Qurani-Kərim bir insanın ömrü boyu qarşılaşa biləcəyi bütün məsələlərə cavab verən, onun həyatının hər sahəsinə aydınlıq gətirən, hər problemi mükəmməl bir şəkildə və ağılla həll edən ilahi bir kitabdır. "Bəqərə" surəsinin 2-ci ayəsində bildirildiyi kimi, "Bu, heç bir şəkk-şübhə oyatmayan, müttəqilərə doğru yol göstərən kitabdır". Rəbbimizin Quranda hər bir məsələni aydınlaşdırması isə bəzi ayələrdə belə bildirilir:
"...Bu Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin təsdiqi, hər bir şeyin müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir!" ("Yusuf' surəsi, 111).
"...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!" ("Nəhl" surəsi, 89).