Əziz uşaqlar, bu kitabda sizə çox əhəmiyyətli mövzular barədə danışmaq istəyirik. Amma həqiqətən də üzərində düşünməyinizi və anlamağınızı istədiyimiz çox əhəmiyyətli mövzular... Məhz, bu kitabda sizə, sizi, ananızı, atanızı, dostlarınızı, bütün insanları, bütün heyvanları, bütün canlıları, dünyanı, Günəşi, Ayı, bütün kainatı yaradan Allahın gücünü izah edəcəyik. Onun böyüklüyündən, sonsuz elmindən, etməyimizi və etməməyimizi istədiyi şeylərdən danışacağıq. Unutmayın ki, bu məlumatlar sizin üçün çox əhəmiyyətlidir və sizə çox şey qazandıracaq!