Bu kitabda toxunulan lağlağılıq, kinayə, qürur, təkəbbür kimi çirkin rəftarlardan biri də cahiliyyə cəmiyyəti insanlarının dinə və möminlərə qarşı istehza etmələridir. İnkarçılar bu rəftarları ilə özlərini ucaltdıqlarını və buna görə hər hansı bir zərər görməyəcəklərini zənn edə bilərlər. Lakin kitab boyunca izah edildiyi kimi, Allah'ın dininə, elçilərinə və möminlərə qarşı istehza edənlər bilməlidirlər ki, bu çirkin hərəkətlərə son verib tövbə etmədikləri təqdirdə, dünyada və axirətdə bunun qarşılığını mütləq alacaqlar. Üstəlik, bu, şiddətli bir qarşılıq olacaq.