Dr. Telman Ibrahimov Azerbaijan national Academy of Sciences
HAMAIL. GENESIS AND THE SYMBOLISM TRIANGULAR FORM
RESUME The origin and development of the triangular form of the Hamail mascot is explored in the article. This talisman is common among different peoples from Anatolia to Eastern Turkestan. Talisman Hamail is called in different ways among these peoples. These names sound like: Tumar, Nazarlik, Muska, Hurz, Hamaia, Hafiz, Rukya, Maaza. The earliest images of the protective triangular symbol occur on ceramics of the Bronze Age. Here, this symbol has two options. The first option: a symbol of fertility, the second option: a protective talisman. In the Scythian era (1st millennium BC), this symbol is present in the so-called "noisy" pendants. He is still a protective talisman, turned into jewelry. In the Hunnic era (early Middle Ages), a triangular protective motif is also found in women's ornaments. At Scythians, Huns and other Turkic tribes of Eurasia, the triangular scapula bones of animals becomes a means of fortune telling and magical rites. The triangular shape of the scapula is associated with the protective power of the
ancient triangular symbol. Islam struggles with ancient fortune-telling remnants. One of the factors of this struggle is the ban on eating meat of the scapula. This bone is forbidden (Haram). Hamail is a triangular folded sheet with a prayer or a fragment from the Koran. The case of this prayer has a triangular shape. Based on the ancient triangular protective talisman, the most powerful and famous talisman of Islam is formed - "The Seal of Suleiman". "Seal of Suleiman" is a sixfold enhanced mascot Hamail.
HAMAİL. ÜÇBUCAQ FORMANIN GENEZİSİ VƏ SİMVOLİZMİ Hamail – qoruyucu talismandır. Yaxın Şərqin ərəb xalqlarında, Afrikanın şimalında, Anadolu, Kavkaz, İran, Mərkəzi Asiya xalqlarında hamail müxtəlif adlarla tanınmışdır. Tumar, Nəzərlik, Muska, Hurz, Hamaya, Hafiz, Rükyə, Maaza adları ilə tanınan hamail bu xalqların hamısına yaxşı tanışdır. Hamail – kağız parçasında ərəb əlifbası ilə yazılmış xeyir-duanın üçbucaq
formatda qatlanaraq, müvafiq formalı qabda(kisədə), boyundan
asılaraq, gəzdirilən talismandır. Doğulan gündən – ölənədək hamail bir çox insanın ayrılmaz atributu olaraq, onu şərdən, bəd nəzərdən qorumasına inamını əks etmişdir. Digər çoxsaylı Qurani, yazılı talismanlardan(dua) fərqli olaraq, hamailin ən dayanaqlı və geniş yayılmış forması – üçbucaqdır. Düzdür, XY əsrdən hamailin “mütəkkə” formalı(silindrik, prizmatik) variantı da meydana gəlir, lakin üçbucaq - onun daha qədim, daha kanonlaşmış və daha geniş yayılmış ilkin formasıdır. Hamailin belə dayanaqlı üçbucaq forması nədən yaranmış və nəyi simvolizə etmişdir ? Hamail sözü çox gəncdir, lakin üçbucaq formalı qoruyucu hamailin özü - çox qədimdir. Məlum olduğu kimi, əksər xalqlarda ilk simvolik işarələr hələ neolit dövründən meydana gəlirlər. Əkinçilik mədəniyyətinin yaranması
insanı təbiət qanunauyğunluqları dərk etməyə sövq etdiyi kimi, təbiətin təsadüfiliyindən də qorunması istəyini gündəmə gətirir. Magik ovsun mərasimi yaranır. Ovsun magik hərəkətlərlə bərabər – magik simvollar, işarələr yaradır. Belə magik işarələrin ən erkənləri həndəsi fiqurlardır. Həndəsi fiqurlar müəyyən anlayışların, təsəvvürlərin, ideyaların simvolik vizuallaşmasını əks edirlər. Həmin bu həndəsi fiqurlardan olan üçbucaq necə yaranıb və hansı ideyanı ifadə edib ? Üçbucaq fiquru ilk növbədə - “üçlüyün vahidliyi” ideyasını ifadə edir. Neolit dövrü insanları “Əbədi həyat” istəklərini ən sadə və məntiqi görünən universal üçbucaq modeli vasitəsilə təsvir edərək, “İlahi üçlük” ideyasını yaratmışlar. “İlahi üçlüyün” komponentləri bunlardır: İlahi varlıq(tanrı) Fiziki aləm(insanın həyatı) - Axirət dünyası(ölümdən sonrakı həyat). Bu üç komponentin vahidliyi, birinin-digərinə keçidi və əlaqəsi ideyası üçbucaq şəklində vizuallaşaraq ifadə edilir. Kosmos və həyat strukturunda vertikallığa meyilli olan üçbucağın yuxarı küncü - İlahini, aşağı küncləri isə - fiziki aləm və axirət dünyası təsəvvürlərini birləşdirir. Bu üçlüyün vəhdəti - üçbucaq fiqurunun - sonsuz, əbədi həyat simvolu kimi qavranılmasını təmin edir. Üçbucaq simvol kimi - hər üç “aləmi” birləşdirərək, güclü ölməzlik, əbədilik simvolu olmaqla bərabər, onun qoruyucu talismanına çevrilir. Neolit, eneolit, tunc dövrü keramikasında bu üçbucaq formalı talisman-simvola artıq rast gəlinir. Tunc dövrünün ictimai həyatında qəbilə quruluşun formalaşması xüsusi etnik mədəni markerlərin yaranması ilə nəticələnir. Bu mədəni markerlər – naxış şəklində bədii təfəkkürdə bərqərar olunur. Naxışlar ilkin mərhələdə - bəzəkdən çox – “qoruyucu”, “dəstəkverici” magik simvollar kimi evdə, məişətdə, sənətkarlıqda təsbit olunurlar. Artıq bu dövrün keramikası və bəzək əşyalarında iki fərqli üçbucaq naxış-simvola rast gəlinir:
Onlardan birincisi - “xeyir-bərəkət” gətirən
üçbucaq
üçbucağın
simvoludur.
Bu
daxili
sahəsi
çoxsaylı
sıx-sıx
yerləşdirilmiş nöqtələrdən ibarət olur. Bu nöqtələr tum, toxum, həyat mənbəyi ideyasının bolluğunu simvolizə edərək, üçbucağı “bərəkət”, “bolluq”, məhsuldarlıq simvoluna çevirir. Simvolik təfəkkür və magik düşüncəyə əsasən, təsvir olunmuş vizual işarə(toxum) – öz oxşarını, yəni – prototipini(orijinalı) özünə cəzb və cəlb edərək, bolluq-bərəkət gətirməsini təmin etməli idi. İkinci tip magik üçbucaq simvolu – müdafiə ilə əlaqədar olaraq, bilavasitə
qoruyucu talisman funksiyasını yerinə yetirmişdir. Belə
üçbucaqların daxili səthi - tor(setka), şəbəkə təsvirindən ibarət olmuşdur. Tor, şəbəkə - insanların həyat və təsərrüfat praktikasında yaranmış dolaşdırıcı, sərhəd yaradan, qoruyan əşya idi. Bu əşyanın simvolik təsviri əşyanın yerinə yetirdiyi rolu simvolik tərzdə yerinə yetirirdi. Üçbucaq fiqurunun daxili toru şəri, pisliyi, ziyanı, təhlükəni, xəstəliyi magik tərzdə dəf etməklə, onları “ilişdirərək”, – yaxına buraxmayan ovsuna çevrilir. Beləliklə, eneolit və tunc dövründə üçbucaq formalı “hamail” talismanı artıq mövcud idi. Lakin bu talisman hələ boyundan asılan qoruyucu əşya şəklində deyil, məişət əşyalarında özünə yer almış qoruyucu magik işarədir. Beləliklə, tunc dövrünün magik üçbucaq işarələrindən biri - xeyirbərəkət, bolluq, məhsuldarlıq, digəri isə - şərdən, pislikdən qorunmanı təmin edən talisman kimi tətbiq olunmuşlar. Dəmir dövründə (e.ə. I minillik) bütün yuxarıda adları çəkilən ərazilər və xalqlar Skit(Skith) tayfalarının təsiri altına düşür. Bu ərazilərdə yaşayan bütün yerli qəbilə və tayfaların etnogenezində iştirak etmiş skitlər oxşar inamları, təsəvvürləri, ayin və mərasimlərin geniş yayılmasına güclü təkan verirlər. İnamlar, təsəvvür və ideyalarla bərabər, onları müşayiət edən simvollar da universallaşaraq, oxşar forma və məzmunlar ifadə edirlər. Belə universal simvollardan biri də üçbucaq şəklində “qəlibləşmiş” qədim qoruyucu hamail olur. Skit dövrü sənətkarlığında, xüsusilə də - qadın bəzəklərində üçbucaq formalı hamailin erkən prototipinə hələ də rast gəlinir. Bu dövrə aid olan
sırğa, asma bəzəklərdə “səsli” bəzək-talisman rolunu oynayan hamail geniş yayılır. Qədimdən məlum olan magik üçbucaq simvolu bu dövrdə asma bəzəyə çevrilərək, daima “cınqıltılı” səslər çıxararaq, bədxah qüvvələri qovan talisman-bəzək şəklində öz həyatını davam edir. Üçbucaq formalı hamaildən incə zəncirlər vasitəsilə asılmış müxtəlif zoomorf, həndəsi, səma cisimi formalı metal asmalar biri-digərinə toxunaraq daima cingiltili səslər yaratmışlar. Bəzi hallarda bu asmalar bilavasitə xırda zınqırovlar şəklində olmuşlar. Bildiyimiz kimi, zınqırovun ilkin funksiyası məişət əşyası olmamışdır. Tunc və dəmir dövrü insanlarında bədxah ruhların cıngıltılı səslərdən qorxaraq “qaçıb” getmələrinə inam olmuşdur. Bunun nəticəsi olaraq yaradılmış zınqırov, bilavasitə şər qüvvələri qovan ritual əşya kimi meydana gəlmişdir. Bu dövrdən hamail talismanı metaldan hazırlanaraq, cingiltili səslər yaradan asmalı hamailə çevrilir. Hamail magik səsli zınqırovu, “qoruyucu üçbucağı” bəzək əşyasında birləşdirərək daha gücləndirilmiş talisman-bəzəyə çevrilr. Üçbucaq formalı qoruyucu simvol və onu təqlid edən bəzək əşyaları erkən orta əsrlərdə, hunlar vasitəsilə bir qədər də geniş ərazilərdə yayılırlar. Bu üçbucaq formalı qədim simvolun məhz ibtidai magik təsəvvürlərlə əlaqəli olmasını sübut edən amillərdən biri də, üçbucaq formalı heyvan kürək sümüyünün(лопаточная кость, Scapula [latın]) hələ qədimdən fala baxma ayinlərində istifadə olunması ilə bağlıdır. İslamaqədər dövrdə və hətta, İslamın yayılmasından sonra da, bu üçbucaq formalı sümük müxtəlif ovsun və fal ayinlərində istifadə olunmağa davam edir. İslam dini fala baxmanı pisləyərək, onu şeytan əməli saymış və ona qarşı mübarizə aparır. Bu ideoloji mübarizənin fəsadlarından biri kimi Şəriətdə, heyvanların həmin kürək sümüyü üzərindəki nazik ət və qığırtdaq təbəqəsi – haram elan olunur və müsəlmanlar tərəfindən yeyilməsinə qadağa qoyulur. Qeyri-müsəlman Sibir Türklərindən olan - Altay, Yakut, Sayan, Xakas, Kalmık, İrtış Tatarları, Ketlər, Şorlar və digərlərində bu üçbucaq formalı
kürək sümüyü bu gün də fala baxmada istifadə olunur. İslamın yayılması “boş mənəvi məkan”da baş vermir. İslamdan əvvəl mövcud olmuş inanclar, mərasimlər, simvollar – yeni dini ehkamlara uyğun transformasiya
olunurlar.
Belə
transformasiyaya
uğramış
qoruyucu
talismanlardan biri də qədimdən məlum olan Hamail-dir. Özünün erkən üçbucaq formasını saxlamış hamail artıq Quranla, ilahi sözlə əlaqələndirilərək, onun bir parçası olan duanın daşıyıcısına(qutu, kisə) çevrilir. Hələ ibtidai dövrdən məlum olan magik qoruyucu üçbucaq, İslam sivilizasiyasının
ən
güclü
qoruyucu
talismanı
sayılan
“Süleyman
Möhürü”ndə öz yeniləşmiş davamını tapır(Süleyman Peyğəmbər nəzərdə tutulur). “Süleyman Möhürü”ndə yazılı Allah kəlamı ilə bərabər qoruyuculuqda iştirak edən magik üçbucaq(hamail) altı dəfə təkrar olunaraq, müdafiənin altı dəfə güclənməsini təmin edir. Bü gün, sadəcə üçbucaq şəklində bükülərək, xüsusi qutu və ya kisədə, boyundan asılaraq gəzdirilən hamail forması zəngin tarixi və mənəvi dəyərlərin simvolik daşıyıcısıdır ! РЕЗЮМЕ В статье исследуется возникновение и развитие треугольной формы талисмана Хамаил. Этот талисман распространен у различных народов от Анатолии до Восточного Туркестана. Талисман Хамаил по-разному называется у этих народов. Эти названия звучат так: Тумар, Назарлик, Муска, Хурз, Хамайа, Хафиз, Рюкйа, Мааза. Самые ранние изображения защитного треугольного символа встречаются на керамике эпохи бронзы. Здесь этот символ имеет два варианта. Первый вариант: символ плодородия, второй вариант: защитный талисман. В скифской эпохе (I тыс. летие д.н.э.) этот символ присутствует в так называемых «шумящих» подвесках. Он по-прежнему является защитным талисманом, превратившимся в ювелирное украшение. В Хуннской эпохе (раннее средневековье) треугольный защитный символ так же встречается в женских украшениях.
У скифов, Хуннов и других тюркских племен Евразии треугольная лопаточная кость животных становится средством гадания и магических обрядов. Треугольная форма лопаточной кости ассоциируется с защитной силой древнего треугольного символа. С распространением Ислама древний защитный символ треугольника используют для создания нового, исламского талисмана – Хамаил. Хамаил представляет собой треугольно сложенный листок с молитвой или фрагментом из Корана. Футляр этой молитвы имеет треугольную форму. На основе древнего треугольного защитного талисмана образуется самый сильный и знаменитый талисман Ислама – «Печать Сулеймана». «Печать Сулеймана» представляет собой шестикратно усиленный талисман Хамаил.
ILLUSTRATIONS
AzerbaijanŃˆ Ceramics of the Bronze Age. Magical signs in the form of a triangle symbolize a talisman known as "Hamail", "Tumar", "Muska". The set of points in the triangle symbolizes fertility. Grid motif of the triangle - symbolized magic protection.
Talisman "Hamail", "Tumar", "Muska" on decorations of the Scythian epoch (1 st millennium BC). Azerbaijan.
Talisman "Hamail", "Tumar", "Muska" on decorations of the Scythian epoch (1st millennium BC).
Bronze pendants of the Scythian and Hunn era.
Bronze pendants of the Scythian and Hunn era.
Picture of a scapula for divination. Altai Turks. From the book: Radlov V.V. From Siberia. "The Home edition of Eastern Literature." M.1989. p.305.
The bone scapula for the divination. Left: Scythian epoch, 1st millennium BC (Russia, Lipetsk region). Right: Tatars, the end of the XIX century (Ethnographic Museum of Kazan University).
The bones scapula for the divination. Ancient China. Altai Turks.
Bones for divination. Ancient China.
The transformation of some divination bones into dice. The dice were used in divination.
Talismans, known as Hamail, Tumar, Tumarcha, Nazarlik, Muska.
Talismans, known as Hamail, Tumar, Tumarcha, Nazarlik, Muska.
Central Asian Tumar’s.
Central Asia. “Tekke Tumar”.
The motif of Hamail, Tumar, Nazarlik, Muska in Jewelry. XX century.
Azerbaijan
Turkey
Talisman Hamail, Tumar, Nazarlik, Muska in women's jewelry.
Tumar. Modern embroidery. Central Asia.
Tumar. Modern embroidery. Central Asia.
Tumar. Modern embroidery. Uzbekistan.
Images Hamail, Tumar, Nazarlik, Muska in carpets and embroideries. Anatolia, Azerbaijan, Turkmen, Karakalpak, Nogay.
Images Hamail, Tumar, Nazarlik, Muska in Azerbaijani carpets. Керимов Л. Азербайджагские ковры. Баку-Ленинград. 1961 г.
The ancient talisman Hamail Tumar, Nazarlik, Muska with the spread of Islam participated in the formation of the most powerful protective talisman - "Seal of Suleiman". The “Seal of Suleiman� is formed by a sixfold repetition of this ancient protective symbol.