Bu kitabın məqsədi bir tərəfdən sizi içinizdəki bu cəsur döyüşçülərlə tanış etmək, digər tərəfdən möcüzəvi sistemin bir Yaradılış dəlili olduğunu ortaya qoymaqdır. Bu mövzu ilə bağlı olaraq təkamül nəzəriyyəsinin uydurduğu ssenarinin necə bir- bir çökdüyünü və gerçəklər qarşısında necə mənasız hala gəldiyini görəcəyik. Bu səbəbdən burada xüsusilə vurğulanmağa çalışılan mövzu müdafiə sisteminin bir çox biologiya, ya da tibb kitablarında rahatlıqla tapdığımız bioloji xırdalıqları deyil, sistemin möcüzəvi cəhətidir. Kitabda danışılanları hər yaşda, hər peşədən insan rahatlıqla qavramağı üçün biologiya və fiziki terminlərin istifadə edilməyib.