Heyvanları, yaşadıqları yerləri buraxıb, daha çox enerji və zaman xərcləyərək kilometrlərlə uzaqlara getməyə məcbur edən səbəb nədir? Müxtəlif heyvanlar müxtəlif səbəblərlə köç edərlər. Bəziləri qida tapmaq üçün ,bəziləri isə çoxalma bölgələrinə çatmaq üçün səfərə çıxar. Bəziləri də həyat şərtləri dəyişdiyində olduqları mühiti tərk edərlər. Hər nə qədər fərqli məqsədlərlə reallaşdırılsa da heyvanların köçlərində çox əhəmiyyətli bir ortaq nöqtə vardır: Ən kiçiyindən ən böyüyünə qədər hər heyvanda və hər köç növündə böyük bir plan və qabiliyyət vardır.