Namazın möminlərin ruhuna yaydığı bərəkət

Page 1

Namazın möminlərin ruhuna yaydığı bərəkət Hər gün yüz minlərlə insan bu dünyaya gözlərini açır. Möhtəşəm bir yaradılışın nəticəsi olaraq bu insanlar gözlər, əllər, qulaqlar, ürək, beyin, bir sözlə, bütün orqanlarla yeni bir həyata başlayırlar. Kiçik bir hüceyrə ikən Allah insanı anasının bətnində böyüdür, bədəni sinir hüceyrələri və damarlarla örtülür, ürəyi döyünməyə başlayır, qaraciyəri, böyrəkləri yavaşyavaş formalaşır, sümüklər möhtəşəm bir nizamla bədəndə yerləşdirilir. Allah doqquz ay boyu bu cür yüz minlərlə lazımi şəraiti bir araya gətirərək böyük diqqətlə yaratdığı insandan sadəcə tək bir şey gözləyir: Səmimiyyət... Çünki səmimiyyət sanki hər qapını aça bilən olduqca güclü bir açardır. İnsan ancaq səmimi, ixlaslı olduqda, qəlbi sadəcə Allah eşqi ilə yandıqda Allah qatında bir dəyər qazanır. Səmimi olan mömin həyatını Allah üçün yaşayır və Allah üçün son nəfəsini verir. Qısa olan dünya həyatı onun üçün sadəcə bir keçid yeridir. O, əsl yurdu olan axirəti bir an belə unutmaz, dünyaya qapılaraq vaxtını keçirməz. De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah’a məxsusdur!” (Ənam surəsi, 162) Səmimi olan qulun qəlbi daima Allah ilə birlikdədir. Səhər gözlərini açan kimi Allah ağlına gəlir. Gün ərzində verilən bütün nemətlər sadəcə Allah`ın izni ilədir. Mömin Allah`ın lütfünə daim möhtac olduğunu bilir və şükür edərək bunu göstərir. Amma Allah möminlərə ən gözəl şükür vəsiləsi olan beş vaxt namazı fərz olan bir ibadət olaraq Quranda bildirmişdir: “Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”(Bəqərə surəsi, 277) “Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31) “Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allah’dan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 153) Namaz möminlərin səmimiyyətlərini tamamilə göstərə bildikləri, riyakarlıqdan, nümayişdən uzaq gözəl bir ibadətdir. Möminin gündə beş


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.