Materializmin elmi fikir olduğunu artıq kimsə iddia edə bilməz. (Tanınmış mütəfəkkir Artur Köstler)
• Yaşadığımız ucsuz-bucaqsız kainat necə var olub?
• Bu kainatdakı müvazinət, ahəng və nizam necə meydana gəlib?
• Yaşadığımız Yer kürəsi bizim həyatımız üçün necə bu qədər uyğun sığınacaq olub?
Məhz bu suallar tarixin başlanğıcından etibarən insanların diqqətini çəkib. Bu sualları ağılla təhlil edən elm adamları və mütəfəkkirlər daima bu nəticəyə gəliblər: kainatdakı bu nizam bütün kainata hakim olan üstün bir Yaradanın – Allahın varlığının dəlillərindən biridir. Qaliley, Kepler, Nyuton kimi dühalar kainatın, Günəş sisteminin quruluşunu, fiziki qanunları və müvazinətləri kəşf etdikcə bütün bunların Allah tərəfindən yaradıldığını anlayıblar.