1
2
Babam Bahadır bəy Ağakişi bəy oğlunun xatirəsinə həsr olunur. GİRİŞ Ey baba torpağı, ey köhnə Bərmək, çətindir şerimdə ruhunu görmək. Düşmüş kitablara hansı mənzərən, Bir sirr sandığıdır hər məchul dərən... Səndə nələr yoxdur, nələr, ah, nələr!.. Sən də açılmamış bir dəfinəsən, Açarı qeyb olan bir xəzinəsən. Mikayıl Müşfiq. Azərbaycanın gözəl, mənzərəli bölgələrindən olan, uca dağların və yaşıl ormanların qoynunda yerləşən Xızı-Bərmək mahalı çoxəsrlik zəngin, enişli və yoxuşlu yola bənzər bir tarixə malikdir. Bərmək həm dağ, həm mahal, həm də tayfa adıdır. Xızı ilə əlaqədar olaraq Ərəb mənbələri orada yaşayanları “əhli Xizan”, yəni “Xızı əhalisi” adlandırır. Orta əsr tarixçiləri Xızı əhalisini eyni zamanda bərməkilər, onun ərazisini Bərmək mahalı adlandırıblar. Bəzi ədəbiyyatda “XızıBərməkilər - dağlılar” ifadəsi də vardır. Əsərimin “Azərbaycanın Xızı-Bərmək mahalının tarixi” adlanması da bununla əlaqədardır. Bu əsəri yazmaqda məqsədim haqqında danışdığım mahalın tarixi barədə həqiqəti aşkara çıxarmaq, Xızı-Bərmək-dağlılarının tariximizdə yerini və rolunu aydınlaşdırmaqdan ibarətdir. Bununla yanaşı, əsərdə mahalda yaşayan əhalinin qədim adət və ənənələri, həyat tərzinin, qonşularla münasbətlərinin üzə çıxarılması da nəzərdə tutulmuşdur. Bir sözlə, məqsədimiz necə deyərlər, Xızı-Bərmək mahalının “sirr sandığını” açmaq, oradakı inciləri oxucuya göstərməkdir. Bunun üçün müəllif çox çətinliklərlə üzləşməli olmuşdur. Çünki yuxarıda deyildiyi kimi, mahalın tarixi ilk dəfədir ki, xüsusi tədqiqat predmetinə çevrilmişdir. Əsərin yazılmasının başlıca məqsədlərindən biri Xızı-Bərmək-dağlılarını öz soykökünə
3
qaytarmaq, onlarda özünə qayıdış və özünü dərki gücləndirməkdir. “Azərbaycanın Xızı-Bərmək mahalının tarixi” böyük Azərbaycan tarixinin bir hissəsi, onun ayrılmaz tərkib hissəsidir. “Azərbaycanın Xızı-Bərmək mahalının tarixi” əsəri bütövlükdə “Azərbaycan tarixinin” öyrənilməsinə köməkdir. Xızı-Bərmək mahalı Azərbaycan xalqının həyatında və mədəniyyətində mühüm yer tutmuş və bir sıra elm və mədəniyyət xadimləri - Mirzə Əbdül Qədir Vüsaqi, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Rüfət Zəbi oğlu, Ağasəfa Yəhyəyev kimi şairləri, jurnalist-yazıçı Seyfəddin Dağlını, ədəbiyyatşünas akademik Məmməd Arifi, böyük həkim, akademik Mirəsədulla Mirqasımovu, xalq müəllimi Sona xanım Tağızadəni, xalq artisti Zeynəbxanım Xanlarovanı, xalq artisti Ələbbas Qədirovu, məşhur cərrah Bəybala Abasovu başqa görkəmli dövlət və ictimai xadimləri bəxş etmişdir. Deməli, bu mahaldan çıxmış şəxsiyyətlər Azərbaycan xalqının mədəniyyətinin inkişafında mühüm rol oynamışlar. Əsərin yazılması üçün istifadə etdiyim mənbələr indiyədək yazılanlar, yaşlı adamlardan eşitdiyim və altmış ildən çox müddətdə gördüklərimdən ibarətdir. Çətinlik ondadır ki, tədqiq etdiyim mövzuya aid tarixi mənbələr çox az və pərakəndədir. Əsərin yazılmasında mövcud tədqiqatlardan da istifadə olunmuşdur. Görkəmli arxeoloqlardan A.P.Fitini, İsaq Cəfərzadə, E.A.Paxomov, V.M.Zummer, T.X.Abdullayev və başqalarının tədqiqatları böyük mahalın ən qədim tarixinin öyrənilməsi üçün mühüm mənbələrdən hesab edilə bilər. Tarixçilərdən mənbələr içərisində Abbasquluağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin adını xüsusilə çəkmək lazımdır1. Onun əsərində Quba xanlığının Xızı-Bərmək mahalı haqqında dəyərli məlumatlar vardır. Tarixçi Qiyasətdin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair”2 monoqrafiyasında və digər əsərlərində bəzi yerlərin adının elmi izahı verilir. Ərəblərin Xizanşahlığa gəlmələri haqqında maraqlı materiallara akademik Ziya Bünyatovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında rast gəlmək olar3. Sara Aşurbəylinin
4
“Şirvanşahlar dövləti VI-XVI əsrlərdə”4 və M.X.Şəriflinin “IX əsrin ikinci yarısı - XI əsrində Azərbaycan feodal dövlətləri”5 adlı əsərlərində Xizanşahlıq haqqında məlumatlar vardır. Bəzi müəlliflər Xizanşahlıqla ona qonşu olan Xursanşahlığın sərhədlərini qura bilmirlər. Səbəb odur ki, ərəblərin Azərbaycana gəlməsindən sonra Xizanşahlıqla Xursanşahlığın xilafətə tabe edildiyindən onların arasında möhkəm sərhəd yox idi. Fəzlullah Rəşiddəddinin “Cami ət tavarix” əsərinin üçüncü cildində6 və Əbdülkərim Əlizadənin “XIII-XIV əsərlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi”7 adlı əsərində monqolların işğalları və Hülakilər dövründən bəhs edilir. Bu əsərlərdə Qazanxanın Giləzi düzünə ova gəlməsi haqqında maraqlı məlumat vardır. Əlisöhbət Sumbatzadənin “1837-ci ildə Quba üsyanı”8 əsəri də bizim üçün faydalı olmuşdur. Azərbaycanda olmuş Qilom Rubruk, Adam Oleori, Yan Streys, E.Kampfer, F.F.Simonoviç, P.Q.Butkov, F.A.Şinitnikov, İ.Berezin, İ.B.Herbert və başqalarının qeydləri də maraqlıdır. IX-XIII əsrlər Ərəb coğrafiyaçılarından İbn Xordadbehin, ƏlBəllazurinin, İbn Nəcib Bakranın, Yaqut əl Həməvinin və başqalarının məlumatları isə mənbə rolunu oynayır. Jurnalist-yazıçı Aydın Tağıyevin yazdığı “Siyəzənli oğlanlar”9 adlı dəyərli əsəri torpağımızın müdafiəsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş oğulların qəhramanlığına həsr edilmişdir. Əminəm ki, Azərbaycanın Xızı-Bərmək mahalının tarixinə aid bu əsər ilk təşəbbüs olduğundan, nöqsanları olsa da, oxucuların marağına səbəb olacaq və onların təklif və arzuları əsərin təkmilləşdirilməsinə kömək edəcəkdir. Əsərin yazılmasında məqsədim böyük şairimiz Mikayıl Müşfiqin sözləri ilə desəm: Sevindirmək üçün yarı, yoldaşı, Bu da bir əməkdir, bu da bir işdir, Tarix ki, duz-çörək itirməmişdir.
5
I FƏSİL XIZI-BƏRMƏK MAHALININ ƏRAZİSİ, ƏHALİSİNİN MƏNŞƏYİ, DİLLƏRİ VƏ DİNLƏRİ HAQQINDA
Azərbaycanın Xızı-Bərmək mahalı Şərq tərəfdən Xəzər dənizi, cənubdan Bakı kəndləri və Sumqayıt çayı ilə, şimaldan Gilgilçayla, qərbdən Şamaxı mahalı ilə hüdudlanmışdır. Buranın gözəl iqlimi, Dubrar, Yarımca, Yəhərcə, Ərəblər, Zarat yaylaqları, Qasımxan, Yeddibulaq, Novruzbulaq, Soyuqbulaq və Xızı çeşməsi kimi sərin və şirin bulaqları, məşhur müalicəvi istisuyu, Xilmili, Nabur və Qalaaltı mineral suları, Sumqayıt çay, Ata çay, Ətəh çay, Gil-Gil çay kimi çayları əzəmətli Dubrar, Saraku, Boy Bəyim, Baş Bərmək dağları, çoxsahəli meşələri, məhsuldar çölləri, meyvəli bağları, zəngin nefti, qazı və digər yeraltı sərvətləri vardır. Başbərmək dağında olan Xızirzində piri göstərir ki, hələ eramızdan əvvəl də bu yerlər əcdadımızın məskəni olmuşdur. Bu yerlərin zəngin flora və faunasından aydın olur ki, burada içməli suyun bolluğu, ərazinin dağlıq və meşəlik olması, onun dəniz kənarında yerləşməsi qədim zamanlardan yaşayış üçün əlverişli şərait yaratmışdır. Babalarımız meşədə olan meyvələri yemiş, vəhşi heyvanları ovlamış və balıq tutub qidalanmışlar. Bu ərazidə arxeoloji qazıntılar aparılsa daha geniş və dəqiq mədəniyyət abidələri aşkara çıxar və əcdadlarımızın həyat tərzini işıqlandırar. Bir sıra tədqiqatlara görə İran dilli tayfalar er. əvvəl I minilliyin əvvələrində İran ərazisinə gəlmişlər. Bunlardan bir tayfası indiki Bərməkilərin əcdadları idi. Onların bir hissəsi indiki Beşbarmaq dağının Xızır-Zində piri yerləşən qayanın həndəvərində yerləşmişdilər. Bərməkilər tayfasının adından “Başbərmək” dağı adlanmışdır. Yunan coğrafiyaşünası Strabon Xəzərin cənubi qərbində yaşayan İran dilli tayfanı Pars adlandırır1. Bu irandillilərin Sumqayıta qədər ərazidə olmasını və onların Abşeronda yaşamalarını nəzərə alsaq Strobonun yazdığı Pars tayfasına Bərməkiləri də aid etməliyik. Bu Bərməkilərin ilk gəlişləri olmuşdur. XVIII əsrdə yaşamış Fransız Şərqşünası Degin alan sözünü
6
alin, yəni dağlı sözündən sayır və deyir ki, onların nəsli Altay dağlarından gəlmişdir. “Dərbəndnamə” müəllifinin yazdığına görə Babı-Alan (Alan qapıları) Alğan səddindədir, yəni Gil-gil çay səddində. V əsrdə yaşamış Yunan tarixçisi Prokopi Alanları Masaget nəslindən hesab edir2. Cahangir Zeynal oğlu yazır ki, Masagetlər ağhun türkləri deməkdir. (Masacit, abtilit, alan, Xəzər hərqan türklər adlanırlar)3. Bəzi tarixçilər Baş Bərmək dağı ətəyində türk dilli Saklar və Hunların yerləşməsindən danışırlar. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda türkmənşəli tayfalar məskən salmış və əhalisinin aparıcı hissəsini türklər təşkil etmişlər. Türklərin Azərbaycanda məskunlaşması eradan əvvəl III minillikdən başlamışdır. Sonra gələn türk tayfaları çox qədimlərdə bu ərazidə yaşayan yerli türklərə qovuşmuşlar. Dağlı tayfa adıdır, onlar Türk dilli olub və Bərməkilərlə bu yerlərdə məskunlaşmışlar. S.Ə.Nəsvəri, V.V.Bartolu, V.Minorski, B.V.Miller Azərbaycan xalqının mənşəyini farslardan dönmə kimi yanlış fikrini söyləmişlər. Onlar Azərbaycanlıların türkləşməsini oğuzların XI əsrdə gəlməsilə əlaqələndirirlər. Azərbaycan türklərinin Xalq kimi formalaşmasını isə XIV əsrdən hesab edirlər. Bu fikirlər türk tarixinə saxta münasibətdir. Xızı-Bərmək mahalında olan Ata çay, Sumqayıt çay sözləri türk dilindədir. Bu özü də sübut edir ki, həmin çayların ətrafında məskunlaşanlar türklər olmuşlar. Dağlı (Alin) və Bərmək tayfaları ortadakı ziddiyyətlərlə yanaşı xeyirxahlıq, namus, qeyrət, tayfa ənənələrini qoruyan və nəsildənnəslə keçən yazılmamış qayda-qanunlar əsasında idarə olunurdu. Taxta körpü ətrafında qazıntı işləri aparılarkən cınqıl karxanasından küp qəbirlərə bənzər, dibi enli, ağızları isə dar quyu qəbirlər tapılmışdır. Qəbirlərdən oturmuş vəziyyətdə olan insan skeletləri, rəngli gil qablar da tapılıb. Qozağacı taxtasında şum içərisindən tapılmış daş çapacaq4 göstərir ki, neolit dövründə babalarımız daş alətlərdən istifadə etmişlər. Yeni daş dövrünə aid əşyaların tapılması sübut edir ki, Xızı mahalı da ilk insan
7
məskənlərindən biri olmuşdur. Xələnc kəndinin qəbrstanlığı yanında, Altı-Ağac yolu genişləndirilərkən çapılan qayada aşkar edilmiş daşla hörülmüş üstü qapalı qəbirlər ulu əcdadlarımızın məkanı və mədfanı olmasını açıq göstərir. Qızılburun kəndi yaxınlığında Xəzər dənizi sahilinə yaxın yerdə, qədim yaşayış məskənində kəşfiyyat xarakterli arxeoloji axtarışlar zamanı maddi mədəniyyət nümunələri tapılmışdır. Burada daş qutu qəbri aşkar edilmişdir. Həmin yerdə çoxlu saxsı qablar da tapılmışdır. Daş qutu qəbirləri er. əvvəl I minilliyin əvvəllərindən eramızın VI əsrlərinə aid etmək olar. Saxsı qablardakı rənglər Qaraağac kökündən, nar qabığından alınmışdır. Bu ərazi hələ arxeoloqlar tərəfindən ətraflı surətdə öyrənilməmişdir. Bu daş qəbirləri arxeoloq Paxomov E.A. hələ 1943-cü ildə gördüyünü söyləyir, lakin onları araşdırmamışdır. Azərbaycanda bir çox yerüstü tarixi abidələr və eləcə də arxeoloji qazıntılar nəticəsində əldə edilmiş əşyaların üzərində müxtəlif işarə və damğalara təsadüf olunur. Bunlar xalqımızın tarixi keçmişini hərtərəfli öyrənmək işində mühüm rol oynaya bilər. 1924-cü ildə arxeoloq A.P.Fituni Altıağacda hərük daşlarında belə işarə və damğaların olduğunu qeyd etmiş və surətlərini çıxarmışdır5. Bunlar ox, həndəsi fiqurlar, hərfi işarələr və sairədir. İllər keçdikcə ulu babalarımızın istifadə etdikləri alətlər təkmilləşmiş, tunc və dəmir əşyalar yaranmışdır. Bu da onların qəbilə icmasından sinfi cəmiyyətə çıxmasına səbəb olmuşdur. Arxeoloq İsaq Cəfərzadə yazır ki, bizim eramızdan əvvəl II minillikdə tunc dövrünə aid Xızı-Bərmək rayonunda ev heyvanlarının sümük qalıqları, taxıl döyən Vəl, üzərində buğda şəkli olan saxsı bardaq, dəstəyi ağacdan olan oraq tapılmışdır.6 Bunlar göstərir ki, əcdadlarımız 4 min il bundan əvvəl maldarlıqla və əkinçiliklə məşğul olmuşlar. Tunc dövründə əmək alətlərinin təkmilləşməsi, taxılın tunc oraqlarla yığılması və vəllə döyülməsi bu dövrdə qoşqu heyvanlardan istifadə edilməsi məhsuldarlığın artmasına səbəb olmuşdur. Vələ öküz və ya at qoşurdular. Orta Tunc dövründə atçılıq və maldarlığın inkişafı ilə əlaqədar olaraq qoyunçuluq da xeyli artmışdır. Əhalinin yarımköçəri olması yaylaq və qışlaq
8
maldarlığının inkişafına səbəb olmuşdur. Qoyunçuluğun artması, yunun çoxalması, sənətkarlığın çox sahələrinin genişlənməsinə, o cümlədən yun parçaların toxuculuğuna və xalçaçılığın meydana çıxmasına səbəb olmuşdur. Ət və süd məhsullarına tələbat çoxalıb, bunların bir qismi mübadilə edilirdi. Yeni sənət növü kimi dabağçılıq - gön-dəri tədarükü meydana çıxmışdı. Sənətkarlığın çox sahələri, o cümlədən duluzçuluq, ağac, sümük və metal işləmə artdı. Sənətkar adamlar yalnız öz peşələri ilə məşğul olurdular. Bu dövrdə sadə sənət dəzgahlarından (cəhrə, yun darağı, biz, iynə və sair) istifadə edilirdi. Saxsı qablar üzərində çəkilmiş nəbatat və heyvanat şəkilləri sənətkarlığın xeyli inkişafından xəbər verir. Xızı-Bərmək mahalında arxeoloji tapıntılar müxtəlif dövrlərdə yaşamış əhalinin mənəvi mədəniyyətinə aid zəngin materiallar verir. Xızı-Bərmək mahalında yaşayan qədim insanların hansı mənsubiyyətə aid olmaları məlum deyil. Çünki əldə yazılı mənbə yoxdur. Yazılı mənbələrin olmaması bu sahəni araşdırmağa bizə imkan vermir. Tarixi mənbələrdə yazıldığı kimi Bərmək tayfasının er. əvvəl Əfqanıstandan gəlib İrana gedərkən, az miqdarı Baş Bərmək dağı ətrafında məskunlaşmışdır. XIX əsr rus şərqşünası N.V.Xanıkov yazıb ki, X əsrin ortalarında Ərəb coğrafiyaşünası İstdxri “İqlimlər kitabında” qeyd edib ki, Xuzistanda Ərəb və Pars dilləri ilə yanaşı Xuzi dili də var idi7. Belə nəticəyə gəlmək olar ki, Xuzi dili Xızılıların danışdığı qədim dil olmuşdur. Xuzi dili Pars dili olmasa da, həmin dil qrupuna aiddir. Çox qədimdən türklərin məskəni olan Xızı mahalının əhalisinin tərkibi Xuzi dilli bərməkilər və türk dilli dağlılardan ibarət idi. Bərməkilər üçüncü dəfə Bağdaddan gəldiyinə görə onlar ərəb dilini də yaxşı bilirdilər. Xuzi dilli bərməkilər və türk dilli dağlılar ölkədə baş vermiş bütün siyasi hadisələrdə, iqtisadi və mənəvi mədəniyyətin formalaşmasında fəal iştirak etmiş azərbaycanlılardır. Onlar ölkəmizin ən qədim sakinlərindən olub, Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışlar. Xızı-Bərmək mahalında olan coğrafi adlar Bərmək və Dağlı tayfalarının tarixini özündə əks etdirən qiymətli mənbələrdir. Yer
9
adlarının yaranması, mənşə və mənası, onların qrammatik quruluşu, düzgün yazılışı və tələffüzü tarix, coğrafiya və dilçiliyin tədqiqi nəticəsində aydınlaşdırıldıqda müəyyən tarixi məsələlər həll oluna bilər. Bu mənada coğrafi adlar xalqın dünəni ilə bu günü arasında bir körpüdür. Xızı-Bərmək mahalında toponimlər Türk, Fars, az miqdarda Ərəb dillərinə mənsubdur. İctimai-siyasi hadisələrlə əlaqədar yaranan adlar bir başa tarixi mənbə rolunu oynayır. Yer və kənd adlarının öyrənilməsi həmçinin xalq təsərrüfatı üçün də böyük əhəmiyyətə malikdir. Xızı-Bərmək mahalının 80 km-dən çox ərazisini Şərqdə Xəzər dənizi qoruyur. Xəzər hidronimi Türk dilli Xəzər(-lər) etnik birliyinin adından əmələ gəlmişdir. Xəzərlər Şimali Qafqazda dəniz sahillərinin qədim sakinlərindəndir. Tarixçi Q.Qeybullayevin fikrincə, Xəzər Kas etnonimi və Türkcə “Ər” sonluğundan əmələ gəlmişdir.8 Tarixçilərin yazdığına görə Xəzər dənizi müxtəlif dövrlərdə 60-dək ad daşımışdır. Bu isə, şübhəsiz ki, Xəzər dənizinin coğrafi və strateji mövqeyindən irəli gəlmişdir. Tarixçi Cahangir Zeynaloğlu yazıb ki, Buğlar adı ilə məşhur olub vaxtilə Don və Volqa nəhirləri arasında hakimiyyət sürən türklərə ərəblər xəzərlər demişlər. Dənizə də bunların adlarına uyğun “Bəhri Xəzər” adı verilmişdir. Ruslar Xəzərləri “Xazar” adlandırırdılar.9 Abşeron yarımadasının Şimali Qərbində yaşayan Xızı-Bərmək dağlıları (Sumqayıt çaya qədər olan sahədə) bu yerin ən qədim sakinlərindəndir. “Abşeron” toponominin yaranması, onun etimologiyası haqqında elm aləmində hələ də yekdil fikir yoxdur. “Abşeron” “ab” su və ”şoran” - duzlu sözlərinin cəmidir. Yəni duzlu su - şor su deməkdir. Bu fikri qəbul etsək, “Abşeron” sözünü hələ eramızdan əvvəl Pars dillilərin, o cümlədən bərməkilərin gəlməsilə əlaqələndirməliyik. Rus tarixçisi N.Zeydlist və coğrafiyaşünas K.Qan “Abşeron” sözünün “Abşirin” sözündən əmələ gəlməsini söyləyirlər. Bu da yarımadada şirin suların olması ilə əlaqələndirilir. Bəzi tarixçilər
10
«Abşeron» sözünü oğuz tayfası Afşarlarla da eyniləşdirirlər. Bizə görə bu səhvdir. Çünki, Azərbaycanın bir çox yerlərində əfşarlar yaşamışlar, lakin heç yerdə bu uğrama olmamışdır10. Saraku dağının və yaşıl meşənin qoynunda yerləşən qədim tarixə malik Xızı kəndi Bakı şəhərindən 100 kilometr aralı, Şimalı Qərbdədir. Sərin suyu, qaynar bulağı, təmiz havası ilə məşhur olan Xızı kəndinin adı, Xızı sözü “Xiz” sözündən alınmışdır. Bu söz ərazisinin yaşıl təbiəti və Xızr-zində piri ilə əlaqədardır. Abasquluağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: Quranda adı çəkilən Məcülbəül Bəhreyin (iki dəniz qovşağı) Musa və Xızır pəyğəmbərlərin səxrəsi (qayası) də Bərmək mahalındadır. Adına və əlamətinə görə bu qaya Xızır-zindədir11. Dağ xalq tərəfindən Xıdırzində şəklində tələffüz olunur. Dağın adının tərkibində “Zində” sözü dağlı dilində “sağ”, “diri” mənasını verir. Xızır peyğəmbər yaşıl paltarda yaşayır, havada, suda, quruda böyük sürətlə hərəkət edir, səhralarda fəlakətə uğrayanların dadına çatır, lakin özü gözə görünmür. Şərq folklor və ədəbiyyatında Xızır İlyas peyğəmbərlə eyniləşdirilib. Xızır-İlyas kimi məşhurlaşmışdır. Dahi şairimiz Nizami Gəncəvi Xızır və İlyası bir-birindən fərqləndirir. İlyası dənizə batanların hamısı, Xızrı isə əbədiyyətin rəmzi kimi göstərir12. Türklər “Xızılı” sözünü sürətli mənasında da işlədirlər. Bu söz Xızır peyğəmbərin sürətlə hərəkət etməsilə də uyğun gəlir. Xızır-zində piri haqqında Xızı, Siyəzən, Giləzi, Sədan, Zarat və Findiqanda əhali arasında çoxlu rəvayətlər vardır. Mənim yazdığım həqiqətən olan əhvalatdır. 1995-ci ildə televizor verilişində jurnalistin dediyini qeyd edirəm. Curnalist Bakıdan maşınla XızırZində pirinə gəlir ki, oradan veriliş hazırlasın. Pirə ikiyüz metr qalmış maşının mühərriki sönür. Videokameranı işə salmaq istəyərkən, o da işləmir. Jurnalist geri dönməyə məcbur olur. Deyilənə görə pir insanların xeyir niyyətlərini yerinə yetirir. Bir çoxlarına övlad bəxş edib, onları valideyn edir, şikəstlərə sağlamlıq verir, xəstələrə şəfa verir. Xızır-zində pirinə sitayiş etmək, qurban kəsmək, nəzir aparmaq əhali arasında geniş yayılmışdır. Müqəddəs pir insanların yaxşı arzularını yerinə yetirir. Belə bir
11
rəvayət var ki, Xızır-zində dağında üç qardaş var idi. Qardaşlar susamışdılar, onlar kiçik qardaşı su üçün göndərdilər. Kiçik qardaş qayıtmadı. Sonra ortancıl qardaş su üçün gedib, o da gəlmədi. Onlar ikisi də dənizdə daşa dönüblər. İndi ədəbiyyatda onlara Xəzər dənizində iki qardaş daşları deyilir. Xalq içərisində rəvayətə görə, kiçik qardaşın adı Xızır İlyas - suyun sahibidir. Ortancıl qardaşın adı Xızır Nəbi - küləyin sahibidir. Böyük qardaşın adı Xızır-zində - torpağın sahibidir. İnsanlar köməyə onları çağırır ki, çətinlikdən xilas olsunlar. Xızır-İlyas və Xizar-Nəbi dənizin içərisində qayalar kimi sahildən görünürlər13. Xəzər dənizini təsvir edən Katoloniya (İspaniyada tarixi vilayət) xəritəsində (1375-ci il) dağ “Barmaç” kimi qeyd olunmuşdur14. XV əsrdə Xızı qalasını Əbdül Rəşid Bakuvi öz əsərində xatırlayıb yazırdı ki, Şirvandakı dağa Musa və Xıdır gəliblər, bunun yanında Yunus peyğəmbər balığını yaddan çıxarmışdır. O dənizdən söhbət gedir ki, Xəzərdir, peyğəmbərlərin əhalidən yemək istədikləri yer Bacarvandır. Əsərdə Xızı (Xeyzan) kəndi haqqında da məlumat verilir. Dağda mağaranın içində oturmuş kişi meyidi vardır və meyit çürüməyir. Bu yerə əhali ziyarətə gəlir15. 1580-cı ildə səyyah Xristofor Barrou dəniz yolu ilə gedərkən Bərmək-Taş dağının yanından keçməsini və onun əzəmətli görnüşünü qeyd etmişdir16. XVII əsr Almaniyasındakı xırda feodal dövlətlərindən birinin Qolştiniya hersoqluğunun sarayında çalışan filosof-səyyah Adam Oleari 1636-cı ildə qırx dəvə, otuz araba, səksən adamdan ibarət böyük bir karvanla Şabrandan Şamaxıya gedərkən yol üstü “Barmax” - Baş Bərmək dağı haqqında bizim üçün çox maraqlı olan məlumatları verir. Adam Oleari yazırdı ki, 1636-cı il dekabrın 24-də Şabrandan Barmax adlı hündür dağa doğru 3 mil gedib, dağın altındakı açıq qapılı binaya girdik. Bu karvansara idi və çox köhnə idi. Burada Dərbənddən bizimlə gələnlər geri qayıtmaq istəyirdilər. Biz onlara dedik ki, piyada gedib və yükləri onlara tapşıracağıq. Bunu eşidən dərbəndlilər bizimlə getməyə razı oldular. Biz 25 dekabrda yeni il bayramını orada qeyd etdik. Bərmək dağı dənizə yaxındır. O, uzaqdan və yaxından dairəvi görünür. Dağdakı qayalar
12
digər dağlardan yüksəkdir. Dağın yuxarısına yol sağ tərəfdən idi. Nabələd olduğumuzdan bu yolla çox çətinliklə yuxarı dırmaşdıq. Yuxarıda hava soyuq idi. Köhnə dağılmış divarlardan görünürdü ki, burada əzəmətli bina olub və bina möhkəm müdafiə xarakterində idi. Hündür Birmaq qayasının qurtaracağında 50 kv. sacenlik hamar yer var. Buranı qalın divarlar və dörd bürc qorumaqdadır. Bu yerin ortasında daşdan hörülmüş dərin bir quyu, onun yaxınlığında isə böyük dəyirmi daşlarla örtülmüş iki qəbir var idi. Şimal tərəfdən qayanın lap yaxınlığında iri, yonuq özül daşlarından divar var idi. Bu xüsusi istehkam olaraq tikilmişdi. Buradan pillələr ilə qayanın zirvəsinə çıxmaq olurdu. Orada da yeni daşlardan yonulmuş taclı bir bina var idi. Bura sığınacaq idi. Divarın bir hissəsi böyük bütöv qaya daşlarından idi. Dağ Xəzər dənizindən iki muşket gülləsi məsafədədir. Deyilənlərə görə bu qalanı Makedoniyalı İsgəndər tikdirmiş və Teymur isə uçurmuşdur17. Səyyah Adam Oliari 1636-cı ildə Baş Bərmək dağının şəklini aşağıdakı kimi çəkmişdir. Şəkildə göründüyü kimi Baş Bərmək dağının döşündə karvansara, dağın üstündə qaya yeri, dağın dənizə yaxın olması təsvir edilmişdir.
13
1666-cı il sentyabrın 5-də Holland dənizçisi Yan Streys Niyazabaddan Baş Bərmək dağına gəldi. O, yazır ki, bu dağda möhkəm qala olub, bu qala Xəzər dənizi ilə bu torpağı qoruyub. Onun uçuqlarından görünür ki, divarlar qalındır və dairəvi şəkildədir. Ortada daşdan hörülmüş quyu vardır. Dağın başı çox soyuqdur. Otların üzərində buz lülələnmişdir. Dağdan aşağıda hava çox isti və xoşagələndir. Xızır-zində dağında tikilmiş Xis qalasının qalıqlarını 1683-cü ildə Alman alimi - səyyah Engelbert Kampfor görmüşdür.18 O, yazır ki, Midiyadakı Bərmək dağı dənizdən yaxındır. Olduqca yüksək zirvəli qaya perpendikulyar yüksəlmişdir. Onun zirvəsində bulaq vardır. Deyilənə görə peyğəmbər bu sudan içmişdir. Bərmək dağı ələ oxşardır, gəmilər üçün mayak rolu oynayır. Qədim Midiyalılar təbii şəraitdən istifadə edib buralarda yaşamışlar. Müharibə vaxtı burada bir şəhərcik adamı saxlamaq olar. Hasarları uçulub, yolçuların istirahəti üçün karvansara vardır. Atla mümkün olmadığından düşüb piyada getdim. Piyada 300 addım qalxıb, dağda kvadrat formalı daşlardan ibarət meydan gördüm. Dağın yüksəkliyinin sahəsi dördküncdür, ətrafı 200 addımdır. Dördüncü zirvəsinin arxasında yüksək ağtəhər qaya vardır, elə bilki haçalanıb,
14
onlardan qıraqdakı ikisi silindir formasında olub, əl çatmazdır. Uzaqdan baxdıqda uzanmış barmaqları xatırladır. Yuxarısında dərə var və onun üstündə müqəddəs peyğəmbər yaşayıb. Bura çıxan yol yaxşı düzəldilmiş 92 pilləkandan ibarətdir. Burada müqəddəs bir qəbir vardır. Burada bir neçə soyuq və çox şəffaf sulu bulaqlar vardır, onlar qaranlıq mağaradan çıxırlar. 1796-cı ildə səyyah F.F.Simonoviç yazır ki, dünyanın çox yerindən Xızır-zində dağına gəlmiş səyyahlardan fransızlar, almanlar, ruslar, farslar, isveçlər, polyaklar, hindlər, yahudilər və başqaları adlarını burada xatirə kimi yazmışlar. Hündürlüyü 4-5 m olan divar və qala vardır.19 İndi Xızır-zindənin bir neçə uclu zirvəsi var. Zirvələri Yuri sisteminin əhəng daşlarından, yamacları isə Paleogenin gilli və qumlu suxurlarından ibarətdir. Güman edilir ki, Yuri əhəng daşları onlardan üstə yatan çöküntüləri deşib, üzə çıxarmışdır. Hündürlüyü 546 m, yamacları sıldırımlıdır. Dağ yan silsilənin C.Ş. qurtaracağında və indiki Siyəzən rayonundadır.20 Qayadakı müqəddəs bulağın adı ilə yaxındakı bir kənd Ərəb mənbələrində Baqravan adlandırılır. Bu da Parsca baq “allah”, “müqəddəs” və rəvan “axın” (su) sözlərindən ibarətdir. Ərəb tarixçiləri yazır ki, Xızır-zində dağı yaxınlığında Bacarvan şəhəri var idi. Dağa (Barmachu) deyirdilər. Yəni Bərməki dağı. Məşhur ərəb coğrafiyaşünası İbn Xordadbehin “Masalik əl mamalik” kitabında yazılıb ki, “Musa o zaman öz gənc dostuna (xidmətində olan Yuşa ibn Nuna) (Xızırla görüşmək üçün) belə demişdi: İllər keçsə də, mən iki dəniz qovşağına çatmayınca dayanmayacağam”... Onlar Xızrı tapdılar. XIII əsr ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi isə “Muğam əlBuldan” kitabında yazır ki, “Bacarvan Şirvan yaxınlığında Bab-ələbvab vilayətində şəhərdir. Oradan bir çox alimlər çıxmışdır”. Bacarvan əslində möhkəm müdafiə olunan qala idi. Həmin qaya Şirvan qayası, dəniz - Xəzər dənizi, yanındakı - Bacarvan kəndidir.21 Jurnalist-yazıçı Aydın Tağıyev yazır ki, şəhərin yuxarı hissəsində şəhər qalasının içərisində salınmış “Qala Şixi” adlı kənd də olmuşdur.22 “Qala Şixi” “Şah qalası” deməkdir. 1925-ci ildə prof. E.A.Paxomov, prof. V.M.Zummer və Azərbaycan Dövlət
15
Universitetinin tələbəsi A.K.Ələkbərov Baş Bərmək dağında olublar. Onlar yazırlar ki, Baş Bərmək dağı dənizdən 2 km., Zarat stansiyasından 5 km. aralıdır. Dağdan dənizə qədər qədim sədd qalıqları vardır. Biz dərə ilə yuxarı çıxdıq. Ortada bişmiş kərpiçdən tikilmiş quyu var idi. Sıldırım qayanın yanındakı qəbirlərdə başdaşında hicri tarixi ilə 1152, 1189, 1197 və 1212-ci illər yazılmışdır. Meydana çoxlu qaya parçaları atılmışdır. Bunlardan birində qurban kəsilirdi. Dağda olan karvansaranı Qmelin xatırlayır. Kempfer və Lerxdə bu barədə yazmışlar. XIX əsrin ortalarında Azərbaycanda olmuş İ.Berezin də bundan xəbər verir. Bu, 40-cı illərdə rusların qarovul binasıdır (bu binadan sonralar rus qornizonu istifadə edib). Adam Oleari vaxtında 1636-cı ildə dağda adam yaşamayıb. Kempfer vaxtında isə (1683-cü ildə) dağda piri qoruyanlar yaşayıblar. Lerxin (1738-ci ildə) və Qenveyanın (1747-ci ildə) yazılarında qısa da olsa Kempferi təkrar edirlər.23 Babalarımızdan bizə qalan qalalar və istehkamların uçuqları, kənd yerləri, sıldırım qayalar üstündə orman meşələr və düzənliklər hələ də tam öyrənilməmiş halda qalmışdır. Əsrlərin sınağından çıxmış bu tarixi abidələr əcdadımızın keşmə-keşli keçmişindən xəbər verir. Bu məkanlar igid babalarımızın doğma vətəni olmuşdur. Xızı-Bərmək mahalında dağların, bulaqların, qalaların, kəndlərin və çayların adlarının mənası vardır. Dubrar dağının mənası Dağlı dilində Du “iki”, birar “qardaş” deməkdir. Dağın üstü qoşa yüksəklikdən ibarət olduğundan belə adlanıb. Dubrar dağının hündürlüyü 2205 metrdir.24 Boybəyim dağının adı türkcədir. “Boy” soy deməkdir. “Bəyim” isə bir Türk tayfasının adıdır. İndidə yerli əhali dağa Boybəyim, düz yerə isə Ciğatay deyirlər. Ciğatay bir Türk tayfasıdır. Çingiz xanın böyük oğlunun adı da Ciğatay idi. Saraku dağının adı məhsuldarlığa yararlı olması ilə əlaqədardır. Dağda bol su və əkin zəmiləri olub. “Sara” saf, təmiz, “Ku” dağ deməkdir. Bəziləri bu dağı Başdağ adlandırırlar. “Sər” baş, “Ku” dağ deməkdir. Xızı-Bərmək ərazisində olan çayların əhalinin həyat tərzində
16
və başlıca olaraq iqtisadiyyatında böyük rolu olmuşdur. Bunlardan Ata çay (uzunluğu 45 km, hövzəsinin sahəsi 347 km.), Dubrar dağından başlanır və Xəzər dənizinə tökülür. Əsasən yağış suyu ilə qidalanır. Suvarmada geniş istifadə olunur.25 Xızı-Bərmək mahalını şimalda Şabrandan ayıran Gil-gilçaydır. Uzunluğu 72 km, hövzəsinin sahəsi 733 km-dir. Baş qafqaz silsiləsinin şim.-ş. yamaclarından, 1980 m yüksəklikdən başlanır. Xəzər dənizinə tökülür. Əsasən yağış suları ilə qidalanır.26 Abşeronda Xızı-Bərmək mahalını Bakı kəndləri ilə qonşu edən Sumqayıt çayıdır. Uzunluğu 198 km hövzəsinin sahəsi 1751 km. Baş qafqaz silsiləsinin c. Yamacından, 2000 m. hündürlükdən, Xəzər dənizinə tökülür. Yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur.27 Bunlarla yanaşı, kiçik çaylar da vardır. Mahalın ərazisindən Dəvəçi-Samur kanalı keçir. Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir və Ceyranbatan dəryaçasına tökülür. Bu da Bakı və Sumqayıt şəhərlərinin əhalisini içməli su ilə təmin etməkdə mühüm rol oynayır. Xızı-Bərmək mahalında Xiz, Xirs (indiki Çırağqala), Dizəxvar olmuş, Xiz və Dizəxvar qalaları ərəblər tərəfindən uçurulmuşdur. Tarixçilərin yazdıqlarına görə deyə bilərik ki, Erkən orta əsrlərdə Xızı-Bərmək mahalındakı Xirs, Xurs toponimi türk tayfa adlarını saxlamışdır. Türk mənşəsi “quş” tayfa adından əmələ gəlmişdir. Mahalın qədim kəndlərindən olan Sədan haqqında “Tarixi əl Bab” kitabında yazılıb ki, Şabran yaxınlığında Sədun şəhəri var. Fələki Şirvani Şirvan şah III Məniçöhrün (1126-1160-cı illər) tikdirdiyi Sədun şəhərini şerlərində tərifləyir. Şərqşünas Xanıkov da göstərir ki, Sədun Şabran şəhəri yaxınlığındadır. V.F.Minorski yazır ki, Arran hökmdarı III Məniçöhr Şirvana hərəkət edərkən Sədun kəndinə gəldi. Fələki Şirvan şahın Sədun şəhərini tikməsi münasibəti ilə şer yazmışdır. Sədun Bərmək mahalındadır29. Fələkinin dediyinə görə III Məniçöhr Girdiman və Sədun şəhərlərini tikdirmişdir: Qoy mən kafir olum, əgər dünya padişahlarından biri Haçansa Girdiman və Səduna bənzər şəhərlər tikmişsə30. Sədan kəndi Sədani Bakuyi adından alınmışdır. İskəndərnamə
17
adlı bir kitabda farsca yazılıb ki, İskəndər Bakıya gəlir. O, əsrin qəhrəmanlarından sayılan Bakılı Sədan şəhəri bəzəyib əyanlar və əhali ilə onu qarşılayır.31 Şirvan şah III Məniçöhr tikdirdiyi şəhəri həmin yerdə doğulmuş hörmətli şəxsiyyət olan Sadan Bakuya ithaf edibdir. Hazırda Sadan Xəzər dənizi və Ata çayı yaxınlığında, Siyəzən şəhərininin yanındadır. Sadan Bakuyi ilk Bakıda yaşayan dağlı olmuşdur. Xızı Bərmək mahalının qədim şəhərlərindən biri də Şərvandır. Bəzi tarixçilər bu şəhəri Şabran və Şamaxı ilə qarışdırırlar. Tarixçilərdən S.Aşurbəyli və M.Şərifli bunların ayrı-ayrı şəhər olduqlarını, Şərvan şəhərinin mövcud olmasını yazırlar. Onlar Şərvan şəhərinin Çarxı tərəfdə olmasını iddia edirlər. Tarixçi N.M.Vəlixanlı Şərvan şəhərinin yerinin Gil-Gilçay yaxınlığında olmasını yazır.32 Bizə görə bu fikir həqiqətə uyğundur. Gil-Gilçay və Qızılburun ətrafında tapılmış mədəniyyət qalıqarı şəhərin Siyəzən yaxınlığında olmasını söyləmək üçün bizə əsas verir. Əl Müqəddəsi yazır: “Şərvan düzənlikdə böyük şəhərdir. Binaları daşdandır. Bazar meydanında isə Cəmə məscidi vardır. Şəhərin içərisindən çay keçir... Qalasız yerdir və sərhəddədir. Bu yerləri gəzmiş Əl Həməvi yazır ki, “Şabranla Şərvan arasında təqribən 20 fərsəxdir. Onu Ənuşiravan (531-579) tikdirib və öz adı ilə adlandırıb, sonradan onun adının bir hissəsi Ənu sözü düşmüşdü. Oradan bir çox alimlər çıxmışdır”.33 Qeyd etməliyəm ki, burada məsafə çox uzun verilib. Məsudi (X əsr) Azərbaycan şəhərlərinin arasında Şabaran şəhərinin adını çəkir.34 IX əsr müəllifi İbn Xordatbeh Sasanilərin Qafqazda möhkəmləndirdikləri yerləri sırasında Bab Ənuşiravan qalasını xatırlayır.35 Tarixçi N.Vəlixanlının “Ərəb xilafəti və Azərbaycan” adlı əsərində Azərbaycan VIII-IX əsrin I yarısında təsvir etdiyi xəritədə Şərvanın Bacarvan şəhərinə yaxın olması verilir. Şabran şəhəri isə Xursan vilayətində göstərilir. Bu xəritə elmi cəhətcə düz tərtib edilmişdir. Xəritədən görünür ki, Şərvan və Bacarvan şəhərləri XızıBərmək mahalında mövcud olublar. Şərvan şəhəri ən qədim
18
şəhərlərdən biridir. Strabonun Albaniyada 26 tayfanın yaşamasını söyləməsi və bunlardan türkmənşəlilərdən biri Şərvan tayfasının olduğu müəyyənləşir. Şəhərin adı orada yaşayan tayfanın adı ilə əlaqədardır. Xızı-Bərmək dağlılarının yaşadığı Şərvan şəhərinin orta əsrlərdə sənətkarlıq və ticarətlə məşhur olub, Şirvan yolu kənarında olduğundan bəhs edən yazılar şəhər əhalisinin Bakı, Şamaxı, Şabran və Dərbəndlə əlaqələr saxlaması haqqında fikir söyləməyə bizə əsas verir. Dağlı tacirləri Şərvan-Qərəh-Altıağac yolu ilə Şamaxıya, Şərvan-Xızır-Zində yolu ilə Bakıya, Şərvan-Şabran-Niyazabad yolu ilə Dərbəndə gedirdilər. Xızı-Bərməkin qədim kəndlərindən olan Xanagah fars dilində “dərviş malikanəsı” mənasındadır36 (Xanqah -dərvişlərin, rindlərin səma (musiqi məclisləri) üçün toplandıqları yer). Dərvişlərin Xirqə yırtıb vəcdə gəlməkləri əsasən belə yerlərdə olardı. Bəzi tarixçilərin dediyinə görə, Xanagah evlər yeri - kənd deməkdir. Xanagah silah saxlanan yer və ya xanın gəldiyi yer kimi də deyilir. Azərbaycanın çox yerlərində Xanagah kəndi vardır. Biz isə Xızı-Bərmək mahalındakı Xanagah kəndindən danışırıq. Adam Oleari yazır ki, 1636-cı ilin dekabrın 26-da Xızır-Zində dağından 5 mil gəlib (hər mil 7,5 km olub, 38 km deməkdir). Xanagah kəndinə çatdıq. Xanagah çılpaq dağların qoynunda yerləşmişdi. Onun suyu bulanlıq idi. Xanagahın əhalisi çox qonaqpərvərdir. Onlar 80 nəfər şəxsi qonaq etdilər. O, yazır ki, Şamaxıdan Niyazabada qayıdarkən dağların arası ilə 7 mil gəlib (45 km). 1637-ci il aprelin 1-də Koxanə kəndinə çatdıq. Bura böyük kənd idi.37 Səyyahın dediyi Koxani kəndini əhali sonralar Noxuni adlandırmışdır. Koxani sözü türk dillərində Kovxa, “kəndxuda”, “kəndin böyüyü” və “ni” şəkilçisindən ibarətdir. Koxani, yəni “Kovxanın yaşadığı yer”. Bu kəndin əhalisi artaraq, nəsillər üzrə yeni kəndlər salmışdır: Əmbizlər, Gilənava, Hacılar və başqaları. Təzə tikilərkən kənd statusu almadıqlarına görə bunlara “Noxani” deyirlər ki, buda no “yeni”, xani“evlər”, yəni “yeni evlər” deyirdilər. Sonradan isə Noxani bu kəndlərin yerləşdiyi sahəyə deyildi. Əmbizlər kəndi kəndin üstəndəki Əmbiz dağının adı ilə
19
əlaqədardır. İki qoşa təpə döş formasında görünür. Gilənava kəndinin adının mənası dağlı dilində “damcılayan su” deməkdir. Hacılar kəndinin ilk sakini Məkkə ziyarətində olan şəxs olub. Qasımkənd adından bilirik ki, kəndin əsasını Qasım tayfası qoymuşdur. Türk alimi Nurer Uğurlu “Tarix” adlı əsərində yazıb ki, Qasım xanlığı Oka çayı boyunda yaranmış Türk dövlətidir. Toxtamış xanın nəvəsi ulu Məhəmmədin oğlu Qasım Qızıl Orda xanlığı dağılarkən öz dövlətini yaratdı. Bu xanlıq 1445-ci ildə yaranmış, 1681-ci ildə Ruslar tərəfindən dağıdılmışdır.38 Xızı-Bərmək mahalındakı Qasımkənd həmin xanlıqla əlaqədardır. Azərbaycanın bəzi yerlərində də Qasımkənd vardır. Gərmiyan kəndini Gərmiunda adlandırmışlar. Farslar çox kəndin adında “an” sözü əvəzinə “un” sözü işlədiblər. Gərmiyanlı adlı türk tayfası vardır. Türkmən oymağından olan Gərmiyanlılar Yağubbəyin başçılığı ilə 1299-cu ildə Mərmərə və Egey dənizi aralığı ərazisində dövlət yaratmışlar. Dövlətin paytaxtı Kutahya şəhəri idi. 1429-cu ildə Gərmiyan bəyliyi Osmanlı dövlətilə birləşir.39 Gərmiyan kəndinin adı onlarla əlaqədardır. Yerdəyişmə nəticəsində hər bir tayfa etnik və dil cəhətdən özünə qohum olan etnosların yanında məskən salırdı. Əlixanlı kəndi haqqında tarix əsərlərdə Alğonlu kimi məlumat verilir. Abbasqulu ağa Bakıxanov yazır ki, Gil-Gil çay səddi Əlixanlı (ehtimala görə, əslən Alğonlu olmuş) kəndinin üst tərəfindən keçərək Çırax qalasına bitişir.40 Bundan göründüyü kimi Əlixanlı qədim Bərmək kəndlərindən olub, sərhəd kəndi kimi Xızı-Bərmək mahalının tarixində mühüm rol oynamışdır. Bahal kəndinin adının mənası “Bahal” işıq, gözəl, zəriflik, yəni, işıqlı yer, gözəl yer deməkdir. Bu kənd haqqında ilk məlumatı Adam Oleari vermişdir41. Səyyah Yan Streys 1667-ci ilin sentyabrın 6-da Baş Bərmək dağından keçib Bahal kəndinə çatdığını qeyd edir və göstərir ki, kənd dərədə yerləşir, çox məhsuldar torpağı var. Burada yüksək keyfiyyətli düyü və arpa əkilir. Arpa unundan bal və yağ qatıb ləzzətli qoğal bişirib onları da qonaq ediblər42. Gəhdi kəndinin mənası “sulanmayan yer” deməkdir. “Gəh” yer, “di” kənd, yəni “kənd yeri” deməkdir. Bu kənd sonralar bir neçə kəndə
20
bölünmüşdür. Bunlardan Qululu, Çarqışlaq, Sacian, Şərgəh yaranmışdır. Gəhdi həmin kəndlərin ümumi yer adı kimi işlənilib. Çarqışlaq dağlı dilində çahar “dörd” və qışlaq sözlərindən ibarətdir. Yəni “dörd qışlaq”. “Sacı” yuxa, “an” isə məkan bildirir. Yəni “yuxa bişirən yer”. Şərgəh kəndinin adının mənası şəhər və gah “yer” deməkdir. Qululu kəndinin adından bilinir ki, bu kəndin ilk sakini Qulu olmuşdur. Əngəlan kəndinin adı Alin tayfasının adı ilə əlaqədardır. Alin tayfası er. əv. Altay dağlarından Xızır-Zində ətrafına gəlib məskunlaşan türk dilli dağlılardır. Əng “baş”, “üz”, “çənə” deməkdir. Bu “baş” sözü isə Alin “dağlı” sözü ilə əlaqədar işlədilir. Dağlılar iki dilli Azərbaycan türkləri olmuşlar. Tədricən Xuzi dilini yadırğamış və ana, türk dilini saxlamışlar. Həmyə kəndinin adının mənası, orada “müqəddəs seyidlər yaşadığı məkan” deməkdir. Toponimçi Q.Qeybullayev deyir ki, bu ərəbcə olmaqla “himayə olunan” deməkdir. Təkəli-Qızılbaş tayfalarından birinin adı belədir. Təkəlilərin əcdadı Cənubi Azərbaycanda və Kiçik Asiyada köçəri həyat sürürdülər. Şah İsmayılın ordusunda döyüşən təkəlilər Şirvanın işğalından sonra bir hissəsi Xızı-Bərməkdə qaldılar. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynanyan, Şah Abbasın yürütdüyü siyasətdən narazı qalan Qızılbaş tayfalarından ən üsyankarı təkəlilər I Şah Abbas (1587-1629) tərəfindən 1596-cı ildə təzyiqə məruz qalmışlar.43 Siyəzən kəndinin adı dağlı dilində siya “qara”, zan “mənbə”, “bulaq” sözlərindən ibarətdir və qədimdən oradakı neft bulaqlarının adı kimi yaranmışdır. Bəzi tarixçilər Siyəzənə “qara qazma”, “qara torpaq”, “qara su” demişlər. Zarat isə “əkin yeri” mənasındadır. Xələnc sözü ərəb dilində taxtadan hazırlanmış qablara deyilir. Burada taxtadan kasa, tabaq və b. əşyalar düzəldiblər. Xələnc sözü lüğətlərdə qabqacaq hazırlanan bütün ağac növlərinə aid edilir. Orta əsr ərəb müəlliflərinin (Əbu Hənifə) verdiyi “xələnc” sözünün bu izahı daha ağlabatandır. “Xələnc” - müxtəlif rəngli, miləmil taxtalardan hazırlanmış hər cür qaba deyilir.44 Deməli, Xələncdə məşhur ustalar yaşayıblar. Kürdkənd adından göründüyü kimi Kürd tayfasından
21
olmuşdur. X əsrdə Şəddadilərin hakimiyyəti dövründə Kürd tayfası Azərbaycanın bir çox yerlərinə yayılmışdır. Ehtimal ki, bir neçə ailə də Xızı-Bərmək mahalına gəlmiş və burada məskunlaşmışlar. Ərəblər kəndinin adı isə Xilafat vaxtında Ərəb tayfasının XızıBərmək mahalında məskunlaşması ilə əlaqədardır. Xızı-Bərmək mahalında Ərəblər kəndinin qocaları ərəb dilində danışırdılar. Kürd və Ərəb tayfaları yerli əhaliyə qovuşub-qarışmış və onların dillərini qəbul etmişlər. Xızırzində kəndinin adı Xızır-Zində pirinin adı ilə bağlıdır. Bu kənd pirin yaxınlığındadır. Dərgiyarlı kəndi otlaq yerlərinin qapısı deməkdir. Dağlı dilində dər “qapı”, giyah “ot”, “ələf” deməkdir. Adının sonunu təşkil edən “li” şəkilçi olmaqla məkan bildirir. Bu da kənd əhalisinin maldarlıqla məşğul olmasını göstərir. Dəlləklər kəndinin adı isə peşəyə görə verilmişdir. Gəmşər kəndinin adı şar “qəsəbə”, kəm “kiçik” sözlərindən ibarətdir. Tix kəndinin adı, kəndin qarşısından axan çayın adı ilə əlaqədardır. Keş kəndinin adı, hərfi mənada “geniş vadi” deməkdir. Böyük Teymur Orta Asiyada Keş nahiyəsində doğulmuşdur. 1395-ci ildə Teymur Şirvanşah İbrahimlə Şabran şəhərində görüşürlər. İbrahim vassalığı qəbul edir. Teymur öz həmyerlilərindən nəzarətçi dəstəsi qoyur. Ola bilər ki, həmin şəxslərin məskunlaşdığı yer Keş adlanıb. Yarımca - “kiçik kənd” deməkdir. Keçmişdə bir kənddən çıxmış bir qrup ailə kənar yerdə məskunlaşdıqda Yarımca adlanırdı. Güneyqışlaq Güney yerdə yerləşən qışlaq mənasındadır. Pənbə sözü pambıq deməkdir. Çərməməzar - ağməzar, yəni ağ qəbir mənasındadır. Keçmişdə qəbirləri ağ şirə torpaqla ağardırdılar (şirə ağartmaq üçün işlədilən torpaqdır). Çuxrazəmi dərədə (Çuxurda) olan əkin sahəsi deməkdir. Nardaran sözünü belə izah etmək olar. Nər - iki hörgüclü erkək dəvə, “dar” saxlanılan və “an” məkan bildirən şəkilçi. Yəni dəvə saxlanılan yer deməkdir. Bəzən buranı Nar “od”, dar “saxlanılan”, an “yer”, yəni “odsaxlanılan yer” adlandırırdılar. Ola bilər bu da həmin yerdə yanar qazların olması ilə əlaqədardır. Eyni adlı yer
22
Abşeronda, Şamaxıda (kənd adı), Qobustanda (dağ adı) vardır. Kolanı kəndinin adı “Kola”, yəni mal, mətəh hazırlanan yer və ya işğal olunmuş ana vətənə bağlı yer kimi də işlənilir. Kolanı adlı türk dilli tayfa və Qarabağda mahal da var. Gülah kəndinin adı: Gülah - ənənəvi baş geyim növü, əsasən qalın parçadan tikilir və naxışlarla bəzədilirdi; hündür üçbücaq formalı, dairəvi içlikli olur. Gülahı adətən dərviş və seyidlər qoyurdular. Burada sənətkarlar və seyidlər yaşayırdılar. Xirək kəndinin adının mənası “Xirə” sözündən yaranıb. Bu bulanlıq, tutğun, heyran yer deməkdir. Pirabad Şixlər kəndinin adı müqəddəsdir. Səfəvi şeyxlərindən Şah İsmayılın atası Şeyx Heydər Şirvanşah Fərrux Yasarla birləşmiş Ağqoyunlu Sultan Yaqubun qoşunları arasında 9 iyul 1488-ci ildə Təbərsaran hüdudunda şiddətli müharibə oldu və bu döyüşdə Şeyx Heydər öldürüldü. Dağlı mürşüdlərinin iştirakı ilə Şeyx Heydərin nəşini gizli surətdə gətirib Pirabad şixlərdə dəfn etmişlər. Şah İsmayıl 1510-cu ildə ikinci dəfə Şirvana gəldiyi zaman Xızı-Bərmək mahalına gəlib, atasının qəbrini axtarıb tapmışdır. O, atasının qəbri üstündə türbə binası tikdirib məqbərəni müqəddəs yer elan etmişdir.45 Ətraf kəndlərin əhalisi Şeyx Heydərin qəbrini pir edib, onu ziyarət edirlər. Şeyx Heydərin qəbri indi də Pirabad Şixlər kəndindədir. Kənddə indi əhali yaşamasa da ətraf kəndlərin əhalisi Şeyx Heydərin məqbərəsini ziyarət edirlər. Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir.46 1. Xızı 2. Findiqan 3. Dərəzarat 4. Kürd kənd 5. Ərəblər 6. Şix Ələddin 7. Xıdırzində 8. Kiçik Həmzəxanlı 9. Siyəzən 10. Dərgiyarlı
23
11. Dəlləklər 12. Tix 13. Gəmşər 14. Keş 15. Zarat 16. Təkəli 17. Əngəlan 18. Pirabad Şixlər 19. Mülkanı evlər 20. Xələl Xanagah 21. Əlməmməd Tayfası 22. Həmyə Ərəb 23. Koxani 24. Gəhdi. F.F.Simonoviçin Xızı-Bərmək kəndləri ilə əlaqədar tərtib etdiyi siyahıda bir çox kəndlərin adları yoxdur. Bunların bəziləri Şabran vilayətinə və bəziləri isə Şamaxı vilayətinə tabe edildiyindən siyahıdan kənarda qalmışdır. Xızı-Bərmək mahalının böyük kəndlərindən biri Dağ Quşçudur. Quşçu qədim Türk tayfasının adıdır.47 Quşçu adında Cənubi Azərbaycanda, Şamaxı, Daşkəsən rayonunda da kənd vardır. Bu kənd şairlər Mikayıl Müşfiqin və Ağasafanın şerlərində də xatırlanır. Mikayıl Müşfiq yazır:48 Xızının üstündən görünür Quşçu, Dağların başında bir kənddir ki bu. ... Duman gecə yarı Quşçuya girdi, Güclü qar sovurur, külək əsirdi. Ağasəfa yazır:49 Açdın qucağını Dağquşçu kəndi, Uşaq tək uyuduq qolların üstə. XIX əsrin 40-cı illərində Azərbaycanı gəzmiş Rus alim-səyyahı İ.Berezin yazır ki, Giləzi düzündə Acıbulaq kəndinin uçuqlarını gördüm. Kəndin quyusunun suyu şor olduğundan belə adlanmışdır. Çay kənarında 24
yerləşən bu kənd çayın suyu quruduğundan əhalisi köçmüş və kənd dağılmışdır.50 Xəllə Xanagahdan köçmüş xəllilər əvvəlcə Giləzi düzünə dəhnənin yaxınlığına köçüb kənd salmışlar, sonradan oradanda Xələ köçmüşlər. Muğanlı kəndi Muğanla tayfasının adını əks etdirir. Tayfa isə Muğ tayfası ilə bağlıdır. Er. əv. V əsrdə yaşamış Heredotun yazdığına görə Midiyalılardan bir tayfa Muğ adlanırdı. Kəndlərin bəzisi, o cümlədən Zöhrabkənd, Qasım kənd, Baxşılı, Bəyəhmədyurdu, Qululu, Dam Qulu, Hacılar və başqaları bu kəndlərin əsasını qoymuş şəxslərin adlarını əks etdirir. Qarabulaq kəndinin adı orada olan bulaqla əlaqədar olmuşdur. Nabur kəndinin adı həmin adda olan tayfa ilə əlaqədardır. Nabur türk dilli tayfadır. Türk dilli tayfalar hələ er. əvvəl və Sasanilərin hakimiyyəti dövründə Azərbaycana gəlmişlər. Zərgərli kəndinin adı, tayfa adından götürülmüşdür. Hazırda Savalan dağının C.Ş. ətəklərində yaşayan Zərgərli adında Azərbaycan tayfası vardı.51 Zər “qızıl”, “gər” usta, “li” şəkilçidir. Yəni qızıl ustaları deməkdir. Bu türk dilli tayfanı Şah İsmayıl Xətai 1510-cu ildə atası Şeyx Heydərin məqbərəsi ətrafına Savalan dağından gətirib yerləşdirmişdir. Xızı kəndinin əhalisi maldarlıqla məşğul olduğundan qışda Şix-Xızı və Sayad-Xızı qışlaqlarına köçürdülər. Əhalinin çoxalması ilə əlaqədar olaraq Şix-Xızıdan Dizəvərə köçmüşlər. Dizəvər qədim qalanın adıdır. Qalanı IX əsrdə ərəblər dağıtmışlar. Tarixçi Qiyasəddin Qeybullayevin dediyinə görə, qalanın adı isə fars dilində dizə “qala” və var “yer” sözlərindən ibarətdir. Bu ad Naxçıvanda Didəvar və Qazax rayonunda Didəvan qala adları ilə mənaca eynidir. Dizəvər dağlı dilində “yuxarı kənd” deməkdir. “Di” kənd “zəvər” ərəbcə zirvə deməkdir. Sayad - Xızıdan isə Upaya (obaya) köçüb orada kənd salmışlar. Cabir Novruz “Sənsən mənim eşqim, son məhəbbətim ...” adlı şerində yazır: Kiçik bir kəndində gəldim dünyaya,
25
İlk gözümə dəyən şiş dağlar oldu. Orda könül verdim bulağa, çaya, Məskənim yaylaqlar, qışlaqlar oldu. Sevimli şairimiz Cabir Novruz anadan olduğu Upa kəndini belə təsvir edir:52 Turaclar, kəkliklər uçarlar yenə, Uzanar səmaya qollarım mənim. Buradan başlandı yer kürəsinə, Bütün kainata yollarım mənim. Soğlacan kəndinin adının mənası, qədim türkcə “soğla” küçə, “can” məkan deməkdir. Yəni küçə yeri deməkdir. Xızı-Bərmək mahalında qədim kəndlərdən birinin adı Findiqandır. Findiqan sözünün lüğəti mənası qonaqsaxlayanlar, “findi” qonaq və “an” yer, məkan deməkdir, qonaqpərvərlər deməkdir. Arxeoloq E.A.Paxomov tapılmış tikinti materiallarından və digər maddi mədəniyyət abidələrinə əsaslanaraq deyir ki, Yuxarı Findiqan Sasanilər dövründə tikilmişdir. Xızanşahlıq dövründə Findiqan yol kənarı kənd kimi mühüm rol oynamışdır. Orada bir bina özülü, kərpiclə tikilmiş mavzoley XIII əsrə aiddir.53 Yuxarı Findiqan orta əsrlərdə də böyük yaşayış məskəni olmuşdur. Oradan tapılan orta əsr mədəniyyət qalıqları: gil bardaq, digər qab-qacaq, şüşə qalıqları, alibastrdan ornamentlərlə bəzədilmiş bina qalıqları göstərir ki, Findiqan kəndi bərkimiş çökük üzərində tikilmişdir. Könüşə kəndinin adının lüğəti mənası dağlı dilində “məşədibi” deməkdir. Biləsən farsca “Biləsin” deməkdir. Bu da digər yerin arxasında məskunlaşmış kənd deməkdir. Kimçi kəndinin adı dağlı dilində “kəm” az, “ça” şəkilçidir. Yəni kiçik yer. Kəmşər kəndinin adı “kəm” kəm-az deməkdir, “şər” (şəhər) - qəsəbə. Yəni kiçik qəsəbə. Dabağun dağlı dilində “bağlaraqədər” deməkdir. “Da” qədər “bağın” bağlar deməkdir. Ərisguş lüğəti mənası gəlin qulağı deməkdir. “Güş” qulaq, “Ərus” gəlin deməkdir. Vərdəh kəndinin adı Vərd “gül” ağac” çiçəyi, “dəh” yer, yəni
26
“Gül-çiçək yeri” deməkdir. Qərəh kəndinin adı, ərəbcə olmaqla “kənd” mənasındadır. Xəndək kəndinin adı çökük yer deməkdir. Ələz kəndinin adı “Ərəz” “gəlmə”, yəni “gəlmələr” deməkdir. Ələz kəndinin əhalisi əsasən türk dillidir. Daşlıçalağan kəndinin adı: dağlı dilində “Çala” kiçik quyu, “an” məkandır. Yəni “Daşlıquyu” deməkdir. Dəlilər kəndinin adı igid sözündən, dəliqanlı sözündən alınmışdır. Eynibulaq kəndinin adı: “Eyn” ərəbcə göz deməkdir. Yəni “Gözlü bulaq” deməkdir. Saraki kəndinin adı: Saraku dağının adı ilə əlaqədardır. Quleydar kəndinin adı: dağlı dilində “quley” yaxşı, “dar” ağac, yəni “Yaxşı ağaclıq” olan yer deməkdir. Məşrif kəndinin adı: Məşrif titul bildirir. Atabəylər dövründən mövcuddur. Görünür kəndin ilk sakinləri vəzifəli şəxslər olublar. Xəl kəndinin adı ərəbcə “oba” deməkdir. Çarxana kəndinin adı dağlı dilində “Çahar” dörd, “xana” ev deməkdir. Yəni “Dörd ev” kimi işlənilir. Gilgilçay kəndi çayın adı ilə əlaqədardır. Mənası “Gilli çay” deməkdir. Həqiqətəndə suyu bulanıq olur. Qaragöz kəndinin adı, yəni qara gözlülər məkanı deməkdir. Qaragözlülər əsasən İranın Həmədan ətəyində yaşayan Türk dilli tayfadır. Səlcuqilərin dövründə Ön Asiyaya gəlmələri ehtimal olunur. Qaragözlülərin adı mənbələrdə XVI əsrdən çəkilir. XVIII əsrdə İran və Azərbaycanın ictimai, siyasi həyatında fəal iştirak etmişlər.54 Qaragözlülər əsasən, maldarlıqla məşğul olurlar. Qaragöz kəndinin adı Qaragözlülərlə bağlıdır. Qayaaltı kəndi qayanın alt tərəfində olduğundan belə adlanır. Çistikuluç kəndinin adı rusca “təmiz su” mənasında deyilir. Ağdərə kəndi, torpağının ağımtıl rəngə çalması və dərədə yerləşməsilə belə adlanıb. Xişqədar kəndinin adı dağlı dilində Xişq “quru”, dar “ağac” deməkdir. Yəni “Quruağac” deməkdir. Əhali qurumuş ağacları kəsib, orada məskunlaşdığından belə adlanıb.
27
Tudar kəndinin adı “Du” iki, “dar” ağac deməkdir. Yəni iki ağac deməkdir. Tağay kəndinin adı “Tağ” sözündən alınmışdır. “Tağ” memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq arasındakı boşluğunun üstünü örtmək üçün əyri xətli örtük konstruksiyası, “ay” isə şəkilçidir və məkan bildirir. Kənd “Tağay” görünüşündə məskunlaşmışdır. Şurabad kəndinin adı Şura vaxtı abad olan deməkdir. Hazırda kənd sakinləri buranı Nəcəfabad adlandırırlar. Çar imperiyası etibarsız ünsürlər saydığı malakanları Azərbaycana köçürür, bununla həm də özlərinə yerlərdə dayaq yaradırdı. 1834-cü illərdə XızıBərmək mahalında köçürmə yolu ilə Altı-Ağac və Hilimili malakan kəndləri yarandı. Altı-Ağac sözünün mənası - Şirvanşahlar hakimiyyəti illərində Şamaxıdan Şabrana, Niyazabada, Dərbəndə, eləcə də digər qonşu ölkələrə dəvə karvanı, at və öküz arabası ilə gedərkən Altı-Ağacdan keçirdilər. Buradakı karvansarada yolçular dincəlirdilər. Keçmişdə “ağac” sözü məsafə (bir ağac 7 km-dir) mənasında işlənilirdi. Oradan Şamaxıya qədər olan məsafə altı ağacdır, yəni 42 km-dir. Beləliklə, Xızı-Bərmək mahalında iki rus kəndi yaranmışdı. 1900-cu ildə Dərbənd-Biləcəri dəmiryol xəttinin çəkilib başa çatması ilə əlaqədar olaraq Xızı-Bərmək mahalında yeni stansiyalar (qatar dayanacaqları) yarandı. Əhali Xızı-Bərmək dağlarından daimi yaşamaq üçün stansiyalara köçdülər. Bunlardan Gil-Gil çay, Qızıl Burun, Giləzi, Stalçay, Yaşma, Nasoslu (indiki Hacı Zeynalabdin qəsəbəsi) kəndləri yarandı. Giləzi düzənlik adıdır “Gil” torpaq, “üzü” üstü deməkdir. Giltorpaq kimi işlənilib. Stalçay “Suyu az olan çay” mənasındadır. Nasoslu - Şollar suyunu Bakıya nəql etmək üçün qoyulmuş nasosla əlaqədardır. Bu qəsəbə indi Sumqayıt şəhəri ilə birləşməkdədir. Qızılburun kəndinin mənası: xına rəngli dağın burun şəklində dənizə tərəf çıxması ilə əlaqədar yerli əhali tərəfindən belə adlanmışdır. Q.Qeybullayev qeyd edir ki, Yaşma Türk dilində yayda quruyan su mənbəyi mənasındadır. Təzəkənd - burada yaşayanlar əsasən SayadXızı qışlağından gələnlər tərəfindən bina olunmuşdur.
28
Damqulu kəndinin adının mənası: “Dam” tor, Qulu isə addır. Yəni Qulununtoru deməkdir. Adından görünür ki, kəndin ilk sakini Qulu tor atıb dənizdən balıq tutmaqla məşğul olub. Sonrakı illərdə burada balıq vətəgəsi də var idi. Damqulu karvansarasının ətrafında Upa kəndindən gələnlər məskunlaşmışlar. Kəndin uçuq evləri 1946-cı ilə kimi qalmışdı (bura Yuxarı Damqulu deyirdilər). Oranın sakinlərinin dəniz kənarında saldıqları bağda 1950-ci illərdə yüksək növlü ağ şanı, qara şanı, sarıgilə və kişmiş üzümləri var idi. Kəndin sakinləri Giləzi stansiyasından 3 km. cənubi-şərqdə yeni Damqulu kəndini bina etdilər. 1953-cü ildə Damqulu əhalisi Giləzi kəndinə köçüb məskunlaşmışdı. Maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar soyuq aylarda mal-qara qışlaqda saxlanılır və otarılır. Sayad-Xızı qışlağına köçənlər Xızı kəndinin yuxarı yol hissəsində (Kələrah, yəni “Böyük yol” tərəfdə) məhəllə salmışdılar. Bunu xatırlayan sevimli şairimiz Mikayıl Müşfiq yazırdı:55 El içində bizə deyərlər Sayadlı. Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm. Şair Sayad sözünü ovçu mənasınıda söyləmişdir. XIX əsrin ortalarında Xızı-Bərmək torpağını gəzən Avropa alimi səyyah V.M.Minorski yazır ki, Sayad kəndi çay nahiyəsində idi.56 Onun bu sözləri Sayad kəndinin Altı-Ağac-Bakı yolu üstündə olmasından da xəbər verir. Xızı-Bərmək mahalında əhalinin artması nəticəsində yeni kəndlər yarandı. Xızı kəndindən gələnlər Qariban - yəni “Qəriblər” kəndini yaratmışlar. Tarixçi alim Paxomov E.A. verdiyi məlumatlara görə Qarban kəndinin Cənubundakı dağda Xızı qalası olmuşdur.57 Qarbanda əhali artımı ilə əlaqədar əhalinin bir hissəsi oradan Qərs, Qızıl Qəzmə və Yarımca yaylağına köçüb kənd salmışlar. İstəkli şairimiz Mikayıl Müşfiq yazırda ki58: Yaylaq, Yarımca yaylaq, Hər tərəf çəmən, bulaq,
29
Xızıdan az otayda, Əriməz qarı yayda. Qərs sözü “Qər” dib deməkdir. Kənd dağın dibində məskunlaşıb. Münbit torpağı və bol syu olduğundan orada yaşayanlar yaxşı məhsul alırdılar. Qərs maldarlıq və arıçılıq üçün əlverişli yerdir. Qızılqəzmə kəndinin adından göründüyü kimi payız vaxtı orada olan ağacların yarpaqları qızarıb, qızıl rəngini xatırlayır. Qəzmə koma, ev deməkdir. Yəni qızıl koma. Müxtəlif tarixi dövrlərdə tərtib olunan siyahılarda göstərildiyi kimi, siyasi-tarixi səbəblərdən yeni kəndlər yaranıb, bəzi kəndlər isə sıradan çıxıb və ya siyasi-inzibati cəhətdən birləşiblər. Bütün bunlar çətinlik yaratsa da çalışmışıq ki, bu məsələlərə aydınlıq gətirib izah edək. Sevimli şairimiz Cabir Novruz yazıçı Seyfəddin Dağlıya həsr etdiyi “Unudulmuş kənd” şerində yazır59: Dağlar arasında, çaylar yanında Bir qərib kənd durur, tənha, kimsəsiz. Təkcə quşlar uçur asimanında, Təkcə həmdəmidir qaya, dərə, düz. Kənd var yalqızdır, kənd var təkdir, Kim tapıb onları kəşf edəcəkdir? Mən bu şeri oxuyub, həmin itib-batan kəndlərin adını tapıb üzə çıxarmağı özümə borc hesab etdim. Əhali arasında belə rəvayət vardır ki, Xızı-Bərmək mahalında 72 kənd mövcud olub. Bu 72 rəqəmini tapıb izah edilməsini vacib bilib araşdırma apardım və 1946-cı ildə mahalda 110 kəndin olduğunu müəyyənləşdirdim. 1946-cı ildə Xızı-Bərmək mahalında olan kəndlərin adı: 1. Xızı 2. Qarban 3. Qərs 4. Yarımca 5. Damqulu 6. Dizəvər 7. Tixli 8. Qızıl Qəzmə
30
9. Xələnc 10. Findiqan 11. Təzəkənd 12. Giləzi 13. Stalçay 14. Şurabad 15. Yaşma 16. Nasoslu 17. Təkəli 18. Kiçik Əngəlan 19. Əngəlan 20. Qarabulaq 21. Kimçi 22. Dabağun 23. Gərmiyan 24. Qululu 25. Biləsən 26. Çarqışlaq 27. Sacıan 28. Xanagah 29. Baxşılı 30. Altı Ağac 31. Xilmilli 32. Çistikuluç 33. Qasımkənd 34. Əmbizlər 35. Gilənava 36. Ağdərə 37. Bəyəhmədyurdu 38. Vərdəh 39. Könüşə 40. Qərəh 41. Nabur 42. Dağquşçu 31
43. Zöhrabkənd 44. Zarat 45. Dərəzarat 46. Siyəzən 47. Qızılburun 48. Keş 49. Sadan 50. Muğanı 51. Qala Şixi 52. Böyük Həmyə 53. Zərgərli 54. Şərgəh 55. Tudar 56. Hacılar 57. Gil-Gilçay 58. Xəndək 59. Qəriblik 60. Pirabad Şixlər 61. Güney Qışlaq 62. Dəlilər 63. Qaragöz 64. Daşaltı 65. Yanıq Ələz 66. Məşrif 67. Xişqədar 68. Güçöhrü 69. Saraki 70. Soğlacan 71. Qalaaltı 72. Qozağacı 73. Eynibulaq 74. Yenikənd 75. Daşlı Çalağan 76. Dib 32
77. Kiçik Həmyə 78. Mükül 79. Çarxana 80. Nardaran 81. Qəlhə 82. Tağay 83. Kolani 84. Çalağan 85. Ağbaş 86. Məşrif 87. Ərəblər 88. Zarat (İstisu yanında) 89. Pənbə 90. Xirək 91. Şurakənd 92. Qaraulxana 93. Yuxarı Ələz 94. Çərməməzar 95. Astaraxanka 96. Bəklə 97. Hacışəkər 98. Köhnə quşçu 99. Mustafaxanlı 100. Çüxrazəmi 101. Dümçə 102. Gülah 103. Keçəllər 104. Tudar 105. Türkçay 106. Əlixanlı 107. Ağasibəyli 108. Ağsiyəzən 109. Quleydar 110. Əruskuş. 33
1988-ci ildə Ermənistandan güclə çıxarılmış 200 mindən çox azərbaycanlı əsrlər boyu yaşadığı əzəli torpaqlarından vəhşicəsinə qovuldular. Azərbaycanda qaçqınlar problemi əmələ gəldi. Qaçqınların məskunlaşmasında Xızı-Bərmək dağlıları yaxından kömək etdilər. Köçkünlər Xızı-Bərməkin kəndlərindən Findiqanda, Xızının şimal hissəsində, Qarabulaqda, Dizəvərdə məskunlaşdılar. Sonrakı illərdə Laçından, Qubadlıdan və digər işğal olunmuş ərazilərdən bura gələnlər oldu. Yeni Yaşmada, Məşəd Həsənlidə yeni kənd saldılar. Bunlarla yanaşı Özbəkistandan qovulub gəlmiş Məshəti türklərinin bir hissəsi Türkobada yaşayırlar. Xızı-Bərmək mahalında qaçqınlardan cəmi 3300 nəfər yerləşdirilmişdir. Bunlardan 2500-ü Ermənistandan qovulmuş azərbaycanlılar, 500-ü isə Məshəti türkləri təşkil edirlər. 300 nəfər isə Laçın, Qubadlı və digər yerlərdən gələn qaçqınlardır. Xızı-Bərmək mahalında bəzi kəndlərin adı Azərbaycan dilindədir. XI-XIII əsrlərdə Oğuz və Monqol tayfalarının Qafqaza gəlişi bu yerlərdə də öz təsirini göstərmişdir. Xızı-Bərmək mahalında yaşayan türkdillilər Orta Asiyadan Anadoluya və oradan XızıBərmək mahalına gəlmişlər. Türkdillilərin bir hissəsi də hələ eradan əvvəl Şimaldan Dərbəndi keçib gələn türk tayfalarındandırlar. Sonra gələn türklər isə yeni yerli türklərə qaynayıb-qarışmışlar. Orta əsrlərdə Xızı-Bərmək mahalında etnik zəmini türk dilində danışan etnoslar təşkil etmişdir. Bu etnik tərkibə yeni türk tayfaları əlavə olundu. Xızı-Bərmək mahalında bir dilli vahid etnik qrup yox idi. Bura gəlmiş Xuzi dillilərin müəyyən qismi iki dildə danışan azəri türkləri idi. Xızı-Bərmək mahalında türk və iran dilli etnoslar türk dilli tayfaların üstünlüyü şəraitində Azərbaycan türkcəsində danışırlar. Dilçi professor Əbülfəz Rəcəbov “Dil, şüur, cəmiyyət, tarix” əsərində yazır ki, azlıq təşkil edən etnik qrupun nümayəndələri çoxluq təşkil edən qrupun dilini öyrənir. Belə azlıq təşkil edən etnik qrupun dili bir müddət ailədə ünsiyyət vasitəsi kimi işlənilir.60 Xuzi dilli Bərməkilər yerli türk dilli dağlılarla birləşib, azərbaycanlı kimi təşəkkül tapmışlar. Bu dil dəyişikliyi təkamül yolla baş vermişdir. Dillərin dəyişməsi heç də yerli əhalinin sıxışdırılması demək
34
deyildir. Buna görə də müasir dağlılar öz ölkəsinin qədim nəsillərindəndir. Xızı-Bərmək mahalının kəndlərinin miqdarı ədəbiyyatlarda müxtəlif sayda verilir. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri vardır. Kəndlərin sayı müəyyənləşdirilərkən konkret dövr və şərait nəzərə alınmalıdır. 1998-ci ildə Xızı-Bərmək mahalındakı kəndlər aşağıdakılardır: 1. Xızı 2. Yarımca 3. Tıxlı 4. Xələnc 5. Findiqan 6. Qarabulaq 7. Ağdərə 8. Qasımkənd 9. Dağquşçu 10. Giləzi 11. Altıağac 12. Baxşılı 13. Stalçay 14. Yaşma 15. Şurabad (Nəcəfabad) 16. Türkoba 17. Məşəd Həsənli 18. Yeni Yaşma 19. H.Z.Tağıyev qəsəbəsi 20. Muğanı 21. Nabur 22. Bəyəhməd 23. Zarat 24. Kiçik Həmyə 25. Böyük Həmyə 26. Siyəzən 27. Qozağacı 28. Qalaaltı
35
29. Gil-gilçay 30. Sədan 31. Məşrif 32. Sağolacan 33. Dib 34. Qərəh 35. Yenikənd 36. Eynibulaq 37. Daşlı çalağan 38. Mükül 39. Çarxana 40. Saraki 41. Beşdam 42. Qələli 43. Toğay 44. Qızıl Qəzmə 45. Qars 46. Yarımca 47. Tudar 48. Dizəvər 49. Əngəlan 50. Güney Qışlaq 51. Vərdəh 52. Safbulaq 53. Təzəkənd 54. Dərəzarat. Yuxarıda göstərdiyimiz kəndlərdən H.Z.Tağıyev adına qəsəbə Sumqayıt şəhərinə, Muğanı və Nabur Şamaxı rayonuna, digərləri isə Xızı və Siyəzən rayonlarına aiddir. Siyəzən şəhər statusu almışdır. Yaşayış məntəqələrindən bir neçəsi, o cümlədən Yeni Yaşma, Türkoba, Beşdam, Məşəd Həsənli, Yeni kəndyeni salınmışdır. XIX əsrin II yarısında Xızı-Bərmək dağlarından Bakıya köçənlər şəhərin qərbində 350 m yüksək olan dağlıq hissəsində məskunlaşdılar. Dağlı məhəlləsinin relyefi amfiteatrı xatırladır. 36
Həmin yeri içərişəhərlilər və çəmbərəkəndlilər “Dağlı məhəlləsi” adlandırdılar. Köhnə bakılılar yaxşı bilirlər ki, Dağlı məhəlləsi indiki Nərimanov prospekti və Əzizbəyov prospekti arasındakı ərazinin adıdır. Belə ki, dağlı məhəlləsi Çəmbərə kəndi və Həmşəri palanı arasındakı ərazidədir. 1956-cı ildə Xızı rayonunun ləğv edilməsi nəticəsində kəndlərdə əhalinin yaşayış şəraiti daha da ağırlaşdı. Əhali baba yurdundan köçüb dolanacaq üçün Sumqayıt və Bakıya gəlməyə məcbur oldu. Beləliklə əhali kütləvi formada kəndlərdən gəldiyindən Bakıda da mənzil məsələsi çətinləşmişdi. 1959-cu ildən kənddən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başladılar. O zamankı Respublika rəhbəri Vəli Axundov inzibati orqanlara tapşırdı ki, əhalinin mənzil tikintisinə mane olmasınlar. Bu da Respublikada fərdi mənzil tikintisini sürətləndirdi. Həmin dövrdə dövlət tərəfindən Musabəyov qəsəbəsi salınır və Yasamalda yüksək mərtəbəli yaşayış binaları ucaldılırdı. Bu, fərdi mənzil tikintisinə kömək etdi. Az vaxt ərzində Yasamalda ikinci Dağlı məhəlləsi yarandı. İlk vaxtlar məhəllədə xeyli kommunal çətinliklər var idi. Həmin çətinliklər tədricən aradan qaldırıldı. Hazırkı dövrdə dağlılar əsasən Bakıda, Sumqayıtda, H.Z.Tağıyev qəsəbəsində, Xızı-Siyəzən rayonlarında yaşayırlar. Onların Bakı kəndlərində və digər rayonlarda məhəlləsi və tayfaları vardır. Hər şeydən əvvəl onlar qədimdən indiyədək özlərinin özünəməxsusluqlarını qoruyub saxlamışlar və əcdadlarının gözəl adətlərini təkmilləşdirmişlər. Bunların araşdırılıb, üzə çıxarılması indiki dövr üçün də tarixilik baxımından çox əhəmiyyətlidir. Bu məhəllələr qohumluq və yerliçilik prinsipinə əsaslanır. Hər məhəllənin ağsaqqalı vardır. Onlar hörmətə malikdirlər. Məhəllələr xeyr-şərdə yekdilliklə iştirak edib, təəsübkeşliklə məsələlərə münasibət bəsləyirlər. Bakının kəndlərindən Əhmədlidə Dağlı məhəlləsi, Hövsanda Dağlı məhəlləsi, Türkanda Dağlı məhəlləsi, Zirədə Dağlı məhəlləsi, Binəqədidə Dağlı məhəlləsi, Sarayda Dağlı məhəlləsi, Masazırda Dağlı məhəlləsi, Çoratda, Güzdəkdə, Qobuda, Biləcəridə, Xırdalanda, Binədə, Suraxanıda, Ramanada, Əmircanda, Sabunçuda, Balaxanıda, Maştağada, Mərdəkanda, Şağanda,
37
Buzovnada, Zabratda, Bilgəhdə, Nardaranda, Novxanıda, Xocahəsəndə, Qaradağda, Lökbatanda və Bakının digər kəndlərində dağlı məhəllələri var. Qubada dağlıların bəylik tayfası Məmmədbəyovlar yaşayırlar. Xaçmazda, Dəvəçidə, Çarxıda da dağlılar vardır. Dağlıların türk dilli olan bəylik tayfası daha çox yayılmışdır. Tiflisin Şeytanbazarı məhəlləsində Xızının bəylik tayfasından olanlar məskən salmışlar. Təxmini hesablamaya görə, Xızı-Bərmək dağlılarının miqdarı yarım milyon nəfərə yaxındır. Hələ çar müstəmləkəsi illərində nəşr olunan “Molla Nəsrəddin” jurnalında Hövsandakı dağlı məhəlləsi haqqında məlumat verilirdi.61 Xızı-Bərmək dağlılarının dinindən danışarkən deməliyik ki, Bərməkilərin əcdadları atəşpərəstlər olmuşlar. Bu dinin başçısı Zərdüştə görə Xeyr və Şər Allahları bir-birilə mübarizə aparır, axırda Xeyr Allahı qələbə çalır. Siyəzəndə qədimdə təbii qazların alovlanması onları özünə cəlb etmişdir. Dağlı tayfasının əcdadları isə Şəmşirpərəst olub, qılıncı müqəddəs sayanlar və Günəşi yeganə allah hesab edənlər idilər. Onlar Günəş çıxandan batana qədər işləyir və ona sitayiş edirdilər. Onlara görə dünyanın mərkəzi Günəş idi. Bu yerlərdə xristianlığın yayılmasına da təşəbbüs göstərilib. Apostol Yelişə Yerusəlimdən gəlib Baş Bərməklə Dərbənd arasında olan massaketləri xristianlığa çağırırdı. Xızı-Bərmək dağlıları onu rədd edib, Xristianlığı qəbul etməmişlər. Xızı-Bərmək mahalının Ərəblər tərəfindən işğalından sonra yerli əhali İslam dinini qəbul etmişdir. Xızı-Bərmək dağlıları İslam dinini qəbul etmiş müsəlmandırlar. Bu fəsildə bir qisim coğrafi yer adlarının mənşəyinin mənasının açılmasına səy göstərmişik. Bu, Xızı-Bərmək mahalının dağ, çay və kənd adlarının izahında ilk təşəbbüsdür. İndiki müstəqilliyimizin yaratdığı özünəqayıdış şəraitində, dövlət əhəmiyyətli problem kimi respublika toponimik fondunun təşkili bizə imkan verdi ki, bu sahədə az da olsa Xızı-Bərmək mahalının Makro toponimiyasını oxucuya çatdıraq. Xızı-Bərmək toponimiyasının əsas hissəsini əhatə edən bu fəsil arxivlərdən, elmi-
38
kütləvi ədəbiyyatdan, əhalidən topladığımız yer adlarının bir qismini oxuculara çatdırır. Bunların bəzilərinin oxucuda təəccüb doğuracağını nəzərə alıb onlardan xahiş edirik ki, bu barədəki fikirlərini bizə bildirsinlər. Qismət olarsa, kitabın sonrakı nəşrində onların məsləhətləri mütləq nəzərə alınacaq.
39
II Fəsil Xizanşahlıq (Xızı şahlığı) Qədim Yunan mənbələrində Xəzər dənizinin qərb sahillərində yaşamış tayfalar massagetlər adlanırdılar. Yunan tarixçisi Heredotun “Tarix” əsərindəki məlumatına görə massagetlər köçəri həyat tərzi keçirmişlər. Massagetlər atlarda döyüşə gedir, onlar ox, qılınc və nizə ilə silahlanırdılar. Onların yeganə allahı Günəş idi. Midiya hökumdarı Key Xosrov er.əv.530-cu ildə massagetləri özünə tabe etmək istədi. Massagetlərə Tomiris adlı qadın çarlıq edirdi. Key Xosrov (Kuruş) hiyləyə əl atdı, Tomrislə evlənmək istədiyini bildirdi. Key Xosrov onun ölkəsini almaq istəyir. Key Xosrov hədə-qorxuya əl atdıqda, Tomiris ona xəbər göndərdi ki, gəl, bu işdən əl çək, öz dövlətinə şahlıq et. Əgər sən bizim üzərimizə yürüş etmək fikrindəsənsə, onda Araz çayı üzərində körpü saldırmağı dayandır. Müqavimətsiz çayı keç, gəl ölkəmizə, biz çaydan üç günlük məsafəyə geri çəkilərik. Əgər sən bizi öz torpağına buraxmaq istəsən, onda sən də belə et. Key Xosrov (Kuruş) yenə hiyləyə əl atdı. Öz düşərgəsində kiçik bir dəstə saxlayıb, o yerdə tünd şərab və ləziz yeməklər qoydurdu. O, qoşunla Arazı keçdi. Massagetlər Tomirisin oğlu Sparkapisin başçılığı ilə Key Xosrovun kiçik dəstəsini məhv edib, şərab içməklə məşğul olarkən düşmən tərəfindən əsr götürüldülər. Tomiris Key Xosrova xəbər göndərdi ki, sən mənim oğluma döyüşlə yox, hiylə ilə qalib gəldin və qoşunumun üçdə birini məhv etdin. Yaxşısı budur ki, oğlumu geri qaytar və sağ-salamat çıx get. Əgər sözümə əməl etməsən, onda massagetlərin günəş allahına and olsun ki, səni mən qanla doyduraram. Döyüşdə Key Xosrov öldürüldü, onun ordusu darmadağın edildi. Tomiris dediyinə əməl elədi, şərab tuluğunu qanla doldurtdu və Key Xosrovun nəsini tapdırıb, onun başını tuluğun içinə soxulmasını əmr etdi və dedi ki, istədiyin qədər iç. Tomiris ananın tarixi qəhrəmanlığına qürür hissilə şer qoşan Mikayıl Müşfiq yazır: Tarix şəninizi etməkdə təqdis,
40
Ey İskit elinin anası Tomiris! Ah, Key Xosrov sizə yandan baxdısa, Qözəl oğlunuzu oda yaxdısa, Onun da başını kəsib həmən siz, Qanlı bir dərəyə diyirlətdiniz, Dediniz: “Sağ ikən qandan doymadın, İndi doyunça iç, sən ey müftəsir!” Bu döyüşdə Tomirisin ordusunda alinlər (Dağlılar) xüsusilə fərqlənmişlər. Nizami Cəncəvidə də Key Xosrovun dağda dağda qeyb olması və onun Dərbənd yaxınlığındakı saxlanılan qızıl taxtı barədə yazıları vardır Strobona görə massagetlər Günəşə sitayış rdir və ona at qurban verirdilər. Müxtəlif dillərdə danışan massagetlər 1-1V əsrlərdə Qafqaz Albaniyasında yaşamışlar. Baş Bərmək dağı ətəyində yaşayanlar onların tabeliyində olmuşlar. Bu dövlətin paytaxtı Çola şəhəri idi. Tarixçilər yazırlar ki, Sasani hökmdarı 1 Şapur (241-272) Albaniyanı Kon-Koxa (Qafqaz dağları) və Alban qapılarına qədər aldı. Bu ölkəni Parfiya arşakitlərinə mənsub yerli hakimlər idarə edirdilər. Arşaki hökmranlarının adlarından görünür ki, onlar türk mənsəli idilər. 226=ci ildə İranda hakimiyyətə gəlmiş Sasanilər Azərbaycana da sahib olmuşlar. Sasanilər ölkəsinin daxilində olan yerlər içərisində Balasakan da var idi. Balasakan Kürün Arazla qovuşduğu ərazini və Baş Bərmək dağının ətrafında olan düzənlik yerləri əhatə edirdi. Balasakan ölkəsinə Xızı-Bərmək mahalının düzənlik hissəsi də daxil idi. Qaynaqlarda göstərilir ki, vilayətin əsas əhalisi türk saklarından ibarət idi. 422-ci ildə sasanilərlə Bizans arasında müqavilə imzalandı. Bu müqaviləyə əsasən Alan qapılarını birgə müdafiə etməlidilər. Onlar türk tayfalarının və köçəri dağlıların qarşısını almalı idilər. Sasanilərə Dərbənd və Alan keçidlərini qorumaq üçün xeyli qızıl verirdilər. Sasani hökmdarları Azərbaycanın şimal hissəsini işğal edəndən sonra bu yerlərdə möhkəmlənməyə çalışırlar. Onlar Azərbaycanın şimalında kiçik feodal dövlətləri yaradıb, onları şahlıqlar adlındırırdılar. Özlərini isə Şahanşah adlandırırdılar. Sasani padşahları Abşerona, Dəvəçiyə, Qubaya parsları, Şamaxı yaxınlığına
41
Lahicları, Xizanşahlığa isə Xuzistandan bərməkliləri köçürürlər. Bu bərməklilərin Xızır-Zində dağı ətrafına ikinci gəlişi idi. Sasani şahlarından 1 Qubad (488-531) Mərkəzi Xizı qalası olan Xizanşahlığı yaratmışdır. Tarixçi Qiyasəddin Qeybullayev “Azərbaycanlıların etnik tarixinə dair” adlı əsərində göstərir ki, Sasani şahı 1 Qubad əvvəlcə Beşbarmaq, sonra Gil-gilçay sədlərini çəkmişdi. Həm də yerli hakimlərə şahlıq titulu verdi. Lahıcanşahlıq, Şirvanşahlıq, Xizanşahlıq (indiki Xızı rayonu), Xursanşahlıq (indiki Dəvəçi rayonu) belə yaranmışdı. Bu fikirlər qaynaqlarla eyni səslənir. O, Baş Bərmək dağında Xiz adlı qala tikdirmişdir. Onun ətrafında Makedoniyalı İsgəndərin göstərişi ilə çəkilmiş səddi bərpa etmişdir. Hun-Bulqar birləşmələrinin və başqa köçərilərin qarşısını almaq üçün dənizdən dağa qədər Dərbənd, Alin (Gil-gilçay), Bərmək sədləri çəkməyə başladılar. Xizanşahlığın şimalında yaşayan Tükrlərin və Dağıstan köçərilərinin basqınından qorumaq məqsədilə Makedoniyalı İskəndərin tapşırığı ilə çəkilmiş Gil-gilçay səddini eramızın 1V əsrində bərpa etmişdir. Ərəb tarixçisi Məsudi göstərir ki, Xızır-Zində dağından dənizə qədər çəkilən səddə Bərmək divarları deyirdilər. Əl-Bələzuri “Kitab fütüh əl buldən” adlı əsərində yazır ki, Qubad Şirvan vilayəti və Alan qapıları (Dərbənd) arasında bişməmiş gildən sədd çəkdirdi. O, Gil-gilçay səddini deyirdi. Gil-gilçay səddi 30 km uzunluğunda çiy kərpiçdən idi. Bu səddin bir hissəsi 10 km daşdan idi və 8 m qalınlığında idi. Bu sədd Çiraqqalaya bitişmişdir. Abasqulu ağa Bakıxanovun yazdığına görə, buna Alğon səddi deyilirdi. Həmin səddin hasarı, Gil-gil çayın sol kənarında, Babialan qalasının yeri isə həmin çayın sağ kənarında bir təpə üzərində indi də mövcuddur. Bu sədd dənizdən başlayıb adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuşdur. Oradan da üzərində böyük bir şəhərin Xarabası olan Ata dağından keçərək, Qonaq kəndin üstündən Baba dağına doğru gedirdi. Gil-gilçay səddi Xəzər dənizindən başlayaraq Baba dağın ətəklərində qurtarır. 1931-1932 və 1963-1964-çü illərdən Çiraqqalayadək olan hissəsi (təqribən 60 km) arxeoloq Abdullayev
42
tərəfindən tədqiq olunmuşdur. Gil-gil çay hövzəsindən dağ döşünə doğru 5 km-lik məsafədə divar çiy kərpiçdən tikilmişdir. Kolanı kəndi yaxınlığında divarların hündürlüyü 5-7 m-ə, bəzi yerdə isə 711 m-ə çatır. Hər 30-35 m məsafədə bürc və qüllə ucaldılmışdır. Burada səddin eni aşağıda 3o m, yuxarıda isə 15 m-ə çatır. Çiy kərpiçlə tikilmiş 88-ci bürc Gil-gilçay səddinin 1-ci yarısının sonu hesab edilir. 74-88-ci bürclərin arasında çala olmuşdur. Gil-gil çayın sol sahilində səddin qalıqları nisbətən yaxşı saxlanılmışdır. Gil-gil çay səddinin 2-ci hissəsi Çiraqqalaya yaxın qurtarır. Səddin 3-cü hissəsi Şabran çayının sağ sahilində Çinarlar kəndinin şimal qərbində qurtarır. Həmin ərazidə “Qalayeri” adlanan qədim şəhər xarabalıqları vardır. Gil-gil çay səddinin 4-cü hissəsi “Qalayeri”ndən Afurca kəndinə tərəf istiqamətlənir. Ən böyük bürcün hündürlüyü 4,7 m., eni isə 7,2 m.-dir. Bürc və divarlar əsasən, yonulmamış daşlardan tikilmişdir. Bu istehkam haqqında ilk məlumat verənlərdən biri ərəb tarixçisi Əl-Bəlazuri (1X əsr) “Ölkənin fəthi kitabı”nda (“Kitab fütüh əl-buldən”) yazır ki, Firuzun oğlu Sasani şahı Qubad onlara (xəzərlərə) qarşı iyirmi min döyüşçü göndərdi, sonra Qubad özü də onlara qoşuldu və Şirvanla Aran vilayətinin qapısı arasında çiy kərpiçdən sədd tikdirdi. Fransız monaxı - səyyah Vilihelm Rübrik XШ əsrin ortalarında Dərbənddə, oradan Şabrandan keçərək Gil-gilçay səddinə gəlib. O, yazır ki, uçulmuş sədd dağdan dənizə qədər idi. Dağlarla gedərkən bir gündən sonra həmin səddin özülünə rast gəldik. Bu sədd dağları bir-birinə birləşdirildi. İskəndər tərəfindən çəkilmiş sədd əhalini köçəri qəbilələrdən qoruyurdu. Fars dilində yazılmış kitabda, dahi şair Nizami Gəncəvinin “İskəndərnamə” əsərində və Azərbaycanda olmuş Avropa səyyahlarının səlnamələrində Makedoniyalı İskəndərin Bakıda və Bərdədə olması və onun göstərişi ilə Dərbənd səddinin, Gil-gilçay səddinin bə Bərmək səddinin çəkilməsi barədə yazılmışdır. Bəzi tarixçilərin şübhəsinə heç bir yer qalmır. Həmin səddlər sonrakı illərdə Sasani hökmdarları tərəfindən bərpa edilib möhkəmləndirilmiş və genişləndirilmişdir. 1931-32-ci illərdə E.A.Paxomov axtarış aparıb və onun fikrinğə, Gil-gilçay səddi Sasanilər dövründə müdafiə məqsədi üçün
43
tikilmişdir. 30 km uzunluğu öyrənilib. Məsudinin xatırladığı “Bərməkin dağ hasarı” həmin yerdir. Gil-gil çay səddin şimalından axırdı. Bu bəndin kərpicləri Bərmək bəndindəki kərpiclər kimidir. X.P.Abdullayev yazır ki, 1963-64-cü illərdə hasarın 60 km-ə qədər uzunluğunu öyrənmişəm. Hasar daşlı Çalağan, Məşrif, Uçaq, Nohurlar, Çomur və Çinarlar kəndinin kənarından keçir. Səddin dördüncü hissəsi Afurca kəndindən başlanır. Sahüb kəndinin şimalı qərbində qala yerini yerli əhali “Divlər qapısı” adlandırır. Alban tarixçisi Movses Kalankatlı Bərmək səddini Sasani şahı 11 Yezdəgirdin (438-457) Xızır-Zində dağından Xəzər dənizinə qədər uzanan müdafiə səddi çəkdirdiyini söyləyir. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən tikilmiş sədd bir-birindən 200 m aralı kil divardan ibarət idi. Səddin hündürlüyü 3 m-ə qədər idi. Bu xəzərlərin və Dağıstandan gələn köçərilərin qarşısını almaq məqsədilə çəkilmişdir. Bənddə qala və karvansara olmuşdur. Xizanşahlıqda Çıraqqala da müdafiə məqsədilə tikilmişdir. Çiraqqala ən hündür nəhəng qaya üzərində tikilmişdir. Silindirvari bürclərlə möhkəmləndirilmiş qala divarları qapalı quruluş əmələ gətirir. Qalanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın divarları və yarımdairəvi bürcləri (12-dək bürc) daşdan tikilmiş, yalnız baş bürcə kərpicdən üzlük çəkilmişdir. Vaxtilə şimal sərhədlərinin müdafiə tikililəri sisteminin əsas gözətçi məntəqələrindən biri olan Çıraqqalanın baş bürcündən geniş sahəni nəzarət altında saxlamaq mümkündür. Çiraqqalanın ətrafında orta əsrlərə aid müxtəlif keramika qalıqları tapılmışdır. Qalanın V əsrdə Sasanilər tərəfindən tikildiyi və XVШ əsrədək istifadə edildiyi ehtimal olunur. Düşmənin yaxınlaşdığını ətrafa xəbər vermək üçün qalanın baş bürcünün üstündə tonqal yandırırdılar. “Çıraqqala” adı da bununla əlaqədar yaranmışdır. Belə bir fikir də var ki, Qalada Siyəzən neftindən istifadə edib, axşamlar saxsı çiraq yandırıldığından oranın adına Çiraqqala demişlər. Akademik P.Q.Butkov yazır ki, General-mayor S.A.Quçkovun adyutantı olarkən 1796-ci ildə Çiraqqalada olmuşdur. O, deyir ki, qala dağın yüksəkliyində yonulmamış daşlardan tikilmişdir. Divarlar 9 m hündürlüyündə idi. İki qüllə hərəsi 32 metr hündürlüyündə
44
yonulmamış daşdan, bir-birinə sıx yapışdırılmış kərpicdən idi. Möhkəmləndirilmiş dağ hissəsindən su gətirib 32 metr uzunluğunda olan şarhovuza tökülürdü. Qüllələr hərəsi bir-birindən 64 metr aralıdır. Bir qalaya üç mərtəbəli bina söykənmişdir. Bu binanı Şeyx Əlixan tikdirib və bir vaxtlar ləzgi və digər köçərilərin basqınından qorunmuşdur. Çıraqqalada xəbərdarlıq məqsədilə yandırılan ocaq Xis qalasında da qörünürdü.
45
Xis qalasında yandırılan tonqal Çıraqqala və Dizəxvar qalalarında da görünürdü. Bu da bütün Xızı-Bərmək mahalı üçün xəbərdarlıq idi. 1600 yaşlı Çıraqqala Çin səddindən uzun idi. Azərbaycanın Xızı-Bərmək mahalında əhalinin kahin, döyüşçü, mirzə və vergi verən təbəqələri var idi. Son təbəqə can və torpaq vergisi verirdi. Mahalda sənətkarlar, kəndlilər və tacirlər də vergi verən təbəqəyə aid idilər. Bizansla Sasanilər arasında mübarizə gedirdi. 626-ci ildə Bizans hökmdarı İraklinin (610-641-ci illər) təkidilə Türk xaqanlığının hökmdarının suvari dəstəsi Çola şəhərini və Xızı-Bərmək mahalının torpaqlarından keçib İberlərin torpağına daxil olub və oradan Bizansa getmişlər.
46
47
Xəlifə Ömər ibn əl-Xəttab (634-644) İslam dinini Azərbaycanın Xəzər sahili yerlərində yaymağa təşəbbüs göstərmişdir. Xəlifə Ömər 642-43-cü ildə Dərbəndi işğal etmək üçün Suraku ibn Əmiri göndərdi. Ərəblər bu yerlərdə möhkəmlənə bilmədilər, onlara qarşı çıxışlar olurdu. V11 əsrdə ərəblər Azərbaycana gəldikləri zamanda Xizanşahlıq mövcud idi. Ərəblər Dəstəbə yaxınlığındakı Vəcrud adlı yerdə Azərbaycan ordusuna qalib gəldilər. Azərbaycanlı döyüşçülərinin başında Azərbaycan Mərzibanı İsfəndiyar ibn Fərruxzad dururdu. Reydən qayıtdıqdan sonra o, seyrəlmiş qoşununu Azərbaycanın Bacarvan, Miməz, Bəzz, Sərab, Şiz, Məyənic (Miyanə) və başqa şəhərlərindən topladığı əsgərlərlə artdırdı. 643-cü ildə ərəblər Ərdəbil yaxınlığında İsfəndiyarın qoşununu məğlub etdilər. Ərəblərlə Azərbaycanlılar arasında sülh bağlandı. Bu döyüşdən sonra Xızı-Bərmək dağlıları öz şəhərləri Bacarvana qayıdıb, onlardan bir neçəsi Xizanşah ordusunda xidmət etdilər. 1X əsrin tarixçisi Bələzuri “Kitab fütüh əl-buldan” adlı əsərinin “Azərbaycan fəthi” adlı fəslində yazır ki, Xəlifə Osmanın (644-656) əmri ilə Salman ibn Rəbiyə 12 minlik dəstənin başında Arana gəlib, Kürü keçərək Qəbələ, Şəki, habelə “Əhli Xizan”, Şirvan, Məsqət, Şabran, Bab əhalisi ilə müqavilə bağlayıb, onları vergi verməyə məcbur etdi. Bələzuri “əhli Xizanı “ yəni Xızı əhalisini dağlılar da adlandırmışdır. Salman ibn Rəbiyə Şirvandan Xəzər xaqanlığının üzərinə gedir. Dərvaq çayı kənarında döyüşdə məğlub olub öldürülür. Xəlifə Osman Azərbaycan və arana Xuzeyf ibn əl-Yəməni başçı təyin etdi. Xuzeyf Bərdəyə və oradan da Xizan şahlığa gəlir. Xuzeyf Xizanşahlıqdan vergi toplayıb və geri dönür. Xəlifə Osman öldürüləndən sonra (656-ci ildə) Xilafətə Əli ibn Əbu Talib (656-661) hakimiyyətə gəldi. Xəlifə Əli ibn Əbu Talib Qafqaza Miğurə ibn Şeyba, Əl-Əşas ibn Qeys kimi qörkəmli sərkərdələri başçı təyin etdi. Tarixçi Əl-Bəlazuri yazırdı: “Əl-Əşas bura yetişdikdə gördü ki, yerli əhalinin çoxu islamı qəbul etmiş və Quran oxuyur. Bu fikir onu göstərir ki, ərəblər islamı Bərməkə yayarkən Qurani Kərimin təbliğinə əsaslanmışlar. Xızı-Bərmək dağlıları ilk dövrdə islam
48
dinini dinc yolla qəbul etmişlər. Ərəblər Azərbaycana Ərəbistandan ailələr gətirib yerləşdirirdilər. Xızı-Bərmək mahalında ərəb ailələri kənd şəklində məskunlaşdılar. Ərəb ailələri torpaqla təmin edilir və onları ortaq həyat keçirməklə ərəbləşdirmə siyasəti yeridilirdi. 651-ci ildə Sasani şahənşahı Ш Yerdəgirdin öldürülməsindən sonra Sasani imperiyası dağıdıldı. Cahangir Zeynaloğlu “Müxtəsər Azərbaycan tarixi” əsərində yazıb ki, əməvilər zamanında Azərbaycan ilə Gürcüstan bir vilayət kimi hicri tarixi 158-ci ildə vali Məhi ibn Bərmək tərəfindən idarə edilirdi. Xəlifə Yezid (680-683) İbn Abdal-Malik al Cərrahı Azərbaycana hakim təyin edib, onu böyük qoşunla bu ölkəyə göndərdi. 721-ci ildə Əl-Cərrah Dağıstanı tutub, Xizan əhalisindən vergi toplayıb, yenidən xəzərlərə qarşı yürüş etdi. Ərəb tarixçisi Bələzuri yazır ki, 725-ci ildə ərəb sərkərdəsi Məsləmə İbn abdul-Məlik böyük qoşunla Xiz qalasının üzərinə gəldi. O, qalanı hucumla ala bilməyib, onu mühasirə etdi. Məsləmənin qoşunu aclıq çəkirdi. O, hiyləyə əl atdı. Söz verdi ki, azuqə alıb geri qayıdacaq və bir əsgərə də toxunmayacaq. Bu vaxt Xizanşahlığın 1000 nəfərlik igid döyüşçüsü var idi. Xizan dağlıları ərəb sərkərdəsinə inanıb, onlara azuqə apardılar. Ərəb sərkərdəsi Məsləmə xəyanətə əl atıb, qaladan silahsız çölə çıxmış ordudan 999 nəfər Xizan əsgərini öldürtdü. Yalnız birinə toxunmamışdı. Beləliklə hiyləgər Məsləmə ibn Əbdül Məlik Xiz qalasına soxulub, qalanı uçurmuşdur. O, Xızı-Bərmək dağlıları ilə bir daha bir-birinə toxunmamaq haqqında barışıq müqaviləsi bağladı. 774-ci ildə Xəlifə Ш Yezid ibn Al-Valid Mərvan ibn Məhəmmədi Azərbaycan və Arana hakim təyin etdi. Ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd Xizanşahlığın Xirs qalasına (Çıraqqalaya) hucum edib oranı tutdu və əhalidən xərac aldı. Sonralar Mərvan ibn Məhəmməd Xəlifə olmuşdur (774-750-ci illərdə). Ərəb tarixçisi Əhməd Yaqubi “Tarix” əsərində yazır ki, ərəb sərkərdəsi Yezid ibn Usayd xəzərlərlə müharibədə məğlub olub geri çəkildiyi zaman Xirs qalasına gəlmişdi. Xəzərlərlə ərəblər arasında Azərbaycan uğrundakı uzun illər gedən müharibədə xəzərlər məğlub olaraq Azərbaycandakı mövqelərini itirdilər. Xəzərlərin bir qismi islamı qəbul etdi. Ərəblər
49
Azərbaycanın istilasını başa çatdırdılar. Onlar quzeydə Dərbəndi, güneydə Həmədanı sərhəd şəhərləri müəyyənləşdirərək Azərbaycan sərhədlərini dəqiqləşdirdilər. Abbasilər sülaləsi İranlıların köməyi ilə hakimiyyətə gəlib (750-1258), beş əsr hökmranlıq etmişdir. Anri Massenin “İslam” əsərində deyildiyinə görə, bu sülaləyə bir tərəfdən ərəblər, digər tərəfdən isə Abbasiləri hakimiyyət başına gətirən iranlılar arasında müvazinət saxlamaq lazım idi. Bu müvazinəti əldə etmək çətin idi, lakin bu çətinliyə baxmayaraq, Xəlifə Mənsurun (754-775) dühası və bərməklilər adlanan nazirlər sayəsində əməvilərlə iranlıların arasında yarım əsr müvazinət saxlanıldı. Xəlifə Əl-Mənsur sərkərdə Yezidi Şirvana göndərdi. Yezid 773cü ildə xəzərlərlə döyüşdə məğlub olub, geri qayıdarkən Çıraqqalada dincəlir və oradan İraka dönür. Bərməklilər nəsli Ərəb xilafətində böyük nüfuza sahib olmuş və uzun illər rəhbər rütbələr daşımışlar. Ziya Bunyadov yazır ki, 789-cu ildə Aran şahlığın hakimi Suleyman ibn Bərmək paytaxtı Şamaxıdan Bərdəyə köçürtdü. O, əhalidən ağır vergi topladı. Xızı-Bərmək dağlılarından isə az vergi almışdı. Bərməklilər nəslinin görkəmli nümayəndələri Abbasilərdən Xəlifə as-Saffah (750-754), al-Mənsur (754-775) və Abbasilərin 5-ci xəlifəsi Harun-ər Rəşidin (786-809) baş vəzirləri olmuşlar. Ərəb xəlifələri bərməklilərə əsaslanıb, onlardan dövlət xadimi kimi istifadə edib, onların köməyi ilə ölkəni idarə etmişlər. Xalid Bərməki (706-782) ağıllı məsləhətləri və hərbi bacarığı ilə fərqlənmişdir. Akademik V.V.Bartold yazır ki, Xalid Bərməki Xəlifə Abul-L-Abbasın qızını almışdı. Xəlifə ona inanırdı. Xalid Bərməki əvvəl farsın və sonra Tabiristanın hakimi olur. O, 750-ci ildə Xəlifənin katibi və yaxın məsləhətçisi olmuşdur. Bununla da abbasilər ilə bərməklilər qohum olmuşdur. Xəlifə Mənsur məşhur bərməklilər ailəsinin birinci nümayəndəsi Xalidi katiblikdən baş vəzir vəzifəsinə irəli çəkib, əksər dövlət işlərini ona havalə etdi. Xalid Bərməkinin oğlu Yəhyə Bərməki (738-805) Xəlifə Mənsurun vaxtında Azərbaycana vali təyin olunmuş, Xəlifə Harun-ər Rəşidin vaxtında isə vəzirliyə təyin olunmuşdur. Yəhyə Bərməki oğlu Fadlla birlikdə ölkəni idarə edirdilər. Yəhyə Bərməki xeyli tikinti işləri aparıb abadlıqla məşğul olmuşdur. Xəlifə
50
Harun-ər Rəşid Yəhyə Bərməkiyə böyük hörmət edirdi. Hətta onu “ata” deyə çağırırdı. Anri Masse yazır ki Xalidin oğlu Yəhya və ona verilmiş qeyriməhdud hakimiyyətə dayanaraq, on yeddi il ərzində imperiyanı felən idarə etmişdi. Fadla Bərmək ibn Yəhyə vəzir və sonra Azərbaycana vali təyin olunur. Əl-fədil böyük qoşunla Bərdəni alır. O, oradan Bab əl-Advab (Dərbənd) şəhərinə hücüm edir. Xamzik qalasını ala bilməyib yenidən Bərdəyə qayıdır, 797-ci ildə Cibəlin Təbəristanın, Azərbaycan və Ərməniyyənin canışını əl-Fadl ibn Yəhyə alBərməkin Xəzər xaqanının qızı olan arvadının Bərdədə zəhərlənib ölməsindən xəzərlər şübhələnib Arana hucum ediblər. Xəzərlər ölkəni darmadağın etdilər. Bununla xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola bilirlər. Belə qanlı döyüşlər yerli əhali üçün dəhşət idi. Cəfər Bərməki (763-29 yanvar 803) 787-ci ildə Xəlifə Harun-ər Rəşidin baş vəziri olur. O uzun müddət dövləti müstəqil idarə etmişdir. Cəfər Bərməkinin zamanında Xilafətdə elm və ədəbiyyat xadimlərinə böyük imtiyazlar verilmişdir. Ənənəyə görə Bərməkilər Ərəb Xilafətində vəzir rütbələrini tuturdular. Harunər Rəşidin baş vəziri Cəfər Bərməki Xəlifənin birinci köməkçisi olub, onun əmrlərinə möhür vururdu. İran feodalları Bərməkilər vasitəsilə Xəlifədən istifadə edirdilər. Beləliklə Bərməkilərin nüfuzu və varı artırdı. Cəfər Bərməki geniş nüfuza malik olduğundan 101 misqal çəkidə qızıl dinar kəsdirir. Tarixçi M.A.Seyfəddini M.A.İmam Şuştəriə əsaslanaraq yazır ki, Harun-ər Rəşid Cəfər Bərməkinin əmlakını müşadirə edərkən 4 min ədəd xatırladığımız puldan götürmüşdür. Cəfər Bərməkinin nüfuzundan ehtiyat edən Xəlifə Harun-ər Rəşid hakimiyyəti öz əlində cəmləşdirmək məqsədilə uzun müddət yollar axtarırdı. Deyilənlərə görə Harun-ər Rəşid Cəfər Bərməki ilə birlikdə dövrünün məşhur bağbanı Hür Bərməkinin bağına gedirlər. Xəlifə payızın axır vaxtı olduğundan ağacın birində qırmızı alma görür. O, vəziri Cəfər Bərməkiyə deyir ki, çiyninə çıxıb almanı dərsin. Cəfər Bərməki Xəlifənin dediyini yerinə yetirir
51
Xəlifə Harun-ər Rəşid bağbana deyir ki, ondan hədiyyə istəsin. Bağban Hür Bərməki Xəlifəyə deyir ki, ona bir kağız versin ki, Hür Bərməki deyil. O, Xəlifədən belə bir kağız alır. Bu hərəkət Cəfərin xoşuna gəlmir. Xəlifə Harun-ər Rəşidin bacısı Abasi savadlı və məlumatlı qadın idi. O, məclislərdə oturur və Cəfər Bərməki ilə söhbət edirdi. Xəlifə Cəfər ilə Abasinin siğə kəbin kəsməsinə icazə verir. Lakin onlar bu siğə kəbin üsulunu pozub birgə yaşayırlar. Cəfər Bərməkinin Abasidən iki oğlu olur. Bu Xəlifə Harun-ər Rəşidi təşvişə salır. Bu məsələni əsas tutan Xəlifə Harun-ər Rəşid 29-yanvar 803-cü ildə Cəfər Bərməkini və onun iki kiçik yaşlı oğlanlarını edam etdirir. Cəfərin köməyinə qalxan yerliləri Bərməkilər nəslini Xəlifə Harunər Rəşid kütləvi qırdırır. Hürü həbs edərkən o, deyir ki, Bərməki nəslindən deyildir. Hətta Xəlifədən aldığı kağızı göstərir. Bu əhvalatı Xəlifəyə nəql edirlər. Xəlifə Harun-ər Rəşid həmin bağbanı çağırıb o vaxt niyə bu arayışı aldığını soruşur. Bağban Hür Bərməki deyir ki, bağd elə ki vəzirin Xəlifənin çiyninə çıxdığını gördüm, bildim ki, dəhşətli hadisə başlayacaqdır. Xəlifə Hürü öldürməyib buraxdı. Hür Bərməki Xızı-Bərmək mahalına gəlir və onun nəsli bu yerlərdə bağçılıqla məşğul olur. Yəhyə Bərməki və Fadla Bərməkini həbs etdilər. Onlar həbsxanada öldülər. Tarixdə Bərməkilər nəsli savadlı, ağıllı və səxavətli hökmdarlar kimi tanınırlar. Bərməkilər nəslindən sağ qalanlar canını götürüb, Bağdaddan Xızı-Bərmək mahalına gəlib orada məskunlaşmışlar. Bu da İran kübar feodalları arasında narazılığa səbəb olur. Bu hadisədən sonra Xəlifə Harun-ər Rəşidin vəziyyəti ağırlaşdı. Xəlifə Harun-ər Rəşid fars qızından olan böyük oğlu Məmunu Şərq villayətləri üzrə canışın təyin etdi. Bu da fars feodallarını sakitləşdirdi. Fars feodalları Məmun vasitəsilə nüfuzlarının artmasına ümüd edirdilər.Bərməklilərin rühaniləri, feodalları, tarixçiləri, sənətkarları, alimləri və bir sözlə sağ qalmış baş bilənləri Xızı-Bərmək mahalına gəlir və Şirvanda dağlıların hörməti daha da artdı. Xızı-Bərmək mahalı Baş Bərmək adlandırıldı. Bu isə bərməklilər nəslinin XızıBərmək mahalına üçüncü dəfə daimi gəlmələri idi.
52
Türk tarixçiləri yazır ki. Harun-ər Rəşid dövründə (786-809), hökümət işlərinin başında Bərməklilər (Bərmək oğulları) bulunmuşlar. Bu vəzir ailəsi dövlət içində böyük bir qüdrət və nüfuza sahib olub, təhlükə olmağa başladıqda ortadan qaldırıldılar. Harun-ər Rəşidin ordusunun bir hissəsini türklər təşkil edirdi. O, türklərdən dövlət işlərində istifadə edirdi. Türklər əsgəri xidmət və dövlət işlərində böyük rol oynayırdılar. Professor E.A.Paxomovun yazdığına görə, ərəb feodallarına (məzyədilərə) qarşı İran feodallarının (kəsranilərin) apardığı mübarizədə fars dilli əhali İran feodallarına kömək etmişlər. Akademik Ziya Bunyadov yazıb ki, Azərbaycandan yığılan vergilər əvvəlcə Sacilər və sonra Müsafirlər xəzinəsinə daxil olurdu. Xizanşah hökmdarı Abdul Qasim əl-Xizaninin ölkədən yığdığı vergilərin miqdarı 400 min dirhəmdən çox idi. 917-ci ildə Məzyədilər nəslindən olan Şirvanşah Əli ibn Heysəm Xursanşahlığı və Xizanşahlığını öz torpaqlarına qatdı. Şirvanşahlığa tabe olan Xizanşahlıq X əsrin 80-cı illərinə kimi müstəqil nahiyə idi. Xizanşahlığı dörd əsrdən çox Azərbaycan tarixində mühüm rol oynamışdır. Xizanşahlıq coğrafi vəziyyəti təbii zənginliyi və siyasi qüdrətinə görə farsların, ərəblərin, xəzərlərin və Qafqaz köçərilərinin nəzər-diqqətini özünə cəlb etmişdi. Xizanşahlığın sərhədləri ayrı-ayrı dövrlərdə mövcud tarixi hadisələrlə ədaqədar olaraq dəyişmişdir. Bəzi dövrlərdə Bakı və onun Maştağa, Buzovna, Balaxanı, Suraxanı, Qala, Nardaran, Mərdəkan, Zıx, Zirə kimi qədim kəndləri də Xizanşahlığın himayəsində olmuşdur. Biz Alğon (Gil-gil çay) səddinin Xizanşahlığın şimal sərhəddi olduğunu bildiyimizdən belə bir fikrə gələ bilərik ki, indiki Qonaqkənd rayonunun ərazisi də həmin dövlətin tabeliyində olmuçdur. Ш-V əsrlərdə Azərbaycan Sasani imperiyasının bir hissəsinə çevrildi. Bu dövrdə Azərbaycanda feodal münasibətləri meydana gəldi. Feodallar və kəndlilər yarandı. Xızı-Bərmək mahalında din xadimləri və seyidlər feodallar təbəqəsinə aid idi. 1 Xosrov Ənuşiravan vergi və mükəlləfiyətləri təyin etdi. O, əhalini siyahıya aldırdı. Sasanilərin yaratdığı kiçik şahlığ dövlətlərindən biri olan
53
Xizanşahlıq da onların vassallarından biri idi. V əsrdən başlayaraq Xizanşahlıqda feodalizmin xüsusiyyətləri yaranmışdır. Xizanşahlıqda da əhali dörd sosial təbəqəyə - kahin, döyüşçü, mirzə və vergi verən təbəqəyə (kəndlilər, sənətkarlar və tacirlər) mənsub idilər. Xizanşahlıqda əsasən feodallar (öz təsərrüfatı olan feodallar azlıq təşkil edirdilər), feodallardan asılı kəndlilər, rühanilər, sənətkarlar təbəqəsi mövcud idi. Əhalinin əksəriyyətini öz torpaqları olan azad icmaçı kəndlilər təşkil edirdi. Ölkəyə şah və ruhanilər başçılıq edirdilər. Dövlət hakimləri öz əyanlarına və döyüşçülərinə torpaq sahələri bağışlayırdılar. Hər şah öz feodal ölkəsinin sahibi idi. Şah eyni zamanda ordunun baş komandanı idi. Vergilər əsasən natural səciyyədə idi. Şah sarayı vergilər hesabına yaşayırdı. Xızı-Bərmək mahalında 20-50 yaşlı kişilər vergiyə cəlb edilmişdilər. Kəndlilər, sənətkarlar və tacirlər əsasən can və torpaq vergiləri verirdilər. Kəndlilər mükəlləfiyyətlərə də cəlb olunurdular. Xiz, Xirs (Çıraqqala), Dizaxvar qalalarında əhali arasından bacarıqlı sənətkarlar yetişmişdi. Bunlar kürkçülər, papağçılar, çarıqçılar, duluzçular, dəmirçilər, dəlləklər və s. sənətkarlar idilər. Bütün kəndlərdə və qalalarda qadınlar xalça, palaz, xurcun, heybə, köynək, corab, əlcək və başqa geyim paltarları toxuyurdular. Azərbaycanda xalçaçılıq sənətinin çox dərin kökləri vardır. Qoyunçuluğun inkişafı ilə əlaqədar olaraq yunun olması və təbii boyaların varlığı xalçaçılığın inkişafı üçün yaxşı şərait yaradırdı. Xızı-Bərmək ərazisində yaşayan bərməklilər və türk dilli dağlılar hələ qədimdən xalçaçılığın yaranmasında mühüm rol oynamış Azəraycan xalça sənətinin təşkilinə və inkişafına ciddi təsir göstərmişlər. Azərbaycan tarixçiləri göstərirlər ki, Ш-1V əsrlərdə ölkədə xalça və xalça məmulatı hazırlanırdı. V-V1 əsrlərdə, Sasanilər dövründə Azərbaycan xalçaçıları əmtəə istehsalı dairəsinə daxil oldu. Ərəb Xilafəti dövründə Azərbaycanda xalça istehsalı daha da artdı.
54
Tarixçilərin verdikləri məlumatlardan görünür ki, Azərbaycan əhalisinin ərəb Xilafətinə verdikləri verginin bir qismi gözəl xalçalardan ibarət idi. Xilafətin Azərbaycanda ağalığı döbründə tiçarət inkişaf etdi. Azərbaycanın islam ölkələri ilə iqtisadi əlaqələri xeyli gücləndi, şəhərlər daha da inkişaf etdi. Maarif, elm və mədəniyyət tərəqqiyə çatdı, vergilərin artırılması əhalinin narazılığına səbəb oldu. Xızı-Bərmək mahalının Şərvan şəhəri bu dövrdə sənətkarlıq mərkəzlərindən biri idi. Şərvan böyük karvan yolu kənarında idi. Tarixçilər Şamaxı-Şərvan, Əl-Abxaz şəhərləri ilə Dərbəndə karvan yolunun olmasından və Şərvanla Dərbənd arasında yüz fərsəx məsafə olmasından yazırlar. Qazıntılar zamanı XızıBərmək ustalarının dəmirdən və tuncdan hazırladığı əmək alətləri və silahlar tapılmışdır. Qazıntılar zamanı bəzək əşyaları da aşkar edilmişdir. Bunlarla yanaşı, saxsı qabların tapılması sübüt edir ki, burada duluzçuluq sənəti də xeyli inkişaf etmişdir. Tarixi mənbələrdə deyilir ki, Sasanilər dövründə musiqi, rəqs və şer tərəqqi etmişdir. Xizanşahlıq ərazisi Dərbənd, Şabran, Bakı, Şamaxı şəhərləri arasında ticarət yolunda idi. Dağ tərəfdən Altı-Ağac yolu, dəniz kənarından Giləzi düzü ilə əlaqə saxlanılırdı. Ağac yolu, dəniz kənarından Giləzi düzü ilə əlaqə saxlanılırdı. Şahlığın mərkəzi olan Xiz Qalasında şah nəsli, ruhanilər, tacirlər, sənətkarlar təbəqəsi yaşayırdı. Xiz qalası ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Ərəb Xilafəti vaxtında ticarət bir qədər genişlənir. Xəlifə Abu əl-Məlik pul islahatı keçirdi, qızıl dinar və gümüş dirhəm kəsdirdi. Xilafət dövründə kəşilmiş pullar Sasani pullarını meydandan sıxışdırırdı. Ərəb Xilafəti dövründə “azad mərd”, “suvar”, “hərbi adam” kimi adlara rast gəlirik. Bunlar xırda zədəganlar idilər ki, feodallardan və hakimdən asılı idilər. Azərbaycanın hər yerində olduğu kimi, Xızı-Bərmək mahalında torpaq sahibliyinin üç forması var idi: 1. Feodalların ixtiyarında olan mülk.
55
2. Feodalların xidmətə görə müvəqqəti istifadəsinə verilmiş torpaqlar-iqta (kəsik) 3. Müsəlman ruhanilərinə verilmiş torpaqlar – vəqf. Torpaq vergisi xərac məhsulla ödənilirdi. İslam dinini qəbul etməyən əhalidən can vergisi – cizyə almırdı. Xiz, Xirs (Çıraqqala) və Dizaxvarda saxlanılan ordunun başlıca vəzifəsi xəzərlərin hucumunun qarşısını almaq idi. Əkinçilik və maldarlıq Xızı-Bərmək dağlılarının ən qədim məşğuliyyəti olmuşdur. İqlim şəraitinin əlverişli olması əkinçiliyi və maldarlığı əhalinin əsas məşğuliyyəti və dolanacaq mənbəyinə çevirmişdi. Əkinçilikdə dəmyə üsulu əsas rol oynayırdı; xışdan, biçində oraqdan geniş istifadə edilirdi. Döyüm işlərində əsasən xırmandan istifadə edilirdi. Xırman döyümündə vəli ata və öküzə qoşub dəni sünbüldən çıxarırdılar. Taxılı quyulrda və saxsı güplərdə saxlayırdılar. Buğda, arpa, noxud, lərgə, çəltik və başqa dənli bitkilər yetişdirilirdi. Xizanşahlıq ərazisi özünün yaşıl otlaq sahələri ilə məşhur idi. Buna görə də bu yerlərdə maldarlığın bir sıra sahələri yaxşı inkişaf etmişdi. Əhali camış, inək, dəvə, at, qoyun, keçi saxlayirdı. Bununla əhali ət, yağ, pendir, süd məmulatı, yun, dəri, gön ilə təmin olunurdu. Kəndlilər təsərrüfat və nəqliyyatda dəvə, öküz və atdan istifadə edirdilər. Xızı-Bərmək mahalında Bacarvan və Şavran şəhərlərinin, Xiz, Xirs və Dizəxvar qalalarının olması, bir sıra kəndlərin mövcudluğu sübüt edir ki, əhalinin əsas hissəsi oturaq həyat tərzi keçirmişlər. Mal-qara yay fəslində yaylaqlara qaldırılır, qışda isə qıslaqlara endirilirdi. Dəvə yunundan və qoyun yunundan xalça, palaz, xurcun, heybə, yəhər üstü, köynək, corab, əlcək, qadınlar üçün baş örtükləri toxuyurdular. Bunların iplərini təbii boyalarla rəngləyirdilər. Ticarət natural xarakterdə idi. Burada əsasən mübadilə mühüm rol oynayırdı. Xızı-Bərmək mahalında arıçılıq da inkişaf etmişdi. Saraku dağının qərb hissəsində Ballıqaya deyilən yerdə arılar yuva salmışlar. Əhali Xəzər dənizindən və çaylardan balıq tuturdu. Balıq ovu peşəyə çevrilmişdi. Balığı qurudub qışda geniş istifadə edir və
56
dağ kəndlərinə aparıb müxtəlif məhsullara deyişdirirdilər. Balığın tutulmasında tordan və qırmaqdan istifadə edilirdi. Tarixçilər və səyyahlar yazırlar ki, Xızı-Bərmək dağlıları çox qonaqpərvərdilər. Kahinlər nəslindən olan bərməklilər İran və Azərbaycan aristokratiyası hesab olunurdular. Onlar əvvəlcə mixi, sonra isə İran və Ərəb yazısından istifadə edirdilər. Ərəb əlifbası digər əlifbaları sıradan çıxarırdı. Mədrəsə və məscidlərdə tədris ərəb dilində aparılırdı. Ərəb dili saray dilinə və elmi dilə çevrilmişdi. Ərəb Xilafətində ərəblərin və onların zəbt etdikləri ölkələrin xalqlarının qarşılıqlı mədəni təsiri prosesində yaranmış orta əsr mədəniyyəti elm aləmində “Müsəlman mədəniyyəti” kimi tanınmışdır. İslamı qəbul etmiş, sonralar isə dövlət müstəqilliyinə nail olmuş Azərbaycan xalqı müsəlman mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Dini və fəlsəfi ideyalar, memarlıq nümunələri, elmin ilk nailiyyətləri Xilafət ölklərində, o cümlədən Azərbaycanda yayılırdı. 750-ci ildə abbasilərin hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq müsəlman mədəniyyətinin mərkəzi Bağdad şəhəri olmuşdu. Bağdad böyük kitabxanaları və məktəbləri olan elm mərkəzinə çevrilmişdi. Bu sahədə abbasilərin 50 il müddətdən çox vəzirləri olan bərməklilərin elm və mədəniyyətin inkişafında xidməti böyük olmuşdur. Vəzir Yəhyə Bərməkinin vaxtında, onun səyi nəticəsində Bağdadda çoxlu tikinti işləri görülmüşdü. Bu, memarlıq abidələri kimi şəhərə gözəllik verirdi. Xəlifə Harunər Rəşidin baş vəziri Cəfər Bərməkinin dövründə onun xüsusi səyi ilə bir çox alimlər, memarlar, ustalar, böyük sənətkarlar Bağdad şəhərində cəmləşmişdi. Cəfər Bərməki alimlərə, sənətkarlara və şairlərə hörmətlə yanaşırdı. Biz deyə bilərik ki, müsəlman mədəniyyətinin çiçəklənməsində bərməklilər nəslinin mühüm payı vardır. Xızı-Bərmək dağlıları nağıl, mahnı və zərb misalları ana dilində deyirdilər. Quraqlıq vaxtı 8-10 yaşlarında 30 oğlan və 30 qız cərgəyə düzülüb, başları üzərində mis piyalalar tutub, onu
57
taxta qaşıqla vuraraq kəndin ətrafında gəzdirir, Allaha yalvarış olaraq dağlı dilində belə oxuyurdular; Si-Si Bərməki, Si dü təbəq dərün yeki. A Xuda, Xuda variş varı, Körə zəmi o buxarı. Bu dövrdə türk dillilər türklüyündə, dağlı dili də özlüyündə qalırdı. Onlarda öz dillərini dəyişməyə ehtiyac duyulmamışdır. Vaxtilə Azərbaycanda məskən salmış dağlı dilli etnoslar indiyədək öz dillərini saxlamışlar. Vaxtilə yuxarıda deyilən sözləri Azərbaycan dilində də təkrar edirdilər; Otuz, otuz Bərməkli, Otuz iki tabaq bir-birinin içində. Allah-Allah, yağış yağsın, Yaşıl əkinlər su içsinlər. Bu onu göstərir ki, Xizanşahlıq vaxtında ölkədə iki dil işlənilirdi. Bu iki dəstənin gəlib bir-biri ilə görüşməsi ilə mərasim başa çatırdı. Azərbaycanda bir çox etnik qruplar yaşamış və yaşayırlar. Xuzi dilli bərməklilərlə yanaşı türk dilli dağlılar da Xızı-Bərmək mahalının qədim sakinləridirlər. Bərməklilərin dilinə sonralar dağlı dili də demişlər. İndi də bu söz işlənilir. Baxmayaraq, dağlılar türk dillidirlər, Xuzi dili isə İran dilləri qrupuna daxildir. Babalarımız keçini bolluq rəmzi, canavarı isə yoxsulluq və bədbəxtlik rəmzi hesab edirdilər. Ona görə də keçi və canavar haqqında nağıllar vardır. Həmin nağılların birini sevimli şairimiz Mikayıl Müşfiq nəzmə alıb, orijinal poema yaratmışdır. Canavar keçinin balalarını yediyindən, keçi onu dalaşmağa çağırır. Böyük şairimiz Mikayıl Müşfiq bu səhnəni belə təsvir edir; Canavar dedi: - Kimdir dəng edən başımı? Kimdir tozlayan aşımı. Keçi dedi: - Coşan mənəm, Dam üstündə qoşan mənəm. Buynuzlarım qoşa-qoşa, Hünərin var çıx savaşa.
58
Kişilərdən ibarət meydan aktyorları var idi ki, onlar canavar və keçi cildinə girib, meydanlarda tamaşa verirdilər. Türk dilli etnik qruplar Azərbaycanda çoxluq təşkil edir. Buna görə də onların dili ümumi xalq dilinə çevrilmişdir. Bu dövrdə Bahar bayramı olan Novruz geniş yayılmışdır. Novruz, “nov” təzə, “Ruz” gün, yəni təzəgün deməkdir. Novruz günündən əvvəl dörd həftə od qalayıb üstündən atılırdılar. Qulaq falına cıxırdılar və eşitdikləri ilk sözü niyyətləri üçün əsas qəbul edirdilər. Əhali küçələrdə iməcilik şəklində təmizlik aparırdı. Novruz qabağı ev-eşik təmizlənir, xalça-palaz yuyulurdu, evdə böyük təmizlik işi görülürdü. Ailə üzvlərinə təzə paltar alınırdı. Bayram günü küsənlər barışır, qohumlar və qonşular bir-birinə pay verirlər, nişanlı qızlar üçün xonça aparılır. Novruz bayramı əmin-amanlığa, qohumluğa və ailənin möhkəmlənməsinə kömək edirdi. Novruz xalq bayramı idi. Gənclər idman yarışları keçirirdilər. Cıdırda qələbə şalanlar alqışlanırdı. Qoşa balaban sədaları altında güləşdə qələbə çalanlara mükafatlar verirdilər. Uşaqlar isə şadyanalıq edib halay-halay oynayırdılar. Professor H.A.Quliyev “Məişətimizdə adət və ənənələr” əsərində göstərir ki, Novruz bayramında xalqı sevindirən çiçəklər – nərgiz, novruz gülü, bənövşə, xədicə gülü olur. Novruz bayramındakı adət və ənənələr qədim dövrdən bu günə qədər həyatımızda unudulmaz bir rol oynayır. Filosof şair Ömər Xəyyam “Novruznamə” əsərində Novruz bayramını günəşin iki dövrü ilə əlaqələndirir. 1-ci dövr – 365 gün və sutkanın bir çərəyi keçdikcə günəş Qoç bürcünün ilk dəqiqələrinə qayıdır, özü də günün hansı vaxtında çıxıbsa, düz o vaxtda da qayıdır. Bu dövr ildən-ilə qısalır. Görkəmli ədəbiyyatşünas-alim Məmməd Arif yazır: ”... Qədim Azərbaycanda yeni il də baharın ilk günündən başlayırdı. Mart ayına mütabiq olan Fərfidin ayının birinci gününə Novruz (yeni il) deyirdilər ki, bu da bayramın ilk günü idi.” Novruz bayramında süfrəyə səməni qoymaq ailədə taxıla və əkinçiliyə ehtiramın əlaməti idi. Ailədə “Səməni, saxla məni,
59
ildə göyərdərəm səni” mahnılarının oxunması buna gözəl sübutdur. III FƏSİL XIZI-BƏRMƏK MAHALI ŞİRVANŞAHLAR VƏ QUBA XANLIĞI DÖVRÜNDƏ 861-ci ildə Xəlifə Əl-Mütəvəkilin öldürülməsilə Xilafət imperiyası zəiflədi, ona tabe olan ölkələr özünü müstəqil elan etməyə başladılar. Şirvan hakimi Hüseyn ibn Xalid özünü Şirvanşah elan etdi. Beləliklə Şirvanın məzyədilər sülaləsi hakimiyyət sürməyə başladı. Sonrakı illərdə Kəsranilərin hakimiyyətə gəlməsi ilə Şirvanın müstəqilliyi genişləndi. Türk dilli olan Sacilərin hakimiyyətə gəlməsi Şirvan şahlığın müstəqillik dövrü idi. 909-cu ildə Xəlifə Müqtədir Billah (908-932) Əbülqasım Yusif İbn-Əbusacı Azərbaycana vali təyin etdi. Əbusac Şirvanın müstəqil hakimi oldu. O, Lehcan, Xursan və Xizan şahlıqlarını Şirvanşahlığa birləşdirdi. Belə ki, böyük bir ərazini 10 il idarə etdi.1 V.V.Bartold Sacilərin hakimiyyətini Xəzər dənizi sahillərinə, xüsusilə Dərbəndə qədər olmasını təsdiq edir.2 Beləliklə Yusif ibn-Əbusac Xizan şahlığı da Sacilərə tabe etmişdi. Sacilər dövləti Xilafətə qarşı gərgin mübarizə şəraitində meydana gəlib çox vaxt müstəqil və bəzən Xilafətə vergi verməklə ölkəni idarə edirdilər. Tarixçi M.X.Şərifli yazır ki, sacilərdən Afşin, Yusif İbn Divdad, Müflih Əl-Yusifinin və Deysəmin zərb etdikləri sikkələrdən zamanəmizə qədər qalmışdır.3 Bu sikkələrdən Xızı-Bərmək mahalında da ticarətdə istifadə edilmişdir. Bu dövrdə Şirvanşahlar dövləti qaynaqlarda yazıldığı və araşdırmalarda etiraf olunduğu kimi, “Kiçik Midiya” kimi tanınırdı. Bu, dövlətin, o cümlədən Xızı-Bərmək mahalının vaxtı ilə Midiya dövlətinin tərkibində olduğunu təsdiq edir. Şirvanşahlarla Dərbənd əmirləri arasında gedən müharibələr Xızı-Bərmək mahalında vəziyyəti ağarlaşdırır və bu yer bir növ müharibə meydanına çevrilirdi. 1034-cü ildə Şirvanşah Əbu Mənsur Dərbəndi yenidən Şirvan torpaqlarına qatır. Şirvanşah Qubadın dövründə Azərbaycana oğuz
60
(quz) türklərinin hücumları başlayır. Qubad ordunu gücləndirir. Onun ordusunda Dərbənd, Şabran və Xızı-Bərmək mahalının gəncləri də var idi. 1049-cu ildə hakimiyyətə gəlmiş Salar Şirvanda mövcud olan qalaların ətrafında istehkamlar qurur, əhalini ərzaq və silahla təmin edir. O, Maluğ və Xızı qalalarını hərbi-strateji cəhətcə möhkəmləndirir. Bu dövrdə Xırs (Çıraqqala) və Xızı Qalaları Şirvanşahlar tarixində mühüm hərbi-strateji rol oynamışlar. 1032-ci ildə qalalarda olan döyüşçü dəstələr rus qoşunlarına Xəzər sahili yolu ilə hərəkət etmələrinə mane olmuş və onların Abşerondan çıxarılmalarına kömək etmişlər. Şirvanşah Fəriburzun hakimiyyəti (1063-1074) dövründə, 1063-cü ilin martında Aran hakimi Şəddadi Şavur İbn Əl-Fəzil Şamaxını tutub, qarət edir və oradan Arana qayıdır. Münəccimbaşının “Cəmi əd-düvəl” əsərində yazılıb ki, 1063-cü ilin iyul ayında Şavur üçüncü dəfə Şirvana basqın edərək Xızı-Bərmək mahalının Sədan kəndində dayanır, ətrafda olan əkinləri, kəndləri və malikanələri yandırır. Bu zaman Şirvanşah Fəribürz kömək üçün oğlunu Sərir hakiminin yanına göndərir. Lakin Sərir hakimi Şirvanşaha kömək etmir.4 Sara Aşurbəyli yazır ki, tək qalmış Şirvanşah Fəribürz 1064-cü ildə Gəncə əmiri Şavurla sülh müqaviləsi bağlayır. Bu müqaviləyə əsasən Şirvanşah Gəncə hakiminə 40 min dinar pul verir.5 Gəncə hökmdarının Şamaxını dəfələrlə alması Şirvanşahlar hakimiyyətini zəif saldı. Şirvanşah Fəribürz boşalmış xəzinəni yenidən doldurmaq məqsədilə əhalidən ağır vergilər aldı. Bu vergiləri çox vaxt Xızı-Bərmək mahalının əhalisi xalça, palaz və qoyunla ödəyirdilər. Bir tərəfdən də Səlcuqların Şimalı Azərbaycana vaxtaşırı hücumları ara vermirdi. Fazlallah Rəşidəddin yazdığı “Oğuz-namə” əsərində göstərir ki, Oğuz Dərbənd vilayətində öz işlərini qurtarandan sonra, Şirvan və Şamaxıya xəbər göndərdi ki, siz bizim bu diyara gəlməyimizi eşitmisiniz. Hansı ölkəyə gəlmiş olsaq, bizim əmrimizə əməl olunur. Oranın hakimi qarşımızda səcdə qılıb, asılılığımızı qəbul edir. Siz öz istəyinizlə bizim tərəfdə dursanız xəbər edin. Əgər tabe olmasanız müharibəyə hazırlaşın.6 Xızı-Bərmək mahalının Şabaran (Şirvan)
61
şəhərinin əhalisi onlara xərac verdi. Oğuz Şamaxılılardan güclə xərac alıb, geri döndü. Şamaxılılara Xızı-Bərmək əhalisi də kömək edib, palaz, xurcun, at üçün yəhər, xoflu xalçalar vermişlər. 1066-cı ildə Qaratəkin ətTürkanın başçılığı altında Səlcuq qoşunları ikinci dəfə Şirvana hücüm edib Şamaxını, Bakını və Xızı-Bərmək mahalını alır. O yerlərin əhalisinin əmlakını qarət edib geri dönür. O, Şirvanşahları öz vassalı edir. Bu dövrdə Xızı-Bərmək mahalı Şirvanşahlığın nayihəsi idi. Səlcuqilər və Atabəylər dövründə fars dili saray dili idi. Çünki hökmdarlar savadsız olduğundan dəftərxana işlərinin demək olar hamısı (vergilərin toplanılmasından başqa) İran mənşəli vəzir və katiblərin əlində idi. Bərməkilər nəsli yenə də dövlət işlərində geniş fəaliyyətdə idilər. Ənənəyə görə Bərməkilərdən tutmuş məşhur Nazim əl-mülk və onun xələflərinə qədər vəzir rütbəsini tutmaq İran mənşəli məmurlara nəsib olurdu. O dövrdə Nizami Gəncəvi, Xaqani Şirvanı, Fələki Şirvanı, Məhsəti Gəncəvi, Əbülula Gəncəvi, Mücürrəddin Beyləqani, İzəddin Beyləqani və başqaları fars dilində yazıb yaradıblar. Xızı-Bərmək dağlılarının tarixinin öyrənilməsində numizmatika sahəsində əldə edilmiş tapıntılar bizə kömək edir. Xəlifə An-Nasirin dövründə (1180-1225) Şirvan ölkəsinə Şahənşah 4 il hökmranlıq etmişdir. Ondan ancaq 1196/97-ci ildə kəsdirdiyi sikkələr xəbər verir. E.A.Paxomov yazır ki, Xızı-Bərmək mahalının Altı-Ağac kəndində iki dəfinə tapılmışdır: biri 346 sikkədən ibarət olub XIIXIII əsrlərdə kəsilmişdir. 8 gümüş qolbaq bir hissəsi SanktPeterburqda Ermitacda saxlanılır. 100 ədəd sikkə Bakıda tarix muzeyindədir. Pulların üzərində Şirvanşah Şahən-şahın adı, bəzi pulların üstündə Şirvanşah Şahənşahla yanaşı müsəlmanlıq simvolu olan Quranın 9,33 və 61,9 surələ-rindəki sözlər həkk edilmiş və xəlifə Əl-Nasirin də adı vardır. Şirvanşahın adının önündə “Malik-əlmuazzam” titulu göstərilib. Bu da onu göstərir ki, Şirvanşah müstəqil hakim olub.7 Xızı-Bərmək mahalında belə çox sikkələrin tapılması göstərir
62
ki, XII-XIII əsrlərdə bu ərazi iqtisadi və siyasi cəhətcə mühüm rola malik olub. Xanagah kəndində aşkar olun-muş pulun yazısından bəlli olur ki, 1256-cı ildə Şirvanşah II Əxistan hökmdar imiş. Professor Dorinin tapdığı pulun üstəndəki yazıdan aydın olur ki, 1294-cü ildə hökmdar Əxista-nın oğlu Güştasbın vaxtında Şirvanşahlar müstəqil hökmran idilər.8 Bütün bunlar sübut edir ki, XII-XIII əsrlərdə XızıBərmək mahalında sənətkarlıq və ticarət yaxşı inkişaf etmiş və bu yerlər dünya tacirlərinin maraq dairəsində olmuşdur. XII əsrdə Azərbaycanın Şimal vilayətlərinə Şimali Qafqaz tərəfdən 50 mindən çox Qıpçaq köçmüşdü. Bu türk tayfaları müxtəlif yollarla əllərinə torpaqlar keçirib, yarım köçəri həyat yaşamışlar. Onlar Xızı-Bərmək mahalına gəlib çıxmışdılar. Onlar yerli əhalinin mədəniyyətini qəbul edib, öz dillərini isə yerlərdə yaymağa cəhd göstərirdilər. Atabəylər dövlətinin yaranması və Qızıl Arslanın Şamaxını və ətraf yerləri tutması Azərbaycan dilinin formalaşmasını sürətləndirdi. Rəşidəddin “Cəmu at tavarix” əsərində yazır ki, 1289-cu il aprelin 27-də Arqun-xan Gil-gil çaydan keçib Şabran şəhərinə və oradan Dərbənd şəhərinə gəldi.9 Arqun-xan Xızı-Bərmək mahalından keçərkən əhalidən nəfis xalçalar alıb, ordusu üçün azuqə toplamışdır. Hülaki hökmdarı Qazan xan (1295-1304) 1301-ci il 19 dekabrda ov etmək məqsədilə Şirvana gəlir. Şirvanın Giləzi düzündə ovu uğurlu olduğuna görə bu yeri “Kuş-Qoyun” adlandırır. Rəşidəddinin dediyinə görə, bu yer dəniz kənarında olub və Bərmək dağına qədər ərazini əhatə edirdi.10 Qazan xan ölkədə apardığı islahatlarla möhkəm iqtisadi və siyasi qayda-qanun yaradır. O, vergiləri sistemə salır, vergi verməkdən boyun qaçıranları cəzalandırır. Yolları qaydaya salır, dövlət poçtu yaradır. Onun vaxtında ölkədə daxili və xarici ticarət xeyli artdı. Xızı-Bərmək mahalı Şirvan yol kənarında olduğundan geniş ticarətə cəlb olundu. Qazan xanın Giləzi düzünə gəlməsi Qızıl Orda xanı Toktayı (1290-1312) həyacanlandırdı və qorxuya saldı.11 1301-ci ilin əvvəllərində Qızıl Orda xanlığının ordusu ilə Qazan xanın ordusu Giləzi düzündə üz-üzə gəldilər. Qazan xanın qoşunu Giləzidə olan
63
Boybəyim dağında yerləşmişdi. Qoşunun seçmə hissəsi isə Ciğatay deyilən düz yerdə idi. Göründüyü kimi, Giləzidə Bəyim və Ciğatay türk tayfalarından olan qoşun dəstələri yerləşmişlər. Bu döyüşdə Qazan xan qələbə çaldı. Qazan xana ətraf kəndlərin əhalisinin də köməyi olub. XızıBərmək dağlıları Xızır-Zində səddinin möhkəmləndirilməsində fəal iştirak etmişlər. Elxanilər dövləti ilə Qızıl Orda xanları arasında müharibə uzanırdı. Bu da Azərbaycanın istiqlaliyyətini çox zəiflədirdi, məhsuldar qüvvələrin inkişafına mane olurdu. Əmir çoban 1319-cu ildə Qızıl Ordalı Özbək xana qarşı yürüş etdi. O, Şirvana gəlib, orada ordunu iki yerə böldü, özü və oğlanları Gürcüstana getdi, bir dəstəni isə Dərbənd istiqaməti ilə Terek çayı sahilinə göndərdi.12 Həmin ordu hissəsi Dərbəndə gedərkən yol üstü Xızı-Bərmək mahalından keçmiş, yerli əhali onlara azuqə və atları üçün yem verməklə kömək etmişdir. Özbək xan ordunun gəlməsindən ehtiyat edib geri döndü. Qızıl Orda xanı Özbək (13121342-ci illər) müsəlmanlığı qəbul edən monqol feodallarına Noyanlara bəy adı verirdi. Əvvəllər Türk dilli xalqlarda tayfa başçılarına bəy deyirdilər. İrsi bəylərin imtiyazları daha yüksək idi.13 Şirvanşahlar Hülakilərin zəifləməsindən istifadə edərək güclənirdilər və müstəqil olmağa cəhd edirdilər. Şirvanşahlar 1338ci ildən başlayaraq, müstəqil dövlət kimi fəaliyyət göstərirdi. Bu dövlətin müstəqilliyi onun əyalətlərindən biri olan Xızı-Bərmək mahalında da məhsuldar qüvvələrin artmasına səbəb oldu. 1386-cı ildə Toxtamış xan böyük qoşunla Dərbənd yolu ilə Altı Ağacdan keçərək Şamaxıya yaxınlaşır. Şirvanşah Şeyx İbrahim (1382-1417) ölkəni Qızıl Orda ordusunun tapdağından xilas etmək üçün Toxtamışın adına pul kəsdirdi.14 Şirvanşahın bu hərəkəti Toxtamışın xoşuna gəlmiş, Şirvana basqın etməyərək keçib getmişdir. Bu dövrdə Böyük Teymur ordusu ilə Azərbaycana hərəkət edir. Şirvanşah Şeyx İbrahim əhalidən hədiyyələr toplayıb, Teymurun hüzuruna gedir. Bu hədiyyələrin toplanılmasında XızıBərmək dağlıları da xeyli nəfis xalça və qızıl bəzək əşyaları vermişlər. Şirvanşah İbrahim Dərbəndi hər şeydən 9, qul isə 8 nəfər
64
aparmışdı. Teymur niyə 8 qul olduğunu soruşduqda, İbrahim demişdi ki, doqquzuncu qul özüdür. Bu, Teymurun çox xoşuna gəlmişdi.15 Teymur Şirvan torpağına toxunmayıb Şirvanşah İbrahimə inanmışdı. Beləliklə, Şirvanşahın nayihəsi olan Xızı-Bərmək mahalı da Teymur hücumundan xilas olmuşdur. Teymur Dərbənddə işlərini səhmana salandan sonra Şabrana gəlmiş və oradan Bərmək mahalından keçib Şamaxıya getmiş Şeyx İbrahimi Şirvan vilayətinə hakim təyin etmişdi. Dərbənd və sərhədlərin müdafiəsini ona tapşırmış, oradan Ağdama getmişdir.16 1412-ci ilin sonunda Xəzər sahilindəki Xızı-Bərmək mahalının Çalağan düzündə Şirvanşah İbrahim, Kaxetiya çarı II Konstantinin və Şəki hakimi Seyid Əhmədin birləşmiş orduları Qaraqoyunlu hökmdarı Qara Yusifin ordusu ilə döyüşdə məğlub olmuşdu. Qara Yusif Şirvanşah İbrahimi, onun yeddi oğlunu, qardaşı Bəhlulu, məsləhətçisi qazi Bəyazidi və II Konstantini əsr almışdı. Təbriz aristokratiyası İbrahim üçün pul toplayıb, onu əsrlikdən azad etdilər. Qara Yusif İbrahimdən 1200, onun qardaşı Bəhluldan 200, İbrahimin məsləhətçisi qazi Bayaziddən 100 İraq tüməni məbləğində bac alıb, onları əsrlikdən azad etdi. Gürcü çarı II Konstantini isə 300 gürcü aznauru ilə birlikdə öldürdü. Şirvanşah I İbrahim Qara Yusifə itaət etməklə Şirvanı idarə etmək hüququnu aldı.17 Bu döyüşdə Qara Yusifə qarşı Şirvanşaha tabe olan Xızı-Bərmək dağlılarıda vuruşmuşlar. Şeyx İbrahimdən sonra hakimiyyətə oğlu I Xəlilullah keçdi (1417-1462). Holland səyyahı Streys yazır ki, Şirvanşah Sultan Xəlil ölkədə yollar çəkdirir və yollar kənarında karvansaralar tikdiribmiş.18 O, Bakı-Dərbənd yolunda, o cümlədən Qızıl Burun, Xızır-Zində, Giləzi, Damqulu, Yaşma karvansaralarını tikdirmişdir. Şirvan yolu - Bakı-Yaşma-Damqulu-Xızır-Zində, EynibulaqQərəh-Şabran-Dərbənd və Şamaxıdan Altı-Ağac-Xəndəklər boyunca gələn böyük yol - Şirvan yolu Qərəh kəndində birləşir, buradan da Niyazabada gedir. Ərdəbil hökmdarı Şeyx Cüneyid Səfəvi 1460-cı ildə Şirvan üzərinə gələrkən, Xızı-Bərmək mahalından keçərək, Həzrə kəndinə tərəf getmişdir.
65
Şeyx Cüneyid Səfəvi 1460-cı ildə Şirvanşah I Xəlilüllah və ona kömək edən Qaraqoyunlu Cahan şahın qoşunları tərəfindən Samur çayı yaxınlığında məğlub edilərək öldürüldü. Abasqulu ağa Bakıxanov yazır ki, Səfəviyyə xanədanının təbərsəranlı tərəfdarlarından bir dəstə camaat, onun nəşini Samur çayının sol tərəfində, Qıpçah kəndinin yaxınlığında olan müharibə meydanından çıxarıb Quryan (indiki Həzrə) kəndində basdırdılar.19 Onun qəbri Həzrə kəndində yerli əhalinin ziyarət yeridir. Səfəvilərin gündəngünə artan gücü və qüdrəti Ağqoyunlu dövlətinin başçısı Sultan Yaqubu qorxuya salır. O, Səfəvilərə qarşı Şirvanşah Fərrux Yasarla birləşir. Şeyx Cüneyidin oğlu Şeyx Heydər Səfəvi 1488-ci ildə Şirvana hücum edərkən yolda Şeyx Heydərin Qızılbaşlar ordusuna Xızı-Bərmək dağlıları da qoşuldu və onların yaxşı döyüşçülərini Şeyx Heydər “Şeyx” adlandırdı. Şirvanşah Fərrux Yasar (1462-1500) və Ağqoyunlu Sultan Yaqubun orduları birləşərək Təbəsaran hüdudunda Qızılbaşlar ordusunu əzdilər. 1488-ci ildə baş verən bu döyüşdə Şeyx Heydər Səfəvi öldürüldü. Onun ordusunda döyüşən Xızı-Bərmək dağlıları Şeyxin cənazəsini Saraku dağında Priabad şixlərdə gizli dəfn etdilər. Şah İsmayıl Səfəvi (1501-1524) 1500-cü ildə Şirvana hücum edərkən Xızı-Bərmək dağlılarından, o cümlədən Təkəli tayfası ona kömək etmiş və onun ordusunda igidliklə döyüşmüşdü. Yerli əhali ona gizli yolları göstərmişdir. Şah İsmayıl atasına və özünə kömək etmiş Xızı-Bərmək dağlılarını mükafatlandırdı. Onlardan vergi almadı. Şahın ordusunda xidmət edərək, igidlik göstərmiş təkəli tayfa üzvlərinə torpaq sahəsi verildi. Bu da öz növbəsində Şirvanda XızıBərmək dağlılarının nüfuzunu artırdı. 1510-cu ildə ikinci dəfə gələrkən, Şah İsmayıl atası Şeyx Heydərin qəbrini axtarıb tapdı və üzərində məqbərə tikdirib onu müqəddəs yer adlandırdı. Şah İsmayıl cənubi Azərbaycandan zərgərli türk dilli tayfaları atasının məqbərəsi ətrafına köçürüb yerləşdirmişdir. Şeyx Heydərin məqbərəsi yerli əhalinin ziyarət yerinə çevrildi. I Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan 3 bəylərbəyliyə bölünürdü: Təbriz, Qarabağ, Şirvan. Bunları şah tərəfindən təyin olunmuş bəylərbəyi idarə edirdi.
66
Xızı-Bərmək mahalı Şamaxı mərkəz olmaqla Şirvan bəylərbəyinə tabe idi. Şirvanşahlar öz titullarını saxladılar. Şirvanşah Şeyxşah oğlu II Xəlilullah üçün I Şah İsmayılın qızı Pərixanımı aldılar. Bu qohumluq əlaqəsi Şirvanşahlığın iqtisadi və siyasi vəziyyətini bir qədər yüngülləşdirdi. Şah İsmayıl Xətainin yaratdığı dövlət çox xalqlardan ibarət olsa da qaynaqlarda yazıldığı və araşdırmalarda etiraf olunduğu kimi “Qızılbaş-Midiya dövləti” kimi tanınırdı. Səfəvilər dövləti Azərbaycan torpağında Midiyadan sonra yaranan ən güclü dövlət olmuşdur. Şah İsmayıl Azərbaycan dilini vahid dövlət dili etmişdir. Bu da Xızı-Bərmək dağlılarının Azərbaycan dilində danışmasını sürətləndirmişdir. Gənc Şah İsmayıl Xətai böyük sərkərdə və görkəmli şair olmaqla yanaşı, həm də tanınmış dövlət xadimi idi. O, az vaxt ərzində böyük Azərbaycan dövlətini qurdu. Onun sarayda yaratdığı şurada görkəmli alimlər, şairlər vasitəsilə ədalətli qayda-qanun yaranmışdı. O, Azərbaycan ədəbiyyatında məzmunlu nəzm əsərləri və fəlsəfi traktatlar, “Xətai” təxəllüsü ilə Azərbaycan dilində gözəl şer nümunələri yaratmışdır. Bu dövrdə Xızı-Bərmək mahalında da iqtisadi, siyasi və mədəni inkişaf olmuşdur. 1578-ci ilin payızında Osmanlı qoşunu Şirvana hərəkət etdi. Ordu Şamaxı, Bakı, Şabran şəhərlərini döyüşsüz tutdu. Oradan Dərbəndə gedib, Səfəvi hakimi Çırax xəlifəni 300 nəfər qızılbaşla birlikdə məhv etdilər. Osmanlılar hərbi-üsul idarələrini yaratdılar. Onlar Şirvanı Şamaxı və Dərbənd bəylərbəyinə böldülər. XızıBərmək mahalı Dərbənd bəylərbəyinin tabeliyinə verildi. 1578-ci il noyabrın 28-də Məhəmməd Xudabəndənin (15781587) oğlu Həmzə Mirzə Ağsu çayı sahilində Mollahəsən adlı yerdə Adil Gərayın 12 minlik ləzgi, qaraborg və şirvanlıların 5 minlik qüvvələrini darmadağın etdi. Adil Gəray əsir alındı. Bu vuruşmada Xudabəndinin arvadı çox ağıllı və tədbirli Bəyim 30 minlik qoşunla iştirak edirdi. Səfəvi ordusu Dərbəndə qədər ərazini tutdu.20 XızıBərmək dağlıları onları rəğbətlə qarşıladılar. 1581-ci ildə Krım xanları Qazı Girey və Səfi Gireyin rəhbərliyi altında Şirvana basqın etdilər. Buna əlavə olaraq Dərbənddəki türk ordu hissələri köməyə gəldi. Şirvan bəylərbəyi Peykər xana da güclü qızılbaş dəstələri köməyə gəldi.21 Döyüş Şamaxı ilə Şabran arasındakı Xızı-Bərmək
67
mahalında oldu. Döyüşdə tatar qoşunları məğlub olub, Qazi Girey əsir alındı. Bu döyüşdə Xızı-Bərmək dağlıları da Şirvanlılar tərəfində yaxşı döyüşüblər. 1590-cı il İstanbul sülhünə görə Şirvan, Dərbənd, o cümlədən Xızı-Bərmək mahalı Türkiyəyə verildi. Bu aramsız müharibələr əhalinin vəziyyətini ağırlaşdırdı. Ölkədə aclıq və xəstəlik yayıldı, əkinçilik bərbad hala düşdü. Abbasqulu ağa Bakıxanov yazır ki, hakimiyyətə gəlmiş I Şah Abbas (1587-1619) 1606-cı ildə Dərbənd və Şabranı idarə etməyi Ustaqlı Çıraq Sultana həvalə etmişdir. Şahnəzər bəy Təkəli də ona müavin təyin edildi. Şahnəzər bəy Təkəli Dərbənd döyüşündə igidlik göstərmişdi. Bu onu göstərir ki, Şah Abbas sonralar Təkəli tayfasından böyük vəzifələrdə istifadə etmişdir. 1607-ci ilin martında Dərbənd əhalisi üsyan etdi. Şəhərin komendantı Osmanlı Həsən paşa 70 nəfərlə Narınçaqalada gizləndi. Şahın tüfəngçiləri Həsən paşanı əsir aldılar. Beləliklə, Dərbənd və onun əyalətləri I Şah Abbasın hakimiyyəti altına keçdi. Xızı-Bərmək mahalında əhalidən alınan vergi azaldıldı. I Şah Abbas Şabran-Bakı və Şabran-Şamaxı yollarında karvansaralar və yol kənarında ovdanlar tikdirmişdir. Bu dövrdə Damqulu karvansarayı yaxınlığında tikilmiş ovdan indi də durur (Şorabadda Ziyəddin Zeynalovun bağının yanında). I Şah Abbas dövlət vəzifələrinə və ordu rəhbərliyinə farsları irəli çəkirdi. O, Bərməkilərə, o cümlədən Xızı-Bərmək dağlılarına yaxşı münasibət bəsləyirdi. XVII əsrin sonu və XVIII əsrin əvvəllərində dərin siyasi və iqtisadi böhranlara məruz qalmış Azərbaycan acınacaqlı vəziyyətə düşmüşdü. Yan Streys yazır ki, Donda üsyançı kazaklara rəhbərlik edən Stepan Razin soyğunçluq məsqədilə 1668-ci ilin yayında Bakı sahilini, Niyazabad, Şabran, Mardov, Təkül kimi dənizkənarı şəhərləri, məşhur Barmaq dağını zəbt etmişdir.22 Stepan Razinin 5-6 min nəfərə malik olan quldur dəstəsi Xızı-Bərmək mahalının dənizkənarı yerlərini talan edib, xeyli qoyun və mal-qara qarət etdi. Yerli əhali axşam düşəndə dəstələrlə Stepan Razinin adamlarına basqın edirdilər. Stepan Razinin ordusu müqavimətə rast
68
gəldiyindən Xızı-Bərmək mahalının dağ kəndlərinə getməkdən ehtiyat edib, geri döndü. Şah soltan Hüseyn (1694-1722) ölkəni idarə edə bilmirdi. Ölkədə dərəbəylik hökm sürürdü. O, boşalmış Şah xəzinəsini ağır vergilər hesabına doldurmaq istəyirdi. Əhali nəinki vergiləri ödəmək, hətta yeməyə çörək də tapmırdı. Şahın əmrilə ata-babalarının məqbərələrində olan əşyaları əridib və onlardan pul kəsməyi əmr etmişdi. Əyalətləri idarə edən bəylər və iri feodallar müstəqil olmağa can atırdılar. Onlar şaha tabe olmurdular. Xızı-Bərmək mahalında yerli hakimlər qoyulmuş vergidən artıq toplamağa cəhd göstərirdilər. Bu tədbir də boşa çıxdı və bir nəticə vermədi. Şah Hüseyn yeni tədbirlərə əl atdı. Vəzifələri pullu şəxslərə satırdı. Vəzifəni pulla alanlar, verdiyi pulu əhalidən əlavə vergilər yığmaqla toplayırdılar. Bu əhalinin ağır olan vəziyyətini daha da ağırlaşdırdı. Bu dövrdə qoşun hissələri də maaş ala bilmədiyindən olduqları yerdə əhalinin hesabına yaşayırdılar. 1719-cu ildə Şamaxıda olmuş rus elçisi Florio Beneveni I Pyotra yazdığı məlumatda göstərir ki, Şirvanda özbaşınalıq hökm sürür, hakim heç nə fikirləşmir, rəiyyət onun üzərində hakimdir, onlar nə istəyirlər edirlər.23 Xızı-Bərmək mahalının yol kənarı kəndlərinin əhalisi, o cümlədən Keş, Qərəh, Xızır-Zində, Findiqan və başqaları daha çox əziyyət çəkirdi. Hacı Davud və Qazıqumuxlu Surxayxan Bakı üzərinə hərəkət etdi. Bakının Yüzbaşısı Dərgah Qulu bəy Qanlı təpə deyilən yerdə onları əzib geri oturtdu.24 Onlar geri dönüb Dərbəndin üzərinə gedərkən Xızı-Bərmək mahalından keçib getmişlər. Yol boyu rast gəldikləri malqaranı qarət etmişlər. Bu dövrdə ölkədə özbaşınalıq hökm sürürdü. Əhali şah hakimiyyətinə tabe olmurdu. Şah Hüseyn də ölkəni idarə edə bilmirdi. I Pyotrun Şah Hüseynin yanına göndərdiyi səfir A.P.Valınskinin nümayəndəliyi tərkibində olan zadəgan A.İ.Lopuxin yazır ki, yolda Quba qəzasında rast gəldiyimiz adamlar söhbət zamanı deyirdilər ki, biz şahdan qorxmuruq.25 1722-ci il avqustun
69
15-də 27 gəmidən ibarət rus eskadrası, avqustun 23-də piyada qoşunlar Dərbəndə yaxınlaşdılar. Dərbəndin Naibi İmam Qulu bəy şəhərin açarını I Pyotra təqdim etdi. Rus qoşunları 1723 ilin 12 iyulda Bakıya yaxınlaşdı Məhəmməd Hüseyn bəy təslim olmayıb müqavimət göstərdi və məğlub oldu. Onu qardaşları ilə birlikdə Rusiyaya göndərdilər. Dərgahqulu bəy Bakının hakimi təyin edildi. 1723 il 12 sentyabrda Peterburqa göndərilən elçi İsmayıl bəy Şah II Təhmasibin xəbəri olmadan Xəzəryanı vilayətlərin Rusiyaya verilməsi haqqında müqaviləni imzaladı. Ruslar güclə Dərbənd, Bakı, Gilan, Mazandaran, Astarabadı işğal etdilər. Beləliklə, Xızı-Bərmək mahalı da zorla Rusiyaya birləşdirildi. Bu birləşməyə dair 1724-cü ildə 12 iyul İstambulda rus-türk müqaviləsi imzalandı. Bununla da Xəzər sahili yerlərin Rusiyanın ixtiyarına keçməsi təsdiqləndi. XızıBərmək mahalının Xızır-Zində kəndində rus qarnizonu saxlanıldı. Xəzər dənizi sahillərindəki bir çox vilayətlər Rusiya tərkibinə keçdi. T.Qreber yazır ki, Başbərmək (Beşbarmaq) Rusiyanın hakimiyyəti altına keçdi.26 Rus ordusu 1727-ci ildə Xəzər sahili yerləri, o cümlədən Xızı-Bərmək mahalını işğal etdi. Rusiya höküməti bu yerlərin idarə olunmasını Knyaz V.V.Dolqorukova tapşırdı. Bu mahalı Dərbənd sultanına tabe olan yüzbaşı idarə edirdi. Ruslar yüzbaşı idarə üsulunu ləğv edib,27 Xızır-Zində və Findiqanda hərbi qarnizon yerləşdirdilər. 1735-ci il mart ayının 10-da Gəncədə İran-Rus müqaviləsi imzalandı. Gəncə müqaviləsinə görə Bakı və Dərbənd mahalları da İran dövlətinin hakimiyyəti altına keçdi. Nadirin ordusu Bakını, Xızı-Bərmək mahalını, Qubanı və Dərbəndi tutdu. Nadir bu yerlərdə öz üsul idarəsini yaratdı. Azərbaycanlı Hökmdar Nadir şah Afşar (1736-1747) özünü Səfəvilərin xələfi kimi göstərmək və özünə yerli dayaq yaratmaq məqsədilə Xızı-Bərmək bəylərinə mahalın vergisini toplamağı tapşırdı. Nadirə qarşı Dağıstanda ixtişaşlar olurdu. O, bu ixtişaşları yatırmaq fikrinə düşdü. Abbasqulu ağa Bakıxanovun yazdığına görə, dağ yollarını şiddətli qar örtməsinə baxmayaraq Dağıstan ixtişaşçılarını cəzalandırmaq məqsədilə Nadir öz ordusunu Altı-Ağac yolu ilə
70
Dərəkəndə gətirdi.28 Nadirin əmri ilə Dağıstan sərdarı Dərbənddən gəlib ordunun azuqə təchizatı ilə məşğul oldu. Nadirin oğlu Rzaqulu Mirzənin başçılığı altında təşkil olunmuş ordusu üç hissəyə bölünürdü və qiyamçılara qarşı cəza tədbirlərinə başlanıldı. Quba mahalında xeyli ixtişaşçını qırdıqdan sonra Dərbəndə və Dağıstana gedib qiyamçıları cəzalandırdı. O, keçmiş inzibati bölgü olan 4 bəylərbəyliyini ləğv edərək, əslində paytaxt Təbriz olmaqla Azərbaycan adlı vahid inzibati bölgü yaradıb, qardaşı İbrahimi isə oraya hakim təyin etdi. Nadir şah böyük Azərbaycan dövlətini bərkitmişdi. Nadir şah Əfşar Hindistanı işğal etdiyinə görə ingilislərin narazılığını qazınmışdı. Həmin yerlərdə ingilislərin gözü var idi. Ruslar Azərbaycandan qovulduqlarına görə şaha qarşı kin bəsləyirdilər. Nadir şah Əfşar İslam dinini parçalayan süni-şiə təriqətlərini birləşdirmək istədiyinə görə o dövrün bəzi ruhanilərinin xoşuna gəlmirdi. Bütün bu qüvvələr Nadir şah Əfşara qarşı idilər. Dahi satirik şairimiz M.Ə.Sabir süni-şiəni nəzərdə tutaraq yazırdı:29 Nadir bu iki xəstəliyi tutdu nəzərdə, İstərdi əlac eyləyə bu qorxulu dərdə, Bu məqsədlə əzm edərək girdi Nəbərdə, Məqtulun onun nəşini qoyduq quru yerdə. Nadir şah Əfşar 1747-ci ildə yatağında öldürüldü. Onun öldürülməsindən sonra Azərbaycanda xanlıqlar yarandı. Azərbaycanın xanlıqlara parçalanması tariximizin qara səhifəsi hesab olunmalıdır. Bununla ara müharibələr başlayır. “Haralısan?” tayfa sözü meydana çıxır. Azərbaycanın siyasi-iqtisadi gücü zəifləyir. Xızı-Bərmək mahalı Quba xanlığına tabe edildi. Quba xanlığının iqamətgahı əvvəllər Xudat qalası, sonra isə Quba şəhəri oldu. Quba xanlığını Hüseyn Əli xan (1722-1758) idarə edirdi. Dağıstan əmirləri və köçəri tayfa başçıları məşvərət edib. Xanı qovmaq fikrinə düşərkən, xan ailəsi və əsabələri ilə birlikdə Qubadan Xızı-Bərmək mahalındakı Xirs (Çıraqqala) qalasına çəkilir və orada müəyyən vaxta qədər yaşamışdır.
71
Xan öz ölkəsində məhdud olmayan hökmranlığa malik idi. Dövlət aparatı və xan divanı onun tapşırıqlarını və iradəsini yerinə yetirirdi. Hakim sinif sayılan bəylər xana tabe idilər. Xanlar onlara yaxşı xidmət edənlərə Bəylik titulu verirdilər. Bəylik titulu irsən də keçirdi. Xızı-Bərməkdə Bəylik irsən keçmişdir. Xan Xızı-Bərmək bəylərinin sənədlərini yenidən təsdiq etmişdir. Quba xanlığında hüquq mənbələri şəriət normalarına və yerli adətlərə əsaslanan “qanunlar məcmuəsi” var idi. Xanın hərbi qüvvələri drujinaçı nökərlərdən, maaflardan və muzdlu dəstələrdən ibarət idi. Quba xanının hərbi qüvvələrindən danışan Akademik S.S.Qmelin qeyd edirdi ki, muzdlu qoşunların saxlanılmasına xan çox pul xərcləyirdi.30 Quba xanının daimi qoşunu 1000 nəfərdən çox idi. 1748-ci ildə Şahsevən Əhməd xanın 12 min atlı ilə Şamaxıya hücumunu və şirvanlıların bütün qonşu xanlıqlarla və tayfalarla birlikdə hücumunu dəf etməkdə Xızı-Bərmək dağlıları da fəal iştirak etmişlər. Bu döyüşdə Sədən və onun ətraf kəndlərindən gəlmiş igidlər xüsusilə fərqləniblər. Bu döyüş meydanını təsvir edən şair Ağa Məsih Şirvani yazırdı:31 Gəldi Hacı Çələbi xan, Cavanşir dəxi zud, Ərəş, Ağdaş, Quba, Xançobanı Səda zud. Lahic, Hoüz, Qassalı, Belokon on çe ki bud, Daxili-qələ yanında olan ellər mövcud, Şixmuzeydən aşağa basdı üzün səhranın. ... Ki bu çox fəthdurur, bilməsin aqil bunu kəm, Şahsəvən birlə Muğan on iki min el və həşəm. Ləşgəri-pil tənan səhmdən eylədi dəcəm, Kimi qərq oldu Kürə, kimisə də çaylara həm, Kimi azuqə olub nəhənginə dəryanın. Şerdən göründüyü kimi birləşmiş qoşun Şahsevənlərin 12 minlik ordusunu əzir. 1755-ci ildə Şəki xanı Hacı Çələbi Şirvana hücum edib Ağsunu mühasirəyə aldı. Qubalı Hüseynəli xan böyük qüvvə ilə Şamaxı xanının köməyinə gəldi. Birləşmiş qüvvələr Hacı Çələbini geri oturtdular.
72
Bu döyüşdə Xızı-Bərmək dağlılarının döyüş dəstəsi də şücaət göstərmişdir. Hüseynəli xan öləndən sonra oğlu Fətəli xan (1758-1789) Quba xanı olur. Fətəli xan Dərbənd xanlığını ələ keçirməyə cəhd etdi. O, əvvəlcə Samur çayının sağ sahili torpaqları - Müşkür, Niyazabad, Şabran, Rustov, Beşbarmağı tabe etdi.32 Sonra isə birləşmiş qoşunla Dərbəndə hərəkət etdi. Fətəli xan 1759-cu ilin noyabrında Dərbəndi alıb Quba xanlığının paytaxtı etdi. Abbasqulu ağa Bakıxanov yazır ki, Şirvan xanlığından Xızı-Bərmək kəndlərinə qarət məqsədilə soxulurdular. 1758-ci ildə Şirvanlı Ağa Rəzi bəy Əsgər bəy oğlu Qubanın Xızı-Bərmək mahalını qarət etmiş və qarətdən sonra oradan 200 ailə köçürüb Şirvana aparmışdı. Qubalı Fətəli xan qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa Rəzi bəy qarşıya çıxdı və qədim Şamaxı şəhərinin xaricində məğlub edilərək öldürüldü. Fətəli xan bir neçə aylıq mühasirədən sonra qətil-qarətdən əlavə öz elatının iki mislini (yəni 400 ailə) götürüb geri qayıtdı.33 Bu yürüşdə Fətəli xanın dəstəsində Xızı-Bərmək dağlıları Allahqulu bəyin başçılığı ilə yaxşı döyüşürdülər. S.Q.Qmilinin məlumatına görə Quba xanının xeyli qoşunu və topu var idi. Kiçik topların bir hissəsi arabalarda yerləşirdi.34 Lakin Fətəli xan bu qələbəni möhkəmləndirmək üçün hələ o qədər gücə malik deyildi. O, sonrakı illərdə Dərbənd, Bakı, Səlyan, Şamaxı və Şəkini hakimiyyəti altına aldı. Fətəli xanın oğlu Əhməd xan (1789-1791) atasının gördüyü böyük işləri genişləndirə bilmədi. Əhməd xan (1791-1810) dövründə Quba xanlığı tədricən zəifləməyə başladı. Şəki, Bakı, Şamaxı Quba xanlığının tərkibindən çıxdılar. II Ekaterinanın hakimiyyəti dövründə (1762-1796) Rusiya öz nüfuzunu Zaqafqaziyaya yaymağa səy göstərirdi. Ruslar zəngin iqlimə və təbii sərvətlərə, strateji mövqeyə malik Azərbaycana sahib olmağa can atırdı. 1796-cı ildə V.A.Zubovun komandanlığı altında Azərbaycana yenidən gəlmiş rus qoşunları Dərbənd və Bakını tutdular. Bu qoşun Xızı-Bərmək mahalından keçmişlər. Həmin qoşun Rus çarı I Pavel tərəfindən 1796-cı ildə geri çağrıldı. Şeyxəli xan Rus qoşunları
73
Dərbənddən gedəndən sonra, yenidən şəhərə daxil olub hakimiyyəti ələ aldı. 1802-ci ilin dekabrın 26-da Rusiya ilə Georgiyevskidə Quba və Talış xanlıqları, Tarkov Şamxalı, Qaraqaytaq Üsmiş, Tabasar dairəsi hakimləri və Dağıstan feodalları nümayəndələri müqavilə imzaladılar. Müqaviləni imzalayanlar Rusiya himayəsini qəbul etdilər.35 Müqavilənin bəzi maddələrinə əsasən Zaqafqaziyada ticarətin genişlənməsi, Xəzər dənizçiliyinin inkişafı nəzərdə tutulurdu. Bununla da Azərbaycanın Rusiya tərəfindən bütünlüklə işğalına başlanıldı. Abbasqulu ağa Bakıxanov yazır ki, 1806-cı ildə Şirvanşahlılar gəlib Xızı-Bərmək dağlılarının qoyunlarını oğurlamışlar. Qubalı Şeyxəli xan bunun əvəzini almaq üçün Şirvan üzərinə gedib müharibə elan etdi və cüzi bir qənimətdən sonra geri qayıtdı.36 Şeyxəli xan Şirvan üzərinə əsasən Xızı-Bərmək dağlılarından Xocəli Məhəmməd İbrahim oğlunu (dəstənin bayraqdarı idi), Mütəllim bəyi, Abdulla bəyi, Mirzağa bəyi, Hacı bəyi və Məhəmməd bəyi aparmışdı. X əsrdən Azərbaycan Xilafitin tərkibindən çıxdıqda, XızıBərmək dağlılarının həyatında bəzi dəyişikliklər əmələ gəlməyə başladı. Əyalətdə məhsuldar qüvvələrin nisbətən tərəqqisi, iqtisadiyyatın canlanması və inkişafa başlaması müşahidə olunur. Feodalizm münasibətləri Şirvanşahlar hakimiyyətinin ilk dövrlərində daha da inkişaf etmişdi. X-XI əsrlərdə əhalinin əksəriyyəti kəndlərdə oturaq vəziyyətdə yaşasalar da, onlar yayda Xızı-Bərməkin Yarımca, Dübrar, Zarat və digər səfalı yaylaqlara köçürdülər. Qışda çay kənarında olan Şix-Xızı və Sayad-Xızı qışlaqlarına, Zələn, Gəədi və Giləzi düzündəki qışlaqlara köçürdülər. Bu da maldarlığın inkişafı üçün çox əlverişli idi. Bu dövrdə Xızı-Bərmək mahalında kəndlilər başlıca olaraq iki hissəyə bölünürdü: Uluc adlanan kəndlilər. Bunlar asılı kəndlilər idilər və əsasən düzənlikdə yaşayırdılar. Xızı-Bərmək mahalında bu kəndlilər azlıq təşkil edirdi. Azad kəndlilər. Bu kəndlilər dağ yerində yaşayırdılar və nisbətən azad idilər.
74
Əkinçiliyin inkişafının əsas şərtlərindən biri iqlimin yaxşı olması idi. Orta əsrlərdə Xızı-Bərmək mahalında əkinçilik və maldarlıq bir qədər canlandı. Əkinçilikdə əsasən dəmyə üsulu ilə əldə edilən dənli bitkilər yüksək məhsul verirdi. Bir çox buğda növləri “Kələ kəndim” (böyük buğda), “Xırda buğda”, “Sarı buğda”dan bişirilən təndir çörəyi, “Dağlı çörəyi” çox dadlı və ətirli olurdu. Xızı-Bərmək mahalında buğda, arpa, darı, noxud, mərci, lərgə, çəltik və sair bitkilər əkilirdi. Xızı-Bərmək mahalında orman meşələrin olmasından meşədəki ağaclardan inşaatda və başqa sahələrdə istifadə edilirdi. Bu dövrdə kəndlilər icma halında dövlət torpaqlarında, mülk, ikta, vəqf torpaqlarında oturur və oranı becərirdilər. Tarixçilərdən Təbəri, P.K.Cuze, V.V.Bertold, Əbdülkərim Əlizadənin məlumatlarına görə XII-XIV əsrlərdə xüsusi feodal torpaq mülkiyyəti aşağıdakı kimi olmuşdur: 1. Mülk (əmlak). 2. Dövlət torpağı (divani). 3. Dövlət başçılarının və dövlət sülaləsinin torpaqları (əmlak xassi). 4. Məscidlərin dini torpaqları (Vəqfinə). 5. Kəsik, ayrılmış, bəxş edilmiş torpaq hissəsi (ikta). 6. Ümumi torpaqlar (cəmaət). Mülk böyük və kiçik feodal torpaqlardır. Buradan alınan vergilərin feodala və ondan bir hissəsi isə dövlət xəzinəsinə gedirdi. Bu torpaqları satmaq və bağışlamaq olur. Əmlaki-xasse nəsləndir, satmaq və bağışlamaq olar. Divani dövlət torpaqlarıdır. Buradan alınan gəlir xəzinəyə gedir. İkta - şərti torpaq sahibliyidir. Buradan alınan gəlirin bir hissəsi xəzinəyə gedir. Vəqf torpaqlarının gəliri məscidlərə və ruhanilərə aiddir. Bu dövrdə Azərbaycanda sənətkarlıq və ticarət xeyli inkişaf etmişdi. XII əsrdə Gəncədə, Şamaxıda, Dərbənddə kəsilmiş gümüş və mis pullarla yanaşı, Xəlifətin kəsdiyi qızıl dinar ticarətdə geniş istifadə edilirdi. Altı-Ağacda tapılan sikkələr göstərir ki, Xızı-
75
Bərmək mahalı da ticarətə cəlb olunmuşdur. XIII əsrdə on yeddi il Şərq xalqları arasında olan Venetsiya taciri səyyah Marko Polonun Şirvan haqqında verdiyi məlumatlar çox dəyərlidir. O yazır ki, Azərbaycanda hər şey boldur. Əhali ticarət və sənətkarlıqla məşğul olur. Ticarətdə əsasən Şirvanda kəsilmiş mis pullar mühüm yer tuturdu. Böyük ticarətdə gümüş və qızıl pullardan da istifadə edilirdi. Dənizdə, çayların ağzında çoxlu balıq olur. Nərə balığı, qızılbalıq və başqa böyük balıqlar daha çoxdur. Bu məlumatlar Xəzər dənizinin sahilində yerləşən Xızı-Bərmək mahalında təsərrüfat sahələrindən biri olan balıqçılığın qədim tarixə malik olduğunu sübut edir. Altı-Ağacdan tapılmış gümüş və mis pullarla müəyyən etmək olur ki, Xızı-Bərmək mahalında sənətkarlıq və ticarət geniş inkişaf etmişdi. Xızı-Bərmək mahalında heyvandarlıq xeyli inkişaf etmişdi. Yundan paltarlar, xalça, palaz toxunur, qoyun dərisindən kürk, papaq, mal gönündən çarıq istehsal olunurdu. Bu dövrə aid Yuxarı Findiqandan tapılmış mavzoley və daşdan tikilmiş karvansara qalığı göstərir ki, Findiqan böyük yaşayış yeri olmuşdur. Dəvə karvanları və öküz arabaları Şamaxıdan Altı-Ağac Yuxarı Findiqan - Qərəh - Şarvan - Xınalıq - Abxoz - Samur körpüsü - Dərbəndə gedən Şirvan yolu ilə gedirdilər. XIII əsr coğrafiyaşünası Məhəmməd İbn Nəcib Bakranının “Cahannamə” əsərində yazılıb ki, Dərbənd yaxınlığında yaşıl neft çıxarılır. O, Siyəzən neftini nəzərdə tuturdu. Bu neft çıraqla da yandırılır, hərbi məqsədlə istifadə edilir və dərman kimi qəbul edilirdi. Siyəzən nefti Bakı nefti ilə birlikdə xaricə aparılır və satılırdı. 1340-cı ildə Həmdulla Qəzvini yazıb ki, Allah Əkbər adası Bakı ilə üzbəüzdür. Şəhərin limanıdır. Yaxınlığında Bərmək (Barmachu) mövcuddur. Bərmək dağı haqqında verilmiş məlumat bizim üçün çox əhəmiyyətlidir. Hülakü hökmdarı Qazan xanın vaxtında sənətkarlıq, əkinçilik, maldarlıq və ticarət inkişaf etməyə başladı. XV əsrdə ölkəmizə gəlmiş diplomat-səyyah madridli Ryui Qansales-de Kilavixonun xatirələrində Şamaxının və ona tabe olan vilayətlərin o dövrdəki
76
coşqun sənətkralıq və ticarət həyatından məlumatlar Xızı-Bərmək mahalının ticarət yolu üstə olması və oradan tacirlərin keçməsi qeyd olunmuşdur. Venetsiya respublikasının səfiri Ambrocco Kontarini 1475-ci ilin noyabrın 1-də Şamaxıya çatmasından, burada ipək hazırlanmasından danışır və ticarət mərkəzi olması haqqında dəyərli məlumatlar verir. O, noyabrın 6-da Şamaxıdan Altı-Ağac yolu ilə gəlib Xəndəklərə və oradan Qərəhə, sonra isə Dərbəndə getmişdir. XV əsrdə rus dövləti Şirvanşahlarla qarşılıqlı ticarət əlaqələri saxlamışdır. Rus tacirləri Niyazabaddan keçərək köhnə karvan yolu ilə Şabran-Qərəh-Findiqan-Altı-Ağac yolu ilə Şamaxıya daxil olurdular. XVI əsrdə vahid Azərbaycan dövlətinin yaranması ilə əlaqədar olaraq ölkədə məhsuldar qüvvələr inkişaf edir, sənətkarlıq və ticarət genişlənir, kənd təsərrüfatı məhsuldarlığı artır. Əhalinin əsas məşğuliyyəti əkinçilik idi. Kəndlilər buğda, arpa, noxud, lərgə və bəzi yerlərdə çəltik əkirdilər. İngilis səyyahı Antoni Cenkinson yazırdı ki, 1592-ci il avqustun 6-da Şabran adlı yerə çatdıq. Burada mənim gəmimi boşaltdılar, malları sahilə yığdılar. Avqustun 12-də mallarımı dəvə və atlara yükləyib Şamaxıya getdik. Səyyah Qərəh-EynibulaqFindiqan-Altı-Ağac yolu ilə Şamaxıya getmişdir. O, Şamaxı və keçdiyi Xızı-Bərmək kəndlərinin ticarətindən, sənətkarlığından və əhalinin vəziyyətindən məlumatlar verir. Alman filosof-səyyahı Adam Oliari yazır ki, Xanagah kəndində çoxlu mal-qara saxlanılır, inəklərin südü çox yağlı olub, qaymağın qalınlığı iki barmaqdır. Yağları çox keyfiyyətlidir, pendiri qoyun südündən istehsal edirdilər. Səyyah yol boyunca Xızı-Bərmək kəndlərini, oranın füsünkar təbiətini müşahidə etmiş, əhalinin qonaqpərvərliyindən danışmışdı. Adam Oliari 1636-cı il aprelin 1-də Xızır-Zində dağında 30dan çox neft quyusunun olmasından söhbət açır. Bunlardan üç quyunun yaxşı neft verməsindən bəhs edir. Qara və ağ neft hasil olunduğundan və ağ neftin ətri ona xoş gəldiyindən yazırdı.37 Holland dənizçisi - səyyah Yan Streys yazırdı ki, Parmak və ya Barmax dağının yanından ötdük. Bu dağ dənizin yaxınlığında olub
77
ağ və qara petroliumun və ya neftin yerdən fəvvara vurub axması ilə məşhurdur. Neftə gəldikdə isə o, torpağın təkindən yer qatını oyub çıxaraq, qayaların arası ilə şaxələnib axır. Yan Streys dağın şimal tərəfində 40 neft quyusunu görmüş və quyuların üçündən neftin fontan vurmağından yazmışdır. O, qara və ağ neftin hasilindən söz açaraq ağ neftin iyinin nisbətən yaxşı olmasını söyləyirdi.38 XVII əsrin sonu və XVIII əsriin birinci rübündə ölkə dərin siyasi və iqtisadi böhranlara məruz qalmışdı. Bu vəziyyət XızıBərmək dağlılarından da yan keçmədi. İran şahları tərəfindən qoyulan vergilərin sayı 30-a çatmışdı. 1703-cü ildə Niyazıbaddan Altı-Ağac yolu ilə Şamaxıya gəlmiş Holland səyyahı rəssam Korneli de Bruin öz xatirələrində yazırdı ki, iki-üç il davam edən quraqlıq nəticəsində əhali ağır həyat tərzi keçirir. Korneli de Bruin əhalinin çətin güzaranını təsvir edir. XVIII əsrin əvvəllərində Xızı-Bərmək mahalı geridə qalmış feodal-patriarxal münasibətlər məkanı idi. Torpaq sahibkarlığı başlıca olaraq 5 yerə bölünmüşdü: 1. Divani - torpaq dövlətin və ya xəzinənin idi. Bunun gəliri dövlət xəzinəsinə gedirdi. 2. Xass-i-Şərifə - torpaq şah nəslinə aid idi. 3. Tiul - şərti torpaq mülkiyyəti idi. Xidmətə görə verilirdi. 4. Mülk - torpaq xüsusi mülkiyyət olub nəslən keçirdi. Mülk sahibi oranı satar və bağışlaya bilərdi. 5. Vəqf - məscidlərin torpağı idi. Onlar vergi və mükəlləfiyyətlərdən azad olurdular. Bundan əlavə camaat torpağı da var idi ki, bu da ümumiliklə becərilirdi. Kəndlilər Rəiyyət və Rəncbərə bölünmüşdülər. Əhalinin yuxarı təbəqəsi bəylər, əvvəllər bəylərbəyə və sonralar xana tabe idilər. Ruhanilərə axund və mollalar daxil idilər. Bəylər və ruhanilərin geniş hüquqları var idi. Onlar vergi və mükələfiyyətlərdən azad idilər. Xızı-Bərmək dağlıları İran hakimlərinə qarşı passiv mübarizə aparırdı. Onlar Xızı kəndinin qərbindəki (2 km-liyində) Dizəxvər qalasında gizlənirdilər və lazım olanda gizli yoldan istifadə edirdilər.
78
Yerli əhali indi də o yeri gizli yol (dizdə rah) adlandırır. Həmin dövrdə ölkəni dərəbəylik bürümüşdü. Nəticədə ölkə xanlıqlara parçalanır. XVIII əsrin ikinci yarısında xanlıqlar arasında yersiz çəkişmələr məhsuldar qüvvələrin inkişafını xeyli ləngitdi. XızıBərmək mahalında təsərrüfatın natural xarakter daşıması, ictimai əmək bölgüsünün aşağı səviyyəsi, məhsuldar rentasının hökmranlıq etməsi əmtəə istehsalını aşağı pillədə saxlayırdı. Xızı-Bərmək mahalının dağlıq hissəsində əkinçilik və maldarlıq az da olsa inkişaf edirdi. Mülk sahibləri Xana qulluq etməyə borclu deyildilər. Amma aldıqları gəlirin bir hissəsini vergi şəklində xanın xəzinəsinə verməli idilər. Məscidlərin torpaqları var idi. Buna Vəqf deyilirdi. Ən yüksək mövqedə xan, ondan sonra bəylər və ruhanilər dururdular. Kəndlilər bir çox mükələfiyyətlər yerinə yetirirdilər. Kəndlilər biyara gedirlər, çoxlu vergi, rüsum və mükələfiyyat onların gəlirinin bir hissəsini əllərindən alırdı. Quba xanlığında 15 əsas vergi növü var idi. XızıBərmək mahalında torpaq icma şəklində də mövcud idi. Buna “Camaat torpağı” deyilirdi. Rəiyyətin vəziyyəti daha ağır idi. Bəylərin, mülkədarların və axundların torpaqları nəsli idi. Şirvanşahlıq və xanlıq dövrlərində sənətkarlıq natural xarakterdə olması ilə yanaşı inkişaf da etmişdir. Xızı-Bərmək mahalında dabağçılığın inkişafı ilə əlaqədar qoyun dərisindən kürk, mal gönündən çarıq, quzu dərisindən papaq tikilməsi xeyli inkişaf etmişdi. Dəvə və qoyun yunundan geyim paltarları, qadınlar üçün baş örtükləri toxunması genişlənmişdi. XızıBərmək dağlılarının xalçaçılıq sənətinin tarixi çox qədimdir. Türk dilli dağlıların toxuduqları xovlu xalçalar göstərir ki, onlar çox qədim dövrdən oturaq həyat keçirmiş və böyük əsərlər yaratmışlar. Palaz, heybə, xurcun, xalça toxunması həm təkmilləşmiş və həm də çoxalmışdır. Bu nəfis xalçalar İrana da aparılırdı. Bu paltarlar və xalçalar Rusiya və digər Avropa ölkələrinə aparılırdı. Bu işdə Niyazibad limanı (indiki Xaçmazda olan Nizova) mühüm rol oynayırdı. Yerli əhali dəvə və atdan istifadə edir, tacir və səyyahları
79
Şamaxı şəhərinə ötürürdülər. Şamaxıya yuxarı Findiqan-Altı-Ağac yolu ilə və Xızır-zində-Xəllə-Xanagah yolu ilə gedirdilər. Azərbaycandan İrana quru yol, Dərbənd-Şabran-Xızır-zindəMuğandüzü-Ərdəbil və İsfahana qədər uzanırdı. Azərbaycanın qədim və məşhur xalçaçılıq məktəblərindən biri Şirvan-Quba xalça məntəqələri idi. Bu məntəqədə Xızı-Bərmək xalçaları çox şöhrət qazanmışdı. Qədimdən toxunan xalça sənəti böyük inkişaf yolu keçib, bir çeşnəsi, bir naxışı, bir butası belə gözəlliyini itirməyib, daha da zənginləşmişdir. Xızı-Bərmək mahalının Şərq və Avropa ölkələri ilə ticarət əlaqələri xalçaçılıq sənətinin inkişafında mühüm əhəmiyyət kəsb etmişdi. XII əsrdə Xızı-Bərmək xalçaçıları bu sənətin çiçəklənən dövründə xüsusi fəallıq göstərmişdilər. Tarixçilərin verdiyi məlumatlara görə XV əsrə aid Vyanadakı “İncəsənət və sənaye” muzeyində saxlanan naxışlı “Quba-Şirvan” tipli Xızı-Bərmək xalçasıdır. Biz bunu xalçanın naxışı, rəngi və kompozisiyasını, yəni xanalarının yeri, onların miqdarı ilə müəyyən edirik ki, bu xalça harada toxunmuşdur. Xızı-Bərmək xalçaları Quba-Şirvan tipinə aiddir. XIV-XVI əsrlərdə bir çox Qərbi Avropa bazarlarında QubaŞirvan xalçaları satılırdı. Sənətkarlardan M.Tərlanov və R.Əfəndiyev “Xalq yaradıcılığı nümunələri” əsərində yazıblar ki, “Məryəm uşağı ilə birlikdə” tablosunun müəllifi Niderland rəssamı Qans Memeninq 1442-ci ildə çəkdiyi Məryəmin ayaqları altına Quba-Şirvan tipli xoflu xalça salmışdır.39 XVI əsrdə Nyu-York şəhərindəki “Metropoliten” muzeyində “Şamaxı-Quba” xalçası, XVII-XVIII əsrlərdə Xızı-Bərməkdə toxunan xalçalar İstambulda “Türk İslam muzeyində” saxlanılır. Bu dövrdə belə xalçaları Qubanın Çiçi, Xızı-Bərməkin Xızı, Siyəzən, Sədan, Xələl Xanagah, Koxanı, Kolanı, Xızır-zində, Zarat, Keş və başqa kəndlərində toxuyurdular. Bu qara xallı nəfis xalçalar çox məşhur idi. Xəzər dənizinin 80 km. sahəsini əhatə edən Xızı-Bərmək mahalında əhalinin gəlirli sahələrindən biri də balıqçılıq idi.
80
Balıqçılıq əhalinin bir qisminin məşğuliyyətinə çevrilmişdi. Burada tutulan balıqlar qurudulub Rusiyaya aparılırdı. Quba xanı balıq ovundan ildə gümüş pulla 50 min manat gəlir əldə edirdi.40 Bu gəlirin çox hissəsini Xızı-Bərmək mahalının balıqçıları ödəyirdilər. Şirvanşahlıq və xanlıqlar dövründə Xızı-Bərmək dağlıları da müsəlman mədəniyyətinin inkişafından bəhrələnmiş və adətənənələrini xeyli təkmilləşdirmişlər. Xızı-Bərmək dağlıları arasında bir sıra mərasimlər, bayramlar, oyunlar meydana gəlmişdi. Əkinçilər arasında səpin, məhsul yığımı, məhsulun döyülməsi (xırman), heyvandarlar arasında isə heyvanın balalaması (döl), qoyun qırxımı kimi hadisələr şənlik kimi qarşılanmışdır. Bu vaxt oyunbazlar xalqın həyat, məişət məsələlərinə aid meydanlarda tamaşalar verib, əmək adamlarını tərifləyib və tənbəlləri məsxərəyə qoymuşlar. Bu oyunlar içərisində “Kilimarası” kukla teatrı çox yayılmışdı. Bu tamaşa Xızı-Bərmək dağlıları tərəfindən də yaxşı qarşılanırdı. Alman filosof-səyyahı Adam Oliar 1636-cı ilin axırlarında Xızı-Bərmək mahalında olarkən “Kilimarası” kukla tamaşalarından xəbər verir; o, həmin tamaşanı 1637-ci ilin əvvəllərində Şamaxıda müşahidə etmişdir. O yazır ki, aktyor kuklaları kilim arasından çıxartdı və onların yerinə danışdı. Onlar komedionlar kimi hərəkət edirdilər.41 Bu tamaşalar əhali tərəfindən rəğbətlə qarşılanırdı. Həmin tamaşalar musiqi ilə müşahidə olunurdu. Ailə və məişət mərasimləri içərisində toy mərasimləri xüsusi yer tuturdu. Toy mərasimlərinin ayrı-ayrı mərhələlərinin və amillərin öyrənilməsi və tədqiqi Xızı-Bərmək dağlılarının mədəni irsinin səciyyəvi xüsusiyyətlərini aşkara çıxarılmasına imkan yaradır. Adətə görə, oğlan adamları qız evinə elçi gedir, qız evi razılıq verəndə nişan üzüyü taxılır və şirin çay içilir. Oğlan evinə gəlin gələrkən ayağının altında qoyun kəsilir. Xızı-Bərmək mahalında dövlətlilər yeddi gün, ortabablar isə üç gün toy edirdilər. Həmin günlər kəndin görünüşlü yerində meydan qurulurdu, ətraf kəndlərdən gələn pəhləvanlar güləşirdilər. Qalib pəhlavana bir sinni halva (saf) və xələt verilirdi. Toylarda “xan” oyunu oynanırdı. Xan, vəzir və cəllad püşk atmaqla seçilirdi. Xan toy
81
adətlərinə azacıq riayət etməyənləri cərimə edirdi. Cərimə bir toyuqdan, bir qərbir yumurtadan və ya bir toğludan olurdu. Bu, cərimə olunanın toy sahibinə qohumluq və dostluq münasibətlərindən və həmin şəxsin imkanından asılı idi. Toyda cıdır düzəldib, at qovurdular. Birinci gələn süvariyə “yüyürük” gətirən deyib, onu mükafatlandırırdılar. Gəlinə cehiz olaraq torpaq sahəsi, mal-qara, ev əşyaları verirdilər. Toylarda yaxın qohumlar, dostlar və qonşular fəal iştirak edib, imkanları daxilində cöngə, qoyun, yağ, düyü, un və başqa məhsulla kömək edirdilər. Varlı toy sahibləri də adətə görə, ehtiyacları olmasa da, bu hədiyyələri qəbul etməli idilər. Toylar nəmərsiz (pulsuz) olurdu. Toyda iştirak edənlər iki gəncə xoşbətlik arzu etməklə, onların ailə qurulmasının şahidi olurlar. Toy yeni qurulmuş ailənin möhkəmlənməsinə xidmət edirdi. Toyların firavan və şən olması subay gənclərdə də ailə qurmaq həvəsi doğururdu. Xızı-Bərmək dağlıları səmimi və qonaqpərvər idilər. Mahalda Findiqan kəndinin adının mənası qonaqpərvər yer deməkdir. Bu kənd Şirvan yolu kənarında olduğundan buranın sakinləri qonağı duz-çörəklə qarşılayır, mehribanlıqla yola salırdılar. Alman filosof-səyyahı Adam Oliarini 1636-cı ilin 26 dekabrında 80 nəfərlə Xanagah kəndində yüksək səviyyədə qonaq etmişlər. Onları səhər qaymaq, bal, südlü çörək, günorta müxtəlif meyvələr (qərbi, cır, əzgil) və ləzzətli xörəklərə qonaq etmişlər. 1637-ci ilin aprelin 1-də Şamaxıdan geri dönərkən Koxani kəndində onları mehribanlıqla qəbul edib qonaq etmişlər. Holland səyyahı Yan Streys 1667-ci ildə Xızı-Bərmək mahalının Bahal kəndində onları qonaq etdiklərindən söhbət açaraq yazır ki, onları süd və balı una qatıb bişirilmiş ləzzətli qoğala qonaq etmişlər. A.Bakıxanov da Xızı-Bərmək dağlılarının qonaqpərvərliyindən bəhs edirdi. Xızı-Bərmək mahalında qonağı ev yiyəsi qəbul edir, ona mehribanlıq göstərilirdi. Əziz qonaqların ayağı altında qoyun kəsilirdi. Qonaqlar xalçalarla döşənilmiş qonaq otağına dəvət edilirdi. Adət üzrə yerdə döşəkçələrin üzərində əyləşirdilər. Qonaqlara qulluq göstərmək üçün adamlar ayrılmışdı.
82
Əvvəlcə meyvə verilirdi, sonra ləzzətli xörəkləri və şərbəti süfrəyə düzürdülər. Ev yiyəsi bir qədər aşağı tərəfdə əyləşirdi. Qonaq otağında namaz qılmaq üçün canamaz var idi. Belə gözəl adət və ənənələr sonrakı dövrlərdə də mövcud olmuşdur. Tarixi ənənələrdən biri də - müsəlmanların Qurban bayramı Xızı-Bərmək mahalında hər il qeyd olunurdu. Məsciddə və ya evdə bayram namazı qılırlar. İmkanı olanlar Məkkəyə ziyarətə gedirlər. Bayram münasibəti ilə qoyun qurban kəsilir və yeddi evə qoyun ətindən pay verilir. Nişanlı qızlar üçün qoyun qurbanlıq aparılır. Uşaqların əlinə və qurbanlıq qoyunun alnına xına qoyulur. Kəsilən qurbanlıq qoyunun qanından uşaqların alnına xal qoyulur. Bir-biri ilə görüşənlər “bayramın mübarək” deyib, mehriban salamlaşırlar. Bu bayram şən keçir.
83
IV FƏSİL XIZI-BƏRMƏK MAHALI ÇAR RUSİYASININ MÜSTƏMLƏKƏÇİLİYİ İLLƏRİNDƏ
Azərbaycanın görkəmli tarixçisi Abbasqulu ağa Bakıxanov yazır ki, 1806-cı ildə Şirvanlılar Xızı-Bərmək dağlıları-nın qoyunlarını apardıqlarına görə Quba xanlığının xanı Şeyxəli xan onları cəzalandırıb geri qayıtdığı vaxt ona düşmən olan Şirvan xanı Mustafa xan Şirvanda sakin olan Rus polkovniki Tixanovski ilə Qubaya hərəkət etdi. Şeyxəli xan bir çox bəy və digər tərəfdarları ilə Təbəsaran nayihəsinə öz damadı Abdulla bəy Rüstəm oğlu Qadinin evinə, buradan da onunla birlikdə Aqquşaya getdi.1 1806-cı ilin oktyabrında Rus ordusu Quba şəhərini işğal etdi və Naib Hacıbəyi oraya hakim təyin etdi. 1806-cı ilin payızında Abbas Mirzə qoşunlarının köməyi ilə Şeyxəli xan 5 min nəfər döyüşçü ilə Qubaya hərəkət edərək, şəhərdən başqa bütün əyaləti, o cümlədən XızıBərmək mahalını da geri aldı. Quba xanlığında xan və onun sülalə üzvləri öz imtiyazlarını qoruyub saxlamaq məqsədilə İrana meyl göstərirdilərsə də bəzi bəylər Rusiyanın göməyi ilə xanın mülkləri hesabına torpaqlarını genişləndirəcəklərini zənn edirdilər. 1808-ci ildə Şeyxəli xanın ordusunu general-mayor Quriyeviç ordusu Çarxı kəndi yaxınlığında əzdi.2 Bundan sonra Şeyxəli xan dağlara çəkilməyə məcbur oldu. Onun qoşun hissələrindən bəzisi XızıBərmək dağlarında sığınacaq tapdılar. Bu onunla bağlı idi ki, bu döyüşdə Xızı-Bərmək mahalının dağlıları Şeyxəli xana kömək etmişdilər. Bir çox bəy və digər tərəfdarları ilə bərabər Şeyxəli xan Kiziqumuxlu Surxayxanın oğlu Nuh bəylə Qubanı tutmağa gəldilər. Lakin xanın dəstəsi vuruşmayıb, hərə öz yurduna getdiyi üçün şəhəri tuta bilmədi. Çar Rusiyası Quba əyalətinə nəzarət etmək üçün yerli bəylərin şurasını təşkil etdi. Şuranı Quba şəhərində yerləşən rus hərbi dairəsinin rəisi Ryabin idarə edirdi. 1809-cu ildən Abbasqulu ağa Bakıxanovun atası Mirzə Məhəmməd xan müvəqqəti idarə etmənin naibi təyin olunmuşdu3. 1811-ci ilin əvvəllərində general Xatuntsovun komandanlığı
84
altında rus ordusu Şeyxəli xanın dəstəsini əzdi. Şeyxəli xan dağlara çəkildi. Ruslar Qubanı bütün mahalları ilə birlikdə, o cümlədən, XızıBərmək mahalını Bakı xanı II Mirzə Məhəmməd xanın tabeliyinə verdi.4 Xızı-Bərmək mahalından bir qrup dağlı ailəsinin Bakıya köçüb yerləşməsi də bu dövrdə baş vermişdir. Daxili idarəetmə işlərini isə Naib Hacı bəyə tapşırdılar.5 Quba və Xızı-Bərmək mahallarında Rus işğalçılarına qarşı başlanan çıxışları yatırmaq üçün rus qoşunlarının baş komandanı general Qudoviç bir sıra yerli hakimləri kənarlaşdırmışdı və onların əvəzində inandığı feodallara koxa, kəndxuda, yüzbaşı vəzifələri vermişdi. 1806-cı il avqustun 23də general Qudoviç Dərbənd və Qubanın hakimiyyətini müvəqqəti olaraq Tarkov şamxalı Mehdinin hakimiyyəti altına keçirmişdi.6 Tarkov şamxalı hakimiyyəti altında olan Xızı-Bərmək mahalının Giləzi mülkünü qışlaq kimi istifadə etmək üçün müvəqqəti olaraq Ləzgilərə verdi. Rusiya ilə İran arasında 1813-cü il oktyabrın 24-də Qarabağda Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsi başlandı. Rus çarizmi Azərbaycanda hərbi üsul idarə yaratdı. Azərbaycanı 6 əyalətə, 2 dairəyə və 2 distansiyaya böldü. Bakı və Quba əyalətləri Dörbənddə yerləşən hərbi dairə rəisinə tabe edilmişdi. Beləliklə, Xızı-Bərmək mahalı da Dərbənddə yerləşən hərbi dairə rəisinin tabeliyinə keçirilmişdi. Quba əyalətinin dini rəhbəri baş qazi idi. Bu dövrdə Xızılı Axund Hüseynqulu Quba məscidinə təyin edildi. İranın hakim dairələri ədalətsiz Gülüstan müqaviləsi ilə razılaşmayaraq, 1826-cı il iyulun 16-da Rusiya ilə müharibəyə başladılar. Rus qoşunları 60 minlik Abbas Mirzənin rəhbərlik etdiyi qoşunun hücumuna tab gətirməyib Talış, Şirvan, Şəki, Qarabağ əyalətlərini və Yelzavetpol dairəsini tərk edərək geri çəkildi. Qubalı Şeyxəli xanın oğlunun Qubanı mühasirəyə alan qoşununda Xızı-Bərmək dağlıları da var idi. Onlar köməyə gəlmiş yeni rus qüvvələrinin təsiri altında geriyə, dağlara tərəf çəkildilər. Döyüşlərdə İran ordusu məğlub edildi. Rus ordusu Təbrizi və digər cənub şəhərlərini tutdular. 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Türkmənçay
85
sülh müqaviləsi bağlandı. Türkmənçay müqaviləsi Azərbaycan xalqının taleyində mənfi rol oynadı. Belə ki, Azərbaycan öz dövlət müstəqilliyindən və ərazi bütövlüyündən məhrum edildi. Rusiya və İran xalqı öz Türk mənəviyyatından məhrum etməyə çalışırdılar. Azərbaycan müstəmləkəyə çevrildi və onun maddi sərvətləri insafsızcasına talandı. İki Azərbaycan anlayışı yarandı: “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan”. Araz çayı Şimali Azərbaycan və Cənubi Azərbaycan arasında sərhəd oldu. Bu müqavilələrə əsasən Azərbaycan ərazisi iki hissəyə parçalandı. Şimalı Azərbaycan Çar Rusiyasının müstəmləkəsi oldu. Çar müstəmləkəçiləri Azərbaycanda hərbi idarə üsulu yaratdılar. Xanlıqlar əyalətlərə və dairələrə çevrildi. Əyalətlər Rusiyanın Qafqazda Baş komendantı tərəfindən idarə olunurdu. Başqa səzlə, Azərbaycan Qafqaz canişinliyinə tabe edilmişdi. Komendantlar mahallarda naibləri, onlar isə kəndlərdə yüzbaşılar və ya kəndxudaları təyin edirdilər. 1830-cu illərdə Azərbaycanda Çar Rusiyasının vahid pul sistemi tətbiq olundu. Bununla da xanlıqlar dövründə olan pullar aradan çıxarıldı. Əhali siyahıya alındı və vergiyə cəlb edildi. Rus səyyahı F.F.Simaneviçin yazdığına görə, 1832-ci ildə Xızı-Bərmək mahalında vergiyə cəlb olunmuş 26 kənddə 7806 nəfər, o cümlədən 3649 nəfər qadın yaşayırdı. Vergiyə 20 yaşından yuxarı olanlar da cəlb edilmişdi.7 Hər 500 qoyun üçün 10 manat, 500 qoyundan az miqdarda olanda 5 manat vergi alınırdı. Bəylər, ruhanilər və seyidlər vergiyə cəlb edilməmişdilər. Onlar mükələfiyyətlərdən də azad idilər. 26 kənddə 1112 ev (tüstü), o cümlədən kəndli evləri 1050, ruhani və bəy evləri 62 idi.8 Şamaxı-Quba yolu kənarında yerləşdiklərinə görə Muğanlı, Dərə-Zarat, Findiqan, Qərəh kəndlərinin əhalisindən əlavə yol vergisi də alınırdı. Bu vergi çar çinovnikləriniin yol xərci idi. Ağır vergilər və mükələfiyyətlər XızıBərmək əhalisinin narazılığına səbəb olmuşdu. Çar Rusiyası milli hissləri söndürmək üçün azərbaycanlıları “tatar” adlandırırdılar. Onlar müstəmləkə siyasətinə uyğun olaraq ruslaşdırma siyasəti yürüdür, xalqı Azərbaycan dilində danışmaqdan uzaqlışdırmağa cəhd
86
edirdilər. Azərbaycanlılar silah daşımaq hüququndan məhrum olunmuşdu. Onları orduya çağırmırdılar, əvəzinə ağır vergi alırdılar. Hətta Xızı-Bərmək mahalının dağlılarının beldə xəncər daşımaq adəti də qadağan edilmişdi, nəticədə ümumi narazılıq yaranmışdı. Akademik Əlisöhbət Sumbatzadə yazır ki, kəndlilərin narazılığından biri də gənclərin kəndlərindən uzaq yerlərdə növbə çəkməyə göndərilməsi idi. Şeşpara mahalı kəndliləri Dağıstan vilayətinin rəisi Rlutta yazdıqları şikayətdə göstərirdilər ki, komendant polkovnik Qimbut onları Xızır-Zindəyə növbə çəkməyə göndərir, bu yer onların kəndlərindən çox uzaqdır. Nəhayət, narazılıqlar artıb iğtişaşa çevrildi.9 İlk günlər komendant Quba şəhəri, Buduğ və Xızı-Bərmək mahalını çox çətinliklə öz tabeliyində saxlamışdı.10 İlk günlər XızıBərmək mahalının bəyləri və ruhaniləri üsyanda iştirak etməkdə tərəddüd keçirirdilər. Bunun səbəbi Quba bəylərinin bəzisinin üsyanda iştirak etməməsi idi. Komendant Qinbut əhalidən əlavə vergi toplayıb mənimsəmişdi. Kəndlilərdən ucuz qiymətə taxıl alırdı. Ə.S.Sumbatzadə yazır ki, 1837-ci ilin əvvəllərində Varşavadakı suvari alayında 20 il qulluq etmək üçün atlılar toplanılması xəbəri Quba əyaləti kəndlilərinin üsyanı üçün başlanğıc oldu.11 Bu üsyanda Xızı-Bərmək mahalının dağlılarından Mütəllim bəy, Ağakişi bəy, Hacı bəy, Cəfər bəy və başqaları da iştirak etmiişdilər. Üsyançılar Hacı Məmmədi özlərinə xan seçmişdilər. Onun köməkçisi Yarəli adlı birisi idi. Üsyançılar Şeyx Şamillə əlaqə saxlayıb ondan kömək alırdılar. Çar ordusu tərəfindən üsyan amansızcasına yatırıldıqdan sonra üsyançıların bir hissəsi XızıBərmək mahalının dağlarında gizləndi. Bu üsyan Rusiyanın müstəmləkəçilik əsarətinə qarşı olan sırf azadlıq hərəkatı idi. Üsyanda təxminən 12 min nəfər silahlı adam iştirak edirdi. Bunlardan 43 nəfəri mühakimə edildi. Üsyan rəhbəri Hacı Məmməd tutulub edam olundu. Yarəli isə dağlara qaçdı.12 XIX əsrdə Azərbaycanda çar müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı tarixində bu üsyanın böyük əhəmiyyəti olmuşdur. 1840-cı il aprelin 10-da Çar hökumətinin verdiyi qanuna
87
əsasən 1841-ci il yanvarın 1-də Azərbaycanda komendant üsul idarəsi ləğv olundu və Rusiyada mövcud olan inzibati idarə sistemi tətbiq edildi. Şamaxı mərkəz olmaqla Şimali Azərbaycan ərazisində Kaspi (Xəzər) quberniyası yaradıldı. Xızı-Bərmək mahalı da bu quberniyaya daxil idi. Bu inzibati bölgü kəndlərdə süründürməçiliyi və hərci-mərcliyi artırdı. Hətta hökumət adamları, hərbi nazir, qraf Çernışov, xəfiyyə polkovniki V.Viktorov yazırdılar ki, bu islahat lazımi nəticə vermədi.13 Quba qəzasında, o cümlədən Xızı-Bərmək mahalında kəndlilərin narazılığı artdı. Çarizm Qafqazda mövqeyini möhkələtmək məqsədilə canişinlik təşkil etdi. Qafqazın ilk canişini M.S.Vorontsov (18441854-cü illər) təyin olundu. 1846-cı ildə Zaqafqaziyada 4 quberniya - Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyaları təşkil edildi. Tərkibində Xızı-Bərmək mahalı olan Quba qəzası Dərbənd quberniyasına daxil edilmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi ərazisi olan Samur-Dərbənd arası bölgə məhz bu inzibati bölgü ilə itirilmişdir. Çar hökümət dairələri yerlərdə özlərinə dayaq yaratmaq üçün Azərbaycan feodal və bəyləri ilə ittifaqı möhkəmlətməyə çalışırdı. 1846-cı il dekabrın 6-da bəylər və ağaların hüquqları haqqında çar I Nikolayın fərmanı verildi. Bu fərmanla bəylərin hüquqları bərpa olundu. Xızı-Bərmək mahalının bəyləri də Varşavaya gedib vəliəhd II Aleksandr tərəfindən hüquqlarını bərpa etdilər. Varşavada əyləşən vəliəhd II Aleksandr Məmməd bəyə, Hacı bəyə, Ağakişi bəyə və Mütəllim bəyə bəylik titulunu təsdiq edən şəhadətnamələr vermişdi. Bəylərin torpaqları və digər əmlakları irsi hesab edildi, onlar vergi və bütün mükəlləfiyyətlərdən azad olundu. Xızı-Bərmək mahalının bəylərinin hüquqları Rus dvoryanlarının hüquqları ilə eyniləşdirildi. 1847-ci il “Kəndli əsasnamələri” adlanan sənədlər Azərbaycan bəylərinin hüquqlarını daha da artdırdı. Bununla Çar höküməti özü üçün Azərbaycanda imtiyazlı təbəqə vasitəsilə dayaqlar yaradırdı. Azərbaycanda kapitalist münasibətləri özünə məxsus yolla meydana çıxırdı. Burada iqtisadi və siyasi sahələrdə təhkimçilik qalıqlarının mövcud olduğu şəraitdə tədrici yolla inkişaf edirdi. İmperator II
88
Aleksandrın kiçik qardaşı Mixail Nikolayeviçin canişinliyi zamanında, 1887-ci il dekabrın 9-da verilmiş fərmana əsasən Bakı quberniyasının tərkibində Quba qəzası təşkil olundu.14 Xızı-Bərmək mahalı da Quba qəzasına tabe edilmişdi. Rusların Bakıya daha çox əhəmiyyət verməsi Abşeronda neft sənayesinin inkişaf etməsilə əlaqədar idi. 1870-ci ilin 14 may əsasnaməsində göstərilir ki, biyar hər desyatin pay torpaqlarından 30 qəpik hesabı ilə pul vergisilə əvəz edilir, kəndlilərin torpaq payları daimi istifadəyə verilir. 15 yaşından yuxarı kişiyə 5 desyatin torpaq ayrılırdı. Bu əsasnamə Quba qəzasında, o cümlədən Xızı-Bərmək mahalında 1880-ci ildən qüvvəyə mindi. İslahat Xızı-Bərmək mahalında da az torpaqlı kəndlilərin sayını artırdı və sinfi təbəqələşməni sürətləndirdi. Bakı quberniyasında təşkil olunmuş Quba qəzasının tərkibində Xızı-Bərmək mahalı da var idi. Qəzanı pristav, mahalı isə yüzbaşı idarə edirdi. Çar hökuməti 1900-cu ildən yeni vergi sistemi müəyyən etdi. Həyətbaşı alınan vergilər ləğv edilib, yerinə dövlət töycüsü qoyuldu. Araba və yol mükəlləfiyyəti daha ağır idi. Adamlar öz arabaları ilə bu işi muzdsuz yerinə yetirirdilər. Hərbi vergi olduqca ağır idi. Yuxarıda qeyd edildiyi kimi, Çar hökuməti müsəlmanlara etibar etmədiyindən onları orduya aparmayıb, əvəzinə ağır vergi alırdı. Biyarın pul vergisi ilə əvəz edilməsi əhalini məcbur edirdi ki, Bakıya gəlib pul qazanıb, yenidən kəndə qayıtsınlar. Sonaxanım Cabbarlı xatirələrində yazır ki, Bakıda dağlıların vəziyyəti ağır idi. Onlar gündəlik yeməklərini çox çətinliklə əldə edirdilər. Onların çoxu yaz-yay aylarını doğma kənddə öz təsərrüfatları ilə məşğul olur, məhsulu toplayandan sonra, qışda Bakıya köçürdülər. Bütün qışı neft mədənlərində işləyir, qırçılıq edir, odun doğrayırdılar. Xızı-Bərmək mahalının dağlılarının məşğuliyyətlərindən biri də kömürçülük olmuşdur. Xızı-Bərmək mahalında geniş sahəli meşələrin olduğundan, kəndlilər quru odunları yığıb kürə basdırır, əldə olunmuş kömürü öküz arabaları ilə Bakıya gətirib Kömür meydanında satırdılar.15 Kömürçülük peşəyə çevrilmişdi. Bu peşənin tanınmış sahiblərindən biri Cəfər Cabbarlının atası kömürçü Qafar
89
kişi idi. Məşhur kömürçülərdən Əbdül Cavad və başqalarını da göstərmək olar. Əmtəə istehsalının inkişafı ilə Azərbaycan kəndliləri içərisində kənd burjuaziyası yaranmışdı və kəndlilər kapitalizmə qədərki silki xüsusiyyətlərini saxladığı müddətdə onların yuxarı, varlı təbəqəsi kimi qalmışdı. Xızı-Bərmək mahalında varlı kəndlilər təbəqəsi də var idi. Bunlardan Hacı Yəhyə, Hacı Əli, Məşədi Hüseynqulu, Hacı Ağababa, Hacı Gülmirzə, Hacı Rəhim, Hacı Mənəf, Almas Şahbaz oğlu, Gücahrəli Böyükağa, Mövlan Verdi, Bahadır bəy, Abdulla bəy və başqaları xeyli miqdarda torpağa və mal-qaraya malik idilər. Bu dövrdə demokratik fikirli və milli düşüncəli qabaqcıl ziyalılar da təşəkkül tapmışdı. Dağlılardan Mirzə Əbdül Qədir Vüsaqi, Mirəsədulla Mirqasımov, Cəfər Cabbarlı, Səməndər Axundov, Nəcəf Rasim Nəzərli, Rza Həsənov, Ağadadaş Əliheydərzadə, Əli Mecidzadə, Aslan bəy, Balabəy, Hüseynağa Məmmədbəyov, Dağlı Əlihüseyn kimi qabaqcıl, millətin taleyini düşünən ziyalılar dağlıları maarifə, mədəniyyətə, elmə çağırırdılar. Kapitalizmdə meydana gələn Azərbaycan milləti vahid ədəbi dili, ərazinin nisbi birliyi, iqtisadi həyat birliyi, islam əqidəsinə əsasən mənəviyyət birliyi zəminində meydana çıxan sabiq birlik olmaq etibarı ilə XIX əsrin ikinci yarısında Bakıda təşəkkül tapmış və sonra bütün ölkəni əhatə etmişdir. Məhdud olsa da ana dilində kitab və qəzetlərin nəşr edilməsi xalq dili ilə ədəbi dili yaxınlaşdırırdı. Lakin ərazi cənub və şimal hissələrə parçalanmış, şimali Azərbaycanı isə dörd yerə bölmüşdülər. (Gürcüstanda Borçalı, Ermənistanda Göycə, Dağıstanda Dərbənd və Azərbaycan). Ona görə də ərazi nisbi birlik adlanırdı. Lakin Azərbaycanda inzibati ərazi vahidlərinin meydana çıxması millətin formalaşmasında şübhəsiz rol oynamışdır. İslam əqidəsinin, əsasən toy, bəzi mərasimlər, nigah, vahid ailə və digər mənəvi dəyərlərin yüksək mənəvi keyfiyyətlər birliyi zəminində millətin yaranmasında əhəmiyyəti böyükdür. Azərbaycan millətinin formalaşmasında Məhəmmədağa Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, Əlimərdan bəy
90
Topçubaşovun redaktorluğu ilə Bakıda nəşr olunan “Həyat”, Əhməd bəy Ağayevin buraxdığı “İrşad”, Əlibəy Hüseynzadənin nəşr etdirdiyi “Füyuzat” qəzet və jurnallarla yanaşı əslən Xızı-Bərmək mahalından olan milyonçu H.Z.Tağıyevin nəvəsi ilə evlənmiş Qasımbəy Qasımbəyovun “Bəsirət” qəzetində qabaqcıl ziyalılar millətin oyanmasına dair məqalələr yazırdılar. Xızı-Bərmək mahalında kəndli həyətlərinin 8,6%-ni tavanlı kəndlilər təşkil edirdilər. Bu zümrədən olan kəndlilər icarə yolu ilə kəndli, mülkədar və xəzinə torpaqlarına yiyələnirdilər. Onların çoxlu mal-qarası da var idi. Onlar satılan taxılın 50%-nə malik idilər. Quba qəzasında taxıl istehsalı artaraq, bir hissəsi bazara çıxarılırdı. Qubanın Xızı-Bərmək mahalında buğda və arpa əkinləri genişlənmişdir. Belə ki, 1845-ci ildə Quba qəzasında buğda 200 min rübədək yığılmış, bundan bazarda 64 min rüba satılmışdır.16 Həmin ildə arpa 20 min rüba yığılıb, ondan 4 min rüba isə satılmışdır. Bu onu göstərir ki, zəif şəkildə olsa da kapitalizm münasibətləri kəndlərdə də inkişaf edirdi. Lakin Xızı-Bərmək mahalında feodal münasibətləri və patriarxal qalıqları mühüm rol oynayırdı. Azərbaycanda kapitalizm münasibətləri özünəməxsus yol ilə inkişaf edirdi. Kapitalizm iqtisadi sahələrdə mühüm mövqeyə malik olduğu halda, kənd təsərrüfatında patriarxal təhkimçilik qalıqlarının saxlandığına görə tədriclə özünə yol açırdı. Bakıda neft sənayesi və onunla əlaqədar başqa sənaye sahələri sürətlə inkişaf etməkdə idi. Neft sənayesinin inkişaf etməsində xarici investisiya əsas rol oynayırdı. Nobel qardaşları (1875-ci il), Rotşild (1883-cü il), Vişau (1898-ci il), Con Rokfiller (1880) və başqa xarici kapitalistlərin kapital qoyuluşu böyük əhəmiyyət kəsb edirdi. Bakı neftində təmərküzləşmə çox sürətlə yaranırdı. Çoxlu miqdarda fəhləsi olan iri sənaye müəssisələri meydana gəlmişdi. Kapitalizmin inkişafı ilə əlaqədar olaraq Azərbaycanda milli burjuaziya və fəhlə sinfi yaranmışdı. Azərbaycan milli burjuaziyasının görkəmli kümayəndələrindən Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Seyid Mirbabayev, Ağabala Quliyev və başqa milyonçularla yanaşı dağlılardan Hacı Cəbrayıl Hacıyev, Kərbalayi İsrafil Hacıyev, Kərbalayi Hüseyn Hacıyev, Hacı Mustafa Rəsulov,
91
Dağlı Abbas Eyvazov, Hacı Əbülhəsən, Qasım bəy Qasımbəyov və başqaları da meydana çıxmışdı. Kapitalizm münasibətlərinin inkişafı ilə əlaqədar Azərbaycan iqtisadiyyatının Rusiya və dünya bazarına çıxması onun iqtisadi həyat birliyinin əsasını təşkil edirdi. Bütün bunlar Azərbaycan millətinin yaranmasına səbəb olmuşdur. 1900-cu ildə istifadəyə verilən Biləcəri-Dərbənd dəmir yol xətti Cənubi Qafqazı Şimali Qafqaz və ölkənin başqa rayonları ilə birləşdirirdi. XX əsrin əvvələrində Xızı-Bərmək mahalından dəmir yolunun keçməsi kənd təsərrüfatının əmtəə-pul münasibətlərinə cəlb olunmasına şərait yaradırdı. Dəmiryol vasitəsilə Xızı-Bərmək mahalının dağlıları Bakıya, Tiflisə, Moskvaya və başqa böyük şəhərlərə gedib-gəlirdilər. Xızı-Bərmək mahalının əhalisi içərisində burjuaziya və mülkədar sinfinə mənsub nümayəndələr yaranmışdı. Mahalda köhnə feodal münasibətləri dağılır, onların yerini kapitalist istehsal münasibətləri tuturdu. Bakı neft sənayesinin inkişafı sayəsində iri sənaye mərkəzlərinin birinə, böyük şəhərə çevrildi. Azərbaycan burjuaziyasının ən mühüm mərkəzi şəhəri olan Bakıya dolanacaq arxasınca gəlmiş Xızı-Bərmək mahalının dağlıları arasında çox çətinliklə özlərinə yol açan kapital sahibləri meydana çıxmışdı. Bu milyonçulardan olan Hacı Cəbrayıl Hacıyev, Kərbalayi İsrafil Hacıyev, Hüseyn Hacıyev, Abbas Eyvazov (Dağlı Abbas), Hacı Əbülhəsən, Hacı Mustafa Rəsulov, Qasım bəy Qasımbəyov, Ələsgər, Əliheydər, Kərbəlayi Adıgözəl, Əlimuxtarov qardaşları, Soltan Alahverdiyev, Məşədi Mahmud, Məşədi Hənifə və başqalarını göstərmək olar. Neftxuda Hacı Cəbrayılın Şubanıda neft mədənləri, Xəzərdə böyük ticarət gəmisi, Bakıda çoxlu mülkləri, dəyirmanı, Mərdəkanda villası, Bilgəhdə bağı var idi. Yaşlı bakılılar Hacı Cəbrail palanını, Hacı Cəbrayıl hamamını, Hacı Cəbrayıl məscidini yaxşı tanıyırdılar. Bu var-dövlət yeganə varisi olan oğlu Kərbəlayi Hüseynə qalmışdı. Milyonçu Kərbəlayi Hüseyn Hacıyev öz dövlətini daha da artırdı. Hacı Cəbrayıl məşhur milyonçu Kərbalayi İsrafil Hacıyevin əmisi idi. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi,
92
Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Milyonçu Kərbəlayi Hüseynin Bakıda 17 mülkü, Soçidə torpaq sahəsi, Mərdəkanda villası, çörək zavodu, gözəl bağı var idi. Kərbəlayi Hüseyn xasiyyətcə sərt, lakin ədalətli bir şəxs olmuşdur. O, həmişə yoxsullara əl tutmuş və yetimlərə havadar olmuşdur. Kərbəlayi Hüseyn Hacıyevə xalq arasında “Qara Hüseyn” deyirdilər. O, 1870-ci ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdu. 1920-ci ildə o, ticarət məqsədilə İrana gedib qayıtmamış və 1940-cı il Ənzəlidə vəfat etmişdir. Deyilənə görə onun İranda çörəkxanası olmuşdur.17 Mütləqiyyətə münasibətdə ziddiyyətli mövqe tutan Azərbaycan burjuaziyasının daha mütərəqqi nümayəndələri kimi dağlı milyonçuları Rus imperiyasının müstəmləkəçilik siyasətinə etiraz edirdilər. Yazıçı Manaf Süleymanov yazır ki, Kursk şəhərindən Rayevi Bakıya bələdiyyə rəisliyinə gətirmişdilər. O, həmyerlilərini Bakıya gətirib yüksək maaşla işlədirdi. Şəhərə lazım olan bütün mayatac və avadanlığı Kursk zavodlarına sifariş verirdi. Bir sözlə o, Bakıda ruslaşdırma siyasəti aparırdı. Bir dəfə Bakı şəhər dumasının iclasında, Bakıdakı ictimai ayaqyollarında aftafa qoymağı qərara aldıqda kimə və hara sifariş verməyi müzakirə edəndə Bələdiyyə üzvü məşhur milyonçu Kərbəlayi İsrafil Hacıyev söz alıb deyir ki, cənab Rayev, aftafaları yaxşı olardı Kursk zavoduna sifariş verəsiniz, bir də dörd aydır müsəlmanların Şeyxulislamı vəfat edib, yeri boşdur, mümkünsə Kurskdən bir Şeyxulislam da gətirəsiniz.18 Bu sözdən sonra Rayev pis vəziyyətə düşüb, Bakıdan getdi. Milyonçu Qasım bəy Qasımbəyovun neft mədənləri, gözəl binaları, bağı, torpaq sahəsi var idi. Qasım bəy Qasımbəyov “Bəsirət” qəzetinin redaktoru idi. “Bəsirət” Bakıda Azərbaycan dilində nəşr edilmiş həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzet idi. Birinci nömrəsi 1914-cü il 12 apreldə, sonuncu nömrəsi isə 1920-ci il 15 mayda çıxmışdır.19
93
“Bəsirət”də N.Nərimanov, M.S.Ordubadi, M.C.Pişəvari, M.Hadi, A.Səhhət, Əbdül Qədir Vüsaqi, Cəfər Cabbarlı və b. əməkdaşlıq etmişlər. Bu açıq fikirli qəzet sayılırdı. Milyonçu Hacı Mustafa Rəsulov neft mədənləri, ticarət gəmiləri, 10 yerdə gözəl əzəmətli binaların, bağın, villanın və digər müəssisələrin sahibi olmuşdur. Hacı Mustafa Rəsulov Bakıda məşhur gəmi sahibi kimi ad qazanmışdı. Onun Xəzər dənizində bir neçə gəmisi üzürdü. Hacı Mustafa Rəsulov məşhur tacir idi. Xızı-Bərmək mahalından Bakıya köçüb gələn dağlılar Bakının qərbində, onun yuxarı hissəsində, Çəmbərəkənd ilə Həmşəri palanının arasındakı ərazidə böyük sahəni əhatə edən “Dağlı məhəlləsi”ni təşkil etmişdilər. Bakıda onlar “dağlı” adı ilə tanınırdılar. Dağlılara şöhrət gətirən onların nəcib xasiyyətləri idi. Dağlılar təşkilatsız qardaşlıq cəmiyyətinə bənzəyirdi. Onlar birbirinin xeyr və şərində yekdilliklə iştirak edir, çətinə düşərkən elliklə bir-birinin harayına çatırdılar. Dağlı məhəlləsində Pəhləvan Salman, Qara Abdulla, Balabəy kimi ləyaqətli, dağlıların təəssübünü çəkən igidlər var idi. Pəhləvan Salman Altıaylıq adlı pəhləvanla güləşmiş və hesab heç-heçə olmuşdur. Üç saat davam edən güləş tamaşaçıların rəğbətilə qarşılanmışdı. Bu hadisənin şahidi olan Xızılı Məşədi Hüseynqulu Şahbaz oğlu danışır ki, həmin günü Dağlı məhəlləsi bayram sayağı qarşıladı. İçəri şəhərdən, Çəmbərə kəndindən, Həmşəri palanından, Hüseynbala açıqlığından və Bakı kəndlərindən təbrikə adamlar gəlmişdilər. Məhəllədə qurbanlar kəsilmiş və şənlik məclisi qurulmuşdu. O gün Dağlı məhəlləsində şənlik, şadyanalıq olmuşdur. XIX əsrin axırları və XX əsrin əvvəllərində Tiflisdən Bakıya Gürcü kintoları gəlir, dövlətliləri qarət edib gedirlər. Bakı milyonçuları təpərli cavanlara deyirlər ki, kintoların ayağını Bakıdan kəssinlər. Kintolara qarşı tədbirlərdə dağlı igidlərindən - Pəhləvan Salman, Qara Abdulla, Balabəy, Ağabala Qulu oğlu, Milyonçu Qara Hüseyn və başqaları çox səy göstərmişdilər. Bakı qoçularının və Dağlı igidlərinin qorxusundan gürcü kintolarının ayağı Bakıdan kəsildi. Bakı qoçuları Dağlı igidlərinə hörmət edirdilər.
94
Bir dəfə Qoçu Nəcəfqulunun dəstəsindən biri Dağlı milyonçusu Kərbəlayi Hüseynin (Qara Hüseynin) evinin qabağından fit çala-çala gedirmiş. Kərbəlayi eyvandan həmin şəxsə töhmət edir. Qoçu cavabında deyir ki, düş aşağı danışaq. Kərbəlayi o andaca həmin adamı tapanca ilə vurub yaralamışdı. O, dövrdə qoçu Nəcəfqulunun adamına sataşmaq, ona güllə atmaq bir sensasiya idi. Hamı deyirdi ki, Kərbəlayi Hüseynin işi bitdi. Amma elə həmin gün Qoçu Nəcəfqulu öz dəstəsilə gəlib ondan üzr istəmişdi.20 XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın çox yerlərində qaçaqçılıq hərəkatı genişlənmişdi. Xızılı Bahadır bəy Ağakişi bəy oğlu danışırdı ki, Qarabağın Zarıslı kəndinə Hacı Bəylərin evinə qonaq getmişdim. Mən Şuşa qalasına gəzməyə getdim. Şəhər çox səliqəli və gözəl, insanları isə qonaqpərvər və mehriban idilər. Mən geri qayıdarkən yolda özümçün Qaçaq Nəbi mahnısını oxuyurdum. Bu vaxt üç atlı çıxıb yolun ortasında dayandılar. Mən yaxınlaşıb onlara salam verdim. Onlardan biri soruşdu ki, hardan gəlib, hara gedirsən. Mən Xızıdan gəldiyimi söylədim. Həmin şəxs dedi ki, oralar haqqında eşitmişəm, amma görməmişəm. O, yoldaşlarından birinə tapşırdı ki, bizi ötürsün. Mən bizi ötürən adamdan kiminlə söhbət etdiyimi soruşduqda, o dedi ki, səninlə söhbət edən Qaçaq Nəbi idi. Qaçaq Nəbi digər yerlərdə də qaçaqlar üçün örnək idi. Kəndlərdə çar üsul-idarəsinin zülmü şiddətlənmişdi. Torpaqsız və az torpaqlı kəndlilərin sayı artırdı. Xızı-Bərmək mahalında kəndli pay torpaqlarının sahəsi 0,74 desyatinə bərabər idi. Çar pristavı kəndlilərin üzərinə hakim kəsilmişdi. Çar üsul-idarəsinə qarşı çıxışlar günü-gündən artırdı və kəndlilərin qaçaqçılıq hərəkatı genişlənirdi. Xızı-Bərmək mahalında Qaçaq Adıgözəl Quba qəzasının pristavını dəhşətə gətirmişdi. Quba qəzası pristavı qaçaqlarla mübarizə aparmaq üçün geniş səlahiyyətə malik idi. Pristav bir dəstə ilə Qaçaq Adıgözəli həbs etməyə getmişdi. Qaçaq Adıgözəl Aladaşda onları qarşıladı. Döyüşdə Adıgözəl igidliklə vuruşurdu, amma onun gülləsi qurtarmaq üzrə idi. Qaçaq Adıgözəlin 15 yaşlı qardaşı Məhərrəm çılpaq atın belində güllə qoyulmuş xurcunu qoyub, özü də atın belində pristavın yanına
95
gəlmiş və demişdi ki, at ilxısı otarandır, itmiş atlarını axtarır. Pristav ona inanıb irəli getməsinə icazə vermişdi. Fürsətdən istifadə edən Məhərrəm qardaşı Adıgözəlin yanına gəlmiş, iki qardaş döyüşə başlamışdı. Bunu görən pristav Adıgözəlin atasına dedi ki, sən əsil igidi evdə saxlamısan. Qaçaq Adıgözəl və qardaşı Məhərrəm pristavı dönməyə məcbur etdi. Qaçaq Zeynalın da adı mahaldan kənarlarda yayılmışdı. O, pristavın dəstəsilə vuruşub, onların geri dönməsinə nail olmuşdu. Qaçaq dəstələri pərakəndə olduğundan məğlubiyyətə düçar oldular. XX əsrin əvvəllərində Xızı-Bərmək mahalında ictimai təbəqələşmə prosesi dərinləşdi. Getdikcə daha çox torpaq sahələrini öz əlində toplayan varlı kəndlilər mühüm qüvvəyə çevrildi. XızıBərmək mahalında varlı kəndlilərlə yanaşı yoxsullaşmış kəndlilərin sayı da artmışdı. Bu kəndlilərin bir hissəsi Bakıya dolanacaq arxasınca gəlirdilər. XX əsrin ilk illərindən Azərbaycanı iqtisadi böhran bürüdü. Bakıda müəssisələr bağlandığından fəhlələr işsiz qalırdılar. İşsizlik fəhlələrin kütləvi narazılığına səbəb olmuşdu. Onlar öz etiraz və tələblərini tətillə nümayiş etdirirdilər. 1903-cü il mart ayının 2-də Bakının bir çox müəssisələrində fəhlələr nümayişə çıxdılar. Nümayişçilər Malakan bağında mitinq keçirdilər. Mitinqdə çar mütləqiyyətinə qarşı qəzəbli sözlər eşidilirdi. Nümayiş polis qüvvəsilə yatırıldı. Bu nümayiş Bakı fəhlələrinin gözünü açdı. Aprelin 27-də keçrilən nümayiş ümumi tətillər üçün geniş zəmin yaratdı. 1903-cü ilin iyulunda Bakıda tətilçilərin sayı 50 min nəfərə çatmışdı. Şəhərdə bulka satanlardan konka sürənlərə qədər tətildə iştirak etdilər. 1904cü ilin dekabrında tətilçi fəhlələrlə sahibkarlar arasında müştərək müqavilə imzalandı. “Mazut konstitusiyasına” əsasən fəhlələrin iş günü 8 saata endi, əmək haqqı artdı, onlara bir sıra sosial güzəştlər edildi. Çar hökumətinin milli siyasətində başlıca meyar “parçala və hökmranlıq et” prinsipinə əsaslanırdı. Bunun üçündə milli ədavəti qızışdırdı. Bu məqsədlə Bakıda çar müstəmləkəçiliyinə və özbaşınalığına qarşı hərəkat genişləndi. Bu hərəkatı yatırmaq
96
məqsədilə Bakı qubernatoru Nakaşidze Peterburqdan təlimat alaraq erməni-müsəlman qırğınını təşkil etdi. Bu işdə ona Bakı polismeystri Demonski yaxından kömək etdi. Çar hökuməti Peterburqdan 130 xəfiyyə məmuru göndərmişdi. Onlar erməni-müsəlman qırğınını təşkil etməli idilər. 1905-ci il fevralın 6-da sabunçulu Ağa Rəzi Babayevin bir erməni tərəfindən öldürülməsi erməni-müsəlman qırğınının başlanması üçün bəhanə oldu. Şəhərdən çıxarılmış kazak dəstələri hadisəyə laqeyd münasibət bəsləyirdilər. Onların zabitləri qubernator Nakaşidzedən göstəriş almışdılar ki, yeri gəldikcə döyüşü qızışdırsınlar. Cəfər Cabbarlının “1905-ci ildə” əsərində erməni-müsəlman davasının çar generalı Nakaşidze tərəfindən hazırlandığı, kazaklar tərəfindən döyüşün qızışdırılması geniş göstərilir. Əsərdə deyilir ki, çarizmin şovinist siyasətinin müttəfiqinə çevrilmiş erməni burjuaziyasının əli ilə erməni-müsəlman qırğını törədilmiş və çoxlu günahsız azərbaycanlı qanı axıdılmışdır. Bu vaxt şəhərlə kəndlərin rabitəsi kəsilmişdi. Kazaklar evləri güllə-baran edirdilər. Daşnaklar “Madrid” mehmanxanasını və Mayılovun binalarını hərbi ştaba çevirmişdilər. Daşnak movzeristləri fevral ayının 6-dan 9-na kimi Bakıda dinc əhalini qırdılar. Bu işdə onlara kazaklar və polislər kömək edirdilər. Mirmöhsün Nəvvab erməni-müsəlman davası haqqında yazırdı: «Bakı şəhərində erməni milliyyətinə mənsub olan karxana sahibkarı Lalayev 30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandırırdı. Onlar küçədən gəlib keçən müsəlmanları atəşə tuturdular. Bu vaxt bakılı Ağakərim onları susdurub cəhənnəmə vasil etdi. Erməni tayfasından bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürdü. Həmin vaxt din xadimlərindən birisi qonşuda olan övrət və uşaqları öz evinə cəm etmişdi. Erməni dəstəsi evi mühasirəyə alıb evə soxularkən yandırmaq istədiyi vaxt Bakıda yaşayan ləzgilər erməni dəstəsini qırdılar və evdəkiləri xilas etdilər.21» Bu onu göstərir ki, müsəlmanlar yekdil hərəkət ediblər. Erməni-müsəlman davasını salan qubernator Nakaşidzeni anarxistlər öldürdülər. Bu isə vəziyyəti daha da gərginləşdirdi. Peterburqdan Bakıya daxili işlər nazirinin müavini qəddar Fonkok gəlir və Bakı Şəhər rəisi
97
(qorodonaçalnik) vəzifəsinə Martınov adlı bir cəllad təyin edilir. Bakıda polis kütləvi həbslərə başlayır. 1906-cı il fevralın 18-də II Nikolayın əmri ilə Bakıda hərbi vəziyyət elan edildi.22 Ermənidaşnaklara qarşı mübarizədə Azərbaycan burjuaziyasının nümayəndələrindən H.Z.Tağıyev, Murtuz Muxtarov, Ağabala Quliyev, Teymur bəy Aşurbəyov, bunlarla çiyin-çiyinə dağlılardan Kərbəlayi İsrafil Hacıyev, Kərbəlayi Hüseyn Hacıyev (Qara Hüseyn), Hacı Mustafa Rəsulov, Hacı Əbülhəsən, Qasım bəy Qasımbəyov, Dağlı Abbas Eyvazov və başqaları fəal iştirak etmişlər. Dağlılardan yaranmış döyüşçü dəstəsi erməni movzeristlərinə divan tuturdu. Bu döyüşlərdə dağlı igidlərindən Topal Məmməd, Göyüş oğlu Əlibala, Əlibala Qulu oğlu, Qara Abdulla, Ağabala Almas oğlu, Musa Əhməd oğlu və başqaları xüsusilə fərqlənmişlər. Erməni-müsəlman qırğını haqqında bolşevik yazılarında da məlumatlara rast gəlirik. Həmin vaxt Bakıda olmuş P.Montin yazırdı ki, bu qırğının fəal təşkilatçısı polis idi. Ermənilər Parapetdə (indiki Fəvvarələr meydanı) kilsənin qarşısında bir müsəlmanı öldürürlər. Bununla da qırğın başlandı. Fevralın 8-də Malakan bağı və Telefon küçəsində, “Qafqaz” mehmanxanasının yanında əsgərlər dayanmışdı. Onlar gözü qarşısında gedən qırğına “qarışmırdılar”. Polisin tapancası da yox idi. Onlar boş kobura bağlamışdılar. Məşədi bəy Əzizbəyov 6-9 fevralda Bakıda olan hadisələri görüb belə yazıb: «Polis və kazaklar ermənilərə göz vurub bildirirdi ki, müsəlmanları güllə ilə vursunlar». İ.V.Stalin yazır ki, çar hökumətinin başlıca siyasəti «parçala və hökm sürmək»dir. Bakıda yüzlərlə azərbaycanlı və erməninin öldürülməsi, qadınların, anaların və körpələrin göz yaşı, sadə vətəndaşların şüursuz qan axıtması, ölümdən qorxaraq qaçan müdafiəsiz vətəndaşlar, evlərin uçurulması, mağazaların qarət edilməsi, uçan güllələrin vıyıltısı üzərində çar taxtı-tacı qərar tuturdu.22 Bolşeviklər düzgün olaraq qırğının günahkarı olan Çar hakimiyyətini tənqid edirdilər. Amma onların yazılarında erməni daşnakları və mauzeristlərinin vəhşiliyindən danışılmırdı. Bu yazılardan görünür ki, bolşeviklər ermənilərə rəğbət bəsləyirdilər.
98
Bu vaxt ermənilər tərəfindən Azərbaycanın kəndləri qarət edilmiş, Qazax tamamilə yandırıldı, İrəvan, Naxçıvan və Şuşada xeyli adam qırıldı. O zaman 158 azərbaycanlı kəndi qarət edilmiş və dağıdılmışdı, 10 min nəfərdən çox adam qırılmışdı.23 Ermənilər vəhşilik edir, südəmər körpələri odlayır, qadınları və qocaları qılıncla parçalayırdılar. Erməni burjuaziyası Azərbaycan milli burjuaziyasını Bakıda sıxışdırıb meydandan çıxarmağa çalışırdılar. Erməni fəhlə və ziyalıları da siyasətə qarışıb, fitnə-fəsad törətməklə öz burjuaziyasının əlində silaha çevrilmişdilər. Ermənilərin bir hissəsi özünü sosial-demokrat adlandırıb hər cür araqarışdırıcılıqla məşğul idilər. Bakıda fəhlə hərəkatı və bütün siyasi həyatın xeyli yüksəldiyi bir dövrdə müsəlman sosial-demokratları dağlı məhəlləsində də rəğbətlə qarşılanırdılar. Azərbaycanda müstəmləkə və hərbi zülmün mövcud olması burada xalq kütlələrinin inqilabi hərəkatının yüksəlişinə səbəb oldu. İnqilabi mübarizə dalğası dağlıları da bürümüşdü. Sosialdemokratlar zəhmətkeşlər arasında öz fəaliyyətini genişləndirib, çar hakimiyyətinə qarşı mübarizə üçün hərəkata adamları cəlb edirdilər. Sosial-demokratlar Azərbaycanda fəhlə və kəndlilərin inqilabı hərəkata cəlb edilməsi ilə əlaqədar olaraq ictimai-milli əsarətdən azad olunması uğrunda aparılan mübarizənin ön cərgəsində idilər. Onlar 1905-1907-ci il burjua inqilabı illərində Xızı-Bərmək dağlılarının milli mənlik şüurunun inkişafında müəyyən rol oynamışlar. Dağlılardan Rza Həsənov, Aslan bəy, Bala bəy, Dağlı Əlihüseyn və başqaları çar üsul idarəsinə və müstəmləkəçilik siyasətinə qarşı geniş mübarizə aparırlar. Sosial-demokratların sinfi mübarizədə silahlı üsyan və vətəndaş müharibəsi nəzəriyyəsi Azərbaycan millətinə yabancı olduğundan bir çoxları kimi dağlılar da onlardan ayrılıb, millətin nicat yolunu təkamül mübarizədə və vahid birlikdə görürdülər. Bunlara Əlibala Qulu oğlu, Ələsgər, Bala bəy, Hüseynağa Məmmədbəyov və başqaları misal ola bilər. Kənddə vergilərin pulla alınması kəndlilərin vəziyyətini daha da çətinləşdirdi. Bu isə Xızı-Bərmək mahalında kəndlilərin pul
99
arxasınca Bakıya gəlməsini sürətləndirdi. Xəl kəndinin camaatının otlaq yerləri və qışlağı ləzgilərə verildiyindən onlar mal-qaranı artıra bilmirdilər. Xəl kəndinin əhalisi Səlimi vəkil edərək Tiflisə göndərdilər. Kərbəlayi Səlim Giləzi çölündən daimi istifadə etmək icazəsini aldı. Bununla da Xəldən Giləzi kəndinə köçmək sürətləndi. Bu əhvalatı Giləzi kəndinin qocaman müəllimi Ağacan Əkbər oğlu Novruzov ətraflı danışırdı. Nəticədə Giləzi inkişaf edib mahalda böyük kəndlərdən biri oldu. Çarizm Azərbaycanda özünün müstəmləkəçi köçürmə siyasətini hər vasitə ilə gücləndirirdi. 1909-cu ildə Kiyev quberniyasından təkcə Quba qəzasına 2000-ə yaxın kəndli köçürüldü.24 Bu kəndlilərin bir qismi Xızı-Bərmək mahalındakı AltıAğac və Xilmilli kəndlərində yerləşdirildi. Azərbaycanda çarizmin müstəmləkə siyasətinə qarşı milli azadlıq ideyaları meydana çıxırdı. Milli ideyaları təbliğ edən partiyalar yaranmaqda idi. 1911-ci ildə yaranmış “Musavat” partiyasının ən qabaqcıl özəklərindən biri Xızı kəndində mövcud idi. 1915-ci ildə “Musavat” partiyasının orqanı olan “Açıq söz” qəzeti nəşr olundu. Bu qəzet Xızı-Bərmək mahalında “Musavat” partiyasına yeni üzvlər cəlb edilməsində, ilk təşkilatların artmasında və möhkəmləndirilməsində fəal rol oynamışdır. “Musavat” partiyası Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini əsas məqsəd hesab edirdi. “Musavat” partiyasının liderləri Məmməd Əmin Rəsulzadənin “Türk qanlı, islam əqidəli və müasir görünüşlü olmaq” ideyası Xızı-Bərmək dağlıları tərəfindən ìöñáÿò qarşılandı. Bunun üçün onların siyasi şəraiti də var idi. Bakıda dağlı ziyalılarının yaranması, mahalda qatar dayanacaqlarının olması, dağlıların Bakıya, Tiflisə, Moskvaya gedib-gəlməsi, Xızı kəndində eyni dövrdə mütərəqqi fikirli beş axundun olması, “Musavat” partiyasının ideologiyasının yayılması üçün mühüm şərtlərdən idi. XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr milli mənlik şüurunun formalaşmasına, özünüdərkin meydana çıxmasına şərait yaradırdı. 1917-ci ilin fevral inqilabının nəticəsində II Nikolay (1894-1917-ci illər) hakimiyyətdən salındı, onu Rus burjuaziyası əvəz etdi. “Musavat” partiyasının 16 maddədən ibarət olan
100
proqramında deyilirdi ki, musavatın məqsədi böyük türk aləminə bağlı olub, milli, mədəni və bəşəri dəyərləri dərk etmək, ona əsasən müstəqil respublika yaratmaqdır. Həmin respublikada vətəndaşlar azad və bərabər hüquqlara malik olmalıdırlar. Burada bərabərlik xüsusi mülkiyyətə əsaslanıb, sinfi mübarizə yolu ilə mənafeləri rədd edirdi. Rusiyada Fevral burjua inqilabının qələbəsi müstəmləkəçilikdən bezmiş xalqların milli istiqlaliyyət uğrunda mübarizəsi üçün yaxşı imkan yaratdı. İnqilab müsəlmanları da hərəkətə gətirdi. Başda M.T.Hacinski olmaqla Bakı müsəlmanlar şurasının seçkilərində “Musavat” partiyası 9617 səs aldı. Bu da digər partiyaların səsindən çox idi. Bu vaxt Bakıda “Musavat” partiyasının geniş nüfuzu var idi. İnqilabdan sonra Azərbaycanda milli komitələr yaranmağa başladı. Milli partiyalar fəal mübarizə meydanına atıldılar. Azərbaycanda da hakimiyyət burjuaziyanın əlinə keçsə də, Bakıda hakimiyyət uğrunda siyasi partiyalararası mübarizə kəskinləşdi. Bolşeviklər hakimiyyəti ələ almaq məqsədilə daşnaklarla birləşdilər. 1917-ci ildə Bakıda vəziyyət ağır idi. 1917-ci il oktyabr çevrilişindən sonra şəhərdə siyasi hakimiyyət uğrunda mübarizə daha da kəskinləşdi. Bakıya əsasən erməni və ruslardan ibarət 20 min nəfərlik hərbi qüvvə toplanmışdı. Sürətlə hərbiləşmə üçün Rusiyadan vəsait göndərildi. Bolşeviklər və daşnaklar Bakıda hərbi cəhətdən möhkəmlənmək üçün 1917-ci ilin dekabrında erməni T.Karqanovun başçılığı ilə yaradılmış hərbi inqilab komitəsini Tiflisdən Bakıya gətirdilər. 1918-ci ilin yanvarında Qırmızı qvardiya və Xəzər donanmasını Bakı sovetinə tabe etmək haqqında qərar çıxardılar. 1917-ci il oktyabrın 31-də S.Şaumyanın rəhbərliyi ilə Bakıda daşnak-bolşevik diktaturası quruldu. Bakıda Sovet hökuməti ilk gündən anti-Azərbaycan siyasəti yürüdürdü. Daşnak S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti hakimiyyəti ələ aldı və erməni-müsəlman qırğınını törətdilər. Bu hadisələrin şahidi olan Sonaxanım Cabbarlı yazırdı ki, 1918-ci ildə Bakıda döyüşlər başlamışdı. Atışma evlərimizin yuxarısında olan “Ceyran bağçasında” getdiyindən, qapı-pəncərələri bağlamışdıq. Mart ayı idi. Səhər saat 11-radələrində ara azca sakitləşmişdi. Məhəlləmizdə
101
yaşayan bir neçə ailə ilə birlikdə şəhərdən çıxdıq. Şəhərin 2 kmliyindəki qayalara çatmışdıq ki, bizi gülləyə tutdular. Bizimlə bir yerdə gedən qonşumuz Məşədi Əbdülkərim kişi qıçından yaralandı. Onu araba ilə geri qaytardılar. Xocəhəsən kəndində gecələməli olduq. Gecələdiyimiz evdə bizdən başqa daha 10-15 nəfər şəhərli var idi. Səhəri Xırdalanda gecələdik. Biz səhər-səhər yük qatarına doluşduq. Cəfər bizi anasına tapşırıb çörək almağa getdi. Qatar yola düşdü. Biz Cəfərdən ayrı düşdük.25 Cəfər Cabbarlı Bakıda dağlılardan təşkil olunmuş dəstələrlə məhəllənin müdafiəsini təşkil edir və aşağı məhəllələrdə də ermənilərə qarşı gedib, silahsız müsəlmanları xilas edirdilər. Sonaxanım mart hadisələrini düzgün olaraq erməni-müsəlman davası adlandırır. Bakıda Mart hadisələri ərəfəsində 6 min Sovet, 4 min isə daşnak silahlı əsgərləri var idi. Bunlar S.Şaumyanın rəhbərliyi altında birləşib Q.Karqanovun, A.Mikoyanın, T.Əmirovun, Amazaslın, Avetesyanın, S.Lalayanın, Petrovun başçılıq etdiyi dəstələrlə silahlı hücuma keçdilər. Belə ki, 1918-ci il martın 29-31də bolşevik daşnak birləşməsi Bakıda azərbaycanlıların soyqırımını təşkil etdilər. İnsanların qarətilə məşğul olan quldur dəstəsinin tanınmış başçısı T.Əmirov 12 mindən çox köməksiz azərbaycanlını qırdı. Alçaq Lalayev məhəllələri müsəlmanların ziyalı nümayəndələrindən təmizləyirdi. S.Şaumyanın əmri ilə T.Əmirov və S.Lalayev Şamaxını “təmizləməyə” göndərildi. Onlar Şamaxının 40-dan çox kəndini dağıtmış və əhalisini məhv etmişlər. Daşnak Namzasu əlini qana bulamış canavar idi. O, azərbaycanlıların evlərini və malqarasını qarət edir, adamla-rın başını kəsir, kəndləri yandırırdı. Cəbhə komandiri Avetisov və onun köməkçisi Qazarov çoxlu azərbaycanlı qırdılar. Erməni quldur dəstələri dağlı məhəlləsinə girməyə cürət etmədilər. Erməni qurdurlarına qarşı silahlı dəstələrin yaradılmasında Cəfər Cabbarlı da fəal iştirak etmişdi. Dağlı igidləri Qara Hüseyn, Dağlı Abbas, Əlibala Qulu oğlu, Qara Abdulla, Ağaqulu Qəmbər, Musa Əhməd oğlu, Ağabala Məşəd Almas oğlu, Göyüş oğlu Əlibala, Topal Məmməd, Qoçu Əlihüseyn və başqalarını ətrafına toplayıb
102
silahlı dəstələr düzəltmişdilər. Məhəllədən aşağı enib, Çəmbərə kəndinin, Həmşəri palanının, Şamaxı yolunun müdafiəsinə gəlirdilər. Yazıçı Manaf Süleymanlı yazır ki, daşnaklar yerləşdikləri Salyan qışlaqlarından müsəlman məhəllələrini top atəşinə tutdular. Bu vaxt süvari və piyada daşnak ordusu yürüşə başladı. Top atəşləri kazarmanın ətrafındakı evləri yandırırdı. Adamlar ağlaşıb fəryad qopara-qopara, gizlənməyə yer axtarırdılar.26 Bolşevik hökumətinin yaratdığı “Xilas komitəsi” işləri bir qədər də düyünə salırdı. Bu dəstələrdə olan ermənilər döyüşləri daha da qızışdırırdılar. Ermənilərin başçılarından S.Şaumyan, A.Mikoyan, S.Lalayev və başqaları, Bakı və onun ətraf kəndlərində hakimiyyəti ələ alandan sonra Şamaxıda, Qubada, Qarabağda azərbaycanlıların soyqırımını təşkil edib, özləri də bu işdə bilavasitə iştirak etmişlər. S.Şaumyanın göstərişi ilə Şamaxıya gəlib, oranı yandıran S.Lalayev öz dəstəsilə Xızı-Bərmək mahalına hücum etdi. Ağdərə kəndinin əhalisi silaha sarılıb S.Lalayevin dəstəsinə qarşı ölüm-dirim döyüşlərinə girdilər. Ağdərəlilərin köməyinə yaxın kəndlərdən Əmbizlərdən, Hacılardan, Türkçaydan silahlı dəstələr gəldilər. Dağlılar S.Lalayevin mauzeristlərindən qırıb, onları geri qaçmağa məcbur etdilər. Ermənilər mahalın Həmyə kəndində bir neçə evi yandırdılar. Həmyəlilərə Findiqandan, Sədandan, Siyəzəndən və digər kəndlərdən köməyə gəlib erməniləri qaçmağa məcbur etdilər. Xızı, Tıxlı, Upa, Dizəvər, Xəl, Kərmiyan kəndlərinin cavanları silahlanıb erməniləri Giləzi təngəsindən yuxarı buraxmadılar. Beləliklə, Xızı-Bərmək mahalı erməni-daşnak qırğınından xilas oldu. Ermənilərin Bakıda qırğın törətdiyini görən Cahangir Zeynal oğlu yazır ki, çar ordusuna mənsub olub cəbhədə döyüşən otuz-qırx minə qədər erməni əsgəri öz evlərinə qayıtmaq üçün Bakıya gəlmişdi. Daşnak partiyası bundan istifadə etdi və müsəlmanları qırmağa başladı. Martın 31-də başlanan bu qırğın üç gün davam etdi. “İslamiyyə” və “Təzəpir” məscidi yandırıldı, şəhidlərin miqdarı 15 minə qədər idi. Qatillər Şamaxı şəhərini yandırdılar və əhalisini tamamilə qırdılar. Daşnaklar Biçaraxov, Sentrokaspi və sair anti
103
müsəlman qüvvələrindən bu qırğında istifadə etdilər. İrəvan vilayətinin bütün kəndləri Andronik, Dro və başqa cəlladlar tərəfindən yerlə yeksan edildi, əhalisi isə məhv edildi. Böyük şair Mikayıl Müşfiq 1918-ci il haqqında yazırdı:27 On səkkizinci il, bir il ki, məşum, Bir il ki, dilində zəhər daşırdı. Bir il ki, gündüzdən olduqca məhrum Dərin gecələrlə qucaqlaşırdı. Fəlakətin dərin, kədərin dərin, Doğrudan dərindi çəkdiyin əzab. Əlbəttə, zəhmətlə böyütdüklərin Duyduğun acıya etməzdilər tab. 1918-ci il martın 30-dan 2 aprelə kimi davam edən erməni müsəlman davasını bolşeviklər və sovet tarixçiləri sosialist inqilabının müdafiəsi kimi izah etməyə çalışırdılar. Həmin qırğınların şahidi olmuş Şurabad kəndinin sakini Əlibala Zeynalov danışırdı ki, evimiz Bakıda zibilli dərədə idi (indiki Sirk binasının alt tərəfində). İki dayım oğlanları da Buzovnadan bizə qonaq gəlmişdilər. Bu vaxt ermənilər həyətə daxil olanda mən ovxurda gizləndim. Onda mənim 14 yaşım var idi. Silahlı ermənilər atamın və anamın başını kəsdilər. Hamilə qardaşım arvadının qarnını yırtdılar, qardaşım uşaqlarını tüfəngin nizəsinə keçirdilər, dayım oğlanlarını və qardaşımı güllələdilər və sonra da evi qarət edib getdilər. Qonşularımıza da belə vəhşicəsinə işgəncə vermişdilər. Mən axşam düşəndə Bakıdan Giləzi bağlarına (Şurabada) piyada gəlmişdim. Əlibala Zeynalovdan ermənilərə münasibətini soruşanda deyirdi ki, indiki ermənilər onlardan deyil, bunlar əl ermənisidir. Ermənilər bizim unutqanlığımızdan istifadə edib həmişə məhvimizə çalışmışlar. Ermənilərin törətdiyi qırğınlar haqqında o dövrdə tələbə olan Səməndər Axundov deyirdi ki, bizim evimiz dağlı məhəlləsində olduğu üçün yuxarıdan şəhər mərkəzində baş verən hadisələri görürdüm. Ermənilər azərbaycanlıları operaya yığıb, oradan dəstədəstə çıxarıb, qurd dərəsinə aparıb işgəncə ilə güllələyirdilər. Bolşevik-daşnak birliyinin hakimiyyəti dövründə Bakıda
104
azərbaycanlılar üçün həyat və yaşayış dəhşətli idi. Bu dövrdə Bakı ziddiyyətlər şəhərinə çevrilmişdi. Şəhərdə 18 mindən çox azırbaycanlı məhv edildi və əmlakı dağıdıldı. Bakının “Məmmədli” və “Zibilli dərə” məhəllələrinin əhalisi bütünlüklə qırıldı. Bu dəhşətli erməni-müsəlman davasında İqdir və Eçmüzan qəzasında 60 kənd, İrəvan qəzasında 88 kənd, Üçmiədzin və Sürməli qəzalarında 96 kənd, Zəngəzur qəzasında 115 kənd, Qarabağda 150 kənd, Şamaxıda 44 kənd dağıdılıb xaraba qoyulmuşdur.28 Bolşevik-daşnak hökuməti şəhəri idarə edə bilmirdi. Onların bərbad hala saldığı Azərbaycanda sosializm qurmaq fikri, sabunlu suyun köpüyündən mülk tikməyə bənzəyirdi. S.Şaumyan RSFSR XKS-nə 13 aprel 1918-ci ildə yazdığı məktubda etiraf edirdi ki, biz vətəndaş müharibəsi yerinə milli qırğına getdik. Bundan qaça bilmədik. Buna düşüncəli getmişdik.29 Müsəlman yoxsulları çox zərər çəkmişlər. Bakıda xeyli azərbaycanlını məhv etdiklərinə görə daşnaqlar bayram etdilər. B.Avakyan Bakı və ətraf rayonların yeni komendantı təyin edildi. Bolşevik və ermənilərin mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanıldı. Bakı şəhər duması buraxıldı. 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti yaradıldı. Bakı XKS sədri və xarici işlər komissarı Şaumyan, hərbi və dəniz komissarı - Karqanov, Ədliyyə komissarı - Karinyan (Qabrilyan), əmək komissarı - Zevin kimi daşnak-bolşeviklər hökumətə başçılıq edirdilər. Bu hökumətdə Azərbaycan xalqını aldatmaq məqsədilə 3 nəfər azərbaycanlıya da o dövr üçün mühüm olmayan vəzifələr verildi. O cümlədən, Məşədi Əzizbəyov Bakı quberniyasının komissarı, Nəriman Nərimanov şəhər təsərrüfat komissarı, Vəzirov torpaq komissarı olmuşlar. Beləliklə Bakı XKSnin əsas tərkibi daşnaq-bolşeviklərdən ibarət idi. Ona görə də Azərbaycan xalqı onları erməni höküməti kimi tanıyırdı. Bakı qəza komissarı Məşədi Əzizbəyov Altı-Ağac kəndinə gedərkən Xələnc kəndindən keçdiyi vaxt onu saxlayıb, deyirlər ki, sən ermənisən. O, kimliyi haqqında məlumat verir. Lakin ona inanmayıb müsəlman olduğunu müəyyənləşdirirlər. Məşədi Əzizbəyovdan soruşurlar ki, bəy, milyonçu nəslindən, azərbaycanlı və müsəlman olduğu halda niyə erməni-bolşeviklərinə qoşulub. Məşədi Əzizbəyovu xızılı tacir
105
Camaldadaş Hacı Molla Əhməd oğlu xilas edir. Azərbaycan xalqı və eləcə də Xızı-Bərmək dağlıları Musavat partiyasına rəğbət bəsləyir, Bakı daşnak-bolşevik hökumətini sevmirdilər. 1918-úè èë èéóë àéûíûí 31-äə Áàêûda áîëøåâèê-äàøíàê êîìèññàðëàrının hakimiyyəti yıxıldı. 1918-ci il avqustun 1-dən hakimiyyət Bakı Sentrokaspi deyilən hökumətin əlinə keçdi. Hökumət başçıları A.Arakelyan, S.Melik Yelçiyan kimi daşnaklardan, eser və menşeviklərdən ibarət idi. Bu hökumət ingilisləri Bakıya dəvət etdi. Avqustun 4-də ingilislər Bakıya daxil oldular və Bakı komissarlarını həbs etdilər. Sosial-demokrat Rza Həsənov Xızıya gəlib gizləndi. O, 10 yaşlı bacısı oğlu Mikayıl Müşfiqi də özü ilə gətirmişdi. Onlar qohumları Məşəd Hüseynqulu Şahbaz oğlunun evində qalırdılar. Mikayıl yaşlı qadınlardan xahiş edirdi ki, el bayatılarını, mahnılarını desinlər və nağıl danışsınlar. Mikayıl Müşfiq onları maraqla dinləyirdi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi buraxıldı. Həmin günün sabahı Azərbaycan Milli Şurası təşkil olundu. M.Ə.Rəsulzadə Şuranın sədri seçildi. 9 nəfərdən ibarət icra orqanı təşkil edildi. Fətəli xan Xoyski icraiyyə orqanının sədri seçildi. İlk hökumətin tərkibinə hərbi nazir X.Sultanov, xarici işlər naziri M.H.Hacinski, maliyyə və maarif naziri N.Yusifbəyov, ədliyyə naziri X.Xasməmmədov, ticarət və sənaye naziri M.Cəfərov, əkinçilik və əmək naziri Ə.Şeyxulislamzadə, yollar, poçt və teleqraf naziri X.Məlikaslanov, Dövlət müfəttişi C.Hacınski təyin olundular. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan milli Şurası Azərbaycanın müstəqilliyi haqqında aktı elan etdi. Müvəqqəti hökumətin başçısı Fətəli xan Xoyski radioqrafla tarixdə ilk dəfə olaraq Müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasını xarici dövlətlərin başçılarına bildirdi. 1918-ci ilin dekabrın 7-də birinci Azərbaycan parlamenti öz işinə başladı. Dövlət rəmzi olan üç rəngli bayraq və səkkiz güşəli gerb qəbul edildi. Cəfər Cabbarlı Milli bayrağımızı və gerbimizi alqışlayaraq, onun məzmununu belə açmışdır:
106
Bu ay, ulduz boyaların qurultayı, nə demək: Bizcə böylə söyləmək: Bu göy boya moğoldan qalmış bir türk nişanı, bir türk oğlu olmalı. Yaşıl boya İslamlığın sarsılmayan inamı, ürəklərə dolmalı Şu al boya azadlığın təcəddüdün fərmanı, mədəniyyət bulmalı Səkkiz uclu şu yıldız 8 hərfli odlu ölkə. İngilislərin Bakıya gəlməsi erməni-müsəlman ixtilaflarını gərginləşdirdi. 1918-ci il sentyabrın 15-də İslam ordusu Bakıya gəldi. Sentyabrın 17-də Demokratik Cumhuriyyət hökuməti tam heyətilə Bakıya köçdü və əhali onları xilaskar kimi qarşıladı. Bakı Azərbaycan Cumhuriyyətinin paytaxtı oldu. Azərbaycanda müsəlman birliyi möhkəmləndi, onun döyüş ruhu yüksəldi. Beləliklə, müsəlmanların həmrəyliyi meydana çıxdı. Türk zabitlərindən biri öz əsgərləri ilə Dağlı məhəlləsinə gəlib Ələsgərə əskər salamı vermişdir. Ələsgər bir neçə dağlı ilə birlikdə Nargin adasında saxlanmış Türk əsgərlərini əsirlikdən xilas edib vətənlərinə göndərmişdir. Həmin zabit də keçmiş əsgərlərdən biri idi. Müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda mübarizədə dağlılardan Cəfər Cabbarlı, Mirəsədulla Mirqasımov, Qasım bəy Qasımbəyov, Qulam Qulamov, Hüseynağa Məmmədbəyov, Kərbəlayi Hüseyn Hacıyev, Ələsgər və başqaları öndə gedirdilər. Azərbaycan Demokratik Cumhuriyyətinin ən mühüm tədbirlərindən biri ordu yaratmaq idi. Az vaxt ərzində nizami ordu yaradıldı. Azərbaycan Ordusunda dağlı gənclər könüllü olaraq xidmətə gəlmişdilər. 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyi Avropa ölkələri tərəfindən tanındı. Azərbaycan Cümhuriyyəti real milli dövlət idi. Müstəqil Azərbaycan Cumhuriyyəti çoxlu çətinliklərlə üz-üzə gəldi. Daxildə onu istəməyən qüvvələr var idi. Parlamentdə Ə.Qarayev kimilər var idi. Onlar Sovet Rusiyasını Azərbaycanda görməyə çalışırdılar. Bu dövrdə Qarabağda
107
ermənilərin fitnə-fəsadı başlanmışdı. M.Ə.Rəsulzadə Ə.Qarayev kimini millət nümayəndəsi yox, Rusiyanın vəkili adlandırırdı. Belələri Azərbaycanı Rusiyanın zəif əyalətinə çevirməyə çalışırdılar. XI rus ordusunun Azərbaycana soxulması ilə əlaqədar və ona güvənən azərbaycanlı bolşeviklərindən H.Sultanov parlamentin buraxılması və hökumətin təhvil verilməsi haqqında nota təqdim etdi. Hökumət başçısı Yusifbəy Nəsibbəyov notanı Xəzər dənizi donanması rəisi Çingiz İldırıma cavab vermək üçün təqdim etdi. Cingiz İldırım bildirdi ki, o, bolşevikdir. Azərbaycan ordusu daşnak ermənilərlə Qarabağda döyüşürdü. Dərbənddən Astaraya kimi 3 minlik ordu var idi. Bu da ac və yalavac XI rus ordusunun hücumunu saxlaya bilməzdi. Azərbaycan parlamenti səhv qərar çıxararaq, özünün buraxılmasını elan etdi. M.Ə.Rəsulzadə həmin qərarın əleyhinə səs verdi. XIX əsrin ortalarında Xızı-Bərmək mahalında feodal ictimaiiqtisadi quruluş hakim mövqe tuturdu. Kəndlilərin əksəriyyətinin istehsal vasitələri və xüsusən torpaq nedeli var idi. Məhəlli müharibələrin olmaması nəticəsində Quba qəzasının Xızı-Bərmək mahalında taxıl istehsalı artmışdı. Varlı kəndlilər istehsal etdiyi taxılın 3-dən bir hissəsini satırdılar. 1845-ci ildə Quba qəzasında (rubl hesabı ilə) buğda 200 min rublluq toplanıbsa, ondan 64 min rub. satılmış, arpa 20 min rublluq toplanılıb, 4 min rublluq satılmış, çəltik 15 min rublluq toplanılıb, 1000 rublluq satılmışdır. Yuxarıda göstərdiyimiz məhsulun beşdə biri Xızı-Bərmək dağlılarının hesabına düşürdü. Kəndlilər əsasən tənbəki becərirdilər. Azərbaycanda təsərrüfat əsasən natural xarakterli idi. Xızı-Bərmək mahalının təsərrüfatçıları öz ehtiyaclarını özləri ödəyirdilər. XIX əsrin son rübündə Xızı-Bərmək mahalında torpağın çatışmaması nəticəsində kəndlilər baha qiymətə icarəyə torpaq götürməyə məcbur idilər. Kapitalizm münasibətlərinin meydana çıxması ilə əlaqədar olaraq kənd təsərrüfatında, bağçılıq və bostançılıq xeyli inkişaf etmişdi. Dəniz kənarında Giləzidə, Damquluda, Həmyədə, dağ hissədə Sədanda, Xəldə, Tıxlıda,
108
Xələncdə, Kiçik Əngilanda, Quleydarda, Qarbanda, Xızıda meyvə bağları yarandı. Yay fəslində əhalinin bir hissəsi bağa köçürdü. Giləzi və Həmyə bağlarında Saray Sarı giləsi, Səkinəxanım üzüm növləri yalnız Abşeron bağlarında olurdu. Geniş şöhrət qazanmış ağ və qara şanı üzümləri və keyfiyyətli əncir Şirvanda çox təriflənirdi. Altı-Ağac, Hilmilli və Yarımcada əkilən kartof və kələm ətraf kəndlərə də yayılırdı. Findiqan və Xələnc kəndlərində əkilən bostan meyvələri, o cümlədən xiyar və kök çox keyfiyyətli idi. Üzüm, əncir və başqa meyvələri kəndlərə aparıb taxıla, yağa, pendirə, yuna dəyişirdilər. Üzüm və ənciri qurudub (püstkəndə), əncirdən riçal və üzümdən doşab bişirirdilər. Dəniz kənarında bostanlarda qovun, qarpız, kudu, balqabaq, şamama əkirdilər. Xızı-Bərmək mahalında taxılçılıq artmışdı. Buna əhalinin sürətlə artması şərait yaratmışdı. Dağlılar əldə etdiyi taxılı Bakıya gətirib satırdılar. Yerli feodalların təsərrüfatları məhdud olduğundan taxılı bazara çıxaran əsasən kəndlilər idilər. Kənd təsərrüfatında maldarlıq mühüm rol oynayırdı. Yarımköçəri maldarlıqla məşğul olan kəndlilər eyni zamanda əkinçiliklə də məşğul idilər. Xızı-Bərmək mahalında kənd təsərrüfatı alətləri və ev əşyaları düzəldən sənətkarlar əsasən Altı-Ağac, Hilmilli və Xələncdə idilər. Xəzər dənizinin kənarında balıq ovu üçün vətəgələr var idi. Bunlardan Qızılburun, Siyəzən, Giləzi, Zarat, Damqulu, Yaşma vətəgələrində siyənək, kütüm və başqa növ xeyli balıq ovlanırdı. Tutulan balıqlar qurudulub Niyazabaddan Rusiyanın müxtəlif şəhərlərinə aparılırdı. Balıq vətəgələrində işləyən muzdlu fəhlələrin olması göstərir ki, balıqçılıq təsərrüfatında muzdlu əmək geniş yayılmışdı. Balıq vətəgələri böyük xərc tələb etdiyindən ovçular sahibkarlarla müqavilə bağlayıb ov edirdilər. Onlar götürdükləri avadanlıq və qayıq üçün pul ödəyirdilər. Ovçular balığı və kürünü müqavilə bağladıqları sahibkarlara verirdilər. Qiymət sahibkarlar tərəfindən müəyyənləşdirilirdi. Balıq vətəgələrində muzdlu fəhlələrin əməyindən geniş istifadə olunurdu. Xızı-Bərmək mahalında balıq və balıq məhsullarının ixracı ilə məşğul olan ticarətçilər var idi. Onlar siyənək balığı, kürü alıb
109
satırdılar. Xanı balığının pudunu 3 manata alıb 6 manata satır, osetrin balığını 4 manata alıb 7 manata satır, kürüsünü isə 30-40 manata alıb 130 manata satırdılar. Əsas bazar Rusiyanın daxili əyalətləri idi. Xızı-Bərmək mahalında maldarlıq əhalinin təsərrüfat həyatında əsas sahələrdən idi. Mal-qaranın sayı artmış və qoyunçuluq daha əlverişli idi. Adi iri, istiyə çox davamlı tərəkəmə adlanan quyruqlu qoyunlar, habelə dağ qoyunu bəslənilirdi. Qoyunçuluğun inkişaf etdirilməsi həm daxili ehtiyacları ödəyən və həm də ixrac olunan xeyli miqdarda yun əldə etməyə imkan verirdi. Kənd təsərrüfatında, o cümlədən maldarlıqda sələmçi kapital inkişaf edirdi. XIX əsrin ikinci yarısında müxtəlif ölçü və çəki sistemləri Ümumrusiya vahidləri ilə əvəz olunmağa başladı. Xızı-Bərmək mahalında istehsal olunan yun toxuma paltarlar, xalça və palazlar Niyazabad bərəsilə Rusiyanın mərkəzi şəhərlərinə gömrüksüz aparılırdı. Kəndlərdə kustar sənətkarlıq xeyli artmışdı. Xalçaçılıq çox inkişaf etmişdi. Şair Mir Mehdi Seyidzadə öz xatirələrində yazır ki, anam Nənəqız Xızı-Bərmək mahalının Təkəli kəndindən idi. Mir Mehdi Seyidzadə ana vətəni olan Xızı-Bərmək mahalının gözəlliklərinin vurğunu kimi yazırdı:30 İçdim günəşin şöləsini dan ağaranda. Gördüm vətənin lövhəsini dağda, aranda, Yüzlərlə könül cəlb eləyən mənzərə gördüm, Hər düzdə gəzib, hər obaya, kəndə varanda, Mən dik qayalar gördüm, al-əlvan boyanıbdır. Qeyrətli olur dağlarımız fəğri yaranda. Min rəngə girirmiş bu uçan incə buludlar. Axşamçağı göylərdə şəfəqlər qızaranda. Sandım ki, bahar mövsümüdür, güllər açılmış Mir Mehdi gəzəndə vətəni qarda, boranda. Mir Mehdi Seyidzadə yazır ki, anamgil Bakının dağlı məhəlləsində yaşamışlar. Dağlı məhəlləsində dayımgilə qonaq getmişdim. Dayım arvadı Gülnisə gözəl xalçalar toxuyurdu. Onun əli
110
elə sürətlə işləyirdi ki, elə bil maşındı, ağ iplərin üstündə rəngbərəng iplərlə ilmələr salırdı. Bir də görürdüm, yaşıl çəmənlikdə açılan güllər kimi ilmələr butalara çevrilir, gözləri oxşayır. Bakıya kənddən gəlmiş dağlı qadınlar incə zövq ilə gözəl xalçalar toxuyurdular.31 Quba-Şirvan tipli xalçalara yeddi xalça qrupu daxildir: Bakı, Şamaxı, Quba, Dəvəçi, Qonaqkənd, Xızı və Qusar xalçaları. Bu dövrdə Xızı-Bərmək mahalının məşhur xalça toxuyan ustaları var idi. Bunlardan Balabacı Rza qızı, Çeşmi Dadaş qızı, Havanisə Eldar qızı, Gülgəz Novruz qızı, Zeynəbxanım Şahbaz qızı, Bikə Abbas qızı, Sədəf Kərim qızı, Xatun Səfərqulu qızı, Zeynəb Əliməhəmməd qızı, Tubi Abdulla qızı, Gülbacı Qurban qızı, Gülbahar Qurban qızı, Gülnar xanım, Püstəxanım və başqaları mahalda yaxşı xalça ustaları kimi tanınırdılar. Xızı-Bərmək mahalının xalçaları gözəl toxunuşu ilə seçilirdi. Onlar nazik iplikdən hazırlanır və həndəsi fiqurlu naxışlara malik idi. 1913-cü ildə Xızı-Bərmək xalçalarının nümunəsi Berlin sərgisində nümayiş etdirilmişdir. Xızı-Bərmək mahalında taxta qablar istehsalı və duluzçuluq da inkişaf etmişdi. Taxta qabların zərif hazırlanmasında Xələnc ustaları fərqlənirdilər. Onların qoz ağacından və digər ağaclardan hazırladıqları qablar Azərbaycanın digər şəhərlərinə də aparılırdı. Bu dövrdə kənd təsərrüfatında xüsusi mülkiyyətə əsaslanan istehsal vasitələri mülkədarların və varlı kəndlilərin əlində idi. Bununla yanaşı Xızı-Bərmək mahalında tacirlərdən başlamış, kiçik ticarətçilərə qədər hər cür ticarət-sələmçi kapital kənd təsərrüfatının bütün sahələrində var idi. İqtisadiyyatın əsas sahəsindən biri olan maldarlığa ticarətçilər doluşmuşlar. Xızı-Bərmək mahalında yun, maldarlıq məhsulları ticarətdə geniş yer tuturdu. Ticarət iribuynuzlu mal-qaranın sahəsinə də daxil olmuşdu. Gedib Qarabağdan cöngə və at gətirib baha qiymətə satırdılar. Pulu olmayan alıcı kəndlilərə ödəmə vaxtı verilirdi. Kəndlilər ticarət-sələm kapital nümayəndələri tərəfindən də qarət edilirdilər. Kəndlilər arasında borcluluq geniş yayılmışdı. Sələm borclarının faizi çox artırdı. Sələmçilərin toruna düşən kəndlilər çox çətinliklə xilas ola bilirdilər. Kənddəki bu ağır vəziyyət
111
kəndliləri öz yerlərindən avara salırdı. Onlar dəmiryol stansiyalarına və Bakıya köçürdülər. Beləliklə, Xızı-Bərmək mahalında kəndlilərin sayı azalırdı. 1912-ci il dekabr qanunu və onun əsasında tərtib olunmuş “qayda” və “təlimat”larda göstərilir ki, 1913-ci il yanvarın 1-dən kəndlilər mükəlləfiyyət daşımaqdan azad olub, onların xüsusi mülkiyyəti elan edilmiş pay torpağı üçün məcburi surətdə vakp pulu ödəməli idilər. III dövlət dumasında çıxış edən Azərbaycan nümayəndəsi Ə.Xasməmmədovun etiraf etdiyi kimi, islahat tavansız kəndliləri torpaqdan məhrum etmiş, bununla da torpaqsız kəndlilərin sayını artırmışdır. Bu sözlər Xızı-Bərmək kəndlilərinin vəziyyətinə daha çox uyğun gəlirdi. Çar Rusiyası xalq kütlələrinin savad almasına mane olurdu. Ucqarlarda əhalinin maariflənməsini istəmirdilər. Çar üsul-idarəsi elə hesab edirdi ki, təhsilli adamları nəzarətdə saxlamaq çətindir. Buna görə də uşaqlar üçün az məktəb açılırdı. Azərbaycanda əhalinin çox hissəsi savadsız idi. Azərbaycanda ruhani məktəbləri də fəaliyyət göstərirdi. Bu məktəblərdə savadlı axundlar az olduğundan, tədrisdə əzbərçiliyə yer verildiyindən əhali savadlana bilmirdi. Çarizmin müstəmləkəçi siyasəti nəticəsində məktəblərdə ana dilində tədrisin qarşısı alınırdı və açıq fikirli ziyalılar təqib olunurdular. Azərbaycan ziyalılarının məktəb şəbəkəsini genişləndirmək tələbinə çarizmin qulaq asmaması, çarizmin yerli əhalinin savadlanmasında marağının yoxluğu, əhalinin 80 faizdən çoxunun savadlı olmamasına səbəb oldu. Çarizmin maarif sahəsindəki mürtəce siyasətini yerlərdə savadsız və fanatiklər müdafiə edib, dünyəvi təhsilin əleyhinə çıxırdılar. Azərbaycanda qızların təhsil almasını heç vəchlə istəmirdilər. Azərbaycanda elə şəxslər də var idi ki, onlar yeni məktəblərin açılması, ruhani məktəblərində dəqiq elmlərin tədrisi və tədrisin ərəb dili ilə yanaşı ana dilində aparılması tərəfdarı idilər. Bunlardan Axund Hüseynqulu Məmmədbəyov, Axund Zəki Axundov, Axund Qani, Axund Qiyam, Axund Şix, Axund Hüseyn, Axund Musa, Axund Məhəmməd Şərif, Mirzə Əbdül Qədir Vüsaqi və b. göstərmək olar. Xızıda Molla İsmayıl (Mikayıl Müşfiqin babası) təşkil etdiyi dini ibtidai məktəbdə öz şerlərini və
112
digər Azərbaycan klassiklərinin şerlərini ana dilində tədris edirdi. Onun məktəbində ibtidai təhsilini almış şair Mirzə Əbdül Qədir Vüsaqi (Mikayıl Müşfiqin atası) dövrünün görkəmli pedaqoqu olmuşdur. Xızıda təşkil olunmuş ruhani məktəblərində dünyəvi elmlərin tədrisinə, ana dilində tədrisə fikir verilirdi. Azərbaycanın bir çox görkəmli axundları orta təhsilini Xızıda almışlar, sonra təhsillərini Nəcəfdə və digər şərq ölkələrində davam etdirmişlər. Birinci rus inqilabından (1905-1907-ci illər) sonra Çar hökuməti maarif sahəsində xırda güzəştlərə getdi. İbtidai məktəblərin sayı bir qədər artdı. Bakıda ana dilində ibtidai məktəblərin, sənət məktəblərinin, fəhlələr üçün axşam məktəblərinin açılışına icazə verildi. Bununla yerli məmur kadrları hazırlamaq və texnikadan istifadə etməyi bacaran fəhlələrin yetişdirilməsi nəzərdə tutulurdu. Şair-pedaqoq Mirzə Əbdül Qədir Vüsaqi dağlı məhəlləsində ana dilində ibtidai məktəb açdı. Ayrı-ayrı milyonçular, xüsusilə Kərbəlayi İsrafil Hacıyev, Kərbəlayi Hüseyn Hacıyev, Qasım Qasımbəyov və başqaları tərəfindən məktəblərin ehtiyacına vəsait verilirdi. H.Z.Tağıyevin Bakıda açdığı qız məktəbi Şərqdə ilk qız təhsil ocağı idi. Bu maarif sahəsində böyük yenilik olub Azərbaycanda sensasiya yaratmışdı. Bu işdə H.Z.Tağıyevi fəal müdafiə edənlərdən biri Axund Qani olmuşdur. Axund Qani Təzə Pir məscidində çıxış edib, Qurani Kərimdən misallar gətirməklə sübuta yetirmişdir ki, qadınların oxuması vacib problemdir. H.Z.Tağıyev Axund Qaniyə razılığını bildirib və onu mükafatlandırdıqda, Axund Qani öz təşəkkürünü bildirib və deyib ki, mən öz əqidəmə xidmət etmişəm, öz axundluq borcumu yerinə yetirmişəm. Xızı-Bərmək mahalında əhalinin islam dinini və QuraniKərimi öyrənməsi kütləvi hal almışdı. Bu işdə kəndlərdə yaşayan ruhanilər və məscidlər mühüm rol oynayırdılar. Prof. E.A.Paxomov yazır ki, Xızı kəndinin də məscidi uçulmuş və onun yerinə 1883-cü ildə Usta Məşədi İbrahim oğlu tərəfindən
113
yeni məscid bina olmuşdur. 1903-cü ildə Qarban kəndində yeni məscid binası tikilmişdir. Bu məscidi Usta Ələkbər Məşədi Əli oğlu inşa etmişdir. Sayadlıda, Qasım kənddə, Sədanda, Findiqanda və başqa kəndlərdə də məscidlər tikilmişdir. Xızı-Bərmək mahalının bütün kəndlərində məscid var idi. Bu dövrdə Xızı-Bərmək mahalında mütərəqqi fikirli, İslam əqidəli ziyalılar və ruhaniliyi əqidə seçmiş saf düşüncəli şəxsiyyətlər var idi. Bunlardan axund Hüseynqulu Tehranda təhsil alıb, uzun müddət Quba məscidinin Axundu olmuşdur. O, təbiət elmlərini də bilirdi. Onun Qubada saldığı meyvə bağını şəhər əhalisi arasında son vaxtlara qədər Axund bağı adlandırırdılar. Axund Hüseynqulu Qubada evlənmiş və orada yaşamışdır. İndi də Qubada yaşayan Məmmədbəyovlar onun nəvə və nəticələridirlər. Axund Hüseynqulu şair təbiətli olub, bir çox mərsiyə, qəsidə və qəzəllər də yazmışdır. O, ardıcıl və fasiləsiz islam dininə qulluq etmişdir. Axund Zəki dövrünün alimlərindən olub, Nəcəfdə təhsil alıb və Qubaya qazi vəzifəsinə dəvət olunmuşdur. O, uzun müddət Qubanın qazısı və axundu olmuşdur. Axund Zəki Şirvan fazilləri yanında yüksək təhsilli və hörmətli şəxsiyyət sayılırdı. O, Şirvan vilayətində bir çox mollaların müəllimi olub. Dövrünün zəkalı şəxsiyyəti olan Axund Musa Bağdadda təhsil almış, quranı avazla oxuyan və gözəl xəttat idi. Axund Musa şəriətdən dərs deyirdi. Mahalda çətin məsələlərdə ondan məsləhət alırdılar. Findiqan kəndindən Şeyx Qabil çox məşhur şəxsiyyət olmuşdur. O, Nəcəfdə təhsil almışdı. Onun qəbri Xələncdə Altı-Ağac yolunun sol tərəfindədir. Həmin qəbir əhalinin ziyarət yeridir. Ora müəyyən niyyətlə ziyarət edənlər öz arzularına çatırlar. Onun oğlu Şeyx Ələkbər də dövrünün görkəmli və savadlı şəxsi olmuşdur. O, ilk təhsilini atası şeyx Qabildən almış Nəcəfi Əşrəfdə başa çatdırmışdır. Şeyx Ələkbərin evi Findiqanda iki mərtəbəli olub, yonulmuş çay daşlarından idi. Bu bina gözəl memarlıq abidəsi idi. Belə bir yaşayış binasını Xızı kəndində Bahadır bəy Ağakişi bəy oğlu tikdirmişdi.
114
Şeyx Ələkbərin nəvəsi maliyyəçi Baba Ağayev böyük babası Şeyx Qabilin məqbərəsini tikdirib. Axund Qiyam ilk təhsilini şeyx Ələkbərdən almış, Nəcəfi Əşrəfdə bitirmişdir. Axund Qiyam Findiqanda ruhani məktəbi təşkil etmişdi. O, şagirdlərinə dəqiq elmlərdən də bilik verirdi. Axund Hüseyn Şərqin bir çox mədəniyyət mərkəzlərində olmuş və Bağdadda təhsilini başa çatdırmışdır. O, ensiklopedik biliyə, möhkəm yaddaşa və rəvan söhbət tərzinə malik şəxsiyyət idi. Mirzəağa bəy Bahadır bəy oğlu Ağayev deyirdi ki, Qəzənfər Musabəyovun atası Mahmudbəy Xızılı Hacı Yəhyə ilə tanış idi. O, Hacı Yəhyənin dövlətli olmasını bilir və bu dövləti hansı şəraitdə qazanması ilə maraqlanıb Xızını görməyə gəldi. Hacı Yəhyə Mahmud bəyin məqsədini hiss edib, qonaq darıxmasın deyə söhbətə bağban Qafur Dadaşı dəvət etdi. O, məclisə köhnə paltarda daxil olub qonaqla söhbətə başladı. Söhbət vaxtı Qafur Dadaşın məlumatları və biliyi Mahmud bəyi heyran etdi. Mahmud bəy Pirəbədilə dönüb Xızıda gördüklərini yerlilərinə nəql etdi. O, dedi ki, Xızıda adi kəndlinin söhbəti çox alimlərdən dəyərli idi. Kəndlisi belə savadlı olan yerin alimləri dərya bilikli olar. Axund Qani kəndin bilikli şəxsi idi. Onun Şirvan alimləri ilə bir çox elmi söhbətləri olmuş, söhbət edənlər və dinləyicilər onun biliyini və nitqini bəyənmişlər. Bakının, Şamaxının və Qubanın bir çox axund və mollaları Axund Qani məktəbindən dərs alıb rütbəyə çatmışlar. Axund Məhəmməd Şərif Nəcəfdə təhsil almış, Xızıda məktəb açmış və fəzilətləri ilə şöhrət qazanmışdır. Bir çox elmi sahələrdə zamanın bilici şəxslərindən idi. Axund Şix dövrünün təhsilli şəxsi olmuş, mətanətli və gözəl xəttat idi. O, elm və təqdirdə seçilənlərdəndir. Şirvanın bir çox yerlərindən gəlib ondan dərs almışlar. Axund Hacı Mütəllim Nəcəfdə təhsil alıb, dövrünün gözəl quran qiraətçisi idi. Onun Quranı Kərimi oxumasına dinləyicilər heyran idi. Bir çox elmlərin bilicisi kimi tanınırdı. Xanagahda ondan təhsil almış şəxslər ərəb dilinin qrammatikasını bilirdilər. Bakının Dağlı məhəlləsində məsciddə dərs deyən Molla Ümnisə
115
şagirdlərə ərəb əlifbasını və Qurani Kərimi oxumağı öyrədirdi. Molla Ümnisə qızlarla yanaşı kiçik yaşlı oğlanlara da dərs deyirdi. Cəfər Cabbarlı Yuxarı dağlıq küçəsindəki məsciddə Molla Ümnisənin yanında oxuyub, Quranı başa vurmuşdu. Dağlı məhəlləsində Molla Gövhər qadınlara İslamın şəriətini öyrədirdi. Axund Əlibəndə müsəlmanları birliyə çağırırdı. Axund Hacırza dini məhəbbətlə təbliğ edən şəxs idi. Molla Nəzərli, Molla Absətdər, Molla Harun, Molla Ramazan kimi savadlı ruhanilər İslam dinini təbliğ edirdilər. Axundlarımızın Quran təlimi sonralar öz bəhrəsini verdi. Bu ilahi hökmlərin incəliklərinə vaqif olan insanlar çoxaldı. Molla Harun Xızıda uzun müddət müəllimlik etmişdir. Onun şagirdləri respublikada müəllim, həkim və mühəndis kimi şərəflə işləmişlər. Bu dövrdə Xızı-Bərmək mahalında “Türkəçarə” ilə müalicə edən el həkimləri var idi. Dizəvər kəndinin sakini həkim Abbas Nəcəf oğlu çox şöhrət qazanmışdır. Bu dövrdə xalq arasından çıxmış bədahətən söz deyən şairlər də var idi. Bunlardan Xızının Şixteli nəslindən olan Xızılı Zərnişan bədahətən şer deyirdi. O, yazmaq və oxumaq bilmirdi. Ona görə də onun dediyi şerlərin əksəriyyəti bizə gəlib çatmamışdır. Xızılı Zərnişan dahi dramaturq Cəfər Cabbarlının bibisi idi. O, gördüyü hadisələrə dair və ya ailə üzvlərinə şerlər qoşardı. Xızılı Zərnişan yazırdı:32 Tutuquşu havalarda dövr edər, Həkim yoxdur yaralarım qövr edər. Bir yanımı sən əymisən zalım yar, Bir yanımda qohum-qardaş qövr edər. Yaxud başqa qoşmalarından: Yudum saçlarımı atdım dalıma Ağlamasın anam, bacım halıma Nə gəlmişdi ala gözlü yarıma? Əsdi badi Xəzan aldı əlimdən. Güzgüyə baxıram hamıdan düzəm, Şix - sayad içində bir ala gözəm.
116
İstəyirəm qaçam, təkəm yalqızam, Xəbər verin yara mənim dilimdən. Sonaxanım Cabbarlının dediyinə görə, Zərnişan xanım Xızıya gələn bir aşıqla deyişib və onu bu sözlərlə bağlayıb: Ağacdan at eylərəm, Xana barat eylərəm. Sənin kimi aşığı Mahnıda mat eylərəm. Aşıq ona cavab verə bilməyib. Xızının Çıraqlı nəslindən olan Çıraqlı İbadulla gördüyü hadisələrə, adamlara bədahətən şer deyərdi. Onun atı xəstələnir. O, bu münasibətlə belə deyib: Yabu düşüb dərdlərə, Qalıbdır minnətlərə. Namə yazın itlərə, Halı yoxdur Yabunun, O qəti təlx Yabunun. Əndamı deşik-deşik, Dərman gətir bir yeşik. Qalmayıbdır ev-eşik, Halı yoxdur Yabunun, O qəti təlx Yabunun. Vəli Qədəş Çar imperiyasına qarşı nifrət bəsləmiş, imperatorun taxtdan salınmasını belə alqışlamışdır: Ay atlılar, atlılar, Yaxşı hökumətdilər. Nikolayı yıxdılar. Hər yana qol atdılar. Nikolayı axırda Top ağzına qoydular, Uzaq yerə atdılar. Səmədbalanın dediyi bu sözlər tez mahalda yayılıb, dildən-dilə düşürdü. Səmədbalanın arvadı Əsli ondan çay-qənd almasını tələb edir. Pişik onun yediyi gülləməyə baxıb miyoldayırdı. Səmədbala bu hadisəni belə deyir.
117
Əslixanım kasıb Səməddən çay istəyir. Pişiyin həyasına bax, külləmədən pay istəyir. Kapitalizmin meydana çıxması ilə əlaqədar olaraq başqa adətlər kimi Novruz bayramı da zənginləşmişdi. Keçmiş adətlərə əlavə olaraq süfrələr daha varlı idi. Süfrələrdə şəkərbura, paxlava, noğul, nabat, püstə, badam və müxtəlif meyvə qoyulur və şam yandırılırdı. Süfrəyə səməni də qoyulurdu. Bu, baharın gəlməsini bildirirdi. Bayram günü təzə paltar geyinir, qohum-qonşunun evinə gedirdilər və küsənlər barışırdılar. Varlılar Novruz bayramını daha təm-təraqla qeyd edirdilər. Bayram günü ən çox sevinən uşaqlar və gənclər olurdular. Böyük şair M.Müşfiq “Bayram axşamı” şerində yazır: Bir sininin kənarında Yaxılardı iki-üç şam. Qarşımızda şəkərbura. Noğul-nabat, püstə-badam. Hələ üskü axşamları Qiyamətdən nişanədir. Oynamaqçın cocuqlara Böylə günlər bəhanədir. Ocaq yaxıb, od qalayıb Üzərində atılardıq. Oynayardıq yorulduqca, Yorğunluğa qatlanardıq. “Gün çıx” deyə, “gün çıx” deyə Qalxanırdı sevincimiz. “Kəhər atı min çıx” deyə Qışqırırdı ən dincimiz. Əynimizdə təzə paltar, Odlu məşəl əlimizdə, Dolaşırdıq soqaq-soqaq. Kapitalizm dövründə Azərbaycanda başqa adətlər kimi qonaq qəbul etməkdə də xeyli dəyişiklik var idi. Dağlıların bir hissəsi Bakıda məskunlaşmış, onların arasında varlı və yoxsul təbəqələri yaranmışdı. Bakıda dağlı varlıları Hacı
118
Cəbrayıl Hacıyev, Kərbəlayi İsrafil Hacıyev, Kərbəlayi Hüseyn Hacıyev, Dağlı Abbas, Hacı Əbülhəsən, Hacı Mustafa Rəsulov, Qasım Qasımbəyov və başqaları müəyyən hadisələrlə əlaqədar ziyafətlər düzəldirdilər. Bu ziyafətlərdə Avropasayağı məclis qurulurdu. Stol üstündə müxtəlif saylı xörəklər və meyvələr olurdu. Belə ziyafətlərdə Avropada təhsil almış dağlı ziyalıları da iştirak edirdi. Bu ziyafətlərdə süfrədə düşbərə, xəmraşı, qutab, sac içi, təndir basdırması, dovğa və başqa dağlılara məxsus olan xəmir xörəkləri də olurdu. Dağlı çörəyi və “motal pendiri” süfrənin şöhrəti idi. Kəndlərdə keçmiş adətlər əvvəlki kimi qalırdı. Qonağın ayağı altında toğlu kəsilirdi. Qonağa pay vermək adəti yaranmışdı. Ziyafətlərdə xanəndə, tarın və kamançanın iştirakı ilə musiqi gecəsi olurdu. Toy adətlərində də xeyli dəyişiklik var idi. Toylarda pul verilirdi. Gəlinin ayağı altına xalça sərilirdi. Onun başına pul və noğul-konfet səpirdilər. Gəlinə bağ, mülk, torpaq və ev avadanlığı cehiz verirdilər.
119
V FƏSİL XIZI-BƏRMƏK MAHALI SOVET HAKİMİYYƏTİ DÖVRÜNDƏ Bu dövrün araşdırılmasında bəzi çətinliklər meydana çıxır: birinci növbədə Sovet hakimiyyəti dövründə dövlətin fəaliyyətində müsbət və mənfi amilləri nəzərə almaq lazımdır. Məqsədimiz Sovet hakimiyyəti dövründə Xızı-Bərmək mahalında baş vermiş mühüm hadisələri ümumiləşdirərək oxucuya çatdırmaqdır. §1. Xızı-Bərmək mahalında Sovet hakimiyyətinin yaranması və bu bölgə II Dünya müharibəsi illərində 1920-ci ilin əvvəlində Azərbaycanda ümumimilli böhran hökm sürürdü. Bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ almaq məqsədilə yerli əhalidən özlərinə dayaq yaratmağa cəhd edirdilər. 1920-ci il fevralın 11-də Bakıda Azərbaycan kommunist partiyası yaradıldı. Bolşeviklər əhali arasında sinfi mübarizəni qızışdırmağa və silahlı üsyanla hakimiyyəti ələ almağa çalışırdılar. Onlar nicat yolunu Rusiya ilə birləşmədə görürdülər. Bolşeviklər silahlı dəstələr təşkil edirdilər. Bu dəstələri silahla A.Mikoyan, Kamo və digər ermənilər təmin edirdilər. Onlar silahları gizli yolla Türkmənistandan Bakıya gətirirdilər. Təşkil olunmuş silahlı dəstələrə əsasən ermənilər və ruslar cəlb olunurdular. Bu dəstələrdə azərbaycanlılar azlıq təşkil edirdilər. Sosialist ideologiyasına meyl edən dağlılardan Rza Həsənov, Dağlı Əlihüseyn, Hüseynağa Məmmədbəyov, Bala bəy, Aslan bəy, Paşa və Alahqulu Mehdiyev qardaşları və başqalarını göstərmək olar. Sovet tarixçiləri göstərirlər ki, Bakıda sosialist inqilabı sayəsində Sovet hökuməti yaranmışdır. Tarixi faktlar göstərir ki, Azərbaycanda heç bir proletar üsyanı olmamışdır. 1920-ci ilin aprelin 28-də XI Qızıl ordunun gəlməsilə Azərbaycanda Sovet hakimiyyəti elan olunmuş və qanuni Azərbaycan Demokratik Respublikası isə devrilmişdi. 1920-ci ilin may ayının əvvəllərində Şura Hökuməti Xızı-Bərmək mahalına da sahib oldu.
120
Xızı-Bərmək mahalında mövcud olan dövlət nümayəndəliyi (kəndxuda) ləğv edildi və onun əvəzinə yoxsullar komitəsi yaradıldı. Bəy və mülkədar torpaqları müsadirə edildi. Bununla yanaşı, hökumət meşələri, dənizi, çayları, bulaqları və yeraltı neft və digər sərvətləri öz ixtiyarına keçirdi. Mahalda olan dövlət və hökumət aparatının nümayəndəlikləri də dağıdıldı. Dini əqidəyə görə adamlar sıxışdırılırdı. 1920-ci ilin aprelin 28-də Azərbaycan Sovet hakimiyyəti əleyhinə M.Ə.Rəsulzadənin göstərişi ilə musavatçıların bir qrupu Azərbaycan istiqlal hərəkatının əsasını qoydular. Musavat partiyası MK-nin gizli fəaliyyətinə sədr Mirzəbala Məmmədzadə, müavin Əbdül Vahab Yurd Sevər, baş katib Cəfər Cabbarlı, təşkilat işləri üzrə katib Məmməd Sadiq Quluzadə, maliyyə işləri üzrə katib Məmməd Həsən Baharlı daxil oldular. Onlar “İstiqlal” qəzetini nəşr etdilər.1 Xızı-Bərmək mahalında olan “Musavat” partiyasının güclü özəyi gizli iş şəraitinə keçdi. “Musavat” özəyi Təzəkənddən idarə olunur və yardım alırdı. Musavat liderlərindən olan görkəmli yazıçı Cəfər Cabbarlı vəziyyətin gərginliyini görüb və hadisələrin mahiyyətini dərindən dərk edib “Musavat” özəyinə işi gizli görməyi təklif etdi. Qocaman müəllim Əli Məcidzadə deyirdi ki, görkəmli yazıçı Seyid Hüseynin iştirakı ilə Musavat təşkilatında yeni iş fəaliyyəti müzakirə edilib, qərara alındı ki, təşkilat gizli fəaliyyətə keçsin. Gizli fəaliyyətdə olan Xızı-Bərmək musavatçıları partiyanın lideri M.Ə.Rəsulzadənin qeyri-leqal şəraitə keçilməsini təşkil etdilər. Xızı-Bərmək musavatçılarının iştirakı ilə M.Ə.Rəsulzadə Bakıdan Giləzi bağlarına gəlir. M.Ə.Rəsulzadəni burada çox adam şəxsən tanıdığı üçün Upa yolu ilə Lahıca gedir. Bu işdə ona Cəfər Cabbarlı və Kimçi sakini Hacı Seyid Zəki Ağa kömək edir. M.Ə.Rəsulzadəni müşayət edənlər mahalın fəal musavatçıları idilər. Xızı-Bərmək mahalının kəndlərində hakimiyyət yoxsul komitələrinin əlinə keçdi. Yoxsul komitələri varlıların torpaqlarını, əmlakını müsadirə edir və sinfi mübarizəni qızışdırırdılar. Sovet hakimiyyəti silkləri və titulları ləğv etdi. Xızı-Bərmək mahalında bəylik titulu ləğv edildi.
121
1921-ci ildə yoxsul komitələri kənd sovetləri ilə əvəz edildi. Xızı-Bərmək mahalı sovetliklərə bölündü və onları kənd sovetləri idarə edirdi. Kəndlilərdən alınan ərzaq vergisi ləğv olundu və əvəzinə məhsul rüsumu-çanaq qoyuldu. Bu da hər təsərrüfatdan 20 girvəngə hesabı ilə alınan taxıl vergisi sayılırdı. 1922-ci ilin axırlarından kəndlilərdən alınan taxıl vergisinin miqdarı artdı. S.Kirovun başçılığı ilə 1922-ci ilin martında Azərbaycan SSR Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil edildi. 1922-ci il dekabr ayının 10-da Zaqafqaziya Sovetlər qurultayı ZSFSR-nin yaradılmasını rəsmiləşdirib və həmin respublikanın konstitutsiyasını qəbul etdi. Bununlada Azərbaycan SSR-nin hüquqları xeyli məhdudlaşdı. 1922-ci ilin dekabrın 30-da SSRİ-nin təşkili ilə əlaqədar olaraq, Azərbaycan SSR müstəqillikdən məhrum oldu. Azərbaycanda milli dövlətçilik ləğv edildi. İqtisadi cəhətcə yoxsullar dövlətli olmadılarsa da dövlətlilər yoxsullaşıb onlara çatdılar. Hələ ilk dövrlərdə hiss edilən əyintilər getdikcə dərinləşdi, dövlət siyasətinə çevrildi və cəmiyyətə böyük fəlakətlər gətirdi. Áîëøåâèêëÿð èëê âàõòëàðäà õàëãà øèðèí âÿdlər verdilər. Lakin bu vədlər yerinə yetirilmədi. Bolşevik ideyalarının ən çox ziyanını Xızı-Bərmək dağlıları çəkmişlər. Sığışdırılmış dövlətlilər öz mülklərindən imtina etməyə məcbur oldular. Məşhur milyonçulardan Kərbəlayi İsrafil Hacıyevin 18 əzəmətli binasını, Kərbəlayi Hüseyn Hacıyevin 17 möhtəşəm binasını, Dağlı Abasın 5 binasını, Hacı Mustafa Rəsulovun 11 binasını, Qasım Qasımbəyovun 6 binasını müsadirə etdilər. Bolşeviklər neftxudaların mədənlərini, ticarət gəmilərini, villalarını, bağlarını, əmlaklarını zorla əllərindən aldılar. Xızı-Bərmək mahalında Hacı Yahyanın, Hacı Əşrəfin, Hacı Ağababanın, Məşəd Hüseynqulunun, Bahadır bəyin və başqa dövlətlilərin torpaqları, dəyirmanları, dükanları, bağları, mal-qarası əllərindən alınıb, ictimailəşdirildi. Sapı özümüzdən olan baltaların köməyi, çox vaxt onların əmri ilə Azərbaycanın görkəmli şəxslərinə qarşı repressiyalar başlandı. Xızı-Bərmək mahalında kəndli mülkiyyətinin zorla ümumiləşdirilməsi, dini görüşlərin, adət və ənənələrin təhqir
122
edilməsi, siyasətə qoşulmayan şəxslərə sinfi düşmən kimi baxılması, kəndlərdə sözü keçən və əhalini ardınca apara bilən şəxslərin məhv edilməsi xalqın narazılığını artırdı və özlərini silahla qorumağa məcbur etdi. Azərbaycanda rəhbər vəzifə tutmuş S.Kirov, L.Mirzoyan, A.Mikoyan, Sarkis dedi-qodu və intiriqa ilə məşğul idilər. Onlar bir neçə gənc azərbaycanlı kommunisti öz ətraflarına yığaraq Nəriman Nərimanova qarşı mübarizə aparırdılar. Nəriman Nərimanov öz səhvlərini başa düşüb, onları düzəltmək istərkən ona qraşı kəskin mübarizə aparılırdı. Bu dövrdə Nəriman Nərimanovun xəttini dağlılardan Rza Həsənov, Dağlı Əlihüseyn, Allahqulu və Paşa Mehdiyev qardaşları və başqaları müdafiə edirdilər. Sovet Rusiyası ilə Azərbaycan reslublikası arasında bir sıra hərbi-siyasi ittifaq haqqında müqavilə imzalandı. İlk günlərdə müqaviləni bərabər hüquqlu dövlətlərin qanunlarına hörmət kimi yozurdular. Əslində isə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. S.Kirovun, A.Mikoyanın, L.Mirzoyanın və digər bolşevik rəhbərlərinin qəsdi üzündən Azərbaycan talan edildi. Ədalətsiz yollarla, güclə səltənət quruldu. Belə vəziyyət hər yerdə olduğu kimi Xızı-Bərmək mahalında da əhalinin yeni quruluşa ümidini sarsıdır və bu quruluş nüfuzdan düşürdü. Gəncə, Naxçıvan, Lənkəran, Qarabağ, Zaqatala və digər yerlərdə olduğu kimi, XızıBərmək mahalında da mövcud vəziyyətə qarşı xalqın narazı çıxışları oldu. Sovet qoşun hissələri və bolşeviklər həmin çıxışları amansızcasına yatırdılar. 1921-ci ilin axırına kimi respublikada 48 min nəfərə divan tutulub məhv edilmişdir. Azərbaycan zəhmətkeşləri Volqa boyunda aclıq çəkən əhaliyə yardım göstərirdilər. Bu sahədə Azərbaycanda “Aclara yardım komitəsi” təşkil edildi. Bu komitənin Xızı-Bərmək mahalındakı müvəkkili buğda, arpa, noxud, lərgə toplayaraq aclıq çəkən Volqa boyu rayonlarına göndərdilər. 1924-cü ildə respublikada yaradılmış “Keybirliyi” Xızı-Bərmək mahalında kolxoz qurluşunun yaranmasında mühüm rol oynadı.
123
1921-1926-cı illərdə Xızı-Bərmək mahalı Bakı şəhər sovetinin tərkibində olmuş, 1930-cu ildən isə kənd rayonu kimi fəaliyyət göstərmişdir. Yeni inzibati-ərazi bölgüsünün tədbiq edilməsi nəticəsində Şura hökuməti Xızı-Bərmək əhalisini daha yaxından nəzarətdə saxladı. 1926-cı ildə Xızı kəndindən 2 km. şimalda tikilib istifadəyə verilən mədəniyyət evi kənddə savadsızlığın ləğv edilməsində mühüm rol oynamışdır: orada axşamlar tamaşalar göstərilirdi. Bura mədəni mərkəzə çevrilmişdi. Burada xəstəxana binası, inzibati binalar, istirahət bağı salınmışdı. Bu, kiçik bir qəsəbəni xatırlayırdı. Əhali buranı “idarələr” adlandırırdı. Mədəniyyət evində yaxşı aktyorlar qrupu cəmləşmişdi. Əbdülzaq Əhmədovun, Saleh Quliyevin və başqalarının oynadığı rollar tamaşaçıları heyran edirdi və onların göstərdiyi tamaşalar alqışlarla qarşılanırdı. Xızı-Bərmək mahalında kollektivləşdirmə işləri aparılarkən buraxılmış səhvlər və zor işlətmə üsulu əhalinin kəndlərdən qaçıb şəhərə gəlməsi ilə nəticələnirdi. Belə ki, adamı seyrəkləşən kəndlər, obalar və dağlar öz görnüşünü dəyişmişdi. Sevimli şairimiz Mikayıl Müşfiq “Dağlar” şerində yazırdı: Siz ki, bir-birinizdən ayrılmayan əşdiniz, Sinənizə ayrılıq dağı çəkildi, dağlar! Aya, hankı cəlladın pəncəsinə keçdiniz, Neçin böylə qəddiniz sındı, büküldü, dağlar? Şura hökuməti dağlıların birliyini parçalayıb, ayrı-ayrılıqda onların qürurunu qırırdı. Şura hökumətinin ortabab kəndliləri sığışdırması nəticəsində kəndlərdən əhalinin şəhərə gəlib Dağlı məhəlləsində məskunlaşmasını sürətləndirdi. Dağlı məhəlləsi Bakının görkəmli yerində olmasına baxmayaraq, şəhər hökuməti onun abadlığına və orada yaşayan insanlara laqeyd münasibət bəsləyirdi. Dahi yazıçı və şair Cəfər Cabbarlı Dağlı məhəlləsini “Tap görüm” şerində belə təsvir edir:2 Yaxında yox məktəbi, Burda başlanır şəbi. Yayda tozu ətəkdən,
124
Qışda çmur göbəkdən. Batar yayda palçığa, Lehmə çıxıb qurşağa, Xəstəxana tapılmaz, Xəstəyə çara olmaz, Həkimçün pul da yoxdur, Gəlməyə yolda yoxdur. Böyük şairimiz Mikayıl Müşfiq “Tozanaq” şerində Bakını və onun Dağlı məhəlləsini belə təsvir edir: Yenə toz ... aman, bu toz buludları nə istər Bilmədən səndən, ey Bakı, sən ey atəş diyarı? Sən, ey birdən dirçəlib, birdən boy atan şəhər, Üzərindən qovsana bu iynəli rüzgarı! Şair “Bir görüş” şerində Dağlı məhəlləsindən baxaraq şəhəri belə təsvir edir: Çıxmışam bir dağa, qarşımda Bakı Qaynayır, çünki deyil ruha ilıq. Çınlar hər yanda dərin bir səs-küy, Duyulur hər küçədən bir çağlıq. Dün bu yerlərdəki karvan yerini Ediyor yolçu tramvaylar əvəz; Boğuyor ölgün azan səslərini O ağızdan iti radyodaki səs. Bir tərəfdən göyə qalxan hər ev Gülüyor boynubükük gülbələrə. 1936-cı ildə Bakının Dağlı məhələsinin görnüşündə müsbət dəyişikliklər görünürdü. Dağlı məhəlləsində 161 saylı orta məktəb binası tikilmişdi. Məhəllənin uşaqları məktəbə cəlb olunmuşdu. Məhəlləyə 2 və 11 saylı tramvaylar işləyirdi. Bu da əhalinin nəqliyyata olan tələbatını ödəyirdi, küçələrə qəmbər döşənmişdi, bəzi binaların qabağında qaldırımlar var idi. Dağlı məhəlləsinin qərbində 20 saylı məktəb binasının yerində dağlılar tərəfindən təşkil edilmiş kənd təsərrüfatı arteli arpa əkirdi. Cənubi-qərbində indiki xəstəxananın yerində daş karxanasının yerinə su yığılmışdı. Bura “Çapa” deyilirdi. Dağlı məhəlləsində 161 saylı
125
məktəbin qarşısında və “qırx” pilləkanın sağ kənarında “fontan” su kranları var idi. Şollar suyunun bir vedrəsi 2 qəpiyə idi. Dəniz suyu təmiz olduğundan imkanı olanlar at ilə, imkansızlar isə çiyinlərində xalça, palaz aparıb indiki bulvarın qurtaracağı yerdə yuyurdular. Dağlı məhəlləsində qaz olmadığından qışda əhali odunla yanan peçlərdən və neftlə yanan pilətələrdən istifadə edirdi. Məhəllədə bir neçə yerdə neft satan dükanlar var idi. Küçədə odun satanların və sabun əvəzi gilabi gətirib satanların səsi gəlirdi. Dağlılardan qırçılığı özünə peşə edib, podrat üsulu ilə işləyənlər də var idi. Onlar briqada təşkil edib, idarələrlə müqavilə üzrə iş götürüb, fəhlələri nəqd pulla işlədirdilər. Bu xeyirxah zəhmət adamları, təkcə özlərini fikirləşməyib, bir çox ailə başçıları üçün iş yeri təşkil edirdilər. Bunlardan Şixi Şixiyev, Bibiqulu və Ramazan Nadirov qardaşları, Yusif Əsgərov, Əli Məmmədov, Şaban Cavadov, Ələkbər Məmmədov, Əşrəf Məmmədov və başqalarını göstərmək olar. Qadınlar evlərdə xalça, palaz, heybə, köynək, əlcək, corab toxuyurdular. Bunlardan bir hisəsini satıb çörək pulu əldə edirdilər. Qadınların yun ipdən toxuduğu corablarda həndəsi fiqurlar və təbiət lövhələri verilirdi. Bu corablar çox qəşəng və göz oxşadıcı idi. Buna “şax” corab deyilirdi. Evdə təndirdə dağlı çörəyi bişirib satanlar da var idi. XızıBərmək mahalında torpaqlardan düzgün istifadə edilməməsi və kommunaların yaradılması əməyə marağı zəiflətdi. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olurdu. Ölkədə qoyulmuş vahid, müstəqil kənd təsərrüfatı vergisi yoxsul kəndliləri daha da kasıblaşdırır, ortabab və varlı kəndlilərin isə varını əlindən alıb, onların kənddən qaçmasına səbəb olurdu. Kənd təsərrüfatının kollektivləşdi-rilməsi bolşevik təsərrüfat sisteminin təlabatından kənd təsərrüfatında mülkədarların və işbilən varlı kəndlilərin əmlakının müsadirə edilməsinə, belə ki, varlı kəndlilərin yoxsullaşdırılmasına səbəb olurdu. Azərbaycanda kolxoz quruculuğuna bilavasitə rəhbərlik etmək üçün xüsusi “Mərkəzi kolxoz idarəsi” aparatı yaradıldı. Bu aparatın Xızı-Bərmək mahalında fəaliyyətinin əsas metodu kəndlilərə hədə-
126
qorxu gəlməkdən ibarət idi. Taxıl tədarükündəki çətinliklər zamanı Xızı-Bərmək dağlılarına qarşı zorakılıq tətbiq edilirdi, varlı kəndlilərlə mübarizə kəskinləşirdi. Bu da öz növbəsində varlı təsərrüfatların azalmasına səbəb olurdu. Yerlərdə şərait nəzərə alınmırdı. Xızı-Bərmək dağlılarının kollektiv təsərrüfat haqqında təsəvvürü çox bəsit idi. Zorakılıq yolu ilə kolxozçuların sayı artırdı. Mahalda kollektivləşdirməni sürətləndirmək prosesində ciddi əyintilərə yol verilmiş, qolçomaqların (bacarıqlı kəndlilərin) bir sinif kimi ləğv edilməsi prosesində kəndlilərin sıxışdırılması narazılıqlara və silahlı çıxışlara səbəb oldu. Kolxoz yaratmaq üçün hələ zəruri maddi-texniki və digər ilkin şərtlər yox idi. Sovet hakimiyyəti orqanları “varlı və bacarıqlı kəndliləri “qolçamaq” adlandırıb, onları həbs edirdilər. Kolxozları yaratmaq qrafik əsasında yuxarıdan müəyyənləşdirilirdi. Kəndlilərin marağını və milli ənənəsini nəzərə almırdı. Bu isə kəndli psixologiyasına zidd idi. Bu dövrdə Xızı-Bərmək mahalının kəndlərində kənd təsərrüfatında qorxutma və hədələmə metodu ilə xırda kəndli təsərrüfatlarının kooperativləşdirilməsi işi ləng həyata keçirilirdi. Ortabab kəndlilər öz hüquqlarının qorunması uğrunda mübarizəyə qalxırlar. Yerlərdə kolxoz təsərrüfatına rəhbərlik etmək üçün işə bələd olmayan adamlar cəlb olunmuşdu. Kəndlərdə məscidlərin dağıdılması və bağlanması, milli dini adət-ənənələrin qadağan edilməsi ilə əhali zorla sinfi mübarizəyə təhrik edilirdi. Bütün bunlar kəndliləri qəzəbləndirirdi. 1931-ci ildə Ağdərə kəndində zorla kollektivləşdirməyə qarşı etiraz və silahlı çıxış başlandı. Bu hərəkatda digər kəndlərin sakinləri də iştirak edirdilər. Üsyançıların sayı artırdı, yerli hökumət qaçaqların qarşısında aciz idi. Onlar köməyə Bakıdan qoşun dəstələri dəvət edirdilər. Bakıdan gəlmiş qoşunla yerli milis dəstələri ilə birgə qaçaqların başçıları həbs edilir, bir hissəsi isə qaçmaqla canlarını qurtardılar. Bu döyüşlərdə qaçaq Həsən Hacı Rüstəm oğlu, Hacı Həbib və başqaları fərqlənirdilər. Kəndin bir hissəsi ailəvi Azərbaycandan Sibirə sürgün edildi. Digər kəndlərdən də varlı kəndlilər və ruhani ailələri sinfi düşmən adı ilə sürgün edildilər.
127
Sonrakı illərdə də qaçaqçılıq hərəkatı davam etdi. Qaçaq Mehdibala Xızı meşələrində hökumətə qarşı mübarizəyə başladı. Rayon milis dəstələri tərəfindən ona dəfələrlə hücumlar olsa da bir nəticə verməmişdi. O, döyüşüb aradan çıxırdı. Hökumət gizli yolla onun məhvinə nail oldu. Xızıda yay günləri idi, onun cənazəsini öküz arabasında Qarban tərəfdən gətirdilər. Məscid dibində Xızılı qadınlardan bir neçəsi arabanı dövrəyə alıb, onun meyiti üstündə ağlayıb və oxşayırdılar. Orada olan milis nəfərləri kəndli paltarında dayanıb, qadınlara mane olmadılar. Onlar arabanı çəkib idarədəki həbsxanaya apardılar. Sonrakı illərdə də Xızı-Bərmək mahalında qaçaqlar meydana çıxdı. Qaçaq Qanı və İmambala milisə qarşı dəfələrlə döyüşmüşlər. Onlar da milis dəstələri tərəfindən tutulub məhv edildilər. Qaçaqların ailə üzvləri və yaxın qohumları Sibirə və Qazaxıstana sürgün edildilər. Qaçaqçılıq hərəkatı kolxoz quruculuğunu ləngitsə də onun qarşısını ala bilmədi. Respublikanın başqa yerlərində olduğu kimi, Xızı-Bərmək mahalında da kollektivləşdirmə zor yolu ilə başa çatdı. Kolxozlarda inzibati-bürokratik sistem daha qabarıq özünü göstərirdi. Kolxozlara texniki xidmət əsasən MTS-lər (maşın-traktor stansiyaları) vasitəsi ilə göstərilirdi. Xızı rayonunda da MTS yaradılmışdı. MTS kolxozların maddi-texniki bazasının yaranması və təsərrüfatlarda məhsuldarlığın artması sahəsində bir sıra əməli işlər görmüşdür. 1936-cı il avqustun 22-də güclü sel Xızı kəndlərindən Quleydarı, Dərəzaratı, Giləzini, Siyəzəni və digərlərini əhatə etmiş, bir çox kəndlərdə evləri uçurub, mal-qaranı və ev quşlarını aparmışdı. Əkin yerlərinə və bağlara xeyli ziyan dəymişdi. Əhalinin həyat şəraiti ağırlaşmışdı. Bu sel haqqında mahalda tanınmış müəllim və maliyyə işçisi Mahmud Hacızadə deyirdi ki, sel Dərəzarat kəndini ağuşuna alıb apardığı zaman qardaşlarım evdə idilər. Ata evimiz hündür yerdə və iki mərtəbəli olduğu üçün su evi nisbətən sonra əhatə etmişdir. Evdəkilər bir-biri ilə vidalaşıblar, su tədricən çəkilib və qardaşlarım selin dəhşətindən xilas olublar. Güclü sel Quleydar kəndindən Ələsgər Əbdülkərim oğlunu
128
aparmışdı. Bu dövrdə Xızı-Bərmək mahalında və respublikanın müxtəlif yerlərində dövlət aparatında və təsərrüfatın çox sahələrində rəhbər vəzifələr daşıyan bacarıqlı kadrlar fəaliyyət göstərmişlər. Rza Həsənov Almaniyada təhsil alıb, bacarıqlı neft mütəxəssisi kimi tanınmış və Azneftdə rəhbər vəzifələrdə işləmişdir. O, Siyəzən neftinin yaranmasında mühüm rol oynamışdır. Şirin Əmirov, Ramazan Cavadov, Əmrulla Səmədzadə, Ramazan Ağayev, Vəzirxan Adıgözəlov respublikanın bir sıra rayonlarının başçısı vəzifəsində işləmiş və dövrünün tanınmışları olmuşlar. Dağlı qızlarından ilk dəfə Hənifə xanımın məktəbində təhsil almış Sonaxanım Cabbarlı olmuşdur. Onun məktəbə getməsinin səbəbkarı Cəfər Cabbarlı olub. Sonaxanım uzun illər Cəfər Cabbarlı adına Respublika Dövlət Teatr Muzeyinin direktoru işləmişdir. Sonaxanım Cabbarlının yazdığı “Onu kim unudar” kitabı böyük dramaturqumuz Cəfər Cabbarlının yaşadığı dövrü təsvir edir. Bu kitab Cəfər Cabbarlının həyat və yaradıcılığını öyrənənlərə böyük töhfədir. Xızı-Bərmək mahalında xalçaçılıq sənəti yeni inkişaf mərhələsinə daxil oldu. Xızı xalçalarına və onları toxuyanlara yüksək qiymət verən sevimli şairimiz Mikayıl Müşfiq yazırdı: İşçi qız, toxuduğun o divar xalısında Heyran oldum ürəkdən işlədiyin sənətə, Bir gözəllik əsəri verdin bəşəriyyətə, Birsən sənət yolunda candan keçən ərlərlə, Meydana buraxdığın böylə şah əsərlərlə Ucaldırsan ölkənin şöhrətini, şanını. Sənət kooperasiyası sistemində xalçaçılıq artelinin yaranması üçün imkanlar açıldı. 1930-cu illərin ortalarında Giləzi kəndində Mirzəağa Bahadır bəy oğlu Ağayevin təşəbbüsü ilə xalça arteli təşkil olundu və onun nəzdində bədii şura yaradıldı. Bədii şura görkəmli xalça rəssamı Lətif Kərimovdan məsləhətlər alırdı. Bununla yüzlərlə evdar qadınlar işlə təmin olunmuş və Xızı-Bərmək xalçaları ölkədə daha da şöhrətlənmişdir. Azərbaycanda toxunan xalçalar xarici ölkələrdə yaxşı
129
qarşılanırdı. Mahalın Xızı, Siyəzən, Zarat, Xanagah, Giləzi, Sədan və başqa kəndlərində olan yaxşı xalça ustaları artelə cəlb olunmuşdular. Nəfis xalça toxuyan məşhur ustalardan Giləzidən Balaxanım Rzayeva, Leyla Abdullayeva,3 Qızılgül Novruzova, Nisə Baxşıyeva, Balabacı Atababayeva, Leyla Hüseynova, Ağcaqız Novruzova, Bağdagül Qasımova, Dərəzaratdan Bahar Hacızadə, Findiqandan Zeynəb Şeyx Ələkbər qızı və başqalarının işi rayonun “Qızıl Ulduz” qəzetində verilir və təriflənirdilər. Xızı-Bərmək mahalında toxunmuş xalçaların təsnifatı, onların bədii tərtibatı və toxunma texnikası başqa yerlərdə toxunmuş xalçalardan fərqlənirdi. Xızı-Bərmək qrupunda müəyyən üsulla toxunmuş “Siyəzən-Zarat”, “Xanagah-Giləzi”, “Xızı-Xələnc-Findiqan” xalçaları vardır (bu xalçalar toxunduğu yerin adı ilə adlanır). Demək olar ki, bu xalçalar bir qrupa, yəni Xızı qrupuna daxildir. Xalçaları toxuyan qadınların vurduğu naxışlar, xalçadakı rənglər və kompozisiya vəhdət təşkil edir, tamaşaçını özünə məftun edir. Bu xalçalar müxtəlif növlüdür. Namaz xalçaları kiçik olur, divara vurulma xalçaları və yerə döşəmə xalçaları iridir. Respublikadakı bədii sərgilərdə, Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisində, Paris və Nyu-Yorkda açılmış ümumdünya sərgilərində Xızı-Bərmək xalçaları nümayiş etdirilirdi. Xalçaların rəng tərtibatında günəş spektrinin bütün çalarlarından yüksək sənətkarlıqla istifadə olunur. Bu xalçalar Rusiya muzeylərində və Azərbaycan incəsənət muzeyi, Azərbaycan tarixi muzeyi, Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində saxlanılır. Respublikanın hər yerində olduğu kimi, Xızı-Bərmək mahalında da qadınları rəhbər işə irəli çəkirdilər. Xışqadardan Azərbaycan Ali Sovetinin deputatı Fatma Cəfərova rayon ictimai təminat şöbəsinə müdir vəzifəsinə irəli çəkildi.5 Bir çox yerlərdə kənd soveti sədri qadınlar oldular. Bu illərdə respublikada sosial-iqtisadi və siyasi tədbirlər ictimai həyatda mühüm dəyişikliklərlə nəticələndi. Ölkədə xüsusi mülkiyyət ləğv olundu. Bazar münasibətlərinə son qoyuldu. Sovetlərin fəaliyyəti çox zəiflədi, hakimiyyət kommunist partiyasının
130
əlində cəmləşdi. Hətta istintaq-məhkəmə işləri də partiyanın göstərişi ilə həyata keçirilirdi. Dövlət inzibati quruluşunda da dəyişikliklər edildi. Belə ki, Zaqafqaziya Federasiyası ləğv edildi. Yeni Azərbaycan Konstitutsiyasına əsasən respublika SSRİ-nin tərkibinə daxil oldu. Sovet dövləti qüvvətləndikcə ölkədə sinfi mübarizə daha da güclənir ideyası öz zərərli nəticəsini göstərdi. Ölkədə bacarıqlı adamlara qarşı represiyalar başlandı. 30-cu illərdə dövlət səviyyəsində azərbaycanlıları soy kökündən ayırmaq siyasəti yeritmişlər. Azərbaycan xalqının tarixini, onun dilini türklərlə bağlayan görkəmli şairimizə “pantürkist” adı verib cəzalandırmışlar. Millətin “Türk” adı doğum şəhadətnamələrindən, pasportlarından və şəxsiyyətlərini müəyyənləşdirən digər sənədlərdən silinmişdi. Şəxsiyyətə pərəstişin tuğyan etdiyi dövrdə Azərbaycanda həbslər başlandı. Respublikada “xalq düşməni” adı ilə minlərlə adam məhv edildi. Xızı-Bərmək mahalından Ələkbər və Ələşrəf qardaşları Musavat partiyasının fəal üzvləri kimi həbs edildilər. Siyasi məhkəmə proseslərinin faciəli nəticələri Xızı-Bərmək mahalını da bürüdü. Repressiyaya uğrayanların arasında türk dünyasının azadlıq carçısı şair Mikayıl Müşfiq də var idi. 1937-ci ilin iyun ayında Azərbaycan yazıçılar İttifaqının iclasında H.Cavid, H.Sanili və M.Müşfiq “Xalq düşməni” kimi ittifaqdan xaric edildilər.6 Mikayıl Müşfiqə qarşı həbsxanada cismani cəza tədbirləri tətbiq edirdilər. Vətəndaş şair Mikayıl Müşfiq “Pantürkizm” adı ilə ittiham edilib. Uzun illər M.Müşfiq adının çəkilməsi yasaq edilirdi. Onun adı orta məktəb dərsliklərindən silinmişdi. Onun şerlərinin oxunması ali məktəb tələbələrinə qadağan edilmişdi. Türkün özünə, soyuna qayıtmasından qorxanlar M.Müşfiqin əsərlərini kitabxanalardan və evlərdən yığdılar. Onun bir çox qiymətli şerləri hələ də işıq üzü görməmişdir. M.Müşfiq erməni müstəntiqinin tərtib etdiyi saxta ittiham sənədinə əsasən 1938-ci il yanvarın 6-da Qum adasında güllələnib. 30 yaşında həyatdan məhrum edilən Mikayıl Müşfiqin şerləri ölkəmizdə sevilərək oxunur. Dil-ədəbiyyat müəllimi Balacaxanım İsmayılzadə qardaşı Mikayıl Müşfiqə qarşı haqsızlıq edilməsinə
131
etiraz etdiyindən həbs edilib, Sibirə göndərilmişdi. Təhlükəsizlik komitəsində Balacaxanım müəlliməni dindirən erməni müstəntiq deyir ki, sən türk dilini tərifləyirsən. Balacaxanım cavabında deyir ki, mən türk dilini nəinki tərifləyirəm, onu şagirdlərə dərindən öyrədirəm. Türk dili ana dilimdir və mən türk dili müəllimiyəm. Qoy, məni azərbaycanlı müstəntiq dindirsin sən yox. Bura Azərbaycandır. Görkəmli neftçi sosial-demokrat Rza Həsənov bacısı oğlu Mikayıl Müşfiqin günahsız olduğunu söylədiyinə görə həbs edilib, Sibirə, həbs düşərgəsinə göndərilib. O, Sibir düşərgəsində məhv olmuşdur. Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanım Axundzadəni həbs etmişlər. Xızı-Bərmək mahalı qəzetinin redaktoru görkəmli jurnalist Əliabbas Rzayev (Baybəyim) siyasi məhkəmə proseslərini pislədiyinə görə həbs olunub, məhv edilmişdir. Sosial-demokrat hərəkatının görkəmli nümayəndələri Əlihüseyn Dağlı, Allahqulu və Paşa Mehdiyev qardaşları da həbs olunmuşlar. Ədəbiyyat müəllimi Tağı və başqaları həbs ediliblər. 1937-38-ci illərdə Azərbaycanda 40 minə qədər adam saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilmişdi. 1930-40-cı illərdə və 50-ci illərin əvvəllərində 70 mindən çox adam cəza tədbirlərinin qurbanı olmuşdu ki, onun 29 mini ziyalı idi.7 Sonralar Əlihüseyn Dağlı və Allahqulu Mehdiyev 20 illik həbsdən sonra Azərbaycana gəlib, xalq təsərrüfatının müxtəlif sahələrində işləmişlər. Hörmətli müəllim Qulam Qulamov yalan ittihamlara məruz qalıb, məhv edilmişdir. Bunlarla yanaşı, sıravi vətəndaşlar da represiyalara məruz qalmışlır. Bunlardan Ağopba Bəşirli, Əkbər Zeynalov, Hümmət Qasımov, Əbülfəz Hacı Yəhyə oğlu, Həbib Hacı Zərbəli oğlu, Xəlilulla Məşədi Satin oğlu, MəşədVəli Vəli oğlu, Hacı Əşrəf və başqaları represiyanın qurbanı oldular. Ruhanilərdən Axund Əlibəndə, Axund Hacı Rza və başqaları təqib edilib, cəzalandırıldılar. Xızı-Bərmək rayonunun fəallarından Mirzəağa Ağayev, Vəzirxan Adıgözəlov, Əlican Novruzov təəssübkeşlikdən rayon prokroru və məhkəməsinin ləyaqətsiz hərəkətlərini onlara irad
132
tutduqlarına görə həbs edildilər. Təsadüfi hadisə onları bu repressiyadan xilas etdi. Əslən Xızının bəylik nəslindən olan, Ali məhkəmə orqanlarında rəhbər vəzifə daşıyan Qubada boya-başa çatmış Əliabbas Məmmədbəyov onlara kömək etmiş, günahsız olduqlarını sübut etmişdir. 1939-cu ilin 12 iyunundakı iclasında Qasımkənd kolxozundan Molla Ramazan Nəsir oğlu çıxarılıb kənddən sürgün edildi.8 Bu repressiyalar sonrakı illərdə də müxtəlif formalarda davam edirdi. Sovet imperiyasının Azərbaycanda ağır siyasi repressiyalarının ifaçıları əsasən ermənilər idilər. Beriya və Mikoyanın gizli və açıq sifarişləri ilə daşnak Markaryan, Qriqoryan, Akopov, Asatirov və başqaları minlərlə Azərbaycan ziyalılarını və təcrübəli fəhlələrini məhv etmişlər. Belə ki, ölkədə təkpartiyalı totalitar rejim quruldu. Ali hakimiyyət orqanı olan Sovetlərin nüfuzu itdi. Vətəndaşların “Sovet xalqı” adı altında dövlətin tələblərini gerçəkliyə çevirən kütləyə çevrilməsi baş verdi. Ölkədə “mədəni inqilab”ın nəticəsində “formaca milli, məzmunca sosialist” mədəniyyəti yarandı. Məscidlərin kütləvi bağlanılması, ruhanilərin məhv edilməsi, Mübariz Allahsızlar İttifaqının yaradılması, ərəb əlifbasındakı kitabların və əl yazmalarının məhv edilməsi başlandı. Respublikada kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə suvarma işləri günün mühüm probleminə çevrildi. Quba kolxozçularının təşəbbüsü ilə 1939-cu ilin avqustunda Dəvəçi-Samur kanalının çəkilişinə Xızı, Xaçmaz, Qonaqkənd, Dəvəçi rayonlarının kolxozçuları da qoşuldular. Kanalın çəkilməsi işini adı çəkilən rayonlar öz hesablarına görürdülər. Kolxozçular çadırlarda yaşayırdılar. Kanal əl ilə qazıldığından çox zəhmət tələb edirdi. Kolxozçuların yemək və məişət şəraiti yaxşı deyildi. Samur-Dəvəçi kanalının birinci hissəsinin çəkilişində 30 mindən çox kəndli çalışırdı. Xızı-Bərmək kolxozçuları Gil-Gilçaydan Qızıl-buruna qədərki yeri qazımalı idilər. Bu sahədə hər gün 250 nəfərdən çox kolxozçu çalışırdı. Bura 6-cı sahənin 4-cü tikintisi adlanırdı. Tikintidə yaxşı iştirak edənlərdən Tıxlıdan kolxoz sədri Fətulla Əliyev, Qızıl Qəzmədən kolxozçu Xudabaxış Məmmədov “Əməkdə
133
fərqlənmə medalı” ilə təltif olundular.9 Tikintidə rayonların özfəaliyyət dəstələri konsertlər verirdilər. Xızı-Bərmək mahalından balabançılar dəstəsi və Aşıq Ocaqqulunun iştirakı ilə vaxtaşırı tamaşalar verilirdi. Tikintiyə Özbəkistandan Fərqana kanalının çəkilməsində işləyənlər köməyə gəlmişdilər. Kanal 6 ay ərzində çəkildi. 1940-cı il aprelin 28-də kanalın 107 km uzunluğunda olan birinci hissəsi istifadəyə verildi.10 Bununla Xızı-Bərmək kolxozçuları 67 min hektar yer suvarmışdılar.11 1940-cı ildə Qızılburun qəsəbəsində Siyəzən rayon mərkəzi təşkil edildi. Xızı rayonuna tabe olan kəndlərin bir hissəsi Siyəzən rayonunun tabeliyinə verildi. Beləliklə, Xızı-Bərmək mahalında iki rayon, yəni Xızı və Siyəzən rayonları təşkil edilmişdir. Bu da ətraf kəndlərin rayon mərkəzilə əlaqəsini asanlaşdırdı. 1940-cı ildə kolxozlarda əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, yığım vaxtı itgiyə yol verilməsi, dənli bitkilərin məhsuldarlığı hər hektardan orta hesabla 6-7 sentner idi. Taxıl əhalinin tələbatını ödəmirdi və maldarlığın inkişafını ləngidirdi. Kolxozların çoxunun heyvandarlıq ferması yox idi. Azərbaycanın əsas təsərrüfat sahəsi olan neft sənayesinin vəziyyəti çox ağır idi. Bakı ətrafında əksəriyyəti sınıq-salxaq olan minlərlə neft buruğu, boşuna axıdılmış neftin yaratdığı iri gölməçələr acınacaqlı mənzərə yaratmışdı. Bakı nefti sovet ölkəsinin əsas xammal mənbəyinə çevrilmişdi. Almaniyada təhsil almış mühəndislərdən Rza Həsənov və Səməndər Axundov neft sənayesinin inkişafında çox iş görmüşlər. Mühəndis Rza Həsənov Binəqədi neftinin bərpa və inkişafında xüsusi rol oynamış və Azneftdə rəhbər vəzifələr daşıyarkən yeni neft yataqlarının aşkara çıxarılmasında yaxından iştirak etmişdir. Mühəndis Səməndər Axundov 1930-cu ildə neft sənayesi institutunun təşkilində geniş fəaliyyət göstərmiş və orada yeni kadrların yetişməsində fəal iştirak etmişdir. O, respublikada tanınmış müəllimlərdəndir. Azərbaycan neft sənayesinin inkişafında Siyəzən
134
neftçiləri də öz sözünü demişlər. Bacarıqlı mühəndis Rza Həsənovun köməyi ilə Siyəzənneftin geoloci axtarış işlərinə 1928-ci ildə başlanılmışdır. 1938-ci ildə Siyəzən-Nardaran sahəsində qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmışdır. 1939-cu ildə geniş kəşfiyyat işləri aparmaq və neft istehsalını artırmaq məqsədilə Siyəzən neft tresti təşkil olundu. 1940-cı ildə Siyəzən neftçiləri Sədan yataqlarını aşkar edib, onlardan qara qızılın çıxarılmasına nail oldular. Siyəzən neftinin sürətlə inkişafı nəticəsində respublikanın iqtisadi potensialında bu rayonun rolu daha da yüksəldi. Əhali üçün yeni iş yerləri açılırdı və bu da onların rifahının yaxşılaşması üçün imkanlar açırdı. 1930-cu illərdə Azərbaycan neft-kimya institutunu fərqlənmə diplomu ilə bitirmiş Əbdül Hacızadə Siyəzəndə ilk kəşfiyyat neft quyularının qazılmasına rəhbərlik etmişdir. Sovet hakimiyyəti dövründə bir sıra nöqsanlarla yanaşı, maarif, səhiyyə, elm və mədəniyyət, sahəsində də mühüm nailiyyətlər qazanılmışdı. Çar Rusiyasının müstəmləkəçilik siyasəti əhalinin savadlanmasına mane olurdu. Qabaqcıl Azərbaycan ziyalılarının təşəbbüsü ilə əhalinin savadsızlığını ləğv etmək üçün savad kursları və məktəblər açıldı. Çox vaxt bu mühüm işi şüarçılığa çevirib kompaniya şəklində aparırdılar, “mədəni yürüşlər” təşkil edirdilər. Buna baxmayaraq, Xızı-Bərmək mahalında xeyli işlər görüldü. 1920-ci ildə Bahadır bəy Ağakişi bəy oğlunun evi məktəb binasına çevrilir. Xızı əhalisinin toplayıb yığdığı pulla 1924-cü ildə yeni məktəb binası tikilib istifadəyə verildi. Xızı məktəbində dərs deyən müəllimlərdən Molla Ələşrəf, Molla Harun, Əlabbas Rzayi, Nəmətulla Abdullayev, qadınlardan Lətifə xanım və başqaları xeyli əmək sərf etmişlər. Bakıda Mikayıl Müşfiq, Müşfiqin bacısı Balacaxanım yaxşı müəllimlərdən sayılırdılar. Mikayıl Müşfiq müəllim adına ləyaqətlə hörmət edərək şerində “Ey adı göylərdən uca müəllim” - deyirdi. Onun dərs dediyi indiki Yasamal rayonundakı 18 saylı məktəb Mikayıl Müşfiqin adını daşıyır. Respublikada olduğu kimi mahalda da məktəblərin strukturu belə idi: ibtidai (1-4-cü siniflər), natamam-orta (5-7-ci siniflər) və
135
orta (8-10-cu siniflər). Qızların məktəbə cəlb edilməsinə xüsusi fikir verilirdi. Müəllimlər bu məsələdə bəzi hallarda çətinliyə rast gəlirdilər. Məktəb direktorlarının hüquqları genişləndirildi və onlara səlahiyyətlər verildi. Məktəblərdə qayda-qanun möhkəm-ləndi. Dərslər fənn proqramları üzrə tədris edilirdi. Şagirdlərin biliyinin düzgün qiymətləndirilməsinə də xüsusi fikir verilirdi. Bütün bunları həyata keçirən qabaqcıl müəllimlər böyük əmək sərf etmişlər. 1939-cu ildə mahalda 3 orta məktəb, 9 natamam-orta məktəb və hər kənddə ibtidai məktəb var idi. Dağlıların tanınmış müəllimlərindən Əli Məcidzadə, Nurməmməd Əhmədov, Qasım Qasımov, Hümmət İbrahimov, İmaməli Muğbilov, Mirdamət Həsənov, Əbdülhüseyn Hüseynov, Mirabtalıb Əzizov, Hacı Məmmədov, İbrahim Hilali, Əlixan Abasov, Nəbi Qurbanov, Qeybula Cavadov, Yusif Eyvazov, Tacir İsgəndərov, Nəsir Abdullayev, Qulam Dadaşzadə, Ağacan Novruzov, Əmraslan Vəliyev, Qulam Qulamov, İbad Qasımov, Möhsüm Cavadov, Mahmud Hacızadə və başqaları savadsızlığın ləğv edilməsi, ibtidai icbari təhsilin həyata keçirilməsi sahəsində xüsusilə fərqlənmişlər. Hökumət kəndlərdə məktəb binalarının tikilməsinə və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqəti artırdı. Sovet hökuməti bəylərin, varlıların övladlarını 5-ci sinifdən oxumağa qoymurdu. Onlar da Bakıya gəlib özlərini kasıb kəndli ailəsi kimi yazdırmaqla məktəblərdə təhsillərini davam etdirirdilər. Bolşeviklərin şagirdlərə sinfi münasibəti təhsil sisteminə zərər vurdu. Belə ki, istedadlı şagirdlər təhsildən uzaqlaşdırıldı. 1936-cı ildən bu qayda ləğv olundu. Səkkiz yaşından uşaqlar məktəbə cəlb edilir. Kəndli gənclər məktəbləri, yaşlılar üçün təhsil kursları şəbəkəsi inkişaf edirdi. XızıBərmək mahalında 4 orta məktəb, 15 natamam-orta məktəb, 43 ibtidai - cəmi 62 məktəb var idi. Bununla yanaşı, 7 mərkəzi klub, 4 kitabxana, 11 qiraətxana, körpələr evi, 19 məktəb kitabxanası və 7 mədəniyyət sarayı var idi. 4771 nəfər yaşlı əhali savad kurslarında təhsil alırdı.12 1939-cu il iyulun 11-də Azərbaycanda latın əlifbasından kiril
136
əlifbasına keçmək haqqında qərar qəbul edildi. Bu qərarın həyata keçirilməsi səhv addım olub azsavadlılığın ləğv edilməsinə əngəl idi. Respublikanın ali məktəblərində yüksək mütəxəssis kadrların hazırlanmasında dağlı alim-pedaqoqların da xidməti olmuşdur. Bunlardan Mirəsədulla Mirqasımov, Məmməd Arif Dadaşzadə, Zəki Axundov, Mahmud Mahmudov, Hənif Qasımov və başqalarının şərəfli əməyi öz bəhrəsini vermişdir. Mahalda səhiyyə sahəsində də müsbət addımlar atılmışdı. İlk vaxtlarda səhiyyə işlərinin zəifliyindən əhali arasında xəstəliklər çox idi. Bakıdan həkimlər və tibb işçilərinin göndərilməsi bir sıra xəstəliklərin qarşısını almaqda ilk addımlar oldu. Böyük kəndlərdə xəstəxanalar, kiçik kəndlərdə isə həkim məntəqələri təşkil edildi. Tibb institutunu bitirən yerli həkim kadrların sayəsində səhiyyə işlərinin təşkilində və xəstəliklərin qarşısının alınmasında görülən işlər bir qədər sürətləndi. Həkimlərdən Hüseyn Abdullayev, Ağarəhim Dadaşzadə, Sədulla Abdullayev, Dadaş Ağayev, qadın həkimlərdən Zəhrəxanım Məmmədova, Kürsümxanım Həsənova, İzzətxanım Sadıqova, Hürnisə xanım Abdullayeva, Ziba xanım Eyvazova, Məryəm xanım və başqaları insan sağlamlığının keşiyində şərəflə durmuşdular. Dağlı gənclər arasında görkəmli mühəndislərin, aqranomların və xalq təsərrüfatının digər sahələrində bacarıqlı mütəxəssislərin sayı artırdı. Tanınmış mühəndislərdən Musa Eyvazov, Mirzə İsmayılzadə, Əjdər Abdullayev, Əbdül Hacızadə, Ağasaleh Mehdiyev və başqaları şərəfli əməkləri ilə hörmət qazanmışdılar. Mədəniyyət sahəsində də kadrlar yetişmişdi. Teatrın böyük mədəni və tərbiyəvi əhəmiyyətini nəzərə alan və ömrünü bu işə sərf edən əməkdar artist Şirzad Hüseynov “Leyli-Məcnun” operasında Məcnun rolunun gözəl ifaçısı idi. Onun görüşünə rayonlardan tamaşaçılar gəlirdi. Şirzad Hüseynov Məcnun surətinin ən gözəl ifaçısı kimi bu günə qədər xatirələrdə yaşayır. Çalğı alətləri arasında ney, balaban, tar, kamança, qarmon, saz ən qədim dövrlərdən xalq tərəfindən istifadə edilmiş, bu alətlərin ifaçıları isə el arasında hörmətli şəxslər olmuşlar. Qarmon çalan Ələkbər Nəzərlinin ifaçılığını görən tamaşaçılar
137
onun ustalığına heyran olub, onu xoş təəssüratla xatırlayırlar. Qarmon çalan Məmmədhüseyn Əbdülsəlimov Ələkbərin peşəsini bacarıqla davam etdirirdi. Qarmonçu Məmmədhüseynin ifa etdiyi oyun havaları dinləyicilərə nikbinlik, inam aşılayırdı. Balaban çalan Mehdi Nəzərli yaxşı ifaçılığı ilə respublikada tanınırdı. O, ney, klarnet, balaban, saz alətlərindən məharətlə istifadə edirdi. Mehdi Nəzərli 1939-cu ildə Koroğlu operasında Cəngi havasını balabanda məharətlə ifa etdiyinə görə dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun çox xoşuna gəlmiş və Üzeyir bəy Mehdiyə təşəkkürünü bildirmişdir. Hitler Almaniyası 1939-cu ildə Sovet İttifaqı ilə 10 il müddətinə hücum etməmək, sonra isə dostluq və əməkdaşlıq haqqında müqavilələr imzaladı. Hitler imzalanmış müqaviləni pozaraq 1941-ci il iyunun 22-də Sovet İttifaqına hücum etdi. Hitler bu müharibəni dünyanı bolşevizm taunundan xilas etmək kimi qiymətləndirirdi. İ.Stalin isə onu “Böyük Vətən Müharibəsi” adlandırırdı. Faşizmə qarşı müharibəyə Sovet imperiyasının müstəmləkəsi olan Azərbaycanın bütün xalq təsərrüfatı, insan ehtiyatları səfərbər edilmişdi. Azərbaycanın yeraltı sərvətləri də müharibəyə faşist Almaniyasının darmadağın edilməsinə yönəldilmişdi. Müharibənin ağır və çətin illərində Xızı-Bərmək dağlıları səfərbərliyə alındı. 18 yaşından 50 yaşına kimi bütün sağlam kişilər orduya səfərbər edilmişdi. Xızı-Bərmək dağlılarının gəncləri respublikada yaranmış xalq qoşunu dəstələrinə, qırıcı batalyona və özünü müdafiə dəstələrinə cəlb olunmuşlar. Dağlı məhəlləsində hər həyətdə müdafiə məqsədilə səngərlər qazılmışdı. Əhalinin ərzaq və sənaye məhsulları ilə fasiləsiz təmin edilməsi məqsədilə kartoçka sisteminə keçildi. Gündə uşaqlara və evdar qadınlara 400 qr., qulluqçulara 600 qr., fəhlələrə isə 800 qr. çörək verilirdi. Talonla gündə bir dəfə tələbələrə isti xörək verilirdi. Məktəblərin əksəriyyəti hərbi xəstəxanaya çevrilmişdi. O cümlədən, 161 saylı məktəb hərbi xəstəxana idi. Burada yaralılar müalicə olunub, yenidən cəbhəyə göndərilirdi. Əmək məhsuldarlığının yüksəlməsində fəhlələrin əmək qəhrəmanlığı böyük rol oynadı. Qabaqcıl iş metodlarının tətbiq
138
edilməsi, çoxlu səmərələşdirmə təkliflərinin həyata keçirilməsi neft sənayesində məhsuldarlığın xeyli artmasına və maya dəyərinin azalmasına səbəb oldu. Müharibənin məhrumiyyətinə sinə gərən Siyəzən neftçiləri Condağa-Zarat neft yataqlarından xeyli neft əldə etdilər. Azərbaycan Sovet respublikası ölkəyə 1941-1945-ci illərdə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdir. Burada Siyəzən neftçilərinin də payı təqdirəlayiqdir. Müharibə illərində Sovet hərbi texnikasını hərəkətə gətirən Azərbaycan nefti idi. Müharibə illərində Siyəzən neftçiləri neft hasilatını daha da artırıb, ön cəbhəni müntəzəm olaraq yanacaqla təmin etmişlər. Siyəzən nefti Bakı neftinə qatılaraq Xəzər dənizi və Volqa çayı ilə Rusiyaya göndərilirdi. Cəbhənin canlı qüvvə ilə, ərzaqla, hərbi sursatla və başlıca olaraq neft və benzinlə təchiz edilməsi işində Azərbaycan dəmiryolçuları rəşadətli əmək nümunələri göstərmişlər. Bu işdə Biləcəri deposunun maşinisti Dadaşbəy Xəlilov və Paşa Xəlilov ağır yüklü qatarları (çox vaqonlu) uzaq məsafələrlə sürətlə mənzilə yetirirdilər. Onlar dövlət ordenləri ilə təltif edilmişlər. Müharibə respublikanın kənd təsərrüfatını ölgün vəziyyətə saldı. Xızı-Bərmək mahalında kolxozlar xırda olduğundan, kişilərin orduya getməsi, kadrların çatmamazlığı və əhalinin dağ kəndlərindən köçməsi istehsalatda qadın əməyinin xüsusi çəkisini fasiləsiz artırdı. Qadınlar günçıxandan günbatana qədər işləyirdilər. Təkcə Qarabulaq sovetliyində 200-ə qədər qadın kolxozda ən ağır işlərdə çalışırdılar.13 Müəyyən üzürlü səbəblər üzündən arxa cəbhədə saxlanılanlar var qüvvələri ilə çalışırdılar. Bunlardan Xızıda Nəcəf Rzayev, Məmmədəli Hüseynov, Allahqulu Nuriyev, Gilənavadə Kərbəlayi Heybətqulu, Qasımkənddə Mütəllib Manafov, Zöhrabkənddə Paşa İbrahimov və Mirbala İbrahimov, Zaratda Osman Məmmədov, Ağdərədə Abgül Əliyev və İsa Musayev, Dabağunda Zərbəli Cavadov, Gərmiyanda Sultan Muradov, Tıxlıda İslam Xəlilov və Fətulla Əliyev, Xələncdə İlyas İlyasov, Şurulla Verdiyev, Beytulla İlyasov, Şurabadda Əlibala Zeynalov və Həsənbala Zeynalov, kiçik Əngəlanda Hüseynbala Ağayev, Keşdə Canbala Əmirov, Giləzidə
139
Gülbala Abdullayev, Xanbaba Zeynalov, Cahanbaxış Baxşıyev və başqalarını göstərmək olar. Adları yuxarıda göstərdiyimiz şəxslər əmək haqlarından milyon manatları hərbi istiqraza yazılmış və nəqd pulla dövlətə vermişlər. Bu şəxslərdən bəziləri rayonda rəhbər vəzifələrdə çalışmışlar. 1943-cü ildə Xızı-Bərmək mahalında böyük sürüşmələr olmuşdur. Bu sürüşməni tədqiq edən Mirəli Qaşqay yazırdı ki, bu zaman uzunluğu 3 km., eni 1 km. olan dağ Yuxarı Findiqan kəndinə gündə 10 m.-lik sürətlə sürüşmüşdür. Hətta bağça öz yerini 100 m. dəyişmiş, ağaclar isə yan tərəfə əyilmişdi. Belə ağaclar ədəbiyyatda “Sərxoş meşə” adlanır. Bu əhalinin vəziyyətini daha da ağırlaşdırdı.14 Rus-Alman müharibəsi illərində dövlət büdcəsinin xeyli kəsirli olması, dövlətin xərclərinin gəlirindən dəfələrlə çox olması maarif işlərini xeyli zəiflətdi. Müəllimlərin bir hissəsinin müharibəyə getməsi nəticəsində dərslər boş keçirdi. Bu dövrdə yeni kadrlar müəllimlik kimi çətin və şərəfli işə gəldilər. Müəllimlərdən Mikayıl Cəbiyev, Abtalıb Dadaşov, Qəribağa Şahbazov, Binədər Rüstəmov, Heydər Rüstəmov, Canmirzə Yəhyəyev, Baxşalı Hüseynov və başqaları yorulmadan əmək sərf etmələrilə fərqlənirdilər. Azərbaycanlılar digər xalqlarla birlikdə öz ölkəsindən uzaqlarda igidliklə vuruşurdular. Onlar əsasən 77-ci, 223-cü, 402-ci və 416-cı Azərbaycan diviziyalarında Hitler faşizminə qarşı rəşadətlə döyüşürdülər. Elə bir döyüş yeri yox idi ki, Xızı-Bərmək dağlıları orada igidliklə vuruşmamış olsunlar. Müharibəyə cəlb edilən 600 min nəfərdən çox azərbaycanlıdan yarıdan çoxu həlak oluşdur. Döyüşlərdə vuruşanlardan polkovnik Rizvan Zeynalovun igidliyini hökumət yüksək qiymətləndirib, onu ordenlərlə təltif etmişdi. Döyüş əməliyyatlarına Moskvadan başlamış və Berlinə qədər rəşadətli döyüş yolu keçən polkovnik Cəbrayıl Əhmədov qəhrəmanlıq nümunələri göstərmişdir. Kapitan Ağacan Novruzov hələ müharibədən əvvəl ordu sıralarına cəlb edilmiş, yaxşı hərbi təlim görmüş zabit idi. O, Moskva və Leninqrad uğrundakı döyüşlərdə fərqləndiyinə görə ordenlərlə təltif edilmişdir. Döyüşlərdə igidliklə fərqlənənlərdən Ədalət Mehdiyev, Ağakərim Kərimov, Muğbil Muğbilov, Məmmədrəsul Kazımov,
140
Dilavər Rzayev, Hüseyn Abdullayev, Hüseynqulu Zeynalov, Yusif Yusifov, Hacıağa Ağayev, Mahmud Hacızadə, Hacı Məmmədov və başqaları orden və medallarla təltif olunmuşlar. Mahmud Hacızadə müharibəyə dair xatirəsində deyirdi: “Məktəb direktoru işlədiyim Dərəzarat kəndindən ordu sıralarına getdim. Mazdok və Qroznı şəhərləri uğrunda döyüşmüşəm. 20 yanvar 1945-ci ildə Varşavanı azad etdik. Həmin ilin fevralında Berlinin 60 km.-liyində döyüşdə yaralandım. Oktyabr ayında ordudan tərxis olundum”. Xızı-Bərmək dağlılarından döyüşlərdə igidliklə vuruşaraq həlak olanlar da az deyildir. Elə ailələr vardı ki, 2-3 nəfəri müharibədə həlak olmuşdur. Mahalda hörmətlə xatırlanan Ramazan Ağayev və oğlu Sultan Ağayev, Şahbaz və Məmmədhüseyn Şahbazov qardaşları, Əlişan, Xələf və Saməddin Cavadov qardaşları, Ağaddaş və Sadıq Cavadov qardaşları, Hacıbala və Rəsul Məmmədov qardaşları, Əbdülhüseyin Yusifov, Mirabtalıb Əzizov, İmanqulu Zeynalov, Xəlilulla Manafov, Mehbalı Zeynalov, Tacir İsgəndərov, Əlixan Abbasov, Salman və Rəhman Rzayev qardaşları, Xudkar Kərimov, Şahverdi Haqverdiyev, Əbülfəz Almasov, Məhərrəm Nuriyev, İmaməli Muqbilov, Əbdül Hacızadə, Müslüm Xalıqov, Ağabala Xalıqov və başqalarını göstərmək olar. Bu igidlərdən bəziləri itgin düşmüşlər. Onların qohum və qardaşlarının gözləri yoldadır. Əhali cəbhəyə isti paltar və sovqat göndərirdi. Qadınlar bu işdə öndə gedirdilər. 1941-ci ildə 5 mindən çox, 1942-ci ildə yeni il münasibəti ilə 10 minə qədər döyüşçü üçün yun əlcək, corab, yun köynək, şərf və başqa sovqatlardan ibarət bağlamalar göndərilmişdi.15 Əhali arasında ordunun hərbi sursatla təìèí îëóíìàñû ö÷öí ïóë òîïëàíûëìàñû èøè ýåíèøëÿíäè. Kolxozçu qadınlar və yeniyetmələr Giləzi düzündə çadırlarda yaşayıb, Sumqayıtla Yaşma arasındakı düzənlikdə səngərlər qazıyırdılar. Qafqaza soxulmuş faşistləri Abşerona buraxmamaq üçün gecə-gündüz çalışırdılar. Onlar az vaxt ərzində bu yerləri keçilməz istehkama çevirdilər. Xızı-Bərmək dağlıları məşəqqətli çətinliklərə sinə gərib, faşizm üzərində qələbəni alnıaçıq və fərəhlə qarşıladılar. Bu böyük
141
işdə onların da payı vardır. O müdhiş müharibə illərində Xızı-Bərmək mahalının dəmir yolu kənarında olan kəndlərindən Giləzi, Stalçay, Yaşma, Nasoslu, Zarat, Qara Siyəzən, Qızılburun və Gil-Gilçay əhalisi cəbhəyə gedən yardımları yollamaqda kömək edirlər və əsgərləri yola salırdılar. Bu işdə dəmiryolçuların əməyi təqdirəlayiq idi. Müharibə illərinin ağırlığını Giləzi stansiyasında yaşamış Cabir Novruz “Gecə qatarlar keçir” şerində yazır: Gecə qatar keçir On il əvvəlki kimi. Min xatirə pıçıldar Ürəyimin hər simi. Dönəndə hərbin üzü Onların nə gündüzü, Nə bir gecəsi vardı. Onların da o illər Qəzəbli səsi vardı. Onlar əsgər aparır, Əsgər yola salırdı... Tüfəng dolu qatarlar, Silah dolu qatarlar... Neçəsini o illər Sınıq-salxaq görmüşəm. §2. Xızı-Bərmək mahalı müharibədən sonrakı illərdə Azərbaycan xalqının fəal iştirakı ilə müharibə qələbə ilə başa çatdıqdan sonra xalq təsərrüfatının bərpasına başlanıldı. Müharibənin ağır nəticələri respublikada özünü göstərirdi. Neft sənayesində, o cümlədən təzə axtarışlara başlamış Siyəzəndə də mütəxəssislər çatışmır və qazma işləri demək olar ki, dayanmışdı. Müharibədən sonrakı illərdə yeni təşkil olunmuş Siyəzən neftçiləri daha səmərəli çalışıb, neft yataqları kəşf edib, ölkəyə xeyli neft vermişlər. Neft mədənlərində və digər müəssisələrdə 8 saatlıq iş günü tətbiq edildi, işdən sonra saxlanılıb icbari iş üsulu və bazar günləri işləmək aradan götürüldü, zəhmətkeşlərə verilən
142
məzuniyyətlər yenidən bərpa olundu və ona görə əmək haqqı ödənildi. Siyəzən neftçiləri 1954-cü ildə Əlixanlı, 1958-ci ildə Şərqi Zəyəm neft yataqlarını istifadəyə vermişdi. Siyəzən rayonunda məhsuldar qüvvələrin inkişafı onu gənc sənaye mərkəzinə çevirdi. Bütün bu nailiyyətlərlə yanaşı neft sənayesinin inkişafında çətinliklər və nöqsanlar da var idi. Belə ki, neft sənayesində rəhbərlik həddən çox mərkəzləşmişdi, qabaqcıl fəhlələri həvəsləndirmə zəif idi, real imkanlardan səmərəli istifadə edilmirdi. Texniki tərəqqidən zəif istifadə edilirdi. Bütün bu çatışmamazlıqlar Siyəzən neftçilərinin işində əngəl idi. Belə bir çətin şəraitdə Siyəzən neftçiləri xeyli iş görmüşlər. Belə ki, bir operator eyni vaxtda bir neçə quyuya xidmət edirdi. Qazma briqadası bir neçə peşəyə yiyələnirdi və mütərəqqi iş üsullarını istehsalata tətbiq edirdi. Neftçıxarma briqadaları kompleks təsərrüfat hesabına keçirdilər. Quyuların təmir arası müddəti uzadılırdı. Bütün bunlar isə Siyəzənneftin inkişafı üçün möhkəm baza yaratmışdı. 1962-ci ildə Zəylik-Ziyvə neft yataqlarını kəşf edib, bunlardan çoxlu neft məhsulu əldə etmişlər. Siyəzənneft trestində üç neft çıxarma (mədəni) sexi, elmi tədqiqat istehsal sexi, tikinti quraşdırma idarəsi vardı.1 Siyəzən şəhərində qaz emalı və asfalt zavodu istifadəyə verilmişdi. 1940-1958-ci illərdə Qızılburun qəsəbəsində Siyəzən rayon mərkəzi təşkil olunmuş, sonra isə Siyəzən şəhərə çevrilmişdir. 1959-cu il dekabrın 4-də Siyəzən rayonu ləğv edilib, ərazi Dəvəçi rayonu ilə birləşdirildi. Bu qərar hökumətin dağlılara qarşı növbəti mənfi niyyətindən doğmuşdu. Kəndlərdə əhalinin vəziyyəti daha da ağırlaşdı, dağ kəndlərindən Bakıya, Sumqayıta və digər yerlərə axın kütləvi hal aldı. Beləliklə, bir çox kəndlər sıradan çıxdı. Siyəzənneftdə ilk dəfə turbin və elektrobur vasitəsilə quyuların qazılması tətbiq edilməyə başladı və maili quyu qazıldı. Bununla da neftin həcmi artdı. Siyəzənneft mədənlərində iş yaxşı təşkil edilmişdi. Xızı-Bərmək mahalında sənayenin digər sahələrinin də inkişafına fikir verilmişdi. Belə ki, Xızı-Bərmək mahalında rayon Mərkəzi Altı-Ağacda və
143
sonralar mövcud kəndlərdə mənzillər elektrik enerjisi ilə təmin edildi. Bütün mahal kəndləri qazlaşdırıldı. Giləzi və Siyəzən quşçuluq kombinatları tikilmiş, Giləzidə respublika əhəmiyyətli yem kombinatı, Gil-Gilçay qum karxanası istifadəyə verilmişdi. Sənaye ocaqlarının yaranması əhali üçün yeni iş yerlərinin təşkil olunmasına, əhalinin maddi güzaranının yaxşılaşmasına təsir göstərdi. Müharibədən sonrakı dövrdə XızıBərmək mahalında kənd-təsərrüfatı ildən-ilə zəifləyirdi. Rayon mərkəzinin Xızıdan Altı-Ağaca köçürülməsi əhalinin ağır şəraitini daha da çətinləşdirdi. Əhalinin vəziyyətini qəsdən çətinləşdirən tədbirlər kəndlərin boşalmasına aparırdı. Kolxozlarda ot tarlalı əkin sahəsinin zorla həyata keçirilməsi, lüzumsuz yerə taxıl əkinini azalması nəticəsində maldarlıq da zəiflədi. Taxıla olan tələbat ödənilmirdi. Taxılın tədarük qiyməti aşağı idi. Bütün bunlar maddi marağı zəiflədirdi. Kolxozçulardan yüksək kənd təsərrüfatı vergisi alınırdı. Kolxozçulardan həyətyanı sahələrdə əkilən kənd təsərrüfatı məhsulları, şəxsi mal-qara, arı pətəkləri və meyvə ağacları üçün də vergi alırdılar. Vergini ödəyə bilməyənlər meyvə ağaclarını qırır və malqaranı kəsirdilər. Hətta qoyunu olmayanlardan yun, inəyi olmayanlardan süd, toyuğu olmayanlardan yumurta, mal-qarası olmayanlardan ət alırdılar. Bunları ödəmək üçün kolxozçular şəhərə gəlib, müəyyən müddət günəmuzd işləyirdilər ki, pul əldə edib vergiləri ödəsinlər. Kolxozçuların pasportu olmadığından onlar milis işçiləri tərəfindən incidilirdi. Gənc kolxozçular gizli yollarla şəhərdə qalır və kəndə qayıtmırdılar. 1951-ci ildə kolxozların birləşdirilməsi yolu ilə böyük kolxozlar yaradılmasına başlanıldı. Bu tədbir də məhsuldarlığı artırmadı, müsbət nəticə vermədi. Kolxozçların maddi həyat şəraitinin aşağı olması, həm də kolxozların maddi-texniki bazasının zəif olması əmək məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərirdi. Zəhmətkeşlərin, kolxozçuların kəndlərdən yayınması ümumi
144
hal almışdı. Çətinliklərə baxmayaraq, Giləzi kolxozu xeyli möhkəmlənmiş və məhsuldarlıq sahəsində respublikada yaxşı tanınırdı. Giləzi kolxozunda məhsuldarlıq artmış, il ərzində 3 min ton taxıl əldə edilmişdi. Maldarlıq və qoyunçuluq xeyli artmışdı. Kolxoza başçılıq edən Mirzəağa Bahadır bəy oğlu Ağayevin yaxşı təsərrüfatçı olması və xalq əmlakına halal münasibət bəsləməsi nəticəsində Giləzi kolxozu möhkəmləndi, əhalinin rifahı yaxşılaşdı və onlar başqa yerə köçmədi. İ.Stalinin ölümündən sonra Sovet dövlətinin rəhbərliyi şəxsiyyətə pərəstişi tənqid etdilər. Bu ilk vaxtlar səmərə versə də, sonrakı illərdə ölkədə nəzarətsizlik, özbaşınalıq və rüşvətxorluq hallarını artırdı. Azərbaycanda da mövcud hakimiyyətə qarşı narazılıq artdı. Siyasi mübarizə dərnəkləri yarandı. Dərnəkçilər demokratik və müstəqil respublika tələb edirdilər. Həmin dərnəyin üzvləri həbs edildilər. Həbs edilənlər arasında Bəylər Allahverdiyev də var idi. 1959-cu ildə Bəylər Allahverdiyev Sibirə sürgün edildi. Xızı-Bərmək dağlılarının əmək fədakarlığı nəticəsində xalq təsərrüfatında müəyyən uğurlar qazanıldı. 1976-cı ildə Qalaaltında canatoriya istifadəyə verildi. Möcüzəli «Naftusya» böyrək, qara ciyər xəstəliklərinə tutulanlar, öd kisəsinin xroniki xəstəliyindən, maddələr mübadiləsi pozulduğundan əzab-əziyyət çəkənlər şəfa tapırdılar. Sanatoriya dəniz səviyyəsindən 1000 metr hündürlükdə yaşıl meşənin qoynunda yerləşir. Digər Qafqaz kurortlarına nisbətən burada rütubət xeyli aşağıdır. Burada eyni zamanda 340 nəfər xəstə müalicə olunub dincələ bilər. Hərarəti 40-50 dərəcəyə çatan Xaldan suyu da buraya yaxındır. Azərbaycanın cənnət güşəsi olan Xızı-Bərmək mahalında ikinci cahan müharibəsindən sonrakı illərdə mədəni quruculuq sahəsində xeyli işlər görülmüşdür. Siyəzəndə, Zaratda, Giləzidə, Xızıda, Nasosluda, Stalçayda yeni məktəb binaları tikilir, məktəblərin maddi bazası möhkəmlənir və müəllim kollektivi gücləndirilirdi. Bacarıqlı müəllimlər yeddiillik icbari təhsilin başa çatdırılması uğrunda mübarizə aparmışlar. Öz həyatını müəllimlik peşəsinə fəda edənlərdən Cavad Cavadov rayon mərkəzindən maaş alıb rəhbərlik etdiyi məktəbin kollektivinə həmin gün çatdırmaq
145
üçün gedərkən Dubrar yaylağında çovğuna düşüb həlak olmuşdu. Mahalda hörmətli müəllim Nurulla Nuriyev uzun müddət Xızı məktəbinin direktoru vəzifəsində şərəflə çalışıb. Nurulla müəllimin yaxından iştirakı ilə Xızıda yeni məktəb binası tikilib istifadəyə verilmişdi. İsrafil Mirzəyev, Nazim Kərimov və Əsgər Rzayev uzun müddət məktəb direktoru işləmişlər. Sonrakı illərdə isə icbari orta təhsilin yerinə yetirilməsi sahəsində də xeyli səmərəli işlər görüldü. Bu sahədə tanınmış müəllimlərdən Salam Novruzov indiki Yasamal rayonunun maarif və ideoloci sahəsinə rəhbərlik etmişdir. Dərs hissə müdiri Kübraxanım Quliyeva, metodist Nənəxanım Həsənova, riyaziyyat müəllimləri Solmaz xanım İsmayılova və Gülzaman xanım Cavadova, rus dili müəllimi Pakizə xanım Novruzova, ədəbiyyat müəllimi Nailə xanım Şahbazova, əməkdar müəllim Akif Hacızadə riyaziyyat fənnini tədris edir. Gənc nəslin təlimtərbiyəsində təqdirəlayiq xidməti olan müəllimlər əhali arasında böyük hörmət sahibidirlər. Respublikada müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlamaq sahəsində mühüm tədbirlər həyata keçirildi. Ali və orta ixtisas məktəblərində oxuyan təlbələrin sayı daha da artdı. XızıBərmək dağlılarından görkəmli mütəxəssislər yetişdi. Uzun müddət neft sənayesində çalışan mühəndislər İmanqulu Cavadov, Rizvan Atababayev Siyəzənneftin inkişafında xeyli əmək sərf etmişlər. Mühəndislər Oktay Qasımov, Elxan Cavadov, Talətdin Rzayev, İmran Ağayev, Bəyverdi Novruzov və başqaları istehsalatda xüsusilə fərqlənirlər. Mahalda öz bilik və bacarığını insan sağlamlığının keşiyində durmağa sərf edən həkimlərin miqdarı xeyli çoxalmışdır. Bacarıqlı və tanınmış həkimlərdən Rəna xanım Abdullayeva, Solmaz xanım Əhmədova, Bikəxanım Ağayeva, Naibə xanım Novruzova, Qızılgül xanım Kərimova, Bəyimxanım Hacızadə, Elmira xanım Mahmudova, Şərqiyyə xanım Mahmudova, cərrah Fəzail Nadirov, Cavanşir Rzayev, Səfər Novruzov, İdris Mehdiyev, Qasım Zəkiyev və başqaları xüsusilə fərqlənirlər. Respublika ali məktəblərində bilik və bacarığı ilə hörmət qazanmış dosent Hüseynqulu Məmmədov, Səməndər Rzayev,
146
İbrahim İbrahimov, Əhməd Əhmədov, Yavər Eyvazov, Əmrulla Abdullayev və başqalarının əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Texniki elmlər doktoru, professor Fuad Hacızadə Ekologiya institutuna bacarıqla rəhbərlik edir. Onun ekologiya sahəsində yazdığı əsərlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İnşaat Universitetinin baş müəllimi Əkbər Mikayılovun hazırladığı mühəndislər ölkəmizin müxtəlif yerlərində çalışırlar. Azərbaycan Dövlət Dillər İnstitutunun dosenti Səyyarə Nəcəfova fransız dilinin bəzi məsələlərini işıqlandırmış və onun əsəri mütəxəssislər tərəfindən yaxşı qiymətləndiril-mişdir. İnstitutun baş müəllimlərindən Zərifə xanım Məmmədova, Fəridə xanım Məmmədbəyova, Gülzar xanım Məmmədova, Mətanət xanım Şixizadə orta məktəblər üçün xarici dil müəllimi hazırlığına xeyli əmək sərf edirlər. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti-nin fransız dili kafedrasının baş müəllimi Xalidə xanım Məmmədbəyova tələbələrə xarici dili öyrədir. N.Tusi adına Pedaqoji Universitetin dosenti Hüsniyyə xanım Babayeva və baş müəllim Şəfiqə xanım Şahbazovanın hazırladığı müəllimlər respublikanın bütün rayonlarında çalışırlar. Şəfiqə xanım riyaziyyat fənni tədrisinin metodikasına aid bir sıra məqalələrin müəllifidir. H.Z.Tağıyev adına Bakı maliyyə-iqtisad kollecinin ingilis dili müəllimi Təranə xanım Ağayeva gələcəyin gənc maliyyəçilərinə ingilis dilinin incəliklərini öyrədir. Tibb elmləri namizədi, dosent Aydın Cabbarlının mineral suların sirlərinin öyrənilməsi və insanın sağlamlığında onların əhəmiyyəti haqqında əsəri diqqətəlayiqdir. Tarix elmləri namizədi İmran Cavadovun Alban dövlətinin siyasi və hərbi tarixinə dair yazdığı əsər xalqımızın qədim dövrünün qəhramanlıq səhifələrinin işıqlandırılmasında mühüm əhəmiyyətə malikdir. Coğrafiya elmləri namizədi Hacımirzə Ağayevin əsəri diqqətəlayiqdir.
147
Bu dövrdə ölkədə tanınan onlarla bacarıqlı təsərrüfat rəhbəri və ictimaiyyətçi kadrlar meydana çıxdı. Bunlardan Respublika rəhbəri möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə çox qısa müddətdə iki il ərzində yaradılmış nəhəng sənaye kompleksi - Bakı Kondisioner zavodunun ilk direktoru Sənan Axundov yenilikçi kimi ölkədə şöhrət tapmışdır. O, nazir vəzifəsinə qədər yüksəlmişdir. Ümid Məlikov bacarıqlı mühəndis kimi hörmət qazanmışdır. Sumqayıtda bir çox binaların tikintisinə kömək etmişdir. O, Bakı ev tikintisi kombinatına uzun müddətdir rəhbərlik edir. Cahangir Müslümzadənin başçılıq etdiyi Azərbaycan gənclər təşkilatı respublikanın həyatında fəal iştirak etmişdir. O, Sumqayıt şəhərinin başçısı kimi bir sıra abadlıq işlərinin aparılmasını təşkil etmişdir. Hüseynağa Cəfərov respublika əhalisinin çörəklə təmin edilməsi sahəsində uzun müddət bacarıqla rəhbərlik etmişdir. O, yeni iş yerləri təşkil edib, bir çox ailə başçısını işlə təmin edir. Hüseynağa Cəfərov qohum və tanışlara səmimi və xeyirxah münasibət bəsləyir. Əməkdar maliyyəçi Vəfadar Rzayev respublika maliyyə nazirinin 1-ci müavini vəzifəsinə qədər yüksəlmişdir. O, maliyyəçi kadrların hazırlanmasında yaxından iştirak etmiş və onlardan düzgün istifadə olunmasına çalışmışdır. Vəfadar Rzayev Bakı Sovetinin deputatı kimi şəhərin ictimai həyatında fəal iştirak etmişdir. O, peşəsinin yüksək bilicisidir. Tofiq Ağayev Moskvada Ali Diplomatiya Akademiyasını müvəffəqiyyətlə bitirmiş, bir sıra xarici ölkələrin səfirliyində yüksək dərəcələrdə çalışmış və respublikada Xarici əlaqələr komitəsinə rəhbərlik etmişdir. Əkbər Novruzov Rus-Alman müharibəsində iştirak etmiş, Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. O, Abbasqulu ağa Bakıxanovun “Gülüstani- İrəm” adlı əsərinin nəşr edilməsində iştirak etmişdir. Əkbər Novruzov Bakı partiya komitəsinin təşkilat şöbəsinə rəhbərlik etmişdir. Əkbər Novruzov Giləzi kəndində qəbiristanlığın hasara alınmasını təşkil etmişdir. O, Respublika Ali Sovetinin deputatı olmuşdur. Əkbər Novruzov xeyirxah və səmimi insan idi. Sovet hakimiyyəti illərində də xeyriyyəçilik işi adət-ənənə
148
kimi davam edib. Bu sahədə Xızı-Bərmək mahalında da xeyriyyəçilər müəyyən işlər görmüşlər. Xeyriyyəçi polkovnik Əbülhəsən Əhmədov Respublika Daxili İşlər Nazirliyində şöbə müdiridir. Əbülhəsən Əhmədov böyük şair M.Müşfiqin şerlərinin vurğunudur. O, Mikayıl Müşfiqin qədim baba yurdu olan Sayad-Xızı məkanında ona müqəddəs ocaq yaratmışdır. Həmin müqəddəs yer böyük şair Mikayıl Müşfiq məqbərəsi kimi Azərbaycan ziyalılarının və Xızı-Bərmək dağlılarının ziyarət yerinə çevrilmişdir. Tofiq Novruzov uzun illərdir avtomobil təsərrüfatında rəhbər işlərdə işləmiş və nazir müavini vəzifəsinə qədər yüksəlmişdir. Tofiq Novruzov xeyriyyəçi kimi Giləzi kəndində abadlıq işləri aparmış və M.Müşfiqin ocağının yaradılmasında kömək etmişdir. O, Ryazan şəhərində hərbi məktəbi bitirib Şimal buzlu okeanında xidmət etmiş və müasir hərb elminə yiyələnmişdir. Xeyriyyəçi Nəcəf Quliyev Şurabad kəndinə yol çəkdirmiş, kənddə iş yeri təşkil etmiş, Qızıl Qazma yaylağında kompellər tikdirmişdir. O, kənddə məscid tikdirib, oranın axundunun oxumasının və Həcc ziyarətinə getməsinin xərcini ödəmişdir. Qədirbilən yerliləri Şurabad kəndini Nəcəfabad adlandırıblar. İncəsənət sahəsində də bir sıra nailiyyətlər əldə edilmişdir. Lirik mahnıları ilə dinləyicilərini heyran edən əməkdar artist Hüseynağa Hadıyev tamaşaçıların sevimli müğənnisi olmuşdur. Müğənni Hüseynağa Hadiyevi dinləmiş tamaşaçılar onun səsindəki məlahəti həmişə xatırlayırlar. O, həyata müğənni kimi gəlmiş və əfsus ki, tez getmişdir. Məlahətli səsi ilə çoxlarını sehirləmiş Nisə xanım dinləyicilərin gözəl və sevimli müğənnisidir. Nisə xanımın ustalıqla oxuduğu «Xızı dağları» mahnısı onu dinləyənlərdə iftixar hissi yaradır. Əməkdar müğənni Nisə xanım bir çox dillərdə gözəl mahnılar oxuyur. Tamaşaçıların sevimli qarmon ifaçısı xalq artisti Aftandil İsrafilov ölkəmizdən xariclərdə verdiyi konsertlərlə Azərbaycan musiqisini şöhrətləndirir. Mahir ustadın bəstələdiyi və ifa etdiyi oyun havaları dinləyicilərdə şən əhval-ruhiyyə yaradır. Gözəl kamança ustası, əməkdar artist Şəfiqə Eyvazova ifaçılıq
149
sahəsində mahir yenilikçi kimi şöhrətlənmişdir. Onun ifasında xalq muğamları keçmişlə indiki dövrün möhkəm əlaqəsini əks etdirir. Kamançaçı Şəfiqə xanım musiqimizin dünya təbliğatçılarından biri kimi olduğu xarici ölkələrdə tamaşaçılar tərəfindən sevinclə qarşılanır. Həsən Nəzərli və Tənha Qiyasov yastı balabanda ən qədim peşənin mahir ifaçısı kimi tanınırlar. Respublikanın dövrü mətbuatı, radio və televiziyası, nəşriyyatları və agentliklərində şərəflə çalışan jurnalistlər arasında dağlılar da dəsti-xətləri ilə layiqli yer tutmuşlar. Jurnalist-müəllim Zəbi Abdullayev “Qızıl Ulduz” qəzetinin redaktoru işlərkən yerlilərinin yaxşı işlərini işıqlandırmış, zəhmət adamlarının nailiyyətlərini qəzet səhifələrində şərh etmişdir. Jurnalist Əlliabbas Rzayev (Baybəyim) Xızı rayonunun “Qızıl Ulduz” qəzetinin redaktoru vəzifəsini şərəflə yerinə yetirmişdir. O, qəzet səhifələrində qabaqcılların əmək rəşadəti ilə yanaşı, rayonda mövcud çatışmamazlıqları da tənqid etmiş və onların aradan qaldırılmasına dair faydalı məsləhətlər vermişdir. Jurnalist Tahir Cəfərov uzun müddət “Gənc fəhlə” curnalının redaktoru vəzifəsində çalışmışdır. Jurnalist Hacı Firuz Əhmədli yazdığı məzmunlu məqalə və məlumatları mətbuat səhifələrində nəşr olunur, radio və televizor verilişlərində səslənir. Onun yazdığı hekayələr Azərbaycan dilinin saflığının təbliğinə xidmət edir. Jurnalist Qafar Əsgərzadə respublikada tanınmış müəlliflərdəndir. O, el-obasına bağlı jurnalistdir. Qafar Əsgərzadənin sevimli rəssamımız Hacıağa Nəzərova, dahi şair Mikayıl Müşfiqə və xalq artisti Zeynəb Xanlarovaya həsr etdiyi televiziya verilişləri tamaşaçılarda gözəl təəssürat yaratmışdır. Bu dövrdə ədəbiyyat öz inkişaf dövrünü keçirirdi. Xızı-Bərmək mahalında böyük şair və yazıçılarla yanaşı, şer deyən bacarıqlı şairlər və el aşıqları da var idi. El aşığı Ocaqqulu Abasov Upada anadan olmuşdur. O, sazlısözlü şəxs idi. Aşıq Ocaqqulu toylarda və bayramlarda hikmətli sözləri və məlahətli səsi ilə dinləyicilərin alqışlarını qazanmışdı. Aşıq Ocaqqulu doğma kəndi Upa haqqında belə deyib:
150
İstəyirəm saz götürüb söyləyəm, Əcəb səfalıdır yaylağım Upa. Ey gözəl vətənim, anamsan mənim, Əməyim, neymətim, ocağım, Upa. Marallar ovlağı gözəl göy meşə, Durna kəklik oylağımsan həmişə, Bəzək verir hər yerində bənövşə, Axır sərin-sərin bulağın, Upa. Turaclı ovlağım həm yaraşığım, Silinməz qəlbimdən vətən işığın. Bir gənc şairin var, bir də aşığın, Sənətkar yaradıb torpağın, Upa. Ağanın yaylağı, Novruz bulağı, Xəritəmiz verib səndən sorağı. Upa xalqı əziz saxlar qonağı, Hünərlə yayılıb sorağın, Upa. Gülür bahar, gülür çəmən, gülür yaz. Ürəyimə ilham verir telli saz. Ocaqqulu, sən Upaya şer yaz, Hər zaman olacaq dayağın Upa. Aşıq Ocaqqulu gənc şair deyərkən sevimli şairimiz Cabir Novruzu nəzərdə tutur. Qızılgül Hüseyn qızı Novruzova Upa kəndində anadan olmuşdur. Qızılgül xanım haqqında əvvəlki səhifələrdə demişəm. O, gözəl xalça ustası idi. Qızılgül xanımın toxuduğu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir və kənardan seyr edən adamda gözəllik, özünüdərketmə qüruru yaradır. Onun toxuduğu xalçalarda şux, oynaq rənglər, zərif kalorit üstünlük təşkil edir. Qızılgül xanım incə əlləri ilə nəfis, göz oxşar və ürəyə yatan xalçaları toxuyan zaman oxuduğu bayatılar mahalda dillər əzbəridir: Qar çıxıbdır dizəcən Bakıdan Təbrizəcən. Yolunu gözləyirəm
151
Gələn Novruzacan. Qızılgül xanım arabir gördüyü hadisələrə, ailə üzvlərinə və ya xoşuna gəldiyi abadlığa dair şerlər qoşardı. Xızının 2 km. şimalında tikilmiş rayon mərkəzinə əhali “idarələr” deyirdilər və bura qəşəng qəsəbəyə bənzəyirdi. Bu abadlıq Qızılgül xanımın xoşuna gəldiyindən belə deyib: İdarənin hər yanını gəzərəm. Dörd yanına qızıl alma düzərəm. Rəhbərimiz gələndə yolun bəzərəm. Yüz yaşasın buranı tikən insanlar. Qızılgül xanım hazırcavab idi və bədahətən mərsiyələr qoşub, onu mərasimlərdə ahəngdarlıqla söylərdi. Mahalın şer həvəskarları olan gəlin-qızları onun söylədiyi şerləri yazıb, bir-birinə ötürərdilər. Ona “Sinədəftər” deyərdilər. Yəni sinəsi şer dəftəri kimi doludur. Kəndin uşaqlarının çağırdığı Qızlıxala yaxşı dağlı çörəyi bişirərkən uşaqları da yaddan çıxarmayıb, onlara qoğal verərdi. Qızılgül xanımın xalq təbabətindən də, “türkəçarə”dən biliyi var idi. O, qonşu qadınların xeyirxah məsləhətçisi və kəndin ağbirçəyi idi. Xalqın istəkli şairi Cabir Novruz şairə Qızılgül xanımın yeganə oğludur. Fikrət Cavadov 1937-ci ildə Xızıda anadan olmuşdur. Vətən eşqi şerlərinin mayasıdır. “Xızı çeşməsi” şerində yazır:2 Burdan çıxdı neçə sənətkar, Söyləyirlər ki, suyunda nəsə var, Çeşməsindən su içən, şair olar... Bura ad-sanlı nəsil çeşməsidir, İlhamın, şerin əsl çeşməsidir. O, Xızı-Bərmək mahalının hər dərəsinə, dağına və meşəsinə vurğundur: Ay Xızı qoynunda xatiratım var. Taytuşdan qoşunum, şaxdan qılıncım, Bir kol budağından köhlən atım var. Adil Rzayev Giləzidə anadan olmuşdur. Adil müəllim dərs dediyi şagirdlərə Azərbaycan ədəbiyyatını və dilini dərindən öyrədir.
152
O, mətbuatda Adil Küsgün imzası ilə şerlər yazır. O, “Döz görüm” şerində yazır:3 Bu dünyamız başdan-başa tamaşa, Əyri çıxıb düzlər ilə savaşa, Baharımız dönüb indi sərt qışa, Yazıq könlüm, döz bu dərdə, döz görüm. Vay o günə, nadan sənə dərs deyə, Tərs adam da düz olana tərs deyə, Öz adını sənə qoya, tərs deyə, Onda könlüm, döz bu dərdə, döz görüm. Adil “Ölləm” şerində yazır: Bəmdə ağlayanın zili bilinmir, İçində yananın külü bilinmir, O hansı millətdir, dili bilinmir, Desəm öldürərlər, deməsəm ölləm. Şura hökuməti azərbaycanlıları soy-kökündən ayırmaq məqsədilə ata-baba adətlərinə dini ad verib qadağan edirdi. Türk dünyasının gözəl bayramı olan Novruzu qadağan etmişdilər. Novruz bayramı əhali tərəfindən evlərdə gizli keçirilirdi. Görkəmli alim, yazıçı və mübariz vətəndaş Şıxəli Qurbanov 1967-ci ildə çox çətinliklərə baxmayaraq Novruz bayramının ölkə səviyyəsində geniş qeyd edilməsinə nail oldu. Bu işdə Bakı partiya komitəsinin təşkilat şöbəsinin müdiri tarixçi Əkbər Novruzov da fəal iştirak etmişdir. Qurban bayramı hökumət tərəfindən qəti qadağan edilmişdi. Dinə qarşı mübarizə pərdəsi altında adət-ənənənələrimizin çoxuna qadağan qoyulmuşdu. Toylarımız 5-6 saat ərzində tamamlanırdı. Toy adətləri-nin əksəriyyəti aradan götürülmüşdü. Nikah hökumət idarələrin-də kəsilirdi. Toy sahibləri gizli adam göndərib, mollada nikah kəstirirdilər.
153
VI FƏSİL XIZI-BƏRMƏK DAĞLILARININ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ MÖHKƏMDİRİLMƏSİ UĞRUNDA MÜBARİZƏSİ
Sovet hakimiyyətinin son dövrlərində Respublikada bir sıra çatışmazlıqlar özünü göstərirdi. Xalq təsərrüfatında proporsionallıq pozulmuşdu, məhsulun keyfiyyəti aşağı düşmüşdü, milli gəlir 2 dəfə azalmışdı, dövlət mülkiyyəti üzərində nəzarət zəiflədiyindən rüşvətxorluq, korrupsiya halları artmışdı. Rəhbər vəzifələrə kadrları qohumbazlıq, dostbazlıq, yerliçilik və başqa xoşa gəlməz əlamətlərə görə seçirdilər. Tənqid qadağan olunmuş, onun əvəzinə ümumi şüarlar və təriflər geniş yayılmışdı. Çox vaxt vəzifələrə səriştəsiz, təsadüfi adamlar gəlirdilər. Dağlıların görkəmli kadrları tutduqları vəzifələrdən sıxışdırılmışdı. Erməni ekstremistlərinin və daşnakların uzun müddət hazırladıqları qondarma Qarabağ məsələsini yenə də meydana atması ilə əlaqədar respublikada siyasi böhran dərinləşdi. Ermənilər tərəfindən respublikanın suverenliyinə açıq- aşkar qəsd dinc quruculuq işlərmizi pozdu. Belə ki, çoxmillətli Azərbaycanda ermənilərin millətimizə qarşı məkrli niyyətləri vaxtında dərk edilmədi və bunun qarşısı alınmadı. Ermənistan əslində Azərbaycan respublikasına qarşı elan edilməmiş müharibəyə başladı. Erməni faşizmi, daşnaklar “Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Dağlıq Qarabağı ayırıb, müstəqilləşdirib Ermənistana birləşdirilməsini qarşılarına məqsəd qoydular. Ermənilərin əzəli torpağımız olan Dağlıq Qarabağı zəbt etməyə başlaması respublikada sosial-iqtisadi işlərin gedişini çox zəiflətdi. Ermənilər 200 mindən çox azərbaycanlını öz əzəli torpaqları olan Göyçə mahalından və digər yerlərdən qovdular. Bununla da Yerevandan qovulmuş azərbaycanlıların məskunlaşması kimi çətin bir problem meydana çıxdı. Bu problemin həllində Xızı-Bərmək dağlıları yaxından kömək etdilər. Onlar Xızının şimalında tikilmiş mənzillərdə, Findiqanda, Qarabulağda, Dizəvərdə, Yeni Yaşmada, Məşəd Həsənlidə, Siyəzəndə yerləşdirildilər.
154
1988-ci ildə daşnak ermənilərin əzəli torpağımız olan Dağlıq Qarabağı qoparıb Ermənistana qatmaq niyyətlərinə qarşı Bakıda geniş “Meydan” hərəkatı başlandı. Respublikada suverenlik hərəkatı gücləndi. Əvvəllər siyasətə qarşı laqeyd olan minlərlə adam siyasi mübarizə burulğanına atıldı. Qarabağ böhranı xalq kütlələrini fəallaşdırdı. Xalq Azadlıq meydanına toplaşaraq müstəqilliyi uğrunda öz əzmkarlığını nümayiş etdirdi. Respublikanın müstəqilliyi, ərazi bütövlüyü və demokratiya uğrunda mübarizədə dağlılar ön cərgədə idilər. Vahab İsmayılzadə, İsrafil Haşımov, Rafiq İbadov, Vəfadar Səfərov, Elçin Baxşalıyev, Elşən Məmmədov, Mir Teyyub Mir Eyyub oğlu və başqaları xüsusilə fərqlənirdilər. Onlar öz səslərini xalqın səsinə qataraq müstəqil Azərbaycan Respublikasının yaranmasını tələb edirdilər. 1989-cu ilin iyul və avqust aylarında Bakının Azadlıq meydanında çoxminlik mitinqlər keçirildi. Respublikada ümumimilli tətil başlandı. Azərbaycan Xalq Cəbhəsi respublika hökuməti tərəfindən tanındı. Bu zaman Azərbaycan Xalq Cəbhəsi nüfuz qazanmışdı. Qorbaçovun təşəbbüsü ilə hazırlanmış yenidənqurma siyasəti nəticəsində keçmiş Sovet ölkəsində baş vermiş böhranın qarşısı alınmamış, əksinə o daha da dərinləşmişdi. Ölkədə dövlət hakimiyyəti nüfuzdan düşür, zorakılıq, cinayətkarlıq artırdı. Bu isə Azərbaycanda əhalinin etiraz və qəzəbini, hökumətə inamını azaltdı. Xalq hökumətin yenidənqurma siyasətini “yenidənqırma” adlandırırdı. Hakimiyyətdə olanlar respublikanı idarə edə bilmirdilər. Xalqın da onlara inamı azalmış və tabeçiliyi çox zəifləmişdi. Xalq rəsmi təşkilatlardan fəallıq, əməli iş və əzmkarlıq tələb edirdi. 20 yanvar qırğınının həyata keçirilməsi ərəfəsində Bakıya SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin, Hökumətin rəhbər şəxsləri Primakov, Girenko, Varennikov və Mixaylov gəlmişdilər. Bu çağrılmamış qonaqlar özlərini hakim kimi aparıb, Yanvar qırğınını hazırlayır-dılar. Hərbi hissələr Rusiyanın mərkəzi hissəsindən gətirilib Bakıda yerləşdirilmişdi. Yanvara qədər hadisələrdə 18 minə qədər hərbçi var idi. Onlar Bakıda mağazaları və digər yerləri qarət etməklə məşğul
155
idilər. Rusiyadan Azərbaycana 75 minə qədər zabit və əsgər gətirilmişdi. Hərbi desant hissələri Biləcəridə yerləşdirilmişdi. 1990-cı il yanvarın 17-də Xalq Cəbhəsi tərəfindən keçmiş Azərbaycan KP MK-nın binası qarşısında Ali Sovetin fövqəladə sessiyasını çağırmaq və respublika rəhbərliyinin istefası tələbi ilə başlanmış mitinqlər üç gün davam etdi və dinc əhali gülləbaran edildi. 1990-cı ildə yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayətin başlıca günahkarı Qorbaçov və onun əlaltıları, Qırmızı ordu oldu. Yalın əllə tankların qarşısına çıxanlar güman etmirdilər ki, ordu belə cinayətə yol versin. Vətəni canlarından əziz sevən, namuslu və qorxmaz gənclər şəhid oldular. Gülləbaran amalı, istəyi uğrunda şəhid olan igid oğulların iradəsini sındıra bilmədi. Həmin gecə dağlıların dərdi dağlar qədər artdı. Bu faciənin şahidi şair Vahab İsmayılzadə 1958-ci ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. Vahab İsmayılzadə həmin gecə tanklara qarşı silahsız durmuş gənclərin cərgəsində idi. O, “Başı bəlalı Azərbaycan” şeðèíäÿ 20 éàíâàð ãûðüûíûíû òÿñâèð åäÿðÿê éàçûðäû:1 Saat düz 12 tamamı vurdu, İşğalçı qoşunlar bir hiylə qurdu. Hər yandan qarşısı kəsilmiş düşmən Hündür daş hasarı dağıdıb birdən, Nərilti, gurultu ilə adladı, 4 cərgə maşını əzib tapdadı. Səsləri aləmi lərzəyə saldı, Əfsuz bu həmləsi cavabsız qaldı. Yönəltdi o “canlı hasara” tərəf. Bir azdan həmin tank çəkildi getdi, Odlu atəşlərə tutdu hər yeri. Lakin xalqımızın mərd igidləri, Puç olmuş olsa da hər ümidləri, Yumruq, təpiklə tankı vururdu. Bəli, bu gün mən də xalqımla birgə, Tankın qarşısında, durmuşduq cərgə...
156
Qan gölündə sanki üzürdü Bakı, Gör nə müsibətə dözürdü Bakı. Şair yadelli ordunun 20 yanvar 1990-cı ildə etdiyi vəhşiliyi ətraflı təsvir edir. Bununla tarixin qanlı səhifəsini oxucularına çatdırmaqla onlarda düşmənə olan nifrəti bir daha artırırdı. Şəhidlər arasında Cavad İsmayılzadə Yunis oğlu düşmən tankını Bakıya girməyə qoymadığı vaxt gülləyə tuş gəlmişdir. Xalqımız hörmət əlaməti olaraq öz şəhid övladını Şəhidlər xiyabanında dəfn etmişdir. Onun yadigarı iki qızı qalmışdır. Rafiq Abdulla oğlu İbadov düşmən gülləsindən yara alaraq cavan ömründə əlil olmuşdur. İsrafil Ağababa oğlu Haşımov namərd düşmənin gülləsinə tuş olub şəhid olmuşdur. Vəfadar Ağamirzə oğlu Səfərov Rus-Alman müharibəsinin veteranı idi. Öz maşınında Semaşko (indiki Musa Nağıyev adına) xəstəxanasına gedib ki, nəvəsini oradan çıxarıb evə gətirsin. Yolda düşmən gülləsi ilə qətlə yetirilib, onu Şəhidlər xiyabanında dəfn ediblər. Elçin Mirzə oğlu Baxışov 1965-ci ildə anadan olmuşdur. Elçin yaralılara kömək edərkən düşmən gülləsinə tuş olmuşdur. 1990-cı il qanlı yanvar gününü xatırlayan şairə Ofelya Babayeva “Bu dərdi çəkməklə qurtaran deyil” silsilə şerində yazır:2 Töküldü ulduzlar o gecə göydən, Bir namərd gülləsi açıldı birdən. Əlimiz üzüldü neçə igiddən, Ötər neçə həftə, ötər neçə il, Bu dərdi çəkməklə qurtaran deyil. O gecə ləngidi bir qəmli səhər, Hamını göynətdi bir acı xəbər, Dərbənddən, Muğandan Təbrizə qədər Ağladı bir mahal, ağladı bir el, Bu dərdi çəkməklə qutaran deyil. Müfviqim oyandı güllə səsindən Atəş tökülürdü gur nəfəsindən, Çıxıb yüyürürdü daş qəfəsindən,
157
Deyirdi, ağlama, gözlərini sil, Bu dərdi çəkməklə qurtaran deyil. Bu sətirləri oxuyanlar düşünəcək, həyacanlanacaq və iblis xilqətli başçını lənətləyəcəklər. 1990-cı il yanvar faciəsində 706 nəfər yaralı həkimə müraciət edibdir. Həmin gecə yüzlərlə adam şəhid olmuş və itgin düşmüşdür. Qorbaçov hökuməti qırğının sabahı, 1990-cı il 20 yanvar saat 5-də hərbi vəziyyət elan etdi və kütləvi həbsə başlandı. Rus komendantı tərəfindən 850 nəfər həbs edilib, onların bir qismi Rusiya həbsxanalarına göndərildi. Həbs olanlar Rus əsgərləri tərəfindən edilən işgəncələrə məruz qalırdılar. Vəhşilik edən Rus əsgərləri təcili yardım maşınlarını da güllələyirdilər. 1991-ci il oktyabrın 18-də Respublika parlamentində dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında ümumxalq referendumu keçirildi. Azərbaycan xalqı respublikanın müstəqilliyinə yekdilliklə səs verdi. 1993-cü il fevralın 3-də Milli Məclis latın qrafikasına keçmək haqqında qərar qəbul etdi. XX əsrdə Azərbaycan əlifbası üç dəfə dəyişildi. Ərəb əlifbasından latın əlifbasına, latın əlifbasından rus əlifbasına, nəhayət, rus (kiril) əlifbasından isə latın əlifbasına keçirildi. Arzu edirik ki, bir daha əlifbamız dəyişilməsin. Biz ərəb əlifbasından əl çəkməklə on üç əsrlik tarixi nəaliyyətlərimizdən geniş istifadə edilməsinə sədd çəkdik. Yaxşı olar ki, məktəblərdə ərəb əlifbasını öyrədən dərnəklər yaransın. Bu bizə Nizamini, Xaqanini, Məhsətini, Fələki Şirvanini, Əbül Ulanı, Nəsimini, Xətaini, Füzulini, Seyid Əzim Şirvanini və başqa klassiklərimizi orijinaldan oxumağımıza imkan verərdi. Xalq təsərrüfatının bütün sahələrində keçid dövrünün qanunlarını dərk edən yeni kadrlar meydana çıxdı. Əhalinin çörəklə təmin edilməsi sahəsində çalışan və maya-bulka kombinatına uzun müddət rəhbərlik edən Sərvər Şixiyev işini bilən bacarıqlı mütəxəssisdir. Memar Ənvər Şixiyev, mühəndis Rüfət Kazımzadə bacarıqlı
158
mütəxəssislərdir. Maliyyəçi Rauf Rzayev iqtisadiyyata aid əldə etdiyi biliyi istehsalda tətbiq edir və böyük bir banka rəhbərlik edir. 1992-ci ilin 25 fevralında 366-cı rus polku erməni qüvvələri ilə birlikdə Xocalı soyqırımını törətdilər. Bu XX əsrin ən dəhşətli faciəsidir. Burada iki minə yaxın adam qırıldı, şikəst oldu və itgin düşdü. Bununla da ermənilər tərəfindən əzəli torpaqlarımızın işğalı günü-gündən genişləndi. Xocalı soyqırımı ölkədə daxili vəziyyəti gərginləşdirdi. Eksprezident Ayaz Mütəllibov güclə istefaya göndərildi. Xocalı qırğınının daxildə olan günahkarlarının üzə çıxarılması tələbi günün vacib məsələsinə çevrildi. Bu məqsədlə çıxış edənlər arasında Hacı Əbdül də var idi. Hacı Əbdül Azadlıq meydanında sözünü demiş və dediklərini əməllərində göstərmişdir. Hacı Əbdülün söylədiyi uzaq görən fikirlər zərb məsəl kimi mətbuatda deyilir və kitab kimi nəşr olunmuşdur. Haqsız həbs olunmuş Hacı Əbdül azad olduğu üçün Respublikanın prezidenti Heydər Əliyev cənablarına mətbuat vasitəsi ilə minnətdarlığını bildirib. Hacı Əbdülün yaratdığı Beynəlxalq “Tövbə” cəmiyyəti insanların paklığına xidmət edir. Respublikamızın sərhədlərinin qorunmasında mühüm xidmətləri olmuş polkovnik Əziz Hüseynov həm də yaxşı ailə başçısıdır. Onun vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğlanları Elşən və Elçin Hüseynov qardaşları vətən müharibəsinin ilk günlərindən bacarıqlı zabit kimi müxtəlif cəbhələrdə erməni ekstrimistlərinə qarşı igidliklə vuruşmuş, böyük zabit rütbəsinə qədər yüksəlmişlər, hazırda Elçin Hüseynov Milli Ordumuzda polka rəhbərlik edir. Böyük komandir Elşən Hüseynov Fizuli, Ağdam döyüşlərində iştirak etmişdir. O, Qazax kəndlərinin müdafiəsini təşkil edib. Cəbhədə vəfat etmiş böyük komandir Elşən Hüseynov şərəfli yol keçmişdir. Polkovnik Zakir Ağayarov Ali hərbi komandirlər məktəbini bitirib, alay komandiri vəzifəsində işləmişdir. Polkovnik Zakir Ağayarov Milli Qvardiya komandanı vəzifəsinə qədər yüksəlmişdir. Fizika-riyaziyyat elmləri namizədi, mayor Kamal Hüseynov
159
Bakı Ali Hərbi Dənizçilik məktəbində kafedra rəisidir. O, yüzlərlə gənc komandirlərin yetişməsində fəal çalışır və vətən müharibəsi veteranıdır. Goranboy və Tərtər döyüş cəbhələrinin yeni qüvvələrlə təmin edilməsində mayor Tariyel Ağayev çox səy göstərmişdir. Tariyel Ağayev Milli Ordumuzun hazırlanmasında yorulmadan çalışır və hazırda Neft Akademiyasının hərbi kafedrasında gəncləri vətənə sədaqət ruhunda tərbiyə edib zabitlər yetişdirir. Vətən müharibəsinə könüllü getmiş Mirteyyub Mirəyyub oğlu cəbhədə döyüşüb ağır yaralanmışdır. O, Türkiyə prezidenti Süleyman Dəmirəl ilə Bakıda görüşüb, prezidentin dəvəti ilə Ankarada müalicə olundusa da gözlərinin işığı qayıtmadı. İllər keçəcək, müharibə həm də Qarabağdan əlil qayıtmış döyüşçülərin yaralarında sızıldayacaq, dost itgisi ilə birgə həmişəlik onları incidəcək, ağrıdacaq. Kimdir itgin düşənlər:3 İbrahim Gülbala oğlu Məmmədov, Nəbi Məmmədsafa oğlu Əliyev, Alim Əlbaba oğlu Ağayev, Etibar Ziyafət oğlu Qafarov, Malik Sərhəd oğlu Məmmədyarov, Sədulla Cəfər oğlu Cəfərov, Sahib Bəhruz oğlu Cəfərov, Zöhrab Lətif oğlu Lətifov, Qüdrət Veysəl oğlu Feyzullayev, Natiq Şahbala oğlu Zeynalov, Əlməmməd Məmməd oğlu Aşurov, Xanağa Qurban oğlu Qurbanov, Gülağa Əliağa oğlu Dadaşov, Bayram Məhəmməd oğlu Vəliyev, İmran Həmzə oğlu Salehov, Rövşən Əlikram oğlu Səmədov, Araz Əli oğlu, Mahmudağa Yusif oğlu Məmmədov, İftixan Zöhrab oğlu Eyvazov, Telman Şəfəq oğlu Qədirov,
160
Seyran Məmmədpaşa oğlu, Cabbar Əzizağa oğlu Cəfərov, Nəbiyulla Hökmulla oğlu Mütəllibov, Rövşən Taryel oğlu Bayramov, İlham Oruc oğlu Nəcəfov, Vasif Şahvələd oğlu Hüseynov, Ruhulla Seyfəddin oğlu Atamaliyev, Şahid Sərhəd oğlu Məmmədyarov, Şamil Sabir oğlu Quliyev, Avtandil Saleh oğlu Mahmudov, Araz Bəgi oğlu Rüstəmov. Ümid illərin hökmündən daha güclüdür. Gün o gün olsun ki, itgin düşənlər sağ-salamat Vətənə qayıtsınlar! Dəyanət Orucqulu oğlu Əliyev, Rüfət Məmmədhüseyn oğlu Cabbarov, Polad Abdulla oğlu Kərimov, Ceyhun Valeh oğlu Quliyev, Elsevər Vaqif oğlu Səfərov, Babək Camal oğlu Bayramov, Eldəniz Müzəffər oğlu Güləliyev, İlqar Heybətağa oğlu Heybətov. Yazıçı-jurnalist Aydın Tağıyevin “Siyəzənli oğlanlar” adlı əsərində Qarabağ döyüşlərində igidliklə vuruşub şəhid olmuş bu oğullar haqqında ətraflı danışılır: Rasim Şahpələng oğlu Ramazanov, Ədalət Məhərrəm oğlu Şahbazov, Əlirza Gülyar oğlu Səfərov, Mustafa Əlikram oğlu Mustafayev, Şükran Şaban oğlu Əlövsətov, Nazim Əzizbala oğlu Əsədov, Fəyyaz Əlikram oğlu Əlməmmədov, Camal Əliqardaş oğlu Məmmədov, Bəhram Akif oğlu Qiyasov, Zaur Lətif oğlu Əliyev, Xancan Bilcan oğlu Abdullayev,
161
Şamil Canbaxış oğlu Baxşıyev, Səttar Ramazan oğlu Xeyrullayev, Vüqar Abdulsalam oğlu İbadov, Elman Şəfi oğlu Rəhimov, Fuad Təyyar oğlu Bayramov, Əzim Mehdi oğlu Əzimov, Vüqar Abgül oğlu Qasımov, İdris Mehdi oğlu Mövsümov, Ehtiram Bəylər oğlu Xalıqov, Vüqar Orucəli oğlu Hüseynov, Qabil Rzaqulu oğlu Novruzov, Əhliman Xanlar oğlu Ağayev, Əlican Rəhman oğlu Rəhimov, Şahin Camaləddin oğlu Abbasov, Nizami Əhməd oğlu Həmzəyev, Gündüz Məhərrəm oğlu Babayev, Ağalar Yolqulu oğlu Bayramov, Vidadi Hüseyn oğlu Hüseynov, Yalçın Canbala oğlu Qasımov, Səbuhi Yadulla oğlu Zeynalov, İslam Fərzalı oğlu Səfərov, Ağaqulu Xankişi oğlu Xankişiyev, Ərzuman Əlif oğlu Cabbarov, Zakir Qurbanəli oğlu Abbasəliyev, Şirin Əlikram oğlu İsmayılov, Yusif Vahab oğlu İbrahimov, Rasim Gülməmməd oğlu Əbdülrəhmanov, Elçin Ramiz oğlu Yusifov, Elsevər Qazəhməd oğlu Kərimov, Babaverdi Dəmir oğlu Dəmirov, Orucəli Məmmədağa oğlu Qoçəliyev, Ruslan Qara oğlu Məmmədov, Gülməmməd İskəndər oğlu Məlikov, Akif Əli oğlu Zahirov, Məcnun Əbdül oğlu Zəkiyev,
162
Eldar Adil oğlu Eldarov, Feyruz Xanbala oğlu Cəlilov. Xızı rayonundan ordu sıralarına gedib, döyüşlərdə şəhid olanlar haqqında ilk dəfə yazıldığına görə nisbətən ətraflı məlumat verməyə çalışmışıq. Tacı Allahqulu oğlu Məmmədov 1958-ci il iyul ayının 19-da Altıağac kəndində anadan olub. 1992-ci ilin oktyabr ayının 1-də Xanabad döyüşündə şəhid olmuşdur. Mirzə Qəzənfər oğlu İbrahimov 1972-ci il dekabr ayının 6-da Altıağac kəndində anadan olub. Starşina İbrahimov Mirzə 1993-cü il sentyabr ayının 21-də Qubadlı döyüşündə şəhid olmuşdur. Rasim Şirzad oğlu Məmmədov 1966-cı ilin noyabr ayının 13də Altıağac kəndində anadan olmuşdur. Bölgə komandiri Məmmədov Rasim 1994-cü ilin may ayının 4-də Fizuli uğrundakı döyüşdə şəhid olmuşdur. Asim Hamlet oğlu Abdullayev 1973-cü ildə Xızı kəndində anadan olmuşdur. 1994-cü ilin aprel ayının 28-də Ağdamın Şirvanlı kəndi uğrundakı döyüşdə şəhid olmuşdur. Şahverdi Bəyverdi oğlu Cəbiyev 1963-cü ilin sentyabr ayının 16-da Altıağac kəndində anadan olmuşdur. 1994-cü ilin may ayının 3-də Ağdərə döyüşündə şəhid olmuşdur. Məmməd Fərrux oğlu Kazımzadə 1994-cü ilin may ayında Ağdam bölgəsində döyüşdə şəhid olmuşdur. Natiq Xanbala oğlu Abbasov 1974-cü il noyabr ayının 27-də Altıağac kəndində anadan olmuşdur. 1994-cü ilin oktyabr ayının 25də Ağdərənin Güllücə kəndi uğrunda döyüşdə şəhid olub. Nicat Xələf oğlu Allahverdiyev 1976-cı ilin sentyabr ayının 16da Stalçay kəndində anadan olmuşdur. 1993-cü ilin avqust ayının 31də Gədəbəydə Saratov döyüşündə şəhid olub. Elşad İsa oğlu Fərzəliyev 1972-ci ilin mart ayının 6-da Baxşılı kəndində anadan olmuşdur. 1993-cu ilin dekabr ayının 24-də Qubadlı uğrundakı döyüşdə şəhid olub. İsgəndər Əliabbas oğlu Cəfərov 1968-ci ilin dekabr ayının 18də Altıağac kəndində anadan olub. 1993-cü ilin fevral ayının 29-da Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Zaur Ülfət oğlu Abasov 1974-cü ilin dekabr ayının 5-də
163
Baxşılı kəndində anadan olub. 1993-cü ilin sentyabr ayının 14-də Qubadlı uğrunda gedən döyüşdə şəhid olub. Yavər Ələşrəf oğlu Ələkbərov 1959-cu ildə Bakının Dağlı məhəlləsində anadan olub. 1993-cü ildə Fizuli cəbhəsində şəhid olub. Üç qız atası idi. Telman Şahbaz oğlu Abasov 1972-ci ildə Bakıda Dağlı məhəlləsində anadan olmuşdur. 1993-cü ildə Ağdam döyüşündə şəhid olmuşdur. Fərman Məlikov 1976-cı ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. 1993-cu ildə Ağdam uğrundakı döyüşlərdə şəhid olmuşdur. Müşfiq Aydın oğlu Qafarov Giləzi kəndində anadan olub. Müharibədə şəhid olub. Həmzə Aslan oğlu Şurabad kəndində anadan olub. Müharibədə şəhid olub. Qarabağ uğrunda müharibədə qəhrəmanlıq göstərib şəhid olanların xatirəsi xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır. Rus hərbiçilərinin köməyi ilə Ermənistan ordusu müstəqil Azərbaycan respublikasına qarşı müharibə elan etmədən hücum edib, 100 mindən çox yaşayış məntəqəsi, 1600-dən çox Azərbaycan kəndi, qəsəbəsi və şəhəri dağıdılmış, 70 mindən çox dinc əhali, o cümlədən uşaqlar və qadınlar, qocalar məhv və şikəst edilmişdir. Bir milyondan artıq adam öz vətənində qaçqın olmuşdur. Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Qazax rayonunun bir hissəsi, başqa sözlə ərazimizin 20 faizindən çoxu işğal edilmişdir. Azərbaycanda Siyəzən rayonu sənaye mərkəzi kimi tanınır. Rayon iqtisadiyyatının əsasını neft və qaz çıxarılması təşkil edir. Siyəzən neftinin bugünkü vəziyyəti ciddi narahatlıq doğurur, onun böhrandan çıxarılması əsas problemlərdən biridir. “Siyəzənneft”in 1800-ə yaxın əməkçisi vardır. “Siyəzənneft”də neftçilər nəsli yaranmışdır. Burada 1958-ci ilin yayından işləyən, hazırda növbətçitexnoloq vəzifəsində çalışan Qurban Səfərovun üç oğlu da onunla birlikdə işləyir.4 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Respublikası
164
Neft Şirkəti ilə Xarici şirkətlər arasında Xəzərin Azərbaycana aid sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarında birgə istehsala aid müqavilə imzalandı. Mətbuat bu hadisəni yüksək qiymətləndirib “Əsrin müqaviləsi” adlandırdı. Bu işə Siyəzən neftçiləri də cəlb olundular. Azərbaycan Respublikasının Prezidenti möhtərəm H.Əliyev “Xəzər möcüzəsi”nin həqiqətə çevrilməsi ilə əlaqədar 1997-ci il noyabrın 12-də keçirilmiş təntənəli mərasimdə demişdir ki, əsrin müqaviləsinin həyata keçirilməsinə həm dünyanın bir çox ölkələri, şirkətləri, həm də Azərbaycanın neft sənayesində işləyən şirkətlər, müəssisələr, alimlər, mütəxəssislər, yüksək professional səviyyədə olan fəhlələr cəlb olunublar. Bu Siyəzən neftçilərinin də əməyinə verilən yüksək qiymətdir. Siyəzən neftçiləri ölkəyə təkcə 1996-cı ilin I yarısında 40742 ton neft vermişlər. Geoloji, texniki və quyudibi zonasına təsir tədbirlərinin həyata keçirilməsi istiqamətində 512 əməliyyatın aparılması mümkün olmuşdur. Bunların da nəticəsində əlavə olaraq 1396 ton neft hasil edilmişdir. Yeraltı təmirçilər altı ayda 1916 təmir işi həyata keçirə bilmişlər. Neftçilər yeraltı neft ehtiyatlarının təqribən 70 faizinin cəmləşdiyi Zaqlı-Ziyvə yataqlarında quyuların qazılmasına başlamışlar. Siyəzən həm də taxılçılıq və üzümçülük rayonu kimi də tanınır. Siyəzən kəndliləri 1996-cı ildə hər hektardan orta hesabla 14-15 sentner taxıl əldə etmişlər. Üzüm bağlarından bol məhsul götürmüşlər. Rayonda kənd təsərrüfatında islahatlar həyata keçirilir. Belə ki, 150-dən çox fermer təsərrüfatı yaradılmışdır. Elə təkcə Yenikənd kənd sakinləri öz şəxsi təsərrüfatlarında buğda əkmişlər. Yaxşı da məhsul əldə ediblər. İslahatlar kəndlilər tərəfindən rəğbətlə qarşılanır. Siyəzən rayonunda heyvandarlıq da mühüm sahələrdən biridir. Bu sahədə islahatlar geniş həyata keçirilir.5 Respublika prezidenti Heydər Əliyev cənabları tərəfindən Siyəzən rayon icra başçısı vəzifəsinə irəli çəkilən Füzuli Mirzə oğlu Hacıyev Siyəzəndə boya-başa çatıb, orta təhsil alıb, Bakıda ali təhsilli tarix müəllimi kimi yetişmişdir. O, “XVIII-XIX əsrlərdə
165
Azərbaycan-Dağıstan əlaqələri” mövzusunda yazan tarixçidir. Füzuli müəllim Siyəzən orta məktəbində yüzlərlə gəncin savadlanmasına xeyli əmək sərf etmişdir. Füzuli Hacıyev Siyəzən şəhərinin su ilə təchiz edilməsini, əhalinin yeni mənzillə təmin olunmasını təşkil etmiş, 32 mindən çox rayon sakinlərinin qayğısına qalır. Onun rəhbərliyi ilə islahatlar həyata keçirilir. Respublika prezidenti tərəfindən irəli çəkilib, etimad göstərilən Xızı İcra Hakimiyyəti başçısı Bafadar Muradov uzun illər bir sıra böyük təsərrüfatlara rəhbərlik etdiyi dövrdə əldə etmiş təcrübəyə əsasən respublikada aqrar islahatların həyata keçiricisi və yenilikçi rayon başçısı kimi tanınır. Onun başçılığı ilə son illər Xızıda islahatların həyata keçirilməsi sahəsində böyük işlər görülmüşdür. Xızıda islahatların həyata keçirilməsi təcrübəsi bütün respublikada yaxşı qarşılanmışdır. Rayonda islahatlarla hər bir kolxoz üzvü əməyinə, iş stajına görə öz payına sahib olmuş, əhalinin digər hissəsi də torpaq payı almışdır. Rayonda birgə təsərrüfatlar, fermer təsərrüfatları yaradıldı. Onlara kömək etmək məqsədilə islahat fondu təşkil edildi, iri torpaq sahələrini icarəyə götürən fermerlərdən və digər mənbələrdən xeyli məbləğ əldə edildi, ehtiyacı olanlara 10 faiz mənfəət götürməklə kredit verilmişdir. Bu pula yeni yaradılan fermer təsərrüfatı üçün toxum və yanacaq alındı. Bəfadar Muradovun apardığı islahatlar respublika rəhbərliyi tərəfindən bəyənilmiş və digər rayonlar üçün də örnək hesab edilib. 1995-ci ildə kolxoz təsərrüfatında taxıl istehsalında hər hektardan 5-6 sentner məhsul əldə edilirdisə, islahat nəticəsində 1996-cı ildə hər hektardan orta hesabla 12 sentner taxıl alınıb. Beləliklə, məhsuldarlıq iki dəfə artıb. Baxşılı, Altıağac və Findiqanda məhsuldarlıq 18-20 sentnerə çatmışdır. 1995-ci ildə kolxozlarda cəmi 1350 ton taxıl əldə edilmişsə, 1996-cı ildə islahat nəticəsində 3673 ton taxıl əldə edilmişdir. İslahatdan əvvəl 50 min qoyun, 6 min baş qaramal var idisə, 1996-cı ildə 60 min qoyun və 7400 baş qara mal saxlanılır.6 Giləzi kəndində Şahbala Rzayev nümunəvi fermer hesab
166
olunur. Kəndin bir çox fermerləri - Kamran Ağayev, Məmməd Ağayev, Hacıağa Əzimov və başqaları ondan məsləhət alırlar. 1997-ci ildə Xızı rayonunda 2466 ailə 176 kəndli fermer təsərrüfatı, 1656 şəxsi təsərrüfat varidi. Kəndli fermer təsərrüfatları bitkiçilik, heyvandarlıq və əkinçilikdən ibarətdir. İki ildə (1996-1997-ci illərdə) 1790 baş qaramal və 12 min qoyun artmışdır. Təkcə Təzəkənd əkinçiləri 4500 hektar sahəni əkmişlər. Rayon islahat fondunda 300 milyon manat vəsait toplanmışdır. Bu vəsaitdən texniki avadanlıq, yanacaq, kübrə və s. almaq üçün istifadə edilir. Xızı-Bərmək dağlıları dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmlənməsi uğrunda yorulmadan səylə çalışırlar. Mələk xanım Bayramova Sumqayıt şəhərində rəhbər vəzifələrdə çalışmış, hazırda Ali Sovetdə işləyir. Jurnalist İlqar Paşazadə Azərbaycan televiziya şirkətində «Gün» verilişinə rəhbərlik edir. Gənc jurnalist İlhamə xanım Novruzova mətbuat səhifələrində maraqlı məqalələrlə çıxış edir. Təlim-tərbiyə işlərinin yenidən qurulması və zənginləşməsi orta məktəb müəllimləri qarşısında mühüm problem kimi durur. İqtisadi çətinliklərə sinə gərən dözümlü və bacarıqlı müəllimlərdən Yaqub Məmmədov, Üzeyir Adıgözəlov, Sənan Ağayev, İmanulla İlyasov, Seyfəddin Rzayev, İlyas İbrahimov, Xəlifə Atakişiyev, Natiq Nağıyev, Arzu Ağayev, Yaqub Zülfiyev və başqalarını göstərmək olar. Şükür Kərimov uzun illərdir Dağlı məhəlləsindəki 225 saylı ingilis dili təmayüllü orta məktəbin direktorudur. O, gənc nəsli elmin yeni nəaliyyətlərinə yiyələnməsi və zəhmətə məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə edir. Akif Nağıyev xeyli vaxtdır Altıağac orta məktəbinə başçılıq edir. Gənc nəslin maariflənməsində qadın müəllimlər də yorulmadan çalışırlar. Bunlardan Stella Novruzova, Məlahət Rzayeva, Natella Novruzova, Mehriban Şixizadə, Zöhrə Novruzova, Fəridə Sadıqova, Bibixanım Şahbazova, Xumar Novruzova, Tümən
167
Hüseynova, Məlahət Kazımzadə, Aytən Şixiyeva, Məryəm Həsənova, Məsmə Salamova, Güldanə Əliyeva, Afat Şixizadə, Zümrüd Səmədova və başqalarını göstərmək olar. Respublikamızın müstəqilliyi elmin bütün sahələrində mübariz tələblər qarşıya qoyur. Bu tələblərə cavab verən mütəxəssislərdən kimya elmləri doktoru, professor Fikrət Babayevin əsərlərinin istehsalatda tətbiq edilməsi yaxşı nəticələr vermişdir. Fikrət müəllim ölkə üçün yeni kimyaçı kadrlar hazırlanmasında yorulmadan çalışır. O, təhsil nazirinin birinci müavini kimi məsul vəzifəni yerinə yetirmişdir. Hazırda Texniki Universitetin kimya kafedrasının professorudur. Tibb elmləri doktoru, professor Əflatun Kərimovun şərəfli xidməti sayəsində yüzlərlə insan ömrü uzanmışdır. O, üç mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Professor Əflatun Kərimovun hazırladığı həkimlər respublikanın müxtəlif xəstəxanalarında insan sağlamlığı keşiyində durmuşlar. Onkoloq və cərrah Əflatun Kərimov həkimləri təkmilləşdirmə institutunda çalışır. Onun yazdığı metodiki tövsiyələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. O, üç il Həbəşistanda çalışmışdır. Filoloji elmlər doktoru, professor Araz Dadaşzadə yazdığı əsərlərdə respublikanın ədəbi aləmində yeni və dəyərli fikirlər söyləmişdir. O, on cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunmasına rəhbərlik etmişdir. Tarix elmləri doktoru Rizvan Zeynalovun yazdığı vətən müharibəsi qəhramanlarının Qarabağ döyüş yolunu işıqlandıran əsəri diqqətəlayiqdir. İqtisad elmləri namizədi, dosent Akif Abdullayev İqtisad institutunda müəllim işləmiş və yüzlərlə mütəxəssis yetirmişdir. Akif Abdullayevin iqtisadi elm sahəsində əldə etdiyi nəticələr bir çox məsələlərə işıq salmışdır. O, respublikada bir sıra rəhbər vəzifələr daşımışdır. Hazırda Ali Sovetdə müstəqil respublikanın yeni qanunlarının hazırlanmasında iştirak edir. Biologiya elmləri namizədi Ağa Şixiyev efir yağlarının istehsalı üzrə mütəxəssisdir. Alim bu sahədə mühüm nailiyyətlər əldə etmişdir. Ölkədə yeni sahələrdən olan kompüterləşdirmədə gənc
168
alim Firudin Ağayev təqdirəlayiq işlər görür. O, sənayenin və təhsil sisteminin proqramlaşdırılması sahəsində yaxşı nəticələr əldə etmişdir. Texniki elmlər namizədi Firudin Ağayev kompüterləş-dirmə sahəsində yeni kadrlar hazırlanmasında mühüm işlər görür. O, Azərbaycan Elmlər Akademiyasında laboratoriya müdiridir. Neftçi-alim İsgəndər Abdullayev elm sahəsində əldə etdiyi nailiyyətləri istehsala tətbiq etmişdir. Gənc mütəxəssis Fuad Hüseynov Azərbaycan Elmlər Akademiyası alimlərinin əldə etdikləri elmi nəaliyyətləri kompüterin yaddaşına köçürür. O, kompüterləşdirmə sahəsində fəal işləyir. Həkim Bəyazəddin Quliyev 5 saylı kliniki xəstəxanada yerləşən kafedranın dosentidir. Yazdığı qarın boşluğu üzvlərinin bəzi cərrahi xəstəliklərinə dair əsəri mütəxəssislər tərəfindən yüksək qiymətləndərilib. O, Uqanda və İranda işləmişdir. Xızı-Bərmək mahalında azad ticarətə keçmək sahəsində bir sıra işlər görülmüşdür. Bu işdə mütəxəssis B.Məmmədovun, Əliağa Şahbazovun, Vüqar Qasımovun və İldırım Zeynalovun yaxından iştirakı öz bəhrəsini verir. Respublikada böyük tarixə malik olan zərgərlik sənəti xeyli inkişaf etmişdir. Bu sahədə tanınmış dağlı zərgərlər nəfis işləri ilə fərqlənirlər. Zərgər Allahyar Mustafayev zərgərlikdə keçmiş ənənələri inkişaf etdirib zənginləşdirmişdir. Gənc yaşlarından xüsusi bacarığa malik olan zərgər Səlim Zeynalovun qızıl və platindən yaratdığı əl işləri öz gözəlliyi ilə diqqəti cəlb edir və ürəyə yatımlıdır. Bakının qocaman zərgəri Vahab Novruzov Səlimin əl işlərinə yüksək qiymət verirdi. Zərgər Səlim bir çox texniki üsullar - döymə, oyma, həkketmə, hörmə, şəbəkə sirrlərindən geniş istifadə etməklə kəmər, qozalı qolbağ, sırğa, bilərzik təki kimi bəzək əşyaları düzəldirdi. Onun düzəltdiyi “Gül” üzük və sırğalar bir çox xanımların bəzəyidir və qadınlar tərəfindən yüksək qiymətləndirilir. Zərgər Səlimin sənətinin davamçısı oğlu zərgər Dəyanət Zeynalov atasından bu sənətin sirrlərini öyrənib, milli ənənələr əsasında yeni bəzək nümunələri yaradır. Zərgər Dəyanət Zeynalov
169
böyük sənət müəssisəsinə bacarıqla rəhbərlik edir. Zərgər Səlimin qardaşları Məmməd və Əmrulla Zeynalovlar onun işini davam etdirirlər. Onlar zərgərlik sənətinin milli məzmununu saxlamaqla, yeni qiymətli bəzək əşyaları yaradırlar. Qızıldan bəzək əşyalarının kütləvi istehsalında Bakı Zərgərlik fabrikində çalışan dağlı zərgərlərin böyük əməyi vardır. Bakıda zərgərlik sənətinin mahir bilicisi mühəndis Bahadır Ağayevdir. Nəfis əl işləri ilə tanınan zərgərlərdən Nadir Qasımov, İmaməli və Əminağa Nəcəfov qardaşları, Orucəli Əliyev, Zəki Məmmədov, Yavər Heybətov, Aydın Əsgərov, Naib Zeynalov, Mirələsgər Salahov, Adil Quliyev, Akif və İlqar qardaşları Hacı Mir Cavid Mustafayev, Mir Cəlal Mustafayev, İsrafil Xankişiyev, Elçin Xankişiyev, Mədət Hüseynov, Mirzəağa Tağıyev, Baxış Ağamalıyev, Hacı Xələf Ağamalıyev, Vaqif Ağayev, Elçin Hüseynov gözəl zərgərlik nümunələri yaradırlar. Dağlı zərgərlərin əl işləri qızıl sırğa (piyaləzəng), ay-ulduz (imarət) və digərləri muzeylərdə və sərgilərdə nümayiş etdirilmişdir. Ölkəmiz müstəqillik əldə edən gündən milli və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunur. Tarixi bayramımız olan Novruz keçmiş ənənələrini saxlamaqla dövlət tərəfindən ümumi xalq bayramı kimi qeyd edilir. Ölkənin prezidenti Heydər Əliyev cənabları xalqımız üçün əziz olan bayramlarda daim iştirak edir və bu bayramları yüksək qiymətləndirir. Prezident şənlik meydanlarında camaatla görüşüb, onlara xeyir-dua verib, uşaq evlərində, əlillər, qocalar və qaçqınlar üçün təşkil edilmiş tədbirlərdə yaxından iştirak etməklə onların vacib tələbatlarının həyata keçirilməsi haqqında əməli göstərişlər verir. Azərbaycanlıların müqəddəs Ramazan bayramında müsəlmanlar bir ay Oruc tuturlar. Müsəlman təqviminin 9-cu ayı Ramazanda Məhəmməd peyğəmbərə ilk Quran ayəsi nazil olmuşdur. Ramazan ayı tamam olanda bayram keçirilir. Bu ay ərzində yoxsullara yardım olunur, valideynlərin qəbri ziyarət edilir. Müsəlman dünyasının Qurban bayramı 3-4 gün davam edir. Hər il minlərlə adam Həcc ziyarətinə Məkkəyə gedir. 1998-ci ildə
170
Səudiyyə Ərəbistanı Kralı Azərbaycanlı müsəlmanlarının Həcc ziyarətinə gedən 250 nəfərin xərcini öhdəsinə götürmüşdür. Zəvvarların Mina dağında qurban kəsmə gününü bütün müsəlman aləmi Qurban bayramı kimi keçirir. İmkanlılar qurban kəsib 7 evə pay verirlər. Hər kəs öz əcdadının məzarını ziyarət edir, bir-birini təbrik edir. Dövlət və xeyriyyəçilər tərəfindən uşaq evlərində, qocalar evində, qaçqın düşərgələrində qurban kəsilib paylanılır. Ölkə prezidenti Heydər Əliyevin Bakı şəhərində və Abşeron kəndlərində əhalinin bayramında iştirak etdiyi yerlərdə qurban kəsilir. Bu isə xalqın öz rəhbərinə olan sevgisinin canlı təzahürüdür. Ölkəmizdə Məhəmməd peyğəmbərin anadan olduğu gün, Mövlud bayramı da qeyd edilir. Müstəqilliyimiz dövründə Bakının Dağlı məhəlləsinin görünüşü xeyli dəyişmişdir. Məhəllənin 70 faizi böyük binalardan ibarətdir. Son illər Türk şirkəti tərəfindən hündür, müasir görünüşlü binalar tikilir. Dağlı məhəlləsində dörd orta ümumi təhsil məktəbi, Texniki Universitet və İnşaat İnstitutu, orta musiqi məktəbi, üç körpələr evi, uşaqlara aid poliklinika, kino-teatr binası, mağazalar, bazar, inzibati binalar, Cəfər Cabbarlının ev muzeyi, Nəriman Nərimanovun və Məşədi Əzizbəyovun heykəlləri vardır. Yasamalda yaranmış Dağlı məhəlləsində də yüksək binalar birmərtəbəli yaşayış həyətlərini əhatə etmişdir. Burada da orta məktəblər, uşaq baxçaları, kino-teatr, bazar, dükanlar, poliklinikalar, stadion və s. vardır. Bakıdakı dağlı məhəllələri Yasamal rayonunun ərazisindədir. Demək olar ki, Yasamal rayonunun əhalisinin yarıdan çoxunu dağlılar təşkil edirlər. Yasamal rayon İcra hakimiyyətinin başçısı Arif Ağayev respublika gənclər təşkilatında məsul vəzifələrdə işləmiş, Bakı Baza Energetika texnikumunun direktoru olmuş, Yasamal rayonunda təlimatçı vəzifəsindən İcra hakimiyyətinin başçısı səviyyəsinə yüksəlmişdir. Arif Ağayev xeyriyyəçi kimi də tanınır. O, neftxuda H.Z.Tağıyevin qızı Sara xanıma yaxından kömək etmiş və onun dəfnini təşkil etmişdir. Arif Ağayev Yasamal rayonunda yaşayan
171
şəhid ailələrinə, əlillərə, didərginlərə vaxtaşırı kömək edir. Respublikanın əməkdar hüquqşünası Abdulla İbrahimov uzun müddət Ali məhkəmənin sədri işləmişdir. Abdulla müəllim ölkədə hüqüqşünasların hazırlanması və yerləşdirilməsi sahəsində xeyli iş görmüşdür.
172
VII FƏSİL XIZI-BƏRMƏK DAĞLILARININ TANINMIŞ ELM VƏ MƏDƏNİYYƏT XADİMLƏRİNİN TƏRCÜMEYİ-HALI HAQQINDA
Hər bir tayfanın adət-ənənəsinin gözəlliyini, özünəməxsusluğunu və xeyirxahlığını orada yaşamış kamil şəxsiyyətlərilə ölçürlər. Mahal əhalisinin adını yüksəldən və tanıtdıran şairlər, elm və incəsənət xadimləri haqqında yazmağı özümə borc bildim. Mirzə Əbdül Qədir Vüsaqi Molla İsmayıl oğlu1 Mirzə Əbdül Qədir Vüsaqi Xızı kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Molla İsmayıl Xızıda kiçik məktəb açıb şagirdlərə dini elmlə yanaşı klassik şairlər haqqında da məlumat verirdi. Mirzə Əbdül Qədir ərəb, fars və türk dillərinin incəliklərini atası Molla İsmayıldan və Xızıda olan axundlardan öyrənmişdir. Mirzə Əbdül Qədir atası vəfat etdikdən sonra Xızıdan Bakının Dağlı məhəlləsinə köçür. O, biliyini gənclərə öyrətmək üçün müxtəlif yollardan istifadə edir, onları yeniliyə çağırırdı. Yeni üsulda kiçik məktəb açır. Axşamlar böyüklərə, gündüzlər isə uşaqlara savad öyrədirdi. Cəfər Cabbarlı da ibtidai təhsilini bu məktəbdə almışdır. Dövrünün savadlı və tərəqqipərvər müəllimi Mirzə Əbdül Qədir şagirdlərinə Azərbaycanın və Yaxın Şərqin klassik şairlərinin əsərlərini və özü yazdığı şerləri əzbərlədirdi. O, bu məktəb üçün yeni dərslik də tərtib etmişdi. Mirzə Əbdül Qədir böyük şairimiz Mikayıl Müşfiqin atasıdır. Mirzə Əbdül Qədir Bakıda kapitalizmin sürətlə inkişafı ilə əlaqədar olaraq milli-azadlıq hərəkatının və milli intibah ideyalarının təsiri altında geniş təkamül prosesi keçirir və onun dünyagörüşündə yeni maarifçilik cəhətləri özünü göstərir. 1908-ci ildə isə Mirzə Əbdül Qədir “Səadət” məktəbində ana dilindən dərs demişdir. O, ilk
173
növbədə türk dilinin incəliklərinin dağlılar tərəfindən mənimsənilməsinə, türk dilində yazdığı şerlərin öyrənilməsinə xüsusi fikir verirdi. Bu məktəbdə çalışan dövrün görkəmli müəllimlərindən Əlibəy Hüseynzadə, Fərhad Ağazadə, Əli və Hənifə Teriqulov qardaşları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyov qardaşları, Musa Rza Əsgərli ilə dostluq edirdi. Mirzə Əbdül Qədir şerlərini “Vüsaqi” təxəllüsü ilə yazırdı. Romantik poeziyanın görkəmli nümayəndəsi Mirzə Əbdül Qədir Vüsaqi nikbin realist xarakter daşıyan lirika, aydın qəzəllər və opera mətnlərinin müəllifidir. Mirzə Əbdül Qədir Vüsaqi Müslüm Maqomayevin məşhur “Şah İsmayıl” operasının liberettosunu yazmışdır. Şair “Şah İsmayıl” əsərində şərin, pisliyin kökünü kəsməyə qadir və öz həyatını xeyirxahlığa həsr etmiş cəngəvar qadın obrazını təsvir edir. Ərəbzəngi belə söyləyir: Ərəbzəngiyəm, kəsmişəm yolu, Buyursun, hər kəsin güclüdür qolu. Şair Mirzə Əbdül Qədir Vüsaqi “Seyfəl mülk”, “Yusif Züleyxa”, “Şah Abbas” və “Kəşkül” operalarının mətnini yazmışdır. Bakıda milyonçu Murtuz Muxtarovun təklifi ilə Axund Turabın təşkil etdiyi Qurani Kərimin oxunmasında Mirzə Əbdül Qədir Vüsaqi bəyənilmiş və pul mükafatına layiq görülmüşdür. Şair Mirzə Əbdül Qədir Vüsaqi 1915-ci ildə vəfat etmişdir.
174
Cəfər Qafar oğlu Cabbarlı2 Cəfər Cabbarlı 1899-cu ildə mart ayının 20-də Novruz bayramı axşamı Xızıda anadan olmuşdur. O, 1901-ci ildə ailəsilə birlikdə Bakının Dağlı məhəlləsinə gəlib. Cəfər Cabbarlı bir müddət indiki Dağlı küçəsindəki məsciddə Molla Ümnisənin yanında oxuyur. O, Quranı oxuyub başa vurandan sonra Mirzə Əbdül Qədir İsmayılzadənin məktəbində oxuyur. Bir qədərdən sonra isə B.Bədəlbəyin məktəbinə gedir. Sonra o, texnikuma qəbul edilir. Azərbaycanın klassik dramaturqu Cəfər Cabbarlı ədəbiyyatımızın inkişaf tarixində böyük rol oynamış və gənc yazıçılar nəslinin yetişməsi üçün məktəb yaratmışdır. Xalqa sədaqətlə xidmət edən görkəmli yazıçı Cəfər Cabbarlı az vaxt ərzində klassik əsərlər yaratmışdır. Cəfər Cabbarlının yaradıcılığı zəngin və çoxcəhətlidir. O, böyük dramaturq olmaqdan başqa, həm istedadlı şair, nasir, ssenarist, felyetonçu, bədii ədəbiyyat tərcüməçisi, kino və teatr recissoru idi. Əməkdar incəsənət xadimi Cəfər Cabbarlı 20 illik ədəbi fəaliyyəti ilə Azərbaycan dramaturgiya sənətinin inkişafında yeni parlaq səhifə açmışdır. “Bahar” şerilə yaradıcılığa başlayan 15 yaşlı Cəfər Cabbarlı tezliklə geniş oxucu rəğbətini qazandı: Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan, Sərbəsər xələti-ətlasla bəzənmiş gülşən. Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran! Xaliqin qüdrəti - bihəddinə əhsan, əhsan. Bu şerlə şair dünyanın gözəlliyinin allah tərəfindən yaranmasını və gözəlliyin yaradıcısı Xaliqin qüdrətinə heyran olduğunu bildirir. Cəfər Cabbarlının yaradıcılığında Mirzə Əbdül Qədir Vüsaqinin rolu olmuşdur. O, mərsiyə canrını dərindən bilirdi. Dağlı ağsaqqalları Cəfər Cabbarlıdan xahiş edirlər ki, bir mərsiyə yazsın. O, xahişi qəbul edib mərsiyəni yazır: Gülzari-vətən soldu, Millət xari-zar oldu,
175
Hamı payımal oldu, Dur, ey xar olan millət! Dağlılar dəstə ilə gedib bu mərsiyəni yuxarı Dağlı küçəsində olan Hacıbaba məscidində oxuyurlar. Bu hadisə böyük səs-küyə səbəb oldu. Mərsiyənin kim tərəfindən yazılmasını oxuyanlar demədilər. Cəfər Cabbarlının o dövrdə yazdığı mərsiyə hazırki dövrdə də millətimizə olan müraciət kimi səslənir. Cəfər Cabbarlının “Mərhum Şərq”ə şeri bu gün də xalqımızı və bütün şərq xalqlarını səfərbərliyə çağırır: Döndər günəşin atəşə, saç Qərbə, Şimalə! Topla nə gücün varsa, giriş qəti cidalə! Qoy gülləri ya qan sulasın, yaxud ədalət! Qoy ya bəşəriyyət yaşasın, yaxud ədalət! Cəfər Cabbarlı “Ana” şerində İslam əqidəsinə əsaslanıbdır. Quranı Kərimdə deyilir ki, “Cənnət ananın ayağı altındadır. Kim onu görmək istəyirsə anasının ayağının altını öpsün.” Cəfər Cabbarlı yazır: Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını icz ilə, kimdir o? Nədir o? Ana! Ana! O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir. Cəfər Cabbarlı keçmişin mübariz səhifələrini əks etdirən məzmunlu əsərlər yaratmışdır. Cəfər Cabbarlı 1915-ci ildə 16 yaşında ikən “Göz yaşları içində qəhqəhələr” pyesini yazmışdır. Bu əsər çar senzurası tərəfindən qadağan edilmişdir. Cəfər Cabbarlı özünün “Aydın”, “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Aslan və Fərhad”, “Nəsrəddin şah”, “Oqtay Eloğlu”, “Almas”, “Od gəlini”, “1905-ci ildə”, “Dönüş”, “Yaşar”, “Sevil” və başqa əsərlərində tamaşaçını ələ alır, onu lazım olduqda “ağlatmağa” və ya “gülməyə” məcbur edir. Onun əsərləri şüura və hissə eyni zamanda təsir bağışlayır. Buna görədir ki, Cəfər Cabbarlının yaratdığı müsbət obrazlar xalq içərisində yaşayır, ağızdan-ağıza gəzir. Adamlar öz uşaqlarına
176
Cabbarlı qəhramanlarının adını verirlər. Cəfər Cabbarlının yazdığı realist əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirmişdir. Cəfər Cabbarlı əsərlərində həyatın mahiyyətini açır, orada olan mənfi adamlarla müsbət keyfiyyətə sahib şəxsiyyətlərin mövcudluğunu təsvir edir. Bəşəriyyətə zərərli olan pozğun, böhtançı, intiriqaçı, ac göz, hiyləgər Dövlət bəylərin, Balaşların, İmamyarların, Mirzə Səməndərlərin, Dilbər xanımların paxrını açır, onları lənətləyir. Cəfər Cabbarlının dünyagörüşünün formalaşmasında Azərbaycan Demokratik Cumhüriyyətinin böyük rolu oldu. O, müstəqil dövlətimizin yaradılması uğrunda apardığı mübarizə şəraitində böyük yazıçı kimi formalaşıb, ərsəyə çatdı. Böyük sənətkar olan C.Cabbarlı həm də böyük vətəndaş idi. O, Azərbaycan “Müsavat” partiyasının liderlərindən biri kimi millətə böyük xidmət göstərmişdir. Cəfər Cabbarlı müəyyən müddət gizli fəaliyyətdə olan “Müsavat” partiyasına və onun üzvlərinə başçılıq etmişdir. Cəfər Cabbarlının əsərlərində “Müsavat” partiyasının ideyaları öz əksini tapmışdır. Cəfər Cabbarlının sevərək yaratdığı Aydın, Oqtay Eloğlu, Sevil, Almaz, Yaşar, Firuzə həyatın tələbiindən doğan mübarizlər idi. Aydın iqtisadi bərabərlik uğrunda mübarizə aparır, insan ləyaqətinə hörmət tələb edir. Pula arxalanan yırtıcıların əlində sıxılan ziyalı Aydının faciəsi ləkəsiz, namuslu şəxslərin altun sahibi Dövlətbəylərin əlində puç olmasını milli faciə kimi göstərir. Böyük şair Mikayıl Müşfiq “Qaya” poemasında dahi dramaturq Cəfər Cabbarlının “Aydın” əsərini belə təhlil edir: Bir gün yolum yenə düşdü “Aydın”a, Bir kimsə qalmamış onun qaydına. Məni doğrudan da ağlatdı Aydın, Gərək, ay müəllim, orda olaydın. Eh... Aydın dəlidir, o lap uşaqdır, İşi gecə-gündüz sızıldamaqdır. Tökür acığını makinalara!
177
Sıxıb yumruğunu vuruş bir kərə! Onun qapıldığı boş-boş xəyaldır, Məncə, Dövlət bəyin qanı halaldır. Cəfər Cabbarlı “Od gəlini” əsərində Azərbaycan xalqının ərəb işğalçılarına qarşı qəhraman mübarizəsini ustalıqla təsvir etmişdir. Əsərdə Aqşin çox güclü verildiyindən tamaşaçıya elə gəlir ki, o, əsərin qəhrəmanıdır. Tamaşaçıların gözündə Elxan əqidəsindən dönməz qəhrəman kimi görünür. Cəfər Cabbarlı Xurəmilik hərəkatının mənfi cəhətlərini də tənqid edərək yazır: “Ər nədir? Onlarda heç dibindən ərə getdi yoxdur. Elə açıq, toyuq-cücə kimi hamısı bir-birinin ər-arvadıdır”. Cəfər Cabbarlı Azərbaycan tarixini yaxşı bildiyi üçün, onun tarixi əsərləri həqiqətə uyğun gəlir. 1928-ci ildə yazdığı “Sevil” əsərində qadın azadlığı və Sevilin müasirləşmə uğrunda mübarizədə qələbə çalmasından danışılır. Əsərdə Sevil deyir ki, “... Gülüşcan qoç döyüşünə qoç dayanmaz, qoç döyüşünə aslan pəncəsi dayanar”. Cəfər Cabbarlının liderlərindən biri olduğu “Müsavat” partiyasının müasirləşmə ideyası və Turan aləmində ilk dəfə Atatürk Mustafa Kamal paşanın həyata keçirdiyi müasirləşmə tədbirlərinin davamı olaraq «Sevil» əsəri Azərbaycan qadınlarının müasirləşməsində mühüm rol oynamışdır. C.Cabbarlı 1929-cu ildə yazdığı “Almaz” əsərində kənddə mədəni yenilikləri təsvir etmişdir. Almaz müəllimlik kimi şərəfli və çətin bir peşənin sahibidir. O, çətinliklərdən qorxmadan köhnəliyə qarşı gərgin mübarizədə qələbə çalır. Bəziləri kooperasiyanı gördüyümüz kolxoz quruluşu ilə qarışıq salır. Kooperasiyaların nümunələri qabaqcıl ölkələrdə indi də vardır. Əsərdə Almazın dediyi sözlər: Hey sən! Əski dünya, təslim ol! Sənə qarşı yürüş var! Maşınlara od buraxın, Vuruş var ha, Vuruş var! Almazın sözləri indi də böyük əhəmiyyətə malikdir. O,
178
həmvətənlərini indiki müstəqil ölkəmizi kəm-kəsirdən təmizləyib, möhkəm və çiçəklənmiş respublikaya çevirməyə səsləyir. Cəfər Cabbarlı “1905-ci il” əsərində Çar mütləqiyyəti-nin milli qırğınlar törətmə siyasətini, şovinist erməni-lərin alçaq sifətini açıb göstərir. Əsərdə işlədilən “Atan kazaklardır...” sözü çar hakimiyyətinin qırğının təşkilatçısı olduğunu ifşa edir. Əsərdə erməni millətinin xarakteri bir cümlə ilə belə açıqlanır: “Erməninin yaxşısı olmaz, erməni - erməniyə görə yaxşı olar”. C.Cabbarlı çar müstəmləkəsinə qarşı nifrətini başqa şəxsin dili ilə belə söyləyir: “Mən düşmənəm sizin iki başlı qartalınıza...” Əsərdə “Küllü ərəseydə gəlsə yerimdən tərpənən deyiləm”, “evində ölmə, ey kasıb, mostovoyda ölməyə adam tapılmaz” sözləri rusların Azərbaycana kütləvi gəlməsini və ölkədə yoxsul həyat tərzini pisləyir. “1905-ci il” əsəri Qarabağ müharibəsinin xarakterini açmaq üçün çox aktual səslənir. Düz deyilib: “Tarix təkrar olur”. Əsərdə indiki hadisələr məzmunca eyni və formaca müxtəlif surətdə insan gözü qarşısında təkrar görünür. C.Cabbarlının 1932-ci ildə yazdığı “Yaşar” son dram əsəridir. Yazıçı əsərdə ölkədə yaranmış sinfi mübarizəni və bu mübarizənin hökumət tərəfindən sürətləndirilməsini tamaşaçılara çatdırır. C.Cabbarlının “Firuzə” hekayəsində bu günkü Çəmbərəkəndin yerini və onun əməksevər insanlarını təsvir edir. Əsərdə deyilən “Həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab” sözləri hazırki dövrümüzün təsvirini verir. Lakin hələ şüurda inqilab günün vacib problemi kimi qarşımızda durur. Bu problem tam həll olandan sonra biz özümüzü güclü müstəqil respublikanın azad vətəndaşı kimi xoşbəxt hiss edəcəyik. Cəfər Cabbarlının bu sözləri: Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm, Mən bir sismaz duyğuyam ki, ürəkləri gəzərəm. elə bil bütün yaradıcılığına xalq qiyməti və məhəbbəti kimi səslənir.
179
Cəfər Cabbarlı üçün həyat, həyat həqiqəti böyük ehtirasa çevrilmişdir. Onun yaratdığı əsərlər təkrarsızdır. Böyük şair Mikayıl Müşfiqin dediyi kimi: Fəqət ölən deyil onun sənəti, Bağlamış adına əbədiyyəti. Onun əsərləri həyatdan nəşət alır və bir çox xalqların dilinə tərcümə olunub. Cəfər Cabbarlı ədəbiyyatımızın saflaşması uğrunda yazdığı məqalələrdə ədiblərə günün tələbindən çıxış etməyi tövsiyə edirdi. O, mətbuatın ictimai həyata xidmət etməsini arzulayırdı. C.Cabbarlı mətbuatın əski həyat ilə yeni bir həyat arasında durub, bir tərəfdən pozmalı, digər tərəfdən yaratmalı olduğunu - deyirdi. Cəfər Cabbarlı tərcümələrində müəllifin əsəri nə məqsədlə yazması və səhnəyə uyğunlaşdırılmasını əsas götürür. O, Hamleti Şekspirin özü yazdığı kimi oynamaq olmadığı üçün, onu Azərbaycan cəmiyyətinin ruhuna yaxınlaşdırmışdır. Dilimizə, ahəngimizə və ruhumuza daha yaxın, daha təbii və doğma sözləri, təbirləri seçmişdir. Əsərin psixoloji və fəlsəfi məhvəri olan müəllifin işlətdiyi “yaşamaq ya ölmək” əvəzinə C.Cabbarlının “Olum ya ölüm” monoloqu çox yaxşı alınmışdır. Müasir tərcüməçilər əsərin çox yaxşı və yüksək tərcümə olunmasını söyləyirlər. Cəfər Cabbarlı müasir türk dilinin saflaşması uğrunda yorulmadan çalışıb. O, türkçülüyü azərbaycançılıqla eyniləşdirir. Cəfər Cabbarlı Azərbaycan xalqının ən sevimli yazıçılarından biri olmuşdur. Cəfər Cabbarlı 1934-cü ilin dekabrın 30-da ömrünün cavan yaşlarında vəfat etmişdir. Respublika prezidenti Heydər Əliyev cənabları Cəfər Cabbarlının heykəlini şəhərin görkəmli yerində ucaltmışdır.
180
Mikayıl Müşfiq Əbdül Qədir oğlu İsmayıl-zadə3 Ədəbiyyatımızda məhəbbət, həyat, quruculuq, tərəqqi, mədəniyyət aşiqi, dönməz və vətəndaş şair kimi tanınan Mikayıl Müşfiq İsmayılzadə 1908-ci ilin iyun ayının 5-də Bakının Dağlı məhəlləsində şair ailəsində dünyaya göz açmışdır. Mikayıl Müşfiqə böyük Allah şeri nəslən bəxş etmişdir. O, sələflərinə - atası şair Mirzə Əbdül Qədir Vüsaqiyə sədaqətli çıxıb böyük şair olmuş, sevimli müəllimləri Hüseyn Cavid və Əhməd Cavad əqidəsilə həyatı dərk etmişdir. Onun şerlərinin mayasında Cəfər Cabbarlı hikməti, Tofiq Fikrət çağırışı olduğu kimi şəxsiyyətində də Nəsimi dözümü və oxşarlığı vardır. Xalqımızın sevimli şairi Mikayıl Müşfiq 10 illik -az, lakin Xəzər kimi coşub-daşan cağlar və mənalı bir yaradıcılıq yolu keçmişdir. Xalq şairi Səməd Vurğun demişkən, böyük şair Müşfiq “Sevərək yaşayanlar, sevilərək ölənlər” sırasındandır. Mikayıl Müşfiqin ilk şeri 1926-cı ildə 18 yaşında olarkən nəşr edilmişdir: Bir parça atəşim, bir parça yanğın, Qəlbim örnəyidir yanar bir dağın. Qarşımda duramaz nə sel, nə daşqın, Təbiətlə mənim zarafatım var. Həqiqətən Mikayıl Müşfiq Azərbaycan şerinin bir parça atəşi və yüksək dağı idi. O, həyatda mübariz şair kimi şerin murad atının qanadında çapırdı. Şair özü bilirdi ki, şer aləmində böyük xarüqələr yaradır. Mikayıl Müşfiq qısa yaradıcılıq dövründə böyük ədəbi irs qoydu. Onun sağlığında nəşr olunmuş 10 orijinal kitabı (“Küləklər”, “Günəş səsləri”, “Pambıq”, “Bir may”, “Kəndli və ilan”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Vuruşmalar”, “Buruqlar arasında”), beş tərcümə kitabı (“Qaçaqlar”, “Kabzar”, “Puşkinin ölümünə” poeması, “Huşsuza bax, huşsuza") vardır. Mikayıl Müşfiqin həbs müddətini həyatından kənar etsək o, 29 illik gənc həyatında 11 kitab yaza bildi.
181
Şair Mikayıl Müşfiq hər gün 4-5 şer yazmışdır. Onun bəzi şerləri oxucusuna çatdırılmayıb. Mikayıl Müşfiq öz məhəbbətinə sədaqətli və vurğun idi. Sevgilisi Dilbər xanım Gəncəyə gedəcəyini Müşfiqə deyərkən, elə oradaca “Ayrılıq” şerini dedi: O gün ki, hicrana uğradı yolum, Qırıldı qanadım, qırıldı qolum. Fələkdən bac verib, bac alan könlüm, İndi uşaq kimi ağlar səninçün. Dilbər Müşfiqə dedi ki, istəyirsən getməyib, qalım. Müşfiq bu fikrə də şerlə cavab verdi: Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal, sənə qurban!.. Nə zaman istəsən, əziz canımı, Qumral gözlərinlə al, sənə qurban! M.Müşfiqin şerlərində gözəl cəhətlərdən birini dərin lirizm, emosionallıq, düşüncə, orijinal üslub və obrazlıq səciyyəvi xüsusiyyət təşkil edir. Onun şerləri ədəbi dilimizin sağlamlığına və zənginliyinə də xidmət edir, şerdə fikir səlis və ahəngdar verilir. Mikayıl Müşfiq “Sındırılan saz” poemasında Xızı-Bərmək mahalının kəndlərini, dağlarını və saf iqlimini sevərək təsvir etmişdir: Axşamdır, ürəyi uçur Xələncin, Hər soyuq qocanın, hər isti gəncin... O kimdir bu gecə atın belində, Xızı dağlarının qarlı çölündə... Xızının üstündən görünür Quşçu, Dağların başında bir kənddir ki bu, Bu saat qar basmış görünməyir heç. Mikayıl Müşfiq xalqına, elinə-obasına bağlı şair idi. Müşfiq Dağlı adını iftixarla qəbul edib və onu qiymətləndirirdi. Şair öz sevgilisinə yazır: Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur qolları bağlı. Gəl çəkmə könlümə sən hicran dağı,
182
Gümüş topuğunda xal, sənə qurban. O dövrdə sevimli şairimiz Mikayıl Müşfiqi qara qüvvələr sığışdırırdı. Bunlara müraciət edərək “Duyğu yarpaqları” adlı əsərində yazır: Mən gəncəm, bilirəm, istiqbalım var, Hələ bədr olmamış bir hilalım var. Yelkənim açılır, qara yel, əsmə! Mənim bu dəryada bir sandalım var. Azərbaycanda yeni proletar mədəniyyəti yaratmaqla milli musiqi alətlərini ləğv etməyə çalışanlar tarı, sazı və başqalarını inkar edirdilər. Tarın qadağan edilməsi kimi söz-söhbət Mikayıl Müşfiqi sarsıtmışdı. Bu tədbirlərə nifrət edən şair, etiraz cavabı olaraq yazır: Oxu, tar! Səni kim unudar! Ey geniş kütlənin acısı şərbəti alovlu sənəti! M.Müşfiqin şerləri oxucuda daxilən paklıq yaradır, insanın mənəvi aləmini saflaşdırmağa kömək edir. Mikayıl Müşfiq ədəbiyyat tariximizdə bədahətən şer deyən şairlərimizin görkəmlilərindəndir. Fitrətən şair yaranmış M.Müşfiq bütün həyatı boyu bir dəqiqə də olsun ilhamsız yaşamamışdır. O, həmkarlarını da yazıb-yaratmağa səsləyirdi: Haydı Rüstəm, çıxalım gəl yarışa, Çıxalım mövzu üçün axtarışa! Aləmə vəlvələ salmaq lazım, Quruluş şairi olmaq lazım! Müşfiq şeri divanə adlandırır, onu zəncirləməyin əleyhinədir. O, deyir ki, «Burax şeri, burax! İstədiyi kəlmə qəliblarına girsin». Bu sözlər gənc şairlər üçün bir məktəbdir. Onun əsas işi sevib yaratmaq və yeni-yeni şerlər yazmaq idi. Mən şer yazmazdım sevgiyə dair, Neyliyim, ürəyim dinc oturmayır kimi misraları yazan şair deyir ki, Mən sevda yolunun bir yolçusuyam,
183
Bu yollar bir dərə, mən axar suyam, Çünki axar sular geriyə dönməz, Sevgi bir günəşdir, könüldə sönməz. M.Müşfiq “Buruqlar arasında” adlı əsərində mədənlərində işləyən işçilərin fəaliyyətini əks etdirir: Bayılda bir böyük emalatxana Buruqlar yanında gəlir tuğyana.
Bayıl
Önündə dəzgahı, alnında təri, Seyr eylə burdakı gənc işçiləri. Onlar həm, oxuyur, həm işləyirlər., Günü-gündən artır, genişləyirlər. Mikayıl Müşfiq poeziyasında insan psixologiyası, onun daxili aləmi və həyata bağlılığı yaxşı göstərilir. Şair “Qaya” poemasında gənclər üçün məktəb olan ibrətamiz səhnələr yaratmışdır: Qayanın belə bir keçmişi vardı: Xızı dağlarında onlar yaşardı. Deyirlər, atası kənddə çobanmış, Nədənsə hirsindən bədəni yanmış. “Yenə o bağ olaydı” şeri ədəbiyyatımızın parlaq sənətkarlıq incisidir: Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbində qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı; Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən, Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində,
184
İlhamımın yelkəni zərrin saçın olaydı, Sular xırçın olaydı. M.Müşfiqin lirik şerlərində məhəbbət həyatı realdır. Bu şerlər həyatla möhkəm bağlı, canlı məhəbbətdən söhbət açır. O, açıq səmada parlayan və insan qəlbini fəth edən rəvan şerlərin müəllifidir. O, dənizi çox sevir, dənizi şairə bənzədir, bəzən özü də dalğalar kimi coşur. “Nə deməkdir” şerində şair, insanı yüksəldən əmək uğrunda mübarizəyə səsləyir. Böyük şair M.Müşfiq özünü bəxtiyar hesab edir, yükləri ilə sisli mövcudiyyəti dolduran sıxıntıların, böyük kədərlərin arxasında qüvvətli bir qanadla açıq və aydın meydana atılan adamlardandır. Onun yazdığı beytlərdə deyildiyi kimi: Həyat işdir, döyüşdür, Səadətdir, əməkdir. Bilə-bilə bunları Dayanmaq nə deməkdir. M.Müşfiq çar imperiyasının iki başlı qartalına nifrətini “Daş qartal” şerində belə təsvir edir: Üfüqdən üfüqə çaldığın qanad Hər yerdə qaranlıq bir kölgə saldı, Pəncəndə qırıldı bir yığın qanad, Qorxundan uçanlar sükuta daldı. Çulqadı süzdüyün qaldırımları Bir yığın səfalət, bir yığın acı, Çaxarkən hirsinin ildırımları, Dərdi ümuzlara ölüm qırbacı. Şair çar imperiyasının zülmünə qarşı yoxsul və acların üsyanının nəticəsində qartalın məhvini göstərib. M.Müşfiq “Həsrətli qarı” şerində erməni-müsəlman davasını belə təsvir edir: Dağıldı ölkələr, talandı ellər, Sonalar oylağı tarımar oldu. Qəm tərənnüm etdi sevdalı dillər, Ellərin şənliyi xəkisar oldu. Bizim halımıza tutuldu göylər,
185
Buludlar belini büküb ağladı. Qəlbimi yatağan duyğular kəsər Zehnimdə gəzdikcə keçmişin yadı. Şair burada ermənilər tərəfindən sonalar oynağı olan Qarabağın talan edilib tarımar edilməsini, ellərin matəm içərisində olmasını və keçmişinin ağır yaddaşını təsvir edir. Dahi dramaturq Cəfər Cabbarlının qəflətən ölümü Mikayıl Müşfiqi sarsıtdı. O, bu münasibətlə belə yazıb: Öldü - xəbər verin aşnaya dosta Ruhlar mühəndisi o böyük usta! Öldü bir usta ki, ustalar başı, Bütün yoldaşların əziz yoldaşı! Öldü, ağlamayan gözlər ağlasın, Qələmlər, gağızlar, sözlər ağlasın! M.Müşfiq bütün ömrünü şerə həsr etmişdir. Özünün dediyi kimi: Şer qalıbına, söz qalıbına, Əriyə-əriyə tökülən mənəm. Böyük şair Mikayıl Müşfiq şərqin klassik şairi filosof Ömər Xəyyamın bütün rubailərini tərcümə etmişdir. Həqiqi bir varlıq insandır, insan! Bu söz hər yetənə deyildir asan. Mərifət meyindən bir damla içsən, Görünməz xaliqin məxluqu yeksən. Şairin “Həyat sevgisi” şerində yazdığı kimi: Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbüllər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Xəzan acısına edib təhəmmül, Gülün kölgəsində ötəndə bülbül,
186
Həyat, həyat! - deyə çırpınır könül, Könüldən, sevdadan necə əl çəkim? Böyük şair Mikayıl Müşfiqi zorla əlimizdən alıb, onu həyatdan əl çəkməyə məcbur etdilər. O, şəxsiyyətə pərəstişin qurbanı oldu. M.Müşfiqi “pantürkist” kimi ittiham etdilər və Türk dilini, Türk ədəbiyyatını və Türk xalqlarını sevdiyi üçün cəzalandırdılar. Mikayıl Müşfiqi 1938-ci il yanvarın 6-da cismən məhv etdilər. Mikayıl Müşfiqin şair qəlbinin incə duyğuları olan şerləri Azərbaycan ədəbiyyatı xəzinəsində həmişə parlayacaq, özü isə böyük şair kimi xalqımızın xatirəsində əbədi yaşayacaqdır.
187
Cabir Mirzə oğlu Novruzov4 Cabir Novruz 1934-cü ildə Xızı-Bərmək mahalının Upa kəndində doğulmuşdur. O, Giləzidə boya-başa çatmış və Bakıda Pedaqoji texnikumu, sonra isə Moskvada M.Qorki adına Ədəbiyyat institutunu bitirmişdir. 1960-cı illərdə Azərbaycan ədəbiyyatına öz sözü ilə gəlmiş qüvvəllər içərisində Cabir Novruzun şerdə qazandığı nailiyyətləri əlamətdar hadisə oldu. O, xalqın xoşbəxt həyat uğrunda mübarizəsini və onların mənəvi aləmini əks etdirən, oxucularına yol göstərən çox qiymətli şerlər yazmışdır. Cabir Novruz poema və şerlərində zəhmət adamlarının əmək hünərlərini tərənnüm etdirir, dostluq və məhəbbət haqqında danışır. 1958-ci ilin yayında Cabir Novruz Filarmoniyada Məhəmməd Füzuli haqqında yazdığı şeri söylərkən dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılandı. Mən də bir dinləyici kimi onu alqışlayanlardan idim. Məclisi idarə edən xalq yazıçısı Mirzə İbrahimov dedi: “Şerimizin gələcəyi parlaqdır”. Bu hadisə Cabir Novruzu respublikada görkəmli şair kimi tanıtdı. Müdrik və təvazökar şair Cabir Novruzun “Füzuli” şeri dahi şair haqqında yazılmışların ən təsirlisidir: Uyuyub yuxuya daldı Füzuli, Vətən arzusuna çata bilmədi. Fəqət bu xəbərdən obası, eli İllərlə göz yumub yata bilmədi. Onu tapşırdılar zülmət məzara, Bütün Azərbaycan saraldı-soldu. Gəncə başdan-başa geyindi qara, Kəpəzin, Şahdağın gözləri doldu. Körpə uşaq kimi tutuldu Xəzər, Səma da ağladı, yerdə ağladı. Bakı uyumadı, mehriban şəhər, Şirvan yasa batdı, Bərdə ağladı. O vaxt doğma yurdu dolaşdı bu söz,
188
Dedi çöllərimiz, çiçəklərimiz, Ellərin sədası düşdü hər yana. Gətirin şairi Azərbaycana! Cabir Novruzun şerlərində incə duyğular, sadə dildə söylənilən fəlsəfi fikirlər, vətən və nəslə bağlılıq, gözəllik, saflıq və zəriflik əsas qayələrdəndir. Onun şerlərində islam əqidəsi və müasirlik özünü aydın göstərir. Buna görədir ki, onun şerlərini oxuyarkən insanda nikbin əhval-ruhiyyə yaranır və mənalı yaşamaq amala çevrilir. Bütün bunlar onu xalqının sevimli şairi etmişdir. Cabir Novruz 20-ə yaxın şer kitablarının müəllifidir. Onun şerlərində mənəvi, estetik, etik, lirik, vətəndaşlıq tələbləri ilə deyilən sözlər səmimidir. O, klassik ənənələrimizə sadiq qalmaqla yanaşı novator şairdir. Şair Cabir Novruzun şerlərinin ideyası el-obasını sevmək, gecə-gündüz onun haqqında düşünmək və həmvətənlərinin yaxşı əməlləri ilə fəxr etməkdir. “Baba yurdu” şerində deyilir: Nəsil var ki, yerişini Yüz ağacdan tanıyıram. Nəsil var ki, gülüşünü Yüz ağacdan tanıyıram. Nəsil var ki, lap on yeddi Arxasını tanıyıram, Zeynalını, Səfərini, Almasını tanıyıram. Harda yesəm, tanıyıram balını da, duzunu da. Tanıyıram gülünü də, Suyunu da, tozunu da. Əsr-əsr min çirkaba, alçaqlığa Məruz qalan, Lakin yenə uşaq kimi təmiz qalan, Baba yurdu. Upa kəndinin Sayad-Xızı məkanından ayrılıb müstəqil kənd kimi məskunlaşması, bizə əsas verir deyək ki, sevimli şairimiz Cabir Novruzun nəsli böyük şairimiz Mikayıl Müşfiqin nəsli ilə yaxın
189
qohumdur. Nəslən şair doğulmuş Cabir Novruzun şerlərinin mayasını anası Qızılgül xanımın qoşduğu bayatılar təşkil edir. Cabir Novruz Dağlı elini-nəslini sevib və onlara güvənən şairdir. O, “Mənim nəslim” şerində yazır: Söyləyimmi, qohumlarım nəçi idi, Xarrat idi, çoban idi, suçu idi. Minnətdaram öz nəslimə buna görə, Axtı mənim taleyimə gilə-gilə Həmin sadə adamların cəhcəhləri. Taleləri, öləmləri, ləhcələri. Mən özümə bax onları nəsil seçdim, Sərt taleyli insanları nəsil seçdim, Bu həyatı duyanları nəsil seçdim, Daş üstə daş qoyanları nəsil seçdim. Şair Cabir Novruz Xızı-Bərmək dağlılarının xarrat, çoban, bənna kimi ən ağır işlərdə çalışdığını, talelərinin sərtliyini, onların həyatı dərindən duymalarını və daşı-daş üstə qoyub böyük imarətlər yüksəltdiyini poetik ifadələrlə onu sevən oxucularına çatdırır. Bununla da oxucularında zəhmət adamlarına hörmət və onların əməyinə məhəbbət hissi aşılayır. Şair Cabir Novruz həmişə zəhmətkeşlərə hörmətlə yanaşaraq, onların əməyini yüksək qiymətləndirib və onu şerin ecazkar dililə oxucuya çatdırıb. Şair oxucularını gözütoxluğa və halallığa çağırır. Şair Cabir Novruz qanlı-qadalı müharibəni pisləyir və silahlanmaya qarşı etiraz səsini ucaldaraq yazır: Tökün silahları yerə, ağalar, Kəsin alovları, kəsin odları. Əzib tüfəngləri, pulemyotları, Verin saman kimi yelə, ağalar! Qoy sevsin, oxşasın insan insanı, Axı insan hara, ədavət hara? Qırmanı, barıtı, topu, bombanı Tökün dənizlərə, tökün çaylara, Axı insan hara, ədavət hara?
190
C.Novruzu sülh, əminamanlıq, azadlıq və xeyirxahlıq kimi bəşəri hisslər düşündürmüş və bu sahədə oxucularına maraqlı cavablar vermişdir. Azərbaycanın sevimli şairi Cabir Novruzun eşqi, sevgisi təbii olduğundan şerlərində onları təbiətlə vəhdətdə yazır: Hələ unutmamış saf eşqimizi, Bu yaşıl meşələr, bu qarlı dağlar. Mən səni sevəndə bilmişəm düzü, Sevinc necə olar, qəm necə olar. Cabir Novruzun yaratdığı sənət inciləri sərhəd tanımır. Onlar başqa xalqların dilinə də tərcümə olunub və ölkəmizdən kənarda da geniş oxucu kütləsini ram edib. Cabir Novruzun şerlərində daxili qanunauyğunluqlar əks olunur və geniş çayın axarına oxşayır. Müdrik şair Cabir Novruzun şerləri emosional, təsirli, gözəl və irəliyə səsləyəndir. Şair “Cəfərlə görüş” poemasında yazır: O görüş qəlbimdə, gülüşümdədir. Coşur Araz kimi, daşır Kür kimi, O görüş uzanır min ömür kimi. O görüş dönmüşdür gücə, qüdrətə, Gedir gələcəyə, əbədiyyətə ... Müdrik və təvazökar şair Cabir Novruz mehriban və mədəni şəxsiyyətdir. O, həm də gözəl ata və babadır. Onun tərbiyə etdiyi üç oğlu Mirzə, Müşfiq və Vüqar tanınmış mütəxəssislər kimi xalqa xidmət edirlər. Şair yazır: «Düşünürəm, bu Müşfiqin, bu Vüqarın, bu Mirzənin, bircə kərə demirəm ki, bu da mənim». Cabir Novruzda poeziya sövqi-təbii yaranır. Onun yaratdığıyazdığı şerlər möcüzə kimi insanlara zövq verir. O, Xızı-Bərmək mahalının təbiətinin vurğunudur. Nəğməm sizdən havalandı, Şerim sizdən cilalandı, Qanım sizdən mayalandı, Bulaq suyu, dağ havası. Zirvələrin başı qarlı, Meşələrin içi barlı,
191
Ay kökünə etibarlı, Bulaq suyu, dağ havası. Şairin şerlərində zəngin mənəvi aləm, doğma vətən təbiətinin gözəllikləri tərənnüm olunur. Gözəl şairimiz Cabir Novruz məhəbbətin fəlsəfi anlayışını poetik cizgilərlə geniş şərh edərək yazır: O bu boyda bir cahanı yaradıb, Yeri, göyü, asimanı yaradıb, İnsan onu, o insanı yaradıb, Bu həyatın əlifbası - məhəbbət. Ən ilk nəğmə, ən ilk yazı - məhəbbət. Bu şerlə şair məhəbbəti kainatda tapır və müqəddəsləşdirir. Şair Cabir Novruz dünyanın əşrəfi olan insanı məhəbbətlə sevir, onun dərdinə və sevincinə şərik olaraq yazır: Mənim çox qəribə təbiətim var, Bir anda min dostu anır ürəyim. Əzəldən insana məhəbbətim var, Həmişə eşqiylə yanır ürəyim. Ceyran öz könlünü güllərə verdi, Mənim də insanlar çiçəklərimdir. Şair Cabir Novruz öz tələbəlik illərini xatırlamaqla gələcəyimiz olan tələbələrə mahnı ərmağan edərək yazır: Çox-çox adi dolanan, Həyata, cahana, insana, Gələcəyə inanan Tələbə, tələbə, tələbə! Sızlar yada düşəndə Ürəyimin telləri, O mehriban, o əziz Tələbəlik illəri. Cabir Novruz klassik ədəbiyyatdan və xalq yaradıcılığının ənənələrindən bəhrələnib yazdığı şerlərdə forma ilə məzmunun harmonik vəhdətdə olub, sadə fikirlərlə dərin fəlsəfi baxışı ümumiləşdirib, gözəl həyati səhnələri tərənnüm etdirmişdir. Cabir Novruz həyatın qəribəliklərini poetik şəkildə şərh edərək “Həyat, sən nə qəribəsən” şerində yazır:
192
Nə yaxın qonşu olduq bu dünyada, Ayrı-ayrı doğulduq bu dünyada, Axır gəlib bir olduq bu dünyada. Həyat, sən nə qəribəsən?! Müstəqil Azərbaycan respublikasını qəlbən sevən şair yorulmadan yazıb yaradır. Onun müstəqilliyimizə həsr etdiyi şerləri geniş oxucu kütləsini sevindirir. Şerlərində müstəqilliyimizi möhkəmləndirən, xeyirxah arzularla xalqı xəta-bəladan qorumaq məqsədilə gecə-gündüz çarpışan vətəndaşlarımızı əks etdirir. Azərbaycanın görkəmli şairi Cabir Novruz “Özünü qoru, xalqım” şerində zamanın nəbzilə həmahəng döyünən ustad sənətkar fikirləri söyləyir: Müqəddəs, ulu xalqım, Gözümün nuru, xalqım, Ən qorxulu zamandır, Özünü qoru, xalqım... Yetər bizim bu eli Tayfalara böldülər, Mahallara böldülər, Ostanlara böldülər, Küçələrə böldülər. Dalanlara böldülər... Bu yağıya köməkdir, Özümüzə xəyanət. Bizə birlik gərəkdir, Ay el-oba, camaat. Bu şerlə şair sevdiyi xalqa müraciət edir. Ustad şair C.Novruz “Daha dəhşət...” şerində yazır: Millətimiz öz yurdunda əsir-yesir, Anaların, bacıların ahı - dəhşət... Azərbaycan yarı yadda, yarı bizdə Eşidən yox bu harayı-hayı - dəhşət.
193
El-obasını həyatı qədər sevən şair yazır ki, bahar günlərində dostum Əbülhəsən, sehirkar qarmonçu Avtandil Xızı mahalının onlarla bərbad olmuş qədim yurd yerlərindən biri Xanagah kəndini ziyarətə getdik... Gördüyümüz uçuq evlər idi. Aftandil hündür bir çay daşı tapıb üstündə oturdu, üzünü xarabalıqlara tutub qarmonu səsləndirməyə başladı. Şair “Görməyirsən dağlar necə ağlayır” şerində yazır: Yenə gördüm bu xaraba yerləri, Yenə mənim şair könlüm talandı. Çal, qarmonun nalə çəksin dilləri, Çal Aftandil, çal qardaşım, amandır. Áåëÿ ñèëñèëÿëè øårlərdə vətənin istiqlaliyyətini, onun uğrunda qəti mübarizəni yüksək qiymətləndirir və mühüm problemlərlə münasibətdə vətəndaş mövqeyi tutur. Oxucuların sevimlisi Cabir Novruzun ədəbi tənqidi və publisist məqalələri və tərcümələri də vardır. Bunlarda zamanəmizin bir çox problemləri haqqında, o cümlədən ədəbiyyat, ədəbi-siyasi məsələlər, dövr haqqında, tarixin bir sıra maraqlı müasir məsələləri və şəxsiyyətləri haqqında dərin düşüncələr öz əksini tapmışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, şair və ictimai xadim Cabir Novruz dövlət qanunlarının qəbul edilməsində yaxından iştirak edir. O, seçiciləri ilə görüşür, onların haqlı tələblərinin həyata keçirilməsinə səy göstərir. Müdrik və təvazökar şair Cabir Novruz xalqını sevən və ona bağlı olan şairdir. O, əməkdar incəsənət xadimidir və dövlət tərəfindən bir sıra mükafatlara layiq görülmüşdür. Şair Cabir Novruzun ən böyük mükafatı oxucularının şerlərinə olan səmimi münasibəti və xalqın ona göstərdiyi etimaddır.
194
Rüfət Zəbi oğlu Axundov5 Şair Rüfət Zəbi oğlu 1934-cü ildə Bakının Dağlı məhəlləsində müəllim ailəsində doğulmuşdur. O, orta təhsilini Bakıda bitirib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub, ali təhsil almışdır. Şair “Mən fəhləyəm” şerində yazır: Fəhlə idi, qabar çaldı Cəfərimin, Müşfiqimin Qələm tutan barmaqları. Rüfət Zəbi oğlu “Zindan” şerində ana dilinə məhəbbəti belə təzahür edir: Dilim şair dili, loğman dilidir, Dilimdə hər xalqa söz demək olar. Dilim vüsal dili, hicran dilidir, Dilimdə min dastan söyləmək olar. Tanınmış şair Rüfət Zəbi oğlu gözəl lirik şerlərin müəllifidir. O, “Yaşımız doxsana, yüzə gələndə...” şerində yazır: Amandır, sevgilim, asta dolan-gəz, Ahular ovlanar düzə gələndə. Ovda qəflət olar, ovçuda həvəs, Mən bu həvəsdəydim sizə gələndə. Aşiqə nə gəlsə sözündən gələr, Bülbülə əsirlik səsindən gələr. Ceyrana hər xata gözündən gələr, Qınasın gözünü gözə gələndə. Eşqimin çeşməsi sənsən həyatda, Gah çovğuna düşdüm, gah yandım odda, Bu sevda yanğını qurtarmaz, hətta Yaşımız doxsana, yüzə gələndə. Şair məhəbbətini təbiətlə uyğunlaşdırır, poetik lövhələrlə oxucuya çatdırır. O, “O mənəm sənsiz” şerində yazır: Vüsal yaxın deyilsə, Gülmərəm, dünya gülsə. Yarpaqlar budağından
195
Xəzəl olub tökülsə, Bil ki, o mənəm sənsiz. Qoyma qəlbin tələsə, Namərd qəlbi tələsə. Düzdə külək hönkürüb, Dağda quzu mələsə, Bil ki, o mənəm sənsiz. Tanınmış şair Rüfət Zəbi oğlu uşaqlar üçün gözəl şerlər yazıb. Onun “Günəşi almaq olmaz” adlı şeri uşaqlara aiddir: Əziz balam, can balam, Günəş göydən ayrılmaz. Günəş portağal deyil, Günəşi almaq olmaz. Gün olmasa körpələr, Bəbələr olmaz, oğlum. Bu gül açan dərələr, Təpələr olmaz, oğlum. Şair Rüfət Zəbi oğlunun şerlərində həyatın “anadangəlmə ləkələrinə” qarşı mübarizə satirası parlaq əks etdirilir və bəzi adamların qəddarlığına və amansızlığına nifrət poetik ifadələrlə əks olunur. O, “Mənimçin” şerində yazır: Yüz min maaşım olsa hər ay, ləzzəti yoxdur. Ta gündə o söz ... gəlməsə pay-parə mənimçin. Ulduz verələr, ay verələr almaram əsla, Aydan daha xoşdur qızıl aypara mənimçin. Olmazdı xiyabanım ağaclar o zamanlar, Yaltaqdı bitən cərgəvi yollara mənimçin. Tanınmış şair Rüfət Zəbi oğlu 1983-cü ildə vəfat etmişdir.
196
Ağasəfa Qafar oğlu Yəhyəyev6 Şair Ağasəfa Yəhyəyev 1942-ci ildə Xızı-Bərmək mahalının Qarabulaq kəndində anadan olmuşdur. O, Bakıda orta məktəbi bitirib, Moskvada M.Qorki adına Ədəbiyyat institutunda qiyabi təhsil almışdır. Şair Ağasəfaya xalq şairi Nəbi Xəzri “Uğurlu yol” məqaləsilə xeyir-dua verib, onun yaxşı şair olacağını demişdir. O, “Etiraf” şerində yazır: Neçə-neçə, əziz dost arasında Qafiyəylə iməkləyən körpə uşaqdım... Dayanmışdım bu həyatın astanasında, Tufanların qucağına atılacaqdım. Şair Ağasəfa axtarışda olub yazıb-yaratmağı və yaşamağı öyrənməyə daim səy edir. O, “Yaşamaq öyrənirəm” şerində yazır: Əbədi yol üstəyəm, Yüz yerə səfərim var. Sorağdayam, səsdəyəm, İnsanlar, ay insanlar. Tufan qonub bir axşam, Sahildə dayanmışam. Yeriyibdir üstümə Dalğaların qatarı, Səpilib qumlar üstə Dalğa qırıntıları. Qalxan qasırğalardan, Çarpışan dalğalardan Yaşamaq öyrənirəm. Onun şerlərinin əsasını vətən torpağına məhəbbət, el-obasını sevmək, təbiət mənzərələrinə aşiqliklə yanaşı əməyi sevən insanlara hörmət təşkil edir. Şairin şerlərində Xızı-Bərmək kəndlərinə vurğunluq xüsusilə qabarıqdır. O, “Sayadlıda” şerində yazır: Bir ağac var Sayadlıda Gövrək, yetim... Gərək onun görüşünə Hər il gedim...
197
Hər budağı, Hər yarpağı bir xatirə. Sayadlıda Müşfiq düşər tez xatirə. Şerdə böyük şair Mikayıl Müşfiqin müqəddəs ocağının ziyarəti xatırlanır. Ağasəfanın şerlərində Xızı-Bərmək mahalının təbii gözəlliyi canlı təsvir olunur. Şair “Açdın qucağını...” şerində yazır: Meşə süfrəsini açıb bu səhər, Quşlar meyvələri didər, gilələr. Sulanmış, allanmış qızıl gilələr Mərcandı - düzülüb kolların üstə. Üz qoydum zirvəyə, dostlar qınadı, Dedilər: dön geri, tutdu inadım, Çıxdım dizin-dizin, dizim qanadı, Aldım nəfəsimi yolların üstə. Ağasəfa Yəhyayev əslinə, kökünə, rişəsinə bağlı, torpağını və kəndini sevib yaradan vətənpərvər şairdir. Şair “Yol üstə duran kəndim...” şerində yazır: Yol üstündə duran kəndim, Yol üstündə qalan obam. Bu torpağın altındadır Rişəm, köküm, Əslim, Nəslim, Ulu babam. Ağasəfa şerlərində atalar sözündən məharətlə istifadə etməklə həm şeri zənginləşdirir, həm də onları hikmətli və uzunömürlü edir: Kökündən ayrılan heç nədir, heç nə! Ot kökü üstündə bitər, doğrudur. Şair Ağasəfa Yəhyayev şerlərinin mövzu dairəsini genişləndirir, sənətkarlıq axtarışlarına ciddi münasibət bəsləyir və ötəri hisslərdən uzaqdır. Şair “Azərbaycan torpağını gəzə-gəzə” şerində yazır: Haçan görsəm,
198
Şah dağına baş əyirəm, Şahdır axı... Şər düşəndə Cığırları tutub getdim çay qırağı. İstəyirəm bələd olum Qarış-qarış yola, izə. Quş dilini öyrənirəm neçə quşun, Qədim-qədim adlarını öyrənirəm dağın-daşın Azərbaycan torpağını gəzə-gəzə. Şairin həmçini adət-ənənəmizə zidd olan ünsürləri tənqid edən tutarlı şerləri də oxucuların xoşuna gəlir. O, “Yada sal məni” şerində yazır: Alıram malını alan kəslərin, Deyirəm: alanda yada sal məni. Oğrudan oğruya halal pay düşər, Uyudur, yatırır bu misal məni. Nəqd pul almıram, mal daşbaş gəlir, Gah gümüş qab-qacağ, gah daş-qaş gəlir. Sayıram: haqq-hesab başabaş gəlir, Ancaq ki, sayan var hələ kal məni. Şair Ağasəfa Yəhyəyev Mikayıl Müşfiq, Nəbi Xəzri, Cabir Novruz şerlərindən bəhrələnib və şerin enişli, yoxuşlu yolu ilə gedib onun yüksəkliklərində uğurlara çatmaq üçün böyük zəhmət çəkmişdir. Vətənpərvər şair Ağasəfanın şerləri yüzlərcə oxucu qəlbini fəth etmişdir.
199
Ofelya Babayeva7 Ofelya Babayeva son illərdə öz poeziyası ilə tanınmış və geniş oxucuların rəğbətini qazanmışdır. Onun şerlərində ictimai problemlərə vətəndaş münasibəti bəsləməsi, insanlara münasibətdə səmimi və təbiilik özünü aydın büruzə verir. Onun şerləri əsasən nikbin səciyyədə olub, təbiət gözəlliyinə vurğunluq, poeziyada axtarışlar üzərində nəşət tapıb. O, “Qayıdam gərək” şerində yazır: Nə vaxtdır qəlbimi bir arzu almış. Xırda obamızda xəyala dalmış O gözəl günləri unutmur ürək, Bir də o yerlərə qayıdaq gərək. Hanı dolaşdığım göy biçənəklər? Hanı qanadlanıb əsən küləklər? Dəstə bağladığım güllər, çiçəklər Titrəyir çəməndə hey ürkək-ürkək, Bir də o yerlərə qayıdım gərək. Şairə Ofelya Babayeva dağlı olduğu ilə fəxr edərək “Taleyim” şerində yazır: Dağlarda dünyaya göz açdığımdan, Sanıram taleyim belə sərt olub. Ötən günlərimdən söz açdığımdan Xatirə dumanı mənə dərd olub. Ulu keçmişimin nişanələri, Uçuq daxmaları - ilk məbədlərim. Uca zirvələri - kaşanələri Olub ilk sədlərim, ilk sərhədlərim. Ofelya Babayeva öz keçmişinə bağlı olan şairədir. O, “Ötən günlərim” şerində yazır: Bir anda xəyalım gör hara uçdu, Ötən günlərim tək uzağa köçdü. Keçmişsiz bir ömür əbədi heçdi, Ay ötən günlərim, itən günlərim.
200
Şairə təbiətin gözəlliklərini poetik formada insan gözləri önündə canlandıran şerlər müəllifidir. O, Xızı-Bərmək mahalının bol sulu çayına həsr olunmuş şerində yazır: Bizim yaşıl obalardan baş alıb, Hay-harayla axıb gedir Ata çay. Qulağında səda qalıb, səs qalıb, Tələsir ki, ümmanlara çata çay. Hər damlası həyat dolu bir inci, Dağlar olmuş ilk həmdəmi, sevinci, Günəş onu salamlayır birinci, Qoymayır ki, dincələ çay, yata çay. Sevimli şairəmiz Ofelya Babayeva Sovet ordusu tərəfindən 20 yanvarda silahsız əhalinin gülləbaran edilməsini lənətləyir. Bu münasibətlə yazdığı şerdə deyir: Ağır gün sayılır Bazar ertəsi. İl ağır başladı Xəbərimiz yox! Marıqda, pusquda Dayanmış kimi Gəlir qulağıma Ölümün səsi... Qanlı qara qış, Hara tələsirsən, Söylə, hara, qış? İgid oğulları, Çiçək qızları, Ürkək uşaqları Yox etməyəmi? Şairə Ofelya Babayeva xalq yaradıcılığından bəhrələnə-rək yazdığı bayatılarda öz taleyindən söhbət açır: Bəxtimin üzü bozdu, Tale nə yazdı, dözdüm, Mənim ümman səbrimi Hərə bir yana yozdu.
201
Yollar gözümdən keçər, Dağım, düzümdən keçər, Min arzum, min həvəsim Yenə dözümdən keçər. Şairə Ofelya Babayeva ana məhəbbəti ilə uşaqları sevib onlara şer yazmışdır. O, “Aydanın cavabı” şerində yazır: Balaca Aydan Gəlib haradan? Soruşur ondan Bütün uşaqlar. Gün çıxan zaman Yoruldum yaman, Gəlmişəm aydan, Deyir qızcığaz. Ofelya Babayeva uzun illər Sumqayıt şəhərinin maarif şöbəsinə bacarıqla rəhbərlik etmişdir. Onun pedaqoji sahədə bir sıra metodiki məqalələri, maarifin yüksəliş yollarına dair çıxışları respublika müəllimləri tərəfindən bəyənilir. Ofelya xanım Sumqayıt şəhərinin ictimai həyatında fəal iştirak edir.
202
Seyfəddin Əliağa oğlu Abbasov (Dağlı)8 Seyfəddin Dağlı 1921-ci ildə Xızı kəndində anadan olmuşdur. Cəfər Cabbarlı ənənəsinin davamçısı Seyfəddin Dağlının əsərlərində qəhrəmanlarının adları yenidir. Onlar bir-birinə hörmət edən, birbirinin sevinc və kədərinə şərik olan yeni insanlardır. Yazıçı əsərlərində adamları yumoristik boyalarla və satirik cizgilərlə təsvir etmişdir. Seyfəddin Dağlı bir yazıçı kimi ədəbi fəaliyyətə 50-ci illərin əvvəllərindən başlamış və “Məşəl”, “Sabiqlər”, “Hekayələr”, “Vergülağa və Absətəli”, “Göyçək oğlan” və sair satirik hekayələr və povest kitabları, “Kölgələr pıçıldaşır”, “Bekarçılıq kontoru” və başqa komediyaları yazmışdır. Seyfəddin Dağlının “Bahar oğlu” romanı dahi yazıçı Cəfər Cabbarlıya həsr edilmişdir. Seyfəddin Dağlının əsərlərinin öz üslub və dilinə məxsus koloriti vardır. O, əsərlərində yumor vasitəsilə ölkədə insanların və hadisələrin ictimai bəlalarını açır, insanları dərindən düşündürür və xalqının dərdinə şərik olur. Seyfəddin Dağlı respublikadakı çatışmamazlıqları yaxşı bildiyinə görə, xalqı irəli apara biləcək ictimai meylləri düzgün dərk edir. O, təkcə geriliyi tənqid etməklə kifayətlənməmiş, eyni vaxtda bu çatışmamazlıqdan xilas olma yollarını göstərmişdir. Bütün bunlar onun uzun müddət “Kirpi” satirik curnalına rəhbərlik etməsində də özünü biruzə vermişdir. Seyfəddin Dağlının mənfiliyi pisləyən satirik əsərlərində də müsbət fikirlər ön planda verilmişdir. Görkəmli yazıçı Seyfəddin Dağlı 1983-cü ildə vəfat etmişdir.
203
Əlabbas Qulu oğlu Qədirov Əlabbas Qədirov 1946-cı ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. Azərbaycanın xalq artisti Əlabbas Qədirov respublikada aktyorluq sənətinin parlaq ulduzlarındandır. O, müxtəlif xarakterli, dolğun, məzmunlu, emosional səhnə obrazları yaratmışdır. Əlabbas Qədirovun yaradıcılıq diapazonu geniş və çoxcəhətlidir. Xalq artisti Əlabbas Qədirov oynadığı rollarda böyük ustalığını və dərin, istedadını üzə çıxarmışdır. Aktyor oynadığı bir sıra baş rollarda tamaşaçıları mübarizəyə, qəhramanlığa ruhlandırır və onlarda vətənə məhəbbət hissləri aşlayır. Əlabbas Qədirov bir çox filmlərə çəkilmişdir. O öz qəhrəmanlarının psixoloci aləminə dərindən nüfuz edən və yaratdığı obrazların xarakterini hərtərəfli açmağı bacaran aktyordur. Xalq artisti Əlabbas Qədirov ölkəmizdə və onun kənarlarında görkəmli aktyor kimi tamaşaçıların rəğbətini qazanmışdır. O, həyatını bütünlüklə aktyorluq sənətinə həsr etmişdir. Azərbaycan Akademik Dram teatrında Əlabbas Qədirovun misilsiz istedadı daha bariz şəkildə özünü biruzə verməkdədir. Sevimli şairimiz Cabir Novruz Əlabbas Qədirovun istedadlı aktyorluğunu, onun nəcib insani xasiyyətlərini yüksək qiymətləndirir. Öz sənətinin vurğunu olan aktyor Əlabbas Qədirov yorulmadan axtarışlar aparmaqla yanaşı, gənc aktyorların da inkişafına rəğbətlə yanaşır və onlara sənətin sirlərini öyrədir. O, Azərbaycan Dövlət İncəsənət institutunun dosentidir. Azərbaycanın xalq artisti Əlabbas Qədirov dövlət mükafatı laureatıdır. Hacı Əlabbas Qədirov müsəlman aləminin qibləsi olan Məkkəni ziyarət etmişdir.
204
Zeynəb xanım Yəhyə qızı Xanlarova Azərbaycan musiqisinin parlaq ulduzu Zeynəb xanım Bakının zirvəsi olan Dağlı məhəlləsində anadan olub. Azərbaycan Respublikasının Xalq artisti Zeynəb xanım-gilin evləri Dağlı məhəlləsinin tən ortasında, iki mərtəbəli mülk indi də durur. Atası Yəhyə kişinin sözlərinə görə, Seyid Şuşinski Zeynəb xanımın böyük müğənni olacağını söyləyirdi. Zeynəb xanım ölkəmizdə məşhur müğənni olub, məlahətli səsilə dünyada tanındı və Azərbaycan musiqisini də dünyaya yaydı. Zeynəb xanımın ilahi məhəbbətlə sevdiyi anası Pəricahan xanım Xızının adlı-sanlı nəslindən idi. Zeynəb xanım Bülbül və Rəşid kimi korifeylərlə yanaşı SSRİnin Xalq artisti adını alan klassik müğənilərdəndir. Zeynəb xanım uzun müddət qadağan olunmuş böyük şair Mikayıl Müşfiqin şerlərinə bəstələnmiş mahnıları ustalıqla oxumuş, onları xalqın dilində əzbər etmişdir. Məşhur müğənni Zeynəb xanım Xanlarova oxuyarkən dinləyicilərin qəlbindəki qayğını qovur, qüssəni rədd edir, istirabı yüngülləşdirir, məhəbbət və nikbinliyi artırır. Zeynəb xanım xarici ölkələrdə olduğu zaman konsertlərdə oxuduğu mahnıların sayı artdıqca səsi daha da gözəlləşir. O, BMT-nin iqamətgahında da çıxış etmiş və 42 dildə mahnı oxumuşdur. Zeynəb xanım Azərbaycan incəsənətini dünyaya tanıtmaq üçün yorulmadan çalışır və qürbətdə yaşayan həmvətənlərimizə müstəqilliyimizin ətrini mahnılarla çatdırır. Onların ürəyində qürbət niskinliyinin azalmasına və Vətən məhəbbətinin artmasına nail olur. Zeynəb xanım müsəlman əfqan xalqına mahnıları ilə nikbinlik bəxş etmiş, az müddət də olsa əmin-amanlığa xidmət edib topların səsini susdurmuşdu. Gözəl müğənnimizin şərəfinə xarici ölkələrdə ziyafətlər verilmişdir. Zeynəb xanım Amerika Birləşmiş Ştatlarında, Kanadada, İngiltərədə, Fransada, Almaniyada, Norveçdə, İsveçdə, Danimarkada, Misirdə, Çində, Türkiyədə, İranda və bütün qonşu xarici ölkələrdə olmuş, orada yaşayan azərbaycanlılarla görüşmüş və
205
müstəqil respublikamızın əldə etdiyi nəaliyyətlərdən onlara danışmışdır. Zeynəb xanım sənətin yüksək zirvəsinə çatmışdır. O, Azərbaycan ifaçılıq sənətinin böyük bir dövrünün canlı tarixidir. Zeynəb xanım muğam və xalq mahnılarının böyük bilicisi olduğundan yeni ifaçılıq məktəbi yaratmışdır. Bir çox gənc müğənnilər Zeynəb xanımın ifaçılıq məktəbindən dərs və bilik aldıqlarını iftixarla deyirlər. Zeynəb xanımın Opera və Balet Teatrında oynadığı Leyli obrazı əvəz edilməzdir. Zeynəb xanım sevimli müğənni olduğunun səbəbini xalqın yaratdığı gözəl muğam və mahnılarda görüb, xalqa minnətdarlığını və borclu olduğunu həmişə etiraf edir. Zeynəb xanım xalqı ilə yaşayan, xalqı ilə gülən və həm də xalqının kədərinə şərik olan vətəndaş-müğənnidir. Zeynəb xanım 20 yanvar günündə düşmənə nifrət səsini ucaltmış və adətimizə görə bir il şəhidlərə yas saxlayıb, konsertlərdə oxumamışdır. Zeynəb xanım müstəqil Azərbaycan respublikamızın ictimai həyatında fəal iştirak edir. O, xalq nümayəndəsi kimi seçicilərinin görüşünə gedir, onların dərd-sərinə şərik olur və istəklərini dövlət idarələrinə çatdırır. Zeynəb xanım qayğıkeş və sadə insandır. O, həm də boya-başa çatdırdığı iki oğulun anasıdır. Zeynəb xanım xalqı sevdiyi kimi qədirbilən xalqımız da onu gözəl müğənni kimi sevir və məlahətli səsini daim eşitmək istəyir. Respublika Prezidenti möhtərəm Heydər Əliyev Zeynəb xanımın məlahətli səsini yüksək qiymətləndirərək deyir: “Yaxşı müğənnilərimiz çoxdur, ən yaxşısı isə Zeynəb xanımdır”. Öz xalqını, Vətənini qəlbən sevən bir sənətkar kimi Zeynəb xanım da möhtərəm Prezidentimiz Heydər Əliyevin ən yaxın və səmimi məsləkdaşı, silahdaşlarındandır.
206
Həciağa Məmməd Cavad oğlu Nəzərov10 Əməkdar rəssam Həciağa Nəzərov 1923-cü ildə Bakının Dağlı məhəlləsində dünyaya göz açıb. O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Rəssam Həciağa Nəzərov yaşının gənc çağlarında siyasi plakat çəkməklə şöhrətlənmişdir. Onun çəkdiyi “Cəfər Cabbarlı” plakat-portretində ilk baxışda Cəfər Cabbarlının portreti diqqəti cəlb edir. Elə bil Cəfər Cabbarlı əski dünyanı dəyişdirmək məqsədilə həmvətənlərini səfərbərliyə çağırır. Rəssamın “Səadət” plakatında körpəsinə baxan ana iri planda çəkilmiş və ananın körpəsinə xoşbəxtlik rəmzi kimi baxması tamaşaçıda ailəyə məhəbbət hissləri aşılayır. Bu plakatlara görə yaradıcılıq konfranslarında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin diplomunu almışdır. Ölkədə istedadlı rəssam Həciağa Nəzərovun Moskvada Ümumittifaq plakat sərgisində nümayiş etdirdiyi əsərləri mən də çoxminli tamaşaçılar kimi seyr etmişəm. Moskvanın tanınmış rəssamlarının onu necə səmimi təbrik etdiklərinin şahidiyəm. Onun “Sağlamlıq” plakatı sərginin diplomuna layiq görülmüşdü. Görkəmli rəssam “Bakı, paytaxtım mənim” plakatında göz açdığı, orada böyüyüb ərsəyə çatdığı, böyük bir sənətkar kimi formalaşdığı doğma şəhəri harmonik şəkildə təsvir edir və tamaşaçılarının gözü önündə canlandırır. Ölkəmizdə və ondan kənarlarda görkəmli plakat ustası kimi tanınmış böyük rəssam Həciağa Nəzərov rəngkarlıq sahəsində də sürətlə yüksək zirvəyə çatdı. Görkəmli rəssam Həciağa Nəzərov böyük şair Mikayıl Müşfiq tablosunda şairi Buzovna qayası üzərində əyləşib mavi Xəzəri seyr edən qartala bənzətmiş və Mikayıl Müşfiq haqqında ən dolğun əsər yaratmışdır. Mikayıl Müşfiq tablosuna baxanların gözləri önündə şairin “Yenə o bağ olaydı” şeri canlanır. Bu tablonun sadə kompozisiyası tamaşaçını valeh edir. Rəsmdə mavi Xəzər, qayalar və şair obrazları ümumiləşdirilmişdir. Bu üç kompozisiya çox dəyərli tapıntıdır. Şair təbiətli rəssam Həciağa Nəzərovun “Cəfər Cabbarlı və Mikayıl
207
Müşfiq” tablosunda Cəfər Cabbarlı və Mikayıl Müşfiqin əzəmətli görünüşləri dərin məzmun kəsb edir. Əsərdə Xızının gözəl mənzərəsi iki dahi sənətkar oğlunu qoynunda saxlamış şair təbiəti ilə həmahəng bütöv obraz kimi tamaşaçıya çatdırılır. Bu tabloya baxan tamaşaçı Xızının saf və sərin havasının otağa dolmasını hiss edir. «Hüseyn Cavid» portretində rəssam görkəmli dramaturqu ağac rişəsinə bənzədir və torpağa bağlı yaradıcılıq sahibi kimi təsvir edir. Sevimli rəssam Həciağa Nəzərovun rəngkarlıq sahəsində də az vaxt ərzində əldə etdiyi nəaliyyətləri onu şöhrətləndirdi. Tanınmış rəssam Həciağa Nəzərovun çəkdiyi plakatlar və rəngkarlıq əsərləri onun sənətə, şerə, lirik gözəlliyə, vətənə və elobasına bağlılığını əks etdirir.
208
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov11 Mir Əsədulla Mirqasımov 1883-cü ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. Onun babası seyid Mirqasım XIX əsrdə Xızı-Bərmək mahalının Siyəzən kəndindən Bakıya gəlmişdir. Atası seyid Mir Ələsgər ərəb dili müəllimi idi. Mir Əsədulla Mirqasımov ibtidai təhsilini ruhani məktəbində almışdır. Fars və ərəb dillərini öyrənmişdir, sərbəst rus dilini öyrənib, gimnaziyaya daxil olmuş və oranı 1908-ci ildə bitirmişdir. O, 1913-cü ildə Odessa Universite-tinin tibb fakültəsini bitirmiş ilk həkimlərdəndir. Həkim Mir Əsədulla 1913-cü ildə Odessada xəstəxanada cərrah-interni, 1914-1916-cı illərdə Universitetin klinikasının ordinatoru olmuşdur. 1918-ci ildə Bakıda hərbi cərrah işləmiş və 1918-1927-ci illərdə xəstəxananın ordinatoru olmuşdur. Mir Əsədulla Mirqasımov 1927-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1929-cu ildə qospital cərrahiyyə kafedrasının professoru, 1930-cu ildən isə kafedra müdiri seçilmişdir. O, müasir Azərbaycan tibb elminin əsasını qoymuş və ilk dəfə Azərbaycan dilində «Ümumi cərrahiyə» dərsliyini yazmışdır. 1934-cü ildə onun elmi əməyinə yüksək qiymət verilmiş və Əməkdar elm xadimi adına layiq görülmüşdür. O, 1938-ci ildə Xızı-Bərmək mahalında səhiyyə işlərinin vəziyyəti haqqında dərin məzmunlu geniş məqalə yazmış və məsləhətlər vermişdir. Xidmətini qiymətləndirən yerliləri onu ölkənin Ali Sovetinin I, II və III çağırış sessiyalarında deputat seçmişlər. Mir Əsədulla Mirqasımov alimliklə yanaşı görkəmli ictimai xadim idi. M.Ə.Mirqasımov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti olmuşdur. Mir Əsədulla Mirqasımov ölkəmizdən kənarlarda böyük alim kimi tanınmışdır. M.Ə.Mirqasımov iki cildlik “Qarın yatalağının cərrahiyyəsi” monumental əsərin müəllifidir. Akademik M.Ə.Mirqasımovun curnallarda 100-dən çox əsərləri nəşr olunmuşdur. O, 150 elmi konfransda məruzə etmiş, 5 elmlər doktoru və 20 elmlər namizədi yetişdirmişdir. Akademik Mir Əsədulla Mirqasımov 1955-ci ildə Ümumdünya Cərrahiyyə asossiasiyasının həqiqi üzvü seçilmişdir.
209
Akademik M.Ə.Mirqasımov 1958-ci ildə vəfat etmişdir.
210
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə12 Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (Məmməd Arif) 1904-cü ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. Atası Məhərrəm bəy XIX əsrin axırlarında Xızıdan Bakının Dağlı məhəlləsinə gəlmişdir. Məmməd Arif 1930-cu ildə ADU-nin şərq fakültəsini bitirmişdir. O, 1930-31-ci illərdə Moskvada Şərq xalqları institutunun aspiranturasında oxumuşdur. Məmməd Arif xalq müəllimindən akademikliyə qədər yüksələrək, mühsuldar yaradıcılıq yolu keçmişdir. O, Azərbaycan maarif nazirinin müavini, Nizami adına Ədəbiyyat institutunun direktoru, Termonologiya Komitəsinin sədri, Əməkdar elm xadimi olmuşdur. O, iyirminci illərin ortalarında yaradıcılıq fəaliyyətinə başlamış, şerlər və hekayələr yazmışdır. Məmməd Arif Dadaşzadə Ali və Orta məktəb üçün ədəbiyyat dərsliklərinin müəllifidir. Onun Rus ədəbiyyatından dəyərli tərcümələri vardır. Məmməd Arif Azərbaycanda ədəbiyyatşünaslıq elminin və ədəbi tənqidin yaradıcılarından biridir. Akademik Məmməd Arif müasir dövrümüzün ədəbi tənqidinə dair dəyərli əsərləri ilə bir çox məsələləri dərindən işıqlandırıb. O, gənc ədəbi nəslin yaradıcılığına ayrıca diqqət yetirir, öz məsləhətləri ilə bu nəslin inkişafına kömək edirdi. Akademik Məmməd Arif ədəbiyyatşünas, tənqidçi, pedaqoq, ictimai xadim, Azərbaycan EA-nın vitse-prezidenti olmuşdur. Onun “Cəfər Cabbarlının yaradıcılıq yolu”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan ədəbiyyatının qısa tarixi”, üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, “Səməd Vurğunun dramaturgiyası” monoqrafiyaları ədəbiyyatşünaslıq və tənqidçilik sahəsində yeni fikirlərlə zəngindir. Onun respublikada ədəbiyyatşünas və tənqidçilərin yetişməsində xeyli əməyi olmuşdur. Məmməd Arif onlarla elmlər doktoru və elmlər namizədi yetişdirmişdir. Akademik Məmməd Arif dərin və hörmətli elmi-nəzəri hazırlıqlı alim kimi ölkəmizdən kənarlarda da məşhurdur. O, “Qısa ədəbiyyat
211
ensiklopediyası” redaksiya heyətinin üzvü kimi çalışmışdır. Məmməd Arif mahir pedaqoq kimi də məşhurdur. O, uzun müddət Bakı Dövlət Universitetində kafedra müdiri olmuşdur. Məmməd Arif görkəmli ictimai və dövlət xadimi kimi iki dəfə Bakı Sovetinə, 1963-cü ildə isə Azərbaycan Respublikasının Ali Sovetinə deputat (VI çağırış) və Respublika Ali Sovetinin sədri seçilmişdir. Akademik Məmməd Arif Dadaşzadənin adına kitabxana və küçə vardır. O, yüksək dövlət mükafatlarına və adına layiq görülmüşdür. Akademik Məmməd Arif Dadaşzadə 1975-ci ildə vəfat etmişdir.
212
Leyla xanım Hüseynağa qızı Məmmədbəyova13 XIX əsrin əvvəllərində Xızıdan Qubaya gəlmiş Axund Hüseynqulunun nəticəsi Leyla xanım Məmmədbəyova respublikanın görkəmli patanatomu, Kliniki və Eksperimental cərrahiyyə Elmi-Tədqiqat institutunda laboratoriyanın müdiridir. Professor Leyla xanım ürək-damar sisteminin patalogi-yasına dair əsərlərin müəllifidir. Professor Leyla xanımın ürək-damar sisteminin patalogiyasına aid yazdığı dəyərli əsərləri respublikada olduğu kimi, ölkəmizdən kənarda da ona şöhrət gətirmişdir. Onun yazdığı əsərlər görkəmli mütəxəs-sislər tərəfindən yüksək qiymətləndirilir. Professor Leyla xanım dərs dediyi Azərbaycan Dövlət Tibb Universitetində yüzlərlə mütəxəssis həkim yetişdir-mişdir. O, bir çox gənc alimin rəhbəri və opponenti olmuşdur.
213
Bəybala Xudkar oğlu Abbasov Bəybala Abbasov 1923-cü ildə Zərgərlidə anadan olmuşdur. O, orta məktəbi qurtardıqdan sonra, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. ADTİ-nun aspiranturasını qurtarıb namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Bəybala Abbasov Leninqrad Hərbi Akademiyasında doktoranturanı bitirib, görkəmli alim kimi Bakıya qayıtmışdır. Uzun müddət Azərbaycan Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının müdiri kimi onlarla elmlər namizədi və yüzlərlə həkim hazırlamışdır. Onun ümumi cərrahiyyə sahəsində yazdığı iki cildlik dərslik kitabı ölkəmizdə və ondan kənar yerlərdə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Bəybala Abbasov nəzəri biliklərini həyata tədbiq etməklə yüzlərlə insana şəfa vermişdir. Azərbaycanın sevimli şairi Cabir Novruzun professor Bəybala Abbasova həsr etdiyi “Müqəddəs bıçaq” şerində deyilir:14 Yenə dilə gəldi məhəbbət, ilham, Gözümdə dəryalar, sellər çağladı. Söylə yadındamı, ağ saçlı anam Necə pıçağını öpdü, ağladı?! Şair bu şerilə ona şəfa verən həkimə öz təşəkkürünü bildirir. Professor Bəybala Abbasov yüzlərlə vətən övladına şəfa vermiş və respublikada loğman-alim kimi şöhrət tapmışdır.
214
Xalq müəllimi Sona xanım Hənifə qızı Tağızadə Sona xanım Tağızadə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. O, Pedaqoji İnstitutun kimya fakültəsini bitirib, gənc yaşlarından orta məktəbdə müəllim və sonra məktəb direktoru vəzifəsində çalışmışdır. Sona xanımın müəllimlik dövrü demək olar ki, respublikamızın maarif tarixini əhatə edir. O, Azərbaycanda savadsızlığın ləğvindən başlamış icbari orta təhsilin həyata keçirilməsinə qədərki mübarizədə ön cərgədə durub, minlərlə orta təhsilli şagirdlər yetişdirir. Sona müəllimə kimya fənninin öyrənilməsi üçün proqramlar tərtib edib və yeni dərsliklərin yazılmasında dəyərli məsləhətlərlə iştirak edir. O, tədris-metodiki ədəbiyyat yazır və tədrisin əyaniliyinə çalışır. Tədrisi əyaniləşdirmə və texniki vəsaitdən istifadə edilməsi sahəsində xeyli səmərəli işlər görmüşdür. Sona müəllimənin uzun müddət rəhbərlik etdiyi 190 saylı orta məktəb tədrisin proqramlaşdırılması və kompüterləş-dirilməsi sahəsində xeyli iş görüb və bu sahədə digər məktəblər üçün örnək ola bilər. Sona xanım ictimai xadim kimi də tanınır və Ali Sovetin deputatı olmuşdur. Sona müəllimənin yetişdirdiyi yüzlərlə gənclər hazırda respublikada müstəqilliyin və dövlətqiliyin möhkəmlənməsi sahəsində şərəflə çalışırlar. 1996-cı ildə Sona müəllimənin əmək fəaliyyətinin 60 illiyi Dövlət Opera və Balet Teatrında geniş qeyd edildi və onun şərəfli əməyini hökumət ali mükafat olaraq ordenlə qiymətləndirdi. Sona müəllimə “Şərəf ordeni”nə layiq görülmüşdür.
215
NƏTİCƏ Xızı-Bərmək dağlıları Azərbaycanın ilk sakinlərindən-dirlər. Xızı-Bərmək mahalında məskunlaşmış insanlar ibtidai-icma quruluşunda da həmin yerin sakinləri olmuşlar. Lakin onların kimliyi haqqında əlimizdə mənbə yoxdur. Xızı-Bərmək dağlılarının kökləri hələ er. əvvəl III minillikdən başlayaraq bu torpaqda yaşamış dağlılar (türk dilli) və bərməkilər (xuzi dilli) mənşəli etnoslarla bağlıdır. Xızı-Bərmək dağlılarının ilk dövrdə danışdığı dillərdən biri xuzi dili olmuşdur. Bu dil sonralar türk və pars qarışığından yaranmış və ərəb sözləri də daxil olmuş dağlı dilinə çevrilmiş, sonrakı dövrlərdə dil türk dilinin üstünlüyü şəraitində assimilyasiya olunmuşdur. Dağlıların əksəriyyəti, hazırda Azərbaycan dilində danışırlar. Azərbaycan xalqının yüksək formalaşmasından sonra dağlı sözü digər tayfalar, o cümlədən lahıc, talış, kəngərli, afşar, qacar və sair tayfalar mənasında işlədilib. Kapitalizmin xüsusiyyətlərindən doğan əlamətlərdən biri də Azərbaycan millətinin formalaşmasıdır. Bu işdə Bakı mühüm rol oynamışdır. Bakıda məskunlaşan dağlılar Azərbaycan millətinin ilk tərkib özəyindəndir. Çar hakimiyyətinin müstəmləkəçiliyinə qarşı mübarizədə XızıBərmək dağlıları öz sözünü demişlər. Onlar ermənilərə qarşı mübarizədə silahlanmış, özlərini bacarıqla müdafiə edib, quldur erməni daşnaq dəstələrinə tutarlı cavab vermişlər. Buna Bakıda, Ağdərədə və Həməyə kəndlərindəki döyüşləri misal göstərmək olar. Xızı-Bərmək dağlıları Demokratik Cumhuriyyətin yaratdığı azadlığın ilk bəhrəsini dadmışlar. Dağlılar Sovet hakimiyyətinin çətinliklərinə sinə gərmiş və onun yaratdığı şəraitdən səmərəli istifadə etmişlər. Onlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış və bu yolda xeyli qurbanlar vermişlər. Xızı-Bərmək dağlılarının qeyrətli oğulları Qarabağ cəbhəsində erməni işğalçılarına qarşı döyüşlərdə Vətən uğrunda şəhid olmuşlar. Xızı-Bərmək dağlıları ölkəmizin elm və mədəniyyətinə
216
əvəzedilməz şəxsiyyətlər bəxş etmişlər. Onlar müstəqilliyimizin qorunması keşiyində durur və dövlətçiliyimizin möhkəmlənməsində var qüvvələri ilə çalışırlar. Mən əsəri böyük şairimiz Mikayıl Müşfiqin sözləri ilə başa çatdırıram: Ey baba torpağı, ey köhnə Bərmək! Çətindir şerimdə ruhunu görmək. Sənin torpağda qanayan dizin, Acıqlı lənətin, alovlu qeyzin, Şeytanın, mələyin, üzrün, günahın, Yer üzündə ağan, göydə Allahın, Sənin də dərd çəkən insanların var, Qırılan sazların, kamanların var.
217
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATIN SİYAHISI GİRİŞ
1. Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. - Bakı, 1951. 2. Qiyasətdin Qeybullayev. Azərbaycanın etnik tarixinə dair. - Bakı, 1994.
3. Ziya Bunyatov. Azərbaycan VII-IX əsrlərdə. - Bakı, 1965. 4. Sara Aşurbeyli. Qosudarstvo Şirvanşaxov VI-XVI. vv. - Baku, 1983. 5. M.X.Şərifli. IX əsrin ikinci yarısı - XI əsrdə Azərbaycan feodal dövlətləri. - Bakı, 1978. 6. Fəzlullah Rəşidəddin. Cami at-tavarix. - Bakı, 1957. 7. Əbdülkərim Əlizadə. XIII-XIV əsrlərdə Azərbaycanın ictimaiiqtisadi və siyasi tarixi. - Bakı, 1956. 8. Əlisöhbət Sumbatzadə. 1887-ci ildə Quba üsyanı. - Bakı, 1961. 9. Aydın Tağıyev. Dəvə Şirvan yolunda. - Bakı, 1993; Siyəzənli oğlanlar. - Bakı, 1995. I FƏSİL Strobon. Qeoqrafiə, Perevod F.T.Mihenko. - M. 1789. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 20, 21. Cahangir Zeynallı. Müxtəsər Azərbaycan tarixi, - Bakı, 1992, s.12. Aydın Tağıyev. Göstərilən əsəri, s. 10-11. Azərbaycan maddi mədəniyyəti. VII c., 1973, s. 186. Oçerki po drevney istorii Azerbaydjana. - Baku, 1956, s.50. N.Xanıkov. Zapiski po gtnoqrafii Persii. - M., 1977, s. 115. Q.Qeybullaev. K gtoqenezi azerbaydjanüev. T.1, - Baku, 1991, s.138-148; Toponomiə Azerbaydjana. - Baku, 1986, s.42, 46. 9. Cahangir Zeynaloğlu. Göstərilən əsəri, s. 12. 10. T.Q.Səlimov-Şağani. Abşeronun yer adları. - Bakı, 1993, s. 16-17. 11. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s.39. 12. Nizami Gəncəvi. Sirrlər xəzinəsi. - Bakı, 1981, s. 243. 13. N.Dubrovin. İstoriə voynı i vladiçestva russkix na Kavkaze. Tom I, kn. II, SPb., 1871, s. 389.
1. 2. 3. 4. 5. 6. 7. 8.
218
14. Puteşestvenniki
ob Azerbaydjane. Pod red. A.M.Şaxmali-eva i Z.İ.Əmpolğskoqo. - Baku, 1961, ç.1. 15. Abdurraşid Bakuvi. “Sokrahenie kniqi o “pamətnikax” i çudesa üarə moquçeqo” per. Z.M.Bunətova. - M., 1971, s.95. 16. Puteşestvenniki ob Azerbaydjane. Pod red. A.M.Şaxmalieva i Z.İ. Əmpolskoqo. - Baku, 1961, ç.I, s.161. 17. Oliariy Adam. Podrobnoe opisanie puteşestviə Qolitonskoqo posolğstva v Moskvu i Persiö v 1633, 1636 i 1639 qq. Per. s nemeü. A.M.Lovina. - S.-Peterburq, 1906, s. 456, 457, 458. 18. Streys Ə.Ə., Tri puteşestviə. - M., 1936, s.224. 19. F.F.Simenoviç. İstoriə, qeoqrafiə i gtnoqrafiə Daqestana XVIIIXIX vv. Arxivnıe materialı. Pod red. M.O.Kosvina i Xeşaeva, ç. I. M., 1958, s. 93. 20. Azərbaycan Sovet Ensklopediyası, II c. - Bakı, 1978, s. 131. 21. Nailə Vəlixanlı, Ərəb Xəlifəti və Azərbaycan. - Bakı, 1993, s. 121. 22. Aydın Tağıyev. Göstərilən əsəri, s. 13. 23. E.A.Paxomov. Beş Barmak. “İzv. Azerb. Arxel. Komiteta”. -1925, vıp. 2. 24. Azərbaycan Sovet Ensklopediyası, III c. - Bakı, 1979, s. 553. 25. Azərbaycan Sovet Ensklopediyası, I c. - Bakı, 1976, s. 459. 26. Azərbaycan Sovet Ensklopediyası, VI c. - Bakı, 1982, s. 93. 27. Azərbaycan Sovet Ensklopediyası, IX c. - Bakı, 1986, s. 76. 28. Azərbaycan tarixi. Z.M.Bunyatovun və Y.Yusifovun redakt. ilə. - Bakı, 1994, s. 220. 29. V.F.Minorskiy. İstoriə Şirvana i Derbenta. - M., 1963, s. 152. 30. Z.M.Bunyatov. Azərbaycan Atabəylər dövləti. - Bakı, 1985, s. 152. 31. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 22, 38. 32. Nailə Vəlixanlı. Göstərilən əsəri, s. 122. 33. Nailə Vəlixanlı. Göstərilən əsəri, s. 121. 34. Azərbaycan tarixi. Z.M.Bunyatovun və Y.Yusifovun redakt. ilə. - Bakı, 1994,s. 224. 35. Nailə Vəlixanlı. Göstərilən əsəri, s. 121. 36. Qiyasətdin Qeybullayev. Azərbaycan etnik tarixinə dair. - Bakı, 1957, s. 61. 37. Oliariy Adam. Göstərilən əsəri, s. 457.
219
38. Nürer Uğurlu. Tarix, I hissə. - Stambul, 1994, s. 199-200. 39. Nürer Uğurlu. Göstərilən əsəri, s. 260. 40. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 21. 41. Oliariy Adam. Göstərilən əsəri, s. 458. 42. Streys Y.Y. Göstərilən əsəri, s. 224. 43. Azərbaycan Sovet Ensklopediyası, IX c. - Bakı, 1986, s. 244. 44. Nailə Vəlixanlı. Göstərilən əsəri, s. 135, 136. 45. Aydın Tağıyev. Göstərilən əsəri, s. 13-14. 46. F.F.Simenoviç. Göstərilən əsəri, s. 149. 47. Azərbaycan Sovet Ensklopediyası, III c. - Bakı, 1979, s. 290. 48. Mikayıl Müşfiq. Əsərləri, II c. - Bakı, 1970, s. 276, 277. 49. Ağasafa. Fikir dünyası. - Bakı, 1981, s.26. 50. İ.Brezin. Puteşestvie po Vostoku, I ç., 1849. 51. Azərbaycan Sovet Ensklopediyası, IV c. - Bakı, 1980, s. 326. 52. Cabir Novruz. Əsərləri. I c., - Bakı, 1982. 53. Paxomov E.A. O nekotorıx pamətnikax v Xizinskom rayone. İAN. Azerb. SSR, 1946.
54. Azərbaycan Sovet Ensklopediyası, III c. - Bakı, 1979, s. 62. 55. Mikayıl Müşfiq. Əsərləri 2 c. - Bakı, 1970, s.52. 56. V.M.Minorski. Göstərilən əsəri, s.110. 57. E.A.Paxamov. Göstərilən əsəri. 58. Mikayıl Müşfiq. Əsərləri, 2 c. - Bakı, 1970, s.146. 59. Cabir Novruz. Əsərləri, 1 c. - Bakı, 1982, s. 115. 60. Əbülfəz Rəcəbov. Dil, şüur, cəmiyyət, tarix. - Bakı, 1993, s. 105, 106.
61. “Avrasiya” qəzeti, 28 dekabr 1997 il. II FƏSİL
1. Qeradot. İstoriə. - L., 1972, s. 76, 78, 79. 2. Mikayıl Müşfiq. Əsərləri, 2 c. - Bakı, 1970, s. 230. 3. Nizami Gəncəvi. Yeddi gözəl. - Bakı, 1983, s. 300-301; Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s.36.
4. İstoriə Azerbaydjana. - Baku, 1995, s. 485. 5. Qiyasətdin Qeybullayev. Göstərilən əsəri, s. 79. 6. Al-Masudi, Murudj ad Dzaxob. Perev. V.F.Minorskiy, 220
İstoriə
Şirvana i Derbenda. -M., 1963, s.213. 7. Baladzori (Balazuri). Kniqa Zakavkazskix stran. Tekst i perev. P.K.Juze, Material po istorii Azerbaydjana, vıp. 3. - Baku, s. 192, 197. 8. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 21. 9. Sovetskaə Arxeoloqiə, 1968, №2, s. 196; Azərbaycan Sovet Ensklopediyası, VI c. - Bakı, 1988, s. 93. 10. Balazuri. Göstərilən əsəri, s.5. 11. Puteşestvenniki ob Azerbaydjane. Pod red. A.M.Şaxmalieva i İ.Z.Əmpolğskoqo. - Baku, 1961, I ç., s. 25. 12. E.A.Paxomov. Krupneyşie pamətniki sasanidskoqo stroitelğstva v Zakavkazii, “Problemı istorii mater. Kulğturı”, 1933, s.39. 13. Sovetskaə Arxeoloqiə, 1968, №2, s. 196. 14. Kaqankatvaüi Moisey. İstoriə Aqvan. Perevod K.Patkaneva, SPb, 1891. 15. Useynov M., Bretaniükiy A., Salamzade A., İstoriə Arxitektura Azerbaydjana. - M., 1963; Azərbaycan Sovet Ensklopediyası. Bakı, 1987, s. 363-368. 16. A.Q.Butkov. Material dlə novoy istorii Kavkaza s 1722 po 1803 qq. , ç.I, SPb., 1869. 17. Ziya Bunyatov. Azərbaycan VII-IX əsrlərdə, s. 80, 82, 325-326. 18. Əl-Bələzuri. Göstərilən əsəri. - Bakı, 1927, s. 14. 19. Nailə Vəlixanlı. Göstərilən əsəri, s. 29. 20. Cahangir Zeynaloğlu. Göstərilən əsəri. 21. Sara Aşurbəyli. Göstərilən əsəri, s. 51. 22. Sara Aşurbəyli. Göstərilən əsəri, s. 52. 23. Anri Masse. İslam. - Baku, 1964, s.52. 24. Sara Aşurbəyli. Göstərilən əsəri, s. 52. 25. Ziya Bunyatov. Göstərilən əsəri, s. 126. 26. V.V.Bartolğd. Soçineniə. - M., 1963, s. 57, 102, 129, 669. 27. Anri Masse. Göstərilən əsəri, s.80. 28. Axmed İbn Asim Al-Kufi. Kniqa zavoevaniy. - Baku, 1981, s. 66 (perev. s arabskoqo əzıka Z.Bunətova). 29. Nailə Vəlixanlı. Göstərilən əsəri, s. 51.
30. M.A.Seyfəddini. Monetı İlğxanov XIV veka. - Baku, 1966, s. 161.
221
31. İbn Xaldun. Mukaddima, t. 1, s. 18-24. 32. Prof. dok. Mehmet Altay Koymen. Tarix, I h., 1989, - İstambul, s. 206.
33. E.A.Paxomov. Kratkiy kurs istorii Azerbaydjana. - Baku, 1923, s. 12, 26. 34. Ziya Bunyatov. Göstərilən əsəri, s. 136. 35. H.A.Quliyev. Məişətimizdə adət və ənənələr. - Bakı, 1976, s. 47, 48.
III FƏSİL
1. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 62. 2. V.V.Bertolğd. Mesta prikaspiyskix oblastey
v istorii musulğmanskoqo mira. - Baku, 1924, s. 25. 3. M.X.Şərifli. Göstərilən əsəri, s. 122. 4. Minorskiy. Göstərilən əsəri, s. 56, 57. 5. Sara Aşurbəyli. Göstərilən əsəri, s. 114. 6. Fazlalax Raşad ad-Din, Oquz-name. - Baku, 1987, s.39. 7. E.A.Paxomov. Şirvanşax Şaxanşax. “İzv. Azerb. Arxeoloq. komiteta”, vıp.1, 1925, s. 69-70; Paxomov. Monetnıe naxodki v ASSR, vıp. 1, s. 74-75. 8. Abdul-Kerim Ali-zade. Göstərilən əsəri, s. 368. 9. Fəzlullax Raşad-ad-din. Göstərilən əsəri, s. 127. 10. Fəzlullax Raşad-ad-din. Göstərilən əsəri, s. 193; Abdul-Kerim Ali-zade. Göstərilən əsəri, s. 323. 11. Abdul-Kerim Ali-zade. Göstərilən əsəri, s. 323. 12. Abdul-Kerim Ali-zade. Göstərilən əsəri, s. 327. 13. Azərbaycan Sovet Ensklopediyası, VII c. -Bakı, 1978, s. 139. M.A.Seyfeddin. Monetnoe delo v Azerbaydcane v XII pervoy polovine XVI v. Avtoreferat, doktorskoy dissertaüii. - Baku, 1970, s.70. 14. Azərbaycan tarixi. - Bakı, 1994, s. 353. 15. Azərbaycan tarixi. - Bakı, 1994, s. 354. 16. Sara Aşurbəyli. Göstərilən əsəri, s. 242, 243. 17. Azərbaycan tarixi. - Bakı, 1994, s. 365. 18. Yan Streys. Göstərilən əsəri, s. 224. 19. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 94.
222
20. Azərbaycan tarixi. - Bakı, 1994, s. 427. 21. Azərbaycan tarixi. - Bakı, 1994, s. 432. 22. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 94, 95, 124;
Azərbaycan tarixi. - Bakı, 1994, s. 494. Opisanie stran i narodov vdolğ Zapadnoqo bereqa Kaspiyskoqo morə. 1728. - SPb., 1760, s. 220. 24. F.M.Aliev. Antiiranskoe vıstuplenie i borğba protiv Tureükoy okkupaüii v Azerbaydjane v pervoy polovine XVIII veka. - Baku, 1975, s. 25. 25. F.M.Aliev. Göstərilən əsəri, s. 20. 26. İ.Q.Qerber. Göstərilən əsəri, s. 220. 27. A.Abduraxmanov. Azerbaydjan vo vzaimootnoşeniəx Rossii, Turüii i İrana. - Baku, 1964, s. 43. 28. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 150. 29. M.Ə.Sabir. Hophopnamə. - Bakı, 1948, s. 75. 30. S.S.Qmelin. Puteşestvie po Rossii dlə issledovaniə vsex trex üarstv (v perevode), ç. III, SPb., 1785, s.24. 31. Şirvanın üç şairi, (toplayanı Ə.Cəfərzadə). - Bakı, 1976, s. 47, 51. 32. Azərbaycan tarixi. - Bakı, 1994, s. 543-544. 33. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 164. 34. Azərbaycan tarixi. - Bakı, 1994, s. 542. 35. N.Dubrovin. İstoriə voynı i vladiçestva russkix na Kavkaze, II ç., SPb., 1886, s. 485. 36. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 198. 37. Adam Oliari. Göstərilən əsəri, s. 483. 38. Yan Streys. Göstərilən əsəri, s. 294. 39. M.Tərlanov və R.Əfəndiyev. Xalq yaradıcılığı nümunələri. - Bakı, 1959, s. 14, 16. 40. Azərbaycan tarixi. - Bakı, 1994, s. 555. 41. Adam Oliari. Göstərilən əsəri, s. 458.
23. İ.Q.Qerber.
IV FƏSİL
223
1. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 198. 2. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 198-199. 3. Kolonialğnaə politika Rossiyskoqo üarizma v Azerbaydjane 20-60-x qq. XIX v. ç. I. - M.-L., 1936 q., s.329-330.
4. Abbasqulu ağa Bakıxanov. Göstərilən əsəri, s. 199. 5. İ.Qasanov, çasnovladelğçeskie krestğəne v Azerbaydjane
v pervoy polovine XIX v. - Baku, 1957, s. 29. 6. Azərbaycan tarixi. - Bakı, 1994, s. 576. 7. Kolonialğnaə politika Rossiyskoqo üarizma v Azerbaydjane 20-60-x qq. XIX v., ç. I. - M.-L., 1936, s. 329-330. 8. Yenə orada. 9. A.S.Sumbatzadə, Göstərilən əsəri, s. 51. 10. A.S.Sumbatzadə. Göstərilən əsəri, s. 75. 11. A.S.Sumbatzadə. Göstərilən əsəri, s. 43. 12. İ.Brezin. Puteşestvie po Vostoku, ç. I, 1849; Azərbaycan tarixi, II c. - Bakı, 1964, s. 91. 13. Kolonialğnaə politika Rossiyskoqo üarizma v Azerbaydjane 20-60x qq. XIX v. ç. I, s. 329-330. 14. Manaf Süleymanov, Eşitdiklərim, oxuduqlarım, gördüklərim. - Bakı, 1984, s. 22. 15. Sonaxanım Cabbarlı. Onu kim unudar. -Bakı, 1969, s.28, 32. 16. Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri. - Bakı, 1956, s. 68. 17. «Dalğa» qəzeti, 11-17 sentyabr 1991 il. 18. Manaf Süleymanov. Göstərilən əsəri, s. 22. 19. Azərbaycan Sovet Ensiklopediyası, II c. - Bakı, 1978, s. 50. 20. «Dalğa» qəzeti, 11-17 sentyabr 1991 il. 21. Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. - Bakı, 1993, s. 17, 19. 22. Raboçie dvijenie v Baku v qodı pervoy russkoy revolöüii. - Baku, 1956, s. 100-103. 23. Tadeş Svetoxovskoy. Russkiy Azerbaydjan 1905-1920 q.; Jurnal «Xazar», № 1, 1990, s. 100. 24. Azərbaycan tarixi, II c. - Bakı, 1964, s. 702. 25. Sonaxanım Cabbarlı. Göstərilən əsəri, s. 31. 26. Manaf Süleymanov. Göstərilən əsəri, s. 226. 27. Mikayıl Müşfiq. Əsərləri, 1 c. - Bakı, 1968, s. 47.
224
28. İstoriə Azerbaydjana. - Bakı, 1995, s. 349-350. 29. Mail Dəmirli, Mahal Məmmədli. Azərbaycan tarixi (mühazirə mətnləri). - Baku,
1997, s. 103, 104.
30. M.Seyidzadə. Qəzəllər. - Bakı, 1975, s.96. 31. M.Seyidzadə. Unudulmaz xatirələr. - Bakı, 1973, s. 74. 32. Sonaxanım Cabbarlı. Göstərilən əsəri, s. 12-13. V FƏSİL §1
1. “Azərbaycan” qəzeti, 1990-cı il. 2. Cəfər Cabbarlı. Əsərləri, 3-cü c. - Bakı, 1962, s.137, 138, 139. 3. “Qızıl Ulduz” qəzeti, 23 fevral 1939 il. Xızı rayonu PK-nin orqanı.
4. “Qızıl Ulduz” qəzeti, 5 mart 1939 il. 5. “Qızıl Ulduz” qəzeti, 12 iyun 1939 il. 6. Mail Dəmirli, Mahal Məmmədli. Göstərilən əsəri, s. 213. 7. Yenə orada. 8. “Qızıl Ulduz” qəzeti, 13 may 1940 il. 9. “Qızıl Ulduz” qəzeti, 17 iyun 1940 il. 10. Azərbaycan Sovet Ensiklopediyası, 8 c. - Bakı, 1984, s. 425. 11. “Qızıl Ulduz” qəzeti, 17 iyun 1940 il. 12. “Qızıl Ulduz” qəzeti, 17 iyun 1940 il. 13. H.Kazımlı. Qələbə yollarında. - Bakı. 1980, s. 8, 9, 18, 19. 14. M.Ə.Qaşqay və Ş.Mehdiyev. Respublikamızın təbii sərvət-ləri. - Bakı, 1950, s.23.
15. Siyasi tarix. - Bakı, 1995, s. 24. §2
1. Azərbaycan Sovet Ensiklopediyası, 8 c. - Bakı, 1984, s. 425. 2. Fikrət Cavadov. Sevinc. - Bakı, 1970 il. 3. «Dağlar Yurdu» qəzeti, oktyabr 1996 il. Xızı rayon İcra hakimiyyətinin orqanı.
VI FƏSİL
225
1. Vahab İsmayılzadə. Dağlar çağırır məni. - Bakı, 1993, s. 15. 2. Ofelya Babayeva. Səfərə çıxıram. - Bakı, 1992., s. 29, 30. 3. Aydın Tağıyev. Göstərilən əsəri. 4. «Çıraq» qəzeti, 7 avqust 1996-cı il. Siyəzən rayon İcra hakimiyyətinin orqanı.
5. «Çıraq» qəzeti, 7 avqust 1996-cı il. 6. «Dağlar yurdu» qəzeti, oktyabr 1996 il. VII FƏSİL
1. Dilbər Axunzadə. Müşfiqli günlərim. - Bakı, 1968. 2. Sonaxanım Cabbarlı. Göstərilən əsəri; Cəfər Cabbarlı. Əsərləri 1 c. - Bakı, 1968, 2 c., 1968, 3 c. - Bakı, 1969. 3. Mikayıl Müşfiq. Əsərləri, 1 c. - Bakı, 1968, 2 c. - Bakı, 1970, 3 c. - Bakı, 1973. 4. Cabir Novruz. Əsərləri, 1 c. - Bakı, 1982, 2 c. - Bakı, 1983, 3 c. - Bakı, 1984. 5. Rüfət Zəbioğlu. Pəncərəmdə ulduz yanır. - Bakı, 1968. 6. Ağasəfa. Fikir dünyası. - Bakı, 1981. 7. Ofelya Babayeva. Səfərə çıxıram. - Bakı, 1992. 8. Azərbaycan Sovet Ensiklopediyası, VII c. - Bakı, 1983, s 234. 9. Hacıağa Nəzərov. Monoqrafiya. - Bakı, 1988. 10. M.A.Mirqasımov. Biblioqrafiya. - Bakı, 1964. 11. Azərbaycan Sovet Ensiklopediyası, VI c. -Bakı, 1982, s.494. 12. Mikayıl Müşfiq. Əsərləri, 3 c. - Bakı, 1973, s. 59. 13. Cabir Novruz. Özünü qoru, xalqım. - Bakı, 1996.
226