Əsas resurslar Avropada məlumatlılığın artırılması kampaniyaları və təşəbbüsləri
Q
adınlara qarşı zorakılığın müxtəlif aspektləri ilə bağlı Avropada həm hökumətlər, həm də QHT-lər tərəfindən başladılan və həyata keçirilən bir sıra ilhamverici kampaniyaların nümunələri mövcuddur. Bu, Avropada qadınlara qarşı zorakılıq barədə məlumatlılığı artırmaq üçün qəbul edilən mövcud yanaşmaların heç də tam siyahısı deyil. 1. Avropa Şurası Məişət zorakılığı da daxil olmaqla qadınlar barəsində zorakılığa qarşı mübarizə kampaniyası, 2006-2008, Fəaliyyətə dair yekun hesabat45 2. “Avropa Qadınları Lobbisi” təşkilatı “Qadınlara qarşı zorakılığa son qoyulması üçün məlumatlılığın artırılması: uğurlu kampaniyalar” mövzusunda plakatlar və videokliplər toplusu”46 Bu, qadınlara qarşı zorakılığın bir neçə forması barədə, o cümlədən məişət zorakılığı, insan alveri, namus zəminində qətllər, fahişəliyə məcbur etmə, qadın cinsiyyət orqanlarında zədələyici əməliyyat aparılması, küçədə təqib etmə və məcburi nikah haqqında plakatlar və videokliplər toplusudur. Amma kampaniyaların uğurunun necə ölçülməsi və ya qiymətləndirilməsi ilə bağlı heç bir meyar yoxdur. Zorlama əleyhinə hərəkət et! İstanbul Konvensiyasından istifadə et! 45. Bax: www.coe.int/t/dg2/equality/domesticviolencecampaign/Source/final_Activity_report. pdf. 46. Bax: www.womenlobby.org/Get-involved/EWL-Campaigns/a-european-year-to-endviolence/raising-awareness-to-end-violence/?lang=en.
► Səhifə 36