Oxuyacağınız bu kitabçanın əsas məqsədi cəmiyyətdə bir qisim "dövlət əleyhinə" cərəyan və ya fikirlərin yanlışlıq içində olduqlarını göstərmək və millətimizin hər üzvünü dövlətinə sahib çıxmağa çağırmaqdır.
Haqqıda danışdığımız dövlət əleyhinə cərəyan və ya fikirlər müxtəlif qaynaqlardan gəlir. Bu qaynaqların başında marksist ideologiya durur. Nəticə etibarilə, bu kitabçada dövlətə qarşı çıxan qurumların yanlış yolda olduqları və millətimizin gələcəyi üçün güclü və təsirli dövlət quruluşunun zəruriliyindən bəhs edəcəyik. Vətənini və millətini sevən hər kəs bu həqiqət üzərində düşünməli və siyasi düşüncələrini buna görə tənzimləməlidir.