Yoldaş Fanzin (Dərgi) - 1-ci nömrə, Dekabr 2016.

Page 1


“YOLDAŞ” dərgisi heç bir maddi maraq güdməyən insanlar tərəfindən, aylıq olaraq həvəskar üsulla çap edilir və pulsuz şəkildə paylanılır. Dərgidəki yazılar geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əziz yoldaş, imkanlarımızın yalnız məhdud tirajda çapa kifayət etdiyini nəzərə alaraq, dərgini oxuduqdan sonra ətrafınızdakı digər yoldaşlara da verməyinizi tövsiyyə edirik. Unutmayaq ki, ideyalar yalnız kütlələrlə qovuşduqda gücə çevrilir. Təşəkkürlər!


Mündəricat

03 ... Nadejda Krupskaya. Din əleyhinə tərbiyəyə dair 06 ... Rusiya və Azərbaycanda marksizmin yayılması 10 ... Karl Marks. Feyerbax haqqında tezislər 14 ... Maykl Parenti. Seçilmişlər üçün demokratiya 19 ... Pablo Neruda. Fidel Kastro 23 ... Nazim Hikmət. Günəşi içənlərin mahnısı 26 ... Andrey Anikin. Adam Smit (“Elmin gəncliyi” kitabından hissələr) 31 ... Maarifçilik nədir?

Dekabr 2016



Nadejda Krupskaya Din əleyhinə tərbiyəyə dair

A

tamın mənə təsiri çox böyük idi. On dörd yaşım olanda atam vəfat etdi. Məni maraqlandıran, məni həyəcanlandıran hər şey haqqında onunla danışardım. Həmçinin, anam da qapalı məktəbdə — qızlar üçün olan orta məktəbdə tərbiyə alırdı. Onların keşişi çox gözəl pedaqoq idi. Kilsə ibadətləri anam üçün bir sıra fərəhli təəssüratla əlaqədar idi, çünki o, kilsə xorunda ən yaxşı oxuyanlardan biri idi. Anam da pəhriz saxlamırdı. Pəhriz bayramında hər şey yeyirdi, dini ayinlərə riayət etmirdi, kilsəyə az-az “damağı çəkəndə” gedirdi, evdə heç bir zaman dua etmirdi, ancaq bizim mənzilimizdə İsanın təsvirləri asılmışdı, mənim çarpayımın baş tərəfində ailəyə məxsus təsvir vardı və bəzən də anam məni özü ilə gecə ibadətinə aparardı. Anam yalnız yetmiş yaşlı bir qarı olduqda mənə: “gəncliyimdə mən dindar idim, indi dünya görmüşəm — bunlar hamısı boş şeydir” — dedi və xahiş etdi ki, vəfat edəndən sonra onun cəsədini mütləq yandıraq. Belə də etdik. Atam mənim üçün şübhəsiz bir nüfuz sahibi idisə, uşaqlığımda anama münasibətimdə mən “asılı” deyildim. Yalnız erkən uşaqlıq çağımda, beş yaşım olarkən ehtimal ki, dindar dayəm mənə təsir etmişdi. Lakin, bu mənim ehtimalımdır; mən ancaq bunu xatırlayıram ki, bir dəfə məni kastyola (katolik kilsəsinə) aparmışdı. Sonralar mən öz üzərimdə heç bir dini təsir hiss etməmişəm. Amma işə bax ki, mən daxilən dindarmışam, rişxənd etməsinlər deyə, İncili xəlvətdə diqqətlə oxuyurdum və yaşım iyirmini ötəndə dini əhvali-ruhiyyədən qəti olaraq ayrılıb yalnız marksist oldum. Bu necə oldu? Beş-altı yaşlarında axşamlar allaha səylə dua edirdim. Bir dəfə atam istehza ilə mənə dedi: “Kifayətdir dua edib günahlarını yudun, gedib yatsana!” Çox qəribə işdir, məktəbəqədər yaşlı uşağa aid olan bu xəfif istehza mənə gözlənilməz surətdə təsir etdi. Dini etiqadlar sahəsində atam daha mənim üçün nüfuz sahibi olmadı. Dindən başqa, mən onunla hər şey haqqında danışırdım. Bu barədə mənim özümün “xüsusi rəyim” vardı. Bu zaman başqa bir xatirə də aiddir. Məndən bir yaş böyük Borya adlı bir oğlan dostum vardı, nihilist knyaginya Dolqorukovanın oğlu idi. Knyaginya ata-anasının evini tərk etmişdi, bərkdən və qaba danışardı, əl-qolunu tərpədərdi, bütün adət və şərtiliklərə nifrət edərdi. Borya mənim üçün çox böyük nüfuz sahibi idi. Görürsən ki, biz boş otaqda dayanmışıq, bu otaqda mənim çarpayımdan başqa heç bir şey yox idi, çarpayımın baş tərəfindən mavi lentlə haşiyəyə alınmış təsvir asılmışdı. Borya deyirdi: “Tüpür təsvirə: anam deyir ki, allah yoxdur!”. Mən tamamilə məəttəl qaldım: belə qəti təklifləri mən hələ heç bir zaman eşitməmişdim”. “Nə olsun, analar çox şey deyə bilərlər”. 03


Çox vaxt fikirləşirdim ki, görəsən mənim dindarlığımın kökləri haradadır, nədədir? Hər cür mistikaya qarşı mən həmişə dərin və daxili bir nifrət hiss etmişəm. Yadımdadır ki, bu hekayədən necə hiddətlənirdim: “Biri vardı, biri yoxdu, canbir qəlbdə iki dost vardı, nəhayət, onlardan biri qonşu şəhərə getməli oldu: tək qalan dost iki gündən sonra ağılasığmaz kədər və nigarançılıq hiss edib yerindən tərpəndi və tez dostunun getdiyi şəhər yollandı; şəhər qapısının yanına çatanda küləş daşıyan bir arabaya rast gəldi, əsrarəngiz bir qüvvə onu yerindəcə saxladı; o, səbəbini özü də bilmədən tələb etdi ki, küləşin üstü açılsın — öldürülmüş dostu küləşin altından çıxdı”. Mistikanın nə olduğunu o zaman mən bilmirdim, lakin hirslənirdim, hönkürüb ağlayaraq inandırırdım ki, belə mənasız şeyi danışmağa heç kəsin ixtiyarı yoxdur. Şeytanlar, ifritələr, cinlər haqqındakı nağıllara isə eyni zamanda böyük maraqla qulaq asırdım. Mənim dindarlığımın səbəbi mistik əhvali-ruhiyyə deyildi. Peyğəmbər İlya və başqaları barədə işlərim yaxşı idi: təbii-tarixi hadisələrin qanunauyğunluğu məndə şübhə oyandırmırdı. Din mənim nəyimə lazıma idi? Məncə bunun səbəblərindən biri də tənhalıq idi. Mən tək böyüyürdüm. Mən çox mütaliə etmişdim, çox görmüşdüm. Təəssüratlarımı və fikirlərimi elə qanuni şəklə sala bilmirdim ki, bunları başqaları da anlasınlar. Keçid dövründə bu, mənə xüsusilə əzab verirdi. Mənim həmişə çoxlu rəfiqəm olmuşdur. Ancaq biz nə isə başqa bir zəmində oturub-dururduq. Buna görə də allah mənə çox lazım idi. O zamankı anlayışıma görə allah öz vəzifəsi etibarı ilə hər bir adamın ürəyindən nələr keçdiyini bilməli idi. Mən saatlarla əyləşib çıraqdan gözümü çəkmədən sözlə ifadə edilə bilməyən şeylər haqqında fikirləşir, burada kimin sənə yaxın olduğunu və səni anladığını bilmək istəyirdim. Sonralar ictimai xarakterli hadisələrin qanunauyğunluğunu dərk etmək qabiliyyətimin olmaması dindarlığın qalıqlarını məhv etməkdə mənə mane olurdu. Bax, buna görə də marksizm məni hər cür dindarlıqdan belə qəti olaraq xilas etdi. Uşaqlar və yeniyetmələr arasında din əleyhinə təbliğatı necə təşkil etmək haqqında görüb hiss etdiklərim əsasında hansı nəticələri çıxarıram? Birincisi, belə hesab edirəm ki, din əleyhinə təbliğat çox erkən, hələ məktəbəqədər yaşdan başlamalıdır, çünki bu məsələlər indi uşaqları çox tez maraqlandırmağa başlayır. İkincisi, hər cür rəsmiyyətçiliyi və məcburiyyəti bu sahədən qovmaq lazımdır, əks halda açıq-açığına istənilməyən nəticələr əldə etmək təhlükəsi yarana bilər: qabaqlarda məcburi dini tərbiyə hər cür dindarlığı məhv etdiyi kimi, uşaqlar cəhətdən məcburi dinsizlik də heç olmazsa müəyyən yaşda dindarlığa meyl oyandıra bilər. Üçüncüsü, istehza vasitələrini son dərəcə ehtiyatla işlətmək lazımdır. Dördüncüsü, təbiət və ictimaiyyət dərslərinin tədrisi metodunun çox böyük əhəmiyyəti vardır. Təbiət hadisələri və ictimai hadisələr sahəsində çoxlu 04


dəlillərin mənimsənilməsinin bir o qədər əhəmiyyəti yoxdur; hadisələrin tədqiq edilməsinin, onların ardıcıllığının, bir-birlərindən asılı olmalarının, səbəblərinin və nəticələrinin əhəmiyyəti daha çoxdur. Dövlət Elmi Şurasının proqramlarından məqsəd hadisələrin öyrənilməsini məhz belə təşkil etməkdir. Biz hansı bir hadisəni isə təsdiq edirik. Bu hadisənin səbəbi nədir, ondan nə mətləb hasil olur? Bunu anlamaq üçün bütöv bir hadisələr silsiləsini nəzərdən keçirmək, hadisəni təcrid edilmiş şəkildə yox, onun bütün vasitəli ifadələrində, başqa hadisələrlə bağlı olaraq götürmək lazımdır. Özündən süni əlaqələr, süni qarşılıqlı münasibət uyduran adam “kompleks” məfhumunun mənasını tamamilə anlamır. Hadisələri onların yalnız inkişafında, onların hərəkətində öyrənməklə hadisələrin qanunauyğunluğunu anlamaq olar. Bu anlayış olduqda isə dinə yer yoxdur. Başqa bir məsələ — təbiət və cəmiyyət hadisələrinin qanunauyğunluğunu o zaman tam şəkildə anlamaq mümkündür ki, dərk edilmiş qanunlar təcrübədə yoxlanılsın. Bax, təbiət və cəmiyyət hadisələrinin qanunauyğunluğunun öyrənilməsi kimi əmək və ictimai iş də sovet məktəbi ilə üzvi surətdə bağlı olmalıdır. Nəhayət, beşincisi, uşaqların həyatının kollektiv olmasına dərindən fikir vermək lazımdır. Uşaqların həyatını təəssüratla mümkün qədər zənginləşdirmək laızmdır. Bu o demək deyil ki, onları tez-tez teatra və ya uzaq ekskursiyalara aparasan. Bu o deməkdir ki, onları əhatə edən mühitə məna verməyi, bu həyatı anlayıb yaratmağı onlara öyrətmək lazımdır. Onda uşaqlar tək qalmazlar, yeniyetmələrin də dinə tələbatı olmaz. 1926-cı il.

05


Rusiyada və Azərbaycanda marksizmin yayılması

R

us inqilabi hərəkatını kəndli sosializminin utopik ideyalarından yalnız marksizm tamamilə azad edə bildi. Sosial demokratlar elmi sosializm ideyalarını təbliğ edirdilər. Rusiyada sosial-demokrat hərəkatının meydana gəlməsi 1883-cü ildə Plexanovun Cenevrədə yaratdığı və rəhbərlik etdiyi ilk rus sosial-demokrat qrupu olan “Əmək azadlığı”nın fəaliyyəti ilə bağlıdır. Qrupa Plexanovdan başqa Akselrod, Deyç, Zasuliç və İqnatov daxil idilər. “Əmək azadlığı” qrupu Rusiyada marksizmin yayılmasında böyük rol oynamışdır. Həmin qrup Marksın və Engelsin bir sıra əsərlərini rus dilinə tərcümə etdi və bunları nəşr edib Rusiyada gizli yaydı, Plexanov özü bir çox kitab və məqalə yazıb bunlarda marksizmi təbliğ və müdafiə edirdi. Plexanov 1883-cü ildə yazmış olduğu “Sosializm və siyasi mübarizə” əsərində göstərirdi ki, sosializm ilə siyasi mübarizə bir-birilə vəhdət təşkil edir. O, eyni zamanda xalqçılıq baxışlarını tənqid edərək göstərdi ki, Rusiya artıq kapitalist inkişafı yoluna qədəm qoymuşdur. Plexanov rus marksistləri içərisində birinci olaraq proletar partiyasını yaratmağın zəruriliyini əsaslandırdı. Onun 1885-ci ildə nəşr edilən “Bizim ixtilaflarımız” kitabı, ilk dəfə Rusiya iqtisadiyyatının marksizm əsasında təhlilini vermək təşəbbüsü oldu. Kitabda göstərilirdi ki, daxili bazarın inkişafı, fabriklərin miqdarı, fəhlələrin sayı haqqındakı faktlar Rusiyanın kapitalizm yoluna qədəm qoymasına sübutdur. Plexanov göstərdi ki, cəmiyyəti Georgi Plexanov dəyişdirməkdə kəndlilər deyil, fəhlələr inqilabi rol oynayırlar. Kəndlilər xırda təsərrüfatla məşğuldurlar və pərakəndədirlər. Onlar sosializm təlimini nisbətən zəif qavrayırlar və çətin təşkil oluna bilirlər. İri fabrik-zavod istehsalatı ilə əlaqədar olan proletariat isə başqadır. O daim sayca artır, sosializm ideyalarını yaxşı qavrayır və təşkil oluna bilir. O, bildirirdi ki, indi başlıca iş fəhlələr arasında sosialist təbliğatı aparmaqdan ibarətdir. Plexanov xalqçıların cəmiyyət haqqındakı səhv baxışlarını da tənqid etdi. Bu cəhətdən onun 1895-ci ildə nəşr edilən “Tarixə monist baxışın inkişafı məsələsinə dair” kitabının xüsusilə böyük əhəmiyyəti olmuşdur. Xalqçılar 06


cəmiyyətin obyektiv inkişaf qanunlarını inkar edir və göstərirdilər ki, tarixi ayrı-ayrı görkəmli şəxsiyyətlər yaradır, kütlə, xalq, qara camaat isə onların ardınca gedir. Lakin cəmiyyətin həyatını, onun inkişafını görkəmli şəxsiyyətlərin arzu və ideyaları müəyyən etmir, tarixin əsl yaradıcısı xalqdır. İdeyalar, ancaq kütlələrə yiyələndikdə maddi qüvvəyə çevrilir. Plexanovun “Əmək azadlığı” qrupu iki proqram layihəsi hazırlamışdı. Bu proqram rus marksistlərinin mübarizə yolunu zəmanəsinə görə əsas etibarı ilə düzgün müəyyən etmişdi. Lakin bu hələ mübariz siyasi partiyanın proqramı deyildi, Rusiyada geniş və müstəqil fəhlə hərəkatı olmadığı bir şəraitdə işləyən inqilabçıların xaricdəki təşkilatının proqramı idi. Proqramdakı bir çox müddəaların abstraktlığı və yayğınlığı bununla izah olunur. Bu qrup qarşıdakı burjua inqilabında siniflərin mövqeyini aydın təsəvvür etməmişdi, beləliklə də inqilabda burjuaziyanın və kəndlilərin yerini və rolunu düzgün qiymətləndirə bilməmişdi, bu məsələdə ziddiyyətli mövqe tutmuşdu. Plexanov bəzi əsərlərində səhv olaraq deyirdi ki, proletariat öz siyasətində burjuaziyaya istinad etməlidir, kəndlilərin inqilabi roluna isə o, etinasızlıq göstərirdi. Engels Rusiyada ilk marksist qrupunun yaranmasını alqışlayırdı. Plexanov 2-ci İnternasionalın təsisində iştirak etmiş və onun birinci konqresində nitq söyləmişdi. Xaricdəki “Əmək azadlığı” qrupu tək deyildi. Onunla bir zamanda Rusiyanın öz daxilində ilk marksist dərnəkləri və qrupları meydana gəlməyə başladı. 1883-cü ilin qışında Peterburqda “Rus sosial-demokratları partiyası” adında marksist təşkilatı yarandı. Onu Peterburq universitetinin tələbəsi, sonralar Bolqarıstan Kommunist Partiyasının banisi olan bolqar Dimitar Blaqoyev təşkil etmişdi. Çox keçmədən Blaqoyev qrupu ilə “Əmək azadlığı” qrupu arasında əlaqə yarandı. Blaqoyev qrupu Peterburq fəhlələri və tələbələri arasında marksizmi geniş təbliğ etməyə başladı. Bu qrup 15-ə qədər fəhlə dərnəyi təşkil etmişdi. 1885-ci ildə həmin qrup gizli surətdə iki nömrə “Raboçi” qəzeti buraxmışdı. Bu qəzet Rusiyada birinci sosial-demokrat fəhlə qəzeti idi. Çar polisi 1887-ci ilin əvvəllərində Blaqoyev qrupunu dağıtdı. 1885-ci ildə Peterburqda Rusiyanın ictimai-siyasi həyatında müəyyən iz qoymuş başqa bir təşkilat “Sankt-Peterburq ustaları cəmiyyəti” yaranır. Onu təşkil edən Toçisski idi. Toçisski qrupu siyasi inqilabın zəruriliyi və onu həyata keçirmək yolları barədə əsasən düzgün mövqe tuturdu. Onların fikrincə inqilb və radikal siyasi çevriliş terrorçu mübarizə üsullarının tətbiqi nəticəsində deyil, yalnız xalq kütlələrinin güclü hərəkatı nəticəsində mümkündür. Bu “cəmiyyət”in xidməti ondan ibarət idi ki, qabaqcıl fəhlələrlə möhkəm təşkilat əlaqələri yaratmışdı. Onun dərnəklərində Afanasyev və Şelqunov kimi görkəmli fəhlə-inqilabçılar tərbiyə almışdı. Sonralar Toçisski, Şelqunov və Afanasyev bolşevik oldular. 1888-ci ildə bu qrup da polis tərəfindən dağıdıldı. 07


1889-cu ildə Peterburq Texnoloji İnstitutunun tələbəsi Brusnev başda olmaqla yeni marksist qrupu meydana gəldi. Bu, 80—90-cı illərin sonunda Rusiyada ən iri marksist təşkilatlarından biri idi. Qrup öz qarşısına fəhlələr arasında inqilabi təbliğat aparmağı və fəhlə hərəkatı üçün sadiq və şüurlu rəhbərlər hazırlamağı məqsəd qoymuşdu. Təşkilat öz üzvlərindən Marksın təlimi ilə tanış olmağı, fəhlə məsələsini və Avropa inqilablarının tarixini öyrənməyi tələb edirdi. Peterburqun demək olar ki, bütün rayonlarında brusnevçilər öz dərnəklərini yaratmışdılar. Qrupun üzvləri öz siyasi ideyalarının həyata keçirilməsinin proletariatın inqilabi mübarizəsi ilə bağlayırdılar. 1891-ci ildə brusnevçilər ilk dəfə Rusiyada 1 May bayramı keçirilməsini təşkil etdilər. 1892-ci ildə Brusnev qrupu da polis tərəfindən dağıdıldı. 80-ci illərin axırlarına yaxın marksizm Rusiyanın bir sıra rayonlarında yayılır. Moskva marksist dərnəkləri meydana gəlir. Volqaboyu, Kazan, Samara, Nijni-Novqorod marksizmin təbliğ edildiyi rayonlardan biri olur. Burada inqilabçıların marksizmə keçməsinə istedadlı və sədaqətli inqilabçı Fedoseyevin böyük təsiri olmuşdu. Ukraynada Kiyevdə, Xarkovda, Odessada, Yekaterinoslavda marksist dərnəkləri meydana gəlir. 19-cu əsrin 80—90-cı illərində marksizm ideyaları Zaqafqaziyaya da yayılır. Elə o zaman K. Marksın və F. Engelsin əsərlərini Zaqafqaziya xalqlarının dillərinə tərcümə etmək üçün ilk təşəbbüslər edilir. Zaqafqaziyada marksist ədəbiyyatı ilk dəfə Tiflisdə meydana gəlir. O vaxtlar Tiflis Qafqazın inzibati mərkəzi idi və burada çox miqadarda siyasi sürgündə olanlar yaşayırdı. 1885-ci ilin əvvəllərində Bakıda ilk dəfə, Marksın və Engelsin “Kommunist partiyasının manifesti” əsərinin Moskvadan göndərilən bir nüsxəsi polis tərəfindən aşkara çıxarılmışdı. Əldə olan məlumata görə Rusiyada Toçisski tərəfindən rəhbərlik edilən “Sankt-Peterburq ustalarının cəmiyyəti” adlı ilk marksist qruplarından birinin xadimləri 1888-ci ildə Bakı ilə əlaqə saxlayırmışlar. Bu dərnəyin üzvlərindən biri həbs ediləndə, Toçisskinin 1888ci ilin iyununda yazdığı bir məktub tapılmışdı, həmin məktubda qeyd edilmişdi ki, Bakıdan bir xəbər yoxdur. 19-cu əsrin ikinci yarısında mütərəqqi ictimai fikrin görkəmli nümayəndələri M. F. Axundov, H. Zərdabi, N. Nərimanov və başqalarının şəxsində fəaliyyət göstərən demokratik ziyalılar Azərbaycanda marksizmin yayılması üçün əlverişli şərait yaradırdılar. 1888-ci ildə Bakıda, fəhlə-tokar İ. Çepurn tərəfindən başçılıq edilən gizli dərnək meydana gəldi. Həmin dərnəyin 1887-ci ildən Tiflisdə mövcud olan “Fəhlə İttifaqı” adlı təşkilatla əlaqəsi varmış. “Fəhlə İttifaqı”nın rəhbərləri Bakıda öz filialını yatamağa çalışırmış və bu məqsədlə ittifaqın nümayəndəsi Bakıya gəlmişdi. 1898-ci ildə Qaraşəhərdə Nobel firması neftayırma zavodunun qabaqcıl fəhlələri dərnək yaratdılar. Az sonra Balaxanıda Konerev mədənlərinin fəhlələri, Zavağzalnı rayonunda Bakı dəmir yol deposu 08


fəhlələrinin dərnəkləri meydana gəlmişdi. 1899-cu ilin martında Bakının rayonlarında 6-dan çox dərnək fəaliyyət göstərirdi. Bu ilk sosial-demokrat dərnəklərinin yaradılmasında İ. Vatsek, N. Kozerenko, İ. Sturua və başqaları fəal iştirak etmişdilər. Bu dərnəklərin işinə azərbaycanlı fəhlələrdən M. Məmmədyarov, B. Ə. Dadaşov, M. B. Qasımov və başqaları cəlb olunmuşdular.

09


Karl Marks Feyerbax haqqında tezislər

1 Bütün bundan əvvəlki materializmin — Feyerbax materializminin də — başlıca nöqsanı ondan ibarətdir ki, predmet, gerçəklik, hissiyyat yalnız obyekt formasında və ya seyr formasında götürülərək, insanın hissi fəaliyyəti, təcrübəsi kimi götürülmür, subyektiv şəkildə götürülmür. Buna görə də belə olmuşdu ki, fəaliyyət cəhəti materializmin əksinə olaraq, idealizm tərəfindən, həm də ancaq abstrakt şəkildə inkişaf etdirilmişdi, zira aydındır ki, idealizm, hissi, gerçək fəaliyyəti olduğu kimi bilmir. Feyerbax, fikri obyektlərdən həqiqətən fərqli olan hissi obyektlərlə məşğul olmaq istəyir, lakin o, insan fəaliyyətinin özünü predmet fəaliyyəti kimi götürmür. Buna görə də “Xristianlığın mahiyyəti”ndə Feyerbax, ancaq nəzəri fəaliyyəti həqiqi insan fəaliyyəti hesab edir, halbuki təcrübə ancaq, onun çirkin-çərçi təzahür formasında götürülüb qeyd olunur. Buna görə də Feyerbax, “inqilabi” fəaliyyətin, “əməli-tənqidi” fəaliyyətin əhəmiyyətini başa düşmür.

2 İnsan təfəkkürünün predmet həqiqiliyinə malik olub-olmadığı məsələsi heç də nəzəriyyə məsələsi olmayıb əməli məsələdir. İnsan öz təfəkkürünün həqiqiliyini, yəni gerçəkliyini və qüdrətini, bu dünyaya məxsus olduğunu təcrübədə sübut etməlidir. Təcrübədən təcrid olunan təfəkkürün gerçək olubolmadığı haqqındakı mübahisə, xalis sxolastik məsələdir.

3 İnsanların şərait və tərbiyənin məhsulu olduğu və deməli, dəyişilmiş insanların başqa şərait və dəyişmiş tərbiyənin məhsulu olduğu haqqındakı materialist nəzəriyyə, — bu nəzəriyyə yaddan çıxarır ki, şəraiti dəyişdirən məhz insanlardır və tərbiyə verənin özünə də tərbiyə vermək lazımdır. Buna görə həmin nəzəriyyə labüd olaraq belə bir nəticəyə gəlir ki, cəmiyyəti iki

10


hissəyə bölür və bu hissələrdən biri cəmiyyətin üstündə durur (məsələn, Robert Ouen etdiyi kimi). Şəraitin dəyişilməsi ilə insan fəaliyyəti arasındakı mütabiqlik ancaq inqilabi təcrübə olaraq qavranılıb ağıllı başa düşülə bilər.

4 Feyerbax dinin özünü özündən kənar etməsi faktını, dünyanı ikiləyib xəyala gətirilən dini dünya ilə gerçək dünyaya ayırmağı əsas tutur. Buna görə də o, dini dünyanı onun yer üzündəki əsasına müncər etməklə məşğul olur. O görmür ki, bu iş yerinə yetirildikdən sonra əsas iş hələ görülməmiş qalır, yəni yer üzündəki əsasın özünü özündən ayırması və buludlar arasında özü üçün müstəqil bir aləm yaratması ancaq, həmin yer üzündəki əsasın özünün parçalanmış olması ilə və öz ziddiyyəti ilə izah edilə bilər. Deməli, yer üzündəki əsas, əvvələn, öz ziddiyyəti daxilində dərk edilməli, sonra da, bu ziddiyyəti aradan qaldırmaq yolu ilə əməli surətdə inqilabiləşdirilməlidir. Deməli, misal üçün, müqəddəs ailənin sirri yer üzündəki ailədə açıldıqdan sonra, yer üzündəki ailənin özü nəzəri tənqiddən keçirilməli və əməli inqilabi surətdə dəyişdirilməlidir.

5 Abstrakt təfəkkürdən razı qalmayan Feyerbax hissi seyri irəli sürür; lakin o, hissiyyata əməli, insan-hissi fəaliyyəti kimi baxmır.

6 Feyerbax dinin mahiyyətini insan mahiyyətinə müncər edir. Lakin insanın mahiyyəti, ayrıca bir fərdə xas olan abstrakt bir şey deyildir. İnsan mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin məcmusudur. Feyerbax bu gerçək mahiyyətin tənqidi ilə məşğul olmur, buna görə də məcbur olub: 1) tarixin gedişini nəzərə almır, dini hissi [Gemüt] ayrılıqda götürərək tədqiq edir və abstrakt — təcrid olunmuş — insan fərdi olduğunu fərz edir;

11


2) buna görə Feyerbaxda insan mahiyyəti ancaq “nəsil” kimi, bir çox fərdləri bir-birinə ancaq təbii bağlarla bağlayan daxili, sezilməz bir ümumilik kimi anlaşıla bilər.

7 Buna görə Feyerbax görmür ki, “dini hissin” özü ictimai məhsuldur və onun təhlil etdiyi abstrakt fərd həqiqətdə müəyyən bir ictimai formaya mənsubdur.

8 İctimai həyat, mahiyyət etibarı ilə əməli həyatdır. Nəzəriyyəni mistisizmə aparıb çıxaran bütün dini ayinlər öz rasional həllini bəşər praktikasında və bu praktikanın anlaşılmasında tapır.

9 Seyrçi materializmin, yəni hissiyyatı əməli fəaliyyət kimi dərk etməyən materializmin nail ola bildiyi ən böyük şey — “vətəndaş cəmiyyətində” ayrıayrı fərdləri onun seyr etməsidir.

10 Köhnə materializmin nöqteyi-nəzəri “vətəndaş” cəmiyyətidir; yeni materializmin nöqteyi-nəzəri — insan cəmiyyətidir və ya ictimailəşmiş bəşəriyyətdir.

11 Filosoflar dünyanı ancaq müxtəlif şəkildə izah etmişlər, mətləb isə onu dəyişdirməkdən ibarətdir.

12


K. Marks tərəfindən 1845-ci ilin yazında yazılmışdır. İlk dəfə 1888-ci ildə F. Engelsin “Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu” əsərinin ayrıca nəşrinə əlavədə çap edilmişdir. K. Marks və F. Engelsin Əsərlərinin 2-ci nəşrindən, 3-cü cildin mətnindən çap olunur, səh. 1—4.

Qeydlər 1.

“Feyerbax haqqında tezislər”i K. Marks 1845-ci ilin baharında Brüsseldə yazmışdır. Bu zaman Marks tarixə aid öz materialist nəzəriyyəsinin inkişafını əsasən başa çatdırmış, materializmi bəşər cəmiyyətinin izahına şamil etmişdi. Engelsin verdiyi tərifə görə, tezislər “yeni dünyabaxışının dahiyanə rüşeymini verən ilk sənəddir” (Bax: K. Marks və F. Engels. Seçilmiş əsərləri 3 cilddə. 3-cü cild, “Lüdviq Feyerbax” kitabına müqəddimə). K. Marks “Feyerbax haqqında tezislər”də həm Feyerbax materializminin, həm də bütün əvvəlki materializmin əsas nöqsanını — onun passiv seyrçi xarakterini, insanın inqilabi, “əməli-tənqidi” fəaliyyətinin əhəmiyyətini başa düşmədiyini açıb göstərir. Marks dünyanı dərk etməkdə və onun simasını dəyişdirməkdə inqilabi təcrübənin həlledici rolu olduğunu qeyd edir. “Feyerbax haqqında tezislər” Marksın 1844—1847-ci illərə aid “Qeyd dəftərçəsi”ndədir və “Feyerbaxa dair” adlanır. Engels 1888-ci ildə “Tezislər”i nəşr edərkən, Marksın çap üçün nəzərdə tutmadığı həmin sənədi oxucunun daha yaxşı başa düşməsi uçün tezislərdə bəzi redaktə dəyişiklikləri etmişdir. K. Marksın və F. Engelsin əsərlərinin 2ci nəşrində olduğu kimi, həmin nəşrdə də “Tezislər” Engelsin nəşr etdiyi şəkildə verilib, 1888-ci il nəşrində olmayan kursivlər və dırnaqlar Marksın əlyazması əsasında əlavə edilir. “Feyerbax haqqında tezislər” adı Marksizm-Leninizm İnstitutu tərəfindən verilmişdir. — 1.

13


Maykl Parenti Demokratiya – Forma və məzmun (“Seçilmişlər üçün demokratiya” kitabından hissələr) Müxtəlif siyasi düşüncəli amerikalılar özlərinin demokratiyaya bağlılığını bəyan edir, lakin onların hamısı bu anlayışa müxtəlif məna verirlər. Bu kitabdakı “demokratiya” sözü dövlət idarəetmə sistemi kimi başa düşülür və həm forma, həm də məzmununa görə əhalinin geniş təbəqələrinin maraqlarını ifadə edir. Dövlət qərarları qəbul edən şəxslər imtiyazlı azlığın mənafeyi üçün deyil, əhalinin əksəriyyətinin maraqları üçün idarə etməlidirlər. Xalq öz nümayəndələrini elə tərzdə seçir ki, həmin nümayəndələr ona hesabat verə bilsinlər. Hesabat vermək nümayəndələrin açıq tənqidi, onların seçki yolu ilə mərhələli yoxlanılması kimi başa düşülür və zərurət yarandıqda, vəzifələrindən geri çağırılırlar. Demokratik idarə üsulu məhdud xarakterə malik olub, zülmkar mütləqiyyətə ziddir. Lakin demokratik xalq öz azadlığını iqtisadi və siyasi əsarətdən müdafiə etmək zəmanətlərinə malik olmalıdır. Əsl demokratiyada xalqın maddi həyat şəraiti humanist olmalıdır. Maddi şərait vətəndaşların müxtəlif qrupları üçün təzadlı şəkildə qeyri-bərabər ola və ya dözülməz şəkildə qəbul edilə bilməz. Kimsə bununla razılaşmayıb bəyan edə bilər ki, demokratiya, sadəcə, siyasi oyunlar üçün qaydalar sistemidir, bu sistemdə Konstitusiya və qanunlar, bir növ, qaydaların külliyatını ifadə edir. Biz isə mümkün düzəlişlərə də olsa, bu oyunun xüsusi iqtisadi şərtlərini sırımağa çalışmamalıyıq. Belə yanaşma, şübhəsiz ki, demokratiyanı oyuna çəkib aparacaq. Bu onu nəzərdə tutur ki, formal qaydalar real varlıqdan asılı olmayaraq da mövcud ola bilər. Fransız yazıçısı Anatol Frans qeyd etmişdir ki, qanun özünün möhtəşəm hüquq bərabərliyi ilə həm kasıblara, həm də varlılara çörək oğurlamağı və küçədə dilənçilik etməyi eyni dərəcədə qadağan edir. Bununla belə, “hamının hüququ” barədə danışanda sinfi şərtlər nəzərə alınmır və qanun sanki məzhəkəyə, fiksiyaya çevrilir. Belə sinfi şərtlər isə bir çox hallarda varlıları qanundan üstün, kasıbları isə qanundan kənar qoyur. Müəyyən maddi şərtlərlə bağlılığı olmayan formal hüquqlar milyonlarla insan üçün böyük əhəmiyyət kəsb etmir. Belə insanlar həmin hüquqlarını təcrübədə reallaşdırmaq üçün vəsaitlərə malik deyillər. Məsələn, “hər bir vətəndaşın eşidilə bilmək” hüququna baxaq. Hamı üçün hüquqların bərabərliyi qanunu həm varlılara, həm də kasıblara öz siyasi səslərini yüksəltmək imkanı verir. Həm varlılar, həm də kasıblar dövlət məmurlarına təsir göstərmək üçün azad surətdə nüfuzlu lobbiçiləri və Vaşinqton hüquqşünaslarını muzdla tutmaq hüququndan azaddırlar. Həm varlılar, həm də kasıblar özlərinin qəzet və ya televiziya stansiyası vasitəsilə ictimai rəyi azad şəkildə formalaşdırmaq hüququna malikdirlər. Həm varlılar, 14


həm də kasıblar özlərinə və ya öz siyasi favoritlərinə yüksək vəzifə qazandırmaq üçün dəyəri bir neçə milyon dollar olan seçki kampaniyasında iştirak etmək hüququna malikdirlər. Lakin bu formal bərabərlik bir uydurmadır. Siyasi oyundan kənarlaşdırılmış milyonlarla insana bu hüquqlar yaxşı nə vəd edir? Mühafizəkarlar, liberallar və sağ cinahdan mərkəzə qədər olan digər siyasi təmayüllərin nümayəndələri üçün kapitalizm və demokratiya birbirindən ayrılmazdır. Onların fikrincə, azad bazar müxtəlif növlü siyasi qruplardan plüralist “vətəndaş cəmiyyəti” yaradır. Bu cəmiyyət dövlətdən asılı olmadan fəaliyyət göstərir və siyasi azadlığın əsasını təmin edir. Real həyatda faşist Almaniyasından tutmuş “üçüncü dünya”nın indiki diktatura rejimlərinə qədər bir çox kapitalist cəmiyyətlərində azad sahibkarlıq sistemi mövcuddur, lakin siyasi azadlıq yoxdur. Belə sistemlərdə siyasi azadlıq kasıbların əməyini istismar etmək və ağlasığmaz şəkildə varlı olmaq azadlığı deməkdir. Transmilli korporasiyaların kapitalizmi siyasi demokratiyanın heç bir təminatlarını vermir, bir çox hallarda isə onun üçün əngələ çevrilir. Böyük biznes əhalinin nisbi azlığının maraqları çərçivəsində şəxsi gəlirlərin maksimal dərəcədə artırılmasında maraqlıdır və eyni zamanda, istehsalın mənfi nəticələrinin çox hissəsini bu cəmiyyətin çiyninə qoyur. Bunlar işsizlik, yoxsulluq, ətraf mühitin deqredasiyası, peşə travmatizmidir. Bütün bunlar şəxsi mülkiyyətə əsaslanan iqtisadiyyatın fəsadlı məhsulu, yəni tərs tərəfidir. Bütün bu sistem müəyyən effektiv fəaliyyət göstərdiyi zaman azlığın imtiyazlarına bazxmayaraq, demokratiya özünü əksəriyyətin rifahının müdafiəsinə həsr edir. Demokratiya hesab edir ki, hər bir insan eyni dərəcədə qiymətlidir və zəruri olan hər şeyi etməyə çalışır ki, var-dövləti və xüsusi istedadı olmayan insanlar da yaşayış vəsaitlərini daima qazana bilsinlər. “Kapitalist demokratiyası”nın ziddiyyətli təbiəti ondan ibarətdir ki, bir tərəfdən siyasi bərabərlik prinsiplərini elan edir, digər tərəfdən isə böyük siyasi təsir və maddi rifah bərabərsizliyi yaradır. Bəziləri fikirləşir ki, əgər onlar istədikləri şeylər barədə azad danışa bilirsə, deməli, demokratiya şəraitində yaşayırlar. Lakin demokratiya təkcə söz azadlığı demək deyil. Söz azadlığı demokratiyanın zəruri şərtlərindən yalnız biridir. Bir çox hallarda istədiyimizi danışmaqda azadıq. Lakin varlılar və güclülər də onlara nə deməyimizə fikir vermədən, bizdən nə istədiklərini deməkdə azaddırlar. Demokratiya seminar deyil, hər hansı hakimiyyət kimi bir sistemdir. Söz azadlığı da siyasi təşkilatlar və toplantı azadlığı kimi yalnız o halda müəyyən bir məna kəsb edir ki, bu azad söz eşidilsin, hakimiyyətə sahib olanlar isə idarə etdikləri qarşısında məsuliyyət daşısınlar. Seçkilər və partiyaların rəqabəti demokratiyanın mövcudluğu üçün birmənalı test deyil. Ümumi baxışlarla birləşmiş maliyyə elitaları bəzi ikipartiyalı və çoxpartiyalı sistemlərə elə dəqiq və ardıcıl nəzarət edirlər ki, siyasi həyatda iştirak etmək marağı tamamilə öldürülür. Onlar elə siyasət

15


təklif edirlər ki, rəhbər siyasi vəzifələrə kimin seçilməsindən asılı olmayaraq, “establishment”-in maraqlarına xidmət etsin. Bir daha qeyd etmək lazımdır ki, ABŞ-ı əsl demokratiyanın kasadlığına görə tənqid edən zaman öz dövlətimizə qarşı çıxmırıq və ona qarşı qeyriloyallıq göstərmirik. Əksinə! Demokratik vətəndaşlar dövlət qarşısında tənqidolunmaz sitayiş vəziyyətinə düşməməlidirlər. Onlar dövlətimizin və xalqın demokratik maraqlarına qarşı fəaliyyət göstərən imtiyazlara qarşı tənqidi münasibət göstərməlidirlər.

Müharibə və “qırmızı təhlükə” Birinci Dünya müharibəsi biznesi hakimiyyət sistemi ilə daha da yaxınlaşdırdı. İqtisadiyyatın bir çox sahələri biznes kapitanlarının təkliflərinə uyğun olaraq, hərbi ehtiyaclarla bağlı istehsala keçirildi. Artıq biznes kapitanlarının bir çoxu müdafiənin təşkili məqsədilə səfərbərliyə cavabdeh olan hökumət agentliklərinə rəhbərlik edirdilər. 1916-cı ildə milyonlarla insan aldığı əmək haqqı ilə öz ailəsini normal şəkildə saxlaya bilmirdi. Hər il 35000 insan istehsalatda əmək mühafizəsinin zəif olması səbəbindən ölür, 700000 insan isə elə həmin səbəbdən zədələrdən, xəstəliklərdən, korluqdan və peşə fəaliyyəti ilə əlaqədar olan əlilliyin başqa növlərindən əzab çəkirdi. Müharibə ölkədəki sinfi münaqişələri boğaraq, insanların fikrini yayındırdı və Almaniyadan “vəhşi Hanslar” tərəfdən gələn təhlükəyə yönəltdi. Amerikalıları müharibədəki səylər naminə qurbanlar verməyə çağırırdılar. Tətillər isə hərbi sənayeyə təxribatçı müdaxilələr kimi nəzərdən keçirilirdi. Federal qoşunlar “Dünyanın sənaye fəhlələri” təşkilatının mənzilqərargahlarında axtarışlar aparır, radikallara meyl etməkdə şübhəli olan fəhlələri həbsxanalara atırdılar. 1918-ci ildə müharibənin başa çatmasına az müddət qalmış Konqres təhrikçilik barədə qanun qəbul etdi. Bu qanuna görə, ABŞ hökumətinə, bayrağına və ya Konstitusiyasına sayğısızlıq göstərənlər və ya onlar barəsində “qeyri-loyal” fikir söyləyənlər məhkəmə qərarı ilə 25 ilə qədər həbs cəzasına məhkum edilirdi. Həmkarlar təşkilatları aktivlərinə, sosialistlərə və anarxistlərə daha qəddar cəzalar verilirdi. İlin sonunda ABŞın baş prokuroru Tomas Qreqori, Konqres üzvləri qarşısında bildirmişdi: “Bütün tariximiz boyu heç bir vaxt ölkəmizdə belə nümunəvi intizam olmamışdır”. Müharibədən sonrakı illərdə (1919 - 1921) federal hökumət “qirmızı təhlükə” adlanan siyasi kompaniya altında radikal xarakterli nəşrləri qadağan edir, tətillərin qadağan edilməsi barədə məhkəmə qərarları çıxarır, tətilçilərə divan tutur, kütləvi həbslər, sürgünlər keçirir, Konqresdə siyasi dissidentlər üzərində siyasi məhkəmə prosesləri və tədqiqatlar aparırdı. İctimai rəyə belə fikirlər aşılanırdı ki, boşleviklər (rus kommunistləri) artıq ABŞ-a hücum 16


etməyə hazırdırlar, kommunistlər öz ölkələrində oxumağı və ya yazmağı bacaran, yaxud, sadəcə olaraq, ağ yaxalıq taxan adamları oldürürlər. Bütün dünyanın burjua liderləri Rusiyada baş vermiş 1917-ci il inqilabını çin olmuş qorxulu yuxu kimi qarşıladılar. Fəhlə və kəndlilər çarın monarxiya rejimini devirməklə bərabər, həm də zavodlara, faydalı qazıntılara, çar imperiyasının böyük torpaq sahələrinə sahiblik edən kapitalistlər sinfini yıxdılar. ABŞ-ın dövlət katibi Robert Lansinq bu barədə deyirdi ki, inqilab, ABŞ da daxil olmaqla, digər ölkələrin sadə xalqlarına pis nümunə oldu. 1917ci ildə ABŞ, İngiltərə, Fransa və 11 kapitalist ölkəsi ilə birlikdə Sovet Rusiyasına hücum etdi, lakin onların inqilabi hökuməti devirmək üçün üç illik qanlı cəhdi uğursuz alındı. Tarixin bu səhifəsindən amerikalıların əksəriyyətinin xəbəri yoxdur (kursiv müəllifə aid deyil). 1920-ci illərin “caz əsri” çiçəklənmə dövrü hesab olunur. Birja möhtəkirçiliyi və sürətlə varlanmağa imkan verən digər maxinasiyalar çoxalırdı. Lakin əhalinin əsas kütləsi böyük ehtiyac içində yaşayır, ən zəruri tələbatlarını belə, ödəyə bilmirdi. 1928-ci ildə konqresmen Forello Laquardia Nyu-Yorkun kasıb rayonlarını gəzərək gördükləri barədə belə deyirdi: “Etiraf edim ki, gördüklərimə hazır deyildim. Belə yoxsulluğun reallıqda ola bilməsi, demək olar ki, ağlasığmazdır”. Buna əlavə olaraq, 1929-cu ildə fond birjasının iflası istehsal qüvvələrinin darmadağın olacağı barədə siqnal verdi və böyük depressiyanın başlanğıcının əsasını qoydu.

17



Pablo Neruda Fidel Kastro Havanaya zəfərli yürüşündən iki həftə sonra Fidel Kastro qısamüddətdə Karakasa gəldi. İstəyirdi ki, Kuba inqilabçılarına göstərdikləri kömək üçün, verdikləri silah üçün Venesuelanın hökumətinə və xalqına təşəkkürünü bildirsin. Təbii ki, bu köməyi prezident vəzifəsinə təzəcə seçilmiş Betankur deyil, qabaqkı prezident admiral Volfhanq Larrasabal göstərmişdi. Venesuelanın sol qüvvələrinə, o cümlədən kommunistlərə rəğbət bəsləyən Larrasabal Kuba inqilabçılarıyla həmrəy idi. Venesuelada Kuba inqilabının cavan lideri çox hərarətlə qarşılandı. Siyasi xadimlərin belə qarşılanmasını az görmüşəm. Fidel dalbadal dörd saat Karakasın ürəyi — əzəmətli “El Silensio” meydanında nitq söylədi. Ayaq üstə dayanıb tam sükutla onun uzun nitqinə qulaq asan iki yüz min adamın içində mən də vardım. Çoxları kimi mənim üçün də Fidel Kastronun çıxışı yenilik idi. O, əzəmətli kütlənin önündə çıxış edəndə anladım ki, Latın Amerikasında yeni dövr başlanır. Danışığındakı təzəlik və qeyri-adilik mənim xoşuma gəldi. Hətta ən yaxşı siyasi xadimlər və həmkarlar ittifaqı nümayəndələri belə danışarkən qəlib ifadələrdən istifadə edirlər. Onların nitqlərində dərin məna olur, amma ifadələr tapdanmış, köhnə olduğundan nitqin ilkin qüdrəti azalır. Fidel natiqlik qəliblərini tanımır. Onun dili sadə və inandırıcıdır. Görünür, danışıb öyrədəndə elə özü də öyrənir. Prezident Betankur mitinqdə deyildi. Ona heç vaxt hörmət göstərməyən Karakas əhalisi ilə görüşməkdən qorxmuşdu. Fidel onun adını çəkən kimi möhkəm fit və qışqırıq eşidilirdi. O isə bu səsləri əlinin işarəsiylə kəsməyə çalışırdı. Mənə elə gəlir ki, Kuba inqilabçısıyla Betankur arasındakı düşmənçilik elə o gün başlandı. Şəxsən mən elə düşünürəm ki, o nitq, odlualovlu Fidelin çoxminlik kütlədə doğurduğu o coşqunluq, Karakasda camaatın özünü unudaraq ona qulaq asması köhnə biçimli siyasi xadim olan, dəbdəbəli ritorikaya, komitələrə və komissiyalara, gizli iclaslara adət eləmiş Betankurun şəninə toxundu, onu rəncidələndirdi. Elə o gündən etibarən Betankur Fidel Kastroya, Kuba inqilabına dəxli olan hər şeyi qəddarcasına təqib eləyirdi. Mitinqin ertəsi günü şəhər kənarında qonaqlıqdaydıq. Gözlənilmədən bizə motosikletçilər yaxınlaşıb Kuba səfarətxanasına (səfirlik) dəvətnamə gətirdilər. Sən demə, bütün günü məni axtarırlarmış, harda olduğumdan təsadüfən xəbər tutmuşdular. Qəbul axşama təyin olunmuşdu və Matildayla mən birbaşa səfarətxanaya yollandıq. Səfarətxananın yanındakı küçələrə camaat yığışmışdı, zorla keçə bildik. O qədər adam dəvət olunmuşdu ki, bütün zallar da, bağ da dolu idi. Biz əllərində kokteyl bokalı tutmuş adamların arasından ötərək zaldanzala keçirdik. Kimsə bizi dəhlizdən keçirdi, sonra pilləkənlərlə ikinci 19


mərtəbəyə qaldırdı. Yuxarıda bizi Fidelin dostu və şəxsi katibi Seliya gözləyirdi. Matilda onunla qaldı. Məni qonşu otağa dəvət elədilər. Bir bağbanın, ya da sürücünün yataq otağına bənzəyirdi. Otaqda balaca miz və çarpayı vardı. Kimsə çarpayını belə yığışdırmağa macal tapmayaraq getmişdi, hətta balış da yerdəydi. Fikirləşdim ki, Kuba lideri ilə görüşmək üçün məni başqa, daha münasib otağa aparacaqlar. Amma yox. Qəflətən qapı açıldı və mən qapı içindəki bütün boşluğu öz vücuduyla dolduran Fidel Kastronu gördüm. O məndən heç olmasa bir qarış hündür idi. Mənə sarı cumaraq — Salam, Pablo! — dedi və bərk-bərk qucaqladı. Onun səsi çox yüksək idi. Elə görünüşü də nəyləsə səsiə uyğun gəlirdi. Fidel hündür kişi təsəvvürü yaratmırdı, daha çox hündür uşağa — birdən-birə ayaqları uzanan, seyrək yeniyetmə saqqallı üzü isə uşağınkı kimi qalan uşağa bənzəyirdi. Qəflətən elə bil onu elektrik cərəyanı vurdu, məni qucağından buraxıb otağın o biri küncünə cumdu. Gizlincə otağa girmiş, kamerasını bizə yönəldən fotomüxbiri indi gördüm. Bir sıçrayışa özünü ona yetirən Fidel müxbirdən yapışıb əməlli-başlı silkələdi. Kamera da yerə düşdü. Canını qurtara bilməyən bəstəboy fotomüxbirin yazıq görkəmindən qorxub irəli atıldım, Fidelin əlindən yapışdım. Məsələ onunla bitdi ki, müxbiri otaqdan çıxardılar. Sonra Fidel üzünü mənə çevirib gülümsədi, fotoaparatı qaldıraraq çarpayının üstünə tulladı. Baş vermiş hadisə barədə bircə kəlmə də kəsmədən bütün Latın Amerikası üçün mətbuat agentliyi yaratmaq planı haqda söhbətə başladıq. Ola bilər ki, “Prensa Latina” məhz bu söhbətdən yaranıb. Tezliklə o bir qapıdan, mənsə başqa qapıdan qəbul gedən yerə qayıtdıq. Bir saat sonra Matildayla mehmanxanaya qayıdarkən mən fotomüxbirin çaşqın sifətini yadıma saldım və partizan rəhbərinin reaksiyasının itiliyi barədə düşündüm. Bu mənim Fidel Kastro ilə ilk görüşüm idi. Niyə mənimlə şəkil çəkdirməyi qətiyyən istəmirdi? Görəsən bu işdə bir siyasət yoxdur ki, Mən heç indi də başa düşmürəm ki, hansı səbəbdən bizim söhbətimiz bu qədər məxfi oldu.

*** Çe Gevarayla ilk görüşüm isə başqa cür oldu. Bu görüş Havanada baş verdi. O məni ya maliyyə, ya da iqtisadiyyat nazirliyinə — indi artıq yadımda deyil — dəvət etmişdi. Gecə saat birə yaxın onun yanına gəldim. Saat on ikiyə danışmışdıq, mən gecikdim: çox uzanmış bir iclasın rəyasət heyətində əyləşmişdim. Çe Gevara uzunboğaz çəkmədə, hərbi geyimdə idi, kəmərinə tapança sancmışdı. Bütün bunlar bank binasının mühitinə qətiyyən uyğun gəlmirdi.

20


Gevara qarabuğdayı idi, aramla, aydın hiss olunan Argentina ləhcəsində danışırdı. Adam bu şəxslə tələsmədən, pampada, açıq səma altında, isti mate içə-içə söhbətləşmək istəyirdi. O qısa ifadələrlə danışır, onların hər birini təbəssümlə bitirirdi, elə bil müsahibini öz fikrini bildirməyə çağırırdı. Gevaranın “Bəşəri mahnı” kitabım barədə dedikləri mənə ləzzət verdi. O kitabı axşamlar Syerra-Maestra partizanlarına oxuyurmuş. İllər keçib, mən hələ də şeirlərimin lap ölənədək onun yanında olması barədə fikirdən əsiməsim əsirəm. Reji Debre mənə danışdı ki, Gevara Boliviya dağlarında öz çantasında son saatadək iki kitab saxlayırmı; hesab məsələləri kitabı və “Bəşəri mahnı”. O gecə Çe Gevaradan məni düşündürən və bəlkə də onun taleyini qismən izah edən sözlər eşitdim. Biz Birləşmiş Ştatların Kuba üzərinə ehtimal basqınından danışırdıq. O gah mənə baxır, gah da nəzərlərini qaranlıq pəncərəyə zilləyirdi. Mən Havananın küçələrində, müxtəlif yerlərdə qumla dolu kisələr görürdüm. Gözlənilmədən Çe Gevara dedi: — Müharibə... Müharibə... Biz müharibə əleyhinəyik, amma nə qədər ki vuruşuruq müharibəsiz keçinə bilmərik. Biz ona hər dəqiqə hazırıq. O fikirlərini ucadan deyir, sözlərini özünə də, mənə də izah edirdi. Mat qalmışdım. Mənim üçün müharibə təhlükəydi, onun üçün labüdlük. Biz vidalaşdıq və bir də onu görmədim. Sonra isə Boliviya selvasında döyüş oldu və Gevaranın faciəli ölümü yetişdi. Mənim yaddaşımda o, bütün qəhrəmanlıq döyüşlərində silahla yanaşı, poeziya üçün yer saxlayan, xəyala dalan bir insan kimi qaldı. Latın Amerikası “ümid” sözünü çox sevir. Bizi “ümid qitəsi” adlandıranda xoşumuza gəlir. Deputatlığa, senatorluğa və prezidentliyə namizədlərimiz özlərinin “ümid namizədləri” adlandırırlar. Əslində isə bu ümid təxminən vəd edilmiş, lakin daim təxirə salınan cənnət kimi, vəd edilmiş mükafat kimi bir şeydir. Gələn seçkilərədək, gələn ilədək, gələn əsrədək təxirə salınır... Kuba inqilabı baş verəndə milyonlarla latın amerikalı birdən yuxudan oyandı. Onlar inana bilmirdilər. Ümid barədə ümidsiz arzularla yaşayan qitənin salnaməsində qabaqlar belə bir şey olmamışdı. Budur, indi isə əvvəllər heç kəsin tanımadığı kubalı Fidel Kastro ümidin saçlarından, ayaqlarından yapışıb uçmağa qoymur, onu öz mizi arxasına əyləşdirir. Latın Amerikası evindəki mizin arxasına. O vaxtdan bəri reallığa çevrilmiş ümidə sarı aparan yolda uzağa addımlamışıq. Amma ürəyimiz narahatlıq içindədir. Qonşu ölkə — çox güclü imperialist ölkəsi Kubanı əzmək, bu ümidi yox etmək istəyir. Latın amerikalılar hər gün qəzetləri oxuyur, hər axşam radioya qulaq asırlar. Və razılıq hissilə nəfəs alırlar: Kuba yaşayır. Bir gün də ötür. Bir il də. Bir beşillik də... Bizim ümidin başını kəsmədilər. O yaşayacaq! 21



Nazim Hikmət Günəşi içənlərin mahnısı

Bu bir mahnı, saxsı çanaqlarda günəşi içənlərin mahnısı. Bu bir hörgü, Alov bir saç hörgüsü: qıvranır; Qanlı, qızıl bir məşəl kimi yanır buğdayı alınlarında mis ayaqları çılpaq qəhrəmanların! Mən də onlarla günəşə gedən körpüdən keçdim. Xəbərdar edirəm səni, mən də içdim saxsı çanaqlarda günəşi, mən də oxudum o mahnını. Ürəyimiz sürətini torpaqdan aldı, qızıl yallı aslanların ağzını yırtaraq gərindik, sıçradıq, ildırım küləklərə mindik, qayalardan qayalarla qopan qartallar çırpır işıqda işıldayan qanadlarını; Alov biləkli süvarilər qamçılayır şaha qalxan atlarını! Axın var, Günəşə axın! Günəşi zəbt edəcəyik, Günəşin zəbti yaxın! Düşməsin bizimlə yola, evində ağlayanların göz yaşlarını boynunda ağır bir zəncir kimi daşıyanlar! Gəlməsin dalımızca 23


öz qəlbinin qabığında yaşayanlar! Baxın, bu günəşdən düşən alovda milyonlarla qırmızı ürək yanır. Sən də çıxar döşünün qəfəsindən ürəyini, bu günəşdən düşən alova fırlat, ürəyini ürəklərimizin yanına at! Axın var, Günəşə axın! Günəşi zəbt edəcəyik, Günəşin zəbti yaxın! Biz torpaqdan, oddan, sudan, dəmirdən doğulduq, Günəş əmizdirir körpələrimizə arvadlarımız. Torpaq qoxur mis saqqallarımız! Nəşəmiz isti, qan qədər isti, igidlərin yuxularında yanan o “an” qədər isti!.. Nərdivanlarımızın çəngəlini ulduzlara asaraq ölülərimizin başlarından basaraq, ucalırıq günəşə doğru! Ölənlər döyüşüb öldülər, günəşə gömüldülər. Vaxtımız yox onların matəmini tutmağa. Axın var. Günəşə axın! Günəşi zəbt edəcəyik, günəşin zəbti yaxın! Tüstülənir üzümləri qan damcılı qırmızı bağçalar, Qıvrım-qıvrım ötür qalın kərpic bacalar. Bağırdı ən qabaqda gedən, əmr edən. Bu səs, bu səsin qüvvəti, bu qüvvət, yaralı ac qurdların gözlərinə pərdə vuran, 24


onları olduqları yerdə durduran qüvvət! Əmr et ki, ölək, əmr et!.. Günəşi içirik səsində. Coşuruq, coşur... Odlu üfüqlərin dumanlı pərdəsində Mizraqları göyü yırtan atlılar qoşur! Günəşə axın var. Günəşə axın! Günəşi zəbt edəcəyik, Günəşin zəbti yaxın! Yer mis, elə bil göydən də mis yağır. Ucalt gur səsini. Oxu Günəşi içənlərin mahnısını. Bağır. Bağıraq!.

1928

25


Andrey Anikin Adam Smit (“Elmin gəncliyi” kitabından hissələr) Şotland müdriki: Adam Smit

A

dam Smitin əsərlərində klassik siyasi iqtisad özünün inkişafını və ardıcıl ifadəsini tapmışdır. Son on ildə Smit haqqında ədəbiyyat onlarla kitab və yüzlərlə məqalə ilə zənginləşmişdir. Bu, yalnız qismən xarici amillər — “Xalqların sərvəti” əsərinin çapdan çıxmasının 200 illiyinin tamam olduğu 1976-cı il yubileyi ilə əlaqədardır. Başlıca cəhət bundan ibarətdir ki, Smit indinin özündə də iqtisad elminin canlı siması olaraq qalmaqdadır. Viktorian dövrünün ingilis iqtisadçısı və publisisti Uolter Bedcet (Walter Bagehot) hələ 1876-cı ildə yazmışdı: “Adam Smitin siyasi iqtisadı haqqında demək olar ki, sonsuz dərəcədə çox deyilmişdir. Adam Smitin özü haqqında isə çox az deyilmişdir. Halbuki məsələ bundan ibarət deyildir ki, Smit ən özünəməxsus adamlardan biri olmuşdur, eyni zamanda ondan ibarətdir ki, onun haqqında bir insan kimi təsəvvürə malik olmadan çox çətin ki, kitablarını başa düşmək mümkün olsun”.1 Bedcetdən sonra smitşünaslıq, əlbəttə,irəliyə doğru addımlamışdır. Bununla belə, 1948-ci ildə ingilis alimi Aleksandr Qrey demişdir: “Adam Smit 18-ci əsrin elə son dərəcə görkəmli zəkalarından biri olmuş, 19-cu əsrdə öz xüsusi ölkəsində və bütün dünyada elə böyük nüfuza malik olmuşdur ki, onun həyatının ... təfsilatı haqqında pis məlumata malik olmamız bir qədər qəribə görünər. Onun bioqrafı material çatışmazlığını məcburən bununla tamamlamalı olur ki, Adam Smitin bioqrafiyasından daha çox onun zəmanəsinin tarixini yazır.2 Dövrün ehtiyacları lazımi, istənilən adamı meydana gətirir. Kapitalist təsərrüfatının özünün inkişafı ilə şərtlənmiş olan siyasi iqtisad İngiltərədə elə bir mərhələyə çatmışdı ki, bu zaman sistem yaratmağın zərurəti, iqtisadi bilikləri qaydaya salmaq və ümumiləşdirmək zərurəti meydana gəlmişdi. Smit belə bir vəzifənin öhdəsindən gələ biləcək şəxsiyyət və alim idi. Bu şotlandiyalı abstrakt təfəkkür qabiliyyətini konkret şeylər haqqında canlı şəkildə danışmaq bacarığı ilə, ensiklopedik bilikliliyini, müstəsna bir vicdanlılıqla və elmi düzlüklə, digər alimlərin ideyalarından istifadə etmək bacarığını böyük fikir müstəqilliyi və tənqidiliyi ilə, elmi və vətəndaşlıq cəsarətini professor təmkinliyi və müntəzəmliyi ilə xoşbəxt bir şəkildə özündə birləşdirmişdi. 1 2

W. Bagehot. Historical Essays. N.Y, 1966, p. 79. A. Gray. Adam Smith. L, 1948, p.3.

26


İqtisad elminin zərifliyi bundan ibarətdir ki, o zahirən sadə və gündəlik, lakin insan üçün mühüm həyati əhəmiyyətə malik olan hadisələrin mənasını başa düşməyə imkan verir və ya heç olmasa onu izah etməyə çalışır. Belə görünə bilər ki, bu pul nə qədər də sadə şeydir. Elə bir adam tapılmaz ki, o, əlində pul tutmamış olsun və onun nə olduğunu bilməsin. Lakin pulun sirləri çoxdur. İqtisadçılar üçün bu problem son dərəcə mürəkkəbdir və şübhə yoxdur ki, bu problem onların zehnini hələ çox məşğul edəcəkdir. Smit adi təsərrüfat hadisələrinin romantikasını heyranedici bir şəkildə hiss edib duyurdu. Onun qələmi altında bu alış-veriş, torpaq icarəsi və muzd fəhlə tutulması, vergilərin verilməsi və veksellərin uçota alınması aktları tamam başqa məna alır və maraq doğururdu. Sən demə, bunlarsız dövlətin idarə edilməsi siyasətinin “nəcib” yuxarı təbəqəsində nələr baş verdiyini anlamaq da mümkün deyildir. Bayron və Puşkin zəmanəsində siyasi iqtisadın bu qədər maraq doğrumasında o, Smitə borcludur. Lakin ən başlıca cəhət bundan ibarətdir ki, Smit inkişaf etməkdə olan sənaye burjuaziyasının mənafeyini ifadə etsə də, heç bir vəchlə onun qəti müdafiəçisi olmamışdır. Smit elmi qərəzsizliyə və mühakimə müstəqilliyinə subyektiv olaraq səy edirdi, eyni zamanda xeyli dərəcədə buna nail olurdu. Bu cür keyfiyyətlər ona elmi siyasi iqtisad sistemini yaratmaq imkanını vermişdir. Marksın ifadəsinə görə “bu, burjua cəmiyyətinin daxili fiziologiyasına nüfuz etmək cəhdi idi”. Smitin kitabı bəşər mədəniyyətinin böyük abidəsidir, 18-ci əsr iqtisadi fikrinin zirvəsi idi.

*** “İqtisadi adam”

S

mit Parisdə 1765-ci ilin dekabrından 1766-cı ilin oktyabrına qədər, yəni bir il keçirmişdir. Lakin o, Paris məclislərində əvvəlki üç il müddətində Yum qədər və 10 mil keçdikdən sonra Franklin qədər yer tuta bilməmişdir. Smit cəmiyyətdə şöhrətlənmək üçün yaradılmamışdı və bunu özü yaxşı başa düşürdü. Böyük şəxsi lətafətə və gözəl ağıla malik olan Helvetsi ilə tanışlığın onun üçün xüsusi əhəmiyyəti olmuşdur. Helvetsi öz fəlsəfəsində etikanı kilsəfeodal buxovlarından azad etməyə çalışaraq eqoizmi insanın təbii xassısi və cəmiyyətin tərəqqisinin amili elan etmişdir. Yeni, mahiyyət etibarilə burjua etikası şəxsi faydaya təbii meyli üzərində qurulmuşdur. Bu şəxsi meyl yalnız başqa adamların belə təbii meyli ilə məhdudlaşırdı. Helvetsi cəmiyyətdəki şəxsi mənafeyin rolunu təbiətdəki ümumdünya cazibəsinin rolu ilə müqayisə edirdi. İnsanların təbii bərabərliyi ideyası bununla əlaqədardır: anadan olmasından və vəziyyətindən asılı olmayaraq hər bir adama öz faydasını

27


güdmək sahəsində bərabər hüquq verilməlidir və bütün cəmiyyət bundan udar. Smit bu ideyaları inkişaf etdirmiş və onları siyasi iqtisada tətbiq etmişdir. İnsanın təbiəti haqqında, insan və cəmiyyətin qarşılıqlı münasibəti haqqında Smit tərəfindən yaradılmış təsəvvür klassik məktəbin baxışlarının əsasını təşkil etmişdir. “Homo oeconomicus” (“iqtisadi adam”) anlayışı bir qədər sonra yaranmışdır, lakin onun yaradıcıları Smitə əsaslanmışlar. “Görünməyən əl” haqqında məşhur formul ola bilsin ki, “Xalqların sərvəti”ndən ən tez-tez sitat gətirilən yerdir. Smitin fikirlərinin gedişini belə təsəvvür etmək olar. İnsanın təsərrüfat fəaliyyətinin başlıca motivini şəxsi mənafe təşkil edir. Lakin insan öz mənafeyini yalnız başqa adamlara qulluq göstərməklə, öz əməyini və əmək məhsullarını mübadilə etməklə güdə bilər. Əmək bölgüsü bu qaydada inkişaf edir. Adamlar bir-birinə kömək edirlər və eyni zamanda cəmiyyətin inkişafına şərait yaradırlar. Doğrudur, onlardan hər biri eqoistdir və yalnız öz mənafeyinin qeydinə qalır. İnsanların maddi vəziyyətlərini yaxşılaşdırmağa təbii surətdə çalışmaları elə bir güclü stimuldur ki, əgər ona maneəsiz fəaliyyət göstərməyə imkan versən, o özü özlüyündə cəmiyyəti rifaha gətirib çıxarmağa qadirdir. Bundan əlavə, necə deyərlər, təbiəti qapıdan qovub çıxarsan, bacadan içəri daxil olacaqdır: bu stimul hətta “insan qanunlarının ağılsızlığının insanın fəaliyyətini bu qədər tez-tez çətinləşdirdiyi yüzlərlə acınacaqlı maneəçilikləri aradan qaldırmağa” qadirdir. Burada Smit insanın “təbii azadlığını” — satmaq və satın almaq, işçi tutmaq və işçi tutulmaq, istehsal etmək və istehlak etmək azadlığını məhdudlaşdıran merkantilizmə qaşı kəskin çıxış edir. Hər bir ayrıca adam öz kapitalından (gördüyümüz kimi söhbət mahiyyətcə sadəcə olaraq insandan deyil, kapitalistdən gedir) elə qaydada istifadə etməyə çalışır ki, onun məhsulu daha böyük dəyərə malik olsun. Adətən o, ictimai fayda haqqında heç düşünmür də və bu faydaya nə qədər kömək etdiyini heç anlamır da. O özünün yalnız şəxsi mənafeyini nəzərdə tutur, lakin bir çox digər hallarda olduğu kimi bu halda da o, görünməyən əllə (kursiv mənimdir — A. A) heç onun niyyətlərinə daxil olmayan məqsədə doğru yönəldir. O özünün şəxsi mənafeyini güdməklə şüurlu surətdə bunu etməyə çalışdığından tez-tez daha gerçək şəkildə cəmiyyətin mənafeyinə xidmət etmiş olur. “Görünməyən əl” — obyektiv iqtisadi qanunların kortəbii fəaliyyətidir. Bu qanunlar insanların iradəsindən kənarda çox vaxt onların iradəsinə qarşı təsir göstərir. İqtisadi qanun haqqında anlayışı bu qaydada elmə daxil edərək Smit irəliyə doğru mühüm addım atmışdır. Bununla da o, mahiyyət etibarilə siyasi iqtisadı elmi əsas üzərinə qoymuşdur. Şəxsi mənafenin və iqtisadi inkişafın kortəbii qanunlarının əlverişli təsirinin daha səmərəli şəkildə həyata keçirildiyi şəraiti Smit təbii qayda adlandırmışdır. Smitdə və siyasi iqtisadçıların sonrakı nəsillərində bu anlayışın bir növ iki mənası vardır. Bir 28


tərəfdən bu, iqtisadi siyasətin, Laissez faire siyasətinin prinsip və məqsədidir. Digər tərəfdən isə, iqtisadi gerçəkliyi öyrənmək üçün nəzəri konstruksiyadır, “modeldir”. Fizikada ideal qaz və ideal maye abstraksiyaları təbiəti dərk etməyin ən faydalı alətləri kimi tətbiq olunurlar. Real qazlar və mayelər özlərini “ideal şəkildə” aparmırlar və ya özlərini “ideal şəkildə” yalnız bir sıra müəyyən vəziyyətlərdə aparırlar. Lakin hadisələri “xalis şəkildə” öyrənmək üçün bu pozulmalardan sərf-nəzər edilməyin böyük mənası vardır. Siyasi iqtisaddakı “iqtisadi insan” və azad (kamil) rəqabət abstraksiyası nə isə buna bənzər şeydir. Real insan şəxsi fayda güdən mənafeyə müncər oluna bilməz. Eynilə bu qaydada da kapitalizmdə mütləq azad rəqabət heç bir zaman olmamışdır və ola da bilməz. Lakin elm sonsuz dərəcədə mürəkkəb və rəngarəng gerçəkliyi sadələşdirən, modelləşdirən, bu gerçəklikdəki mühüm cəhətləri seçib ayıran müəyyən ehtimallara yol verməsə, kütləvi iqtisadi hadisələri və prosesləri öyrənə bilməzdi . Bu nöqteyi-nəzərdən “iqtisadi insan” və azad rəqabət abstraksiyası tamamilə bəraət qazanmışdı və iqtisad elmində mühüm rol oynamışdır. Xüsusilə bu abstraksiya 18 və 19-cu əsrlərdə kapitalizm reallığına uyğun gəlirdi. Marksist iqtisad nəzəriyyəsindən iki misal gətirək. Dəyər qanunu istehsalın kortəbii tənzimləyicisi və təkanvericisi kimi xüsusi mülkiyyətə əsaslanan əmtəə təsərrüfatında fəaliyyət göstərir. Məsələn, əgər mövcud əmtəə istehsalçısı hər hansı texniki yeniliklərin sayəsində əmtəə vahidinin buraxılışına sərf etdiyi iş vaxtını azaldırsa, onda həmin əmtəənin fərdi dəyəri də aşağı düşür. Lakin iş vaxtının orta ictimai məsrəfləri ilə müəyyən edilən ictimai dəyər digər şərtlər bərabər olduqda dəyişmir. Bizim mahir əmtəə istehsalçısı öz əmtəəsinin hər bir vahidini prinsipcə ictimai dəyərlə müəyyən olunan əvvəlki qiymətə satacaq və əlavə gəlir əldə edəcəkdir. Deyək ki, o, iş günü ərzində başqalarına nisbətən 25% çox əmtəə vahidi istehsal edir. Aydındır ki, rəqabətdə olan əmtəə istehsalçıları yeni texnikanı mənimsəməyə çalışırlar. “Texniki tərəqqinin stimullaşdırılmasının mexanizminin ilk əsası belədir. İnsanların iradəsindən asılı olmayan təsvir olunmuş kortəbii amillərin təsirinin nəticəsi olaraq bir əmtəə vahidinə sərf olunan ictimai zəruri əmək xərcləri azalacaq və ictimai dəyər aşağı düşəcəkdir. Görmək çətin deyildir ki, hər bir əmtəə istehsalçısı burada öz gəlirini maksimum dərəcədə artırmağa çalışaraq “iqtisadi insan” kimi fəaliyyət göstərir və bu fəaliyyətin baş verdiyi şərait isə azad rəqabət üçün şəraitdir. Başqa bir misal — azad rəqabət kapitalizmi şəraitində orta mənfəət normasının əmələ gəlməsi. Ağlasığan deyildir ki, mənfəət norması hər hansı uzun bir vaxt ərzində müxtəlif sahibkarlıq sahələrində əsaslı dərəcədə müxtəlif müxtəlif ola bilsin. Mənfəət normasının bərabərləşməsi obyektiv zərurət kimi çıxış edir. Bu bərabərləşməni təmin edən mexanizm sahələrarası rəqabətdə və kapitalın daha aşağı mənfəət norması olan sahədən daha 29


yüksək mənfəət norması olan sahəyə axışmasındadır. Hər halda aydındır ki, kapitalist burada yalnız bir tərəfdən — mənfəətə səy göstərilməsinin təcəssümü kimi nəzərdən keçirilir. Kapitalın bir sahədən digərinə axışmasının qeyri-məhdud imkana malik olması haqqında şərt azad rəqabət haqqında şərtlə eyni mənalıdır. Şübhəsiz ki, əsl gerçəklikdə kapitalın bir sahədən digərinə axınını məhdudlaşdıran amillər həmişə olmuşdur və Marks onları yaxşı bilirdi. Lakin bu amillər yalnız “ideal şəkildə” nəzərdən keçirildikdən sonra modelə daxil edilməlidir. Marksın ifadəsinə görə kapitalist şəxsləşdirilmiş kapitaldır. Başqa cür deyilsə, siyasi iqtisad üçün hər bir ayrıca kapitalistin şəxsi xassələri, keyfiyyətləri əhəmiyyət kəsb edə bilməz. Elm üçün hər bir ayrıca kapitalist yalnız bu mənada və ona görə maraqlıdır ki, onda kapitalın ictimai münasibətləri ifadə olunur. Burada Smitin fikirləri ilə müəyyən yaxınlıq hiss olunur. Lakin nəticə tamamilə başqadır. Smitdə kapitalist öz mənfəətini güdməklə kapitalizmi möhkəmləndirir. Marksda kapitalist ümumiyyətlə elə bu qaydada hərəkət edərək nəinki kapitalizmin məhsuldar qüvvələrini inkişaf etdirir, eyni zamanda obyektiv surətdə onun qanunauyğun sonunu hazırlayır. Digər prinsipial fərq də bununla bağlıdır. Marks insanı tarixi materializm nöqteyi-nəzərindən uzun sürən ictimai inkişafın məhsulu kimi nəzərdən keçirir. Həmin insan siyasi iqtisadın obyekti kimi yalnız hazırkı konkret sinfi cəmiyyət dairəsində mövcuddur və bu cəmiyyətin qanunlarına uyğun olaraq fəaliyyət göstərir. Adam Smit üçün isə onun “iqtisadi adamı” əbədi və tənii insan təbiətinin ifadəsidir. Bu, inkişafın məhsulu deyil, daha çox onun çıxış nöqtəsidir. İnsanın təbiəti haqqında bu cür tarixdənkənar anlayış məsələsində Smit dövrünün bütün görkəmli mütəfəkkirləri ilə, xüsusilə Helvetsi ilə razı idi. “İqtisadi insan” konsepsiyası ilə Smit çox böyük nəzəri və əməli əhəmiyyəti olan məsələni insanın təsərrüfat fəaliyyətinin motivləri və stimulları haqqında məsələni irəli sürmüşdür. Əgər nəzərdə tutsaq ki, onun “təbii” insan anlayışı altında burjua cəmiyyətinin gerçək insanı gizlənirdi, onda Smit də bu suala öz zəmanəsi üçün səmərəli və dərin cavab vermişdir.

30


Maarifçilik nədir? Bu məqaləni yazmamışdan əvvəl, masa arxasında oturub nahar edirdim. Ağlımdan bir sıra şəxslər haqqında fikirlər keçirdi. "Kuba niyə Roma papası ilə rusların patriarxı Kirilin görüşünü keçirməyə razılıq verib?" kimi suallar. Hələ Raul Kastronun "din keşikçilərinə" baxaraq hörmət əlaməti olaraq gülməyini gördükdə ümidlərim lap puç oldu. Daha sonra maarifçiliklə bağlı fikirlərə daldım. Və elə bu anda ağlımdan belə bir sual keçdi: "Maarifçilik nədir?" Öz-özümə danışaraq bu sualı gözəl şəkildə izah edirdim ki, bu izahatı kəlmələrə düzmək üçün naharı yarımçıq qoyub yerimdən atılaraq, tez qaçıb digər otağa keçdim. Və indi bu izahatı yazmağa başlayıram. Maarifçiliklə bağlı müzakirələr dedikdə, yadıma bir hadisə düşür. Məqaləni də bu hadisənin motivləri əsasında yazmağı uyğun bildim. Bakıda zirzəmidə yerləşən bir bukinist var. Cavid Babəklə mən tez-tez oraya baş çəkərdik. Günlərin birində də, yenə nadir kitablar tapmaq ümidilə oraya yollandıq. Mağazanın sahibi orada olmasa da, alıcıları qarşılamaq üçün bir neçə nəfər satıcı təyin etmişdi. Xülasə, söhbət kitabın baha olmasından başladı və satıcılardan biri dedi ki, yox filan müəllim (mağazanın sahibi) çox gözəl insandır, maarifçidir; nə qədər olub ki, gənclərə pulsuz kitab da verib. Bax elə bu məqamda söhbət ziddiyətin zirvəsinə aparam cığıra qədəm qoydu. Yoldaş Babək etiraz etdi ki, "Yox! Maarifçilik fərdlərin işi deyil!". Təbii ki, ilk baxışdan absurd görünə bilər və elə göründü də. Satıcılar dərhal etiraz etdilər ki, "Fakt budur ki, bu adam nə qədər kitab göndərib kimsəsiz uşaqlar evinə, həbsxanalara filan". Digər satıcı da onu dəstəklədi. Doğrusunu desəm, mən də Cavid Babəkin fikrini o qədər də anlamamışdım, buna baxmayaraq, onun mövqeyində durmuşdum. Yoldaşın nəyə görə bu fikirdə olmasını indi dərindən başa düşürəm və ona tamamilə haqq qazandırıram.Məsələ burasındadır ki, yoldaş Babək bildirirdi ki, maarifçilik ciddi olaraq ümumi sistem şəklində həyata keçirilmirsə, o zaman fərd bu məsələdə heç bir şey edə bilməz. Yəni, fərd sistemin (quruluşun) alt çoxluğudur, ona tabedir. Kiçik bir şey (fərd), içərisində olduğu böyük bir şeydən (sistemdən) asılıdır. Bu birbaşa dövlətin işidir ki, bu da kapitalizmdə mümkün olan bir şey deyildir. Yəni, kapitalist dövlətə əsas lazım olan satılan hər bir şeyin istehsalıdır. Fərq etməz, insanlara faydalıdır, onları maarifləndirəcək yoxsa yox. Həmin mağazanın sahibini götürsək (onu şəxsən tanıyıram), o da yaşamaq üçün, həyatda qalmaq üçün pul qazanmalıdır. Bax elə bu nöqtədə maarifçilik "konsepsiyası" süquta uğrayır. Bəlkə də o insanın oxuduğu, üstünlük verdiyi kitablar elmi, fəlsəfi, insanlara həqiqəti öyrədəcək kitablardır. Amma, o şəxs alıcılara o kitabları məsləhət bilmirsə və sırf yaxşı satılır deyə, detektiv, "filan şeyin 100 qaydası" tipli geydirmə kitablar satırsa, o artıq maarifçilikdən çıxmış olur. Bunu etməmək isə kapitalizm şəraitində mümkün deyildir. Bu

31


şərtlər altında, sən özünü dolandırmalısan, maarifçilik də edə bilərsən, əgər hünərin çatırsa... Təbii ki, sistem insanları elə vəziyyətə gətirib ki, maarifçilik anlayışı öz real mahiyyətini itirib. Bir-iki yerə pulsuz kitab göndərən, qeyri-səmimi şəkildə, sırf satılsın deyə kimlərəsə kitab məsləhət görən şəxslərə maarifçi kimi baxılır. Amma, maarifçiliyin əsl mahiyyəti odur ki, sən zərrə qədər də olsun maddiyat barədə düşünməməlisən, məqsədin, tək niyyətin insanların maariflənməsi, həqiqətləri görməsi olmalıdır. Məsələn, kimsə gəlib "Filan detektiv və ya dini kitabı çox təfirləyirlər, siz necə bilirsiniz, almaq olar?" deyə soruşduqda, baxmayaraq ki, o kitab sizdə var və kifayət qədər də bahalıdır, deməlisiniz ki, "Xeyr, ümumiyyətlə, bu tip kitablar insana heç bir şey qazandırmır. Siz elmi, fəlsəfi, iqtisadi, tarixi və.s kitablara üstünlük verin". Bu cümlələri sizdən bu cür kitablar istəyən hər kəsə deməlisiniz. Alınan kitabları nəzərə alsaq, o zaman belə çıxır ki, alıcılarınızın 90%-nə deməlisiniz və yaxud da, bu tip kitabları satmamalısınız. Bu zaman isə sizi müflisləşmə gözləyir. Yəni, siz bir fərd olaraq sistemə bağlısınızsa, ondan asılısınızsa, necə başqalarına təsir edərək, onları maarifləndirə bilərsiniz axı?! İndi siz özünüz düşünün, bu şərtlərlə, bu sistemdə maarifçi olmaq olarmı?! Bütün ox işarələrinin sola istiqamətləndiyi şəraitdə, sən sağa istiqamətlənə bilməzsən. Öz aləmində sənə elə gələ bilər ki, sağa istiqamətlənirsən, əksinə gedərək insanları maarifləndirirsən, amma, elə sən də bu sistemin bir hissəsisən və bunun çirkabından xilas ola bilməzsən. Uyğunlaşmalısan. Maarifçiliklə məşğul olmaq üçün ilk öncə elə bir mühit lazımdır ki, sən bu mühitdə maddiyatı düşünməyəsən. Yəni, pul sıxıntısı səbəbiylə maarifçilik adına ləkə olan işlərlə məşğul olmayasan. Bu da o zaman mümkündür ki, sənin üst çoxluğunla sən eyni məqsədlərə sahib olasınız. Üst çoxluğun məqsədi mənfəət olduqda, qeyri-iradi olaraq alt çoxluq da mənfəətə adaptasiya olunur. Bu cür asılılığın olmadığı bir sistem əlbəttə ki, vardır. Bu sistem hər bir şeyin insanın yüksəlməsinə, maariflənməsinə, gözəl şəkildə, bərabər şəkildə yaşamasına yönəldiyi bir sistemdir. Bu sistemdə kitabçı sabah nə yeyəcəm deyə düşünmür və buna görə də sırf qazanmaq məqsədilə "nə gəldi" satmağa məcbur olmur. Ümumiyyətlə, "nə gəldi" olur ki, onu satmaq da olsun?! Xeyr, artıq bu sistemdə kapitalizmin iyrəncliklərlə dolu kitablarını görə bilməzsiniz. Bu sistem isə əlbəttə ki, sosialist sistemidir. Amma, bütün bunlardan belə nəticə çıxarmaq da olmaz ki, yoldaş Cavid Babək kimlərəsə pulsuz kitab göndərməyə, kitab məsləhət görməyə pis bir şey kimi yanaşır. Xeyr, belə deyildir. Yoldaş, sırf yaxşılıqmı, vicdanlılıqmı olsun deyə bu cür hərəkətlər etməyə pis baxmır. Amma, o düşünür ki, bu davranışlar böyük bir dəryada zərrə boyda olan bir şeylərdir və ümumi axına qətiyyən təsir göstərmir. Yəni, əhəmiyyətsizdir. Sən pulsuz kitab göndərirsən və.s, daha sonra isə sırf məcburiyyətdən, qazanmaq məqsədilə etdiyin bir hərəkətlə bütün bunların üzərindən xətt çəkirsən. Səni buna sistem məcbur edir. Bazar iqtisadiyyatı sistemi. Və əlbəttə ki, bu təşəbbüsləri 32


maarifçilik adlandıraraq, ağılları bulandırmaq olmaz. Mən isə öz növbəmdə yoldaşın bu fikirləri ilə sonuna qədər razıyam.

33


facebook.com/Sosialistelm/ facebook.com/marksist.philosophy/



Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.