1 minute read

İctimai maarifləndirmə

Müxtəlif sosial media vasitələrindən istifadə etməklə Mərkəzin xidmətləri və həyata keçirilmiş fəaliyyətlər barədə ictimai məlumatlılığın artırılmasına dəstəyin göstərilməsi

Yevlax KOB İnkişaf Mərkəzində həyata keçirilmiş bütün fəaliyyətlər sosial media vasitələrində mütəmadi olaraq paylaşılmışdır. Belə ki, fəaliyyətimiz üzrə təlim və məsləhət xidmətləri üzrə elanlar, keçirilmiş təlim və görüşlər barədə press-relizlər vəs. sosial səhifələrimizdə işıqlandırılır. Yevlax KOB Evinin açılışı olduqdan sonra dövri mətbuat vasitəsi ilə də fəaliyyətimizin işıqlandırılmasına önəm veriləcəkdir.

Advertisement

HƏDƏF QRUPU

Mikro, kiçik və orta sahibkarlıq subyektləri XİDMƏTLƏR

Təlim Məsləhət XİDMƏTLƏRİN XÜSUSİYYƏTLƏRİ Yeni biznesə başlamaq istəyənlər

Şəbəkələşmə və digər

Fərdi və birgə müraciət edilə bilər (təlimlər korporativ və açıq ola bilər) Üzbəüz və onlayn formada təqdim edilə bilər İş vaxtları təqdim edilə bilər Xidmətlər ödənişsizdir TƏLİM İSTİQAMƏTLƏRİ

Biznesə başla Soft skills Layihələrin idarəedilməsi Maliyyənin idarəolunması Korporativ hüquq Satış Marketinq Ehtiyaca uyğun digər təlimlər

MƏSLƏHƏT İSTİQAMƏTLƏRİ

Satış kanallarına çıxış Marketinq məsələləri Bazar araşdırması Biznesin planlaşdırılması və modelləşdirilməsi Mühasibatlıq Hüquq Ehtiyaca uyğun digər məsləhətlər

ŞƏBƏKƏLƏŞMƏ VƏ DİGƏR XİDMƏT İSTİQAMƏTLƏRİ

KOB-lar arasında əlaqələrin qurulması və inkişafına dəstək Təcrübə mübadiləsi proqramlarında iştiraka dəstək Digər şəbəkələşmə xidmətləri

Yevlax şəhəri, Bakı pr., 5 Aran Regional İnkişaf Mərkəzi, 2-ci mərtəbə (+994 22) 337-81-72 yevlax@kobim. az (+994 77) 223-30-35/36 yevlax.kobim.az

Müxtəlif tematik buklet və flayer vasitəsi ilə Mərkəz tərəfindən təşkil edilmiş təlimlər və Mərkəzin göstərdiyi xidmətlər barədə KOB-lar arasında məlumatlılığın artırılmasına dəstəyin göstərilməsi.

İctimaiyyətin Mərkəzin xidmətləri, o cümlədən keçirilmiş təlimlər haqqında məlumatlılığını təmin etmək üçün müvafiq olaraq flayer və bukletlər hazırlanmışdır. Hesabat dövründə 2 təlim mövzusu ilə bağlı buklet hazırlanmışdır: Öz biznesini yarat, Öz biznesinə başla.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Yevlax KOB İnkişaf Mərkəzi biznesə başlamaq istəyən və ya öz biznesini inkişaf etdirmək istəyən KOB-lar üçün öz xidmətlərini təklif edir. BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

This article is from: