”, “Hamilə buta”, “Küsülü buta”, “Pobeda və Buta”, “Alovlu buta”, “Ulduzlu buta”, “İslimi buta” və s. adlara malikdir.
Şimali Azərbaycanda buta naxışları əsasən Şamaxı və Basqal kəlağayıları üçün səciyyəvi idi.
Qəlib 2 Şah buta. Həyat ağacı Həyat ağacı yeraltı və yerüstü dünyanı birləşdirən, cənnət ağacını təmsil edən mifik simvoldur. Bundan başqa bərəkət və bolluğu, doğumu, həyatı, ölümü və yenidən doğuşu təmsil edirdi [16, 19, 20].
Qəlib 3
Şah buta. Sərv ağacı Sərv ağacı ölməzlik, əbədilik rəmzi idi [19, 20].
Kiçik şah buta
Ana-bala buta
Qəlib 66. Çəməndə buta
Qəlib 67
Qəlib 68
Qəlib 69
Qəlib 71
Qəlib 70 Xonça (göbək) naxışları
Qəlib 78. Nar gülü
Qəlib 79. Qoşa nar gülü
Qəlib 80. Nar gülü
Kəlağayı üzərində nar və nar çiçəyi motivləri üstünlük təşkil edirdi. Quran-i Kərimdə adı cənnət meyvəsi kimi bəhs olunan nar bol-bərəkət, xoşbəxtlik, sağlamlıq rəmzidir. Bundan başqa nar atəş, əbədi hayat və qüdrət simvolu hesab edilirdi [14].
Qəlib 93
Qəlib 94. Heyva gülü
Qəlib 95. Çobanyastığı
Müxtəlif gül naxışları
Qəlib 96. Şaftalı gülü
Qəlib 97
Qəlib 98. Zanbaq
Müxtəlif gül naxışları
Qəlib 102
Qəlib 103. Zanbaq
Qəlib 104
Müxtəlif gül naxışları bol-bərəkət, xoşbəxtlik rəmzi hesab olunurdu.
Qəlib 108. Üzüm salxımı*
Qəlib 109
Qəlib 110. Çinar yarpağı
*Qəlib 108. Üzüm bərəkət simvoludur [15, 10].
*Qəlib 110. Çinar güclü, uzun ömürlü, möhkəmlik, uca anlamına gəlirdi. El arasında sevgi ifadəsi kimi çinar bənzətməsi edildiyinə görə çinar yarpağı sevgi və məhəbbət rəmzi kimi də qəbul edilirdi [21].
Qəlib 111
Qəlib 112
Qəlib 113
Müxtəlif yarpaq naxışları bol-bərəkət, xoşbəxtlik rəmzi hesab olunurdu.
Qəlib 117. Ağaclar
Qəlib 118. Meşə
Qəlib 119. Kiçik butalar
Qəlib 129. Sarmaşıq
Qəlib 130. Naz-nazı
Qəlib 131. Alça gülü
Qəlib 136
Qəlib 137
Qəlib 135. Şah çəməni Gül naxışları (mismarlı)
Qəlib 139
Qəlib 140. Üzüm
Qəlib 138 Giləmeyvə naxışları (mismarlı)
Qəlib 145
Qəlib 146
Qəlib 144 Budaqlı gül naxışları (mismarlı)
Qəlib 159. İslimi
Qəlib 160. İslimi
Qəlib 161. İslimi
İslimi kəlağayı kompozisiyasında əsasən haşiyə, bəzən də ara naxışı kimi istifadə olunur. Bu naxışlar sanki təbiətin nizamını təqlid edərək, üzərində stilizə edilmiş qönçələr, yarpaqlar və çiçəklər olmaqla spiralvari (dalğalı) əyriliklər şəklində qurulmuşdur.
"Ağzəmin-bənövşəyi" kəlağayısının rəngləri
Həndəsi naxışlar
Kəlağayı üzərində əsasən nöqtə, dalğalı, ziqzaq formalı sadə xətlər, düz və ya nöqtə şəkilli xətlərlə təsvir edilmiş təkrarlanan kvadrat, düzbucaqlı, üçbucaq, dairə, ellips, romb, şəbəkə və s. bir çox həndəsi fiqurlar əks olunur. Bu naxışlar torpaq, bərəkət, birlik, güc, sonsuz kainatı və s. simvolizə edir.
Qəlib 175
Qəlib 176
Qəlib 174. Romb* *Romb bolluq-bərəkət, artım, bədnəzərdən qoruyucu vasitə hesab olunurdu [5, 12, 21].
*Dördbucaqlı (kvadrat) yer üzünü, dünyanın dörd tərəfliliyini, həyatın dörd ünsürünü və onların vahidliyini ifadə edirdi. Dairə isə göy üzünü, kainatı ifadə edirdi [5, 21, 33, 36].
*Üçbucaq naxışı semantik mənasına görə dağları, bədxah ruhlardan qorunmağı, ruzi-bərəkəti, torpağı, birliyi, yaranışı-həyatı-ölümü və yenidən doğuşu, bəşəriyyəti, səmaviliyi, dünyəviliyi, odu, suyu ifadə edirdi [5, 12, 21].
Qəlib 189. Dalğavari*
Qəlib 190
Qəlib 191
*Dalğavari xətlər əsasən su motividir. Su motivləri su və həyatı simvolizə edirdi [10].
Qəlib 195
Qəlib 196
Qəlib 197*
*Nəzər (göz) motividir. Bədnəzərdən qorunmaq məqsədilə istifadə olunurdu [21].
Qəlib 214. Lent
Qəlib 215. Lent
*Meandr motivi türk-islam incəsənətində geniş yayılmış həndəsi bəzək motivlərindən biridir. “Su yolu”, “dolama yol” və ya “aşiq yolu” adlandırılan bu motiv Türkiyə ərazisində yerləşən Menderes çayının döngələrinə görə belə adlandırılmış və təsvir olunmuşdur [34].
"Ağzəmin-göy" kəlağayısının rəngləri
Zoomorf naxışlar
Digər tətbiqi sənət sahələrindən fərqli olaraq kəlağayı naxışları içərisində zoomorf naxışlar azlıq təşkil edir və əsasən xoruz, maral, balıq, tovuzquşu və s. müxtəlif quş naxışlarına rast gəlinir. Bu heyvan naxışları xalqımızın qədim dini inancları, mifik təsəvvürləri və folkloru ilə bağlı olmuşdur.
Qəlib 216. Göyərçin
Qəlib 217. Bülbül
Qəlib 218. Qaratoyuq
Azərbaycan dekorativ tətbiqi sənətində istifadə olunan quş təsvirlərinin hər birinin ayrı-ayrılıqda mənası olsa da, ümumilikdə işıq, isti, güc, qüdrət, məhəbbət, cənnət simvolu kimi xarakterizə olunurdu. Həmçinin göy üzünün təmsilçisi, gələcəkdən xəbər verən, ölən adamın ruhunu və ya ruhları axirət dünyasına aparan müqəddəs bir heyvan olaraq qəbul edilirdi.
Qəlib 219
Qəlib 220. Şanapipik*
Qəlib 221
*Şanapipik türk xalqları mədəniyyətində çavuş quşu kimi də tanınırdı. Quran-i Kərimdə adı keçən bu quşun islam hekayələrində xüsusi mənası var. Rəvayətlərə görə Süleyman peyğəmbərin xəbərçisi olmuş, hətta ona quş dilini öyrətmişdir [31].
Qəlib 222
Qəlib 223. Göyərçin*
Qəlib 224. Bülbüllər
*Göyərçin xəbər müjdəçisi, məhəbbət və sülh rəmzi hesab edilirdi [30].
Qəlib 228. Maral*
Qəlib 229. Xoruz*
*Qəlib 288. Maral gücün, xoşbəxtlik və rifahın, əbədi həyatın, ölümsüzlüğün simvolu kimi istifadə olunmuşdur [26, 27, 28, 29].
*Qəlib 229. Xoruz pis ruhları qovan və qoruyucu heyvan, həmçinin sülhün simvolu, odun və günəşin rəmzi, günəşin doğuşunun xəbər xəbərçisi kimi qəbul edilirdi [17].
"Yaşılı-qara" kəlağayısının rəngləri
Kalliqrafik naxışlar
Kəlağayı üzərində kalliqrafik naxışlar əsasən müxtəlif ərəb və latın əlifbası ilə yazılmış yazılardır. Ərəb əlifbası (nəsx və kufi xətləri) ilə yazılmış mətnlərdə Allah sevgisini göstərmək məqsədilə müxtəlif ayə və surələr, baş örtüyü və ya qadınlar haqqında sözlər, həmçinin ustanın adı (möhürü) qeyd olunmuşdur. Bu yazılara əsasən kəlağayının kənar və ya ara haşiyələrində rast gəlmək olar. Bəzən bu yazılar nəbati və həndəsi şəkilli ornament kimi təsvir olunurdu.
Qəlib 233. Allahummə salli əla Məhəmmədin və Ali Məhəmməd
Qəlib 234. La ilahə illa Allah
Qəlib 235. Bismillah alrahman alrahim
Qəlib 233 Naxçıvan ərazisində yerləşən orta əsr memarlıq abidələrindən olan “Qarabağlar” türbəsinin, Qəlib 235 isə “Mömünə Xatun” türbəsi fasadı üzərində əks olunan kufi xətti ilə yazılmış epiqrafik naxışlardan ilhamlanaraq yaradılmışdır.
*Qəlib 236. Bu möhür Basqallı kəlağayı ustası Ələsgər Xəlilovun ailəsinə məxsus kəlağayı möhürüdür. *Qəlib 238. Bu kəlağayı möhrü üzərində kiril əlifbası ilə "Г. Шамаха Б. Гюлевыхъ", ərəb əlifbası ilə isə "Baradaran Qoli Zadeh" yazılmışdır. Möhür vaxtilə Basqalda fəaliyyət göstərmiş Basqallı kəlağayı ustası Gülüyevlər ailəsinə məxsusdur.
"Noxudu" kəlağayısının rəngləri
Astroloji naxışlar
Qəlib 241. Günəş və on iki guşəli ulduz*
Qəlib 242. Günəş
Qəlib 243. Ulduz
*On iki guşəli ulduz yaxşılığın və yenilənmiş həyatın simvolu idi. Günəş həyat mənbəyini, odu, alovu, istiliyi təmsil edirdi [12].
Ay-ulduz naxışları Türk xalqları mədəniyyətində “Ay-ulduz” motivləri şans simvolu, fəsillərin gəlişini və təbiət hadisələrini proqnozlaşdırmaq üçün istifadə olunurdu. Hal-hazırda isə müstəqilliyin rəmzi, İslam dünyasını simvolizə edir [13].
Qarışıq naxışlar
"İspirək" kəlağayısının rəngləri Bəzi qəliblər üzərindəki naxışlar qarışıq xarakterə malikdir və bir sıra kateqoriyadan (nəbati, zoomorf və s.) olan naxışları özündə birləşdirir.
Dik haşiyə motivləri Dik haşiyə motivlərində kombinə edilmiş dağ, çay, nəzər, gül-çiçək təsvirləri öz əksini tapmışdır. Ümumilikdə bu kombinə edilmiş motivlər təbiəti simvolizə edir.
"Çəmənlikdə kəpənək" naxışları Kəpənək xoşbəxtlik rəmzidir.
Qəlib 268. Cənnət
Qəlib 269. Qızılgül və Bülbül
Qəlib 270. Qızılgül və Bülbül
Qızılgül və bülbül məhəbbət rəmzidir [32].
"Ağzəmin-yaşıl" kəlağayısının rəngləri
Simvolik və əşyavi naxışlar
Simvolik naxışlar insanların düşüncələrini, həyat tərzini təsvir edən elementlər olmuşdur. Vaxtilə, bu motivlər müxtəlif dini, mifoloji və sosial mənalara malik olmuşdur. Bu gün də kəlağayı üzərində müəyyən rəmzi mənaları özündə daşıyan bu naxışlardan istifadə olunur.
Qəlib 277
Qəlib 278*
Qəlib 279*
*Qəlib 278. Günəşi və nəzər daşı motivini özündə əks etdirirdi [21, 37].
*Qəlib 279. S-vari naxış Azərbaycan xalçasında stilizə edilmiş əjdaha, bəzən türk xalqlarına məxsus damğa, bəzən isə “sonsuz həyat” kimi də xarakterizə edilirdi [5].
Qəlib 280. Daraq*
Qəlib 281. At nalı*
Qəlib 282. Pobeda
*Qəlib 280. Daraq evliliyi və doğumu simvolizə etmiş və nəzərə qarşı qoruyucu ünsür motivi kimi də istifadə olunmuşdur [21].
*Qəlib 281. At nalı bədnəzərə qarşı qoruyucu element hesab edilirdi.
Qəlib 283. Səfəvi gerbi*
Qəlib 284. Xarıbülbül*
Qəlib 285*
*Qəlib 283. Səfəvi dövlətinin gerbi əsasında yaradılmış müasir kəlağayı naxışı
*Qəlib 284. "Zəfər simvolu" ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin rəmzi olaraq qəbul edilir.
*Qəlib 285. Basqal kəlağayısını simvolizə edən müasir naxışdır.
"Abı" kəlağayısının rəngləri
Antropomorf naxışlar
Qəlib 295. Lenin*
Qəlib 296. Yallı*
*Qəlib 295. Bu qəlib Sovet dövründə yaradılmışdır.
*Qəlib 296. Qobustan qayaüstü təsviri "Yallı" rəqsi əsasında yaradılmış müasir naxışdır.
"Soğanı" kəlağayısının rəngləri
Qeyri-müəyyən təsvirli naxışlar
Qeyri-müəyyən təsvirli naxışlar qrupuna daxil olan motivlər, mənasını təyin etməkdə çətinlik çəkdiyimiz bəzi kəlağayı basmaqəlib nümunələridir. Təbii ki, ilk vaxtlar bu naxışların da müəyyən mənaları olub. Lakin zaman keçdikcə, onların mənaları unudulub. Həmçinin, həmin naxışlara digər tətbiqi sənət sahələrində rast gəlinmədiyinə görə bu təsvirlərin müqayisəli təhlili aparılmamışdır. Ümid edirik ki, kəlağayı mövzusunda apardığımız araşdırmanın növbəti mərhələsində bu naxışların mənasına da aydınlıq gətiriləcək və onların simvolikası dəqiqləşdiriləcək.
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 1
Qəlib 2
Qəlib 3
Qəlib 4
Qəlib 5
Qəlib 6
Qəlib 7
Abbasəli Talıbov. Basqal
Qəlib 25
Abbasəli Talıbov. Basqal Qəlib 26
Abbasəli Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 27 Elzar Ağayev. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 28 Abbasəli Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 29 Abbasəli Talıbov. Basqal
Mürşüd Talıbov. Basqal Qəlib 30 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 3456
Abbasəli Talıbov. Basqal Qəlib 31"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu
Qəlib 8 Abbasəli Talıbov. Basqal Qəlib 32 Ələsgər Xəlilov. Basqal
Qəlib 9 Abbasəli Talıbov. Basqal Qəlib 33 Abbasəli Talıbov. Basqal
Qəlib 10 Abbasəli Talıbov. Basqal Qəlib 34 Abbasəli Talıbov. Basqal
Qəlib 11 Abbasəli Talıbov. Basqal Qəlib 35 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4207a
Qəlib 12 Elzar Ağayev. Basqal Qəlib 36 Mürşüd Talıbov. Basqal
Qəlib 13 Elzar Ağayev. Basqal Qəlib 37 Mürşüd Talıbov. Basqal
Qəlib 14 Abbasəli Talıbov. Basqal Qəlib 38 Ələsgər Xəlilov. Basqal
Qəlib 15 Ələsgər Xəlilov. Basqal Qəlib 39 Ələsgər Xəlilov. Basqal
Qəlib 16 Abbasəli Talıbov. Basqal Qəlib 40 Ələsgər Xəlilov. Basqal
Qəlib 17 Elzar Ağayev. Basqal Qəlib 41 Abbasəli Talıbov. Basqal
Qəlib 18
Abbasəli Talıbov. Basqal Qəlib 42 Mürşüd Talıbov. Basqal
Qəlib 19 Ələsgər Xəlilov. Basqal Qəlib 43 Abbasəli Talıbov. Basqal
Qəlib 20
Qəlib 21
Qəlib 22
Qəlib 23
Qəlib 24
Abbasəli Talıbov. Basqal Qəlib 44
Abbasəli Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 45 Abbasəli Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 46 Ələsgər Xəlilov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 47 Mürşüd Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 48 Elzar Ağayev. Basqal
Basqal qəlibləri
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 49 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4198 Qəlib 73 Mürşüd Talıbov. Basqal
Qəlib 50
Mürşüd Talıbov. Basqal Qəlib 74 Ələsgər Xəlilov. Basqal
Qəlib 51 Mürşüd Talıbov. Basqal Qəlib 75 Abbasəli Talıbov. Basqal
Qəlib 52
Qəlib 53
Mürşüd Talıbov. Basqal Qəlib 76 Ələsgər Xəlilov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 77 Abbasəli Talıbov. Basqal
Qəlib 54 Abbasəli Talıbov. Basqal Qəlib 78 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 365
Qəlib 55
Abbasəli Talıbov. Basqal Qəlib 79 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4201
Qəlib 56 Mürşüd Talıbov. Basqal Qəlib 80 Elzar Ağayev. Basqal
Qəlib 57 Mürşüd Talıbov. Basqal Qəlib 81 Abbasəli Talıbov. Basqal
Qəlib 58 Elzar Ağayev. Basqal Qəlib 82 Mürşüd Talıbov. Basqal
Qəlib 59 Abbasəli Talıbov. Basqal Qəlib 83 Ələsgər Xəlilov. Basqal
Qəlib 60 Abbasəli Talıbov. Basqal Qəlib 84 Elzar Ağayev. Basqal
Qəlib 61 Ələsgər Xəlilov. Basqal Qəlib 85 Abbasəli Talıbov. Basqal
Qəlib 62 Elzar Ağayev. Basqal Qəlib 86 Abbasəli Talıbov. Basqal
Qəlib 63 Abbasəli Talıbov. Basqal Qəlib 87 Abbasəli Talıbov. Basqal
Qəlib 64 Abbasəli Talıbov. Basqal Qəlib 88 Abbasəli Talıbov. Basqal
Qəlib 65 Ələsgər Xəlilov. Basqal Qəlib 89 Abbasəli Talıbov. Basqal
Qəlib 66
Abbasəli Talıbov. Basqal Qəlib 90 Abbasəli Talıbov. Basqal
Qəlib 67 Abbasəli Talıbov. Basqal Qəlib 91 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4200
Qəlib 68
Qəlib 69
Qəlib 70
Elzar Ağayev. Basqal Qəlib 92 Ələsgər Xəlilov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 93 Ələsgər Xəlilov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 94 Abbasəli Talıbov. Basqal
Qəlib 71 Elzar Ağayev. Basqal Qəlib 95 Ələsgər Xəlilov. Basqal
Qəlib 72
Abbasəli Talıbov. Basqal Qəlib 96 Ələsgər Xəlilov. Basqal
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 97 Elzar Ağayev. Basqal Qəlib 121 Abbasəli Talıbov. Basqal
Qəlib 98
Qəlib 99
Qəlib 100
Qəlib 101
Abbasəli Talıbov. Basqal Qəlib 122 Ələsgər Xəlilov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 123 Elzar Ağayev. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 124 Abbasəli Talıbov. Basqal
Abbasəli Talıbov. Basqal Qəlib 125 Ələsgər Xəlilov. Basqal
Qəlib 102 Abbasəli Talıbov. Basqal Qəlib 126 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4203
Qəlib 103 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4206 Qəlib 127 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 368
Qəlib 104 Ələsgər Xəlilov. Basqal Qəlib 128 Abbasəli Talıbov. Basqal
Qəlib 105 Abbasəli Talıbov. Basqal Qəlib 129 Abbasəli Talıbov. Basqal
Qəlib 106 Abbasəli Talıbov. Basqal Qəlib 130 Abbasəli Talıbov. Basqal
Qəlib 107 Abbasəli Talıbov. Basqal Qəlib 131 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 96
Qəlib 108 Abbasəli Talıbov. Basqal Qəlib 132 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 370
Qəlib 109 Abbasəli Talıbov. Basqal Qəlib 133 Abbasəli Talıbov. Basqal
Qəlib 110 Ələsgər Xəlilov. Basqal Qəlib 134 Mürşüd Talıbov. Basqal
Qəlib 111 Abbasəli Talıbov. Basqal Qəlib 135 Mürşüd Talıbov. Basqal
Qəlib 112 Abbasəli Talıbov. Basqal Qəlib 136 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 369
Qəlib 113 Abbasəli Talıbov. Basqal Qəlib 137 Mürşüd Talıbov. Basqal
Qəlib 114 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4205 Qəlib 138 Ələsgər Xəlilov. Basqal
Qəlib 115 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 359 Qəlib 139 Ələsgər Xəlilov. Basqal
Qəlib 116 Ələsgər Xəlilov. Basqal Qəlib 140
Abbasəli Talıbov. Basqal
Qəlib 117 Mürşüd Talıbov. Basqal Qəlib 141 Abbasəli Talıbov. Basqal
Qəlib 118 Ələsgər Xəlilov. Basqal Qəlib 142
Abbasəli Talıbov. Basqal
Qəlib 119 Abbasəli Talıbov. Basqal Qəlib 143 Abbasəli Talıbov. Basqal
Qəlib 120 Elzar Ağayev. Basqal Qəlib 144 Abbasəli Talıbov. Basqal
Basqal qəlibləri
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 145
Abbasəli Talıbov. Basqal
Qəlib 169 Abbasəli Talıbov. Basqal
Qəlib 146 Abbasəli Talıbov. Basqal Qəlib 170 Ələsgər Xəlilov. Basqal
Qəlib 147 Mürşüd Talıbov. Basqal Qəlib 171 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 363
Qəlib 148 Abbasəli Talıbov. Basqal Qəlib 172 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 366
Qəlib 149 Ələsgər Xəlilov. Basqal Qəlib 173 Elzar Ağayev. Basqal
Qəlib 150 Abbasəli Talıbov. Basqal Qəlib 174 Abbasəli Talıbov. Basqal
Qəlib 151 Elzar Ağayev. Basqal Qəlib 175 Mürşüd Talıbov. Basqal
Qəlib 152 Mürşüd Talıbov. Basqal Qəlib 176 Elzar Ağayev. Basqal
Qəlib 153 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4204 Qəlib 177 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 371
Qəlib 154 Ələsgər Xəlilov. Basqal Qəlib 178 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 367
Qəlib 155 Ələsgər Xəlilov. Basqal Qəlib 179 Mürşüd Talıbov. Basqal
Qəlib 156 Abbasəli Talıbov. Basqal Qəlib 180 Mürşüd Talıbov. Basqal
Qəlib 157 Abbasəli Talıbov. Basqal Qəlib 181 Elzar Ağayev. Basqal
Qəlib 158 Ələsgər Xəlilov. Basqal Qəlib 182 Abbasəli Talıbov. Basqal
Qəlib 159 Mürşüd Talıbov. Basqal Qəlib 183 Abbasəli Talıbov. Basqal
Qəlib 160 Abbasəli Talıbov. Basqal Qəlib 184 Elzar Ağayev. Basqal
Qəlib 161 Abbasəli Talıbov. Basqal Qəlib 185 Mürşüd Talıbov. Basqal
Qəlib 162 Milli İncəsənət Muzeyi. Etnoqrafiya fondu İnv. 951/3799 Qəlib 186 Mürşüd Talıbov. Basqal
Qəlib 163 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 3470 Qəlib 187 Mürşüd Talıbov. Basqal
Qəlib 164
Abbasəli Talıbov. Basqal
Qəlib 188
Abbasəli Talıbov. Basqal
Qəlib 165 Ələsgər Xəlilov. Basqal Qəlib 189 Abbasəli Talıbov. Basqal
Qəlib 166 Elzar Ağayev. Basqal Qəlib 190
"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 372
Qəlib 167 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 357 Qəlib 191 Abbasəli Talıbov. Basqal
Qəlib 168 Abbasəli Talıbov. Basqal Qəlib 192 Elzar Ağayev. Basqal
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 193 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4207a Qəlib 217 Abbasəli Talıbov. Basqal
Qəlib 194 Abbasəli Talıbov. Basqal Qəlib 218 Abbasəli Talıbov. Basqal
Qəlib 195 Ələsgər Xəlilov. Basqal Qəlib 219 Ələsgər Xəlilov. Basqal
Qəlib 196 Elzar Ağayev. Basqal Qəlib 220 Ələsgər Xəlilov. Basqal
Qəlib 197 Ələsgər Xəlilov. Basqal Qəlib 221 Ələsgər Xəlilov. Basqal
Qəlib 198 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 361 Qəlib 222 Mürşüd Talıbov. Basqal
Qəlib 199 Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu. İnv. 4197 Qəlib 223 Abbasəli Talıbov. Basqal
Qəlib 200 Abbasəli Talıbov. Basqal Qəlib 224 Abbasəli Talıbov. Basqal
Qəlib 201 Abbasəli Talıbov. Basqal Qəlib 225 Mürşüd Talıbov. Basqal
Qəlib 202 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 364 Qəlib 226 Abbasəli Talıbov. Basqal
Qəlib 203 Abbasəli Talıbov. Basqal Qəlib 227 Ələsgər Xəlilov. Basqal
Qəlib 204 Abbasəli Talıbov. Basqal Qəlib 228 Abbasəli Talıbov. Basqal
Qəlib 205 Abbasəli Talıbov. Basqal Qəlib 229 Abbasəli Talıbov. Basqal
Qəlib 206 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 301 Qəlib 230 Abbasəli Talıbov. Basqal
Qəlib 207 Mürşüd Talıbov. Basqal Qəlib 231 Ələsgər Xəlilov. Basqal
Qəlib 208 Abbasəli Talıbov. Basqal Qəlib 232 Abbasəli Talıbov. Basqal
Qəlib 209 Ələsgər Xəlilov. Basqal Qəlib 233 Abbasəli Talıbov. Basqal
Qəlib 210 Elzar Ağayev. Basqal Qəlib 234 Abbasəli Talıbov. Basqal
Qəlib 211 Abbasəli Talıbov. Basqal Qəlib 235 Mürşüd Talıbov. Basqal
Qəlib 212 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 356
Qəlib 236 Ələsgər Xəlilov. Basqal
Qəlib 213 Abbasəli Talıbov. Basqal Qəlib 237 Ələsgər Xəlilov. Basqal
Qəlib 214 Abbasəli Talıbov. Basqal
Qəlib 238 "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu İnv. 129
Qəlib 215 Ələsgər Xəlilov. Basqal Qəlib 239 Elzar Ağayev. Basqal
Qəlib 216 Abbasəli Talıbov. Basqal Qəlib 240 Elzar Ağayev. Basqal
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 241
Abbasəli Talıbov. Basqal
Qəlib 265 Mürşüd Talıbov. Basqal
Qəlib 242 Abbasəli Talıbov. Basqal Qəlib 266 Abbasəli Talıbov. Basqal
Qəlib 243 Ələsgər Xəlilov. Basqal Qəlib 267 Ələsgər Xəlilov. Basqal
Qəlib 244"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fonduQəlib 268 Elzar Ağayev. Basqal
Qəlib 245 Elzar Ağayev. Basqal Qəlib 269 Abbasəli Talıbov. Basqal
Qəlib 246 Abbasəli Talıbov. Basqal Qəlib 270 Ələsgər Xəlilov. Basqal
Qəlib 247 Mürşüd Talıbov. Basqal Qəlib 271 Abbasəli Talıbov. Basqal
Qəlib 248 Elzar Ağayev. Basqal Qəlib 272 Abbasəli Talıbov. Basqal
Qəlib 249 Abbasəli Talıbov. Basqal Qəlib 273 Abbasəli Talıbov. Basqal
Qəlib 250 Abbasəli Talıbov. Basqal Qəlib 274 Ələsgər Xəlilov. Basqal
Qəlib 251 Abbasəli Talıbov. Basqal Qəlib 275 Ələsgər Xəlilov. Basqal
Qəlib 252 Ələsgər Xəlilov. Basqal Qəlib 276 Abbasəli Talıbov. Basqal
Qəlib 253 Abbasəli Talıbov. Basqal Qəlib 277 Abbasəli Talıbov. Basqal
Qəlib 254 Abbasəli Talıbov. Basqal Qəlib 278 Abbasəli Talıbov. Basqal
Qəlib 255 Abbasəli Talıbov. Basqal Qəlib 279"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fondu
Qəlib 256 Abbasəli Talıbov. Basqal Qəlib 280 Abbasəli Talıbov. Basqal
Qəlib 257 Mürşüd Talıbov. Basqal Qəlib 281 Ələsgər Xəlilov. Basqal
Qəlib 258 Ələsgər Xəlilov. Basqal Qəlib 282 Mürşüd Talıbov. Basqal
Qəlib 259 Mürşüd Talıbov. Basqal Qəlib 283 Mürşüd Talıbov. Basqal
Qəlib 260 Mürşüd Talıbov. Basqal
Qəlib 284 Abbasəli Talıbov. Basqal
Qəlib 261"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruq fonduQəlib 285 Mürşüd Talıbov. Basqal
Qəlib 262
Abbasəli Talıbov. Basqal
Qəlib 286 Elzar Ağayev. Basqal
Qəlib 263 Elzar Ağayev. Basqal Qəlib 287 Ələsgər Xəlilov. Basqal
Qəlib 264
Abbasəli Talıbov. Basqal Qəlib 288 Abbasəli Talıbov. Basqal
Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)Sıra №Qəlibin saxlanıldığı yer (muzey/şəxs)
Qəlib 289 Ələsgər Xəlilov. Basqal
Qəlib 290 Abbasəli Talıbov. Basqal
Qəlib 291 Elzar Ağayev. Basqal
Qəlib 292Milli Azərbaycan Tarix Muzeyi. Etnoqrafiya fondu
Qəlib 293 Mürşüd Talıbov. Basqal
Qəlib 294 Abbasəli Talıbov. Basqal
Qəlib 295 Abbasəli Talıbov. Basqal
Qəlib 296 Mürşüd Talıbov. Basqal
1. Azərbaycanda şərbaflıq sənəti. A. Mustafayev. Bakı.Elm. 1991
2. Azərbaycanın maddi mədəniyyəti. A.Mustafayev. Bakı. 2009
3. Азербайджанский ковер Л. Керимов . Баку. Гянджлик, 1983. Т.II ;T III.
4. Xalça sənətində naxış yaddaşı. M. Hüseynov. Bakı: Təhsil, 2012
5. Azərbaycan xalça naxışlarının semantikası və bədii xüsusiyyətləri. Əsədova Xədicə Vəli qızı. sənətşün. üzrə fəls. d-ru. аl. dər. а. üçün təq. ol. dis.
6. Kəlağayı. R.İbrahimbəyova, C.Tarıverdiyev, Z.Müler.Tarıverdiyev. Bakı, 2016
7. Azərbaycanda basmanaxış sənəti haqqında. H.A.Quliyev. Azərb. SSR. EA-nın məruzələri, 1957 , №7
8. “Kəlağayılar”. M. Nərimanoğlu. "Azərbaycan" qəzeti. 2 yanvar 2015
9. “Azərbaycan kəlağayısı haqqında bir neçə söz”. T.Babayev, T.Şahbazov. "Xalq" qəzeti. 11 yanvar 2015
10. El sanatları teknolojisi karışık motif çizimleri. T.C. Millî Eğitim Bakanlığı. Ankara, 2011
11. Türk sanatı ikonografisinde kün – ay motifleri ve çağdaş türk resmine yansıması. Zuhal Arda Selçuk Üniversitesi Ahmet Keleşoğlu Eğitim Fakültesi Dergisi Sayı: 25, Sayfa 21-32, 2008
12. “Anadolu ve Diğer Kültürlerde İşaret ve Simgelerde Anlam”. N.Gümüştekin. Balıkesir Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi. 2011. Cilt 14, Sayı 26.
13. “Gün-Ay Kültü ve Türk Bayrağında Ay ile Yıldız”. Mefkûre Mollaoğlu. Türk Kültürü Aylık Dergisi 1995
14. Türk dokumacılık sanatında nar motifi. Sibel Arık. Ulusalararası İnsan Bilimləri Dərgisi. Cilt:6 Sayı:1 Yıl: 2009
15. “İnsanlık tarihinde üzümün önemi”. Özlem Çalkan Sağlam.Hayri Sağlam. Journal of Agriculture 30 December 2018
16. Hayat Ağacı Sembolizmi. Saliha Ağaç ve Menekşe Sakarya. Uluslararası Kültürel ve Sosyal Araştırmalar Dergisi (UKSAD), Sayı: 1, İstanbul, 2015, s. 12-13.
17. Türk Sanatında Bir İmge olarak “Horoz” Sembolü. Şen E. Ve Çölgeçen, Ş. Sosyal. Beşerî ve İdari Bilimler Dergisi 2021.
18. Türklerde hayvan sembolizmi ve din ilişkisi Dr. Resul Çatalbaş Turan-Sam. Sonbahar 2011. Cilt: 3. Sayi: 12. Turan Stratejik Araştirmalar Merkezi Dergisi
19. Türk dokumalarinda ağaç motifi. Yurteri Sultan Ölmez ve Filiz Nurhan
20. Türk Kültüründe Ağaç Kültü. Ergun P. Atatürk Kültür Merkezi Başkanlığı Yayınları 2004.
21. Çatal Höyükten Günümüze Anadolu Motifleri. Erbek M. KTB Yayınları. Ankara 2002. s. 166-170-179.
22. Hilal ve Ay Yildiz Motifi. Sembol ve Ideolojik Kullanim. Nejdet Gök ve Mehmet Kutlu. Dogu Batı Düşünce dergisi say 31.Yıl 2018
23. Türk Mitolojisinin Ana Hatları. Çoruhlu, Yaşar. Kabalcı Yayınları, İstanbul. 2011
24. İran Mitolojisi. Yıldırım Nimet. Pinhan Yayınları. İstanbul. 2012
25. Türk Mitolojisi Oğuzların-Anadolu, Azerbaycan ve Türkmenistan Türklerinin Mitolojisi. Boratav Pertev Naili. (Çev. Recep Özbay) Bilgesu Yayınları. Ankara 2012.
26. Türk Kültür ve Sanatında Geyik Sembolizmi. Sayın Alsan, Şenay ve Sinem Akın. Ulakbilge 2020. s. 215-226.
27. Türk Mitolojisi Evreninde Geyik Motifi Üzerine Genel Bir İnceleme. Kurt S. Nur. Simit Çay Betik. 2020.S. 2, s. 60-73.
28. Türk Halk Edebiyatında Geyiğe Dair Bazı Motifler. Çağatay Saaadet. Belleten, 1956
29. Bozkır kültür çevresinde geyik inancı ve geyik kurbanıaslı kahraman çınar. Tarih ve Gelecek Dergisi. 2016. Cilt 2. Sayı 1
30. http://www.xn--hacmsultan-zub.com.tr/turk-halk-kulturunde-guvercin-motifi/
31. Hüsn ü Aşk’ta anlam çeşitliliği yönünden kuşlar. Güneş Ö; Yeşil A ; Öğreten N. Rumelide dil ve edebiyat araştırmaları dergisi. 2019 (Ö5), 239-260.
32. Türk dünyasında ortak bir tema: Gül ile Bülbül. Fatih Bakırcı. Uluslararası Uygur Araştırmaları Dergisi 2015/6
33. Türk sanatinda mistik bağlamda geometrik sembolizme genel bakiş. Eda öz çelikbaş. Safran Kültür ve Turizm Araştırmaları Dergisi. 2018, Cilt 1, Sayı 1, Sayfa : 55-66
34. Görsel iletişimin tarihi, kültürel ve estetik nesnesi olan Diyarbakır surları ve sembolik motifleri. F. Evren Daşdağ. Mühendislik dergisi 2017 . cilt 8 sayı 2.
35. Orta Asya, Azerbaycan Ve Anadolu halılarında stilize edilmiş insan figürleri. Prof.Dr. Nazim PAŞAYEV. V. Uluslar arası Halk Kültürü ve Sanat Etkinlikleri 5 th International Folk Culture and Art Activities Symposium Sempozyumu, Ankara, 2017
36. Daire simgesi ve kutsal bağlantıları üzerine: Manevi Temelde Aşkın Bir Üretim. Yunus Aslan. Sanat Tarihi Dergisi, 2021
37. Türk inanış ve düşünüş sistemlerinde meyve. Mehmet Aça. Türk elmləri jurnalı. 2008. cild 3, sayı 5
38. Türk el sanatlarında kullanılan nazar motifleri ve alevilerde nazar inancı. Nuran Kayabaşı ve Ayşem Yanar. Türk kültürü ve Hacı Bektaş Veli araştırma dergisi / 2013 / 65
39. Н.С.Аскерова. Мастер узорной келагаи Азим Аскеров. В сб.ст. Народные мастера: традиции и школы. вып. 1 / под ред. М. А. Некрасовой; Акад. художеств СССР, НИИ теории и истории изоб. искусств. М.,1985. 40. В.Легкобытов. Ширванская провинция.-ОРВЗК, ч.Ш,СПб.,1836 41. В.В. Латышев. Известия древних писателей о скифии и Кавказе. Т. I. СПб, 1890