"Kamil" sifəti yetkin, nöqsansız, mükəmməl mənalarını ifadə edir. Bu kitabın mövzusu olan kamil iman da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən üstün, ən mükəmməl dərəcəsini bildirir. Yaxşı, bir insanın imanının yetkinləşməsi, mükəmməlləşməsi necə reallaşır? Allah`a iman etmək insanın Allah`ın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi olduğunu qavramasıdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allah`ın heç bir şeyə ehtiyacı olmadığını və hər işi bir qədər (tale) ilə yaratdığını anlayaraq həyatın hər anında Ona təslim olmasıdır. Allah`a təslim olmaq isə Allah`dan çox qorxmaqla və Ona hər şeydən və hər kəsdən çox bağlanıb Onu çox sevməklə mümkün olur. Nə olursa-olsun, təslimiyyətli rəftarından dönmədən hər zaman Allah`a qarşı boyun əyici, şükür edici və itaətli davranır.