INFOREX
TRADING CENTRAL / 43 ELLIOT DALĞALARI / 49 KOMPLEKS TEXANALIZ / 54 İŞİMOKU ƏSASINDA TƏHLİL / 57
08/42/ AVQUST 2013
“SUŞİ-ROLL” QONAQLIĞI ƏKS-TƏSİR TƏSİRƏ BƏRABƏRDİ
14
TREYDER 5 ILDƏN SONRA YETIŞIR
09
31
FİBONAÇÇİNİN SEHİRLİ DÜNYASI
17
BIZ SIFIRI SEVMIRIK?
İTIRƏNİ BAĞLA
23
13
GƏTİRƏNİ SAXLA
OXUYACAQSINIZ
13 İTIRƏNİ BAĞLA GƏTİRƏNİ SAXLA
05 08 09 11 25
İLİN ƏN ZƏİF AYI XƏBƏRLƏR TREYDER 5 İLDƏN SONRA YETİŞİR “TREND REVERSAL” SİSTEMİ LAZIMSIZ İNDEKS
30 33 39 43
MACD-İN XİRDA EYHAMLA OPSİONLAR BİZƏ NƏ VERƏ BİLƏR? SİMMETRİK ÜÇBUCAQLAR VƏ MACD TRADİNG CENTRAL-DAN BAZARIN ANALİZİ
14
23
ƏKS-TƏSİR TƏSİRƏ BƏRABƏRDİ
31
BIZ SIFIRI SEVMIRIK?
17
“SUŞİ-ROLL” QONAQLIĞI
FİBONAÇÇİNİN SEHİRLİ DÜNYASI
57
49 ELLİOT DALĞALARIN ANALİZİ Vüsal Məmmədovun təqdimatında
İŞİMOKU QRAFİK SİSTEMİ ƏSASINDA TƏHLİL
54 KOMPLEKS TEXANALİZ Fərid Hüseynov təqdim edir
InForex
Redaktorlar Məmmədov Vüsal Məmmədqızı Səbinə İmanverdiyev Qafar Bagiyev Mavlet Hüseynov Fərid
Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal
WWW.INFOREX.AZ
Layihənin rəhbəri Vəliyev İlqar Dizayner Moos Vitaliy
Olmayan şeyi axtarmayın! Gəlin, belə bir eksperiment aparaq. Qəpik ataq və hər dəfə qəpiyin “bayraq” üzü düşəndə “O”, “gerb” üzü düşəndə isə “P” hərfini yazaq. İndi isə aşağıdakı iki ardıcıllığa diqqət yetirin. “А” ardıcıllığı: О-Р-О-Р-О-Р-Р-Р-О-О-Р-Р-Р-Р-Р-Р-О-Р-О-О “B” ardıcıllığı: Р-О-О-Р-Р-О-Р-О-О-Р-О-О-Р-О-О-Р-Р-ОР-Р Bunlardan yalnız biri “həqiqi” ardıcıllıqdır. Yəni yalnız biri həqiqətən də 20 dəfə atılan qəpiyin hansı üzlərinin düşməsi əsasında yazılıb. Başqa sözlə, doğrudan da, təsadüfi ardıcıllıqdır. O biri isə süni yolla quraşdırılıb.
Sizcə, bu ardıcıllıqlardan hansı “həqiqi”dir? Bunu müəyyənləşdirmək üçün sizə iki ipucu verə bilərəm. Süni, analitik yolla qurulan ardıcıllıqda iki dəfədən çox “bayraq” və ya “gerbin” dalbadal gəlməsinə imkan verilməyib. Bunu biləndən sonra cavab aydın olur: “gerb”lərin uzun sırası olan “A” ardıcıllığı həqiqətən də təsadüfidir. “B” ardıcıllığı isə süni yolla qurulub. Amma təcrübə göstərir ki, insanların çoxu məhz “B” ardıcıllığını həqiqi təsadüfi ardıcıllıq saymağa meyilli olurlar. Niyə? Çünki bizim beynimiz həmişə qarışıq proseslərdə qanunauyğunluq axtarmağa çalışır (Dalbadal gələn “P” hərfləri kimi). Məntiq olmayan yerdə məntiq görmək istəyir. Bu səbəbdən, biz qrafiklərlə işləyərkən çox vaxt hətta qiymətin ən dolaşıq, təsadüfi, proqnozayatımsız hərəkət zonasında belə, qanunauyğunluq axtarmağa çalışırıq. Bəzən isə onu olmadığı yerlərdə “tapırıq”. Çox vaxt əslində mövcud olmayan prinsiplər uydururuq. Əlaqəsiz şeyləri bir-biri ilə əlaqələndirməyə çalışırıq. Demək istədiyim budur: qrafikin heç də bütün sahələri məntiqli, qanunauyğun hərəkət etmir. Siz də bunu nəzərə alın və olmayan yerdə fiqurlar, siqnallar, modellər axtarmayın! Zövqlü və faydalı mütaliələr!
EKSPERT RƏYI 05
"IN FOREX"-IN
TƏHLİL VƏ PROQNOZLAR BÜROSU...
AVQUST AYI ÜÇÜN EKSPERT PROQNOZLARI
“İLIN ƏN ZƏIF AYI”
Avqust ayı bazarların ən süst vaxtı hesab olunur. Və ayın ilk günlərində qrafiklərin hərəkəti hələ ki bu yanaşmanı təsdiqləyir. Bəs sonra necə olacaq? Daimi ekspertlərimiz yenə də iki ənənəvi sualı cavablandırırlar: 1) Avqust ayında eur/usd cütlüyündən nə gözləyirsiniz? 2) Başqa hansı cütlüklərə diqqət yetirməyi tövsiyə edərdiniz?
edəcəyini gözləmək olar. İlkin qalxış hədəfi 100 günlük MA-nın keçdiyi 1.5680, növbəti hədəf 1.5940 ətrafında götürlə bilər. 1.5350 dəstəyindən aşağıda möhkəmlənmə 1.52 və 1.5120,1.50 fiqurunun yenidən yoxlanmasına səbəb olacaq.
Mavlet Bagiyev ekspert
Səbinə Məmmədqızı ekspert
1) Avro/dollar yuxarıya meyilli kanalın daxilində hərəkət edir. Əgər 1.3250-dən aşağıda möhkəmlənərsə, cütlükdə kanaldan çıxacaq və eniş riskləri yaranacaq. 1) Eur/usd cütlüyü 1.34 fiqurunu bir neçə dəfə yoxlasa Buna qədər isə artım ehtimalını qüvvədə saxlayırıq. da, buradan yuxarıda möhkəmlənə bilmir. Buna nail 2) Ortamüddətli kanalın daxilində funt/dollar cütlüyü olarsa, 1.3710 səviyyəsinin yoxlanmasını gözləmək olar 1.5370-dən yuxarıda möhkəmlənib. Amma kanalın və eyni zamanda MA-ların alış siqnalı formalaşa bilər. yuxarı sərhədinə - 1.5600-a qədər qalxa bilmədi. TexBelə olacağı halda 1.3940 səviyyəsi növbəti hədəf ola- analiz nöqteyi-nəzərindən bu, o deməkdir ki, kanalın caq. 1.34 fiqurundan yenidən enişə başlamaq cütlüyün daxilində korreksiya mümkündür. Korreksiya 1.5412yə qədər düşə bilər. Amma nə qədər ki, qiymət bu 1.3190 və 1.30 zonasına enişinə səbəb olacaq. səviyyədən yuxarıdadır, biz hələ yeni maksimumlar görə bilərik. O cümlədən, qiymət 1.5660-80-ə qədər 2) Gbp/usd cütlüyü fikrimcə, eniş trendinin yuxarı qalxa bilər. 1.5412-1.5370-dən aşağıda möhkəmlənmə sərhədini yoxlamağa istiqamətlənib.1.5350 1.5200-40 səviyyələrinin yoxlanmasına, həmçinin səviyyəsindən yuxarıda qaldıqca bu hərəkətin davam 1.5000-40 zonasına qədər enişə gətirib çıxara bilər.
06 EKSPERT RƏYI
BİR CÜMLƏ İLƏ Səbinə Məmmədqızı:
İlqar Vəliyev:
Qafar İmanverdiyev:
Mavlet Bagiyev:
Fərid Hüseynov:
- Eur/usd-nin taleyi 1.34 fiqurundan asılıdır.
- Gbp/chf-a diqqət yetirməyi tövsiyə edərdim.
- Usd/chf cütlüyündə yuxarıya doğru samballı korreksiya gözləməyə dəyər.
- Funt/dolların hərəkəti kanalın daxilində müəyyən olunur.
- Funt/dolların hərəkəti kanalın daxilində müəyyən olunur.
EKSPERT RƏYI 07
Fərid Hüseynov ekspert
2) Usd/chf cütlüyündə yuxarıya doğru samballı korreksiya gözləməyə dəyər. Ona görə də, bu cütlüyü izləməyi treyderlərə tövsiyə edirəm.
1) Avro çox güman 1.2800-ə qədər yenidən düşəcək. Amma 1.3400-dən yuxarıda möhkəmlənə bilsə, 1.3600-ə qədər qalxa bilər. 2) GBPJPY hazırda 148-149 ətraflarındakı baryerdən dəstək alıb 151-152 ətraflarına qədər arta bilər. NZDUSD cütlüyünü 0.8000-0.81000 ətraflarında qısamüddətli satmaq olar. AUDUSD isə 0.9350 ətraflarına qədər qalxa bilər. AUDCHF 0.89 ətraflarını yenidən test edə bilər. EURJPY 128-127.50-də “həlledici” baryer yaradıb. Əgər qıra bilsə, düşəcək, əks halda artım baş verəcək.
İlqar Vəliyev ekspert
1) Avro 1,28-1,34 dəhlizində dalğalanır. Qiymətin yuxarı sərhədin yaxınlığında olduğunu nəzərə alsaq, heç olmasa 1,31-ə qədər enişi gözləmək məntiqlidir. Ondan sonrakı ssenari isə qiymətin kanaldan hansı istiqamətdə çıxmasından asılı olacaq. Bu da, yəqin ki, avqustun sonuna qədər baş verməyəcək. Statistikaya görə, bu, ilin ən zəif ayıdır. 2) Gbp/chf-a diqqət yetirməyi tövsiyə edərdim. Cütlük yeni zirvələrə hücum çəkməyə hazır görünür.
Qafar İmanverdiyev ekspert
1) Avro/dollar cütlüyü sanki artımdan “doymuş” kimi görünür. Ona görə də, almaq fikrinə düşənlər gecikmiş ola bilərlər. Məncə, satmaq üçün fürsət axtarmaq məsləhətdir.
08 XƏBƏRLƏR
Yaponiyanın dövlət borcu fantastik həddə Deflyasiyadan xilas olmaq üçün dövlət xərclərini artıran Yaponiyada ilk dəfə dövlət borcu 1 katrilyon yenanı, yəni 10 trilyon dolları aşıb. Dünyada dövlət borcu ən çox olan ölkə təxminən 16 trilyon dollarla ABŞ-dır. Amma dövlət borcunun ümumi daxili məhsula nisbətini götürəsi olsaq, Yaponiya 228% ilə dünyada birinci yerdədir. 2013-cü ilin sonuna qədər bu nisbətin 228,4%-ə qədər yüksələcəyi gözlənilir.
Böhrandan çıxan ilk bank Böyük britaniyanın “HSBC” bankı bu ilin birinci yarısında mənfəətini 23% artırıb. Bank verdiyi açıqlamada, ilin ilk altı ayında 10 milyard dollar gəlir götürdüyünü bəyan edib. 2012-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 8,15 milyard dollar səviyyəsində idi. Qeyd edək ki, 2011-ci ildən bu yana HSBC qlobal əməliyyatlarını azaldır. Onun gəlirlərini böyük hissəsi fond bazarından gəlib. Bank bu sahədə ilin ilk yarısında xalis mənfəətini 13% artıraraq 5,72 milyard dollara çatdırıb.
Rusiyada durğunluq başlayır Rusiyada xidmət sektoru 2010-cu ildən bu yana ən aşağı səviyyəyə düşüb. Ölkənin xidmət sektorunda Satınalma Menecerləri İndeksi (PMI-Purchasing Managers’ Indexes) iyul ayında 48.7 səviyyəsinə enib. Bu nisbət iyunda 48.8, may ayında isə 51.4 bal səviyyəsində idi. Qeyd edək ki, PMI - özəl sektor şirkətlərinin vəziyyətini göstərən iqtisadi indikatordur. İndeks aylıq anketlərlə hesablanır və bu məqsədlə özəl sektor menecerlərilə görüşülür. 2008-ci ilin sonunda böhran başlayarkən PMİ indeksi 50 baldan aşağı düşmüşdü. Bu indeksdə baş verən geriləmə gələcəkdə yaşanacaq ciddi böhranın xəbərçisi ola bilər.
MÜSAHİBƏ 09
“Treyder 5 ildən sonra yetişir” Çarlz Kirk: “Bir dəfə uşaqlar başımı qatdı, stop-loss qoymadın və 10 min dollar itirdim”
Biz adətən bu rubrikada həmişə yerli treyderlərlə müsahibələri dərc edirdik. Amma son iki nömrədə xarici treyderlərin də fikirlərinə bir qədər diqqət ayırmağa qərar vermişik. Çünki əcnəbi peşəkarların da bazar haqqında fikirləri maraq doğurmaya bilməz. Bu dəfə müsahibəsini təqdim etdiyimiz Çarlz Kirk məşhur treyder-analitkdir. Keçirdiyi seminarlarla kifayət qədər tanınır. - Ticarətə maraq sizdə necə yaranıb? - Bazarlar həmişə məni özünə cəlb edib. Çünki treydinq – tam mənim arzuladığım iş idi. Amma lazımınca treyder təhsili almadan ticarətə başlamaq istəmirdim. Çünki düşünürdüm ki, bu, pulları havaya sovurmaq demək olacaq. Ona görə də əvvəlcə 5-6 il ərzində texniki analizi, Elliot Dalğalarını öyrəndim. Bilirdim ki, çoxları bunları boş şey hesab eləyir. Amma özüm elə hesab eləmirdim. Mən səhmlər və opsionlarla bir müddət ticarət aparandan sonra anladım ki, Elliot Dalğaları real olaraq “işləyir”. Bundan sonra onu daha çevik bazarlarda tətbiq etmək istədim. Beləliklə, fyüçerslərə keçdim. - İlkin ticarət kapitalınızı haradan əldə etmişdiniz? - Əvvəlki iş yerimdə. Aldığım maaşdan qənaət edərək, ticarət hesabıma yatırdım. Günlərin birində isə bütün iş vaxtımı ticarətə sərf etmək üçün menecer postumu tərk etdim. - Treyder olmaq üçün həyatda çoxmu çətinliklər dəf etmisiniz? - Mən həyatımı mərhələlərə bölür və hər bir mərhələdə qarşıya qoyduğum məqsədlərə çatmağa çalışıram. Çətinliklər əsas deyil. Əsas məsələ konkret mərhələdə məqsədinə doğru getmək üçün iradənin olmasıdır. - Seminar keçirməyə maraq sizdə haradan yarandı? - Bu, mənim özümün də inkişafıma və ticarətimin nəticələrinin yaxşılaşmasına kömək edir. Dinləyicilərə ticarəti daha yaxşı başa düşməkdə yardım edərkən mən özüm də bu işin əvvəllər fikir vermədiyim tərəflərini görürəm. Mən evdə oturub ticarət aparanda özümü tənha hiss edirdim. Amma seminarlar keçirmək bu vəziyyəti dəyişdi. Mən öz ticarət sistemimi başqalarına izah edir, onların sistemləri və baxışlarıyla tanış oluram. - Onların baxışlarında sizi daha çox qane etməyən nədir? - Məncə, yeni başlayan treyderlər müxtəlif indikatorlardan həddindən artıq çox istifadə edirlər. Sistem sadə olmalıdır, onlar isə bacardıqları qədər mürəkkəbləşdirməyə çalışırlar. Halbuki, əsas məsələ pulların idarə edilməsi olmalıdır. Bu, işin ən vacib hissəsidir. - Siz özünüz bu istiqamətdə nə edirsiniz? - Əvvəlcə gəlir/risk nisbətinə baxıram. Sonra bazardakı vəziyyətə. Əgər trendin davam edəcəyinə ümidim varsa, korreksiyanı gözləyib, əməliyyat açıram. Bu zaman korreksiyanın Fibonaççi nisbətlərinə nəzərən vəziyyətinə baxıram. Çalışıram ki, gəlir/risk nisbəti 2:1 və daha artıq olsun. Bu halda əməliyyatlarımın 50%-i düz çıxanda mən qazanıram. Əsas məsələ məhz gəlir/risk nisbətidir. - Bir əməliyyatda hesabınızın neçə faizi ilə risk edirsiniz? - Baxır da... Mənim müxtəlif hesablarım var. Ümumilikdə, mühafizəkar adam və o cür də treyderəm. - Bəs gəliriniz nə qədər olur? - İldə təxminən 15-20%.
10 MÜSAHİBƏ - Ticarət apararkən qarşınıza konkret məbləği məqsəd kimi qoyursunuzmu? - Olanda olur. Məsələn, bu gün iki əməliyyat açmışam, hərəsində $500 gəlir olub. Amma mənim $1000 qazanmaq kimi bir məqsədim yox idi. Daha çox və ya az da ola bilərdi. Bir neçə gün əvvəl isə seminarda dalbadal bir neçə aqressiv əməliyyat açaraq, $5000 qazanmışdım. Mənim üçün konkret məbləğ əsas deyil. Əsas odur ki, müsbətdə qalım. Hər dəfə qarşıya konkret məbləği məqsəd kimi qoymaq gərginliyi artıra bilər. - Ən böyük qazanc və itkiləriniz nə qədər olub? - Yadıma valyuta bazarında gündaxili ticarət apardığım vaxtlar düşdü. Yaxşı günlər idi... Bir gün yenadan $18000 qazanmışdım. Amma dəhşətli günlərim də olub. Bir dəfə başım uşaqlarıma qarışmışdı və stop-loss qoymamışdım. Nəticədə həmin gün təxminən $10000 ziyana düşdüm. Onda dərk elədim ki, “stop” orderi qoymaq nə deməkdir və nə qədər vacibdir! - Ticarətinizi təhlil edirsinizmi? - Əlbəttə. Həm də tez-tez. Hər həftənin sonunda həmin həftənin nəticələrini təhlil edir, səhvlərimi araşdırıram. Treyder itkilərini mütləq məhdudlaşdırmalıdır, əks halda bu, ticarət deyil, özünüməhvdir. - Sizcə, treyderə stabil qazanmaq üçün nə qədər təcrübə lazımdır? - Mən həmişə öz tələbələrinə deyirəm: əgər sizin hələ cəmi 5 il təcrübəniz varsa, deməli, bazarda uşaqsınız! Treyder təxminən 5 ildən sonra bəzi vacib mətləbləri başa düşür. Nəyin nə olduğunu təsəvür etməyə başlayır. - Maraqlıdır... Tələbələrinizə başqa nə deyirsiniz? - Deyirəm ki, bu biznesin başqa bizneslərdən fərqi nədədir. Fərqi ondadır ki, burada pul itirəcəyini gözləməli və hazır olmalısan. Nə vaxt bu itkiləri kiçik çərçivədə saxlamağı öyrənsəniz, bax, onda pul qazanmağa başlayacaqsınız. - Sizin ustadınız olub? - Yox, təəssüf ki, yox. Olsa, yəqin, yolum daha hamar olardı. Amma belədə xeyli daşlı-kəsəkli olub. - Ticarət gündəliyi yazırsınızmı? - Yazırdım. Əməliyyat açdığım qrafikləri çap edir və xüsusi qovluqda saxlayırdım. - Fikir və emosiyalarınıza nəzarət edirsinizmi? - Demək olar ki, həmişə! Xüsusilə də böyük pullarla işləyəndə psixoloji vəziyyətimə ciddi nəzarət edirəm. Baş verənlərə özümün yox, pulların nöqteyi-nəzərindən baxmağa çalışıram. Əgər əməliyyat açandan sonra siz özünüzü rahat hiss edirsinizsə, deməli, döyüşün yarısı artıq udulub! Ticarət – velosiped sürmək kimi bir şeydir. Nəzəri bilikləriniz yetərli ola bilər, amma hər şeyi praktikada tətbiq etməyi bacarmaq lazımdır. - Özünüzü hər gün ticarətə emosional və psixoloji baxımlardan hazırlamaq üçün nəsə edirsinizmi? - Futbolçular bilirsiniz, bunu necə edirlər? Bir həftə rəqib komandanın oyununu izləyirlər. Tendensiyaların, taktikanın müşahidəsini aparır, sonra ona uyğun məşq edirlər. Oyun vaxtı isə gərək bu barədə fikirləşməyəsən. Oyun vaxtı ancaq reaksiya verməlisən. Mən ticarətə hazırlaşanda da belə edirəm. Çalışıram ki, fikirləşməyim, ancaq reaksiya verim. Bir halda ki, “ev tapşırığı”mı eləmişəm, qrafikdə xəttləri, səviyyələri tapmışam, deməli, hazırlığımı görmüşəm. Bundan sonra ancaq bazarın gedişlərinə reaksiya vermək qalır. - Bəs səhv etmisənsə, onda necə?.. - Əlbəttə, bu da olur. İnsan həmişə düz edə bilməz axı. Bu halda sadəcə, başa düşməlisən ki, həmişə udmaq olmaz. - Belə anladım ki, idmançı karyeranız sizə treydinqdə də kömək edir... - Hə, edir. Amma deyim ki, mənim müşahidələrimə görə ən yaxşı treyderlər keçmiş pilotlardan çıxır. Çünki onlar həmişə təlimata əməl eləməyə öyrəniblər. Keçmiş hərbçilər də yaxşı treyder olurlar. Keçmiş idmançılar da həmçinin. İdmançı treyder olanda hər şeyi çox sadə şəkildə etməyə çalışır. - Yeni başlayan treyderlərə hansı məsləhəti verərdiniz? - Əleyhinizə gedən əməliyyatları mümkün qədər tez bağlayın. Bu, sizi xoşbəxt edəcək, inanın mənə!
SİSTEM 11
“Trend Reversal” sistemi “Trend Reversal” strategiyası sadə, indikatorsuz sistemdir. Onu D1 zaman miqyasında bütün qrafiklərdə tətbiq etmək olar. Çox vaxt qiymət ekstremumu təzələyəndən sonra trend üzrə hərəkətini davam etdirmək yerinə, geriyə korreksiya edir. Bu strategiya həmin korreksiyaları tutmaq üçündür. Bu sistemlə işləyərkən biz günlük trend üzrə ticarət aparmırıq, növbəti gün baş verəcək kəskin korreksiyanı gözləyirik. Məsələn, əgər gün ağ şamla bağlanırsa, biz növbəti gün üçün ancaq həmin ağ şamın altında sell-stop orderi yerləşdiririk. Qara şamlar üçün isə bunun əksini edirik.
Strategiyanın addımları:
1 2
Günlük şamın bağlanmasını gözləyirik
Günlük şamın ölçüsü 40 punktdan böyük olmalıdır.
3
Əgər şam “buğa” şamıdırsa, sell-stop, “ayı” şamıdırsa, buy-stop orderi qoyacağıq. Ordar şamın zirvəsindən dibindən 5 punkt aralıda qoyulur.
4
Bundan sonra 20 punkt məsafədə stop-loss, 21 punkt aralıda take-profit qoyuruq. Strategiya müəllifinin iddiasına görə, stoplosslar take-profitlərdən iki dəfə az işə düşür.
5
Əgər ticarət gününün sonuna qədər order işə düşməsə, onu ləğv edirik.
12 SİSTEM
Sistem ay ərzində elə də çox əməliyyat verməsə də, nəticələri müsbət olur:
FACEBOOK səhifəmiz Siz də bəyənin və maliyyə dünyasının nəbzini tutun
MƏSLƏHƏT 13
İtirəni bağla, gətirəni saxla ...Və treyder üçün daha 7 məsləhət
1. Ticarət planı olmalıdır
Sizin istənilən vəziyyətdən necə çıxmaqla bağlı qabaqcadan cızılmış hərəkət sxeminiz olmalıdır. Və ona mütləq sadiq qalmalısınız. Çox vaxt emosiyalarınız Sizi ticarət planınızda qeyd olunanlara qarşı addımlara təhrik edir. Yalnız əvvəlcədən hazırlanmış “formul”a sadiq qalmaqla stress və tamaha qalib gələ bilərsiniz.
2. Əmin deyilsənsə, etmə!
Əgər sizin açıq əməliyyatınız ola-ola özünüzə, haqlı olub-olmadığınıza əmin deyilsinizsə onu bağlayın.
5. Əgər uduza bilmirsinizsə, qazana da bilməyəcəksiniz 4-cü qaydada qeyd olunduğu kimi, ticarətdə itkilər təbi haldır. Əgər sizin itkiləri qəbul etməyə nə psixoloji, nə maddi imkanınız yoxdursa, onda siz uğurlu ticarət apara bilməzsiniz. Ticarət yalnız əlavə pullarla aparılmalıdır, gündəlik xərclər üçün həyati vacib pullarla yox!
3. Proqnozlarınızın 40%-i düz olduqda belə, gəlir götürməyi bacarmalısınız
Spekulyativ ticarətdə hər açılan əməliyyatın düz olacağını gözləmək ağılsızlıqdır. Xüsusi ticarət metodları ilə treyder itkilərini ixtisar etməli, gəlirlərinin artmasına imkan verməlidir ki, hətta gələcəkdə əməliyyatların yarısından azı düz olsa belə, gəlir götürə bilsin. Bu nüans növbəti qaydada daha dəqiq araşdırılıb.
4. İtirəni bağla, gətirəni saxla
Treyderlərin ümumi səhvi ondan ibarətdir ki, onlar gəlirlərin ixtisar edir, itkilərin isə artmasına yol verirlər. İnsan səhvini etiraf edərkən son dərəcə xoşagəlməz hiss keçirir. Ona görə də, treyder sona qədər bazarın dönəcəyinə və özünün haqlı olduğunun üzə çıxacağına ümid edərək, itkilərin daha da artmasına imkan verir. Gəliri isə dərhal götürmək və bununla haqlı olduğunu sübut etmək istəyir. İnsanın təbiəti belədir... Köhnə bir deyim var: “Siz xırda itkiləri götürməklə heç vaxt iflasa uğramayacaqsınız”. Eyni zamanda, az gəlirlə razılaşmaq da spekulyasiyalarda pul qazanmaq üçün düzgün psixoloji əhval deyil. Əgər siz əməliyyat açanda düzgün qərar vermisinizsə, bunu tezliklə biləcəksiniz. Eyni zamanda, səhv etdiyinizi də tezliklə anlayacaqsınız. Qalır yalnız onu özünə etiraf etmək... Xırda bir itkini qəbul etmək heç də fikirlərinizdə səhv olduğunuz demək deyil. Bu, sadəcə, o deməkdir ki, Siz zamanı düzgün seçməmisiniz və bazara ikinci dəfə girmək üçün əlverişli vəziyyəti gözləməlisiniz. Yadda saxlayın: istənilən spekulyativ vəziyyətdə bazar - sonuncu hakimdir. Treyder bazara onun nə vaxt səhv, nə vaxt düz olduğunu deməyə imkan verməlidir. Əgər siz gəlir görürsünüzsə, onun artmasına imkan verin. Digər tərəfdən, bazar Sizə səhv etdiyinizi deyirsə, onunla mübahisə etmək ciddi səhv olardı.
6. Fərqli bazarlara girməyin
Yeni başlayan treyder çoxlu müxtəlif bazarları eyni dərəcədə təhlil etmək iqtidarında deyil. Ona görə də, öz bazarınızı seçin!
7. Dibdən və zirvədən qaçın
Əgər sehrli güzgünüz, yaxud mistik qüvvəyə malik hansısa başqa bir alətiniz yoxdursa, dibləri və zirvələri tutmaq son dərəcə çətindir. Bunu edə bilməyəcəksiniz. Trend öz təsdiqini tapana qədər səbr edin.
8. Heç vaxt əməliyyatın əsirinə çevrilməyin! Düzdür, itkini qəbul etmək olduqca çətindir. Amma bu itkilərdən asılı vəziyyətə düşmək – açıq-aşkar mənasızdır. Siz heç bir halda özünüzə və vəziyyətə nəzarəti əldən buraxmamalısınız. Siz əməliyyatı idarə etməlisiniz, əməliyyat Sizi yox! Sizin məntiqlə idarə edə biləcəyinizdən böyük əməliyyata girmək ciddi səhvdir. Bu, baş verəndə Sizin fikirləriniz bazardakı vəziyyətdə yox, əməliyyatı həcmində qalacaq.
14 TEXNİKA
Əks-təsir təsirə bərabərdir Dəstək/müqavimət səviyyəsini hesablamağın fiziki yolu Qiymətin hərəkətini proqnozlaşdırmağın yollarından biri də təsir-əks təsir metodikasıdır. Metodun nəzəri əsası Nyutonun üçüncü qanununa dayanır: “Təsir əks təsirə bərabərdir”. Şəkil 1-də qiymətin dalğalanması sxematik formada əks olunub. Görürük ki, qiymət əvvəlcə minimum formalaşdırıb; ondan sonra yuxarı qalxaraq, mərkəzi xəttdə aralıq maksimum yaradıb. Ardınca isə korreksiya gəlib və artım trendi başlayıb. Əsas minimumdan Təsir Xətti keçirilir. Əgər Mərkəz Xəttindən yuxarıda Təsir Xətti qədər uzaqlıqda yerləşən daha bir xətt çəksək, bu da Əks-Təsir Xətti olacaq. Buna çox vaxt sadəcə “reaksiya xətti” də deyirlər. Adətən Əks-Təsir Xətti güclü dəstək/müqavimət zonası kimi çıxış edir. Bu sxem bütün dalğalanmalar zamanı qurula və tətbiq edilə bilər.
Şəkil 1. Mərkəz, Təsir və Əks-Təsir Xəttlərinin qurulması Təsir-Əks Təsir Metodunun real qrafikdə necə “işləməsi” 2-ci şəkildə göstərilib. Əvvəlcə qrafikin aşağı sol küncündə əsas minimum tapılıb. Həmin minimumdan keçən Təsir (Action) Xətti qurulub. Sonra həmin əsas minimumdan sonrakı ilk (lokal) zirvədən Mərkəz Xətti Çəkilib. Təsir Xətti ilə Mərkəz Xətti arasındakı məsafə hesablanıb və Mərkəz Xəttinin üzərinə gəlinib. Alınan səviyyədən Əks-Təsir Xətti çəkilib. Şəkildə göründüyü kimi, qiymət Əks-Təsir (Reaksiya) Xəttinə çatana qədər yuxarıya hərəkət edib.
TEXNİKA 15
Şəkil 2. Təsir-Əks Təsir metodikası Növbəti qrafikdə də həmçinin minimumdan sonra gələn ilk lokal maksimumdan Mərkəz Xətti çəkilib. Daha sonra minimumdan Təsir xətti keçirilib. Əks tərəfdə (yuxarıda) Təsir Xəttilə Mərkəz Xətti arasındakı məsafəyə bərabər səviyyədə Əks-Təsir Xətti çəkilib. Göründüyü kimi, həmin xətt güclü müqavimət kimi çıxış edib.
16 TEXNİKA Şəkil 3. Əks-Təsir xəttinin ciddi müqavimətə çevrilməsi Bu metodun eniş variantına necə tətbiq olunması isə 4-cü şəkildə göstərilib. Aşağıya doğru ilk dalğanın lokal minimumundan Mərkəz Xətti çəkilib. Sonra Təsir Xətti ilə Mərkəz Xəttinin arasındakı məsafə hesablanıb və Mərkəz Xəttindən həmin məsafə qədər aşağıda Əks-Təsir Xətti qurulub. Göründüyü kimi, “A” nöqtəsində Əks-Təsir Xətti güclü dəstək kimi çıxış edib.
Şəkil 4. Əks-Təsir xəttinin dəstək səviyyəsinə çevrilməsi Bu metodda təsvir olunan işləri Meta Trader proqramında asanlıq görmək mümkündür. Bunu etməklə Siz ciddi dəstək/müqavimət zonalarını əvvəlcədən proqnozlaşdırmış olacaqsınız.
TREYDERLER ÜÇÜN FORUM
ELM 17
Fibonaççinin sehirli dünyası
Fibonaççi ədədləri və nisbətləri demək olar ki, bütün treyderlərə tanışdır. Amma bu riyazi fenomenlə daha dərindən tanış olmağa dəyər! Çünki o, heç də təkcə birjalarda tətbiq olunmaqla məhdudlaşmır. Hətta əksinə... Birjalar onun tətbiq olunduğu çox məhdud bir sahədir. Bu rəqəmlər ardıcıllığını 13-cü əsrin məşhur italyan alimi Leonardo Fibonaççi kəşf edib. Fibonaççinin yazdığı «Heab kitabı» (Abak) əsərində ədədlərin 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144 (və bu cür sonsuzluğa qədər ) şəklində ardıcıllığı təsvir olunub. Burada hər bir ədəd əvvəlki ikisini toplamaq yolu ilə alınır. İlk bir neçə rəqəmdən sonra Fibonaççi sırasında istənilən ədədin özündən əvvəlkinə nisbəti təxminən 0.618-in 1-ə nisbətinə, özündən sonrakına nisbəti isə 1.618-in 1-ə nisbətinə bərabərdir. Bu nisbət “fi rəqəmi” (φ) adlı irrasional ədədlə ifadə olunur və təxminən 0.618034…-ə bərbərdir. Bir-birindən bir pillə o yanda yerləşən rəqəmlərin nisbəti isə təxminən 0.382-ə bərabərdir ki, bu da 2.618 rəqəminin inversiyasıdır (1:2.618). “Fi” yeganə ədəddir ki, 1 ilə cəmlənəndən sonra eyni inversiyanı verir: 0.618+1=1:0.618. 1.618 (və ya 0.618) ədədləri “Qızıl nisbət” kimi tanınır. Onun harmoniyası insan üçün xoş və cazibəlidir, incəsənətdə - rəssamlıqda, musiqidə, arxitekturada çox gözəl ahəng yaradır. Amma təbiətdə də ona xeyli çox rast gəlinir. Vilyam Hoffer “Smithsonian Magazine” jurnalının 1975-ci il dekabr sayında yazırdı: “0.618034-in 1-ə nisbəti bir çox formaların riyazi əsasıdır. Məsələn, oyun kartları, Günəbaxanın toxumlarının düzülüşü, Panteonun memarlıq üslubu, balıqqulaqlarının forması, spiral qalaktikalar... bunlaın hamısıın formasının əsasında Fibonaççi ədədləri dayanır. Qədim yunanlar bu nisbətə dayanaraq çox işlər görüblər. Onlar bu nisbəti “qızıl nisbət” adlandırırdılar”.
18 ELM
Bu rəqəmlər, şübhəsiz ki, hansısa mistik təbii harmoniyanın quruluşuna daxildirlər. Elə bir harmoniya ki, gözə də, qulağa da, buruna da xoş gəlir. Musiqi, məsələn, 8 notlu oktavanın üzərində qurulub. Fortepianoda 1 oktavada 8 ağ, 5 qara klaviş var. Cəmi 13 edir. 5,8,13 – bunlar Fibonaççi rəqəmləridirlər. Təbiətin hər guşəsində, hər yerində Fibonaççi rəqəmlərinin tapılması izah edir ki, niyə incəsənətdə də bu rəqəmlərdən, konkret desək, 0.618034 :1 nisbətindən belə geniş istifadə olunur. Çünki insan incəsənətlə məşğul olanda təbiətdə gördüyünü yaradır. Təbiətdə gördüyü hər şey isə “qızıl nisbət”ə əsaslanıb. Molekulların quruluşundan tutmuş, qalaktikalara, beynin mikrokapillyarlarından tutmuş, planetlərin orbitlərinə qədər.
Qızıl Nisbət İstənilən parça elə şəkildə bölünə biər ki, onun bölgüdən sonra yaranan kiçik və böyük parçalarının nisbəti böyük hissənin bütöv parçanın uzunluğuna nisbətinə bərabər olsun. Bu nisbət həmişə 0.618 olur. “Qızıl nisbət”ə təbiətə çox rast gəlirik. İnsanın bədəni də “qızıl nisbət”in əsasında qurulub. XVI əsrdə İohan Kepler Qızıl Nisbət, yaxud, “Allahın Bölgüsü” haqqında yazırdı ki, bu nisbət faktik olaraq dünyanın yaradılışının sirrlərini, onun əsasında duran ilahi ölçüləri ifadə edir.
ELM 19 İnsan öz qurşağından Fibonaççi nisbəti əsasında bölünür. Qollarımız dirsəkdən, ayaqlarımız dizlərdən, barmaqlarımız oynaqlardan Fibonaççi nisbətləri əsasında qatlanır. Qaşlar sifətimizi Fibonaçi nisbəti əsasında ikiyə bölür. Qalan nisbətləri və rəqəmləri isə özünüz də tapa bilərsiniz – onlar doğrudan da, çoxdurlar...
Qızıl düzbucaqlı Qızıl düzbucaqlının tərəflərinin bir-birinə nisbəti 1.618:1 şəklindədir. İncənətdə bu düzbucaqlıdan çox istifadə olunur. Qədim Yunanıstanda, Misirdə, həmçinin intibah dövründə bu düzbucaqlı geniş tətbiq olunurdu. Bu düzbucaqlının uzun tərəfini qızıl nisbət nöqtəsindən bölsək, kvadrat alacağıq.
Qızıl düzbucaqlının əsas cəhətlərindən biri budur ki, ondan istifadə edərək, “Qızıl spiral” almaq olur. Əgər qzıl kəsim və qızıl düzbucaqlı statik, hərəkətsiz nisbətlərdirlərsə, Qızıl spiral hərəkətdə olan, dinamik nisbəti əks etdirir. Bu, kainatdakı ən gözəl formalardan biridir.
20 ELM
Qızıl spiral İstənilən Qızıl düzbucaqlını bir kvadrata və kiçik qızıl düzbucaqlıya bölmək olur. Həmin kiçik qızıl düzbucaqlını yenə də bir kvadrata və kiçik düzbucaqıya bölə bilərik. Nəzəri cəhətdən bu prosesi sonsuz davam etdirmək mümkündür. Proses zamanı yaranan yeni kiçik qızıl düzbucaqlılar, şəkildə də göründüyü kimi, sanki ana düzbucaqlının daxilinə doğru burulurar. Şəkildə onlar A, B, C, D, E, F, G kimi göstəriliblər.
Şəkildə göstərildiyi kimi, kiçik düzbucaqların burulduğu yerin mərkəzindən (bura həm də iki diaqonalın kəsişmə nöqtəsidir) başlayaraq, biz spiral çəkə bilərik. Bu spiral hər bir düzbucaqlının “qızıl orta”sından keçir və həmin nöqtələri birləşdirir.
ELM 21 Sonra kvadratları aradan götürərək, “təmiz” spiral əldə edə bilərik. Bu qızıl spiralın istənilən nöqtəsində onun qövsünün uzunluğunun diametrə nisbəti 1.618-ə bərabərdir. Diametrlə radius, öz növbələrində, 1.618 əmsalı ilə mütənasiblik təşkil edirlər.
“Qızıl spiral” loqarifmik spiralın formalarından biridir. Onun sərhədləri yoxdur və forması sabitdir. İstənilən nöqtəsindən həm daxilə, həm də xaricə doğru sonsuz hərəkət etmək olar. Onun mikroskop altında baxacağımız mərkəzi hissəsi gedib uzaq qalaktiklara çıxan kənar hissələrilə eyni xüsusiyyətlərə malik olacaq. Bu spirala təbiətdə hər yerdə rast gəlinir. Kometlərin quyruğu Günəşdən kənara doğru qızıl spiral formasında meyillənir. Epeira hörümçəyi öz torunun orta xəttini bu spiralın formasında qurur. Bakteriyaların çoxalma qrafiki bu spirala oxşayır. Şam qozaları, dəniz atları, molyuskların qınları, okean dalğaları, çobanyastığı ləçəkləri, heyvanların buynuzları... siklon buludları və qalaktikaların quruluşu... – bunların hamısı loqarifmik spiral formasında olur. Bu isə təsdiqləyir ki, 1.618 nisbətinə kainatın hər yerində rast gəlinir. Demək, bu nisbət əsasında kainatın qurulduğu düsturların mistik elementidir. Yəni Təbiəti idarə edən qanunların əsasında Fibonaççi rəqəmləri dayanıb. Bu, onu deməyə əsas verir ki, Fibonaççi rəqəmləri doğrudan da, Kainatın sirrlərindən, onun məxfi kodlarından biridirlər.
RİSK-MENECMENT 23
Biz sıfırı sevmirik! Hesabının sfıra enməməsi üçün treyder 3 şeyi yaxşı bilməlidir
Ticarətdə uğursuzluğun əsas səbəblərindən biri itkiləri qəbul etməməkdir. Bu səhv, adətən, əməliyyat açıldıqdan sonra konkret çıxış nöqtəsinin yoxluğundan başlayır. Ona görə də, hər dəfə mütləq özünüzdən soruşun: “Əgər səhvəmsə, harada və nə vaxt bazardan çıxacağam?” Siz bir treyder kimi məqsədlərinizi tam anlayırsınızmı? Ticarət haradasa məsələn, futbol oyununa bənzəyir. Futboldan həzz alan xeyli insan var ki, onlar heç vaxt bu işdən pul qazanmayacaqlar. Onlar sadəcə, elə-belə oynayırlar. Bunu özləri də bilirlər. Futboldan pul qazanmaq niyyətində olanlar isə günbəgün səhvlərini düzəldərək, texnikalarını inkişaf etdirirlər. Onlar uğur qazanmaq üçün hətta əvvəlcədən müəyyən məbləğ ödəməyə də razıdırlar. Bəs treyderlərdə necədir? Futbol oynayanlardan fərqli olaraq, treyderlərin çoxu ticarətdən pul qazanmaq istəyirlər. Hərçənd, bunu necə edəcəklərini dəqiq bilmirlər. Onlar öz səhvlərinin üzərində işləmirlər. Nəsə asan bir yol axtarırlar. Çox vaxt açdıqları əməliyyatları da məntiqi şəkildə əsaslandıra bilmirlər. Bazara qarşı çıxmaq – treyder üçün intihar deməkdir. Bu tip treyderlər, məsələn, artan bazarda dönüşə ümid edərək, satış əməliyyatı açırlar. Sonra isə hər gün tunelin sonunda işıq görmək ümidilə gözləyirlər. Yeganə problem ondan ibarətdir ki, işıq əks tərəfdə yerləşir.
24 RİSK-MENECMENT
Eyforiya ilə aparılan ticarətdə heç bir plan olmur. Qızğın bir dövr ərzində hər sonrakı əməliyyat əvvəlkindən daha böyük olur. Nəticədə bütün əvvəlki gəlir bazara qoyulur. Sonda treyder bütün qazancını itirir, hesabı tez-tez “0”-a enir. Belə olmaması üçün əvəlcə özünüzü tanıyın: Siz niyə ticarət aparırsınız? Bir treyder kimi məqsədləriniz nədir? Sizin müsbət cəhətləriniz hansılardır? Sizin mənfi cəhətləriniz hansılardır? Fikirlərinizdə nə qədər sabitsiniz? Əgər bu suallardan istənilən birinə qənaətbəxş cavabınız yoxdursa, onda bu məsələnin üzərində işləməyin tam zamanıdır. Bu sualların “düzgün” cavabı yoxdur. Düzgün cavab – Sizin verəcəyiniz cavabdır. Əgər Siz özünüzə qarşı səmimisinizsə, onda bazarda acı məyusluğunuz olmayacaq. Bundan sonra bazarı tanımağınız lazımdır. Hər bazar fərdi xüsusiyyətlərə malikdir. Gözlənilməz valotilliyə gətirib çıxardan vacib xəbərlər də olur, durğunluq dövrləri də. Ticarət apardığınız bazarı nə qədər yaxşı tanıyırsınızsa, bir o qədər çox üstünlüyə maliksiniz. Daha sonra isə stilinizi tanıyın. Siz Mexaniki stildəmi ticarət aparırsınız? Tədqiqata vaxtınız varmı? İstək, inad və digər bu tip emosiylarınızı idarə etməyi bacarırsınızmı? Əgər bu xüsusiyyətlərdən hansındasa çatışmazlıqlarınız varsa, ola bilsin ki, Siz ticarətə mexaniki yanaşmağı öyrənməlisiniz. Bu halda unutmayın: - Ticarətin mexaniki metodları itkili əməliyyatı bağlamaqla gəlirli əməliyyatı saxlamaq arasında kompromisdir. - Ticarətin mexaniki metodu o zaman uğurlu ola bilər ki, ona ardıcıl surətdə riayət olunsun. Siz intuitiv treydersinizmi? Bu halda “bazarı hiss edərək” pul qazanmalısınız. Amma əsla unutmayın: - Treyder gördüyü ilə ticarət aparmalıdır, fikirləşdiyi ilə yox. - Yaxşı ticarət imkanlarını gözləmək üçün səbirli olmaq lazımdır. - Az gəlir vəd edən əməliyyatlardan çəkinməyi bacarmaq gərəkdir. - Ticarət aparmaq xətrinə ticarət aparmaq olmaz. - Ticarət vərdişlərini təkmilləşdirmək üçün hər gün məşğul olmaq lazımdır.
PRAKTİKUM 25
Lazımsız indeks
Dolların indeksi kimə və nə üçün lazımdır?
Dollar indeksində bizim üçün faydalı ola biləcək nə var? Qeyd edək ki, USDX mətbuatda sadəcə “dollar” adlanır. Intercontinental Exchange (ICE)-də dollar indeksinə olan fyuçers kontraktları ilə günə təxminən 20.000 kontraktlıq həcmlə ticarət aparılır. Bu da 1.7 milyard dollarlıq nominal dəyərə bərabərdir. Bu, avroya olan fyuçers kontraktlarının həcmi ilə müqayisədə azdır, amma kifayət qədər cəlbedicidir. Bəs Foreks treyderi dollar indeksindən istifadə edə bilərmi? Fond bazarları investorlarının bazarın ümumi istiqamətini müəyyənləşdirmək üçün fond indekslərindən istifadə etdikləri kimi, foreks bazarı investorları da dolların indeksindən istifadə edə bilərlərmi? Ənənəvi fikrə görə, ən yaxşı investisiya modeli indeks formasında - məsələn Dow və ya SP 500 indeksi kimi,bazarın istiqamətini müəyyənləşdirməkdir. Sonra ən güclü sektoru tapıb, onun da ən güclü aksiyasını ortaya çıxarmaq lazımdır. Belə olan halda uğur sizinə tərəfinizdə olacaq. Əgər siz ayrıca bir aksiyanı almaqla dibdən başlayırsınızsa, sektor və ya bütöv bazar düşürsə, siz küləyə əks üzəcəksiniz. Sektor və ya bütöv bazar düşəndə, sizin aksiyanızın artacağını gözləmək real deyil və əsassız olaraq risklidir. Amma dolların indeksi fond indeksi deyil. Dollar indeksinin 77.3%-i Avropa valyutalarından ibarətdir. (şəkil 1). Valyutalar səbəti kimi də dollar indeksi elə də yaxşı deyil. Bura Kanada daxildir, Meksika daxil deyil. Yaponiya daxildir, Çin və Amerikanın ticarət əməliyyatlarının 1/3-i əhatə edən digər Asiya nəhəngləri daxil deyil (şəkil 2-də göstərildiyi kimi). Avropanın 3 aparıcı ölkəsi ilə ABŞın ticarətinin həcmi təxminən 13% təşkil edir, Asiya ilə isə 39% (Yaponiyanın payına düşən 29%-i çıxmaqla). Bu ticarət əməliyyatları birlikdə ticarətin həcminin azı 2/3-ni əhatə edir. İsveç və İsveçrə hətta ABŞ-ın 10 əsas ticarət partnyorunun sırasında belə deyillər, amma indi onların valyutalarının çəkisi dollar indeksinin 7.8%-i təşkil edir. Buradan aydın şəkildə görünür ki, dolların indeksi real göstəricilərdən uzaqdır.
26 PRAKTİKUM Şəkil 1. Dollar indeksinin çox hissəsini Avropa valyutaları təşkil edir. Bununla belə onlardan ikisi – İsveç kronu və İsveçrə frankı ABŞ-la zəif iqtisadi əlaqələrə malik ölkələrə məxsusdur.
Şəkil 2. ABŞ-ın TOP 20 ticarət tərəfdaşı. Ticarət əməliyyatlarının 20%-i Meksika ilə aparılır, amma Meksika pesosu Dolların indeksinə daxil deyil. Asiya valyutalarından yalnız yapon yenası bu indeksə daxildir. Yaxşı, bəs əgər Dolların indeksi ABŞ-ın əsas ticarət partnyorlarının valyutalarını əks etdirmirsə, onda o, nəyə lazımdır? Niyə o da Dow və ya S&P indeksi və ya başqa fond indeksi kimi nəzərdən keçirilmir? Intercontinental Exchange (ICE)-in nümayəndələrinə görə Dollar indeksinin 6 komponenti bir-birilərilə az korrelyasiya olunur, bu da onu hecləmə zamanı ayrı-ayrılıqda avro və ya yena ilə müqayisədə daha faydalı edir. Dollar indeksinin avrodan fərqlənəcəyini gözləmək lazım deyil, belə ki, avro indeksin 57.6%-i təşkil edir (şəkil 3). İndeksin USDJPY-ə qarşı olması böyük divergensiyadan xəbər verir, bu da təəccüblü deyil, belə ki, bu cütlük adətən “öz həyatını yaşayır”.
Şəkil 3. Avro dolların indeksinin yarısını təşkil edir, ona görə də dolların indeksi ilə EURUSD cütlüyü arasında korrelyasiya çox güclüdür
PRAKTİKUM 27
Şəkil 4. Dollar indeksi və USDJPY cütlüyü qrafiklərində çoxlu divergensiya müşahidə olunur Daha bir öz həyatını yaşana cütlük EURJPY-dir. Onun hərəkəti hedcerlərin davranışını əks etdirir. Şəkil 5-də görürük ki, sanki bu cütlüyün hərəkəti Dolların indeksini qabaqlayır. Ən azı iki qeyd olunmuş ekstremumlarda. Digər məqamlarda daha stabil görünür (üçbucaqla işarələnib).
Şəkil 5. Dollar indeksi EURJPY-ə qarşı. EURJPY bəzən dollar indeksini qabaqlayır (dairələrlə göstərilib), bəzən isə ondan (üçbucaqdan) daha stabildir. Niyə EURJPY Dolların indeksini qabaqlayır? Son illər digər valyutalara qarşı yena üçün əsas amil “carry” əməliyyatlarının effektivliyidir. Yena fundamental faktorlardan az və ya çox asılı olaraq, riskə meylliyin dəyişməsinə müvafiq hərəkət edir. Yenadan savayı Amerika Dolları da həmçinin investorların riskdən uzaqlaşması hesabına qazanır. Amma əgər treyderlərin riskə meyilliyinin əsas indikatoru sayılan AUDJPY cütlüyünə nəzər salmaqla bu ideyanı test etsək, biz dəqiq mənzərə görməyəcəyik. 2000-2007-ci illərdə kross qalxıb, dolların indeksi düşüb. Bu da onu güman etməyə əsas verir ki, AUD kerri əməliyyatları üçün əsas hədəf
28 PRAKTİKUM olub. Hərçənd, 2008-ci ildə bu qarşılıqlı əlaqə pozuldu. AUDJPY cütlüyü çökdü, dolların indeksi qalxdı. Daha sonra 2009-2010-cu illərdə kross dollar indeksini qabaqlamaqla kerri əməliyyatlarında dolların da namizəd olduğunu güman etməyə əsas verirdi.
Şəkil 6. Dolların indeksi və AUDJPY Buradan belə bir nəticəyə gəlmək olar ki, risklərdən qaçmaq üçün dolların indeksinin artması barədə mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil. Əlbəttə, foreksdə valyutaların hərəkətini bir faktorla izah etmək olmaz. Yaxşı, bəs əgər dollar indeksi bu və ya digər valyuta cütlüyü ilə ticarət aparan treyderlər üçün heç bir əhəmiyyət kəsb etmirsə, ondan kim və nə üçün istifadə edir? ICE-nin hesabatında qeyd olunub ki, dolların indeksi ilə ticarət aparanların böyük issəsi aksiya fondlarının menecerləridir. Dolların indeksi Morgan Stanley Capital World EX-U.S. kimi geniş fond bazarı indekslərinə qarşı son dərəcə faydalı hedc alətidir. Bu, orta treyderin diqqət yetirdiyi alət deyil, amma onunla fond menecerləri ticarət aparırlar. Digər investorlar üçün dolların indeksi əmtəə fyuçersləri, xüsusən də qızıl üzrə pozisiyaların hedclənməsi alətidir. Bu bazarların çoxu özü-özlüyündə fyuçers kontraktlarını təqdim edir və onlarla ticarət ABŞ-da ticarət meydançaları açıldıqdan sonra daha da aktivləşir. Biz bilirik ki, neft treyderlərinin tələb və təklif amilləri ilə qiymət hərəkətinə aydınlıq gətirmək üçün arqumentləri olmayanda biri deyir dollar düşdüyü üçün neft qalxdı, digəri isə əksinə. Amma foreks bazarında treyderlər deyir ki, dollar ona görə düşdü ki, neftin qiyməti bahalaşdı. Bununla yanaşı, son 10 ildə neft və dollar həqiqətən ticarətdə bir-biri ilə ayaqlaşır. Eyni mülahizələr qızıl üçün də keçərlidir. Bu günlərə qədər hesab olunurdu ki, qızıl dollara qarşı əks korrellyasiyaya malikdir. Əgər ABŞ-ın fiskal sisteminə qarşı inam artırsa və ya azalırsa, ya da əgər inflyasiya investorları qorxudursa və ya qorxutmursa, qızıl bu amillərə qarşı hərəkətlə cavab verir. Yalnız tələb və təklif amilləri qızıl bazarında onun qiyməti üçün əsas çəkiyə malikdir. Amma 2010-cu ilin əvvəllərindən qızıl Amerika dollarından daha çox Avro ilə korrellyasiyaya girir, belə ki, Yunanıstandakı hadisələrə görə məhz Avropa valyutası suveren risklərin simvoluna çevrildi. Başqa sözlə, valyuta dəyişdi, amma qızılın qiymətinin suveren risklə korrelyasiya prinsipi dəyişmədi.
PRAKTİKUM 29
Şəkil 7. Dolların indeksi xammala qarşı. Qrafikdə dolların indeksinin CRB indeksinə və neftə qarşı iki nəzərə çarpacaq divergensiyasını (dairələrlə göstərilib) görürük.
Şəkil 8. Dolların indeksi neftə qarşı. Hesab olunur ki, əgər dollar fletdədirsə, neft də fletdə olmalıdır. Amma bu fikri çətin ki sübuta yetirilmiş hesab etmək olar. Beləliklə, biz dolların indeksindən bu və ya digər valyuta cütlüyündə ticarət zamanı istifadə edə bilmərik. Siz ondan xammalın güclü qiymət hərəkətlərində istifadə etməyə çalışa bilərsiniz, amma onlarla korrellyasiya da daha çox zahiridir, real deyil. Əgər peşəkar fond menecerləri bu indeksdən bəzi nəhəng qlobal indeksləri hedcləmək üçün istifadə edirlərsə, çətin ki bu, adi foreks treyderinə lazım olsun. Amma dollar indeksinin özü ilə də ticarət aparmaq olar. EURUSD üçün mühüm olan amillər onun üçün də əsasdır: obliqasiyaların spredlərinin dəyişməsi, iqtisadiyyatın artım templəri, vacib iqtisadi hadisələr. Bu siyahıya həmçinin qızıl və neftin qiymətlərini də əlavə edə bilərik.
30 İNDİKATOR
MACD-ın xırda eyhamları
Aleksandr Elderdən tutmuş Con Merfiyə qədər bir çox texniki analiz mütəxəssislərinin dediyi kimi, MACD – trend və qeyri-trend bazarlarında istifadə oluna biləcək çox güclü indikatordur. MACD-dan divergensiyanı, ifrat alış/satışları, “buğa”lar və “ayı”lar arasında qüvvələr nisbətini müəyyənləşdirmək üçün istifadə olunur. Hansı məqsədlə istifadə etməyimizdən asılı olmayaraq, MACD ən effektiv alətlərindən biri hesab olunur. Bəzən MACD-ın təpələ və diblərini bir-birilə müqayisə etmək qiymətlə müqayisədən daha vacibdir. Məsələn, MACD qiymət artımına nəzərən daha yüksək göstəriciyə malik olur, daha sonra korreksiya zamanı 0-cı xəttdən nisbətən aşağı düşür. Bu zaman MACD-ın maksimumunun minimumuna nəzərən daha əhəmiyyətli olması faktı ona işarə edir ki, “buğa”lar hələ də vəziyyəti idarə edirlər. Belə vəziyyətdə treyderlər üçün indikatorun xırda (dayaz) dibi “ayı”ların elə də güclü olmadığına siqnal verir. Aşağıya doğru müvafiq hərəkət xüsusən də MA, trend xətti, kanalın dəstəyində baş veribsə, alış üçün daha da əlverişlidir. İndikatorun təpələrinin balaca olması bazarın satıcıların tərəfində olmasını güman etməyə əsas verir. Yada salaq ki, MACD orta dəyişən göstəricilərin arasındakı qiymət fərqini əks etdirir. Demək, MACD-ın dərin dibləri onu göstərir ki, indikatorun qısamüddətli MA-sı uzunmüddətli MA-sından daha tez aşağı düşüb. Amma MACD-ın dibi nə qədər dərindirsə, növbəti qiymət hərəkətlərində qiymətlərin artımı daha da ağır olacaq. Bu, əsasən də digər “ayı” amilləri olan vəziyyətlərdə doğrudur.
SİSTEM 31
“Suşi-roll” qonaqlığı
Zirvələri və dibləri tutmaq üçün “yeməli” metod Treyderlərdə belə bir deyim var: “Bazarda dib və ya təpəni tutmağa çalışanları düşən bıçağı tutmağa çalışanlara bənzəyir”. Məsəldən də göründüyü kimi, bu, çox təhlükəli ola bilər və bir qayda olaraq, məsləhət deyil. Amma indi tanış olacağımız metod bu riski azalda bilər. Mark Fişer “Məntiqi treyder” kitabında bazarın potensial dib və təpələrini müəyyənləşdirmək metodundan danışır. Fişerin metodları haradasa Bulkovskinin “Qrafik Patternlərin Ensiklopediyası”nda müzakirə olunan “Baş və Çiyinlər” və ya ikiqat-üçqat dib/təpə qrafik patternlərinə uyğun gəlir və trendin gələcək istiqaməti haqda erkən siqnallar verir. Fişer 10 bardan ibarət bir period müəyyənləşdirir. Bu zaman ilk 5 bar (daxili barlar) maskimum və minimumlar arasındakı sıx diapazondadır, sonrakı 5 bar (xarici barlar) əvvəlkiləri daha yüksək maksimumlarla və daha aşağı minimumlarla “udurlar”. Pattern yapon şamlarındakı ayı və buğa udulmasına bənzəyir, amma burada 2 barın yerinə bir neçə bardan istifadə olunur. Fişer öz nümunəsində 10 dəqiqəlik barlardan istifadə edir. Bu patterni Fişer “suşi-roll” adlandırır. Eniş trendində “suşi-roll” yaranması trendin dönüş ehtimalından xəbər verir. Bu zaman alış əməliyyatı açmağın və ya satış pozisiyanın bağlamağın tam zamanıdır. Əgər artım trendində “suşi-roll” yaranırsa, treyder satmağa hazırlaşmalıdır. Baxmayaraq ki, Fişer 5 bardan ibarət patterndən danışır, onları sayı və ya ardıcıllığı fərqli ola bilər. Əməliyyatın müddəti nəzərə alınmaqla hər aksiyaya və ya əmtəəyə müvafiq daxili və xarici barların sayı müəyyənləşdirilməlidir. Fişerin məsləhət gördüyü ikinci dönüş patterni uzunmüddətli ticarət aparan treyderə münasibdir və “xarici dönüş həftəsi” adlandırılır. Əslində bu da “suşi-roll”dur, sadəcə, burada bazar ertəsi – cümə günü periodunu əhatə edən günlük məlumatlardan istifadə olunur. O, 10 günü əhatə edir və daxili 5 günlük həftədən sonra daha yüksək maksimum və daha aşağı minimumlardan ibarət xarici ( “udan”) həftə gələndə yaranır. Xarici dönüş həftəsinin periodunu iki dəfə artırıb 2 ardıcıl 10 bara çatdıranda siqnallara az-az rast gəlinir, amma etibarlı olurlar. Şəkil 1-də bizim pattern bazar ertəsi başlayıb orta hesabla 4 həftəni əhatə edir. Biz bu patterni yuvarlanan daxili/xarici dönüş patterni adlandırdıq (RIOR – rolling inside/outside reversal).
32 SİSTEM
Şəkil 1
Şəkil 1-də paternin hər 10 barlıq hissəsi göy düzbucaqlı ilə əhatələnib. Diqqət yetirin ki, çəhrayı rəngli trend xətti mövcud istiqaməti göstərir. Pattern trendin dəyişdiyini göstərir, daha sonra doğrudan da trend xətti kəsilir. Gördüyünüz kimi, birinci 10 barlıq düzbucaqlılar ikinci 10 barlıq düzbucaqlının yuxarı və aşağı sərhədləri çərçivəsindədir. Həmçinin qrafikin sağ tərəfindəki üfüqi xəttə də diqqət yetirin, xarici düzbucaqlının bu minimumu stop-loss yerləşdirmək üçün çox əlverişli yerdir.
Şəkil 2
Testlərə görə, RIOR-la işləyən treyderin illik gəliri 29.31% təşkil edərdi. O da aydın oldu ki, bu patternin satış siqnalları daha yaxşı olur. Dediyimiz kimi, sistemi siqnalları gec-gec olur. Amma cəmi 5 siqnaldan əldə olunan gəlir 2923.77 punkt təşkil edib. Dönüş siqnalları az olsa da, bu, Daily qrafiklər üçün təsdiq rolunu da oynaya bilər. Alış siqnalları iki 10 barlıq patternlərlə, satış siqnalları isə 10 və 8 barlıq patternlərlə daha yaxşı dönüş nöqtələrini göstərir. Əlavə indiqatorun dəstəyi olanda ticarət texnikası daha da etibarlı olur. Bizim testlərdə Qüvvələr Nisbəti İndeksi (RSI) ayı divergensiyasında bir çox dönüş nöqtələrini yaxşı təsdiqləyirdi.
10 dəqiqəlik və ya həftəlik barlardan istifadə etməyinizdən asılı olmayaraq, trendin dönüş ticarəti sistemi testlərdə yaxşı işləyir. Bazarın “dibində” əməliyyat vermək və “təpədə” çıxmaq üçün zaman seçimi hansı yolla onu həyata keçirməyinizdən asılı olmayaraq həmişə riskli olacaq. Amma “suşi-roll” kimi metodlar – xarici dönüş həftələri və diyirlənən daxili/xarici dönüşlər təsdiqedici indikatorların kombinasiyası ilə çox faydalı ticarət strategiyaları ola bilərlər. Onlar treyderə çətinliklə əldə etdiyi gəliri qoruyub artırmaqda yardımçı olar.
METOD 33
Opsionlar bizə nə verə bilər? ...Delta, qamma, risk dönüşləri, dəyişkənlik... – bunlar, demək olar ki, bütün opsion treyderləri üçün tanış məhfumlardır. Amma valyuta opsionlarında istifadə olunan elə həmin alətlər foreksdə (FX) əsas aktivin hərəkətini proqnozlaşdırmaqda da faydalı ola bilər. Bu məqalədə bazarın gələcək hərəkətini proqnozlaşdırmaq üçün volatillikdən necə istifadə etmək, spotda ehtimal olunan hərəkəti hesablamaq üçün deltadan necə faydalanmaq, qammanın bazardakı vəziyyətini necə təsvir etmək və dönüş risklərinin nəğd bazara nə dərəcədə tətbiq oluna biləcəyi barədə söhbət açacağıq.
Bazar aktivliyini proqnozlaşdırmaq üçün volatillikdən istifadə edirik Opsion volatilliyi valyutanın qiymət dəyişikliyi diapazonunu və normasını ölçür. Nəzərdə tutulan opsion dəyişikliyi digər tərəfdən, tarixi məlumatlara əsaslanan, təyin olunmuş vaxt ərzində gözlənilən qiymət dəyişikliyini ölçür. Dəyişikliyin ölçülməsi adətən gündəlik qiymət hərəkətlərinin tarixi illik standart sapması hesabına aparılır. Opsionların volatilliyi barədə informasiya bir sıra mənbələrdən bəhrələnə bilər. Bazar aktivliyini proqnozlaşdırmaq üçün dəyişiklikdən istifadə zamanı treyder müəyyən müqayisələr aparmalıdır. Nəzərdə tutulan tarixi dəyişkənliyin müqayisəsi də effektivdir. Müqayisə üçün tez-tez istifadə olunan zaman periodlarından ikisi bir aylıq və üç aylıq nəzərdə tutulan dəyişikliklərdir (cədvəldəki rəqəmlər faizləri əks etdirir).
Şəkil 1. Əgər opsionun qısamüddətli dəyişikliyi uzunmüddətli dəyişikliyindən aşağıdırsa, potensial kəsilmə gözlənilir. Əgər opsiyonun qısamüddətli dəyişikliyi uzunmüddətli dəyişikliyindən yuxarıdırsa, diapazonda ticarət gözlənilir. Adətən diapazon ticarətlərində nəzərdə tutulan opsion dəyişikliyi ya aşağıdır, ya da azalır. Çünki range-də ticarət zamanı hərəkət minimal olmağa çalışır. Opsion dəyişikliyi kəskin tikan göstərəndə bu, əməliyyat vermək üçün yaxşı siqnal ola bilər. Bu, həm diapazon treyderləri, həm də kəsilmə treyderləri üçün çox vacibdir. Diapazonun yuxarısında satıb, aşağısında alan treyderlər strategiyalarının əvvəlcədən nə vaxt işləməyəcəklərini bilmək üçün opsion dəyişikliyindən istifadə edə bilərlər. Konkret desək, əgər volatillik çox aşağı olursa, ticarəti diapazonda davam etdirmək ehtimalı azalır.
34 METOD Digər tərəfdən, kəsilmə treyderləri də opsion volatilliyinə nəzarət etməklə yanlış kəsilmədə alıb-satmadıqlarına əmin ola bilərlər. Əgər dəyişiklik orta səviyyələrdə qalırsa, yanlış kəsilmə ehtimalı artır. Əksinə, əgər dəyişiklik çox aşağıdırsa, real kəsilmə ehtimalı artır. Bu ipucları ümumilikdə pis işləmir, amma treyderlər ehtiyatlı olmalıdırlar. Dəyişikliklərdə uzun eniş trendləri ola bilər ki, burada müvəqqəti volatillik aldada bilər. Treyderlər daimi yox, kəskin volatil hərəkətlər axtarmalıdırlar. İndi isə USDJPY qrafikinə baxaq. Yaşıl xətt qısamüddətli dəyişikliyi, qırmızı – uzunmüddətli, göy isə qiymət hərəkətini göstərir. Qısamüddətli dəyişikliyin uzunmüddətlidən kifayət qədər yuxarı olduğu periodları görmək olar. Diqqət yetirin ki, volatilliyin belə divergensiyasından sonra diapazonda ticarət gəlir. “1M implied” oxu (nəzərdə tutulan aylıq volatillik) qısamüddətli dəyişikliyin uzunmüddətlidən aşağı olduğu periodlara işarə edir. Bundan sonra qiymət hərəkətində kəsilmə baş verir, qısamüddətli dəyişiklik isə uzunmüddətliyə qayıdır.
Şəkil 2
Spot bazarında ehtimalı hesablamaq üçün deltadan istifadə edirik Delta nədir? Opsion qiymətinə bazarın gələcək qiymət barədə təsviri kimi baxmaq olar. Opsion deltasına isə opsiyonun uğurla bitəcəyi ehtimalı kimi. Məsələn, 50 deltalı bir aylıq koll-opsion USDJPY 104 olarsa, USDJPY cütlüyünün bir ay sonra 104-dən yuxarı olma ehtimalı təxminən 50% təşkil edir.
Spot-bazarın ehtimalının hesablanması Deltalar barədə informasiyalara malik olduqdan sonra zaman keçdikcə bazarın müxtəlif qiymət səviyyələrinə çatma ehtimalına olan gözləntiləri təxminən görmək olar. Qiymətin müəyyən səviyyədən yuxarı olma ehtimalına işarə etmək üçün koll-opsionların deltalarından istifadə olunur; qiymətin müəyyən səviyyədən aşağı olma ehtimalı lazım gəldikdə isə put-opsion deltalarından. Bazarın gözlənilən səviyyələrini hesablamağın açarı – şərti ehtimaldan istifadədir. İki hadisə göstərilib: A və B. A və B-nin yaranma ehtimalı bu qaydada hesablanır:
METOD 35
P(A və B) = P(A)*P(B|A) Beləliklə, A və B-in yaranma ehtimalı A zamanı yaranan B ehtimalına vurulur. Qiymətin müəyyən səviyyəyə çatma ehtimalını hesablamağın formulu isə budur: P (toxunma və səviyyədən yuxarıda sona çatması) = P (səviyyəyə toxunma) * P(səviyyədən yuxarıda sona çatması | səviyyəyə toxunma)
Nümunə Məsələn, biz bilmək istəyirik ki, növbəti iki həftə ərzində EURUSD 1.26-ya toxunacaqmı? Bir halda ki, bizi bu səviyyədən yuxarı qalxacaq qiymət maraqlandırır, EUR koll-opsionuna baxırıq. Cari qiyməti və volatilliyi nəzərə almaqla, bu opsionun deltası 30-dur. Ona görə də, bazar üçün EURUSD-nin 2 həftə sonra 1.26dan yuxarı qalxma ehtimalı 30% təşkil edir. Əgər biz fərz etsək ki, EURUSD artıq 1.26-ya toxunub, opsionun deltası 50 olardı. “Gəlirli” opsiyonun deltası 50dir, beləliklə, “gəlirlə” sona çatmaq şansı 1-in 2-yədir. Yuxarıda göstərilən nümunənin formulu belədir:
0.3 = P (toxunma 1.26) * 50
Bu, o deməkdir ki, EURUSD-nin iki həftə ərzində 1.26-ya toxunma şansı 60%-ə bərabərdir (0.3/0.5). Opsion qiymətləri və onlara müvafiq deltalardan istifadə etməklə müxtəlif qiymət səviyyələri ilə bağlı bazarın nə gözlədiyi barədə ümumi təsəvvür yaratmaq üçün ehtimalları hesablamaq olar. Bu metod sayəsində meydana gələn empirik qayda odur ki, müəyyən qiymət səviyyəsinə toxunma ehtimalı bu səviyyəni vurub keçməklə təxminən ikiqat deltalı opsiona bərabərdir.
Bazarın vəziyyətini proqnozlaşdırmaq üçün qammadan istifadə edirik Qamma nədir? Qamma qiymət dəyişməsi zamanı delta dəyişməsini özündə əks etdirir. Treydinq terminlərində iştirakçılar standart put və ya koll alanda qamma üzrə “uzun” oynayırlar, satanda isə qamma üzrə “qısa” oynayırlar. Uzun və ya qısa qammalı bütöv bazar haqqında danışılanda adətən beynəlxalq bazarlardakı market-meykerlər nəzərdə tutulur.
Market-meykerlər qammanı necə təsvir edirlər Ümumiyyətlə, opsion market-meykerləri neytral delta axtarırlar, yəni onlar əsas aktiv olan spot qiymətinə qarşı portfellərini siğortalamaq istəyirlər. Onların deltalarının nə qədər dəyişməsi və ya hedc əlaqələri qamma kimi məşhurdur. Deyək ki, qamma üzrə treyder “uzun” əməliyyat açır, deməli, o, bir neçə standart opsion alıb. Tutaq ki, bu, USDJPY opsionlarıdır. Əgər biz fərz etsək ki, USDJPY 107-də olanda bu opsionların delta pozisiyası 10 milyon $-dır, onda treyder 107-də 10 milyon $ -lıq USDJPY-i satmalıdır ki, qiymət hərəkətindən tam siğortalana bilsin. Əgər USDJPY 108-ə qalxsa, treyder yenə 10 milyon $ satmalıdır, bu dəfə isə 108-də, belə ki, deltanın tam pozisiyası artıq 20 milyon $-dır. Əgər USDJPY 107- qayıtsa, nə baş verəcək? Delta pozisiyası əvvəlki kimi 10 milyon $-a qayıdır. Belə ki, treyder indi 20 milyon $-lıq qısa əməliyyatdadır. O, 107-də 10 milyon $ almalı olacaq. Nəticədə gəlir 100 punkt, 108-də satış və 107-də alış olacaq.
36 METOD Nəticədə treyder qamma üzrə “uzun” oynayanda o, ardıcıl olaraq minimumlarda alır və maksimumlarda satır və ya hedcləməyə uyğun olaraq əksinə. Spot bazarı çox dəyişkən olanda treyderlər belə hedcləmədə böyük gəlir qazanırlar. Amma bu gəlir havayı deyil, belə ki, opsionlar mükafatı adlı bir şey var. Nəzəri baxımdan delta hedcləməsindən əldə etdiyiniz məbləğ mükafatı görməlidir. Bunun düz olub-olmamağı spot qiymətinin faktiki volatilliyindən asılıdır. Treyder spotu satanda söylənənlərin əksi baş verir. Qısa qamma zamanı siğortalanmaq üçün treyder ardıcıl olaraq yuxarıda almalı və aşağıda satmalıdır. Bu yolla nəzəri baxımdan opsionların satışından əldə etdiyi mükafat qədər hedcdə itirir.
Nəyə görə qamma spot-treyderlər üçün vacibdir? Axı bütün bunların adi foreks treyderə nə aidiyyatı? Cavab odur ki, spot bazarının qiymət hərəkəti getdikcə daha çox opsion bazarında baş verənlərdən asılıdır. Bazar uzun qammada olanda bütövlükdə market-meykerlər enişdə spotu alacaq və mübadilə məzənnəsi qalxanda isə satacaqlar. Belə hərəkət ümumilikdə qiyməti sıx diapazonda saxlayacaq. Bazar qısa qammada olanda spot qiyməti geniş hərəkətlərə meyilli ola bilər, belə ki, bazar iştirakçıları qiymət düşəndə ardıcıl satır, qiymət artanda isə ardıcıl alır. Qısa qammada olan bazar aktiv hedcləmə yolu ilə qiymət hərəkətini gücləndirir. Beləliklə, market-meykerlər uzun qammada olanda spot ümumilikdə sıx diapazonda olur. Market-meykerlər qısa qammada olanda spot geniş hərəkətlərə meylli ola bilər.
Bazar pozisiyalarını qiymətləndirmək üçün risk dönüşlərindən istifadə edirik Risk Dönüşləri nədir? Risk dönüşləri mübadilə məzənnəsinin istiqamətilə bağlı bazarın nə gözlədiyini əks etdirir. Lazımi qaydada filtr edilmiş dönüş riskləri gəlirli ifrat satış və alış siqnalları verə bilər. Dönüş riskləri eyni valyuta cütlüyünün opsion, koll və putlarından, eyni ödənişdən (1 ay) və əsas aktivin qiymətinə olan həssaslıqdan ibarətdir. Dönüş riskləri bu iki opsiyon arasında müxtəlif dəyişiklik nöqteyi-nəzərindən qiymətləndirilir. Nəzəri baxımdan bu opsionlarda eyni gözlənilən dəyişiklik olmalıdır, əslindəsə onlar tez-tez fərqlənir. Müsbət rəqəm ona işarə edir ki, putlara nəzərən kollara üstünlük verilir və bazar əsas valyutanın yuxarı qalxacağını gözləyir. Analoji olaraq, əks rəqəm ona işarə edir ki, kollara nəzərən putlara üstünlük verilir, bazar isə müvafiq olaraq əsas valyutanın enişini gözləyir. Risk dönüşlərini bazarın səsverməsi kimi təsvir etmək olar. Risk dönüşlərinin müsbət rəqəmi o anlama gəlir ki, bazar iştirakçılarının çoxu valyutanın enişindən çox, artımına səs verir. Bu münvalla risk dönüşlərindən foreks bazarında pozisiyanı ölçmək üçün bir alət kimi istifadə oluna bilər.
Spotda valyuta hərəkətini proqnozlaşdırmaq üçün risk dönüşlərindən necə istifadə etmək lazımdır? Baxmayaraq ki, risk dönüşləri sisteminin yaratdığı siqnallar həmişə dəqiq deyil, onlar bazarın nə vaxt “buğa” və “ayı” olduğunu müəyyənləşdirə bilir. Risk dönüşləri nisbətən ekstremal kəmiyyətlər göstərəndə daha çox informasiya verir. Bu ekstremumlar adətən orta müsbət və mənfi hərəkətlərdən 1 standart sapma kimi göstərilir. Ona görə də, biz orta səviyyədən aşağı 1 standart sapmanı mənfi risk dönüşü, orta səviyyədən yuxarı 1 standart sapmanı müsbət risk dönüşü kimi qiymətləndiririk. Risk dönüşləri bu ektremumlardan kənara çıxanda onlar əks siqnallar verir; bütöv bazar valyutanın artımına
METOD 37 tərəfdirsə, bu hərəkəti davam etdirmək ona daha çətindir və neqativ bir xəbər, hadisədən sonra düşmək daha asandır. Risk dönüşlərinin böyük müsbət kəmiyyətləri ifrat alış anlamına gəlir, böyük mənfi risk dönüşləri ifrat satışa işarə edir. Risk dönüşlərinin yaratdığı alış və ya satış siqnalları mükəmməl deyil, amma onlar ticarət qərarları verməkdə əlavə informasiya rolunu oynaya bilərlər.
Şəkil 3. GBPUSD: Risk dönüşləri ekstremumlarda kifayət qədər dəqiq siqnallar verə bilərlər.
Nəticə Təcrübəli opsion treyderlərin istifadə etdiyi bir çox alətlər var ki, foreksdə ticarətdə də faydalı ola bilər. Qısamüddətli və uzunmüddətli gözlənilən volatilliyi müqayisə etməklə spot bazarında aktivliyi proqnozlaşdırmaq üçün dəyişiklikdən istifadə etmək olar. Qamma isə qiymətin sıx diapazonda və ya geniş hərəkətlər etməyə hazır olduğunu əvvəlcədən proqnozlaşdırmağa imkan verəcək. Risk dönüşləri bazarın valyuta məzənnəsinin istiqaməti ilə bağlı gözləntilərini əks etdirir. Gələcəkdə yaxşı filtr edilmiş risk dönüşlərindən bazar santimentinin ölçülməsi və ifrat alış/satış vəziyyətinin müəyyənləşdirilməsi üçün istifadə oluna bilər.
CINEMA”FOREX”CLUB
TEXNİKA 39
Simmetrik üçbucaqlar və MACD Yaxşı texniki indikatorlar başqa bir kifayət qədər güclü texniki alətlərlə birgə işlədiləndə daha da güclənir. Gəlin, nümunə üçün eur/usd cütlüyündə simmetrik üçbucaqla MACD-ı birgə tətbiq etməyə çalışaq. Cütlüyün artımı 2003-cü ilin sentyabrında 1.0765 ətrafındakı minimumdan başlayıb. 2004-cü il fevralın ortalarına qədər qiymət 1.2928-ə qalxıb, daha sonra 50 EMA-ya doğru kəskin korreksiya edib və 1.2200 ətrafında minimum formalaşdırıb. Ortamüddətli perspektivdə 50 MA çox faydalıdır və həm dəstəyə doğru korreksiya zamanı alış axtaran qısamüddətli treyderlər üçün, həm də “buğa” bazarında dib axtaran ortamüddətli treyderlər üçün xeyirlidir. 50 günlük MA-nın aşağıya doğru kəsilməsi avronun yeni təpə yaradacağına dair erkən siqnal idi. Təpələri müəyyənləşdirməyin ən yaxşı yollarından biri Viktor Sperandeonun 2B metodu və ya Lorens Konnorsun “Tısbağa şorbası” metodudur. Qısaca desək, bu setap ondan ibarətdir ki, əgər qiymət maksimum yaratdıqdan sonra yeni daha yüksək maksimum formalaşdırırsa, treyderlər ikinci maksimumdan sonra artımın davamlı olub-olmayacağını diqqətlə izləməlidirlər. Əgər yuxarı hərəkət davam etmirsə, onda böyük ehtimalla, belə vəziyyətdə pikə çatdığımızı söyləməyə əsas var. Gələcək korreksiya bir sıra amillərdən asılıdır – onların çoxunu divergensiyalar, ifrat alış indikatorları kimi standart texniki alətlərin köməyilə müəyyənləşdirmək olar. Amma dönüş ehtimalı da həmçinin böyükdür. Eur/usd qrafikində məhz bu baş verdi. Yanvar maksimumu ilə müqayisədə fevralda daha yüksək maksimum formalaşdıqdan sonra cütlük tez bir zamanda 50 EMA-ya düşdü. Bu dəstək səviyyəsi təxminən 4 gün tab gətirə bildi, daha sonra bir qədər kəsildi. 4 gün sonra isə daha da güclü kəsildi. Məhz 50 EMA-dan sonra 2 günlük eniş simmetrik üçbucağın sağ tərəfini formalaşdırdı, belə ki, qiymətin hərəkəti 2 günlük enişin maksimum və minimumu arasındakı boşluğu doldurdu. Şəkil 1. 2B təpəsi eur/usd-nin enişini proqnozlaşdırmağa imkan verir Simmetrik üçbucaq formalaşandan sonra hərəkət istiqamətini proqnozlaşdırmaq mümkündürmü? Baxmayaraq ki, simmetrik üçbucaqların özü hərəkətin necə olacağına xüsusi işarə vermir, treyderlər bu patternin analizi zamanı bir neçə ipucu tapa bilərlər. Bizim nümunədə 2B təpəsinin formalaşmasından sonra eur/usd qrafikində simmetrik üçbucağın yaranması “buğa” hərəkətinə işarələrdən biridir. Başqa bir işarə- 50 günlük EMA-nın kəsilməsidir. Amma daha bir ipucu da onu göstərir ki, “ayı”lar buğalardan güclüdür. Bu ipucu da MACD histoqramıdır. MACD yanvar və fevralda baş vermiş korreksiya zamanı 2 dib formalaşdırdı. İndikatorun təpələrinin balaca olması bazarın satıcıların tərəfində olmasını güman etməyə əsas verir. Yada salaq ki, MACD orta dəyişən göstəricilərin arasındakı qiymət fərqini əks etdirir.
40 TEXNİKA Demək, MACD-ın dərin dibləri onu göstərir ki, indikatorun qısamüddətli MA-sı uzunmüddətli MA-sından daha tez aşağı düşüb. Hərçənd, uzunmüddətli MA-nın qısamüddətliyə çatmasına vaxt lazım gələcək, qısamüddətli MA-nın kəskin enişi o deməkdir ki, uzunmüddətli də tezliklə özündə daha aşağı qiymətləri əks etdirəcək və aşağı düşəcək.
Şəkil 2. MACD-ın dərin dibi ona işarə edir ki, “ayı”lar təzyiq göstərə bilər. Əlbəttə, bazarda yeni əhval da yarana bilər və kəskin eniş kimi görünən hərəkət adi bir korreksiya olar. Amma MACD-ın dibi nə qədər dərindirsə, növbəti qiymət hərəkətlərində qiymətlərin artımı daha da ağır olacaq. Bu, əsasən də digər “ayı” amilləri olan vəziyyətlərdə qanuna uyğundur. Yuxarıda qeyd edildiyi kimi, eur/usd qrafikində simmetrik üçbucaq 2 günlük enişdən sonra formalaşmağa başladı, nəticədə qiymət 50 EMA-dan aşağı düşdü. Bu andan eur/usd bu iki günlük enişin maksimum və minimumunu arasındakı boşluğu doldurmağa başladı, bununla yanaşı, diapazon simmetrik üçbucağa müvafiq daralırdı. Bu qrafik pattern 2004-cü ilin martının ilk iki həftəsində formalaşdı. Biz simmetrik üçbucaqlara tətbiq olunan qaydalardan artım və eniş volatilliyini hesablamaq üçün də istifadə edə bilərik. İndiki vəziyyətdə simmetrik üçbucaq ən geniş nöqtəsində təxminən 483 punktdur. Bu rəqəmi simmetrik üçbucağın trend xəttlərinin kəsişdiyi qiymətə (1.2288) əlavə edirik. Bu, artım hərəkətində 1.2771 minimumunu, eniş hərəkətində 1.1805 minimumunu göstərir. Belə vəziyyətdə yuxarıya doğru kəsilmə 1.2928-də fevral maksimumunun test olunacağına ehtimal yarada bilər. Hadisələrin əks variantında cütlük illik minimum, həmçinin 2004-cü ilin dekabr minimumu 1.1937-ə çata bilər.
TEXNİKA 41
Şəkil 3. 2004-cü ilin fevral maksimumunun testi və ya 2003-cü ilin dekabr minimumuna doğru hərəkət. Simmetrik üçbucağın kəsilməsi bu suala cavab verməlidir. Bundan əlavə, qeyd etmək yerinə düşər ki, Yanvar və fevral pikləri arasındakı minimum üçbucağın yuxarıya kəsilməsi zamanı müqavimət rolunu oynaya bilər. Üstəlik, əgər iki pik ikiqat təpədirsə, onda Sten Vaynştaynın korreksiya qaydasına müvafiq olaraq, aşağıya doğru eniş qiyməti 1.1742-yə gətirib çıxarmalıdır. Xatırladaq ki, Vaynştaynın qaydalarına görə, dəstəkdən pikə (və ya müqavimətdən dibə) qədər olan formasiyanın həcmini götürürük və onu 180 dərəcə əksinə çeviririk. Bir halda ki, dəstəkdən ikiqat təpəyə qədər olan məsafə bizim nümunədə 593 punkt təşkil edir, onda dəstəkdən aşağıya doğru eniş də 593 punkt olmalıdır. Simmetrik üçbucaq kəsiləndən sonra eur/usd-nin hansı istiqamətdə hərəkət edəcəyini qəti söyləmək mümkün deyil. Ən azı qısamüddətli perspektivdə aşağıya doğru hərəkətin davam edəcəyinə ehtimal yaradan amillər var – 50 EMA-nın yaratdığı müqavimət, MACD-ın “ayı” dibi və 2B/“Tısbağa şorbası” prinsipi üzrə təpələr. Amma qiymətin artımı üçün də arqumentlər var. Stoxastikdə çox pozitiv divergensiya müşahidə olunur: qiymət fevralın sonunda minimum və martda da daha aşağı minimum formalaşdırıb, stoxastik isə fevralın sonunda minimum və marta daha yüksək minimum yaradıb. Təcrübəli və nizam-intizamlı treyderlər bazarda istifadə etdikləri indikatorun gücünə bələddirlər. Məsələn, MACDda dibin yaranmasının təzyiqlərin artmasına işarə etdiyinə baxmayaraq, dib öz-özünə “sat!” demir. Həmçinin buğa bazarında ifrat alınmış stoxastik heç də avtomatik olaraq satış siqnalı vermir. Keyfiyyətli indikatorladan istifadə edən təcrübəli treyderlər bilirlər ki, hətta ən ideal setap – ehtimal oyununun bir elementidir.
ANALİZ 43
Trading Cenral-dan bazarın təhlili EUR/JPY ortamüddətli Eniş trendi qüvvədədir
Dönüş nöqtəsi: 1.3415 Əsas fikir: Qiymət 1.3415 səviyyəsindən aşağıda qaldıqca hədəflər 1.275 və 1.24 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 1.3415 müqavimətinin yuxarı qırılması 1.355 və 1.371 ətrafına qalxışa yol açacaq. Analiz: Aktiv 1.3415 səviyyəsini yuxarı qırmayana qədər enişin davam edəcəyini gözləmək olar. Əsas səviyyələr: 1.3710 *** 1.3550 ** 1.3415 *** 1.3255 1.2750 *** 1.2400 ** 1.2150 ***
44 ANALİZ
GBP/USD ortamüddətli Təzyiq altındadır
Dönüş nöqtəsi: 1.575 Əsas fikir: Qiymət 1.575 səviyyəsindən aşağıda qalarsa hədəflər 1.48 və 1.45 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 1.575 səviyyəsinin yuxarı qırılması ilə 1.5915 və 1.6175 ətrafına qalxış mümkündür. Analiz: 1.575 müqaviməti qırılmayana qədər enişin 1.48 ətrafına qədər davam edəcəyini gözləmək olar. Əsas səviyyələr: 1.6175 ** 1.5915 ** 1.5750 *** 1.5227 1.4800 *** 1.4500 ** 1.4200 ***
ANALİZ 45
USD/JPY ortamüddətli
Dəstək və dönüş nöqtəsi: 94.5 Əsas fikir: Qiymət 94.5 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 101.5 və 103.8 olmaqla ALIŞA üstünlük verilməlidir. Alternativ variant: 94.5 dəstəyinin aşağı qırılması 90.85 və 87.5 ətrafına enişə yol açacaq. Analiz: RSI ayı dinamikasını itirir. Əsas səviyyələr: 106.00 ** 103.80 *** 101.50 ** 99.28 94.50 *** 90.85 ** 87.50 **
46 ANALİZ
AUD/USD ortamüddətli Təzyiq altındadır
Dönüş nöqtəsi: 0.959 Əsas fikir: Qiymət 0.959 səviyyəsindən aşağıda qalarsa hədəflər 0.858 və 0.8325 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 0.959 səviyyəsinin yuxarı qırılması ilə 1.015 və 1.062 ətrafına qalxış mümkündür. Analiz: Qısamüddətli periodda trend enişə meyllidir. Əsas səviyyələr: 1.0620*** 1.0150*** 0.9590*** 0.8899 0.8580*** 0.8325***
ANALİZ 47
GOLD ortamüddətli Ehtiyatlı olmaq lazımdır
Dönüş nöqtəsi: 1349 Əsas fikir: Qiymət 1349 səviyyəsindən aşağıda qalarsa hədəflər 1267 və 1180 olmaqla SATIŞA üstünlük verilməlidir. Alternativ variant: 1349 səviyyəsinin yuxarı qırılması 1415 və 1488 ətrafına qalxışa gətirəcək. Analiz: RSI qalxış trendini aşağı istiqamətdə qırıb. Əsas səviyyələr: 1488 1415 1349 1332 1267 1180 1080
48 ANALİZ
SILVER ortamüddətli Trend qeyri-müəyyəndir
Dönüş nöqtəsi: 18.2 Əsas fikir: Qiymət 18.2 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 24.8 və 26.6 olmaqla ALIŞA üstünlük verilməlidir. Alternativ variant: 18.2 səviyyəsinin aşağı qırılması 17.2 və 14.7 yaxınlığına enişə gətirəcək. Analiz: RSI qarışıqdır. Əsas səviyyələr: 26.6 24.8 22.5 19.42 18.2 17.2 14.7
ANALİZ 49
“Elliot Dalğaların Analizi” Vüsal Məmmədovun təqdimatında > A - <<A>> dalğası hələ davam edir ....A - “A” dalğasının başlayacağı gözlənilir Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək
EUR/USD Weekly Avro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində yuxarıya doğru (X) dalğası bitib və indi (Y) eniş dalğası inkişaf edir. Enişdə korreksiya müşahidə olunurdu. Ortamüddətli planda enişin davam edəcəyini gözləyirik.
50 ANALİZ
EUR/USD Daily Bu səviyyədə aşağıya doğru 3 Minor impulsu formalaşmaqdadır. Bizim ssenariyə görə korreksiya – yəni [ii] minute dalğası başa çatıb və indi enişin davamını gözləyirik. Detallar qrafikdə göstərilib.
EUR/USD H4 Aşağıya doğru 3 Minor dalğasının birinci impulsu – [i] minuette hazırdır, indi [ii] minute korreksiyası da bizim ssenariyə görə, başa çatıb. Enişin davamını gözləyirik.Əgər kritik səviyyə keçilərsə, bu ssenari qüvvədən düşəcək.
ANALİZ 51
GBP/USD Weekly İrimiqyaslı üçbucaq yarılandan sonra qiymət klasik sxem üzrə hərəkət edir. 2 Minor dalğası üçbucağın aşağı sərhədini test edəndən sonra enişin davamı – 3 Minor dalğası başlayıb və hazırda davam etməkdədir.
GBP/USD Daily Burada da avro/dollarda olduğu kimi, aşağıya doğru 3 Minor dalğasının inkişafını müşahidə edirik. Onun daxili korreksiyası- [ii] minute dalğası başa çatıb. İndi [iii] minute dalğasını gözləyirik. Mümkün sxem qrafikdə göstərilib.
52 ANALİZ
USD/CHF Weekly Dollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatıb. (Y) dalğasının ilk ziqzaqı – W Minor - və güman ki, X Minor formalaşıb qurtarıb. Detallara aşağı zaman periodunda baxırıq.
USD/CHF Daily Bu zaman periodunda X Minor dalğası yekunlaşıb, indi Y Minor inkişaf edir. Korreksiya güman ki, bitib və indi artımın davamını gözləyirik.
ANALİZ 53
USD/JPY Weekly Qrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modeli tam formalaşıb. Qaydaya gorə, bu, ya ziqzaqın, flat-in, ya da impulsun ilk dalğası olur. İndi korreksiyanın - 2 or B Minor dalğasının inkişafını müşahidə edirik.
USD/JPY Daily Bu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, 1 or A Minor dalğası tam başa çatıb. 2 Minor korreksiyasının ilk dalğaları – [a] və [b] minute- formalaşıblar. Enişin davamını- [b] minute dalğasını gözləyirik.
54 ANALİZ
“Kompleks Texanaliz” Fərid Hüseynov təqdim edir
EUR/USD İlin artıq yarısı geridə qalıb. Ümumi illik mənzərəyə baxsaq, EURUSD 1.3600 və 1.2800 diapazonundan kənara çıxa bilməyib. Hazırda cütlük həmin diapazonun ortalarından aşağıya doğru istiqamət alıb. Amma 1.3270-1.33 və 1.32-1.3150 dəstək baryerləri enişə mane ola bilər. Əgər qiymət 1.3150-dən aşağıda möhkəmlənə bilsə, 1.2800-ə qədər eniş gözləniləcək. Artım üçün cütlüyün 1.3270-1.3250 ətraflarından yuxarıda qalmağı daha məqsədəuyğundur.
ANALİZ 55
GBP/USD GBPUSD cütlüyünün ikinci dəfə 1.48 ətraflarına düşməsilə çoxlarında güclü enişin başlanmasına dair panika yarandı. Funt/dollar yenə də gözlənilməz həmləsilə yadda qaldı. Hazırda Funt 1.5500-1.5750 diapazonunda güclü müqavimət baryerinə rast gəlib. Bu baryer nə qədər ki dəf edilməyib, nəinki 1.4800-ə, hətta 1.4500 və 1.4300a (2010-cu il minimumu ətrafı) qədər eniş ssenarisi bazar iştirakçılarının daim diqqətində olacaq. Ortamüddətli və ya uzunmüddətli artım üçün cütlüyün 1.5750-dən yuxarıda möhkəmlənməsi şərtdir. Enişə doğru ilk “qapı” 1.51-dədir.
USD/CHF Əgər USDCHF cütlüyünə Weekly qrafikdə baxsaq, görərik ki, son iki illik hərəkət frankı dollara qarşı üçbucağa salıb. Diqqət yetirsəniz, hazırda cütlüyə 0.9150-0.9200 ətraflarından növbəti dəstək gəlib. Düşünürəm ki, yaxın günlərdə 0.9500-0.9550 ətraflarına qədər artım baş verə bilər. Uzunmüddətli enişin davam etməsi üçün cütlük öncə 0.9000-ə qədər eniş göstərməlidir. Bunun üçün isə sözügedən dəstək baryeri qırılmalı və bir müqavimət kimi test olunmalıdır. Uzunmüddətli artım isə 0.9745-0.9830 ətraflarından yuxarıda gözlənilə bilər. Hələlik cari vəziyyət bu ücbucağın sentyabrın ortalarına qədər davam edəcəyini güman etməyə əsas verir.
56 ANALİZ USD/JPY Usd/jpy, görünür, pozisiyalarını itirmək niyyətində olana oxşamır. Belə ki, 94 ətraflarını test etdikdən sonra yenidən 100 ətraflarına qayıdan cütlük, məncə, yeni bir sıçrayışa 104 ətraflarına qədər artıma hazırlaşır.Amma bu həmlə ossillyatorlarda divergensiya göstərə bilər. Ona görə də, həmin ətraflarında gəlirin fiksasiyası yerinə düşər. Eniş üçün cütlük 98 ətraflarından aşağıda möhkəmlənməlidir.
FACEBOOK səhifəmiz
ANALİZ 57
“İşimoku” Qrafik Sistemin əsasında təhlil Gənc yarpaqlar Hər yandan gəlir Şəlalənin səsi Yosa Buson
EUR/USD Weekly Xəttlər “ayı” qaydasında düzülüblər. Amma qiymət “bulud”un üstündədir – reync yaranıb. Prosesin məntiqinə görə, əvvəlcə “bulud”u test etmək lazımdır. Bundan sonra 1,32-yə qədər düşmək olar.
58 ANALİZ
EUR/USD Daily Xəttlərin “buğa” düzülüşünə baxmayaraq, “bulud” üfiqi vəziyyətdə qalmaqda davam edir. Tenkan-Sen xətti test olunur. Əgər xətt davam gətirməsə, 1,31-ə qədər eniş gözləyirik. Stop - 1,34.
GBP/USD Weekly Xəttlər “ayı” qaydası ilə düzülüblər. Qiymət “arıqlamış bulud” ilə xəttlərin arasındadır. Bazar aktiv dəyişikliklərə hazırlaşır. Amma istiqamət hələ ki, aydın deyil. Bu cütlükdə ortamüddətli perspektivdə bazardan kənarda qalmağı tövsiyə edərdim.
ANALİZ 59
GBP/USD Daily «Bulud» yarılıb, xəttlər “buğa” qaydasında qiymətdən aşağıdadırlar - 1,5350/90 səviyyələrinin test olunmasını gözləyirik. 1,5555-də “stop” qoymaqla satmaq olar.
USD/CHF Weekly “Bulud”un yarılmasına baxmayaraq, qiymət onu test etməkdə davam edir. Ortamüddətli perspektivdə bazardan kənarda qalmaq məsləhətdir, çünki qiymət yenidən «bulud»a dönə bilər.
60 ANALİZ
USD/CHF Daily Tenkan-Sen test olunur. Onun yarılmasını gözləməyi və qısa “stop”la almağı məsləhət görürük. Bu halda hədəf 0,93 olacaq.
USD/JPY Weekly Xəttlər yarılıb, amma “buğa” qaydası qorunur. Ən azından 97 səviyyəsi test olunmalıdır. Yalnız bundan sonra aydın olacaq ki, qiymət daha sonra qalxmağa can atır, yoxsa trendə qayıtmaq istəyir.
ANALİZ 61
USD/JPY Daily 97,85-ə qədər artım gözlənilir. Stop - 96,00.
R E K L A M