Məlumatlılığın artırılması kampaniyalarının və ya proqramlarının hazırlanması və həyata keçirilməsi İşə başlama Məlumatlılığın artırılması kampaniyaları və ya proqramları üçün baza
M
əlumatlılığın artırılması təşəbbüslərinin səmərəli olması üçün onlar birdəfəlik və ya qısamüddətli deyil, daha uzunmüddətli və davamlı tədbirlər şəklində, eləcə də hərtərəfli və əlaqələndirilmiş siyasət paketinin ayrılmaz hissəsi kimi, məsələn, qadınlara qarşı zorakılıq barəsində çoxillik milli fəaliyyət planı və ya strategiyası formasında hazırlanmalıdır. Məsələn, Fransa hökuməti bu yanaşmanı qadınlar barəsində zorakılığa qarşı üçillik ardıcıl fəaliyyət planları (2005-2007; 2008-2010; 2011-2013-cü illər üzrə planlar və 20142016-cı illər üzrə hazırkı plan) vasitəsilə tətbiq edir. Onların hər birinə dayanıqlı kommunikasiya və məlumatlılığın artırılması tədbirləri üzrə strategiya daxildir.
► Səhifə 13