Şirk, yalnız taxtadan oyulmuş bütlərə tapınmaqla məhdud bir anlayış deyil və sanılanın əksinə bir çox cəmiyyətdə məşhurdur. İnsanın Allahın razılığına müxalif olaraq mədət umduğu, razılığını axtardığı hər varlıq, Allahın razılığına seçim etdiyi hər şey Allahdan başqa əldə etdiyi bir saxta ilahdır əslində. Buna görə şirki uzaq görməmək, əksinə insanın çox yaxınında ola biləcəyini bilmək lazımdır. Bununla birlikdə şirk insanın çəkinməli olduğu günahların ən başında gəlir. Çünki bu, Allaha qarşı işlənə biləcək böyük bir günahdır.