Qəflət - Uca Allahı unutmaq, dünya işləri ilə məşğul olaraq, axirət həyatını xatırlamamaq, dünya malı, nəfsin təhrik etdiyi şəhvət arxasınca gedərək, mənəvi baxımdan puç olmaqdır. Yol verilən hər günah, görülən hər haram iş, hər pis əməl Allahın rəsulunun ifadəsi ilə qəlbə bir qara ləkə salır; nəticədə qəlb tədricən qaralır, mənəvi həqiqətləri görə, eşidə və qavramaqdan məhrum qalır.