The History of Khizi Region II

Page 1

1


2


Tərlan Ağayev

Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi

II hissə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin Tarix kafedrasının 31 yanvar 2006-cı il tarixli protokolu.

3


Bakı-2006

Redaktor Ağayeva İradə Tofiq qızı Kompüter yığıмı: Abasov Cabir Abasova Zülfiyyə Korrektor Ağayev Şıxı Bahadır oğlu

Tərlan Ağayev. Azərbaycanın Xızı-Bərmək mahalının tarixi (II hissə)

А

__4702060000__ 026

42-06

4


© Т.Аğаyев, 2006

GIRIŞ Atam Mirzəağa Bahadır bəy oğlu Ağayevin xatirəsinə həsr olunur. Endir, ey xəyalım, ey fikrim yenə Özünü həyatın dənizlərinə! Oradan dəyərli bir sədəf yerinə Əlinə keçsə də bir cıngıl daşı Sevindirmək üçün yarı, yoldaşı Bu da bir əməkdir, bu da bir işdir, Tarix ki, duz-çörək itirməmişdir. Mikayıl Müşfiq1. Xızı-Bərmək mahalı Azərbaycanın əzəli tərkib hissəsi kimi 4000 illik tayfa yaşına, keşmə-keşli tarixə və müstəqil özünəməxsus etnoqrafik əlamətlərə malikdir. Türk dilli Xızı və Dağlı etnoslarının e.ə. II və I minilliklərində Xızı-Bərmək mahalında yaşaması və üstünlüyü nəticəsində Azəri türkcəsi ümumi danışıq, əlaqə və mədəniyyət dili kimi formalaşmışdır. Ən qədim dövrdən bura türk və xuzi dilli (iki dilli) Bərməklilər nəslinin vətəni olmuş, əsrlər keçsə belə onların dilləri, etnoqrafik xarakterlərə malik olmaları qorunub saxlanılmışdır. Bu əsəri yazmaqda məqsədim “Azərbaycanın Xızı-Bərmək mahalının tarixi” adlı 1999-cu il nəşrindəki kitabımda mahalın tarixinə dair bəzi problemlər əksini tapmadığından II hissədə həmin məsələləri işıqlandırmaq olub. Кiтабıн birinci fəslində Türk dilli Xızılıların e.ə. II minillikdə mahalda yaşaması, Xızı-Bərmək mahalına Romalıların 5


yürüşləri, mahalın “ipək yolu” vasitəsi ilə ticarətdə iştirakı, Qorqud Dədənin Xızı-Bərmək mahalında olması, Xızı-Bərmək mahalında olan Şirvan şəhərindən çıxmış görkəmli şəxsiyyətlərdən bəhs olunur. Əsərin ikinci fəslində Bakının sürətlə yüksəlib, dünyanın böyük şəhərləri cərgəsinə çıxması, Bakıda dağlı məhəllələrinin yaranması və onların şəhərin inkişafındakı rolu göstərilmişdir. Üçüncü fəsildə şura hakimiyyəti illərində XızıBərmək dağlılarının itirdikləri və qazandıqları haqqında, həmin dövrdə tarixi hadisələr Azərbaycanda baş verən ictimai-iqtisadi dəyişiklərlə əlaqələndirilmişdir. Dördüncü fəsildə Dağlıların müstəqil dövlətimizin çiçəklənməsi uğrunda mübarizəsindən bəhs edilir. Bu fəsildə dağlıların elm və mədəniyyət sahəsində tanınmış bəzi şəxsiyyətləri haqqında ensiklopedik məlumat yazılmışdır. Əsəri yazarkən qədim dövrə aid tarixin uzaq kesmişinə işıq salan Xızı-Bərmək mahalında aparılmış arxeoloji qazıntılar, yunan tarixçisi Herodotun “Tarix” əsəri, Amasiyalı Strabonun “Coğrafiya” əsəri, orta əsr tarixçilərindən Əl-Məsudi, ƏlBələzuri, Əhməd ibn Asim, Fəzlullah Rəşidəddin, Əbdül Rəşid Bakuvinin, Abбasqulu Ağa Bakıxanovun, yeni dövr tarixçilərindən Sara Aşurbəyli, Ziya Bunyatov, Nailə Vəlixanlının əsərləri mahalın qədim və orta əsr dövrünün öyrənilməsi üçün mühüm mənbələrdən hesab edilə bilər. Bu kitab geniş oxucu kütlələrinə, peşə və yaş qrupu müxtəlif olan dağlılara öz tarixindən bəhs edən əsərdir. Mən, əsəri oxuyarkən çatışmazlıqları söyləyən oxuculara əvvəlcədən təşəkkürümü bildirirəm.

6


Bir yanda tərlanlar, dumanlı dağlar, Bir yanda kəkliklər, ayna bulaqlar, Bir yanda bülbullər, çiçəkli bağlar, Mən bu tamaşadan necə əl çəkim? Mikayıl Müşfiq1. I Fəsil Xızı, Dağlı və Bərmək tayfaları qədim və orta əsrlər dövründə Xızı-Bərmək mahalı özünün təmiz və sağlam dağ havası, sərin və saf suyu, gözəl çəmənlikləri və yaylaqları, orman meşəsi və müqəddəs yerləri ilə məşhurdur. Azərbaycan, o cümlədən XızıBərmək mahalı ən qədim insan məskənlərindən biridir. XızıBərmək mahalı insanların yaşaması üçün təbii-coğrafi şəraitə, zəngin fauna və floraya, dünyada mövcud olan 11 iqlimdən 8-nə malikdir. Arxeoloji tapıntılar göstərir ki, əmək alətləri çay daşından hazırlanmışdır. Burada yaşayan insanların nəsli ata xətti üzrə qohumluq əsasında birləşmişdi. Eramızdan əvvəl II minilliyin yarısında Xızı-Bərmək mahalında yaşayanlar tayfa halında birləşmişdilər. Xızı-Bərmək mahalının Dübrar dağından Xəzər dənizinə qədər ərazisi 95 km Şərq-Qərb uzunluğu dairəsi, Gil-эil çayla Sumqayıt çay arаsında 80 km Şimali-Cənubi en dairəsində yerləşir. Giləzi yaxınlığında Boybəyim zirvəsinin hündürlüyü 935 mетрдiр. Giləzidən Xızıya gedən yol Sarafata silsiləsi boyuncadır. Silsilənin ən hündür zirvəsi Xızı yaxınlığında Saraku dağıdır. Sarakunun yüksəkliyi 958 m-dir. Şair Adil Küskün “Salam doğma yurdum” şeirində Boybəyim və Saraku dağları haqqında yazır:2 Açıb qollarını sevinin bir az. Silinsin ürəkdən qəmlər, a dağlar, Nəsillər heç zaman sizi unutmaz Qayıdır özünə əvvəlki çağlar. 7


Qarqarlar Bərmək dağından Araza kimi olan ərazidə məskunlaşmışlar. Aqvan tarixçisi M.Kaganqatlı yazıb ki, Aqvan qəbilələrindən ən güclüsü qarqarlar boğazdan gələn səslə danışırlar.3 Azərbaycanda cərəyan etmiş olan böyük tarixi hadisələrin təsiri altında Qarqarlar yerli xalqa qarışmışlar. Çünki həmin tayfa özündən sonрa Azərbaycan toponimiyasında öz adı ilə beş kənd və bir çay qoymuşdur. Xəzər dənizinin kənarında olan bu mahal Şimali Qafqaz tayfaları, Rusiya və İran yollarının keçdiyi ərazidə yerləşdiyindən mühüm strateji və ticarət əhəmiyyətinə malikdir. Şərqlə Qərbi birləşdirən ipək yolu buradan keçir. Aсsuriyanın mixi yazılarında Azərbaycan ərazisində İllipi, Xarxar və kaspilərin yaşaması göstərilir. Lakin bunlar haqqında digər məlumatlar verilmir. Eramızın birinci əsrində yaşamış Yunan coğrafiyaçısı və tarixçisi Amasiyalı Strobon yazdığı “Geoqrafiya” adlı əsərində Qarqarları Baçe (Bərmək) dağının yanında yerləşdirir. Onun dediyinə görə Pontudakı Tamıs-Şor sahillərindən, yəni Krım adasından Qara dəniz kənarından buraya gəlmişlər.3a Eramızın birinci əsrində yaşamış qədim yunan Coğrafiyaçısı Strabon Hindistana gedən ticarət yollarının Azərbaycandan, o cümlədən deyə bilərək ki, Xızı-Bərmək mahalından keçdiyini göstərir. Kaspilər həmin yerdə, yunan tarixçisi Heredotun dediyinə görə bu yer, Kaspi adlı köçəri tayfa tərəfindən məskunlaşdırılmışdır. Bu tayfa e.ə. I əsrdə başqa ölkələrə köçüb və özündən sonra xatirə olaraq yalnız dəniz adını Kaspi deyə buraxıb.4 Dənizin bu gün iki cür adlanmasıнı Türkoloq-professor Ə.N.Dəmirçizadə göstərir ki, Xəzər və onunla paralel işlənən “Kaspi” adı əslində bir sözün iki müxtəlif dilə məxsus cəm şəkilçisi ilə formalaşmış variantıdır. Sözün əsl şəkli “Qas” (“Xas”dır) “pi” cəm şəkilçisi olduğu kimi, “Ər” də cəm şəkilçisidir. 8


Deməli “Xəzər” eyni mənanı ifadə edən bir kökdən, lakin iki ayrıayrı dilə mənsub olan toponimiyadır.5 Bərmək sözü «“Bar”-məhsul, “Mak”-kahin yəni, məhsuldar kahin, aparıcı kahin deməkdir. (Dilimizdə «a» hərfi «ə» kimi tələffüz edilib). Bərməkilər Bəlxdən gəlmiş aparıcı kahin (maq) nəslindəndirlər. Onlar çox bilikli olub, mixi yazılardan istifadə ediblər. Xızı - Bərmək mahalının ərazisi hələ e.ə. V yüzillikdən mövcud olan türk dilli Sak-Massagetlərin dövlətinə mənsub idi. Sonralar isə bu yerlər kiçik Midiya, Atrapatena, Alban dövlətinə mənsub olmuşdur. Fransız Şərqşünası Le Norman yazdığı əsərdə Midiyaya “Turan Midiyası” deyir və bu ərazidə yaşayanları Türk adlandırır.6 Xızı - Bərmək mahalına romalılar, farslar, ərəblər və rusların yürüşləri olmuşdur. Xızı-Bərmək torpağına türk dilli hunlar, işquzlar, savirlər, xəzərlər, muğlar, oğuzlar, səlcuqlar, monqollar gəlmişlər. Xızı - Bərmək mahalı Alban-Aгvan-Aran adlanırdı. Qədim şimal sərhədlərində bir sıra strateji əhəmiyyətli qalalar, sədlər, kəhrizlər olmuşdur. Bilicilərin dediyinə görə Türk dilində Uşindağ dağ vilayəti “Beş dağ” mənasını daşımışdır. Orta əsrlərdə həmin dağ Baş Bərmək kimi də adlanırdı. e.ə. VII əsrdə Saklarla eyni dövrdə Orta Asiyadan gəlmiş Azərbaycanda məskunlaşan türk mənşəli tayfalardan biri Şarvan adlanır. Yunan tarixçisi Herodot “Tarix” adlı əsərində Azərbaycanda məskunlaşan Şarvan tayfasını Saran kimi qeyd edir.7 İranda parfiyalı şahların hakimiyyəti dövründə Zərdüşt məbədinin kitabəsində Şirvan Siran, Sauran kimi tələffüz olunmuşdur. Tarixçi İstəxəri Qafqaz dağı ətəklərində yaşayanlardan birinin Şərvan tayfası olması, onların öz torpaqları və ordusunun olmasından yazıb. X əsrin 80cı illərində tərtib edilən anonim coğrafiya əsəri “Hüdudəlaləmdə” Azərbaycan şəhərləri haqqında dəyərli məlumatlar verilir. Bu əsərdə Şərvan (Şirvan) şəhərinin adı da vardır.8 İbn Hövqəl göstərir ki, Bərdədən Bəbüləvvaba (Dərbəndə) gedən yol Şirvan şəhərindən keçir.9 Bütün bunlar bir daha sübut edir ki, Şirvan türk dilli tayfanın adı olmuş və sonra onların yaşadığı şəhər də həmin 9


adı daşımışdır. Bütün ərəb mənbələrində Xızı-Bərmək mahalında olan Şirvan şəhərinin adı Şarvan kimi verilir. Bunu gürcü mənbələri də təsdiq edir. V.F.Minorskiyə görə Şirvan Şir və ya Şar tayfasının adı ilə əlaqədardır. Bu fikir də təsdiq edir ki, Şirvan tayfa adıdır. IX-XII əsrlərdən başlayaraq Xızı-Bərmək mahalındakı Şirvanın ipək yolu vasitəsilə Avropa və Asiyanın bir çox şəhərləri ilə ticarət əlaqəsi olmuşdur. Şirvan şəhərinin adı ilə əlaqədar olaraq Azərbaycanın böyük bir hissəsi sonralar Şirvan ölkəsi adlanmışdır. Azərbaycanın məşhur alimi, səyyah və coğrafiyaşünası Hacı Zeynalabdin Şirvani yazıb ki, “Ənuşirəvan bu ölkənin abadlaşması üçün çox əmək sərf etmişdir. Ona görə həmin ölkə Nuşirəvan adı ilə şöhrət tapmışdır. Ölkənin adını sadələşdirmək məqsədilə sonradan bir neçə hərfini atıb Şirvan deməyə başlamışlar”.10 Xızı-Bərmək mahalında elə kəndlər var ki, bir neçə minillik yaşa və özünəməxsus əlamətlərə malikdir. Həmin kəndlər müxtəlif soy birləşmələrindən, etnik qrupların bir-birinə yaxınlaşması və qovuşub qarışmasından təşəkkül tapmışdır. Onların keçdiyi enişli-yoxuşlu yolu öyrənmək, onların həyatlarında baş vermiş hadisələri faktlar əsasında xatırlamaq tarixi araşdırma baxımından çox maraqlı və əhəmiyyətlidir. Çıraq kəndinin adı Çıraqlı tayfasının adı ilə əlaqədardır. Mənşəcə bu türk dilli tayfa Sıraq tayfasına mənsubdur. Qarabağda yaşayan ulus çıraqlı adlanıb. Qızılbaş tayfalarından biri də Çıraqlı idi. XızıBərmək mahalına gəlmiş Hunlar Hinquşanlar adlanmışlar. Quşan sözü Məhəmməd Baharlıya görə quşlar ərazisi deməkdir.11 Hunların quşan adı ilə olmalarını Ziya Gökalın qədim türklərin səcdə etdikləri beş müqəddəs heyvanlardan birinin adı iлə uyğun tutur ki, onun da adı quş imiş. Quşan bir tayfanın adıdır. Bu sözü təhlil edərkən «Quş» tayfa adı «an» isə məkan bildirir.Quşlar Azərbaycana dəfələrlə gəlmiş, onların bir qismi burada yaşamışlar. Bunu Xızı-Bərmək mahalının kəndlərinin adlarında görmək olar. Köhnə quşçu, Yuxarı quşçu, Aşağı quşçu kəndlərini misal gətirmək olar. Azərbaycanda Quşçu adıyla bir çox kəndlər 10


mövcuddur. XIX əsrdə Qafqazda 38 kuşlı və Quşan, Quşçu, Quşilər toponomiyası vardır. Quşçu tayfası III-IV əsrdə Cənubi Qafqaza gəlmişdir.12 Muğan Azərbaycan ərazisində məskunlaşmış tayfa adı ilə əlaqədardır. Muğan sözü Muğ tayfasının adından götürülmüşdür. Heredotun əsərlərində göstərildiyi kimi qədim Midiyalılardan olan “Muğ” və yaxud «Mağ» qəbiləsinin adıdır. Türk toponomiyasında Muqlar soyu Hunların bir hissəsidir. Hunlar I yüzillikdə Xaçmaz, Xızı ərazisində yaşamışlar. Muğan soy və yer adıdır. Bu kəndin adı yazılı ədəbiyyatda XVI əsrdən bəllidir. XI-XIII əsrlərdə mövcud olmuş Muğan şəhəri də bizə bəllidir. XIX əsrdə Cənubi Qafqazda 19 Muğanlı adlı kənd var idi. VII əsrdə Qafqazа Xəzər dənizinin qərb sahili ilə türk dilli Saklar gəliblər. Saklar sonralar təhrif olunub Zəyəm formasına düşüb. Sonralar Zəyam Məkan kimi olub. Beyəhmədyurdu yer adı, tayfa ilə bağlı kənddir. Beyəhmədyurdu Azərbaycan türk dilinin qədim yerlilərinin ləhcəsidir. Boy sözü “Kitabi Dədə Qorqud”un müqəddəməsində də işlədilir. M.Q.Vəliyev (Baharlı) yazıb ki, Əhmədli səlcuq tayfasından olub Abşerona XI əsrdə gəlmişlər.13 Məncə onlardan ola bilər ki, bir neçə ailə Xızı-Bərmək mahalında yerləşmişlər. Ələz türkcə xeyirxah əməllər deməkdir. Pəmbə kəndi türk dilində «çay kənarında hündür dağ burnu» baum kimi tələffüzdən alınıb. Pəmbək türk dilli tayfadır. Şixlər kəndinin adı Şeyxlər kimidir. Dəlilər soy adıdır. XVIII əsrdə Azərbaycanda 10 dəlilər toponomu olmuşdur. Qədim Tele etonomu dəli formasında Azərbaycan toponimiyasında qorunub saxlanılır. Xızı-Bərmək mahalının Dəlilər kəndi də onunla əlaqədardır. Azərbaycana gəlmiş səyyahlar göstərirlər ki, Şirvanda hakim olan Azəri türk dili Türki adlanır. Olduqca xoşa gələn, avazlı bir dil kimi seçilir. Əgər buraya onu öyrənməyin asan olduğunu əlavə etsək, onun orada Avropada фransız dili kimi işlənməsi təəcüblü görünməməlidir.14 Dixar zaman keçdikcə Daqar-Daxar-Dıhar olmuşdur. Xızı-Bərmək mahalında onlar Dahar dibi deyilən yerdə yaşamışlar. Dahar türk dilli soydur. Cəndahar kəndinin adı da Daharlılarla əlaqədardır. “Dib” oğuz dilində taxta bənzər 11


görünüşlü yer deməkdir. Dib kəndinin adı da onlarla əlaqədardır. Oğuzlar hökmdarların adlarının qabaqlarına hörmət əlaməti olaraq Dib yazırdılar. Məsələn, Dib Yavqu-Xan, Dib Baun-Xan, Dib Çenkuşey (TaxtlıYavqu-Xan, Taxtlı Baun- Xan, Taxtlı Çenkuşu).15 Ərəb Əlməmməd kəndinin əhalisi Əli Məhəmməd nəslindən olan seyidlərdir. Girvəyixarı kəndinin adı farsca olub, Kəndna, Kəndya, Qala deməkdir. Yəni yuxarıda yerləşən qala kimi tələffüz olunur. Türk dilli olan Şeyxzadənin 14 evdən ibarət olan övlad və nəvələri Xızı-Bərmək mahalında Türk çay kəndini təşkil etmişlər. Onun nəvələri Şeyx Lətif və Şeyx Mənəf mahalda dövrünün tanınmışları olublar. İndiki Baxşılı kəndinin ilk sakinləri Saraku dağında olmuş, dağda sürüşmə olduğundan kənd dağılmışdır. Kənd indiki yerində sonra yerləşdirilib. Zaratlılar Marağa ilə Ərdəbil arasında yerləşən Zigirtu tayfasından olduğuna görə bu adı saxlamış, zaman keçdikçə Zigirtu-Zarat olmuşdur. Xızı-Bərmək mahalında iki Zarat və Dərəzarat kəndləri olub. Dərəzarat kəndinin adının mənası Dərədə əkin üçün yararlı yer deməkdir. Dərəzarat kəndində orta əsrlərə aid qəbiristan, xırman yeri, təsərrüfat quyuları, şirəsiz qab, muncuqlar, sümük düymə, dəmir toqqa, Eldəgizlər dövrünə aid mis sikkə və s. tapılmışdır. Arxeoloji materiallar XII əsrdə Dərəzaratın böyük yaşayış məskəni olmasını göstərir. Bu tapıntılar yerli əhalinin maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olmasını göstərir. Burada ticarətin olduğundan da xəbər verilir.16 Tarixçilər Altay dağlarında yaşayan türk boyları haqqında az məlumat veriblər. Türk soylarının Qafqazda Xəzər dənizinin qərbində görünməsini e.ə. I minilliyin ortalarından hesab edirlər. Deyə bilərik ki bu fikirlər səthidir. Əgər türk dilli Massagetlər, Alinlər (dağlılar) e.ə. I minilliyin ortalarında Xəzərin qərbində məskunlaşmışlarsa, Türk dilli Xızı soyu isə indiki yaşadığı məskənin ən qədim sakinləridirlər. Türkoloq-dilçi professor Firidun Cəliloğlu «Azər xalqı» adlı əsərində yazır ki, İbn Fadlanın yazdığına görə, Xəzərlərin baş şəhərində müsəlman toplumuna Xız boyundan olan biri başçılıq edirdi. Yeri gəlmişkən deyək ki, əgər tarixçi bu boyun 12


adını düzgün yazmışsa, onda Xızı toponomunun mənşəyinin bu Xəzər etonomindən yarandığını söyləmək olar.17 Bu fikirlər bir daha təsdiq edir ki, Xızı tayfa adıdır və Xızılılar türk dillidirlər. Türk dilli Xızı soyunun e.ə. II minillikdə Şimali Azərbaycanda yaşamaları bir daha sübut edir ki, Türk tayfaları Şimali Azərbaycanın ilk yerli köklü əhalisidir. Xızılıların iqtisadi təməli bu dövrdə əkinçilik və heyvandarlıq üzərində dayanırdı. Qoyun, mal saxlayır, buğda, arpa, noxud, lərgə əkir, yemək və geyimlərini əkinçilik və maldarlıqdan əldə edirdilər. Türk dilli Xızı tayfası əkinçiliklə məşğul olduğundan oturaq həyat keçirmişlər. Malqarası olanlar isə yaylaq və qışlağa köçməkdən istifadə ediblər. Qızılburun kəndinin dəniz kənarına yaxın yerindən tapılan abidələr e.ə. II minilliyə aid tunc əşyalar Xızı-Bərmək mahalının tarixinə işıq saçır. Türk dilli Xızılılar heç zaman bütlərə, qurdlara, quşlara, digər heyvanlara səcdə qılmamışlar. Onların qədim dövrlərdən peyğəmbəri Xızır İlyas olduğundan tək allaha inanmaları olmuşdur. Buna əsasən deyə bilərik ki, Xızı türk tayfası digər qohum türk tayfalarından əvvəl tək allahdan güc alıb, ona pənah gətiriblər. E.ə. VIII-VII əsrlərdən başlayaraq eramızın XIII əsrinə qədər türk dillərinin dünyaya yayılmasının üç böyük axını bizə məlumdur. Birinci axında Saklar, o cümlədən onların bir soyu olan Alinlər (Dağlılar), ikinci axında Hunlar, Sabir, Xısran, Hertal, Xəzər, Üz, Kaspi, Şarvan, Tavaspar, Xeçmataki, İjemaxi, Bakanı, Maskut bunlar Şirvana, o cümlədən Xızı-Bərmək mahalına, Şabrana və Bakı ərazisinə gəlib yerləşmişlər. Yuxarıda adı deyilən soylardan Xızı-Bərmək mahalından çoxu keçib ğetmiş, Dağlı, Şarvan, Xeran, Hun, Xəzər soyları isə qalıb məskunlaşmışlar. Üçüncü axında Oğuz, Səlcuqlar, Qaraqoyunlu və Ağqoyunluların gəlməsidir. Bu axında gələn Oğuzların bir qismi Xızı-Bərmək mahalında məskunlaşmışlar. Bunu Xanagə kəndinin yaxınlığında olan Oğuz yaylağının, Giləzinin qərbindəki Boybəyim dağının, Giləzidəki Ciğatay düzünün olması bir daha sübüt edir. Rafik Özdək «Türkün Qızıl kitabında” yazır ki, “Türk köçmələrinin əsas səbəbi iqtisadiyyatdır. Əhalinin artması, ana 13


yurd torpaqlаrının böyük heyvan sürülərinin otarmağa yetməməsi və quraqlıqların hökm sürməsi əsl səbəblər idi. Buna görə həm əhalisi az, həm də torpaqları çox bərəkətli olan qonşu ölkələrə doğru irəlilədilər.”18 Ağasıbəyli türk dilli nəsildir. Kənd də onların adı ilə əlaqədardır. Qərbi Azərbaycanda elə kənd adı var idi. Əlixanlı kəndinin adı türk dilli tayfadır. Baharlı kəndinin sakinləri Qaraqoyunlu Baharlı tayfasındandır. Hələ I-VI əsrlərdə Azəri Türk dili fonetik xüsusiyyətlərlə formalaşmış və yetişmişdir. Qeyd etməliyəm ki, bu Türk axınında Xızı-Bərmək mahalına bir çox türk dilli soylar gəlib, yerli əhali ilə qovuşub-qarışmışdır. Türk dillilər əhalinin əsas aparıcı hissəsi olublar. Ərəb dilli gəlmə tayfalar azlıq təşkil edib və onların dili çətin tələffüz olduğundan yerli əhali onların dilində danışmayıb, türk dili aparıcı olduğundan, ərəblər də türk dillilərlə qarışıb-qovuşmuşlar. Yerli əhali Türk dilli və Xuzi dillərində danışan olmuş və türk dilini ana dili kimi qəbul etmişlər. Xuzi dillilər də qovuşub-qarışaraq TürkAzərbaycan dilində danışırlar. Xızı-Bərmək mahalında müxtəlif tayfaların olmasının başlıca səbəbi, bu mahalın yaşayış üçün əlverişli olması, özünü müdafiə üçün hərbi strateji əhəmiyyətə malik olması və Şimaldan Cənuba getməkdən ötrü rahat yolun olması kimi dəlillərlə izah etmək olar. Xilafət zəiflədikdən sonra mahalda bir çox türk dilli tayfalar Dərbənddən keçib gəlmiş və orada özlərinə məskən salmışlar. Xızı-Bərmək mahalında olan tayfalar, tarixi inkişaf prosesində təşəkkül etməkdə olan Azəri türklərinin tərkib hissəsi olmuşlar. Strabon Albaniyada «böyük və sıx məskunlu müqəddəs vilayətin» olması barədə məlumat vermişdi. Burada Heliya (Günəşə) sitayiş edirdilər.19 Günəş allahının Albanca adı bizə bəlli deyil. Həmin yer Bərmək dağı idi. Dağın ətrafında yaşayanlar Alinlər (dağlılar) günəşə sitayiş ediblər. Cavaharlar Nehru Saqları türklərin böyük köçəri boylarından hesab edib və onların e.ə. Hindistana yaşamaq məqsədilə gəlmələrini göstərib. Sakların Azərbaycana gəlişini 14


baba yurda qayıdış kimi hesab edirəm. Strabona görə Xəzər dənizinin o biri tərəfində yaşayanlara (Qəpbində T.A.) gəldikdə isə Massaketlər adlanırdılar. Bu fikirlər Heredotun fikirləri ilə üstüstə düşür. Heredota görə Massaketlər Xəzərin qərbində Kürün şimalında yaşayırdılar. Saklar-Massaketlər balıq tutub yeyirlər. Onlar qırmızı boya hazırlayırdılar.20 Bilicilərin dediyinə görə Araz çayının şimalında yaşayan etnoslar Midiya dövlətinin qüdrətli vaxtında belə öz müstəqilliyini saxlamışlar. Abbasqulu Ağa Bakıxanov göstərir ki, Qubanın Bərmək kəndiнiн əhalisi Ərəbistandan gəlmişdir, onların qocaları ərəb dilində danışırlar21. Bu fikrə əsasən tarixçilər səhv nəticəyə gələrək Bərməkliləri ərəb mənşəli sayırlar. Xəlifə Harun Ər Rəşidin Bərməkliləri məhv etdiyi vaxt onlar öz baba yurdları olan Bərmək dağının ətəyinə gəlmişlər. Onlar Bağdadda Xilafətin mərkəzində savadlı, dövlətli və vəzifəli şəxslər olublar. Bərməklilər ərəb dilini yaxşı bildikləri üçün sonralar da həmin dildə danışıblar. Daranın məqbərəsi üzərindəki kitabədə də Sak-Tiay-Taridoriyanın adı çəkilir. Yəni Xəzərin qərb sahilində yaşayan Saklar-Massaketlərdir. Onlar türk etnoslarıdır. «İpəkyolu» vasitəsilə çin ipəyi Azərbaycandan keçərək İrana, oradan isə Suriyaya, oradan isə Misirə, Yunanıstana, Romaya gətirilirdi. Bu yol üzərində nəzarəti ələ almaqdan ötrü İranlılar, Yunanlar, Selvezlər, Romalılar mübarizə aparırdılar. Bu mubarizədə onlar ilk növbədə Albaniyanın şimalında olan keçidlərə sahib olmaq istəyirdilər. Dağlarla əhatə olunmuş Albaniyada yeganə yol Xəzər qapıları, Dəryal dərəsi, Dərbənd keçidi, Xızı-Bərmək mahalında olan keçidlər idi. Parfiyalılar köçəriləri müəyyən şərtlərlə bu keçidlərə buraxır və onlardan Romalılara qarşı istifadə edirdilər. Roma tarixçisi Yosif Flavi belə yazırdı: «Tiberi çoxlu qiymətli hədiyyələrlə Alban çarını Parfiya şahı Ərdavana qarşı tezliklə müharibəyə başlamağa təhrik edirdi. O, tələsməyərək, Xəzər qapılarını açaraq, Sгiflərin Ərdavanla müharibə etmək üçün öz ərazisindən keçib-getməsinə şərait yaratdı.»22 Bu dövrdə Albanlar, o cümlədən XızıBərməklilər regionun siyasi həyatında fəal rol oynayırdılar. 15


Professor Məmməd Seyfəddini yazır ki, Şamaxıda, Xınıslıda tapılmış sikkələr göstərir ki, Azərbaycan ərazisi Parfiyalıların iqtisadi və siyasi planlarında mühüm rol oynamışдıр.23 Bu sözləri Şirvana, o cümlədən Xızı-Bərmək mahalına da aid etmək olar. Şamaxı rayonunun Çuxuryurd kəndində tapılan sikkələr yuxarıda söylədiyimiz fikri bir daha təsdiq edir. Deyə bilərik ki, XızıBərmək mahalında ipək yolundan istifadə ediblər. Xızı-Bərmək mahalının ərazisində yaşayan xalqların türk dilli olmasından danışarkən onun bugünkü dil səviyyəsində olmayıb, minilliklər ərzində xeyli dəyişikliyə uğradığını bilməliyik. Türklərin həyatında at mühüm rol oynayıb və oynayır. Onlar at ilxısı saxlayırdılar. Döyüşə at belində gedirdilər. Atın ətini yeyir, südünü «Kimiz» edib içirdilər. Dərisindən də istifadə edirdilər. At tarix boyu Türk insanının qolu–qanadı, qardaşı, yoldaşı, bəslənmə, geyinmə, yeni yerləri kəşf etmə, uzaq diyarları fəth etmə vasitəsi olmuşdur.24 Mahmud Kaşğarlı «At Türkün qanadıdır» deməklə тürklərin ata göstərdikləri sevgi və dəyəri anladır.25 Türk dilli Xızı və Dağlı tayfaları da ata qayğı bəsləyib, onunla fəxr ediblər. Xızı-Bərmək mahalında yorğa yeriyən at cinsi bəslənilib, onlardan toy mərasimlərində yüyrük gətirmək yarışında istifadə edirdilər. Mahalda at ilxıları olan şəxslər də var idi. Xızı dağlıları döyüşə at belində gedirdilər və ata xoşbəxtlik rəmzi kimi baxırdılar. Babalarımız deyiblər ki, «at muraddır», yəni atla insan xoş istək və arzularına çatır. Atdan təsərrüfat işlərində də istifadə ediblər. Lap qədim dövrlərdən türklərdə dövlət qurmaq fikri yaranmışdır. Dövlət qurmağa təşəbbüs edən dövlət başçısı eyni zamanda tanınmış boyun başçısı idi. Onların dövlət qurması ailədən başlayırdı. Ailələrin, soyların birləşməsi ilə boylar meydana gəlir. Boylar birləşib budunlar və onlar da birləşib dövlət yaratmışlar. E.ə. I minilliyin ortalarında Sak hökmdarı Alp Ər Tuğanın qızı Tomrisin başçılıq etdiyi dövlət hərbi demokratik quruluşunda idi. Hərbi demokratik dövlət quruluşunu Amerika tarixçisi L.Morqan ətraflı şərh edir. Ona görə burada üç qüvvə əsasdır: hərbi sərkərdə, ordu başçılarının şurası və xalq 16


yığıncaqları. Burada şəxsiyyətin mühüm rolu vardır. Bu yarımköçəri türklər arasında başlıca dövlət quruluşudur. Onların torpaq mülkiyyəti dövlətə aid idi. Bacarıqlı şəxslər dövlətin yüksək vəzifələrinə çata bilərdi. Dövlət başçıları sadə yaşayırdılar. Dövlətin başında hökmdar dururdu. Hökmdardan sonra ikinci şəxs hərbi başçılar idi. Ordu atlı və piyadadan ibarət olub, ox, nizə və qılıncla yaxşı silahlanmış və döyüş qabiliyyətinə malik idilər. Ordu keçə çadırlarda yaşayardı. Hökmdar ordusuna çox güvənirdi. Dövlət başçısının geniş səlahiyyəti var idi. O, orduya rəhbərlik edir, vacib məsələləri həll etmək üçün toplanan yığıncağa rəhbərlik edirdi. Ali orqan olan toplanışlar ildə iki dəfə yığılırdı. Burada müharibə, sülh, ticarət və vəzifilərə təyinat işləri, dövlət idarəetmələrinin digər vacib qanunları açıq səsvemə yolu ilə qəbul olunurdu. Səs verənlər əllərini yuxarı qaldırırdılar. Ordu döyüşə giдərkən şəmşirə və günəşə and içirdi ki, şücaətlə vuruşacaq. Onlar düşməndən açıq intiqam alırdılar. Məmur vəzifilərinin əksəriyyəti nəslən keçirdi. Türk dilli İsgetlər, o cümlədən Alinlər (dağlılar), Xızlılar və Bərməklilər müstəqilliyə böyük əhəmiyyət verirdilər. Onlar tayfa adət-ənənələrinə, tayfa içərisində qan qohumluğuna güvənib yaşamışlar. Xızı-Bərmək mahalı e.ə. V əsrdə Turanlı Tomris xanımın başçılıq etdiyi dövlətin tərkibində idi. Məmməd Əmin Rəsulzadənin təbirincə desək;_”Şairlər zövqünü, qəzetələr nəfsini oxşadılar, adına “Altun dastanı” yazdılar, Turanın “İsmi-Əzəmi”olan qeybdəki Qızıl Almanı gətirəcək Tomris xanımın yetişəcəyinə kahinlik etdilər.” Turanlı Tomris xanım burada bulunmuş Keyxosrovun faciəvi sonu Kür çayının sahillərində olmuşdur.26 Türk tarixçisi Zəki Validi Toğan «Ümumi Turk tarixinə giriş» adlı əsərində yazır ki, «İran Əhəmənilər hakimi Kuruş miladdan öncə 529–cu ildə Maсsagetlərin qadın hökmdarı Tomris ilə olan müharibədə məğlub oldu.»27 «Anam Tomris kəsmədimi Keyxosrovun başını» sözləri Azərbaycan tarixinin parlaq səhifələrində səslənir. Bakılı qızı 17


Tomris xanımın göstərdiyi qəhrəmanlıq Azərbaycan qadınları üçün örnəkdir. Romalıların hərbi dəstələri Abşerona gəldi. Böyükdaş (Qobustan) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazılmış daş üzərində bu sözlər vardır «İmperator Demision Sezar Avqust Germanik l.(lusi) Yuli Maksim, Fulmanatın XII Legeonun sentronu.”28 Həmin Legeon Abşeronla yanaşı Xızı–Bərmək mahalının dənizkənarı yerlərini də təsiri altına aldı. Bu yerlərdə qışladıqdan sonra çıxıb getdi. Eramızın I əsrindən başlayaraq Hun, Sabir, Xəzər türk tayfaları Dərbənddən keçərək Albaniya çölündə, o cümlədən Xızı–Bərmək mahalının düzənliklərində yerləşməyə başladılar. Ərəb tarixçiləri Abbasilər dövründə Azərbaycanın şimal hissəsini Aran adlandırırdılar. E.A.Belyayevin «İslam və Ərəb xilafəti adlı əsərində» Harun ər Rəşid dövrünə aid tərtib edilmiş xəritədə də Aran adlanır. İbn Hövqəl yazırdı ki, Aranın Bərdə, Bab–əl–Abvab və Tiflis kimi böyük şəhərləri ilə yanaşı kiçik şəhərləri Beylakan, Şamaxiyyə, Şirvan, al-Abxaz, Şabran, Qəbələ, Şəki şəhərləri də var idi.29 Onun Şirvan şəhəri haqqındakı məlumatı bizim üçün faydalıdır. Ptolomey, Əl–İdrisi, İbn Hövqəl kimi məşhur tarixçi və coğrafiyaçıların əsərlərində göstərdiyi yerlərə görə deyə bilərik ki, Şirvan və Bacarvan şəhərləri Xızı– Bərmək mahalında yerləşib. Abbasqulu ağa Bakıxanov Şirvan və Dağıstanı birgə olaraq Albaniya adlandırır. B.B.Bartold qədim Albaniyanın şərq hissəsini Şirvan adlandırmışdır. Akademik Əbdülkərim Əlizadə yazıb ki, X əsrdə Şirvanda qızılın tərkibini müəyyənləşdirən qara daş çıxarılıb və dünyanın digər yerlərinə də göndərilirdi.30 Bu fikir Şirvanda zərgərliyin inkişafından xəbər verir. Roma sərkərdəsi Geney Pompey e.ə. 66–65-ci illərdə Albaniyaya yürüşlər etdiyi zaman Alban hökmdarı Orays 60 min piyada və 12 min atlı qoşunla Pompeyə qarşı çıxmışdır.31 Bu qoşunda Xızı–Bərmək dağlıları da döyüşmüşlər. Heredot göstərir ki, Quştaspın oğlu Dara e.ə. 549–cu ildə Kaspi şimalında 18


möhkəmlənmiş səddə qədər əraziyə sahib idi.32 Kaspilər dövlətin şimalındakı Bərmək, Gil–эil çay sədlərini bərpa etmişlər. VI əsrdə Aran Sasanilər imperiyasının tərkibində yarım müstəqil bir neçə şahlıqdan ibarət idi. Bunlardan Xizanşahlıq (Xızı şahlığı) strateji cəhətcə və ticarət üçün çox əlverişli məkanda idi. Burada əkinçilik, maldarlıq inkişaf etmiş və onlar ölkənin başqa yerləri kimi vergiyə cəlb olunmuşlar. Bu dövrdə Xızı-Bərmək mahalı Xizanşahlığın (Xızı şahlığı) tərkibində idi. Xizan şahlıгda azad mərd təbəqəsi (alicənab) var idi. Onlar Xızı və Bərməkilər nəslindən idilər. Ərəb mənbələrinin verdiyi məlumata görə bu kiçik şahlıq daxili işlərində muxtar olduğu halda, Sasani şahanşahlarına məcburən xərac verirdi. Vergini mərzibanlar toplayıb, hər il şahanşahın xəzinəsinə təhvil verirdilər. Vergilərin alınması işini Xosrov Ənuşirəvan qaydaya saldı. Əhalini siyahıdan keçirib, torpaqlarından aldığı məhsulun bir hissəsini yığıb xəzinəyə verirdilər. Vergi əsasən məhsulla ödənilirdi. Vergilərin toplanılması işinə Bərməkilər nəsli rəhbərlik edirdilər. I Xosrov Ənuşirəvan (e.ə. 531–579-cu illər) Sabirlərə qələbə çaldıqdan sonra, Arana 10 min nəfər Хəзəр türk göndərdi.33 Bunların bir qismi Şirvanda, o cümlədən Xızı-Bərmək mahalında da məskunlaşmışlar. Onun məqsədi Vizantiya ilə müharibədə türklərdən istifadə etmək idi. Bilicilərin dediyinə görə ərəblər Azərbaycanı işğal edəndə iki vilayətdən (Bəsrə və Kufə) və Suriyadan çoxlu tayfalar ora yeritdi, həm də hər biri nəyi ələ keçirə bildisə, onu ələ keçirdi, bəziləri isə əhalidən pulla torpaq aldı. Bundan başqa kəndlər onlara mühafizə olunmaq üçün verilmişdi, beləliklə bu kəndlərin əhalisi onlar üçün iş görən rəiyyətə çevrilmişdi. Xızı–Bərmək camaatı Xilafətə pul vergisini ödəyə bilmirdilər. Vergi borcları yığılıb qalırdı. Xəlifə Mehdi (775–785) göstəriş verdi ki, vergini pulla ödəyə bilməyənlər onu kənd təsərrüfatı məhsulları ilə ödəyə bilərlər. Azərbaycan hakimi Süleyman İbn Bərməki paytaxtı Bərdəyə köçürüb əhalidən vergini (хəracı) topladı. Əhali çox çətinliklə xəracı ödəyirdi. Xəlifə Harun 19


ər Rəşid verginin toplanılmasını icarəyə verirdi. Vergi yığanlar özləri üçün də əlavə vergi toplayırdılar. Bu da əhalinin narazılığını artırırdı. Xizan hökmdarı Abu-al-Kasim al-Cuyzani (Xeyzani) 400 min dirhəm vergi toplamışdı.34 Bərməkilər Abbasilər Xilafətinin ilk dövrlərində Xəlifə Harun ər Rəşidədək hakimiyyəti müstəqil idarə etmişlər: (Onların yaşı) Xalid Bərməki (706 – 782) Yəhyə İbn Xalid Bərməki (738 – 805)-zindanda vəfat edib. Fədl İbn Yəhyə Bərməki (765 – 806)- zindanda vəfat edib. Cəfər İbn Yəhyə Bərməki (767– 803)-edam edilib. Xəlifə ölkənin dini və dünyəvi başçısı idi. Xəlifə Mənsur vəzir vəzifəsini müəyyənləşdirdi. Bununla da hakimiyyətin bir hisəsi vəzirin əlinə keçdi. Baş vəzir xəlifənin müavini olub, dovlətin maliyyə–inzibati orqanlarına, orduya və dövlət idarələrinə nəzarət və rəhbərlik edirdi. Xəlifənin möhürünü saxlayıb, ondan istifadə etmək hüququna malik idi. Xəlifə Harun ər Rəşid 792/3cü ildə Azərbaycana, Arana və Ermənistana Fədl İbn Yəhyə Bərməkini hakim göndərdi. O, Dərbənd tərəfdəki Xəmzin qalasına gələrkən, oranın əhalisi silahlanıb onu qalaya buraxmadı. Fədl İbn Yəhyə Bərməki İrana döndü. Yerinə vali Ömər İbn Əyyubu qoydu. Ərəblərin təşkil etdiyi poçt məntəqələri ölkədə baş verən başlıca hadisələri Xəlifəyə çatdırırdılar. Xızan şahlığın Xızı qalasında, Şirvan və Bacarvan şəhərlərində yaşayanların əksəriyyəti zadəganlar, ruhanilər, tacirlər və sənətkarlar idilər. Bu şəhərlərdə Bərməkilər nəslindən olan vəzifəli şəxslər iki mərtəbəli mülklərdə yaşayırdılar. Şəhərlərdə sənətkarlar -dəmirçilər, duluzçular, çəkməçilər, misэərlər, yun parça toxuyanlar yaşayırdılar. İpək yolunun Xızan şahlığıнdan (Xızı şahlığından) keçməsi Şirvan və Bacarvan şəhərlərinin Avropa və Asiyanın bir çox ölkələri ilə 20


ticarət əlaqələri olduğunu göstərir. Xizan şahlığından (Xızı şahlığından) yun paltarlar, xalça və palazlar Şirvan-Şamaxı, Şirvan Bakı, Şirvan-Dərbənd və dəniz yolu ilə xarici ölkələrə aparılırdı. Tarixçilər tərəfindən Xızanşahlığın (Xızı şahlığının) Şirvan şahlığınıн tərkibinə birləşdirilməsi məsələsi hələ də yaxşı öyrənilməyib. Ərəb mənbələri Xızanşahlığı (Xızı şahlığı) Qafqaz sıra dağlarının ətəklərində məhsuldar ölkə adlandırırlar. Coğrafiyaşünas İbn Hövqəl «Kitab əl-məsalik vəl-məmalik» adlı əsərində yazıb ki, xırda feodal hakimlərinin gözəl, ətirli torpaqları, qəşəng kənizləri, xanəndə kənizləri, qadın və kişi aşbazları vardır. Onların gəliri olduqca çoxdur, əlvan metallardan hazırlanmış qiymətli qabları və cavahiratları da vardır. Bu fikirləri Xızanşahlığa da (Xızı şahlığına) aid etmək olar. Harun ər Rəşid Bərməkilər əvəzinə türk mənşəli Bərkmən oğullarını vəzifələrə təyin etdi. Türk tarixçisi Nuren İğurlu yazır ki, «Harun ər Rəşid Bəlx Türklərindən Bərkmən oğullarını önəmli dövlət vəzifələrinə gətirdi.»35 Bərməkilər haqqında son zamanlar yazanlar arasında onları Bəlx türklərindən olan Bərkmən oğulları ilə dəyişik salıb, səhvə yol verirlər. Əhməd Yaqubi «Tarix» əsərində Xırs qalasının adını çəkir. Xırs qalası Baş Bərmək dağının yaxınlığında olmuş, Xızı (Xizan) daxil olmaqla Xəzər dənizi sahili vilayətdir. Türk dünyasının məşhur dastanı olan «Dədə Qorqud» əsasən oğuz türklərinin bir xalq kimi formalaşmasını göstərir. «Oğuz» adı «ok» sözü deməkdir. Ok sözü isə qəbilə, boy mənasını verir. Orta Asiyada qurulan türk dövlətinin əsasını qoyan Oğuzlar Böyük Səlcuq imperatorluğunu, Osmanlı imperatorluğu kimi dövlətləri də qurmuşlar. Anadolunun türkləşməsini də onlar həyata keçiriblər. Oğuzlar Əl Tuzi adı ilə məşhurdurlar. At ilxıları saxlayıb, keçə evlərdə köçəri halda yaşayırdılar. Oğuzlar türk qəbiləsindən biridir. Türklər Türkmən təyfasından olub, 24 tayfadan ibarətdir.36 «Dədə Qorqud» kitabı V–VII əsrlərdəki, Ön Asiyada, Azərbaycanda «Oğuz» zamanını göstərən çox qiymətli tarix əsəridir. Dastanda dağlar insanların güvənc yeri və əzəməti 21


kimi verilir. Buna Xızı dağlarını da misal göstərmək olar. Əsərin boylarının birində Təpəgözün Salaxana qayasında mağarada yaşaması və insanlara verdiyi əziyyətlərdən söylənilir. Bununla deyə bilərik ki, Qorqud Dədə Bakıda olmuşdur. Atbasın Qaradağdan çıxıb atla Salaxanaya gəlməsi və Təpəgözü öldürməsi səhnəsindən görünür ki, Qorqud Dədə Bakıdan Dərbəndə gedərkən Xızının Oğuz yaylağından Altı-Ağac yolu ilə Xıdır Zində dağına getmiş və oradan Dərbəndə gəlmişdir. «Dədə Qorqud» dastanında deyilən oğuz yaylağı Xanagah kəndindən yuxarıda meşəliklə əhatə olunmuşdur. Hadisə Qazan Xanın iqamətgahı olan Xanagah kəndində Xızı-Bərmək mahalında vaqe olub. Deməli Xanagah kəndi VII əsrdən tarixə bəllidir. Dastanda Buğacın atası Dirsə xan tərəfindən oxla vurulması və Xızır (İlyas) peyğəmbərin boz atla öz qayasından çıxıb, ona dağ çiçəyi və ana südünün dərman olmasını söyləyir. Xızı-Bərmək mahalında olmuş Alman alimi və səyyahı Adam Oliari Dədə Qorqud haqqında yerli camaatdan eşitmiş və Dərbəndlilər onun qəbrinin şəhər qəbristanlığında olmasını da ona söyləmişlər. Qəbri ziyarət edən Adam Oliari yazır: «İmam Qorqudun qəbri dağda idi. Qorqud haqqında söyləyirlər ki, o, Məhəmmədin (s.ə) dostu olmuş, həmişə onun ayaqları yanında oturmuş, ondan dərs almış və onun ölümündən sonra 300 il yaşamışdır. Onun qəbri qayalıq bir dağda olmuş böyük bir mağara içindədir. Tabutun yanında bir qarı oturub gözətçilik edirdi. Şəhərdən və uzaq yerlərdən çoxlu qadın və qızlar gəlmişdilər. Dua etdikdən sonra onlar qarıya bir para pay verirdilər; O da müqəddəs bir Adam sayılırdı və gecələr tabutun yanında söndürmədən çıraq yandırırdı.37 «Dədə Qorqud» dastanında bizim üçün maraqlı cəhət odur ki, Xızı-Bərmək mahalının Oğuz yaylağından, Ciğatay düzündən, Boybəyim dağından bəhs edilmiş və türk dilli dağlılar tərəfindən çox işlənilən «Ərdəmli», «Cıla», «Boy», «Qoc», «Məlhəm», «Xub», «Şivən», «Al», «Qeyb olmaq», «Nər», «Xurdxaş», «Xırladıb», «Qəhir» və s. sözlər də vardır. Bütün bunlardan 22


belə bir fikrə gəlmək olar ki, Qorqud Dədə Xızı-Bərmək mahalında olub, oradan keçib Dərbənd şəhərinə getmişdir. «Kitabi-Dədə Qorqud» da Dondar bəyin eponimi altında oğuz tayfasının biri haqqında söhbət gedir. Strabonun alban tayfalarından biri saydığı Dondarların adı çəkilir. Bununla deyə bilərik ki, türk dilli Dondarlar çox qədim dövrlərdən bu torpaqlarda olmuşdur. Sədəndə memarlıq abidəsi Qaran Dundur istehkamı, Orta əsrlərə aid «Dindar» Qalası vardır. Sasani hökmdarı Hörmüz zülm etməyə başlayınca, xalq ona qarşı üsyan qaldırıb sikkəni onun oğlu Xosrov Pərvizin adına vurdurdular. Buna görə Xosrov Pərviz atası Hörmüzdən qorxub Xızı-Bərmək mahalının Bacarvan şəhərinə gəldi. Bu vaxt «Bərdə» hökmdarı Məhinbanu gəlib onu apardı. Nizami Gəncəvi bu əhvalatı «Xosrov və Şirin» poemasında ətraflı şərh edib. Tarixçilərin yazdığına görə Azərbaycanda olan müqəddəs yer Bacarvan şəhəridir (İndiki Xızı rayonunda, Baş Bərmək dağı ilə Saraku dağı arasında). Bu şəhərdə Xızır Peyğəmbər məsъid tikdirmişdi. Oranın əhalisi mehriban və qonaqpərvərdir. Ərəblər Bacarvanda və Şirvan şəhərlərində strateji əhəmiyyətinə görə hərbi dəstələr saxlayırdılar. Bacarvan şəhəri orta əsrlərdə mühüm ticarət mərkəzi olmuşdur. VII əsrdə Bacarvan əhalisi Xilafət qoşunlarının başçılarına şiddətli müqavimət göstərmişdir. Şəhər Xilafətin hakimiyyəti altında idi. Əl-Bələzuru yazıb ki, Məsləmə ibn Əbd-Əl-Məlik Xeyzan əhalisi ilə sülh bağladı və şəhər qalasının (Bacarvanın) dağıdılmasını əmr etdi. O, orada özünə mülk götürdü. Bu günə kimi «Xauz-Xeyzam» adı ilə tanınır.38 Tarixçilər yazırlar ki, 624-cü ildə Şərif Əl-mülk Şimran (Şirvan) qalasına gəlib Xursi (Çıraq) kəndində qaldı. 732-ci ildə Əmir Mərvan İbn Məhəmməd 120 minlik qoşunla Xəzərləri əzib, onlardan islamı qəbul edənləri Samur çayı ilə Şabran arasında və Xizan şahlığında (Xızışahlığında) yerləşdirdi. 735-736-cı ildə ərəb sərkərdəsi Mərvan İbn Məhəmməd Xurs (Çıraqqala) qalasına gəldi. Qalanın sahibi onun hakimiyyətini tanıdı. Mərvan onlardan xeyli taxıl alıb getdi.39 75923


cu ildə Azərbaycan canişini Yezid İbn Yuyd Xəzər xaqanının qızı Xatunla evləndi. Əl-Kufinin dediyinə görə canişin yüz min dirhəmlik başlıq verməli olur. Əl-Kufi yazır: «Xatunu onun qohumlarından olan on min Xəzər müşaiət edirdi: Ona dörd min əla madyan, min qatır, min qul, on min «Xəzəri» cinsindən olan alçaq dəvə, min baş «Türki» cinsindən olan iki hürgüclü dəvə, iyirmi min baş qoyun, qapıları və üstü qızıl və gümüş lövhələrdən düzəldilmiş, içərisi samur dərisi döşənmiş və ipək çəkilmiş on furqon, qızıl və gümüş əşyalar, qab-qacaq yüklənmiş on araba və başqa şeylər qoşulmuşdu.» Bərdəyə gətirilmiş gəlin islamı qəbul etmişdi. 763/64-cü ildə Xatun iki oğlu ilə qəflətən ölür. Yezidi günahlandıran Xəzərlər Azərbaycana hücum edib, Xaçmazı, XızıBərməki, Şəkini və digər yerləri qarət edib, getdilər.40 999-cu ildə Dərbənd əmiri Ləşgəri Şabran qalasına hücum etdi. Bu vaxt Şirvan şəhərindən köməyə gələn dəstələr Şabranı xilas etdilər. Şirvan şahla Ləşkəri arasında sülh bağlandı. Şirvan şahlığının ilk paytaxtı olan Şirvan şəhərinin dövlətin şimal sərhədlərində yerləşməsi, ölkənin digər torpaqlarından uzaq olması, Xəzər dənizi sahillərindəki duzənlikdə yerləşməsi düşmən hucumundan çətin müdafiə olunmasına görə paytaxt Şamaxıya (Yezdiyyəyə) köçürülüb. İbn Hövqəl Şirvan şəhərlərinin adını saydığı zaman sıra ilə Şamaxı, Şirvan, Laщıcan və Şabran şəhərlərinin adını çəkir.41 Əbu Əbdullah Məhəmməd Əl- Müqəddəsi «Əhsan əttəkəsim fimə rifət Əl-Əkalim» adlı əsərində Şirvan, Şamaxı, Bakı, Şabran və Dərbəndi Aranın şəhərləri sırasında qeyd etmişdir.42 Məsudi «Mürüc-əz-zəhmət» adlı əsərin II cildində yazıb ki, Şirvan adlı bir şəxs Qafqaz dağları ətəklərində Ənuşirəvan tərəfindən təyin edilmiş bir neçə şahlığı ələ keçirdi.43 Bu məlumatdan aydın oluр ki, Şirvan adlı hakim Sasanilər tərəfindən təşkil edilmiş Xizan şahlığı (Xızı şahlığını), Lehcan şahlığı və digər şahlıqları ələ keçirmişdir. Şirvan şah Məzyədilər dövlətinin paytaxtı əvvəllər Şirvan şəhəri, 917-ci ildən sonra Yezidiyyə (Şamaxı) şəhəri olmuşdur. Hakimiyyət uğrunda feodal çəkişmələri 24


ərəblərin digər köçəri tayfaların basqını üzündən Azərbaycan şəhərləri tənəzzülə uğramışlar. X əsrdən Azərbaycan şəhərləri dirçəlməyə və genişlənməyə başlamışlar. Xızı-Bərmək mahalında olan Şirvan şəhəri də iqtisadi, ictimai əhəmiyyətini saxlamışdı. Burada da sənətkarlıq və ticarət sürətlə inkişaf edirdi. XII əsr Azərbaycan mədəniyyətinin «Qızıl dövrü» adlanırdı. Şirvan şəhərində və Xızıda məscidlər yanında mədrəsələr, məhəlli məktəblər, mollaxanalar var idi. Bunlarda dini biliklərlə yanaşı ədəbiyyat, tarix, təbiət, нücum, məntiq, şərq dilləri və başqa elmlər də tədris olunurdu. Buranı bitirən foedal övladları yaxın şərqin mərkəzi şəhərlərinə oxumağa gedirdilər. Orta əsrlərdə XızıBərmək mahalının Şirvan və Bacarvan şəhərlərindən çıxmış görkəmli şəxsiyyətlər mahalla yanaşı bütün Azərbaycanı dünyaya tanıdırdılar. Şirvan şəhərindən çıxmış görkəmli şəxsiyyətlərdən biri Qəvaməddin Şirvani XIII əsrdə Şirvanda yaşamışdır. Qəvaməddin dövrünün ən ləyaqətli din xadimi idi. Ətraf mahallardan da bir çox ruhanilər gəlib, onun moizələrini dinləmişlər. Bağdad şəhərinə köçərək Əl-Nizamiyyə mədrəsəsində dərs deyib. Tarixçi Əbdürrəhman İbn Əl-Cövzinin dostu olub. 1258-ci ildə monqollar Bağdadı işğal etdikləri zaman öldürülüb44. Muayyinəddin Şirvani dövrünün görkəmli filosofu idi. Çox alicənab alim, ərəb və fars şeri və nəsrinin nadir bilicilərindən olub. Onun əsərində əşyanın maddi və mənəvi xüsusiyyətləri, təriqət sahibləri haqqında məlumatlar verilir. Əfsuslar olsun ki, əsər bugünkü günə qədər qalmamışdır. Ondan ancaq haqqında deyilənlər gəlib çatmışdır. O, 1266-cı ildə Təbrizdə vəfat etmişdir. Şəmsəddin Məhəmməd Şirvani Sufi təriqətinin başçısı idi. Onun fikrinə görə Mürşüd Müridə məhəbbət yolu ilə allahı dərk edir və tədricən ona qovuşur. İnsan duaları təkrar etməklə ani olaraq nurlanır. O, bu haqda mühazirələr oxumuşdur. Onun müsəlman hüququna dair əsəri olub. 1300-cü ildə vəfat etmişdir. Fəridəddin ulduzların cədvəlini tərtib etmişdir. Bu cədvəldə ulduz sisteminin quruluş və hərəkətlərini göstərmişdir. O, bu işə 30 ildən çox əmək sərf 25


etmişdir. Aud İbn Əhməd imam Abu Xələf Şirvani Şirvan şəhərində anadan olmuşdur. O, «Al-mütibar fi talil al-muxtasar» adlı əsərin müəllifidir. Kitabda allahın dərk edilməsi və şəriət qanunları şərh edilir. Bilici alim bir sıra şərq şəhərlərində də dərs demişdir. O, 1155-ci ildə vəfat etmişdir. Şirvanşah III Mənuçöhrün sarayında işləyən loğman həkim Mahmud Xoca, Əfsələddin Xaqani Şirvanini qızdırma xəstəliyindən sağaldan Şəmsəddin təbib, bilici Rəşidəddin və s. ziyalılar yaşayırdılar45. Xızı-Bərmək mahalının Şirvan şəhərindən görkəmli alimlərin çıxmasına əsasən deyə bilərik ki, Şirvan şəhəri bir müddət Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. 1038-ci ildə Səlcuqlar Məsudun ordusunu əzirlər. Toğrul taxta çıxır. Beləliklə, Səlcuqlаr hakimiyyəti başlayır. Şirvan şah Fəriburz 1066-cı ildə Dərbəndə hərəkət edir. Onun ordusunda Xızı-Bərmək dəstəsi də var idi. O, Dərbəndi döyüşlə alıb, oğlu Əfridunu ora hakim təyin edir. Dərbəndlilər Əfridunu böyük təntənə ilə qarşılayırlar46. Səlcuq sultanı Məsud (1134-1152) Şəmsəddin Eldənizi (1136-1175) qoşunla göndərdi ki, Aranı, Gəncəni, Şirvanı və Bakını alsın. Şəmsəddin atabəy bu yerləri, o cümlədən XızıBərmək mahalını aldı. Sonradan bu yerlərin hamısı Şirvanşahların əlinə keçdi. 1190-cı ildə Atabəy Qızıl Arslan süvari və piyadadan ibarət ordu ilə Şirvanşahlığa hücum etdi. O, gərgin döyüşlə Şamaxını tutdu. I Axsitan Eldəgizlər dövlətinin vassallığını qəbul edib, paytaxtı müvəqqəti olaraq Bakıya köçürməyə məcbur oldu. Şirvanşah I Axsitan Səlcuq sultanlığından asılı idi. Bu asılılıq onun zərb etdirdiyi sikkələrdə də qeyd olunmuşdur. Sikkənin birinci üzündə «Əl-malik Əl-Müəzzəm Axsitan İbn Mənuçöhr», o biri üzündə isə Xəlifə Əl-Müstəncid Billanın (1160-1170) və sultan Arslan şahın (1161-1176) adları həkk olunmuşdur. Bu sikkələrdən xalça ticarətində Xızı-Bərmək mahalında da istifadə edilmişdir. XII əsrdə Azərbaycana şimaldan Qıpçaqlar gəlmişdilər. Onların sayı 50 min ailə idi. 1192-cı ildə Şamaxıda zəlzələ 26


nəticəsində şəhər dağıldı, minlərlə adam həlak oldu. Şirvanşah Axsitan Bakıda paytaxtı daha da möhkəmləndirdi. Bu dövrdə Qıpcaqların şimaldan hücum etməsi təhlükəsi var idi. Şirvanşah Axsitan Qıpçaqların qarşısını almaq məqsədi ilə Xızı qalasının və Çıraqqalanın möhkəmlənməsini təşkil edib, Gil-gilçay səddində və Başbərmək dağının ətəyində olmuş istehkamlar kifayət qədər əzəmətli, qüvvətli mövqeləri ilə möhkəmlənmiş divarlardan ibarət idi. Divar qurşağı ilə yanaşı müdafiə məqsədi üçün Xızı qalası və Çıraqqala, ayrı-ayrı qüllələr, xəndəklər, ovdanlar və başqa tikintilər də var idi. Bərmək və Gil-gilçay sədlərini qurmaq üçün mühüm tədbirlər görülmüşdür. Şirvanşaha tabe olan Dərbənd şəhərinin müdafiəsi gücləndirildi. Abşeronda olan qalaları, Qız qalasının hərbi hissələri möhkəmləndirildi. Ölkədə olan qalalar arasında yaxşı rabitə əlaqəsi yaradılmışdı. Çıraqqala və Xızı qalasında tonqal yandırmaqla düşmənin gəlməsini Bakıya çatdırırdılar. Dərbənd hakimi Şirvanşaha xəyanət edib, Qıpçaqları ölkəyə buraxdı. Qıпçaq dəstələri Gil-gilçay və Bərmək sədlərinin, Xızı qalası və Çıraq qalanın alınmaz olduğunu bilib, onlar Gilgilçay səddindən yan keçərək dəniz yolu ilə Bakıya tərəfə hərəkət etdilər. Xızı-Bərməklilərin silahlı dəstələri Bakılıların köməyinə gəldilər. Bakı qalası ətrafında gedən döyüşlərdə Qıpçaqlar məğlub olurlar, sağ qalanları isə qaçmaqla canlarını ölümdən qurtarırlar. Şirvanşah I Аxsitan Xəzərlərə qarşı döyüşdə qohumu gürcü çarı IV Davidin köməyi ilə Müşkür, Şabran əyalətlərini və Şabran şəhərini azad etdi. Bu dövrdə Şirvanşahlar ordusunda dağlılar da iştirak edirdi. 1233-cü ildə Qıpçaqlar Dərbənddən keçib, Xızı-Bərmək mahalından sonra Şamaxını işğal etdilər. Oradan Qəbələ və Gəncəyə getdilər. 1255-ci ildə Şirvanşah Qуşстаp oğlu III Fəriburz tərəfindən hakimiyyətdən qovuldu. O, Gürcülərdən 3 minlik qoşun alıb Şirvan şəhərinə gəldi və Fəriburzun 1000 nəfərlik döyüşçüsü ilə vuruşdu. Xızı-Bərmək dağlılarının köməyi ilə Şirvanşah III Fəriburz qələbə çaldı. Gürcülər qaçıb vətənlərinə getdilər. 1239-cu ildə Monqollar ikinci yürüşdə Bakını və 27


Dərbəndi aldılar. Onlar Bakıdan Dərbəndə gedərkən Xızı-Bərmək mahalından keçib, yol üstündə olan Xızı qalasını uçurtdular. Monqollar cənubi Qafqazda və İranda məskunlaşıb Azərbaycana öz adamlarını hakim təyin etdilər. Səlnaməçi Fəzlullah Rəşidəddin «Cami-at-tavarix» adlı əsərində yazıb ki, 1262-ci ilin 20 avqustunda Hulaki xanın dəstəsi Şamaxıdan çıxıb, Şabran yaxınlığında ona qarşı çıxan Berkeyin dəstəsini əzdi47. Onun ordusu Xızı-Bərmək mahalından maneəsiz keçmişdir. Arqun xan Biləsuvara gələrkən eşitdi ki, düşmənləri Dərbənddədirlər. Arqun xanın ordusu 1289-cu il aprelin 27-də Bərmək mahalındakı Gil-gilçaydan keçib Şabran şəhərinə gəldi. Orada bir qədər qalandan sonar 1290-cı ilin aprelin 15-də Şabranın Tunyak kəndinə gəldi. Arqun xanın ordusu Xızı-Bərmək mahalında dincəlib, oradan Dərbəndə gəlib, düşmənlərini qovdu və şəhərə sahib oldu48. 1297-ci il noyabrın 7-də Qazan xan Təbrizdən çıxıb Arana gəldi. O, islam dinini qəbul etdiyi üçün Bibiheybət məscidini tikdirmiş, İçərişəhərdə karvansaranın tikilməsinə dair göstərişlər vermişdir. Qazan xan eşitdi ki, Dağıstanda yerli feodallar üsyan etmişlər. O, Xızı-Bərmək mahalından olan bələdçilərlə Dağıstana ordu göndərdi. Qazan xanın ordusu üsyanı yatırdı. Monqol hökmdarı Olcayt Xudabəndə Məhəmməd (1304– 1316-cı illər) ağır olan vergiləri yüngülləşdirmək məqsədilə fərman verdi. Həmin fərman İçərişəhərdəki Cümə məscidinin minarəsində yazılmışdır. Qazan xanın islahatları və Olcayt Xudabəndənin fərmanları şirvanşahların, o cümlədən Xızı-Bərmək dağlılarının iqtisadi vəziyyətini yaxşılaşdırdı. Monqol hakimlər öz adlarına sikkə kəsdirmişlər. Satibek xatunun adından 1338-39-cu ildə sikkə kəsilib. Hulaki xanı Süleymanın dövründə (1340-1341) Bakıda sikkə kəsilmişdir. Sikkədə Süleymanın adı uyğur dilində yazılıb. Hulakilərin axırıncı hökmdarı Ənuşirəvanın hakimiyyəti dövründə Şirvanda, Şabranda və Bakıda sikkələr kəsilib. Bu sikkələrdən Xızı-Bərmək mahalında xalça və qırmızı boya ticarətində istifadə edilib. 1479-cu ildə Venetsiya elçisi 28


Ambroca Kontarini yol gündəliyində yazıb ki, Şamaxıdan Altıağac yolu ilə Şabrana gəlib, oradan Dərbəndə getmişdir. O, yol boyu dağ və düzlərdə olan Azəri türk kəndlərində mehribanlıqla qarşılanmasından və Şabran şəhərində alma bağlarına heyran olmasından söz açır49. XVI əsrdə tanınmış ingilis səyyahı və taciri Antoni Cenkinson Şabrandan Altı-ağac yolu ilə Şamaxıya gedərkən yolda kəndlərdə mehribançılıqla qarşılanmasından bəhs edir. Abdulla xanın ziyarətində iki dəfəyə 290 yemək növü verilməsini söyləyir50. Bu onu göstərir ki, Şirvanda, o cümlədən Xızı-Bərmək mahalında milli mətbəx çox zəngindir. 1538-ci ildə Xızı-Bərmək mahalı Şirvan beylərbəyliyinə tabe edildi. Şirvanın Səfəvilər dövlətinə qatılması Azərbaycanın tarixində müsbət hadisə idi. Şah Xüdabəndənin (1578-1587) səriştəsizliyi üzündən dövlət zəifləməyə başladı. 1578-cü ildə Sultan Türkiyəsi Gəncə, Şamaxı, Ərəş, Bakı, Dərbənd, Qəbələ, Şabranı tutdu. Şirvanın sancaqlarının tərkibində olan Xızı-Bərmək mahalı da Türk hakimiyyəti altına keçdi. Türk sərkərdəsi Əmirxan eşitdi ki, Qızılbaş ordusu Səlimxanın başçılığı ilə Bakıya hərəkət edir. O, döyüşə atıldı və məğlub oldu. Onun ordusunu XızıBərmək mahalı istiqaməti ilə Şabrana tərəf qovdular. 1583-cü ildə Türk qoşunlarını Yaqub bəy Niyazabada toplamışdı. Onlar XızıBərmək mahalından keçib Şirvanı tutdular. Lakin 1639-cu ildə Türk-Səfəvilər dövlətləri arasında sülh müqaviləsi imzalandı. Həmin yerlər səfəvilərə qaytarıldı. Bu müqavilə yüz il pozulmadı. İmperator I Pyotr Bakını və Şamaxını almasa da Azərbaycana etdiyi yürüşdən çox razı idi. 1723-cü il iyуlun 26-da səhər saat 5-də ruslar hücum edib Bakını aldılar. Nadir 1734-cü il dekabrın 3-də nümayəndəsi Hüseyn Xanı Peterburqa göndərdi. Ruslar Xəzər sahili yerlərdən çıxdılar, Nadir o yerlərin sahibi oldu. Qubalı Şeyixəli xan Nadirin hakimiyyəti dövründə yarım müstəqil idisə, rus çarı I Pyotr isə ona xanlıq titulu verilməsi haqqında əmr verdi. Hacı Zеynalabdın Şirvani yazır ki, hələ qədim zamanda ərəb tayfalarından biri Qubaya köçmüş və orada məskən 29


salmışdır. Şeyxəli xanın atası Fətəli xan və onun ata-babaları Qubanın hakimləri olmuşlar. Onlar Seyyidüş-Şühadə Həmzənin qızından olan nəsildəndirlər51. Müşkürlü Hacı Davud və Qаzıqumuгlu Surxay xan 1720-ci ildə Bakını işğal etməyə gəldilər. Xızı-Bərmək dağlılarının silahlı dəstələri Bakılılara köməyə gəlib, birləşmiş qüvvələr tərəfindən əzilən Hacı Davudun və Surxayın dəstəsi Qubaya tərəf hərəkət etdi. Onlar Xızı-Bərmək torpaqlarında müqavimətə rast gələrək və çox çətinliklə Müşkür kəndinə çatdılar. Xızı-Bərmək mahalı Bakı-Dağıstan, Şimali Qafqaz və Cənubi Rusuya torpaqları ilə birləşdirən ticarət yolu üzərində yerləşirdi. 1724-cü il İstanbul müqaviləsinə əsasən XızıBərmək mahalı da Rusiyanın tərkibinə daxil edilmişdi. 1726-cı ildə Quba əyaləti Rusiyaya birləşdirildi. 29 may 1730-cu ildə Rusiya Quba xanı Hüseyn Əlini mükafatlandırdı. Şabran, Kulasan, Müşkür torpaqları ona verildi. Azərbaycan alimi və tarixçisi Abbasqulu Ağa Bakıxanov yazır ki: «o günlərdə Şərir və dələduz adamlar əlsiz və ayaqsızların malına və canına qəsd edirdilər. Hakimlər bunların öhdəsindən gələ bilmirdi. Bu zaman, ixtilaf səbəblərindən və Nadirin əhvalında törəyən dəyişikliklərdən əlavə Rum Xandigarı da məzhəb ixtilafını əldə bəhanə edərək Dağıstan əhalisini İran hökуmətinin əleyhinə təhrik edirdi.52 Qubalı Fətəli xan 1767-ci ildə Şamaxı üzərinə getdi. Bu döyüşdə Şirvan xanı məğlub oldu. Fətəli xanın Azərbaycanı birləşdirmək siyasətini müdafiə edənlərdən biri, inanılmış adamı Məlik Hacı bəy Buduğlu döyüşlərdə şücaət göstərirdi. Fətəli xan Məlik Hacı bəy Buduğluya Sədan, Quşçu, Çirağ, Ukax, və Çölqən kəndlərini titul kimi verdi. Məlik hacı bəy Buduğlu yerdən hasil olan məhsulun onda bir hissəsini miqdarını özü üçün toplayırdı.53 Fətəli xan ərazini genişləndirmək ilə yanaşı, ölkəsində əhalinin artırılmasına çalışmaqla məhsuldar qüvvələrin çoxalmasına nail olurdu. O, Şamaxıdan gətirdiyi ailələrin bir hissəsini Xızı-Bərmək mahalının kəndlərində yerləşdirdi. Onların nəsilləri kəndlərdə indi də yaşayırlar. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi kimi tariximizdə yad edilir. Abbasqulu Ağa Bakıxanov yazırdı ki, Fətəli 30


xan tədbirli, mərhəmətli, əzmində sabit-qədəm, məmləkəti idarə etmək işində mahir bir adam idi. Rus tarixçisi P.T.Butkov Fətəli xanı ağıllı, igid, düşüncəli, bacarıqlı və yorulmaz dövlət xadimi kimi səciyyələndirir.54 Qubalı Fətəli xan Şəkili Hüseyn xanla birləşib Şirvan xanlığına hücum etdilər. Oranı alıb böldülər. Sədan mahalı və yeni Şamaxı (Ağsu) Şəki xanına, digər yerlər isə Quba xanlığına çatdı. 1768-ci il noyabrın 20-də Şəkili Hüseyn xan köhnə Şamaxıya hücum etdi və orada olan Quba dəstəsini əzdi. Fətəli xan hərəkət edib Hüseyn xanın dəstəsini məğlub etdi. Hüseyn xan güclə özünü xilas edib qaçdı. Bu döyüşdə Xızı-Bərməkin döyüşçü dəstəsi də igidlik göstərdi. Şəki xanından Yeni şamaxı (Ağsu), Sədan mahalı və digər yerlər alınıb Quba xanlığına qatıldı. Tarixi mənbələr göstərir ki, Fətəli xan 1757-ci ildə Səlyanı, 1759-cu ildə Dərbəndi, 1767-ci ildə Şirvanı, 1768-ci ildə Cavad xanlıqlarını özünə tabe edərkən Xızı-Bərmək mahalının qüvvəsindən geniş istifadə etmişdir. Digər dövlətlər Fətəli xana müraciət edərkən onu «Yüksək hörmətli Dərbənd, Quba, Şamaxı xanı» adlandırıblar. Ölkə üçün qorxulu qüvvə olan İran işğalçıları səylə çalışırdılar ki, Arazın şimalında yaranmış xanlıqların məhsuldar torpaqlarını ələ keçirsinlər. Çarəsiz qalan Azərbaycan xanları kömək üçün Rusiyaya üz tutdular. Rus çariçası II Yekaterina 1796-cı ildə general Zubovun komandası altında 30 minlik ordunu Azərbaycana göndərdi. 1796-cı ilin axırlarında Kür çayı sahillərində (İndiki Əlibayramlı şəhərinin yerində) düşərgə salmış rus generalı V.Zubov Zaqafqaziyada Rus imperatriçası II Yekaterinanın nüfuzunu xeyli yüksəltdi. Sonra taxta çıxan I Pavel anasının əleyhinə olaraq rus ordusunu geri çağırdı. Xızı-Bərmək mahalında olan rus hərbiçiləri də mahaldan çıxıb getdilər. 1806-cı il oktyabrın 3-də Bakının Rusiya tərəfindən işğal edilməsi ilə Xızı-Bərmək mahalı da rus qoşunu tərəfindən tutuldu. 1808-ci ildə Qubalı Şeyx Əli xan Qubanı ruslardan geri almağa gəldi. Bu vaxt Quba mahalının 31


məşhur alimi, fəqh elminin bilicisi Hacı Məhəmməd Çələbi Əlicə Qulhaninin dəfni idi. Abbasqulu ağa Bakıxanov yazır ki, hörmət əlaməti olaraq döyüş saxlanılır. Hər iki tərəfin döyüşçüləri cənazəni dəfn etmək üçün bir sırada dururlar. Daha döyüşün mümkün olmadığını görən Şeyx Əli xan dağlara çəkilir.55 Onun ordusunda vuruşan Xızı bəyləri Hacı Allahqulubəyin oğlanları: Abdulla bəy, Məcid bəy, Səfərəli bəy, Mirzəağa bəy, Xəlil bəy, Ağarəhim bəy, Məmməd bəy, Tağı bəy, Yaгub bəy, Yunus bəy, Şirin bəy dəstələri ilə birlikdə mahala qayıtdılar. Elə şəxslər var ki, nəinki diriliyi hətta onların dəfni də insanlara kömək edir. 1810-cu ildə Şeyx əli xan Dağıstan xalqlarının köməyi ilə Quba əyalətini yenidən öz hakimiyyəti altına aldı. Quba bəyləri, o cümlədən Xızı-Bərmək bəyləri Şeyx Əli xanın tərəfində idilər. Podpolkovnik Tixanovskinin hərbi hissəsi Xızı-Bərmək mahalının Doğumlu adlanan karvansarasında möhkəmlənmişdi. 1810-cu il sentyabrın 20-də Şeyx Əli xanın 200 nəfərlik silahlı dəstəsi Baş Bərmək dağının yüksəkliyindən rus qoşununa atəş açdı. Döyüş başladı, hər iki tərəfdən itki oldu. Bu döyüşdə Xızı-Bərmək dəstələri igidliklə vuruşurdular. Rus topçularının atəşi ilə onlar geri çəkildilər. Bu məğlubiyyətə baxmayaraq, Qubalı Şeyx Əli xan mübarizəni davam etdirir. Quba xanlığında hakimiyyət ətrafında işcil və bacarıqlı şəxslər cəmlənmişdi. Bunlardan: bacarıqlı hərbi rəis Mirzə bəy Bayıt, görkəmli diplomat Mirzə Sadıг Məmmədəliyev, Nazir Xankişi bəy, Mirzə Rəhim, Fətəli xanın arvadı Tutibikə, Hacı İbrahim bəy, Musa bəy, Eldar bəy və başqalarını göstərmək olar. Tutibikənin qəhrəmanlığı qızlarımız üçün örnək ola bilər. O, döyüşçü forması geyinib Dərbənd şəhərini müdafiə etmişdir. Quba xanlığı Çar rusiyası tərəfindən işğal olunan zaman 35 min nəfər əhalisi var idi. 1810-cu ildə Xızı-Bərmək mahalında soсial-mülki quruluş aşağıdakı kimi idi: bəylər 23 ailə, axundlar 6 ailə, mollalar 12 ailə, seyidlər 17 ailə, varlı feodallar 100 ailə idilər. Qeyd etməliyəm ki, bura Sədan, Çaraq, Quşçu, Ukax, Çölqəni daxil edilməyib. (Həmin yerlər Fətəli xan tərəfindən 32


Bərməkdən ayrılıb, Sədan mahalı adlandırılıb və Buduğlu Məlikə Lena kimi verilmişdir.) Xanlıq dövründə rəiyyət-kəndlilər feodal torpağından istifadə edib, feodala vergi ödəyib, bir çox mükəlləfiyyətlərdə iştirak ediblər. Onların öz təsərrüfatları, avadanlığı və qoşqu heyvanları var idi. Rəncbərlərin isə avadanlığı və qoşqu heyvanları yox idi. Rəncbər istədiyi vaxt feodalın yanından gedə bilməzdi. Onlar torpağa təhkim idilər. Xızı-Bərmək mahalında kəndlilər malcahar (bəhrə) vergisi ödəyirdilər. Onlar məhsulun onda birini (dəh-yek) ödəyirdilər. Elat kəndlilər qoyun, yağ, pendir ödəyirdilər. Vergini naib, yasaвul və kəndxudalar toplayıb, xəzinəyə təhvil verirdilər. Quba xanlığının Xızı-Bərmək və Sədan mahallarında hər yüz qoyundan 2-si, 5 girvəngə (400 qr bir girvəngədir) yağ alınırdı. Xan torpaqlarındakı kəndlilər də hər həyətdən 1 manat ödəyirdilər. Türk dilli Xızı dağlıları öz milli türk adətlərini əkinçiliyə də tətbiq etməyə başladılar. Əkin yerlərindən də ümumi ictimai şəkildə istifadə etdilər. Hərgah üç il müddətinə bir torpaq istifadə edilməmiş qalsaydı, o zaman o şəxs həqiqi istifadədən məhrum edilirdi. Onlarda torpaq məsələsi heç bir çətinliyə rast gəlmədən asan bir surətdə həll edilirdi. Kəndlərdə torpaq üç hissəyə bölünmüşdü: əhalisiz torpaqlar idi ki, bura otlaqlardan və ormanlardan ibarət olub, xanlara tabe idi. Xanlar bu yerləri xüsusi adamlara istifadə etmək üçün icarəyə verirdi. Ormanlardan isə hər bir kəs pulsuz istifadə edə bilərdi. Əhalisi olan, ümumi məskun yerlər otraq mülklər idi. Xanlar bu yerləri bəylərə verirdi və bəylər onlardan vergilər alırdılar. Burada yaşayanlar bəylərin torpaqlarını onlar üçün əkib, becərir və məhsulu toplayırdılar. Əhalisi olan «Xalisə» yerlər qayda üzrə atadan oğula keçirdi və mülk adlanırdı. Xan dəyişərkən yeni xan mülkün həqiqi sahibini təsdiq edirdi. Quba xanlığının qarnizon xidmətçiləri idarəsi var idi. Adi hərbiçi 50 manat, yüzbaşı 200 manat maaş alırdı. Qarnizon sərhəddi, ticarət yolunu və xanlığın mühüm strateji əhəmiyyətli 33


yerlərini qoruyurdu. Fətəli xanın dövründə Quba xanlığı Rusiya, İran, Türkiyə dövlətləri ilə geniş ticarət əlaqələri yaratmışdı. Tacirlərin Quba xanlığına maneəsiz gəlib-getməsini təmin etmək və onların əmlakının qorunması haqqında ciddi nəzarət qoyulmuşdu. Xızı-Bərmək mahalı zəngin balıq ehtiyatlarına da malik idi. Balıqçılıq Azərbaycanın Rusiya ilə ticarətiнdə mühüm rol oynamışdır. Hələ Quba xanlığı dövründə Həştərxan tacirləri Xızı-Bərmək mahalındakı vətəgələri icarəyə götürüb, balıq tuturdular. Balıqları qurudub, Rusiyaya aparırdılar. Ticarətdə Xızı-Bərmək xalçaları mühüm əhəmiyyətli idi. Hələ Xizanşahlıq (Xızı şahlığı) vaxtında qadınlar nəfis xalçalar toxuyurdular. Oğlana qız alarkən oğlan adamı qızdan soruşurdu ki, «Xalça toxuya bilirsənmi.» Bu onu göstərir ki, xalça toxumaq qızlar arasında gözəl Ən-ənəyə çevrilmişdi. Hər qız özü üçün cehiz olaraq xalça toxuyurdu. Səyyah Adam Oliari yazırdı ki, Xızı-Bərmək mahalında kəndli evləri olduqca səliqəlidir və otaqların yerliyinə xalçalar döşənmişdir. Hələ 1804-1813-cü illərdə Rusiya-İran müharibəsi dövründə Bakı və Quba xanlığı ləğv edilmiş, bu xanlıqlar, o cümlədən Xızı-Bərmək mahalı da Rusiyanın hakimiyyəti altına keçmişdir. XIX əsrin I yarısında Xızı-Bərmək kəndlilərinin təsərrüfatları əmtəə-bazar münasibətlərinə cəlb olunmağa başladı. Maldarlıqla məşğul olan kəndlilər yarım köçəri həyat keçirib, qışda qışlağa və yayda isə yaylağa gedirdilər. Maldar kəndlilər əkinçiliklə məşğul olan otуraq kəndlilərdən taxılı bir başa kəndlərdə alıb, dəyiş-düyüş edirdilər. Sədan və onun ətraf kəndlərində əldə edilmiş buğda, arpa və çəltiyin bir hissəsini bazara çıxarıb satırdılar. Demək olar ki, Xızı-Bərmək mahalında əldə edilən taxılın əksər hissəsi onu əkib-becərənlərin ehtiyacına sərf olunurdu. Xızı-Bərmək mahalında bağçılıq xeyli inkişaf etmişdi. Üzüm-əncir bağlarından qışa məhsul tədarük edilirdi. Üzümdən 34


doşab, Ağ şanı və Qara şanını gündə qurudub mövüc, üzüm qoralarından abqora, üzümdən sirkə edirdilər. Əncirin qabığını soyub gündə qurudub (püstkəndə), doşabda rical bişirirdilər. Onlar bu məhsulların bir qismini Rusiya bazarlarına aparıb satırdılar. Xızı-Bərmək mahalının gül-çiçəkli olması arıçılığın inkişafına səbəb olur. Arıçılar əldə etdiyi balın bir qismini Bakıya gətirib satırdılar. Səyyah Hacı Zeynalabdin Şirvani 1826-cı ildə Şirvan torpağını gəzmiş və oranın iqlimi, iqtisadiyyatı, əhalisinin dili, mədəniyyəti və başqa xüsusiyyətləri haqqında geniş məlumat verib: «Şirvan ölkəsində müxtəlif tayfalar yaşayır…... Onlar şücaətli və igiddirlər, səxavətlidirlər. Qorxaqlıqdan, biclikdən və pis fikirdən çox uzaqdırlar. Onlar qonaqpəovərlikdə və qəriblərə hörmət etməkdə məşhurdurlar. Sifətlərinin gözəllikləri və əzəmətli bədən quruluşları ilə seçilirlər. Qadınları xüsusilə gözəldir. Şirvanlılar igidlikdə və qəhrəmanlıqda Rüstəm və İsfəndiyar kimidirlər.56” Bu sözlər Şirvan torpağında yaşayan Xızı-Bərmək dağlılarına da aiddir. Məncə, saf bulaq suyu içən, təmiz dağ havasını udan, orman meşələrini gəzən, çəmənliklərində işləyən dağ adamları görünüşcə gözəl və vüqarlı olurlar. 1826-cı il iyulun 16-da İran ordusunun hücumu ilə başlanan İran-Rus müharibəsinin ilk aylarında ruslar məğlub olub geri çəkildilər. Bakı və Qubada kiçik rus dəstələri özünü müdafiə edirdi. Çar hökuməti Zaqafqaziyaya əlavə qoşun göndərib, komandanlığı general İ.F.Paşkeviçə tapşırdı. Rus qoşunu əks hücuma keçib Abbas Mirzənin qoşununu məğlub etdilər. Qubalı Şeyxəli xanın və Surxay xanın oğlu Nuhbəyin Qubanı mühasirəyə alan 6 minlik dəstəsi dağlara çəkildi. Onlara qoşulan Xızı-Bərmək dəstələri də öz yurduna qayıtdı. Xızı-Bərmək mahalının Sayadlar məkanında yaşayan türk dilli Çirağlı tayfası Çar Rusiyasına qarşı müharibələrdə fəal iştirak ediblər. Həmin nəsildən olan Çırağ Əli şair olduğundan döyüş fasilələrində döyüşçü yoldaşları üçün şeir də deyirdi: Mən Çırağ Əli olum nəşbər vurum qan çıxmasın 35


Sübhən allah belə ki, qan çıxmasa can çıxmasın. İslam dövlətlərinin düçar olduğu ümumi zəifləmə dövründə Azərbaycan türkləri də rus işğalına məruz qalıblar. Türkmənçayda Rus-İran müqaviləsi imzalandı. Beləliklə, Azərbaycanın iki yerə bölünməsi başa çatdı. Bununla da XızıBərmək mahalı Rusiyanın əyalətinə çevrildi. 1843-cü ildə Quba qəza şəhəri oldu. Onun gerbində «Quba Bakı quberniyası. Yuxarı hissədə Kaspi vilayətinin bir parçası, aşağı hissədə iki yerə bölünmüş yaşıl çöl, sağ tərəfdə Xəzər dənizinin rəmzi mavi zolaq və onun yuxarısında dənizçilər üçün mayak rolu oynayan Baş Bərmək dağı, sol tərəfdən isə bolluq rəmzi üç buğda sünbül var idi.” Yunan tarixçisi Herоdot e.ə. V əsrdə Qara dənizin şimal çöllərində yaşayan Sгiflərin də hər il yaz bayramı keçirməsini yazmışdır57. Buna əsasən deyə bilərik ki, Novruz türk dünyasının ən qədim bayramıdır. Novruz bayramı indi də bayramlarımızın arasında xalq tərəfindən ən çox istəklisidir. Azərbaycanın hər yerində olduğu kimi Xızı-Bərmək mahalında da Novruz bayramı qabağı dörd ünsürə: su, od, külək və torpağa aid nəğmələr ifa edilirdi. Bu nəğmələr içərisində ən qədimdən yaşayan «Xıdır Nəbi» yaxud «Xıdır İlyas» adlanır. Xızır peyğəmbər yaşıllıq və su rəmzidir. Xızı-Bərmək mahalında yazın gəlməsi mahnı ilə qeyd edilirdi: Xıdır-İlyas, Xıdır-İlyas, Bitdi çiçək, gəldi yaz. Novruz ayında ilk su çərşənbəsi bayram edilir. Bu üsgü gecəsi Xızır Peygəmbər öz qayasından çıxıb qardaşı İlyasla dəniz kənarında görüşür. Onlar suları hərəkətə gətirirlər. Adamlar Xızır Peyğəmbərə dua edib, arzularının həyata keçməsi üçün nəzir edirlər. Xızır Peyğəmbər əməli salehlərin köməyinə gəlib, onların xoş arzu və istəklərini yerinə yetirir. İkinci çərşənbə axşamı Novruz tonqalı qalayırdılar. Gənclər həmin tonqalların üstündən atlanıb, «ağırlığım qışda qalsın, baxtım açılsın» deyib atılırdılar. Uşaqları dəstə ilə düzüb 36


yaza dair şərqi oxuyurdular. Qızlar al-əlvan paltarlarda od tonqalına tamaşa edirdilər. Üçüncü çərşənbə axşamı səhər tezdən həyətdə yeni ağac əkirlər, axşamüstü isə təzə paltarları geyib bir-biri ilə mehriban görüşürdülər. Süfrəyə novruz gülü qoyulurdu. Dördüncü çərşənbə axşamı yazın ətri hər tərəfi bürüyür, insanlar qış paltarını dəyişirlər. Həyət-baca təmizlənir, evlər şirələnib ağappaг olur. Hamı çalışır ki süfrəsi bol bayramsayağı olsun. İnsanlar bir-birinə qarşı mehriban olurlar və yaxşı sözlər işlədirlər ki, qulaq falına çıxanlar eşidib sevinsinlər. Xızı-Bərmək mahalında dağlıların (Alinlərin) günəşə sitayiş əlamətləri VII əsrə qədər qalmışdır. Əhali içərisində belə bir etiqad yaranmışdı ki, guya günəş gözəl qız, ay isə gözəl oğlandır. Bunlarla yanaşı Bərməkilər tayfası atəşpərəst idilər. Onlar əkinçiliyi müqəddəs peşə hesab edirdilər. Bərmək dağının ətəyində təbii qazların yanmasından Atəşgah var idi. III-VI əsrlərdə Xizanşahlıqda (Xızı şahlığında) Atəşpərəstlik dövlət dini idi. Xızı-Bərmək dağlıları VII əsrdən başlayaraq islam dinini qəbul ediblər, müsəlmandırlar. Xızı-Bərmək mahalı qədim və orta əsrlər dövründə Azərbaycanda mövcud olan aşağıda yazdığımız müstəqil Azəri dövlətlərinin tərkibində olmuşdur: 1. Midiya dövləti - e.ə.VII əsrin sonu-550-ci illər. 2. Atropatena dövləti - e.ə. IV əsrin əvvəlləri-I əsr 3. Albaniya dövləti - e.ə. IV əsr eramızın VIII əsri. 4. İlk Şirvanşahlar dövləti - VIII-IX əsrlər. 5. Səlcuqлаr dövləti – 1038 -1157-ci illər. 6. Elxanilər (Hulakilər) dövləti –1258 -1357-ci illər. 7. Şirvanşahların Dərbəndilər sülaləsi -1382-1538-ci illər. 8. Səfəvilər dövləti -1501-1736-cı illər. 9. Quba xanlığı -XVIII əsrin ortaları-1806-cı il.

37


38


II Fəsil Bakının yüksəlişi və Dağlı məhəllələri Bakı rus qoşunları tərəfindən 3 oktyabr 1806-cı ildə işğal olunmuşdur. Azərbaycanın məşhur səyyahı və coğrafiyaşünası Hacı Zəynalabdin Şirvanı 1826-cı ildə Bakıda olmuşdur. Hacı Zəynalabdin Şirvanı yazır ki, «Bakıya iqliminə görə Badikubə deyilir, ona görə ki, çox vaxt o torpaqdan külək əskik olmur. Bəzən elə külək əsir ki, oranın heyvanat və binalarına böyük zərər dəyir. Buna görə də o şəhərin evlərini yonulmuş daşdan tikmiş və damlarını qırlamışlar. Su orada azdır, lakin təmiz və yaxşıdır. Şəhər ətrafında heç bir bağ və əkin yeri yoxdur.1” Bakı XIX əsrin I yarısında kapitalist münasibətlərinin yaranmasının başlanğıcı dövrünə qədəm qoydu. Əsrin ortalarında kapitalist istehsalını təmin edən zavod və fabriklər meydana çıxdı. İlk neft emalı zavodu və neft mədənlərində muzdlu əməyin tətbiqi genişləndi. Bakının şəhər kimi yüksəlişi, dünyada adının məşhurlaşması neft sənayesinin inkişafı ilə bağlıdır. 1870-ci ildə şimali Azərbaycanda keçirilmiş kəndli islahatlarından sonra kapitalizm formatsiyasının inkişafı başlamış və Bakı yüksəliş mərhələsinə keçmişdir. 1870-ci illərdən başlayaraq Bakının ətrafında fantan vuran 415 neft quyularından hasil olunan 22 min ton neft onun adını dünyaya tanıdırdı.2 Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq digər sənaye növləri, nəqliyyat, sənətkarlıq, ticarət artdı və şəhər böyüdü. Kapitalizm qanuna uyğun formatsiya olduğuna görə Azərbaycanda da mütərəqqi rol oynamışdır. Kapitalizm Bakı şəhərini yüksəltdi, onu dünyanın iri şəhərləri cərgəsinə çatdırmış, Azəri türk millətinin formalaşmasına, milli dərkin, milli hərəkatın inkişafına və milli dövlətin yaranmasına səbəb olmuşdur. Hələ Bakıda 1820-ci ildə 2,5 min nəfər yaşayırdısa, 1859-cu ildə Bakı quberniya mərkəzinə çevrilərkən 6,5 min nəfərlik əhalisi olan şəhər idi. Bu vaxt quberniya mərkəzi olmuş Bakı Qala divarları ilə əhatə olunmuşdu. Sonralar Bakılıların İçəri şəhər adlandırdıqları darısqal küçələr, bir-iki mərtəbəli evlərlə yanaşı «Şirvanşahlar 39


sarayı», onun yaxınlığında Bakı xanının sarayı və şəhərin əzəmətli simvolu olan «Qız qalası» bu günə qədər Azərbaycan memarlığının gözəl nümunəsi kimi qorunur. İçəri şəhər nəsillərlə əlaqədar məhəllələrə bölünmüşdür. Hər məhəllə də küçələrə və dalanlara ayrılır. Xızı-Bərmək mahalının Findiqan kəndindən gəlmiş Hacı Cəbrayılın içəri şəhərdə iki mərtəbəli mülkü, yaşadığı yeri Hacı Cəbrayıl dalanı adlandırırlar. Bakıda Neftxuda Hacı Cəbrayılın adı hörmətlə çəkilirdi. Balaxanı, Suraxanı, Sabunçu, Binəqədi, Bibiheybət, Şubanı və Pirallahıda əllə qazılan neft quyuları Bakının şöhrəti idi. 1871-ci ildə Balaxanıda buruğu qazma texniki üsulla görüldüyündən quyunun nefti dəfələrlə artdı. Neftin ilk dəfə metal ştanqla zərbə qazma dəzgahı Abşeronda quraşdırılır. XIX əsrin axırlarında Bakıda kapitalizm sürətlə inkişaf etdi. Bakıda və ətrafında neft çıxarma, neft emalı, mexaniki istehsal, gəmiçilik, yüngül və yeyinti sənayesi sahələri inkişaf etdi. Dünyada ilk dəfə Xəzər dənizində Tankerlə Bakı nefti daşındı. Xızı-Bərmək mahalının Findiqan kəndindən olan Kəbleyi İsrafilın Balaxanıda neft quyuları var idi. Findiqanlı Kəрbəlаyi Hüseynin (Qara Hüseynin) bir neçə neft quyusu olub. O həm də cürətli igid idi. Dağlı Abasın neft buruqları vardı. Dağlı Abas igidliyi ilə də şöhrət tapmışdı. Bakının tanınmış igidlərindən Hacı Əbülhəsənin, Məşədi Ələsgər Hacı Gülməmməd oğlunun Abşeronda neft mədənləri, tacir Məşədi Həsən Eyvazovun (İndiki Nizami Gəncəvinin heykəli yerində) böyük mağazası var idi. 1901-ci il Bakıda 650 milyon pud neft istehsal olunmuşdu ki, bu da dünya neft istehsalının 50,7 faizini təşkil etməklə dünyada birinci yeri tuturdu. 1912-1914-cü illərdə neftin pudunu 35 qəpikdən hesab etdikdə neft işlərinin 157,5 milyon manat gəlir verdiyi meydana çıxır.3 Lakin bu rəqəm, bu qədər paranın məmləkət daxilində qaldığını və onun tərəqqisinə sərf olunduğunu göstərmir. Bu miqdarın çox hissəsi Azərbaycandan xaricə axırdı. Xızı-Bərmək mahalında Giləzi, Qızılburun (Lavgir dağları) kəndlərinin yanında, Xızırzində adlanan mahaldə neft ehtiyatı 40


vardır. XIX əsrin ikinci yarısında neft sənayesi ilə yanaşı balıq sənayesi də inkişafa başladı. Xızı-Bərmək mahalının şərq hissəsini 80 km uzunluğunda əhatə edən Xəzər dənizi kənarında Nasoslu (İndiki Hacı Zeynalabdin qəsəbəsi), Yaşma, Mixayılov (İndiki Şurabad), Damqulu, Giləzi, Zarad, Siyəzən, Qızılburun, Gil-эilçay vətəgələrində xeyli miqdarda balığı torla tutub, onlardan bir hissəsin qurudub, Rusiyaya aparırdılar. Rus bazarının balıq məhsullarına çox böyük tələbatı var idi. Sahibkarlar balıq vətəgələrini 7-8 il müddətinə icarəyə götürürdülər. Onlar qazanclarının az hissəsini xəzinəyə verirdilər. Bu vətəgələrdə müdir və fəhlələrin əksəriyyəti Xızı-Bərmək mahalının dağlıları idilər. Balıqçı fəhlələr ayda 6-7 manat pul, həmçinin çörək, ət və başqa məhsullar alırdı. Onlara müəyyən miqdarda balıq və kürü verirdilər. 1870-ci illərdən başlayaraq Bakı bir şəhər kimi sürətlə yüksəlir. Bakının quruculuğu tarixində şəhərin ilk memarı Qasım bəy Hacıbababəyovun böyük xidməti olmuşdur. O, böyüməkdə olan Bayır şəhərinin yerinin dərə-təpə olmasını nəzərə alıb şəhəri pillə sayağı layihələşdirib. Memarın iri tikintilərindən biri böyük Karvansara (İndiki Araz kinoteatrı) idi. Memar Məşədi Mirzə Qafar İsmayılov gözəl layihə işlərini aparıb, Şəhərin yeni hissəsindəki binaların memarlığında milli və romantik üslub birbiri ilə uyğunlaşırdı. Bakıda Bayır şəhəriнdə yüksək binalar günügündən artırdı. Bakı milyonçuları bir-birinin bəhsinə təm-təraqlı gözəl binalar tikdirirdilər. Bu binalar şəhərə yaraşıq verməklə gözəl abidələrə çevrilmişlər. Findiqanlı Neftxuda Kəрbəlayi İsrafilin (indiki Cəfər Cabbarlı küçəsi) mülkü dövrün ən gözəl memarlıq nümunəsi idi. həm də onun interyerində çox möhtəşəm arxitektura üslubu mövcuddur. Bina öz əzəmətini, füsünkarlığını, gözəlliyini və cazibədarlığını hələ də saxlamaqdadır və şəhərə gözəllik bəxş edir. Findiqanlı Kəрbəlayi Hüseynin (Qara Hüseynin) (indiki Murtuz Muxtarov küçəsində) ucalan mülkü öz gözəlliyi ilə diqqətə layiqdir. Xızılı Həmid bəy Abdullabəyovun (indiki Mehdi Hüseyn küçəsində) mülkü qəşəng və göz oxşayandır. Bir-birinə söykənərək tikilmiş əzəmətli mülklər 41


ecazkar gözəlliklə şəhərin küçələrini bəzəyirdilər. Bu baş küçələr Torqovıy (indiki Nizami küçəsi), Nikalayski (indiki Parlament küçəsi), Olqinskiy (indiki Məmməd Əmin Rəsulzadə küçəsi), Telefonnıy (indiki 28 may küçəsi), Krasnovodski (indiki Səməd Vurğun küçəsi), Naberejnıy (indiki Neftçilər küçəsi), Şamaxı yolu (indiki Cəfər Cabbarlı küçəsi) Bakını dünyanın gözəl şəhərləri cərgəsinə çatdırmışlar. Kapitalizmin sürətlə inkişafı Bakıda tikinti işlərinin geniş miqyas almasına səbəb olurdu. Bakıda islam əqidəli müsəlman şəxslər məscidlər tikdirmişlər. Nabatxanım Aşurbəyovun tikdirdiyi Təzəpir məscidi, İmam Hüseyn məscidi, dağlı məhəlləsində Məşəd Ələsgər tərəfindən bərpa edilən məscid şəhəri əzəmətli göstərir. Bakı şəhərini gözəlləşdirən bağlar da salınmışdı. Bunlardan 1830-cu ildə Qubernat bağı (indiki Əliağa Vahid bağı) salındı. Sonra Qurubağ (indiki fantanlar bağı), Malakan bağı (Xaqani küçəsində), Nobel qardaşlarının bağı salınmışdır. 1865-ci ildə dəniz kənarı bulvar salınmağa başlandı. Dağlı məhəlləsində qarmon çalan Ələkbərin həyətdə saldığı gözəl bağı dövrünün incəsənət xadimləri və tanınmış adamların istirahət guşəsi idi. Buna oxşar həyətlərdə bağlar salınmışdı. Bakıya Şollar suyunun gətirilməsindən sonra şəhərdə yaşıllığın sayı artdı. Bu da Bakını gözəlləşdirir. Şəhərdə 1878-ci ildə kanalizasiya çəkilmiş, bununla çirkab suları dənizə axıdırdılar.1898-ci ildə konka nəqliyyat vasitəsi istifadəyə verilir. Sonra konka nəqliyyatını milyonçu dağlı Hacı Mustafa Rəsulov icarəyə götürür. Küçələrə qənbər döşənilir, neftlə yanan fanarların sayı artır və onlar sonralar elektriklə əvəz edilir. Telefon stansiyası istifadəyə verilir. Bakıda bir sıra müxtəlif adlarda, gözəl binalarda yeməkxanalar təşkil olunur. Bu gözəl binaların tikilməsində dağlılar da fəal iştirak ediblər. Dağlı milyonçuları ilə yanaşı dolanacaq üçün Bakıya gəlmiş dağlı kəndliləri də öz öküz arabaları ilə Yasamaldan, Dərnəgüldən daş daşıyırdılar. Bəziləri isə bənna və fəhlə kimi tikintilərdə işləyirdilər. Bənnaların əmək haqqı dövrə görə yaxşı idi. Bəzi bənnalar memar podratçı olurdular. Sürətlə inkişaf edən Bakı 42


gözəlləşib, abadlaşıb, günü-gündən genişlənib dünyanın böyük şəhərləri cərgəsinə yüksəlirdi. Bakı dünyanın yaraşıqlı şəhərlərindəndir. Bu haqda 1873-cü il «Qafqaz» qəzetində yazılıb ki, Bakıda köhnə, yarımçıq daxmaların yerində yeni binalar meydana çıxır. Bütöv məhəllələr əvvəlki məzlum simasını dəyişir və yeni bayramsayağı şəkilə düşür. XIX əsrin axırlarında Bakıda binalar artaraq 30 minə çatmışdı. 1859-cu ilə nisbətən 20 dəfə çox idi. Bakı şəhəri ziddiyyətli inkişaf edirdi. Bir tərəfdən təmtəraqlı yüksək binalar, digər tərəfdən isə birmərtəbəli gecə qondu daxmalar var idi. Bakıda əhali də çoxalırdı. 1897-ci ildə Bakıda 111900 nəfər yaşayırdı. Bunların əksəriyyəti Azəri türkləri idi. 1917-ci ildə isə əhali artaraq 231 min nəfərə çatdı. Əhalinin çörəyə olan tələbatı 3,5 min pud idi. Bu çörəyin bir hissəsi Azərbaycan mahallarından, o cümlədən Xızı-Bərmək mahalından gətirilirdi. Bakı çox millətli şəhər idi. Bu da Bakıda milli mədəniyyətimizdən istifadəni geri atırdı. Tədricən adətlərimizdən uzaqlaşıb, hətta doğma Azəri türk dilimizi istədiyimiz yerlərdə lazımi qədər işlətmirdik. Çarizmin müstəmləkəçilik siyasəti bütün eybəcərliyi ilə özünü göstərirdi. Azərbaycan türk milləti insanların ədəbi dil, ərazi bütövlüyü, iqtisadi əlaqələri, mədəniyyət birliyi zəminində meydana çıxan və bir arada yaşamaq arzusu göstərən insanların sabiq birliyi olmaq etibarı ilə tarixən XIX əsrin II yarısında təşəkkül tapmışdır. Ərazi birliyi olmadan insanların milli birliyi də ola bilməz. XIX əsrin II yarısında Azərbaycanda bir-birindən süni surətdə ayrı salınmış ərazilərin birləşməsi millətin formalaşmasında rol oynamışdır. İqtisadi əlaqələrin bərpa edilməsi, zəruri olan iqtisadi həyat birliyinin yaranması millətin yaranmasında mühüm əhəmiyyətə malikdir. Kapitalizm Azərbaycanda da əmtəə-pul münasibətlərini yaratdı və Bakı kimi dünya şöhrətli şəhər meydana gətirmişdir. Bakının yüksəlməsində şəhərdəki dağlı məhəllələrinin və dağlıların xidməti olmuşdur. Ədəbi dilin yaranmasında Bakıda elm, maarif və mədəniyyətin inkişaf etdirilib ölkəyə yayılması başlıca əhəmiyyət kəsb edir. 43


Millətin formalaşmasında islam dininin böyük əhəmiyyəti olub, İslam dinindən bəhrələnmiş Milli əxlaqımız, adət və ən-ənəmiz tarixi birliyimizin əsasıdır. XIX əsrin II yarısında yaranmaqda olan Azəri türk milləti XX əsrin əvvəllərində tam formalaşmış, öz imzasını digər millətlərin imzası arasında yazmışdır. Bakıda Azəri türk milli burjuaziyаsı təşəkkül edirdi. Gənc Azərbaycan burjuaziyası üçün bazarlar məsələsi ciddi həyati əhəmiyyətə malik idi. Bazar burjuaziyaya millətçilik öyrədən ilk məktəb idi. Milli kapital Azərbaycan ticarət burjuaziyası sıralarında daha qüvvətli bir təbəqəyə malik idi. Minlərlə adamı birləşdirən bu təbəqə əsasən Bakıda cəmlənmişdi. Sonralar Azərbaycanın digər şəhərlərində və kəndlərində də var idi. Bakıda tanınmış dağlı tacirlərindən Hacı Cəbrayıl Hacıyev, Hacı Mustafa Rəsulov, Hacı Əbüləsən, Hacı Eyvaz, Kəрбəlаyi İsrafıl Hacıyev, Kəрбəlаyi Hüseyn Hacıyev, Dağlı Abas Eyvazov, Camal Dadaş Hacı Mola Əhməd oğlu, Kəрбəlаyi Ağapba Eyvazov, Məşədi Həsən Eyvazov, Məşədi Ələsgər, Kəрбəlayi Abdulla, Abas Əhməd oğlu, Məşəd Mahmud və başqaları ticarətdə böyük kapital sahibləri idilər. Bakıda neftxudaların özlərinə məxsus adətləri də var idi. Səlnaməçi yazıçı Məhəmməd Əsəd bəy yazırdı ki, «Bir növ hakim sinfə daxil olmaq hesab edilən neft mərasimini hər yeni sahibkarın böyümüş uşaqlarının üzərində aparırdılır. Bu da ondan ibarət idi ki, toplaşmış fəhlələrin və işçilərin gözü qarşısında sıçradıcı qurğu ilə təchiz olunmuş quyudan çıxan nefti yeni maqnatın üstünə yağdırırdılar, buna «qızıl yağışı» deyilirdi. Neft çıxarılan zaman bəzən buruqlardan narın neft damcıları sıçrayırdı. Bu damcı kiminsə paltarına düşərdisə, sevincinin həddi-hüdudu olmazdı çünki «qızıl yağışı» xoşbəxtlik rəmzi sayılırdı və onun yaratdığı ləkələri heç vaxt təmizləməzdilər.4 Buna oxşar adət indi də yeni formada mövcuddur. İlk dəfə quyudan neft çıxarkən, quyunun ətrafında olanlar həmin nefti üzlərinə çəkib bir-birini təbrik edirlər. 44


XIX əsrin 70-ci illərində Bakıda neft emalı zavodlarının 55 faizdən çoxu milli burjuaziyanın əlində idi. XX əsrin əvvəllərində isə milli burjuaziyanı xarici kapitalistlər sıxışdırırdılar. 170 neft müəssisəsindən yalnız 50-si Milli kapital sahibinin əlində idi. Neft Bakısında xarici kapitalın mövqeyi güclü idi. Bu dövrdə Bakıda 220-ə qədər zavod və fabrik var idi. Bunların bəzisi xırda idi. Bakıda kapital ixracı artırdı, əmtəə mübadiləsi genişlənirdi. Sənayenin bir sıra sahələrində az-çox texniki yeniliklər tətbiq olunurdu. Bakı nefti şərq ölkələrində - Hindistan, Çin, Hindi-Çin, Avstraliya, Yaponiya və başqa ölkələrdə Amerika ağ nefti ilə müvəffəqiyyətlə rəqabət aparırdı. Burjuaziyanın mənafeyinə Çar hökuməti bir sıra islahatlar həyata keçirdi. Çar hökuməti yerli əhalinin tərkibcə müxtəlif olması və geridə qalmasını bəhanə edərək Azərbaycanda məhkəmə islahatlarını daha məhdud surətdə həyata keçirirdi ki, bu da müstəmləkə siyasətinin əlaməti idi. Məhkəmə rus dilində aparılırdı. 1888-ci ildə bütün qəzalar məntəqələrə bölündü. O cümlədən Xızı-Bərmək mahalı da bir neçə məntəqəyə bölünmüşdü. Bunlardan Bakı quberniyasının Saray məntəqəsinə 12 kənd, Quba mahalının Dəvəçi məntəqəsinə 33 kənd tabe idi. Bu qanunla inzibati-polis aparatı daha da möhkəmləndi. Polis-məntəqələrində və inzibati idarələrdə rüşvətxorluq hökm sürürdü. Xızı-Bərmək mahalının əhalisi idarəetmə işlərində iştirak etmək hüququndan məhrum idi. Bakıda Milli burjuaziya ilə yanaşı milli fəhlə təbəqəsi yaranmışdı. Bakıya ilk gələnlərin əksəriyyəti Abşeron və Xızı-Bərmək mahalının kəndlərindən idi. Çar Rusiyası Azərbaycanda torpaq münasibətini birdən-birə dəyişmədi. Xanlar və bəylərin varisləri kəndləri idarə edib vergi toplayırdılar. Çarın 1848-ci il 28 may fərmanı ilə xanlar və bəylər kəndlərdən vergi toplamaqdan uzaqlaşdırıldılar və onlara daimi maaş təyin edildi. Xanların övladlarına və bəylərə torpaq həmişəlik verildi. Xızı-Bərmək mahalında da bəylərin əlində xeyli torpaq sahələri var idi. Çar II Nikolay tərəfindən təsdiq edilən 1912-ci il aqrar islahatına görə əkinçilərin xan, bəy və ağalardan asılı olmaları, 45


para verib yerləri almaq şərti ilə ləğv edildi. Bu qanun XızıBərmək mahalında yaşayan tavansız kəndlilərin vəziyyətini ağırlaşdırıb, onların Bakıya gəlməsini sürətləndirdi. Kəndlilər istifadə etdikləri yaylaq çəmənlikləri üçün «çöpbaşı» adlı vergi verirdilər. Kəndlilər bu vergiyə görə hər yüz qoyuna ildə bir qoyun verməli olurdular. Vergini pul ilə də ödəyə bilərdilər. Xızı-Bərmək mahalında qoyunçuluğun inkişafı ilə əlaqədar olaraq yun maldarlıq təsərrüfatının əsas ticarət məhsulu olmuşdur. Bu sahə sələmçilərin səlahiyyətində idi. Payız və yay qırxımında sələmçilər verilmiş borcun və onun artan müamiləsinin əvəzinə ucuz qiymətə yun götürürdülər. Demək olar ki, kənd təsərrüfatının bütün sahələrinдə ticarət sələmçi kapitalı kök salmışdır. Yoxsul kəndlilər mal-qara, taxıl sənaye malları almaq üçün varlı kəndlilərdən faizlə pul götürürdülər. Bu ağır vəziyyət yoxsul kəndliləri şəhərə gəlməyə məcbur edirdi. Xızı-Bərmək mahalından əhalinin bir qisminin Bakı şəhərinə gəlməsini asanlaşdıran amillərdən biri də şose yollarının və dəmir yolunun çəkilməsi idi. XIX əsrin I yarısında Qubadan 230 km uzunluğunda olan Şamaxıya gedən birinci yol belə olmuşdur: Altı-ağac-QızılburunAta çay və Xillimillidən keçərək Şamaxıya qədər olmuşdur. Yol üstündə orta əsrlərdən qalma Atlı-Asan karvansarası var idi. Karvansara Xızıdan 15 km yuxarıda Ata çayla gedib Şamaxı yolunda idi. Bu karvansara daşdan tikilmişdi. Orada qonağın qalması üçün əlverişli şərait yaradılmışdı. Karvansaranın ətrafında həftə bazarı təşkil edilirdi. 1898-ci ildə isə Xızı-Bərmək mahalının Qızıl burun, Xızır Zində, Giləzi, Damqulu, Yaşma karvansaralarından keçən Quba-Bakı yolunun şoseləşməsi başa çatdırıldı. 1900-cu ildə Bakı dəmiryolu Xızı-Bərmək mahalının dənizkənarı düzənliyindən keçməsi öz növbəsində əhalinin Bakıya gəlməsini asanlaşdırdı. Xızı-Bərmək mahalından gələn kəndlilər Bakının qərbində gecəqondular tikib yaşayırdılar. Bakı şəhər bələdiyyə idarəsinin 46


üzvləri adam göndərib icazəsiz tikilmiş evləri uçurdurdular. Bu haqda kiçik yaşlı Cəfər Cabbarlı hiddətlənib yazırdı:5 Qlasnılar bütün hacı, hamsı hala bixəbər… Alır pulu, gedir yatır: nə inqilab, nə dərdəsər?... Uçur fəqirlərin evi, qalır əyalı dərbədər Bu pis zamanda pul da yox, Dum əhli hər gün, hər səhər, Qapıb külüngünü gəlir uçuq komanın üstünə! Evləri uçurulan türk dilli əngalanlı dağlılar şəhər bələdiyyə idarəsinə şikayət ərizəsi yazdılar. Əslən Findiqanlı olan Şeyx Qanı tikilmiş evlərin uçurulmasının günah olduğunu bələdiyyə idarəsinə sübut etdi. Bundan sonra tikilmiş evlərin uçurulmasının qarşısı alındı. O dövrün mətbuatı yazırdı ki, şəhərin qərbindəki zirvədə dağlıların tikdikləri evləri bələdiyyə idarəsi uçuрtmayacaq. Belə evlərin sayı getdikcə artırdı. Bakılılar Xızı-Bərmək mahalından gələnlərin hamısına dağlılar və onların yaşadığı yerə dağlı məhəlləsi dedilər. Bərməkilərin danışdığı Xuzi dilini də dağlı dili adlandırırdılar. Bəzi dağlılar təndirdə çörək bişirib satırdılar. Bakılılar bu çörək növünə «dağlı çörəyi» dedilər. İndi də XX əsrin ortalarından Bakıda yaşayanlar dağlı çörəyənin ətri və dadını xatırlayırlar. Xızı-Bərmək mahalından çıxmış bir çox görkəmli şəxsiyyətlər özlərini fəxrlə dağlı adlandırmışlar və adlandırırlar. Milyonçu Abas Eyvazov özünü dağlı adlandırıb. O, Dağlı Abas kimi Bakıda şöhrət tapmışdı. Sosial demokrat Əlihüseyn dağlı təxəllüsündə gizli partiya fəaliyyəti göstərib. O, Nəriman Nərimanovun silahdaşı idi. Böyük şair Mikayıl Müşfiq şerlərində özünü fəxrlə dağlı adlandırmışdır. Mikayıl Müşfiq sevgilisi Dilbər xanıma yazdığı şer dillər əzbəri olmuş və müğənnilər tərəfindən sevilərək oxunur:6 Gəlmiş hüzüruna bir qara dağlı, Bir qara qulundur qolları bağlı 47


Gəl çəkmə könlümə sən hicran dağı Gümüş topuğunda xal sənə qurban. Mikayıl Müşfiq 100 manat peşen almaq üçün Azərnəşrin mühasibi Əbdülqasımdan xahiş edir. (Əbdülqasim Azərbaycan atalar sözlərini toplayıb, nəşr etdirən yazıçıdır). Əbdülqasım isə yoxdur deyib pul vermir. Mikayıl Müşfiq orada Əbdülqasıma şer yazır:7 Əsalam ey bizim Əbdülqasım, Sənə var çoxlu-çoxlu ixlasım. Yığılıb bir neçə ədibi-şəhir, Tökdülər böylə günə bir tədbir: Ki, havanın dumanlı çağında, Toplaşıb Mehdinin otağında, Çox götür-qoy edib nəhayət biz, Düşünərsiz əgər ki arifsiz! Gör düzəltsən əgər bu xeyir işi sənHamımız söylərik: əcəb kişisən! İş qalıbdır öz iltifatınıza, Əliniz getsə portmanatnıza. Bizə bir yüz manat barat eylər Mərd olan burda iltifat eylər. Mehdiyə, Vahidə, Rza, Rahim, Müşfiqəm, pəs tutar səni ahım. Verməsən həcvdir bunun dalı, Bəs ki, mətləbdən olginən halı… Əz tərəfi M.Müşfiq dağlı, əz tərəfi R.Rza Göyçayi, əz tərəfi Məmməd Rahim Badikubeyi, əz tərəfi Mehdi Qazaği, əz tərəfi Vahid, əz tərəfi ağayi məzlum, əz tərəfi Süleyman Noxani… işlərə əsas bani. Bu şerin axırındakı imzadan görünür ki, böyük şair Mikayıl Müşfiq dağlı olması ilə fəxr edirdi. 48


Yazıçı Seyfəddin Abbasov dağlı təxəllüsü ilə yazırdı. O, gözəl əsərlərin müəllifidir. Bir çox gənc şair və meyxanaçılar özlərini fəxrlə dağlı adlandırırlar. Xızı-Bərmək dağlıları yaxşı bilirlər ki, dağlar çöllərin şahı, günəşin ilk işığının düşdüyü yer, peyğəmbərlərimizin ilk beşiyi, azadlığın simvolu olub insana müdriklik verir. Buna görə də onlar dağlı adı ilə fəxr edirlər. Bakıda yaşayıb dağlı məhəlləsini və dağlıları yaxşı tanıyan görkəmli yazıçı Qılman İlkin «Dağlı məhəlləsi» povestində yazır: «Yuxarıda bu təpələrin ətəyində bir məhəllə yerləşir. Dağlı məhəlləsi. Şəhər isə çox aşağıda çökəkdədir. Burada yaşayanların çoxu sadə adamlardır, lakin geniş ürəkləri var. Elə genişdir ki, nəinki sinələrinə, heç həyət-bağçaya, dalanlara, döngələrə də sığmır. Xəyalları qanad açan qartalı xatırladır. Özlərinə məxsus dünya görüşü, təfəkkür tərzləri var bu adamların. Nəcib hisslərə həmdəm olanları daha çoxdur»8 Məhəllələrin araşdırılması çox maraqlıdır. Lakin bu məsələ zəif öyrənilmişdir. XIX əsrin II yarısından Abşerona köçüb gələn Xızı-Bərmək dağlıları Bakı kəndlərində qohum ailələri birləşdirən məhəllələr təşkil edib yaşamışlar. Nəsli qohumluq ən-ənələrini saxlayan dağlı məhəllələri bu gün də mövcuddurlar. Bakı və Bakı kəndlərində dağlı məhəllələrinə yuxarı məhəllə də deyilir. Bəzi kəndlər isə dağlı məhəlləsi sözünü indi də saxlayıb işlədirlər. Bunlardan Zirədə dağlı məhəlləsi, məhəllədə yaşayanlara dağlılar deyilir. Türkanda qəsəbənin mərkəzində dağlılar məhəlləsi və orada yaşayanları dağlılar adlandırırlar. Hövsanda Xanagahdan gəlib yaşayan dağlılar məhəllə təşkil etmişlər. Bilicilərin dediyinə görə Xızıdan doqquz ev indiki Novxanı kəndinə gəlib, məskunlaşmışlar. Kəndin adı da «noh» doqquz, «xana» ev olub onların sayı ilə əlaqədardır. Novxanı kəndindən bir qədər aralı vaxtilə Siyan adlı kənd olmuşdur. Xəzərin suyu artmış, su basması ilə əlaqədar həmin kəndin əhalisi Novxanı ərazisinə köçmüşlər.9 Biləcəriyə Xızının bəylik tayfasından köçüblər. Onlar kəndin qərbində məhəllə təşkil etmişlər. Maştağada Xəldən gəlmiş pəhləvan Tərqulunun nəvələri Quliyevlər soyu indi də yaşayırlar. 49


Binəqədi kəndinin Paşalı məhəlləsinin əhalisinin bir qismi XızıBərmək mahalının Goxanı kəndindən gəlmədirlər. Balaxanıda Xızı-Bərmək mahalının Findiqan kəndindən gəlib, məkan salanlardan Hacı Cəbrayıl, Kəрbəlаyi İsrafil, Kəbleyi Hüseyn Hacıyevlər sonralar Bakının adlı-sanlı neftxudaları olmuşlar. Bibiheybətdə, Bilgəhdə, Məhəmmədli kəndlərində Xızı-Bərmək dağlıları yuxarı məhəllələrdə məskunlaşmışlar. Buzovnada dağlılar yuxarı məhəllədə Nəzrənilərlə qonşu olmuşlar. Güzdikdə Xızının Məlikli tayfası yaşayır. Qobuda dağlı Eyvazov oğulları yaşamış, tanınmışlar. Əhmədli kəndi iki məhəlləyə bölündü: Yuxarı və Aşağı məhəllədə Əhməd və Mahmudun vərəsələri olan novruzlular, yuxarı məhəllədə isə dağlılar yaşayırdılar. Azərbaycan anlayışına respublikanın bütün vətəndaşları aiddirlər. Bu onların milli etnik adı deyil. Azərbaycanda ən qədim dövrlərdən yaşayan Xızı-Bərmək dağlıları əksər hissəsinin türk dillərə qaynayıb qarışsa da, onlar Azəryaycan xalqının tarix boyu baş vermiş siyasi, iqtisadi və mədəni inkişafında fəal iştirak etməklə yanaşı öz adların saxlamışlar. Tarixi inkişafın gedişində formalaşmış Azəri türk milləti və onun tərkib hissəsi olan dağlılarda zəhmət, azadlıq, əminamanlıq, qonaqpərvərlik, böyük-kiçiyə hörmət, dosta sədaqət, təəssüfkeşlik, sözü bütövlük, kəsdiyi duz çörəyə hörmət, coşğunluq və bütün millətin malı olan digər müsbət cəhətlər özünü aydın surətdə göstərir. Çar Rusiyası Azərbaycanda ruslaşdırma siyasəti aparırdı. Tiflisdə nəşr olunan «Şərqi-Rus» qəzeti bu haqda yazırdı: “Bakı müsəlmanları indiki şəhər qlavası (rəisi) Novikov cənablarından razı deyillər. Hər nə yer açılırsa, qlava onlara rus təyin edib müsəlmanları heç də yada salmır. Təzə yerlər üçün qlava məmurlarını Rusiyanın uzaq yerlərindən gətirib hamısına çox böyük və artıq məvaciblər verdirir.” Bu dövrdə bir çox ziyalılar milləti oyatmağa səy edib, xeyriyyə cəmiyyətləri yaradır, xalqın maariflənməsi uğrunda çalışırlar. Bunlardan M.Ə. Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, 50


Üzeyir Hacıbəyovla çiyin-çiyinə dağlı ziyalılarından şair-pedoqoq Mirzə Qədir Vüsaqi, rəssam Rasim Nəzərli, hüquqşünas Ağabəy Abdullabəyov və başqaları «Kaspi», «Şərqi-Rus», «Həyat» qəzetləri ətrafında cəmləşmişdilər. Onların siyasi əqidəsi xalqın ictimai və milli oyanışına xidmət edirdi. 1901-1903-cü illərdə Xızı-Bərmək mahalında kəndli çıxışları oldu. 1903-cü ilin yayında vəziyyətləri ağır olan fəhlələrin siyasi nümayişlərində Xızı-Bərmək mahalındakı qatar stansiyaları: Nasoslu (indiki H.Z.Tağıyev qəsəbəsi) Yaşma, Stalçay, Giləzi, Zarat, Qara Siyəzən, Qızılburun və Gil-gilçay dəmiryolçuları öndə gedirdilər. Kəndli və fəhlələrin çıxışlarını çar hakimiyyəti silah gücünə yatırdırdı. 1905-ci ilin martında Bakıda milli burjuaziya, ali ruhanilər və islam əqidəli ziyalılar çar hakimiyyətinə yazdıqları ərizədə tələb edirdilər ki, Azərbaycanda çar üsul idarəsində qayda-qanun yaradılsın, onların hüquqları Rus kapitalist və torpaq sahibləri kimi olsun. Bələdiyyə bankları açılsın, məhkəmələrdə andlı iclasçılar olsun, ruhanilərə vəqf torpaqları qaytarılsın. Bunlar cavabsız qaldı. Azərbaycanda çar hakimiyyətinin müstəmləkəçiliyinə qarşı türkçülük və islamçılıq ideyaları meydana çıxıb genişlənirdi. 1917-ci il aprelin 15-дəн 20-сiнə kimi Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağrıldı. Qurultay Rusiya Hakimiyyəti altında yaşayan müsəlmanları birliyə çağırdı. Qurultay müvəqqəti hökumətin tədbirlərini bəyəndi və Azərbaycanın ərazisinə muxtariyyat verilməsini qərara aldı. Qurultayda çıxış edən Dağlı şeyx Qanı M.Ə.Rəsulzadəninin Azərbaycana müstəqillik verilməsi fikirlərini dəstəklədi. Bolşevik mətbuatında S.Şaumyan, A.Mikoyan azərbaycanlılara mədəni Milli muxtariyyatın verilməsi tələbini pisləyirdilər. Bakıda «Rusiyada Müsəlmançılıq təşkilatı» üzvləri milləti parçalayıb və birini digərinə qarşı qoymağın əleyhinə çıxdılar. Onlar müsəlmanların birliyinə çalışırdılar. Qafqaz müsəlmanlarının qurultayı Azərbaycana muxtariyyat verilməsi ideyasını qəbul etdi. Lakin çar hakimiyyəti tərəfindən bu təklif rədd edildi. İslam 51


dininin ideyaları Azəri türk millətinin formalaşmasında əhəmiyyətli rol oynadı. Ziyalılardan Axund Zəki, Şeyx Qanı, Əhməd bəy Ağayev, Əli бəy Hüseynzadə və başqaları islamı müsəlmanların «intibahı və inkişafı» üçün vasitə hesab edirdilər. «Həyat» qəzetində və «Füyuzat» jurnalında islamçılıq və türkçülük ideyası geniş təbliğ edilirdi. Bütün milləti türk dillilər ətrafında birləşməyə çağırırdılar. Hamını islamın müqəddəsliyinə səsləyirdilər. Dağlılardan Axund Hüseynağa, Axund Zəki və Şeyx Qanı dövrünün biliciləri, görkəmli şəxsiyyətləri, qazıların seçməsi, Quran təfsirçilərinin ustadı, dərs deyən müəllimlərin müəllimi, görkəmli alimlər idilər. Bakıda böyük prooblemlərin həllində çar hökumətinin adamları Hacı Zeynalabdin Tağıyevə müraciət edirdilər. Hacı Zeynalabdin Tağıyev də mühüm işlərin həllində dağlı milyonçularını evində təşkil etdiyi məclislərə dəvət edib, onların köməkliyindən istifadə edirdi. Birinci rus inqilabı ərəfəsində evində ziyafət verən Hacı Zeynalabdin Tağıyev Bakının seçmə milyonçuları ilə məclisə dağlı neftxudalarını da dəvət edib, ermənilərin şəhərdə özbaşınalıqlarının qarşısını almaq üçün onların fikirlərini bilmək və güclərindən istifadə etmək istəyirdi. Qonaqları general qubernator Nişakidzeyə təqdim edərkən Hacı Mustafa Rəsulovu, Hacı Əbülhəsəni, Kəрbəlаyi İsrafili hörmətli şəxsiyyət və igid kimi göstərir. Bilicilərin dediyinə görə ermənilərin Azəri türklərinə qarşı Bakıda təşkil etdikləri qımdatxanalarda (saqqalлı erməni quldurlarını birləşdirən mərkəz) yuva salan erməni ziyalılarını və digər peşə sahibi olan cavanların cəzalandırılmasında Kəрbəlаyi İsrafil və Hacı Əbülhəsənin dağlı igidləri xeyli iş görmüşlər. Erməni müsəlman qırğınında Hacı Əbülhəsən və Kəрbəlаyi İsrafil ermənilər tərəfindən evləri qarət edilib və yandırılan müsəlmanlara pulla kömək etmişlər. Çar hökuməti Azərbaycanda maarif və mədəniyyət sahəsinə az fikir verirdi. Buna baxmayaraq, Bakıda həyat coşub daşır, milli müəssisələr yaranır, yeni təşəkkül tapan ziyalılar təbəqəsi meydana çıxır. Çar hökuməti 1850-ci ildə müsəlman 52


uşaqları üçün ibtidai məktəblər açır, 1872-ci ildə altıillik şəhər məktəbləri təsis edilir. Bu məktəblərdə oxuyanlar təhsil haqqı ödəyirdilər. XIX əsrin ortalarında belə məktəblərin sayı 60-a çatmışdı. Bu məktəblərdə dağlı uşaqları da təhsil alırdılar. 18911900-cu illərdə Bakıda 9 rus-Azərbaycan məktəbi açılmışdı. XX əsrin əvvəlində məktəb və mədrəsələrin sayı 700-ü ötmüşdü. Hələ 1901-ci ildə Bakıda təşkil edilmiş məktəbdə Azəri türkcəsində dərslik nəşr edilmişdir. Şair-pedoqoq Mirzə Qədir Vüsaqi ana dili dərslərini məktəbdə tədris edirdi. Bu dərsliklərdə olan atası Molla İsmayılın və özünün şerlərini şagirdlərə öyrədirdi. Məktəblərin sayı 1914-1915-ci dərs ilində artaraq 943 ibtidai, 18 ali başlanğıc və 15 orta məktəb var idi. Bu məktəblərdə 73 min şagird təhsil alırdı. Bununla yanaşı mədrəsələrdə 12409 şagird təhsil alırdı. O cümlədən 2000 Azərbaycan türk qızları oxuyurdular. Azərbaycanda bu dövürdə 2614 müəllim çalışırdı. O cümlədən 262 nəfərdən çoxu Azəri türkü idi.10 Bu məktəblərdə oxuyan şagirdlərdən və dərs deyən müəllimlər arasında Xızı-Bərmək dağlıları da var idi. Xızı-Bərmək mahalında əhalinin 30 faizə qədəri savadlı idi. Bakıda savadlıların sayı əhalinin 38,8 faizini təşkil edirdi. Dağlıların savad almasında Xızıda və dağlı məhəlləsində təşkil olunmuş ibtidai məktəblər və mədrəsələr mühüm rol oynamışdır. 1870-ci ildə Zarat kəndində mədrəsədə ətraf yerlərdən, o cümlədən Novxanıdan Axund Ruhulla Tafil Axundzadə təhsil almışdır. Axund Ruhullanın böyük babasının ailəsi Xızıdan Novxanıya ilk köçmüş 9 ailədən biri idi. Şüvəlandan Molla Əli Axundzadə (Ruhulla Axundovun atası), Novxanıdan Axund Hacı molla Ələkbər (M.Ə.Rəsulzadənin atası) ilk təhsillərini Xızı mədrəsəsində bitirmişlər. Sonrakı illərdə görkəmli müəllimlər Molla İsmayıl, Mirzə Qədir Vüsaqi, Qulam Həsənzadə, Molla Məhəmməd Cəfər, Ələşrəf Əbdülkərim oğlu və başqaları əhalinin savadlanmasında böyük əmək sərf etmişlər. Bakının dağlı məhəlləsində Mirzə Qədir Vüsaqinin və bacısı molla Ümnisənin qızlar məktəbində dağlı uşaqları pulsuz təhsil alırdılar. Mirzə Qədir Vüsaqi dağlı 53


məhəlləsindəki məktəbində dərs deyərkən yazdığı şagirdlərinə öyrədirdi. O, təxmislərinin birində yazırdı:11

şerləri

Bir həzarəm ruhi-gül bərki qərimdir qəmlənmək El bilir aşiqinəm, dillərə düşmüş süxənim. Olalı ey bуti-ziba, səri guyin vətənim. “Pəmbeyi-daği cunun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm-kəfənim” Sənə qurban, səbəbi-naləvi zarım sənsən. Sevgilim, sevdiciyim nazlıca yаvrım sənsən, Dilbəri-Simubəri naləvü zarım sənsən «Bülbülü-qəmzədəyəm, bağı baharım sənsən, Dəhanü qəddü rüxün qönçəvü sərvü səmənim» Gər Vüsaqi kimi çəksən ələmin didarın, Vəslini istəsəm ol yari-pəri ruxsarın. Hər qədər kim çəkər olsam sitəmin əğyarın “Edəmən tərki Füzuli, səri-kuyun yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.” Mirzə Əbdül Qədir ilk dəfə Bakıda axşam məktəbinin təsisçilərindən biri idi. Bu məktəbdə yaşlılar təhsil alırdılar. Məktəblər Azəri türk millətinin formalaşmasında əhəmiyyətli rol oynadı. Bakıda qabaqcıl Azəri türk ziyalıları maarif mədəniyyət cəmiyyətləri təşkil edirdilər. Bunlardan «Nicat», «Nəşri Maarif», «Səadət» cəmiyyətlərinin işi millətin formalaşmasında təqdirə layiq idi. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, onun tarixi isə 1875-ci ildən «Əkinçi» qəzetinin nəşri ilə başlanır. «Kaspi», «Şərqi-Rus», «Fiyuzat», «Yeni Fiyuzat», «Şəlalə», «Həyat», «Bəsirət» qəzetlərinə görkəmli Azərbaycan türk ziyalıları naşirlik edirdilər. Qəzetlərin nəşri Azəri türk dilinin təkmilləşməsində, milli mədəniyyətin inkişafında böyük rol oynadı. Bakı nəinki Qafqazda, hətta dünyanın mədəni şəhərlərindən biri idi. Demokratik fikirli Molla Nəsrəddin jurnalı çar hakimiyyətinin mövqeyini tənqid edərək 1906-cı ildə başlanan 54


erməni-müsəlman qırğını haqqında yazırdı ki, «Necə sirdir? Eləki erməni-müsəlman qırğını başlayır, hökumət ordusu elə kəskin xəstələnir ki həkimlər onların küçəyə çıxmasını qadağan edirlər.» İmperator II Nikolay Qafqaz canişini Voronsov-Daşkova yazırdı ki, Qafqazda qiyam hərəkatını yatırmaq üçün göstərdiyiniz tədbirləri bəyənirəm. Bununla imperator II Nikolayın parçala və hökmranlıq et siyasəti üzə çıxır. 1917-ci ildə böhran Bakı neft sənayesini bürüdü. Fabriklər və zavodların bir hissəsi bağlandı. Neft çıxarılması azaldı, işsizlərin sayı artdı. İşsizlərin arasında dağlılar da var idi. İşləyənlər isə günə muzd, gün çıxandan gün batana qədər işləyib, aldıqları maaş bahalaşmaqda olan çörəyin qiymətini ödəmirdi. Digər yeyinti məhsullarının da qiyməti 4 dəfə artmışdı. Dağlı məhəlləsində yaşayanların bir qismi Xızı-Bərmək mahalına gedib əkinçiliklə məşğul olurdular. I dünya müharibəsi dövründə Azərbaycanın digər yerləri kimi Xızı-Bərmək mahalında da atların, öküzlərin və başqa işlək heyvanların xeyli hissəsi azalmışdı. Çar hökuməti kəndliləri mükəlləfiyyətlərə cəlb edirdi. Biyarda işləyən qoşqu heyvanları sıradan çıxırdı. Müharibə uzandıqca vəziyyət də dözülməz dərəcəyə çatırdı. Bakıda dolanacağın bahalaşması əhalinin narazılığına səbəb olurdu. Bu narazılıqdan bolşeviklər istifadə edib, əhalini tətil və nümayişlərə, sinfi mübarizəyə səsləyirdilər. 1917-ci ilin martında Bakıda «Müsəlman milli şurası» yaradıldı. Burada dağlılardan Ağabəy Abdullabəyov fəaliyyət göstərirdi. Bu təşkilat müvəqqəti icra orqanı idi. 1918-ci ilin aprel ayının 23-də əslən Xızılı olan Hüseynağa Məmmədbəyovun fəal iştirakı ilə Quba həbsxanasından 115 kəndli azad edildi. Bu kəndlilər çar üsul idarəsinin müstəmləkəçilik siyasətinə qarşı çıxış etdikləri üçün həbs olunmuşdular. Azad olanların arasında XızıBərmək dağlıları da var idi. 1917-ci ildə Daşnak-bolşevik S.Şaumyan Bakını cənubi Qafqazda vətəndaş müharibəsinin istehkamına çevirdi. Dağlılar bolşeviklərin fəaliyyətini «Qırmızı tüstü» adlandırırdılar. 1917-ci il noyabrın 15-də Tiflisdə yaranmış Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında Zaqafqaziya 55


Seymi ilə əvəz olundu. S.Şaumyan Bakıda hakimiyyəti ələ almaq məqsədi ilə şəhərdə nüfuzlu olan Musavat partiyasını qovmaq tədbirinə əl atıb, erməni-müsəlman davasını yaratdı. Milli qırğına bəhanə 1918-ci il martın 24-də heyəti müsəlmanlardan ibarət olan «Evelina» gəmisinin daşnak-bolşeviklər tərəfindən tərksilah edilməsi oldu. Martın 30-da günortadan sonra saat 5-də Şamaxı yolunda (indiki C.Cabbarlı küçəsi), tatarski küçədə (indiki Füzuli küçəsində), erməni kilsəsi yanındakı Quru bağda (indiki Fantanlar bağında) cəmləşmiş erməni daşnak-bolşevikləri müsəlmanlara (Azəri türklərinə) ilk atəş açdılar. Ermənilərin başladığı fitnəfəsad genişləndi. Azərbaycanlılara qarşı mübarizədə A.Mikoyanın başçılıq etdiyi daşnak mözeristlər dəstəsi «İsmayılliyəyə» hücum etdi. Onun göstərişi ilə daşnaklar İsmayılliyəni (indiki Akademiyanın prizidum binası) yandırdılar. Yazıçı-səlnaməçi Ümбülbanu yazıb ki, «hakimiyyətə gələn daşnaklar müdafiə imkanı olmayan müsəlmanları qırmağa başladılar, bu adamlar qarətlə, vurub dağıtmaqla, insan qırmaqla məşğul idilər». Bolşevik-daşnaklar tərəfindən Bakıda inqilabi komitet təşkil edilib, müsəlmanların qırılması prossesi mütəşəkkil aparılırdı.12 31 martda inqilab komitəsinin göstərişi ilə Aviasiyanın və Xəzər hərbi gəmilərinin atəş ilə daşnaк ordusu müsəlmanların üzərinə yeridilər. Üç gün ərzində 30 martla 1 aprel arasında bolşevikdaşnak dəstələri xeyli Azəri-türkü qırdılar. Musavat dəstələri Bakıdan çıxarıldı. Bakıda hakimiyyəti ələ almış S.Şaumyan qaniçən daşnak Amazispa tapşırmışdı ki, Xəzər dənizindən Şahdağadək ərazidə yaşayan Azəri türklərinin təmizlənməsini aparsın. O, bu əmri həvəslə yerinə yetirirdi. Quba qəzasında 122 kəndi xarabazara çevirdi. Xeyli uşaq, qadın, qoca və cavanları qılıncdan keçirdi. Amazisp Xızı-Bərmək mahalında Sədan, Çaharxana, Dərzəyerəstu, Zağlıcan, Əlixanlı, Eynibulaq, Ərəb Əlməmməd, Ağasıbəyli, Gilanı, Tuğay, Nardərə, Siyəzən kəndlərinə hücum edib, mal-qaranı qarət edib aparmışdı. 1918-ci il mayın 26-da Zaqafqaziya seyminin axırıncı iclasında seym buraxıldı. Həmin günün sabahı Azərbaycan 56


nümayəndələri fövqəladə iclasda özünü Azərbaycanın müvəqqəti Milli Şurası elan etdi. Məmmədəmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şurada 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Milli Şura «İstiqlaliyyət bəyənnaməsi» elan etdi 1918-ci ilin 28 may günü Azərbaycan tarixinin parlaq səhifəsidir. İstiqlaliyyət günü Azərbaycan milləti beynəlxalq həyat səhnəsinə çıxdı. Bu istiqlal günü uğrunda Azəri türkləri ən dəyərli şəxsiyyətlərini belə fəda etmişdilər. Azərbaycan milləti səylə mübarizə edib, öz istiqlaliyyətinə qovuşdu. General Nuru paşanın rəhbərliyi ilə türk ordusu Gəncəyə daxil oldu. Gəncədə olan Musavat ordusu onlarla birləşdi. 20 min nəfərlik «İslam ordusu» yarandı. Nuru paşa daşnak-bolşevik ordusunu Qərəməryam və Göyçay ətrafında əzdi. A.Mikoyanın rəhbərlik etdiyi mövzeristlər dəstəsi əzilib, Bakıya qaçdı. Polkovnik Biçaraxov ordusu ilə şimali Qafqaza çəkildi. A.Lalayanın və Amazaspın dəstələri də əzilib, pərakəndə halda Bakıya gəldilər. A.Mikoyan məğlubiyyətinin günahını daşnak Amazaspın üzərinə yıxdı. 1918-ci il 4 iyunda Batumidə Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndələri türk hökumətinin nümayəndələri ilə imzaladığı müqaviləyə görə türk ordusu qardaşlıq köməyi edib Bakını daşnak-bolşeviklərdən xilas etməli idi. Müqaviləyə görə Türk ordusunun Bakıya daxil olmağa cəhd etdiyini görən erməni varlıları xaricə qaçmaqla canlarını xilas edirdilər. Onlar Bakıda qazandıqları qızıl pullarını çamadanlara doldurub paraxodlara minmək üçün körpüyə doluşurdular. Erməni varlıları bir biletə 2-3 min manat qızıl pul ödəyirdilər. İrana gedən paraxodların zülmət zirzəmisi də erməni ilə dolmuşdu. Özlərini aristokrat adlandıran erməni varlıları körpüdə bir-birini sıxışdırır, yıxır və tapdalayıb gəmilərə doluşurdular. Türk generalı Nuru paşa 1918-ci ildə ordusu qarşısında çıxışında deyir ki, «Mən və əsgərlərimiz buraya govurları silib, bu torpaqdan atmağa gəldik. Biz dönməyə yox, ölməyə gəldik.» Bakının daşnak-bolşevik işğalçılarından azad olunmasında Türk ordusu ilə birləşmiş Azərbaycan ordusuna (İslam ordusuna) 57


kömək olaraq bölgələrdə də könüllü silahlı dəstələr təşkil olunmuşdu. Quba alayında Xızı-Bərmək könüllüləri də var idi. Bundan əlavə həmin günü gözləyən Bakılılar, o cümlədən dağlılar İslam ordusuna canla-başla kömək edirdilər. Dağlılardan neftxuda Kəbleyi Hüseyn Hacıyev, Tacir Məşədi Həsən Eyvazov, yazıçı Cəfər Cabbarlı, hüquqşünas Ağa bəy Abdullabəyov, tacir Kəрbəlayi Ağapba Eyvazov, tacir Ağamehdi Həsənov və başqaları kömək ediblər. Türk əsgərləri Bakıya daxil olarkən əllərində ay ulduzlu qızıl bayraq havada yellənir özləri isə ucadan şərqi oxuyurdular: Marş irəli, marş irəli, Türk əsgəri dönməz geri.

1918-ci ilin 15 sentyabrında birləşmiş Türk və Azərbaycan qüvvələri Bakıya daxil oldular. İgidliklə vuruşan Türk əsgərləri Azərbaycanı yağı düşməndən təmizlədilər. Bu döyüşlərdə türk ordusu 2140 qazi şəhid verdi. Azəri türkləri bu qardaşlıq köməyini əbədi olaraq yadda saxlayacaq və bunu unutmayacaqlar. Bakının daşnak-bolşevik ağalığından azad edilməsinin böyük ictimai, siyasi və milli əhəmiyyəti vardır. Bakının azad endilməsinin başlıca əhəmiyyəti o idi ki, şəhər Azərbaycanın paytaxтı oldu. Bakının paytaxt olması Azərbaycanı müstəqil dövlət kimi müttəfiqləri tərəfindən tanınmasına səbəb oldu. Bakıda Azərbaycan türk milləti daha da təkmilləşdi və müasir mədəni millətlər sırasına çatdı. Bakıdakı Təzəpir məscidindən, Əjdərbəy məscidindən, İmam Hüseyn məscidindən, dağlı məhəlləsindəki məsciddən ucalan azan səsləri Şanlı Türk ordusunu salamlayırdı. Türk ordusunun Bakıya daxil olması xalq tərəfindən sevinclə qarşılandı. Türklər azəri türklərini daşnak-bolşevik vəhşiliyindən xilas etdi. Azərbaycanın nefti, ipəyi, pambığı və yeyinti məhsulları daşnak soyğunçulardan xilas edildi. Azərbaycan dəmir yolu, o cümlədən Xızı-Bərmək mahalından keçən hissəsi bərpa edildi. Bakıda əhali 58


arasında nizam-intizam yaradıldı. Ərzağın qiyməti aşağı salınıb, ona nırx qoyuldu. Nırxı pozub qiyməti qaldıranları cəzalandırırdılar. Şəhərdə oğurluq, aldatma və içki içmək aradan götürüldü. Bunları edənləri zopa gözləyirdi. Maarif işlərini canlandırmaq məqsədi ilə Türkiyədən müəllimlər gətirildi. Demokratik Cümhuriyyət hökuməti daşnakbolşeviklərdən ibarət olan S.Şaumyanın rəhbərlik etdiyi hökumətin bolşevik tədbirlərini, o cümlədən Neft sənayesinin, Xəzər ticarət gəmiçiliyinin, bankların müsadirə olunmasını ləğv edib, onları sahibkarlarına qaytardı. Dağlıların neft mədənləri, paraxodları, zavod-fabrikləri, bazar-dükanları onlara qaytarıldı. Torpaqlar öz sahiblərinə verildi. Bolşevik təşkilatları bağlanıldı. Bakıda şuluğ salan bolşeviklər həbs edildi. Bakı şəhərində möhkəm qayda-qanun yaradıldı. «Musavatın» Xızı özəyinin yaradılmasında Ələşrəf Əbdülkərim oğlu mühüm rol oynamışdır. O, özəyə rəhbərlik edib, yeni üzvlər cəlb etməklə təşkilatı möhkəmləndirdi. Təşkilatın fəal üzvləri Ələşrəf Əbdülkərim oğlu, Ələsgər Əbdülkərim oğlu, Əbülfəz Hacıyev, Şaban Hacıyev və başqaları Xızı-Bərmək mahalında Demokratik Cumhuriyyətin tədbirlərinin həyata keçirilməsində fəal iştirak edirdilər. «Musavat» partiyası ilk günlərdən Bakıda yaşayan gənclərin taleyi ilə yaxından məşğul oldu. Gənclər təşkilatı yaradıldı. Bu işdə Həbib Hacı Yəhyə oğlu Hacıyev fəal iştirak edirdi. O, Azərbaycan Demokratik Cümhuriyyətini sevinclə qarşılayıb, Milli məclisdə kargüzar işləyib. 1918-ci il 4 avqustda ingilislər Bakıya gəldilər. İngilislərin gəlməsi əhalinin vəziyyətini daha da çətinləşdirdi. Bakıda ən vacib ərzaq mallarının qiyməti çox baha idi. Əhali aclıq çəkirdi. Xızı-Bərmək mahalından Bakının dağlı məhəlləsinə qohumları üçün un, çörək, noxud, lərgə, pendir, yağ, yumurta və s. ərzaq malları gətirirdilər. Dağlı məhəlləsində yaşayanların bir qismi şəhər kənarında arpa əkib, mal-qara saxlayırdılar. 1919-cu ildə Xalq Cümhuriyyəti öz doğma ərazisinin bütövlüyünü göz bəbəyi kimi qoruya biləcək 40 minlik ordu yaratmışdı. Azərbaydan Milli ordusunun tərkibində 2 piyada 59


və 1 süvari diviziya, altı piyada alay (Cavanşir, Gəncə, Zaqatala, Quba, Bakı və Göyçay alayları), iki artileriya briqadası və 3 süvari alayı var idi. Bu şanlı ordunun general leytenant Səməd bəy Mehmandarov kimi naziri, topçuluq elminin yaradıcısı sayılan, Portartur döyüşünün qəhrəmanı general leytenant Əliağa Şıxlinski kimi sərkərdəsi var idi. Onlar ümumxalq hörməti qazanmış hərbiçilər idilər. Azərbaycanın hər yerində olduğu kimi XızıBərmək mahalının gəncləri də Milli orduda həvəslə xidmət edirdilər. Dağlı gəncləri Bakı və Quba alaylarının heyətində idilər. Bu şanlı ordu 114 min kvadrat km-ə malik olan Azərbaycan Cumhuriyyətinin ərazisini yağı düşmənlərdən qorumuşdur. 1918-ci il noyabrın 17-də ingilislər Bakını işğal etdilər. İngilis generalı Tomson özünü Bakının hərbi qubernatoru elan etdi. Demokratik Cümhuriyyətin birinci bayrağı qırmızı rəngli olub, üzərində ay ulduz var idi. General Tomson Türk bayrağına oxşadığı üçün onu çıxartdırandan sonra yeni üç rəngli bayrağımız oldu. Bakıya gəlmiş 30 minlik ingilis işğalçı ordusu dəmir yolunu və dəniz nəqliyyatını möhkəm nəzarətdə saxlamışdı. Bank, teleqraf və poçt ingilislərin əlində idi. İngilislər 30 mln pud neft aparmışdılar. Çar generalı Denikin Dərbəndə gəlib çıxdı. O, cənub sərhədlərini Qızılburun hesab edirdi. Biləcəri-Xaçmaz dəmir yolunu nəzarətdə saxlamaq istəyirdi. Bu xəbər xalqı qəzəbləndirdi. Denikinin işğalının qarşısını almaq üçün dəmir yolunun sökülməsi məqsədi ilə səfərbər alınanlar arasında Xızı-Bərmək mahalının dəmiryol dayanacaqlarından, Qızılburun, Siyəzən, Zarat, Giləzi, Stalçay, Yaşma və Nasosnuda işləyən dəmiryolçu fəhlələr də var idi. Bakıda Denikinə qarşı partizan dəstələrinə dağlılar könüllü yazılmışdılar. Denikinin ordusu Şimali Qafqazda məğlub olduğundan Azərbaycan sərhədlərindən qovulub getdi. 1918-ci ilin 30 noyabrında imzalanan Mondros sülh müqaviləsinə görə türk ordusu Azərbaycanı tərk etdi. Bundan istifadə edən bolşeviklər Bakıya gəlməyə can atırdılar. Bakı Xalq Komissarlar Sovetinin sədri daşnak-bolşevik S.Şaumyan Bakı 60


milyonçularından zorla xeyli miqdarda qızıl pul, bəzək şeyləri, cavahirat toplamışdı. Mikoyan 1919-cu ilin oktyabrında Bakıda əsasən ermənilərdən ibarət «Spartak» beynəlmiləl gənclər təşkilatını yaratdı. 1920-ci ilin əvvəllərində Azərbaycanda cəmi siyahıda 300 nəfər Azərbaycanlı kommunist var idi. Bakıda bolşeviklərin əksəriyyətini ruslar və ermənilər təşkil edirdilər. Onlar ümidlərini Qırmızı Rusiyaya bağlamışdılar. Demək olar ki, 1915-ci ildən 1920-ci ilə qədər erməni daşnakları 650 Azərbaycan kəndini məhv etmiş, 250 minə qədər Azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. Ulu torpaqlarımızın oba-oymaqlarında müdrük babalarımız və ağbirçək nənələrimiz müqəddəs seyidlərə hörmət etmişlər. Xızı-Bərmək mahalının ən hörmətli şəxsləri seyidlər idi. Onlar mahalın ilk dəfə Ağ Siyəzən, Həmyə və Ərəblər kəndində məskunlaşmışlar. Ərdəbil hökmdarı Şeyx Heydərin ordusunda döyüşən Ərdəbilli seyidlərin bir qismi də Xızı-Bərmək mahalında qalmışlar. Bunlardan Qarabulaq, Kimçi kəndində məskunlaşanlar da vardır. Nadir şah Əfşar tərəfindən Qubaya köçürülənlərin arasında da seyidlər var idi. Onlardan bir neçə ailə Xızı-Bərmək mahalının Güçöhrü kəndinə gəlib sakinləşmişlər. Demək olar ki, Xızı-Bərmək mahalında seyid çoxdur. Onların ev-eşikləri, malqarası, bağları, torpaq sahələri və sənətləri vardır. Seyidlərdən bəziləri dövlətli idilər. Onlardan alış-verişlə də məşğul olanları var idi. Tanınmış seyidlər Xızı-Bərmək mahalında baş verən ixtilaflara son qoyur, küsənləri barışdırır və camaatı islam əqidəsinə dəvət edirdilər. Babam Bahadır bəy Ağakişi bəy oğlu gündə beş dəfə namaz qılıb, oruc tutan müsəlman idi. O deyirdi ki, seyidlər ağadır. Onlar imam-peyğəmbər övladlarıdır və bir-biri ilə qohumdurlar. Xızı-Bərmək mahalında yaşayan seyidlər ölkənin digər yerlərində yaşayan seyidlərin qohumları idilər. Demək olar ki, seyidlərin əksəriyyəti bellərinə enli, yaşıl qurşağ sarıyırdılar. Hər yerdə seyidlərə çox hörmət edirdilər. Hansı qapını açsaydılar əziz qonaq kimi qarşılanırdılar. Kəndin adamlarından onların 61


ziyarətinə gəlirdilər. Xızı-Bərmək mahalının Xəl kəndində Mir Əziz Ağanın adı digər yerlərdə də hörmətlə çəkilirdi. Onun cəddinə kənd camatı ehtiram edirdi. Ocaqına nəzir deyənlər də var idi. Xızı-Bərmək mahalının Qarabulaq kəndində yaşayan hörmətli seyidlər nəslinin nümayəndəsi Mir Saleh Ağa el-obada hörmət sahibi idi. Onun adı müqəddəs şəxs kimi həmişə hörmətlə çəkilirdi. Mir Zeynəlabdin Ağa Xızı-Bərmək mahalının sözü keçən ağsaqqallarından idi. O, dini və milli adətlərə bağlı şəxsiyyət idi. Onun cəddini deyib, ziyarətinə gələnlər çox idi. Onlar öz əhdlərinə çatırdılar. Onun oğlu Axund Hacı Mir Əbdüləli Ağa Bakı və onun kəndlərində hörmətlə yad edilir. Hacı Mir Əbdüləli Ağa geniş dünya görüşünə malik şəxsiyyət idi. O, xeyirxahlıq təcəssümü idi. Hacı Mir Əbdüləli Ağa Təzəpir məscidinin axundu idi. Güçöhrü kəndində çox hörmət sahibi olan seyid Mirqasım Ağanın tibb elmindən də biliyi var idi. Onun ocağı çox şəfalı idi. Cəddinə güvənib adını çağıranlar əhdinə çatırdı. Xızı-Bərmək mahalının hər yerindən xəstələr ocağına gəlirdilər. Onun təmənnasız sağaltdığı xəstələr gecə-gündüz ona rəhmət oxuyur, dua edirdilər. Həkim, xeyirxah insan və geniş bilikli alim olan Seyid Mir Qasım Ağanın nəinki Xızı-Bərmək mahalında, Bakıda və Azərbaycanın digər şəhərlərində də adı hörmətlə çəkilirdi. Bakıda yaşayan Mir Möhsüm Ağa da Azərbaycanda və digər ölkələrdə tanınırdı. Bakının dağlı məhəlləsində kiçik uşaqlardan qocalara qədər Mir Möhsüm Ağanın cəddinə and içirdilər. İndi də Bakıda Mir Möhsüm Ağanın cəddinə and içir və onun Şüvəlanda olan məqbərəsini ziyarət edirlər. Ağ Siyəzəndə yaşayan seyidllərin mahalda hörməti çox idi. Seyid Hüseyn Ağa Xızı-Bərmək mahalının görkəmli nəcib şəxsiyyəti idi. Mir Həsən ağa el-obanın ağsaqqalı kimi şöhrət tapmışdı. Onun xeyirli məsləhətləri mahalda hörmətlə qəbul olunurdu. Mir Həsən ağa və onun oğlu Kərbəlayi Seyid Mir Abbas ağa çörəkli, qonaqpərvər və nəcib şəxsiyyət idi. Onların Ağ Siyəzəndə ocaqları var idi. Müqəddəs ocağa ətraf mahallardan da ziyarətə gəlib, öz əhdlərinə yetişirdilər. Bu müqəddəs ocaq 192462


cü ildə Şura hökumətinin allahsızlar cəmiyyətinin üzvləri tərəfindən dağıdıldı. Həmin nəslin tanınmışlarından olan Seyid Hüseyn Ağanın təbabətdən də biliyi var idi. O, çox xəstəliyin həkimi idi. Seyid Hüseyn Ağa ildə bir dəfə Siyəzəndən Şurabada qohumlarının yanına gedərdi. Giləzi camaatı Seyid Hüseyn ağanın ziyarətinə gəlirdilər. Giləzidə məktəb yaşlı bir gənc xətsələnir. Onu Bakıya həkimə aparırlar. Həkim deyir ki, xəstənin vəziyyəti ağırdır. Həkimin sözü ilə xəstəni kəndə gətirirlər. Seyid Hüseyn ağa Şurabada gedərkən Giləzidə xəstənin valideyinləri onu Ağanın ziyarətinə aparırlar. Seyid Hüseyn ağa xəstəliyi müəyyənləşdirib deyir ki, xəstə sağalacaq. Şurabada gedərkən Damqulu dərəsində «kökü burma» edərəm. Xəstənin valideyinləri soruşur ki, Ağa «kökü burma» nədir. Seyid Hüseyn ağa gülümsəyib cavab verir ki, otu burub, üstünə daş qoyacağam. Ot çürüdüyü zaman xəstə də sağalacaq. Dörd həftədən sonra xəstə sağalıb, məktəbə gedir. XızıBərmək dağlıları Seyid Hüseyn Ağanın cəddinə böyük hörmət bəsləyirlər. O, geniş bilikli, xoşsöhbət, nurlu şəxsiyyət idi. Seyid Hüseyn Ağanı Şurabad qəbristanlığında dəfn ediblər. Güçöhrü kəndində Hacı Seyid Zəki Ağa onun oğlanları Hacı Ağacan və Böyükağa dövlətli və şöhrətli şəxsiyyətlər idilər. Onlar kasıblara yardım edir və əhalinin xeyir-şər işlərində yaxından iştirak edirdilər. Xızı-Bərmək mahalında varlı kəndlilər əkinçilikdə təkmilləşmiş kənd təsərrüfatı alətlərindən istifadə edirdilər. Yoxsul kəndlilər isə imkanları olmadığından məcbur idilər ki, əkin yerlərini azaltsınlar. Hər il dolu və su daşması əkin yerlərini məhv edirdi. Bütün bunlara baxmayaraq Xızı-Bərmək mahalında taxıl çox olurdu. Bunun səbəbi torpağın məhsuldarlığı, iqlimin əkinçilik üçün çox yaxşı olması və su bolluğu idi. Xızı-Bərmək mahalında olan çaylar əkin-biçinin inkişafına səbəbdir. Xızı-Bərmək mahalının təbii-coğrafi vəziyyəti, burada maldarlığın inkişafı üçün əlverişlidir. Qoyunçuluq yarımköçəri şəraitdə inkişaf edib. Qoyunçular yaylağa və qışlağa köçərdilər. Mahalda dağqoyunu cinsi saxlayırdılar. Bu qoyunlar möhkəm, 63


qaba, və uzun yun verib, ətləri də ləzzətli idi. Onların artımı da orta hesabla ildə bir quzu olurdu. Xızı-Bərmək mahalının atları gözəl yorğalarıyla məşhur idilər. Onlar qüvvətli və davamlı idilər. Xızı-Bərmək mahalında arıçılıq Altı-Ağac, Çistikuluç, Qərs və Baxşılıda mövcud idi. Onun inkişafına çöldə və bağlarda bitən ballı çiçəklər və otlar səbəb olur. Xızı-Bərmək mahalında güləş qədimdən yaşamış və inkişaf etmişdir. Kəndlərdə, toylarda və kütləvi bayramlarda güləşdən geniş istifadə ediblər. Mahalda adlı-sanlı pəhləvanlar çox idi. Bunlardan Ağdərədə İmamqulu, Şahbala, Ənbizdərdə Məşəd Vəli, Hüseynqulu, Xankərəm, Bünyat, Tüdarda Heybət, Gilənəvadə Ağabala, Xəldə Tərqulu, Xələncdə İsmayıl, Heybət, Həbib, Rəsul adlı pəhləvanlar idilər. Bu pəhləvanlar kənar mahallarda da güləşib, qələbə çalıb «Saf» almışlar. Xızı-Bərmək mahalında əhalinin əsas məşğulliyyəti əkinçilik oldugu üçün bu yerdə müstəqil təsərrüfat qurmaq məqsədilə evlənmək mühüm şərtdir. Buranın gəncləri tez evlənirdilər. Bu da onların İslam dininə riayət edərək milli xüsusiyyətlərindən irəli gəlir. Toy edənlərə qohum-qardaş, qonşular və kənd camaatı kömək edirdilər. Kəndlərdə oğlan toyunda xalçalarla bəzədilmiş toyxana qurulur. Toyu idarə etmək üçün sərpayı təyin edilir. O, toyun intizamlı keçməsinə rəhbərlik edir. Bəy gəlini öz evində qarşılayır. Vağzalı havasının sədaları kəndə yayılır. Gəlinin ayağı altında qoç kəsilir. Bilicilərin dediyinə görə Xızıda Hacıyəhyə oğlu Möhsum üçün Güçöhrəli Böyükağanın qızı Reyhanə xanımı faytonla gəlin gətirərkən onun ayağı altında, bulağ başından evə qədər 200 metrdən çox yerə gözəl Xızı-Bərmək xalçaları döşəmişlər. Gəlinin ayağı altında qoçlar kəsilib. Kənddə böyük şadyanalıq olub. Azərbaycanın zəngin guşəsi olan Xızı-Bərmək mahalının kapitalizm dövründə inkişafı özünü göstərdi. Kəndlərin sayı, kənd evlərinin miqdarı, əhalinin artmasına dair göstərilən cədvəl maraqlı olub bunu çox canlı sübut edir. 1902-ci ildə Azərbaycanın Xızı-Bərmək mahalında olan kəndlərin adı, evləri, əhalisinin cəmi, o cümlədən kişi və qadın 64


olmaları göstərilir. Siyahı o dövrün inzibati bölgüsü olan məntəqələr üzrə tərtib edilib (Azərbaycanda inzibati məntəqə bölgüsü 1888-ci ildə yaranıb). Bakı Quberniyasının saray məntəqəsi üzrə Xızı-Bərmək kəndlərinin siyahısı:14 с/с 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10.

Kəndlərin adı kənd Ağdərə və yurd Düdar Əmbizlər və yurd Dobağun Govxanı Qululu Mixail-Abad (indiki Şurabad) Xanagah Yurd Şəlgəh Yurd Gərmiyan Yurd Çar-Qışlaq Yurd Biləsən Cəmi

Tüstü evlər

Kişi

Qadın

Cəmi

94

779

644

1423

102 90 50

730 580 151

607 510 166

1337 1090 317

44 30 67 50 63 23 613

230 161 233 196 262 160 3482

200 137 215 187 247 140 3053

430 298 448 383 509 300 6535

Quba mahalının Dəvəçi məntəqəsi üzrə Xızı-Bərmək kəndlərinin əhalisinin siyahısı: с/с 1. 2. 3. 4. 5.

Kəndlərin adı Ağasıbəyli Əlixanlı Əngalan Ərəb Həmyə Ərəb Əlməhəmməd

Tüstü evlər 9 200 51 54 24 65

Kişi

Qadın

Cəmi

30 555 314 550 115

32 452 273 257 96

62 1007 587 807 211


6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34.

Baxşılı Çağalcan Zərgərli Dərəzarat Zarat Aşağı Quşçu Dağ Quşçu (Yuxarı) Diyal Kolanı Qızıllı Gəmşər Qala Şixi Keş Qalagah Muğanlı Saadan Sayad Xızı Ağ Siyəzən Taqay Tuq (Tıxlı) Tekey Şixi Təzə Zöhrab kənd Uçax Findiqan Xələnc Çaraq Şix Xızı Şix Aladdinli Eyni bulağ Cəmi

34 92 82 45 43 91 185 5 77 4 16 56 21 76 47 140 126 79 23 127 15 29 61 82 76 48 91 22 77 2208

300 320 406 135 365 229 245 15 275 10 146 419 119 414 39 597 500 470 150 205 90 202 501 410 387 281 255 205 205 9459

250 237 317 167 360 120 189 10 361 12 183 363 221 360 34 723 106 361 74 170 70 110 472 350 243 219 221 94 190 7506

550 557 723 302 725 349 434 25 445 22 329 782 340 774 73 1320 606 831 224 375 160 312 973 760 630 500 476 299 395 16965

Siyahılardan göründüyü kimi Xızı-Bərmək mahalında 44 kəndin adı göstərilib. 66


Tərtib olunmuş siyahılar çar hökumətinin əhalini kəndlərdə müəyyənləşdirib, onlardan vergi almaq məqsədini güdürdü. Altı-Ağac və Xıllı - milli malakan kəndləri vergidən azad olduqlarından siyahıya düşməyiblər. Çar üsul-idarəsinin Malakan kəndlərinə üstünlük verməsi onları Qafqaza gəlməyə həvəsləndirirdi. Saray məntəqəsindəki siyahıda Ağdərə və Düdar, Əmbizlər və Dabağun kəndlərinin ikisinin də adı bir yazılıb. Bu onu göstərir ki, həmin kəndlər vergini birlikdə ödəyirdilər. Həmin siyahıda Düdar kəndinin yazılması toponimiya araşdırması üçün çox maraqlıdır. Düdar kəndindən Atlı-Asan karvansarasına olan məsafə 14 km-dir (iki ağac). Yerli camaat Düdar kəndini Tudar kimi tələffüz edir. Siyahıda Govxanı kəndinin olması göstərir ki, kənd XX əsrin əvvəllərində mövcud olmuş, az sonra naməlum səbəblərə эörə yoxa çıxmışdır. XVII əsrin əvvəllərində kəndin adı Кovxanı adlanırdı. XVIII əsrdən isə kəndi yerli əhali Эovxanı adlandırıb. Siyahıda Dələklər kəndinin adı yoxdur. Bu kənd XVIII əsrin axırlarından 1950-ci ilədək siyahılarda olub. Cədvəldə Gədi kəndinin adı yoxdur. Buna əsasən deyə bilərik ki, Gədi kəndi XIX əsrdə sıradan çıxıb. Siyahıda Xızı kəndinin adının olmamasının səbəbi kənd Şix Xızı və Sayad Xızı kimi qeyd edilmişdir. Xızıda qalıb qışlaqlara köçməyənlər: bəylər, axundlar və digər imtiyazlı şəxslər olub, onlar vergidən azad olduqlarından Xızı kəndi siyahıya düşməmişdir. Dəmir yolu dayanacaqları yeni yarandığından onların adları siyahıda yoxdur: Qızılburun, Qara Siyəzən, Giləzi, Stalçay, Yaşma, Nasosnu (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) və digər kəndlərin də adına rast gəlmirik. Bunun da başlıca səbəbi onların kənd statusu almamasıdır. Bəzisi isə XX əsrin əvvəllərindən yaranıb. Azərbaycanın Xızı-Bərmək mahalında XVIII əsrin axırlarında 24 kənd olduğu halda (Bura Saadan mahalı daxil deyildir) XX əsrin əvvəllərində sayı artaraq 44 kəndə çatmışdır. Bu artımın başlıca səbəbi Azərbaycanda, o cümlədən 67


Xızı-Bərmək mahalında kapitalizmin yaranması və genişlənməsi idi. Bir də Azərbaycanda ara müharibələrinin olmaması buna köməkdir. Cəldvəldən göründüyü kimi Xızı-Bərmək mahalında “tüstü” evlər-2817, əhalinin cəmi-23530, o cümlədən kişi-12959, qadın-11547 olmuşdur. Bu cədvəllər Xızı-Bərmək mahalında yaşayanların XIX əsrdə inkişafını faktiki rəqəmlərlə aydın göstərir. XX əsrin I rübündə Azərbaycanda yaranmış dövlətlər XızıBərmək mahalına da sahib olmuşlar. 1. Bakıda daşnak-bolşevik diktaturası: noyabr 1917-iyul 1918-ci illər. 2. Bakıda Sentrokaspi diktaturası: 1 avqust-15 sentyabr 1918ci il. 3. Şimali Azərbaycan Zaqafqaziya komissarlığı: noyabr 1917-mart 1918-ci illər. 4. Şimali Azərbaycan Zaqafqaziya seymi: fevral-may 1918ci il. 5. Öz müstəqil dövlətimiz olan Şimali Azərbaycan xalq cumhuriyyəti: 1918-1920-ci il. .

68


III Fəsil Xızı-Bərmək mahalı Şura hakimiyyəti illərində 1920-ci ilin əvvəllərində Azərbaycanda siyasi-iqtisadi vəziyyət ağırlaşdı. Ermənilər Azərbaycan sərhədlərinə soxulmaq iştahası ilə danışırdılar. Azərbaycan xalq cümhuriyyətinin sərəncamında olan ordu ermənistan sərhəddindəki yerlərə göndərildi. Bununla yanaşı xarici ölkələr də Respublikada çıxılmaz vəziyyət yaratmışdı. Bu vəziyyətdən istifadə edən bolşeviklər silahlı dəstələr təşkil edib hakimyyətə can atırdılar. 1920-ci ilin aprel ayının ortalarında Qara şəhərdə 300, vağzalətrafı rayonda 200, Bibi-heybətdə üç dəstə hərəsi 100-150 nəfər silahlı adamlar var idi1. Bunlar da əsasən erməni, rus və digər millətlərdən ibarət idi. 1920-ci il 27 apreldə XI qırmızı ordu Azərbaycan sərhədlərinə ayaq basdı. Bununla yanaşı M.Yefremovun başçılığı ilə 4 zirehli qatar dəmir yolu ilə hərəkət edirdi. Zirehli qatarda A. Mikoyan da var idi. 1920-ci il aprelin 28-də sübh vaxtı XI qırmızı ordunun «üçüncü beynəlmiləl» zirehli qatarı Bakıya daxil oldu. Beləliklə, XI qırmızı ordu tərəfindən tutulmuş Azərbaycana bolşeviklər sahib oldular. Bu işdə Çingiz İldırımın başçılıq etdiyi hərbi dəniz gəmiləri də bolşeviklərə kömək etdilər. Bolşeviklər Parlamentə təslim olmaq notasını verdilər. Onlar parlament üzvlərinin, nazirlərin və neftxudaların toxunulmazlığını öhdələrinə götürdülər. Onların istədikləri vaxt ölkədən getmələrinə mane olmamaq vədini verdilər. Bolşeviklər hərbi qubernator M.Gərayı 13 nəfər siyasətçilər ilə birlikdə həbs etdilər. Onları silahlı dəstənin müşahidəsi ilə şəhərin küçələrində gəzdirirdilər2. Bunlara qarşı ikrah oyatmaq və «ÇK»-нıн gücünü nümayiş etdirirdilər. Azərbaycanın Sovet imperiyası tərkibində olması siyasi hadisələrlə zəngin dövrüdür. Bu dövrdə respublikada baş vermiş təbəddüлatlar nəticəsində iъtimai-iqtisadi sahədə bir formasiyanın dağılması və digər qurуluşun yaranması prosesi başlanmışdır. Azərbaycanda müvəqqəti İnqilab Komitəsi yarandı. Sonralar Azərbaycan İnqilab Komitəsinin yerlərdə orqanları, o 69


cümlədən qəza, nahiyə və kənd İnqilab Komitələri yaradıldı. 1920-ci ilin aprelin 28-də İnqilab Komitəsi tərəfindən XKS təşkil edilmişdir. Nəriman Nərimanov Azərbaycan SSR XKS-nin sədri seçildi. Şura höküməti Nəriman Nərimanovun adından və imzasından istifadə edib, öz siyasətini həyata keçirirdi. Azərbaycan rəhbərliyinin fəaliyyəti Moskva tərəfindən təyin edilən «qaydalar» əsasında idi. Bu nəzarət də onların fəaliyyətinə məhdudiyyətlər yaradırdı. Azərbaycan ordusunu yox edəndən sonra XI qırmızı ordunun əsgərləri «internasional» oxuyaraq Bakıнıн küçələrini gəzirdilər. Erməni kommunistləri A.Mikoyan, L.Mirzоyan və başqaları Bakıda meydanlarda yığıncağlar çağırırdılar. XI qırmızı ordu bütün Zaqafqasiyanı işğal edib, 1914-cü ildəki Çar Russiyanın sərhədlərini bərpa etdi. Şura höküməti öz arzusuna çatdı. Ordudan bir dəstə Giləziyə gəlib, onlar Sarafata silsiləsi yolu ilə Dəhnədən keçib Şıxlara və Sayadlara doluşdular. Yerli camaat onları pis qarşıladı. Onların komandirləri isə əhalidən çörək və digər yeyinti məhsulu toplayıb, Xızıya və digər kəndlərə getdilər. «ÇK» Nargin adasında yerləşirdi. Bakıda qoçuları, bankirləri, müəllimələri, jurnalistləri həbs edib, gəmiyə mindirib Nargin adasına çatmamış güllələyib, boğazlarına yük bağlayıb Xəzərə atırdılar. «ÇK» 1918-ci il mart davasında erməni daşnaqlarına qarşı dəstələr təşkil edən dağlı igidlərinin məhvinə başladı. Bakıda dağlı gənclərinin kütləvi həbsi təşkil edildi. Bayıl həbsxanası dağlı gəncləri ilə doldurulmuşdu. Bir çoxlarını Sibirə göndərib, orada məhv etdi. «ÇК» musavat partiyasının lideri Məhəmməd Əmin Rəsuulzadəni axtarırdı. Məhəmməd Əmin Rəsuulzadə dostu, silahdaşı Abasqulu Kazımzadə ilə bərabər Mixayılовada (indiki Şurabada) gəlib, Qarbalı Teymur oğlunun evində qaldı, sonra isə Lahıca pənah apardı. Məhəmməd Əmin Rəsuulzadənin göstərişi ilə gizli nəşr olunan «İstiqlal qəzetinin» işıq üzü görməsində Musavat partiyasının liderlərindən biri olan Cəfər Cabbarlının xidmətləri təqdirə layiqdir. Xızı-Bərmək mahalında və Bakının dağlı məhəlləsində «İstiqlal» qəzetinin nəşr 70


olunmuş 19 nömrəsi əldən-ələ gəzirdi. Qəzetin fəal oxucuları orada nəşr olunan məqalə və təklifləri gizli yığıncaqlarda geniş təbliğ edirdilər. Bakıda «ÇK»-nın lap yaxınlığında geniş fəaliyyət göstərən gizli bir mətbəənin sirri təsadüfən açıldı. Milis qəlp pul düzəldən maşın axtararkən «Müsavat» mətbəəsinin üstünə çıxdı.3 1920-ci ilin may ayının əvvəlində Azərbaycan İnqilab Komitəsinin torpaq haqqındakı dekretində deyilirdi ki, bütün xan, bəy, mülkədar və bütün kilsə, məscid və vəqf torpaqları, onların avadanlıqları ödənişsiz alınıb əhaliyə verilsin. Bu dekret XızıBərmək mahalında da həyata keçirildi. Bakıda mallar çatışmırdı, bazarlar bom-boş idi. Kəndlilər şəhərə məhsul gətirə bilmirdilər. Çox çətinliklə də olsa Xızı-Bərmək mahalından dağlı məhəlləsinə qohumları üçün yemək məhsulları gətirərdilər. 1920-ci ilin iyun ayında Azərbaycan İnqilab Komitəsi tərəfindən balıqçılıq təsərrüfatının milliləşdirilməsi nəticəsində, Qızılburun, Siyəzən, Zarat, Giləzi, Damqulu, Şurabad vətəgələri də bolşeviklərin əlinə keçib, ümumrusiya proletarıatının malı oldu. 1920-ci ilin 26 avqustunda hökumət çörək ticarətini öz monopoliyasına aldı. Bakıda dağlıların təndir çörəyi bişirib satması qadağan edildi. Bəzi dağlıların dolanacağı çətinləşdi. Həmin ilin 22 sentyabrında Azərbaycan inqilab komitəsi kəndlilərdən taxılın alınması haqqında dekret verdi. Xızı-Bərmək mahalının kəndlilərindən də taxılı alıb, əvəzində arayış verirdilər ki, gələcəkdə pulu ödəniləcək. Taxılını verməyən kəndliləri isə hədələyir və həbs edirdilər. Alınan taxılı Rusiyaya aparırdılar. Bolşeviklər ilk günlərdə hərbi kommunizm siyasətini həyata keçirirdilər. Bu işlərin təşkilatçılarından biri Azərbaycan Həmkarlar Komitəsinin sədri A.Mikoyan idi. Onun bilavasitə iştirakı ilə bolşevik ruhlu fəhlələr Azərbaycan kəndlərinə gedib, bu tədbiri həyata keçirirdilər. Onlar kəndlərdə yaşayan bacarıqlı təsərrufatçıları, varlı və hörmət sahibi olan kəndliləri sıxışdırırdılar. 1920-ci ilin oktyabr ayında Qusarda Quba qəza bitərəf kəndlilərinin qurultayı oldu. Qurultaya bolşeviklər rəhbərlik 71


edirdilər. Bu qurultayda Xızı-Bərmək mahalının yoxsul komitəsinin üzvləri də iştirak edirdilər. Qurultayın qərarına əsasən Xızı-Bərmək mahalında da bəy və mülkədar torpaqlarını əllərindən alırdılar. 1920-ci ildə Moskvaya 8 min pud düyü, 800 pud ikra, 14 vaqon meyvə qurusu və s. məhsullar göndərdilər. Bunun bir hissəsi Xızı-Bərmək mahalından alınmışdı. Şura hökuməti vətəndaşlar tərəfindən banka qoyulmuş pulları mənimsədi. Bilicilərin dediyinə görə Xızılı Hacı Yəhyə Quba bankında oğlanlrının adına xeyli pul qoymuşdu. Digər dövlətlilərin də bankda olan pulları batdı. Bakıda yaşayan dövlətli dağlıların da milyonları bolşeviklərə qaldı. Bəzi dövlətlilər fikirdən xəstələnib yorğan-döşəyə düşdü. Təbii ki, toqquşmalar da oldu və fəryad qoparan evdar qadınları «dövlət güclərinə qarşı qiyam»-a görə «ÇK»-ya aparmaqda ordu işə qarışdı. Talan həftəsinin sonunda ortababları cındırından cin hürkən proletariatdan seçmək olmurdu.4 Xızı-Bərmək mahalında bolşeviklərin soyğunçuluq siyasəti pislənilirdi. Bu soyğunçuluğu lənətləyirdilər. Soğan kimi soydular bizi bu bolşeviklər, qara günə qoydular bizi bu bolşeviklər - deyirdilər. Şura hökuməti tərəfindən bütün milli müəssisələr bağlanılır, Milli ordu dağıdılır, ziyalılar öldürülür, «ÇK» vəhşiliklər törədir, «soyğunçuluq həftəsi» təşkil edilir, sinfi mübarizə alovlandırılır, qardaş qardaşa qarşı təhrik edilir, bir sözlə məmləkət sovetləşdirilirdi.5 1921-ci ilin mayında Ümumazərbaycan Sovet qurultayı Azərbaycan SSR-in konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə respublikada insanlar iki növə bölündü. Bacarıqlıları istismarçı ünsürlər adlandırıb, onları seçib və seçilmək hüququndan məhrum etdilər. Xızı-Bərmək mahalında da bu fərqlənmə zərərli rolunu oynadı və əhalinin narazılığına səbəb oldu. Kommunist partiyasının X qurultayında A.Mikoyan demişdir ki, Bakı çox inkişaf etmiş şəhərdir və onun kapitala ehtiyacı yoxdur. Düşmən burada da öz hiylə və məkrini işə salır. 72


Mərkəzi hökumət tərəfindən Bakıya kapital az ayrılır. 1921-ci ilin mayında Azərbaycan müvəqqəti inqilab komitəsi Azərbaycan Mərkəzi icraiyə komitəsinə çevrildi. Bütün bunlar kağız üzərində yazılsa da Azərbaycan Moskvadan idarə olunurdu. 1921-ci ildə S.Kirovun və A.Mikoyanın səyi nəticəsində Ermənistana milyon yarım pud Bakı nefti göndərildi. Buna əlavə olaraq Ermənistana 50 vaqon çörək və 48 sistern neft göndərilmişdir.6 Azərbaycanın başqa yerlərində olduğu kimi Xızı-Bərmək mahalında da kənd təsərrüfatı acınacaqlı vəziyyətdə idi. Əkin sahələri 1913-cü ilə nisbətən 35 faizə qədər ixtisara düşdü. Maldarlıq 43 faiz azalmışdı. Qılızı, Damqulu, Həmyədə olan üzüm bağlarının bir hissəsi məhv olmuşdu. Kənd təsərrüfatı avadanlığı çatışmırdı. Kəndlilərin istifadə etdiyi xışlar köhnəlmiş və arabalar sıradan çıxmışdı. Şura hökumətinin ilk illərində neft və digər sənaye sahələrində işsizlərin sayı artmışdı. Bakıda 32 min mütəxəssiс fəhlə işsiz idi. O cümlədən, xeyli dağlılar da öz iş yerlərini itirmişdilər. 1922-ci ildə Azərbaycan Zaqafqaziya Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. Bununla Respublikanın hüquqları məhdudlaşdırıldı. SSRİ-nin yaradılması ilə Azərbaycan əyalətə çevrildi. Zaqafqaziya Federasiyasının və SSRİ-in Lenin ideyalarına əsasən yaradılmasına qarşı Xanbudaqov, S.M.Əfəndiyev, dağlı ziyalılardan Cəfər Cabbarlı, Molla Məhəmməd Cəfər, Ağabəy Abdullabəyov, Əlihüseyn Dağlı, Hüseynağa Məmmədbəyov, Rasim Nəzərli və başqaları çıxırdılar. Onlar Azərbaycan respublikasının hüquqlarına hörmət, idarələrdə milli kadrların səmərəli istifadəsini tələb edir, Bakı neftinin aparılmasına razı deyildilər. Kirov, Mikoyan, Mirzoyan, Sarkis deyirdilər ki, Bakı Azəri türklərinin şəhəri deyil, beynəlmiləl proletar şəhəridir, o, Rusiya ərazisinə qatılmalıdır. Onlar Azərbaycanlı kommunistləri «millətçi uklonist» adlandırırdılar. Bu zaman Xızı-Bərmək mahalında kənd təsərrüfatını canlandırmaq vəzifəsi çox mühüm əhəmiyyət kəsb edirdi. Əhalinin 90 faizi kənd təsərrüfatı ilə məşğul olurdu. Zəhmətkeş 73


kəndlilərin gündəlik əməyi sayəsində işlər yaxşılaşdı. Xeyli taxıl əldə edildi. 1923-cü ildə kənd təsərrüfatı məhsulları qiyməti ilə sənaye məhsullarının qiyməti arasında kəskin fərq yaranmışdı. Kənd təsərrüfatı məhsulu ucuz, sənaye məhsulu isə çox baha idi. Xızı-Bərmək kəndliləri bazara məhsul çıxartmırdılar. Şura hökuməti kənd təsərrüfatı məhsullarının qiymətini artırdı. 1925-ci ildə Xızı-Bərmək mahalında Azərbaycan kənd təsərrüfatı kooperasiyasının şöbəsi açıldı. Şura hökumətinin siyasi tədbirləri nəticə vermədi. Bu da ölkədə siyasi narazılığa və çıxışlara səbəb oldu. 1925-ci ildə Azərbaycan daxili komissarlığının yazdığı raportunda 52-dən artıq üsyan hadisəsinin olduğu qeyd edilir.7 Belə üsyanlar Azərbaycanın digər yerlərində оlduğu kimi XızıBərmək mahalında da olmuşdur. Mahalda varlı kəndliləri sıxışdırır, onların əmlakını müsadirə edirdilər. Bəzi kəndlilər belə haqsızlığa dözməyib, qaçaqçılıq edirdilər. Bunlardan Eyvaz Mahmudoğlu, Qurban Hüseynoğlu və başqaları silah götürüb meşəyə çəkilmişдilər. Onlar dəfələrlə milis dəstələri ilə üz-üzə gəlib, aradan çıxmışlar. Sonradan onlar üzə çıxmış, barışdırıcı mövqe tutmuşlar. Bütün bunlar 1928-ci ildə ölkədə çörək qıtlığı yaratdı. Şura hökuməti kəndlilərdən taxılı güclə almaq məqsədilə fövqəladə üçlük təşkil etdi. Bu üçlük taxılı verməyən kəndliləri həbs edirdi. Xızı-Bərmək mahalında olan kəndlilər canlarını götürüb Bakıya qaçırdılar. Beləliklə, kəndlər boşalırdı. Bacarıqlı kəndliləri qolçomaq adlandırıb mallarını əllərindən alıb, özlərini də həbs edirdilər. Bu dövrdə özbaşınalıq hökm sürürdü. Xızıda maarifin inkişafında xidmətləri olan və müəllimlik edən Molla Kəрbəlayı Məhəmməd Cəfəri varlı kəndli kimi həbs edib, bəylik məhəlləsində olan binasını, torpaq sahəsini, mal-qarasını əlindən alırlar. Molla Kəрbəlayı Məhəmməd Cəfər vaxtı ilə Xızıda işləmiş və o dövrdə rəhbər vəzifə tutan xeyirxah şəxs tərəfindən həbsdən azad edilib, əmlakı özünə qaytarılıb və adı qolçomaqlar siyahısından çıxarılıb. Şura hökumətinin sənayeləşdirmə сiyасəтi qorxutma və nəyin bahasına olursa olsun ideyasına əsaslanırdı. Mütəxəssis 74


kadrlar çatışmırdı və texnika zəif idi. Tikintilərdə işlər əl əməyinə əsaslanırdı. Bolşeviklər sənayeləşdirmə işində öz aralarında ikiyə bölündülər. Stalinçilər və onların əleyhinə olan TrotskiçiZinovyevçilər bloklarına bölündülər. Belə bölgü ilk partiya təşkilatlarını da əhatə etdi. Bakıda bir çox erməni bolşevikləri A.Mikoyan, L.Mirzоyan, Sarkis və başqaları yığıncaqlarda çıxış edib Azərbaycanlı kadrları Trotskiçi kimi sıradan çıxarırdılar. Əvvəlcə partiya sıralarından xaric edirdilər, sonra isə həbs edirdilər. Trotskiçiləri ilk növbədə bəy, feodal və axund övladları arasında axtarırdılar. Ağayev Mirzəağa Bahadır bəy oğlunu tərcümeyi halında atasının bəy olmasını yazdığına görə partiya sıralarından xaric etdilər. O, Zaqafqaziyanın paytaxtı Tiflisə gedib, orada partiya rəhbərliyində işləyən Əlihüseyn Dağlının köməyi ilə partiya sıralarına bərpa edildi. Xızılı Əbdülcavad Nəzərli partiya sıralarından xaric edildi. Partiya sıralarından xaric olunanların sayı çox idi. Yeni iqtisadi siyasət də özünü doğrultmadı. Ölkədə kənd təsərrüfatı məhsulları, əsasən çörək qıtlığı yaranmışdı. 1928-ci ilin əvvəllərində taxıl tədarükündəki çətinliklər zamanı zorakılıq tətbiq edilir, varlı kəndlilərlə mübarizə kəskinləşir, elə bil ki, insanlar çörəklə imtahana çəkilirdi. Şura hökuməti 1928-ci ildə çörək kartoçkasına keçməklə insanları aclıq ölümündən xilas etdi. Hökumət 1934-cü ildə kartoçka sistemini ləğv edib, çörəyin sərbəst satışına icazə verdi. Bakıda kolxoz bazarı təşkil olundu. Xızı-Bərmək kolxozçuları artıq məhsullarını bazara çıxarıb satırdılar. Onlar həyətyanı təsərrüfat sahəsindən səmərəli istifadə edirdilər. 1930-cu ildə Xızı kəndinin rayon mərkəzi olmasının mühüm iqtisadi-təsərrüfat əhəmiyyəti vardır. Həm də siyasi cəhətcə böyük tarixə malik olan Xızının adı, mahalın ətraf yerlərində də tanınır. Bu dövrdə dağlı məhəlləsində gənclər təhsilə yiyələnmək və sənətkar mütəxəxəssis olmaq həvəsində idilər. Bunun üçün şərait də yaranmışdı. Bakıda orta ixtisas məktəbləri və ali məktəblər açılmışdı. Xızı-Bərmək dağlılarından müxtəlif ixtisaslar sahəsində yetişmiş ixtisasçıların sayı artırdı. Əbdül Hacızadə 1913-cü ildə Dərə Zarat kəndində anadan olmuşdur. 75


Azərbaycan Dövlət Sənaye İnstitutunu bitirmişdir. O, “Azneft” geoloji kəşfiyyat idarəsində mühəndis - geoloq vəzifəsində işləmişdir. Siyəzən neftinin kəşfində fəal iştirak etmişdir. Sevastopolda cəsarətlə döyüşüb. Hacıağa Eyvazov indiki Neft Akademiyasına daxil olub, oranı 1934-cü ildə bitirir. O, Abşeronun neft mədənlərində baş mühəndis vəzifəsində çalışır, Binəqədidə trest müdiri vəzifəsinə qədər yüksəlir. Müharibə illərində döyüşən ordu üçün neftçilər tərəfindən göndərilən isti geyim və ərzaq bağlamalarını onlara çatdırmışdır. Müharibədən sonra Pirallahı neft mədənlərinin baş mühəndisi vəzifəsində çalışmışdır. O, hökumət tərəfindən orden və medallarla təltif olunmuşdur. Eyvazov Musa 30-cu illərin axırlarında respublikanın tanınmış neft mühəndisi idi. O, dövlət tərəfindən orden və medallarla təltif olunmuşdur. Musa oxuduğu institut yoldaşlarının böyük hörmətini qazanmışdır. Onun ən yaxın dostu Süleyman Vəzirov idi. Süleyman Vəzirov Musanın dəfnini təşkil etmiş və onun üçün qara mərmərdən мəзар düzəltdirib sinə daşının üstünə «Süleymandan» sözlərini yazdırmışdır. O, Məmməd İskəndərov və Ənvər Əlixanovla dost idi. 1930-cu illərdə dağlı gənclərinin bir hissəsi orta ixtisas məktəblərini və ali məktəbləri bitirib, müxtəlif peşələr üzrə çalışaraq, respublikada ziyalı ordusunun ilk cəbhələrində idilər. Abşeronda məşhur olan Şurabad bağları yayda dağlıların istirahət məkanına çevrilmişdi. Şurabadda ovdanın qərbində olan Ələkbərin bağında yay istirahətini keçirən dahi dramaturq Cəfər Cabbarlı «Almas» əsərini yazdı. O, çay içmək istərkən həyat yoldaşı Sona xanıma şerlə müraciət edib:8 Ay Sonası çay gətir mənimçin, Qələndərəm pay gətir mənimçin, Bağ yeridir qəndi çox işlətmərəm İstəyirsən say gətir mənimçin. 76


Böyük şair Mikayıl Müşfiq də Abşeron bağlarını, füsünkar Xəzər dənizini sevib, öz sevgilisinə ithaf etdiyi «Yenə o bağ olaydı» kimi müasir Azərbaycan şerinin incisini yaradaraq yazıb:9 Yenə o bağ olaydı, yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq… Yenə o bağ olaydı, yenə o qumlu sahil, sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, dalıb ilham alaydım. Şura hökuməti yanlış mövqe yeridib, əhalinin şəxsi əmlakını azaldıb, onların marağını kolxozlara cəmləşdirmək niyyəti ilə 1938-ci ildə Xızı-Bərmək mahalında Şurabad, Xəl, Həmyə, Quleydar, Damqulu və başqa kəndlərdəki bağları, sahiblərindən alıb, kolxoz malı etdi. Bununla da baxımsızlıq üzündən bağlar sıradan çıxdı. Şura hökuməti hiss etdirmədən öz siyasətini yeridirdi. İnsanları bolşevikləşdirməyə, hökumətə qulluğa cəlb etməyə çalışırdı. Şura təbliğatına uymayanların adı qara siyahıya salınıb, nəzarətə alınırdı. Bolşevik idarə orqanları savadlı və camaat arasında hörməti olan adamlara nəzarəti gücləndirirdilər. Azərbaycanda Şura hökuməti yarandığı ilk gündən dəhşətli repreсsiyalar başlamışdır. İlk illərdə kapitalist, mülkədar, bəy və axundlara qarşı şiddətli qətillər aparılırdısa, 1937-ci ildə isə Sovet hakimiyyətini quranlara və müstəqil fikirləşmə qabiliyyətli şəxslərə qarşı aparılmışdır. Respublikada şəxsiyyət pərəstişinin tüğyan etdiyi dövrdə Giləzi kəndinin ağsaqqalı, bacarıqlı təsərrüfat başçısı Novruz Novruzovun rəhbərlik etdiyi kolxoz Moskva Ümumittifaq kənd təsərrüfatı sərgisində nümayiş etdiriləcəyi ərəfədə o, partiya sıralarından xaric edildi. Novruzun qardaşı Əlican Novruzovu həbs etdilər. Novruzun qardaşı oğlu Moskvada Şərqşünaslıq 77


institutunu bitirib, Tacikistanda rəhbər və məsul vəzifələrdə işləmiş Cəfər Novruzov həbs edilib və məhv edildi. Moskva Pedoqoji İnstitutunun Coğrafiya fakultəsini bitirib, Azərbaycana gəlib müəllim kimi işləmiş Həbib Hacıyev saxta ittihamlarla ağır cəzaya məhkum edildi. Bu dövrdə Respublikanın hörmətli ictimai xadimi, Naxçıvan Muxtar Respublikasının başçısı Məmmədhüseyn Cəbrayılov həbs olundu. Şerləri ilə hörmət qazanmış şair Əlirza Abdullayev həbs edilib, sürgünə göndərildi. Görkəmli müəllim Qulam Həsənzadə, Hacı Seyid Zəki Ağa, Seyid İlyas Ağalarova qarşı saxta şahidlər təşkil edərək, uydurma ittihamlarla həbs edib, onları məhv etdilər. Dərbəndin qazısı olmuş Hacı Axund Qiyamın nüfuzundan qorxan hökumət onu Ən ağır cəzaya məhkum etdi. Şəxsiyyətə pərəstiş dövründə cəzalandırılan dağlıların qatilləri erməni-daşnak-kommunistlər olmuşlar. Moskvanın mərkəzində əyləşən Mikoyanın əmrlərini həyata keçirən Sumbatyan (Sumbatov), Qriqoryan, Markaryan, Akopyan (Akopov), Baqdasaryan (Baqdasarov), Şmovon Rüstəmbəkyan (Rüstəmbəyov) saxta silist üsulu ilə çox adamı məhv etmişlər. Azərbaycan Ali Məhkəməsinin xüsusi komissiyasının sədri Qrbelyan saxta protokol tərtib edib, çoxlarına ölüm hökmü oxumuşdur. Azərbaycanda özünə yuva tapmış erməni mənşəli rəhbər işçilər uzun illər antitürk siyasətini fəal həyata keçirir, Azərbaycanlıların görkəmli şəxslərini məhv edirdilər. 1937-1938ci illər Azərbaycanda elm və mədəniyyət xadimlərinin yerli bolşeviklər və erməni daşnakları tərəfindən qanı axıdılan dövr idi. Bu dövrdə məhv edilənlər elm və mədəniyyətimizin tacları idilər. Sovet hökuməti millətin şəxsiyyəıtlərini məhv edib, valideynləri yoxsul olan fəhlə və kəndli gənclərini vəzifələrə irəli çəkirdi. Bu gənclərin arasında rus, erməni və digər millətlərlə evlənənlər var idisə, onlar heç bir maneə ilə rastlaşmadan yüksək vəzifələrə sahib olurdular. Xızı-Bərmək mahalının kolxozlarında torpaq sahələrindən səmərəli istifadə edilmirdi. Kolxozçular əmək gününə az məhsul aldıqlarından, adları kolxozda olsalar da özləri 78


digər işlərdə çalışırdılar. Hökumət məcburi tədbirlərə əl ataraq azı hər nəfər üçün 100 əmək günü müəyyənləşdirdi. İl ərzində 100 əmək günü olmayan kolxozçular kənddən sürgün edilirdilər. Mahalın kolxozlarında iri buynuzlu heyvanların sayı azalırdı. Malqaranın yemi çatışmırdı. Bu nöqsanlar kolxozçuların azalmasına səbəb olurdu. Faşist Almaniyası Sovet Rusiyası üzərinə qəflətən basqın etdi. Xızı-Bərimək mahalında ordu sıralarına səfərbərlik edildi. Novruz Novruzov, Ələsgər Yusifov, İsa İsayev, Əliyoldaş Məmmədov, Oruc Mikayılov, Bəşir Bəşirov, Allahverdi Rzayev, Qulam Quliyev Qafqazdan Berlinə qədər rəşadətli döyüş yolu keçmişlər. Müharibədə iştirak edən alman faşizminə qarşı vuruşlarda rəşadət göstərən Ağabaлa Abdullayev, Yəhyə Hüseynov, Xələf Cavadov igidliklə döyüşüb həlak oldular. Hitler faşizminin məhv edilməsində Xızı-Bərmək dağlılarından şəhid olanların adları kəndlərdə ucaldılmış abidələrlə yad edilir. Xızı-bərmək mahalının aslan xasiyyətli qızları alman faşizminə qarşı mübarizəyə cəlb edilib, ordu sıralarında qardaşları ilə bir cəbhədə döyüşüblər.Onlardan Sinavər xanım Cəbiyeva (Məmmədova) 1924-cü ildə Xızıda anadan olmuşdur. O, Xızı orta kənd məktəbini bitirib, ali təhsil almaq istəyirdi. Qəflətən başlayan müharibə çoxları kimi Sinavər xanımın da istəyinə mane oldu. O, instituta getmək əвəзinə alman-rus müharibəsinə getdi. Sinavər xanım 1942-ci ildən 1945-ci ilə kimi müxtəlif cəbhələrdə qəhrəmanlıqla döyüşmüş və dövlət tərəfindən «Qafqazın müdafiəsi уğrunda», «Almaniya üzərində qələbəyə görə» medalları və «II dərəcəli vətən müharibəsi» ordeni ilə təltif olunmuşdu. Sinavər xanım cəbhədən gələndən sonra xalq təsərrüfatının müxtəlif sahələrində şərəflə çalışmış və ailə həyatı qurmuşdur. O, uzun müddət ticarətdə qüsursuz xidmət etdiyinə görə o dövrdə 2 saylı xüsusi mağazanın müdiri işləmişdir. Sinavər xanım işdən ayrılmayaraq Ticarət Universitetini bitirib ali təhsilli mütəxəssis olmuşdur. O, beş uşaq böyüdüb, onlara ali təhsil verib və ev-eşik 79


sahibi etmişdir. Sinavər xanım 2003-cü ilin aprelində dünyasını dəyişmişdir. Rus-alman müharibəsində şəfqət bacısı kimi xidmət edən Gülnisə xanım Yunusova ən gərgin döyüş meydanlarından yaralanmış döyüşcüləri ölüm pəncəsindən xilas edib, onları təcili olaraq arxa cəbhədəki hərbi xəstəxanalara çatdırırdı. Gülnisə xanım döyüş meydanlarında yaralı döyüşçülərə böyük qayğı ilə yanaşdığı üçün dövlət tərəfindən orden və medallarla təltif olunmuşdur. O, böyük komandir rütbəsinə yüksəlmişdi. Gülnisə xanımın haqqında cəbhə qəzetləri dəfələrlə məqalələr yazmış və onun hünərli tibb işçisi olması ətraflı şərh edilmişdir. Rubaba xanım Əhmədova Bakıdan Krım cəbhəsinə göndərilir. Müharibədə döyüşlərdən yazan yazıçılar Rubaba xanımın Krımda döyüş dövründəki fəaliyyətindən, faşist təyyarələrinin Qara dənizdə yaralı döyüşçülərini gətirən gəmisinin atəşə tutulmasını, Rubaba xanımın şəfqət bacısı kimi igidliyi və yaralılara qayğı ilə yanaşması geniş yazılmışdır. Rubaba xanımın cəbhə meydanlarındakı rəşadəti haqqında o dövrün ədəbiyyatında geniş yazılıb və Rubaba xanımın qəhrəmanlığının sorağı Azərbaycana da gəlib çatdı. Rubaba xanım haqqında Sovet İttifaqı Qəhrəmanı Akademik Ziya Bunyaдov da yazmışdır. Rubaba xanım Qafqazdan Berlinə qədər qəhrəmanlıqla döyüşmüş, dövlət tərəfindən üç döyüş ordeni və medallarla təltif olunmuşdur. Gülnisə xanım və Rubaba xanım müharibədən sonra öz vəzifələrini şərəflə yerinə yetirmişlər. Onlar ailə qurub ana və nənə olmuşlar. Rubaba xanım, Gülnisə xanımın, Sinavər xanımın və digər Azərbaycanlı qızlarının rus-alman cəbhəsində göstərdikləri qəhrəmanlıqlar Azərbaycan tarixində şərəfli bir səhifədir. Bu qəhrəman qızlar ana və nənə olub dünyasını dəyişsələr də xalqımız tərəfindən həmişə yad ediləcəklər. Arxa cəbhədə çalışıb orduya kömək edənlərdən Camal Sadıqov bacarıqlı təsərrüfatçı və el-obasına sədaqətli adam idi. Ondan köməklik istəyənlərə təmənnasız yaxşılıq edərdi. Camal 80


Sadıqov dostluqda sədaqətli, duz çörək qədrini qiymətləndirən şəxsiyyət idi. Səfərəli Rzayev Giləzidə kolxoz təsərrüfatında bacarıqlı briqadir sаyılırdı. O, rəhmli və mehriban insan idi. Səfərəli Rzayev Xızı axundlarından yaxşı təhsil almışdı. O, dini mərasimləri gizli həyata keçirirdi. İnsanlara əlindən gələn köməklik edir və kasıblara qayğı göstərirdi. Səfərəli Rzayev Giləzi kəndinin ağsaqqalı idi. Xanəhməd Canəhmədov Baxşılı kolxozunun təsərrüfatına bacarıqla rəhbərlik edirdi. O, rayonda olan uşaq evinə qayğı göstərir, kimsəsiz uşaqları sevindirirdi. Kənddə olan əsgər ailələrinə və kasıblara taxıl verir, bir çoxlarını aclıq ölümündən xilas edib. Baba Nağızadə Şurabad kəndində baş çobançılıqdan Xızı rayonunun baş zootexnik və kənd təsərrüfat şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlir. O, bacarıqlı, işguzar olduğundan dövlət tərəfindən yüksək ordenlə təltif edilib və birinci çağırış Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Dağquşçuda Xəlil Cəfərov, Əngəlanda Hacıəli, Findiqanda Əjdər Babayev, Dəmquluda Ağababa Quliyev, Qarabulaqda Qafur, Xızıda Məmmədəli və Cabbar Cavidov qardaşları, Qululuda Hüseyn, Tıxlıda bağban Həsən arxa cəbhədə bacarıqla işləyib və cəbhəyə yardım kompaniyasında fəallıq göstəriblər. Ağabala Ağabalayev təsərrüfatda öndə gedənlərdən idi. O, camaatın xeyir işlərində onlara yaxından kömək edirdi. Müharibə dövründə rəhbər işlərə irəli çəkən gənc qızlardan Xızı rayon İcraiyyə Komitəsinin sədrinin əsgər ailələrinin işi üzrə məsul olan müavini Gülsənəm Xanım Ağayeva, rayon Gənclər təşkilatının rəhbəri Şəhrəbanı xanım Məmmədova əsgər ailələrinin işlə təmin olunmasında yaxından iştirak edirdi. Giləzi kəndində işləyən qadınların uşaqları üçün bağça təşkil olunmuşdu. Bağçaya rəhbərlik edən Məsmə xanım Novruzova körpələrin sağlamlıqlırına xüsusi diqqətlə yanaşırdı. Analar ondan çox razı idilər. Gülbacı xanım Rzayeva kolxozun taxıl yığımında fəal 81


işləmiş və əsgər ailələrinə yardım etmişdir. O, illərdə maliyyə işlərində çalışmışdır. Gülbacı xanım gözəl ana və nənədir. Azərbaycan nefti Hitler faşizminin darmadağın edilməsinə yönəldi. Bunun üçün yeni kadr hazırlığı işi günün vacib məsələsi oldu. Müharibə dövründə 70 minə qədər neftçi mütəxəssis fəhlələr yetişdirildi. Bunlardan bir çoxu tanınmış mütəxəssis neftçilər kimi şöhrətlənmişlər. Xızı-Bərmək dağlıları yeni sənətə yiyələnib Siyəzənneftdə səylə çalışırdılar. Rus-Alman müharibəsi illərində Bakı döyüşən ordunun cəbhəxanasına çevrildi. Bakıda 130 növ müxtəlif silah, hərbi sürsat hazırlandı. Bu işdə gənc dağlı qızları və qadınları da böyük əmək sərf etdilər. Hitler Bakını 1942-ci ilin 25 oktyabrında almağı generallarına tapşırmışdı. Bu vaxt Bakının müdafiəsi təşkil olundu. Bu işə minlərlə dağlı gəncləri cəlb edildi. Bakının ətrafında müdafiə qurğuları yaradıldı. Faşistlərin Qafqaz üzərinə hücumu dayandırıldı. Qafqazın ətəkləri və dağları yüz minlərlə faşist üçün məzara çevrildi. Hitlerçilərin Qafqazı işğal etmək planları iflasa uğradı. Müharibə illərində Xızı-Bərmək mahalının dağ kəndlərində əkin sahələri azaldı. Əhalinin taxıla olan tələbatı artaraq, çörək qıtlığı yarandı. Mahalda Şurabad kəndində kolxoz təsərrüfatında məhsuldarlıq aşağı düşməmişdi və xeyli taxıl əldə edilmişdi. Şurabadlılar digər kəndlərin əhalisinə də kömək edirdilər. Şurabadın məşhur üzüm-əncir bağları hələ sıradan çıxmamışdı. Dağ kəndlərinin əhalisi isə palaz, xalça, dünyada şöhrət tapan Kuznetsovun çini firmasının məhsullarını taxıla dəyişirdilər. Dağ kəndlərinin əhalisi dolanacaq dalınca Bakıya və qatar dayanacaqlarına gəlirdilər. Beləliklə, dağ kəndlərində adamlar azaldı, kəndlər acınacaqlı görünüş aldı. Kolxozlarda işçi qüvvəsinin azlığı, kolxozlarda əmək günləri düzgün sərf edilməmiş, kolxoz mülkiyyəti dağıdılıb, əkin sahələri əskilmiş və məhsuldarlıq azalmışdır. Ölkədə planlı təsərrüfat olduğundan Azərbaycanın da Sovet ölkəsinin əyaləti kimi planı var idi. O, cümlədən Xızı-Bərmək mahalında da planla kənd təsərrüfatında məhsuldarlığı çoxaltmaq, əkin sahələrini artırmaq və maldarlıq fermalarının sayını genişləndirmək idi. Bu plan və 82


qərarlar kağız üzərində qaldı. Şura hökumətinin baxımsızlığı və özbaşınalığı üzündən dağ kəndləri boşaldı və uçulub xarabalığa döndülər. Şura hökuməti Bakıda və Abşeron kəndlərində dağlı məhəllərinin olmasından və Bakının yaxınlığında Xızı-Bərmək mahalındakı əhalidən ehtiyat edib, kəndlərin tədricən yox edilməsinə başladı. 1946-cı ildə 110 kənd olsa da onlarda əhali elə azalmışdı ki, ancaq kəndlərin adı qalmışdı. 1960-ci illərdə həmin kəndlərin üçdə iki hissəsi yox olmuşdu. Müharibədən sonrakı illərdə də Azərbaycanda şəxsiyyətə pərəstiş mənfi fəsadlar yaratdı. Belə bir faktı demək kifayətdir ki, Azərbaycanda 1933-cü ildən 1953-cü ilə kimi müddətdə günahsız olaraq 250 min nəfər cəzalandırılmış, Sibirə və Qazaxıstana sürgün edilmişdir. İ.Stalinin fəhlə sinfi və gənclər arasında nüfuzu var idi. Buna da başlıca səbəb, Sovet dövlətinin ikinci cahan müharibəsindən qələbə ilə çıxması və ölkənin siyasi qüdrətinin artması idi. İ.Stalin 1953-cü ildə vəfat etsə də, hələ iki il onun iş üsulundan yaranmış vəziyyət davam edirdi. 1960-ci illərdə Azərbaycanda gözəl ənənə yarandı. Bu hər kəndi kiçik Bakıya çevirmək fikri idi. Bu fikri irəli sürənlər Sumqayıt sənaye müəssisələrinin fəhlələri idi. Sumqayıt fəhlələri kolxoz kəndlərini abad edib, şəhər qəsəbəsinə bənzətməyi əsas məqsəd hesab etdilər. Buna görə Saray, Şurabad, Xızı və başqa kəndlərin abadlığına nail oldular. Bu da əhalinin Xızı və digər dağ kəndlərindən köçməsinin qarşısını almadı. Dağ kəndlərindən əhali boşaldı. Dağ kəndlərindən gələnlərin bir qismi Qızılburun (Siyəzən), və Nososluya (H.Z.Tağıyev qəsəbəsi) gəldilər. Onlar orada inkişaf etdtrilən balıq sənaye mərkəzində çalışırdılar. Burada nərə, kütüm, çəki, suf, xəşəm, şaщmayı və başqa növ balıqları Xəzər dənizindən tutub və qurudub ölkənin başqa yerlərinə göndərirdilər. 1969-cu ildə Azərbaycan bütün başlıca sosial-iqtisadi göstəricilərə görə SSRİ-də geridə qalmış respublika sayılırdı. Respublikanın rəhbəri seçilən Heydər Əliyevin bacarığı sayəsində 83


1970-ci illərin ikinci yarısında Azərbaycanda Milli gəlir artdı. Respublikada sənayenin yeni sahələri yarandı, kənd təsərrüfatında üzümçülük, pambıqçılıq sahələri genişləndirildi. Bunların nəticəsi olaraq Azərbaycan SSRİ məkanında iqtisadi cəhətcə irəlidə gedən respublika sayıldı. 1970-1982-ci illərdə ölkənin Ən mühüm ali məktəblərində respublikamız üçün 17 mindən çox yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. Onların arasnda Xızı-Bərmək mahalının bacarıqlı gənc oğlan və qızları da var idi. Həmin mütəxəssislər respublikada xalq təsərrüfatının bütün sahələrində bacarıqla işləyirdilər. Qədim mədəniyyətə malik Xızı-Bərmək dağlıları dünya şöhrətli şəxsiyyətlər yetişdirdiyi kimi, xalq təsərrüfatının bütün sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş zəhmət adamları da yetişdirmişdir. Şura hökumətinin ilk tədbirlərindən biri savadsızlıq və azsavadlılığın ləğvi üçün evlərdə kursların təşkili idi. XızıBərmək mahalında və Bakının dağlı məhəlləsində kurslar təşkil edib, əhalini savadlandırırdılar. Bu işin təşkilində tanınmış müəllimlərdən Hadi Paşazadə, Qulam Həsənzadə, Moлla Kəрbəlayı Məhəmməd Cəfər, Zəbihulla Axundov və başqaları xeyli zəhmət sərf etmişlər. Azərbaycan həyatında mühüm hadisə olan mədəni inqilabda fəal iştirak edən müəllimlərlə yanaşı o dövrün ziyalı qadınları da çox çətin bir şəraitdə fəaliyyət göstəriblər. Sona xanım Cabbarlı dağlı məhəlləsində yaşayan savadsız gənc qadınları savadlandırmaq, onlara əlifbanı və yazıb oxumağı öyrədirdi. O, qadınlarla dil tapıb, onları savad almağa həvəsləndirirdi. Sona xanım dərs dediyi qadınları Cəfər Cabbarlının «Aydın», «Sevil», «Almas» tamaşalarına aparırdı. Tamaşadan sonra əsəri təhlil edirdilər. Tamaşa etdikləri əsərlər onların dünya görüşünün genişlənməsinə kömək edirdi. Onların təhsilə bağlılığı artırdı. Dövrünün tanınmış ziyalılarından Hadi Paşazadə pedoqoji məqalələri ilə müəllimlərə metodiki köməklik etmişdir. O, Azərbaycan Dövlət Universitetində də dərs deyirdi. Deyə bilərik ki, Xızı-Bərmək dağlıları arasında oxuyub-yazmağı bilməyənlər yox idi. Məktəb yaşlı uşaqlar ibtidai təhsilə sahib 84


olmuşdular. İyirminci illərin ortalarında məktəb yaşlı qızların oxumağa cəlb edilməsi o qədər də asan deyildi. Bu fövqəladə hadisə kimi qarşılanırdı. Şura hökumətinin ilk illəri məktəblərdə təhsil pulsuz idi. Məktəblərdə şagirdlər Azəri türk dilində oxuyurdu. Müəllimlər Xızı-Bərmək mahalında ev-ev gəzib məktəb yaşlıları oxumağa cəlb edirdilər. Bakıda dağlılar qızlarını Həsən bəy Zərdabinin həyat yoldaşı birinci dərəcəli məktəbin direktoru Hənifə xanım Məlikovanın məktəbini seçirdilər. Hənifə xanıma etibar edirdilər. Hənifə xanım Məlikovanın direktor işlədiyi məktəbdə ənənəyə çevrilmiş şərəf və ləyaqətin qorunmasına və şəxsiyyət bütövlüyü istiqamətində formalaşmaya əsas yer verilirdi. Sona xanım Tağızadə orta məktəb şagirdi olarkən dağlı məhəlləsində savadsız gənc qadınları savadlandırmaq kimi çətin və şərəfli iş aparırdı. Gənc qadınlar Sona xanımı çox sevirdilər. Xızı-Bərmək mahalında və Bakının dağlı məhəlləsində əhalinin savadsızlığının ləğv edilməsi onların mədəni səviyyələrinin yüksəlməsinə və dünya görüşlərinin artmasına geniş şərait yaratdı. Şura hökuməti icbari ibtidai təhsilin həyata keçirilməsinə dair bir sıra əməli tədbirlər gördü. Xızı-Bərmək mahalında 8-dən 15 yaşına qədər uşaqlar məktəbə cəlb edilirdi. Kəndlərdə ibtidai məktəblər təşkil edildi. Həmin məktəblər müəllimlə təmin edilirdi. Bu işə dini təhsili olanlar da cəlb edilmişdi. 1934-cü ildə XızıBərmək mahalında 20 faizə qədər uşaq kənarda qalıb, məktəbə cəlb edilməmişlər. Bunların əksəriyyəti 10-15 yaşında qızlar idi. Bu dövrdə qızların məktəbə cəlb edilməsi təhsil sahəsində çətin problemlərdən biri idi. Mahalda yeddi illik və orta məktəblərin sayı artırdı. Bakıda açılmış orta texniki məktəblərdə, fəhlə fakültələrində və axşam ümum-təhsil məktəblərində dağlı gənc oğlan və qızlar təhsil alırdılar. 1940-ci ildə dağlı ailələrində həkim, mühəndis, müəllim, aqronomların sayı artmışdır. Respublikada olan ziyalılar təbəqəsində dağlılar layiqli yer tuturdular. 85


Xızı-Bərmək mahalında da 1959-cu ildən məktəb yaşlı uşaqlar üçün icbari səkkizillik təhsil müəyyən edilir. Bu işləri həyata keçirmək üçün müəllimlərin təhsilinin qiyabi yolla artırılmasına diqqət artırıldı. Bir çox müəllimlər işdən ayrılmadan təhsilini artırmaq məqsədi ilə qiyabi Pedoqoji İnstitutda oxuyub yaxşı mütəxəssis kimi yetişmiş və gənc nəslin maariflənməsində fəal çalışmışlar. Bunlardan Səriyyə xanım Məmmədova, Gülbibi xanım Məmmədova, Ziyarət xanım Yusifova, Raziyə xanım Dadaşzadə, Ədilə xanım Eyvazovanı göstərmək olar. Müəllimlik peşəsini sevən Məryam xanım Həsənova, Ceyran xanım Cəbiyeva, Ağabacı xanım Əskərova, Pakizə xanım Məmmədova vəzifələrini şərəflə yerinə yetirirlər. Şura hakimiyyəti dövründə Azərbaycanda ədəbiyyatda və incəsənətin çox sahələrində irəliləyişlər olmuşdur. Dağlılar da Azəri türk ədəbiyyatına dahi dramaturq Cəfər Cabbarlını, böyük şair Mikayıl Müşfiqi və onlarla tanınmış şair, yazıçı, alim, rəsam, memar, müğənni, aktyor bəxş etmişdir. Şura hökuməti ilk günlərdə xalqın mənəviyyatına ağır zərbələr vurdu. Bir çox adət və ənənələrə qadağa qoyuldu. Maarif, elm, ədəbiyyat və incəsənət proletariat diktaturasının möhkəmlənməsinə və proletar beynəlmiləlçiliyinə yönəldi. Ədəbiyyat və incəsənət xadimlərindən də proletariat diktaturasının yaratdığı siyasi və iqtisadi-ictimai dəyişikliklərin işıqlandırılmasını əks etdirmək tələb olunurdu. Hətta qəzəl janrından sosialist realizmi tələb edilirdi. Meyxana janrı qadağan edilmişdi. Qeyd etməliyəm ki, mövcud hakimiyyət ədəbiyyat və incəsənət üzərində ciddi senzura qoymuşdu. Bacarıqlı şair və yazıçılar fikirlərini eyhamlarla xalqa çatdırırdılar. Dahi dramaturq Cəfər Cabbarlı böyük ustalıqla əsərlərində fərdiyyəçiliklə kollektivçiliyi birləşdirirdi. 1925-ci ildə Xızı məktəbində ilk dəfə olaraq Cəfər Cabbarlının «Aydın» əsərini səhnələşdirdilər. Bu işdə rəssam Rasim Nəzərli xeyli əmək sərf etmişdir. 1934-cü ilin avqust ayında Moskvada M.Qorkinin başçılığı ilə keçən yazıçılar qurultayında çıxış edən Cəfər Cabbarlı deyib: «Yazıçıların məqsədi yeni quruculuğu əsərlərində əks 86


etdirib, həmfikir qardaşlarını bu işə cəlb etməkdir»10. Bu dövrdə böyük şair Mikayıl Müşfiq lirik şerləri ilə realizm janrını zənginləşdirdi. O, sevgilisi Dilbər xanıma ülvi məhəbbət bəsləyərək bədahətən deyib:11 Mən sənin gözlərinin məftunu Йeni əsrin, yeni bir məcnunu. Şura hökуməti Bakıda kilsə ilə yanaşı olaraq Təzəpir məсcidinin və Əjdərbəy məсcidinin açıq fəaliyyətinə icazə verdi. Azərbaycanda 1944-cü ildə Qafqaz müsəlmanlarının idarəsi təşkil edildi. Azərbaycan Opera və Balet Teatrının tanınmış solisti, geniş diapozonlu guclü səsə, yüksək ifaçılıq məharətinə malik əməkdar artist Şirzad Hüseynovdan dağlı gəncləri xahiş ediblər ki, onlarla gedib Təzəpir məscidində mərsiyə desin. Şirzad Hüseynov onların xahişini eşitdi. Məhərrəmlik mərasimində Təzəpir məscidinin həyətində Şirzad Hüseynovun dediyi mərsiyə ilə sinə vuran dağlı gəncləri hamının diqqətini cəlb edirdi. Şirzad Hüseynovun «Kaş bu gün, bu dəmdə olaydım Kərbəlada» başlığı ilə dediyi mərsiyəyə Təzəpir məscidinin həyətinə dolmuş adamların hamısı sinə vururdular. O dövrdə bu hadisə Bakıda təhsil ocaqlarındın tutmuş bazar-dükana qədərki yerlərdə əhali tərəfindən danışılırdı və Şirzad Hüseynovun valideynlərinə rəhmət deyilirdi. Kommunist rəhbərlər respublikanın sevimli artisti Şirzad Hüseynovu sıxışdırıb operadan uzaqlaşdırdılar. Rayon partiya komitələri tərəfindən məktəbdə oxuyanların məscidə getməsi qadağan olundu. Məscidə gələn şagirdlərə görə həmin şagirdlərin oxuduğu məktəbin direktoru cəzalandırılırdı. Sonrakı dövrlərdə də xeyir-şər adətlərimizin bir çoxuna qadağa qoyuldu. Respublikanın bütün müəssisələrində cümə axşamı iclas günü təyin edilmişdi. Bununla da əhalinin məclislərə getməsinə əngəl törədilirdi. Dağlılar arasında rəhbər pedаqoji kadr kimi yetişmiş adamlar da diqqətə layiqdir. Binəqədi rayonunda məktəb direktoru işləmiş İsmayıl İsmayılov müəllim kollektivinə bacarıqla rəhbərlik 87


edib. O, müəllim kollektivinin və Hökuməli kənd camaatının hörmətini qazanmışdı. İsmayıl müəllimi xatırlayanlar onu hörmətlə yad edirlər. Giləzi orta məktəb direktoru işləmiş Nurkişi İbrahimov yaxşı işinə görə Abşeron rayon Maarif Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. O, Abşeron rayonunun məktəblərində şagirdlərin təlim-tərbiyyəsi işlərinin yaxşılaşdırılmasına böyük əmək sərf edib. Tanınmış tarix müəllimi Allahyar Aбbasov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dağlı məhəlləsində Cəfər Cabbarlı adına 161 saylı orta məktəbin tarix müəllimi işləmiş Allahyar Abbasov tədris etdiyi fənni dərindən bilib və şagirdlərə sevdirirdi. Şagirdləri vətənpərvərlik ruhunda tərbiyyə edirdi. O, xoş xasiyyəti ilə işlədiyi kollektivin rəğbətini qazanmışdı. Alahyar müəllimi tanıyanlar onu hörmətlə xatırlayırlar. Bakı Texniki Universitetinin kimya kafedrasının müəllimi Samaya Xanım Cavadovanın tələbələri onu qayğıkeş və səmimi insan kimi tanıyırlar. Samaya xanım gözəl ailə başçısıdır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən Nəcibə xanım Allahverdiyeva dərs dediyi məktəblərdə Azərbaycanın dahi şairi Nizami Cəncəvinin, Əfsələddin Xaqaninin, Məhsəti Gəncəvinin şerlərini originaldan öyrənib, şagirdlərinə də öyrədir. Nəcibə müəllimə dərs dediyi şagirdlərin və onların valideynlərinin hörmətini qazanmışdır. Giləzi qəsəbəsinin Mikayıl Müşfiq adına ümumtəhsil orta məktəbində böyük yaradıcılıq əzmi ilə işləyən tanınmış müəllimlərdən Ümmiya xanım Əhlimanova, Samaya xanım Məmmədova, Aypara xanım Kərimova, Fatma xanım Məmmədova, Limruya xanım Əhmədova, Səbirə xanım Şahkərəmova, Sevda xanım Qurbanova, Matəb xanım Cəbiyeva, Ramilə xanım Əzimova, Raziyə xanım Qurbanova, Ramilə xanım Qurbanovadır məktəbin bacarıqlı və öz peşəsinin vurğunu olan müəllimlərindən olan Əfsər Məmmədhəsənov, Qəni 88


Nurməmmədov, Vəzirxan Vəzirov, Sabir Rüstəmov, Yədulla Səmədov, Aydın Məmmədov, Ərəstul Ağayev, Elmik Məhəmmədhəsənov, Müşfiq Rüstəmov, Ağamehdi Bəxşəliyev kənd valideynlərinin rəğbətini qazanmışlar. Onların əməyi Xızı rayon Maarif Şöbəsi tərəfindən yüksək qiymətləndirilir. Məktəbi qurtaran şagirdlər respublikanın müxtəlif ali məktəblərində oxuyurlar. Onlar ali məktəbləri müvəffəqiyyətlə bitirdikdən sonra respublikada xalq təsərrüfatının müxtəlif sahələrində çalışırlar. Bakı Maliyyə Kredit kollecində İngilis dili müəllimi Yaqut xanım Əzimova, orta məktəbdə İngilis dili müəllimi işləyən Məsmə xanım Zeynalova dərs dediyi şagirdlərə ingilis dilinin incəliklərini öyrədirlər. Onların tələbələri ingilis dilində sərbəst danışırlar. Şahnisə xanım Əmirova dərs hissə müdiri işlədiyi məktəbdə müəllim və şagirdlərin hörmətini qazanmışdır. Şura hökuməti Xızı-Bərmək mahalında səhiyyə işlərinin dirçəlməsinə fikir verirdi. Böyük kəndlərdə həkim məntəqələri təşkil edildi. Məntəqələrdə tibb işçiləri işləyirdilər. Bakıdan gəlmiş həkimlər isə Xızı kəndində işləyir və kənd məntəqələrinə də nəzarət edirdilər. 1926-cı ildə Xızı kəndində xəstəxana tikildi. Kəndlərdə səhiyyə məntəqələri tibbi avadanlıqlarla təhciz edildi. Xızı-Bərmək mahalında bir sıra yolуxucu xəstəliklərə qarşı Bakıdan gəlmiş həkim briqadaları mübarizə aparırdılar. Xızı, Xaçmaz düzənliklərində əhali malyariya xəstəliyindən əziyyət çəkirdi. 1938-ci ildə professor Mir Əsədulla Mirqasımovun başçılığı ilə Xızı, Xaçmaz rayonlarında malyariya kimi qorxulu yolуxucu xəstəliklə mübarizə aparmaq məqsədi ilə təşkil edilmiş həkim briqadası xeyli səmərəli iş gördü12. Xızının aran hissəsində malyariyanın qarşısı alındı. Tanınmış həkim professor Həmidbəy Abdullabəyov yolуxucu malyariya xəstəliyinə qarşı səmərəli mübarizə etmişdir. O, respublikada yolуxucu xəstəliklərə qarşı mübarizə etmək məqsədi ilə xeyli məqalə və kitab yazmış və bir sıra əməli işlər görmüşdür. II cahan müharibəsinin başlanması əhalinin yaşayışını ağırlaşdırdı və xəstəliklərin sayı çoxaldı. Müharibə qurtarandan sonra Xızı rayonunun tibb işçilərinin 89


səhiyyə işlərinin yaxşılaşdırılması iki aylığı keçirildi. Bu təşəbbüsə əhali də qoşuldu. Kəndlərdə hamam, bərbərxana, uşaq bağçası, körpələr evi təşkil edildi. Əhali üçün səhiyyə mədəniyyətindən söhbət aparıldı. Xızılıların bu gözəl əməli respublika qəzetlərində şərh edilirdi. Bu işi ölkənin paytaxtı Moskvada da səhiyyə nazirliyi bəyəndi və örnək üçün yerlərə göstəriş verildi. Bu işdə həkim Abdullayev Hüseyn xüsusilə fərqlənirdi. Giləzi kəndində həkim işləmiş Anaxanım İsmayılovanın şərəfli əməyi sayəsində bir çox xəstələr şəfa tapmışlar. Məmmədov Müzəffər Azərbaycan Dövlət Neft Akademiyasında baş müəllim işləyir. O, respublika üçün bacarıqlı mühəndislər hazırlayır. Fəlsəfə elmlər namizədi, dosent Ağaəli Məmmədov Azərbaycan Xalq Təsərrüfatı Universitetində tələbələrə həyatın fəlsəfi qanunlarını öyrədir. O, iki kitab və onlarla məqalənin müəllifidir. Ağaəli müəllim işlədiyi kollektivin rəğbətini qazanmışdır. Tanınmış səhnə ustası, əməkdar artist, dosent Hacı Ənvər Vəliyev İncəsənət Universitetində tələbələrə səhnə nitqininin gözəlliklərini öyrədir. O, Azərbaycan dilinin geniş imkanlara malik olduğunu göstərən nadir sənətkardır. Ənvər müəllim sözlə müsiqinin vəhdətini nümayiş etdirən aktyordur. O, aktyor və məşhur qiraət ustası kimi televiziyanın poeziya verilişlərində şöhrət qazanmışdır. Səhnəmizin bir çox ulduzları Ənvər müəllimin tələbələri olduqları üçün fəxr edirlər. Azərbaycan Memarlıq İttifaqının sədr müavini Nəriman Əliyev, üzvləri Böyükağa Ələkbərov, Müthət Həsənzadə, Ağabala Xankişiyev, İlqar Xankişiyev və başqaları tanınmış mütəxəssisdirlər. Onların layihələri ilə respublikanın müxtəlif yerlərində görülən işlər cəlbedicidir. Tanınmış aktyor, yazıçı Gündüz Abbasov bir çox filmlərdə baş rollara çəkilmiş və yadda qalan aktyorluq bacarığı göstərib. Gündüz Abbasovun yazdığı hekayələr oxunuşlu və məzmunludur. 90


Xızı-Bərmək mahalını hörmətləndirən şəxsiyyətlər arasında xeyriyyəçilər böyük nüfuz sahibidirlər. Bunlardan Hacı Bəyverdi Əlverdiyev icra nümayəndəsi olduğu neftxuda və xeyriyyəçi Hacı Zeynalabdinin adını daşıyan qəsəbədə əhalinin islam əqidəsinə yiyələnməsi üçün məscid tikdirib. O, qəsəbədə Qarabağ uğrunda döyüşlərdə şəhid olanlara abidə ucaltmışdır. Hacı Zeynalabdin Tağıyev büstü, bulaqlar, qəsəbənin telefonlaşdırılması və məişət-iaşə sahələrinin genişləndirilməsi onun əməllərinin bəhrəsidir. Dağlı ziyalılarının görkəmli şəxsiyyətləri respublikanın müxtəlif rayonlarındа rəhbər vəzifələr daşıyıb, xalqa sədaqətlə xidmət etmişlər. Bunlardan ictimai xadim Məmməd Hüseyn Cəbrayılov Naxçıvan Muxtar Respublikasının başçısı işləmişdir. Naxçıvan şəhərinin elektrikləşdirilməsində xeyli əməyi olmuşdur. Onun rəhbərliyi ilə Naxçıvanda məktəblər tikilmiş və kəndlərdə kitabxanalar təşkil edilmişdir. Ələkbər Cavadov Qonaqkənd rayonunun yaxşı rəhbər işçilərindən sayılırdı. O, Sumqayıt şəhərinin yaşıllаşdırılmasında yaxından iştirak etmişdir. Nəbi Qurbanov məktəb direktorluğundan Xaçmaz rayon başçısı vəzifəsinə irəli çəkilib. O, rayonun səhiyyə işlərinə yaxından kömək edərək yayılmış malyariya xəstəliyinə qarşı mübarizəni təşkil edib. Siyəzən rayonunun başçısı işləmiş Mirmehdi Seyid Hüseyn oğlu Həsənov yerli kadrların hazırlanmasında xeyli işlər görmüşdür. Mir Damət Mir Abbas oğlu Həsənov Siyəzən rayonunda məktəb direktoru vəzifəsindən Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. O, rayonda yeni məktəblərin tikilməsində xeyli əmək sərf etmişdir. Mir Damət Həsənov halal əməyinə güvənən, xeyir işlərə kömək edən ağsaqqal idi. Respublikanın əməkdar müəllimi Mir Damət Həsənov ömrünün axırına qədər sevdiyi peşə ilə məşğul olmuşdur. Xızı rayonu İcra komitəsinin sədri işləmiş Vəlibəy 91


Cavadov tabeliyində olan adamlarla yaxşı rəftar edib, onların işinə əməli yardım edirdi. Qurban Məmmədov indiki Yasamal Rayonunun tanınmış rəhbər işçilərindən idi. O, rayonun abadlığı işinə yaxından köməklik etmişdir. Yəhyа Ağayev Xızı rayon gənclər təşkilatına başçılıq edərkən idmanın inkişafına səy göstərirdi. O, «Azərittifaq»ın sədr müavini və texnikumun direktoru işləmişdir. Respublikada tanınmış neftçi Бəдiрхан Bədirxanov mühəndislikdən tresт müdiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. O, məsul vəzifənin öhdəsindən şərəflə gələrək dövlət tərəfindən ordenlərlə təltif olunmuşdur. Бəдiрхан Bədirxanov indiki Sabunçu rayonuna rəhbər vəzifəyə irəli çəkilmişdir. O, Bakıda ictimai xadim kimi tanınırdı. O, rayon zəhmətkeşlərinin yaxın məsləhətçisi və ağsaqqalı idi. Бəдiрхан Bədirxanovu tanıyanlar onu görkəmli şəxsiyyət kimi yad edirlər. Bəşir Hatəm oğlu Bəşirov Alman-rus müharibəsinin iştirakçısı olub. O, rəşadətli döyüşlərinə görə hökumət tərəfindən orden və medallarla təltif olunmuşdur. Bəşir Bəşirov 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. O, Respublika müəllimləri təkmilləşdirmə institutunun direktoru, Siyəzən rayon İcraiyyə komitəsinin sədri vəzifəsində işlərkən Xızı-Bərmək mahalında maarif işlərinin canlanmasına, pedаqoji kadrların biliyinin artırılmısına yaxından kömək etmişdir. O dövrdə respublikada işgüzarlıq, yüksək məsuliyyət, ləyaqət və şərəf hissi hökm sürürdü. Qanun hamı üçün mütləq hakim idi. İşçini qabiliyyətinə, ixtisasına, nüfuzuna görə qiymətləndirirdilər. Fərəməz Cabbarov Bakıda yeyinti сəнаyесi fabriklərində məsul vəzifələrdə işləmişdir. O, respublikada ət-süd sənayesi nazirinin müavini vəzifəsində çalışmışdır. Fərəməz Cabbarov yaxşı mütəxəssis kimi və xeyirxah insan kimi yad edilir. Rafiq Abdullayev tanınmış avtomobil təsərrüfatı rəhbərlərindən biridir. O, uzun müddətdir кi, bu sahədə qüsursuz 92


olaraq çalışır. Rafiq Abdullayev bacarıqlı mütəxəssis kimi kollektivin rəğbətini qazanıb. Tanınmış yazıçı Namiq Abdullayev uzun müddət işlədiyi Azərbaycan Televiziya və radio verilişləri şirkətində redaktorluqdan baş redaktor vəzifəsinə yüksəlmişdir. Onun hekayə və povestləri çap olunmuş və geniş oxucu kütləsi tərəfindən bəyənilmişdir. Əsərləri Sumqayıt, Lənkəran və Şəki dram teatrlarında tamaşaya qoyulmuşdur. «Sehirli oğlan», «Gecələr uzanırdı», «Piyada vəzirə çevrildi» və s. Əsərləri tamaşaçılar tərəfindən sevilir. Respublikada plakat ustası kimi şöhrət qazanmış əməkdar rəсsam Heydər Cabbarlı ölkəmizdən kənarda da tanınırdı. Onun işlədiyi mövzular aktual olub, sərgilərдə dəfələrlə müvəffəqiyyətlər qazanmışdır. Görkəmli yazıçı, jurnalist Rafiq Savalan (Ağayev) 1940-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Televiziya və radio verilişləri şirkətində müxbirlikdən başlamış, baş redaktorun müavini vəzifəsinə qədər yüksəlmişdir. Rafiq Savalan xarici ölkə klassiklərinin əsərlərindən Azərbaycan dilinə tərcümələr etmişdir. Onun hekayələri və publisist yazılarını oxuyanlar bəyənirlər. Rafiq Savalan «Qızıl Qələm» mükafatı laureatıdır. O, ana vətəni olan Xızı-Bərmək mahalına qəlbən bağlı insandır. Mahalın füsуnkar təbiəti və əməksevər insanları haqqında mətbuatda yazmış və televizor verilişlərində göstərmişdir. Tanınmış jurnalist Nadir Cabbarov bir sıra qəzetlərдə, o cümlədən «Ədəbiyyat və İncəsənət» qəzetində baş redaktorun müavini, «Novruz» qəzetinin baş redaktoru olmuşdur. O, ədəbiyyat tarixi, müasir ədəbi proseslərə dair saнballı məqalələrində yeni fikirlər söyləmişdir. Dövrünün tanınmış ədəbiyyatşünası və tənqidçisi kimi xatırlanır. Jurnalist Tacir İsayev qəzetlərdə aktual problemlərə dair yazılarla oxucuların marağını qazanmışdır. Onun Xızıya həsr etdiyi məqalə təqdirə layiqdir. Jurnalist Nəzirə xanım 93


Xankişiyevanın yazılarında çoxmövzuluлуq və dərin məzmun oxucularını razı salır. Görkəmli pedаqoq Oktay Abbasov Xızı-Bərmək mahalının səfalı guşələrindən biri qədim Çıraq kəndində müəllim ailəsində anadan olmuşdur. O, Azərbaycan Pedаqoji Universitetinin pedаqoji fakültəsini bitirmişdir. Oktay myəllim Elmi-Tədqiqat Pedаqoji Elmlər İnstitutunun elmi işçisi işləmiş, 1989-cu ildən hal-hazıra kimi Azəрbaycan Dillər Universitetində işləyir. O, 1993-cü ildən dosentdir, bir çox kitab və məqalələrin müəllifidir. O, işlədiyi kollektivin və tələbələrin hörmətini qazanmışdır. Tanınmış alim Oktay Abbasov pedаqoqika sаhəsində yorulmadan axtarışlar aparır. O, gözəl şerlərin müəllifidir. Bacarıqlı müəllim Baxşı Baxşıyev 1966-ci ildə Azərbaycan Dövlət Pedаqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. O, Giləzi orta məktəbində müəllim işləmiş və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda şöbə müdiri olmuşdur. O, hazırda Təhsil Nazirliyinin Təhsil problemləri İnstitutunun əməkdaşıdır. Onlarla kitab və məqalələrin müəllifidir. Baxşı müəllim orta məktəb müəllimlərinə əməli yardım edir. Bakının 244 saylı orta məktəbinin coğrafiya müəllimi Nemətulla Abdullayev şagirdlərin hörmətini qazanmışdır. Onun dərs dediyi şagirdlər ali məktəblərə daxil olub, tələbə adını ləyaqətlə daşıyırlar. Tanınmış mühəndis Abdulla Abdullayev 1961-ci ildə Azərbaycan Neft Akademiyasını bitirib, Dəniz Qaz Layihə Dövlət elmi tədqiqat İnstitutunun şöbə müdiridir. O, Siyəzən neft trestində axtarış işlərində iştirak etmişdir. Abdulla Abdullayev İngiltərədə, Vyetnamda olmuş və oranın mütəxəssisləri ilə fikir mübadiləsi aparmışdır. O, iş yoldaşların hörmətini qazanmışdır. Məmməd Məmmədov Azərbaycan Xalq təsərrüfatı Universitetini bitirib, maliyyə işçisi vəzifəsində uzun müddətdir çalışır. Bacarıqlı maliyyə işçisi Rafiq Rzayev Siyəzən rayonunda uzun müddətdir şərəflə işləyir. 94


Respublikanın əməkdar artisti Firudin Hüseynov Konservatoriyanı bitirib, Dövlət Opera və Balet Teatrında işləyib. O, bir çox baş rollarıн iфаçıсı олмуşдур. «Vaqif» obrazını gözəl yaradaraq tamaşaçıların rəğbətini qazanmışdır. Firudin Mehdiyev «Leyli və Məcnun» operasında Məcnunun atası rolunun ən yaxşı ifaçısı olub. O, bir çox kino filmlərində də yadda qalan obrazlar yaratmışdır. Firudin müəllim Bülbül adına musiqi məktəbində dərs deyərək kollektivin və tələbələrin hörmətini qazanmışdır. Firudin Mehdiyev 2006-cı ilin fevral ayında vəfat etmişdir. Tanınmış tarzən Fərman Hüseynov bütün muğamları ifa edir. O, bir çox ölkələrdə musiqimizi təbliğ edənlərdəndir. Gözəl ifaçı Yavər Eyvazov qədim çalğı aləti olan udda müasir oyun havalarımızı yeni ritmlərlə gözəl çalır. O, muğam havalarımızı ifa edərkən onlara yeni nəfəs verir. Qarmonçalan Səfərəli Vəzirovun peşəsini davam etdirən oğlu əməkdar artist Ədalət Vəzirov gözəl kamança çalan idi. O, bir çox ölkələrdə Azərbaycan incəsənətini məharətlə nümayiş etdirmişdir. Azərbaycanın əməkdar artisti Kamil Vəzirov tarzən, həm də qarmonçalan kimi şöhrətlənmiş, hazırda Rəşid Behbudov adına Mahnı Teatrında baş rejissor vəzifəsində işləyir. Ramiz və Babək Vəzirovlar öz sənətlərini sevib respublikanın əməkdar artisti adına layiq görülmüşlər. Ağarıza Vəzirov klarnetdə xalq musiqisinin gözəl ifaçısıdır. Tanınmış xanəndə Ağapba Novruzovun məlahətli səslə ifa etdiyi Azərbaycan muğamları dinləyicilərin xatirində əbədi yaşayacaqdır. O, Azərbaycan muğam qanunlarının gözəl bilicisi idi. Gözəl qarmon ifaçısı Müşfiqə xanım Mahmudova Azərbaycan oyun havalarının bilicisidir. Onun çaldığı oyun havaları dinləyiciləri vəcdə gətirib, oynamağa sövq edir. Dirijor-ifaçı Abasqulu İsmayıl oğlu Nəcəfov istedadlı şəxsiyyət, sənətə bağlı olub «Dastan» folklor ansamblında unudulmaqda olan xalq mahnılarına, eləcə də bir çox qədim çalğı alətlərinə yeni nəfəs vermişdir. Onun ailə üzvləri Mehdi, İlham, 95


Məhərrəm Nəcəfzadə qardaşları kvartetini yaradıb. «Günaydın» ansamblını təşkil edib. O, «Şur», «Bayatı-Şiraz» rəngləri, Nizami Rəmzinin «Təbrizim», Tahir Rəmzinin «Günel» və «Dağlar», «Gənclik» ritmiк mahnılarının müəllifidir. Abasqulu «Oxu tar» müsabiqəsinin və Müşfiq xatirə mükafatının laureatıdır. O, bir çox xarici ölkələrdə çıxış edib, respublikamızın musiqisinin tanınmasına nail olmuşdur. Tar ustası Mahmud Salahov tar alətində yenilik yaratmışdır. O, tar musiqi alətində 4 sim, 2 aşıq, 18 pərdə, оktavada 2 pərdə artırır. Yeni tarda nəinki Azərbaycan muğamlarını, hətta çoxşaxəli olan dünya şərq musiqi incilərini ifa etmək mümkündür. Bu tar 7 şərq alətinin səsini səsləndirir. Santur, Ud, Sitar, Qanun, Türk sazı, Saz, Tar. Bu tar muğamların düzgün və özünəməxsus incəliklə ifa olunmasına şərait yaradır. Ölkənin fəxri energetiki Rəşid Abbasov qədim dövrdə Günəşə sitayiş edən dağlı nəslindən idi. O, Quba elektrik stansiyasının direktoru, Xaçmaz Elektrik Şəbəkələri müəssisənin kollektivinə bacarıqla rəhbərlik edib. Azərbaycanın qədim tarixə malik Alpan, Xınalıq, Çiçi və s. kəndlərinin elektrikləşdirilməsini həyata keçirib, insanlara işıq-nur verib. Onun rəhbərlik etdiyi kollektiv dəfələrlə yarışların qalibi olmuşdur. Rəşid Abbasov gözəl xasiyyətli insan və nurlu şəxsiyyət idi. Eldar Eyvazov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. O, «Əmək yüksəlişi uğrunda» qəzetiniн redaktoru işləmiş, «Kommunist», «Bakı», «Azərbaycan gəncləri» və s. qəzetlərlə əməkdaşlıq etmiş, «Nurlu qələm ustadı» və «Mikayıl Müşfiq ocağı» xatirə diplomuna layiq görülmüşdür. O, hazırda Respublika Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının icrası Baş idarəsinin nəşri olan «Cəmiyyət və cəza» jurnalının baş redaktoru, ədliyyə və polis polkovniki kimi hörmətlə tanınır. Azərbaycanda zəngin idman ənənələrinin inkişafında dağlı idmançılarının da payı vardır. Görkəmli Azərbaycan pəhləvanları Məmməd İbrahimov güləş üzrə çempion olmuşdur. O, beynəlxalq dərəcəli idman ustası adını almışdır. Pəhləvan Məmməd Meksika, 96


Madrid, Əfqanistan, Kuba, Polşa, Almaniya, Çexoslavakiya, Əlcəzair, Bolqarıstan, Tbilisi və Minskidə keçirilən beynəlxalq yarışlarda qalib gəlib gümüş və qızıl medallarla vətənə qayıtmışdır. Məmməd İbrahimov Azərbaycan əməkdar məşqçi adını layiqlə daşımışdır. Polkovnik Tahir İbrahimov 12 dəfə respublika çempionu olmuşdur. O, İraq, Əfqanistan, Tunis və Əlcəzairdə iştirak etdiyi yarışlarda qalib gəlib, gümüş və qızıl medallarla təltif olunmuşdur. Pəhləvan Tahir Dinamo Cəmiyyətirnin sədri işləmişdir. Pəhləvan İskəndər İbrahimov 6 dəfə respublika və ölkədə idman ustası adına layiq görülmüşdür. Əhməd Mirzəyev və Mütəllim Heybətov idman ustası və respublika çempionu olublar. Bu görkəmli pəhləvanlar bir çox xarici ölkələrdə Azərbaycan idmanını şərəflə nümayiş edib qalib gələrək respublikanın himninin sədaları altında bayrağını yüksəklərə qaldırmışlar. İlqar Dağlı Südeyif oğlu Əliyev 1940-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdur. O, Azərbaycan Texniki Universitetini bitirmişdir. İlqar Dağlı mühəndis-mexanik işləmişdir. O, yüzlərlə miniatür, tar, dütar, sətar, kamança, saz, nağara, qaval və s. musiqi alətləri düzəltmişdir. Onun əl işləri bir çox xarici ölkələrdə vardır. İlqar Dağlı gözəl şeirlərin müəllifidir. O, Dağlı adı ilə fəxr edərək yazır: Xızı övladıyam, bəli, dağlıyam, Vətənimə, mən elimə bağlıyam. Cəfərlə Müşfiqin yerlisiyəm mən, Zaman yetirməyib hələ Bəşirdən, Ağsaqqal sayılıb Seyfəddin Dağlı, Qələmi satira, gülüş soraqlı. Vətənə torpağım verib çox övlad, Zeynəb oxuyarkən hamı olur şad. Bacımız Şəfiqə çaldıqça kaman, Donur damarlarda laxtalanır qan. Cabir şerləri düşməyir dildən, 97


Zaman yetirərmi bir də Rəmzidən? Fəxrimizdir bizim Nəcəfzadələr, Onların ifası gur şəlalələr. Çox əzizdir bizə mərd Abasqulu, Düşmənə düşməndir, sayanın qulu. Məhərrəm məclisdə söhbətli, sazlı, Mətanət bacımız şirin avazlı. Xalqın sevimlisi bu gün Afaqdır, Həyatda mətindir, yenilməz dağdır. Dağlar diyarımla fəxr edirəm mən, Düşmərəm heç zaman ayrı vətəndən. Xızı övladıyam, bəli, dağlıyam, İlqaram, özüm də düz ilqarlıyam. İntiqam Nadir 1934-cü ildə Xızıda anadan olmuşdur. O, ixtisasъа mühəndisdir. İntiqam Nadir ərəb dilini bilir və ondan istifadə edir. O, islam əqidəli şəxsiyyətdir. İntiqam Nadir XızıBərmək mahalının təbiətini təsvir edən gözəl şerlərin müəllifidir. O, Xızı şerlərində yazır: Gün doğanda nura baxır, Yaz-baharda nuru yaxır Bulaqlardan duru axır Dağlıların yurdu Xızı. Hər yanı dağdır, dərədir Ormandır, bağdır, bərədir Gen oylaqdır, mənzərədir Dağlıların yurdu Xızı İlyas beş barmağın hörüb Xızır çırağın üfürüb Ağ-qaralı dövran görüb O, «Doğma Xızı torpağı» şeirində yazır: 98


Ataçaydır qıvrım Telli Yarımcadır çənli beli Sərkudən əsir yeli Doğma Xızı torpağının. Abbasov Əzizağa Hacıoğlu 1950-ci ildə Xızı-Bərmək mahalının Saraku dağının döşundə yerləşən qədim Tıxlı kəndində dünyaya göz açmışdır. O, Bakı İnşaat Mühəndislər İnstitutunun Memarlıq fakültəsini bitirib, Azərbaycan Memarlar İttifaqının üzvü seçilərək öz işi ilə gözəl abidələr yaratmışdır. Memar şair Abbasov Əzizağa poeziya aləmində də yadda qalan şeirlər yazır. Şair məhəbbətin ülviliyini təsvir edərək yazır:13 Könüldən kədəri, qəmi alandır, Düşməni xəbislik, bir də yalandır. Ürəkdən ürəyə körpü salandır, Alışıb-yandıran oddur məhəbbət. Yaranmış insanla ilk gündən həmdəm, Sevinci çiçəkdir, xəzanıdır qəm. Ondan kənar qaçır hicran, dərd, ələm Vəfasız insana yaddır məhəbbət. Şair Abbasov Əzizağa dahi sənətkarlar Cəfər Cabbarlı və Mikayıl Müşfiqin yaradıcılığının ölməzliyini, xalqın onlara məhəbbətini təbiət gözəlliyi ilə vəhdətdə təsvir edərək yazır: Həyat yollarında bu çal-çağır da, Cavan da, qoca da, şən də, fağır da , Hər ayaq qoyduğum iz də, cığır da Cəfərdən, Müşfiqdən söz açır indi… Quşların yaz fəsli xoş təranəsi, Şimşəyin dağlarda şaqraq səsi, Xınalı kəkliyin qəmli nəğməsi Cəfərdən, Müşfiqdən söz açır indi. 99


Əslən Xızılı olan meyxanaçı ustad Tahir Rəvan Bakının dağlı məhəlləsində dünyaya gəlib boya-başa çatmışdır. Əmisi Səlim, qohumu və ustadı Nizami Rəmzi kimi məşhur meyxanaçılar arasında böyümüşdür. O, 14 yaşındаn meyxana deməyə başlayıb. İslam əqidəli Tahir Rəvan deyir:

Qılıncdan iti, tükdən Nazikdir Qurani-Kərim, Haqqını dərk edən Aşıqdır, şəriət aşiqi. Bu dünya malına çoxdur Göz tikənlər, fanidir, Çalış ol Tahir Rəvan, Əsil-nəcabət aşiqi. Щаъıзадə Мащмуд Аğабаба оğлу Хıзı-Бəрмəк мащалıнıн эöзəл эуşəсi Дəрə Зарат кəндiндə 1915-ъi iлдə анадан олмуşдур. О, Сiyəзəн раyонунда мəктəб дiректору işлəмişдiр. Щаъıзадə Мащмуд Гафгаздан Берлiнə гəдəр дöyüş yолу эетмiş вə рəşадəтлə дöyüşдüyüнə эöрə орденлəрлə тəлтiф олунмуşдур. О, Сiyəзəн вə Дəвəçi раyонларıнда банк мüдiрi вəзiфəсiндə işлəмişдiр. Мащмуд Щаъıзадə мащалıн аğсаггалı iдi. О, 1988-ъi iлдə вəфат едiб. Щаъıзадə Акiф Дəрə Зарат кəндiндə 1925-ъi iлдə анадан олмуşдур. Алман-Рус мüщарiбəсiндə 416-ъı дiвiзiyанıн тəркiбiндə дöyüşмüş вə орденлəрлə тəлтiф олунмуşдур. О, Сiyəзəн şəщəр совнтiнiн депутатı олмуş вə зiyалıлар ъəмiyyəтiнiн сəдрi iдi. Əмəкдар мüəллiм Щаъıзадə Акiф Сiyəзəн зiyалıларıнıн аğсаггалı iдi.

100


IV fəsil Müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi uğrunda mübarizə 1. Respublikanın çiçəklənməsində dağlıların fəaliyyəti 1991-ci ildə dünyada ən zəhmli və ən nəhəng Sovet imperiyası dağıldı. Elə bir qüvvə olmadı ki, onu xilas etsin. Bu zamanın hökmü idi. Sovet imperiyasının xarabalıqları üzərində Azərbaycan müstəqil respublikası bərpa edilib, möhkəmləndirilməsi və çiçəkləndirilməsi uğrunda mübarizə genişləndi. 1991-ci il avqustun 30-da Respublika parlamenti Azərbaycanın müstəqilliyi haqqında Bəyannamə qəbul edib, prezident üsul-idarəsinə keçməyi nəzərdə tutdu. 1991-ci ilin 18 oktyabrında Azərbaycan respublikası Xalq Cümhuriyyətinin varisi kimi bərpa edildi. 70 illik uzun həsrətdən sonra üç rəngli bayraг, himn və gerb olduğu kimi sevinclə qəbul edildi. Milli varlığımızı xalq özünə qaytardı. Azərbaycan Respublikasının tam müstəqil olmasına mane olmağa çalışan Sovet Rusiyası Dağlıq Qarabağdakı vəziyyəti yenidən gərginləşdirdi. Bu dövrdə respublikada hakimiyyət uğrunda kəskin mübarizə gedirdi. Bu yersiz mübarizə respublikanı dərəbəyliyə çevirirdi. Xırda silahlı dəstələrin olması nizami ordunun yaranmasına mane olurdu. Azərbaycan çox əlverişli strateji mövqeyə, zəngin təbiətə və sərvətə malik olduğu üçün onda həmişə xarici qəsbkarların gözü qalmışdır. Sovet Rusiyasının Qarabağda qalmış 366-cı polkunun köməyi ilə Böyük Ermənistan ideyası ilə torpaqlarımıza təcavüz edən erməni daşnakları Qarabağı müharibə meydanına çevirdilər. 1992-ci ilin 25-26 fevralı Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı nəticəsində 2 mindən artıq dinc əhali canilər tərəfindən güllələnmişdir. Respublikada hakimiyyət uğrunda mübarizə gedirdi. Ölkədə sabitlik pozulurdu. Ölkədə vətəndaş müharibəsinin baş verməsi və Azərbaycan müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Belə 101


çətin şəraitdə xalq H.Əliyevə müraciət etdi. H.Əliyev xalqının çağrışına səs verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikanın Prezidenti seçildi. Preztdent Heydər Əliyevin bacarığı sayəsində Azərbaycanda anarxiya, hərc-mərclik aradan qaldırıldı, sabitlik qorunub saxlanıldı. Azərbaycan xalqının Qarabağı vuruş meydanına çevirən Rus-erməni qəsbkarlarının birləşmiş qüvvələrinə qarşı qəhrəmanlıqla vuruşmasına baxmayaraq, torpaqlarımızın bir hissəsi düşmən tərəfindən zəbt olundu. Bunun nəticəsində minlərlə yaşayış məntəqəsi, 1600-dən çox Azərbaycan kəndi, qəsəbəsi və şəhəri dağıdılmış: Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, Qazax rayonunun bir neçə kəndi işğal edilib tamamilə yandırılmışdır. 1995-ci il noyabrın 12-də Respublikanın Konstitusiyası qəbul edildi. Azərbaycan dili dövlət dili hesab edildi. Azərbaycan Respublikası müstəqil, dünyəvi, demokratik və unitar dövlətdir. Müstəqil dövlət ərazisinin bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin edir, sərvətlərindən istədiyi kimi istifadə edir, daxili-xarici siyasətini öz mənafeyinə uyğun yeridir. Dünyəvi dövlətdə hakimiyyət xalqa məxsusdur. Unitar dövlətdə vahid konstitusiya, vahid dövlət hakimiyyəti sistemi və ümumi hüquq sisteminə malikdir. Azərbaycan Respublikasının gücləndirilməsi uğrunda mübarizədə Xızı-Bərmək dağlıları öndə gedirlər. Bu dövrdə cəbhədə atəşkəsə nail olmaqla gənclərimizin qırılmısının qarşısı alındı. Ölkədə ölüm hökmü ləğv edildi, mətbuat üzərindən senzura götürüldü. Bu dövrdə beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşması və iqtisadi islahatların aparılması Azərbaycan dövlətinin yeni iqtisadi siyasətini təşkil edirdi. Azərbaycanda 14 dövlətin 33 aparıcı şirkəti neft müqaviləsinin müvəffəqiyyətlə həyata keçirilməsində iştirak edir. 102


2002-ci ildə Respublikada 15,3 mln. ton neft hasil edilmişdir. Ölkədə aqrar sektorda da irəliləyiş diqqəti cəlb edir. 8576 ailə torpaq payına sahib olmuş, orta hesabla bir ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir. 2002-ci ildə 2,2 mln. ton taxıl, 694,9 min ton kartof və 330,3 min ton bostan məhsulu istehsal edilmişdir. Ölkədə 2,2 milyon baş qaramal, 7 milyon baş qoyun-keçi olmuşdur. 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparılmışdır.1 Müstəqil Azərbaycan Respublikasını 140 dövlət tanımışdır. 40-dan çox dövlət isə diplomatik nümayəndəliklərini açmışdır. 76 ölkədə Azərbaycan diplomatik nümayəndəliyi açılmışdır. 2003-cü ilin əvvəllərində Xızı rayonunda 123 fermer təsərrüfatı vardır. Onlar 656 hektar pay torpaq sahəsinə malikdir. Bununla yanaşı bu fermerlər 2181 hektar torpaq sahəsini icarəyə götürüblər. Rayon üzrə 2264 ailə pay torpağına sahibdir. Onlara 6869 hektar torpaq verilmişdir. Bu torpaqdan 5874 hektarı əkilib becərilir. 2003-cü ildə Xızı rayonunda 124 min baş qoyun, 8 min baş mal-qara vardır. Maddi maraq doğuran əməyin nəticəsində məhsuldarlıq artaraq, hər hektardan 14 sentiner taxıl əldə edilib. Xızı əkinçiləri 2002-ci ildə 2800 ton taxıl əldə etmişdir. Onlar 360 hektar torpaqdan kartof əldə ediblər. Hazırda 3 mindən çox adama əmlak payı verilmiş, 10 min 500 nəfər torpaq payı almışdır. AltıAğacda tikinti idarəsi, asfalt zavodu, Daş doğrayan zavod, Giləzidə və Ağdərədə Daş doğrayan zavod fəaliyyət göstərir. Tanınmış memar Ağabala Xankişiyevin layihəsi ilə Xızı qəsəbəsində Cəfər Cabbarlı adına mədəniyyət evi yenidən qurulmuş, dahi dramaturq Cəfər Cabbarlının abidəsi qoyulmuş və Cəfər bulağı yaradılmışdır. 2004-cü ildə 400-ə yaxın iş yeri açılmışdır. Sovet hakimiyyətinin yıxılması ilə elə bil idman sahəsində böyük uçurum yarandı. İdmanda ad-san qazanmış oğlan və qızlarımızа unuтганлıг və qayğısızlıq üzündən idman meydanları 103


boşalmışdı. Respublikanın rəhbərliyi bu sahəni canlandırmaq məqsədilə idman sahəsini Neft şirkətinin müavini İlham Əliyevə tapşırdı. 1996-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilmiş XXVI olimpiya oyunlarında tanınmış idmançı Namiq Abdullayev fəal iştirak etmişdir. 2000-ci il Sidney olimpiyadasında Namiq Abdullayevin qazandığı parlaq qələbə bütün Azərbaycan gənclərini sevindirdi. Dünya çempionu Namiq Abdullayevin qələbəsi şərəfinə Sidney şəhər stadionunda respublikamızın üç rəngli bayrağı yüksəyə qaldırıldı və Azərbaycan himninin sədaları ətrafa yayıldı. Bunuнla da, respublika idmanında yaranan sükut buzu sındı və idmançılarımız hərəkətə gəlib yeni-yeni müvəffəqiyyətlərə sahib oldular. Beynəlxalq yarışların qalibləri və mükafatçıları sırasında layiqli yer tutdular. Tanınmış pəhləvan Arif Abdullayev qələbə çalıb, qızıl medal alıb, dünya çempionu adına layiq görülüb. 2003-cü il oktyabrın 15-də ümumxalq səsverməsi yolu ilə İlham Əliyev cənabları Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyev ölkədə işsizliyin ləğv edilməsi, yoxsulluğun azaлdılması və tədricən yox edilməsi proqramını həyati məsələ kimi irəli sürdü və bunun reallaşması üçün bu gün də mühüm tədbirlər həyata keçirilмəкдəдiр. Prezident İlham Əliyev cənabları respublikada idmanın inkişafına xüsusi diqqət yetirir. Ölkədə yeni idman komplekslərinin açılması, o cümlədən Siyəzən və Xızı rayonlarında yeni stadionun açılması, digər idman komplekslərinin bərpa edilməsi işləri görülmüşdür. XXVIII yay olimpiya iştirakçılarını təbrik etmək üçün Prezident İlham Əliyev cənabları və xanımı Mehriban Əliyeva Afinaya getmişlər. 70 minlik stadion tamaşaçıları onları hərarətlə alqışladılar. İdmançılarımız Azərbaycan xalqının gücünü nümayiş etdirdilər. Prezidentin qayğısı sayəsində bütün iş adamları idmana qayğı göstərir. Afinadakı yarışlarda Azərbaycan naminə bayraq qaldırıлıb, qalib gələnlərə mükafat verildi. 104


Azərbaycan idmançıları xarici ölkələrin komandaları ilə yarışlarda respublikanın idman şərəfini qoruyub, idmanın müxtəlif növləri üzrə qaliblər və yeni çempionlar kimi meydana çıxmışlar. İdmançılarımız dünyanın bir çox şəhərlərindəki oyun meydanlarından vətənə qızıl və gümüş medallarla qayıdırlar. Tanınmış idmançı, məşqçi Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakının Dağlı məhəlləsində anadan olmuşdur. Sərbəst güləş üzrə dəfələrlə respublika çempionu, bir neçə dəfə beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur. O, idman ustasıdır. Cavanşir müəllim Xəzər İsayev, Vüqar Orucov kimi dünya çempionları, Natiq Eyvazov kimi Avropa çempionu yetişdirmişdir. O, Azərbaycan sərbəst və Yunan-Roma güləş Federasiyasının vitse prezidentidir. Cavanşir Qurbanov Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, ümumittifaq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisidir. Ölkəmizin idman sevərləri onu yaxşı tanıyırlar. Azərbaycan Müstəqil Respublikasında təhsilin inkişafına qayğı ilə yanaşılır. Ali məktəblərdə test üsulu ilə tələbə qəbulu özünü doğrultmuşdur. Ali təhsil ocaqlarında ən yüksək bal toplayanlara Prezident təqaüdü verilir. Bununla yanaşı dövlət institutunda oxuyanlar təqaüd alırlar. Əla oxuyanlara isə yüksək təqaüd verilir. Belə gənclər arasında dağlılar da vardır. Bunlardan Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinin III kurs tələbəsi Elgün Ağayev, Azərbaycan Pedаqoji Universitetinin biologiya fakültəsinin III kurs tələbəsi Türkan xanım Qurbanova, Dövlət İqtisadiyyat Universitetinin Bələdiyyə fakültəsinin II kurs tələbəsi Şəfiqə xanım Kazımzadə, Bakı Дöвлəт Universitetinin kimya fakültəsinin II kurs tələbəsi Rəna xanım Abdullayeva, Azərbaycan Bədən Tərbiyəsi Akademiyasının II kurs tələbəsi Ramil Hüseynov və başqaları yaxşı oxuyub, geniş bilik almaqla tələbə adını şərəflə doğruldurlar. Onlar oxuduqları Universitetlərdə nümunəvi davranışları ilə müəllimlərin etimadını qazanmışlar. Bunlarla yanaşı yüzlərlə tələbə gənclərimiz çalışırlar 105


ki, layiqli mütəxəssis kimi yetişib müstəqil Azərbaycanımızın çiçəklənməsinə xidmət etsinlər. Belə gənclərimiz bizim sabahımız və gələcəyimizdir. Müstəqilliyimizin rəmzi olan üç rəngli bayrağımızda yaşıl boya islamlığın saralmayan, həmişə həyatı olan inamı olub ürəyimizə dolmalı və ağlımızı işıqlandırmalıdır. Azərbaycanda islam dininin geniş öyrənilməsi məqsədilə Bakıda İlahiyyət Universiteti təşkil edilib. Universiteti yüzlərlə gənc bitirib axund adına layiq görülmüşlər. O cümlədən dağlı gənclər də bu yüksək adı almışlar. Bununla yanaşı İran və Suriyada İlаhiyyət Universitetlərini bitirib yüksək dini ada layiq görülən dağlı gəncləri də vardır. Axund Hacı Namiq Novruzov Fatmayı və Saray məscidlərinin axundudur. O, mənəvi cəhətdən möhkəm, bilikli, Quran təfsirində dərin savada malikdir. Axund Hacı Namiq şəriət işlərində də dövrün bilicisidir. Axund Hacı Ceyhun Cəfərov hikmət elmində bilikli şəxsiyyətdir. O, dövrün bir çox məşhur alimlərindən dərs almışdır. O, məntiqi biliyə və gözəl danışıq bacarığına malikdir. Axund Hacı Elman Ərəb dilinin qrammatikasını bilib, Qurani Kərimin təfsirini yaxşı şərh edir. O, kamil bir din xadimi kimi yetişib hörmət qazanmışdır. Axund Hacı Rüfət Şurabad kəndinin məscidində xidmət edir. O, savadlı və ədalətli bir şəxs kimi el-obada hörmət qazanmışdır. Axund Kəрbəlаyi Şirinağa Ərəb dilinə mükəmməl yiyələnib, dərin biliyi və xeyirxahlığı ilə camaat arasında hörmət sahibidir. Axund Məşədi Heydər insanları həmişə maarifə və biliyə cağırır. O, dərin biliyi və mərifəti ilə hörməт sahibi olub. Axund Məşədi Mehrab ali ruhani təhsili almışdır. Dövrün bilikli din xadimi kimi tanınır. Axund Məşədi Kamranın səbr və etiqadla bağlı söhbətləri dinləyicilərini həyata bağlayır və onlarda islam dininə inamı artırır. Axund Məşədi Hüseynbala görkəmli din 106


xadimlərindən mükəmməl təhsil almışdır. O, dərin bilikli və səmimi insandır. Axundlarımızla yanaşı islam dinini görkəmli alimlərdən sərbəst öyrənib, camaat arasında geniş təbliğ edənlər böyük hörmət sahibləridirlər. Bunlardan Molla Xıdır, Mola Nadir, Mola Tofiq və başqalarını göstərmək olar. Axundlarımızın fəaliyyəti çətin və şərəflidir. Onlar həmvətənlərini islam əqidəsinin paklığına və ülviyyətinə cəlb etməklə, onlara gözəl əməl sahibi olmaqda yol göstərirlər. Alimlərimizin varlığı bizim fəxrimizdir. Gənc mütəxəssislərin fəaliyyəti də təqdirə layiqdir. Rasim Abdullayev və Orxan Şıxıyev эömrük komitəsi sistemində bacarıqla işləyirlər. Azər Şıxıyev Azərbaycan Texniki Universitetini bitirib, Moskvada Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda direktor müavini vəzifəsində çalışır. Adil Məmmədov uzun müddətdir Azərbaycan Nazirlər Şurasında məsul vəzifədə çalışır. Anar Canəhmədov Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq iqtisadiyyat məsələləri üzrə diplomat fəaliyyətindədir. Elman Canəhmədov elmlər namizədi alimlik dərəcəsi alıb, Azərbaycan Neft Akademiyasının baş müəllimidir. O, işlədiyi kollektivin və dərs dediyi tələbələrin hörmətini qazanmışdır. Bahadır Qasımovun Bakının mərkəzi küçəsində zərgərlik mağazası vardır. Buradan müxtəlif ölkələrdən gətirilmiş hər cür qiymətli brilyant, yaqut, sapfir, mirvari və başqa qaşlarla bəzədilmiş zərif bəzək əşyaları almaq olar. Bahadır Qasımov yeni iş yerləri açmaqla bir çox ailə başçılarını çörəyə çatdırıb. Qurban müəllim 1967-ci ildə Azərbaycan Dövlət Pedаqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. O, Xələnc orta məktəbində direktor, Xızı qəsəbəsində rayon icra hakimiyyətinin nümayəndəsi işləmişdir. Qurban Nəcəfquliyev Xızı rayonunun maarif şöbəsinin müdiri kimi uzun müddətdir rayon müəllimlərinə rəhbərlik edir. Qurban müəllim məktəblərin dərs prosesinə hazırlıq işini günün tələbinə uyğun qurur, şagirdlərin dərsliklə təmin edilməsinə nail olub, təlim-tərbiyə işlərinin canlanmasında 107


müəllimlərə əməli köməklik göstərir. O, gənc müəllimlərə qayğı ilə yanaşır. Mikayıl Müşfiq adına Giləzi qəsəbə orta məktəbinin direktoru Svetlana xanım Rüstəmova uzun müddətdir ki, böyük pedаqoji kollektivin bacarıqlı rəhbəridir. O, böyük şairimiz Mikayıl Müşfiqin «Ey adı göylərdən uca müəllim» sözünə sədaqətlə əməl edir. Onun səyi nəticəsində təlim-tərbiyə işlərində məktəb kollektivi mühüm nailiyyətlər əldə etmişlər. Məktəbin kollektivi və valideynlər Svetlana müəlliməyə hörmət bəsləyirlər. O, şagirdlərin sevimlisinə çevrilmişdir. Svetlana müəllimənin əməli işlə zəngin olan illik hesabatları cildlik pedаqoji əsərdir. Svetlana xanım kollektivdə möhkəm intizam, mehribanlıq, işgüzarlıq, yenilik axtarışı, fəal təlim vasitələrindən istifadə etmək üsulunu başlıca şərtə çevirmişdir. O, gözəl nitq mədəniyyətinə və geniş biliyə malikdir. Xızı rayonunun ictimai həyatında fəal iştirak edir. Svetlana xanım direktor olduğu Mikayıl Müşfiq adına Giləzi orta məktəbinin 80 illiyinin təntənəli surətdə qeyd olunmasını gözəl təşkil etdi. 26 mart 2005-ci ildə keçirilən bayrama məktəbin keçmiş məzunlarını da dəvət etmişdilər. Görüşdə məzunlar yaddaşlarında qalanları iştirakçılara danışdılar. Mən 1936-ci ildə məktəbin birinci sinfinə daxil olmağımı və latın qrafikası üzrə əlifbanı mənə öyrədən Əbdülhüseyn müəllimi hörmətlə yad etdim. O, dövrdə məktəbin direktoru işləmiş Mir Abutalıb Əzizovun məktəbdə möhkəm intizam yaratmasından, məktəbdə və kənddə nüfuzundan danışdım. O, rus-alman müharibəsində rəşadət göstərib həlak olmuşdur. Məktəb direktoru Ağacan Novruzovun tarix fənnini şagirdlərinə sevdirməsi, çox bilikli olub gözəl nitqə malik olmasını xatırladım. Məktəbin direktoru Qasım Qasımovun şagirdlərə öyüd-nəsihətlərindən söz açdım. Direktor Hacıqulu Məmmədovun riyaziyyatdan geniş biliyə malik olub, biliyi şagirdlərinə öyrətməsindən və direktor Zəbiulla Axundovun Azərbaycan ədəbiyyatından zəngin biliyə malik olmasından, öz şerlərini də şagirdlərinə oxumasını söylədim. Zəbiulla Axundov sevimli şairimiz Rüfət Zəbi oğlunun atasıdır. Müharibə illərindəki 108


gənc müəllimlərdən Mikayıl Cəbiyev, Binədar Rüstəmov, Qəribağa Şahbazov, Heydər Rüstəmovu hörmətlə xatırladım və məclisin yuxarı başında əyləşən müəllimim 85 yaşlı Baxşalı Hüseynovu böyük şairimiz Mikayıl Müşfiqin «Bilik xəzinəsi qoca müəllim» şeri ilə salamladım. O vaxtlar məktəbdə dram dərnəyi yaxşı fəaliyyət göstərirdi. Şagirdlər Cəfər Cabbarlının «1905-ci il», «Almaз» və «Sevil» tamaşalarını göstərirdilər. Bu tamaşalara valideynlər maraqla baxırdılar. Mən məktəbə daxil olduğum il sinif jurnalında şagirdlərin qeydiyyat səhifəsində yazılırdı ki, milliyət türk, ana dili isə türk dilidir. 1938-ci ildə nəinki türk sözünün yazılması, hətta deyilməsi də qadağan edildi. Böyük şairimiz Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin adları dərsliklərdən silindi. Hazırda məktəbdə çətin və şərəfli müəllimlik peşəsini yerinə yetirən müəllim kollektivinə uğurlar arzuladım. XızıBərmək mahalının bu maarif bayramı çox şən keçdi. Xızı-Bərmək mahalında tanınmış müəllimə Zibaxanım Cəfərova dərs dediyi şagirdlərin və işlədiyi kollektivin hörmətini qazanmışdır. O, rayonun ictimai işlərində yaxından iştirak edir. Zibaxanım müəllimənin şairəlik qabiliyyəti də vardır. O, təvazökarlıq edərək yazdığı şerləri nəşr etdirmir. Zibaxanım müəllimə Giləzi qəsəbə orta məktəbində gənc şairlərin yetişməsinə sevinir və onlara qayğı göstərir. Xatirə xanım Haşımzadə Bakıdan ali təhsilli müəllim kimi qayıdıb, doğma kəndi Şurabad məktəbində Azərbaycan ədəbiyyatını şagirdlərə dərindən öyrədir və Xızı rayonunun tədbirlərində fəal iştirak edir. Onu Xızı orta məktəbinin direktoru vəzifəsinə irəli çəkmişlər. O, məktəb kollektivinin hörmətini qazanmışdır. Babası Alahverən Aбbasovun şərəfli müəllim peşəsini davam etdirən Gülnar xanım Abбasova Bakı Ali Pedаqoji Qızlar Seminariyasının tanınmış müəllimidir. Bakının ümumtəhsil orta məktəblərində şərəflə çalışan və adları hörmətlə çəkilən müəllimlərdən Şəmistan xanım Cəfərova, Böyükxanım Hüseynova, Gülnaz xanım Hüseynova, Balaxanım Cavadova, 109


Zemfira xanım Quliyeva, Nəzakət xanım Kazımzadə, Zərifə xanım Gülbalayeva və başqalarını göstərmək olar Digər peşələrdə çalışan zəhmətsevər qızlar da vardır. Bunlardan respublika prezident kitabxanasında çalışan Kəmalə xanım Abdullayeva, ingilis dili mütəxəssisi Sevinc xanım Cavadova tanınmış şirkətdə tərcüməçi işləyir. Zülfiyyə xanım Abasova Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirən gənc mütəxəssisdir. Uzun müddət Siyəzən şəhər məktəbinin direktoru işləmiş Şəfiqə Ağayeva Bakının tanınmış məktəbində tələbələrinə riyaziyyat fənnini dərindən öyrədir. İnsanların sağlamlığının keşiyində duran gənc qadın həkimlər vəzifələrini layiqincə yerinə yetirirlər. Bunlardan Leyla xanım Abdullayeva, Şəfa xanım Cavadova, Sevinc xanım Canəhmədova, Mehriban xanım Canəhmədova, Təranə xanım Aslanova, Aysan xanım Şıxıyeva, gənc həkim Turan xanım Qurbanova və başqаlarını göstərmək olar. Xızı Rayon mədəniyyət şöbəsinin müdiri Sənan Talıbov Sayadlar kəndinдə Mikayıl Müşfiq ev xatirə muzeyini əsaslı təmir etdirib, ətrafında 400 ədəd ağac əkdirmişdir. Xatirə ev muzeyi Mikayıl Müşfiq irsini yaxşı təbliğ edir. Böyük şairimiz Mikayıl Müşfiqin baba yurdu Sayadlıda ucaldılan büstü önündə düşüncələrə dalan şair Adil Küskün yazır:2 O nə gündür, nə aydı? O günə düşəydi daş. Sənə düşmən deyənin, Dili quruyaydı kaş. Dinib danışmağı da Yasaq etdilər sənə«Vətən üçün yaşayan, Vətən üçün ölənə.» Taleyə bax, yurduna Heykəl kimi gəlmisən Ellərin qəlbində sən 110


Çoxdan heykəlləşmisən. Tanınmış maliyyəçi Namiq Quliyev Xızı rayon bankına bacarıqla rəhbərlik edir. O, cömərd insandır. Xızı rayonunun Cəfər Cabbarlı adına mədəniyyət evinin işçilərinin öz fəaliyyət dəstəsi vaxtaşırı əhaliyə estetik zövq bəxş edir. Oxuyarkən dinləyiciləri heyran edən Bəhiyyə xanım musiqini dərindən duyan, muğamları gözəl səslə ifa edən sənətkardır. O, Xızı mədəniyyət evinin direktoru vəzifəsində çalışır. Tanınmış müğənnilərdən Ruhəngiz xanım Allahverdiyeva Azərbaycan bəstəkarlarının mahnılarının yaxşı ifaçısıdır. Onun səsindəki lirizm və emosionallıq dinləyicilərini cəlb edir və yüzlərlə pərəstişkarı heyran edir. Müğənni Mətanət xanım İsgəndərli gözəl ifaçılıq mədəniyyətinə malikdir. O, Xalq mahnılarını oxuyarkən onlara yeni nəfəs verir. Müğənni məlahətli səsi ilə dinləyiciləri valeh edir. Gözəl mügənni Ədilə xanım Nəzərli məşhur dağlı musiqiçiləriндəн олан qarmon çalan Ələkbər, klarnet çalan Mehdi və balaban çalan Həsən Nəzərlilər ailəsində anadan olmuş və onların sənətini mənimsəmişdir. Ədilə xanımın məlahətli səsi dinləyicilərində nikbinlik yaradır. O, mahnılar ifa edərkən dinləyicilər səsini onun səsinə qatıb, oxuyub şənlənirlər. Ədilə xanım yüksək səhnə mədəniyyətinə malikdir. Onun səsinin pərəstişkarı çoxdur. Mügənni məlahətli səsi ilə Azərbaycan mahnı və muğamlarını xarici dinləyicilərə də sevdirir. Ədilə xanım muğamlarımızı dərindən bilib, sözləri düzgün tələffüz edib və onları ustalıqla ifa edir. Onu ölkəmizin kənarında da yaxşı mügənni kimi tanıyırlar. Müstəqilliyimiz dövründə gənc alimlərimiz yeni məzmunlu əsərləri ilə mühüm əhəmiyyətli nailiyyətlər əldə etmişlər. Sənətşünaslıq elmləri namizədi Zümrüd Dadaşzadə bir sıra dəyərli elmi məqalələrin müəllifidir. Onun yazdığı elmi əsərlərin sənətşünaslığın inkişafında mühüm rolu vardır. 111


Filoloжi elmlər namizədi Rasim Qurbanovun yazdığı «Hüseyn Cavidin estetik ideyaları» adlı monoqrafiyası oxucular tərəfindən rəğbətlə qarşılanıb. Onun dilçi-türkoloq Samət Əlizadə və digər həmvətənləri haqqında yazdığı elmi məqalələr geniş biliyə malik olduğunu göstərir. Filoloji elmlər namizədi Firudin Qurbansoyun yazdığı «Məhəmməd Füzulinin yaradıcılığı» adlı əsəri Füzulişünaslıqda bir çox məsələlərə işıq salır. O, Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığına dair bir çox elmi məqalələrin müəllifidir. Firudin Quрbansoy böük şair Mikayıl Müşfiq yaradıcılığı haqqında Azərbaycan televiziyasında verilişlərin müəllifi və aparıcısı olmuşdur. O, Mikayıl Müşfiq mükafatı laureatıdır. Rasim Qurbanov və Firudin Qurbansoy Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib, elmi axtarışları davam etdirirlər. Gənc tarixçi Mehman Ağayev Bakının dağlı məhəlləsindəki 20 saylı orta məktəbini qurtarıb, İstaнbul şəhərindəki universitetin tarix fakültəsini bitirib və hazırda doktoranturada oxuyur. Mehman Ağayeviн Qars müqaviləsi adlı əsəri tarix elmində bəzi məsələlərə aydınlıq gətirib. Eyvazov Firudin Bakı Dövləт Universitetinin tarix fakültəsini bitirmişdir. O, orta əsr tarixi üzrə mütəxəssisdir. Firudin müəllim bir sıra elmi məqalələrin müəllifidir. O, orta məktəbdə müəllim işləyir. Mələk xanım Баyрамова ali təhsilli mühəndis kimi Sumqayıtda işə başlamış, az vaxt ərzində şəhərdə rəhbər vəzifəyə yüksəlmişdir. Onun bacarıqlı işçi və təvаzökar insan olduğuna görə bеş çağırış Sumqayıt şəhərinin deputatı seçmişlər. Mələk xanım milli məclisdə məsul vəzifədə işləyir. Siyəzən rayonu İcra Başçısı Bədirxanov Möщsüm uzun müddət Bakının Nərimanov və Sahil rayonlarının maarif şöbəsinə rəhbərlik etmişdir. Bakının tanınmış məktəb kollektivlərinin rəğbətini qazanmışdır. O, maarif sahəsində yaxşı işlədiyinə görə irəli çəkilib Xızı rayon İcra hakimiyyətinin başçısı təyin 112


olunmuşdur. Bədirxanov Möщsüm Xızı rayonunda yolların abadlaşdırılmasına, rayon stadionunun tikilməsinə və məktəblərdə təlim-tərbiyənin yüksəldilməsinə yaxından rəhbərlik etmişdir. Ümummilli lider Heydər Əliyev cənabları Bədirxanov Möщsümüн bacarıqlı rayon başçısı olmasını nəzərə alıb onu Siyəzən rayon İcra başçısı təyin etdi. O, Siyəzəndə neft çıxarma işlərini canlandırdı. Siyəzən neftçilərinin məişət və sosial vəziyyətini yaxşılaşdırdı. Siyəzən məktəblərinin yeni avadanlıqla təmin olunmasını, binaların vaxtında təmir olunmasını, beşgünlük dərs rejiminə keçməsini təşkil etdi. Bədirxanov Möщsüm yerli kadr kimi Siyəzən əhalisinin hörmətini qazanmışdır. Müstəqil Azərbaycan Respublikasının çiçəklənməsində Siyəzən neftçiləri əmək rəşadəti göstərirlər. Prezident İlham Əliyev cənabları Siyəzəndə olmuş, şəhərin yüksəlişi haqqında əməli göstərişlər vermişdir. Bu səfərdən sonra Siyəzən kərpic zavodu istifadəyə verildi. Siyəzəndə Beybala Abбasov adına 100 çarpayılıq tibbi xidmət göstərəcək xəstəxananın, 2004-cü il 24 dekabr açılışında prezident İlham Əliyev cənabları çıxış edərək dedi ki; _“Bir il ərzində görülən işlər göstərir ki, biz düz yoldayıq”.3 Bu xəstəxana Siyəzənlə yanaşı Xızı və Dəvəçi rayonlarının əhalisinə də xidmət edir. Siyəzən rayonunda 2 mindən çox neftçi yaşayır. Ümumilikdə hər ailədən neft sahəsində işləyən vardır. Gənc şair Orxan Şahbazov 1958-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdur. O, kiçik yaşlarından şer həvəskarıdır. Orxan Şahbazovun məhəbbət mövzusunda yazdığı şerlər büllur kimi təmizdir. Şair “Sən susdun, mən susdum, gözlər danışdı” şerində yazır: Bir səhər yenə gəldik üz-üzə. Nəzərlər qovuşdu durduq göz-gözə. Ürək həsrət qaldı şirin bir sözə. Sən susdun, mən susdum, gözlər danışdı. Gözlər ürəklərə yol açan izdir. 113


Baxışlar ümmandır sakit dənizdir. Bizə ümid verən ilk sevgimizdir. Sən susdun, mən susdum, gözlər danışdı. Gözlərin dalğalı dənizə bənzər. Məhəbbət gəmisi sahilə üzər. Qoynunda üsyana qalxır ləpələr. Sən susdun, mən susdum, gözlər danışdı. Orxan məhəbbəti ülviləşdirərək “İlk baxışdan məhəbbət” şerində yazır: Həyatın qəribə qanunları var. Kimi xoşbəxt edir, kimisə bədbəxt. Insana həyatda bir dayaq olar. Hər şeydən qüvvətli ulu məhəbbət... Ancaq səni gördüm, dayandı zaman. Qəlbim ilk baxışdan vuruldu sənə. Gözlərim gəzirdi səninlə hər an. Həyatda hər şeydən əzizdir mənə. Şairlər yurdu olan Xızı-Bərmək mahalında Qönçə adlı yeni ulduz parladı. Körpə fidan Qönçə Ədalət qızı Nuriyeva 1993-cü ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuşdur. O, Mikayıl Müşfiq adına Giləzi orta məktəbinin VII sinfində oxuyur. Şerlərindəki fikir bitkinliyi, axıcılıq, mövzu müxtəlifliyi onun gələcəkdə gözəl şairə olmasına zəmanət verir. Gənc şairə “Odlar yurdu Azərbaycan” şerində yazır:4 Şuşa mənim ürəyimdir, Təbriz suyum-çörəyimdir. Qarabağ göz bəbəyimdir, Odlar yurdu Azərbaycan.

114


Şairə “Ey igidlər, qalx ayağa” şerində parçalanmış Azərbaycanın birləşməsinə səsləyərək yazır: Vətənimiz ayaq altda, Taptalandı, parçalandı. Bu vətəni qorumağa Ər igidlər gərəkdir. Qalx ayağa Vətən oğlu, Vətən sudur, çörəkdir. Qönçənin şerlərindəki vətənə, millətə və vətən tarixinə bağlılığı onun vətəndaş şair olmasından xəbər verir. O, “Xızı” şerində yazır: Hələ neçə şair, neçə yazıçı, Hələ neçə alim yetişdirəcək... Hələ neçə əsr gəlib keçsə də, Bərmək tarixlərdən silinməyəcək. Kiçik şairə “Şuşa” şerində cənnət Şuşanın müdafiəsinə Koroğlunu, Həcəri haraylayır: Şuşa nalə çəkir, ağlayır yaman. Onun səsini eşiтmir zaman Qəhrəman Koroğlu olsaydı indi, Çapardı Qıratı Şuşaya doğru. Namərd yağıları qırıb-çatardı. Şuşanın adını əziz tutardı... Əgər Həcərimiz olsaydı burda, Bütün qadınlar da qalxıb ayağa, Xilaskar olardı bu Qarabağa. Qönçə “Təbiəti qoruyaq” şeirində yazır: 115


Gəlin, biz də təbiəti Sevək Vətən, Ana qədər. Qoruyaq ətraf mühiti, Heyvanlara qulluq edək. Xızı-Bərmək mahalının qədim torpağı olan Xələnc kəndində Seyidxanım Verdiyeva dünyaya göz açmışdır. O, Xələnc ümumtəhsil kənd orta məktəbinin V sinif əlaçısıdır. Bu körpə ulduzun şerləri ürəyə yatan və axıcıdır. Seyidxanım Verdiyevanın 11 yaşında yazdığı şerlər kitabında toplanan şerlərin əsas məzmunu vətən məhəbbəti, torpağa bağlılıг, el-obasını və onun insanlarını sevməkdir. Onun “Mənim uca bayrağım” şer kitabı Seyidxanım gözəl şairə olacağından xəbər verir. Seyidxanım Verdiyeva “Azərbaycan” şerində yazır:5 Azərbaycan-ana dilim, Ana yurdum, göz bəbəyim. Vətənimin qarşısında, Mənim borcumdur baş əyim. Seyidxanım Verdiyeva “Bayraq” şerində yazır: Bu üç rəngli bayrağım, Yol üstündə mayakdır. Axşam olubdur çoxdan Bayraq hələ oyaqdır. Uca bayraq hər yerə, Hər kəsə inam verir. Yoldan keçən əsgər də Bayrağa salam verir. Gənc şairə Günel Dağlı Xızı-Bərmək mahalının Xəzər sahilində yerləşən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 46 116


nömrəli məktəbin şagirdi olarkən şer yazırdı. O, vətəni qəlbən sevərək “Azərbaycan” şerində yazır: Qucağında göz açmışam, Mən də sənin bir körpənəm, sənsən anam. Sənə sevgim, məhəbbətim ümman-ümman, Odlar yurdu, gözəl məкan, Azərbaycan. Mənimkidir bu yurd-yuvam, bu od-ocaq. Hər çəməndən çiçək dərim qucaq-qucaq. Suyun, havan mənə məlhəm, mənə dərman, Odlar yurdu, gözəl məkan, Azərbaycan. Bu şerlə ölkəmizin adı olan və məkanı olan Azərbaycanımızı vətəndaş şair gözəl təsvir edir. Gənc şairə “Dağlıyam mən” şerində dağlı sözü ilə fəxr edərək yazır: Mənəm dağların balası, Kəndim Upa, yurdum Xızı. Öz yurduma bağlıyam mən, Dağ qızıyam, dağlıyam mən... Hər oğlunda cəsarət var, Qızlarında ar-qeyrət var, Ülviyyət soraqlıyam mən, Azərbaycan övladıyam, Dağ qızıyam, dağlıyam mən.

117


2. Xızı-Bərmək mahalının tanınmış elm və mədəniyyət xadimləri. Əmir Hüseyn Elşən Ağaqulu oğlu Məcidov Əmir Hüseyn Elşən 1937-ci il noyabr ayının 30-da XızıBərmək mahalının Tudar kəndində dünyaya göz açmışdır. O, uşaq yaşlarından Bakının zirvəsi olan dağlı məhəlləsində yaşayıb, boyabaşa çatmışdır. Əmir Hüseyn Elşənin məktəb illərində sevib oxuduğu dahi dramмaturq Cəfər Cabbralının əsərləri, böyük şair Mikayıl Müşfiqin şerləri incəsənətə olan məhəbbətini artırıb. O, dram, rəssamlıq və tar dərnəklərinə gedib və orada görkəmli sənətkarlardan dərs almışdır. Əmir Hüseyn Elşən 1968-ci ildə İncəsənət İnstitutunu bitirib. O, tələbə olarkən Azərbaycan Televiziya verilişlərində işləyib. “Zirvə” , “Arşın mal alan” , “Sehirli xalat” filmlərində rejissor köməkçisi kimi çalışıb. İnstitutu bitirəndən sonra isə sərbəst mövzular hazırlayır, tamaşalara quruluş vermişdir. “Klassik irsimiz”, silsiləsindən tamaşa xarakterli verilişlərini, “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Ədəbi üfüqlər”, “Kitab köşkü” televiziya jurnalını hazırlayıb. “Ozan” folklor toplusu və “Durna teli” verilişləri onun müəllif proqramları olub. Əmir Hüseyn Elşən “Vahid” studiyasının baş redaktoru olmuşdur. O, Birləşmiş Ərəb Əmirliyində sənədli film çəkib. Əmir Hüseyn Elşən “Teksun” şirkətinin mətbuat müşaviri işləmişdir. Onun 5 kitabı və müxtəlif pyesləri vardır. Əmir Hüseyn Elşən xasiyyətcə sözübütöv, təşəbbüskar və xeyirxah insandır. O, böyük şairimiz Mikayıl Müşfiqin şerlərinin vurğunu olduğu üçün “Müşfiq xatirə mükafatını” təsis etmişdir. Əmir Hüseyn Elşən Mikayıl Müşfiqin doğum və anım günündə Müşfiq sevərlərlə Xızı-Bərmək mahalının Sayadlar yurdunda Müşfiq ocağını ziyarət edir, onun ruhu qarşısında baş əyir. Əmir Hüseyn Elşən həyatında çox sevdiyi və onu gənc ikən tərk etmiş oğlu Elşənin adını öz adı ilə birgə çəkilməsini qəbul etmişdir. 118


Bütün əsərlərində Əmir Hüseyn Elşən imzası vardır. Əmir Hüseyn Elşən “Ozan ocağı” şirkətinin prezidenti idi. O, 1998-ci ildə “Ensklopedik toplu” tərtib etmişdir. Burada ölkəmizin görkəmli şəxsləri haqqında məlumatlar vardır. 2003-cü ildə nəşr etirdiyi “Sənət yollаrında tanınan izlər” əsərində görkəmli sənət adamları haqqında dəyərli yazılar çox maraqlıdır. Bütün bunlar göstərir ki, Əmir Hüseyn Elşən xeyirxah şəxsiyyətdir. O, gözəl ailə başçısı və baba idi. Əmir Hüseyn Elşən 2006-cı ildə mart ayında vəfat etmişdir. Akif Ağabaлa oğlu Abdullayev Akif Abdullayev 1941-ci ildə Xızı-Bərmək mahalının Giləzi kəndində anadan olmuşdur. O, 1958-ci ildə Giləzi qəsəbə orta məktəbini bitirdikdən sonra ordu sıralarına getmişdir. Akif Abdullayev 1968-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, Lomonosov adına Moskva Universitetində oxuyarkən tələbə təşkilatına rəhbərlik etmiş və Azərbaycanlı tələbələrə yaxından kömək etmişdir. Akif Abdullayev 1972-ci ildə iqtisadiyyat elmi üzrə alimlik dərəcəsi almışdır. Onun yazdığı “Təkrar istehsalın iqtisadi problemləri” adlı disertasiyası, “İqtisadiyyat və iqtisadi siyasət” kitabı və onlarla yazdığı digər əsərləri ilə təkrar istehsalın iqtisadi problemlərinin əsaslandırılmasında, istehsal xərclərinin aşağı salınmasında və səmərələşdirilmənin müəyyənlənləşməsində əldə etdiyi nəticələr iqtisad elm sahəsində bir çox məsələlərə işıq salmışdır. O, bazar iqtisadiyyatına keçid, respublikada bəzi iqtisadi islahatların hazırlanması sahəsində yaxından iştirak etmişdir. Akif Abdullayev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun dosenti işləyib və respublika üçün yüzlərlə iqtisadçı mütəxəssis hazırlamışdır. Akif müəllim pedаqoji fəaliyyətini davam etdirir. O, işlədiyi kollektivin və tələbələrin hörmətini qazanmışdır. 119


Akif müəllimin yüzlərlə yetirməsi xalq təsərrüfatının müxtəlif sahələrində çalışaraq öz müəllimlərini ehtiramla xatırlayırlar. O, pedаqoji fəaliyyətini ictimai işilə birləşdirir. Akif Abdullayev respublikada elm, maarif və mədəniyyət sahəsinə bacarıqla rəhbərlik edib, işgüzarlıq və tələbkarlıq nümayiş etdirmişdir. O, rəhbərlik etdiyi sahələrdə bilici və yaradıcı şəxs kimi tanınmışdır. Akif Abdullayev dövrü üçün əhəmiyyətli olan mühüm siyasi jurnalın redaktoru işləmişdir. Mətbuatın xalqın milli və mədəni yüksəlişində oynadığı roluna əsaslanaraq siyasi jurnalda ilk dəfə elmi, iqtisadi və ictimai məsələlərə geniş yer verib. O, respublika milli məclisində məsul vəzifədə çalışıb. Akif Abdullayev respublikanın iqtisadi, siyasi və mədəni quruculuğunun fəal iştirakçısıdır. O, respublikanın tanınmış siyasi-ictimai xadimləri arasında özünəməxsus yeri olan şəxsiyyətdir. Akif Abdullayev görkəmli alim, səmimi insan, sözübütöv, gözütox, tanınmış ziyalıdır. O, gözəl ailə başçısıdır.

Xanlar Kazım oğlu Qurbanov Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakının dağlı məhəlləsində anadan olub. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Xanlar Qurbanov 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub, 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, tələbəlik illərində sərbəst güləş üzrə beynəlxalq yarışların iştirakçısı olub, mükafatlar almışdır. 1970-ci ildə idman ustası, 1982-ci ildən isə ümumittifaq dərəcəli hakimdir. İnstitutu bitirdikdən sonra təyinatla həmin institutun güləş kafedrasında müəllim vəzifəsinə seçilmişdir. 1968-ci ildə Moskva şəhərində Ümumittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat İnstituтуnun məqsədli aspiranturasını bitirib pedаqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1989-cu ildə dosent elmi 120


adına layiq görülmüşdür. Həmin ildən bu günə kimi güləş kafedrasının müdiri vəzifəsində çalışır. O, bacarığını respublikada idmanın sərbəst güləş növünün inkişafına sərf etmiş və bir çox pəhləvanlar yetirmişdir. Həmin idmançılar sərbəst güləş üzrə müxtəlif səviyyəli yarışlarda qalib gəlmişlər. Xanlar Qurbanov Azərbaycan Ali Attestasiya komiсsiyası tərəfindən professor elmi adına layiq görülmüşdür. Tanınmış alim-idmançı Xanlar Qurbanov əldə etdiyi nailiyyətlərlə xarici ölkələrdə də şöhrət qazanmışdır. 1955-ci ildə Türkiyə respublikasının İstaнbul Tibbspor Universitetinin professoru fəxri adına layiq görülmüşdür. İdmanda göstərdiyi xidmətlərə görə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib. Azərbaycan Milli İdman Assosasiyasının prezidentidir. O, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür, Sərbəst və Yunan-Roma Güləş Federasiyasının icrakomunun üzvüdür. İşlədiyi İnstitutda müəllim yoldaşlarının və geniş tələbə heyətinin hörmətini qazanmışdır. Professor Xanlar Qurbanov “Vektor Beynəlxalq Elmi Mərkəzi” tərəfindən “Azərbaycanın tanınmış alimləri” və “XXI əsr Azərbaycan ziyalıları” diplomlarına layiq görülmüşdür. Elm və təhsil sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. O, 1990-1995-ci illərdə Bakı şəhər Sovetinin deputatı olub. Bakının ictimai həyatında fəal iştirak edib. Professor Xanlar Kazım oğlu Qurbanov onlarla kitab və məqalənin müəllifidir. O, vətəninə, el-obasına bağlı şəxsiyyətdir. Bunlarla yanaşı gözəl ailə başçısıdır. Bir oğul və iki qız atasıdır. Щаъıзадə Фуад Мащмуд оğлу Щаъıзадə Фуад Мащмуд оğлу 19 iyун 1952-ъi iлдə Сiyəзəн şəщəрiндə анадан олмуşдур. 1959-1969-ъу iллəрдə Сiyəзəн şəщəр орта мəктəбiндə тəщсiл алмışдıр. 1969-ъу iлдə Ленiнград (Санкт-Петербург) Дöвлəт Унiверсiтетiнiн 121


рiyазiyyат-механiка факüлтəсiнə гəбул олмуş вə 1974-ъü iлдə щəмiн алi мəктəбi мüвəффəгiyyəтлə бiтiрмişдiр. 1975-ъi iлiн yанварıн 2-дəн iндiyəдəк Азəрбаyъан Мiллi Аерокосмiк Аэентлiyiндə (АМАКА) мüщəндiс вəзiфəсiндəн дəрiн iстедад вə мəгсəдyöнлü фəалiyyəт саyəсiндə Еколоэiyа İнстiтутунун дiректору вəзiфəсiнə yüксəлмişдiр. 1983-ъü iлдə Москва şəщəрiндə Русiyа Елмлəр Академiyасıнıн Космiк Тəдгiгатлар İнстiтутунда намiзəдлiк дiссертасiyасıнı мüдафiə етмiş вə фiзiка-рiyазiyyат елмлəрi намiзəдi елмi дəрəъəсi алмışдıр. 1977-ъi iлдə «Атмосферiн еколожi монiторiнгi» адлı монографiyасı çапдан çıхıб. Эöркəмлi алiм Фуад Щаъıзадə Австрiyада, СанктПетербургда, Алманiyада, Тüркiyəдə вə İранда елмi езамiyyəтлəрдə олмуş, елмi конфрансларда мüстəгiл Азəрбаyъанıмıзı лəyагəтлə тəмсiл етмişдiр. Онун 100-дəн çох елмi мəгалəсi республiкада вə харiъдə çап олунуб. 1998-ъi iлдə «Атмосферiн еколожi монiторiнгi üçüн ъiщазларıн вə üсулларıн işлəнмəсi» мöвзусунда докторлуг дiссертасiyасıнı мüдафiə етмişдiр. Алi Аттестасiyа Комiссiyасıнıн гəрарı iлə Фуад Щаъıзадəyə 5 март 1999-ъу iлдə технiка елмлəрi доктору алiмлiк дəрəъəсi верiлмişдiр. О, телевiзiyа васiтəсiлə еколожi проблемлəрə даiр мараглı çıхışлар едiр. 1999-ъу iл 11 октyабрда ЙАП Бiнəгəдi раyон тəşкiлатıнıн II вə 2001-ъi iлдə III конфрансларıнда раyон тəşкiлатıнıн сəдрi сеçiлмişдiр. ЙАП Сiyасi Şурасıнıн üзвüдüр. Щаъıзадə Фуад танıнмış сiyасi хадiм, тəşкiлатçı, алiмеколог, мüəллiм, тəвазöкар iнсан, yахşı аiлə баşçıсı, iкi оğул атасıдıр. Əhməd Xanəhməd oğlu Canəhmədov Əhməd Canəhmədov 1946-cı ildə Xızı-Bərmək mahalının Baxşılı kəndində anadan olmuşdur. O, 1969-cu ildə Azərbaycan 122


Neft və Kimya İnstitutunun Neft-mexanika fakültəsini bitirmişdir. Əhməd Canəhmədov Moskvada SSRİ EA maşınşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1973-cü ildə namizədlik, 1989cu ildə isə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının professorudur. O, dərs vəsaitlərinin, iki monoqrafiyanın, onlarla elmi əsərin və 20-dən çox potentin müəllifidir. Əhməd müəllim Neft-mədən mexanikası, maşın və mexanizimləri kafedrasında müdir vəzifəsində çalışmışdır. Geniş elmi dünya görüşünə malik Əhməd Canəhmədov 1997-ci ildə Beynəlxalq Mühəndislər Akademiyasının akademiki, 1998-ci ildə isə Gürcüstan Milli Akademiyasının akademiki seçilmişdir. O, Beynəlxalq “Sürtünmə və yeyilmə” elmi jurnalın redaksiya kollegiyasının üzvü, “Mexanika, maşınqayırma və geotexnika” adlı beynəlxalq elmi jurnalın baş redaktorudur. Onun rəhbərliyi altında 8 namizədlik və 3 doktorluq dissertasiyaları hazırlanmışdır. Akademik Əhməd Canəhmədov İngiltərədə, Almaniyada, Çexoslovakiyada, Slovakiyada, Rusiyada, Yunanıstanda və digər ölkələrdə Beynəlхalq simpoziumlarda məruzə ilə çıxış etmiş, onun təklifləri dünyanın tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1998-ci ildə İngiltərənin Beynəlxalq Bioqrafiya mərkəzi tərəfindən “XX əsrin görkəmli elm xadimi” fəxri adına layiq görülmüş, Amerika Bioqrafiya İnstitutu tərəfindən “2000” illik qızıl medalı və “Beynəlxalq səfir” ordeni ilə təltif olunmuş və eləcə də “Zati aliləri” rütbəsinə layiq görülmüşdür. Akademik Əhməd Canəhmədov doktorluq dissertasiyası müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın həmsədri, Azərbaycan Təhsil Nazirliyinin Elmi-metodiki şurasının “Maşınqayırma metallurgiya” bölməsinin sədridir. Şair təbiətli Akademik Əhməd Canəhmədovun 1998-ci ildə “Şeh damlası” adlı ilk şerlər kitabı nəşr olunmuşdur. O, vətəninə, elinə və obasına bağlı şəxsdir. Xızı-Bərmək mahalının 123


yaylaqlarına, dağlarına və saf sulu bulaqlarına qəlbən bağlı olan şair, yazır: Deyirlər dağların olmayır gözü, Mən “Dibrar” dağına baxanda düzü, Sanıram, döşündə o qoşa bulaq, Bir cüt gözləridir, yaşadır bu dağ. Akademik Əhməd Canəhmədov elmdə özünə qarşı tələbkar olduğu halda, həyatda isə ətrafında olan insanlara qarşı qayğıkeş, mehriban və səmimidir. O, gözəl ailə başçısıdır. Firudin Tərlan oğlu Ağayev Firudin Tərlan oğlu Ağayev 1963-cü ildə Bakının zirvəsi olan Dağlı məhəlləsində dünyaya göz açmışdır.O, Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta ümumtəhsil məktəbini əla qiymətlərlə bitirmişdir. Firudin Ağayev 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsini bitirib elektron hesablama maşınları ixtisasına yiyələnmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında oxumuş, 1998-ci ildə “Məsafədən zondla tədqiq etmə” ixtisası üzrə texnika elmləri namizədi alimlik elmi dərəcəsini almışdır. Firudin Ağayev Azərbaycan Milli Elmlər Akademiyasının İnformaсiya Texnologiyaları İnsтitutunda şöbə müdiridir. O, aspirant və dissertantlara “İnformatika” fənnini tədris edir və distant tədrisi ilə məşğul olur. Onun müəlliflərlə birlikdə metodiki vəsait kimi yazdığı “Müasir komputer proqramları” və “WEB səhifələrin yaradılması”, “İnformatika, İKT və informasiyalaşdırılmanın nəzəri-praktiki əsasları” adlı kitabları diqqətə layiqdir. Firudin Ağayev məsafədən zondla idarə etmə sahəsinin tanınmış mütəxəssisidir. O, 2002-ci ildə Cənubi Kоreyada “Elmi tədqiqat və inkişaf” problemlərinə dair konfransda iştirak etmişdir. Firudin Ağayev “Destant tədris 124


məsələləri” monoqrafiyası üzərində işləyir. O, Azərbaycan reэionlarında İnformasiya komunikatsiya texnologiyasının tədbiq edilməsində fəal iştirak edir. Firudin Ağayev Azərbaycan Elmlər Akademiyasında “Qızıl Aypara” cəmiyyətinin sədri seçilmişdir. Azərbaycan Respublikasında ümumi təhsilin kurrikulumu informatika fənni üzrə milli koоrdinatorudur. O, tanınmış alim , səmimi insan və gözəl ailə başçısıdır. Nizami Rəmzi Abşeron kəndlərində, Xızı-Bərmək mahalında və Bakıda şerin bir janrı olan meyxanaya böyük maraq olub вə vardır. Meyxana vasitəsi ilə dövrün kəm-kəsirləri tənqid edilir, yaxşı insanlara xoş sözlər deyilir. Dağlılardan meyxana ustaları Ağarıza, Səlim və başqaları gözəl təbə malik şairlər olublar. Məşhur meyxana ustadı Nizami Rəmzi (Rza oğlu Baxşıyev) Bakının Dağlı məhəlləsində 1947-ci il dekabr ayının 2də dünyaya göz açmışdır. O, bir neçə “meyxana”-folklor ansamblının ilk yaradıçısıdır. Nizami Rəmzi ilk dəfə musiqi ilə meyxananın sintezini yaratmış və xeyli meyxanaya musiqi bəstələmişdir. O, çoxlu sayda şer, qəzəl və qaravəllilərin müəllifidir. Nizami Rəmzi “Qəzəlxan” bədii filminə və “Göy qurşağı” sənədli filmlərinə çəkilmişdir. Nizami Rəmzi meyxana sahəsində yeni məktəb yaratmışdır. Meyxanaya melodiya qatmaqla onu daha da şirinləşdirib. Hazırda Nizami Rəmzi məktəbinin tələbələri meyxananı həmin üsulda deyirlər. O, Azərbaycan meyxana janrını bir çox xarici ölkələrdə nümayiş etdirmişdir. Nizami Rəmzinin meyxana dili sadə, səlist ifadə vasitələri ilə zəngindir. Onuн yaratdığı meyxanalar toylarda və digər şənliklərdə sevilərək dinlənilirdi. Nizami Rəmzi dahi qəzəlxan Əliağa Vahidin meyxana məktəbinin görkəmli nümayəndələrindən və onun istedadlı davamçılarındandır. Onun bədahətən dediyi meyxanalarında poetik nümunələri digər gənc meyxanaçıların 125


dilinin əzbəri olmuşdur. Nizami Rəmzinin sadə xalq dilində dediyi meyxanalarında zəmanədən şikayət motivləri də vardır. Onun meyxanalarında dünyəvi məhəbbət və həyata nikbin münasibət başlıca yer təşkil edir. O, yaradıcılığının parlaq dövründə faciəli qəza nəticəsində həlak olmuşdur. Samət Qürbət oğlu Əlizadə Görkəmli alim-türkoloq Samət Qürbət oğlu Əlizadə 1938ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almışdır. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan Ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 10 kitab, 200-ə qədər elmi məqalənin müəllifidir. Samət Əlizadə “Kitabi Dədə Qorqud” eposunu nəşr etməklə dilçilər arasında böyük hörmət qazandı. O, azəri türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə türkoloqlar aləmində tanınmış, bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlayıb, Azərbaycan Dövlət Universitetində dərs deyib. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Həmin tanınmış alimlər Samət müəllimi hörmətlə yad edirlər. Samət Əlizadə ömrünün məhsuldar çağında vəfat etmişdir. Nəticə Xızı-Bərmək Dağlılarının 4000 illik böyük mədəniyyətini və tarixini işıqlandıran bu əsərdə Xızılı və Dağlıların Türk dilli olub ən qədim dövrdən otуraq həyat keçirdikləri qeyd olunur. Bu dil qrupu tarixin dərin qatlarına işləyən kök üzərində durmuşdur. Xızı-Bərmək mahalında çoxlu sayda toponimlərin olması ilə 126


Xızılıların Türk dilləri ailəsinə mənsub olmasını söyləyə bilirik. Xızı-Bərmək əhalisi qoyunçuluqla məşğul olduqlarından qışlaq və yaylaq mədəniyyətinə malikdirlər. Fatehlər gəl-gedər olduğu halda, Xızı-Bərmək mahalında yaşayan soyların maddi və mənəvi mədəniyyəti daimidir və tükənməzdir. Mahalda Bacarvan və Şirvan şəhərlərinin olması və oradan böyük şəxsiyyətlərin çıxması bir daha göstərir ki, Xızı-Bərmək dağlıları orta əsrlərdə dünya mədəniyyətinə böyük töhфələr vermişlər. Bərməkilər nəslinin isə müsəlman mədəniyyətinin çiçəklənməsində tədqirəlayiq xidmətləri olmuşdur. Əsərdə Xızı-Bərmək dağlılarının dövlətçilik bacarığının olmasından bəhs edilir. Xızanşahlığın (Xızı şahlığının) yaranması və Bərməkilərin baş vəzir olub Ərəb xilafətini idarə etmələri bunu aydın göstərir. Əsərdə Qorqud Dədənin Bakıdan çıxıb Dərbəndə gedərkən Xızı-Bərmək mahalında baş verən hadisələri göstərməsi qələmə alınmışdır. Əsərdə XIX əsrin II yarısında Bakının yüksəlişi və dağlı məhəllələri haqqındakı yazılar əminəm ki, oxucularda maraq doğuracaq. Şura hakimiyyəti illərində dağlılar çox təzyiqlərə məruz qalmışlarsa, onlar bir çox nailiyyətlərə də yiyələniblər. Şura hakimiyyətinin savadsızlığın ləğv edilməsi, icbari orta təhsilin həyata keçirilməsi, ali məktəblərdə pulsuz təhsilin genişlənməsindən səmərəli istifadə ediblər. Dağlıların yüzlərlə alimləri, mədəniyyət və ictimai xadimləri və ali təhsilli mütəxəssisləri yaranıb və millətə səylə xidmət edirlər.

Mən, Tərlan Mirzəağa oğlu Ağayev 1929-cu ildə Xızı kənində anadan olmuşam. Atam Mirzəağa Bahadır bəy oğlu Ağayev Xızıda bəy ailəsində anadan olmuşdur. Ağayev Mirzəağa xalça sənətinin bilicisi və bacarıqlı təsərrüfat rəhbəri idi. 1936-cı ildə Giləzi orta məktəbinə daxil olmuşam.

127


1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Xızı rayonunun maarif şöbəsinin inspektoru və müdiri işləmişəm. 17 il Bakının orta ümumtəhsil məktəblərində direktor işləmişəm. 1965-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşəm. 1965-ci ildən Azərbaycan Dillər Universitetinin tarix kafedrasında əvvəllər baş müəllim, indi isə dosent vəziфəsində işləyirəm. “Azərbaycan Respublikasının elektrikləşdirilməsi tarixinə dair” əsərlərin müəllifiyəm, 1999-cu ildə “Azərbaycanın XızıBərmək mahalının tarixi”, 2005-ci ildə “Hikmətli öyüd” , 2006-cı ildə “Azərbaycanın Xızı-Bərmək mahalının tarixi”-II hissə əsərlərini yazmışam. Müşfiq xatirə mükafatının laureatıyam.

128


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT Giriş. Mikayıl Müşfiq. Əsərləri, 3-ъü cild, Bakı 1968, s. 59. I fəsil. 1. Mikayıl Müşfiq. Əsərləri, I cild, Bakı, 1968, s. 254-255. 2. Adil Küsgün, İttiham kürsüsü, Bakı, 2004, s.11. 3. Məhəmməd Həsən Vəlili (Baharlı), Azərbaycan, Bakı, 1993, s.25. 4. Yenə orada s.25. 5. Professor Ə.N. Dəmirçizadə Azərbaycan dilinin тарiхi qramatikası, Бакı, 1967. 6. Məhəmməd Əmin Rəsulzadə, Əsrimizin Siyavuşu, Bakı, 1991, s. 32. 7.Herоdot, İсторiə, Ленiнград, 1972, с. 168, 173, 333. 8.M.X. Şərifli, IX əsrin II yarısı-XI əsrdə Azərbaycanda fеodal dövlətlər. Bakı, 1978, s. 335. 9. Yenə orada s.320. 10. Nуrəddin Kərəmov. Qırx il səyahətdə. Bakı,1977, s.67. 11. Məhəmməd Həsən Vəlili ( Baharlı), göstərilən əsəri, s.39 12. B.Ə.Budaqov, Q.Qeybullayev, Ermənistanda azərbaycan mənşəli toponimiyanın izahlı lüğəti. Bakı, 1985, s.224-225. 13. Məhəmməd Həsən Vəlili (Baharlı), göstərilən əsəri, s.45 14.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. s.22. 15. Fəzlullah Rəşidəddin. Oğuznamə. Bakı, 1987, s.11. 16. Azərbaycan Sovet Ensiklopediyası, 3-cü cild, Bakı,1979, s.420. 17. Firidun Ağasıoğlu. Azər xalqı. Bakı, 2000, s.32. 18. Rafik Özdək, Türkün Qızıl kitabı. Bakı, 1992, s.23. 19. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989, s.22. 20. Herоdot, göstərilən əsəri. с.508. 129


21. Abбasqulu Ağa Bakıxanov, Gülüсtani İrəm, Bakı, 1951, s.2425. 22. M.A. Seyfətdini, R.Z. Əliyeva, Parfiya dövləti. Bakı, 2004, s.25. 23. Yenə orada s.89. 24. Əli Abbas Çinar, Türklərdə at və atçılıq, Ankara, 1993,s1. 25. Yenə orada s.19. 26. Məhəmməd Əmin Rəsulzadə, göstərilən əsəri.s.32. 27. Zəki Validi Toğan. Ümumi türk tarixinə giriş, İstaнbul,1970, s.38. 28. Ziya Bünyaдov, Azərbaycan tarixi. Bakı, 1994, s.158. 29. M.X. Şərifli göstərilən əsəri s.284. 30. Əbdülkərim Əlizadə, Соüiалğно-экономiçескаə i полiтiçескаə iсторiə Азербаyджана. XIII-XIV вв. Bakı 1956, s. 47. 31. Азəрбаyъан тарiхi üзрə гаyнаглар, Бакı, 1989, с. 17, 22. 32. Herоdot, göstərilən əsəri. 33. Ziya Bünyaдov,Азəрбаyъан VII-IХ əсрлəрдə, Бакı 1965, с.42. 34. Yenə orada s.139. 35. Nureр Uğurlu, Tarix, I, İstaнbul,1994, s.134. 36. Mehmed Altay Küyman, Adil Alpman, Səlim Kosa, İsmail Cansaz, Tarix, lisa I, Анкара, s.145. 37. Олiарi Адам, Опiсанiе путеşествiə в Московiö i çерез Московiö в Персiö i обратно, спб 1906, с.490. 38. . Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.69. 39.Yenə orada. S.71 40.Nailə Vəlixanlı Ərəb Xilafəti və Azərbaycan. Bakı,1993, s.49. 41. Sara Aşurbəyli, Государство Şiрванşахов. Бакı, 1983. с. 103 42. Yenə orada s.104. 43. Məsudi, Mürüc-əz-Zəhəb, II cild, s.4.(Bax: M.X. Şərifli, göstərilən əsəri, s 41) 44.Ziya Bünyaдov, Azərbaycan Atabəylər dövləti. Bakı, 1985, s.232. 130


45. Sara Aşurbəyli, göstərilən əsəri, s.226, 227, 228. 46. Münəъcimbaşı, Cəmi əd-düval, tarix əl bab вə Şirvan fəsli, s.12. 47.Fəzlullah Rəşidəddin, Ъami At-Tavarix, Bakı, 1957, s.127. 48.Yenə orada. s. 193. 49. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989, s.183. 50. Yenə orada. s.218 51. Nуrəddin Kərəmov, göstərilən əsəri. s.60. 52. Abбasqulu Ağa Bakıxanov, göctərilən əsəri. s.158. 53. Г.Б.Абдуллаев, İз İсторii северо-востоçного Азербаyджана в 60-80-х гг.XVIII в, Баку,1958, с. 31. 54. П.Г. Бутков, Матерiал длə новоy iсторii Кавказа с.1722 по 1803, ç.1-3, СПБ.1869, с.542. 55. Abбasqulu Ağa Bakıxanov, göctərilən əsəri, s.218. 56. Nуrəddin Kərəmov, göstərilən əsəri. s.45. 57. Herоdot, göstərilən əsəri. IV b.7. II Fəsil. 1. Nуrəddin Kərəmov, göstərilən əsəri, s54 2. Mail Məmmədli, Mahal Məmmədli, Azərbaycan tarixi, Bakı 2000, s219 3. 4.Məhəmməd Həsən Vəlili (Baharlı), göstərilən əsəri, s132133 4. Məhəmməd Əsəd Bəy, Şərqdə neft və qan, Bakı, 2003, s10. (Алман дiлiндəн çевiрəнi Çəркəз Гурбанлı). 5. Cəfər Cabbarlı, Bakı, 1969, 3-cü cild, s 116. 6. Mikayıl Müşfiq, Бакı, 1967. с. 19. 7. Dilbər Axundzadə, Müşfiqli günlərim, Bakı, 1968, s.110111. 8. Qılman İlkin, Dağlı məhəlləsi, Bakı, 1978, s.5. 9. T.Q. Səlimov-Şağani, Aбşeronun yer adları, Bakı, 1993, s 33. 10. İсторiə Азербаyджана, т. II, Макет, Баку, 1954, с.144,145. 131


11. Mirzə Qədir Vüsaqi, 12. Ümbülbanu, Qafqaz günləri, Bakı, 1992, s.86. (Франсıз дiлiндəн çевiрəнi Щамлет Щаъıyев). 13. Обзор Бакiнскоy губернii за 1902 года. Предложенiе по все поддонещему отсçет, Баку, 1903, тiпографiə губернского правленiə. Прiложенiе к №6-му ведомостğ лiт.А. 14. Yenə orada. III Fəsil. 1. İсторiə Азербаyджана, т. II, Макет, Баку, 1954, с.255, 256. 2. Məhəmməd Əsəd Bəy, göstərilən əsəri, s.188. 3. Məhəmməd Əmin Rəsulzadə, göstərilən əsəri, s.93. 4. Məhəmməd Əsəd Bəy, göstərilən əsəri, s.192. 5. Məhəmməd Əmin Rəsulzadə, göstərilən əsəri, s.92. 6. İсторiə Азербаyджана, т. II, Макет, Баку, 1954, с.303 7. Məhəmməd Əmin Rəsulzadə, göstərilən əsəri, s.92. 8. Sonaxanım Cabbarlı, Onu kim unudar, Bakı, 1969 9. Mikayıl Müşfiq. Əsərləri, I cild, Bakı 1968, s.351. 10. Cəfər Cabbarlı, əsərləri, III ъiлд, Бакı, 1988. с. 421. 11. Dilbər Axundzadə, göstərilən əsəri, s.23. 12. Mirəsədulla Mirqasımov, Бiблiографiyа, Bakı,1964. 13. Sirdaş qəzeti, 17 fevral 2004-cü il. IV Fəsil. 1. 2. 3. 4. 5.

«Ağ yol» jurnalı, 2004-cü il, s.2, 3. Adil Küsgün, göstərilən əsəri, s.7, 8. Yeni Azərbaycan qəzeti, 25 dekabr 2004-cü il. Qönçə Nuriyeva, Arzu qönçələri, Bakı, 2004. Sayadxanım Verdiyeva, Mənim uca bayrağım, Bakı, 2005.

132


МÜНДƏРİЪАТ GIRIŞ ......................................................................................... 5 I Fəsil ........................................................................................ 7 Xızı, Dağlı və Bərmək tayfaları qədim və orta əsrlər dövründə 7 II Fəsil ...................................................................................... 39 Bakının yüksəlişi və Dağlı məhəllələri .................................... 39 III Fəsil..................................................................................... 69 Xızı-Bərmək mahalı Şura hakimiyyəti illərində ...................... 69 IV fəsil ................................................................................... 101 1. Respublikanın çiçəklənməsində dağlıların fəaliyyəti ........ 101 2. Xızı-Bərmək mahalının tanınmış elm və mədəniyyət xadimləri. ............................................................................................... 118 Nəticə..................................................................................... 126 İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT ................................... 129

133


Йığıлмаğа верiлмiş 06.04.2006 Çапа iмзаланмış 18.05.2006 Фiзiкi çап вəрəгi 8,4 Форматı 60х90 1/16 Тiраж 200 Кiтаб «АДУ НƏŞРİЙЙАТI» ММЪ мəтбəəсiндə çап олунмуşдур дiректор А.Щ.Балаyев тел: 4404571 Üнван: Бакı şəщ. Р.Бещбудов, 60 134


TƏRLAN

AĞAYEV

HİKMƏTLİ ĞYĞD

135


Bakı – «Сабащ» - 2005

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərsaycan Dillər Universitetinin Tarix kafedrasının 20 may 2005-ci il tarixli iclas protokolu.

Redaktor: Ağayev Şıxı Bahadır oğlu. Kompüter yığıмı: Ağayev Şıxı. ISBN 5 – 86106 – 090 - 8 4702060000 029 - 2005

136


 «Сабащ» 2005

137


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.