Sİ z nə yə gör ə Av r op A Ş urASının mö vc u d lu ğu nd A mAr Aqlı o l m Al ı S ınız?
ONA GЮRя Kи:
Avropa Şurası Avropada insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini qorumaq üçün fəaliyyət göstərir. O, Avropanın uzun müddətdən bəri mövcud olan siyasi təşkilatıdır;
O, dünyada yeganə məkandır ki, insan hüquqları barəsində məcburi qüvvəyə malik beynəlxalq konvensiya burada qəbul edilib;
Avropa Şurası cəmiyyətimizin üzləşdiyi əsas problemlərin, o cümlədən aşağıdakıların həllini tapmağa çalışır: irqçilik, azlıqlara qarşı ayrı-seçkilik, uşaqların müdafiəsi, insanların cəmiyyət tərəfindən qəbul edilməməsi, terrorizmə, mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, narkotik vasitələrə aludəçilik, qadınlara və uşaqlara qarşı zorakılıq, insan alveri, bioetika və klonlaşdırma, ətraf mühitin mühafizəsi, dərmanların və tibbi qulluğun keyfiyyəti. Yalnız bütün üzv dövlətlər arasında əməkdaşlıq vasitəsilə biz bütün əsas müasir problemlərə cavablar tapa bilərik.
Siz müəllimlər üçün ümumavropa təlim seminarlarında iştirak etmək imkanlarına maliksiniz. AVROPA SиZиN DцшцNDцYцNцZDяN Dя ARTIQ BиR шEYDиR
Bu məlumat üçündür?
materialları
kimlər
Bu məlumat materialları 12 və daha yuxarı yaşlı şagirdlərin onlarla tanış olması üçün nəzərdə tutulub. Onlar mühüm və bəzən mürəkkəb mövzuları əks etdirir, amma aydın və jarqondan azad anlayışlarla ifadə edilib. Burada əks olunan problemlərə toxunmaqda şagirdlərə kömək etmək üçün bu tədris paketinə həmçinin mövzunun mahiyyətini
açan təsvirlər və məşhur şəxsiyyətlərdən sitatlar daxil edilib. Bu məlumat materiallarından necə istifadə etməli?
Bu məlumat materiallarının hər biri sizi konkret mövzu ilə və ya ona aid məlumatlarla tanış edir.
Çalışma materialları burada əks olunan məsələləri sinifdə əlavə öyrənmək üçün ideyalar verir.
Məlumat materiallarında müəyyən terminləri izah etmək üçün “lüğətlər” yer alıb. Müxtəlif məsələlər arasında əlaqəni göstərmək üçün məlumat materialları arasında linklər (əlaqələndiriclər) var.
Avropa Şurasının müvafiq İnternet saytlarında əlavə informasiyaları və ya nəşrləri əldə etmək üçün bəzi məlumat materiallarında İnternet linkləri var. TяDRиS ишчиLяRи цчцN «PESTALOZZи» TяLиM PROQRAMI
30 ildən artıqdır ki, Avropa Şurası ən müxtəlif prioritet mövzulara dair Avropa seminarları təklif edir. Bu seminarlar sizə imkan verir ki: Bütün Avropadan olan həmkarlarınızla görüşəsiniz və təcrübə mübadiləsi aparasınız; Tədrisdə yeni və ya innovativ inkişaflardan xəbər tutasınız;
Avropa səviyyəsində təhsilin prioritetləri barədə müzakirədə iştirak edəsiniz. Hər il 2.000-ə yaxın avropalı müəllim seminarlarda iştirak edir, onlardan 500-ü nəqliyyat xərclərinin kompensasiyasından yararlanır.
Mütəmadi olaraq təzələnən informasiyanı bu saytda tapmaq olar: www.coe.int/pestalozzi
яLAVя MяLUMAT цчцN!
Avropa Şurasının fəaliyyətləri barədə xəbərləri, gündəlik mövzuları, sorğuları öyrənmək üçün Avropa Şurasının İnternet saytını yoxlayın və özünüz üçün kəşf edin ki, nə üçün “Avropa sizin düşündüyünüzdən də artıq bir şeydir”! Avropa Şurasının nəşrlərini almaq üçün onlar haqqında əlavə məlumatları bu saytda tapın: www.book.coe.int www.coe.int
www.coe.int/pestalozzi
www.book.coe.int