Türkü rəng ( (Turquoze color)

Page 1

Dr. Telman Ibrahimov Azerbaijan National Academy of Sciences

TÜRKÜ RƏNG (Color) Türkü rəng. Fransızca – Turquoise: müasir dünyanın əsas rəng standartlarında (RGB, CMYK) mövcud olan rəngin adıdır. Türkü rəng yaşıl+mavi rəngin vəhdətinə deyilir. Rəng öz beynəlxalq adını fransız dilindən götürmüşdür. Fransız sözü Turquoise – Türkü(Türkün) deməkdir. İngilis dilində bu termin məhz rəng mənasında ilk dəfə 1574-ci ildə qeydə alınır (Maerz and Paul (1930). A Dictionary of Color. New York: McGraw-Hill. p. 206; Color Sample of Turquoise [green]: Page 73, Plate 25, Color Sample I5.)

Osmanlıların Konstantinopol(İstambul) şəhərini alması və və Qərb xristian dünyasına meydan oxuması nəticəsində Türk etnosu dünyada güc və sivilizasiya adı qazanmaqla bərabər, özlərinin rəng adına da yiyələnirlər. Türklərdə qədim dövrdən müqəddəs Göy Tengri və Göy-Türklərini simvolizə edən rəng – “türkü rəng” adı ilə avropada da tanınmağa başlayır. İslam dini türklərin müqəddəs saydıqları rəngin nə etimologiyasını, nə də semantikasını dəyişməyə qadir olmur. İslamın rəngi yaşıl olur. İslam rəng simvolizminin bərqərar olması “Türkü rəngə” yeni məna verərək, onu Göyün, İslam Cənnətin smvolik rəngi kimi qəbul edir. P. s. Qərb xristian sivilizasiyasının Türkü bütün müstəvilərdə zəiflətmək və adını belə - hər yerdən “silmək” siyasəti nəticəsində “Türkü rəng” məqsədyönlü farslaşdırılır. Bu rəngin fars termini ilə əvəz olunmasına səylər göstərilir. Bu səylərin elə ilk qurbanlarından biri (həmişəki kimi!!!) Azərbaycanlılar olur. Burada Türkü rəng – Füruzəyi rəng(fars sözü) adı ilə əvəz olunur. Türkü rəngi Sasani hökmdarı Firuz(Peroz) adı ilə(Pəhləvi dilində qələbə çalan deməkdir) əlaqələndirilmə cəhdləri farslar tərəfindən də dəstəklənir. Füruzə daşının Xorasan(İran) mənşəyi qabardılaraq, rəngin adının da dəyişməsinə qismən nail olunur. Bu səylərə baxmayaraq Dünya Rəng Standartlarında “Türkü rəng” – Turquoise color şəklində qalır. P. p. s. Rəngin adını düzgün, beynəlxalq standartlara və tariximizə uyğun adlandırmağımızın vaxtı çoxdan çatıb. “TÜRKÜ RƏNG” gözəl və mənalı RƏNG ADI-dır. Aciz, Avam, Zombi olmaq istəməyənlər üçün...



Pierre turquoise


Turquoise Mosque. Tabriz. 1465. Now - Iran

Turquoise Mosque. Tabriz. 1465. Now - Iran


Turquoise Mosque. Tabriz. 1465. Now - Iran


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.