Münafiq təhlükəsi, İslam aləminin ən vacib və ən mühüm mövzularından biridir. Çünki İslamın qarşısındakı ən hiyləgər qüvvə “münafiqlik”dir. Münafiqlik, əsrlərdən bəri “müsəlman aləmini hiyləgərcəsinə gəmirən” və “məhv etməyə çalışan” şeytani bir sistemdir. Lakin müsəlmanların böyük əksəriyyəti bu böyük təhlükədən lazımınca xəbərdar deyil. Əksər insan İslam aləminin qarşısında dayanan əsil qüvvənin, “inkarçılar” olduğunu düşünür. Halbuki müsəlmanların ən böyük düşməni “münafiqlər”dir. Bu gün İslam aləminin bu vəziyyətə düşmüş olmasının əsas səbəbi də yenə münafiqlikdir. Məhz bu kitab, İslam aləmindəki bu böyük fitnənin bitməsinə vəsilə olacaq “münafiqliyin üstünü açmaq” məqsədiylə hazırlanmışdır.