Convention Istanbul - Article 52

Page 10

52-ci maddənin əhatə dairəsi

İ

stanbul Konvensiyasının 52-ci maddəsinin məqsədi məişət zorakılığı nəticəsində təxirəsalınmaz təhlükə vəziyyətində olan zərər çəkmiş şəxslər üçün effektiv müdafiə tədbiri tətbiq etməkdən ibarətdir. Bu məqsədlə səlahiyyətli orqanların zorakılıq törətmiş şəxsə qurbanın yaşayış yerini tərk etmə əmrinin verilməsi, həmin yaşayış yerinə daxil olmağı və ya qurbanla əlaqə saxlamağı qadağan etmə əmrlərinin verilməsi səlahiyyətinə malik olmasını təmin etmək üçün öhdəliklər müəyyənləşdirilmişdir. Təxirəsalınmaz təhlükə müvafiq orqanlar tərəfindən qiymətləndirilməlidir. Layihəni hazırlayanlar, eyni zamanda bu cür sərəncam vermək səlahiyyətinə malik olan orqanı və tətbiq olunan proseduru tərəf dövlətlərə öz hüquq və konstitusiya sistemlərinə uyğun olaraq müəyyənləşdirməyi həvalə etmişlər. Maddə 52 – Təcili qadağanedici əmrlər Tərəflər səlahiyyətli orqanların təxirəsalınmaz təhlükə vəziyyətlərində məişət zorakılığı törətmiş şəxsə zərər çəkmiş və ya riskə məruz qalmış şəxsin yaşayış yerini kifayət qədər zaman müddətinə tərk etmək və cinayət əməlini törətmiş şəxsə zərər çəkmiş və ya təhlükəyə məruz qalmış yaşayış yerinə daxil olmağı və ya onunla əlaqə saxlamağı qadağan etmək əmrləri vermək səlahiyyətinə malik olmasını təmin etmək üçün zəruri qanunvericilik tədbirləri və ya digər tədbirlər görürlər. Bu maddəyə əsasən görülən tədbirlərdə riskə məruz qalmış zərər çəkmiş və ya risk altında olan şəxslərin təhlükəsizliyinə üstünlük verilməlidir. 52-ci maddədə nəzərdə tutulmuş məişət zorakılığı qurbanlarının təhlükəsizliyi üçün TQƏ tətbiqetmə öhdəliyi İstanbul Konvensiyasının müdafiə etdiyi daha geniş qoruyucu tədbir sisteminin bir hissəsini təşkil edir. Belə ki, TQƏ bütün zorakılıq qurbanları üçün uzunmüddətli məhdudlaşdırıcı və ya mühafizə orderlərini təmin etmək öhdəliyi (Maddə 53), hüquq-mühafizə orqanlarının kömək çağırışlarına dərhal cavab vermək vəzifəsi (Maddə 50) ilə qarşılıqlı əlaqəlidir ki, bu cür əlaqəlilik TQƏ və ya mühafizə orderinin pozulmasına görə çağırışları və şəxsin uyğun cavab verməsi üçün risk səviyyəsinin qiymətləndirməsini əhatə edəcəkdir (Maddə 51).  ► Səhifə 9


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.