Hazırkı vəsaitdə Daun sindromu olan uşaqların əqli inkişafının xüsusiyyətləri barədə ümumi məlumat verilir, onlarla aparılan didaktik məşğələlərin təşkili, oyun və gündəlik həyat şəraitində təlim ilə bağlı ətraflı tövsiyələr edilir, valideynlərin öz övladları ilə evdə məşğul olarkən onlara verə biləcəkləri tapşırıqlardan danışılır. Bu məlumatların məqsədi valideynlərin təcrübəsini artırmaq və genişləndirmək, uşaqlara nəyi, necə və hansı ardıcıllıqla öyrətmək seçimində onlara yardım etməkdir. Vəsait məktəbəqədər yaşında Daun sindromu olan uşaqların valideynləri, bu uşaqlarla işləyən pedaqoqlar üçün nəzərdə tutulmuşdur.